Contract
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları” (bundan sonra – Qaydalar) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda, strukturuna daxil olmayan tabeliyindəki qurumlarda (bundan sonra – Nazirliyin sistemi) qulluq keçən (çalışan) dövlət qulluqçularının qulluq etikası və xidməti davranış normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
1.2. Dövlət qulluqçusu öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur.
1.3. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Nazirliyin nüfuzunun artırılması, Nazirliyə və dövlət qulluqçusuna ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Nazirlikdə korrupsiyanın və dövlət qulluqçusunun fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçusundan gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, Nazirliyin və dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsindən ibarətdir.
2. Dövlət qulluqçusunun etik davranış prinsipləri
2.1. İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət - İnsanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət edilməsi:
2.1.1. bu prinsip dövlət qulluqçusunun fəaliyyətinin əsas məqsədi olmalıdır;
2.1.2. dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;
2.1.3. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçusunun şəxsi həyatı barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir;
2.1.4 dövlət qulluqçusu, həmçinin hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
2.2. Qanunçuluq – vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, habelə digər normativ hüquqi və normativ xarakterli aktların, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunması.
2.3. Vicdanlı davranış – insan, cəmiyyət və dövlətin maraqları naminə xidməti vəzifələrin səmərəli, layiqincə yerinə yetirilməsi. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
2.4. Loyallıq – xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət qulluqçusu qulluq keçdiyi və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir:
2.4.1. bu qayda dövlət qulluqçusunun xxxx-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya xxxx yazılarına şamil olunmur;
2.4.2. dövlət qulluqçusu hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, dövlət qulluqçusunun andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir xxxxx sığmayan və onun adına xələl gətirə biləcək, habelə işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təəssüratı yaradan hərəkətlərdən çəkinməlidir;
2.4.3. dövlət qulluqçusu açıq çıxışlarla bağlı Nazirlik tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir;
2.4.4. dövlət qulluqçusu qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə əməl etməlidir;
2.4.5. dövlət qulluqçusu ümumqəbul olunmuş milli əxlaq normalarına əməl etməlidir.
2.5. Mədəni davranış – dövlət qulluqçusu ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində xxxx şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.
2.6. Qərəzsizlik – dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmaq və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
2.7. İctimai etimad – Azərbaycan Respublikasının, Nazirliyin və ümumilikdə dövlət qulluğunun nüfuzunun möhkəmləndirilməsi, dövlət qulluqçusu adının, şərəf və ləyaqətinin uca tutulması:
2.7.1. dövlət qulluqçusu etik davranış qaydalarının pozulması ilə bağlı yaranmış nəticələri aradan qaldırmalı, ictimai etimadın bərpası üçün zəruri tədbirlər görməlidir;
2.7.2 dövlət qulluqçusu Nazirliyin və onun vəzifəli şəxslərinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst), ictimaiyyəti məlumatlandıran informasiyalar almasına səlahiyyətləri daxilində köməklik göstərməlidir.
2.8. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - qulluq borcunun məsuliyyətinin dərindən dərk edilməsi, xidməti vəzifələrinin yüksək peşəkarlıqla icra edilməsi, tabeliyində xxxx əməkdaşların peşəkar inkişafına məsuliyyət daşıması:
2.8.1. dövlət qulluqçusu peşəkarlığını fasiləsiz olaraq artırmalıdır;
2.8.2. Rəhbər şəxs tabeliyində xxxx şəxslərin müvafiq sahə üzrə peşəkarlığının artırılması üçün zəruri tədbirlər görməli və şərait yaratmalıdır;
2.8.3. dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə Nazirliyə və bütövlükdə dövlət qulluğuna hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
2.9. Yüksək səviyyədə xidmət göstərmək – vətəndaşlara və digər şəxslərə keyfiyyət, operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında xidmətlər göstərilməsi.
3. Korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması üzrə dövlət qulluqçusunun davranışı
3.1. Dövlət qulluqçusu tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır.
3.2. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
3.3. Qanunvericiliklə müəyyən olunmuş ödənişli xidmətlər istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu buna görə hər xxxxx xxxx tələb edə bilməz.
3.4. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə qanunvericilikdə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.
3.5. Dövlət qulluqçusu ona qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Belə maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətləri onun işlədiyi quruma akt üzrə təhvil verilməli, xxxxxxx və ya güzəştlərdən istifadənin dayandırılması üçün zəruri tədbirlər görülməlidir.
3.6. Müqavilə üzrə tərəflərdən biri Nazirlik xxxx əqdlərdə dövlət qulluqçusu digər tərəf ola bilməz.
3.7. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasının qarşısını almalı və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
3.8. Dövlət qulluqçusu qanunvericiliyin tətbiqinə, o cümlədən dövlət qulluqçusunun etik davranış qaydalarına nəzarətin həyata keçirilməsi xxxxxx xxxxx qohumlarının işinin araşdırılması tapşırıldığı halda rəhbərliyə məlumat verməlidir.
3.9. Dövlət qulluqçusu şəxsi maraqları ilə xidməti vəzifəsi arasında yaranmış maraqlar toqquşmasını ictimai maraqlar naminə həll etməli, maraqların toqquşması hallarında birbaşa yuxarı rəhbərinə məruzə etməlidir.
3.10. Maraqların toqquşması barədə məlumat verilmiş rəhbər şəxs maraqların toqquşmasının qarşısının alınması və ya tənzimlənməsi istiqamətində öz səlahiyyətləri daxilində aşağıdakı tədbirlərdən birinin və ya bir neçəsinin görülməsini təmin etməlidir:
3.10.1. maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb xxxx və ya səbəb ola biləcək qulluq funksiyasının digər dövlət qulluqçusuna həvalə edilməsi;
3.10.2. maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb xxxx və ya səbəb ola biləcək qulluq funksiyasının dəyişdirilməsi;
3.10.3. dövlət qulluqçusu ilə qarşılıqlı razılıq əsasında onun digər analoji vəzifəyə keçirilməsi.
3.11. Dövlət qulluqçusu dövlət qulluğuna qəbul edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktlarla xxxxx olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
4. Dövlət qulluqçusunun xidməti davranışı
4.1. Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir.
4.2. Dövlət qulluqçusu:
4.2.1. icra və əmək intizamına, həmçinin iş qrafikinə riayət etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməli, üzrlü səbəb və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməlidir;
4.2.2. birbaşa və ya yuxarı rəhbərinin qanuna xxxxx xxxx və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur;
4.2.3. birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, əməkdaş onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur;
4.2.4. subordinasiya məsələlərinə diqqət yetirməli, şikayət və xüsusi hallar istisna olmaqla, yuxarı rəhbərinə yalnız birbaşa rəhbəri vasitəsilə müraciət etməlidir;
4.2.5. xidməti vəzifəsi ilə bağlı iştirak edəcəyi tədbirlər və həmin tədbirlərin nəticəsi barədə birbaşa rəhbərini məlumatlandırmalıdır;
4.2.6. dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməli, şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməkdən çəkinməlidir;
4.2.7. xidməti vəsiqəsinin saxlanılmasında məsuliyyətli olmalıdır;
4.2.8. xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz;
4.2.9. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri qanunla müəyyən edilmiş müddətdə, o cümlədən işdən çıxdıqdan sonra da qorumalıdır (yaymamalıdır);
4.2.10. xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını təmin etməlidir;
4.2.11. xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə şərait yaratmamalıdır;
4.2.12. vətəndaşların qəbulundan əsassız olaraq imtina etməməli, vətəndaşların qəbulunu rəhbərliyin müəyyən etdiyi qaydada həyata keçirməli, şəxs aidiyyəti üzrə müraciət etməmişdirsə, ona qanunvericiliyə uyğun olaraq hara müraciət etməsi barədə məlumatlar verməli, daxil olmuş müraciətləri mahiyyəti üzrə cavablandırmalıdır;
4.2.13. nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları səbirlə dinləməlidir;
4.2.14. digər dövlət qulluqçularının və vətəndaşların fikirlərinə hörmətlə yanaşmalıdır;
4.2.15. zəruri xxxx xxxxxx istisna olmaqla, xidməti fəaliyyətini həyata keçirən zaman Azərbaycan Respublikasının dövlət dilində danışmalıdır;
4.2.16. birgə və ya digər dövlət qulluqçusu tərəfindən görülmüş işlərin özü tərəfindən edildiyini iddia etməməlidir;
4.2.17. digər dövlət qulluqçusunun xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalıdır;
4.2.18. xxxxxxx vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və məsuliyyətli olmalıdır;
4.2.19. iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb xxxx hərəkətlərə (ucadan danışmaq, xidməti telefondan istifadə ilə bağlı sui-istifadə hallarına) yol verməməlidir;
4.2.20. alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək işə gəlməməli, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul etməməlidir;
4.2.21. xxxxxx, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xidməti zərurətlə bağlı hallar istisna olmaqla, işgüzar (rəsmi) üslübda geyinməli, korporativ mədəniyyətə riayət etməli, хarici görünüşünü təmiz və səliqəli saxlamalıdır;
4.2.22. siqaret çəkilməsi qadağan olunmuş yerlərdə, həmçinin хidməti vəzifələrin yerinə yetirildiyi ictimai yerlərdə siqaret çəkməməlidir;
4.2.23. aralarında yaranan mübahisələrin Nazirliyin və dövlət qulluqçusunun nüfuzuna xələl gətirməsinə yol verməməlidir;
4.2.24. xidməti vəzifəsini yerinə yetirdiyi zaman ayrı-seçkiliyə və zorakılıq hərəkətlərinə yol verməməlidir;
4.2.25. kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların ilkin mərhələdə həll edilməsi üçün təşəbbüs göstərməlidir;
4.2.26. digər dövlət qulluqçularına və vətəndaşlara qarşı təhqiredici və hədələyici ifadələr işlətməməlidir;
4.2.27. rəhbərlikdə və kollektivdə həqiqətə uyğun olmayan, digər dövlət qulluqçusunun nüfuzuna xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalıdır;
4.2.28. öz məqsəd və mənafeləri üçün digər dövlət qulluqçusunu onun hər hansı hərəkətinə görə təhdid etməməlidir;
4.2.29. vəzifəsi və qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməlidir;
4.2.30. xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir;
4.2.31. öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa dövlət qulluqçularının xidməti vəzifəsi ilə bağlı məsələlərin həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurət olmadan digər əməkdaşların icraatında xxxx məsələlərə və sənədlərə maraq göstərməməlidir;
4.2.32. irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir;
4.2.33. işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməlidir;
4.2.34. özünə və həmkarlarına qarşı işlə bağlı tələbkar olmalı, etik davranış qaydalarının Nazirlikdə çalışan hər hansı dövlət qulluqçusu tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir;
4.2.35. qeyri-mədəni davranışla bağlı hər hansı şəxslə münasibətdə anlaşılmazlıq yarandığı halda bilavasitə rəhbərinə məlumat verməlidir;
4.2.36. xüsusi zәrurәt olmadıqda özünün ödәmә imkanlarından artıq mәblәğlәrdә borclarının yaranmasına yol vermәmәlidir;
4.2.37. özü barədə təhrif olunmuş məlumatlar verməməlidir;
4.2.38. vəzifə funksiyaları tələb etdiyi təqdirdə Azərbaycan Respublikası daxilində və beynəlxalq səviyyədə keçirilən müvafiq tədbirlərdə iştirak etməli, tədbirlər zamanı müvafiq qanunvericilik aktlarının və bu Qaydaların tələblərinə riayət etməlidir;
4.2.38.1. konfrans, seminar və digər tədbirlər zamanı tədbirin reqlamentinə əməl etməli, eləcə də öz çıxışlarında loyallıq prinsipinin tələblərinə riayət etməlidir;
4.2.38.2. xarici ölkələrin dövlət, qeyri-hökumət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan Respublikasına rəsmi və işgüzar səfərləri çərçivəsində həyata keçirilən tədbirlər zamanı bu Qaydalardan irəli gələn etik davranış qaydalarına riayət etməlidir.
5. Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti davranışına dair əlavə tələblər
5.1. Rəhbər şəxs:
5.1.1. öz davranışı ilə tabeliyində xxxx dövlət qulluqçusu üçün nümunə olmalıdır;
5.1.2. rəhbərlik etdiyi strukturun qarşısında dayanan əsas məqsəd və vəzifələr barədə tabeliyində xxxx dövlət qulluqçusu üçün mütəmadi olaraq məlumat verməlidir;
5.1.3. işçilər arasında yaranan ixtilaf və münaqişənin qarşısını vaxtında almalı, əməkdaşlar arasında xoş işgüzar münasibətlərin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir;
5.1.4. tabeliyində olanların xxxxx və bacarıqlarını nəzərə almaqla onların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməlidir;
5.1.5. xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik problemlər barədə tabeliyində olanları qabaqcadan məlumatlandırmalı, bu halda tövsiyə olunan hərəkətlər barədə onları təlimatlandırmalıdır;
5.1.6. bilavasitə tabeliyində olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməlidir;
5.1.7. tabeliyində olanların xidməti fəaliyyətləri ilə bağlı kənar şəxslərin təsirindən müdafiə edilməsi üçün müvafiq tədbirlər görməlidir;
5.1.8. tabeliyində olanların xxxxx, bacarıq və şəxsi keyfiyyətlərini nəzərə alaraq onların vəzifədə irəli çəkilmələri üçün bərabər imkanlar yaratmalıdır;
5.1.9. tabeliyində olanları hüquqa və hamılıqla qəbul edilmiş etik normalara xxxx xxxx hərəkətlər (hərəkətsizliklər) etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;
5.1.10. tabeliyində olanların vəzifə funksiyalarını keyfiyyətlə icra etmələrinə və özlərini inkişaf etdirmələrinə imkan verən normal iş şəraiti yaratmalıdır;
5.1.11. tabeliyində olanların işgüzar qaydalara və etik davranış qaydalarına əməl etmələrinin təmin olunması üçün zəruri tədbirlər görməlidir;
5.1.12. şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabeliyində olanlara təzyiq etməməlidir;
5.1.13. subyektiv meyarlara əsasən tabeliyində olanlara münasibətdə ayrı-seçkiliyə yol verməməli, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməlidir;
5.1.14. tabeliyində olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı, onlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməlidir.
6. Hədiyyələr və digər imtiyazlar
6.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qonaqpərvərliklə əlaqədar dəyərinin ümumi məbləği bir il ərzində 55 manatdan yuxarı olmayan hədiyyələrin təqdim olunması ilə xxxxx xxx istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssürat yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
6.2. Dövlət qulluqçusu şəxsi istifadə məqsədilə və digər şəxslər üçün qanunvericiliklə nəzərdə tutulmayan maddi yardım, dəyərli əşya, hədiyyə, ianə və sair istəyə bilməz.
6.3. Tutduğu vəzifəni və qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluqçusu ona qanunsuz olaraq ediləcək təkliflərə və ya göstərilə biləcək təzyiqlərə qarşı soyuqqanlı olmalıdır.
6.4. Dövlət qulluqçusu xidməti vəzifəsini icra edərkən ona hər hansı bir qiymətli hədiyyə, xxxxxxx təklif olunarsa, dövlət qulluqçusu bu barədə birbaşa rəhbəri vasitəsilə dərhal Nazirliyin və ya işlədiyi tabeli orqanın daxili nəzarət məsələləri üzrə səlahiyyətli xxxx müvafiq struktur bölməsinə məlumat verməlidir.
7. Digər sahələrdə fəaliyyət
7.1. Dövlət qulluqçusu xxxx və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanının rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
7.2. Dövlət qulluqçusu pedaqoji fəaliyyətlə məşğul olmaq üçün rəhbərliyə ərizə ilə müraciət etməlidir.
7.3. Pedaqoji fəaliyyətlə məşğul olmanın müddəti ərizədə öz əksini tapmalıdır.
7.4. Pedaqoji fəaliyyətlə məşğul olmaq üçün müddətin artırılması barədə xahiş qəbul olunmadıqda, əvvəlki təsdiq olunmuş müddət başa çatdığı gündən sonrakı gün dayandırmalıdır.
7.5. Dövlət qulluqçusu əmək fəaliyyətinə və iş qabiliyyətinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidir.
8. İctimaiyyətlə qarşılıqlı əlaqə
8.1. Dövlət qulluqçusu mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu Nazirliyin və ya işlədiyi orqanın ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli xxxx müvafiq struktur bölməsinə yönləndirməlidir.
8.2. Dövlət qulluqçusu dövlət orqanının fəaliyyətinə aid hər hansı məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi açıqlamadır.
8.3 Dövlət qulluqçusu Qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etməməli, belə məlumatların verilməsini gecikdirməməli və yaxud natamam və ya təhrif olunmuş məlumatlar verməməlidir.
8.4. Dövlət qulluqçusu daxil xxxx xidməti telefon zənglərini operativ və qanunvericiliyə müvafiq qaydada cavablandırmalıdır.
9. Məhkəmələrdə və sorğular zamanı ifadə vermə
9.1. Dövlət qulluqçusu xidməti vəzifələri və sair məsələlər barəsində təhqiqat, istintaq orqanlarına və ya məhkəməyə ifadə vermək üçün dəvət edildiyi halda bu barədə dərhal birbaşa rəhbərinə məlumat verməlidir. Birbaşa rəhbər də öz növbəsində yuxarı rəhbərliyi məlumatlandırmalıdır.
9.2. Dövlət qulluqçusu tərəfindən xidməti fəaliyyətlə və xidməti vəzifəsi ilə bağlı ifadə vermək və ya sənəd təqdim etməyə dair icazə istənildikdə birbaşa rəhbər özündən vəzifəcə yüksək vəzifəli şəxsdən məsləhət almalıdır.
10. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması
10.1. Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusunun birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş müvafiq tədbirləri görür.
10.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi xxxxxx (bundan sonra – Nazir) tərəfindən səlahiyyət verilmiş şəxs vasitəsilə həyata keçirilir.
10.3. Etik davranış qaydalarına əməl edilməsinin təmin olunması ilə bağlı aşağıdakı tədbirlər həyata keçirilir:
10.3.1. Dövlət qulluqçusunun xidməti davranışının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət və onun təhlili;
10.3.2. Kadr və daxili nəzarət məsələləri üzrə səlahiyyətli xxxx müvafiq struktur bölmələr arasında etik davranışa nəzarət sahəsində səlahiyyət bölgüsünün aparılması;
10.3.3. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməsi;
10.3.4. Dövlət qulluqçusuna etik davranış qaydalarının izah edilməsi və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməsi;
10.3.5. bu Qaydaların Nazirliyin rəsmi internet səhifəsi vasitəsi ilə ictimaiyyətə açıqlanması;
10.3.6. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflərin məlumatlandırılması;
10.3.7. etik davranış qaydalarını pozmuş dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi.
10.4. Nazirin göstərişi əsasında daxili nəzarət məsələləri üzrə səlahiyyətli xxxx müvafiq struktur bölmə dövlət qulluqçusu barəsində intizam icraatına başlaya bilər.
10.5. Etik davranış qaydalarının müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.
10.6. Zərurət olduqda müvafiq şikayət və məlumatların araşdırılması üçün aidiyyəti struktur bölmələrdən və qurumlardan mütəxəssis(lər) cəlb edilə bilər.
10.7. İntizam icraatını aparan şəxs barəsində şikayət və ya məlumat daxil xxxx dövlət qulluqçusunu araşdırmaya cəlb edir. İntizam icraatı zamanı iş yerində olmayan dövlət qulluqçusu barədə aparılan araşdırmanın müddəti həmin şəxs işə çıxanadək dayandırılır.
10.8. Araşdırma aparan şəxs aidiyyəti şəxslərdən izahat ala, fiziki və (və ya) hüquqi şəxslərdən məlumatlar və etik qaydaların tələblərinin icrasının təmin edilməsi ilə bağlı araşdırma suallarına cavab verməyi tələb edə bilər. Müraciət müəllifinin izahat verməkdən imtina etməsi müraciət əsasında aparılan araşdırmanın dayandırılmasına əsas vermir və araşdırma ilkin müraciət əsasında davam etdirilir.
10.9. Müraciət müəllifi müraciətini xxxx götürdükdə (etibarsız hesab etdikdə, müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etdikdə) müraciətin məzmunundan asılı olaraq Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq müraciət baxılmamış saxlanılır.
10.10. İntizam icraatı zamanı qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin və ya məlumatların tələb edilməsi yolverilməzdir. Nazirliyin struktur bölmələri və strukturuna daxil xxxx qurumlar araşdırma ilə bağlı sorğu edilən sənədləri və məlumatları təqdim etməlidir.
10.11.Vəzifəli şəxs intizam icraatını apararkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, intizam icraatını aparan vəzifəli şəxs öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
10.12. İntizam icraatının aparılmasına maneə yaradan, müdaxilə edən və ya icraatı ləngidən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilir.
10.13.Barəsində intizam icraatı aparılan dövlət qulluqçusunun aşağıdakı hüquqları vardır:
10.13.1. işin materialları ilə xxxxx olmaq;
10.13.2. intizam icraatını aparan vəzifəli şəxslə görüşün (görüşlərin) tarixi, vaxtı və yeri barədə xəbərdar edilmək;
10.13.3. intizam icraatını aparan vəzifəli şəxsin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran əsas xxxxx xxx yazılı etiraz etmək;
10.13.4. aparılan araşdırmada iştirak etmək, izahat, vəsatət, sənədlər, şahidlər və digər sübutlar təqdim etmək;
10.13.5. intizam icraatının nəticəsi barədə yazılı məlumat almaq;
10.13.6. intizam icraatının nəticəsindən narazı olduğu halda Nazirliyin rəhbərliyinə və ya məhkəməyə müraciət etmək.
10.14. Aparılmış intizam icraatının nəticələri Nazirə təqdim edilir. Dövlət qulluğu ilə bağlı normativ hüquqi aktların və bu Qaydaların müddəalarını pozmuş dövlət qulluqçusu barədə Nazir tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada intizam tənbeh tədbiri tətbiq edilir.
10.15. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə Nazir bu barədə cinayət təqibi orqanına məlumatın verilməsini təmin edir.