H E S A B A T
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2018-ci il ərzindəki fəaliyyətinə dair
H E S A B A T
I. Ümumi hissə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 2018-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Komitə sədrinin 30 yanvar 2012-ci il tarixli 01/04 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2012-2017-ci illər üzrə inkişafına dair Fəaliyyət Planı” və gömrük işini tənzimləyən digər normativ-hüquqi aktlar işdə rəhbər tutularaq tərtib olunmuş illik iş planı əsasında qurmuşdur.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamına əsasən normativ hüquqi bazanın təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, infrastrukturun inkişafı, kadr potensialının gücləndirilməsi, çevik idarəetmə sisteminin tətbiqi, vətəndaş məmnunluğunun təmin olunması, şəffaflığın artırılması, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılmasının təmin edilməsi məqsədilə gömrük sistemində əsaslı islahatlar həyata keçirilmişdir.
İlk növbədə, islahatların səmərəliliyinə bilavasitə təminat verən qanunvericilik bazasının daha da təkmilləşdirilməsi işi davam etdirilmiş, gömrük ödənişlərinin alınaraq dövlət büdcəsinə köçürülməsi, gömrük nəzarətinin təşkili və gömrük tənzimlənməsində şəffaf, səmərəli və effektiv vasitələrin, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, elektron gömrük xidmətlərinin daha da genişləndiriiməsi, ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasıya mübadiləsinin aparılması, gömrük işi sahəsində cinayətlər və digər hüquqpozmalar ilə mübarizə, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi hallarının qarşısının alınması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi sahəsində zəruri işlər görülmüşdür.
İslahatların ilkin mərhələsində hərtərəfli struktur dəyişikliyi həyata keçirilmiş, Komitə aparatının və Komitə sisteminə daxil xxxx qurumların mövcud stukturu daha çevik və efektiv strukturla əvəz edilmişdir. Komitənin aparatının strukturu tamamilə yenidən qurulmuş, müasir tələblərə cavab verməyən funksiyalara malik struktur bölmələr ləğv edilmiş və ya modern idarəetmə sisteminə uyğun struktur bölmələrlə əvəz edilmiş, Komitə sisteminə daxil xxxx qurumların strukturu bu sistemə uyğunlaşdırılmışdır. İdarəçilik sisteminin modernləşdirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən gömrük idarələri ləğv edilərək onların bazası əsasında gömrük postları yaradılmış və bu postlar fəaliyyət əraziəri üzrə regional şəkildə yaradılmış Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük İdarələrinin tərkibinə daxil edilmişdir. Fəaliyyət istiqamətləri üzrə eynilik təşkil edən ixtisaslaşdırılmış gömrük idarələri ləğv edilərək onların bazası əsasında iki baş gömrük idarəsi yaradılmışdır. Kadrların düzgün seçilib yerləşdirilməsi, gömrük orqanlarınm
2
vəzifəli şəxslərinin cavabdeh olduğu sahəyə uyğunluğunun müəyyənləşdirilməsi, əməkdaşların peşə xxxxx və bacarıqlarının aşkar olunması, kadr potensialından səmərəli şəkildə və xxxxx xxxx sahədə istifadə olunması istiqamətində əsaslı dəyişikliklər aparılmışdır. İslahatların birinci mərhələsində həyata keçirilən bütün bu tədbirlər səmərəli idarəetmə sisteminin formalaşdırılmasına öz müsbət təsirini göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin şəffaflığın tam təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, gömrük-biznes münasibətlərinin beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməsi, bir sözlə, münbit ticarət mühitinin yaradılması sahəsində gömrük orqanlarının qarşısına qoyduğu vəzifələrin icrası məqsədilə həyata keçirilən tədbirlər, о cümlədən, biznes subyektlərinin məmnuniyyətinin maksimum dərəcədə təmin olunması istiqamətində innovativ layihələrin, effektiv maliyyə nəzarəti üsullarının tətbiqi, şəffaflığın artırılması və korrupsiyaya qarşı qətiyyətli mübarizə çərçivəsində mühüm addımların atılması hesabat dövründə gömrük nəzarətinin təşkili və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində bır sıra müsbət nəticələrin əldə olunması ilə yanaşı, büdcə daxilolmalarımn nəzərəçarpacaq dərəcədə artmasına da şərait yaratmışdır.
II. Büdcə proqnozunun icrası, gömrük tariflərinin tənzimlənməsi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış büdcə gəlirləri üzrə proqnoz müvafiq gömrük qurumları arasında bölünmüş və aylar üzrə yerinə yetirilməsi üzərində mütəmadi nəzarət həyata keçirilmişdir.
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməklə 2018-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün proqnozlaşdırılan 2 xxxxxxx 430 milyon manat proqnoz 760 milyon manat artırılaraq, ümumilikdə 3 xxxxxxx 190 milyon m anattəşkil etmişdir. 2018-ci il üçün müəyyənləşdirilən 3 xxxxxxx 190 milyon manat proqnoza qarşı ilkin olaraq 3 xxxxxxx 434 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuş və büdcə öhdəliyinə 107.6 faiz əməl olunmuşdur.
Bununla yanaşı, hesabat ilində gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi nəticəsində ümumi idxalın dövriyyəsində yaranan 1 xxxxxxx 200 milyon ABŞ dolları məbləğində xxxxx vergitutmaya cəlb olunmuş və bunun müqabilində əldə olunan əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir.
Gömrük orqanları tərəfindən toplanaraq dövlət büdcəsinə köçürülmüş vəsaitlər haqqında Azərbaycan Respublikasımn Maliyyə Nazirliyi ilə üzləşmə aktları tərtib edilərək təsdiqlənmiş, həmçinin Dövlət Gömrük Komitəsi üzrə büdcə proqnozunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Milli Məclisinə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə və Hesablama Palatasına mütəmadi olaraq məlumatlar verilmişdir.
“Gömrük yığımlarının məbləğləri’’ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2018-ci il tarixli 344 xxxxx qərarına müvafiq olaraq tətbiq olunan yığımların yeni məbləğdə ödənilməsinə nəzarət, qanunvericilik aktları ilə mövcud gömrük ödənişlərinin dərəcələrində edilən hər hansı dəyişikliklərin vaxtında VAİS-də əks etdirilməsi işi həyata keçirilmişdir.
Yenilənmiş təfsilati kodlaşdırma sistemi və malların idxal-ixrac rüsum dərəcələri Azərbaycan Respublikası Dövlət Gömrük Komitesinin Vahid Avtomatlaşdırılmış Idarəetmə Sisteminə (VAİS) daxil edilmiş və xarici iqtisadi fəaliyyət iştirakçılarının rahatlığınm təmin olunması üçün 01.01.2018-ci il tarixdən Komitənin rəsmi saytında yerləşdirilərək ümumi istifadəyə verilmişdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən idxalın əmtəə strukturunun tənzimlənməsi, malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şəraitin yaradılması, ölkənin
3
iqtisadiyyatının xarici rəqabətin mənfi təsirindən qorunması və dünya iqtisadiyyatına inteqrasiyasına şəraitin yaradılması prioritet istiqamətlər olaraq, tarif tədbirlərinin tənzimləmə mexanizmlərinə yenidən baxılmışdır.
“ Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya müvafiq olaraq Harmonikləşdirilmiş Sistemin 2012-ci il variantdan 2017-ci il variantına keçid təmin olumuşdur. Yeni variantın tətbiq olunması zamanı əsasən 3-cü, 85-ci, 87-ci, 90-cı və digər mal qruplarının sinifləşdirilməsi daha da təkmilləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixii 429 xxxxx Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi üzrə inzibati reqlament” hazırlanmış və Komitənin Kollegiyasının qərarı ilə təsdiq edilmişdir.
Hesabat dövründə gömrük ödənişlərindən yayınma hallarının qarşısının alınması məqsədilə effektiv maliyyə nəzarəti üsullarının tətbiqi nəticəsində idxal olunan malların gömrük dəyərinin, mal miqdarının, XİFMN üzrə mal kodlarının düzgün bəyan olunmasında yaranmış riskli əməliyyatlar üzrə ümumilikdə 25.050.494 manat məbləğində gömrük ödənişlərindən yayınma halları aşkar edilmiş və həmin məbləğin dövlət büdcəsinə köçürülməsi təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən yayınma məbləğinə il ərzində tətbiq olunmuş tənzimləyici tədbirlərin nəticələri daxil olmamışdır. Belə ki, ölkə ərazisinə idxal olunan “DX51D+Z” markalı dəmir listlərin xxxx xxxx mart ayından etibarən dəyər tənzimləməsi nəticəsində 3.070.000 manat ətrafında vəsait əlavə olaraq dövlət büdcəsinə cəlb olunmuşdur. Bundan başqa, Çin və Koreya mənşəli minik avtomobilləri üçün təzə pnevmatik xxxxx şinlərin idxalı ilə bağlı sentyabr ayından etibarən dəyər tənzimləməsi nəticəsində hesabata daxil olmayan 1.063.000 manat ətrafında, noyabr ayından İran İslam Respublikası mənşəli betonun armaturlaşdırılması üçün istifadə olunan armaturun XİF MN üzrə kodunun düzgün müəyyən olunması ilə bağlı görülmüş tədbirlər və gömrük dəyərinin tənzimlənməsi nəticəsində 1.106.000 manat ətrafında vəsait əlavə olaraq dövlət büdcəsinə cəlb olunmuşdur.
III. Qanunvericiliyin təkmilləşdirilməsi
Hesabat dövründə gömrük işini tənzimləyən bir sıra qərar, qanun və sərəncam layihələri, Komitə tərəfindən təsdiq olunmuş hüquqi sənədlərin qanunverilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədilə yeni layihələr hazırlanmış və müvafiq qaydada qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar olaraq Komitə tərəfindən bir neçə hüquqi aktların layihələri hazırlanmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin, Iqtisadiyyat Nazirliyinin və Vergilər Nazirliyinin təklifləri nəzərə alınmaqla yekun variant baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir.
Dövlət Gömrük Komitəsinin “Gömrük sistemində həyata keçirilmiş islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamının icrasından irəli gələrək Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanun layihələri, Dövlət Gömrük Komitəsinin strukturunda dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
4
malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın yeni layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununda, “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihələri, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı layihəsi və “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) gömrük rüsumları və Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə müvafiq əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 xxxxx qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 2017-ci il versiyasında aşkar olunmuş redaktə və texniki uyğunsuzluqların siyahısı hazırlanmışdır. Qeyd edilən siyahı əsasında bu qərarda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Gömrük sisteminin büdcədənkənar inkişaf fondunun vəsaitlərinin artması nəticəsində Komitənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, eyni zamanda gömrük əməkdaşlarının sosial durumunun yaxşılaşması və şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə” 26 aprel 2016-cı il tarixli 168 xxxxx qərarında dəyişiklik edilməsi barədə qərar layihəsi hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Dövlət Gömrük Komitəsinin Kollegiyasının qərarları ilə təsdiq edilmiş “Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi üzrə inzibati reqlament”, “Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi üzrə inzibati reqlament”, “Şəxsi yoxlama aparılması haqqında” Protokolun forması”nın təsdiq edilməsi barədə” və “Gömrük orqanları sistemində risklərin idarəedilməsi sisteminin tətbiqi qaydaları və formaları”nda dəyişiklik edilməsi barədə” normativ aktlar “Normativ hüquqi aktlar haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuşdur.
IV. Gömrük nəzarətinin təşkili
Flesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarf’na əsasən gömrük nəzarətinin beynəlxalq standartlara uyğun təşkili, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirilməsi və mövcud resurslardan daha optimal istifadənin təmin edilməsi sahəsində zəruri tədbirlər həyata keçirilmişdir.
Gömrük sistemində həyata keçirilən islahatlar çərçivəsində gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatının “bir pəncərə” prinsipinin həyata
5
keçirilməsi üzrə “bir inspektor - bir nəqliyyat vasitəsi”, təyinat gömrük orqanlarında isə “bir inspektor - bir bəyannamə” pilot layihələrinin tətbiqinə başlanılmışdır. Bu isə о deməkdir ki, əvvəliər gömrük-sərhəd keçid məntəqələrində "bir pəncərə" prinsipi üzrə işləri bir neçə əməkdaş görürdüsə, bu sistem tətbiq olunduqdan sonra artıq bu işləri bir əməkdaş təkbaşına icra edəcəkdir. Belə ki, indiyədək malların və nəqliyyat vasitələrinin qeydiyyatı, sanitar, fitosanitar, gigiyenik və baytarlıq xidmətləri, eləcə də yol vergiləri və icazə blankları üzrə qeydiyyat işlərilə gömrük orqanının bir neçə əməkdaşı məşğul olur, xidmət zamanı bir neçə prosesin fərqli əməkdaşlar tərəfindən icrası müddətində vaxt itkisi yaranırdı, Bundan sonra isə bu işlərin bir gömrük əməkdaşı tərəfindən görülməsi nəticəsində vaxt itkisinin qarşısı alınacaq, bu yenilik bütün inspektorların eyni bacarığa malik olmasına, daha xxx xxxxxx xidmət etməsinə rəvac verəcək və vətəndaş məmnunluğunu təmin ediləcəkdir.
Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı bir sıra şirkətlərin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə görə etdikləri müraciətlər araşdırılmış, hesabat ili ərzində
32 şirkət barədə müvafiq məlumatlar “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi məqsədilə risklərin idarəedilməsi sisteminə inteqrə edilmişdir. Bununla da “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazə verilən xarici ticarət iştirakçılarınm sayı 53-ə çatmışdır. "Yaşıl dəhliz" buraxılış sisteminin imkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələrini gömrük ərazisinə gətirmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı xxxx hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə risklərin idarə olunması sisteminin tətbiqi ilə idxal etdikləri mal və nəqliyyat vasitələrini anbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur- vətəndaş təmasının aradan qaldırılmasma, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir. Üstəlik, bu və digər layihələr gömrük orqanları ilə biznes nümayəndələri arasında qarşılıqlı inam və etibarın təmin olunmasına şərait yaradır.
Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli 6 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli
260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər P lanf’nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılış, hər iki qurumun rəhbərlərinin iştirakilə birgə kollegiya iclası, işçi qrupunun iclasları keçirilmiş, Tədbirlər Planında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə əməkdaşlıq və birgə fəaliyyət mexanizmi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında “Vergilər Nazirliyinin Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi”nin idxal-ixrac məlumatlarına dair alt informasiya sistemlərinə real vaxt rejimində çıxışının təmin edilməsi barədə Razılaşma Protokolu”, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında Vahid Risk Platformasına (VRP) məlumatların ötürülməsi haqqında Razılaşma Protokolu”, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi vasitələrinə birgə nəzarətin təmin edilməsi barədə Razılaşma Protokolu”, “ Konfidensial İnformasiyanın Mühafizəsi haqqında Saziş” və “ Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında Razılaşma Protokolu” imzalanmış və tətbiqinə başlanılmışdır.
Tədbirlər Planının icrası üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Energetika Nazirliyi, Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdaretmə Sistemi”nin idxal-ixrac məlumatlarına dair alt informasiya sistemi vasitəsilə müvafiq icazə sənədləri haqqında onlayn rejimdə məlumat mübadiləsi barədə Razılaşma Protokolu” imzalanmışdır.
6
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Xxxx Biznesin İnkişafı Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Milli Antidopinq Agentliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Elmlər Akademiyası arasında qarşılıqlı əməkdaşlıq fəaliyyətinin gücləndirilməsi və məlumat mübadiləsinin təmin edilməsi sahələrində anlaşma memorandumları imzalanmışdır.
“Bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin və “ Bir pəncərə’’ prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” layihəsinin son variantı təkliflərin bildirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir.
“Yaşıl Dəhliz” sistemindən istifadə etmək məqsədilə Dövlət Gömrük Komitəsinə müraciət edən XİF iştirakçılarının və SİO statusu verilmiş şəxslərin sayının artdığını nəzərə alaraq və bu barədə dəqiq məlumatların Kompendiumda əks etdirilməsi zərurətindən irəli gələrək, yenilənmiş məlumatlar Kompendiumun 2018-ci il nəşrində nəzərə alınması üçün müvafiq qaydada Ümumdünya Gömrük Təşkilatına təqdim olunmuşdur.
"Doing Business"in 2014-2019-cu illər üzrə hesabatlarında Azərbaycan Respublikasında xarici ticarətin liberallaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində daxili gömrük prosedurlarınm optimallaşdırılması, gömrük bəyannamələrinin elektron formada təqdim edilməsi sisteminin tətbiq edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və elektronlaşdırılması, о cümlədən, "Yaşıl dəhliz" buraxılış sisteminin tam həyata keçirilməsi barədə məlumatlar təqdim edilmiş və bu islahatların beynəlxalq ticarət proseslərinin sadələşdirilməsi və sürətləndirilməsində vacib rol oynadığı qeyd olunmuşdur.
Gömrük nəzarəti formalarının seçilməsini, daha səmərəli iş üsullarınının müəyyən edilməsini özündə cəmləşdirən risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi metodlarınm təkmilləşdirilməsi istiqamətində yeni indikator növləri və yanaşmalar əsasında risklərin təhlilinin həyata keçirilməsi hesabat dövründə gömrük ödənişlərindən yayınma hallarının aşkar edilməsi və müvafiq tədbir görülməsini təmin etmişdir. Belə ki, həyata keçirilən tədbirlərin nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və ölkənin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə avtomatlaşdırılmış proqram təminatında müvafiq təhlillər aparılaraq və sınaqlardan keçirilərək il ərzində operativ, ümumi və xüsusi risk göstəriciləri əsasında ümumilikdə 5064 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkar olunaraq, RAİS sisteminə inteqrə edilmiş və nəzarətə götürülmüşdür.
Hesabat dövrü ərzində VAİS vasitəsilə gömrük orqanları tərəfindən şübhəli hesab olunaraq risk qrupuna göndərilmiş 395 gömrük bəyannaməsi üzərində xüsusi araşdırma aparılmışdır. Bu zaman gömrük dəyərinin aşağı bəyan olunması, XİFMN üzrə mal kodlarının düzgün bəyan olunmaması, mənşə sertifikatlarının həqiqiliyi, mal miqdarı ilə əlaqədar yalnış bəyan olunmalar kimi bir sıra risk ehtimalı yaradan hallar üzrə araşdırmalar aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhər Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəm ir yolu stansiyasının ləğv edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli 183 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin mərkəzində yaranan avtomobil nəqliyyatı sıxlığmın aradan qaldırılması və paytaxtda ekoloji durumun yaxşılaşdırılması üçün dəmir yolu vasitəsilə Bakı şəhərinə daşınan yüklərin dəmir yolu stansiyaları arasında optimal paylanmasının təmin edilməsi üzrə tədbirlərin görülməsi məqsədilə Komitənin Bakı Baş
7
Gömrük İdarəsinin “Abşeron” gömrük postu yaradılmışdır. Bundan sonra dəmir yolu ilə daşınan, xüsusilə əvvəllər Bakı Baş Gömrük İdarəsinin “Keşlə” dəmir yolu gömrük postunda rəsmiləşdirilməsi həyata keçirilən yüklərin böyük bir qismi gömrük sərhəd buraxılış məntəqələrindən birbaşa təyinatı üzrə “Abşeron” gömrük postuna yönəldilmişdir ki, bu da Bakı şəhərinin mərkəzində yaranan avtomobil nəqliyyatı sıxlığının aradan qaldırılmasına və ekoloji cəhətdən faydalılığın yüksəldilməsinə müsbət təsir göstərmişdir.
Gömrük nəzarəti zonalarının yaradılması və nişanlanması qaydalarının tələblərinə uyğun olaraq “Abşeron Logistika” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində gömrük nəzarəti zonasının yaradılması və nişanlanması ilə bağlı zəruri işlər nəzərdə tutulan müddət çərçivəsində başa çatdırılmış və gömrük nəzarətinə sərf olunan müddətin minimuma endirilməsi, eləcə də mal və nəqliyyat vasitələrinin buraxılışının sürətləndirilməsi məqsədilə postun ərazisində müasir səyyar yoxlama baxış sistemi, stasionar rentgen baxış texnikası və postun inzibati binasında müasir elektron ödəmə terminalları (POS-terminal) quraşdırılmışdır. Bundan əlavə, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi şərtlərinə riayət edilməsinin yerinə yetirilməsi məqsədilə “Abşeron Logistika” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında xxxx anbarlara müvəqqəti saxlanc anbarları hüquqi statusunun verilməsi işi təmin edilmişdir. Hal-hazırda “Abşeron” gömrük postunda malların və nəqliyyat vasitələrinin yoxlamlmasında “bir pəncərə” prinsipi tətbiq edilməklə, idxal-ixrac və tranzit əməliyyatları üzrə xxxxxxx dair yükləmə, boşaltma və rəsmiləşdirilmə əməliyyatları tam funksional şəkildə həyata keçirilməkdədir.
Konteyner daşımaları üzrə səmərəliliyin artırılması və daşımalara dair ticarət potensialının inkişaf etdirilməsi məqsədilə “ Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram” layihəsi çərçivəsində risk profillərindən və resurslarından, texniki nəzarət vasitələrindən, məlumat mübadiləsi vasitəsi xxxx və məlumat ötürülməsi kanallarını özündə əks etdirən “Container COMM” proqramından, Karqo Hədəfləmə Sistemlərindən istifadə olunması, eləcə də beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin maneəsiz həyata keçirilməsinə şərait yaradılması konteynerlərlə daşınan narkotik maddələrin, silahların, döyüş sursatlarının, ikili təyinatlı və digər malların qanunsuz dövriyyəsi üzrə gömrük hüquqpozmalarının qarşısının alınması, aşkarlanması və təhlükəsizliyin təmin edilməsi istiqamətlərində fəaliyyətin təşkili, о cümlədən mal və nəqliyyat vasitələrinin sürətli buraxılışının və səmərəli gömrük nəzarətinin həyata keçirilməsinin təmini məqsədilə “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram" layihəsinin icrası çərçivəsində liman kompleksi ərazisində müvafiq ofisin yaradılması ilə bağlı təşəbbüslə “ Bakı Beynəlxalq Dəniz Ticarət Limam” Qapalı Səhmdar Cəmiyyətinə müraciət edilmişdir.
Dünya Bankının “ Doing Business” hesabatı üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən xarici ticarətin həyata keçirilməsi indikatoru üzrə xarici ticarət fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində hazırlanan təkliflər müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına göndərilmişdir. Eyni zamanda, Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının Biznesin aparılması üzrə (“Doing Business”) hesabatı üzrə sorğu anketi anketdəki indiqatorlara uyğun müvafiq təhlil aparılması yolu ilə və VAİS proqram təminatı vasitəsilə əldə edilən statistik məlumatlara istinadən doldurulmuş və Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidməti ilə razılaşdırıldıqdan sonra Dünya Bankı heyətinə təqdim olunmuşdur.
Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, həmçinin ticarətin asanlaşdırılması istiqamətində birgə müvafiq işlərin görülməsi məqsədi ilə Amerika Ticarət Palatası və konsaltinq şirkətləri ilə Dövlət Gömrük Komitəsinin qarşılıqlı əməkdaşlığı çərçivəsində görüşlər keçirilmişdir.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin gömrük məsələlərinə dair rəy və əsaslandırılmış təkliflər verilmiş, Böyük Britaniyanın Sərhəd Xidməti Direktoratlığının “ Hunter” layihəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Böyük Britaniyanın Sərhəd Xidməti Direktoratlığının
8
səlahiyyətli nümayəndələri arasında görüş zamam APj (Sərnişinlərə dair ilkin məlumat) / PNR (Sərnişin adlarının qeydiyyatı) sisteminin Azərbaycanda tətbiqi və bu sahədə qanunvericilik, infrastruktur, texnoloji hazırlıq məsələlərinin uyğunlaşdırılması üzrə müzakirələr aparılmış və görüləcək tədbirlər müəyyən edilmişdir.
Qlobal ticarət təchizat zənciri üzrə gömrük tranzit əməliyyatlarının sadələşdirilməsi və tranzit daşımalarının optimallaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən tranzit siyasəti çərçivəsində beynəlxalq konvensiyalara uyğun olaraq müxtəlif istiqamətlər özündə əks etdirən fəaliyyət planları və icra mexanizmləri müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2012-ci il tarixli 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri xxxx malların reyestrinin aparılması Qaydaları”na əsasən Komitənin sərəncamı ilə əqli mülkiyyət obyektləri xxxx yeddi əmtəə nişanı adı altında mallar reyestrə daxil edilmişdir. Əqli mülkiyyət hüquqları “A bituriyent” jurnalı redaksiyasına məxsus xxxx Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “ İngilis dili - VI s in if (13300 ədəd), “Azərbaycan dili - VII sinif” (17700 ədəd) və “ Riyaziyyat - VII sinif” (13980 ədəd) test tapşırıqları kitablarının ölkə ərazisinə gətirilməsi zamanı hüquqların pozulması halının aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tədbirlər görülmüş və Dövlət İmtahan Mərkəzi ilə həyata keçirilən birgə əməkdaşlıq nəticəsində kitabların qeyri-qanuni idxalının qarşısı alınmışdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 2020-2021-ci illər üzrə “Gömrük sərhəd buraxılış məntəqələrində radioloji nəzarətin inkişaf etdirilməsi” adlı layihə hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş və həmin layihənin dizaynının təsdiq edilməsi məqsədilə müvafiq qaydada AEBA-nın Texniki Əməkdaşlıq Departamentinə göndərilmişdir. Bununla bağı AEBA-nın 62-ci Sessiyasında Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ilə AEBA-nın yüksək vəzifəli şəxsləri arasında görüş keçirilmiş və nəticə etibarilə nəzərdə tutulan layihənin icrası təhlükəsizlik məsələlərinə aid olduğu üçün AEBA-nın Texniki Əməkdaşlıq Departamentindən Nüvə Təhlükəsizliyi Departamentinə verilmişdir.
AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində “Ölkə üzrə çərçivə proqram f’na (country programme framework - CPF) əsasən “Gömrük sərhəd buraxılış məntəqələrində sanitar-radioloji nəzarətinin inkişaf etdirilməsi” layihəsinin icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsinə verilmiş texniki nəzarət vasitələrinin bölgüsü aparılaraq sərhəd gömrük idarələrinin istismarına verilmişdir.
ABŞ-ın Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində 2018-ci il ərzində fəaliyyət səmərəli şəkildə həyata keçirilmiş, ehtiyac duyulan texniki nəzarət vasitələri əldə olunmuş və Komitənin balansına götürülməsi üçün aidiyyəti işlər görülmüşdür. Həmin proqram çərçivəsində texniki yardım qismində əvəzsiz olaraq təqdim edilmiş iki ədəd nəqliyyat vasitəsi Dövlət Gömrük Komitəsinin balansına götürülmüşdür.
Bununla yanaşı, ABŞ-ın Müdafiə Nazirliyi xətti ilə “Gömrük sərhəd buraxılış məntəqələrində narkotik maddələrin aşkar edilməsi” layihəsi çərçivəsində yaxın müddət ərzində texniki yardımın ayrılması və müəyyən edilmiş seminarların keçirilməsi nəzərdə tutulur. Qeyd olunan texniki yardımın göstərilməsi ilə bağlı qiymətləndirmə missiyası üçün ABŞ tərəfini təmsil edən mütəxəssislərdən ibarət nümayəndə heyətinin bir neçə gömrük postuna səfəri baş tutmuşdur. Eyni zamanda, qiymətləndirmə missiyası zamanı Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Bakıdakı Regional Ofisinə səfər təşkil edilmiş, mövcud şərait qonaqların nəzərinə çatdırılmış, layihə çərçivəsində nəzərdə tutulan “ Renful” proqram təminatı (dünyanın öndə gələn təhlükəsizlik X-Ray treninqi və ən son real rentgenoqrammalarla təchiz edilmiş simulyator test sistemi) vasitəsilə tədrisin həyata keçirilməsi ilə bağlı dünya miqyasında bu sahədə yerli və xarici gömrük əməkdaşlarına milli və beynəlxalq səviyyədə kursların keçirilməsi məsələsi müzakirə olunmuş və malik olduğumuz şəraitin bütün tələblərə cavab verməsi sözügedən treninqlərin Bakıda keçirilməsi ehtimalını gücləndirmişdir.
9
Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2017-ci il tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı İ I 13 iyul tarixli 2199 nömrəli Sərəncamınm həyata keçirilməsinə dair Tədbirlər Plam”nın icrası ilə əlaqədar Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi istiqamətində aidiyyəti tədbirlər davam etdirilir. Ölkəmizin sözügedən sistemə qoşulması tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, vahid inzibati sənədləşmənin tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə imkan yaratmış olacaqdır.
Bu sistemin tətbiqi həmçinin, Azərbaycan Respublikasında istehsal olunan, “MADE IN AZERBAIJAN” brendli mallarin NCTS üzvü xxxx Avropa qitəsində yerləşən ölkələrin bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması üçün imkan yaradacaqdır.
Qeyd olunmalıdır ki, Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) hüquqi bazasını təşkil edən “ Ümumi Tranzit Proseduru haqqında Konvensiya” və “Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiya”nın idarəetmə orqanlarında Azərbaycan Respublikasına qeyri-formal müşahidəçi statusu verilməsi barədə qərar qəbul olunmuşdur.
Tranzitin inkişafı sahəsində gömrük orqanları tərəfindən həyata keçirilən ardıcıl tədbirlərə Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) arasında əməkdaşlıq çərçivəsində BYD daşımaları zamanı ölkə ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların öncədən elektron qaydada gömrük orqanları ilə mübadiləsini, “TIR-EPD” sisteminin tətbiqi istiqamətində IRU-nun təşəbbüsü ilə tam eletronlaşdırılmış BYD prosedurlarının tətbiqini nəzərdə tutan Qazaxıstan-Azərbaycan- Gürcüstan-Ukrayna marşrutu üzrə “eTIR” pilot layihəsini göstərmək olar. “ BYD kitabçasından istifadə etməklə həyata keçirilən beynəlxalq xxx daşımalar zamanı məlumatların ilkin mübadiləsi sisteminin (“TIR EPD”) 10 dekabr 2018-ci il tarixdən pilot qaydada tətbiqinə başlanılmışdır.
Gömrük infrastrukturunun genişləndirilməsi və ən müasir strandartlar əsasında yenidən qurulması, gömrük sərhəd-buraxılış məntəqələrinin üzərinə düşən xxx ağırlığının azaldılması və bərabər şəkildə paylanmasının təmin edilməsi məqsədilə yeni buraxılış məntəqələrinin inşası sahəsində bir sıra layihələr həyata keçirilmişdir. Gürcüstanla sərhəddə tikintisi başa çatdırılaraq istifadəyə verilmiş “Ticarətin Asanlaşdırılması Mərkəzi” sərhəd buraxılış məntəqələrində əməliyyat və prosedurların daha da sürətləndirməsinə yardım edəcək, fitosanitar, sanitar və gömrük nəzarətinin sərhəd-keçid məntəqsindən kənarda, terminal ərazisində aparılmasına əlverişli imkanlar yaradacaqdır. Ərazidə tikilmiş xxx boşaltma yerləri, məhsulların saxlanması üçün saxlanc anbarları, elecə də nəqliyyat vasitələri üçün dayanacaq imkanları və həmçinin xüsusi rentgen qurğuları gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesinin daha səmərəli həyata keçirilməsinə münbit şərait təmin edəcəkdir.
Gömrük sərhəd buraxılış məntəqələri yaxınlığında bu cür mərkəzlərin (“Ticarətin Asanlaşdırılması Mərkəzləri”nin) yaradılması və logistik infrastrukturun genişləndirilməsi malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqəsi ərazisində dayanması və tıxac baş verməsi hallarını aradan qaldırmaqla, sürətli buraxılışın həyata keçirilməsinə əlverişli şərait yaradacaqdır. Bu mərkəzlər xarici ticarət iştirakçılarının istəyi əsasında malların dərhal gömrük rəsmiləşdirilməsinin həyata keçirilərək buraxılışına və ya malların boşaldılaraq nəqliyyat vasitəsinin vaxt itirmədən xxxx qayıtmasına imkan verəcəkdir. Ümumilikdə “Ticarətin Asanlaşdırılması Mərkəzləri’’ digər gömrük orqanlarının iş yükünün azaldılmasına xidmət etməklə, resursların daha səmərəli istifadəsində də faydalı olacaqdır.
10
Gürcüstanla sərhəddə yeni “Abreshumis Gza - Ipək Yolu” gömrük sərhəd buraxılış məntəqəsinin inşası ilə bağlı artıq bir sıra zəruri işlər görülmüş, aidiyyəti razılaşdırılmalar həyata keçirilmiş və hal-hazırda layihənin maliyyələşdirilməsi üzrə müvafiq işlər davam etdirilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “ İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər P lanf’nın icrası ilə əlaqədar “ Mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsinin Texnoloji Sxemi” layihəsi, gömrük bəyannamələrinin formalarının, tərtibatının və doldurulması qaydalarının Avropa İttifaqında tətbiq edilən Vahid İnzibati Sənədə (Single Administrative Document) uyğun olaraq müəyyən edilməsi işinin təşkil edilməsi məqsədilə gömrük bəyannamələrinin doldurulmasının və istifadəsinin yeni qaydalarının layihəsi hazırlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 42 nömrəli
Qərarı ilə təsdiq edilmiş “ İxrac nəzarətinə düşən malların nomenklaturasına uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı” ilə bağlı əlavə və düzəlişlər edilməsi barədə layihə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuş və Nazirlər Kabinetinin məsələ ilə bağlı göstərişinə müvafiq olaraq hazırda işlər aparılır.
Azərbaycan Respublikasının dövlət sərhədindəki gömrük buraxılış məntəqələrində yarana biləcək problemlərin operativ həlli və sərhəd gömrük-buraxılış məntəqələrinin işinin effektivliyinin artırılması üzrə məsələlərin müzakirəsi məqsədilə Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstanın gömrük xidmətlərinin nümayəndələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndələri arasında mütəmadi işçi görüşlər keçirilmişdir. Meyvə-tərəvəz məhsullarının ölkə ərazisindən Rusiya Federasiyası ərazisinə ixracı zamanı yaranan məsələlərin operativ həlli məqsədi ilə Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti qurumları arasında yaradılmış işçi qrupun işinin daha səmərəli və davamlı yerinə yetirilməsi üçün “ Işçi Qrupun Əsasnaməsi” və “ İş Plam’’ layihələri hazırlanmış və hazırda razılaşdırılma mərhələsindədir.
V. Gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə tədbirləri
Hesabat dövründə gömrük orqanlarınm hüquq-mühafizə fəaliyyəti qabaqcıl dünya təcrübəsinə əsaslanan metodların, о cümlədən informasiya texnologiyalarının və texniki vasitələrin tətbiqi, əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi, habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi yolu ilə davam etdirilmiş, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması, hüquqpozma törətmiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi sahəsində zəruri tədbirlər həyata keçirilmişdir.
İl ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9672 hüquqpozma faktı aşkar edilmişdir. Bunlardan 747-i cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutuimuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min manatdan xxx təşkil etmişdir. Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfərin (592 Azərbaycan vətəndaşı, 205 əcnəbi) barəsində müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-ci il tarixli 2966 xxxxx Sərəncamı ilə təsdiq edilmiş “ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək və gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2018-ci il
11
ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarımn qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunmuşdur.
Bu faktlar üzrə ümumilikdə 1 ton 193 kq 527 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları: 1 ton 037 kq 624 qram heroin, 120 kq tiryək, 25 kq 185
qram həşiş, 1596 qram marixuana, 140 qram metadon, 2,7 qram oksikodon, 1,35 qram
hidrokodon, 0,3 qram fenazepam, 1,05 qram ketazolam, 2,5 qram klobazam, 145,87 qram MDMA, 4,86 qram metilfenidat, 0,082 qram pirrolidinovalerofenon (A-PVP), 0,085 qram zolpidem, 1,02 qram alprazolam, 0,118 qram buprenorfin, 2,3 qram diazepam, 5 qram
fenobarbital, 3,083 qram klonazepam, 0,178 qram lorazepam, 2303,937 qram metamfetamin, 6 kq 504 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılmışdır.
2018-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər: 252 kişi və 39 qadın olmaqla 199 nəfər Azərbaycan vətəndaşı və 92 nəfər əcnəbi (58 İran, 14
Gürcüstan, 9 Rusiya, 6 Türkiyə, 2 Qazaxıstan, 1 Ukrayna, 1 Türkmənistan və 1 ABŞ vətəndaşı) barəsində müvafiq tədbirlər görülmüş, 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilmişdir.
Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları 214 halda irandan, 16 halda Gürcüstandan, 12 halda Rusiyadan, 5 halda Türkiyədən, 3 halda Almaniyadan, 2 halda Qazaxıstandan, 1 halda İspaniyadan, 1 halda ABŞ-xxx Azərbaycana gətirilərkən, 3 halda Gürcüstana aparılarkən, 7 halda isə tranzit yolla (2 halda İran-Azərbaycan-Türkiyə, 1 halda İran-Azərbaycan-Danimarka, 1 halda İran-Azərbaycan-Ukrayna, 1 halda İran- Azərbaycan-Niderland, 1 halda İran-Azərbaycan-Polşa və 1 halda İran-Azərbaycan- Gürcüstan) keçirilərkən saxlanmışdır.
Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə etmişlər. İl ərzində 87 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınmışdır.
Hesabat dövründə gömrük orqanlarının əməkdaşları tərəfindən 51 fakt üzrə ümumilikdə güclü təsiredici maddələr xxxx 64,65 qram boldenon, 2,95 qram drostanolon, 18,6 qram matandienon, 3,5 qram mesterolone, 19,8 qram methenolone, 48,875 qram
nandrolon, 22,5 qram oksimetolon, 1 qram oxsandrolone, 1907,5 qram preqabalin, 10,25 qram stanozolol, 200,625 qram tramadol, 17,21 qram trenbolon, 202,048 qram tropikamid qanunsuz dövriyyədən çıxarılmışdır.
İl ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs (o cümlədən 138 xarici hüquqi şəxs) və 8608 fiziki şəxs (o cümlədən 4036 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilmiş, göstərilən şəxslərə qarşı 881 min 959 manat cərimə tətbiq olunmaqla, ümumilikdə dəyəri 242 min 55 manat xxxx xxxxxx müsadirə edilmişdir.
Gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə təyinat gömrük orqanına çatdırılmaması, onların gömrük ərazisindən müəyyən edilmiş müddətdə kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə əlaqədar olmuşdur.
Azərbaycan Respublikasının «Valyuta tənzimi haqqında» Qanununa və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1.189.549 ABŞ dolları, 310.207 avro, 15.162 funt sterlinq, 34.865.955 rus rublu, 209.998 Azərbaycan manatı, 9.977 manat dəyərində 8792 qram gümüş, 1.246.730 manat dəyərində 2945,223 karat qiymətli daşlar, 8.400 manat dəyərində 120,07 qram qızıl, 64 ədəd qızıl sikkə, 341.983 manat dəyərində 1802 ədəd qızıl zinət əşyaları aşkar olunmuşdur.
12
Bundan əlavə, hesabat dövründə gömrük orqanları tərəfindən 2978 kq balıq, 2201 kq bitki toxumları və 3,427 qram (126 ədəd) çətənə bitkisinin toxumları, 51 ədəd dini kitablar, 235.826 manat dəyərində dərman vasitələri, 45.972 manat dəyərində baytarlıq dərmanları,
1.161 manat dəyərində bitki dərmanları, 10 ədəd Çində istehsal olunmuş avtoreqistrator- kameralar, 13 ədəd elektroşoker, 123 ton 120 kq kimyəvi maddə, 11195 qram kürü, 6473 ədəd mobil telefon və 4124 ədəd mobil telefonların aksessuarları, 35.808,5 manat dəyərində 18118 ədəd məişət texnikası və əşyaları, 131 ədəd odlu silahın patronları, 3 ədəd ov silahı, 9000 ədəd ov silahının sursat və ləvazimatları, 7 358 635 ədəd pirotexniki məmulatlar, 26 ədəd pnevmatik silah və 1161 ədəd pnevmatik silahın patronları, 125 ədəd soyuq silah, 75.718 manat dəyərində tibb ləvazimatları və xeyli miqdarda digər mallar tutulmuşdur.
Hesabat dövründə, həmçinin Azərbaycan Respublikasının və xarici ölkələrin bədii, tarixi və arxeoloji sərvətlərin qorunması sahəsində tarixi əhəmiyyət kəsb edən 30 ədəd numizmatika, 1 ədəd məşrəf, 2 ədəd xurcun, 1 ədəd bel kəməri, 5 ədəd kitab, 6 ədəd xalça hüquqpozmanın predmeti kimi saxlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin «Sahibkariığın inkişafına mane xxxx müdaxilələrin qarşısının alınması haqqında» 28 sentyabr 2002-ci il tarixli Fərmanından irəli gələn tələblər rəhbər tutulmaqla investiya mühitinin yaxşılaşdırılması istiqamətində gömrük orqanları tərəfindən həyata keçirilən hüquq-mühafizə fəaliyyəti sayəsində sahibkarların qanuni fəaliyyətinə əlverişli şərait yaradılması ilə yanaşı, daxili bazara qanunsuz yollarla gətirilən keyfiyyətsiz və saxta (pirat), habelə yüksək vergi tutumlu malların idxal edilməsinin qarşısı alınaraq sahibkarların mənafeləri müdafiə olunmaqla onların işinə süni müdaxilə edilməsi halları aradan qaldırılmış, eyni zamanda qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti tədbirlərin görülməsi üçün yerli gömrük orqanları telimatland ırılmışlar.
Xxxx ildə saxta və ya keyfiyyətsiz mallarla mübarizə, həmçinin xxx olmaq təhlükəsi xxxx heyvan və bitkilər aləminin qorunması sahəsində də proflaktik tədbirlər gücləndirilmişdir. Belə ki, gömrük orqanları tərəfindən saxta və ya keyfiyyətsiz mallarla mübarizə sahəsində 43310 ədəd pirat məhsullar xxxx kitablar, təyinatı üzrə istifadəyə yararsız hesab olunmuş 1 ədəd pnevmatik tapança, 1 ədəd elektroşoker, 2 ədəd damcıtökən (pipetka), kontrafakt məhsul hesab olunan 3394 ədəd müxtəlif növ ətirlər və 25,2 litr keyfiyyətsiz araqlar aşkar edilərək hüquqpozmanın predmeti kimi götürülmüş və toplanmış materiallar qanunvericiliyə uyğun qaydada tədbir görulməsindən ötrü məhkəmə orqanlarına göndərilmişdir. Xxx olmaq təhlükəsi xxxx heyvan və bitkilər aləminin qorunması sahəsində isə 2 ədəd qızılquşlar fəsiləsinin qızıIquşlar cinsinə aid xxxx və Azərbaycanın Qırmızı kitabına daxil xxxx xxxxx quşu (falco peregrinius) ilə əlaqədar materiallardan biri barədə araşdırma davam edir, digəri isə qanunvericiliyə uyğun qaydada tədbir görülməsindən ötrü məhkəməyə göndərilmişdir.
Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş qətiyyətli tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 189.936,3 manat dəyərində 1 236 655 ədəd xaricdə istehsal olunan siqaretlər, 31.777 manat dəyərində 1612,39 litr spirtli içkilər, habelə 1.000.000 ədəd saxta aksiz markaları, 490 000 ədəd Azərbaycan Respublikasının aksiz markaları saxlanılmışdır.
Qaçaqmalçılığa və digər gömrük hüquqpozmalarına qarşı mübarizənin səmərəliliyinin artırılmasında beynəlxalq və regional əməkdaşlığın xüsusi əhəmiyyəti nəzərə alınmaqla, hesabat ilində də ÜGT, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, GUAM, MARİƏM (Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi) kimi mötəbər beynəlxalq və regional təşkilatlarla, xarici gömrük xidmətlərinin hüquq mühafizə bölmələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi işi davam etdirilmişdir.
13
Hesabat dövründə malların buraxılışından sonra gömrük orqanlarına təqdim edilmiş məlumatların dəqiqliyinin yoxlanılması zamanı bir sıra hallarda qanunvericiliyin tələblərinin pozulduğu və gömrük dəyərinin düzgün bəyan edilmədiyi aşkar edilmiş və aparılmış araşdırmaların nəticəsi üzrə müvafiq tədbirlər görülmüşdür. Xxxx xxxxx olaraq "AZMAN" Mənzil Tikinti Kooperativi (VÖEN 1300120271) tərəfindən ümumi dəyəri 2.718.000,00 ABŞ dolları xxxx 60 ədəd “ Mitsubishi” markalı liftlər ölkə ərazisinə idxal edilərkən, gömrük orqanına dəyəri 2.174.400,00 ABŞ dolları xxxx invoys təqdim edilməklə, malların dəyəri düzgün bəyan edilməmişdir. Nəticədə malların invoys dəyəri gömrük bəyannamələrində 543.600,00 ABŞ dolları az göstərilmişdir. Qeyd olunan əməliyyatlar nəticəsində gömrük bəyannamələrinə əsasən dövlət büdcəsinə 163.130,01 manat ƏDV, 4.508,84 manat idxal rüsumu, ümumilikdə isə 167.638,85 manat məbləğində gömrük ödənişləri ödənilməmişdir. Azaldılmış 167.638,85 manat məbləğində gömrük ödənişlərinə Gömrük Məcəlləsinin 247.3-cü maddəsinə əsasən 61.188,18 manat məbləğində dəbbə pulu hesablanaraq gömrük ödənişləri ilə birlikdə dövlət büdcəsinə ödənilməsinin təmin olunması məqsədilə materilallar aidiyyəti üzrə Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir.
2018-ci il ərzində Komitənin Hədəf Mərkəzində mal və nəqliyyat vasitələrinə elektron nəzarət şöbəsi tərəfindən bütün xxx nəqliyyat vasitələrinin trayektoriya üzrə hərəkətləri ilə bağlı (marşrutdan çıxma, dayanma, yubanma və s.) məlumatlar fasiləsiz olaraq araşdırılmış və təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, təkcə marşrutdan çıxma ilə bağlı hesabat dövründə 1489 (bir min dörd yüz səksən doqquz) fakt qeydə alınmışdır. Həmin faktlar üzrə 63 (altmış üç) nəqliyyat vasitəsinin marşrutdan çıxması üçün əsaslı səbəb olmadığına görə aktlaşdırılmış və gömrük orqanının qərarına uyğun olaraq onlara inzibati qaydada cərimə tətbiq olunmuşdur. Digər hallarda isə mal və nəqliyyat vasitələrinə elektron nəzarət qaydasında operativ müdaxilə nəticəsində həmin nəqliyyat vasitələri marşrut xəttinə qaytarılmışdır. 2018-ci il ərzində xxx nəqliyyat vasitələrinin müşayiəti ilə bağlı Hədəf mərkəzinə 25.000-dən artıq zəng daxil olmuş və mərkəzdən bu məqsədlə 40.000-dən artıq zəng edilmişdir.
Gömrük nəzarəti altında xxxx malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən yayındırılması hallarının qarşısının alınması məqsədilə hesabat dövrü ərzində 178.013 (bir yüz yetmiş səkkiz min on üç) ədəd GPS qurğusu nəqliyyat vasitələrinin üzərinə quraşdırılaraq, elektron qaydada müşahidə edilmiş, 245 (iki yüz qırx beş) nəqliyyat vasitəsi fiziki müşayiətlə təyinat gömrük orqanına çatdırılmışdır.
Hesabat dövründə bütün sərhəd gömrük-keçid məntəqələrindən Azərbaycan Respublikası ərazisinə daxil xxxx beynəlxalq daşıma standartlarına cavab verməyən xxx nəqliyyat vasitələrinin xxx yerlərinin, çadır örtüklərinin və bərkidici troslarının mümkün açıla biləcək yerlərinin müəyyən edilərək qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülmüş və bu cür nəqliyyat vasitələrinə təkrar gömrük baxışı həyata keçirilməsi təmin olunmuşdur.
VI. İnformasiya texnologiyalarının və proqram təminatiarının tətbiqi
Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik həyata keçirilməsi üçün informasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməsi, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi sahəsində bir sıra innovasiya layihələri hazırlanmış, elektron informasiya mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlili və gömrük statistikasının beynəlxalq təcrübəyə uyğun inkişaf etdirilməsi məqsədilə, Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) təkmilləşdirilməsi, korporativ şəbəkənin genişləndirilməsi istiqamətlərində tədbirlər davam etdirilmiş, Komitənin internet saytı yenilənmiş və yeni bölmələr əlavə edilmişdir.
Elektron gömrük xidmətlərinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində hesabat ilində elektron gömrük xidmətlərindən istifadə üzrə müraciətlərin sayı ötən ilə nisbətdə xeyli artmışdır. Belə ki, “e-Xxxxx Xxxxxxxxxxxxxxx” üçün 5947, “e-Gömrük
14
Bəyannaməsi/Sərnişin” üçün 1 348 026, “e-idxal/ixrac Əməliyyatlarım” üçün 78 856, “e- Gömrük Ekspertizası” üçün 750, “Vətəndaş müraciətləri, sorğu və şikayətlər” üçün 226, “e- GÖÖEN Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması” üçün 16 860, “Gömrük orqanlarına xidmətə qəbul” üçün 2 211 və “e-Gömrük Ödənişləri” üçün 1083819, “Gömrük bəyannamələri haqqında məlumatın verilməsi” üçün 302 010, “e- Gömrük Xxxxxxxxxxx/Mal” üçün 449 515, “sərhəd gömrük məntəqələrindən daxil xxxx mallarım haqqında məlumat” üçün 135 247 müraciət daxil olmuşdur.
Hesabat dövründə elektron gömrük xidmətləri üzrə 3 yeni xidmət: “Gömrük əməliyyatları üzrə imza səlahiyyətlərinin verilməsi", “Online karguzarlıq” və “Şəxsin adının İAMAS-ın “Xüsusi diqqət siyahısf’nda olub-olmamasınn yoxlanılması” xidmətləri hazırlanmışdır. Bu xidmətlərdən istifadə etməklə xarici ticarət iştirakçısının rəhbəri öz imzası vasitəsi ilə istənilən əməkdaşının imzasına xarici ticarət iştirakçısının fəaliyyəti haqqında statistik məlumatlara giriş hüququ verir, hər bir şəxs DGK-nın internet saytı vasitəsi ilə gömrük orqanlarına müraciət (təklif, şikayət və.s) göndərmək, müraciətə baxılması vəziyyətini onlayn izləmək və cavab almaq imkanı əldə edir, gömrük xxxxxx tərəfindən özünün sərhədkeçməsinə məhdudiyyət qoyulub-qoyulmadığını yoxlaya bilir. Bu xidmətlərin “elektron xidmətlərin siyahısf’na daxil edilməsi və istifadəyə verilməsi üzrə işlər davam etdirilməkdədir.
“ Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilm əsi” gömrük xidmətində təkmilləşdirilmələr aparılmış, menyular sadələşdirilmişdir. “ Rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətləri” xidməti yenilənmiş, xidmətin nəticələrinin “Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilm əsi” xidmətində istifadəsi təmin edilmişdir.
“Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın verilməsi" elektron gömrük xidməti test rejimində yoxlamlmış və təkmilləşdirilmişdir.
“Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi” və “ Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi” elektron gömrük xidmətləri üzrə inzibati reqlament hazırlanmış, Komitənin Kollegiyasının qərarı ilə təsdiq edilərək Komitənin rəsmi internet saytında və elektron hökumət portalında yerləşdirilmişdir.
Xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədilə gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrinə dair məlumatlar barədə başqa ölkələrin gömrük orqanları və müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün tədbirlər görülmüşdür. Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi arasında məlumat mübadiləsinin həyata keçirilməsi təmin edilmişdir.
Sərhədi keçən mal və nəqliyyat vasitələri və gömrük bəyannamələri üzrə məlumatların, о cümlədən gömrük bəyannaməsinin özünün və ona əlavə edilmiş sənədlərin vergi orqanları tərəfindən onlayn əldə edilməsi təmin edilmiş, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin informasiya sistemi ilə məlumat mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasına gətirilən və çıxarılan valyuta sərvətlərinə dair məlumatların və “Gömrük bəyannamələri haqqında məlumatın verilm əsi” elektron gömrük xidmətindən istifadə etməklə Respublikada fəaliyyət göstərən bank təşkilatları tərəfindən VAİS-ə daxil edilən məlumatlar əsasında konsiqnasiya yolu ilə ixrac olunan xxxxxxx görə valyuta daxilolmaları üzrə məlumatların gündəlik olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına, ölkənin digər gömrük orqanlarından Beynəlxalq Dəniz
15
Limanının ünvanına göndərilən mallar üzrə məlumatların Beynəlxalq Dəniz Limanına ötürülməsi təmin edilmişdir.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən təqdim olunmuş qeyri-hökumət təşkilatlarının siyahısına daxil xxxx təşkilatların xxxx dövr üzrə idxal-ixrac əməliyyatları haqqında məlumatlar “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2013-cü il tarixli 3003 xxxxx Fərmanına uyğun olaraq yaradılmış “Fərdi elektron pəncərə” məlumat sisteminə daxil edilmişdir.
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti arasında qarşılıqlı ticarət haqqında statistik məlumatların informasiya mübadiləsinin texnoloji sxem i”nə uyğun olaraq Rusiya Federasiyası ilə xarici ticarətin gömrük statistikası üzrə 2017-ci ilin III və IV rübləri, 2017-ci il (illik) və 2018-ci ilin I, II və III rübləri üçün informasiyanın elektron mübadiləsi həyata keçirilmiş, hər iki dövlətin sərhədindən keçən mal və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin texniki və proqram təminatı məsələləri həll edilmişdir. Gurcüstan (2017-ci il üzrə), Özbəkistan Respublikası (2017-ci il və 2018-ci ilin ilk 3 rübü üzrə), Ukrayna Respublikası (2017-ci il və 2018-ci ilin ilk 2 rübü üzrə) və Belarus Respublikası (2017-ci il üzrə) ilə qarşılıqlı ticarət haqqında məlumat mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikası Ticarət Nazirliyi arasında hər iki dövlətin sərhədindən keçən mal və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin texniki və proqram təminatı məsələləri həll edilmiş və tərəflər arasında məlumat mübadiləsinin həyata keçirilməsinə başlanılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti, Ukrayna Dövlət Fiskal Xidməti və İran Islam Respublikasının Mərkəzi Gömrük İdarəsi arasında dövlət sərhədindən keçən mal və nəqliyyat vasitələri haqqmda ilkin məlumat mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, bir sıra proqram təminatı hazırlanmış və tətbiqinə başlanılmışdır. Belə ki, VAIS-in BANİ-nin BYD kitabçaları ilə daşınan mallar üzrə əvvəlcədən elektron məlumatlandırma (TİR-EPD) sisteminə inteqrasiyası təmin edilmiş, Beynəlxalq Xxx Daşımaları təşkilatı ilə BYD kitabçaları əsasında rəsmiləşdirilən mallar üzrə elektron məlumat mübadiləsi və rəsmiləşdirmə mərhələləri üzrə tələb olunan mesajların emalı üçün proqram təminatı hazırlanmış və qarşılıqlı test edilmişdir.
“VA İS-Risk” risklərin idarə edilməsi altsistemində təkmilləşdirmələr aparılmış, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə risk profillərinin qarşılıqlı mübadiləsi və risklərin idarə edilməsi üzrə Vahid Risk platforması yaradılmış, altsistemə yeni funksiyalar əlavə edilmişdir.
VAİS-in gömrük rəsmiləşdirilməsi və nəzarəti altsistemində (VAİS-GB) təkmilləşdirmələr aparılmış, Ukraynadan gələn malların rəsmiləşdirilməsi zamanı mallar haqqında məlumatların Ukrayna Dövlət Fiskal Xidməti tərəfindən göndərilmiş məlumatlar ilə tutuşdurulması funksiyası və müvəqqəti idxal xxxx malların buraxılışı zamanı malların təsvirinin sistemə əlavə edilməsi funksiyası əlavə edilmişdir.
Banklar və bank olmayan kredit təşkilatlarının elektron reyestri hazırlanmış, valyuta köçürmələri üzrə bank qeydiyyatlarında onların müraciəti əsasinda düzəlişlərin edilməsi üçün VAİS-də “Bank əməliyyatlarına düzəliş” modulu hazırlanmışdır.
Mobil telefonların ölkəyə gətirilməsinə nəzarətin gücləndirilməsi məqsədilə onların rəsmiləşdirilməsi zamanı İMEİ kodlarının nəzərə alınması təmin edilmiş, müvəqqəti idxal və ya ixrac rejimində rəsmiləşdirilmiş malların müvəqqəti saxlanc müddətlərinin bitməsinə
7 gün qalmış həmin xxxxxxx rəsmiləşdirmiş şəxslərin elektron poçt ünvanlarına sistem tərəfindən bu barədə məlumat göndərilməsi təmin edilmişdir.
16
Malların idxalı zamanı onarın təyinat gömrük orqnına təhlükəsiz çatdırılmasının təmin ediiməsi üçün nəqliyyat vasitələrinə bərkidilmiş GPS qurğularına görə ödənişlərin gömrük bəyannaməsi vasitəsi ilə həyata keçirilməsi təmin edilmişdir.
“Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikası” bülleteninin hazırlanması üçün proqram təminatı yenidən işlənilmişdir.
“V AİS-Hüquqpozmalar” altsistemində, materialların və cinayət işlərinin qeydiyyatı “VAİS-İstintaq” altsistemində iş prosesində meydana gələn problemlərin həlli ilə əlaqədar təkmilləşdirmələr aparılmışdır.
Müvəqqəti saxlanc anbarlarında malların yerləşdirilməsi və hərəkəti üzrə “VAİS- Anbar” altsistemi hazırlanmış və istismara verilmişdir.
VAİS-də SMS sistemi tətbiq edilmişdir. Bu sistem vasitəsilə mal gömrük sərhədini keçərkən, təyinat gömrük orqanına çatarkən və rəsmiləşdirilmə başladıqdan sonra rəsmiləşdirilmənin bütün mərhələlərində mal sahiblərinə sistem tərəfindən avtomatilk olaraq malın həmin andakı statusu barədə SMS göndərilir.
Respublikada yeni şəxsiyyət vəsiqələrinin verilməsinə keçid ilə əlaqədar VAİS-in İAMAS-a qoşulma servisində müvafiq düzəlişlər edilmiş, “ADY”QSC ilə dəmiryol qatarlarına bilet alaraq ölkədən gedən risk qrupuna daxil edilmiş sərnişinlər haqqında məlumat mübadiləsinin təmin edilməsi üzrə altsistem hazırlanmış və istismara verilmişdir.
VAİS-in “ASAN ödəniş” sisteminə inteqrasiyası təmin edilmiş, gömrük ödənişlərinin, о cümlədən gömrük qaydalarının pozulmasına görə cərimələrin “Asanpay”- “Asan ödəniş” sistemi üzərindən həyata keçirilməsi imkanı yaradılmış, “VAİS-sadələşdirilmiş bəyannamə (sərnişin)” (“VAİS-SB”) altsistemində təkmilləşdirmələr aparılmış, fiziki şəxs tərəfindən keçirilən xxxxxxx görə rüsum və yığımların ödənilməsi funksiyası əlavə edilmişdir.
Gömrük orqanı tərəfindən nəqliyyat vasitələrinə GPS quraşdırılmasına, yanacaq istifadəsinə və malların müvəqqəti saxlanc anbarlarında saxlanılmasına görə ödənişlərin “Gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi” elektron gömrük xidməti vasitəsi ilə həyata keçirilməsi təmin edilmiş, gömrük qaydalarının pozulmasına görə cərimələrin eManat köşkləri üzərindən ödənilməsi imkanı yaradılmışdır. İdxal-ixrac olunan xxxxxxx görə gömrük bəyannaməsinin əldə edilməsi və mallar üzrə ödənişlərin qeydiyyatının aparılması üzrə VAİS-lə məlumat mübadiləsinin aparılması üçün Respublikada fəaliyyət göstərən banklar üçün servis hazırlanaraq istismara verilmişdir. Paşabank, Rabitəbank və Kapitalbank ilə mala görə ödənişlərin bank qeydiyyatının birbaşa həmin servis vasitəsi ilə mübadiləsi təmin edilmişdir.
Komitədə aparılan struktur dəyişikliyi ilə əlaqədar gömrük orqanlarının yenidən kodlaşdırılması təmin edilmiş, VAİS-də və digər təşkilatlarla məlumat mübadiləsində yeni struktura uyğun təkmilləşdirmələr aparılmışdır. "VAİS-Kargüzarlıq” altsistemində təkmilləşdirilmələr aparılmış, işdən çıxan əməkdaşların icra etməyə vaxtı çatmadığı sənədlərin avtomatik olaraq onu əvəz edən şəxsin adına keçirilməsini təmin edən modul əlavə edilmişdir. “ Rəhbərlik tərəfindən vətəndaş qəbulu modulu” modulu hazırlanmışdır. Modul vasitəsi ilə vətəndaşın qəbula yazılışı, qəbul olunması və yola salınması prosesi idarə olunur.
Diplomatik yüklərin “Asan xidmət” mərkəzlərində rəsmiləşdirilə bilməsi üçün proqram təminatı işlənib hazırlanmış və tətbiq edilmişdir. Diplomatik yükləri rəsmiləşdirən əməkdaşlara həmin yüklərə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Komitəyə təqdim edilmiş sənədlərə sistem vasitəsilə baxış imkanı yaradılmışdır. “Abşeron” gömrük postunda rəsmiləşdirilmiş yüklərə dair məlumatların servis vasitəsilə ilə ərazisində yerləşdiyi dəmiryol stansiyasının anbarının məlumat sisteminə ötürülməsi təmin edilmişdir.
Daxili İşlər Nazirliyinin informasiya sistemindən texniki pasportun nömrəsi əsasında sorğu edərək etibarnamə məlumatlarının alınması və VAİS-də etibarnamə əsasında idarə olunan nəqliyyat vastələrinin sərhəd keçidinin rəsmiləşdirilməsi zamanı həmin məlumatlara giriş imkanı təmin edilmişdir.
17
Xarici ticarətin gömrük statistikasının beynəlxalq təcrübəyə və standartlara uyğun inkişafı istiqamətində tədbirlər davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 24 iyun 1997-ci il tarixli 609 xxxxx Fərmanmın tələblərinə uyğun olaraq hər ay xarici ticarətin vəziyyətini əks etdirən məlumat bazası Dövlət Statistika Komitəsinə, Mərkəzi Banka və Vergilər Nazirliyinə təqdim olunmuşdur. 2017-ci ilin yekunu və 2018-ci ilin keçən hər ayı üzrə idxal-ixrac əməliyyatları Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının metodologiyasına uyğun olaraq təhlil edilmiş, müvafiq təhlil arayışları hazırlanmış və Komitənin internet saytında yerləşdirilmişdir. 2017-ci ilin III və IV rübləri, 2017-ci il (illik) və 2018-ci ilin l-lll rübləri üzrə Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası bülletenlərinin materialları hazırlanmış və Dövlət Gömrük Komitəsinin internet saytında yerləşdirilmişdir.
Azərbaycan Respublikasında həyata keçirilən idxal və ixrac əməliyyatlarında prioritet təşkil edən malların miqdarı, dəyəri, gətirildiyi (aparıldığı) ölkələr üzrə göstəricilər əvvəlki illərin müvafiq dövrləri ilə müqayisə olunmaqla təhlil edilmişdir. Azərbaycan Respublikası ilə MDB ölkələri arasındakı xarici ticarətin vəziyyətinin əvvəlki illərlə müqayisəli şəkildə təhlili (mal dövriyyəsi, Azərbaycanın ümumi idxalında (ixracında) tutduqları yer, bu dövlətlərə ixrac olunan və onlardan idxal olunan əsas mallar) və digər statistik göstəricilər üzrə müvafiq təhlillər aparılmış, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası və Rusiya Federasiyası arasında 2017-ci il və 2018-ci ilin birinci yarısı üzrə xarici ticarət əlaqələrində mal mövqeləri üzrə təhlillər aparılmış, statistik göstəricilərin fərqləri barədə müvafiq arayışlar hazırlanmışdır.
2017-ci ilin yekunları ilə bağlı iki ölkə arasında qarşılıqlı ticarətin gömrük statistikasının aparılmasına dair məsələ ilə əlaqədar 6 mart 2018-ci il tarixdə Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları arasında videokonfrans keçirilmişdir. Videokonfransda iki ölkə arasında qarşılıqlı ticarətin statistikasının aparılması zamanı ölkələr tərəfindən istifadə edilən metodologiyalar və dövlətlər tərəfindən formalaşdırılan statistik məlumatlar arasındakı fərqlərin əmələ gəlmə səbəbləri müzakirə edilmişdir. Azərbaycan Respublikası DGK-nın və Özbəkistan Respublikası DGK-nın əməkdaşları arasında 2017-ci il üzrə qarşılıqlı ticarətin gömrük statistikası məlumatlarının müqayisəsi və fərqlərin səbəblərinin araşdırılması işi üzrə görüş keçirilmişdir. Görüş əsnasında maraq doğuran bəzi mallar üzrə hər iki gömrük xidmətinin məlumatları müqayisə olunmuş, yaranan fərqlərin səbəbləri araşdırılmışdır.
İdxal və ixrac olunan “kərə yağı və süddən hazırlanmış digər yağlar; südlü pastalar” (XİF MN-nin 0405 mal mövqeyi) və “qarışdırılmış və ya qarışdırılmamış məhsullardan ibarət olan, terapevtik və ya profilaktiki məqsədlərlə istifadə üçün dozalara bölünmüş dərman formaları şəklində və ya pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırılmış dərman vasitələri” (XİF MN-nin 3004 mal mövqeyi) haqqında daha ətraflı məlumat əldə etmək məqsədi ilə həmin malların XİF MN üzrə 10 rəqəmli kodlarına daha 16 rəqəmli kodlar əlavə edilmişdir.
Azərbaycan Respublikasının qanunlarından və Nazirlər Kabinetinin qərarlarından çıxarışların elektron jurnal versiyaları hazırlanmış və sərhəd gömrük keçid məntəqələrində və terminallarda yerləşən gömrük köşklərində yerləşdirilmişdir.
Sərhəd gömrük buraxılış məntəqələrində xüsusi quraşdırılmış lövhələrde QR CODE- ların yerləşdirilməsi təmin edilmişdir. Fiziki şəxslər bu kodları öz mobil telefonları ilə oxumaqla Komitənin internet saytında yerləşdirilmiş səyahət etmək istəyən fiziki şəxsləri maraqlandıran məlumatları telefonlarına yükləyə və oxuya bilirlər.
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-ın yeni saytı üçün domain və hosting alınmış, sayt hazırlanaraq istismara verilmişdir. Saytda Azərbaycan Respublikası haqqında məlumatlar yerləşdirilmişdir. Təşkilata daxil olan digər dövlətlərə saytda öz ölkələri barədə məlumatlarının yerləşdirilməsi imkanı yaradılmışdır.
18
Facebook səhifəsində reklam materiallarının yerləşdirilməsi, vətəndaş müraciətlərinin cavablandırılması və maarifləndirici videoçarxların yerləşdirilməsi imkanları yaradılmışdır. Facebook (https://www.facebook.com/azgomruk/), twitter (https://twitter.com/AzGomruk), youtube (https://www.youtube.com/channel/UCtnlgq3dU1kACFb6XgiEQww) və linkedin (https://www.linkedin.com/company/ardgk/) sosial şəbəkələrində Komitənin səhifələri açılmış və onların aktiv fəaliyyəti təmin edilmişdir.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəsmi saytında təkmilləşdirmələr aparılmış, saytda “Hazırlıq kursları” bölməsi əlavə edilmişdir. Bu menyudan istifadə etməklə istifadəçilər müəllim seçməklə gömrük işi üzrə biliklər əldə etmək üçün kursa yazıla biiərlər.
DGK ilə Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası gömrük organları arasında, habelə DGK ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında məlumatların təhlükəsiz mübadiləsinin təmin edilməsi üçün şəbəkə qurulmuşdur. İmişli və Şəki şəhərlərində yerləşən “Asan Xidmət” mərkəzlərinin gömrük xidmətinin korporativ şəbəkəsinə qoşulması təmin edilmişdir.
Komitənin əsas və ehtiyat Data Mərkəzləri yenidən qurulmuşdur. Gömrük xidmətinin korporativ şəbəkəsində yerləşən server və şəbəkə qurğularının real vaxt rejimində normal işləməsinə nəzarətin təmin edilməsi üçün yeni nəzarət serveri hazırlanaraq istismara verilmişdir. Gömrük xidmətinin korporativ şəbəkəsinin monitorinqinin aparılması təmin edilmişdir.
Komitə və onun strukturuna daxil olan qurumlarda olan kompüter avadanlıqlarının avtomatlaşdırılmış qaydada invertizasiyasının aparılması məqsədi ilə PDQ inventory və həmin kompüterlərə əməliyyat sistemlərinin yenilənməsi və onların uzaqdan idarə edilməsi üçün PDQ Deploy proqram təminatı tətbiq edilmişdir.
Gömrük xidmətində istismarda olan server avadanlıqlarının əməliyyat sistemlərinin Windows Server 2016 versiyasına yüksəldilməsinə başlanılmışdır. 25 serverin əməliyyat sistemi dəyişdirilmişdir. Flazırda bu sahədə işlər davam etdirilir.
VII. Kadr siyasəti, peşəkarlığın artırılması
Hesabat ilində gömrük sistemində aparılan islahatlar çərçivəsində kadrların seçimi və yerləşdirilməsi istiqamətində ciddi dəyişikliklər həyata keçirilmişdir. Struktur dəyişiklikləri ilə əlaqədar kadr potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunması məqsədilə kadrlar yenidən seçilib yerləşdirilmişdir. 382 nəfər işə qəbul edilmiş, 445 nəfər əməkdaş işdən azad edilmiş, 417 nəfər tutduğu vəzifədən yüksək vəzifəyə təyin edilmiş, 58 nəfər isə tutduğu vəzifədən aşağı vəzifəyə keçirilmişdir.
Gömrük orqanlarının vəzifəli şəxslərinin cavabdeh olduğu sahəyə uyğunluğunun müəyyənləşdirilməsi, əməkdaşların peşə bilik və bacarıqlarının aşkar edilməsi məqsədilə 1446 əməkdaşm attetasiyası keçirilmişdir.
Komitənin internet saytı vasitəsilə gömrük xidmətinə qəbul üzrə ərizələrin qəbulu, ərizəçilərin məlumatlandırılması və gömrük xidmətinə qəbulu Qzrə test imtahan sistemi təkmilləşdirilmiş və “ Kadrların idarə edilməsi” altsistemi ilə inteqrasiyası təmin edilmişdir. Sistemin test bankının “ İnformasiya texnologiyaları” və “ Ümumi hissə və əlavə blok” bölmələrinə yeni test sualları əlavə olunmuşdur. Hesabat dövründə gömrük orqanlarına xidmətə qədul üçün müraciətlər əsasında təşkil olunmuş test imtahanlarında 1342 nəfər iştirak etmiş, təsdiq olunmuş qaydalara uyğun olaraq, 294 nəfər daha yüksək bal toplayanlar növbəti müsabiqə mərhələsinə buraxılmış, müsabiqədən keçənlər aidiyyəti üzrə vakant vəzifələrə təyin olunmuşdur.
Hesabat ilində xidmətə yeni qəbul edilmiş 62 nəfər gömrük əməkdaşına Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük işi tədris edilmiş, 7 nəfər gömrük əməkdaşı Rusiya Gömrük Akademiyasında təhsilini davam etdirmişdir.
Gömrük orqanı əməkdaşlarının fəaliyyətində müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsi, xidməti intizama riayət olunması üzərində nəzarətin təmin edilməsi,
19
pozuntu hallarının vaxtında aşkar olunub aradan qaldırılması sahəsində konkret tədbirlər həyata keçirilmişdir. Komitəyə daxil olmuş müraciətlər, audit yoxlamaların nəticələri və vətəndaşların qəbulu zamanı qaldırılan məsələlərə dair xidməti araşdırmalar aparılmış, araşdırmalar zamanı aşkar edilmiş xidməti pozuntulara yol verdiklərinə görə 316 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir. Bunlardan 15 nəfər gömrük orqanlarından xaric edilmiş, 5 nəfər tutduğu vəzifədən azad edilmiş, 6 nəfər aşağı vəzifəyə keçirilmiş, 5 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınmış, 68 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 171 nəfərə töhmət elan edilmiş, 46 nəfərə irad tutulmuşdur.
Fiziki və hüquqi şəxslər tərəfindən İdarəyə gömrük orqanı əməkdaşları barəsində daxil olmuş müraciətlərin əksəriyyəti müraciət müəlliflərinin iştirakı təmin edilməklə operativ və şəffaf şəkildə araşdırılmış, pozuntu halına yol vermiş gömrük orqanı əməkdaşları barəsində müvafiq tədbirlər görülmüşdür. Hesabat dövründə fiziki və hüquqi şəxslər tərəfindən İdarəyə daxil olmuş müraciətlərin araşdırılmasımn nəticələrinə görə 30 gömrük orqam əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.
Gömrük sistemində şəffaflığın tam təmin edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi ilə Komitə arasında "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdır. Hazırda Memorandumda nəzərdə tutulan tədbirlərin icrası istiqamətində əlaqəli şəkildə müntəzəm iş aparılır. Hesabat dövründə İdarəyə daxil olmuş materialların araşdırılması zamanı əməllərində cinayət tərkibi olduğu ehtimal edilən 17 gömrük orqanı əməkdaşı barədə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Gömrük orqanı əməkdaşları barəsində 7 material üzrə isə Komitədə araşdırma davam etdirilməkdədir.
VIII. Beynəlxalq əməkdaşlıq
Hesabat dövründə gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılması, gömrük işi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılmış, digər ölkələrin gömrük orqanları ilə beynəlxalq normalara uyğun saziş, protokol və aidiyyəti sənədlər hazırlanmış, müvafiq tədbirlər həyata keçirilmişdir.
Gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il üzrə Assambleyası və Konfransı çərçivəsində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük və Logistika üzrə SİO Beynəlxalq Assosiasiyası arasında Səlahiyyətli iqtisadi Operator (SİO) sahəsində əməkdaşlıq üzrə Fəaliyyət Planı” imzalanmışdır.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasınm Protokolu” və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin 2018-2019-cu illəri əhatə edən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığının və qarşılıqlı yardımının səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Plam", “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş” və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə
20
Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol” imzalanmışdır. Azərbaycan Respublikasının Prezidentinin Türkmənistana rəsmi səfəri çərçivəsində “A zərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş” imzalanmışdır.
“GUAM üzvü olan dövlətlərin gömrük idarələri arasında GUAM üzvüolan dövlətlərin
dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 373 nömrəli 19 yanvar 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”na əsasən İqtisadi Əməkdaşlıq Təşkilatının “Gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Saziş” layihəsi, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında qarşılıqlı ticarət zamanı keçirilən mallar və onların gömrük rəsmiləşdirilməsi barədə məlumat mübadiləsinin təşkili haqqında Protokol” layihəsinin respublikanın aidiyyəti dövlət strukturlarından alınmış rəy və təkliflər nəzərə alınmaqla ümumiləşdirilmiş mətni qarşı tərəfə təqdim edilməsi üçün Xarici İşlər Nazirliyinə, “ İran İslam Respublikasının Gömrük İdarəsi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Bəhreyn Krallığının Gömrük Xidməti arasında gömrük əməkdaşlığı haqqında Anlaşma Memorandumu” layihələri qarşı tərəflərlə razılaşdırıIması məqsədilə və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili haqqında Saziş” layihəsi respublikanın aidiyyəti dövlət strukturları ilə razılaşdırmaq üçün Nazirlər Kabinetinə təqdim edilmişdir. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanma üçün tam hazırlanmışdır.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük Orqanı arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2 may 2018-ci il tarixdən qüvvəyə minmişdir.
2018-ci il ərzində Dövlət Gömrük Komitəsi tərəfindən bir neçə regional və beynəlxalq səviyyəli tədbirlər hazırlanmış və keçirilmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə adıçəkilən assosiasiyanın 2018-ci il üzrə Assambleyası və Konfransı, BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası keçirilmişdir. Bakı şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi və Ümumdünya Gömrük Təşkilatının “ Konteyner daşımalarına nəzarət üzrə qlobal proqram” ının kordinatorlarının illik iclası, ÜGT-nin Avropa regionu üzrə Regional Tədris Mərkəzləri, Potensialın Gücləndirilməsi üzrə ofisləri və Sədr müavini ofislərinin 9-cu Regional iclası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 29-cu iclası keçirilmişdir.
ÜGT-nin dəyərin müəyyən edilməsinə dair ekspert təlimçilər üçün Akkreditasiya seminarı, "Dövlət Gömrük Komitəsinə ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzvolma, eləcə də Avropa Yeni
21
Kompyuterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində dəstək" mövzusunda milli seminar, gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi üzrə regional seminar, “X-ray təsvirlərinin oxunması” mövzusunda milli təlim keçirilmişdir.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisində bu qurumun "Qış məktəbi" təqaüd proqramı üzrə təlim, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün “Konteynerlərə gömrük baxışı” mövzusunda və gömrük xidmətinin əməkdaşları üçün “Gömrük işində risklərin idarə edilməsi: beynəlxalq təcrübə” mövzusunda Ukraynanın Gömrük işi və Maliyyə Universiteti rektorunun səlahiyyətlərini icra edən Qarmaş Yevqeniy Vasilyeviç tərəfindən mühazirələr keçirilmişdir.
Azərbaycan gömrük xidmətinin qabaqcıl təcrübəsi ilə tanış olmaq məqsədilə Belarus Respublikası Dövlət Gömrük Komitəsi və Ukrayna Dövlət Fiskal Xidmətinin nümayəndələri Azərbaycana səfər etmişlər.
Hesabat dövründə Komitə rəhbərliyinin bir sıra dövlətlərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirlərinin başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşləri keçirilmiş, hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunmuşdur. İl ərzində Komitə sədrinin ÜGT-nin Baş katibi, bir sıra dövlətlərin gömrük xidməti rəhbərləri, beynəlxalq təşkilatların, xarici şirkətlərin nümayəndə heyətləri ilə görüşləri keçirilmişdir.
Hesabat dövründə Ümumdünya Gömrük Təşkilatı, BMT-nin İnkişaf Proqramı, MDB üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşən Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq Proqramının Gömrük Əməkdaşlıq Komitəsi, Ümumdünya Gömrük Təşkilatının hüquq mühafizə fəaliyyəti üzrə Regional Məlumat Əlaqələndirmə Ofisləri (RİLO), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
IX. İctimaiyyətlə əlaqələr
Hesabat ilində “Elektron Hökumət” portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə üzrə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) nümayəndə heyəti ilə görüş, Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamından irəli gələn məsələlərin müzakirəsi ilə bağlı sahibkarlarla görüş, Dövlət Gömrük Komitəsinin və Açıq Hökumət Platformasının birgə təşkilatçılığı ilə "Gömrük orqanlarımn fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda İctimai Müzakirə, İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunan konfrans keçirilmişdir. "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminar, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə iş adamları üçün "Gömrük və sahibkarlıq" mövzusunda görüş, Komitənin rəhbər vəzifəli şəxsləri və xarici ticarət iştirakçıları arasında görüş, Komitə rəhbərliyinin iştirakı ilə "Gömrük orqanlarında son islahatlar və nəticələr" mövzusunda mətbuat konfransı, iş adamları ilə "Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər" mövzusunda görüş, Komitə rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin ““Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz”
buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 21 dekabr 2018-ci il tarixli 427 nömrəli Fərmanının icrası ilə əlaqədar Komitənin təşkilatçılığı ilə “Yaşıl dəhliz”
22
buraxılış sisteminin təqdimatına dair xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin və xarici ticarət fəaliyyətilə məşğul olan 500-dən artıq biznes subyeklərinin iştirakilə "Xarici ticarət iştirakçılarınm forumu: "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi" adlı forum keçirilmişdir.
Gömrük prosedurlarının VAİS ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə məlumatlandırmaq məqsədi ilə kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postuna, Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Sınıq Körpü" və "Mazımçay" gömrük postlarına səfərilər təşkil edilmişdir. Bundan əlavə, jurnalistlər üçün "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminar və "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilmişdir. Media nümayəndələrinə gömrük işi, gömrük nəzarəti metodları və vasitələri, malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması, ticarətin asanlaşdırılması üzrə gömrük nəzarətində yeniliklər, risk analizləri və risklərin idarəedilməsi, gömrük-biznes əməkdaşlığı, mövcud problemlər və onların aradan qaldırılması yolları, gömrük rüsumları və növləri, gömrük orqanları tərəfindən alınan vergiiər, gömrük islahatları və modernləşdirmədə məqsəd və gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərlə bağtı təqdimatlar keçirilmişdir. Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurasının 22 iyul - Milli Mətbuat Günü münasibətilə birgə təşkil etdiyi "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirilmiş və müsabiqənin yekununda qaliblərə mükafatlar təqdim edilmişdir.
Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə biznes-forum keçirilmişdir. Forumda iştirak edən iş adamlarına və ölkəmizdəki diplomatik korpusların nümayəndələrinə ölkəmizdə gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, infrastrukturun yenidən qurulması və kadr potensialımn gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilmişdir.
Gömrük qanunvericiliyi, gömrük orqanlarının fəaliyyəti, gömrük işi və gömrük xidməti ilə bağlı digər məsələlər sahəsində baş verən yeniliklər haqqında ictimaiyyətin Komitənin internet saytı vasitəsi ilə mütəmadi şəkildə məlumatlandırılması təmin edilmişdir. Ölkəmizdə yaşayan xarici öikə vətəndaşlarının - iş adamlarının, xarici nümayəndəliklərin maraqlarını nəzərə alaraq DGK-nin rəsmi internet saytında materialların ingilis dilində, "Gömrük xəbərləri" qəzetində isə həm rus, həm də ingilis dillərində dərc edilməsi, onların da ölkəmizdə baş verən bu və ya digər əhəmiyyətli hadisələrlə məlumatlandırılmasını təmin edilmişdir. “Elektron bəyannamə”, “ İxracda yaşıl dəhliz” və “Fiziki şəxslərin sərhədkeçmə prosesi” adlı maarifləndirici video-roliklər hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir.
2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatların və görülən işlərin növbəti illərdə də davam etdirilməsi üçün bütün imkanlar səfərbər ediləcəkdir.
Komitənin sədri Səfər Mehdiyev