MEMORANDUM
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında
MEMORANDUM
17 iyun 2003-cü il tarixində Londonda keçirilmiş Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (“MHŞT”) qoşulması ilə bağlı Azərbaycan Respublikası hökumətinin (“Hökumət”) üzərinə düşən öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədilə:
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli sərəncamına əsasən yaradılmış MHŞT üzrə Komissiya (“Komissiya”);
• Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər (Əlavə 1-də təfsilatı ilə verildiyi kimi “Şirkətlər Qrupu”);
• Azərbaycan Respublikası “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasına daxil xxxx qeyri-hökumət təşkilatları (Əlavə 2-də təfsilatı ilə verildiyi kimi “QHT Koalisiyası”),
Ayrı-ayrılıqda “Tərəf”, ümumilikdə isə“Tərəflər” adlanmaqla:
a) Hökumətin neft, qaz, qızıl və gümüş hasilatı ilə məşğul xxxx sənaye sahələrində əldə edilən gəlirlərin şəffaflığının artırılmasında əldə etdiyi uğurunu alqışlayaraq,
b) 24 noyabr 2004-cü il tarixində Bakıda imzalanmış MHŞT-nin Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında Memorandum və oktyabr 2009-cu il tarixində Bakıda imzalanmış MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun1 (“ÇQ”) təşkili və fəaliyyəti haqqında Razılaşma (“ÇQ Razılaşması”) əsasında Tərəflərin fəaliyyətini yüksək qiymətləndirərək,
c) MHŞT-nin Azərbaycanda tətbiqi mexanizmini təkmilləşdirmək və 2013-cü ilin may ayında Sidney şəhərində keçirilmiş MHŞT üzrə 6-cı Qlobal Konfransda qəbul edilmiş MHŞT Standartının 2 Azərbaycanda tətbiqini təmin etmək məqsədilə, 24 noyabr 2004-cü il tarixli Memorandumun və ÇQ Razılaşmasının müddəalarını vahid sənəddə əks etdirməklə Memorandumun yeni redaksiyada tərtib edilməsini vacib sayaraq,
Azərbaycanda MHŞT-nin davamlı tətbiqini və MHŞT Standartına uyğun ölkə statusunun saxlanmasını təmin etmək məqsədilə aşağıdakılar barədə razılığa gəldilər:
1 Beynəlxalq terminologiyada “Multi-stakeholder group”.
2 xxxx://xxxx.xxx/xxxxxxxx/xxxxxxxx
1. Çoxtərəfli Qrup
Memorandum çərçivəsində, Azərbaycan Respublikasında tətbiq olunan MHŞT prosesini təkmilləşdirmək, prosesin inkişafı üzərində səmərəli çoxtərəfli nəzarəti və idarəetməni təmin etmək məqsədi ilə Tərəflərin nümayəndələrindən ibarət ÇQ təşkil edilir.
1.1 ÇQ-nin hüquq və vəzifələri
1.1.1. ÇQ MHŞT Standartına uyğun olaraq fəaliyyət göstərir və aşağıdakı hüquq və vəzifələrə malikdir:
a) MHŞT üzrə illik İş Planını hazırlamaq və təsdiq etmək;
b) MHŞT çərçivəsində əhəmiyyətli gəlir mənbələrini və bu gəlir mənbələri üzrə əhəmiyyətli hesab olunan məbləğ/həcmlərin səviyyəsini təyin etmək;
c) Hökumət və Şirkətlər Qrupu üzvü xxxx yerli və xarici şirkətlər (“Şirkətlər Qrupu Üzvləri”) üçün hesabat formalarını təsdiq etmək, lazım gəldikdə bu formalara müvafiq əlavə və dəyişikliklər etmək;
ç) Hökumət və Şirkətlər Qrupu Üzvlərinin hesabatlarının tutuşdurulmasını həyata keçirəcək Müstəqil Administratorun3 (“Administrator”un) seçilmə qaydası və fəaliyyət dairəsini müəyyən etmək, Administratoru seçmək və təsdiq etmək;
d) Administratorun Rəyini dinləmək, qəbul etmək və ya yenidən işlənmək üçün xxxx qaytarmaq;e) QHT Koalisiyasının Rəyini dinləmək, düzəlişlər təklif etmək və nəzərə almaq;
ə) Ölkə üzrə MHŞT Hesabatını4 (bu Memorandumun 2-ci bəndinə uyğun olaraq) və İllik Fəaliyyət Hesabatını5 (bu Memorandumun 1.7 bəndinə uyğun olaraq) hazırlamaq, təsdiq etmək, nəşr etdirmək və yaymaq;f) MHŞT-nin inkişafı və təkmilləşdirilməsi barədə təkliflərlə çıxış etmək;
g) Ölkədə MHŞT-nin vəziyyətini qiymətləndirmək üçün MHŞT üzrə Beynəlxalq Katiblik tərəfindən aparılan Qiymətləndirmə6 prosesində iştirak etmək;
ğ) Tərəflərə, beynəlxalq təsisatlara müraciətlər etmək və tövsiyələr hazırlamaq;
h) MHŞT ilə əlaqədar məsələlərin araşdırılması və onlara dair təkliflərin hazırlanması üçün ekspertlər cəlb etmək və ya işçi qruplar yaratmaq.
1.2 ÇQ-nin tərkibi
1.2.1. Tərəflərin hər biri ÇQ-yə eyni hüquqa xxxxx xxxx 3 (üç) əsas üzv və 3-dək (üçədək) əvəzedici üzv təyin edir.
1.2.2. Hər növbəti ilin 1 mart tarixinə qədər Tərəflər rəsmi olaraq təyin etdikləri əsas və əvəzedici üzvlərin siyahısını MHŞT üzrə Katibliyə təqdim edir.
3 Beynəlxalq terminologiyada “Independent Administrator”.
4 Beynəlxalq terminologiyada “EITI Report”.
5 Beynəlxalq terminologiyada “Annual activity report”.
6 Beynəlxalq terminologiyada “Validation”.
1.2.3. Əvəzedici üzvlər ÇQ-nin iclaslarında müşahidəçi kimi iştirak etmək hüququna malikdirlər. ÇQ-nin iclaslarında əsas üzv iştirak etmədikdə onun səlahiyyətlərini əvəzedici üzv həyata keçirir.
1.2.4. Tərəflər təyin etdikləri əsas və əvəzedici üzvləri il ərzində MHŞT üzrə Katibliyi yazılı şəkildə məlumatlandırmaqla dəyişə bilərlər.
1.2.5. ÇQ üzvü səlahiyyət dövrünün bitməsinə qədər hər hansı səbəbdən ÇQ-ni tərk etməli olduqda bu barədə 5 (beş) iş günü əvvəl ÇQ üzvlərinə yazılı bildiriş göndərir.
1.3 ÇQ-nin iclasları
1.3.1. ÇQ-nin iclasları ildə azı 4 (dörd) dəfə keçirilir.
1.3.2. ÇQ-nin iclasları Tərəflərin hər birindən azı 2 (iki) üzv iştirak etdikdə keçirilir və səlahiyyətli hesab olunur.
1.3.3. ÇQ-nin iclaslarında yalnız ÇQ-nin əsas üzvləri, əvəzedici üzvləri və ÇQ-nin razılığı ilə dəvət olunmuş müşahidəçilər iştirak edə bilərlər.
1.3.4. ÇQ-nin hər növbəti və ya növbədənkənar iclasından azı 10 (on) iş günü əvvəl MHŞT üzrə Katiblik Tərəflərin iclasın gündəliyinə dair verdiyi təkliflər əsasında iclasın gündəliyini hazırlayıb ÇQ-nin üzvlərinə təqdim edir.
1.3.5. ÇQ-nin növbədənkənar iclası Tərəflərdən birinin müraciəti ilə keçirilir. Növbədənkənar iclasın tarixi müraciət edildiyi vaxtdan 10 (on) iş günü müddətində təyin olunur.
1.3.6. Komissiyanın sədri Xxxxxxx tərəfindən ÇQ-yə üzv olur və onun iclaslarına sədrlik edir. ÇQ-nin iclasında Komissiyanın sədri iştirak etmədikdə iclasa sədrlik növbəlilik qaydasında Tərəfləri təmsil edən ÇQ üzvləri tərəfindən həyata keçirilir.
1.3.7. ÇQ-nin iclasları MHŞT üzrə Katiblik tərəfindən təşkil olunur, protokollaşdırılır, protokollar ÇQ ilə razılaşdırılır və sənədləri arxivləşdirilir.
1.4 ÇQ-nin qərarları
1.4.1. ÇQ-nin qərarları ÇQ iclaslarında (bu Memorandumun 1.3 bəndinə uyğun olaraq) qəbul edilir.
1.4.2. ÇQ-nin qərarları ÇQ iclaslarında iştirak edən ÇQ üzvləri arasında konsensusla qəbul edilir.
1.4.3. ÇQ-nin hər üzvü tərəfindən iclasda bildirilən mövqe müvafiq Tərəfin mövqeyi hesab olunur. Buna görə də ÇQ üzvləri iclasdan əvvəl müzakirə olunan məsələlərə dair təklifləri təmsil etdikləri Tərəflə razılaşdırırlar.
1.5 MHŞT üzrə Katiblik
1.5.1. MHŞT prosesinin, o cümlədən ÇQ-nin fəaliyyətinin texniki-təşkilati təminatını MHŞT üzrə Katiblik həyata keçirir. MHŞT üzrə Katibliyə Azərbaycan Respublikası Dövlət Neft Fondu (“ARDNF”) tərəfindən maddi-texniki dəstək
göstərilir. Hər bir Tərəf ictimai əsaslarla öz nümayəndəsini MHŞT üzrə Katibliyə göndərə bilər.
1.5.2. MHŞT üzrə Katiblik ÇQ-nin razılığı olmadan ÇQ adından hər hansı bəyanatla çıxış edə bilməz. MHŞT üzrə Katiblik öz fəaliyyətində bitərəf olmalıdır və bütün Tərəfləri eyni dərəcədə təmsil etməlidir.
1.6 Məlumatların açıqlanması
ÇQ-nin fəaliyyətinə, o cümlədən ÇQ iclaslarına dair məlumatların nəşr olunması və/və yaxud Azərbaycan Respublikasının MHŞT üzrə rəsmi veb saytında və QHT Koalisiyasının rəsmi veb saytında yerləşdirilməsi ÇQ-nin qərarı ilə həyata keçirilir.
1.7 İllik Fəaliyyət Hesabatı
ÇQ xxxx xxxx iyul ayının 1-dən gec olmayaraq öncəki ildəki fəaliyyəti barədə İllik Fəaliyyət Hesabatı7 hazırlayaraq, bu Memorandumun 1.6 bəndinə uyğun olaraq dərc etdirir.
2. MHŞT Hesabatı
Əvvəlki təqvim ili üzrə dövlətin əldə etdiyi bütün əhəmiyyətli gəlirlər və Şirkətlər Qrupu Üzvlərinin etdiyi əhəmiyyətli ödənişlər barədə MHŞT Hesabatı MHŞT Standartına uyğun olaraq xxxx xxxx 31 dekabr tarixinə qədər hazırlanaraq dərc edilir.
2.1 Hesabatın tərkibi
MHŞT Xxxxxxxxxxx yuxarıda qeyd edilən gəlir və əhəmiyyətli ödənişlərlə yanaşı Kontekstual Məlumat, dövlət qurumları gəlirlərinin Şirkətlər Qrupu Üzvlərinin ödənişləri ilə müqayisəsinə (tutuşdurulmasına) dair Administratorun Rəyi və QHT Koalisiyasının Rəyi də daxil edilir.
2.2 Hökumətin və Şirkətlər Qrupu Üzvlərinin hesabatları
MHŞT Xxxxxxxxxxx qeyd edilən gəlir və ödənişlər barədə məlumatlar Hökumətin və Şirkətlər Qrupu Üzvlərinin hesabatlarına əsaslanır. Hökumətin və Şirkətlər Qrupu Üzvlərinin hesabatları Əlavə 3-də göstərilən formalara əsasən tərtib edilir.
2.3 Kontekstual Məlumat
Kontekstual Məlumat MHŞT Standartına əsasən aşağıdakıları əks etdirir:
a) Mədən sənayesinin fəaliyyətinə dair qanunvericilik bazası və fiskal rejim;
b) Mədən sənayesinin qısa icmalı;
c) Mədən sənayesinin ölkə iqtisadiyyatına töhfəsi;
7 Beynəlxalq terminologiyada “annual activity report”.
ç) Hasilat və satışlar haqqında məlumat;
d) Dövlətin mədən sənayesində iştirakı;
e) Daxil olmuş gəlirlərin növləri, gəlirlərin idarə edilməsi və xərclər;
ə) Xüsusi razılıqların reyestri və xüsusi razılıqların verilməsi qaydaları.
2.4 Administratorun Rəyi və QHT Koalisiyasının Rəyi
2.4.1. Administrator müsabiqə yolu ilə Əlavə 4-də verilmiş Administratorun seçilməsi meyarlarına uyğun olaraq ÇQ tərəfindən seçilir.
2.4.2. Komissiya Administratorla müvafiq xidmətlərin göstərilməsi barədə, Əlavə 4-də nəzərdə tutulmuş fəaliyyət dairəsinə əsaslanan müqavilə (“Müqavilə”) bağlayır. Müqavilənin müddət və şərtləri ÇQ tərəfindən təsdiq edilir.
2.4.3. Müqavilənin surəti ÇQ-nin üzvlərinə təqdim olunur.
2.4.4. Komissiya Şirkətlər Qrupu Üzvlərinə hesabat formalarının təqdim olunması barədə bildiriş məktubu göndərir. Məktubda yerli və xarici şirkətlərin hesabatlarının Müqavilədə müəyyən edilmiş hesabat tarixinədək kağız və elektron formatda birbaşa Administratora göndərilməsi xatırladılır.
2.4.5. Hökumətin hesabatı Komissiya tərəfindən, yerli və xarici şirkətlərin hesabatları isə Şirkətlər Qrupu Üzvləri tərəfindən Müqavilədə müəyyən edilmiş hesabat tarixindən gec olmayaraq birbaşa Administratora təqdim olunur.
2.4.6. Müqaviləyə uyğun olaraq Administrator Hökumətin hesabatı ilə Şirkətlər Qrupu Üüzvlərinin hesabatlarını təhlil edərək tutuşdurur, uyğunsuzluqları araşdırır və bunun əsasında Administratorun Rəyini hazırlayır.
2.4.7. Hökumətin və bütün şirkətlərin hesabatlarının təqdim olunduğu son tarixdən sonrakı 60 (altmış) təqvim günü ərzində Administratorun Rəyi ÇQ-yə təqdim olunmalıdır. Zərurət yarandıqda, ÇQ-nin qərarı ilə bu müddət uzadıla bilər.
2.4.8. Hesabatlarda aşkar edilmiş bütün uyğunsuzluqlar aradan qaldırılana və ya onların izahatı tapılana qədər Administratorun Rəyi təqdim olunmaya bilər. Bütün aşkar edilmiş uyğunsuzluqlar və onların həlli barədə müvafiq məlumatlar Administratorun Rəyində öz əksini tapır.
2.4.9. Administrator Rəyinin ÇQ-nin iclasında açıqlanmasından sonrakı 1 (bir) ay ərzində QHT Koalisiyasının Rəyi hazırlanır və ÇQ-nin iclasında təqdim edilir.
2.5 Ləngimələrin həlli
Tərəflər MHŞT Hesabatı hazırlanan zaman ləngimə, çatışmazlıq, texniki qüsurların olması ehtimalını istisna etmir və bunların xoş məramla, Administratorla əməkdaşlıq nəticəsində aradan qaldırılması zərurətini qəbul edirlər.
2.6 MHŞT Hesabatının dərc edilməsi
ÇQ MHŞT Xxxxxxxx ilə bağlı mətbuat üçün məlumat hazırlayıb onu bu Memorandumun 1.6 bəndinə uyğun olaraq dərc etdirir. MHŞT Hesabatının nəşr olunması və paylanması ÇQ-nin qərarları ilə həyata keçirilir.
3. Məxfilik
MHŞT prosesi çərçivəsində Tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə görə məxfi sayılan məlumatların açıqlanmasına yol verməyəcək, həmçinin mineral ehtiyatların istifadəsi üzrə müvafiq sazişlər, o cümlədən hasilatın pay bölgüsü sazişlərindəki məxfilik barədə bəndləri nəzərə alacaq.
Tərəflərin hər bir üzvü ÇQ-nin qərarı ilə açıqlanmış məlumatlar istisna olmaqla bu Memorandumla, həmçinin ÇQ-nin fəaliyyəti ilə bağlı yazılı, şifahi və ya elektron formada əldə etdiyi bütün məlumatların tam məxfiliyinə cavabdehdir. Bu bənddə qeyd olunmuş vəzifələr Tərəflərin Memorandumu və ya ÇQ-ni tərk etmiş hər bir üzvünə şamil olunmaqda davam edəcək.
4. Yekun müddəalar
4.1 Memorandumun qüvvəsi
Bu Memorandum niyyət bəyanatı olaraq, Tərəflər arasında (Tərəflər üçün məcburi hüquqi qüvvəyə xxxxx xxxx bu 4.1 bəndi və 3-cü bənd istisna olmaqla) hüquqi qüvvəyə malik müqavilə yaratmır və uyğun olaraq, yerinə yetirilmədiyi təqdirdə, bu 4.1 bəndi və 3-cü bənd istisna olmaqla, Tərəflərin heç biri üçün hüquqi məsuliyyət yaratmır. Xxxxx, Tərəflər xoş məramla bu Memorandumun müddəalarını yerinə yetirmək üçün səy göstərəcəklər. Bu 4.1 bəndi və 3-cü bənd ilə əlaqədar Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll olunur.
4.2 Memorandumun qüvvəyə minməsi
Bu Memorandum bütün Tərəfləri təmsil edən səlahiyyətli nümayəndələrin onu imzaladığı gündən qüvvəyə minir. Bununla da 24 noyabr 2004-cü il tarixli MHŞT-nin Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında Memorandum və 2009-cu il tarixli ÇQ Razılaşması qüvvədən düşmüş hesab olunur.
4.3 Memoranduma qoşulma
Bu Memorandum qüvvəyə mindikdən sonrakı dövrdə Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərən və MHŞT-yə qoşulmaq istəyən yerli və ya xarici şirkət bu Memoranduma Qoşulma Aktını (Əlavə 5) imzalamaqla təşəbbüsə qoşulur.
4.4 Memorandumu tərk etmə
4.4.1. Tərəflərin hər bir üzvü digər Tərəflərə qabaqcadan tərketmə tarixi göstərilən yazılı bildiriş göndərməklə bu Memorandumu tərk edə bilər.
4.4.2. Tərəflərin hər hansı üzvü bu Memorandumu tərk etdikdə onun ÇQ-yə təyin etdiyi üzvlər də ÇQ-ni tərk etməlidir. Bu zaman Tərəflərin həmin üzvünə 1.2.5. altbəndi tətbiq olunur.
4.4.3. Memorandumun 3-cü bəndində və 4.1 bəndində qeyd olunmuş vəzifələr Tərəflərin bu Memorandumu tərk etmiş hər bir üzvünə şamil olunmaqda davam edəcək.
4.5 Memoranduma dəyişikliklər edilməsi
MHŞT-nin tətbiqini təkmilləşdirmək və ya MHŞT Standartına növbəti dəyişikliklərə uyğunlaşdırmaq məqsədi ilə ÇQ-nin qərarı ilə bu Memoranduma müvafiq dəyişikliklər edilə bilər.
4.6 Digər məsələlər
4.6.1. Bu Memorandum iki nüsxədə, azərbaycan və ingilis dillərində “10” iyun 2014-cü il tarixində Bakı şəhərində imzalanmışdır və hər iki nüsxə bərabər hüquqa və təsirə malikdir.
4.6.2. Bu Memorandumun imzalanmış nüsxəsi MHŞT üzrə Katiblikdə saxlanılır. Onun surətləri bütün Tərəflərə təqdim olunur.
4.6.3. Bu Memorandum əsasında veriləcək və ya ediləcək hər hansı rəsmi bildiriş, təsdiq və ya digər məlumat mübadiləsi yazılı şəkildə olmalıdır.
ƏLAVƏ 1 (Şirkətlərin siyahısı)
Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin və MHŞT-də iştirak edən hüquqi şəxslərin siyahısı:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)
1. Azərbaycan (AÇG) Limited
2. Azərbaycan (Şah Dəniz) Limited
3. Əli-Bayramlı Neft MMC
4. Salyan Neft MMC
5. Qobustan Neft MMC BP
6. BP Eksploreyşn (Kaspian Si) Limited
7. BP Eksploreyşn (Azərbaycan) Limited
8. BP Şəfəq-Asiman Limited Statoil
9. Statoil Apsheron A.S.
10. Xxxxxxx Xxxx Xxxxx AS
Türkiye Petrolleri A.O. (TPAO)
11. Türkiye Petrolleri Anonim Ortaqlığı
12. Törkiş Petroleum Oversiz Kompani Ltd Total
13. Total E & P Azerbaycan B.V.
14. Total İ Ənd Pi Absheron B.V.
15. Şevron Xəzər, Ltd.
16. Ekson Azərbaycan Limited
17. Inpeks Sausvest Kaspian Si, Ltd.
18. İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk.
19. Naftiran Intertrade Co (NICO) Limited
20. ONCS Videş Limited
21. Lukoyl Oversiz Xxxx Xxxxx
22. Novatis Oyl F.Z.E.
23. NoblSkay Limited
24. Commonvealth
25. Focnmeyt Əsets Limited
26. CNPC
27. Kura Valeey Development Company LTD
28. Karasu Development Company
29. Azen Oyl Kompani B.V.
30. Middle East Petrol
31. Abşeron İnvestment Limited
32. Neftchala İnvestment Limited
33. Shirvan İnvestment Limited
34. GDF SUEZ E and P Absheron BV
35. Bahar Energy Limited
36. UGE-LANCER XXX.XXX
37. R.V.Investment Group Services
38. Londex Resorses S.A.
39. Xxxxx and Meyris S.A.
40. Fargeyt Mayninq Korporeyşn
41. Qlobeks İnterneşnl LLP
ƏLAVƏ 2 (QHT-lərin siyahısı)
“Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasına daxil xxxx qeyri- hökumət təşkilatlarının siyahısı
1 | Azad İqtisadiyyata Yardım İctimai Birliyi |
2 | Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası |
3 | "Xxxx Ziyalılara Qayğı" İctimai Birliyi |
4 | “Aran” İnsan Hüquqları Resurs Mərkəzi (Şirvan) |
5 | Gəncə Uşaq Fondu |
6 | Regional İnsan Hüquqları və Media Mərkəzi (Bərdə) |
7 | İslam, Demokratiya və İnsan Haqları Mərkəzi |
8 | "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi |
9 | Vətəndaş Təşəbbüslərinə Dəstək Mərkəzi |
10 | Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb Regionu üzrə nümayəndəliyi |
11 | Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi |
12 | Təhsil Tədqiqatları Mərkəzi |
13 | "Region" Beynəlxalq Analitik Mərkəz |
14 | Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı |
15 | Demokratik İslahatçı Gənclər İctimai Birliyi |
16 | Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi |
17 | İqtisadi Tədqiqatlar Mərkəzi |
18 | "Gənclərin Sosial-mədəni İnkişafına Yardım" İctimai Birliyi |
19 | Eko- Aləm İctimai Birliyi |
20 | Vətəndaş Təşəbbüsləri və Qanunların Təkmilləşdirilməsi Mərkəzi |
21 | İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi |
22 | İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi |
23 | İnsan Hüquqları və Qanunların Təbliği |
24 | Seçki Tədqiqatları Mərkəzi |
25 | Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyi |
26 | Qadın Problemlərinin Tədqiqatları Mərkəzi |
27 | Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi |
28 | Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyi |
29 | Regional İnkişaf və İnsan Hüquqları İctimai Birliyi |
30 | Neftçilərə Hüquqi Yardım Mərkəzi |
31 | "Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi |
32 | İqtisadi Resursların Öyrənilməsi Mərkəzi |
33 | Qafqaz Media Tədqiqatlar Mərkəzi |
34 | “Gənclər Klubu" İctimai Birliyi |
35 | Sosial Strateji tədqiqatlar ve Analitik Araşdırmalar İctimai Birliyi |
36 | Regional Qadın Təşəbbüsləri İctimai Birliyi |
37 | Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi |
38 | Demokratik İslahatlar Uğrunda Cəmiyyət |
39 | Demokratik Təşəbbüslər və Sosial İnkişaf İctimai Birliyi |
40 | Vətəndaş Cəmiyyəti İnstitutu İctimai Birliyi |
41 | “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi |
42 | Regional Gender Mərkəzi |
43 | İnkişafa Baxış Araşdırma Mərkəzi |
44 | "Konstitusiya" Araşdırmalar Fondu |
45 | Qarabağ Əlillərinə Qayğı Cəmiyyəti |
46 | Mülki Cəmiyyət üçün Hüquq Təşəbbüsü Mərkəzi |
47 | "Ulduz" Elektron Təşkilatı |
48 | "Zəngilan" İctimai Birliyi |
49 | Mədən Sənayesində İnsan Hüquqları İctimai Birliyi |
50 | Yol İnşaat Monitorinq Mərkəzi |
51 | Elektron Seçki İctimai Birliyi |
52 | Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi – QAFSAM |
53 | "ELS" Müstəqil Araşdırmalar Mərkəzi |
54 | Azərbaycan Azad Müəllimlər Birliyi |
55 | Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi |
56 | Ekoloji-Renesans İctimai Birliyi |
57 | Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi (Kürdəmir) |
58 | Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyi |
59 | Müasir Qadın və Cəmiyyət İctimai Birliyi |
60 | İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi |
61 | “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi |
62 | Rəqəmsal İnkişaf İсtimai Birliyi |
63 | İqtisadi İnnovasiya Mərkəzi |
64 | Gənc Şairlərə Dəstək İctimai Birliyi |
65 | “Xilaskar” İctimai Birliyi |
66 | “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi |
67 | "Doğma Yurda Qayıdış" İctimai Birliyi |
68 | “Gen Mühəndisliyi ilə bağlı Maarifləndirmə” İctimai Birliyi |
69 | İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi |
70 | Jurnalist Təşəbbüsləri Mərkəzi |
71 | İqtisadi və Sosial İnkişaf Mərkəzi |
72 | “ İnsan Haqları - 2003” İctimai Birliyi |
73 | Demokratik İnkişaf Platforması |
74 | Bərabər İmkanlar Mərkəzi |
75 | “Gələcəyə İnam” Ehtiyacı Xxxx İnsanlara Qayğı İctimai Birliyi |
76 | Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi |
77 | Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi |
78 | Regional “Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası |
79 | “Xxxxx və Maarifçiliyin İnkişafı” İctimai Birliyi (Gəncə) |
80 | "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi |
81 | Multimediya Mərkəzi |
82 | Gənclərin Xxxx İnkişafına Dəstək İctimai Birliyi |
83 | İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi |
84 | İctimai Vəsaitlərin Monitorinqi Mərkəzi |
85 | Neft Araşdırmalar Mərkəzi |
86 | Humanitar Tədqiqatlar Mərkəzi |
87 | Jurnalistlərin İqtisadi və Hüquqi Maarifləndirmə Mərkəzi |
88 | Demokratiya Monitoru İctimai Birliyi |
89 | Qarabağ Döyüşçüləri Assosiasiyası |
90 | Hüquq Təşəbbüsləri Mərkəzi |
91 | “Güzəran” Sosial Araşdırmalar Mərkəzi |
92 | “Xxxxx” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi |
93 | Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq İctimai Birliyi |
94 | "Aran" Ekoloji Marifləndirmə İctimai Birliyi |
95 | Demokratik Dəyərləri Müdafiə Fondu |
96 | “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyi |
97 | “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi |
98 | Xalça Dünyası Assosiasiyası (Quba) |
99 | "Qadın Dünyası" İctimai Birliyi |
100 | Demokratik Cəmiyyət, Seçkilər və Mətbuatın Monitorinqi İctimai Birliyi |
101 | Aqrar Sənaye Mühəndisləri İctimai Birliyi |
102 | İqtisadi və Ekoloji Araşdırmalar Mərkəzi |
103 | Demokratik İslahatlar Mərkəzi |
104 | Regional Maarifləndirmə İctimai Birliyi |
105 | “Məşəl” Əlil və Şəhid Ailələrinin Sosial Dəstək İctimai Birliyi |
106 | Sosial Təşəbbüslər və İnsan Hüquqları İctimai Birliyi |
107 | Demokratiya və Ekoloji Tarazlıq İctimai Birliyi |
108 | Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi |
109 Hüquqi Yardım İctimai Birliyi (Lənkaran)
Fərdi üzvlər:
Xxxxxx Xxxxxxxx |
Xxxx Xxxxxx |
Xxxxx Xxxxxxxx |
Xxxxxxx Xxxxxx |
Dünya Sakit |
Xxxx Xxxxxxx |
Xxxxxxx Xxxxxxxx |
Xxxxxxx Xxxxxxxx |
ƏLAVƏ 3 (Hesabat formaları)
Mədən hasilatı ilə məşğul xxxx şirkətin Azərbaycan Respublikası hökumətinə etdiyi ödənişləri barədə hesabat
Şirkətin adı:
Mülkiyyət növü: Xarici □ Yerli □
VÖEN:
Mədən sənayesinin adı:
Fəaliyyət növü:
Hesabat dövrü: 1 yanvar – 31dekabr 20 -c_ il
Ödənişlərin növləri | Ödəmələrin həcmi və dəyəri | ||
1.Şirkətin ölkə hökumətinə köçürmələri (natura ifadəsində) | həcm | ölçü xxxxxx | |
1.1. | Neft | milyon barel | |
1.2. | Təbii qaz | min kub metr | |
1.3. | Səmt qazı | min kub metr | |
1.4. | Qızıl | unsiya | |
1.5. | Gümüş | unsiya | |
1.6. | Əsas metallar: | ton | |
a) | |||
b) | |||
1.7. | Digər ayırmalar: | ||
a) | |||
b) | |||
2.Şirkətin ölkə hökumətinə ödənişləri (dəyər ifadəsində) * | milyon | milyon | |
ABŞ dolları | Azərbaycan manatı | ||
2.1. | Neft | ||
2.2. | Təbii qaz | ||
2.3. | Səmt qazı | ||
2.4. | Qızıl | ||
2.5. | Gümüş | ||
2.6. | Əsas metallar: | ||
a) | |||
b) | |||
2.7. | Bonuslar | ||
2.8. | Akrhesabı ödəmələr | ||
2.9. | Tranzit haqqı | ||
2.10. | Digər ödəmələr: | ||
a) | |||
b) | |||
2.Cəmi |
3.Vergilər | |||
3.1. | Royalti (mədən vergisi) | ||
3.2. | Mənfəət vergisi | ||
3.3. | Əlavə dəyər vergisi | ||
3.4. | Əmlak vergisi | ||
3.5. | Torpaq vergisi | ||
3.6. | Sair vergilər (fiziki şəxslərin gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və ödəmə mənbəyindən tutulan vergilər istisna olmaqla) | ||
3.Cəmi: | |||
4.Digər | |||
4.1. |
Şirkətin səlahiyyətli nümayəndəsi:
(imza, soyadı, adı)
möhür
Hesabatın doldurulma tarixi:
* Uyğun hesabat xətti üzrə dəyər sütunlarında dollar və ya manat xanalarından yalnız biri doldurulmalıdır. Vergüldən sonra üç rəqəm göstərilməlidir.
* Aşağıdakı xanada şirkətin qazın ölçülməsində istifadə etdiyi parametrlər dəqiq göstərilməlidir.
Digər qeydlər
Mədən hasilatı ilə məşğul xxxx yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabatın tərtibinə dair
TƏLİMAT
1. Bu Təlimat MHŞT üzrə Çoxtərəfli Qrup (ÇQ) tərəfindən qəbul edilmiş hesabat formalarının Azərbaycan Respublikasının mədən hasilatı sənayesində fəaliyyət göstərən şirkətlər (yerli və xarici) tərəfindən doldurulması qaydalarını müəyyən edir.
2. Hesabat formaları mədən hasilatı sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə məlumatların toplanmasına və aparılmış ödənişlərin şəffaflığının təmin edilməsinə xidmət edir.
3. Bu təlimat Azərbaycan Respublikasında neft və qaz ehtiyatlarının, əsas metallar, habelə qiymətli metalların hasilatı ilə məşğul xxxx şirkətlərə aid edilir.
4. Hesabat formasını doldurmazdan əvvəl təlimatla xxxxx olmaq, o cümlədən əvvəlki ilin hesabatlarını nəzərdən keçirmək tövsiyə olunur (bax: xxx.xxxx.xx). Hesabat formaları böyük çap hərfləri ilə doldurulmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Təsdiq edilmiş rəqəmlərin yuvarlaqlaşdırılması dəqiq aparılmalıdır (daxil edilmiş rəqəmlərdə vergüldən sonra 3 rəqəm göstərilməlidir. Məsələn, 125,450, yəni yüz iyirmi beş tam mində dörd yüz əlli və ya 65,000, yəni altmış beş).
5. Azərbaycan Respublikasının mədən hasilatı sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər illik (1 yanvar-31 dekabr müddətini əhatə edən) hesabat formalarını doldurmalı və birbaşa ÇQ tərəfindən seçilmiş müstəqil audit şirkətinə müəyyən edilmiş hesabat tarixinədək təqdim etməlidirlər. Administratordan sorğuların gəlməyi ehtimalını nəzərə alaraq, bütün ödənişlər üzrə məlumatlar rəsmi sənədlərlə əsaslandırılmalıdır.
6. Hesabat formalarının doldurulması zamanı aşağıdakılara əməl edilməlidir :
6.1. “Şirkətin adı” sətrində şirkətin tam hüquqi adı yazılır. Təqvim ili ərzində Şirkətin hüquqi statusu dəyişildikdə hesabatın “Digər qeydlər” bölməsində qeyd olunmalıdır.
6.2. “VÖEN” sətrində vergi orqanında qeydiyyata alınmış vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (“VÖEN”) əks olunur. Hər VÖEN üçün ayrıca hesabat forması doldurulmalıdır.
6.3. “Mülkiyyət növü” sətrində şirkət tərəfindən müvafiq xana seçilməlidir.
6.4. “Mədən sənayesinin adı” sətrində şirkətin müvafiq olaraq hansı mədən hasilatı sənayesində fəaliyyət göstərməsi barədə məlumat qeyd olunmalıdır. (Misal: neft, qaz, qızıl və s.)
6.5. “Fəaliyyət növü” sətrində şirkətin mədən hasilatı üzrə fəaliyyətinin qanunvericilik bazası (Məsələn, pay bölgüsü haqqında saziş, konsessiya sazişi, yerli hökumət, yerli dövlət şirkəti ilə birgə fəaliyyət və s.) göstərilməlidir.
6.6. Şirkət bir neçə pay bölgüsü haqqında sazişdə iştirak etdiyi və yaxud sazişlərdə müxtəlif ödəniş vahidləri göstərildiyi halda, şirkətin ödənişləri hesabat formasının sətirlərində hər bir ödəniş növünün toplam rəqəmi şəklində göstərilməlidir.
6.7. Hesabat formalarında dəyərlə bağlı göstəricilər yalnız ödənişin həyata keçirildiyi valyuta ilə (milyon ABŞ dolları və yaxud milyon Azərbaycan manatı) əks olunmalıdır.
6.8. Hər hansı istiqamət üzrə ödəniş olmayıbsa, uyğun xanada “0” rəqəmi yazılmalıdır.
6.9. Şirkətin hasilatında dövlətə məxsus xxxx və hökumətə natura ifadəsində köçürülmüş həcmlər “Şirkətin ölkə hökumətinə köçürmələri (natura ifadəsində)” adlanan 1-ci bölmənin 1.1.-1.7. altbəndlərində göstərilməlidir. Bu bölmədə hasil olunmuş məhsulların dünyada qəbul olunmuş ölçü vahidləri ilə hesabatın müvafiq sətirlərində göstərilməsi nəzərdə tutulmuşdur.
6.10. Şirkətin hasilatında dövlətə məxsus xxxx və hökumətə dəyər ifadəsində ödədiyi məbləğlər “Şirkətin ölkə hökumətinə ödənişləri (dəyər ifadəsində)” adlanan 2- ci bölmənin 2.1.-2.10. altbəndlərində göstərilməlidir. Bu bölmədə hasil olunmuş məhsulların satışından əldə olunmuş vəsaitlərin dəyərinin hesabatın müvafiq sətirlərində göstərilməsi nəzərdə tutulmuşdur.
6.11. Şirkətlərin ödənilən vergiləri 3-cü bölmədə (3.1.-3.7. altbəndləri) əks etdirilir (Ödəmə mənbəyindən tutulan vergilər, fiziki şəxslərin gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar istisna olmaqla).
6.12. Bu hesabat formasında nəzərə alınmamış və MHŞT çərçivəsində hesabat verilməsinə qərar verilmiş istiqamətlər üzrə ödənilən digər hər hansı ödənişlər “Digər ödənişlər” sətrində əks olunmalıdır.
6.13. Hesabat formasında hər hansı sətrin və ya sütunun açıqlamasına zəruriyyət yarandıqda “Digər qeydlər” bölməsində müvafiq qeydlər aparılır.
6.14 Şirkətlər tərəfindən MHŞT hesabatlarında aşağıdakı və buna oxşar məlumatlar hesabatlara daxil edilməməlidir:
- Kommersiya fəaliyyəti ilə bağlı ödənişlər. Məsələn, Şimal Marşrutu üzrə tranzit ödəmələr (hesabatın 2.9 sətrində qeyd olunan məlumatlar istisna olmaqla) ARDNŞ-yə kommersiya ödəmələri kimi daxil olduğundan hesabatlara daxil edilməməlidir;
- Şirkətlər tərəfindən ARDNŞ-yə kompensasiya nefti kimi köçürülmüş məbləğlər;
- Şirkətlər tərəfindən ödənilmiş maliyyə sanksiyaları.
7. Hesabatları təqdim edən şirkətin məsul şəxsi tərəfindən imzalanmalı və möhürlə təsdiqlənməlidir.
Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat
Hesabat dövrü: 1 yanvar – 31 dekabr 20 -c_ il
DƏYƏR * | HƏCM (naturada) | |||||||
milyon ABŞ dolları | milyon Azərbaycan manatı | neft (milyon barel) | qaz (min kub metr) | qızıl (min unsiya) | gümüş (min unsiya) | əsas metallar (min ton) | ||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | |
1.Ərazisində fəaliyyət göstərdiyi ölkə hökumətinə xarici şirkətlərdən daxilolmalar | ||||||||
1.1 | Neft | |||||||
1.2. | Təbii qaz | |||||||
1.3. | Səmt qaz | |||||||
1.4. | Əsas metallar | |||||||
1.5 | Qızıl | |||||||
1.6 | Gümüş | |||||||
2. Hökumətin yerli şirkətlərdən daxilolmaları. Yerli şirkətlərin hasilatında dövlətə məxsus pay | ||||||||
2.1. | Neft | |||||||
2.2. | Təbii qaz | |||||||
2.3. | Səmt qaz | |||||||
2.4. | Əsas metallar | |||||||
2.5. | Qızıl | |||||||
2.6 | Gümüş | |||||||
3. Hökumətin xarici şirkətlərdən digər daxilolmaları (yerli dövlət şirkəti vasitəsilə toplanmış ödənişlər daxil olmaqla) | ||||||||
3.1. | Royalti (mədən vergisi) | |||||||
3.2. | Mənfəət vergisi | |||||||
3.3. | Digər vergilər (fiziki şəxslərin gəlir vergisi, sosial və ödəmə mənbəyindən tutulan vergilər istisna olmaqla) | |||||||
3.4. | İmzalanma bonusları və digər bonuslar | |||||||
3.5. | Lisenziya və konsessiya haqları | |||||||
3.6. | Hökumətə digər ödənişlər, cəmi, o cümlədən : | |||||||
3.7.1. akrhesabı ödənişlər | ||||||||
3.7.2. xxxxxxx haqqı | ||||||||
3.7.3. qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar | ||||||||
4. Hökumətin yerli şirkətlərdən digər daxilolmalar |
4.1 | Vergilər: | |||||||
4.1.1. Royalti (mədən vergisi) | ||||||||
4.1.2. Mənfəət vergisi | ||||||||
4.1.3. Əlavə dəyər vergisi | ||||||||
4.1.4. Torpaq vergisi | ||||||||
4.1.5. Əmlak vergisi | ||||||||
4.1.6. Qiymət fərqi | ||||||||
4.1.7. Sair vergilər (fiziki şəxslərin gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və ödəmə mənbəyindən tutulan vergilər istisna olmaqla) | ||||||||
4.2. | İmzalanma bonusları və digər bonuslar | |||||||
4.3. | Lisenziya və konsessiya haqları | |||||||
4.4. | Hökumətə digər ödənişlər, cəmi, o cümlədən : | |||||||
milyon ABŞ dolları | milyon Azərbaycan manatı | neft (milyon barel) | qaz (min kub metr) | qızıl (min unsiya) | gümüş (min unsiya) | əsas metallar (min ton) | ||
Cəmi: |
Şirkətin səlahiyyətli nümayəndəsi:
(imza, soyadı, adı )
Hesabatın doldurulma tarixi:
möhür
Qeyd:
ƏLAVƏ 4 (Administratorun seçilməsi və fəaliyyət dairəsi)
Bu sənəd Komissiyanın və Şirkətlər Qrupunun hesabatlarının təhlil edilib tutuşdurulması məqsədilə audit şirkətinin (“Administrator”un) seçilməsi üçün nəzərdə tutulan fəaliyyət dairəsini əks etdirir və bu məqsəd üzrə əsas prinsipləri müəyyənləşdirir. Sənəd “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memoranduma uyğun olaraq hazırlanıb və Memorandumda istifadə olunan təriflərə istinad edir. Memoranduma uyğun olaraq audit şirkətləri tərəfindən təqdim olunmuş təklifləri ÇQ qiymətləndirir və 1.8 bəndində qeyd olunmuş seçim meyarlarına əsaslanaraq yalnız bir şirkəti Administrator olaraq seçir.
Tam şəffaflığı, müstəqilliyi, obyektivliyi və auditin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını təmin etmək üçün bu işin böyük, beynəlxalq nüfuza malik audit şirkəti tərəfindən görülməsinin vacibliyi nəzərə alınır. Bu məqsədlə ÇQ satınalma prosesində mümkün qədər xxx xxxxx beynəlxalq audit şirkətinin iştirakını təmin edir.
1. Administratorun seçilməsi
MHŞT üzrə hesabatları tutuşduracaq Administratorun seçim müsabiqəsində yalnız dünyada tanınmış nüfuzlu beynəlxalq auditor şirkətləri iştirak edə bilərlər.
Audit şirkətlərinin təkliflərinin qiymətləndirilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1.1. Audit şirkətləri texniki və maliyyə təkliflərini ayrı-ayrı zərflərdə (maliyyə təklifləri bağlı möhürlənmiş zərfdə təqdim olunmalıdır) kağız daşıyıcıda ARDNF-yə göndərir. Eyni zamanda, auditorlar texniki təklifi elektron şəkildə MHŞT üzrə Katibliyə göndərir. MHŞT üzrə Katiblik isə öz növbəsində təklifi ÇQ üzvlərinə yollayır. Texniki təkliflər audit şirkətini və onun imkanlarını tanıtmalıdır. Təqdim edilmiş texniki təkliflərdə heç bir maliyyə təklifi əks olunmur. Əgər əks olunarsa, həmin texniki təklif etibarsız hesab edilir. ÇQ üzvlərinə texniki təklifləri nəzərdən keçirmək üçün 10 gün vaxt verilir.
1.2. Maliyyə təklifləri xxxx möhürlənmiş zərflər ÇQ-nin iclasında bu təkliflərə baxılana qədər ARDNF-də bağlı saxlanılır.
1.3. ARDNF müsabiqəyə qatılmış audit şirkətlərinin göndərdikləri möhürlü zərfləri (maliyyə təklifləri) ÇQ-nin iclası zamanı ÇQ-nin üzvlərinə təqdim edir, zərflər ÇQ-nin iclası zamanı açılır və ÇQ iclasının sədri təkliflərin qiymətləndirilməsi prosesini təşkil edir.
1.4. Audit şirkətinin nümayəndələri səlahiyyətlərini təsdiq edən müvafiq sənəd əsasında yalnız həmin şirkətlərin təqdim etdiyi möhürlü zərflərin açılışında iştirak edə bilərlər. Audit şirkətlərinin nümayəndələri şirkətləri barədə ətraflı məlumat vermək hüququndadırlar.
1.5. Təkliflərin qiymətləndirilməsi ÇQ-nin birgünlük iclası ərzində başa çatdırılır.
1.6. ÇQ-nin təqdim edilmiş bütün təklifləri rədd etmək hüququ vardır.
1.7. Təkliflərin qiymətləndirilməsi fərdi qiymətləndirmə bülletenləri əsasında həyata keçirilir. ÇQ üzvlərinin imzaladığı qiymətləndirmə bülletenləri ÇQ iclasının sədrinə təqdim olunur və ÇQ iclasının sədri həmin bülletenlərdəki qiymətləndirməni toplayır və qiymətləndirmənin nəticələrini elan edir.
1.8. Təkliflərin qiymətləndirilməsi aşağıda göstərilən meyarlar əsasında həyata keçirilir:
a) Audit şirkətinin verdiyi təklifin keyfiyyəti - səliqəliliyi, dizaynı, auditor şirkətinin təcrübəsini əks etdirən məlumatların dolğunluğu (maksimum 20 xal)
b) Hesabatların təhlili prosesinə cəlb olunacaq mütəxəssislərin səviyyəsi və təcrübəsi (maksimum 20 xal)
c) Audit şirkətinin təcrübəsi (maksimum 20 xal)
d) İşin başa çatdırılması üçün təklif olunmuş müddət (maksimum 10 xal)
e) Təklifin maliyyə dəyəri (maksimum 30 xal).
Maliyyə dəyəri üçün nəzərdə tutulmuş xal aşağıdakı formula əsasən hesablanacaq: X = Z / Y * 30
Burada
X nəzərdən keçirilmiş təklifə verilən xallar; Y nəzərdən keçirilən təklifin dəyəri;
Z isə ən ucuz təklifin dəyəridir.
Hər meyara verilmiş bal toplanır və ən xxx xxx toplamış audit şirkəti tenderin qalibi elan olunur.
2. Administratorun fəaliyyət dairəsi
2.1. Memorandumda qeyd olunduğu kimi, Komissiya və Şirkətlər Qrupu Üzvləri razılaşdırılmış tarixədək (hesabat tarixi) Azərbaycan Respublikası hökumətinə yerli və xarici şirkətlərdən daxilolmalar və Azərbaycan Respublikası hökumətinə yerli və xarici şirkətlərin ödənişləri barədə hesabatları audit şirkətinə təqdim edir.
2.2. Azərbaycan Respublikası hökumətinə yerli və xarici şirkətlərdən daxilolmalar barədə hesabat Komissiya tərəfindən birbaşa Administratora təqdim edilir.
2.3. Yerli və xarici şirkətlər tərəfindən Azərbaycan Respublikası hökumətinə edilən ödənişlər barədə doldurulmuş fərdi hesabatlar da həmçinin birbaşa Administratora təqdim edilir.
2.4. Administrator Komissiyanın təqdim etdiyi hesabatdakı daxilolmalarla şirkətlərin fərdi hesabatları arasında hər hansı uyğunsuzluğu (vəsaitin miqdarı və hasilatın həcmi) müəyyən etmək məqsədilə tutuşdurma apararaq hesabatları təhlil edir.
2.5. Xidmətin göstərilməsində MHŞT Standartının, Müqavilənin və Təkliflər Sorğusunun tələbləri əsas götürülməlidir.
2.6. Əgər hesabatlarda hər hansı uyğunsuzluq aşkar olunarsa, Komissiya təqdim etdiyi hesabatda göstərilən məbləğ və həcmləri əsaslandırmaq üçün şirkətlər üzrə daxilolmaların təfərrüatlı təsnifatını Administratora əlavə olaraq təqdim edir.
2.7. Müəyyən olunmuş uyğunsuzluqlar aradan qaldırılmazsa, uyğunsuzluqlar barədə aidiyyatı xxxx tərəflərə məlumat verilir və həmin tərəflər təqdim etdikləri rəqəmlərin doğruluğunu sübut edən əlavə sənədlərin (məsələn, ödəniş tapşırıqlarının surətinin) Administratora təqdim edilməsinə mükəlləfdir.
2.8. İş başa çatan kimi audit şirkəti Administratorun Rəyini hazırlayır və bu sənəddə Komissiyanın təsdiq rəyi və öz rəyini ifadə edir.
2.9. Yekun Administratorun Rəyi hər hansı uyğunsuzluğun aradan qaldırılması və belə uyğunsuzluğun əhəmiyyətsiz olması barədə ümumi razılığa gəlinməsi şərti ilə bütün tərəflərə onların hesabatları Administratora təqdim etdiyi son tarixdən sonra 60 (altmış) təqvim günü ərzində və ya uyğunsuzluq tam həll olunduqdan sonra təqdim ediləcək. Hesabatlarda aşkar edilmiş bütün uyğunsuzluqlar və onları doğuran səbəblər yekun Administratorun Rəyində öz əksini tapır.
2.10. Hökumətin hesabatı və Administratorun Rəyi ÇQ-nin iclaslarında açıqlanır.
2.11. Hökumətin hesabatı və Administratorun Rəyinin açıqlanmasından sonra 1 (bir) ay ərzində Administratorun iştirakı ilə ÇQ-nin iclası keçirilir. İclasda QHT Koalisiyasının Hökumətin hesabatı və Administratorun Rəyinə dair rəyi ÇQ-yə təqdim edilir.
2.12. Administrator bütün tərəflərlərlə bağlı malik olacağı hər hansı informasiyanın məxfiliyini qorumağa məsuldur.
ƏLAVƏ 5 (Qoşulma aktı)
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair qarşılıqlı anlaşma haqqında Memoranduma
QOŞULMA AKTI
Nəzərə alaraq ki, Azərbaycan Respublikası hökuməti mineral resurslarla zəngin ölkə kimi Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmuşdur;
Nəzərə alaraq ki, Azərbaycan Respublikası hökuməti MHŞT-nin Azərbaycanda həyata keçirilməsini təmin etmək və bunun üçün ölkənin hasilat sənayesində fəaliyyət göstərən şirkətlərlə və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə MHŞT üzrə Komissiya (bundan sonra: “Komissiya”) yaratmışdır;
Nəzərə alaraq ki, Komissiya, Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər (Əlavə 1) və “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasına daxil xxxx qeyri-hökumət təşkilatları (Əlavə 2) arasında MHŞT- nin Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında Memorandum (“Memorandum”) imzalanmışdır;
Nəzərə alaraq ki, .............................................. şirkəti Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərir və buna görə də, MHŞT üzrə Komissiya tərəfindən Azərbaycanda fəaliyyət göstərən digər hasilat şirkətləri kimi MHŞT-ni tətbiq etmək məqsədilə Memoranduma qoşulmaq barədə dəvət almışdır:
1. .............................................. şirkəti Memorandumun şərtlərinə uyğun olaraq Memorandumun bütün digər tərəfləri ilə əməkdaşlıq etmək niyyətilə bu Qoşulma Aktını imzalayaraq Memoranduma qoşulur.
2. Bu Qoşulma Aktı iki nüsxədə azərbaycan və ingilis dillərində imzalanmışdır və hər iki nüsxə bərabər qüvvəyə və təsirə malikdir.
3. Qoşulma Aktının imzalanmış nüsxəsi MHŞT üzrə Katiblikdə saxlanılır. Onun surətləri Memorandum tərəflərinə təqdim olunur.
.............................................. şirkəti tərəfindən:
20 il tarixində imzalanmışdır.