Xidmət göstərilməsinə dair MÜQAVİLƏ
Xidmət göstərilməsinə dair MÜQAVİLƏ
Bakı şəhəri “____” _______________ 20 __-ci il
Bu Müqavilə bir tərəfdən ___________________________________ ünvanında yaşayan, ____________ il tarixdə ____________ RPİ tərəfindən verilmiş AZE seriyalı ____________________ xxxxx Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin sahibi _______________________ (bundan sonra «Sifarişçi» adlandırılacaq), digər tərəfdən ___________________________________ ünvanında yaşayan, ____________ il tarixdə ____________ RPİ tərəfindən verilmiş AZE seriyalı ____________________ xxxxx Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin sahibi _______________________ (bundan sonra «İcraçı» adlandırılacaq) aşağıdakı şərtlər daxilində bağlanmışdır. birlikdə bundan sonra «Tərəflər» adlandırılacaq, aşağıdakı şərtlər daxilində bağlanmışdır.
1. Müqavilənin predmeti
1.1 Sifarişçi tapşırır, İcraçı isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə __________________________________________________________ öhdəliyini üzərinə götürür.
2. Sifarişçinin hüquq və vəzifələri
2.1 Sifarişçi:
- bu müqavilənin icrası ilə əlaqədar zəruri xxxx bütün sənədləri və məlumatları icraçıya verməyi;
- icraçının işinin bu müqavilənin şərtlərinə xxxxx xxxx nəticələrini qəbul etməyi;
- icraçının haqqını bu müqavilənin 4.1 bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.
2.2 Sifarişçi işin vaxtında əla keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququna malikdir.
3. İcraçının hüquq və vəzifələri
3.1 İcraçı:
- hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işləri Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini;
- bu tapşırığın icrası ilə əlaqədar digər şəxslərin müstəsna hüquqlarını pozmamağı öz üzərinə götürür.
3.2 İcraçı:
- zərurət olduğu hallarda tapşırğının icrasına üçüncü şəxsləri cəlb etməyi;
- gördüyü işlərin haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
4. Müqavilənin qiyməti
4.1. Sifarişçi hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün İcraçıya olmaqla _________ (__________________) AZN ödəyir.
Ödəniş forması: 100% işlər görüldükdə nağd və ya bank köçürməsi yolu ilə hesab təqdim edildikdən sonra 10 (on) bank günü ərzində həyata keçirilir.
5. Tərəflərin məsuliyyəti
5.1. İcraçı onun tərəfindən təqdim edilmiş layihə eskizlərdə səhv məlumatın verilməsi nəticəsində Sifarişçiyə, Sifarişçinin işçilərinə və ya üçüncü şəxslərə dəymiş zərərə, və ya ziyana ya da hər hansı bədən xəsarətinin yetirilməsinə və ya ölüm hadisəsinə cavabdehdir.
5.2. Hazırkı maddə ilə tənzimlənməyən məsuliyyət münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.
6. Məxfilik
6.1. Tərəflərdən hər biri hazırkı Müqavilə bağlanarkən və bu Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məxfi informasiyanı heç bir vəchlə yaymamaq barədə öz üzərlərinə öhdəlik götürürlər.
7. Mübahisələrin həlli qaydası
7.1. Hazırkı Müqavilədən irəli gələn, yaxud bu Müqavilə barədə meydana çıxan bütün mübahisələr Tərəflərin razılığı ilə həll edilir.
7.2. Tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması müvafiq Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə verilir və onun qərarı Tərəflər üçün qəti sayılır.
8. Yekun müddəalar
8.1. Hazırkı Müqavilənin mətni eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur. Tərəflərdən hər birində müvafiq olaraq 1 (bir) nüsxə olur.
8.2. Hazırkı Müqaviləyə edilən istənilən dəyişiklik və əlavə yazılı şəkildə verilməli və Tərəflər tərəfindən imzalanmalıdır.
8.3. Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalır.
8.4. Müqavilə 2 (iki) səhifədən ibarətdir.
9. Tərəflərin rekvizitləri
SİFARİŞÇİ: |
XXXXXX: |
|
|
|
|
|
|