2006‐cı il iyunun 27‐də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
2006‐cı il iyunun 27‐də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2006‐cı il iyunun 27‐də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında Əməkdaşlıq Sazişi” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1‐ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1‐ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzi (MSİBM) xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2006‐cı il
№ 1628
Azərbaycan Respublikası Hökuməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında
Ə M Ə K D A Ş L I Q S A Z İ Ş İ
Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti, digər tərəfdən isə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (bundan sonra “Təşkilat” adlandırılacaqdır) (bundan sonra ‐ Tərəflər) miqrasiya, repatriasiya, sığınacaq, viza siyasəti və sərhəd nəzarəti ilə bağlı əlavə tədbirlərin qəbul edilməsi zəruriyyətini nəzərə alaraq, Azərbaycan Respublikası və Təşkilat arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da gücləndirilməsini və inkişaf etdirilməsini arzu edərək, aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Ümumi müddəalar
Bu Sazişin məqsədi Tərəflər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Bu Saziş miqrasiya məsələləri üzrə informasiya mübadiləsinin genişləndirilməsinə, Azərbaycan Respublikasının miqrasiya siyasətinin Avropa İttifaqının “Yeni Qonşuluq Siyasəti” kontekstində Avropa standartlarına uyğunlaşdırılmasına və nəzarətsiz miqrasiyaya qarşı mübarizədə Budapeşt prosesinin gücləndirilməsinə əlverişli şərait yaradacaqdır.
M a d d ə 2
İnformasiya mübadiləsi və əməkdaşlığın digər formaları
Tərəflər biri‐birini mütəmadi olaraq beynəlxalq miqrasiya, sığınacaq, viza və sərhəd nəzarəti ilə bağlı statistika, eləcə də yuxarıda adı çəkilən sahələr üzrə qanunvericiliklə əlaqəli sənədlərlə təmin edəcək və Azərbaycan Respublikasına aid xxxx və ya bu ölkədə keçirilən kurslar, görüşlər, seminarlar və konfranslar zamanı informasiya mübadiləsi edəcəklər.
Tərəflər müvafiq kursların, görüşlərin, seminarların və konfransların təşkil edilməsində və keçirilməsində bir‐birinə yardım edəcəklər.
Tərəflər statistik məlumatların mübadiləsi zamanı şəxsi məlumatların qorunması haqqında hüquqi müddəaların tələblərinə riayət edəcəklər.
M a d d ə 3
Budapeşt Qrupunun Katibliyi
Azərbaycan Respublikasının Hökuməti Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin funksiyalarından Budapeşt Qrupunun Katibliyi kimi istifadə edə bilər. Təşkilat Azərbaycan Hökumətinin xahişi ilə öz imkanları daxilində Budapeşt Qrupunun fəaliyyəti kontekstində sənədlərin və görüşlərin hazırlanmasında Azərbaycan Respublikasının Hökumətinə kömək edəcəkdir.
M a d d ə 4
Sazişin həyata keçirilməsi üçün səlahiyyətli orqanlar
Bu Sazişin həyata keçirilməsi üçün Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən səlahiyyətli qurum Təşkilatın Qərargahıdır.
Bu Sazişin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Hökuməti tərəfindən səlahiyyətli orqan təyin ediləcəkdir.
M a d d ə 5
Ümumi və son müddəalar
Hazırkı Əməkdaşlıq Sazişi qeyri‐müəyyən müddətə bağlanılır.
Tərəflərdən hər biri yazılı bildirişlə bu Sazişi müvəqqəti olaraq təxirə sala bilər. Təxirə salma bildirişin alındığı tarixdə və ya bildirişdə göstərilən istənilən başqa bir tarixdə qüvvəyə minir. Tərəflər təxirə xxxxxxxx səbəblərinin aradan qalxması və Xxxxxxx yenidən nə vaxt qüvvəyə minəcəyi haqqında bir‐birini məlumatlandıracaqlar.
Tərəflərdən hər biri yazılı bildiriş vasitəsilə bu Sazişin qüvvəsinə xitam verə bilər. Bu xitam digər Tərəfin denonsasiya haqqında yazılı bildirişi aldığı aydan sonra gələn ayın birinci günündən başlamaqla 90 gün müddətindən sonra qüvvəyə minir.
Tərəflərin qarşılıqlı razılığına əsasən bu Sazişə, onun ayrılmaz hissəsi xxxx və bu maddənin 5‐ci bəndinə uyğun olaraq qüvvəyə minən, ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər edə bilər.
Bu Saziş hər iki Tərəfdən imzalanır və Azərbaycan Respublikası tərəfindən onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə bildirişlə qüvvəyə minir.
Bunun təsdiqi olaraq, bu məqsədlə imzalamaq səlahiyyəti verilmiş nümayəndələr bu Sazişi imzalamışlar.
Bakı şəhərində 2006‐cı il 27 iyun tarixində Azərbaycan dilində iki əsl nüsxədə və əlavə olaraq eynilə iki nüsxədə ingilis dilində hazırlanmışdır.
Azərbaycan Respublikasının MSİBM
Hökuməti adından adından
(imza) (imza)