Azərbaycan Respublikasının Mülki Məcəlləsi (çıxarış 50-ci Fəsil)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (çıxarış 50-ci Fəsil)
Sığorta
§ 1. Sığorta haqqında ümumi müddəalar Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi
883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
883.2. Təkrarsığorta müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Maddə 884. Sığorta münasibətlərinin subyektləri
884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə xxxxx xxxx əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi xxxx, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə xxxxx xxxx şəxslər sığorta münasibətlərinin subyektləridir.
884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfidir.
884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.
884.6. Xxxxxxxxxx şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta xxxxxx xxxx istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır.
884.6–2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır.
884.7. Təkrarsığortaçı ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) təkrarsığorta müqaviləsinin tərəfidir.
884.8. Təkrarsığortalı sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçıdır.
Maddə 885. Sığorta sahələri
885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri- həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür.
885.2. Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir.
885.3. Həyat sığortası sahəsinə aid xxxx sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir.
885.4. Qeyri-həyat sığortası sahəsinə aid xxxx sığorta sinifləri həm şəxsi, həm də əmlak sığortasına aid ola bilər.
Maddə 886. Sığorta obyekti və sığorta predmeti
886.1. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
886.2. Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qadağan olunan mənafelər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz.
886.3. Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.
Maddə 887. Şəxsi sığortanın obyekti
Şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər.
Maddə 888. Əmlak sığortasının obyekti
888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.
888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır.
888.4. Qarışıq maliyyə risklərinin, kredit risklərinin, ticarət və investisiya risklərinin, tapşırıq və qarantiya risklərinin, məhkəmə xərclərinin, habelə bu Məcəllənin 888.1-ci maddəsində nəzərdə tutulmuş əmlak mənafeləri ilə bağlı digər risklərin sığortası da obyektinə görə əmlak sığortasına aid edilir.
Maddə 889. Sığorta marağı
889.1. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
889.2. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir.
889.3. Sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda xxxx şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur.
889.4. Sığorta marağı mövcud olmadan bağlanan sığorta müqaviləsi bağlandığı andan etibarsızdır.
889.5. Sığorta marağının gələcəkdə əldə edilməsi ehtimalı müvafiq sığorta müqaviləsinin bağlanması üçün əsas deyil.
889.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir.
889.7. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.
Maddə 890. Təkrarsığorta
890.1. Təkrarsığorta sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı və ya təkrarsığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bölüşdürülməsi və ya təkrarsığortaçıya ötürülməsidir.
890.2. Təkrarsığortanın şərtləri təkrarsığortaçı və təkrarsığortalı arasında yazılı formada bağlanan təkrarsığorta müqaviləsi ilə müəyyən edilir.
890.3. Bu Məcəllənin 940-cı maddəsində təminat şəhadətnaməsi üçün müəyyən edilmiş bütün məlumatlar təkrarsığorta müqaviləsində göstərilməlidir.
890.4. Sığortaçı və ya təkrarsığortaçı sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortaladığı (təkrarsığortaladığı) riskləri təkrarsığorta etdirərkən müvafiq sığortalıların və ya təkrarsığortalıların razılığı tələb olunmur.
890.5. Təkrarsığorta fakultativ və ya obliqator formada, mütənasib və ya qeyri-mütənasib növlər üzrə aparıla bilər.
890.6. Mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığorta müqaviləsi üzrə qəbul etdiyi sığorta riskinə mütənasib məbləğdə sığorta ödənişi vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.
890.7. Qeyri-mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığortalının şəxsi tutumundan artıq xxxx məbləğdə sığorta ödənişi vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.
890.8. Fakultativ təkrarsığorta hər bir xxxxxx ayrılıqda qiymətləndirilməsinə əsasən onun təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın formasıdır.
890.9. Obliqator təkrarsığorta təkrarsığorta müqaviləsi ilə müəyyən olunan şərtlərə cavab verən bütün risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın formasıdır.
Maddə 891. Sığortaçının (təkrarsığortaçının) təkrarsığorta müqaviləsinə görə sığortalı (təkrarsığortalı) qarşısında öhdəliyi
891.1. Bu Məcəllənin 891.2-ci maddəsi nəzərə alınmaqla, sığorta müqaviləsi üzrə sığortaladığı riskləri təkrarsığorta etdirən sığortaçı (təkrarsığorta müqaviləsinə əsasən təkrarsığortalı) həmin sığorta müqaviləsinə görə sığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır.
891.2. Sığortaçı sığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçının öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən azaddır.
891.3. Bu Məcəllənin 891.4-cü maddəsi nəzərə alınmaqla, təkrarsığorta müqaviləsi üzrə təkrarsığortaladığı riskləri yenidən təkrarsığorta etdirən təkrarsığortaçı təkrarsığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır.
891.4. Təkrarsığortaçı müvafiq riskləri təkrarsığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçıda yenidən təkrarsığorta etdirərsə, müvafiq təkrarsığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən ikinci təkrarsığortaçının öhdəliklərini icra edə bilmədiyi həddə azaddır.
Maddə 892. Təkrarsığortaçının sənədləri tələb etmək hüququ
Təkrarsığortaçı təkrarsığortalıdan müvafiq sığorta qaydalarını və müqavilələrini, həmçinin sığorta hadisəsi baş verdikdə müvafiq təsdiqedici sənədləri və ya onların surətlərini tələb etmək hüququna malikdir.
Maddə 893. Şərikli sığorta
893.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
893.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
893.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
893.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.
Maddə 894. Qrup halında sığorta
894.1. Qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmeti sığortalanır.
894.2. Qrup halında sığorta həm şəxsi, həm də əmlak sığortası üzrə aparıla bilər.
894.3. Şəxsi sığortaya aid xxxx qrup halında sığorta zamanı sığortalı sığorta olunanın kimliyi göstərilən sığorta müqaviləsində sığorta olunan şəxslərin hər birini sığorta müqaviləsinin onlara aid xxxx bütün şərtləri ilə xxxxx etməlidir. Bu halda sığorta olunanların sığorta müqaviləsi ilə müvafiq şəkildə xxxxx edilməsini təsdiq edən sənəd (siyahı və s.) sığorta şəhadətnaməsinin ayrılmaz tərkib hissəsidir. Qrup halında sığorta zamanı şəxsi sığorta müqaviləsində sığorta olunanın kimliyi göstərildikdə və ya əmlak sığortası müqaviləsində sığortalanan əmlak fərdi şəkildə qeyd olunduqda, tərəflər arasında razılaşmaya əsasən müvafiq olaraq sığorta olunan şəxslərin hər birinə, yaxud hər bir sığortalanan əmlaka görə sığorta şəhadətnaməsi verilə bilər.
894.4. Qrup halında sığorta zamanı sığorta olunanın kimliyi göstərilməyən şəxsi sığorta müqaviləsində və ya sığortalanan əmlak fərdi şəkildə qeyd olunmayan əmlak sığortası müqaviləsində sığorta olunan şəxslərin və ya əmlak sığortası müqaviləsində sığortalanan əmlakın dairəsi o dərəcədə konkretləşdirilməlidir ki, sığorta hadisəsini, onun nəticələrini və sığorta predmeti üzrə verilməli xxxx sığorta ödənişinin miqdarını müvafiq olaraq hər bir sığorta olunana və ya sığortalanan əmlaka münasibətdə fərdiləşdirmək mümkün olsun.
Maddə 895. İkili (çoxqat) sığorta
895.1. Sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha xxx sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə
sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.
895.2. Əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.
Maddə 896. Qismən sığorta
896.1. Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.
896.2. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına xxxx hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə xxxx nisbətində keçir.
896.3. Bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta hadisəsinin baş verdiyi zaman, sığorta təminatı qismən sığorta kimi qiymətləndirilə bilməz.
Maddə 897. İcbari sığorta
897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.
897.2. Xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı xxxx şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi xxxx şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 898. Azadolma məbləği və gözləmə müddəti
898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.
898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
898.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir.
898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.
898.5. Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.
898.6. Şərtli gözləmə müddəti müəyyən edildikdə sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
898.7. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
§2. Sığorta müqaviləsinə dair başlıca tələblər Maddə 899. Sığorta müqaviləsinin forması
899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır:
899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada.
899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər.
899.2. Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
899.3. Bu Məcəllənin 899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə görə sığortaçı məsuliyyət daşıyır.
Maddə 900. Sığorta müqaviləsinin məzmunu
900.1 Bu Məcəllənin 899.1.1.-ci maddəsində nəzərdə tutulmuş halda sığorta müqaviləsində aşağıdakılar göstərilməlidir:
900.1.1. sığortaçının adı və ünvanı;
900.1.2. sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı) və ünvanı;
900.1.3. sığorta predmeti və yerləşdiyi ünvan, həmçinin sığorta olunan(lar)ın adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı;
900.1.4. xxxxxxxxxx şəxsin adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı və doğum tarixi) və ünvanı;
900.1.5. sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə, yaxud hər bir sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı;
900.1.6. sığorta haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və ödənilməsi qaydası;
900.1.7. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
900.1.8. sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi, həmçinin ona xitam verilməsi qaydası;
900.1.9. sığorta müqaviləsi üzrə təminat verilən sığorta riskləri, eyni zamanda əgər bu barədə razılaşdırılıbsa, müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş əlavə sığorta təminatları;
900.1.10. sığorta ödənişinin verilməsi qaydası və əsasları;
900.1.11. sığorta ödənişinin verilməsindən imtinanın əsasları;
900.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;
900.1.13. mübahisələrin həlli qaydası;
900.1.14. sığorta müqaviləsinin tərəflərinin qarşılıqlı razılaşması əsasında müəyyən edilən digər şərtlər;
900.1.15. sığorta müqaviləsinin tərəflərinin imzaları, hüquqi şəxs olduqda həmçinin möhürləri.
900.2 İcbari sığorta müqaviləsinin bağlanması qaydası icbari sığorta qanunları ilə müəyyən edilir.
Maddə 901. Sığorta şəhadətnaməsi
901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.
901.2. Müqavilə üzrə sığorta olunan eyni zamanda sığortalı olmadıqda, sığorta şəhadətnaməsi sığortalının yazılı tələbi ilə sığorta olunana da verilə bilər.
901.3. Əgər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verilməlidir.
901.4. Sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortalı və ya sığorta olunan onun dublikatını sığortaçıdan tələb edə bilər.
901.5. Bu Məcəllənin 901.4-cü maddəsində nəzərdə tutulmuş tələbin yazılı şəkildə daxil olduğu tarixdən etibarən 3 iş günü müddətində sığortaçı sığortalını və ya sığorta olunanı müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, öz hesabına müvafiq sığorta şəhadətnaməsinin dublikatı ilə təmin etməlidir.
Maddə 902. Sığorta şəhadətnaməsinin məzmunu
902.1. Sığorta şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:
902.1.1. sığortaçının adı və ünvanı;
902.1.2. sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı) və ünvanı;
902.1.3. sığorta predmeti və onun olduğu yer, yaxud sığorta olunanın adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı;
902.1.4. sığorta riskləri;
902.1.5. sığorta məbləği;
902.1.6. sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddəti;
902.1.7. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
902.1.8. sığorta müqaviləsinin aid olduğu digər şəxslər (faydalanan şəxs, sığorta agenti və sığorta brokeri) varsa, onların adı (fiziki şəxs olduqda həmçinin soyadı və atasının adı) və ünvanı;
902.1.9. sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə xxxxx olmasını təsdiq edən imzaları və (və ya) möhürləri.
902.2. Sığorta şəhadətnaməsində sığortalının və ya sığorta olunanın sığorta müqaviləsi üzrə hüquqlarının pozulmasını hesab etdiyi hallarda sığorta nəzarəti orqanına şikayətlə müraciət etməsi üçün həmin orqanın adı, ünvanı və telefon nömrəsi aydın şəkildə göstərilməlidir.
Maddə 903. Sığorta haqqı
903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir.
903.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
903.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
903.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
903.7. Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.
Maddə 904. Sığorta məbləği
904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
Maddə 905. Sığortalanan əmlakın dəyərinin mübahisə predmeti olması
Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.
Maddə 906. Sığorta təminatının müddətinin başlanması və xxxx
906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
906.2. Bu Məcəllənin 919.1.1–919.1.8-ci maddələrində nəzərdə tutulmuş hər hansı hal baş verdikdə, həmin halın baş verdiyi andan, bu Məcəllənin 919.1.9-cu maddəsində nəzərdə tutulmuş halda isə bu Məcəllənin 920.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq müddətin sonuncu gününün bitməsi anından sığorta müqaviləsi üzrə sığorta təminatı başa çatmış hesab edilir.
Maddə 907. İcbari sığorta müqaviləsinin məcburiliyi
907.1. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi xxxx sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur.
907.2. İcbari sığorta növünü aparmağa icazəsi xxxx sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta xxxxxx xxxx şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
907.3. Sığortalı qismində sığorta etdirməli xxxx şəxsin, eləcə də sığortaçı qismində sığortalamağa borclu xxxx sığortaçının müvafiq icbari sığorta müqaviləsini bağlamaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Maddə 908. Sığorta müqaviləsinin etibarsızlığı
908.1. Əqdlərin etibarsızlığının bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi aşağıdakı hallarda bağlandığı andan etibarsız sayılır:
908.1.1. sığorta obyekti məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlakla bağlı olduqda;
908.1.2. sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;
908.1.3. sığorta müqaviləsi bağlandığı anda sığorta predmeti mövcud olmadıqda;
908.1.4. sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə, həmçinin sığortalanması qadağan olunmuş mənafeləri ilə bağlı olduqda;
908.1.5. əmlak bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində;
908.1.6. sığorta qaydalarında nəzərdə tutulmayan və sığortalının vəziyyətini pisləşdirən əlavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə həmin şərtlərə münasibətdə;
908.1.7. sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır);
908.1.8. sığorta marağı mövcud olmadıqda.
908.2. Sığortaçı sığorta müqaviləsinin bağlanmasının bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş qaydalarına əməl olunmamasına görə öz vəzifələrinin yerinə yetirilməsindən imtina etmək üçün sığorta müqaviləsinin etibarsız olmasını iddia edə bilməz.
Maddə 909. Xxxxxxxxxx şəxsin təyin edilməsi
909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər.
909.2. Girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi xxxxxx borclunun (girov qoyanın) ona xxxx xxxx məbləği həddində ödəniş almaq hüququna xxxxx xxxx faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq xxxx hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır.
909.3. Öz həyatını sığorta etdirən fiziki şəxs müvafiq sığorta müqaviləsində istənilən şəxsi (şəxsləri) faydalanan şəxs qismində təyin edə bilər.
Maddə 910. Şəxsi sığorta müqavilələrində sığorta olunanın yazılı razılığı
Şəxsi sığortada sığortalı həm də sığorta olunan olmadıqda sığorta müqaviləsinin bağlanmasına sığorta olunanın (və ya onun qanuni nümayəndəsinin) müqavilənin onun xeyrinə bağlanması təklifi ilə yazılı qaydada xxxxx edilməsi şərti ilə yol verilir.
Maddə 911. Sığorta müqaviləsinin bağlanması zamanı məlumat vermək vəzifəsi
911.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
911.3. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
Maddə 912. Sığorta riskinin artması barədə məlumat vermək vəzifəsi
912.1. Sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir.
912.2. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sonradan meydana çıxan dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat vermək həmin dəyişikliklərdən xəbərdar xxxx girovsaxlayan və ya lizinqverənin vəzifəsidir.
912.3. Sığortaçının adından çıxış edən sığorta vasitəçisinin bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan hər hansı dəyişiklik barədə məlumatlandırılması sığortaçının məlumatlandırılması hesab edilir.
Maddə 913. Sığorta müqaviləsinin şərtləri ilə xxxxx etmək vəzifəsi
Sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə xxxxx etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.
Maddə 914. Sığorta riskinin qiymətləndirilməsi
914.1. Əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir.
914.2. Sığortaçı sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirir.
914.3. Şəxsi sığorta müqaviləsi bağlandıqda sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər.
914.4. Sığorta riskinin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
Maddə 915. Sığorta qaydaları
Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu xxxx sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.
Maddə 916. Sığorta qaydalarının məzmunu
916.1. Sığorta qaydalarında aşağıdakılar müəyyən edilməlidir:
916.1.1. müvafiq sığorta növünün aid olduğu və ya bu növdə birləşdirilmiş sığorta sinifləri;
916.1.2. sığorta predmetlərinin – sığorta olunanların, sığortalanan əşyaların və ya halların konkret kateqoriyası;
916.1.3. sığorta məbləğlərinin müəyyən edilməsi qaydası;
916.1.4. sığorta riskləri;
916.1.5. sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər;
916.1.6. sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası;
916.1.7. tərəflərin hüquqları və vəzifələri;
916.1.8. sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri;
916.1.9. sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı;
916.1.10. sığorta ödənişinin verilməsindən imtinanın əsasları;
916.1.11. sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti;
916.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;
916.1.13. mübahisələrin həlli qaydası;
916.1.14. sığorta tarifləri və onların iqtisadi əsaslandırılması.
916.2. Bu Məcəllənin 916.1.5-ci maddəsində nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər sığorta müqaviləsində razılaşdırılmaqla sığorta təminatına daxil edilə bilər.
Maddə 917. Həyat sığortası müqavilələrinə dair əlavə tələblər
917.1. Sığorta olunanın sığortaçının mənfəətində iştirak etməsi şərti ilə bağlanan həyat sığortası müqaviləsində mənfəətin bölüşdürülməsi qaydası göstərilməlidir.
917.2. Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz.
Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir.
Maddə 918. Vahid sığorta müqaviləsi tərtib etməklə sığorta müqaviləsinin bağlanması
918.1. Sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə davamlı olaraq eynicinsli əmlakın (malların, yüklərin və s.) müxtəlif hissələrinin oxşar şərtlərlə ayrı-ayrı dövrlər üzrə sığorta olunması vahid sığorta müqaviləsi tərtib edilməklə bir sığorta müqaviləsi əsasında həyata keçirilə bilər.
918.2. Sığortalı bu Məcəllənin 918.1-ci maddəsində göstərilən əmlakın hər bir hissəsi haqqında sığorta müqaviləsində razılaşdırılmış məlumatları vaxtında, belə məlumatların təqdim edilmə vaxtı müqavilədə nəzərdə tutulmadıqda isə həmin məlumatları əldə etdikdən dərhal sonra sığortaçıya çatdırmalıdır. Məlumatlar əldə edildiyi zaman zərərlərin əvəzinin sığortaçı tərəfindən ödənilməyəcəyi məlum olduqda belə, sığortalı bu maddədə nəzərdə tutulmuş vəzifənin yerinə yetirilməsindən azad edilmir.
918.3. Sığortalı tələb etdikdə sığortaçı bu Məcəllənin 918.1-ci maddəsində nəzərdə tutulan müqavilənin aid olduğu əmlakın ayrı-ayrı hissələri üzrə sığorta şəhadətnaməsi verməlidir.
Maddə 919. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
919.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
919.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
919.1.2. aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
919.1.2.1. əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri bu Məcəllə ilə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
919.1.2.2. icbari sığorta qanunlarında və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
919.1.2.3. başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir;
919.1.2.4. sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri müvafiq hüquq varisinə keçir.
919.1.3. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
919.1.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak
özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir;
919.1.5. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
919.1.6. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
919.1.7. sığortalı sığorta haqqını icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
919.1.8. sığorta marağı artıq mövcud olmadıqda;
919.1.9. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
919.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 920. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
920.1. Bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
920.2. Sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 921. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
921.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
921.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o,
sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
921.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
921.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Məcəllənin 921.1-ci və 921.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
921.5. Sığorta müqaviləsi bu Məcəllənin 919.2-ci maddəsində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Məcəllənin 921.3-cü və 921.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
§3. Sığorta hadisəsi və sığorta ödənişi Maddə 922. Sığorta hadisəsi
922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
Maddə 923. Sığorta hadisəsi barədə məlumatlandırma
923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
Maddə 924. Sığorta hadisəsinin təsdiqi
924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.
924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.
924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.
Maddə 925. Zərərin qiymətləndirilməsi
925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün xxxx ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10- cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən xxx olması başa düşülür.
Maddə 926. Sığorta ödənişi
926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər xxxxx xxxx faydalanan şəxs kimi tanınır.
Maddə 927. Əmlak sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər
927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından xxx xxx bilməz.
927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir):
927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
927.2.3. sığorta predmeti xxxx, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası;
927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti xxxx əmlakın dəyişdirilməsi.
927.3. Bu Məcəllənin 927.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs xxxx girov saxlayana borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz.
927.4. Əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, sığorta ödənişinin bu Məcəllənin 927.2.3-cü və 927.2.4-cü maddələrində nəzərdə tutulmuş formaları tətbiq edilir. Sığorta ödənişinin bu Məcəllənin 927.2.1-ci və 927.2.2-ci maddələrində nəzərdə tutulmuş formaları əmlakın etibarnaməli idarəçisi xxxx xxxxxxxxxx şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir.
927.5. Girov qoyulan əmlakın tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs xxxx girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var.
Maddə 928. Şəxsi sığorta üzrə sığorta ödənişi
Şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ xxxx şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir.
Maddə 929. Sığorta ödənişindən sığorta haqqının tutulması
Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
Maddə 930. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması
930.1. İcbari sığorta qanunlarında və ya sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, xxxxx sığorta müqaviləsi üzrə təminat qismən sığorta təminatı sayılmır. İcbari sığorta qanunlarında başqa hal nəzərdə
tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.
930.2. Bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər.
Maddə 931. İcbari sığorta ödənişinin üstünlüyü
Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha xxx sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
Maddə 932. Sığorta ödənişi barədə qərarın təxirə salınması
Ləğv edilmişdir.
Maddə 933. Sığorta ödənişinin verilməsinin əsasları
933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir:
933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi;
933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
933.2. Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir.
933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər.
Maddə 934. Sığorta ödənişinin verilməsi
934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta
olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində dəbbə pulu ödəyir.
Maddə 935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda.
935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.
935.4. Bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
Maddə 936. Subroqasiya hüququ
936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
936.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
936.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
936.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid xxxx hallarda subroqasiya hüququ tətbiq edilmir.
§4. Sığorta vasitəçiliyi
Maddə 937. Sığorta münasibətlərində sığorta vasitəçilərinin iştirakı
937.1. Sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər.
937.2. Sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər:
937.2.1. sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması;
937.2.2. sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması.
937.2–1. Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır:
937.2–1.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi; 937.2–1.2. sığortaçının adı və ünvanı;
937.2–1.3. sığorta agenti fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i;
937.2–1.4. sığorta agenti hüquqi şəxs olduqda onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, sığorta agenti lisenziyasına xxxxx xxxx işçisinin adı, soyadı və atasının adı;
937.2–1.5. tapşırıq müqaviləsinin predmeti;
937.2–1.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı;
937.2–1.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli xxxx komisyon muzdun məbləği;
937.2–1.8. tərəflərin hüquq və vəzifələri;
937.2–1.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti; 937.2–1.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi; 937.2–1.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət; 937.2–1.12. tərəflərin rekvizitləri.
937.3. Xxxxxxx brokeri sığortalını (təkrarsığortalını) sığortaçı (təkrarsığortaçı) ilə münasibətlərdə təmsil etməklə aşağıdakı sığorta əməliyyatlarında tapşırıq müqaviləsi əsasında vasitəçilik edə bilər:
937.3.1. sığorta (təkrarsığorta) müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması;
937.3.2. sığorta (təkrarsığorta) müqavilələrinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması;
937.3.3. sığorta (təkrarsığorta) müqavilələrinin həyata keçirilməsi, o cümlədən sığorta (təkrarsığorta) tələbləri və sığorta ödənişləri üzrə sövdələşmələrin aparılması və (və ya) məsləhətlərin verilməsi.
Maddə 938. Sığorta və ya təkrarsığorta müqavilələrinin sığorta vasitəçiliyi ilə
bağlanması
938.1. Sığorta müqaviləsi sığorta agenti vasitəsilə bağlandıqda sığorta agenti müqaviləni həmin sığortaçının adından yalnız onun yazılı qaydada verdiyi səlahiyyət əsasında imzalaya bilər.
938.2. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta brokeri vasitəsilə bağlandıqda müqavilə sığortaçı və sığortalı tərəfindən və ya sığortalının (təkrarsığortalının) yazılı qaydada verdiyi səlahiyyət əsasında sığorta brokeri tərəfindən imzalana bilər.
938.3. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandıqda həmin müqavilədə müvafiq olaraq sığorta agentinin və ya sığorta brokerinin adı, (fiziki şəxsdirsə, həmçinin soyadı) və ünvanı göstərilməlidir.
938.4. Bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan hər hansı dəyişiklik barədə məlumatlandırılmış sığorta vasitəçisi həmin məlumatı aldığı tarixdən 1 gün müddətində sığortaçıya çatdırmalıdır.
Maddə 938–1. Sığorta vasitəçisinin sığorta müqaviləsinin bağlanmasından əvvəl sığortalıya açıqlamalı olduğu məlumatlar
938–1.0. Sığorta vasitəçiliyi ilə bağlanan hər bir sığorta müqaviləsinin bağlanmasından, yenilənməsindən və ya ona dəyişikliklər edilməsindən əvvəl sığorta vasitəçisi sığorta etdirən şəxsi ən azı aşağıdakı məlumatlarla təmin etməlidir:
938–1.0.1. özünün adı və yaşayış yeri (hüquqi şəxslər üçün – olduğu yer);
938–1.0.2. daxil edildiyi reyestr və həmin reyestrdən onun barəsində informasiya əldə etməyin üsulları;
938–1.0.3. sığorta müqaviləsinin tərəfi kimi təklif edilən sığortaçı ilə səhmdar, əlaqəli şəxs və ya asılı cəmiyyət münasibətlərində olub-olmaması;
938–1.0.4. sığorta vasitəçilərindən şikayət vermək hüququ və proseduru, həmçinin şikayətin üsulları və təqdim etmə vasitələri;
938–1.0.5. sığorta vasitəçiliyini bir və ya bir neçə sığortaçı ilə bağladığı tapşırıq müqaviləsi üzrə öhdəlikləri əsasında (həmin sığortaçıların adı, ünvanı, sığorta bazarındakı mövqeyi barəsində obyektiv məlumat verməklə) və ya belə bir müqavilə olmadan həyata keçirməsi;
938–1.0.6. sığorta etdirənin tələbinə və ehtiyacına xxxxx xxxx sığorta növləri əsasında verilən təminatlar.
Maddə 939. Xxxxxxx brokerinin sığorta müqaviləsinin tərəflərini sənədlərlə təmin etməsi
939.1. Sığorta brokeri onun vasitəsilə bağlanan sığorta müqaviləsini tərəflərdən sonuncusunun imzaladığı tarixdən etibarən 3 gün müddətində sığortalını həmin müqavilənin nüsxəsi və (və ya) müvafiq sığorta şəhadətnaməsi ilə, bu mümkün olmadıqda isə müvafiq sığorta müqaviləsinin nüsxəsinin, yaxud sığorta şəhadətnaməsinin sığortalıya verilməsinədək qüvvədə xxxx, bu Məcəllənin 940-cı maddəsində nəzərdə tutulmuş təminat şəhadətnaməsi ilə təmin etməlidir.
939.2. Xxxxxxx brokeri onun vasitəsilə bağlanan təkrarsığorta müqaviləsini tərəflərdən sonuncusunun imzaladığı tarixdən etibarən 10 gün müddətində təkrarsığortalını müvafiq
təkrarsığorta müqaviləsinin nüsxəsi və ya bu Məcəllənin 940-cı maddəsində nəzərdə tutulmuş təminat şəhadətnaməsi ilə təmin etməlidir.
939.3. Sığorta brokeri vasitəsilə bağlanan sığorta (təkrarsığorta) müqaviləsi üzrə riskləri qəbul edən və ya bölüşən sığortaçı (təkrarsığortaçı) həmin müqavilə üzrə istənilən məlumatı sığorta brokerindən tələb edə bilər.
Maddə 940. Təminat şəhadətnaməsi
940.1. Təminat şəhadətnaməsi sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta risklərinin yerləşdirilməsini təsdiq edən sənəddir.
940.2. Təminat şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:
940.2.1. sığorta (təkrarsığorta) müqaviləsi üzrə riskləri qəbul edən və ya bölüşən sığortaçının (təkrarsığortaçının) tam adı və ünvanı;
940.2.2. sığortalının (təkrarsığortalının) tam adı və ünvanı;
940.2.3. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
940.2.4. sığorta (təkrarsığorta) müqaviləsi üzrə təminat verilən sığorta riskləri;
940.2.5. sığortaçının (təkrarsığortaçının) qəbul etdiyi və ya bölüşdüyü sığorta və ya təkrarsığorta riskinə xxxxx xxxx sığorta (təkrarsığorta) məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə, yaxud hər bir sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı;
940.2.6. sığorta (təkrarsığorta) haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və ödənilməsi qaydası.
940.3. Sığorta riski bir neçə sığortaçıda (təkrarsığortaçıda) yerləşdirildikdə, bu Məcəllənin 940.2.3-940.2.6-cı maddələrində nəzərdə tutulmuş məlumatlar hər bir sığortaçıya (təkrarsığortaçıya) münasibətdə ayrılıqda göstərilməlidir.
Maddə 941. Sığorta vasitəçilərinin sığorta haqqı və sığorta ödənişlərinin ödənilməsində
iştirakı
941.1. Sığorta agenti sığortaçının adından sığorta haqqını onun yazılı qaydada verdiyi səlahiyyət əsasında qəbul edə bilər.
941.2. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta brokeri vasitəsilə bağlandıqda onunla sığortalı (təkrarsığortalı) və (və ya) sığortaçı (təkrarsığortaçı) arasında bağlanmış vasitəçilik xidməti üzrə müqavilədən asılı olaraq, sığortalı (təkrarsığortalı) sığorta (təkrarsığorta) haqqını sığortaçıya (təkrarsığortaçıya) birbaşa, yaxud sığorta brokeri vasitəsilə ödəyə bilər.
941.3. Sığorta (təkrarsığorta) haqqı sığorta brokerinə daxil olduğu andan müvafiq sığorta (təkarsığorta) müqaviləsi üzrə ödənilmiş hesab edilir.
941.4. Sığorta brokeri ona sığorta (təkrarsığorta) haqqı kimi ödənilən pul vəsaitlərini “sığorta haqqı hesabı” formasında, digər hesablardan ayrı və fərqli xxxx bank hesabında sığortaçıya (təkrarsığortaçıya) ödənilmək məqsədilə saxlayır və bu vəsaitləri digər məqsədlər üçün istifadə edə bilməz.
941.5. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqlarını sığortaçı (təkrarsığortaçı) ilə razılaşdırılmış müddətdə gecikdirmədən təyinatı üzrə həmin sığortaçıya (təkrarsığortaçıya) ötürməlidir.
941.6. Sığorta vasitəçisi ilə sığortaçı (təkrarsığortaçı) arasındakı müvafiq müqaviləyə əsasən müəyyən edilmiş komisyon muzd məbləği sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin
941.6-cı maddəsində nəzərdə tutulmuş qaydada ötürülməsi zamanı, sığorta (təkrarsığorta) haqqından çıxıla bilər.
941.7. Sığorta brokeri sığortaçı (təkrarsığortaçı) tərəfindən sığorta ödənişləri ilə xxxxx xxx ödənilən pul vəsaitlərini “sığorta ödənişi hesabı” kimi müəyyən edilən, digər hesablardan ayrı və fərqli xxxx bank hesabında sığortalıya (təkrarsığortalıya) və ya faydalanan şəxsə ötürülmək məqsədilə saxlayır və bu vəsaiti digər məqsədlər üçün istifadə edə bilməz.
941.8. Sığorta brokeri bu Məcəllənin 941.7-ci maddəsində nəzərdə tutulmuş vəsaitləri sığorta ödənişi hesabına daxil olduğu tarixdən etibarən 3 gündən gec olmayaraq müvafiq sığortalıya (təkrarsığortalıya) və ya faydalanan şəxsə ötürməlidir.
Maddə 942. Sığorta vasitəçilərinin sığortalı və ya təkrarsığortalı qarşısında subsidiar
öhdəliyi
Sığorta vasitəçisi onun vasitəçiliyi ilə müvafiq hallarda sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olmayan şəxslə bağlanmış sığorta və ya təkrarsığorta müqaviləsinə, yaxud müvafiq sığorta növünün aparılmasına icazəsi olmayan sığortaçı ilə bağlanmış sığorta müqaviləsinə görə, həmçinin bu Məcəllənin 941.5-ci və 941.8-ci maddələrinə əməl etməməsi üzündən sığortalının (təkrarsığortalının) mənafelərinin pozulmasına görə onun qarşısında həmin sığorta (təkrarsığorta) müqaviləsində sığortaçıya (təkrarsığortaçıya) aid nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üzrə sığortaçı (təkrarsığortaçı) kimi subsidiar öhdəlik daşıyır.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.