AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (Azərbaycan hakimiyyət orqanları) və Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin Mühacirət və Milliyyət Direktorluğu (MMD) arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
2004-cü il sentyabrın 29-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (Azərbaycan hakimiyyət orqanları) və Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin Mühacirət və Milliyyət Direktorluğu (MMD) arasında Anlaşma Memorandumu" təsdiq edilsin.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2004-cü il
№ 800-IIQ
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
(Azərbaycan hakimiyyət orqanları) və Birləşmiş Krallığın Daxili
İşlər Nazirliyinin Mühacirət və Milliyyət Direktorluğu (MMD) arasında
ANLAŞMA MEMORANDUMU
1. Bu Anlaşma Memorandumu ("AM") yuxarıda adlan qeyd olunan tərəflər arasında Birləşmiş Krallığa daxil olma və ya orada qalmağa ixtiyarı olmayan və Birləşmiş Krallıqdan Əfqanıstana qaytanlan Əfqanıstan vətəndaşlarının Bakı Xxxx Xxxxxx vasitəsilə tranziti üçün razılaşmanın əsasım təşkil edəcəkdir.
2. Azərbaycan hakimiyyət orqanları yuxarıda qeyd olunan Əfqanıstan vətəndaşlarmı Əfqanıstana yerinə yetirilən sonrakı uçuşlara çatdırmaq məqsədilə qəbul etməyə və onların Bakı Hava limanında hərəkətinin 24 (iyirmi dörd) saatdan artıq olmamaq şərtilə enmələri daxil olmaqla, tranzitini sürətləndirməyə razıdır.
3. Bu
"AM"nun şərtləri daxilində xxxx qaytanlan Əfqanıstan
vətəndaşları
ya cədvəlləşdirilmiş hava xidmətləri
vasitəsilə, ya da xüsusi olaraq bu məqsəd üçün xxxxxxxx
xxxxxx üsulu ilə Bakıya gələcəklər.
4. "MMD" 7 (yeddi) gündən gec olmayaraq, Azərbaycan hakimiyyət orqanlarına bu "AM"nun şərtləri daxilində Birləşmiş Krallıqdan çıxarılmalı xxxx Əfqanıstan vətəndaşlarına dair ətraflı məlumat verəcəkdir.
5. Bu "AM"nun şərtləri daxilində Birləşmiş Krallıqdan çıxarılmalı xxxx Əfqanıstan vətəndaşlarına müvafiq səyahət sənədi veriləcək. Bu ya əfqan pasportu ya da "MMD" tərəfindən verilmiş müvafiq səyahət sənədi, dahadoğrusu, Əfqanıstan vətəndaşlarının Əfqanıstana qaytarılmalarına yardım məqsədilə tərtib olunmuş Avropa Birliyinin məktubu olacaqdır.
6. Bu "AM"nun şərtləri daxilində Birləşmiş Krallıqdan çıxarılmalı xxxx Əfqanıstan vətəndaşları Əfqanıstan hakimiyyət orqanları tərəfindən qəbul edilməzsə və onları Azərbaycan Respublikasının ərazisinə qaytararsa, "MMD" ən çoxu 48 (qırx səkkiz) saat ərzində qaytarılmış şəxslərin Birləşmiş Krallığa göndərilməsini öz öhdəsinə götürür.
7. Hər bir qayıdan şəxsin bütün səyahət xərcini "MMD" ödəyəcəkdir.
8. "MMD" Azərbaycan Respublikası tərəfindən bu "AM"nun şərtləri daxilində öhdəliklərin yerinə yetirilməsi zamanı çəkilmiş münasib inzibati xərcləri ödəyəcəkdir.
9. Bu Anlaşma Memorandumu Bakı şəhərində 2004-cü il 29 sentyabr tarixində hər biri Azərbaycan və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidmətinin rəisi Mühacirət və Milliyyət Direktorluğunun
general-leytenant Baş Direktoru
Fövqəladə və Səlahiyyətli Səfir Xx.Xxxx Xxxxxx
Xxxxx Xxxxxxx