AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" 2010-cu il mayın 13-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
№ 1071-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti
arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün
vizaların ləğv edilməsi haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti,
İkitərəfli münasibətlərinin təşviq edilməsini arzulayaraq,
diplomatik və xidməti/rəsmi pasportlara xxxxx xxxx vətəndaşlarının səyahətlərini asanlaşdırmaq məqsədi ilə,
Aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bir Tərəfin dövlətinin etibarlı diplomatik və xidməti/rəsmi pasportlara xxxxx xxxx vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə daxil olmaq, tranzit keçmək və orada 90 (doxsan) gündən artıq olmayan müddətə qalmaq üçün viza tələbindən azad ediləcəklər.
Maddə 2
1. Bir Tərəfin dövlətinin diplomatik və xidməti/rəsmi pasportlarına xxxxx xxxx, digər Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik və ya konsulluq nümayəndəliyinin heyətinin üzvləri xxxx vətəndaşları və onlarla birlikdə yaşayan diplomatik və xidməti/rəsmi pasportlara xxxxx xxxx ailə üzvləri, həmin şəxslərin ilk daxil olması barədə 30 (otuz) gün əvvəl məlumat verildiyi təqdirdə, vizasız daxil ola və qala bilərlər.
2. Bir Tərəfin dövlətinin digər Tərəfin dövlətinin ərazisində yerləşən beynəlxalq təşkilatda öz ölkəsini təmsil edən diplomatik və xidməti/rəsmi pasportlara xxxxx xxxx vətəndaşları və onlarla birlikdə yaşayan diplomatik və xidməti/rəsmi pasportlara xxxxx xxxx ailə üzvləri yuxandakı 1-ci bənddə göstərilən eyni hüquqlara malikdirlər.
Maddə 3
Hər iki Tərəfin dövlətinin diplomatik və xidməti/rəsmi pasportlara xxxxx xxxx vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq səyahətə açıq xxxx istənilən sərhəd-keçid məntəqəsindən daxil ola və oranı tərk edə bilərlər.
Maddə 4
Hər bir Tərəfin dövlətinin diplomatik və xidməti/rəsmi pasportlara xxxxx xxxx vətəndaşları digər Tərəfin dövlətinin ərazisində qaldığı müddət ərzində onun qüvvədə xxxx qanun və qaydalarına riayət etməlidirlər.
Maddə 5
Bu Saziş hər bir Tərəfin səlahiyyətli qurumlarının digər Tərəfin dövlətinin diplomatik və xidməti/rəsmi pasporta xxxxx xxxx hər hansı vətəndaşını, qərarlarının səbəbini bildirmədən "persona non grata" hesab etdikdə, həmin vətəndaşın daxil olmasına və ya qalmasına icazə verməkdən imtina etmək hüququnu məhdudlaşdırmayacaqdır.
Maddə 6
Tərəflərdən birinin dövlətinin vətəndaşı digər Tərəfin dövlətinin ərazisində pasportunu itirdikdə, həmin vətəndaş qəbul edən dövlətin səlahiyyətli qurumlarına məlumat verəcəkdir. Səlahiyyətli diplomatik və ya konsulluq nümayəndəliyi öz vətəndaşına yeni pasport və ya fövqəladə səyahət sənədi verəcək, qəbul edən dövlətin hökumət qurumlarını müvafiq qaydada məlumatlandıracaqdır.
Maddə 7
1, Tərəflər Sazişin qüvvəyə minməsindən əvvəl, 30 (otuz) gündən gec olmayaraq diplomatik kanallar vasitəsilə diplomatik və xidməti/rəsmi pasportların nümunələrini və onların istifadəsi ilə bağlı məlumatı mübadilə edəcəklər.
2. Yeni pasportlar təqdim olunsa və ya istifadədə olanlara düzəlişlər edildikdə, hər bir Tərəf digər Tərəfi dərhal məlumatlandıracaq və onların rəsmi təqdim edilməsindən əvvəl, 30 (otuz) gündən gec olmayaraq diplomatik kanallarla nümunələrini mübadilə edəcəkdir.
Maddə 8
Bu Sazişin təfsiri və tətbiqi zamanı yarana biləcək hər hansı mübahisələr diplomatik kanallar vasitəsi ilə həll ediləcəkdir.
Maddə 9
Hər bir Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığının qorunması məqsədilə bu Sazişin qüvvəsini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayır. Belə dayandırma digər Tərəfin diplomatik kanallarla bildiriş aldıqdan 24 (iyirmi dörd) saat sonra qüvvəyə minir. Hər bir Tərəf bu dayandırma aradan qaldırıldıqda da eyni qaydada hərəkət edəcəkdir.
Maddə 10
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə Sazişin ayrılmaz tərkib hissəsi xxxx və 11-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 11
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün hər iki Tərəfin milli qanunvericiliyində nəzərdə tutulan tələblərin yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.
Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə hazırkı Sazişi ləğv edə bilər. Xxxxx belə bildirişin alındığı tarixdən 90 (doxsan) gün sonra qüvvədən düşür.
Bu Saziş Bakı şəhərində, "13" may 2010-cu il tarixində Azərbaycan, serb və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün, mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası |
Serbiya Respublikası Hökuməti |
Hökuməti adından |
adından |
(imza) |
(imza) |