BAKI FOND BİRJASINDA
«Təsdiq edilmişdir»
“Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti Əmr № 12
“06” mart 2020-ci il
İdarə Heyətinin sədri v.i.e.
X. Xxxxxxxxxx
BAKI FOND BİRJASINDA
QİYMƏTLİ KAĞIZLAR VƏ TÖRƏMƏ MALİYYƏ ALƏTLƏRİ ÜZRƏ TİCARƏTİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ
QAYDALARI
I HİSSƏ: ÜMUMİ MÜDDƏALAR
1. Qaydaların məqsədi və tətbiqi dairəsi
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətli kağızlar bazarı haqqında” Qanununa, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən qəbul edilmiş normativ aktlara və “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinə uyğun hazırlanmışdır.
1.2. Bu Qaydalar “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra – Xxxxx) qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkili, keçirilməsi və tənzimlənməsi qaydalarını müəyyən edir.
2. Əsas anlayışlar
Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.1.1. Xxxxx üzvü – müraciət əsasında Birjanın daxili qaydalarına uyğun olaraq Xxxxx ticarətində bilavasitə iştirak etmək hüququna xxxxx xxxx, öz adından öz hesabına və öz adından müştərilərinin hesabına fond birjasında ticarətdə iştirak etmək üçün qanunvericiliyə müvafiq olaraq Mərkəzi Bank tərəfindən müvafiq lisenziyaya sahib xxxx investisiya şirkətidir;
2.1.2. Səlahiyyətli treyder – Xxxxx üzvünün işçisi olub, Mərkəzi Bank tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnaməsinə xxxxx xxxx, ticarət iştirakçısının adından Birjada sifarişlərin elan edilməsi və əqdlərin həyata keçirilməsi üçün səlahiyyət verilmiş Akkreditə şəhadətnaməsinə malik şəxsdir;
2.1.3. Ticarət sistemi – Birjanın proqram təminatı, verilənlər bazası, telekommunikasiya sistemləri və digər avadanlıqlarından ibarət olmaqla, həm bilavasitə birjanın ticarət zalında, həm də ondan kənarda (daxil olmaq üçün terminal vasitəsi ilə) xxxxx əməliyyatları və əqdlərinin həyata keçirilməsi üçün zəruri xxxx məlumatları təmin etmək, saxlamaq, işləmək və açıqlamaq imkanı verən proqram təminatı sistemidir;
2.1.4. Listinq qiyməti (ilkin ticarət qiyməti) – Birjada listinqə dair qaydalara müvafiq olaraq listinqə daxil edilmiş qiymətli kağızların ilk dəfə olaraq ticarətə buraxıldığı qiymətdir.
2.1.5. İstinad qiyməti – Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə bu Qaydaların 4.2-ci bəndi ilə müəyyən edilən qiymətdir;
2.1.6. Xxxx çəkili qiymət – ünvanlı əqdlər istisna olmaqla, Birjada ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə müəyyən dövr ərzində bağlanmış əqdlərin qiymətinin, bu əqdlərin bağlandığı qiymətli kağız və törəmə maliyyə aləti üzrə ümumi əqdlərin həcmində çəkisini nəzərə almaqla hesablanan riyazi ortasıdır;
2.1.7. Açılış qiyməti – ünvanlı əqdlər istisna olmaqla, ticarət günü ərzində Birjada ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə bağlanmış ilk əqdin qiymətidir.
2.1.8. Bağlanış qiyməti – ünvanlı əqdlər istisna olmaqla, ticarət günü ərzində Birjada ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə bağlanmış sonuncu əqdin qiymətidir.
2.1.9. Lot ölçüsü – bir sifarişdə göstərilə bilən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin bu Qaydalarla müəyyən edilmiş minimal sayıdır;
2.1.10. Qiymət addımı – Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə Xxxxx tərəfindən müəyyən edilmiş minimal qiymət dəyişikliyidir;
2.1.11. Rəqabətli sifariş – alınacaq istiqrazların qiymətini və miqdarını özündə əks etdirən istiqrazların hərrac qaydasında yerləşdirilməsi və geriyə xxxxx xxxxxx həmin istiqrazların emitentinin adından çıxış edən Xxxxx üzvünə ünvanlanmış bazar qiymətli sifarişdir;
2.1.12. Qeyri-rəqabətli sifariş – alınacaq istiqrazların məbləğini özündə əks etdirən istiqrazların hərrac qaydasında yerləşdirilməsi və geriyə xxxxx xxxxxx həmin istiqrazların emitentinin adından çıxış edən Xxxxx üzvünə ünvanlanmış bazar qiymətli sifarişdir;
2.1.13. Sifarişlər kitabı – Birjada ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə ticarət sisteminə daxil edilmiş sifarişlərin və kotirovkaların sistemli şəkildə qeydiyyata alındığı və bu Qaydalara müvafiq olaraq vaxt və qiymət prinsipi ilə icra üçün sıralandığı,
qeydiyyata alınmış sifarişlərin və kotirovkaların məcmu şəkildə və ayrı-ayrılıqda davamlı olaraq əks olunduğu elektron yazıların məcmusudur;
2.1.14. Ən yaxşı qiymət – alış istiqamətli sifarişlər (kotirovkalar) üzrə ən yüksək alış qiyməti, satış istiqamətli sifarişlər (kotirovkalar) üzrə ən aşağı satış qiymətidir;
2.1.15. Ticarət günü – Xxxxx tərəfindən qeyri-ticarət günü olaraq elan edilməmiş iş günüdür. Birjada ticarət xarici bazarlarda ticarət olunan baza aktivləri ilə təşkil olunduqda, ticarət günləri bu bazarlarda tətbiq edilən iş günləri olaraq qəbul edilir;
2.1.16. Ticarət saatları – Birjada ticarət günü ərzində ticarətin keçirildiyi saatlardır;
2.1.17. Ticarət təqvimi – Birjanın İdarə Heyəti tərəfindən təsdiq edilən ticarət və qeyri-ticarət günlərinin siyahısıdır;
2.1.18. Ticarət reqlamenti – Birjada ticarət saatlarını və ticarət fazalarının başlama və bitmə vaxtını əks etdirən Xxxxxxxx İdarə Heyəti tərəfindən təsdiq edilən sənəddir;
2.1.19. Ticarət üsulu – Birjanın ticarət sistemi vasitəsi ilə bu Qaydalara uyğun olaraq sifarişlərin uzlaşması yolu ilə əqdlərin bağlanması üsuludur;
2.1.20. Ticarət fazası – ticarət üsulunu tətbiq etməklə ticarətin təşkil olunduğu ticarət reqlamenti ilə müəyyən edilən dövrdür;
2.1.21. Fərdi eyniləşdirmə kodu – Xxxxx tərəfindən Xxxxx üzvünə və Xxxxx üzvünün səlahiyyətli treyderinə verilmiş, onu ticarət sistemində identifikasiya edən rəqəmlərdən ibarət (4 və ya 5 rəqəm) fərdi qısa koddur;
2.1.22. Ticarət iştirakçısı – bu Qaydaların 3.2. bəndi ilə müəyyən olunmuş şəxslər;
2.1.23. Marketmeyker – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri bazarında mütəmadi olaraq öz hesabına və Xxxxx ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən Xxxxx üzvüdür;
2.1.24. Ünvanlı əqd – tərəfləri bir-birinə məlum xxxx və qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan qiymətli kağızların Birjada alqı-satqısıdır;
2.1.25. Alış kotirovkası – Birjanın ticarət sistemində bu Qaydaların şərtlərinə uyğun olaraq marketmeyker tərəfindən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alışı üzrə verilmiş limit qiymətli sifarişdir;
2.1.26. Satış kotirovkası – Birjanın ticarət sistemində bu Qaydaların şərtlərinə uyğun marketmeyker tərəfindən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin satışı üzrə verilmiş limit qiymətli sifarişdir;
2.1.27. Kotirovka spredi – marketmeykerin alış və satış qiymətlərini müəyyən edərkən əməl etməli olduğu, qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin xxxx qiymətinə nəzərən aşağı və yuxarı qiymət dalğalanması arasındakı fərqdir;
2.1.28. İlkin bazar – qiymətli kağızların emitent tərəfindən yerləşdirildiyi bazar;
2.1.29. Təkrar bazar – emissiya olunmuş qiymətli kağızların dövr etdiyi bazar;
2.1.30. Marketmeyker əqdi – Birjanın daxili qaydalarına və ticarət reqlamentinə uyğun olaraq marketmeyker sessiyası daxilində, ən azı bir tərəfdən marketmeyker olmaqla bağlanan ticarət əqdləridir;
2.1.31. Marketmeyker üzrə güzəştlər – Birjanın qaydalarına uyğun olaraq marketmeyker əqdləri üzrə marketmeykerə tətbiq edilən güzəştlərdir;
2.1.32. Minimal alış həcmi – marketmeykerin gün ərzində Birjanın ticarət sistemində marketmeyker sessiyası başlayan zaman təqdim etməli olduğu alış sifarişinin minimal məbləğidir (alış qiyməti * qiymətli kağızların sayı ≥ minimal alış həcmi);
2.1.33. Kross əqd – Xxxxx üzvünün eyni bir əqd üzrə həm alıcı, həm də satıcı qismində çıxış etdiyi əqdlərdir;
2.1.34. Kross sifariş – Birjanın ticarət sistemində sifarişlərin reyestrinə daxil edildiyi zaman kross əqdin bağlanmasına səbəb ola biləcək sifarişdir;
2.1.35. Gözləmə müddəti – bazarda rəqabət mühitinin formalaşdırılması məqsədi ilə kross sifarişlərin digər Xxxxx üzvlərinə açıqlanması və onların kross əqdlərdə iştirakının təmin edilməsi üçün kross sifarişlərin bloklaşdırılması müddətidir;
2.1.36. Repo əməliyyatı (Repo müqaviləsi) – Repo predmeti xxxx investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə xxxx satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır);
2.1.37. Repo açılış əqdi – Repo əməliyyatının birinci hissəsi olmaqla, investisiya qiymətli kağızların satılması (alınması) üzrə Birjanın ticarət sistemində bağlanmış əqddir;
2.1.38. Repo bağlanış əqdi – Repo əməliyyatının ikinci hissəsi olmaqla, investisiya qiymətli kağızlarının xxxx satın alınması (satılması) əqdidir;
2.1.39. Repo açılış əqdinin qiyməti – Repo açılış əqdinin bu Qaydalara uyğun olaraq Xxxxx tərəfindən hesablanmış qiymətidir;
2.1.40. Repo bağlanış əqdinin qiyməti – Repo bağlanış əqdinin bu Qaydalara uyğun olaraq Xxxxx tərəfindən hesablanmış qiymətidir;
2.1.41. Repo əməliyyatının iştirakçısı – Xxxxx və klirinq təşkilatı ilə Repo Baş Razılaşmasını
imzalamış Xxxxx üzvüdür;
2.1.42. Repo alıcısı – Repo açılış əqdi zamanı qiymətli kağızların alıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların satıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır;
2.1.43. Repo satıcısı – Repo açılış əqdi zamanı qiymətli kağızların satıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların alıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır;
2.1.44. Repo predmeti (Repo baza aktivi) – Repo əməliyyatı aparılması üçün müəyyən olunmuş, bir buraxılış daxilində Birjada ticarətə buraxılmış investisiya qiymətli kağızlarıdır;
2.1.45. Repo müddəti – Repo açılış əqdi tarixi ilə Repo bağlanış əqdi tarixi arasındakı müddətdir;
2.1.46. Repo faiz dərəcəsi – bu Qaydalara uyğun olaraq hesablanmış Repo əməliyyatının gəlirliliyidir;
2.1.47. Repo Baş Razılaşması – Repo əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini, məsuliyyətini müəyyənləşdirən Xxxxx, Xxxxx üzvü xxxx investisiya şirkəti və klirinq təşkilatı arasında bağlanan razılaşmadır;
2.1.48. Marja ticarəti – marja ticarəti investora Xxxxx üzvləri vasitəsi ilə baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə Birjada alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir (əməliyyatıdır);
2.1.49. Baza aktivi – qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.;
2.1.50. İlkin marja – baza aktivinin alışı məqsədilə müştəri tərəfindən Bira üzvünə nağd ödənilən əməliyyat dəyərinin faiz nisbəti kimi hesablanan minimum məbləğdir;
2.1.51. Təminat marjası – baza aktivinin alışından sonra müştəri tərəfindən Xxxxx üzvünə ödənilən və ticarət gününün sonuna yekun qiymətə uyğun olaraq baza aktivinin bazar dəyərinin faiz nisbəti kimi hesablanan minimum məbləğdir;
2.1.52. Marja çağırışı – bu Qaydalarla müəyyən edilmiş təminat marjasının minimum həddinə çatdırılması məqsədilə əlavə pul vəsaitinin qoyulması barədə Xxxxx üzvü tərəfindən müştəriyə edilən tələbdir;
2.1.53. Xxxx xxxxx dəyəri (xxxx qiymət) – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin, habelə marja ticarəti üzrə baza aktivinin listinqdə saxlanıldığı əsas Birjanın kotirovkasına uyğun son xxx müəyyən olunan qiymətidir;
2.1.54. Klirinq – klirinq fəaliyyəti qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər
üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması, tələblərin əvəzləşdirilməsi üzrə fəaliyyətdir;
2.1.55. Klirinq təşkilatı – klirinq təşkilatı müstəsna olaraq klirinq fəaliyyəti ilə məşğul xxxx, bu fəaliyyət növü üzrə lisenziyaya xxxxx xxxx və səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir;
2.1.56. Hesablaşmalar – qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icra edilməsidir;
2.1.57. Ödənişə Qarşı Çatdırılma (ÖQÇ) – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alış qiymətinin tam ödənilməsi qarşılığında satıcının alıcıya və ya onun nümayəndəsinə bu qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin çatdırılmasının təmin edilməsi üzrə razılaşmanı ifadə edən hesablaşma prinsipidir;
2.1.58. Ticarət simvolu (tiker) – Birjada ticarətə buraxılan hər bir qiymətli kağız və törəmə maliyyə alətini ticarət sistemində identifikasiya edən qısa koddur;
2.1.59. Qlobal əməliyyatlar – qiymətli kağızların birləşdirilməsi, konvertasiyası, xırdalanması və qanunvericiliklə müəyyən edilmiş digər əməliyyatlar;
2.1.60. Korporativ hadisələr – qiymətli kağızları buraxmış səhmdar cəmiyyəti tərəfindən səhmdarların ümumi yığıncaqlarının keçirilməsi, səhmlər üzrə dividendlərin verilməsi, istiqrazlar üzrə faizlərin ödənilməsi və qanunvericiliklə müəyyən edilmiş digər hadisələr.
II HİSSƏ: ƏSAS MÜDDƏALAR
3. Birjanin təşkil etdiyi bazarlar və ticarət iştirakçıları
3.1. Birjanın təşkil etdiyi bazarlar
3.1.1. Xxxxx aşağıdakı bazarların ticarətini təşkil edir:
a) Dövlət qiymətli kağızlarının ilkin və təkrar bazarı;
b) Korporativ qiymətli kağızların ilkin və təkrar bazarı;
c) Törəmə maliyyə alətlərinin bazarı.
3.2. Birjanın ticarət iştirakçıları
3.2.1. Aşağıdakılar Birjanın təşkil etdiyi bazarlarda ticarətdə iştirak edə bilər:
a) Birjanın üzvlük qaydalarına əsasən Xxxxx üzvlüyünə qəbul edilmiş və müvafiq bazarda ticarət etmək səlahiyyətlərinə xxxxx xxxx investisiya şirkətləri;
b) Müstəsna olaraq, Xxxxx üzvü olmadan Azərbaycan Respublikasının Mərkəzi Bankı.
3.2.2. Birjada ticarət Xxxxx üzvləri xxxx investisiya şirkətləri vasitəsi ilə həyata keçirilir.
4. Əqdlərin bağlanması və ticarətə nəzarət
4.1. Birjada əqdlərin bağlanması
4.1.1. Birjada əqdlər aşağıdakı şərtlər daxilində bağlanır:
a) Əqdin hər iki tərəfi Birjanın ticarət sistemində bu Qaydalara müvafiq şəkildə bir-birinə uyğun şərtlərlə sifariş daxil etdikdə;
b) Əqdlər Birjanın ticarət sistemi vasitəsi ilə bu Qaydalarda nəzərdə tutulmuş müvafiq ticarət üsulu vasitəsilə bağlandıqda.
4.1.2. Hər bir əqd üzrə aşağıdakı məlumatlar ticarət sistemi vasitəsi ilə ticarət iştirakçılarına bu Qaydalara uyğun olaraq açıqlanır:
a) Əqdin bağlandığı qiymətli kağızın və ya törəmə maliyyə alətinin adı;
b) Qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin miqdarı;
c) Bir lot qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti.
4.1.3. Birjada əqd elektron ticarət sistemi (sistemləri) vasitəsi ilə bağlanır.
4.2. İstinad qiyməti
4.2.1. Birjada istinad qiyməti aşağıdakı qaydalardan biri ilə müəyyən edilir:
a) İstinad qiyməti qiymətli kağızlar üzrə ticarətin baş verdiyi ən son ticarət günü ərzində bağlanmış əqdlərin (Birjada bağlanmış ünvanlı əqdlər və yerləşdirilmə üzrə əqdlər istisna olmaqla) xxxx çəkili qiymətidir;
b) Qiymətli kağızlar ilk dəfə ticarətə buraxıldıqda, istinad qiyməti bu qiymətli kağızların Birjanın listinq qaydaları ilə müəyyən edilmiş qiymətidir.
4.2.2. Birjada hərrac qaydasında yerləşdirilmiş investisiya qiymətli kağızları ilk dəfə təkrar bazarda tədavülə buraxıldıqda, istinad qiyməti bu qiymətli kağızların yerləşdirilməsi zamanı təyin edilmiş xxxx çəkili qiymət olaraq müəyyən edilir.
4.2.3. Birjanın İdarə Heyəti bazarın qorunması məqsədi ilə qiymətli kağızlarla qlobal əməliyyatlar və korporativ hadisələr zamanı istinad qiymətini dəyişdirə və ya ləğv edə bilər.
4.3. Qiymət dəhlizi
4.3.1. Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə sifarişlər və kotirovkalar aşağıdakı qaydada müəyyən edilmiş qiymət dəhlizi çərçivəsində olmalıdır:
a) Qiymət dəhlizinin yuxarı həddi bu Qaydalara uyğun olaraq təyin edilmiş istinad qiymətindən 20% yuxarı olaraq müəyyən edilir;
b) Qiymət dəhlizinin aşağı həddi bu Qaydalara uyğun olaraq təyin edilmiş istinad qiymətindən 20% aşağı olaraq müəyyən edilir.
4.3.2. Təqdim edilən sifarişlərin və kotirovkaların qiyməti qiymət dəhlizindən kənarda olduqda, bu sifarişlər və kotirovkalar ticarət sistemi tərəfindən imtina edilir və ticarət üçün qeydiyyata alınmır.
4.3.3. Qiymətli kağızlar ticarətə buraxıldıqdan sonra və ya bu qiymətli kağızlar üzrə son bağlanış qiyməti təyin edildikdən sonra onlarla 30 (otuz) ticarət günü ərzində əqd bağlanmadıqda (ünvanlı əqdlər istisna olmaqa), qiymət dəhlizinin yuxarı və aşağı həddi bu qaydalara əsasən yeni istinad qiymətinin təyin olunmasınadək tətbiq edilmir.
4.3.4. Birjada ticarətə buraxılmış törəmə maliyyə alətləri üzrə bu Qaydaların 4.3.1 bəndinin “a” və “b” yarımbəndi ilə nəzərdə tutulmuş qiymət dəhlizindən daha aşağı dəhliz həddi müəyyən edilə bilər. Bu zaman dəhliz həddi bu Qaydaların 11.7.2 bəndinə müvafiq törəmə maliyyə alətlərinin standartlaşdırılmış formasında qeyd edilir.
4.4. Ticarətin dayandırılması
4.4.1. Birjada ticarət, ticarət olunan bazar, qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə dayandırıla bilər.
4.4.2. Birjada ticarət aşağıdakı hallarda ticarət olunan bazar üzrə dayandırılır:
a) Ticarət sistemində və ticarət sisteminin quraşdırıldığı proqram texniki vasitələrdə texniki nasazlıqlar baş verdikdə, ticarət sisteminə xxxxx üzvlərinin qoşulması Xxxxx tərəfindən texniki cəhətdən təmin oluna bilmədikdə və ya Birjanın ticarət sistemində, habelə ticarət sisteminin işinə təsir edə biləcək proqram texniki avadanlıqlarda öncədən elan edilmiş profilaktik işlər görüldükdə;
b) Bazarın qorunması məqsədi ilə Birjanın bazarda sui-istifadə hallarının qarşısının alınmasına dair qaydalarında nəzərdə tutulmuş hallarda;
c) Fövqəladə hadisələr baş verdikdə;
d) Mərkəzi Bankın müvafiq qərarı ilə;
e) Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
4.4.3. Birjada ticarət aşağıdakı hallarda qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə dayandırılır:
a) Bu Qaydaların 4.5-ci bəndinin müddəaları ilə nəzərdə tutulduğu hallarda;
b) Birjanın listinq və bazarda sui-istifadə hallarının qarşısının alınmasına dair qaydalarında nəzərdə tutulmuş hallarda;
c) Bu Qaydaların 4.2-ci bəndinin müddəalarına müvafiq olaraq istinad qiymətinə düzəlişlər
olunduqda;
d) Mərkəzi Bankın müvafiq qərarı ilə;
e) Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
4.5. Qiymət qeyri-sabitliyinin qarşısının alınması
4.5.1. Qiymətli kağızlarla bağlanılacaq əqdin qiyməti bu qiymətli kağızlar üzrə xxxx ticarət günü ərzində bağlanmış son əqdin qiymətinə nəzərən 10% aşağı və ya 10% yuxarı həddə çatdıqda, Xxxxx, bazarda qiymət qeyri-sabitliyinin qarşısını almaq məqsədi ilə qiymətli kağızlar üzrə ticarəti dayandıraraq bu Qaydalarla müəyyən edilmiş tarazlaşdırıcı hərrac üsulu ilə davam etdirir.
4.5.2. Qiymət qeyri-sabitliyinin qarşısının alınması məqsədi ilə tətbiq edilən tarazlaşdırıcı hərracın müddəti 90 (doxsan) saniyədən 120 (bir yüz iyirmi) saniyəyədək davam edir və təsadüfi qaydada müəyyən edilmiş vaxtda bitir. Bu müddətin sonunda ticarət dayandırılmadan öncəki ticarət üsulu ilə Birjanın ticarət reqlamentinə uyğun olaraq davam etdirilir.
4.5.3. Bu Qaydaların 4.5.1-ci bəndinə müvafiq olaraq ticarətin müvəqqəti dayandırılması “Hamısını İcra Et” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində baş verəcəksə, bu zaman belə sifariş avtomatik olaraq ləğv edilir və ticarət dayandırılmadan davam etdirilir.
4.5.4. Bu Qaydaların 4.5.1-ci bəndinə müvafiq olaraq ticarətin müvəqqəti dayandırılması “Qalığı Ləğv Et” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində baş verəcəksə, bu zaman belə sifarişin ticarətin dayandırılmasına səbəb olmayan hissəsi icra edilir, digər hissəsi isə ticarət dayandırıldıqdan sonra avtomatik olaraq ləğv edilir.
4.5.5. Bu Qaydaların 4.5.1-ci bəndi ünvanlı əqdlərə şamil edilmir.
4.5.6. Birjanın ticarət reqlamenti üzrə fasiləsiz ticarət fazasından öncə açılış hərracı fazası tətbiq edildikdə, bu Qaydaların 4.5.1-ci bəndi fasiləsiz ticarət fazası ərzində tətbiq edilir.
4.5.7. Ticarətin dayandırılması müddəti ərzində, bu müddətədək daxil edilmiş sifarişlər ticarət iştirakçıları tərəfindən ləğv edilə bilər.
4.5.8. Ticarətin dayandırılması müddəti ərzində ticarət iştirakçıları tərəfindən yeni sifarişlərin daxil edilməsi və artıq daxil edilmiş sifarişlərə düzəlişlərin edilməsi qadağan edilir.
4.5.9. Birjanın ticarət reqlamenti ilə açılış hərracı fazası nəzərdə tutulduqda, ticarət dayandırıldıqdan sonra açılış hərracı fazası ilə tarazlaşdırıcı qiymətli hərrac qaydasında başlayır. Bu halda, açılış hərracı fazasının müddəti 15 (on beş) dəqiqədən artıq olmamalıdır.
4.5.10. Ticarət dayandırıldıqda, Xxxxx Mərkəzi Bankı və ticarət iştirakçılarını 1 (bir) iş günü ərzində məlumatlandırır.
4.5.11. Bu Qaydaların 4.5.1 bəndi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, ticarətin dayandırılması Birjanın İdarə Heyətinin qərarı ilə həyata keçirilir.
4.6. Ticarət günləri, ticarət saatları və ticarət reqlamenti
4.6.1. Birjada ticarət yalnız ticarət günlərində və ticarət saatları ərzində baş verir.
4.6.2. Azərbaycan Respublikası ərazisində tətbiq edilən bütün iş günləri ticarət günləri hesab edilir. Birjanın İdarə Heyəti məlumatı 1 (bir) iş günü öncədən açıqlamaqla, ticarət günlərinin təqviminə dəyişiklik edə bilər. Ticarət təqvimi ticarət və qeyri-ticarət günlərinin siyahısından ibarətdir.
4.6.3. Ticarət saatları və tətbiq edilən müxtəlif ticarət sessiyalarının başlanma və bitmə vaxtları ticarət reqlamentində əks olunur (Əlavə №1).
4.6.4. Ticarət təqvimi, ticarət reqlamenti və onlara edilmiş dəyişikliklər qüvvəyə minməmişdən ən azı 1 (bir) iş günü əvvəl açıqlanır. Xxxxx, ticarət təqvimi və ticarət reqlamentinin özünün internet səhifəsi vasitəsi ilə mütəmadi açıqlanmasını təmin edir.
4.7. Qiymət addımı və lot ölçüsü
4.7.1. Qiymət addımı ticarət olunan alətlər üzrə aşağıdakı kimi müəyyən olunur:
a) Səhmlər üzrə qiymət addımı 0.01 manat;
b) İstiqrazlar üzrə qiymət addımı 0.0001 manat;
c) Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin alınıb- satılmasını nəzərdə tutan törəmə maliyyə alətləri üzrə təşkil edilmiş marja ticarəti üzrə qiymət addımı 0.0001 baza ölçüsü olaraq müəyyən olunur;
d) Opsion və fyuçerslər üzrə 0.01 manat müəyyən olunur;
e) Repo əməliyyatları üzrə qiymət addımı Repo baza aktivinin xüsusiyyətlərinə görə müəyyən edilir;
f) Digər alətlər üzrə qiymət addımı Birjanın İdarə Heyəti tərəfindən müəyyən olunur.
4.7.2. Standart lot ölçüsü ticarət olunan alətlər üzrə aşağıdakı kimi müəyyən olunur:
a) Səhmlər üzrə lot ölçüsü 1 (bir) səhm;
b) İstiqrazlar üzrə lot ölçüsü 1 (bir) istiqraz;
c) Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin alınıb- satılmasını nəzərdə tutan törəmə maliyyə alətləri üzrə lot ölçüsü 0.01 baza aktivi;
d) Opsion və fyuçerslər üzrə lot ölçüsü 1 (bir) müqavilə olaraq müəyyən olunur;
e) Repo əməliyyatları üzrə lot ölçüsü Repo baza aktivinin xüsusiyyətlərinə görə müəyyən edilir;
f) Digər alətlər üzrə lot ölçüsü Birjanın İdarə Heyəti tərəfindən müəyyən olunur.
4.8. Bazara nəzarət və ticarət olunan bazarların qorunması
4.8.1. Xxxxx təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi, ticarət olunan bazarların qorunması və ticarət əməliyyatlarının bu Qaydalara uyğun həyata keçrilməsini təmin etmək məqsədi ilə təşkil etdiyi bazarlara nəzarəti həyata keçirir. Xxxxx tərəfindən nəzarət
monitorinq qaydasında həyata keçirilir.
4.8.2. Bazarın qorunması və monitorinqi qayda və prosedurları Birjanın qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarlarında sui-istifadə hallarının qarşısının alınması və ticarət olunan bazarların qorunması üzrə qaydalarla tənzimlənir.
5. Sifarişlər və kotirovkalar
5.1. Sifarişlər və kotirovkalar üzrə ümumi qaydalar
5.1.1. Sifariş və kotirovka bu Qaydaların müddəalarına əsasən xxxxx üzvü tərəfindən müvafiq olaraq sifarişdə və ya kotirovkada qeyd edilmiş şərtlərlə əqdin bağlanması iradəsini birmənalı şəkildə ifadə edir.
5.1.2. Ticarət sisteminə daxil edilmiş və qüvvədə xxxx bütün sifarişlər və kotirovkalar sifarişlər kitabında saxlanılır.
5.1.3. Sifarişlər kitabında ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə təqdim edilmiş sifarişlər, o cümlədən kotirovkalar alış və satış istiqamətləri üzrə qruplaşdırılır və onların təqdim edildiyi vaxta görə sıralanır. Təqdim edilmiş sifarişlərin və kotirovkaların hər bir qiymət səviyyəsi üzrə ayrı-ayrılıqda və məcmu həcmi qeyd edilir. Sifarişlər kitabında sifariş və kotirovka təqdim etmiş ticarət iştirakçısının anonimliyi təmin edilir.
5.1.4. Ticarət sistemində sifariş təqdim edilərkən aşağıdakı məlumatlar ticarət iştirakçısı tərəfindən daxil edilməlidir:
a) Qiymətli kağızın və ya törəmə maliyyə alətinin qeydiyyat nömrəsi;
b) Sifarişin istiqaməti (alış və ya satış);
c) Qiymətli kağızın və ya törəmə maliyyə alətinin sayı (lotlarla);
d) Bir xxxxx qiyməti (bazar qiymətli sifarişlər istisna olunmaqla);
e) Sifarişin növü;
f) Sifarişin icra şərti;
g) Ticarət hesabı identifikatoru (müştəri və ya şəxsi);
h) Ticarət iştirakçısının ticarət sistemində fərdi identifikasiya kodu.
5.1.5. Ticarət sistemində kotirovka təqdim edilərkən aşağıdakı məlumatlar ticarət iştirakçısı tərəfindən daxil edilməlidir:
a) Qiymətli kağızın və ya törəmə maliyyə alətinin qeydiyyat nömrəsi;
b) Bir xxxxx xxxx və satış qiyməti;
c) Alış həcmi və bu Qaydalara müvafiq olaraq satış həcmi;
d) Ticarət hesabı identifikatoru (şəxsi);
e) Ticarət iştirakçısının fərdi identifikasiya kodu.
5.1.6. Kotirovkalar yalnız limit qiyməti ilə və fasiləsiz ticarət fazasında təqdim edilə bilər.
5.2. Sifariş növləri
5.2.1. Xxxxx tərəfindən aşağıdakı sifariş növlərinə icazə verilir:
a) Limit qiymətli (rəqabətli) sifarişlər;
b) Bazar qiymətli (qeyri-rəqabətli) sifarişlər.
5.2.2. Limit qiymətli sifarişlər, bu sifarişdə qeyd edilmiş qiymət və ya ondan daha yaxşı qiymətlə icra edilə bilər.
5.2.3. Bazar qiymətli sifarişlər daxil edilərkən ticarət sistemində mövcud xxxx əks istiqamətli sifariş və ya sifarişlərlə icra olunur, sifarişin icra olunmamış hissəsi avtomatik olaraq ləğv edilir. Bazar qiymətli sifarişlər təqdim edilərkən sifarişin qiyməti qeyd edilmir. Bazar qiymətli sifariş ticarət sistemində mövcud xxxx əks istiqamətli sifarişlərdən asılı olaraq bir neçə qiymətlə icra oluna bilər. Bu Qaydaların 4.3-cü bəndinə əsasən qiymət dəhlizi təyin edilmədikdə, bazar qiymətli sifarişlərin təqdim edilməsi Xxxxx tərəfindən qadağan edilir.
5.3. Sifarişlərin icra şərtləri
5.3.1. Ticarət iştirakçıları tərəfindən təqdim edilən limit qiymətli sifarişlər üzrə aşağıdakı icra şərtlərindən biri ilə təyin edilə bilər:
a) Qalığı Ləğv Et (QLE) – Sifariş ticarət sisteminə daxil edilən anda sifarişin icra edilə bilən hissəsi icra edilir, yerdə qalan hissəsi isə avtomatik olaraq ləğv edilir;
b) Hamısını İcra Et (HİE) – Sifariş yalnız tam həcmdə icra edilə bilər. Sifariş ticarət sisteminə daxil edilən xxxx xxx həcmdə icra edilə bilmədikdə avtomatik olaraq ləğv edilir;
c) İcra Et və Saxla (İES) – Sifariş hissə-hissə icra edilə bilər. Sifariş tam icra edilmədikdə və ya qismən icra edildikdə, sifariş və ya onun icra edilməyən hissəsi bu Qaydalara uyğun şəkildə qüvvədə qalır;
d) Açılış Qiymətli Sifariş (AQS) – Sifariş açılış hərracı fazası ərzində tətbiq edildikdə, fazanın sonunda icra edilir və sifarişin icra edilməmiş hissəsi avtomatik olaraq ləğv edilir;
e) Bağlanış Qiymətli Sifariş (BQS) – Sifariş bağlanış hərracı fazası ərzində tətbiq edildikdə, fazanın sonunda icra edilir və sifarişin icra edilməmiş hissəsi avtomatik olaraq ləğv edilir;
f) Alışı dayandır (Buy stop) – Alış sifarişinin bazarda bu sifarişdə qeyd edilmiş qiymətə bərabər və ya ondan daha yüksək satış qiyməti formalaşdıqda icra edilməsini nəzərdə tutur;
g) Satışı dayandır (Sell stop) – Satış sifarişinin bazarda bu sifarişdə qeyd edilmiş qiymətə bərabər və ya ondan daha aşağı alış qiyməti formalaşdıqda icra edilməsini nəzərdə tutur;
h) Zərəri dayandır (Stop Loss) – sifariş, qiymətin müəyyən olunmuş həddə çatdığı təqdirdə zərərin dayandırılması məqsədi ilə icra olunur;
i) Mənfəəti al (Take Profit) – sifariş, qiymətin müəyyən olunmuş həddə çatdığı təqdirdə mənfəətin əldə edilməsi məqsədi ilə icra olunur.
5.3.2. Qiymətli kağızların ticarəti üzrə bazar qiymətli sifarişlər bu Qaydaların yalnız 5.3.1-ci bəndinin “a” – “e” yarımbəndləri ilə nəzərdə tutulan icra şərti ilə daxil edilə bilər.
5.3.3. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin alınıb-satılmasını nəzərdə tutan törəmə maliyyə alətləri üzrə təşkil edilmiş marja ticarəti zamanı sifarişlər bu qaydaların yalnız 5.3.1-ci bəndinin “f”, “g”, “h”, “i” yarımbəndləri ilə nəzərdə tutulan
icra şərti ilə daxil edilə bilər.
5.3.4. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin alınıb-satılmasını nəzərdə tutan törəmə maliyyə alətləri üzrə təşkil edilmiş marja ticarəti istisna olmaqla, bu Qaydalara uyğun olaraq təqdim edilmiş sifarişlər və kotirovkalar onların təqdim edildiyi ticarət günün sonunadək qüvvədədir və ticarət günün sonunda avtomatik olaraq ləğv edilir.
5.4. Sifarişlərin və kotirovkaların ticarət sisteminə daxil edilməsi vaxtı
5.4.1. Sifarişin və kotirovkanın ticarət sisteminə daxil edilməsi vaxtı bu sifarişin və ya kotirovkanın ticarət sistemi tərəfindən təsdiq olunaraq qeydiyyata alındığı vaxt hesab olunur. Bütün qeydiyyata alınmış sifariş və kotirovkalara ticarət sistemi tərəfindən fərdi sıra nömrəsi verilir.
5.5. Sifarişlərə və kotirovkalara düzəlişlərin edilməsi və qüvvədən düşməsi
5.5.1. Düzəliş edilmiş sifariş və kotirovka müvafiq olaraq yeni sifariş və kotirovka hesab edilir və ticarət iştirakçısı tərəfindən bu dəyişikliklərin təsdiq edildiyi vaxt əsasında yenidən qeydiyyata alınır.
5.5.2. Sifarişlər və kotirovkalar aşağıdakı hallardan birində qüvvədən düşmüş hesab edilir:
a) Bu Qaydaların 5.3.4-cü bəndinin müddəalarına uyğun olaraq ticarət gününün sonunda;
b) Sifariş və ya kotirovka tam olaraq icra edildikdə;
c) Bu Qaydaların 5.3.1-ci bəndinin “a” və “b” yarımbəndlərinin müddəalarına uyğun olaraq Qalığı Ləğv Et və Hamısını İcra Et şərtli sifarişlər üzrə icra şərti təmin edildikdə;
d) Bu Qaydaların 5.5.1-ci bəndinin müddəalarına müvafiq olaraq sifarişə və ya kotirovkaya düzəliş edildikdə;
e) Ticarət iştirakçısı sifarişi və ya kotirovkanı ləğv etdikdə;
f) Sifariş növü və ya icra şərti verilmiş ticarət fazası və ya ticarətin keçirilməsi üsulu ilə qadağan edildikdə və ya nəzərdə tutulmadıqda;
g) Lot ölçüsü və ya qiymət addımı dəyişdirildikdə;
h) Qiymətli kağızın istinad qiyməti və ya qiymət dəhlizi dəyişdirildikdə;
i) Sifarişin və ya kotirovkanın təqdim edildiyi qiymətli kağız və ya törəmə maliyyə aləti Birjanın listinq qaydaları əsasən delistinq olunduqda və ya ticarətdən çıxarıldıqda;
j) Birjanın bazarda sui-istifadə hallarının qarşısının alınması qaydalarına əsasən sifarişlər ləğv edildikdə.
5.5.3. Qüvvədən düşmüş və ləğv edilmiş sifarişlər ticarət əməliyyatlarında iştirak etmir.
6. Ticarət üsulları
6.1. Sifarişlərin uzlaşdırılması və icrası üzrə ümumi müddəalar
6.1.1. Sifarişlərin icrası zamanı digər sifarişlərə nəzərən daha yaxşı qiymətlə təqdim edilmiş sifarişlər üstün mövqeyə malikdir.
6.1.2. Sifarişlər eyni qiymət ilə təqdim edildikdə, bu sifarişlərin icrası zamanı daha öncə təqdim edilmiş sifarişlər üstün mövqeyə malikdir.
6.1.3. Ticarət sistemində bağlanan əqdin qiyməti ticarət iştirakçıları tərəfindən təqdim edilən sifarişlər əsasında bu Qaydalara müvafiq olaraq müəyyən edilir.
6.2. Tarazlaşdırıcı qiymətli hərrac üsulu
6.2.1. Tarazlaşdırıcı qiymətli hərrac üsullu ticarət zamanı əqdlər hərracın sonunda toplanmış alış- satış sifarişlərinin bir qiymətlə (tarazlaşdırıcı qiymətlə) uzlaşdırılması yolu ilə bağlanır.
6.2.2. Tarazlaşdırıcı qiymətli hərrac iki mərhələdə təşkil olunur: sifarişlərin qəbul edilməsi və əqdlərin bağlanması.
6.2.3. Sifarişlərin qəbul edilməsi mərhələsində ticarət iştirakçıları limit qiymətli alış və satış sifarişləri təqdim edirlər. Bu mərhələdə ticarət iştirakçıları təqdim etdikləri sifarişlərin şərtlərini dəyişdirə və ya bu sifarişləri ləğv edə bilərlər. Sifarişlərin təqdim edilmə müddəti bitdikdən sonra sifarişlərin təqdim edilməsinə, dəyişdirilməsinə və ləğv edilməsinə yol verilmir.
6.2.4. Əqdlərin bağlanması mərhələsində əqdlər bu Qaydalara müvafiq olaraq tarazlaşdırıcı qiymətlə bağlanır.
6.2.5. Tarazlaşdırıcı qiymət aşağıdakı qaydada müəyyən olunur:
a) Sifarişlər kitabında ən xxx xxxxx qiymətli kağızların alınıb-satılmasını təmin edən qiymət, tarazlaşdırıcı qiymət olaraq təyin edilir;
b) Sifarişlər kitabında ən xxx xxxxx qiymətli kağızların alınıb-satılmasını təmin edən bir neçə qiymət mövcud olduqda, tarazlaşdırıcı qiymət bu qiymətlərdən ən yüksək və ən aşağı olanın riyazi ortası əsasında hesablanır. Hesablanmış riyazi xxxx qiymət addımına uyğun olaraq yuvarlaqlaşdırılır və son nəticə tarazlaşdırıcı qiymət olaraq təyin edilir.
6.2.6. Sifarişlər tarazlaşdırıcı qiymət ilə aşağıdakı qaydada icra olunur:
a) Tarazlaşdırıcı qiymətə nəzərən daha yaxşı qiyməti xxxx (ən yüksək qiymətli alış sifarişi və an aşağı qiymətli satış sifarişi) alış və satış sifarişləri ən yaxşı qiymət növbəliliyi ilə tam həcmdə icra edilir;
b) Tarazlaşdırıcı qiymətə bərabər qiyməti xxxx xxxx və satış sifarişləri üzrə alış və ya satış istiqamətlərindən xxxx xxx həcmdə icra edilir.
6.3. Fasiləsiz ticarət üsulu
6.3.1. Fasiləsiz ticarət üsullu ticarət zamanı, əqdlər alış və satış sifarişlərinin aşağıdakı şərtlər daxilində uzlaşdırılması yolu ilə bağlanır:
a) Alış istiqamətli sifariş, əks istiqamətdə xxxx və bütün icra şərtləri bu sifarişə uyğun gələn ən yaxşı qiyməti xxxx satış sifarişi (sifarişləri) ilə uzlaşdırılır.
b) Satış istiqamətli sifariş, əks istiqamətdə xxxx və bütün icra şərtləri bu sifarişə uyğun gələn ən yaxşı qiyməti xxxx xxxx sifarişi (sifarişləri) ilə uzlaşdırılır.
6.3.2. Alış və satış sifarişləri uzlaşdığı zaman, əqd bu sifarişlərdən vaxt etibarı ilə öncə təqdim edilən sifarişin (sifarişlərin) qiyməti ilə bağlanır.
6.3.3. Bazar qiymətli sifarişlər üzrə əqd bağlandığı zaman əqdin qiyməti, ən yaxşı qiyməti xxxx əks istiqamətli sifarişin (sifarişlərin) qiyməti olaraq təyin edilir.
6.3.4. Sifariş, sifarişlər kitabında mövcud xxxx əks istiqamətli sifariş (sifarişlər) ilə uzlaşmadıqda, bu sifariş, sifarişlər kitabına icra növbəliliyi ilə daxil edilir.
6.3.5. Fasiləsiz ticarət üsullu ticarət zamanı ticarət iştirakçıları daxil etdikləri və sifarişlər kitabında mövcud xxxx icra edilməmiş sifarişlərini və ya onun icra edilməmiş hissəsini dəyişdirə və ya ləğv edə bilərlər.
6.3.6. Bu Qaydaların 6.3 bəndinin müddəaları kotirovkalara da şamil edilir.
6.4. Ünvanlı ticarət üsulu
6.4.1. Ünvanlı ticarət üsullu ticarət zamanı, əqdlər, tərəflərdən birinin digər tərəfə əqdin bağlanma şərtlərini ifadə edən alış və ya satış təklifi göndərməsi, digər tərəfin isə ona ünvanlanmış təklifin təsdiq edilməsi yolu ilə bağlanır.
6.4.2. Ticarət iştirakçıları onlara ünvanlanmış alış və satış sifarişini təsdiq edə və ya rədd edə bilərlər. Ünvanlı ticarət üsullu ticarət zamanı əqdlər yalnız onun ünvanlandığı kontragent tərəfindən təsdiq edildiyi zaman baş tutmuş hesab edilir. Ticarət iştirakçısı kontragent tərəfindən təsdiq və ya rədd edilməmiş ünvanlı əqd təkliflərini ləğv edə bilər.
6.4.3. Bu Qaydaların 6.4-cü bəndinin müddəaları, alış və ya satış təklifinin göndərilməsi əqdin bağlanacağı əks tərəfin öncədən qeyd edilməsi yolu ilə alış və ya satış sifarişinin təqdim edilməsini ehtiva edir. Alış və ya satış təklifinin təsdiq edilməsi isə ticarət iştirakçısına ünvanlanmış alış və ya satış təklifi ilə eyni şərtlərə malik əks sifarişin təqdim edilməsidir.
6.5. Bir qiymətli hərrac üsulu (birbaşa hərrac üsulu)
6.5.1. Bir qiymətli hərrac üsullu ticarət zamanı əqdlər hərracın sonunda, toplanmış alış və ya satış sifarişlərinə qarşı qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısı tərəfindən öncədən elan edilmiş bir qiymətlə əks sifarişin daxil edilməsi yolu ilə bağlanır.
6.5.2. Bir qiymətli hərrac iki mərhələdə təşkil olunur: sifarişlərin qəbul edilməsi və əqdlərin bağlanması.
6.5.3. Sifarişlərin qəbul edilməsi mərhələsində ticarət iştirakçıları rəqabətli sifarişlər təqdim edirlər. Bu mərhələdə ticarət iştirakçıları hərraca çıxarılmış qiymətli kağızlar üzrə təqdim etdikləri
sifarişlərin şərtlərini dəyişdirə və ya bu sifarişləri ləğv edə bilərlər. Sifarişlərin təqdim edilmə müddəti bitdikdən sonra sifarişlərin təqdim edilməsinə, dəyişdirilməsinə və ləğv edilməsinə yol verilmir.
6.5.4. Əqdlərin bağlanması mərhələsində qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısı öncədən elan edilmiş qiymət və həcmdə toplanmış sifarişlər üzrə əks sifarişi daxil edir və nəticədə əqdlər bağlanır.
6.5.5. Sifarişlərin qəbulu mərhələsində təqdim edilmiş sifarişlər (sifarişlər kitabı) yalnız qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısına açıqlanır. Digər hərrac iştirakçıları yalnız özlərinin təqdim etdikləri sifarişləri görə bilir.
6.6. Rəqabətli hərrac üsulu (dolayı hərrac üsulu)
6.6.1. Rəqabətli hərrac üsullu ticarət zamanı əqdlər hərracın sonunda, toplanmış alış və ya satış sifarişlərinə qarşı qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısı tərəfindən əks sifarişin daxil edilməsi yolu ilə bağlanır.
6.6.2. Rəqabətli hərrac iki mərhələdə təşkil olunur: sifarişlərin qəbul edilməsi və əqdlərin bağlanması.
6.6.3. Sifarişlərin qəbul edilməsi mərhələsində ticarət iştirakçıları rəqabətli və/və ya qeyri- rəqabətli sifarişlər təqdim edirlər. Bu mərhələdə ticarət iştirakçıları hərraca çıxarılmış qiymətli kağızlar üzrə təqdim etdikləri sifarişlərin şərtlərini dəyişdirə və ya bu sifarişləri ləğv edə bilər.
Sifarişlərin təqdim edilmə müddəti bitdikdən sonra sifarişlərin təqdim edilməsinə, dəyişdirilməsinə və ləğv edilməsinə yol verilmir.
6.6.4. Əqdlərin bağlanması mərhələsində qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısı təqdim edilmiş sifarişlərin icra ediləcəyi minimal qiyməti (kəsmə qiymət) və hərrac zamanı təmin ediləcək rəqabətli sifarişlərin xxxx çəkili qiymətini (xxxx çəkili qiymət) müəyyən edərək əks sifarişi ticarət sisteminə daxil edir
6.6.5. Rəqabətli sifarişdə qeyd olunan qiymət kəsmə qiymətdən aşağı olmadıqda bu sifarişlər təmin edilir.
6.6.6. Qeyri-rəqabətli sifariş kəsmə qiymətə bərabər və daha yuxarı qiymətli rəqabətli sifarişlərin qiymətləri əsasında hesablanmış xxxx çəkili qiymətlə yerinə yetirilir. Bu halda, qeyri-rəqabətli sifarişlərlə alınan istiqrazların sayı sifarişdə göstərilən pul vəsaitinin məbləğinin xxxx çəkili qiymətinə bölünməsi yolu ilə hesablanır (yuvarlaqlaşdırılmış ədədlə).
6.6.7. Sifarişlərin qəbulu mərhələsində təqdim edilmiş sifarişlər (sifarişlər kitabı) yalnız qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısına açıqlanır. Digər hərrac iştirakçıları yalnız özlərinin təqdim etdikləri sifarişləri görə bilirlər.
7. Ticarət fazaları və ünvanlı əqdlər
7.1. Birjada ticarətin keçirilməsinə dair ümumi müddəalar
7.1.1. Birjada ticarət, ticarət iştirakçıları tərəfindən ticarət sistemində təqdim edilmiş sifarişlər və kotirovkalar əsasında təşkil edilir.
7.1.2. Birjanın ticarət sistemində təqdim edilmiş sifarişlərin və kotirovkaların bu Qaydaların müddəalarına, o cümlədən tətbiq edilən ticarət üsullurına, ticarətin keçirilməsi vaxtlarına, ticarət iştirakçısının səlahiyyətlərinə, qiymət dəhlizinə, minimal və maksimal həcminə, lot sayına, qiymət addımına uyğunluğu və ticarət iştirakçısının klirinq təşkilatında müvafiq ticarət limitinin olması yoxlanılır. Birjanın bu Qaydalarla müəyyən edilmiş tələblərinə xxxxx xxxx sifarişlər ticarət sisteminin sifarişlər kitabında qeydiyyata alınır.
7.1.3. Bu Qaydaların müddəalarına uyğun olaraq, yalnız Birjanın ticarət sisteminin sifarişlər kitabında qeydiyyata alınmış sifarişlər (ünvanlı ticarət istisna olmaqla) və kotirovkalar ticarət əməliyyatlarında iştirak edir.
7.1.4. Birjada əqdlər, ticarət sistemində bu Qaydaların 6-cı bəndində qeyd edilmiş ticarət üsullarından biri ilə uzlaşmış sifarişlər əsasında bağlanır.
7.2. Ticarətin fazaları
7.2.1. Birjada ticarət bu Qaydalarla müəyyən edilmiş ticarət üsulları vasitəsi ilə ticarət günü ərzində təşkil olunur. Ticarət günü aşağıdakı fazalara bölünür:
a) Açılış hərracı;
b) Fasiləsiz ticarət;
c) Bağlanış hərracı.
7.2.2. Bu Qaydaların 7.2.1 bəndində nəzərdə tutulmuş ticarət fazalarının ticarət günü ərzində tətbiq edilməsi Birjanın İdarə Heyəti tərəfindən müəyyən edilmiş ticarət reqlamenti əsasında müəyyən edilir.
7.2.3. Sifarişlər kitabı bütün ticarət fazaları ərzində (ünvanlı ticarət istisna olmaqla) ticarət iştirakçıları üçün açıq hesab edilir.
7.2.4. Bu Qaydaların 5.3-cü bəndinin “a” və “b” bəndlərində göstərilmiş icra şərtli sifarişlər yalnız fasiləsiz ticarət fazasında təqdim edilə bilər.
7.2.5. Bu Qaydaların 5.3-cü bəndinin “d” və “e” bəndlərində göstərilmiş icra şərtli sifarişlər yalnız bu açılış və bağlanış hərracları fazalarında təqdim edilə bilər.
7.2.6. Açılış və Bağlanış hərracı fazalarında bazar qiymətli sifarişlərin daxil edilməsi qadağandır.
7.3. Açılış hərracı fazası
7.3.1. Açılış hərracı fazası zamanı ticarət, bu Qaydaların 6-cı bəndi ilə nəzərdə tutulmuş tarazlaşdırıcı qiymətli hərrac üsulu ilə təşkil olunur.
7.3.2. Açılış hərracı fazası zamanı sifarişlərin təqdim edilməsi üçün nəzərdə tutulmuş müddət (sifarişlərin qəbul edilməsi mərhələsi), bu müddətin sonuna ən xxx 30 saniyə qalmış təsadüfi vaxtda bitir.
7.3.3. Açılış hərracı fazasının əqdlərin bağlanması mərhələsində, ticarət iştirakçıları tərəfindən sifarişlərin təqdim edilməsi qadağandır.
7.3.4. Açılış hərracının sonunda hər hansı bir əqd bağlanmadıqda, açılış qiyməti fasiləsiz ticarət fazasında bağlanan ilk əqdin qiyməti olaraq təyin edilir. Ünvanlı əqdlər istisna olmaqla, ticarət günü ərzində hər hansı bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə əqd bağlanmadıqda bu qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə açılış qiyməti təyin edilə bilməz.
7.4. Fasiləsiz ticarət fazası
7.4.1. Fasiləsiz ticarət fazası zamanı ticarət bu Qaydaların 6-cı bəndi ilə nəzərdə tutulmuş fasiləsiz ticarət üsulu ilə təşkil olunur.
7.4.2. Açılış hərracı fazası zamanı icra edilməmiş sifarişlər bu qaydaların 7.1.2-ci bəndidin müddəalarına uyğun olduqda, fasiləsiz ticarət fazasında ticarətdə iştirak edir.
7.5. Bağlanış hərracı fazası
7.5.1. Bağlanış hərracı fazası zamanı ticarət bu Qaydaların 6-cı bəndi ilə nəzərdə tutulmuş tarazlaşdırıcı qiymətli hərrac üsulu ilə təşkil olunur.
7.5.2. Bağlanış hərracı fazası zamanı sifarişlərin təqdim edilməsi üçün nəzərdə tutulmuş müddət (sifarişlərin qəbul edilməsi mərhələsi), bu müddətin sonuna ən xxx 30 saniyə qalmış təsadüfi vaxtda bitir.
7.5.3. Bağlanış hərracı fazasının əqdlərin bağlanması mərhələsində ticarət iştirakçıları tərəfindən sifarişlərin təqdim edilməsi qadağandır.
7.5.4. Bağlanış hərracın sonunda hər hansı bir əqd bağlanmadıqda, bağlanış qiyməti fasiləsiz ticarət fazasında bağlanan son əqdin qiyməti olaraq təyin edilir. Ünvanlı əqdlər istisna olmaqla, ticarət günü ərzində hər hansı bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə əqd bağlanmadıqda bu qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə bağlanış qiyməti təyin edilə bilməz.
7.6. Ünvanlı əqdlər
7.6.1. Ünvanlı əqdlərin bağlanmasına aşağıdakı hallardan birində Xxxxx tərəfindən icazə verilir:
a) Bu Qaydaların 7.6.2-ci bəndi ilə nəzərdə tutulmuş iri həcmli sifarişlərin təqdim edilməsi yolu ilə əqdlərin bağlanması;
b) Alıcı və ya satıcı qismində Azərbaycan Respublikasının dövlət orqanları çıxış edən strateji əhəmiyyətli alqı-satqı əməliyyatlarının keçirilməsi;
c) Qiymətli kağızların qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi.
7.6.2. Aşağıdakı sifarişlər iri həcmli hesab olunur:
a) Marketmeyker tərəfindən likvidiliyi təmin edilmiş səhmlər üzrə 500 000 (beş yüz min) manat və ya nizamnamə kapitalının 25%-i və ondan artıq həcmdə təqdim edilən sifarişlər;
b) Digər səhmlər üzrə 60 000 (altmış min) manat və ondan artıq həcmdə təqdim edilən sifarişlər;
c) Marketmeyker tərəfindən likvidiliyi təmin edilmiş korporativ istiqrazlar üzrə ilkin bazarda
10 000 000 (on milyon) manat və ya buraxılışın 80%-i və ondan artıq həcmdə təqdim edilən sifarişlər, təkrar bazar əməliyyatlarında marketmeyker tərəfindən likvidiliyi təmin edilmiş korporativ istiqrazlar üzrə 1 000 000 (bir milyon) manat və ya buraxılışın 20%-i və ondan artıq həcmdə təqdim edilən sifarişlər;
d) Digər korporativ istiqrazlar üzrə ilkin bazarda 5 000 000 (beş milyon) manat və ya buraxılışın 60%-i və ondan artıq həcmdə təqdim edilən sifarişlər, təkrar bazar əməliyyatlarında 500 000 (beş yüz min) manat və ya buraxılışın 20%-i və ondan artıq həcmdə təqdim edilən sifarişlər.
7.6.3. Birjada ticarətə buraxılmış qiymətli kağızlar üzrə ünvanlı ticarət bu Qaydaların 6-cı bəndi ilə nəzərdə tutulmuş ünvanlı ticarət üsulu ilə təşkil olunur.
7.6.4. Ünvanlı əqdlərin bağlanması üçün təqdim edilən sifarişlər yalnız fasiləsiz ticarət fazası ərzində, ticarət sistemində ünvanlı əqdlərin bağlanması üçün yaradılmış xüsusi bazar seqmentində daxil edilə bilər.
7.6.5. Ticarət sistemində ünvanlı əqdlərin bağlanması üçün sifariş təqdim olunduqda, aşağıdakı məlumatlar Xxxxx üzvü tərəfindən daxil edilməlidir:
a) Sifarişin istiqaməti (alış və ya satış);
b) Qiymətli kağızların sayı (lotlarla);
c) Bir qiymətli kağızın qiyməti;
d) Sifarişin ünvanlandığı əks tərəf qismində çıxış edən Xxxxx üzvü və Xxxxx üzvünün səlahiyyətli treyderinin fərdi eyniləşdirmə kodu.
7.6.6. Ünvanlı əqdlərin bağlanması üçün təqdim edilən sifarişlər üzrə sifarişlər kitabı tərtib edilmir.
7.6.7. Ünvanlı əqdlərin bağlanması üçün təqdim edilən sifarişlər və ünvanlı əqdlər yalnız onun tərəflərinə açıqlanır. Qanunvericilikdə digər hallar nəzərədə tutulmadıqda, Xxxxx ticarət günü ərzində bağlanmış ünvanlı əqdlərin ümumi həcmini məlumatların açıqlanması qaydalarına müvafiq olaraq açıqlayır.
7.6.8. Bu Qaydaların 4.3-cü bəndinin müddəaları ilə nəzərdə tutulmuş qiymət dəhlizi ünvanlı əqdlərə şamil olunur. Ünvanlı əqdlər bu qaydalara müvafiq olaraq istinad qiymətinin hesablanması zamanı nəzərə alınmır.
7.6.9. Ünvanlı əqdlərin bağlanması üçün təqdim edilən sifarişlər yalnız onun təqdim edildiyi ticarət günü ərzində qüvvədə saxlanılır.
7.6.10. Ünvanlı əqd bu əqdin bağlanması üçün Xxxxx üzvü tərəfindən təqdim edilən sifarişin (ünvanlı əqd təklifinin) bu sifarişin (təklifin) ünvanlandığı Xxxxx üzvü tərəfindən təsdiq olunmasından sonra bağlanmış hesab edilir.
7.6.11. Ünvanlı əqdlərin bağlanması üçün təqdim edilən sifarişlər, yalnız onun ünvanlandığı Xxxxx üzvü tərəfindən eyni şərtli əks sifarişin daxil edilməsi yolu ilə təsdiq oluna bilər. Belə təsdiq olmadıqda (eyni şərtli əks sifariş təqdim edilmədikdə) ünvanlı əqd bağlanmır.
7.6.12. Ünvanlı əqdin bağlanması üzrə təqdim edilmiş xxxxx təmin edilməmiş sifariş ticarət günün sonunda avtomatik olaraq ləğv edilir. Xxxxx üzvü təmin edilməmiş sifarişlərini ticarət günü ərzində ləğv edə bilər.
7.6.13. Bu Qaydaların tələblərinə cavab verən sifarişlər ünvanlı əqdlərin bağlanması üçün ticarət sistemində qeydiyyata alınır və ticarət əməliyyatlarında iştirak edir.
7.6.14. Bu Qaydaların 7.6-cı bəndi ilə digər şərtər nəzərdə tutulmadıqda, bu Qaydaların müddəaları ünvanlı əqdlərə şamil edilir.
III HİSSƏ: XÜSUSİ MÜDDƏALAR
8. Marketmeyker əməliyyatları
8.1. Marketmeyker statusunun verilməsi üçün meyarlar
8.1.1. Aşağıdakı meyarlara cavab verən Xxxxx üzvlərinə Birjanın İdarə Heyətinin qərarı ilə Birjada ticarətə buraxılan qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə marketmeyker statusu verilə bilər:
a) Marketmeyker statusu qiymətli kağızların ticarəti üzrə verildikdə, marketmeyker ən azı 2 (iki) səlahiyyətli treyderə malik olmalıdır;
b) Marketmeyker statusu törəmə maliyyə alətlərinin ticarəti üzrə verildikdə, marketmeyker ən azı 2 (iki) səlahiyyətli treyderə malik olmalıdır;
c) Qiymətli kağızın marketmeykeri qismində çıxış edən Xxxxx üzvünün səlahiyyətli treyderi həmin qiymətli kağızın emitentinin idarəetmə orqanının üzvü olmamalıdır.
8.1.2. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin alınıb-satılmasını nəzərdə tutan törəmə maliyyə alətləri üzrə marketmeykerlər aşağıdakı tələblərə cavab verməlidirlər:
a) Qanunvericiliklə nəzərdə tutulmuş davamlı kapital tələblərinə cavab verməlidir;;
b) Törəmə maliyyə alətlərinin ticarəti üzrə ən azı 3 (üç) il təcrübəyə malik 4 (dörd) səlahiyyətli treyderi olmalıdır;
c) Birjada bu alətlərin ticarət olunduğu ticarət sisteminə birbaşa çıxışı olmalıdır;
d) Baza aktivlərinin ticarət olunduğu bazarlara (ilkin likvidlik mənbəyinə) birbaşa çıxışı olmalıdır;
e) Risklərin idarə edilməsi üzrə adekvat sistemə malik olmalıdır;
f) Marja ticarəti üzrə investisiya xidmətinin göstərilməsi üçün Mərkəzi Bank tərəfindən verilmiş müvafiq lisenziyaya malik olmalıdır.
8.2. Marketmeyker statusunun verilməsi proseduru
8.2.1. Marketmeyker statusunun əldə edilməsi üçün Xxxxx üzvü bu barədə ərizə ilə Xxxxxxxx İdarə Heyətinə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
a) Ərizəçinin bu Qaydaların 8.1 bəndinin tələblərinə cavab verməsini təsdiq edən sənədlər;
b) Marketmeyker fəaliyyəti ilə məşğul olmaq üçün müraciət forması (Əlavə №2);
c) Üzərinə götürdüyü gündəlik minimal alış həcmi öhdəliyinə bərabər miqdarda pul vəsaitinin Birjanın hesabına köçürülməsini təsdiq edən sənəd və ya həmin həcmdə bank təminatı;
d) Marketmeykerin adından ticarətdə iştirak edəcək bu Qaydaların 8.1.1-ci bəndinin “c” yarımbəndindəki tələblərə cavab verən səlahiyyətli treyder barədə məlumat;
e) Marketmeykerin klirinq təşkilatında xxxx hesab nömrəsi.
8.2.2. Marketmeyker statusunun əldə edilməsinə dair ərizəyə onun təqdim edildiyi tarixdən 5 (beş) iş günü ərzində Xxxxxxxx İdarə Heyəti tərəfindən baxılır.
8.2.3. Xxxxxxxx İdarə Heyəti ərizəçinin müraciəti üzrə müsbət qərar qəbul etdikdə onunla marketmeyker müqaviləsi bağlanır. Müqavilədə aşağıdakı müddəalar nəzərdə tutulur:
a) Marketmeyker öhdəliklərinin həcmi;
b) Kotirovka spredi (Xxxxx tərəfindən hər bir alət üzrə təyin olunmuş minimal və maksimal qiymət həddindən artıq olmamaq şərti ilə);
c) Nəzərdə tutulduğu halda, marketmeykerin öhdəliklərindən azad olunması şərtləri;
x) Xxxxx tərəfindən marketmeykerə tətbiq edilən güzəştlər və onların tətbiqi şərtləri;
e) Marketmeykerin adından ticarətdə iştirak edəcək treyderi barədə məlumat;
f) Marketmeykerin fəaliyyətinin predmeti xxxx qiymətli kağızlar və ya törəmə maliyyə alətləri;
g) Marketmeykerin öz öhdəliklərinin icrasına başlaması müddəti;
h) Marketmeykerin öhdəliklərinin qüvvədə olması müddəti;
i) Müqaviləyə əlavə və düzəlişlərin edilməsi və onların qüvvəyə minməsi şərtləri;
j) Marketmeykerin Xxxxx üzvlüyü dayandırıldıqda, onun öhdəliklərinin digər xxxxx üzvləri vasitəsi ilə yerinə yetirilməsi şərtləri.
8.2.4. Birjada ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə bir və ya bir neçə marketmeyker təyin oluna bilər.
8.2.5. Hər bir marketmeyker statusunun verilməsi xxxxxx Xxxxx bu barədə məlumatı açıqlayır. Məlumatda aşağıdakılar nəzərdə tutulur:
a) Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi və ya ISIN kodu (marketmeyker fəaliyyətinin predmeti törəmə maliyyə alətləri olduqda, alətin təsnifatı və ticarət simvolu);
b) Marketmeykerin adı;
c) Marketmeykerin alış və satış öhdəliklərinin həcmi;
d) Kotirovka spredinin minimal və maksimal hədləri.
8.3. Marketmeykerin öhdəlikləri
8.3.1. Marketmeyker müqavilədə göstərilmiş qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə gündəlik alış və satış qiymətləri müəyyənləşdirir, bu qiymətləri gündəlik olaraq Xxxxx vasitəsilə elan edir. Qiymətlər bu Qaydalarla müəyyən edilmiş kotirovka spredi çərçivəsində olmalıdır.
8.3.2. Marketmeyker gündəlik olaraq marketmeyker müqaviləsində göstərilmiş qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə, bu Qaydaların və marketmeyker müqaviləsinin şərtlərinə uyğun olaraq Birjanın ticarət sistemində fasiləsiz ticarət fazası ərzində öz adından, öz hesabına alış və satış kotirovkalarını təqdim edir.
8.3.3. Marketmeykerin hesabında xxxx qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin miqdarı Xxxxx tərəfindən satış kotirovkası üzrə tələb olunan minimal həcm tələbindən az olduqda (və ya belə qiymətli kağızlar hesabda olmadıqda) marketmeyker satış kotirovkasını hesabda xxxx sözügüdən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin miqdarı qədər təqdim etməlidir. Hesabda belə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri olmadıqda marketmeyker satış kotirvkasının təqdim edilməsindən müvəqqəti olaraq azad edilir.
8.3.4. Marketmeyker müqavilədə göstərilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə bu Qaydaların və marketmeyker müqaviləsinin şərtlərinə uyğun olaraq Birjanın ticarət sistemində təqdim etdiyi alış və satış kotirovkalarının icrasını təmin etməlidir.
8.3.5. Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə alış və satış kotirovkalarının minimal həcmi Xxxxx tərəfindən müəyyən edilir və açıqlanır.
8.3.6. Marketmeyker könüllü qaydada öz öhdəliklərindən artıq əqd bağlaya bilər.
8.3.7. Marketmeyker hər bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə onun adından yalnız bir treyderin iştirakını təmin etməlidir;
8.3.8. Marketmeyker Birjanın daxili qaydalarına və müvafiq qanunvericilik aktlarına əməl etməlidir.
8.3.9. Marketmeyker minimal alış və satış kotirovkalarını fasiləsiz ticarət fazası ərzində, fasiləsiz ticarət fazası başladıqdan sonra 30 (otuz) dəqiqə ərzində ticarət sisteminə daxil edir.
8.3.10. Marketmeykerin bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə eyni zamanda bir alış və bir satış kotirovkası ticarətdə iştirak edə bilər. Bir ticarət günü ərzində marketmeyker tərəfindən eyni qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə digər alış və ya satış kotirovkası təqdim
edildikdə, həmin marketmeyker tərəfindən bu qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə əvvəl daxil edilmiş, xxxxx icra edilməmiş kotirovka və ya onun icra edilməmiş hissəsi ləğv edilməlidir.
8.3.11. Marketmeyker fasiləsiz ticarət fazası ərzində icra olunmamış kotirovkalarını dəyişdirə bilər. Bu zaman kotirovkanın dəyişdirilməsi müddəti 5 dəqiqədən artıq olmamalıdır.
8.3.12. Marketmeyker əqdləri nəticəsində yaranmış öhdəliklərin icrası, marketmeyker ilə Xxxxx arasında bağlanmış marketmeyker müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, əqd bağlandıqdan sonra növbəti ticarət günü ticarət sessiyasının sonunadək həyata keçirilir.
8.3.13. Marketmeyker aşağıdakı hallardan birində öhdəliklərindən azad edilir:
a) Gündəlik nəzərdə tutulmuş öhdəlikləri təmin etdikdə;
b) Bu Qaydaların 8.3.3 bəndinin müddəaları ilə nəzərdə tutulmuş hallarda;
c) Birjanın İdarə Heyətinin qərarı əsasında müəyyən olunmuş müddətə.
8.3.14. Marketmeyker bu fəaliyyəti bilavasitə həyata keçirən səlahiyyətli treyderlərinin dəyişməsi barədə dərhal Birjaya məlumat verməlidir.
8.3.15. Marketmeyker Xxxxxxxx müraciəti əsasında market meyker öhdəliklərini icra etdiyi depo hesabından çıxarışı Xxxxxxx təqdim edir.
8.4. Kotirovka spredi
8.4.1. Marketmeyker öz öhdəliklərini yerinə yetirərkən və bu Qaydalara uyğun olaraq qiymətlər müəyyən edərkən aşağıda göstərilən qaydada hesablanmaqla kotirovka spredinə əməl etməlidir:
a) Səhmlər üzrə:
KSsəhm = Qyüksəksatış – Qaşağıalış x 100%
Qaşağıalış
Burada, KSsəhm marketmeykerin səhmlər üzrə kotirovka spredi üçün hazırkı mövqeyidir.
Qyüksək satış | müvafiq qiymətli kağızlara marketmeyker tərəfindən verilən ən yüksək satış qiymətidir; |
Qaşağı alış | müvafiq qiymətli kağızlara marketmeyker tərəfindən verilən ən aşağı alış qiymətidir. |
a) İstiqrazlar üzrə:
KSistiqraz = Qyüksəksatış – Qaşağıalış x 100%
Qaşağıalış
Burada, KSistiqraz marketmeykerin istiqrazlar üzrə kotirovka spredi üçün hazırkı mövqeyidir.
Qyüksək satış | müvafiq qiymətli kağızlara marketmeyker tərəfindən verilən ən yüksək satış qiymətidir; |
Qaşağı alış | müvafiq qiymətli kağızlara marketmeyker tərəfindən verilən ən aşağı alış qiymətidir; |
c) Törəmə maliyyə alətləri üzrə:
KSTMA = Qyüksəksatış – Qaşağıalış x 100%
Qaşağıalış
Burada, KSTMA marketmeykerin törəmə maliyyə alətləri üzrə kotirovka spredi üçün hazırkı mövqeyidir.
Qyüksək satış | müvafiq qiymətli kağızlara marketmeyker tərəfindən verilən ən yüksək satış qiymətidir; |
Qaşağı alış | müvafiq qiymətli kağızlara marketmeyker tərəfindən verilən ən aşağı alış qiymətidir; |
8.4.2. Kotirovka spredinin maksimal və minimal hədləri Xxxxx tərəfindən ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrılıqda müəyyən olunur və açıqlanır.
8.5. Marketmeyker statusunun dayandırılması və ya ləğvi
8.5.1. Marketmeyker statusu aşağıdakı halların birində Xxxxxxxx İdarə Heyətinin qərarı ilə dayandırıla və ya ləğv edilə bilər:
a) Xxxxxxxxxxxx qanunvericilik, bu Qaydalar və onunla bağlanmış müqavilədən irəli gələn öhdəlikləriə əməl etmədikdə, habelə qiymətlərlə manipulyasiya və öz statusundan sui-istifadə hallarına yol verməsi aşkarlandıqda;
b) Bazar iştirakçılarının maraqlarının müdafiəsi və bazarın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə;
c) Marketmeyker, marketmeykerfəaliyyətini həyata keçirdiyi qiymətli kağızlar və ya törəmə maliyyə alətləri dövriyyədən çıxarıldıqda;
d) Marketmeykerin qismində çıxış edən Xxxxx üzvünün lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edildikdə;
e) Xxxxx üzvü xxxx marketmeyker Xxxxx üzvlüyündən çıxarıldıqda və ya üzvlüyü müvəqqəti dayandırıldıqda;
f) Marketmeykerlə bağlanmış müqavilənin müddəti bitdikdə və onun uzadılması barədə razılıq əldə edilmədikdə;
g) Könüllü şəkildə – marketmeykerlə bağlanmış müqavilənin vaxtından tez ləğv olunması barədə 30 gün əvvəl müraciət olunduqda;
8.5.2 Marketmeyker statusunun dayandırılması və ya onun ləğvi xxxxxx Xxxxx ticarət iştirakçılarını və ictimaiyyəti məlumatlandırır.
8.6. Marketmeyker tərəfindən qaydaların pozulmasına görə məsuliyyət
8.6.1. Bu Qaydaların tələbləri market meyker tərəfindən pozulduğu halda Birjanın İdarə Heyəti ona qarşı aşağıdakı məsuliyyət tədbirləri tətbiq edə bilər:
a) xəbərdarlıq;
b) cərimə;
c) statusun ləğv edilməsi.
8.6.2. Öz öhdəliklərinin pozulmasına görə marketmeyker Xxxxxxxx qərarı əsasında üzərinə götürdüyü cəmi net öhdəliklərin (alış öhdəliyi + satış öhdəliyi ) həcminin 0,5 xxxxx miqdarda cərimə edilir. Cərimənin ödənilməsi müvafiq qərarın çıxarıldığı tarixdən 5 (beş) iş günü ərzində marketmeyker tərəfindən icra edilməlidir.
8.6.3. Xxxxxxxxxxxx tərəfindən öz öhdəliklərinin pozulması halları aradan qaldırılmadıqda və ya ay ərzində həmin pozuntular yenidən təkrar edildikdə, Birjanın qərarı ilə marketmeykerlə bağlanmış market meyker müqaviləsi ləğv edilə bilər.
8.6.4. Xxxxx marketmeykerə qarşı tətbiq etdiyi məsuliyyət tədbirləri barədə 1 (bir) iş günü ərzində Mərkəzi Bankı məlumatlandırır.
8.6.5. Xxxxx marketmeykerə qarşı tətbiq etdiyi məsuliyyət tədbirləri barədə məlumatı açıqlaya bilər.
9. Kross əqdlər
9.1. Kross əqdlərin bağlanması üzrə ümumi müddəalar
9.1.1. Bir şəxsin eyni bir əqd üzrə həm alıcı, həm də satıcı qismində çıxış etməsi (eyni bir şəxsin hesabından kross əqdlərin bağlanması) qadağan edilir. Belə əqdlərə səbəb ola biləcək sifarişlər və kotirovkalar Birjanın ticarət sistemi tərəfindən rədd edilir.
9.1.2. Kross əqdlər müxtəlif şəxslərin hesablarından bağlandıqda, əqd barədə məlumat kross əqd bağlanmazdan əvvəl, bu əqdi bağlayacaq xxxxx üzvü tərəfindən ticarət sistemi vasitəsi ilə digər ticarət iştirakçılarına bu Qaydaların müddəalarına uyğun olaraq açıqlanmalıdır.
9.1.3. Bu Qaydaların kross əqdlərə dair müddəaları market meyker tərəfindən təqdim edilən iki tərəfli kotirovkalara (alış və satış istiqamətinin eyni vaxtda daxil edilməsi) şamil edilmir.
9.1.4. Bu Qaydaların 9.1.1-ci bəndi istisna olmaqla, kross əqdlərə dair digər müddəaları ünvanlı əqdlərə şamil edilmir.
9.1.5. Bu Qaydaların kross əqdlərə dair müddəaları yalnız səhmlərin təkrar bazar ticarətinə şamil olunur.
9.2. Kross sifarişlərin açıqlanması
9.2.1. Bu Qaydaların tələblərinə uyğun gələn kross əqdlər fasiləsiz ticarət fazası ərzində bu əqdin bağlanmasında iştirak edəcək sifarişlərin digər ticarət iştirakçılarına açıqlanmasından sonra bağlana bilər.
9.2.2. Kross əqdin bağlanmasında iştirak edəcək sifarişlər (kross sifarişlər) 60 (altmış) dəqiqə davam edən gözləmə müddəti ərzində digər ticarət iştirakçılarına açıqlanmalıdır. Kross sifarişlərin bu müddət ərzində ləğv edilməsinə və ya dəyişdirilməsinə yol verilmir.
9.2.3. Gözləmə müddəti bitdikdən sonra açıqlanmış kross sifarişlər, bu sifarişləri açıqlamış xxxxx üzvü tərəfindən 10 (on) dəqiqə ərzində ticarət sisteminə daxil edilməlidir. Daxil edilən kross sifarişlər bu qaydaların 9.2.2-ci bəndinə müvafiq olaraq öncədən açıqlanmış məlumatla identik olmalıdır.
9.2.4. Kross sifarişlər yalnız limit qiyməti və İcra Et və Saxla (İES) şərti ilə təqdim edilə bilər.
9.2.5. Bu qaydaların sifarişlərə şamil olunan bütün müddəaları kross sifarişlərə də şamil olunur.
9.2.6. Kross sifarişlər son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxtadək təqdim edilə bilər. Son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxt aşağıdakı qaydada hesablanır:
𝐾𝑣 = 𝑇𝑏 − 𝐺𝑚
Kv – son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxt; Tb – ticarət sessiyasının bitmə vaxtı;
Gm – gözləmə müddəti.
9.3. Kross əqdlərin bağlanması
9.3.1. Açıqlanmış kross sifarişlər gözləmə müddəti ərzində bloklaşdırılır və bu sifarişlər ticarət əməliyyatlarında iştirak etmir.
9.3.2. Gözləmə müddəti ərzində digər Xxxxx üzvləri tərəfindən sifarişlər təqdim edilə bilər.
9.3.3. Gözləmə müddəti bitdikdən sonra ilkin olaraq kross sifarişlər Birjanın ticarət sistemində digər Xxxxx üzvləri tərəfindən təqdim edilmiş sifarişlərə qarşı təmin edilir. Bu zaman əqdlər ən yaxşı qiymət prinsipi əsasında, fasiləsiz ticarət üsulu ilə bağlanır.
9.3.4. Gözləmə müddəti bitdikdən sonra Birjanın ticarət sistemində kross sifarişin təqdim edildiyi qiymətdən daha yaxşı qiymətlə təqdim edilmiş sifariş mövcud olmadıqda, kross sifariş və ya onun icra olunmamış hissəsi ticarət sistemində Xxxxx üzvünün ilkin olaraq təqdim etdiyi əks sifarişə qarşı təmin edilir.
9.3.5. Kross sifarişlər bu Qaydaların 9.3.4-cü bəndi ilə nəzərdə tutulmamış icra şərti ilə təqdim edildikdə, bu sifarişlərin icra olunması zamanı sifarişin icra şərti İcra Et və Saxla (İES) icra şərti olaraq dəyişdirilir.
9.4. Məlumatların açıqlanması və hesabatlılıq
9.4.1. Xxxxxxxx sifarişlər kitabında kross sifarişlər xüsusi olaraq qeyd olunur.
9.4.2. Kross əqdlərə dair məlumatlar Birjanın məlumatların açıqlanmasına dair qaydalarına müvafiq olaraq açıqlanır və təqdim olunur.
10. Repo əməliyyatları
10.1. Repo əməliyyatının xüsusiyyətləri
10.1.1. Birjada Repo əməliyyatı Repo Baş Razılaşması əsasında, klirinq təşkilatının iştirakı ilə həyata keçirilir.
10.1.2. Repo əməliyyatı Repo Baş Razılaşmasını imzalamış Xxxxx üzvləri arasında Repo iştirakçılarının müştəri hesabından həyata keçirilir.
10.1.3. Repo əməliyyatı üzrə əmələ gələn öhdəliklərin icra olunmasında təminatçı kimi klirinq təşkilatı çıxış edir. Repo əməliyyatı üzrə təminatların həcmi klirinq təşkilatı tərəfindən hesablanır.
10.1.4. Birjada keçirilən Repo əməliyyatları aşağıdakı növlərə bölünür:
a) Azərbaycan Respublikasının Mərkəzi Bankının kontragent qismində çıxış etdiyi Repo əməliyyatları;
b) Digər şəxslər arasında Repo əməliyyatları.
10.1.5. Bu Qaydalarla digər hallar nəzərdə tutulmadıqda Repo əməliyyatlarına şamil edilən müddəalar Əks-Repo əməliyyatlarına da şamil edilir.
10.2. Repo müddəti
10.2.1. Repo əməliyyatlarının həyata keçirilməsinin müddəti Repo iştirakçıları tərəfindən müəyyən olunur. Repo əməliyyatının həyata keçirilməsinin maksimum müddətinə Xxxxx tərəfindən məhdudiyyət qoyula bilər.
10.2.2. Repo müddəti aşağıdakı qaydada hesablanır:
Repo bağlanış əqdi tarixi - Repo açılış əqdi tarixi = Repo müddəti
10.2.3. Repo açılış əqdi və Repo bağlanış əqdi eyni tarixdə həyata keçirildikdə, Reponun müddəti bir gün hesab edilir.
10.2.4. Repo müddəti ərzində Repo predmeti xxxx qiymətli kağızlarla təsbit edilmiş hüquqlar Repo açılış əqdi zamanı Repo satıcısı alıcısı kimi çıxış edən şəxsə məxsusdur.
10.3. Repo predmetinin müəyyən olunması
10.3.1. Repo predmeti Birjada ticarətə buraxılmış aşağıdakı investisiya qiymətli kağızlardır:
a) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları və digər dövlət qiymətli kağızları;
b) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılan notlar və digər qiymətli kağızlar;
c) İpoteka istiqrazları;
d) Dövlət təminatı ilə buraxılmış istiqrazlar;
e) Birjada Əsas və Standart bazar seqmentində listinqdə daxil xxxx və ya beynəlxalq reytinqi ən azı «B-» («Standard&Poor's» və «Fitch» reytinq agentliklərinin təsnifatına və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələsinin ekvivalentə görə) xxxx investisiya qiymətli kağızları;
f) Birjada marketmeyker tərəfindən likvidliyi təmin olunmuş digər investisiya qiymətli kağızları.
10.3.2. Repo predmeti xxxx qiymətli kağızların siyahısı Birjanın ticarət sistemi və internet səhifəsi vasitəsi ilə açıqlanır.
10.4. Repo ticarəti
10.4.1. Birjada keçirilən Repo əməliyyatları bu Qaydaların 6-cı bəndi ilə nəzərdə tutulmuş fasiləsiz ticarət üsulu ilə təşkil olunur. İstisna olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən zəruri hallarda bu Qaydaların 10.1.4-cü bəndinin “a” bəndində nəzərdə tutulmuş Repo əməliyyatları üzrə hərraclar təşkil edilə bilər.
10.4.2. Repo ticarəti Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir.
10.4.3. Repo sifarişləri növünə görə limit qiymətli sifariş və bazar qiymətli sifariş ola bilər.
10.4.4. Limitli sifarişlər təqdim olunmuş Repo faiz dərəcəsi və ya Birjada mövcud xxxx daha yaxşı faiz dərəcəsi ilə, bu Qaydalara müvafiq olaraq icra olunur. Limit qiymətli Repo sifarişdə aşağıdakı şərtlər əks olunur:
a) Repo predmeti xxxx investisiya qiymətli kağızları;
b) Sifarişin istiqaməti (Repo açılış əqdində qiymətli kağızların alışı və ya satışı);
c) Repo predmetinin sayı və ya Repo məbləği;
d) Repo müddəti;
e) Repo faiz dərəcəsi;
f) Xxxxx üzvünün və ya Xxxxx üzvünün müştərisinin bu Qaydaların 10.1.2-ci bəndinin tələblərinə uyğun gələn hesab nömrəsi.
10.4.5. Bazar qiymətli Repo sifarişi sifarişlər kitabında mövcud xxxx Repo faiz dərəcəsi ilə, bu Qaydalara müvafiq olaraq icra olunur. Bazar qiymətli Repo sifarişində aşağıdakı şərtlər əks olunur:
a) Repo predmeti xxxx investisiya qiymətli kağızları;
b) Sifarişin istiqaməti (Repo açılış əqdində qiymətli kağızların alışı və ya satışı);
c) Repo predmetinin sayı və ya Repo məbləği;
d) Repo müddəti;
e) Xxxxx üzvünün və ya Xxxxx üzvünün müştərisinin bu Qaydaların 10.1.2-ci bəndinin tələblərinə uyğun gələn hesab nömrəsi.
10.4.6. Repo sifarişlərinin təmin olunması ən yaxşı Repo faiz dərəcəsi prinsipi ilə həyata keçirilir.
10.4.7. Repo sifarişləri təmin edilənə və ya ləğv edilənədək qüvvədə olur. Xxxxx üzvü təqdim etdiyi Repo sifarişlərini və ya onun icra olunmamış hissəsini Birjanın ticarət reqlamentinə əsasən Repo ticarətinin təşkil edildiyi müddət ərzində ləğv edə bilər. Repo ticarəti müddətinin sonunda bütün təmin edilməmiş sifarişlər avtomatik olaraq ləğv olunur.
10.5. Repo açılış və bağlanış əqdi qiymətlərinin hesablanması
10.5.1. Repo açılış əqdi Repo açılış qiyməti ilə bağlanır. Repo açılış qiyməti Repo predmeti xxxx investisiya qiymətli kağızlarının xxxx qiymətinin bu Qaydaların 10.6 bəndi ilə müəyyən olunmuş təminat əmsalı həcmində diskontlaşdırılması yolu ilə, Xxxxx tərəfindən hesablanır. Repo açılış əqdinin qiyməti aşağıdakı qaydada hesablanır:
Pa – Repo açılış əqdinin qiyməti;
𝑃𝑎 = 𝑃𝑐(1 −
𝑘
)
100
Pc – Repo predmeti xxxx investisiya qiymətli kağızlarının xxxx qiyməti; k – təminat əmsalı (faizlə).
10.5.2. Repo predmetinin xxxx qiyməti aşağıdakı düstur əsasında hesablanır:
Faizli istiqrazlar üzrə:
𝑃𝑐 = 𝑁 ×
(1 + (𝑡1 − 𝑡0) × 𝐶%)
𝑇
Pc – Repo predmetinin xxxx qiyməti;
N – Repo predmeti xxxx istiqrazın nominal dəyəri (pul ekvivalentində); t1 – Repo açılış əqdinin tarixi;
t0 – Repo predmeti xxxx istiqrazın son faiz ödənişi tarixi; C – Repo predmeti xxxx istiqrazın faiz dərəcəsi;
T – 360 və ya 365 (Repo predmeti xxxx istiqrazların buraxılış şərtlərindən asılı olaraq). Diskontlu istiqrazlar üzrə:
𝑇 × 𝑁
2
𝑃𝑐 = ((𝑡
− 𝑡1) × 𝑌% + 𝑇)
Pc – Repo predmetinin xxxx qiyməti;
N – Repo predmeti xxxx istiqrazın nominal dəyəri (pul ekvivalentində); t2 – Repo predmeti xxxx istiqrazın ödəniş tarixi;
t1 – Repo açılış əqdinin tarixi;
Y – Repo predmeti xxxx istiqrazın Birjada bağlanmış əqdlər üzrə xxxx çəkili qiyməti əsasında hesablanmış faiz dərəcəsi;
T – 360 və ya 365 (Repo predmeti xxxx istiqrazların buraxılış şərtlərindən asılı olaraq.
Səhmlər üzrə xxxx qiymət Repo predmeti xxxx investisiya qiymətli kağızları ilə Birjada bağlanmış əqdlərin xxxx çəkili qiyməti və ya marketmeyker kotirovkaları əsasında müəyyən edilir.
10.5.3. Repo bağlanış əqdi Repo bağlanış qiyməti ilə təmin edilir. Repo bağlanış əqdinin qiyməti Xxxxx tərəfindən aşağıdakı qaydada hesablanır:
Pb – Repo bağlanış əqdinin qiyməti; Pa – Repo açılış əqdinin qiyməti;
t – Repo müddəti (günlərlə);
r – Repo faiz dərəcəsi;
𝑃𝑏 = 𝑃𝑎 ×
(1 + 𝑡 × 𝑟%)
𝑇
T – 360 və ya 365 (Repo predmeti xxxx istiqrazların buraxılış şərtlərindən asılı olaraq.
10.5.4 Repo faiz dərəcəsi Xxxxx tərəfindən aşağıdakı qaydada hesablanır:
r – Repo faiz dərəcəsi;
(𝑃𝑏 − 𝑃𝑎) 𝑇
r = ×
𝑃𝑎 𝑡
× 100
Pb – Repo bağlanış əqdinin qiyməti; Pa – Repo açılış əqdinin qiyməti;
t – Repo müddəti (günlərlə);
T – 360 və ya 365 (Repo predmeti xxxx istiqrazların buraxılış şərtlərindən asılı olaraq.
10.5.6. Repo açılış və Repo bağlanış əqdlərinin qiymətləri 0.0001-dək yuvarlaqlaşdırılır.
10.6. Təminat əmsalı
10.6.1. Repo müddəti ərzində Repo predmeti xxxx investisiya qiymətli kağızlarının bazar qiymətinin aşağı düşməsi zamanı Repo üzrə öhdəliklərin yerinə yetirilməməsi risklərinin qarşısının alınması məqsədi ilə Xxxxx Repo açılış qiymətinin hesablanması zamanı təminat əmsalından istifadə edir. Təminat əmsalı aşağıdakı qaydada hesablanır:
𝑃𝑐 − 𝑃𝑎
k =
𝑃𝑐
× 100
Pa – Repo açılış əqdinin qiyməti;
Pc – Repo predmeti xxxx investisiya qiymətli kağızlarının xxxx qiyməti; k – təminat əmsalı (faizlə).
10.6.2. Bu Qaydaların 10.3-cü bəndi ilə müəyyən olunmuş investisiya qiymətli kağızları üzrə təminat əmsalı klirinq təşkilatı ilə razılaşdırılaraq Xxxxx tərəfindən müəyyən olunur. Reponun predmeti xxxx qiymətli kağızların siyahısı Birjanın ticarət sistemi və internet səhifəsi vasitəsi ilə açıqlanır.
10.7. Repo əməliyyatı üzrə təminatın həcmi və hesablaşmaların keçirilməsi
10.7.1. Repo əməliyyatı üzrə təminat olaraq Repo açılış əqdi zamanı Repo predmeti xxxx investisiya qiymətli kağızları çıxış edir.
10.7.2. Repo açılış əqdi zamanı Repo predmeti xxxx investisiya qiymətli kağızları Birjada Repo əqdinin bağlanması təsdiq edildikdən sonra Repo alıcısının hesabında klirinq təşkilatının tapşırığına əsasən depozitar tərəfindən dondurulur.
10.7.3. Repo müddəti ərzində Repo təminatının Xxxxx tərəfindən hesablanmış bazar dəyəri Repo bağlanış əqdi qiymətinə nəzərən aşağı düşdükdə Repo satıcısı klirinq təşkilatına əlavə təminatlar təqdim etməlidir. Əlavə təminatlar pul və ya bu Qaydaların 10.3-cü bəndində göstərilən qiymətli kağızlar ola bilər. Repo təminatının Xxxxx tərəfindən hesablanmış bazar dəyəri Birjada bağlanmış əqdlərin xxxx çəkili qiyməti əsasında hesablanır və gündəlik olaraq Birjanın ticarət sistemi vasitəsi ilə açıqlanır. Əlavə təminatın həcmi aşağıdakı qaydada hesablanır:
𝑀𝑐 = 𝑄𝑃𝑚 − [𝐶𝐹1 × (1 +
𝑡′ + 𝑟%
)]
𝑇
Mc - əlavə təminat məbləği (manatla);
Q – Repo predmeti xxxx investisiya qiymətli kağızlarının həcmi, əlavə təminatlar daxil olmaqla (ədəd);
Pm - Repo predmeti xxxx investisiya qiymətli kağızlarının bazar dəyəri; CF1 – Repo açılış əqdinin məbləği;
t' – Repo açılış əqdi tarixindən əlavə təminatın hesablandığı tarixədək xxxx günlərin sayı; r – Repo faiz dərəcəsi;
T – 360 və ya 365 (Repo predmeti xxxx istiqrazların buraxılış şərtlərindən asılı olaraq).
10.7.4. Əlavə təminat olaraq pul vəsaitləri çıxış etdikdə, əlavə təminatın məbləği klirinq təşkilatı tərəfindən Repo alıcısının müvafiq hesabında dondurulur.
10.7.5. Əlavə təminat olaraq bu Qaydaların 10.3-cü bəndində göstərilən qiymətli kağızlar olduqda əlavə təminatın məbləği, əlavə təminatın hesablandığı günün Repo açılış qiymətinə bölünərək hesablanır. Hesablamalar zamanı əlavə təminat qismində çıxış edəcək qiymətli kağızların həcmi tam ədədədək yuvarlaqlaşdırılır. Əlavə təminat qismində çıxış edən qiymətli kağızlar Repo alıcısının hesabında klirinq təşkilatının tapşırığına əsasən depozitar tərəfindən dondurulur.
10.7.6. Repo alıcısının hesabında dondurulmuş qiymətli kağızların dondurmadan azad edilməsi yalnız klirinq təşkilatının tapşırığına əsasən depozitar tərəfindən həyata keçirilir.
10.7.7. Repo alıcısının hesabında dondurulmuş qiymətli kağızların o cümlədən, əlavə təminat kimi təqdim edilmiş pul vəsaitlərinin dondurmadan azad edilməsi aşağıdakı hallarda həyata keçirilə bilər:
a) Repo bağlanış əqdi icra olunduqda;
b) Məhkəmənin qərarı ilə;
c) Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
10.7.8. Repo əməliyyatları üzrə hesablaşmalar klirinq təşkilatı tərəfindən həyata keçirilir.
10.7.9. Reponun bağlanış tarixi qeyri-iş gününə düşdüyü halda, əqd növbəti ilk iş günü öhdəliklər dəyişdirilmədən icra edilir.
10.7.10. Repo əməliyyatı üzrə öhdəliklərin qismən icra olunmasına yol verilmir.
10.8. Repo Baş Razılaşması
10.8.1. Repo Baş Razılaşmasında aşağıdakı müddəalar öz əksini tapmalıdır:
a) Razılaşmanın predmeti;
b) Repo əməliyyatlarının bağlanması və öhdəliklərin icrası şərtləri;
c) Repo açılış və bağlanış qiymətlərinin hesablanması qaydası;
d) Repo əməliyyatları üzrə öhdəliklərin müəyyən edilməsi qaydası;
e) Repo əməliyyatı üzrə təminatların formalaşması qaydası;
f) Repo əməliyyatı üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə görüləcək tədbirlər;
g) Məsuliyyət məsələləri;
h) Tərəflərin zəruri hesab etdiyi digər müddəalar.
10.9. Repo əməliyyatları üzrə öhdəliklərin icrasına nəzarət
10.9.1. Repo satıcısı, Repo bağlanış əqdi üzrə öz öhdəliklərini Repo bağlanış əqdi tarixində ticarət sessiyasının sonunadək yerinə yetirmədikdə, Xxxxx tərəfindən ona qarşı Repo Baş Razılaşmasında nəzərdə tutulan tədbirlər həyata keçirilir.
10.10. Repo əməliyyatları üzrə məlumatların açıqlanması və hesabatlılıq
10.10.1. Xxxxx Repo əməliyyatları üzrə aşağıdakı məlumatları açıqlayır:
a) Repo predmeti xxxx investisiya qiymətli kağızları;
b) Təminat əmsalı (faizlə);
c) Repo predmeti ola bilən investisiya qiymətli kağızlarının xxxx qiyməti;
d) Repo açılış qiyməti.
10.10.2. Repo əməliyyatlarına dair məlumatlar Birjanın məlumatların açıqlanmasına dair qaydalarına və Repo Baş Razılaşmasına müvafiq olaraq açıqlanır və təqdim olunur.
11. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi
11.1. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi üzrə ümumi müddəalar
11.1.1. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.
11.1.2. İnvestisiya qiymətli kağızlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsi bu qiymətli kağızların növündən asılı olaraq abunə yazılışı və ya hərrac qaydasında təşkil oluna bilər.
11.1.3. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsinə bu qiymətli kağızların Birjada listinqə daxil edilməsindən sonra başlanıla bilər.
11.1.4. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi zamanı qiymətli kağızların satıcısı qismində xxxxx üzvü (anderrayter) vasitəsi ilə bu qiymətli kağızların Emitenti çıxış edir.
11.1.5. Digər qiymətli kağızların yerləşdirilməsi Birjanın İdarə heyətinin qərarı ilə bu Qaydaların 11-ci bəndinin müddəaları əsasında həyata keçirilir.
11.2. İnvestisiya qiymətli kağızlarının abunə yazılışı qaydasında yerləşdirilməsi
11.2.1. İnvestisiya qiymətli kağızlarının abunə yazılışı qaydasında yerləşdirilməsi Birjada bu məqsədlərlə yaradılmış xüsusi bazarda, birjanın ticarət reqlamentinə uyğun olaraq, bu Qaydaların 6-cı bəndi ilə nəzərdə tutulmuş fasiləsiz ticarət üsulu ilə həyata keçirilir.
11.2.2. İnvestisiya qiymətli kağızlarının abunə yazılışının keçirilməsi müddəti abunə yazılışının başlanması barədə elanın dərc olunduğu tarixdən 3 (üç) xxxxx xxx olmamalıdır.
11.2.3. Abunə yazılışının başlanmasından ən azı 1 (bir) iş günü əvvəl qiymətli kağızların Birjanın listinq qaydalarına müvafiq olaraq listinqə daxil edilməsi haqqında ərizə, qanunvericiliyə uyğun olaraq tərtib edilmiş emissiya prospekti (və ya informasiya memorandumu) və abunə yazılışının başlanması haqqında məlumat Emitent tərəfindən Birjaya təqdim edilməlidir. Abunə yazılışının başlanması haqqında məlumat kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında məlumatların açıqlanması üzrə vahid məlumat resursunda açıqlanmalıdır.
11.2.4. Abunə yazılışının başlanması haqqında məlumatda aşağıdakılar öz əksini tapmalıdır:
a) Emitentin adı;
b) Qiymətli kağızların qeydiyyat nömrəsi, məcmu nominal dəyəri, qiyməti (qiymət müəyyən edilmədiyi halda emissiya prospektində göstərilən qiymət dəhlizi);
c) Qiymətli kağızların növü;
d) Abunə yazılışının başlama və başa çatma tarixləri;
e) Emissiya prospektinin əldə edilməsinin mümkün olduğu yerlər.
11.2.5. Xxxxx abunə yazılışının başlanması haqqında məlumatı və qanunvericiliyə uyğun olaraq tərtib edilmiş emissiya prospektini özünün internet səhifəsində açıqlayır.
11.2.6. Abunə yazılışı başa çatdıqdan və qiymətli kağızlar Birjada listinqə daxil edildikdən sonra
2 (iki) iş günü ərzində emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixi və qiymətli kağızların yerləşdirilməsi qiyməti (emissiya prospektində investisiya qiymətli kağızların qiyməti müəyyən edilmədikdə) barədə məlumatı Birjaya təqdim etməli və qanunvericiliyə müvafiq olaraq açıqlamalıdır. Abunə yazılışı başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində emitent və yerləşdirməni həyata keçirən anderrayter qiymətli kağızların yerləşdirilməsinə başlamalıdırlar.
11.2.7. Xxxxx bu Qaydaların 11.2.6-cı bəndində göstərilən məlumatları aldıqdan sonra 1 (bir) iş günü ərzində özünün internet səhifəsi vasitəsi ilə açıqlayır.
11.2.8. Yerləşdirmə müddəti ərzində anderrayter abunə yazılışının yekunları üzrə alış sifarişlərini və yerləşdirmə üzrə satış sifarişini (sifarişlərini) Birjanın ticarət sisteminə daxil edir. Sifarişlər bu Qaydalara müvafiq olaraq yalnız limit qiyməti ilə və “İcra et və saxla” şərti ilə təqdim edilə bilər. Sifarişlərin qiyməti bu Qaydaların 11.2.8 bəndinin müddəalarına əsasən açıqlanmış qiymət olmalıdır.
11.2.9. Sifarişlər, investorlar tərəfindən qiymətli kağızlarının dəyəri qanunvericiliyə müvafiq olaraq ödənildikdən sonra ticarət sisteminə daxil edilə bilər.
11.2.10. Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi zamanı üstünlük hüququ nəzərdə tutulduqda, yerləşdirmənin başlandığı ilk 2 (iki) iş günü ərzində üstünlük hüququna xxxxx xxxx səhmdarların arasında səhmlərin yerləşdirilməsi həyata keçirilməlidir. Səhmdarlar səhmdar cəmiyyətinin səhmlərini almaqda üstünlük hüququna malik olduqda, həmin səhmlərin cəmiyyətin nizamnamə kapitalında səhmdarların malik olduqları paya mütənasib şəkildə yerləşdirilməsi Mərkəzi Depozitar və anderrayter tərəfindən yoxlanılır.
11.2.11. Abunə yazılışı qaydasında yerləşdirilmə zamanı qiymətli kağızların yerləşdirməsi müddəti 7 (yeddi) iş günündən xxx xxx bilməz.
11.2.12. Ticarət günün sonunda bütün icra edilməmiş sifarişlər avtomatik olaraq ləğv edilir.
11.3. İnvestisiya qiymətli kağızlarının hərrac qaydasında yerləşdirilməsi
11.3.1. İstiqrazlar, abunə yazılışı keçirilmədən bu Qaydaların 6-cı bəndi ilə nəzərdə tutulmuş Bir qiymətli hərrac üsulu (birbaşa hərrac üsulu) və Rəqabətli hərrac üsulu (dolayı hərrac üsulu) ilə yerləşdirilə bilər.
11.3.2. İstiqrazların hərrac qaydasında yerləşdirilməsi zamanı, emissiya prospektində istiqrazların satış qiymətinin hərracdan əvvəl elan olunması nəzərdə tutulduqda bir qiymətli hərrac üsulu (birbaşa hərrac üsulu), digər hallarda rəqabətli hərrac üsulu (dolayı hərrac üsulu) tətbiq edilir.
11.3.3. İstiqrazların hərrac qaydasında yerləşdirilməsi Birjada bu məqsədlərlə yaradılmış xüsusi bazarda, Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir.
11.3.4. Hərrac qaydasında yerləşdirilmə zamanı istiqrazların yerləşdirilməsi müddəti 1 (bir) iş günündən xxx xxx bilməz.
11.3.5. İstiqrazların hərrac qaydasında yerləşdirilməsinin başlanmasından ən azı 5 (beş) iş günü əvvəl qiymətli kağızların Birjanın listinq qaydalarına müvafiq olaraq listinqə daxil edilməsi haqqında ərizə, qanunvericiliyə uyğun olaraq tərtib edilmiş emissiya prospekti (və ya informasiya memorandumu) emitent tərəfindən Birjaya təqdim edilməlidir.
11.3.6. İstiqrazlar Birjada listinqə daxil edildikdən sonra, qiymətli kağızların yerləşdirilməsinə başlanılması tarixinə ən azı 2 (iki) iş günü qalmış emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini və hərracın keçirilməsi şərtləri barədə məlumatı Birjaya təqdim etməli və qanunvericiliyə müvafiq olaraq açıqlamalıdır.
11.3.7. Hərracın keçirilməsinin şərtləri barədə məlumatda aşağıdakılar əks olunmalıdır:
a) Hərracın keçirilməsi tarixi;
b) Qiymətli kağızların qeydiyyat nömrəsi;
c) Təklif olunan istiqrazların məbləği;
d) Qeyri-rəqabətli sifarişlərin ümumi emissiya həcminə nəzərən maksimal məbləği;
e) Bir istiqrazın satış qiyməti (emissiya prospektində bu qiymətin hərracdan əvvəl elan olunması nəzərdə tutulduqda);
f) Əgər qiymətli kağız üzrə buraxılış şərtlərində qeyd olunmayıbsa eyni qiymətli sifarişlərin bölgü qaydası (mütənasiblik və ya vaxt üstünlüyü qaydasında).
11.3.8. Xxxxx bu Qaydaların 11.3.7-ci bəndində göstərilən məlumatları aldıqdan sonra 1 (bir) iş günü ərzində özünün internet səhifəsi vasitəsi ilə açıqlayır.
11.3.9. Yerləşdirilmə günü Birjanın ticarət reqlamentinə uyğun olaraq sifarişlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində xxxxx üzvləri istiqrazların alınması (geriyə satış hərracı zamanı satılması) üçün sifarişləri ticarət sisteminə daxil edirlər.
11.3.10. Sifarişlər investorlar tərəfindən qiymətli kağız üzrə hesablaşmalar prinsipinin tələblərinə uyğun olaraq ticarət sisteminə daxil edilə bilər.
11.3.11. Hərrac zamanı yalnız rəqabətli və qeyri-rəqabətli sifarişlər daxil edilə bilər. Sifarişlər yalnız “İcra et və saxla” şərti ilə təqdim edilə bilər.
11.3.12. Hərrac zamanı hər bir investorun hesabından təqdim edilmiş qeyri-rəqabətli sifarişlər, onların hesabında təqdim edilmiş rəqabətli sifarişlərin, qiymətli kağız üzrə buraxılış şərtlərində qeyd edilmiş nisbətindən artıq ola bilməz.
11.3.13. Hərrac zamanı sifarişlərin qəbul edilməsi müddətinin sonunda Xxxxx təqdim olunmuş sifarişlərin reyestrini anderrayterə təqdim edir və ya onun ticarət sistemi vasitəsi ilə bu məlumata çıxışını təmin edir. Hərrac zamanı təqdim olunmuş sifarişlərin reyestrində ən azı aşağıdakı məlumatlar əks olunur:
a) Hər bir qiymət üzrə təqdim edilmiş sifarişlərin sayı və məbləği;
b) Təqdim edilmiş rəqabətli sifarişlər üzrə qiymətli kağızların sayı;
c) Rəqabətli və qeyri-rəqabətli sifarişlərin məbləği.
11.3.14. Hərrac zamanı sifarişlərin qəbulu müddəti bitdikdən sonra 1 (bir) iş günü ərzində emitent və ya anderrayter təqdim edilmiş sifarişlər üzrə hərracda təmin olunacaq istiqrazların həcmini və qiymət əvvəlcədən elan olunmadığı təqdirdə (dolayı hərrac zamanı), onların minimal qiymətini (kəsmə qiymətini) müəyyənləşdirir və Birjanın ticarət reqlamentinə müvafiq olaraq əqdlərin bağlanması mərhələsində Xxxxx üzvü (anderrayter) vasitəsi ilə ticarət sisteminə satış (geriyə satış hərracı xxxxxx xxxx) sifarişi daxil edir.
11.3.15. Hərrac zamanı təqdim edilmiş sifarişlərin ümumi həcmi yerləşdiriləcək istiqrazların həcmindən artıq olduqda, eyni qiymətlə təqdim edilmiş sifarişlər emissiya prospektinə müvafiq olaraq mütənasiblik qaydasında və ya bu sifarişlərin təqdim edilməsi vaxtına görə icra edilir.
11.3.16. Sifarişlərin icra edilməsi qiymətli kağızları hərraca çıxaran Xxxxx üzvü (anderrayter) ilə hərrac iştirakçıları xxxx Xxxxx üzvləri arasında alqı-satqı əqdinin bağlanması hesab edilir.
11.3.17. Mərkəzi Depozitar yerləşdirilən qiymətli kağızlar üzrə toplanmış pul vəsaitlərini və alınmış qiymətli kağızları (dövlət qiymətli kağızlarının yerləşdirilməsi istisna olmaqla) Mərkəzi Bank tərəfindən emissiyanın və ya kütləvi təklifin yekunları haqqında hesabat dövlət qeydiyyatına alınanadək qanunvericiliyə müvafiq olaraq dondurur.
11.4. Dövlət qiymətli kağızlarının yerləşdirilməsi
11.4.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlət və bələdiyyə qiymətli kağızlarının kütləvi təklif üsulu ilə Birjada yerləşdirilməsi bu Qaydaların 11.3-cü bəndinin müddəalarına əsasən hərrac qaydasında təşkil olunur.
11.4.2. Hərrac bitdikdən sonra hərrac iştirakçıları ilə istiqrazlar üzrə bağlanmış əqdlərin reyestri Xxxxx tərəfindən emitentə və Mərkəzi Depozitara, əqdlər reyestrindən çıxarışlar isə hərrac iştirakçılarına elektron şəkildə ticarət sistemi vasitəsi ilə təqdim olunur.
11.4.3. Birjada bağlanmış əqdlər üzrə reyestrindən çıxarış hərrac iştirakçısı və emitent arasında Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlət və bələdiyyə qiymətli kağızları üzrə alqı-satqı müqaviləsinin bağlanmasının təsdiqidir.
11.4.4. Emitent qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış etdikdə, Xxxxx sifarişlərin qəbul edilməsi müddəti ərzində təqdim olunmuş sifarişlərin reyestrini müstəsna olaraq emitentə təqdim edə və ya ticarət sistemi vasitəsi ilə bu məlumata çıxışını təmin edə bilər.
11.5. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Repo və Əks-Repo əməliyyatları üzrə hərracların keçirilməsi
11.5.1. Mərkəzi bank tərəfindən bu Qaydaların 10.1.4-cü bəndinin “a” bəndində nəzərdə tutulmuş Repo və Əks-Repo əməliyyatları üzrə hərracların keçirilməsi bu Qaydaların 11.3-cü və 11.4-cü bəndlərinin müddəalarına əsasən hərrac qaydasında təşkil olunur.
11.6. Geriyə satış hərracı
11.6.1. Geriyə satış hərracı bu Qaydaların 11.3-cü bəndinin müddəalarına əsasən Birjada ticarətə buraxılmış və yerləşdirilmiş qiymətli kağızlar üzrə təşkil olunur.
11.6.2. Geriyə satış hərracı zamanı qiymətli kağızların alıcısı qismində Xxxxx üzvü vasitəsi ilə bu qiymətli kağızların emitenti çıxış edir.
11.7. Törəmə maliyyə alətlərinin ticarətə buraxılması
11.7.1. Törəmə maliyyə alətlərinin ticarətə buraxılması Xxxxx tərəfindən törəmə maliyyə alətinin standartlaşdırılmış forması əsasında həyata keçirilir.
11.7.2. Törəmə maliyyə alətlərinin standartlaşdırılmış formasında aşağıdakı məlumatlar qeyd olunur:
a) Baza aktivi;
b) Törəmə maliyyə alətinin növü;
c) Törəmə maliyyə alətinin dəyəri (olduqda);
d) Müqavilənin tədavül müddəti (ilk və son gün);
e) Müqavilənin icra günü (olduqda);
f) Müqavilənin icra üsulu (baza aktivinin çatdırılması və ya qarşılıqlı hesablaşmalar);
g) Qiymətin müəyyən edilməsi üsulu;
h) Qiymət addımı;
i) Lot ölçüsü;
j) Qiymət dəhlizi;
k) Xxxxx xxxxxxxx məbləği;
l) Opsionlar üçün baza aktivini almaq və ya satmaq hüququnun istifadə edilməsi zamanı baza aktivinin qiyməti (opsion üçün);
m) Opsionun növü (opsion üzrə verilən hüququ tədavül müddəti ərzində və ya tədavül müddətinin sonunda istifadə etmək imkanı);
n) Opsionun sinfi (opsion üzrə verilən satmaq və ya almaq hüququ).
11.7.3. Törəmə maliyyə alətlərinin standartlaşdırılmış forması Mərkəzi Bank tərəfindən təsdiq edildikdən sonra, Birjada ticarət oluna bilər.
11.7.4. Törəmə maliyyə alətinin standartlaşdırılmış formasına Xxxxx tərəfindən dəyişikliklər edilə bilər. Törəmə maliyyə alətinin standartlaşdırılmış formasına edilmiş dəyişikliklər Mərkəzi Bank tərəfindən təsdiq edildikdən və Birjanın internet səhifəsində açıqlandıqdan sonra növbəti iş günündən tez olmayaraq qüvvəyə minir.
11.8. Qiymətli kağızların qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi
11.8.1. Qiymətli kağızların qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi bu Qaydaların 7.6-cı bəndinin müddəalarına əsasən ünvanlı əqdlərin bağlanması qaydasında təşkil olunur.
12. Marja ilə ticarət
12.1. Marja ilə ticarət üzrə ümumi müddəalar
12.1.1. Marja ilə ticarət fasiləsiz ticarət metodu ilə Birjanın ticarət reqlamenti ilə müəyyən edilmiş bazarlar və vaxt ərzində Xxxxx üzvləri vasitəsi ilə təşkil olunur.
12.1.2. Marja ilə ticarət bu Qaydalara müvafiq olaraq qiymətli kağızların yerləşdirlməsinə və Repo əməliyyatlarına şamil edilmir.
12.1.3. Xxxxx üzvü hər hansı müştəridən əldə etdiyi vəsaitləri digər müştərilər üçün marja əməliyyatları aparmaq və ya öz məqsədləri üçün istifadə etməməlidir.
12.1.4. Xxxxx üzvü müştərilər üzrə marja əməliyyatlarını bu məqsədlə hər bir müştəri üzrə klirinq təşkilatında açılmış fərdi marja hesabından həyata keçirməlidir.
12.2. Marja ilə ticarət oluna bilən baza aktivləri
12.2.1. Aşağıdakı tələblərə cavab verən qiymətli kağızlar marja ticarətinin baza aktivi kimi qəbul edilə bilər:
a) Qiymətli kağızların altı xxxxx xxx müddətdə listinqdə olması;
b) Ticarət olunan qiymətli kağızların sayının 10000-dən (on min) xxx olması;
c) Qiymətli kağızların son altı ay ərzində ticarət həcminin, xxxx aylıq ticarət həcminə (bazarda cəmi ticarət həcminin müvafiq ayların sayına bölünməsi) bərabər və ya ondan xxx olması;
d) Ticarətin günlərinin sayının həmin qiymətli kağızların Birjada listinqdə xxxx ticarət günlərinin sayının 80%-nə və ya daha xxx hissəsinə bərabər olması;
e) Qiymətli kağızların delistinq prosesində olmaması.
f) Riskli qiymətli kağız kimi təyin olunmaması;
g) Qiymətli kağızların marketmeykerinin olması.
12.2.2. Baza aktivi baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişiklikləri xxxx törəmə maliyyə alətləri ilə marja ticarəti bu alət üzrə Xxxxx üzvünün müraciəti əsasında, ən azı bir marketmeykerin (likvidlik təminatçısının) iştirakı ilə təşkil olunur.
12.3. Marja ticarəti üzrə hədlər
12.3.1. Marja ticarətinin baza aktivi kimi qiymətli kağızlar qəbul edildikdə marja həddi aşağıdakı qaydada müəyyən edilir:
a) İlkin xxxxx xxxx aktivinin xxxx xxxxx dəyərinin minimum 40 (qırx) xxxxx həcmində olmalıdır;
b) Marja ticarəti ilə əldə edilmiş baza aktivi üzrə təminat marjası son ticarət günü üçün yekun qiymətin minimum 20 (iyirmi) xxxxx həcmində olmalı və yalnız pul vəsaiti ilə ödənilməlidir.
12.3.2. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişiklikləri ilə marja ticarəti üzrə marja həddi Mərkəzi Bank ilə razılaşdırılmaqla Birjanın İdarə Heyəti tərəfindən müəyyən olunur.
12.3.3. Təminat marjası Xxxxx tərəfindən müəyyən olunmuş minimal həddən aşağı düşdükdə, bu xidmətləri göstərən Xxxxx üzvü dərhal marja çağırışını etməlidir.
12.3.4. Marja çağırışı edilən müştəriyə bu xidmətləri göstərən Xxxxx üzvü tərəfindən baza aktivlərinin bazar qiymətlərində yüksəlməyə görə əlavə marja və ya vəsait verilə bilməz.
12.4. Marja ticarəti üzrə məlumatların açıqlanması
12.4.1. Xxxxx xxxxx ilə ticarətin təşkil olunduğu bazarlar üzrə bu Qaydaların 12.2.1-ci və 12.2.2-ci bəndlərinin tələblərinə uyğun gələn alətlərin siyahısını və bu Qaydaların 12.3.2-ci bəndi üzrə marja hədləri barədə məlumatı özünün internet səhifəsi vasitə ilə açıqlayır.
13. Birjada bağlanılmış əqdlərin hesablaşmaların və ləğv edilməsi
13.1. Birjada bağlanmış əqdlər üzrə hesablaşmaların keçirilməsi
13.1.1. Birjada bağlanmış əqdlər üzər hesablaşmalar Ödənişə Qarşı Çatdırılma (ÖQÇ) prinsipi əsasında, Xxxxx ilə hesablaşma-klirinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalamış qanunvericiliyə müvafiq olaraq fəaliyyət göstərən klirinq təşkilatı tərəfindən həyata keçirilir.
13.1.2. Qiymətli kağızlarla ticarətin təşkili zamanı, klirinq təşkilatının bu qiymətli kağızların saxlanıldığı depozitar təşkilatına çıxışı olmalıdır.
13.1.3. Xxxxx, klirinq təşkilatı ilə hesablaşma-klirinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayır. Müqavilədə ən azı aşağıdakı müddəalar əks olunur:
a) Birjada bağlanmış əqdlər üzrə hesablaşmaların tamamlanması müddəti;
b) Birjada bağlanmış əqdlərin təmin edilməsi (tamamlanması) qaydası;
c) Xxxxx üzvləri üzrə ticarət limitlərinin müəyyən olunması;
d) Məlumatların qorunması və təhlükəsizliyi şərtləri.
13.1.4. Xxxxx ilə klirinq təşkilatı arasında məlumat mübadiləsi elektron formada təşkil edilir.
13.2. Birjada bağlanmış əqdlərin ləğv edilməsi
13.2.1. Birjada bağlanmış əqdlər qanunvericiliyə müvafiq olaraq ləğv olunur.
14. Ticarət simvolları
14.1. Ticarət simvollarının verilməsi
14.1.1. Birjada ticarətə buraxılan hər bir qiymətli kağız və törəmə maliyyə alətinə fərdi ticarət simvolu verilir.
14.1.2. Hər bir ticarət simvolu unikaldır və təkrarlanmır.
14.1.3. Ticarət simvolu qiymətli kağız və ya törəmə maliyyə alətinin buraxılış şərtlərindən və emitentindən asılı olaraq hərflər və rəqəmlərdən ibarət ola bilər. Ticarət simvolu yalnız rəqəmlərdən ibarət ola bilməz.
14.1.4. Xxxxx ticarət simvollarını müstəqil şəkildə qiymətli kağızların və törəmə maliyyə alətlərinin ticarətə buraxılmasında təyin edir. İstisna olaraq, ticarət simvolu qiymətli kağızlar və ya törəmə maliyyə alətləri listinqə daxil edilərkən onların listinqə daxil edilməsi üçün müraciət etmiş şəxsin yazılı müraciəti əsasında bu Qaydalara uyğun şəkildə təyin oluna bilər.
14.1.5. Ticarət simvolu Xxxxx tərəfindən aşağıdakı qaydada müəyyən olunur:
a) Dövlət qiymətli kağızları üzrə:XYZZNN Burada,
X – Dövlət qiymətli kağızlarını xarakterizə edən şərti simvoludur (notlar üzrə „N”, qısa müddətli dövlət istiqrazları üzrə „T”, xxxx müddətli dövlət istiqrazları üzrə „B”, uzun müddətli dövlət istiqrazları üzrə „D”, xüsusi şərtlərlə buraxılmış dövlət istiqrazları üzrə „G”, bələdiyyə istiqrazları üzrə „M” hərfi qeyd olunmalıdır);
Y – Dövlət qiymətli kağızlarının valyutasının baş hərfidir;
ZZ – Dövlət qiymətli kağızlarının buraxıldığı ilin son ikirəqəmidir; NN – Dövlət qiymətli kağızlarının bir ildə buraxılış sırasıdır.
b) Korporativ istiqrazlar üzrə: XXXXXYY Burada,
XXXXX – İstiqrazların emitentini xarakterizə edən ticarət simvoludur; YY – Korporativ istiqrazın buraxılış sırasıdır.
c) Səhmlər üzrə: XXXXX Burada,
XXXXX – Səhmlərin emitentini xarakterizə edən latın əlifbasının baş rəqəm kombinasiyasıdır. Kodun seçilməsi zamanı bütün kodun yalnız rəqəm olmasına yol verilmir, kodlaşmada ən azı bir hərf olmalıdır.
d) Törəmə maliyyə alətləri üzrə:
Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin alınıb- satılmasını nəzərdə tutan maliyyə alətləri üzrə təşkil edilmiş marja ticarəti üzrə ticarət simvolu qarşılıqlı olaraq alınıb satılan iki baza aktivinin ticarət simvollarının birləşməsindən ibarət olur.
c) Digər qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarət simvolu Birjanın İdarə Heyətinin qərarı ilə müəyyən olunur.
15. Digər müddəalar
15.1. Ticarət haqqları
15.1.1. Birjada bağlanmış əqdlərə görə Xxxxxxxx müəyyən etdiyi tarif cədvəlinə müvafiq olaraq ticarət haqları tətbiq edilir.
15.1.2. Ticarət haqları Xxxxx üzvləri tərəfindən Birjaya ödənilir.
15.1.3. Ticarət haqqının məbləğinin hesablanması qaydası Birjanın İdarə Heyəti tərəfindən müəyyən edilən tarif cədvəlində əks olunur.
15.1.4. Xxxxx tarif cədvəlini özünün internet səhifəsində açıqlayır.
15.2. Hesabatlılıq və məlumatların açıqlanması
15.2.1. Bu Qaydalar üzrə hesabatlılıq və məlumatların açıqlanması Birjanın məlumatların açıqlanması qaydaları ilə tənzimlənir.
15.3. Qaydaların pozulmasına görə məsuliyyət
15.3.1. Bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi və Birjanın qaydaları ilə nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq edilir.
Əlavə №1
“Bakı Fond Birjası” QSC-nin Ticarət Reqlamenti
Təkrar bazar* | Törəmə maliyyə alətləri üzrə ticarət saatları | ||||
Ticarət fazasının adı | Ticarət üsulu | Səhmlər üzrə ticarət Saatları | İstiqrazlar üzrə ticarət saatları | Repo üzrə ticarət saatları | |
Açılış hərracı | Tarazlaşdırıcı hərrac üsulu | 9:30 - 10:00 | - | - | 24/5 |
Fasiləsiz ticarət | Fasiləsiz ticarət Üsulu | 10:00 - 13:00 | 10:00 - 13:00 | 10:00 - 13:00 | |
Açılış hərracı | Tarazlaşdırıcı hərrac üsulu | 14:00 - 14:15 | - | - | |
Fasiləsiz ticarət | Fasiləsiz ticarət Üsulu | 14:15 - 15:45 | 14:00 - 16:00 | 14:00 - 16:00 | |
Bağlanış hərracı | Tarazlaşdırıcı hərrac üsulu | 15:45 - 16:00 | - | - | |
Yerləşdirmə* (İlkin bazar) | |||||
Abunə yazılışı qaydasında | Fasiləsiz ticarət üsulu | 11:00 - 13:00; 14:00 - 16:00 | 11:00-13:00; 14:00-16:00 | - | |
Hərrac qaydasında** | Tələb qiymətli və ya bir qiymətli hərrac üsulu | - | 11:00 - 12:30 | - | |
Qapalı yerləşdirmə | Fasiləsiz ticarət üsulu | 11:00 - 13:00; 14:00 - 16:00 | 11:00 - 13:00; 14:00 - 16:00 | - |
*Qeyd: Saat 13:00-xxx 14:00 dək səhmlər, istiqrazlar və Repo ticarətləri üzrə fasilə müddətidir. Fasilə müddəti ərzində ticarət əməliyyatları keçirilmir.
**Qeyd: Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızlarının hərrac vasitəsi ilə yerləşdirilməsi üzrə reqlament emitent tapşırığına əsasən müəyyən olunur.
Əlavə №2
MARKETMEYKER FƏALİYƏTİ İLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN MÜRACİƏT FORMASI
QEYD: Bu forma marketmeyker fəaliyyətinin predmeti xxxx hər bir qiymətli kağız üzrə doldurulmalıdır.
Tam adı | |
VÖEN |
A. MARKETMEYKER BARƏDƏ MƏLUMAT A1. Ümumi məlumat:
A2. Ünvan və əlaqə vasitələri:
Hüquqi ünvanı | |
Faktiki ünvanı | |
Əlaqələndirici şəxs |
Telefon | Faks | Digər |
A3. Sahib olduğu investisiya şirkəti fəaliyyəti üçün lisenziya barədə məlumat:
Həyata keçirilməsinə icazə verilən əsas və yardımçı investisiya xidmətləri | Verilmə tarixi | Qüvvədə olma tarixi | Xxx tərəfindən verilib |
B. ÖHDƏLİKLƏR BARƏDƏ MƏLUMAT
B1. Marketmeyker fəaliyyətinin predmeti barədə məlumatlar:
Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi (ISIN) / törəmə maliyyə aləti barədə məlumat | |
Emitent / baza aktivi |
B2. Marketmeyker fəaliyyətinin predmeti xxxx qiymətli kağızlar / törəmə maliyyə alətləri üzrə öhdəliklərin həcmi:
Alış | ədəd / həcm |
Satış | ədəd / həcm |
B3. Qiymət dəhlizi: %
Xxxxx tərəfindən hər bir alət üzrə təyin olunmuş minimal və maksimal qiymət həddindən artıq olmamaq şərti ilə
B4. Marketmeyker fəaliyyəti zamanı istifadə ediləcək hesab nömrəsi:
Marketmeyker hesabı
B5. Qiymətli kağızların emitenti / baza aktivinin sahibi ilə razılaşmanın olması:
Razılaşma vardır | Razılaşma yoxdur |
C. SƏLAHİYYƏTLİ TREYDER BARƏDƏ MƏLUMAT
C1. Marketmeykerin adından iştirak edəcək səlahiyyətli treyderlər barədə məlumat:
Adı, Xxxxxx, Atasının adı | Şəxsiyyəti təsdiq edən sənəd | Sahib olduğu ixtisas şəhadətnaməsi | |||
Fəaliyyət növü | Seriya, Nömrə | Verilmə tarixi | Qüvvədə olma tarixi | ||
Xahiş edirik müraciət formasını qəbul edəsiniz
Öhdəliklərinin icrasına başlanma tarixi:
Rəhbər:
İmza:
M.Y.