Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Beynəlxalq avtomobil daşımaları haqqında» Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Beynəlxalq avtomobil daşımaları haqqında» Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında
«Beynəlxalq avtomobil daşımaları haqqında» 2002-ci il mayın 20-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Xxxxxx XXXXXX
Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 352-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli № 195) («VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 461) («VneshExpertService» LLC).
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında
Saziş
Bundan sonra Razılığa gələn Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmək məqsədi ilə ölkələrinə, ölkələrindən və ölkələrinin ərazilərindən tranzitlə xxx və sərnişin avtomobil daşımalarının inkişafına yardım göstərilməsini arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Ümumi müddəalar
Maddə 1. Təriflər
Hazırki Sazişin məqsədləri üçün:
1. «Daşıyıcı» termini Azərbaycan Respublikası ərazisində və ya İran İslam Respublikası ərazisində qeydə alınmış və müvafiq qanun və qaydalara əsasən beynəlxalq sərnişin və xxx daşımalarını həyata keçirmək hüququna xxxxx xxxx hər hansı fiziki və ya hüquqi şəxs deməkdir.
2. «Nəqliyyat vasitəsi» termini:
a) sürücü də daxil olmaqla, doqquzdan artıq sərnişinlərin daşınması (sərnişin nəqliyyat vasitəsi) və ya yüklərin daşınması (xxx nəqliyyat vasitəsi) üçün quraşdırılmış,
b) Razılığa gələn Tərəflərin birinin ərazisində qeydə alınmış (nəqliyyat vasitələrinin birləşdirilmiş kombinasiyası olduğu halda dartıcının qeydiyyata alınması tələb olunur)
mühərrikli nəqliyyat vasitəsi deməkdir.
«Nəqliyyat vasitəsi» termini hər hansı bir tək nəqliyyat vasitəsi və ya nəqliyyat vasitəsinin qoşqu və ya yarımqoşqu ilə birgə kombinasiyasına aiddir.
3. «İcazə» termini – Razılığa Tərəflərdən birinin səlahiyyətli orqanının digər Razılığa gələn Tərəfin nəqliyyat vasitəsinə iki ölkə arasında və ya digər Razılığa gələn Tərəfin ərazisindən tranzitlə, yaxud üçüncü ölkələrə/ölkələrdən daşımaları həyata keçirməyə, eləcə də digər Razılığa gələn Tərəfin ərazisində yüklənməyə hüquq verən sənəd deməkdir.
4. «Xüsusi icazə» termini – ərazisində daşımanın həyata keçirildiyi Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, nəqliyyat vasitələri ilə böyük ölçülü, ağır çəkili yüklərin, həmçinin təhlükəli yüklərin daşınmasına hüquq verən sənəd deməkdir.
5. «Müntəzəm sərnişin daşımaları» termini — qabaqcadan müəyyən edilmiş marşrut, hərəkət cədvəli və təyin edilmiş tariflər üzrə sərnişinlərin daşınması deməkdir. Sərnişinlər əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda minib-düşə bilərlər.
6. «Qeyri-müntəzəm sərnişin daşımaları» termini 5-ci bənddə göstərilmiş daşımalar istisna olmaqla, digər bütün növ sərnişin daşımaları deməkdir.
7. «Karbotaj» termini Razılığa gələn Tərəflərdən birinin ərazisində yerləşən yükləmə və boşaltma məntəqələri arasında digər Razılığa gələn Tərəfin daşıyıcısı tərəfindən həyata keçirilən daşımalar deməkdir.
Maddə 2. Tətbiq edilmə dairəsi
1. Hazırki Sazişin müddəaları Azərbaycan Respublikası və İran İslam Respublikası əraziləri arasında, onların ərazilərindən tranzitlə, üçüncü ölkələrə/ölkələrdən daşıyıcılar tərəfindən nəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq xxx və sərnişin
daşımalarına şamil edilir.
2. Hazırki Xxxxx Razılığa gələn Tərəflərin digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
3. Hazırki Xxxxxxx müddəalarına əsasən Razılığa gələn Tərəflərdən hər birinin ərazisində daxili sərnişin və xxx daşımalarının həyata keçirilməsinə (kabotaj) icazə verilmir.
Sərnişin daşımaları
Maddə 3. Müntəzəm sərnişin daşımaları
1. İki ölkə arasında və onların ərazilərindən tranzitlə müntəzəm sərnişin daşımaları
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən əvvəlcədən razılaşdırılmalıdır.
2. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları marşrutun onların ərazilərindən keçən hissəsi üçün səlahiyyət verəcəklər. Verilən səlahiyyətlər bir il müddətində qüvvədə olacaq.
3. Səlahiyyətlərin alınması üçün nəqliyyat vasitəsinin qeydə alındığı ölkənin səlahiyyətli orqanlarına müraciət edilməli və onlar tərəfindən verilən səlahiyyətlər təsdiq edilməlidir.
Maddə 4. Qeyri-müntəzəm sərnişin daşımaları
1. Hazırki Sazişin 3-cü maddəsində göstərilən daşımalar istisna olmaqla, digər bütün növ sərnişin daşımaları üçün səlahiyyətlər tələb olunmayacaqdır.
2. Qeyri-müntəzəm sərnişin daşınması Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının, əvvəlcədən zəruri məlumatların mübadiləsi nəticəsində əldə edilən razılığı əsasında yerinə yetiriləcəkdir. Bunun üçün zəruri xxxx icazə verilməlidir.
Xxx daşımaları
Maddə 5. İcazə sistemi
Hazırki Sazişin şərtlərinə əsasən nəqliyyat vasitəsi ilə həyata keçirilən aşağıdakı növ nəqliyyat əməliyyatlarına Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən icazə veriləcəkdir:
a) Razılığa gələn Tərəflərin əraziləri arasında yerinə yetirilən daşımalara;
b) digər Razılığa gələn Tərəfin ərazisindən tranzit xxx daşımalarına;
c) digər Razılığa gələn Tərəfin ərazisində yerləşən məntəqə ilə üçüncü ölkənin ərazisində yerləşən məntəqə arasında (3-cü ölkəyə/ölkədən) yerinə yetirilən daşımalar.
Maddə 6. İcazə tələb edilməyən daşımalar
1. 5-ci maddə istisna olmaqla, aşağıdakı kateqoriyalı daşımalar icazə tələblərindən, eləcə də vergi və rüsumlardan azad olunurlar.
a) qoşqunun çəkisi daxil olmaqla icazə verilən yüklü çəkisi 6 xxxxxx artıq olmayan və ya qoşqu daxil olmaqla icazə verilən xxx tutumu 3,5 xxxxxx artıq olmayan nəqliyyat vasitələri ilə daşımalar;
b) uçuş olmaması təsadüf edildiyi hallar ilə əlaqədar hava limanına/limanından daşımalar;
c) zədələnmiş və ya sıradan çıxmış nəqliyyat vasitələrinin daşınması, eləcə də texniki xidmət göstərən nəqliyyat vasitəsinin gedişi;
ç) sıradan çıxan nəqliyyat vasitəsini digər ölkədə əvəz etmək üçün yüksüz gedən nəqliyyat vasitəsinin, eləcə də sıradan çıxan nəqliyyat vasitəsinin təmirdən sonra geriyə qaytarılması;
d) fövqəladə hallarda, xüsusən, təbii fəlakət hallarında zəruri xxxx, eləcə də humanitar yardım yüklərinin daşınması;
e) sərgilər və ya kommersiya məqsədləri daşımayan niyyətlər üçün nəzərdə tutulan incəsənət işlərinin və eksponatların daşınması;
ə) kommersiya məqsədləri daşımayan teatr, musiqi, kino, idman və ya xxxx
tamaşaları üçün xxxxx xxxx akssesuarlar, ləvazimatlar və ya heyvanların, eləcə də radio və televiziya verilişləri və ya filmlərin çəkilişi üçün istifadə olunan avadanlıqların daşınması;
f) səlahiyyətli orqanlar tərəfindən verilmiş ixrac qeydiyyat xxxxxx xxxx, təzə və ya işlənmiş olmasına baxmayaraq, təzəcə alınan nəqliyyat vasitələrinin qəti olaraq qeydiyyat ölkəsinə ilk gedişi;
g) cənazələrin daşınması;
h) poçtun daşınması;
2. 13-cü maddədə nəzərdə tutulan Birgə Komissiya bu maddənin əvvəlki bəndində göstərilən daşımaların siyahısına əlavələr və dəyişikliklər edə bilər.
Maddə 7. İcazə şərtləri
1. Hazırki Sazişin 4-cü və 5-ci maddələrində nəzərdə tutulan icazələr sərhədyanı ərazidə yerləşən məntəqələrdə digər Razılığa gələn Tərəfin daşıyıcılarına veriləcəkdir.
2. 1-ci bənddə göstərilən icazələr və digər sənədlər bütün yol boyu nəqliyyat vasitəsində saxlanılmalı və hər hansı nəzarət orqanlarının səlahiyyətli nümayəndələrinin tələbi ilə təqdim olunmalıdır.
3. İcazə yalnız onu əldə etmiş daşıyıcı tərəfindən istifadə oluna bilər və digər daşıyıcıya verilə bilməz.
Maddə 8. Çəki və ölçülər
1. Nəqliyyat vasitələrinin çəkiləri, oxlara düşən çəkilər daxil olmaqla və ölçüləri nəqliyyat vasitəsinin rəsmi qeydiyyatına uyğun olmalı və qəbul edən ölkədə qüvvədə xxxx maksimal həddi aşmamalıdır.
2. Hazırki Sazişin şərtlərinə uyğun olaraq, yüklü və ya yüksüz nəqliyyat vasitəsinin çəki və/və ya ölçüləri qəbul edən ölkədə icazə verilən maksimal həddi aşarsa, qəbul edən ölkənin səlahiyyətli orqanlarının xüsusi icazəsi tələb olunur.
Ümumi müddəalar
Maddə 9. Maliyyə məsələləri
1. Hazırki Sazişin müddəalarına uyğun olaraq, beynəlxalq daşımalar, qarşılıqlı şəkildə, qəbul edən ölkənin milli qanunvericiliyinə müvafiq olaraq, vergi və rüsumları ödəmək şərti ilə sərhəddə alınmış icazə əsasında həyata keçiriləcək.
2. İstehsalçı zavod tərəfindən nəqliyyat vasitələrində quraşdırılmış normal çənlərdə xxxx yanacaq, həmçinin nəqliyyat vasitələrində yalnız istifadə məqsədi üçün saxlanılan yağlar qarşılıqlı olaraq qəbul edən ölkənin idxal rüsum və vergilərindən azad olunur.
3. Təmirə ehtiyacı olduğu müəyyənləşdirilmiş nəqliyyat vasitələri üçün nəzərdə tutulan müvəqqəti idxal edilmiş ehtiyat hissələri, idxal rüsumlarından və vergilərdən azad olunur. Dəyişdirilmiş ehtiyat hissələri ya ləğv edilməli, ya da idxal edilmiş ölkənin qanunvericiliyinə əsasən müvafiq gömrük orqanlarının nəzarəti ilə qaytarılmalıdır.
Maddə 10. Milli qanunvericiliyə uyğunluq
Razılığa gələn Tərəflərdən birinin daşıyıcıları və onların ekipajları digər Razılığa gələn Tərəfin ərazisində, hər iki ölkənin Tərəf olduğu çoxtərəfli sazişlər və hazırki Saziş, eləcə də digər ikitərəfli sazişlərdə və milli qanunvericiliklərində nəzərdə tutulan öhdəliklərə əməl edəcəklər.
Maddə 11. Pozuntular və sanksiyalar
Digər Razılığa gələn Tərəfin ərazisində təsis edilmiş daşıyıcı tərəfindən hazırki Sazişin şərtlərinin hər xxxxx xxxx pozularsa, ərazisində pozuntu baş vermiş ölkənin səlahiyyətli orqanları, digər ölkənin səlahiyyətli orqanlarını, milli qanunvericiliklərinə uyğun olaraq müvafiq ölçü götürməsi üçün məlumatlandırır. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tətbiq olunan hər hansı bir ölçülər barədə bir-birini xəbərdar edəcəklər.
Maddə 12. Səlahiyyətli orqanlar
Hazırki Xxxxxx həyata keçirmək üçün təyin edilmiş səlahiyyətli orqanlar aşağıdakılardır:
▪ Azərbaycan Respublikası Hökuməti tərəfindən:
▪ Nəqliyyat Nazirliyi formalaşanadək «Azəravtonəqliyyat» Dövlət Konserni;
▪ İran İslam Respublikası Hökuməti tərəfindən:
▪ Yol və Nəqliyyat Nazirliyi.
Maddə 13. Birgə Komissiya
1. Bu Sazişin yerinə yetirilməsinə nəzarət etmək üçün və bütün tənzimlənməyən məsələlərin operativ həlli məqsədi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları, özlərinin nümayəndələrindən ibarət Birgə Komissiya yaradacaqlar. Birgə Komissiyanın vəzifələri aşağıdakılardan ibarətdir:
a) hazırki Sazişin 12-ci maddəsində göstərilən səlahiyyətli orqanlar tərəfindən bilavasitə tənzimlənə bilməyən problemlərin öyrənilməsi və həlli üçün təkliflərin verilməsi;
b) hazırki Sazişin tətbiqi ilə bağlı bütün digər məsələlərə baxılması və onların həlli üçün tövsiyyələrin verilməsi;
c) avtomobil daşımalarına dair qarşılıqlı razılaşdırılması tələb olunan digər məsələlərə baxılması.
d) Birgə Komissiya hazırki Sazişə hər hansı bir əlavə və dəyişikliklər haqqında təklifini razılaşdırmaq üçün səlahiyyətli orqanlara təqdim etməlidir. Dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi xxxx protokollarla rəsmiləşdirilir və 14-cü maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
e) Razılığa gələn Tərəflər Birgə Komissiyanın qərarlarını həyata keçirməlidir.
2. Razılığa gələn Tərəflərdən birinin səlahiyyətli orqanlarının yazılı müraciəti əsasında,
Birgə Komissiyanın toplantıları növbə ilə Razılığa gələn Tərəflərin ərazilərində keçiriləcək.
Maddə 14. Qüvvəyə minmə və qüvvədən düşmə
1. Razılığa gələn Tərəflər hazırki Sazişin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə bir-birinə diplomatik kanallarla bildiriş göndərəcəklər. Saziş sonuncu bildirişin alınması tarixindən 30 gün sonra qüvvəyə minəcəkdir.
2. Bu Saziş qüvvəyə mindiyi tarixdən sonra beş il müddətində qüvvədə olacaq və əgər Razılığa gələn Tərəflərdən biri altı ay əvvəl Sazişin qüvvəsini ləğv etmək niyyəti haqqında diplomatik kanallarla yazılı surətdə xəbərdarlıq etməzsə, Xxxxx qüvvədə
qalacaqdır.
Tehran şəhərində 20 may 2002-ci ildə, müvafiq olaraq 30 ordibehşt 1381-ci ildə Azərbaycan, fars və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Sazişin təfsirində fikir ayrılığı olduqda, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından | İran İslam Respublikası Hökuməti adından |