Contract
RAZILAŞDIRILMIŞDIR: Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Z. Xxxxxx «_ » 2022-ci il | TƏSDİQ EDİRƏM: “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ü. Cabbarova «_ » 2022-ci il |
Yükdaşıyıcıların mülki məsuliyyətinin sığortası
Qaydaları
Bakı 2022
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs(lər);
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər Faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə Sığortalının, Sığorta olunanın və ya Xxxxxxxxxx şəxsin Sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – Sığortalının, yaxud Sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;
Sığorta marağı – Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə Sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı Sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi – Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi – Sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, Sığortaçı tərəfindən Sığortalıya və (və ya) Sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət
Azadolma məbləği – Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin Sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onun şərtlərinin müəyyənləşdirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları;
Xüsusi şərtlər – Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçıya ödənişdən imtina etməyə və ya sığorta müqaviləsini ləğv etməyə hüquq verən sığorta müqaviləsinin şərtləri.
Səlahiyyətli şəxs – yüklərin daşınmasından və müşayiət edilməsindən irəli gələn öhdəliklər üzrə Sığortalıya qarşı tələb irəli sürmək hüququna xxxxx xxxx şəxs;
Üçüncü şəxslər – Sığortalı tərəfindən yüklərin daşınması və müşayiət edilməsi ilə bağlı həyatına, sağlamlığına və ya əmlakına zərər dəymiş şəxslər
1. Sığorta sinifi
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx xxxxx məsuliyyətin sığortası üzrə aşağıdakı sinif:
1.1.1. yüklərin daşınması və müşayiət edilməsi zamanı sığortalının üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan daşıyıcıların mülki məsuliyyətinin sığortasıdır.
2. Sığorta predmeti
2.1. Bu qaydalara əsasən üçüncü şəxslərin həyatına və ya sağlamlığına xəsarət yetirilməsi, əmlakına zərər vurulması halı sığortanın predmeti hesab olunur.
3. Sığorta obyekti
3.1. Bu qaydalara əsasən sığorta obyekti, yüklərin daşınması və ya müşayiət edilməsi zamanı fiziki şəxslərin həyatına, sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlak mənafeləridir.
3.2. Bundan başqa bu qaydalar əsasında sığorta hadisəsinin araşdırılması, dövlət hakimiyyəti və məhkəmə orqanlarında sığortalının maraqlarının müdafiə olunması və ya xxxxx xxxxx olunması üçün həyata keçirilən işlər ilə əlaqədar əlavə xərclərin çəkilməsi ilə bağlı sığortalının əmlak mənafeləri əlavə olaraq sığortalana bilər.
4. Sığorta məbləği
4.1. Sığorta məbləği (ümumi məsuliyyət həddi) sığorta müqaviləsi bağlanan zaman sığorta müqaviləsinin tərəfləri arasında sığorta müqaviləsində razılaşdırılmaqla müəyyən edilir.
4.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
5. Sığorta riskləri
5.1. Hazırkı Qaydalara müvafiq olaraq daşıyıcının fiziki şəxslərin həyatına, sağlamlığına və ya fiziki və hüquqi şəxslərin əmlakına zərər vurmasına görə mülki məsuliyyətinin yaranması ehtimalı sığorta riski sayılır.
5.2. Hazırkı Qaydalara əsasən sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində, Sığortalı tərəfindən yüklərin daşınması və ya müşayiət edilməsi zaman təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində bu Qaydaların üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyməsinə görə Sığortalının mülki məsuliyyətin yaranması sığorta hadisəsi hesab olunur. Hazırkı bənddə göstərilən zərərin yetirilməsi nəticəsində Sığortalının məsuliyyətinin əmələ gəlməsi faktı Sığortalıya qarşı qanunla müəyyən olunmuş qaydada əsaslı tələbin irəli sürülməsi, Sığortalıya qarşı məhkəmədə iddianın irəli sürülməsi və ya dəymiş zərərin əvəzinin ödənilməsini Sığortalının üzərinə qoyan məhkəmə qərarı ilə təsdiq olunur.
5.3. Ziyan və zərərin və yaхud хərclərin miqdarı və mahiyyəti, təminata daхil еdilən hadisələr və istisnalar Sığorta şəhadətnaməsinə əlavə edilən aşağıda sadalanan qeyd-şərtlərə əsasən müəyyən еdilir.
5.3.1. Qeyd-şərt I – Yüklə əlaqədar Məsuliyyətin sığortası
5.3.2. Qeyd-şərt II – Səhvlər, nöqsanlar və səlahiyyətli orqanlar qarşısında məsuliyyət sığortası
5.3.3. Qeyd-şərt III – Xərc və məsrəflər sığortası
5.3.4. Qeyd-şərt IV – Avadanlığın sığortası
5.4. Üçüncü şəxslərə yüklə dəymiş zərərə görə mülki məsuliyyət sığortası üzrə aşağıda göstərilənlər sığorta təminatına daxildir:
5.4.1. Təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində:
5.4.1.1. Üçüncü şəxsə yetirilmiş bədən xəsarəti;
5.4.1.2. Əmlakın itkisi və ya zədələnməsi;
5.4.2.Qabaqcadan yazılı şəkildə Sığortaçının məlumatlı olduğu və təsdiqlədiyi:
5.4.2.1. Avadanlığın icarəsi və ya lizinq müqaviləsindən irəli gələn itki;
5.4.2.2. Subpodratçı və ya müştərək xidmətlər üzrə tərəfdaşın xidmətlərindən istifadədən irəli gələn itki;
5.4.2.3. Sığorta olunan xidmətlər ilə xxxxx xxxx digər müqavilələrdən irəli gələn itki;
5.5. Üçüncü şəxslərə yüklə dəymiş zərərə görə mülki məsuliyyət sığortası üzrə aşağıda göstərilənlərə sığorta təminatı verilmir:
5.5.1. Xxx xxxxxx, avtomobil və ya digər mexaniki ötürücülü nəqliyyat vasitəsinin üçüncü tərəfin mülkiyyətində olması və Sığortalının sığorta olunan xidmətlərin göstərilməsi nəticəsində məsuliyyəti yaranması halı istisna olmaqla, təyinatı üzrə istifadə edilməyən hər hansı xxx xxxxxx, avtomobil və ya digər mexaniki ötürücülü nəqliyyat vasitəsinin mövcudluğu, texniki qulluğu və ya istifadəsi üzrə yaranmış ziyan;
5.5.2. Aşağıdakıların itkisi və ya zədələnməsi:
5.5.2.1. Sığortalının işçilərinin mülkiyyətində olmayan, Sığortalı və ya onun işçilərinin öhdəliyində və ya mühafizəsində xxxx əmlak;
5.5.2.2. Sığortalıya məxsus, həmçinin Sığortalı tərəfindən borc götürülmüş, kirayə və ya icarə edilmiş əmlak
5.5.3. Aşağıdakı hallarda çirklənmə:
5.5.3.1. Qəfil, gözlənilməz və təsadüfi olmayan;
5.5.3.2. Sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçı məlumatlandırılmadıqda;
5.5.3.3. Sığorta müddətindən öncə və ya daha sonra baş verməsi ehtimal olunan çirklənmə;
5.5.3.4. Çirklənməyə səbəb olmuş sığorta hadisəsinin məlum xxxx və ya hesab edilən baş vermə tarixindən sonrakı 12 təqvim ayı ərzində Sığortalıya qarşı iddia qaldırılmayıbsa.
6. Sığorta təminatından bütün qeyd-şərtlərə aid istisnalar
6.1. Aşağıdakı hadisələr nəticəsində sığortalının mülki məsuliyyətinin yaranması sığorta hadisəsi hesab edilmir:
6.1.1. Hər hansı hərbi əməliyyat və ya hərbi tədbirlər və onların nəticələri; vətəndaş müharibəsi, xalq həyacanı, ictimai iğtişaşlar və tətil; mülki və ya hərbi hakimiyyət orqanlarının tələbi ilə yükün müsadirə, rekvizisiya, həbs və ya məhv edilməsi;
6.1.2. Atom enerjisinin və ya radioaktiv materialların istifadə olunması ilə xxxxx xxxx atom partlayışının, radiasiyanın və ya radioaktiv zəhərlənmənin birbaşa və ya dolayı təsiri;
6.1.3. Qarşısıalınmaz qüvvənin təsiri;
6.1.4. Sığortalının, faydalanan şəxsin, daşınma müqaviləsi / yükün müşayiət edilməsi haqqında müqavilə üzrə sığortalının kontragentinin qərəzli hərəkətləri;
Hazırkı Qaydalara müvafiq olaraq hər hansı şəxs və ya onun işçisi / nümayəndəsi öz hərəkətlərinin (hərəkətsizliyinin) təhlükəli olduğunu anladıqda, sığorta hadisəsinin baş verməsi ehtimalını və ya qaçılmazlığını qabaqcadan bildikdə və onun baş verməsini arzuladıqda və ya sığorta hadisəsinin baş verməsinə yol verdikdə və öz hərəkətlərinin (hərəkətsizliyinin) mümkün nəticələrinə laqeyd yanaşdıqda qəsdən hərəkət etmiş hesab olunur.
6.1.5. Sığorta Şəhadətnaməsində göstərilən sığorta təminatının əhatə ərazisindən kənarda baş verən hadisələr;
6.1.6. Sığortalı aşağıdakı qaydalar və normalara əməl edilməsinin mümkün olmamasını və onlara riayət etmək üçün bütün lazımi tədbirlərin görülməsini təsdiq edə bilmədikdə: yükün daşınmasına, müşayiət edilməsinə və ya poçt-rabitə xitmətlərinin göstərilməsinə aid icbari qaydalar və normaların və ya sığorta müqaviləsinə əlavə olunmuş sığortaçının təlimatının sığortalı, onun işçiləri və ya agentləri tərəfindən pozulması;
6.1.7. Texniki cəhətdən nasaz xxxx nəqliyyat vasitəsinin, müəyyən edilmiş qaydada texniki baxışdan keçməmiş nəqliyyat vasitəsinin və ya müəyyən xxx növünün daşınması üçün yaramayan nəqliyyat vasitəsinin istifadə olunması;
6.1.8. Sığortalının nümayəndəsinin və ya faydalanan şəxsin spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında olması;
6.1.9. Sığortalının nümayəndəsinin yol hərəkəti qaydalarının pozulmasına səbəb xxxx, aşağıda göstərilən hərəkətlərə yol verməsi: nəqliyyat vasitəsinin spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında idarə edilməsi, müəyyən edilmiş surət həddinin 40 km/s-dən xxx aşılması, işıqforun/şlaqbaumun qadağanedici işarəsinə riayət etmədən hərəkətin davam edilməsi;
6.1.10. Texniki vəziyyəti yüklərin yaxşı saxlanması və təhlükəsiz daşınması tələblərinə cavab verməyən soyuducu qurğulardan istifadə olunması;
Əgər soyuducu qurğu avtomatik temperatur datçiki - özüyazan ilə təchiz olunmayıbsa, belə qurğu vasitəsi ilə daşınan yükün temperatur təsiri nəticəsində məhv olması və ya zədələnməsinə (korlanmasına) görə məsuliyyət yalnız tərəflərin xüsusi razılığı əsasında və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığortalana bilər. Tərəflər arasında belə razılıq əldə olunduğu halda göstərilən hal üzrə sığorta təminatının qüvvədə olması Sığorta Şəhadətnaməsində göstərilməlidir.
Əgər soyuducu qurğunun müayinəsi zaman heç bir nasazlıq və ya qüsur aşkar olunmazsa, həmin qurğuda temperatur şəraitinin pozulması nəticəsində dəymiş zərərlər sığortaçı tərəfindən yalnız temperatur dəyişməsinə səbəb xxxx xxxxxxxx və bu halların nəticələrinin qarşısı alınmasının mümkün olmaması sığortalı tərəfindən sübut edildiyi halda təmin olunacaqdır.
6.1.11. Sığortalının işçilərinin həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə iddiaların irəli sürülməsi;
6.1.12. Sığorta müqaviləsində müəyyən edilmiş hallar istisna olmaqla, dövlət orqanları nümayəndələrinin hərəkətləri (müsadirə, rekvizisiya, həbs, yükün saxlanması və s.);
6.1.13. Qaçaq malların daşınması və ya müşayiət edilməsi;
6.1.14. Mənəvi zərərin və əldən çıxmış gəlirin təmin olunması ilə bağlı iddialarin irəli sürülməsi;
6.1.15. Qanunvericilik və/və ya sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər istisna halları.
6.2. Sığorta müqaviləsi ilə digəri nəzərdə tutulmayıbsa, aşağıda göstərilənlər bu sığorta ilə təmin olunmurlar və onlar üzrə heç bir ödəniş həyata keçirilmir:
6.2.1. Üstüaçıq-tentsiz nəqliyyat vasitələrinin istifadə olunması nəticəsində yaranan məsuliyyət, əgər belə istifadə olunma daşınma müqaviləsinin tərəfləri arasında razılaşdırılmayıbsa;
6.2.2. Penyaların, dəbbə pulunun və ya cərimələrin (o cümlədən müqavilələrə əsasən) ödənilməsi üzrə tələblər;
6.2.3. Malların istehlak dəyərinin itirilməsinin təmin olunması üzrə tələblər;
6.2.4. Nüvə
Hazırki Qaydalar üzrə aşağıdakıların səbəb olduğu və ya nəticələndiyi itki, məsuliyyət, zərər və ya xərclər istisna edilir:
6.2.4.1. hər hansı nüvə yanacağından və ya nüvə yanacağının yanması nəticəsində yaranan hər hansı nüvə tullantılarından ionlaşdırıcı şüalanmalar və ya radioaktivliklə çirklənmə;
6.2.4.2. hər hansı partlayıcı nüvə qurğusunun və ya onun nüvə komponentinin radioaktiv, zəhərli, partlayıcı və ya digər təhlükəli xüsusiyyətləri;
6.2.4.3. atom və ya nüvə parçalanması, birləşmə yaxud digər oxşar reaksiya, radioaktiv qüvvə və ya maddədən istifadə edən hər xxxxx xxxxx və ya cihaz üzrə;
6.2.4.4. hər hansı radioaktiv maddənin radioaktiv, zəhərli, partlayıcı və ya digər təhlükəli və ya çirkləndirici xüsusiyyətləri nəticəsində. Bu yarımbənddəki istisna nüvə yanacağı daxil olmamaqla, radioaktiv izotoplara şamil edilmir, belə izotoplar kommersiya, kənd təsərrüfatı, tibbi, xxxx və ya digər oxşar dinc məqsədlər üçün hazırlanır, daşınır, saxlanılır və ya istifadə olunur.
6.2.4.5. hər hansı kimyəvi, bioloji, biokimyəvi və ya elektromaqnit silahı üzrə. 6.2.5.Terrorizm
6.2.5.1. Hazırki Xxxxxxxx hər hansı terror aktı və ya faktiki cəhd, gözlənilən, təhdid edilən, şübhəli və ya ehtimal edilən terrorizmin qarşısını almaq, yatırtmaq, nəzarət etmək və ya nəticələrini azaltmaq üçün atılan hər hansı itkini istisna edir.
6.2.6. Müharibə, tətillər və müsadirə
Hazırki Qaydalar üzrə aşağıdakıların səbəb olduğu və ya nəticələndiyi itki, məsuliyyət, zərər və ya xərclər istisna edilir:
6.2.6.1. müharibə, vətəndaş müharibəsi, inqilab, üsyan, vətəndaş qarşıdurması və ya döyüşən dövlət tərəfindən yaxud ona qarşı hər hansı düşmənçilik hərəkəti;
6.2.6.2. sahibsiz minalar, torpedalar, bombalar və ya digər döyüş silahları;
6.2.6.3. tətil edənlər, işdən çıxarılan işçilər, əmək və ya mülki iğtişaşlarda yaxud üsyanlarda iştirak edən və ya tətil edənlər;
6.2.6.4. hər hansı hökumət və ya dövlət orqanının əmri ilə və ya onun əmri ilə əmlakın müsadirə edilməsi, mənimsənilməsi, özgəninkiləşdirilməsi, milliləşdirilməsi, rekviziasiyası, məhv edilməsi və ya zədələnməsi.
7. Sığorta müqaviləsi
7.1. Sığorta müqaviləsinin bağlanması
7.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
7.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir.
Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
7.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
7.2. Sığоrtа müqаviləsinin tərəfləri
7.2.1. Sığortaçı
7.2.1.1 Bu Qaydalara əsasən Sığortaçı “Paşa Sığorta” ASC-dir.
7.3.1. Sığortalı
7.3.1.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir
fiziki və ya hüquqi şəxs hesab olunur.
7.3.1.2. Hazırkı Qaydalar əsasında Sığortaçı ilə daşıyıçıların məsuliyyətinin sığortası müqaviləsini bağlamış, Azərbaycanda və ya xaricdə qeydə alınmış daşıyıcılar Sığortalılar hesab olunurlar.
Qanunla müəyyən olunmuş qaydada hər hansı nəqliyyat ilə yüklərin daşınması və müşayiət edilməsi üzrə fəaliyyət ilə məşğul xxxx hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxslər daşıyıcılar hesab olunurlar.
7.3.1.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
8. Sığorta haqqı
8.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
8.2. Sığorta tarifləri xxxxxx qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.
8.3. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılığına əsasən hissə-hissə ödənilə bilər.
8.4. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına daxil olduğu gün hesab olunur.
8.5. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
8.6. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
8.6.1. Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 8.6.2.-ci maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
8.6.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
8.7. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər.
9. Sığortanın ərazisi
9.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
9.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
9.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
10. Sığorta təminatının müddətinin başlanması və xxxx
10.1. Sığorta təminatının müddəti, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-xxx başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
11. Azadolma məbləği
11.1. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
11.2. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
11.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
11.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
12. Xxxxxx dərəcəsinin dəyişməsi
12.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
12.2. Sığortalı bu Qaydaların 12.1-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir.
12.3. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
12.3.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
12.3.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
12.3.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
13. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
13.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı və Sığоrtаçı yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
14. Sığorta müqaviləsinə xitam verilməsi
14.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
14.1.1. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
14.1.2. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
14.1.3. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
14.1.4. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
14.1.5. Sığorta marağı artıq mövcud olmadıqda;
14.1.6. Sığorta predmeti artıq mövcud olmadıqda.
14.1.7. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
14.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
15. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
15.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
15.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
15.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
15.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqıməbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 15.1-ci və 15.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
15.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayanhesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 15.3-cü və 15.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
16. Tərəflərin hüquq və vəzifələri
16.1. Sığortalının aşağıdakı hüquqları var:
16.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
16.1.2. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
16.1.3. sığorta müqaviləsinə xitam vermək;
16.1.4. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
16.1.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
16.2 Sığortalının aşağıdakı vəzifələri var:
16.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 17.1-ci maddəsində müəyyən edilmiş müddətdə
Sığortaçını xəbərdar etməli;
16.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
16.2.3. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə Sığortaçıya məlumat verməli;
16.2.4. sığorta predmetinə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə Sığortaçıya məlumat verməli;
16.2.5. sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları Sığortaçıya verməli;
16.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
16.3. Sığortaçının aşağıdakı hüquqları var:
16.3.1. Sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
16.3.2.sığortalanmış xxxxxx dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
16.3.3. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları Sığortalıdan tələb etmək;
16.3.4. Sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
16.3.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
16.4. Sığortaçının aşağıdakı vəzifələri var:
16.4.1. Sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
16.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 19.1- ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
16.4.3. qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
16.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
16.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
17. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri:
17.1. Sığorta hadisəsinin baş verməsi barədə Sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verərək aşağıdakı hərəkətləri edir:
17.1.1. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görmək və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etmək;
17.1.2. Sığortaçının və ya onun nümayəndələrinin sığorta hadisəsinin tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etmək;
17.1.3. vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etmək;
17.1.4. üçüncü şəxslərin əmlakına zərər vurulduğu halda Sığortalı və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə Sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək:
17.1.4.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən
kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
17.1.4.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
17.1.4.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
17.1.5. Sığortalı tərəfindən yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.
18. Sığorta hadisəsinin sübut edilməsi
18.1. Sığortaçı sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu verir.
18.2. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
18.2.1. Sığortalı, Sığorta olunan və ya Xxxxxxxxxx şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə Sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
18.2.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
18.2.3. Sığortalıya qarşı irəli sürülmüş iddia və ona əlavə edilmiş sənədlər (Sığortalının cavabdeh olduğu iddia ərizəsi; üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərərin təmin edilməsini Sığortalının öhdəsinə qoyan məhkəmə qərarı);
18.2.4. yükün daşınma üçün qəbul edilməsini təsdiq edən sənədlər (yol-daşınma qaiməsi, konosament, dəmir- yol qaiməsi, saxlanc qəbzi, aviaqaimə (hava nəqliyyatı qaiməsi), bir neçə nəqliyyat ilə daşınma zamanı – ekspeditor qaiməsi və hər nəqliyyat növü üzrə sənədlər); beynəlxalq daşınma zamanı sənədlərdə gömrük orqanlarının qeydləri olmalıdır;
18.2.5. daşınma / yükün müşayiət edilməsi haqqında müqavilə, ərizə, yol vərəqəsi, fraxtın ödənilməsi barədə məlumatlar;
18.2.6. xxx üzrə sənədlər (hesablar, hesab-fakturalar, qablaşdırma vərəqələri, xxx qaimələri);
18.2.7. hadisə barədə Sığortalının izahatı (daşınma zamanı - sürücünün izahatı);
18.2.8. səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş və hadisənin baş vermə faktını təsdiq edən və təqsirli şəxslər barəsində məlumatı özündə əks edən sənədlər:
18.2.9.hadisənin sxemi, iştirakçılar barəsində məlumat, inzibati iş üzrə qərar (yol-nəqliyyat hadisəsi baş verdikdə);
18.2.10. yanğın barədə akt, yanğının səbəbi barədə rəy (ekspert arayışı), cinayət işinin başlanması haqqında qərar (yanğın baş verdikdə);
18.2.11. gömrük baxışı aktı, beynəlxalq yükdaşımaları kitabçasının qəza protokolu, inzibati iş üzrə qərar (yükün beynəlxalq daşınma zamanı itirilməsi, məhv olması və ya zədələnməsi baş verdikdə);
18.2.12. hüquq mühafizə orqanlarına xəbər verilməsinin təsdiqi, cinayət işinin başlanması (ona xitam verilməsi) haqqında qərar, istintaqın nəticələri (yükün oğurlanması baş verdikdə).
18.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda Sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
18.4. Üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına yüklə vurulmuş zərərə görə mülki məsuliyyət riski üzrə üçüncü şəxslərin həyat və səhhətinə zərərin vurulması sığorta təminatı qüvvədə xxxx qanunvericilikdə nəzərdə tutulmuş həcmdə məhkəmə qərarının əsasında sığorta məbləğinin çərçivəsində ödənilir.
18.5. Sığorta təminatına aşağıdakılar daxil ola bilərlər:
18.5.1. Zədələnmə və ya səhhətin digər pozulması səbəbindən əmək qabiliyyətinin tam itirilməsi və ya azalması nəticəsində əmək qabiliyyətinin itirilməsinin tam müddəti üzrə zərər çəkmiş şəxsin itirdiyi gəlir;
18.5.2. Zərər çəkmiş şəxsin səhhətinin bərpasına tələb olunan əlavə xərclər (qidalanma, kurort müalicəsi, baxış, qorunma, nəqliyyat xərcləri və s.)
18.5.3. Zərər çəkmiş şəxsin vəfat etməsi halında onun himayəsindəki əmək qabiliyyəti olmayan şəxslərin Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq təyin olunan müddət ərzində itirdikləri gəlirin hissəsi;
18.5.4. Zərər çəkmiş şəxsin vəfat etdiyi halda dəfn xərcləri;
18.6. Üçüncü şəxslərin əmlakının məhv olması və ya zədələnməsi;
18.6.1. Sığorta təminatı itirilmiş əmlakın faktiki dəyəri həcmində xxxxx müqavilə ilə müəyyən edilmiş sığorta
məbləği çərçivəsində ödənilir. Üçüncü şəxslərin əmlakının faktiki dəyəri satıcının hesabında göstərilən qiymətin və ya onun mövcüd olmadığı halda əmlakın yerləşdiyi ərazidə analoji əmtəəyə xxxx xxxxx qiyməti əsasında təyin olunur.
18.7.Bu qaydaların 18.5 və 18.6-cı bəndində nəzərdə tutulmuş zərərlər sığorta şəhadətnaməsində göstərildiyi halda və həcmdə sığorta təminatına daxil edilir.
19. Sığorta ödənişi
19.1. Sığortaçı bu Qaydaların 18.2-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunu aldıqdan sonra 7 iş günündən gec olmayaraq sığorta ödənişini verir və ya yazılı şəkildə əsaslandırmaqla sığorta ödənişinin verilməsindən imtina edir.
19.2. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir.
19.3. Sığorta ödənişi sığorta məbləği həddində həyata keçirilir.
19.4. Sığorta hadisəsi zamanı dəyən ziyan Sığortaçının təyin etdiyi mütəxəssis tərəfindən müəyyənləşdirilir.
19.5. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən Sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
19.6. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil. Sığortalı əlavə sığorta haqqı ödəməklə, sığorta məbləğini bərpa edə bilər.
20. Ödənişdən imtinаnın əsasları
20.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
20.1.1. sığorta hadisəsi barəsində məlumatın Sığortaçıya vaxtında verilməməsi nəticəsində Sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olmasıilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 17.1.4-cü maddəsinə riayət edilmədikdə;
20.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
20.1.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
20.1.4. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
20.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 17.1.4.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının Sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
20.1.6. bu qaydaların 21.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
20.1.7. Sığortalı, Sığorta olunan və ya Xxxxxxxxxx şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olanşəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
20.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
20.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 8.6.1-ci maddəsində nəzərdə tutulmuş halda isə Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
20.1.10. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
20.2. Bu qaydalarınn 16.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən Sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
21. Tərəflərin məsuliyyəti
21.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflərqanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
22. İş sirlərinin gizli saxlanılması
22.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
23. Хüsusi şərtlər
23.1. Sığоrtа müqаviləsində bu Qаydаlаrа və qüvvədə xxxx qanunvericiliyə zidd оlmаyаn хüsusi şərtlər müəyyən оlunа bilər. Sığоrtаlı tərəfindən bu хüsusi şərtlərin yеrinə yеtirilməməsi Sığоrtаçının ödəniş vеrməkdən imtinа еtməsi üçün əsаsdır.
24. Mübahisələrin həlli qaydası
24.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
Qeyd-şərt I – Yüklə əlaqədar məsuliyyətin sığortası (Qaydaların 5.3.1- ci bəndinə uyğun olaraq)
1. Hazırkı Qeyd-şərtə əsasən yükün Sığortalı tərəfindən qəbul olunması anından və xxxx şəxsə təhvil edilməsi anınadək hər hansı təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində (bu qeyd-şərt üzrə göstərilmiş 4.1-ci bənd və Qaydaların 6-cı bəndində göstərilən hadisələr istisna olmaqla) itirilməsi, məhv olması və ya zədələnməsinə görə Sığortalının həmin zərərin əvəzinin ödənilməsi üzrə səlahiyyətli şəxs qarşısında məsuliyyəti sığortalanır.
2. Hazırki qaydalara uyğun olaraq, sığorta müddəti ərzində baş verən sığorta hadisəsi üzrə Sığortalının məsuliyyəti nəticəsində yükün itirilməsi və ya zədələnməsi halı ilə səlahiyyətli şəxsə zərər dəyməsi aşağıdakılardan əmələ gəldikdə sığorta təminatına daxildir:
2.1. Sığortaçının əvvəlcədən yazılı şəkildə məlumatlandırılması, ona bildirilməsi və Sığortaçı tərəfindən yazılı şəkildə təsdiq edilmiş daşıma müqaviləsi, o cümlədən konosament, qaimə;
3. Xüsusi şərtlər:
3.1. Sığortalı bilərəkdən təhlükəli yükün daşınması, emalı və ya saxlanmasında iştirak edərsə, sığorta təminatının qüvvədə qalması üçün Sığortalı səlahiyyətli orqan tərəfindən tətbiq edilən bütün hüquqi-normativ tələbləri yerinə yetirməlidir.
3.2. Sığortalı müqavilədə göstərilmiş yükün qiymətinə mütənasiblik (advalorem) bəndi çərçivəsində yükün dəyəri haqqında bəyannamə almış və ya əvvəlcədən razılaşdırılmış müqavilə üzrə məsuliyyətinin həddini artırarsa, sığorta təminatının sözügedən xxxxx miqdarında genişləndirilməsi Sığortaçı tərəfindən yazılı şəkildə təsdiq edildikdən sonra təminata daxil ediləcək.
4. Yüklə əlaqədar Məsuliyyət sığortası üzrə aşağıda göstərilənlərə sığorta təminatı verilmir:
4.1. Sığortalı xidmətlərin göstərilməsi ilə bağlı yaranan məsuliyyət üzrə Sığortaçı ilə yazılı şəkildə razılaşdırıldığı hallar istisna olmaqla, istisna edilmiş yüklərə sığorta təminatı verilmir.
Qeyd-şərt II – Səhvlər, nöqsanlar və səlahiyyətli orqanlar qarşısında məsuliyyət sığortası (Qaydaların 5.3.2-ci bəndinə uyğun olaraq)
1. Sığortalının sığorta müddətində baş verən və sığorta olunan xidmətlərdən irəli gələn dolayı itkiyə görə məsuliyyəti ilə bağlı aşağıdakılar çərçivəsində sığorta təminatı verilir:
1.1. Səlahiyyətli şəxsin aşağıdakılar səbəbindən yaranmış maliyyə itkisi:
1.1.1. İdxal və/yaxud ixrac və/yaxud yükün daşınması ilə bağlı qaydaların təsadüfi pozulması ilə bağlı;
1.1.2. Müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə bağlı;
1.1.3. Ödəniş və ya digər müvafiq hüquqi sənədi almadan çatdırılmanın dayandırılması haqqında təlimata zidd olaraq yükün təsadüfən çatdırılması ilə bağlı;
1.1.4. Konosament, qaimə və ya hər hansı yükün daşınması, emalı yaxud saxlanması ilə əlaqədar sənəddə təsadüfən göstərilmiş səhv məlumat, yaxud məlumatın ötürülməsi;
2. Sığorta müddəti ərzində baş vermiş hadisə ilə əlaqədar müvafiq səlahiyyətli orqan tərəfindən Sığortalı və ya Sığortalının adından hərəkət edən digər şəxslərin üzərinə qoyulmuş cərimələr, gömrük rüsumu, satış yaxud aksiz vergisi və ya oxşar maliyyə xərclərinə aşağıda göstərilmiş hallar istisna olmaqla, təminat verilmir:
2.1. İdxal yaxud ixrac, yükün daşınması və ya hərəkəti ilə əlaqədar qaydaların pozulması;
2.2. Hər hansı nəqliyyat vasitəsi və ya avadanlığın idxal və ya ixracı ilə əlaqədar qaydaların pozulması;
2.3. Yükün normadan az və ya xxx miqdarda çatdırılması;
2.4. İş şərtləri ilə əlaqədar qaydaların pozulması.
3. Yalnız “Avadanlığın sığortası” qeyd-şərti çərçivəsində sığortalanmış və yuxarıdakı 2-ci bənddə sadalanan halların pozulması nəticəsində Sığortalıya məxsus və ya Sığortalı tərəfindən icarəyə
götürülmüş avadanlıq da daxil olmaqla, hər hansı əmlakın səlahiyyətli orqan tərəfindən müsadirəsi halı sığorta təminatına daxildir.
4. Xüsusi şərtlər:
4.1. Tərəflərin fərqli razılaşdıqları hal istisna olmaqla, bu qeyd-şərtin 2-ci bəndində qeyd edilmiş hallar istisna edilmiş yüklərə tətbiq edilmir.
Qeyd-şərt III – Xərc və məsrəflər sığortası (Qaydaların 5.3.3-cü bəndinə uyğun olaraq)
1. Xərc və məsrəflər sığortası üzrə aşağıdakı göstərilənlər sığorta təminatına daxildir:
1.1. Şəhadətnaməyə tətbiq edilən qeyd-şərtlərdən hər hansı birinin əhatə etdiyi sığorta hadisəsi nəticəsində iddiaya səbəb olmuş və ya ola biləcək:
1.1.1. Sığortalanmış itkini azaltmaq və ya qarşısını almaq üçün xxxx xərc və məsrəflərə;
1.1.2. Sığortalının və Sığortaçının maraqlarını qorumaq üçün sığorta hadisəsinin ekspert və ya müvafiq mütəxəssis tərəfindən araşdırılması zamanı xərc və məsrəflərə;
1.1.3. Dövlət hakimiyyəti, məhkəmə və arbitraj orqanlarında Sığortalının maraqlarının qorunması üzrə xərc və məsrəflərə;
1.2. Sığortaçının yazılı razılığı olduğu halda, sığorta hadisəsindən sonra sığortalanmış yükün və ya avadanlığın utilizasiyası ilə bağlı çəkilməli xxxx əlavə xərclər və məsrəflər;
1.3. Sığortaçının yazılı razılığı əsasında sığortalanmış hər hansı itki və ya məsuliyyətlə bağlı çəkilən hüquqi xərc və məsrəflər;
1.4. Sığortaçı tərəfindən əvvəlcədən yazılı şəkildə təsdiq edilməklə, səhv göndərilmiş xxxxx xxxxxx təyinat nöqtəsinə yönləndirilməsi üçün çəkilmiş əlavə xərclər;
1.5. Yüklərin, avadanlıqların və ya digər əmlakın karantin, fumiqasiya və ya dezinfeksiya edilməsi üçün çəkilmiş, normal iş prosesində çəkilməyən və Sığortaçı tərəfindən əvvəlcədən yazılı şəkildə təsdiq edilmiş fövqəladə xərc və məsrəflər;
1.6. Yükün ümumi qəzada məhvi və ya xilas edilməsi ilə əlaqədar Sığortalının qanuni əsaslarla ödəməli olduğu xilasetmə xərcləri:
1.6.1. Müştəri ilə daşınma müqaviləsinin pozulması səbəbindən;
1.6.2. Sığortalının bütün reqres hüquqlarından istifadə etdikdən sonra müştəridən kompensasiya ala bilməməsi səbəbindən.
1.6.3. Nəqliyyat vasitəsinin hərəkət etməsi mümkün olmadıqda onun yaxındakı təmir yerinə kimi aparılması səbəbindən;
1.6.4. Yol nəqliyyat hadisəsindən sonra yükün qalıqlarının yığışdırılması, aradan qaldırılması, işıqlandırılması və ya başqa üsulla nişanlanması ilə xxxxx xxxx;
1.7. Sığortaçının razılığı alınmaqla aşağıdakı əlavə xərc və məsrəflər:
1.7.1. Yükqəbuledicisi yükü müqavilə ilə nəzərdə tutulan çatdırılma yerindən götürmədikdə və ya çıxarmadıqda;
1.7.2. Sığortalının subpodratçısı və ya təyin etdiyi agentin müvafiq ödənişləri vaxtında icra etməməsi nəticəsində yaranmış və Sığortalının müqavilə üzrə öhdəliklərin icrasının tamamlanması üçün ödənilməli xxxx;
1.8. itki, xərc və məsrəflərin hazırki Qaydalar çərçivəsində qarşılanması mümkün olmasa belə Sığortaçının maraqları üçün mənfəətli hesab edildiyi halda, Sığortalıdan itkinin azaldılması üçün ödənilməsi tələb edilmiş itki, xərc və məsrəflər.
Qeyd-şərt IV – Avadanlığın sığortası (Qaydaların 5.3.4-cü bəndinə uyğun olaraq)
Avadanlıqların dəyəri sığorta müddətinin əvvəlində Sığortaçıya təqdim edilməlidir.
Tərəflərin fərqli razılaşdıqları hal istisna olmaqla, sığorta müddətindən əvvəl razılaşdırılmış avadanlığın qiymətləri sığorta müddəti ərzində azaldıla bilməz.
1. Avadanlığın sığortası üzrə aşağıda göstərilənlər sığorta təminatına daxildir:
1.1. Sığorta olunan avadanlıqların itməsi və ya zədələnməsi ilə bağlı bütün risklər;
1.2. Bununla belə, Sığortaçı yalnız fərdi dəyişdirilə bilən və ya ayrı hissənin itirilməsi və ya zədələnməsi təsadüfi itki və ya zədə nəticəsində yaranmasına təminat verir.
1.3. Hər hansı səbəbdən avadanlığa dəyən zərərin qarşısını almaq və ya azaltmaq üçün yarana biləcək ümumi qəza və/yaxud xilasetmə xərcləri üçün sığorta olunan məsuliyyət; Sığortalanmış avadanlıq tam dəyərinə görə sığortalanmış hesab olunur.
1.4. Avadanlıqdan yaranmış itki və ya zərər üzrə təzminatın Sığortaçı tərəfindən qarşılanması mümkün olduqda və avadanlığın Sığortalı tərəfindən istifadəsi mümkün olmadıqda, yaxud avadanlıq ödənilməli və ya gözlənilən xxxx qaytarma tarixinə qədər İcarədara təhvil verilmədikdə itirilmiş və ya zədələnmiş avadanlıqla əlaqədar sutkalıq (maksimum 35 sutka olmaqla) lizinq xərclərinin (lizinq alışı istisna olmaqla) ödənilməsi üçün sığortalanan məsuliyyət.
2. Avadanlığın sığortası üzrə aşağıdakılardan irəli gələn itki, zərər və ya xərclər üzrə sığorta təminatı verilmir:
2.1. xxxxxx, köhnəlmə və ya tədricən pisləşmə;
2.2. avadanlıqların istehsalında və ya dizaynında yol verilmiş gizli qüsur və/yaxud xəta; 2.3.mexaniki, elektrik və ya elektron sınma və ya nasazlıq;
2.4. səlahiyyətli orqan tərəfindən və ya onun sərəncamı ilə sığortalanmış avadanlıqların məhv edilməsi və ya zədələnməsi;
2.5. avadanlığın səlahiyyətli orqan tərəfindən müsadirə edilməsi, həbs qoyulması, mənimsənməsi, ekspropriasiyası, milliləşdirilməsi, rekvizisiyası və ya satınalma hüququnun əldə edilməsi;
2.6. müəmmalı, səbəbsiz və ya inventarizasiya zamanı aşkarlanan itki.
3. Təzminat üçün əsas
3.1. Avadanlıq üçün iddia qaldırıldığı təqdirdə, Sığortaçının məsuliyyəti aşağıdakılarla məhdudlaşacaq:
3.1.1. qismən itkiyə görə - avadanlığın sığortalanan dəyərindən xxx olmamaq şərti ilə, təmirin ağlabatan dəyəri həcmində.
Avadanlığın sığortalanan dəyəri göstərilmədiyi təqdirdə, ağlabatan təmir xərcləri bazar dəyərindən, yaxud Sığortalının icarəyə və ya lizinqə götürdüyü avadanlıq üçün icarə və ya lizinq müqaviləsi çərçivəsində ödəməli olduğu məbləğdən xxx olmamalıdır.
3.1.2. tam itkiyə görə - itirilmiş avadanlığın sığortalanan dəyəri həcmində.
Avadanlığın sığortalanan dəyəri göstərilmədiyi təqdirdə, Sığorta məbləği bazar dəyərindən, yaxud Sığortalının icarəyə və ya lizinqə götürdüyü avadanlıq üçün icarə və ya lizinq müqaviləsi çərçivəsində ödəməli olduğu məbləğdən xxx olmamalıdır.
“PAŞA Sığorta” ASC
Yükdaşıyıcıların mülki məsuliyyətinin sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (q);
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So);
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö);
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı (n).
Sığorta olunan risk üzrə netto-dərəcə (Tn) üçün aşağıdakı düstur doğrudur:
𝑇𝑛 = 𝑇ə + 𝑇𝑟
Tə və Tr ilə müvafiq olaraq netto-dərəcənin əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
𝑇ə
= 100 ∙ 𝑞 ∙ 𝑆ö.
𝑆0
Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
1 − 𝑞
𝑇𝑟 = 1.2 ∙ 𝑇ə. ∙ 𝛼(𝛾) ∙ √
.
𝑛𝑞
Tn = Tə + Tr
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 65%, yüklənmə ( f ) – 35%. O cümlədən işlərin aparılması xərcləri -25%, məcburi ödəmələr-0,3%, mənfəət -9.7%.
Brutto-dərəcəni 𝑇𝑏 ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
𝑇𝑏
𝑇𝑛
= .
1 − 𝑓
Yükdaşıyıcıların mülki məsuliyyətinin sığortası üzrə tarifin hesablanması:
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal α(γ) =1,645 olur. α(γ) – nın γ – xxx (γ – təhlükəsizliyin təminatı adlanır) xxxxx xxxx qiymətləri aşağıdakı cədvəldən götürülür:
γ | 0.84 | 0.90 | 0.95 | 0.98 | 0.9986 |
α(γ) | 1.0 | 1.3 | 1.645 | 2.0 | 3.0 |
Sığorta müddəti 1 il təşkil edir.
Yükün növündən, qablaşdırılmasından, hansı nəqliyyat vasitəsi ilə daşınmasından və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir.
Yekun tarif dərəcəsi 0,1% - 10% aralığında dəyişir.