AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Federal Hökuməti arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Federal Hökuməti arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq haqqında 1998-ci il noyabrın 13-də Vyana şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Prezidenti XXXXXX XXXXXX
Bakı şəhəri, 1 fevral 1999-cu il
№ 617-IQ
Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Federal Hökuməti arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində
əməkdaşlıq haqqında SAZİŞ
Bundan sonra «Razılığa Gələn Tərəflər» adlandırılan, Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Federal Hökuməti,
mövcud xarici iqtisadi əlaqələri möhkəmləndirmək və genişləndirmək istəyini rəhbər tutaraq,
qarşılıq və ikitərəfli fayda əsasında iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, texnika və texnologiya sahələrində əməkdaşlığa yardım etmək və onu dərinləşdirməyə səy göstərərək,
Hazırkı Sazişin ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin və möhkəm əsas yaradacağına əmin olaraq,
bir tərəfdən Avropa Birlikləri və onun üzv ölkələri və digər tərəfdən Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında 22 aprel 1996-ci tarixli Sazişi nəzərə alaraq,
Avropa Birliyinin təsis Müqavilələrindən irəli gələn hüquq və öhdəliklərə, «Tariflər və Ticarət haqqında Baş Saziş»ə (GATT) və «Ümumdünya Ticarət Təşkilatı»na (WTO) münasibətdə öhdəliklərə və habelə hər bir Dövlətdə qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq,
bazar iqtisadiyyatının prinsiplərinə əsaslanaraq,
iqtisadiyyatın gələcək inkişafı çərçivəsində ətraf mühitin qorunmasına böyük əhəmiyyət verildiyini qəbul edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Razılığa Gələn Tərəflər hər bir Dövlətdə qüvvədə xxxx qanunvericilik çərçivəsində iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın davam etdirilməsi, gələcək inkişafı və genişləndirilməsinə yardım etməyə səy göstərəcəklər.
M a d d ə 2
1-ci Maddədə müəyyən edilən məqsədlərə uyğun olaraq, Razılığa Gələn Tərəflər, öz imkanları daxilində, hər iki Dövlətin, bundan sonra «Müəssisələr» adlandırılan müəssisələri, təşkilatları, cəmiyyətləri və təsisatları arasında xarici iqtisadi əlaqələrin inkişafına yardım edəcəklər.
M a d d ə 3
Razılığa Gələn Tərəflər, xüsusi halda, aşağıdakı sahələrdə uzunmüddətli əməkdaşlıq üçün əlverişli şərait olması barədə razılığa gəldilər:
birgə müəssisələrin yaradılması və birbaşa investisiyalar;
texnologiyaların və «nou-xau»nun ötürülməsi, tətbiqi tədqiqatlar;
kənd təsərrüfatı və meşə təsərrüfatı, kənd təsərrüfatı və meşəçilik texnikası;
yeyinti sənayesi: kənd təsərrüfatı məhsullarının emalının, saxlanmasının, qablaşdırılmasının və daşınmasının təkmilləşdirilməsi;
yüksək keyfiyyətli və rəqabətə davamlı tekstil, tikiş, ayaqqabı və dəri məhsullarının istehsalı daxil olmaqla, yüngül sənaye;
elektron və elektrotexnika sənayesi;
müdafiə sənayesi müəssisələrinin konversiyası da daxil olmaqla, mövcud istehsalın yenidən qurulması, modernləşdirilməsi, genişləndirilməsi və avtomatlaşdırılması;
sənaye qurğuları;
metallurgiya və metal emalı sənayesi;
poladəridici və metallurgiya komplekslərinin tikilməsi və yenidən qurulması; mədən sənayesi və mineral xammal;
neft təsərrüfatı və neft kimya sənayesi; qaz sənayesi;
tikintisi, elektrik stansiyalarının, habelə elektrik ötürücü xətlər şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması;
ətraf mühitin, təbiətin və landşaftın qorunması; tikinti və tikinti materiallarının istehsalı;
səhiyyə və tibb texnikası;
bitkilərin qorunması da daxil olmaqla, tibb, əczaçılıq və kimya sənayesi; xxxxx və standartlar sistemi;
maliyyə və bank xidmətlərinin, marketinq xidmətlərinin, konsaltinq və başqa xidmətlərin göstərilməsi;
patent və lisenziyalar, habelə sənaye mülkiyyətini qoruyan digər hüquqların mübadiləsi;
hüquqi, iqtisadi və statistik nəşrlərin mübadiləsi;
yarmarkaların, sərgilərin və seminarların təşkili və keçirilməsi, iqtisadi məsələlər üzrə nümayəndə heyətlər və ekspertlər mübadiləsi.
M a d d ə 4
Razılığa Gələn Tərəflər aşağıdakı sahələrdə iqtisadi cəhətdən sərfəli və ekoloji cəhətdən təhlükəsiz infrastruktur sistemlərinin inkişaf etdirilməsi məqsədi ilə əməkdaşlığa xüsusi diqqət yetirmək barədə razılığa gəldilər:
kənd təsərrüfatı; dəmiryolu; hava əlaqəsi; gəmiçilik;
yol tikintisi; telekommunikasiya; energetika;
su təsərrüfatı;
tullantıların təkrar istifadəsi və emalı.
M a d d ə 5
Hazırkı Saziş çərçivəsində əməkdaşlığı həyata keçirən Razılığa Gələn Tərəflər müasir və ekoloji cəhətdən təmiz texnologiyalar yaradılmasına, habelə ekoloji resurslara qayğı ilə yanaşılmasına səy göstərəcək və yardım edəcəklər. Layihələr texnikasının ən müasir səviyyəsində həyata keçirilməlidir.
M a d d ə 6
Razılığa Gələn Tərəflər sənaye mülkiyyətinin qorunmasına yardım edəcəklər və öz imkanları daxilində, onu hər bir Dövlətdə qüvvədə xxxx qanunvericilik çərçivəsində, xüsusi halda, 20 mart 1883-cü il tarixli Sənaye mülkiyyətinin qorunması üzrə Paris Konvensiyası əsasında və İntellektual mülkiyyət hüququnun ticarətə aid xxxx cəhətləri barədə 15 aprel 1994-cü il tarixli Mərakeş Sazişə uyğun olaraq təmin edəcəklər, habelə bu sahədə əməkdaşlığın inkişafına və genişlənməsinə yönəlmiş tədbirləri razılaşdıracaqlar.
M a d d ə 7
Hazırkı Sazişin tətbiqi çərçivəsində aşağıdakı əməkdaşlıq formalarına xüsusi diqqət yetirilir:
müəssisələr arasında istehsal güclərinin daha səmərəli istifadə edilməsinə, istehsal xərclərinin aşağı salınmasına və beynəlxalq miqyasda rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş kooperasiya sazişləri;
müəssisələrdə şərikli iştirak yolu ilə birbaşa investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və ya özəlləşdirmə layihələrində iştirak;
tətbiqi tədqiqatlar sahəsində birgə layihələrin həyata keçirilməsi;
xxxxx və texniki qaydaların Avropa inteqrasiyasının tələblərinə uyğunlaşdırılması; texnologiya və «nou-xau»nun ötürülməsi;
texniki-iqtisadi əsaslandırmaların hazırlanması;
peşə hazırlığı, habelə, xüsusi halda, ixtisaslı fəhlələrin və rəhbər işçilərin hazırlanması və peşə hazırlığının artırılması;
birgə seminarların, simpoziumların, konfransların və ekspertlərin görüşlərinin təşkili və keçirilməsi;
o cümlədən sosial tərəfdaşlıq sahəsində;
məsləhət xidmətləri, xüsusi halda, marketinq, strateji planlaşma, nəzarət, məsrəflərin uçotu və ticarət üsullarının öyrədilməsi;
iş adamları ittifaqları arasında sazişlərin bağlanması;
yarmarka və sərgilərin keçirilməsi sahəsində əməkdaşlıq.
M a d d ə 8
Hər bir Dövlətdə qüvvədə xxxx qanunvericilik çərçivəsində:
1. və Birləşmiş Millətlər Təşkilatının beynəlxalq turizm və səyahətlər üzrə Konfransının (Roma, avqust/sentyabr 1963) tövsiyələri, habelə «Turizm xartiyası və turist kodeksi» (Xxxxxx, 26 sentyabr 1985) əsasında, Razılığa Gələn Tərəflər turizmin inkişafına yardım edəcəklər;
2. turizm sahəsində layihələrin yerinə yetirilməsi zamanı, habelə, müvafiq infrastrukturun ətraf mühitin qorunması və turizmin yüksək səviyyəli təşkili prinsipləri əsasında inkişafı üçün xüsusi, iqtisadi, sənaye, texniki və texnoloji əməkdaşlığı həyata keçirəcəklər.
M a d d ə 9
Başqa razılaşma olmadığı halda, hər iki Dövlətin Müəssisələri arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində Hazırkı Saziş çərçivəsində əməkdaşlıq müqavilə xüsusi-hüquq və kommersiya əsaslarında, habelə bazar iqtisadiyyatı prinsipləri əsasında həyata keçiriləcəkdir.
M a d d ə 1 0
Razılığa Gələn Tərəflər kiçik və xxxx Müəssisələrin xarici iqtisadi əlaqələrdə fəal iştirakının faydalı və zəruri olduğunu qəbul edir və öz imkanları daxilində və hər bir Dövlətin qüvvədə xxxx qanunvericiliyinə uyğun şəkildə əlverişli şəraitin yaradılmasına yardım edəcəklər.
M a d d ə 1 1
Razılığa Gələn Tərəflər mübahisələri, ilk növbədə dostcasına, qarşılıqlı razılıq əsasında həll etməyi Müəssisələrə tövsiyə edirlər. Razılıq əldə edilmədikdə, Razılığa Gələn Tərəflər hər bir Dövlətdə qüvvədə xxxx qanunvericilik çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) tərəfindən işlənmiş arbitraj qaydalarını tətbiq etməyi, habelə, 10 iyun 1958-ci ildə Nyu-York şəhərində imzalanmış Xarici arbitraj qərarlarının tanınması və icra edilməsi haqqında Konvensiyanın iştirakçı dövlətlərindən birinin arbitrajının cəlb edilməsini tövsiyə edirlər.
M a d d ə 1 2
Razılığa Gələn Tərəflər öz imkanları daxilində və hər iki Dövlətdə qüvvədə xxxx qanunvericilik çərçivəsində digər Razılığa Gələn Tərəfin, ilk növbədə, xarici ticarət, iqtisadiyyatın idarə edilməsi, turizm, mütəxəssislərin və menecerlərin öyrədilməsi və peşə hazırlığının artırılmasına yardım edəcəklər.
M a d d ə 1 3
Bu Saziş ləğv edildikdən və ya dəyişdirildikdən sonra onun müddəaları iki Dövlətin Müəssisələri arasında Saziş qüvvədə olduğu müddətdə meydana çıxan öhdəlikləri Sazişin ləğv edilməsi və ya dəyişdirilməsi anına qədər qismən və ya tam yerinə yetirilməmiş xxxx bütün kontraktlara tətbiq edilir.
M a d d ə 1 4
1. Hazırkı Saziş əsasında «Qarışıq Komissiya» yaradılır və Razılığa Gələn Tərəflərdən birinin istəyi ilə o, növbə ilə, Avstriyada və Azərbaycanda toplaşacaqdır.
2. Bu Qarışıq Komissiyanın vəzifələrinə, xüsusi halda, aşağıdakılar daxildir: ikitərəfli xarici iqtisadi əlaqələrin vəziyyəti və inkişafının müzakirəsi;
iqtisadi, kənd təsərrüfatı, sənaye, texniki və texnoloji əməkdaşlığın təkmilləşdirilməsi və genişləndirilməsi üzrə təkliflərin hazırlanması;
gələcək iqtisadi əməkdaşlığın üstün sahələrinin müəyyən edilməsi;
Hazırkı Sazişin məqsədlərinin həyata keçirilməsi üzrə tövsiyyələrin verilməsi.
3. Qarışıq Xxxxxxxxx çərçivəsində vaxtaşırı, ayrı-ayrı layihə və sahələr üzrə məsələlərin müzakirəsi üçün xüsusi olaraq yaradılmış işçi qruplar fəaliyyət göstərə bilər.
4. Hazırkı Xxxxxxx tətbiqi və ya təfsiri ilə bağlı ortaya çıxan fikir ayrılıqları Qarışıq Komissiya çərçivəsində danışıqlar yolu ilə həll ediləcəkdir.
M a d d ə 1 5
1. Hazırkı Xxxxx Avstriyanın Avropa İttifaqında üzvlüyündən irəli gələn öhdəliklərini pozmadan və onların yerinə yetirilməsi şərti ilə qüvvədədir. Bununla əlaqədar olaraq, Hazırkı Sazişin müddəaları heç bir halda Avropa İttifaqı haqqında Müqavilə və ya Azərbaycan və Avropa Birlikləri arasında Sazişlərdən, habelə hər iki Razılığa Gələn Tərəfin iştirakçısı olduğu beynəlxalq sazişlərdən irəli gələn öhdəlikləri ləğv edən və ya onlara toxunan müddəalar kimi tətbiq və ya şərh edilməyəcəkdir.
2. 1-ci bəndə aid anlaşılmazlıq olarsa, Razılığa Gələn Tərəflər müvafiq məsləhətləşmələrə başlayacaqlar.
M a d d ə 1 6
1. Razılığa Gələn Tərəflər Hazırkı Sazişi hər bir Dövlətdə nəzərdə tutulmuş proseduralara uyğun olaraq təsdiq edirlər.
2. Saziş Razılığa Gələn Tərəflər bir-birini hər bir Dövlətdə qüvvədə xxxx qanunvericilikdə bu Sazişin qüvvəyə minməsi ilə bağlı nəzərdə tutulmuş dövlətdaxili proseduraların yerinə yetirilməsi barədə notalar mübadiləsi yolu ilə xəbərdar etdiyi aydan sonra gələn üçüncü ayın birinci günü qüvvəyə minir.
3. Saziş iki il qüvvədə qalacaqdır və bir Razılığa Gələn Tərəf digər Razılığa Gələn Tərəfi bu Sazişin qüvvəyə minməsi ilə bağlı nəzərdə tutulmuş növbəti qüvvədə olma müddətinin başa çatmasına iki ay qalmış diplomatik kanallarla Sazişin ləğv edilməsi haqqında xəbərdar etmədiyi hər bir halda, Sazişin qüvvəsi avtomatik olaraq hər bir növbəti ilə uzadılacaqdır.
Vyana şəhərində, 1998-ci ilin noyabr ayının 13-də, üç əsl nüsxədə, hər biri Azərbaycan, xxxxx və rus dillərində olmaqla imzalanmışdır, bütün mətnlər eyni qüvvəlidir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Avstriya Respublikası Federal Hökuməti adından (imza) |