Memorandum
Memorandum
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 2021-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (12 iyun 2021-ci il)
⮚ “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (1 fevral 2021-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Xxxxxxx haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (3 dekabr 2019-cu il)
⮚ “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (1 oktyabr 2018-ci il)
⮚ Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (27 iyun 2018-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 fevral 2018-ci il)
⮚ Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 fevral 2018-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/XXX/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlimi müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (2 oktyabr 2017-ci il)
⮚ Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (23 fevral 2017-ci il)
⮚ “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans- Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 2016-cı il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “XXXXX Xxxxxx təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (24 dekabr 2015-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (24 dekabr 2015-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 2015-ci il)
⮚ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (4 may 2015-ci il)
⮚ Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (4 may 2015-ci il)
⮚ 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (27 dekabr 2013-cü il)
⮚ 2013-cü il iyulun 4-də Bakı şəhərində və 2013-cü il iyulun 6-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (24 iyul 2013-cü il)
⮚ “Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil xxxx kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (22 fevral 2013-cü il)
⮚ 2012-ci il noyabrın 21-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında keçiriləcək xüsusi təyinatlı kiçik bölmələrin “Qafqaz Qartalı” təlimi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (6 fevral 2013-cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya
sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinə edilmiş xxx daşımalarının inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı (16 noyabr 2012-ci il)
⮚ Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (1 noyabr 2012-ci il)
⮚ 2010-cu il iyunun 7-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqli üzrə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (15 fevral 2011-ci il)
⮚ 2010-cu il iyulun 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Türkiyə Respublikasının Kapital Bazarı Şurası arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (1 oktyabr 2010-cu il)
⮚ “Azərbaycan Respublikası Milli Bankı ilə Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi arasında Bank nəzarəti sahəsində Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (5 dekabr 2005-ci il)
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Bakı şəhəri, 30 sentyabr 2021-ci il
№377-VIQ
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” 2021-ci il aprelin 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2021-ci il
№ 1362
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,
2020-ci il 25 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni xatırlayaraq,
mal və xidmətlərlə transsərhəd ticarətin artırılması üçün texnologiyanın yaratdığı yeni imkanları qəbul edərək,
onların əraziləri arasında yeni nəqliyyat marşrutları və bağlantıları ilə əlaqədar son yenilikləri nəzərə alaraq, daha yaxın əlaqələr qurmaq və hər iki Tərəfin vətəndaşları üçün daha xxx inklüzivliyə və tərəqqiyə nail
olmaq məqsədilə mal və xidmətlərin ikitərəfli ticarətini daha da genişləndirmək və asanlaşdırmağı arzu edərək, ticarətlə əlaqəli proseslərin və tənzimləmələrin asanlaşdırılması və təkmilləşdirilməsində 4-cü Sənaye
İnqilabı texnologiyalarının rolunu qəbul edərək və rəqəmsal dövrdə ticarəti inkişaf etdirməklə bağlı ortaq məqsədi bölüşərək,
rəqəmsallaşmanın ticarətin asanlaşdırılması üçün xxxxx əhəmiyyətini vurğulayaraq və öz iqtisadiyyatlarının rəqəmsal keçidinə töhfə verməyi və kağızsız ticarətin inkişafına əlavə təkan verməyi arzu edərək,
ikitərəfli ticarətin keyfiyyətinin yaxşılaşdırılması və həcminin artırılmasının regional ticarət əlaqələrinə müsbət təsir etdiyini və Tərəflərin onların əraziləri vasitəsilə üçüncü dövlətlərin bazarlarına çıxış imkanlarını qeyd edərək,
bu Anlaşma Memorandumunun onlar arasında gələcəkdə rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişinə dair danışıqlara başlamaq imkanının araşdırılmasına zəmin yaradacağını anlayaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsədlər və prinsiplər
1. Bu Anlaşma Memorandumunun məqsədi, Tərəflərin əraziləri daxilində və Tərəflər arasında bu Anlaşma Memorandumunun məqsədləri üçün ticarətin rəqəmsallaşdırılması və rəqəmsal vasitələrlə mal və xidmətlərin ticarəti mənasını ifadə edən rəqəmsal ticarətin dayanıqlı və sabit inkişafının təşviq edilməsidir.
2. Bu Anlaşma Memorandumu 4-cü maddədə istinad edilən əlaqələndirici şəxslər arasında effektiv kommunikasiya mexanizmini və rəqəmsal ticarətdə əməkdaşlığın hüquqi çərçivəsini yaratmağı hədəfləyir.
3. Tərəflər bərabərlik, açıqlıq, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında əməkdaşlıq etməyə və işləməyə razılaşırlar.
Maddə 2
Əməkdaşlıq metodları
3-cü maddədə nəzərdə tutulan sahələrdə əməkdaşlıq xüsusilə, xxxxx bunlarla məhdudlaşmayaraq, aşağıdakılar vasitəsilə həyata keçirilir:
a) birgə araşdırmaların aparılması və birgə hesabatların hazırlanması, o cümlədən rəqəmsal ticarət ilə bağlı vəziyyətin qiymətləndirilməsi;
b) məlumatlandırıcı görüşlərin, məşğələlərin və seminarların təşkil edilməsi;
c) birgə layihələrin və proqramların, o cümlədən ikitərəfli ticarətin müəyyən seqmentlərində rəqəmsal həllərin tətbiq edilməsi üçün pilot layihələrin hazırlanması və icra edilməsi;
d) kadrlara təlimlərin keçirilməsi, bacarıqların və onların dövlətlərində rəqəmsal savadlılığın artırılması;
e) təlim səfərləri, elektron yazışmalar və videokonfranslar vasitəsilə müvafiq təcrübə və biliklərin mübadilə edilməsi;
f) dövlət-özəl dialoqlarının yaradılması.
Maddə 3
Əməkdaşlığın məzmunu
1. Tərəflər 2-ci maddədə göstərilən əməkdaşlıq metodlarını, digərləri ilə yanaşı, aşağıdakı sahələrdə yaratmaq imkanlarını araşdırmağa razılaşırlar:
a) rəqəmsal ticarətlə əlaqədar sahələrdə qanunvericiliyin və onun tətbiqinin təkmilləşdirilməsi;
b) ticarətin asanlaşdırılması və rəqəmsallaşdırılması üçün əşyaların interneti, blokçeyn, robot və bulud texnologiyaları, irihəcmli məlumatların təhlili, süni intellekt və digər 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi imkanlarının araşdırılması;
c) gömrük və sərhəd tənzimlənməsi proseslərinin sadələşdirilməsi, o cümlədən gömrük nəzarəti və təhlükəsizliyi sistemlərində süni intellektin tətbiqi imkanlarının araşdırılması;
d) milli vahid pəncərə sistemlərinin qarşılıqlı əlaqəliliyinin yaradılması imkanlarının araşdırılması;
e) elektron ticarət standartlarının tətbiq olunması və (və ya) hazırlanması;
f) mal və xidmətlərin rəqəmsal vasitələrlə ticarəti;
g) sosial media və qısa video marketinqi daxil olmaqla yeni marketinq modelləri;
h) ticarətlə əlaqəli məlumat və sənədlərin elektron formada mübadiləsi və qəbul olunması;
i) elektron imza sertifikatlarının və fərdlər və müəssisələrə münasibətdə rəqəmsal kimliklərin qarşılıqlı tanınması;
j) elektron sertifikatların, o cümlədən elektron fitosanitar sertifikatların tətbiq olunması və qarşılıqlı tanınması;
k) gömrük rüsumları və ödənişlərin rəqəmsal qaydada ödənilməsi, elektron invoys və ticarətin maliyyələşməsinin rəqəmsallaşdırılması;
l) kənd yerlərində elektron ticarətin inkişafı vasitəsilə yoxsulluğun aradan qaldırılması;
m) yükdaşıma sistemləri, anbarlar və icra mərkəzləri daxil olmaqla rəqəmsal logistika və təchizat zəncirinin idarə edilməsi;
n) poçt göndərişlərinin təqibi və izlənməsi;
o) gömrük əməkdaşlığı vasitəsilə risklərə nəzarət edilməsi;
p) ixracın təşviqi və asanlaşdırılması platformaları və birgə ticarət portalının yaradılması imkanlarının araşdırılması;
q) rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi;
r) kibertəhlükəsizlik və məlumatın gizliliyi;
s) rəqəmsal savadlılığın artırılması;
t) rəqəmsal ticarət və iqtisadiyyatla əlaqədar digər sahələr.
2. Tərəflər rəqəmsal ticarət üçün maneələrin aradan qaldırılması və öz ərazilərində transsərhəd rəqəmsal ticarətə zəmin yaradan əlverişli şərait və infrastrukturun yaradılması üçün əməkdaşlıq edirlər.
3. Tərəflər əraziləri arasında xxx daşımalarını asanlaşdırmaq üçün e-TIR sisteminin tətbiqi üzrə əməkdaşlıq edirlər və Tərəflər onların ərazilərini birləşdirən nəqliyyat marşrutları üzrə dəmir yolu nəqliyyatını asanlaşdırmağa çalışırlar.
4. Tərəflər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mövcud və yeni açılan dəhlizlər vasitəsilə əlaqəni daha da asanlaşdırmaq üçün rəqəmsal infrastrukturun qurulması üzrə əməkdaşlıq edirlər.
5. Hər bir Tərəf rəqəmsal ticarətlə əlaqəli sahələrdə investisiya axınlarını asanlaşdırmağa çalışır və eyni zamanda digər Tərəfin öz ərazisində birbaşa investisiyalarına və investorlarına yardım göstərmək üçün əməkdaşlıq edir.
6. Tərəflər kiçik və xxxx biznes subyektlərinin transsərhəd rəqəmsal ticarət ekosisteminə inteqrasiyasına dəstək də daxil olmaqla, öz ərazilərində rəqəmsal ticarət sahəsində fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlığı təşviq edirlər.
Maddə 4
Əlaqələndirici şəxslər və məlumat mübadiləsi
1. Tərəflər arasında bu Anlaşma Memorandumunun əhatə etdiyi hər hansı bir məsələ ilə bağlı əlaqəni asanlaşdırmaq üçün Tərəflər bununla aşağıdakı əlaqələndiriciləri müəyyən edirlər:
a) Azərbaycan Respublikası Hökuməti üçün: İqtisadiyyat Nazirliyi və ya onun varisi; və
b) Türkiyə Respublikası Hökuməti üçün: Ticarət Nazirliyi və ya onun varisi.
2. Hər bir Tərəfin əlaqələndiricisi, onların müvafiq maraqlı tərəflərinin daxildə əlaqələndirilməsinə və Tərəflər arasında kommunikasiyaya, həmçinin öz milli qanunvericiliyi əsasında mümkün olduğu qədər digər Tərəfə məlumatın verilməsinə görə məsuldurlar.
3. Bu maddədə göstərilən əlaqələndiricilər, bu Anlaşma Memorandumunun həyata keçirilməsinin və monitorinqinin Fəaliyyət Planı kimi yollar və mexanizmlərin müəyyən edilməsinə görə məsuldurlar.
4. Hər bir Tərəf öz əlaqələndiricisi ilə bağlı hər hansı dəyişikliklər barədə digər Tərəfi vaxtında xəbərdar etməyə razılaşır.
Maddə 5
Maliyyələşmə
Bu Anlaşma Memorandumu Tərəflər üçün onların milli qanunvericilikləri və ya beynəlxalq hüquq əsasında heç bir maliyyə öhdəliyi yaratmır. Tərəflər arasında başqa cür razılaşdırılmadığı təqdirdə, hər bir Tərəf bu Anlaşma Memorandumu əsasında fəaliyyətlərdən, layihələrdən və ya proqramlardan irəli gələn öz xərclərini və məsrəflərini ödəyir.
Maddə 6
Hüquqi qüvvə
Bu Anlaşma Memorandumu Tərəflərin tərəf olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 7
Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 8
Yekun müddəalar
1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.
2. Bu Anlaşma Memorandumu ilkin olaraq üçillik müddətə qüvvədə qalır. Onun müddətinin bitməsindən altı ay əvvəl Tərəflərdən biri tərəfindən yazılı şəkildə diplomatik kanallar vasitəsilə ləğv edilmədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq sonrakı üçillik müddətə uzadılır.
3. Bu Anlaşma Memorandumunun ləğvi hər iki Tərəfin razılaşdırdığı layihə və proqramların icrasına təsir
etmir.
4. Bu Anlaşma Memorandumuna hər iki Tərəfin yazılı şəkildə xxxx qarşılıqlı razılığı ilə dəyişiklik edilə
bilər. Dəyişikliklər bu maddənin 1-ci hissəsində göstərilən eyni hüquqi prosedura uyğun olaraq qüvvəyə minir.
Bakı şəhərində 2021-ci il 2 aprel tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yaranması halında, ingilis dilində xxxx mətnə üstünlük verilir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Türkiyə Respublikası Hökuməti adından (imza) |
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2021-ci il
№ 257-VIQ
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikası və Türkiyə Respublikası (bundan sonra “Tərəflər” adlandırılacaq) medianın iki ölkənin xalqları arasındakı dostluq əlaqələrini və qarşılıqlı anlayışı inkişaf etdirməkdə oynadığı mühüm rolunu nəzərə alaraq, mövcud dostluq münasibətlərini gücləndirmək və iki ölkə arasında media sahəsində əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək məqsədilə “Birgə Media Platforması”nın yaradılması çərçivəsində aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Platformanın məqsədi
1. Bu Anlaşma Memorandumu iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində Tərəflər arasında aparılacaq əməkdaşlıq üzrə ümumi müddəaları müəyyənləşdirir.
2. Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.
Maddə 2
Platformanın əhatə dairəsi
Tərəflər, yaradılacaq Birgə Media Platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçirəcəkdir:
a. media sahəsində xxxxx, təcrübə və mənbələrin paylaşılması,
b. iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması,
c. beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması,
d. televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi,
e. müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması,
f. peşə təhsili və mübadilə proqramlarının təşkil ediməsi,
g. iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.
Maddə 3
Platformanın tətbiqi
1. Bu Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Tərəflər arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü əhatəli planın hazırlanması üçün birgə İşçi Komissiya yaradılır.
2. Birgə İşçi Komissiya aşağıdakı məsələlər çərçivəsində fəaliyyətini davam etdirəcəkdir:
a. Tərəflər, bu Anlaşma Memorandumu çərçivəsində Birgə İşçi Komissiyanın hər iclasından əvvəl iclasın gündəliyini və bu gündəliyə əsasən Birgə İşçi Komissiyanın üzvlərini diplomatik kanallarla müəyyən edəcəkdir.
b. Birgə İşçi Komissiya diplomatik kanallar vasitəsilə razılaşdırılan tarixlərdə iki ölkədə növbə ilə müntəzəm iclaslar keçirəcəkdir.
c. Birgə İşçi Komissiya Platformanın maliyyələşdirilməsi və təqvimi də daxil olmaqla yuxarıda bəhs edilən planı hazırlayacaqdır.
d. Birgə İşçi Komissiya yaranmasından sonrakı 3 ay ərzində ətraflı planı Tərəflərə təqdim edəcəkdir.
Maddə 4
Tərəflərin məsuliyyəti
Platforma çərçivəsində Tərəflərin icra baxımından bərabər məsuliyyətləri mövcuddur. Bu çərçivədə bütün Tərəflər Platformaya faydalı olacaq zəruri addımların atılmasından məsuldurlar.
Maddə 5
Dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna istənilən dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi xxxx və 6-cı maddənin müddəalarına uyğun olaraq qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilir.
Maddə 6
Digər məsələlər
1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların tamamlanmasına dair Tərəflərin bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırdıqları sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
2. Bu Anlaşma Memorandumu 1 (bir) il müddətinə qüvvədə qalacaqdır və Tərəflərdən biri 3 (üç) ay əvvəldən yazılı olaraq bu Anlaşma Memorandumunu ləğv etdiyini digər Tərəfə bildirmədiyi təqdirdə, avtomatik olaraq növbəti birillik müddətlərə uzadılacaqdır.
3. Xxxxx bu Anlaşma Memorandumu ləğv edildikdə, ləğv tarixində davam edən işlər baxımından bu müddəaların həyata keçirilməsi davam etdiriləcəkdir.
4. Tərəflər arasında bu Anlaşma Memorandumunun maddələrinin təfsiri və tətbiqi zamanı yarana biləcək anlaşmazlıq, fikir ayrılıqları və ya tələblər xoş niyyət çərçivəsində müzakirələr yolu ilə həll ediləcəkdir.
Bu Anlaşma Memorandumu hər biri autentik olmaqla, Azərbaycan və türk dillərində iki əsl nüsxədə 2020- ci il 10 dekabr tarixində Bakı şəhərində imzalanmışdır.
Azərbaycan Respublikası adından (imza) | Türkiyə Respublikası adından (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” 2019-cu il oktyabrın 11-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2019-cu il
№ 1724-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),
Tərəflərin dövlətlərinin iqtisadi və sosial maraqlarını mühafizə etmək məqsədilə Tərəflər arasında əməkdaşlığın gücləndirilməsini arzu edərək,
Sadələşdirilmiş Gömrük Dəhlizinin (bundan sonra “SGD” adlandırılacaq) yaradılması ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ticarətin təhlükəsizliyini təmin etmək məqsədilə Tərəflərin dövlətləri arasında keçirilən mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin səmərəliliyinin artırılmasına xxxx ehtiyacı anlayaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
ÜMUMİ MÜDDƏALAR
Maddə 1
1. Tərəflər bu Anlaşma Memorandumunun həyata keçirilməsi məqsədilə Tərəflərin dövlətlərinin aşağıda göstərilən qurumlarını səlahiyyətləndirirlər:
Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi; Türkiyə Respublikasında - Türkiyə Respublikasının Ticarət Nazirliyi,
2. Tərəflər SGD çərçivəsində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Gömrük Xidmətləri arasında Məlumat Mübadiləsi üzrə Texniki Şərtlər Sənədinə əsasən mal və nəqliyyat vasitələrinin hərəkətinə dair etibarlı məlumat mübadiləsi edirlər.
3. Bu Anlaşma Memorandumuna əsasən məlumat mübadiləsi SGD-dən yararlanan ticarət operatorları tərəfindən həyata keçirilən xxx göndərişləri üzrə yerinə yetirilir.
4. Tərəflər məlumat mübadiləsinin üsullarını Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirərək tətbiq edir.
5. SGD bütün növ xxxxxxx və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi təcrübədir.
6. SGD könüllülük prinsipinə əsaslanaraq, Azərbaycan və Türkiyə şirkətlərinə tətbiq edilir.
7. Tərəflər SGD-də iştirak etməyən şirkətlərə münasibətdə bu Anlaşma Memorandumunun könüllülük xüsusiyyətinə zərər yetirən ziddiyyətlərə yol vermir.
8. SGD şəffaf, proqnozlaşdırılan olur və ayrı-seçkiliyə yol vermir. SGD təcrübəsi heç bir haqsız rəqabətlə nəticələnmir.
Maddə 2
SGD sisteminə daxil xxxx şirkətlər aşağıdakılardan faydalanır:
a) Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq gömrük məntəqələrində üstünlük;
b) mümkün xxxx hallarda ayrıca xətlərdən istifadə vasitəsilə gömrük rəsmiləşdirməsi vaxtının qısaldılmasına gətirib çıxaran asanlaşdırılmış gömrük əməliyyatları;
c) gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə ehtiyacı istisna olmaqla, gömrük nəzarəti məntəqələrində gömrük yoxlamasından azad olunma.
MƏLUMATIN İSTİFADƏSİ
Maddə 3
Tərəflər Tərəflərin dövlətləri arasında göndərilən mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətini həyata keçirmək məqsədilə bu Anlaşma Memorandumu çərçivəsində əldə edilən məlumatlardan istifadəni təmin edir.
Maddə 4
Tərəflər dövlətləri arasında keçirilən xxxxxxx və nəqliyyat vasitələrinə dair məlumatların elektron mübadiləsini təşkil edən zaman Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Gömrük Təşkilatının xxxxx, standart və tövsiyələri ilə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının milli qanunvericiliyindən və məlumat mübadiləsi sahəsində qabaqcıl beynəlxalq təcrübələrdən istifadə edirlər.
MƏLUMATIN MÜHAFİZƏSİ
Maddə 5
1. Bu Anlaşma Memorandumuna uyğun olaraq əldə edilən hər cür məlumat konfidensial məlumat hesab edilir və yalnız Anlaşma Memorandumunda göstərilən məqsədlər üçün istifadə olunur.
2. Bu Anlaşma Memorandumuna uyğun olaraq Tərəflərdən hər hansı birinin gömrük orqanı tərəfindən qəbul edilən məlumat onu təmin edən gömrük orqanının yazılı razılığı olmadan digər məqsədlər üçün istifadə edilə bilməz.
Maddə 6
Tərəflər dövlətlərinin milli qanunvericilikləri çərçivəsində bu Anlaşma Memorandumunun pozulmasına qarşı zəruri tədbirlər görürlər və həmin pozuntular barədə, həmçinin Tərəflərin dövlətləri arasında keçirilən mallar və nəqliyyat vasitələrinə dair məlumat mübadiləsi zamanı əldə edilmiş məlumatların uyğunsuzluğu və yalnışlığı barədə digər Tərəfi məlumatlandırırlar.
TƏTBİQETMƏ
Maddə 7
Tərəflər aşağıdakı məqsədlər üçün birbaşa əlaqə yaratmaq səlahiyyəti verilmiş gömrük əməkdaşlarını müəyyənləşdirirlər:
a) məlumat mübadiləsinin texniki xüsusiyyətlərini və məlumatların emalı və ötürülməsi texnologiyaları ilə yanaşı, məlumatların təhlükəsizlik tələblərini hazırlamaq və razılaşdırmaq;
b) bu Anlaşma Memorandumunun tətbiqi zamanı yaranan texniki problemləri həll etmək.
Maddə 8
1. Bu Anlaşma Memorandumunun əhatə dairəsindəki məlumat mübadiləsi texnologiyalarını işləyib hazırlamaq məqsədilə Tərəflər bu Anlaşma Memorandumunun imzalanmasından sonra Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında uzadıla bilən 6 (altı) aylıq Pilot layihə hazırlayırlar və həyata keçirirlər.
2. Pilot layihənin ilk 3 (üç) ayı müddətində Tərəflər aşağıdakıları razılaşdırırlar:
a) məlumat mübadiləsinə dair əsas texnoloji prinsipləri;
b) ötürüləcək məlumatların siyahısını, strukturunu və formatını;
c) məlumatların təhlükəsizliyi üçün tələbləri;
d) SGD proseduru çərçivəsində Tərəflər arasında əməkdaşlığa dair təşkilati prosesi;
e) öz müvafiq İdarələrinin SGD çərçivəsində daşınan mallarla bağlı gömrük əməliyyatlarının həyata keçiriləcəyi gömrük orqanlarının müəyyən edilməsini.
3. Tərəflər Pilot layihəni başlatmağa hazır olduqlarını və layihədə iştirak edəcək gömrük orqanlarının siyahısını digər tərəfə yazılı şəkildə ötürürlər.
4. Tərəflər növbəti 3 (üç) ay müddətində SGD-nin praktiki reallaşdınlmasını təmin edirlər.
5. Məlumat mübadiləsi SGD çərçivəsində Azərbaycan Respublikası və Türkiyə Respublikası Gömrük Xidmətləri arasındakı Məlumat Mübadiləsi üzrə Texniki Şərtlər Sənədinə əsasən həyata keçirilir.
DƏYİŞİKLİKLƏR VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
Maddə 9
1. Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında bu Anlaşma Memorandumuna istənilən dəyişikliklər və ya əlavələr edilə bilər. Belə dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında təsdiq edilərək 10-cu maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Bu Anlaşma Memorandumunun Texniki Şərtlər Sənədində dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilə bilər.
2. Bu Anlaşma Memorandumunun təfsirində və ya tətbiqində Tərəflər arasında yarana biləcək anlaşılmazlıqlar danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
YEKUN MÜDDƏALAR
Maddə 10
1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.
2. Bu Anlaşma Memorandumu qüvvəyə mindiyi tarixdən etibarən 5 (beş) il müddətinə qüvvədə qalır və bu Anlaşma Memorandumunun müddətinin bitməsindən 6 (altı) ay əvvəl Tərəflərdən biri onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Anlaşma Memorandumu avtomatik olaraq eyni müddət üçün yenilənir.
3. Hər bir Tərəf Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə yazılı bildiriş göndərməklə, bu Anlaşma Memorandumunu ləğv edə bilər. Bu Anlaşma Memorandumu belə bildirişin alındığı tarixdən sonrakı 3 (üç) ay müddətində ləğv edilir.
4. Bu Anlaşma Memorandumunun ləğvi artıq yerinə yetirilməkdə xxxx və ya həyata keçirilmiş fəaliyyətlərə və layihələrə təsir göstərmir.
5. Bu Anlaşma Memorandumu Ankara şəhərində, 11 oktyabr 2019-cu il tarixində, hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və hər iki mətn bərabər autentikdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Türkiyə Respublikası Hökuməti adından (imza) |
“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” 2018-ci il xxxxxx 31-də Giresun şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il
№ 1235-VQ
Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında
A N L A Ş M A M E M O R A N D U M U
Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),
Tərəflər arasında mövcud xxxx dostluq və əməkdaşlıq əlaqələrinə istinad edərək, beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşma, dialoq, etimad, həmrəylik və əməkdaşlıq mühitinin gücləndirilməsi zərurətini təsdiq edərək,
Tərəflər arasında dostluq və əməkdaşlığın həmçinin regional və beynəlxalq səviyyədə sülhə və sabitliyə töhfə verəcəyini vurğulayaraq,
Tərəflər arasında energetikadan nəqliyyata, iqtisadiyyatdan təhsil və mədəniyyətədək geniş sahələri əhatə edən nümunəvi əlaqələri və sıx əməkdaşlığı qeyd edərək,
tamamlanmış və davam edən strateji əhəmiyyətli regional əməkdaşlıq layihələrinin vacibliyini vurğulayaraq,
Tərəflər arasında müdafiə sahəsindəki mövcud əlaqələri genişləndirməyi və gücləndirməyi arzulayaraq,
Tərəflərin dövlətlərinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına hörmət edərək,
Şimali Atlantika Müqaviləsinin tərəf dövlətləri və Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirak edən digər dövlətlər arasında onların Qüvvələrinin Statusu haqqında 1995-ci il 19 iyun tarixli Sazişin (PfP SOFA) müddəalarını nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Ümumi müddəalar
1. Tərəflər müdafiə sahəsində qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək, asanlaşdırmaq və inkişaf etdirmək üçün milli qanunvericiliklərinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq əməkdaşlıq edəcəklər.
2. Bu Anlaşma Memorandumu çərçivəsində Tərəflərin müdafiə əməkdaşlığı hüquq bərabərliyi və qarşılıqlı maraqlar əsasında həyata keçiriləcəkdir.
M a d d ə 2
Məqsəd və əhatə dairəsi
1. Bu Anlaşma Memorandumunun məqsədi Tərəflər arasındakı əməkdaşlığı bu Anlaşma Memorandumunun 4-cü maddəsində qeyd edilən sahələrdə daha da inkişaf etdirməkdir.
2. Bu Anlaşma Memorandumu Tərəflər arasında müdafiə sahəsindəki əməkdaşlığın əsaslarını və prinsiplərini əhatə edir.
M a d d ə 3
Anlayışlar
1. Göndərən Tərəf – bu Anlaşma Memorandumunun məqsədləri üçün şəxsi heyətini, materialını və avadanlığını Qəbul edən Tərəfə göndərən Tərəfi ifadə edir.
2. Qəbul edən Tərəf – bu Anlaşma Memorandumunun həyata keçirilməsi üçün Göndərən Tərəfin şəxsi heyətini, materialını və avadanlığını öz ərazisində qəbul edən Tərəfi ifadə edir.
3. Səfər edən xxxxx – Tərəflərin bu Anlaşma Memorandumunun həyata keçirilməsi üçün digər Tərəflərin ölkələrinə göndərdiyi hərbi və ya mülki heyəti ifadə edir.
4. Məxfi məlumat – formasından və ya növündən, yaxud ötürülmə üsulundan asılı olmayaraq, müvafiq məxfilik nişanı ilə işarələnmiş, milli təhlükəsizlik maraqlarına və milli qanunvericiliyə uyğun olaraq səlahiyyətsiz girişə, istifadəyə və ya məhvə qarşı qorunması tələb olunan istənilən məlumatı və ya materialı ifadə edir.
5. Tərəf-Mənbə – səlahiyyəti altında məxfi məlumat istehsal edilmiş Tərəfi və ya təşkilatı ifadə edir.
M a d d ə 4
Əməkdaşlıq sahələri
1. Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:
a. BMT-nin, ATƏT-in müvafiq prinsiplərinə, eləcə də NATO-nun standartlarına və təlimatlarına uyğun hərbi qüvvələrin və müdafiə sistemlərinin yaradılması;
b. zəruri infrastrukturun qorunması ilə bağlı xxxxx, təcrübə və ən yaxşı praktikaların mübadiləsi;
c. hərbi və mülki heyətin təlim və təhsili;
d. bu Anlaşma Memorandumu çərçivəsində məlumat və təcrübə mübadiləsi;
x. xxxxx-hərbi əməkdaşlıq (CIMIC);
f. tədarük və maddi-texniki təminat;
g. müdafiə sənayesi əməkdaşlığı;
x. xxxxxxxxx nəzarət;
i. müdafiə sahəsində kibertəhlükəsizlik;
j. hərbi xəritəçilik;
k. müdafiə tədqiqatları, təkmilləşdirmə və texnologiya sahələrində əməkdaşlıq;
l. bu Anlaşma Memorandumu çərçivəsində təbii və antropogen fəlakətlərin idarə edilməsi də daxil olmaqla ətraf mühitin mühafizəsi;
x. xxxxx təlimlərin keçirilməsi və birgə təlimlərdə iştirak;
n. beynəlxalq sülhməramlı əməliyyatlar və missiyalarda əməkdaşlıq;
o. hərbi mühəndislik, minaların zərərsizləşdirilməsi və əldəqayırma partlayıcı qurğular;
p. mədəni və idman fəaliyyətləri;
q. müdafiə sahəsində elektron mübarizə.
2. Bu Anlaşma Memorandumu əməkdaşlığın yalnız üçtərəfli sahələrini əhatə edir. Bu Anlaşma Memorandumu Tərəflər arasında ikitərəfli əməkdaşlığa dair mövcud sazişlərə və fəaliyyətlərə təsir etmir.
M a d d ə 5
Əməkdaşlığın formaları
Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilir:
a. Tərəflərin nazirlərinin və digər hərbi və mülki rəsmi şəxslərinin görüşü;
b. hərbi və mülki ekspertlərin işçi səfərləri və görüşləri, əməkdaşlıq sahələri üzrə təcrübə mübadiləsi;
c. ümumi maraqlara dair birgə müzakirələr və məsləhətləşmələr;
d. birgə seminarlar, təlimlər və konfranslar;
e. milli müdafiəni təşkil edən bölmələr, qərargahlar və digər qurumlar arasında birbaşa əlaqə mexanizmlərinin yaradılması;
f. Milli Müdafiə Universiteti, hərbi məktəblər, institutlar və təlim mərkəzləri arasında xxxxx, təcrübə və şəxsi heyətin mübadiləsi;
g. müxtəlif ixtisaslar üzrə təlimatçı qrupların göndərilməsi;
h. hərbi təhsil müəssisələrində təhsil;
i. birgə təlimlərdə iştirak;
j. mədəni və idman tədbirlərində iştirak.
M a d d ə 6
Səlahiyyətli orqanlar
Tərəflərin bu Anlaşma Memorandumunun həyata keçirilməsinə cavabdeh xxxx səlahiyyətli orqanları aşağıdakılardır:
1. Azərbaycan Respublikası Hökuməti adından:
a. Müdafiə Nazirliyi;
b. Müdafiə Sənayesi Nazirliyi;
2. Gürcüstan Hökuməti adından:
a. Müdafiə Nazirliyi;
b. Daxili İşlər Nazirliyi;
3. Türkiyə Respublikası Hökuməti adından:
a. Milli Müdafiə Nazirliyi;
b. Baş Qərargah.
M a d d ə 7
İşçi Qrup və İllik Əməkdaşlıq Planı
1. Bu Anlaşma Memorandumunun həyata keçirilməsi məqsədi ilə Tərəflərin səlahiyyətli orqanları birgə İşçi Qrup yaradırlar.
2. İşçi Qrupun tərkibi Tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilir.
3. İşçi Qrup:
x. xxxxxxxxxxx adını, formalarım, tarixlərini və yerini, iştirakçıların sayını və bu tədbirlərin təşkili və həyata keçirilməsi ilə bağlı digər məsələlərə dair illik əməkdaşlıq planlarını tərtib edir;
b. zəruri olduqda: planlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə bağlı maliyyə məsələlərini müəyyən edir.
M a d d ə 8
Məxfi məlumatların mühafizəsi
1. Tərəflər bu Anlaşma Memorandumu ilə müəyyən edilmiş sahələr üzrə əməkdaşlıq prosesi çərçivəsində məxfi məlumatları mübadilə edə bilərlər.
2. Tərəflər, qüvvədə xxxx qanunvericiliklərinə uyğun olaraq, bu Anlaşma Memorandumu çərçivəsində mübadilə edilmiş və ya yaradılmış məxfi məlumatı mühafizə etmək üçün müvafiq tədbirlər görürlər.
3. Məxfi məlumatları Qəbul edən Tərəf onları öz müvafiq təhlükəsizlik təsnifatına görə nişanlayır. Tərəflərin məxfilik qrifi təsnifatları və onların ekvivalenti aşağıdakı kimidir:
Azərbaycan Respublikası | Gürcüstan | Türkiyə Respublikası | İngilis dilində ekvivalenti |
Xüsusi əhəmiyyətli | Çok gizli | Top secret | |
Tam məxfi | Gizli | Secret | |
Məxfi | Özel | Confidential | |
Xidməti istifadə üçün | Hizmete özel | Restricted |
4. Məxfi məlumatı qəbul edən Tərəf məxfi məlumatın məxfilik qrifini Tərəf-Mənbənin əvvəlcədən yazılı razılığı olmadan ləğv edə və ya aşağı sala bilməz.
5. Məxfi məlumatı qəbul edən Tərəf məxfi məlumatı Tərəf-Mənbənin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəfə ötürmür.
6. Tərəflər, bu Anlaşma Memorandumu ləğv olunduqdan sonra da mübadilə olunmuş məxfi məlumatın mühafizəsinə, eyni zamanda məxfilik qrifinin ləğv olunmasının qarşısının alınmasına cavabdehliyi davam etdirir.
7. Bu Anlaşma Memorandumu çərçivəsində hazırlanmış məxfi məlumat Tərəflərin biri tərəfindən digər Tərəflərin və ya üçüncü tərəflərin maraqlarına qarşı istifadə edilmir.
8. Tərəflər əməkdaşlıq fəaliyyətləri çərçivəsində patent məsələlərini, müəllif hüquqlarını və faydalı modelləri tənzimləyən hüquqlara riayət edir.
9. Tərəflər məxfi məlumatdan istifadə icazəsinin məxfi məlumatdan istifadə üçün zəruri icazəsi xxxx və bu cür icazələri əldə etməyə spesifik ehtiyacı xxxx şəxslərlə məhdudlaşdırılmasını təmin edir.
10. Bu Anlaşma Memorandumu çərçivəsində mübadilə edilən məxfi məlumatın gözlənilməz açılması baş verərsə, bu vəziyyəti müəyyən edən Tərəf digər Tərəflərə dərhal məlumat verir.
11. Tərəflər arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi üzrə ikitərəfli saziş mövcud olarsa, həmin ikitərəfli sazişin müddəaları tətbiq edilir.
M a d d ə 9
Maliyyə məsələləri
1. Tərəflərin səlahiyyətli orqanları tərəfindən başqa cür razılaşdırılmadığı təqdirdə, Göndərən Tərəflər bu Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi ilə bağlı xərcləri özləri ödəyirlər.
2. Göndərən Tərəf, Səfər edən heyətə təlim, tədris, eləcə də satınalma və maddi-texniki təminat xidməti çərçivəsində təmin edilən malların və xidmətlərin xərclərini, fəaliyyətlərin sonunda təqdim edilən hesab- fakturanın tarixindən sonrakı 60 (altmış) iş günü ərzində ABŞ dolları ilə, ödəmə tarixində xxxx xxxxx uyğun olaraq, Qəbul edən Tərəfin səlahiyyətli orqanı tərəfindən bildirilən müvafiq bank hesabına ödəyir.
3. Qəbul edən Tərəfin ərazisi xaricindəki bütün nəqliyyat xərclərini Göndərən Tərəflər ödəyir. Qəbul edən Tərəf fəaliyyətlərin icrası üçün tələb olunan nəqliyyat xidmətlərinin ödəniş müqabilində və ya ödənişsiz olaraq təmin edilməsinə qarşılıq prinsipi və imkanları çərçivəsində qərar verir.
M a d d ə 10
Tibb xidmətləri
Bu Anlaşma Memorandumunda göstərilən əməkdaşlıq sahələri çərçivəsində fəaliyyətlər üçün göndərilən şəxsi heyətin:
a. təcili tibbi və təxirəsalınmaz stomatoloji xidmətləri Qəbul edən Tərəfin müvafiq qanunvericiliyinə uyğun olaraq ödənişsiz təmin edilir. Tibb müəssisələri tərəfindən şəxsi heyətə təmin edilən digər tibbi xidmət növlərinin xərclərini Göndərən Tərəf ödəyir;
b. xəstəlik və ya ölüm səbəbi ilə ölkəsinə göndərilmə, eləcə də cənazə xərclərini Göndərən Tərəf ödəyir.
M a d d ə 11
Şəxsi heyətin statusu
1. Tərəflər, mülkiyyətində və ya istifadəsində xxxx əmlaka dəymiş zərər və onlara məxsus heyətin zədə xxxxxx və ya ölümü ilə bağlı bir-birlərinə xxxx bütün iddialardan PfP SOFA Sazişinin müddəalarına uyğun olaraq imtina edir.
2. Tərəflər onların şəxsi heyətinin nizam-intizamını təmin etmək üçün zəruri tədbirlər görür və öz şəxsi heyəti üzərində yurisdiksiyanı PfP SOFA Sazişinin müddəalarına uyğun olaraq tətbiq edir.
3. Bu Anlaşma Memorandumunda nəzərdə tutulmuş konkret fəaliyyətlərdə iştirak üçün Göndərən Tərəfin şəxsi heyətinin, təchizatının və nəqliyyat vasitələrinin Qəbul edən Tərəfin ərazisində hərəkəti PfP SOFA Sazişinin müddəalarına uyğun olaraq həyata keçirilir.
M a d d ə 12
Digər beynəlxalq sazişlərdən irəli gələn öhdəliklər
Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin dövlətlərinin tərəf olduqları digər beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərinə təsir etmir və digər dövlətlərin maraqlarına, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istifadə edilmir.
M a d d ə 13
Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun tətbiqi və ya təfsiri ilə bağlı yaranan hər hansı fikir ayrılıqları Tərəflər arasında məsləhətləşmələr və/və ya danışıqlar yolu ilə həll edilir və həll üçün hər hansı milli və ya beynəlxalq məhkəməyə və ya üçüncü tərəfə müraciət edilmir.
M a d d ə 14
Dəyişikliklər
Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında istənilən dəyişikliklər edilə bilər. Bu cür dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca sənədlər formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 16-cı maddəsinin müddəalarına müvafiq olaraq qüvvəyə minir.
M a d d ə 15
Depozitari
Gürcüstan Hökuməti bu Anlaşma Memorandumunun Depozitarisidir. Depozitari bu Anlaşma Memorandumunun təsdiq olunmuş nüsxəsini bütün Tərəflərə göndərir.
M a d d ə 16
Qüvvəyəminmə
Tərəflər bu Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili hüquqi prosedurların başa çatması barədə yazılı olaraq Depozitarini məlumatlandırır. Bu Anlaşma Memorandumu, Depozitarinin Tərəflərin bu Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili hüquqi prosedurların başa çatması barədə digər Tərəflərə bildirdiyi tarixdən sonra 30-cu gün qüvvəyə minir.
M a d d ə 17
Qüvvədəolma müddəti və ləğvetmə
1. Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və hər hansı Tərəf bu Anlaşma Memorandumunun qüvvədəolma müddətinin bitməsindən ən azı 6 (altı) ay əvvəl diplomatik kanallar vasitəsilə Depozitariyə bu Anlaşma Memorandumunu ləğv etmək barədə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti birillik müddətlərə uzadılır. Depozitari Tərəflərdən hər hansı birinin bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Tərəflərə məlumat verir.
2. Ləğvetmənin şərtləri bu Anlaşma Memorandumunun ləğv olunmasından əvvəl müəyyən edilmiş və başlanılmış layihə və proqramların icrasına təsir etmir.
Giresun şəhərində 2018-ci il 31 mart tarixində, Azərbaycan, gürcü, türk və ingilis dillərində olmaqla, bir nüsxədə imzalanmışdır, hər bir mətn bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətn üstün tutulur.
Azərbaycan Respublikası Hökuməti adından Xxxxx XXXXXXX, general-polkovnik, müdafiə xxxxxx | Gürcüstan Hökuməti adından Xxxxx XXXXXX, müdafiə xxxxxx | Türkiyə Respublikası Hökuməti adından Xxxxxxxx XXXXXXX, milli müdafiə xxxxxx |
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə
Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında 2018-ci il aprelin 25-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2018-ci il
№ 156
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaqdır),
elektron imza (bundan sonra “e-imza”) sahəsində inkişafın əhəmiyyətini qəbul edərək, Tərəflər arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsini arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlaşma Memorandumunun məqsədi
Bu Anlaşma Memorandumunun məqsədi Tərəflər arasında e-imza sahəsində məlumat və təcrübə mübadiləsinin təmin edilməsi və Tərəflərin e-imza sertifikatlarının qarşılıqlı tanınması üzrə birgə iş aparılmasıdır.
Maddə 2
Məsul qurumlar
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi məsul qurumlardır.
Maddə 3
Əməkdaşlığın əhatə dairəsi
Tərəflər ümumi maraq doğuran aşağıdakı sahələri müəyyən etdilər və bu sahələrdə əməkdaşlıq edə bilərlər:
1) Tərəflərin e-imza sertifikatlarının qarşılıqlı tanınması;
2) e-imza sahəsində milli qanunvericiliyin, qaydaların və standartların Avropa İttifaqında mövcud olanlara uyğunlaşdırılması ilə bağlı xxxxx və təcrübə mübadiləsinin həyata keçirilməsi.
Maddə 4
Əməkdaşlıq formaları
Tərəflər əməkdaşlıq formalarının həyata keçirilməsi məqsədilə aşağıdakılara dair razılığa gəldilər:
1) Tərəflər həm elektron rabitə, həm də qarşılıqlı səfərlər vasitəsilə e-imza ilə bağlı məlumat və vasitələr mübadiləsi aparırlar;
2) Tərəflər e-imzaların qarşılıqlı tanınması üzrə ölkələrindəki mövcud infrastruktur və qanunvericiliyi müəyyən edirlər. Tərəflər, təsbitlərə uyğun olaraq, qarşılıqlı tanınmanın və inteqrasiyanın təmin edilməsi məqsədilə öyrəniləcək texniki, inzibati və hüquqi aspektləri müəyyən edirlər;
3) e-imzaların qarşılıqlı tanınması metodu müəyyən edilərkən mümkün alternativ qlobal həll yolları nəzərə
xxxxx;
4) e-imzaların qarşılıqlı tanınması üçün ümumi texniki meyarların müəyyənləşdirilməsi prosesində
beynəlxalq səviyyədə qəbul edilmiş Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU), İnternet Mühəndisliyi üzrə Xüsusi Komissiyanın Şərhlər Sorğusunun (IETF RFC) və Beynəlxalq Standartlaşdırma Təşkilatı/Beynəlxalq Elektrotexnika Komissiyasının (ISO/IEC) standartları əsas götürülür;
5) Tərəflər texniki meyarlar barədə razılaşarsa və uyğun hesab edilərsə, e-imza sertifikatlarının tanınması haqqında saziş imzalana bilər;
6) bu Anlaşma Memorandumunun əhatə etdiyi məsələlər üzrə təlim sorğusu olduğu halda, Tərəflər bir- birinə dəstək verə bilərlər.
Maddə 5
Maliyyə müddəaları
1) Bu Anlaşma Memorandumu çərçivəsindəki bütün əməkdaşlıq fəaliyyətləri Tərəflərin büdcəsi və digər resurslarının uyğunluğundan asılıdır.
2) Tərəflər arasında hər hansı bir yazılı razılaşmaya xələl gətirilmədən, bu Anlaşma Memorandumu və onunla bağlı hər hansı məsələnin həyata keçirilməsi üçün hər bir Tərəf öz uyğun maliyyə və digər resurslarından asılı olaraq, öz məsrəf və xərclərini ödəyir və öz resurslarını təmin edir.
Maddə 6
Məxfilik
Bu Anlaşma Memorandumunun icrası zamanı əldə edilmiş məlumatlar, məlumatı təmin edən Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəflərə verilə bilməz. Bu maddə bu Anlaşma Memorandumu ləğv olunduğu təqdirdə belə, qüvvədə qalır.
Bu Anlaşma Memorandumu çərçivəsində dövlət sirri təşkil edən məlumatlar Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq mübadilə edilir.
Maddə 7
Digər beynəlxalq öhdəliklər
Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin tərəf olduqları beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 8
Əlavələr və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsini təşkil edir və bu Anlaşma Memorandumunun 10-cu maddəsində nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.
Maddə 9
Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun təfsiri və/və ya həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları Tərəflər arasında dostcasına qarşılıqlı məsləhətləşmələr və/və ya danışıqlar yolu ilə həll edilir.
Maddə 10
Qüvvəyəminmə, müddət və ləğvetmə
1) Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.
2) Bu Anlaşma Memorandumu beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat vermədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik (5) müddətlərə uzadılır.
3) Bu Anlaşma Memorandumunun ləğv edilməsi onun qüvvədə olduğu müddət ərzində bağlanılmış və ya qüvvəyə minmiş hər hansı saziş və ya kontraktlara təsir etmir və qeyd olunan sazişlər və ya kontraktlar öz müddəalarına uyğun olaraq tətbiq edilə bilər.
Bu Anlaşma Memorandumu Ankara şəhərində, 25 aprel 2018-ci il tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir aynlığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük verilir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası Nəqliyyat, |
Nəqliyyat, Rabitə və Yüksək | Dənizçilik və Rabitə |
Texnologiyalar Nazirliyi adından | Nazirliyi adından |
Xxxxx XXXXXXXX, | Xxxxx XXXXXX, |
xxxxx | xxxxx |
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2018-ci il
№ 1814
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),
dərin tarixi xxxx xxxx dostluq və qardaşlıq əlaqələrini dərk edərək, yaxın iqtisadi əməkdaşlıqlarının möhkəmləndirilməsinin xalqların həyat səviyyəsini də yüksəldəcəyini qəbul edərək,
iqtisadi inkişaflarının daha da gücləndirilməsi məqsədilə ticarətdə mallar və xidmətlərin diversifikasiyasının zəruriliyini vurğulayaraq,
Azərbaycan ilə Türkiyə arasında ticarətin sərbəstləşdirilməsi məqsədilə preferensial ticarət sazişinin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinə yeni bir canlanma gətirəcəyini nəzərə alaraq,
6 noyabr 2007-ci il tarixində Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişi"nin 10-cu maddəsini əsas götürərək, aşağıda qeyd olunan maddələr üzrə razılığa gəldilər:
Maddə 1
Tərəflər iki ölkə arasında mal ticarətini əhatə edən preferensial ticarət sazişi üzrə müzakirələrə mümkün qədər tez başlayaraq bu istiqamətdə texniki işlərin ən qısa zamanda yekunlaşdırılması üçün lazımi səy göstərəcəklər.
Maddə 2
Preferensial ticarət sazişi üzrə mütəxəssislərdən ibarət heyətin ilk iclası, dəqiq tarixi diplomatik kanallar vasitəsilə müəyyən edilməklə, Ankarada keçiriləcəkdir. Görüşlər daha sonra növbə ilə Bakı və Ankarada davam etdiriləcəkdir.
Maddə 3
Bu Anlaşma Memorandumu Tərəflər üçün heç bir hüquqi öhdəlik yaratmır və digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 4
Bu Anlaşma Memorandumunun tətbiqi və ya təfsiri ilə bağlı yarana biləcək fikir ayrılıqları Tərəflər arasında diplomatik kanallar vasitəsilə birbaşa məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 5
Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı ilə hər hansı dəyişiklik və ya əlavələr edilə bilər. Belə dəyişiklik və ya əlavələr bu Anlaşma Memorandumunun 6-cı maddəsinə uyğun olaraq qüvvəyə minir və bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsini təşkil edir.
Maddə 6
Bu Anlaşma Xxxxxxxxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin bir-birini məlumatlandırdığı sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.
Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətdə qüvvədədir.
Tərəflərdən biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etməklə bu Anlaşma Memorandumunu ləğv edə bilər. Bu halda, bu Anlaşma Memorandumu ləğvetmə bildirişinin alındığı tarixdən 6 (altı) ay sonra qüvvədən düşür.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 31 oktyabr 2017-ci il tarixində, hər ikisi bərabər autentik xxxx Azərbaycan və türk dillərində iki əsl nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
Xxxxx XXXXXXXXXX, | Xxxxx XXXXXXXX, |
iqtisadiyyat xxxxxx | iqtisadiyyat xxxxxx |
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2018-ci il
№ 1815
Saziş 21 fevral 2019-cu il tarixdən qüvvəyə minib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair
ANLAŞMA MEMORANDUMU
Bundan sonra birlikdə “Tərəflər”, ayrılıqda isə “Azərbaycan tərəfi” və “Türkiyə tərəfi” adlandırılacaq Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası ali təhsil sahəsində əməkdaşlığın təşviq edilməsi məqsədi ilə aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və xxxx əməkdaşlığı davam etdirməkdir.
Maddə 2
Əməkdaşlıq sahələri
1-ci maddədə qeyd olunan məqsədlərə çatmaq üçün Tərəflər:
x. xxxxxxxxxxxxxxxxx imtahanların nəticələri əsasında qəbul olunan tələbələr istisna olmaqla, öz xərcləri ilə təhsilini davam etdirmək istəyənlər arasında seçim edərkən digər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların nəticələrinin nəzərə alınması məqsədi ilə öz ali təhsil müəssisələrini məlumatlandıracaqlar;
x. xxx təhsil proqramlarına tələbə qəbulu və diplomların qarşılıqlı olaraq tanınması və ekvivalenti iyi daxil olmaqla, ali təhsillə bağlı qanunvericilikdə dəyişikliklər barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar;
x. xxx təhsil sahəsində qarşılıqlı olaraq bir-birinin təcrübəsinin öyrənilməsi və ali təhsil proqramlarının uyğunlaşdırılması istiqamətində təşəbbüs göstərəcəklər;
d. hər iki ölkənin ali təhsil müəssisələrinin mübadilə proqramlarında qarşılıqlı şəkildə tələbələr və professor-müəllim heyətinin iştirakının genişləndirilməsi istiqamətində zəruri səy göstərəcəklər;
x. xxx təhsil müəssisələri arasında birgə fəaliyyət və proqramların keçirilməsini həvəsləndirəcək, həmçinin tələbələr və professor-müəllim heyəti üçün yay məktəblərinin təşkilini təşviq edəcəklər.
Maddə 3
Birgə ali təhsil proqramları
Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında bakalavriat, magistratura və doktorantura səviyyələrində birgə ali təhsil proqramlarının təsis edilməsini, həyata keçirilməsini və inkişaf etdirilməsini təşviq edəcəklər.
Maddə 4
Pedaqoji kadr hazırlığı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yüksəkixtisaslı müəllimlərin sayını artırmaq məqsədi ilə Türkiyə Respublikasının ali təhsil müəssisələrində magistratura və doktorantura proqramları üzrə kadrların hazırlanmasında Türkiyə Respublikası Ali Təhsil Şurası müvafiq qanunvericilik çərçivəsində lazımi kömək göstərəcəkdir.
Maddə 5
Tanınma
Azərbaycan tərəfi Türkiyədə keçirilən tələbə qəbulu üzrə imtahanların nəticələrinə görə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə təhsil almaq üçün qəbul olunan tələbələrin təhsilləri barədə hər il Türkiyə tərəfini məlumatlandıracaqdır. Türkiyə tərəfi Türkiyə Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin kataloqunda göstərilən şərtlər çərçivəsində Türkiyə Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən yerləşdirilmiş Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri məzunlarının diplomlarını tanıyacaqdır.
Azərbaycan tərəfi müvafiq ixtisaslara qəbul üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan keçid balından artıq bal toplamış və Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş və təhsilini başa vurmuş Azərbaycan Respublikası vətəndaşlarının diplomlarını tanıyacaqdır.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən mərkəzləşdirilmiş imtahanların nəticələri Azərbaycan Respublikası vətəndaşlarının Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbulu zamanı nəzərə alınacaqdır.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda iştirak etməyən, xxxxx Türkiyə Respublikasının ali təhsil müəssisələrini bitirən Azərbaycan Respublikası vətəndaşlarının diplomlarının tanınmasına milli qanunvericiliyə uyğun olaraq fərdi şəkildə baxılacaqdır.
Türkiyə Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən keçirilən imtahanda iştirak etməyən və Azərbaycan Respublikasının ali təhsil müəssisələrini bitirmiş Türkiyə Respublikası vətəndaşlarının diplomlarının tanınmasına milli qanunvericiliyə uyğun olaraq fərdi şəkildə baxılacaqdır.
Maddə 6
Məhdudiyyətlər
Bu Anlaşma Memorandumu üzrə Tərəflər arasında əməkdaşlıq Tərəflərin milli qanunvericiliyi ilə məhdudlaşır. Bəzi layihələrlə bağlı başqa cür müəyyənləşdirilmədiyi təqdirdə, Tərəflər büdcə resurslarına uyğun olaraq hərəkət edəcəklər.
Maddə 7
Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 8
Əlavələr və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna istənilən əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və 9-cu maddənin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
Maddə 9
Qüvvəyəminmə və qüvvədəolma müddəti
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minəcəkdir.
Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı 60 (altmış) gün əvvəl onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətə uzadılacaqdır.
Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu Anlaşma Memorandumunun ləğv edilməsi mövcud və ya davam edən fəaliyyətlərə tamamlananadək təsir etməyəcəkdir.
Bakı şəhərində 2017-ci il 31 oktyabr tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılıqları yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının |
Təhsil Nazirliyi | Ali Təhsil Şurası |
adından | adından |
Xxxxxxx XXXXXXXX, | Xxxxx XXXXX, |
təhsil xxxxxx | Xxx Xxxxxx Şurasının sədri |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/XXX/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlimi müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/XXX/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlimi müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” 2017-ci il aprelin 21-də Bakı şəhərində və mayın 5-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2017-ci il
№ 769-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/XXX/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlimi müddətində Ev Sahibi Ölkə dəstəyinin
şərtlərinə dair ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra - Tərəflər adlandırılacaqdır),
1992-ci il 11 avqust tarixində imzalanmış ‘‘Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə”nin və 1996-cı il 10 iyun tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və xxxx sahədə əməkdaşlıq haqqında Saziş”in (bundan sonra - Müqavilələr adlandırılacaqdır) müddəalarını nəzərə alaraq,
Tərəflərin həyata keçiriləcək Təlimə dair taktiki və texniki məlumatları bölüşəcəyini və bununla bağlı əməkdaşlıq edəcəyini təsdiq edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar və ixtisarlar
Bu Anlaşma Memorandumu çərçivəsində qeyd olunan terminlər aşağıdakı mənaları ifadə edir:
1.1. Ev Xxxxxx Xxxx (ESÖ) - Təlimin həyata keçiriləcəyi Tərəfi ifadə edir.
1.2. Göndərən Ölkə (GÖ) - öz ölkəsi xaricində Təlimdə iştirak üçün qüvvə göndərən və bu qüvvə üçün ESÖ-nün maddi-texniki və inzibati dəstəyindən istifadə etməyi tələb edən Tərəfi ifadə edir.
1.3. Təlim - Tərəflər arasında razılaşdırılacaq bir tarixdə Tərəflərin növbə ilə ev sahibliyində onların komponent və şəxsi heyətinin iştirakı ilə icra ediləcək Azərbaycan - Türkiyə SAH/XXX/BDD birgə təlimini ifadə edir.
1.4. Şəxsi heyət - həyata keçiriləcək Hərbi hazırlıq/Təlimdə iştirak edən Azərbaycan və Türkiyə SAH/XXX/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) qrupunun şəxsi heyətini ifadə edir.
1.5. Atəş təhlükəsizliyi zabiti - hərbi hazırlıq müddətində atəş təlimlərinin təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsinə görə cavabdeh şəxsi ifadə edir.
1.6. Partlatma mütəxəssisi - təlim müddətində şəxsi heyətə partlatma və təhlükəsizliklə bağlı mövzularda brifinq verə bilən, təlimlərin təhlükəsizlik qaydalarına uyğun icra edilməsini təmin edə bilən təcrübəli şəxsi ifadə edir.
1.7. Dalma rəisi - açıq, yarıqapalı, qapalı şəbəkəli dalma təlimləri, dalma xəstəlikləri/qəzaları və təhlükəsizliklə bağlı mövzularda brifinq verə bilən, təlimlərin təhlükəsizlik qaydalarına uyğun olaraq icra edilməsini təmin edə bilən təcrübəli şəxsi ifadə edir.
1.8. Helikopter mütəxəssisi - hava əməliyyatı təlimləri müddətində şəxsi heyətə hava əməliyyatı üsulları və təhlükəsizliklə bağlı mövzularda brifinq verə bilən, təlimlərin təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin edə bilən təcrübəli şəxsi ifadə edir.
1.9. Paraşütlə tullanma təlimatçısı və yerüstü qrup komandiri - Paraşütlə tullanma təlimatçısı və yerüstü qrup komandanlığı kursunu bitirmiş təcrübəli şəxsi ifadə edir.
1.10. Paraşütçü - Təlimdə iştirak edən təməl hərbi paraşüt təlimini keçmiş şəxsi ifadə edir.
1.11. Təlim rəisi - bütün təlimlərin icrasına görə cavabdeh xxxx ESÖ-nün SAH/XXX/BDD komandirini və GÖ-nün SAH/XXX/BDD komandirini ifadə edir.
1.12. Ev Sahibi Ölkənin Dəstəyi (ESÖD) - Təlimin məqsədilə bağlı ESÖ tərəfindən GÖ-yə təmin edilən mülki və hərbi dəstəkdir. ESÖD GÖ-nün avadanlığının/şəxsi heyətinin ESÖ-yə girişi ilə başlayacaq və bu, şəxsi heyətin ESÖ-dən ayrılmasına qədər davam edəcəkdir.
1.13. Qüvvələrin Qorunması (QQ) - hərəkət sərbəstliyini və qüvvələrin hərəkət qabiliyyətini qorumaq məqsədilə şəxsi heyət, təsisat, təchizat və fəaliyyətlərin hər hansı təhdidə qarşı və bütün vəziyyətlərdə həssaslığını minimuma endirmək üçün görülən bütün tədbirlər və vasitələrdir.
Maddə 2
Məqsəd
Bu Anlaşma Memorandumunun məqsədi Təlimlə bağlı hazırlıq və onun keçirilməsi çərçivəsində Təlimdə iştirak etmək üçün ESÖ-də xxxx GÖ-nün bölmə/şəxsi heyətinə təmin ediləcək dəstəklə bağlı metod və Tərəflərin cavabdehliklərini müəyyənləşdirməkdir.
Maddə 3
Əhatə dairəsi
Bu Anlaşma Memorandumu Təlim çərçivəsində GÖ-yə təmin ediləcək ESÖD ilə bağlı şərtləri müəyyənləşdirir. Bu Anlaşma Memorandumu çərçivəsi xaricində qalan təcili əlavə dəstək tələbləri ESÖ ilə GÖ arasında ayrıca müzakirə olunur.
Maddə 4
Əlaqə nöqtələri
Bu Anlaşma Memorandumu üçün əlaqə nöqtələri:
Azərbaycan Respublikasında: Türkiyə Respublikasının hərbi attaşesi; Türkiyə Respublikasında: Azərbaycan Respublikasının hərbi attaşesi.
Maddə 5
Tətbiqin əsasları
5.1. Bu Anlaşma Memorandumunun həyata keçirilməsi üçün səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Türkiyə Respublikası Hökuməti adından - Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığıdır.
5.2. Xəritə dəstəyi:
Təlimdə iştirak edən GÖ elementlərinin ehtiyac duyacağı xəritələrin miqyas və miqdarları, Təlimin planlaşdırma konfransları zamanı müəyyənləşdirilərək, Təlimin planlaşdırma sənədlərinə daxil edilir. ESÖ bu ehtiyacları imkanları daxilində və milli qanunvericiliyi çərçivəsində təmin edir. Bu məqsədlə:
5.2.1. xəritələr, sənəd müqabilində Təlim bölgəsinə gələndən sonra Hərəkətdən Əvvəlki Xxxxxxxx (HƏK) zamanı təyin olunmuş GÖ-nün şəxsi heyətinə təslim edilir və Təlimin son günündən gec olmamaq şərtilə Təlim Xxxx Dəyərləndirmə Konfransı (TSDK) çərçivəsində qaytarılması məqsədəuyğun hesab olunmaqla yenə eyni sənəd müqabilində təhvil alınır.
5.2.2. Xəritələr maksimal diqqətlə mühafizə edilir, üzərlərində hər hansı şəkildə dəyişiklik edilmir, ya da kəsilmir, məxfilik dərəcəsi ilə bağlı xəritələrin surəti çıxarılmır, zədələndikdə belə, ESÖ təmsilçisinə qaytarılır.
Maddə 6
Cavabdehliklərlə məxfilik dərəcəli məlumat və əmlakın təhlükəsizliyi
6.1. Təlim çərçivəsində tətbiq olunacaq şərtlər
6.1.1. Təlimdə iştirak edən GÖ bölməsi/şəxsi heyəti Təlim müddətində ESÖ-nün milli qanunvericiliyinə, beynəlxalq hüququn normalarına və preambulada qeyd olunan Müqavilələrin müddəalarına görə hərəkət edir.
6.1.2. Təlimdə iştirak edən şəxsi heyətin baza/təlim bölgəsinə gəlməsindən sonra ESÖ-nün hərbi orqanları tərəfindən Tərəflərin səlahiyyətli şəxsləri ilə “Təhlükəsizlik üzrə Koordinasiya İclası” keçirilir və bu iclasda:
- təhdidin dəyərləndirilməsi,
- bölmə/qrup komandanlıqları tərəfindən nəzərə alınması zəruri xxxx məsələlər və təhlükəsizliklə bağlı tədbirlər,
- baza ərazisində GÖ-nün şəxsi heyəti və texnikası üçün ayrılmış ərazi və marşrut barədə məlumat verilir.
6.1.3. GÖ, Təlim müddətində səfərdə xxxx şəxsi heyətinin adları, rütbələri, şəxsiyyət vəsiqələrinin nömrələri haqqında məlumatı ESÖ-nün səlahiyyətli orqanlarına bildirir.
6.2. Təhlükəsizlik sahələri
6.2.1. Bölmələrin təhlükəsizliyi və cavabdehliklər
6.2.1.1. Təlimdə iştirak edən bölmənin qüvvə qoruması, təfərrüatları 7-ci maddədə göstərildiyi çərçivədə ESÖ tərəfindən təmin edilir.
6.2.1.2. GÖ-nün bölməsi tərəfindən ESÖ-nün icazəsi olmadan Təlim zamanı, əmlak və şəxsi heyətin yerləşdirilməsi üçün ESÖ tərəfindən ayrılan ərazi və təsisatlarda icazə verilənlər xaricində struktur dəyişikliyi edilmir. İcazə verilən dəyişikliklər isə ancaq bütün zəruri ətraf mühit təhlükəsizlik və mühafizə tədbirləri tamamilə görüldükdən sonra həyata keçirilə bilər. Təlimin sona çatması ilə aidiyyəti bütün sahə və təsisatlar əvvəlki xxxxxx gətirilir.
GÖ-nün şəxsi heyəti hərbi hissə daxilində icazə verilən sahələrdən kənarda olmayacaqdır.
6.2.1.3. Təlim müddətində GÖ-nün bölməsinə hərbi daşıma imkanı təmin edilməsi halında ESÖ səlahiyyətli şəxsləri tərəfindən daşıma fəaliyyətləri zamanı GÖ-nün bölməsinə kifayət edəcək Qüvvələrin Qorunması tədbirləri tətbiq olunur.
6.2.2. Hərbi texnika, əmlak/cihaz təhlükəsizliyi və cavabdehliklər
6.2.2.1. GÖ-nün şəxsi heyətinə aid texnikanın Təlim məqsədləri xaricində, yanacaqdoldurma, texniki xidmət və təmir kimi səbəblərlə hərəkətləri ESÖ-nün hərbi orqanları ilə razılaşdırılır.
6.2.2.2. GÖ-nün şəxsi heyəti və texnikası təhlükəsizlik məntəqələrində ESÖ-nün səlahiyyətliləri tərəfindən yoxlanılır, GÖ istərsə, yoxlama məntəqələrində Əlaqə Nöqtəsi (ƏN) yarada bilər.
6.2.3. Məxfilik dərəcəli məlumatın təhlükəsizliyi və cavabdehliklər
6.2.3.1. Təlim zamanı Tərəflər arasında məxfilik dərəcəli məlumatın qarşılıqlı mübadiləsi və mühafizəsi GÖ-nün və ESÖ-nün qüvvədə olan milli qanunvericilikləri və beynəlxalq öhdəlikləri nəzərə alınmaq şərtilə tənzimlənir.
6.2.3.2. Təlimin planlaşdırılması və icrası ilə bağlı qarşılıqlı mübadilə edilən və ya yaradılan bütün məxfilik dərəcəli məlumatlar, Təlimin əməliyyat planında göstərilən şəkildə prosedurdarı keçirilir.
6.2.3.3. ESÖ və GÖ tərəfindən bir-birinə verilən məxfilik dərəcəli məlumatlar ESÖ və GÖ-nün əvvəlcədən yazılı icazəsi olmadan üçüncü tərəfə verilmir. Təlim müddətində ESÖ tərəfindən təmin edilən sənədlər, icazə verilənlər istisna olmaqla, Təlimin sona çatmasından sonra ESÖ-yə təslim edilir.
Maddə 7
Qüvvələrin Qorunması (QQ)
7.1. Təlim üçün əhatəli və effektiv bir Qüvvələrin Qorunması (QQ) planlaşdırılır və Təlimin əməliyyat planında təfərrüatlı şəkildə açıqlanır. ESÖ-dən tələb edilən ya da GÖ elementlərinin öz imkanları ilə həyata keçirdikləri QQ, heç bir şəkildə ESÖ-nün qanunları və suveren hüquqları ilə ziddiyyət təşkil etmir.
7.2. ESÖ zəruri hesab etdiyi QQ tədbirləri, məhdudiyyətlər və məhdudlaşdırmalar barədə GÖ-nü məlumatlandırır.
7.3. Ehtiyac duyulduğu təqdirdə, GÖ, QQ ehtiyaclarını və məhdudiyyətlərini müəyyənləşdirmək və bunları ESÖ-yə bildirməyə görə cavabdehdir.
Maddə 8
Maddi-texniki təminat
Təlim çərçivəsində ehtiyac duyulan təminat, texniki xidmət, təmir və tibbi materiallar ESÖ tərəfindən tələb əsasında ESÖ-nün imkan və qabiliyyətləri çərçivəsində təmin edilir. ESÖ ilə bağlı tənzimləmələrə dair Əlaqə Nöqtəsi (ƏN) barədə məlumat Təlimin planlaşdırma konfranslarında qarşılıqlı olaraq bildirilir.
8.1. Təminat və texniki xidmət-təmir vasitələrinin təmin edilməsinə dair qaydalar:
8.1.1. Tələb edilməsi halında GÖ tərəfindən ehtiyac duyulan su və xxxx yanacaq (mineral yağ istisna olmaqla) ilə ehtiyat hissələri və təmir vasitələri qarşılıq prinsipi ilə ESÖ-nün imkan və qabiliyyətləri nəzərə alınaraq, ödəniş müqabilində ESÖ tərəfindən təmin edilir. Hərbi bazaların imkan və qabiliyyətləri çərçivəsində göstərilən xidmətlərə dair qiymət siyahısı Təlimin planlaşdırma konfranslarında GÖ təmsilçilərinə təslim edilir.
8.1.2. Bu Anlaşma Memorandumu çərçivəsində ESÖ tərəfindən təmin edilən maddi-texniki təminat dəstəyinə dair ödəmələr GÖ tərəfindən edilir.
8.2. Nəqliyyat və yerdəyişmə
ESÖ ərazilərində GÖ tərəfindən tələb edilən nəqliyyat və yerdəyişmə xidmətlərinə dair tələblər qarşılıq prinsipləri ilə ESÖ-nün imkan və qabiliyyətləri nəzərə alınaraq, ödəniş müqabilində/ödənişsiz olaraq ESÖ tərəfindən təmin edilir. GÖ ilə ESÖ arasında daşımaya görə Göndərən Ölkə cavabdehdir.
8.3. Texniki xidmət və təmir
ESÖ ərazilərində GÖ tərəfindən tələb edilən texniki qulluq və təmir xidmətləri ilə ehtiyat hissə ehtiyacları qarşılıq prinsipləri ilə ESÖ-nün imkan və qabiliyyətləri nəzərə alınaraq, ödəniş müqabilində ESÖ tərəfindən təmin edilir.
8.4. Bazar imtiyazları, xxxx xxxxxx/aerodrom xidmətləri
GÖ tərəfindən tələb edilən baza imtiyazları və xxxx xxxxxx/aerodrom xidmətləri (içməli su, məişətdə istifadə edilmək üçün su, elektrik, yaşayış xidməti, təmir, texnika) qarşılıq prinsipləri ilə ESÖ-nün imkan və qabiliyyətləri də nəzərə alınaraq, ödəniş müqabilində ESÖ tərəfindən təmin edilir.
Maddə 9
Tibbi yardım
9.1. GO şəxsi heyətinin Təlimdə iştirak üçün tibbi cəhətdən yararlı olmasını, bu mənada hər hansı fizioloji və ya cismani narahatlığının olmamasını təmin etməyə görə cavabdehdir.
9.2. GÖ Təlimin başlanmasından 10 (on) gün əvvəl Təlimdə iştirak edəcək şəxsi heyətinin sağlamlıq vəziyyətinin Təlimdə iştirak üçün əlverişli olduğuna dair tibbi arayış göndərir.
9.3. GÖ-nün şəxsi heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərman və ləvazimatla yola çıxır.
9.4. GÖ tərəfindən Təlimdə iştirak edəcək bütün şəxsi heyətinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi ESÖ-yə girişdən əvvəl vurulması xxxxx xxxx peyvəndlər etdiriləcəkdir. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlər qeyd olunmuş standart peyvənd kitabçalarının şəxsi heyətin üzərində olması təmin edilir.
9.5. ESÖ tərəfindən GÖ-nün hər hansı tibbi narahatlığı xxxx şəxsi heyətinin Təlimdə iştirakına yol verilməyəcəkdir. Təlimə mane olmayacaq mahiyyətdə tibbi narahatlığı xxxx şəxsi heyət Təlimdə iştirak etdiyi təqdirdə bu şəxsi heyətin dərmanlarının ESÖ-yə şəxsi heyətlə birlikdə gətirilməsi təmin edilir.
9.6. ESÖ Təlim ərzində bütün Təlim sahələrində tibbi məqsədli istifadəyə hazır olan müvafiq tibb məntəqələrini və müəssisələrini, daşıma vasitələrini təmin edir.
9.7. ESÖ, təcili tibb xidmətləri, təcili təxliyə xidmətləri, təcili stomatoloji müalicə xidmətlərini GÖ-nün şəxsi heyətinə ödənişsiz olaraq təmin edir. Digər tibbi və stomatoloji müalicə dəstəyi beynəlxalq müqavilələr və ESÖ-nün milli qanunvericiliyinə uyğun olaraq etdiriləcək tibbi sığorta və ya beynəlxalq sığorta müqavilələri çərçivəsində qüvvədə xxxx xxx tibbi sığorta tərəfindən təmin edilir. Lazım gəldikdə, xxxx ödəmə prinsipi çərçivəsində GÖ-nün şəxsi heyətinin müalicəsi ESÖ tərəfindən ödənilir.
9.8. Təyyarə və helikopterlə ESÖ tərəfindən seçilən tibb müəssisələrinə təcili təxliyə ESÖ tərəfindən ödənişsiz olaraq təmin edilir. GÖ-nün şəxsi heyəti üçün seçdiyi xəstəxanaya təcili təxliyənin ESÖ-nün imkanları ilə həyata keçirilməsi lazım olduqda, nəqliyyat xərclərindən irəli gələn hər hansı cavabdehliyi GÖ-nün səlahiyyətliləri öz üzərinə götürürlər.
9.9. ESÖ GÖ-nün təxliyə (medevac) helikopterləri də daxil olmaqla, bütün hava nəqliyyatı vasitələrinin hər hansı təcili halda aidiyyəti təlim sahəsi və ESÖ-nün hava məkanından keçışi, girişi və çıxışına milli prosedurlarına uyğun olaraq ən yüksək prioritet verməyə zəmanət verir.
9.10. Ölüm halında ESÖ GÖ-nün qanunvericiliyinə riayət edilməsini təmin etmək üçün cəsədlə bağlı prosedurların aparılmasından və ya yarılmadan əvvəl GÖ ilə koordinasiya edir. Bir nəfər GÖ təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştiraketmə və yekun yarılma raportunun bir nüsxəsini əldəetmə səlahiyyətinə malikdir.
9.11. Cənazə yarılmanın başa çatmasından sonra daşınması üçün dərhal GÖ- yə təhvil verilir. Bu halda ESÖ münasib daşıma vasitələrini təmin edir.
9.12. Ölüm halında cənazənin GÖ-yə xxxx göndərilməsi ilə bağlı bütün xərclərə görə GÖ cavabdehdir.
Maddə 10
Ətraf mühitin mühafizəsi
10.1. Təlimin planlaşdırma mərhələsindən başlayaraq, icrası və başa çatdırılmasından sonra sahənin əvvəlki xxxxxx gətirilməsi işlərini əhatə edən müddətdə ətraf mühit elementləri bütün prosesə daxil edilir.
10.2. GÖ, ESÖ-nün ətraf mühitlə bağlı qanunvericiliyinə riayət edir və hər növ tullantıları müəyyən edilən xüsusi yerlərdə toplayır. Bu xüsusi yerlər Təlimin keçirilməsindən bir həftə əvvəl GÖ-yə bildirilir.
10.3. Ətraf mühitin idarə olunmasında əsas prinsiplərdən xxxx xxxx “Çirkləndirən ödəyir” prinsipinə uyğun olaraq, ətraf mühitə vurulan zərərlərin təzminatı və tullantıların idarə olunması ilə bağlı xərclər çirkləndirən/tullantı yaradan tərəfindən ödənilir.
10.4. ESÖ GÖ-nü öz ətraf mühit qanunvericiliyi barədə əvvəlcədən məlumatlandırır.
Maddə 11
Maliyyə şərtləri
11.1. GÖ-yə icarəyə verilən əmlak/cihazlar Təlim başa çatdıqdan sonra xxxx qaytarılır. GÖ Təlim ərzində normal istifadə xaricində, ortaya çıxan zərərləri ESÖ-yə bildirməyə və əvəzini ödəməyə görə cavabdehdir.
11.2. Təmir xidmətləri ilə bağlı məsrəflər ESÖ-nün aidiyyəti qurumunun hesabına öncədən ödənilir.
Maddə 12
Hüquqi məsələlər
12.1. Nizam-intizam, qanun və təlimatlar
12.1.1. Təlim müddətində nizam-intizam, təlimat və qanunlarla bağlı ortaya çıxan məsələlər ESÖ-nün milli qanunvericiliyinə müvafiq olaraq araşdırılır və dəyərləndirilir. Təlimdən irəli gələn nöqsanlar dərhal ESÖ-nün səlahiyyətli mütəxəssislərinə bildirilir. GÖ-nün şəxsi heyətinə intizam cəzasının verilməsi ESÖ-nün bildirməsi və ya öz təşəbbüsləri ilə yalnız GÖ-nün səlahiyyətli şəxslərinə aiddir.
12.1.2. GÖ-nün şəxsi heyətinin ESÖ-nün hüquq mühafizə orqanları (polis, prokurorluq və s.) tərəfindən həbs edilməsi və ya azadlıqlarına hər hansı məhdudiyyət qoyulması halında ESÖ-nün və GÖ-nün aidiyyəti yuxarı və aşağı qərargahları vəziyyət barədə təcili surətdə xəbərdar edilir.
12.1.3. Təlim çərçivəsində ESÖ-ya daxil xxxx GÖ-nün şəxsi heyəti ESÖ-nün milli qanunvericiliyinə riayət edir, adət və ənənələrinə hörmət edir.
12.2. İtki, zərər və bənzər hadisələrdəki ziddiyyətlərin aradan qaldırılması
Təlim ərzində GÖ-nün səbəb olduğu itki, maddi zərər və ya yaralanmalara görə təzminat ödəmə məsuliyyəti vardır. GÖ-nün səbəb olduğu zərərlərlə bağlı təzminat tələbləri ESÖ-nün milli qanunvericiliyi əsas götürülərək təmin edilir.
Maddə 13
Şəxsi heyətlə bağlı və inzibati məsələlər
13.1. ESÖ-yə nağd valyuta vəsaitinin gətirilməsi ESÖ-nün milli qanunvericiliyinə müvafiq qaydada həyata keçirilir.
13.2. Qeyri-hərbi avtomobillərin sürücüləri milli və ya beynəlxalq sürücü sənədlərinə malik olmaq məcburiyyətindədirlər. Bütün avtomobillərin müvafiq sığortası olmalıdır. GÖ-nün şəxsi heyəti istifadə etdikləri avtomobillərdə müvafiq sığorta sənədlərini saxlamaq məcburiyyətindədir.
13.3. GÖ ESÖ-yə gətirilən bütün şəxsi heyətinin tibbi müayinədən keçirilməsini təmin edir.
13.4. Ölüm və ya yaralanma halında GÖ-yə və ESÖ-yə vəziyyət barədə məlumat verilir. Hadisənin və ya ölümün ESÖ-nün məhkəmə-istintaq orqanları tərəfindən GÖ-nün səlahiyyətli orqanları ilə koordinasiyalı şəkildə təhqiqatından sonra (xüsusi təhqiqat tələb edən hallarda keçiriləcək yarılma və s. daxil olmaqla), ölü/yaralı, şəxsi heyətin daşıma vasitəsinə (təyyarəyə, quru nəqliyyat vasitəsinə) qoyulmaqla, ESÖ-nün yardımları ilə GÖ-nün şəxsi heyəti ölkə qaydaları və nizamnamələrinə görə nəql üçün hazırlanır. Bu xidmətlərə görə GÖ-dən heç bir ödəmə tələb edilmir.
13.5. GÖ-nün şəxsi heyətinin yemək və yaşayış məqsədilə ESÖ-nün hərbi sosial təsisatlarından istifadə etməsi halında, xərclər GÖ-nün şəxsi heyəti tərəfindən ödənilir, ödənişlər yerində və nağd şəkildə edilir.
Maddə 14
Gömrük prosedurları
14.1. Gömrük prosedurları ESÖ-nün milli qanunvericiliyi və aşağıdakı prinsiplərə müvafiq olaraq aparılır.
14.2. GÖ-nün səlahiyyətliləri Təlimdə iştirak üçün ESÖ-yə daxil olacaq şəxsi heyət və əmlak haqqında məlumatı ESÖ-nün hərbi orqanlarının vasitəçiliyi ilə ESÖ-nün gömrük orqanlarına bildirirlər. Bu məqsədlə hazırlanan şəxsi heyət və əxxxx xxxxxxxxxxxxx, Təlimdən 30 (otuz) gün əvvəl ESÖ-nün Müdafiə Nazirliyinə göndərilir. ESÖ-nün Müdafiə Nazirliyi bu bəyannamələri araşdırdıqdan sonra bu bəyannamələri, GÖ-nün şəxsi heyətinin ESÖ-yə daxil ola bilməsini asanlaşdırmaq üçün ESÖ-nün gömrük orqanına göndərir.
14.3. Şəxsi heyət və əmlak bəyannamələri 3 (üç) nüsxədə hazırlanır, izahedici məlumat məktubu/bəyannamə ilə birlikdə ESÖ-nün dövlət sərhədindən buraxılış məntəqələrindəki ESÖ-nün dövlət gömrük orqanının səlahiyyətli şəxslərinə təqdim edilir. Bəyannamələr hər xxx üçün ayrıca olaraq hazırlanır və hər bir konteynerin üzərində, hansı fəaliyyət çərçivəsində ölkəyə giriş edildiyini bildirən qeyd edilir.
14.4. GÖ tərəfindən ESÖ-yə gətirilən əmlak və təchizatın hamısı ESÖ tərəfindən qalması üçün təsdiq olunanlarla Təlim əsnasında istifadə olunan və ya itirilən əmlak istisna olmaqla, Təlimin başa çatmasından sonra 15 (on beş) gün ərzində ölkədən kənara çıxarılır. Təlim üçün gətirilən əmlak ESÖ-nün hərbi şəxsi heyətinə və ya mülki şəxslərinə satıla, verilə bilməz və ya bu şəxslərlə mübadilə edilə bilməz. Eyni qaydalar GÖ əməkdaşlarının şəxsi mülkiyyətindəki xxxxxxx da şamil edilir.
14.5. Şəxsi səbəblərə görə Təlimdən ayrılmaq məcburiyyətində qalan GÖ-nün mənsubları pasport nəzarətindən və gömrükdən keçərkən ESÖ-dən çıxaracaqları hərbi əmlakla bağlı təsdiq edilmiş çıxış bəyannaməsinə malik olmalıdırlar.
14.6. Xəstəlik, qəza və ya dönüş vasitəsinin qaçırılması kimi səbəblərlə ESÖ-də qalmaq məcburiyyətində qalan GÖ-nün şəxsi heyəti ESÖ-də qalmasına səbəb xxxx məcburi halın aradan qalxmasından sonra məsrəfi GÖ tərəfindən ödənilməklə 24 (iyirmi dörd) saat ərzində öz ölkəsinə xxxx göndərilir.
Maddə 15
Digər məsələlər
15.1. Bu Anlaşma Memorandumunun tətbiqi zamanı ortaya çıxan/qarşılaşılan, 3-cü maddəyə əsaslanaraq razılaşdırılan və Anlaşma Memorandumunda tənzimlənməyən məsələlər barədə preambulada istinad edilən Müqavilələrin müddəaları əsas götürülür.
15.2. Anlaşma Memorandumunda tərifi verilməyən anlayışlar haqqında preambulada istinad edilən Müqavilələrdə qeyd olunan terminlər və anlayışlar əsas götürülür.
15.3. Bu Anlaşma Memorandumunun müddəaları ESÖ ilə GÖ arasında bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırmır.
Maddə 16
Fikir ayrdıqlannın həlli
16.1. Bu Anlaşma Memorandumunun müddəalarının təfsiri və ya tətbiqi zamanı yarana biləcək fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir və həll üçün hər hansı bir milli, beynəlxalq məhkəməyə və ya üçüncü tərəfə müraciət edilmir.
16.2. Fikir ayrılığı Tərəflərə bildirildikdən sonra Tərəflər arasında nəzərə alınaraq 30 (otuz) gün ərzində danışıqlara başlanılacaqdır. Növbəti 60 (altmış) gün ərzində nəticə alınmadığı təqdirdə Tərəflərdən hər biri bu Anlaşma Memorandumunun 18.2-ci maddəsində nəzərdə tutulan qaydada bu Anlaşma Memorandumunu ləğv edə bilər.
Maddə 17
Əlavə və dəyişikliklər
17.1. Tərəflərdən hər biri, lazım gəldikdə yazılı şəkildə bu Anlaşma Memorandumuna əlavə və dəyişikliklər edilməsini təklif edə bilər.
17.2. Danışıqlar, yazılı bildirişin alındığı tarixdən 30 (otuz) gün ərzində başlayacaqdır. Keçirilən danışıqlarda 60 (altmış) gün ərzində bir nəticəyə gəlinmədikdə Tərəflərdən hər biri bu Anlaşma Memorandumunun 18.2-ci maddəsində nəzərdə tutulan qaydada bu Anlaşma Memorandumunu ləğv edə bilər.
17.3. Əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 18.1-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 18
Qüvvəyəminmə, qüvvədəolma müddəti və ləğvetmə
18.1. Bu Anlaşma Memorandumu Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq daxili prosedurların başaçatmasını bir-birinə yazılı olaraq bildirdiyi son bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən etibarən qüvvəyə minəcəkdir.
18.2 Bu Anlaşma Memorandumu 1 (bir) il müddətinə bağlanılır və Tərəflərdən biri ilkin birillik müddətin və ya növbəti birillik müddətlərdən hər hansı birinin bitməsinə ən azı 30 (otuz) gün qalmış bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti birillik müddətlərə uzadılır.
Bakı şəhərində 21 aprel 2017-ci il tarixində və Ankara şəhərində 5 may 2017-ci il tarixində iki əsl nüsxədə, hər biri eyni dərəcədə etibarlı olmaqla, Azərbaycan və türk dillərində imzalanmışdır.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında
təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair 2014-cü il dekabrın 1-də Kiyev şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin. [1]
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna tərəflərinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2017-ci il
№ 1259
Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında
təmsilçiliyə dair ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycanın (Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası), Gürcüstanın (Gürcüstan Mülki Aviasiya Agentliyi), Moldovanın (Moldova Respublikasının Mülki Aviasiya Hakimiyyət Orqanı), Türkiyənin (Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğu) və Ukraynanın (Ukraynanın Dövlət Aviasiya Administrasiyası) mülki aviasiya hakimiyyəti orqanları,
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) strateji məqsədlərinə və uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi, bütün dünyada aeronaviqasiyanın səmərəliliyi və müntəzəmliyinin ətraf mühitə zərər vurmadan inkişafının sürətləndirilməsi sahəsində ICAO-nun fəaliyyətində öz öhdəliklərini bir daha təsdiq edərək,
ICAO-nun işinə öz töhfəsini vermək imkanına və arzusuna xxxxx xxxx bütün ICAO üzvlərinə ICAO Şurasında təmsil edilmək üçün şərait yaradılmalı olduğuna inanaraq,
beynəlxalq mülki aviasiya təşkilatlarında öz müvafiq dövlətlərinin maraqlarının təmsil edilməsi sahəsində hər bir Tərəfin səriştəsini nəzərə alaraq,
öz aralarında əməkdaşlıq və rotasiya qrupunun yaradılmasının bu məqsədə xidmət edəcəyini və ICAO-da, Avropa Mülki Aviasiya Konfransında (ECAC) mövcud xxxx əməkdaşlıq ruhuna və müəyyən edilmiş təcrübəyə uyğun olacağını təsdiqləyərək,
öxxxxxxxx Xxxxxx xeçilməsinin ICAO Şurasında təmsilçiliyi və şəffaflığı artıracağına inanaraq,
ICAO Şurasına üzvlük məqsədi ilə rotasiya qrupunun yaradılması ideyasının və bu məqsədlə öz aralarındakı əməkdaşlığı möhkəmləndirmək üçün lazımi tədbirləri və vasitələri müzakirə edərək,
2013-cü ilin 10-11 yanvar tarixlərində İstanbulda keçirilmiş iclasın gedişində 2013-cü ilin 11 yanvar tarixində imzalanmış Razılaşdırılmış Protokolun müddəalarına müvafiq olaraq fəaliyyət göstərərək,
aşağıdakılar barədə razılığa gəldilər:
I. Məqsədlər və rotasiya
1. Bununla Tərəflər ICAO-da sıx əməkdaşlıq etmək və ICAO-nun daimi orqanlarında öz nümayəndəliklərinin təşkili və qorunub saxlanılması məqsədi ilə əməkdaşlıq və rotasiya qrupu (bundan sonra - Qara Dəniz-Xəzər Qrupu (BSCG) adlandırılacaq) yaradırlar.
2. Tərəflər ECAC, EUROCONTROL və digər müvafiq aviasiya təşkilatlarında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq edəcəklər.
3. ICAO Şurası daxil olmaqla, ICAO-nun bütün daimi orqanlarında Tərəflərin namizədliyi 3 illik dövr üçün rotasiya oluna bilər.
4. ICAO Şurasında üzvlüyün rotasiya sxemi Türkiyənin Şuraya seçilməsindən başlayaraq, Tərəflər yekdilliklə başqa qərara gəlmədikdə, aşağıdakı qayda üzrə davam edəcək: Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova.
5. Tərəflər BSCG namizədlərini fəal dəstəkləyəcək və bütün ICAO üzvlərindən dəstək almaq üçün səy göstərəcəklər.
6. BSCG-nin hazırkı üzvlərinin yekdil razılığı şərtilə BSCG-yə yeni üzv qəbul olunduqda, onun rotasiya növbəsi BSCG-nin bütün hazırkı üzvlərinin seçilməsindən sonra çatacaqdır.
7. Bir Tərəf növbəsinin çatmasına baxmayaraq, növbəti Şura seçkilərində öz namizədliyini irəli sürmək arzusunda olmadığı təqdirdə, həmin Tərəf növbəti seçkilərin tarixindən ən geci bir il əvvəl öz qərarı barədə digər Tərəfləri yazılı şəkildə məlumatlandıracaq. Bu halda, həmin Tərəfin öz rotasiyasını başa vurması və yekdilliklə başqa şəkildə razılıq əldə olunmayacağı təqdirdə, növbəti Tərəfin 4-cü bənddə göstərilən rotasiya qaydası üzrə öz namizədliyini ICAO- ya təqdim etməsi kimi qəbul edilir.
II. Əməkdaşlıq
8. Tərəflər arasında əməkdaşlıq məlumat mübadiləsini, müntəzəm məsləhətləşmələri, koordinasiyanı və ICAO orqanlarının iş proqramı və iş sənədləri üzrə rəylərin uyğunlaşdırılmasını əhatə edir.
9. ICAO orqanları tətildə olduğu zaman Tərəflər ən azı ildə 2 (iki) dəfə görüş təşkil edirlər. Bu görüşlər Tərəflər arasında rotasiya prinsipinə uyğun olaraq təşkil olunur. Görüşlərə davamiyyət seçilmiş Şura üzvünün, əlaqələndirici şəxslərin və ehtiyac olduqda digər aidiyyəti əməkdaşların iştirakı ilə rəhbərlik səviyyəsində olacaq. Belə görüşlərə sədrlik və onların təşkili qəbul edən ölkə tərəfindən edilir. BSCG-nin işçi dili ingilis dilidir.
10. Seçilmiş Şura üzvü aşağıdakı ICAO orqanlarının iş proqramlarını, hesabatları və digər müvafiq sənədləri BSCG-yə paylayır:
Şura
Aeronaviqasiya Komissiyası Hava Nəqliyyatı Komitəsi Birgə Dəstək Komitəsi Maliyyə Komitəsi
Ətraf Mühitin Qorunması üzrə Aviasiya Komitəsi (CAEP) Hüquq Komitəsi
Aviasiya Təhlükəsizliyi üzrə İşçi Qrup (AVSEC)
11. Hər bir Tərəf BSCG-nin fəaliyyətinə görə məsul xxxx və seçilmiş Şura üzvü və BSCG üzvlərinin əlaqələndirici şəxsləri ilə işgüzar əlaqədə xxxx əlaqələndirici şəxs təyin edir.
12. Seçilmiş Şura üzvü digər BSCG üzvlərinin müvafiq mövqelərini nəzərə alır və öz dövlətinin fikirlərini ifadə edir. Razılaşdırılmış mövqeyə nail olunmadıqda, seçilmiş Şura üzvünün fikrinə üstünlük verilir.
13. Seçilmiş Şura üzvündən kömək göstərməsi və ya BSCG üzvünün ICAO Katibliyi ilə əlaqələrini və ya digər razılaşmalarını asanlaşdırması xahiş edilə bilər. İsətnilən əlavə sənədləşmə, məktublaşma və digər xərclər müraciət edən BSCG üzvünün vəsaiti hesabına ödənilir.
14. Şuraya üzv seçilmiş Tərəf Monrealda bu Anlaşma Memorandumunun və 1944-cü ilin 7 dekabr tarixində Çikaqoda imzalanmış Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın müddəalarına uyğun olaraq fəaliyyət göstərən Nümayəndəlik yaradır.
15. Seçki kampaniyası ilə bağlı xərcləri müvafiq namizəd xxxx Tərəf ödəyir. Digər BSCG üzvləri tərəfindən namizəd dövlətə göstəriləcək dəstəklə bağlı yaranan xərcləri hər bir müvafiq Tərəf ödəyir.
III. Ümumi müddəalar
16. Bu Anlaşma Memorandumu müvafiq dövlətin tətbiq edilən və qüvvədə olan milli qanunvericiliyinə uyğun olması şərtilə imzalandığı tarixdən qüvvəyə minir. Əlavə daxili prosedurların tələb olunduğu digər Tərəflər üçün bu Anlaşma Memorandumu onların yerinə yetirilməsindən sonra qüvvəyə minir.
17. Xxxxxx xxxxxxxx dövlət istisna olunmaqla, BSCG-nin istənilən üzvü BSCG-nin bütün üzv dövlətlərinə yazılı bildiriş təqdim etməklə BSCG-də öz iştirakını ləğv edə bilər. Ləğvetmə haqqında bildirişdə göstərilən tarixdən 30 gün sonra belə ləğvetmə qüvvəyə minir.
18. Bu Anlaşma Memorandumunun ayrılmaz hissəsi xxxx istənilən düzəliş ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 16-cı bəndinə müvafiq olaraq qüvvəyə minir.
19. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır və 6-cı bəndə müvafiq olaraq imza üçün açıq elan edilir.
Bu Anlaşma Memorandumu Kiyev şəhərində 2014-cü ilin 1 dekabr tarixində ingilis dilində olmaqla, beş əsl nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikasının Gürcüstanın
Moldova Respublikasının Türkiyə Respublikasının Ukraynanın
mülki aviasiya hakimiyyəti orqanları adından
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 2-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” 2014-cü il mayın 26-da Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2016-cı il
№ 307-VQ
Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair ANLAŞMA MEMORANDUMU
Hazırkı Anlaşma Memorandumu (bundan sonra “Memorandum”) 26 may 2014-cü il tarixində aşağıdakılar arasında imzalanmışdır:
hər biri ayrılıqda “Dövlət” və birlikdə “Dövlətlər” adlanacaq
(1) AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ, Energetika Nazirliyi tərəfindən təmsil olunur (bundan sonra “Azərbaycan Respublikası”); və
(2) TÜRKİYƏ RESPUBLİKASI HÖKUMƏTİ, Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən təmsil olunur (bundan sonra “Türkiyə Respublikası”)
nəzərə alırlar ki,
(A) Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Trans Anadolu Qaz Xxxx Kəməri Layihəsinə dair, Türkiyə Respublikasının iştirak payına uyğun olaraq 20% (iyirmi faiz) və Azərbaycan Respublikasının iştirak payına uyğun olaraq 80% (səksən faiz) iştirak ilə layihə üzrə konsorsiumun yaradılması məqsədilə 24 dekabr 2011-ci il tarixli Anlaşma Memorandumu imzalanmışdır (bundan sonra “Memorandum”).
(B) Azərbaycan Repsublikası və Türkiyə Respublikası arasında 26 iyun 2012-ci il tarixli Trans Anadolu Qaz Xxxx Kəməri üzrə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Hökumətlərarası Saziş” imzalanmışdır (bundan sonra “HS”).
(C) Türkiyə Respublikası və “Trans Anatolian Gas Pipeline Company B.V.” şirkəti arasında 26 iyun 2012- ci il tarixində “Trans Anadolu Qaz Xxxx Kəməri üzrə Tranzit ölkə ilə saziş” (bundan sonra “TÖS”) imzalanmışdır və HS-in tərkib hissəsi olaraq qoşmada verilmişdir.
(D) “Trans Anatolian Gas Pipeline Company B.V.” şirkəti öz hüquq və öhdəliklərini Türkiyə Respublikası qanunvericiliyinə əsasən təsis olunan “TANAP Doğal Qaz İletim Anonim Şirketi”nə (bundan sonra “TANAP Şirkəti”) ötürmüşdür.
(E) Azərbaycan mənşəli xxxx və onun ərazisindən gələn təbii qazın Türkiyə/Gürcüstan sərhədindən, Türkiyə ərazisindən keçərək və çıxış nöqtələri Türkiyədə və Türkiyə/Yunanıstan və Bolqarıstan sərhədlərində, eləcə də Dövlətlər tərəfindən razılaşdırılmış digər nöqtələrdə xxxx təhlükəsiz və səmərəli təbii qaz xxxx kəməri Trans Anadolu Qaz Xxxx Kəməri Sistemini TANAP Şirkəti quraşdırır.
(F) Hazırkı Memorandumun tarixində, Türkiyə Respublikası və TANAP Şirkəti TÖS-ə dəyişiklik edilməsi barədə anlaşma imzalamışdırlar.
(G) Hazırkı Memorandumun tarixində, Xxxx Xxxxxx ile Petrol Täşıma A.Ş. (“BOTAŞ”) və TANAP Şirkəti arasında təbii qazın BOTAŞ tərəfindən TANAP sistemi ilə nəql edilməsi məqsədilə qazın nəqli üzrə müqavilə bağlanmışdır (“BOTAŞ GTA”).
(H) Türkiyə Respublikası və Azərbaycan Respublikası 7 iyun 2010-cu ildə Anlaşma Memorandumu (“2010-cu il Memorandumu”) imzalamışlar. Memorandumun müddəalarından biri də BOTAŞ şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“ARDNŞ”) afilə xxxx şirkətinə Türkiyədə ildə 1.2 xxxxxxx kubmetr təbii qazın çatdırılmasını və sonradan da 2016-cı ilin sonunadək Petkim daxil olmaqla Türkiyə daxili
bazarına və müştərilərinə satışını (“Türkiyə üçün təbii qazı”) nəzərdə tutur. 2010-cu il Memorandumuna uyğun olaraq, ARDNŞ-nin afilə xxxx şirkəti “SOCAR Turkey Petrokimya A.Ş.” (STPAŞ) və BOTAŞ arasında 28 iyun 2011-ci il tarixli 1.2 xxxxxxx kubmetr təbii qazın çatdırılması və alqı-satqısına dair Müqavilə imzalanmışdır (“STPAŞ- BOTAŞ Müqaviləsi”). Azərbaycan Respublikası STPAŞ-BOTAŞ Müqaviləsinin müddətini artırmaq niyyətindədir.
Bununla əlaqədar, Dövlətlər aşağıdakılara dair razılaşıblar:
Maddə 1
Təfsir və anlayışlar
1.1. Anlayışlar
Bu Memorandumda əks olunmadığı təqdirdə, böyük hərflər ilə yazılmış terminlər HS və TÖS-də qeyd edilmiş mənanı əks etdirir və həmin sənədlərdə əks olunmayan halda, aşağıdakı mənaları daşıyır:
Namizəd - Türkiyə Respublikasının tam mülahizəsi ilə təqdim edilən müəssisə;
Şahdəniz Təbii Qaz Yatağı - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz təbii qaz yatağı;
Şahdəniz HPB haqqında Saziş - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz təbii qaz yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş;
Tamamlanma tarixi - 1 iyun 2016-cı il;
Zəfər-Məşəl Təbii Qaz Yatağı - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Zəfər-Məşəl yatağının daxil olduğu blok.
1.2. Təfsir
1.2.1. Bu Memorandumun maddələrə, hissələrə və digər bölmələrə bölgüsü və başlıqların yerləşdirilməsi istinadların rahatlığı üçün qeyd olunub və Memorandumun təfsirinə və ya tərtibinə təsir etməməlidir.
1.2.2. Bu Memorandumda əks olunmadığı təqdirdə, nömrəli və ya hərfli “maddə”yə bütün istinadlar bu Memorandumda müəyyən edilmiş maddələrə istinaddır.
1.2.3. Burada istifadə olunan “bu Memorandum”, “bundan sonra”, “hazırkı”, “aşağıda qeyd edilmiş” anlayışları yalnız bu Memoranduma aid olub heç bir digər xüsusi maddəyə və ya digər hissəyə aid deyil.
1.3. Struktur
Digər şərtlər məxsusi olaraq qeyd edilmədiyi və ya mətnin tələblərinə zidd olmadığı təqdirdə, tək halda istifadə edilən sözlərin cəm halı və əksinə, cəm halda nəzərdə tutulmuş sözlərin tək halı göstəriləcəkdir və cinsi nəzərdə tutan sözlər hər iki cinsi özündə cəmləşdirəcəkdir. Bununla belə, “daxil etmək”, “daxil edir” və “daxil olmaqla” sözləri “bununla məhdudlaşdırılmamaqla” sözləri ilə birgə istifadə ediləcəkdir.
Maddə 2
Türkiyə Respublikasının öhdəlikləri
2.1. Azərbaycan Respublikasının 3-cü maddədə qeyd edilmiş öhdəlikləri aşağıdakı şərtlərdən asılıdır:
2.1.1. Türkiyə Respublikasının TANAP ilə HGA Dəyişikliyini imzalaması və ratifikasiyası;
2.1.2. BOTAŞ-ın BOTAŞ GTA-nı imzalaması və ötürməsi.
2.2. Türkiyə Respublikası 2.1-ci maddədə göstərilmiş şərtləri yerinə yetirdikdən dərhal sonra qeyd edilmiş proseslərin yerinə yetirildiyi barədə Azərbaycan Respublikasını yazılı şəkildə məlumatlandırmalıdır.
Maddə 3
Azərbaycan Respublikasının öhdəlikləri
3.1. Yuxarıda qeyd olunmuş 2-ci maddəyə əsasən Azərbaycan Respublikası bu Memorandumun imzalanıb və ratifikasiya edildiyi gündən sonra 90 (doxsan) gün ərzində növbəti şərtləri yerinə yetirməyi və ya təmin etməyi öhdəsinə götürür:
3.1.1. TANAP Şirkətində xxxx 30 % (otxx xxxx) iştirak payının ARDNŞ-dən Namizədə ötürülməsi;
3.1.2. Şahdəniz qaz yatağında və Cənub Qafqaz Xxxx Kəmərində 10 % (on faiz) iştirak paylarının və Cənub Qafqaz Xxxx Kəmərinin genişləndirilməsi ilə bağlı layihəni ARDNŞ-dən və ya Şahdəniz HPBS-nə əsasən digər podratçıdan (podratçı ilə razılıq əldə olunduğu təqdirdə) Namizədə ötürülməsi;
3.1.3. Zəfər-Məşəl qaz yatağında 10% (on faiz) iştirak payı ARDNŞ-dən Namizədə ötürüləcəkdir. Bu ötürmə Zəfər-Məşəl qaz yatağının iştirak paylarını müəyyən edən hasilatın pay bölgüsü və ya hər hansı digər sazişin bütün tərəfləri imzaladıqdan və Saxxx xüvvəyə mindikdən sonra həyata keçiriləcəkdir.
Maddə 4
SOCAR Türkiyə üçün qazın nəqlinin uzadılması
Türkiyə Respublikası SOCAR Türkiyə üçün qazm nəqlinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasına və BOTAŞ-m STPAS-BOTAŞ GSA-nın müddətinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasının təmin edilməsinə razılıq verir.
Maddə 5
Mübahisələrin həlli
Bu Memorandumun təfsiri və tətbiqi ilə bağlı meydana çıxa bilən istənilən mübahisələr İGA-nın 12-ci maddəsinə əsasən aradan qaldırılacaqdır.
Maddə 6
Qüvvəyəminmə
6.1. Hər bir Dövlətin Hökuməti razılaşır ki, bu Memorandumun imzalanmasından sonra bu sənədin onun Konstitusiyasına və beynəlxalq hüquq qaydalarına müvafiq olaraq məcburi öhdəliklərinə əsasən qüvvəyə minməsi üçün bütün tədbirləri gecikdirilmədən və zəruri şəkildə həyata keçirəcəkdir.
6.2. Bu Memorandum bütün daxili hüquqi prosedurlann yekunlaşdığı barədə Dövlətlərin diplomatik kanallar vasitəsi ilə bir-birinin yazılı məlumatını aldığı tarixdən qüvvəyə minəcəkdir.
6.3. Bu Memoranduma dəyişikliklər və əlavələr Dövlətlərin qarşılıqlı razılığından sonra edilə bilər. Hər hansı dəyişiklik və əlavə bu Memorandumun tərkib hissəsi olacaq və 6-cı maddəyə əsasən qüvvəyə minəcək protokollarda öz əksini tapacaqdır.
Maddə 7
Səlahiyyətli orqanlar
Bu Memorandumun icrası ilə bağlı Dövlətlər burada qeyd olunan aidiyyəti orqanları cəlb edirlər: Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi.
Maddə 8
Xitam
8.1. Bu Memoranduma aşağıdakı iki haldan birinin baş verdiyi təqdirdə xitam verilə bilər:
8.1.1. ölkələrin qarşılıqlı razılıq əsasında yazılı şəkildə bu Memoranduma xitam vermək qərarının imzalanması tarixində;
8.1.2. maddə 2.1-də qeyd edilmiş şərtlər Tamamlanma tarixinə (və ya Ölkələrin razılaşdığı digər tarixə) qədər yerinə yetirilmədiyi halda.
26 may 2014-cü il tarixində Ankara şəhərində Azərbaycan, türk və ingilis dillərində tərtib olunmuş və 2 (iki) nüsxədə imzalanmışdır və qeyd olunmuş bütün mətnlər bərabər məna daşıyırlar. Mətnlərlə bağlı hər hansı anlaşılmazlıq yarandığı təqdirdə, ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının |
Hökuməti adından | Hökuməti adından |
cənab Natiq ƏLİYEV, | cənab Xxxxx YILDIZ, |
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının energetika və |
energetika xxxxxx | təbii sərvətlər xxxxxx |
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “XXXXX Xxxxxx təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “XXXXX Xxxxxx təlimləri” üçün Saxxx Xxxx xəstəyinə dair 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2015-ci il
№ 717
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair 2015-ci il sentyabrın 3-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2015-ci il
№ 716
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma
Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Saxxxx Xxxx xəstəyinin şərtlərinə dair” 2015-ci il xxxxxx 21-də Bakı şəhərində və 2015-ci il aprelin 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
№ 1311-IVQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə
Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti,
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 10 iyun 1996-cı ildə Ankara şəhərində imzalanmış “Hərbi təlim, texniki və xxxx sahədə əməkdaşlıq haqqında Saziş”i nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Anlaşma Memorandumu və onun A Əlavəsinin məqsədləri baxımından aşağıdakı anlayışlar tətbiq edilir:
1.1. Xüsusi təyinatlı qüvvələr Təlimi (Təlim): regiondakı xüsusi təyinatlı qüvvələrin imkanlarının sinxronlaşdırılmasını və koordinasiyasını asanlaşdırmaq məqsədi ilə Azərbaycan və Türkiyənin xüsusi təyinatlı qüvvələri arasında keçirilən ikitərəfli təlim.
1.2. Ev Sahibi Ölkə (ESÖ): bu Anlaşma Memorandumunun məqsədləri çərçivəsində, Göndərən Ölkə (GÖ) Qüvvələrini öz sərhədləri daxilində qəbul və qonaq edən ölkə.
1.3. Göndərən Ölkə (GÖ): Təlimə dəstək göstərmək və ya Təlimdə iştirak etmək məqsədi ilə ESÖ-nün ərazisinə qüvvə yerləşdirən ölkə.
1.4. Qüvvələr: Təlimin məqsədinə müvafiq olaraq, hər hansı mülki komponent daxil olmaqla belə qüvvələrin bütün hərbi heyəti və avadanlığı. Termin özündə bütün hava nəqliyyatı, digər nəqliyyat vasitələri, təminat maddələri, təchizat və sursatla Təlim məqsədi ilə Qüvvələrlə birlikdə yerləşdirilən və ya Qüvvələri dəstəkləyən podratçılar daxil olmaqla dəstək xidmətləri ilə birlikdə hava, yerüstü və dəniz nəqliyyatı vasitələrini ehtiva edir.
1.5. Ev Sahibi Ölkə Dəstəyi (ESÖD): ESÖ tərəfindən bu ölkənin ərazisində, ərazi sularında və ya hava məkanında yerləşən, fəaliyyət göstərən və ya tranzit keçid edən Qüvvələrə göstərilən mülki və hərbi yardımdır.
1.6. Qüvvələrin Qorunması (QQ): şəxsi heyətin, obyektlərin, avadanlığın və fəaliyyətlərin hər hansı təhdid qarşısındakı zəifliyini minimuma endirmək və bütün hallarda Qüvvələrin fəaliyyət sərbəstliyini və əməliyyat qabiliyyətini qoruyub saxlamaq üçün görülən bütün tədbirlər və istifadə olunan vasitələrdir.
1.7. Bu Anlaşma Memorandumu çərçivəsində anlayış göstərilmədikdə, NATO-nun Terminlər və Anlayışlar Lüğətindən (AAP-6) istifadə olunur.
Maddə 2
Məqsəd və əhatə dairəsi
Bu Anlaşma Memorandumunun məqsədi Təlimin fəaliyyət sahələrinin təsis edilməsi ilə bağlı ümumi prinsip və prosedurları və Təlimin dislokasiya, icra və dislokasiyanı dəyişmə mərhələləri ilə bağlı ESÖ tərəfindən Qüvvələrə göstərilən təminatın və ya dəstəyin şərtlərini müəyyənləşdirməkdir. Bu Anlaşma Memorandumu eyni zamanda Təlimlə bağlı yuxarıda qeyd olunan beynəlxalq sazişin tətbiqini və GÖ-nün Qüvvələri ESÖ-nün ərazisində olarkən onlara göstərilən dəstəyi qəbul edir.
Maddə 3
Dəstəyin müddəti
3.1. Bu Anlaşma Memorandumunda qeyd olunan ESÖD GÖ-nün qüvvələrinin ilkin komponentlərinin ESÖ ərazisinə daxil olduğu andan başlayır və GÖ-nün qüvvələrinin son komponenti ESÖ ərazisini tərk edənə qədər davam edir.
3.2. ESÖ Təlimdə iştirak etmək üçün yerləşən qüvvələrə tam imkanları daxilində və bu Anlaşma Memorandumuna müvafiq olaraq dəstək təmin edir.
Maddə 4
Hüquqi status
ESÖ-nün ərazisində olduğu müddət ərzində Qüvvələrin statusu GÖ və ESÖ arasında imzalanmış qüvvədə xxxx beynəlxalq sazişlərə uyğun olaraq tənzimlənir.
Maddə 5
Yurisdiksiya
Qüvvələr ESÖ ərazisindəikən cinayət və nizam-intizam yurisdiksiyası ilə bağlı yarana biləcək bütün məsələlər ESÖ və ya əlaqəli GÖ ilə imzalanmış beynəlxalq sazişlərlə tənzimlənir.
Maddə 6
Giriş və çıxış prosedurları
6.1. GÖ-nün Qüvvələri viza tələblərindən və ESÖ-nün əcnəbilərin onun ərazisinə gəlişi və gedişi zamanı qeydiyyat və nəzarətlə bağlı prosedurlarından azad olunurlar. Bu GÖ Qüvvələrinin ESÖ ərazisində daimi məskunlaşma və ya yaşama hüququ əldə etməsi kimi qəbul edilmir.
6.2. ESÖ ərazisinə daxil olarkən/ESÖ ərazisini tərk edərkən, GÖ Qüvvələri ESÖ-nü 302 xxxxx forma və ya ESÖ tərəfindən müəyyən edilən müvafiq forma ilə təmin etməlidir. Sərhəd keçid prosedurlarını sürətləndirmək üçün GÖ lazımi 302 xxxxx xxxxxxx və ya müvafiq formanı çatma nöqtəsində təqdim edir.
6.3. GÖ, şəxsi heyət və təchizatın gəlişindən ən azı 60 gün əvvəl Qüvvələrinin heyət üzvlərinin siyahısı və 302 xxxxx forma və ya ESÖ tərəfindən müəyyən edilən müvafiq forma üzrə ESÖ-nü məlumatlandırır.
Maddə 7
Gömrük rüsumları və vergilər
7.1. ESÖ GÖ heyətini ESÖ ilə imzalanmış qüvvədə xxxx beynəlxalq sazişlərin müddəalarına müvafiq olaraq, Təlim məqsədi ilə ESÖ-nün ərazisinə müvəqqəti olaraq idxal edilən GÖ-nün təminat maddələri və təchizatını gömrük rüsumu və digər vergilərdən azad edir.
7.2. GÖ Qüvvələri, Təlimin sonunda ESÖ tərəfindən ölkədə saxlanması razılaşdırılmış və ya Təlim məqsədi ilə sərf edilmiş/itirilmiş ləvazimat və/və ya təchizat istisna olmaqla, ESÖ ərazisinə gətirdiyi bütün ləvazimat və təchizatı xxxx aparır.
7.3. Təlim məqsədi ilə gətirilmiş ləvazimatla GÖ Qüvvələrinin şəxsi əşyaları ESÖ-nün hərbi və mülki şəxsi heyəti ilə mübadilə edilə, hərbi və ya mülki şəxslərə satıla və ya verilə bilməz. Təlim zamanı sərf edilən və ya itirilən istehlak mallarının siyahısı Təlim başa çatdıqdan sonra hazırlanır, bu siyahı ESÖ- nün hərbi səlahiyyətli qurumları tərəfindən təsdiq edilir və GÖ Qüvvələri tərəfindən ölkə ərazisinə daxil olarkən istifadə edilən manifestə əlavə olaraq çıxış nöqtəsində gömrük rəsmilərinə verilir.
7.4. ESÖ ilə qüvvədə xxxx beynəlxalq sazişlərə müvafiq olaraq tətbiq oluna bilən azadolmalar istisna olmaqla, GÖ-nün ESÖ ərazisində həyata keçirdiyi mal və xidmət satınalmaları ESÖ-nün qanunvericiliyinə uyğun olaraq bütün vergiləri əhatə edir.
Maddə 8
İddialar
8.1. Təlim zamanı (dislokasiya, icra müddəti və dislokasiyanı dəyişmə), razılaşmadan irəli gələn iddialar istisna olmaqla, ESÖ ərazisində GÖ və ESÖ Qüvvələri arasında ortaya çıxan bütün iddialar ESÖ ilə GÖ arasında imzalanmış qüvvədə xxxx beynəlxalq sazişlərin aidiyyəti müddəalarına müvafiq olaraq həll edilir.
8.2. Təlim zamanı ESÖ-nün təyyarə /gəmilərindən istifadə edən GÖ heyəti və ya Təlim zamanı ESÖ-nün təyyarə /gəmilərindən istifadə edəcək Təlimdə iştirak edən istənilən heyət müvafiq olaraq ESÖ və ya GÖ-nün hərbi səlahiyyətli orqanları tərəfindən müəyyənləşdirilmiş tətbiqi mümkün xxxx qaydalara riayət edir.
Maddə 9
Tibbi dəstək
Tibbi dəstəklə bağlı məsələlər bu Anlaşma Memorandumunun A Əlavəsində göstərilmişdir.
Maddə 10
Öhdəliklər
10.1. ESÖ-nün öhdəlikləri:
a. Təlim zamanı (yerləşmə, icra müddəti və dislokasiyanı dəyişmə) ESÖD-ü idarə etmək.
b. A Əlavəsi və digər aidiyyəti sənədlərdə qarşılıqlı şəkildə müəyyən olunan lazımi maddi-texniki təminat dəstəyini və xidmətləri təmin etmək. Dəstəyi təmin etmək üçün, ESÖ dəstək mənbələri ilə zəruri tənzimləmələri həyata keçirir.
c. Hava limanlarından, şoselərdən, dəmir yollarından, ərazilərdən və infrastrukturdan istifadəni asanlaşdırmaq və Qüvvələrin girişi, qəbul edilməsi, müvəqqəti yerləşməsi, dislokasiyası, dislokasiyanı dəyişməsi və qalması üçün bütün zəruri tədbirləri görmək.
d. ESÖ-nün hərbi və mülki qurumları arasındakı əlaqələri koordinasiya etmək məqsədi ilə ESÖD qrupunda əlaqələndirici zabit təyin etmək.
e. Qüvvələrə təmin edilən ödənişsiz olmayan xidmətlər və ləvazimata görə ESÖ-nün Müdafiə Nazirliyinə ediləcək ödəmə üçün müvafiq inzibati və maliyyə qeydlərini aparmaq və pulun xxxx ödənilməsi prosedurlarına nəzarət etmək.
f. GÖ Qüvvələrinin ESÖ ərazisinə gəlişindən ən azı 30 gün əvvəl ESÖ-nün Təlimə təsir edən ətraf mühit qaydaları haqqında ingilis dilində yazılı məlumat təqdim etmək.
g. GÖ qüvvələrinin təhlükəsizliyinə və qüvvələrin qorunmasına görə birbaşa məsuliyyət daşımaq.
h. ESÖ tərəfindən təmin edilən mal və xidmətlərin standartı A Əlavəsi və digər aidiyyəti sənədlərdə qeyd olunan təfərrüatlara uyğun olmalıdır.
i. ESÖ özünün ESÖD mənbələrinə nəzarəti bu mənbələrə nəzarəti təhvil verməyənə qədər əlində saxlayır.
j. GÖ Qüvvələrinin ESÖ ərazisinə gəlişindən ən azı 30 gün əvvəl ESÖ-nün sağlamlıq və təhlükəsizlik qaydaları haqqında ingilis dilində yazılı məlumat vermək.
k. ESÖ GÖ qüvvələrini ESÖ ərazisinə giriş nöqtəsindən Təlim sahəsinə və Təlim sahəsindən çıxış nöqtəsinə qədər hərbi eskortla təmin edir.
10.2. GÖ-nün öhdəlikləri:
a. Təlimi bu Anlaşma Memorandumu və digər aidiyyəti sənədlərə uyğun olaraq həyata keçirmək.
b. ESÖ tərəfindən göstərilən dəstəkdən əlavə özünün maddi-texniki təminat dəstəyini təmin etmək öhdəliyini üzərinə götürmək.
c. Qüvvələrə zamanında və effektiv yardım göstərmək üçün tələb olunan və zəruri hesab edilən sözügedən tənzimləmələri aidiyyəti mənbə /qurumlarla (mülki və kommersiya mənbələri də daxil olmaqla) həyata keçirmək və ya başa çatdırmaq.
d. ESÖ-dən müvəqqəti xxxxx əmlakdan və ESÖ-nün təmin etdiyi təsisatlardan ehtiyatlı şəkildə istifadə etmək və normal aşınma və istifadə halı istisna olmaqla, onları alındığı vaxtdakı şəklində təslim etmək.
e. Təhlükəli maddələr və partlayıcıların bütün daşımalarını ESÖ komandiri ilə birlikdə koordinasiya etmək. Onların daşınması zamanı GÖ təhlükəli maddələr və partlayıcıların siyahısını açıq şəkildə tərtib edir və bildirir. ESÖ komandiri siyahıda xxxx təchizatı və onun daşınmasını nəzarət altında saxlayır.
f. Təlim zamanı GÖ tələbatlarındakı bütün sonrakı dəyişiklikləri və vəziyyət haqqında məruzələri Təlim komandirinə təqdim etmək.
g. Əlaqələndirici qrup /qruplar üçün zəruri heyəti təyin etmək.
h. Zərərli və/və ya təhlükəli maddələrin saxlanması, daşınması və ya neytrallaşdırılması ilə bağlı ESÖ tərəfindən təmin edilən ESÖ-nün ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək
Maddə 11
Maliyyə müddəaları
Maliyyə müddəaları bu Anlaşma Memorandumunun A Əlavəsində göstərilmişdir.
Maddə 12
Qüvvələrin Qorunması
12.1. Təlimin məqsədinə müvafiq olaraq Qüvvələrin Qorunması (QQ) əhatəli və effektiv şəkildə planlaşdırılır. Müvafiq hesab edildiyi ölçüdə, ESÖ GÖ-yə QQ ilə bağlı təklif etdiyi tədbirləri, məhdudiyyətləri haqqında məlumat verir. GÖ özünün QQ ilə bağlı tələbatlarını və məhdudiyyətlərini müəyyən etməyə və ESÖ-yə bildirməyə cavabdehdir. Zəruri və ya təmin edilmiş QQ ESÖ ilə imzalanmış qüvvədə xxxx beynəlxalq sazişlərə uyğun olur.
12.2. ESÖ ölkə ərazisində GÖ qüvvələri və şəxsi heyətinin adekvat təhlükəsizliyinin təşkili və mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirləri görür.
12.3. Tərəflər qüvvələrin təlim üçün ayrılmış hər hansı sahədə asayiş və təhlükəsizliyin təmin edilməsi üçün bütün müvafiq tədbirlər görmək və GÖ-nün üzvləri və onların əmlak və təchizatının təhlükəsizliyini bu Anlaşma Memorandumuna müvafiq olaraq təmin etmək üçün bir-birləri ilə yaxından koordinasiya aparma haqqını qəbul edir. GÖ qüvvələrinin heyəti təhlükə ilə üzləşərsə, GÖ-nün hərbi qurumları öz səlahiyyətləri çərçivəsində asayişi və nizam-intizamı qorumaq və ya bərpa etmək üçün müvafiq tədbirlər görə bilərlər. Bu ərazilər xaricində, ESÖ- nün hərbi polisi yalnız ESÖ-nün səlahiyyətli qurumları ilə tənzimləmələrə riayət edərək, qüvvələrin üzvləri arasında nizam-intizam və asayişin qorunub saxlanması üçün belə lazımi tədbirlər görür.
Maddə 13
Məlumatın təhlükəsizliyi və yayılması
13.1. Tərəflər bu Anlaşma Memorandumu çərçivəsində mübadilə edilən məxfi dərəcəli məlumat və materialı onlara bərabər məxfilik dərəcəsi verməklə qoruyur və mühafizə edirlər.
13.2. Məxfi məlumat və materiallar, o cümlədən ehtimal olunan bir qəzanın nəticələri ilə bağlı məlumat bu məlumatları təmin edən Tərəfin öncədən yazılı razılığı olmadan üçüncü tərəfə açıqlanmır.
13.3. Tərəflər bu Anlaşma Memorandumuna müvafiq olaraq mübadilə edilən məxfi məlumat və materiallardan bir-birinə qarşı istifadə etmirlər.
13.4. Bu Anlaşma Memorandumu çərçivəsində təmin edilən, yaradılan və ya mübadilə edilən bütün məxfi dərəcəli məlumat və materiallar Tərəflərin milli təhlükəsizlik qanun və qaydalarına və tətbiqi mümkün xxxx beynəlxalq ikitərəfli sazişlərə müvafiq olaraq istifadə edilir, paylanılır, saxlanılır və mühafizə olunur.
13.5. Tərəflər məxfi dərəcəli məlumat və materiala çıxışın bilmək zəruriliyi prinsipinə əsaslanmasını və məxfi sənədlə işləmək üçün müvafiq buraxılışa xxxxx xxxx şəxsi heyətlə məhdudlaşmasını təmin edirlər.
13.6. Tərəflər bu Anlaşma Memorandumunun ləğvindən sonra belə mübadilə edilən məxfi dərəcəli məlumat və materialın qorunmasına və məxfilik dərəcəsinin ləğv olunmasının qarşısının alınmasına görə məsuliyyət daşımağa davam edirlər.
Maddə 14
Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı hər hansı fikir ayrılığı Tərəflər arasında məsləhətləşmələr yolu ilə həll edilir və həll edilməsi üçün hər hansı milli və ya beynəlxalq məhkəməyə, yaxud üçüncü tərəfə müraciət edilmir.
Maddə 15
Qüvvəyəminmə, qüvvədəolma müddəti, düzəlişlər və ləğvetmə
15.1. Bu Anlaşma Memorandumu Tərəflərin daxili hüquqi prosedurlarının başa çatması haqqında sonuncu bildirişin yazılı şəkildə diplomatik kanallar vasitəsilə aldıqları tarixdə qüvvəyə minir.
15.2. Təlimin ləğvi Tərəflərə münasib bir zamanda bildirilməsi şərtilə həyata keçirilə bilər.
15.3 Bu Anlaşma Memorandumu GÖ-nün son heyəti və onun təchizatının ESÖ ərazisini tərk edənə və Tərəflər arasında Təlimlə bağlı bütün məsələlərin başa çatması haqqında səlahiyyətli qurumlara bildirilənə qədər qüvvədə qalır.
15.4. Bu Anlaşma Memorandumu Tərəflərin qarşılıqlı razılığı əsasında istənilən zaman ləğv edilə bilər. Nə ləğvetmə haqqında bildiriş, nə də ləğvetmənin həyata keçirilməsi təlimlə bağlı maliyyə öhdəlikləri meydana gəldikdə, bir Tərəfi digər Tərəf qarşısında bu növ maliyyə öhdəliklərindən azad etmir.
15.5. Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı əsasında yazılı olaraq düzəliş və dəyişiklik edilə bilər. Hər hansı düzəliş və dəyişiklik bu maddənin 1-ci bəndindəki prosedura müvafiq olaraq qüvvəyə minir. Bu Anlaşma Memorandumu Bakı şəhərində 21 mart 2015-ci il tarixində və Ankara şəhərində 15 Nisan
2015-ci il tarixində üç əsl nüsxədə, Azərbaycan, türk və ingilis dillərində imzalanmışdır. Bütün mətnlər bərabər autentikdir.
Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
Xxxxx XXXXXXX, | Xxxxx XXXXXXXXX, |
general-leytenant | general-leytenant |
Silahlı Qüvvələrin Baş Qərargah | Baş Qərargahın Xüsusi Təyinatlı |
rəisinin birinci müavini | Qüvvələr komandanı |
Əlavə A
Maddi-texniki təminat dəstəyi
1. Tibbi dəstək
a. ESÖ GÖ-nün şəxsi heyətinə təxirəsalınmaz tibbi /stomatoloji xidmətləri ödənişsiz təmin edəcəkdir. Digər tibbi və stomatoloji yardım ESÖ tərəfindən GÖ qüvvələrinə ESÖ ilə imzalanmış qüvvədə xxxx beynəlxalq sazişlərin aidiyyəti müddəalarına müvafiq olaraq və ya təzminat əsasında ESÖ heyətinə təmin edilən eyni şərtlərlə həyata keçiriləcəkdir.
b. ESÖ Təlim ərzində bütün Təlim sahələrində tibbi məqsədlər üçün istifadəyə hazır olan müvafiq tibb bölmələri və təsisatlarını, nəqliyyat vasitələrini təmin edəcəkdir.
c. Ölüm halında, ESÖ GÖ-nün qaydalarına riayət edilməsini təmin etmək üçün meyitlə bağlı prosedurların keçirilməsindən və ya yarılmadan əvvəl GÖ ilə koordinasiya edəcəkdir. Bir GÖ nümayəndəsi yarılma zamanı iştirak etmək və yarılmanın yekun hesabatının nüsxəsini əldə etmək səlahiyyətinə malik olacaqdır. Bütün aidiyyəti xərclər GÖ-nün cavabdehliyində olacaqdır.
d. Yarılma başa çatdıqdan sonra meyit daşınması üçün dərhal GÖ-yə təhvil veriləcəkdir. Bu halda ESÖ müvafiq daşıma vasitələrini ayıracaqdır.
e. Ölüm halında, meyitin GÖ-yə geriyə göndərilməsi ilə bağlı bütün xərclər GÖ-nün cavabdehliyində olacaqdır.
f. Təlim zamanı fövqəladə vəziyyət yarandıqda, qüvvələrin yaralı şəxsi heyətinin imkanları və qabiliyyətləri daxilində ESÖ-nün ən yaxın /münasib tibb müəssisəsinə daşınması üçün ESÖ və ya GÖ-nün təyyarələrindən
/gəmilərindən istifadə edilə bilər.
2. Maliyyələşdirmə
a. Yataqxana; Class I xidməti (yemək və butulkada su); hərbi müşayiət altında daşıma; camaşır xidməti; GÖ-nün təlim məqsədi ilə ESÖ-yə təyyarə(lər) göndərməsi halında, qüllədən istiqamətləndirmə, dayanacaq, təyyarələrə /təyyarələrin qüvvə qoruması daxil olmaqla bütün xxxx xxxxxx xidmətləri (texniki xidmət istisna
olmaqla) qarşılıq əsasları çərçivəsində ESÖ ilə GÖ arasında imzalanmış qüvvədə xxxx beynəlxalq sazişlərin aidiyyəti müddəalarına uyğun olaraq təmin ediləcəkdir.
b. GÖ-nün təlim məqsədi ilə ESÖ-yə təyyarə(lər)/gəmilər ayırması və ESÖ- dən təyyarə(lər)/gəmilər üçün yanacaq tələb etməsi halında, ESÖ tərəfindən GÖ-yə ESÖ Silahlı Qüvvələrinin təyyarələrinə təmin edilən eyni şərtlərlə ehtiyac duyulan yanacaq təmin ediləcəkdir.
c. Rabitə üçün bütün rəsmi və təlimlə bağlı telefon danışıqları ödənişsiz olacaqdır. GÖ-nün ehtiyacı ilə bağlı rəsmi beynəlxalq danışıqlar üçün ESÖ tərəfindən bir sabit telefon xətti ödənişsiz ayrılacaqdır. Şəxsi heyətin özəl telefon danışıqları (həm milli, həm beynəlxalq) təzminat prinsipi əsasında sabit telefon xətti vasitəsilə təmin ediləcəkdir.
d. Qəza /insident baş verdiyi halda, meyitin ölkəsinə xxxx göndərilməsindən irəli gələn bütün xərclər GÖ- nün cavabdehliyində olacaqdır.
e. Tullantıların idarə edilməsi və ətraf mühit məsələlərindən irəli gələn bütün xərclər ESÖ-nün cavabdehliyində olacaqdır və ESÖ bu məsələlərlə əlaqədar GÖ-dən hər hansı təzminat tələb etməyəcəkdir.
3. Silah və sursatlar
a. Hər bir Tərəf Təlim məqsədi ilə özünün bütün zəruri materiallarını və silahlarını gətirə biləcəkdir.
b. Tələb edilməsi halında, ESÖ qarşılıq əsaslan çərçivəsində və ESÖ ilə GÖ arasında imzalanmış qüvvədə xxxx beynəlxalq sazişlərin aidiyyəti müddəalarına uyğun olaraq silah və sursatları təmin edəcəkdir.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma
Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2015-ci il
№ 520
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında
gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq), Tərəflər arasında qurulmuş sıx əməkdaşlıq əlaqələrini təsdiq edərək,
gömrük sərhədlərinin qorunmasında və ticarəti asanlaşdıraraq iqtisadi inkişafa dəstək göstərməkdə gömrük xidmətlərinin əhəmiyyətini qəbul edərək,
Tərəflərin məlumat mübadiləsini həyata keçirmək səylərinin malların, xidmətlərin, sərmayənin və insan resurslarının ikitərəfli əsasda axınının təşviq edilməsinə dəstək olduğunu qeyd edərək,
13 noyabr 2013-cü il tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 13 noyabr 2013-cü il tarixində keçirilmiş üçüncü iclasının nəticələrinə dair Birgə Bəyanat”ın Əlavəsi olaraq qəbul edilən “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əlaqələrin dərinləşdirilməsinə dair 2014-2015-ci illər üzrə Fəaliyyət Planı”nın 23- cü bəndinin icrasını təmin etmək məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Ümumi müddəalar
1) Tərəflər (bundan sonra “Birgə Komitə” adlandırılacaq) Gömrük Məsələləri üzrə Birgə Komitə (GMBK) yaradır.
2) Tərəflər arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafı Birgə Komitə və onun işçi qrupları çərçivəsində həyata keçirilir.
Maddə 2
Birgə Komitənin funksiyaları
1) Birgə Komitə Tərəflər arasında gömrük işi sahəsində əməkdaşlığı əlaqələndirir, təşviq edir və inkişaf etdirir, o cümlədən əməkdaşlığın əsas sahələrim və istiqamətlərini müəyyən edir.
2) Birgə Komitə Tərəflər arasında aşağıda qeyd olunan sahələr üzrə əməkdaşlığı əlaqələndirir:
a) hərəkətdə xxxx xxxxxx barədə məlumatların düzgünlüyünü təmin etmək məqsədi ilə gömrük prosedurlarında və gömrük yoxlamalarında istifadə edilən texnologiyaların hazırlanması və təkmilləşdirilməsi işində əməkdaşlıq;
b) gömrük nəzarətinin səmərəliliyini artırmaq və Tərəflər arasında xxxxxxx və nəqliyyat vasitələrinə dair məlumatları ötürməklə gömrük prosedurlarını asanlaşdırmaq üçün layihələrin həyata keçirilməsi;
c) gömrük məsələlərində hüquq mühafizə sahəsində əməkdaşlıq, qaçaqmalçılıqla mübarizədə operativ ikitərəfli fəaliyyət və əqli mülkiyyət hüquqlarının qorunması;
d) gömrük işi sahəsində əməkdaşlığın digər sahələri.
Maddə 3
Birgə Komitənin strukturu
Tərəflər Bixxx Xomitənin üzvlərini müvafiq qaydada təyin edir və hər hansı dəyişikliklə bağlı bir-birini məlumatlandırırlar.
1) Birgə Komitənin rəhbərləri - iki ölkənin gömrük idarələrinin rəhbərləri,
2) Birgə Komitənin üzvləri - rəhbər, rəhbər müavini, işçi qrupların rəhbərləri (struktur bölmələrin rəhbərləri səviyyəsində), işçi qrupların rəhbərlərinin müavinləri.
Birgə Komitə tərkibində işçi qruplar:
a) gömrük işinin təkmilləşdirilməsi üzrə Azərbaycan - Türkiyə işçi qrupu;
b) gömrük məsələlərində hüquq mühafizə sahəsi üzrə əməkdaşlıqla bağlı Azərbaycan - Türkiyə işçi qrupu.
Tərəflər üzvləri müəyyən edir və işçi qrupların rəhbərlərini təyin edir. Struktur bölmələrin müvafiq rəhbərləri işçi qrupların rəhbərləri vəzifəsini tutur, iki ölkənin mərkəzi gömrük idarələrinin struktur bölmələrinin rəhbərlərinin müavinləri işçi qrupların rəhbər müavinləri vəzifəsini tutur.
Digər işçi qruplar əməkdaşlığın inkişafı üçün və digər sahələrdə əməkdaşlıq zərurəti olduqda əlavə olaraq yaradıla bilər. Tərəflər işçi qrupların üzvləri və hər hansı dəyişiklik barədə bir-birini məlumatlandırırlar. İşçi qruplar öz fəaliyyətini bu Anlaşma Memorandumuna və Birgə Komitənin iclaslarında qəbul edilmiş qərarlara müvafiq olaraq həyata keçirirlər. İşçi qruplar öz işlərinin nəticələri barədə mütəmadi olaraq Birgə Komitəyə hesabat verirlər.
Maddə 4
Birgə Komitənin iclasları
1) Birgə Komitənin iclasları növbə ilə Azərbaycan Respublikasında və Türkiyə Respublikasında ildə bir dəfə keçirilir.
2) Tərəflər iclasın tarixini və müzakirələrin mövzusunu iclasdan ən azı bir ay öncə müəyyən edirlər. Digər məsələlər Birgə Komitənin rəhbərləri tərəfindən təklif oluna və müzakirələr zamanı qaldırıla bilər.
3) Əgər ehtiyac olarsa, hər bir Tərəf Birgə Komitədə müzakirə olunan məsələlərlə əlaqədar olaraq digər hökumət qurumlarının nümayəndələrini və ekspertləri iclaslarda iştirak etməyə dəvət edə bilər.
4) Tərəflərin nümayəndələri Birgə Komitənin mütəmadi iclasları arasında təxirəsalınmaz məsələlərlə bağlı məsləhətləşmələr apara, müzakirə edilən məsələ ilə əlaqədar birgə qərarlar qəbul edə və onları ən yaxın zamanda keçiriləcək Birgə Komitənin iclasının Protokoluna daxil edə bilərlər.
5) Birgə Komitənin iclasında qəbul edilən hər bir qərar Birgə Komitənin iclasının sonunda rəhbərlər tərəfindən imzalanacaq protokola daxil edilir. Birgə Komitənin iclasının protokolu, başqa cür qərarlaşdırılmazsa və ya Tərəflərin milli qanunvericiliyinə görə zərurət olmazsa, Azərbaycan və türk dillərində iki nüsxədə olur.
Maddə 5
Birgə Komitənin maliyyə xərcləri
Birgə Komitənin iclaslarına hazırlıq və onların keçirilməsi zamanı yaranan xərcləri ev sahibliyi edən Tərəf qarşılayır. Birgə Komitənin iclaslarının iştirakçılarının səyahət xərclərini Tərəflər özləri qarşılayırlar.
Hər bir Tərəf Bixxx Xomitənin üzvlərinin fəaliyyəti ilə bağlı bütün zəruri xərcləri özü qarşılayır.
Maddə 6
Digər sazişlər
Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin tərəfdar çıxdıqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 7
Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana bilən istənilən fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 8
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna istənilən əlavə və dəyişiklik edilə bilər. Bu cür əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 9-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 9
Qüvvəyəminmə, müddət və ləğvetmə
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə ən azı altı ay əvvəlcədən yazılı bildiriş göndərməyenə qədər qüvvədə qalır.
Ankara şəhərində, 15 yanvar 2015-ci il tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının |
Dövlət Gömrük Komitəsi | Gömrük və Ticarət Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2015-ci il
№ 519
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə
Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) və Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) əməkdaşlıq və qarşılıqlı maraqlar, habelə qarşılıq prinsipi əsasında və hər bir Tərəfin dövlətinin qanunvericiliyi çərçivəsində, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə xxxxx xxxx cinayət fəaliyyəti ilə əlaqəli olduğuna dair şübhələrin mövcud olduğu şəxslər, pul vəsaitləri və ya digər əmlak və əməliyyatlar haqqında araşdırmaların aparılması prosesinə dəstək göstərmək niyyətini ifadə edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
1. Məlumat mübadiləsi
1.1. Tərəflər barəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət fəaliyyəti ilə əlaqəliliyinə dair şübhələrin mövcud olduğu maliyyə əməliyyatları ilə əlaqədar sərəncamlarında xxxx məlumatların toplanması, emalı və təhlili məqsədi ilə əməkdaşlıq edirlər.
1.2. Bu məqsədlə, Tərəflər öz təşəbbüsləri və ya sorğu əsasında, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və bu proseslərdə iştirak
edən fiziki, yaxud hüquqi şəxslərlə bağlı maliyyə əməliyyatlarına dair Tərəflərin həyata keçirdiyi təhlilə aid ola biləcək istənilən mövcud məlumatları mübadilə edirlər.
2. Sorğunun əsaslandırılması
2.1. Sorğu edən Tərəf sorğu edilən Tərəfə sorğunun səbəbi, məlumatın hansı məqsədlər üçün istifadə olunacağı və sorğu edilən Tərəfə sorğunun onun dövlətinin qanunvericiliyi ilə ziddiyyət təşkil etmədiyini müəyyənləşdirməyə imkan verən zəruri məlumatları təqdim edir.
2.2. İstənilən məlumat sorğusu onun verilməsini zəruri edən faktların qeyd olunduğu qısa bildirişlə əsaslandırılır.
3. Məlumatların açıqlanması
3.1. Tərəflərdən əldə edilmiş məlumat məlumatı təqdim edən Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəfə ötürülə, yaxud cinayət təqibi və ya məhkəmə təhqiqatı məqsədləri üçün istifadə edilə bilməz.
3.2. Tərəflər məlumatı təqdim edən Tərəfin əvvəlcədən yazılı razılığı olmadan müvafiq Tərəflərdən əldə edilmiş hər hansı məlumat və ya sənədin bu Anlaşma Memorandumunda göstərilən məqsədlərdən fərqli xxxx digər məqsədlər üçün istifadəsinə və ya açıqlanmasına icazə verməməlidirlər.
4. Konfidensiallıq
Bu Anlaşma Memorandumunun tətbiqi zamanı əldə edilmiş məlumatlar konfidensialdır. Bu məlumatlar xidməti sirr təşkil edir və onlar məlumatı qəbul edən Tərəfin milli qanunvericiliyi ilə yerli mənbələrdən əldə olunmuş oxşar xarakterli məlumatlara tətbiq olunan eyni konfidensiallıq prinsipi ilə qorunur.
5. Rəsmi dil və əlaqə
5.1. Tərəflər arasında əlaqə ingilis dilində həyata keçirilir.
5.2. Məlumat mübadiləsi bütün mümkün hallarda maliyyə monitorinqi orqanlarının Eqmont Qrupunun “Egmont Secure Web” sistemi vasitəsilə həyata keçirilir.
6. Məlumatın təqdim edilməsindən imtina
6.1. Tərəflər aşağıdakı hallarda yardımın göstərilməməsinə görə öhdəlik daşımırlar:
6.1.1. məlumatın təqdim edilməsinin sorğu edilən Tərəfin dövlətinin suverenlik, təhlükəsizlik, milli və ya digər mühüm maraqlarına ziyan vuracağını xxxxx etməyə əsaslar olduqda;
6.1.2. sorğu sorğu edilən Tərəfin milli qanunvericiliyinə zidd olduqda;
6.1.3. sorğu edilən Tərəf sorğu edilən məlumatların və ya sənədlərin təqdim edilməsinin onun dövlətində həyata keçirilən cinayət işi üzrə istintaqa və ya məhkəmə prosesinə mənfi təsir göstərəcəyini hesab etdikdə.
6.2. Sorğu edilən Tərəf sorğunu icra edə bilməyəcəyi qənaətində olarsa, sorğu edən Tərəfə yazılı qaydada məlumat verir.
7. Gələcək əməkdaşlıq
7.1. Tərəflər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi və qarşısının alınması sahəsində digər əməkdaşlıq imkanlarını müzakirə edirlər.
7.2. Tərəflər birgə konfransların, təlimlərin, seminarların, ikitərəfli səfərlərin və stajkeçmənin və s. təşkilini nəzərdən keçirirlər.
8. Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi zamanı yarana biləcək istənilən fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
9. Dəyişikliklər
İstənilən zaman Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilən və bu Anlaşma Memorandumunun 10-cu maddəsi ilə nəzərdə tutulan qaydada qüvvəyə minən dəyişikliklər edilə bilər.
10. Qüvvəyəminmə və qüvvədəolma müddəti
10.1. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsinin təsdiq olunması barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
10.2. Bu Anlaşma Memorandumu bir Tərəfin digər Tərəfdən Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı bildirişi aldığı tarixdən 3 (üç) ay sonra ləğv edilə bilər.
10.3. Bu Anlaşma Memorandumunun tətbiqi zamanı əldə edilmiş məlumatların konfidensiallığına dair müddəalar Anlaşma Memorandumunun ləğvindən sonra da qüvvədə qalır.
Ankara şəhərində, 15 yanvar 2015-ci il tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının |
Mərkəzi Bankı yanında Maliyyə | Maliyyə Nazirliyinin Maliyyə |
Monitorinqi Xidməti (MMX) | Cinayətlərinin Araşdırılması |
adından | Şurası (MASAK) adından |
(imza) | (imza) |
2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2013-cü il
№ 68
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlıq sahələrində
əməkdaşlığın gücləndirilməsi haqqında ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq),
iki ölkə arasında etibarlı və yaxşı əlaqələrə əsaslanan xxxx, texnoloji, sənaye və sahibkarlıq sahələrində əməkdaşlığın gücləndirilməsini və inkişaf etdirilməsini arzu edərək,
sənaye sektorlarında qarşılıqlı faydanı, ümumi inkişafı və texnoloji irəliləyişləri nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Anlaşma Memorandumunun məqsədi sənayenin inkişafı, elm, texnologiya, tədqiqat, inkişaf, innovasiya və sahibkarlıq sahələrində öz ümumi məqsədlərinə çatmaq məqsədi ilə Tərəflər arasında əməkdaşlıq üçün birgə çərçivənin müəyyən edilməsinin əhəmiyyətini xüsusi qeyd etməkdir.
Maddə 2
Əməkdaşlıq formaları
Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
1. qarşılıqlı investisiyalar üçün əlverişli mühit yaradaraq, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında sənaye və texnoloji əlaqələrin inkişaf etdirilməsi;
2. texnologiya, innovasiya, elm və sahibkarlıq sahələrində xxxxx və təcrübə mübadiləsi;
3. qlobal çağırışlara cavab vermək üçün sənaye sektorlarının məhsuldarlığının artırılması və dünya bazarlarında Azərbaycan Respublikasının və Türkiyə Respublikasının kiçik və xxxx müəssisələrinin rəqabət qabiliyyətinin artırılması;
4. sənaye üzrə tədqiqat və inkişaf stimulları, innovasiya proqramları və dəstəklərlə əlaqədar xxxxx və təcrübə mübadiləsi;
5. hər iki Tərəfin cəmiyyətində sahibkarlıq mədəniyyətinin inkişaf etməsi üçün bazanın yaradılması və öz sahibkarlıq fəaliyyətlərini qurması və innovasiyalar irəli sürə bilməsi məqsədi ilə gənclərin təşviq edilməsi;
6. müasir texnologiyadan, e-ticarətdən, eləcə də kredit və maliyyələşmə imkanlarından istifadə edə bilməsi üçün iki Tərəfin kiçik və xxxx müəssisələrinin potensialının artırılması məqsədi ilə xxxxx və təcrübə mübadiləsi;
7. öz regionlarında kiçik və xxxx müəssisələrlə əlaqədar sahibkarlıq imkanları barədə bir-birlərini məlumatlandırması, onlar arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə birgə müəssisələrin yaradılması və qarşılıqlı işgüzar səfərlərin təşkil edilməsi üçün mühitin yaxşılaşdırılması;
8. sənaye zonalarının və texnoloji inkişaf zonalarının yaradılması və inkişaf etdirilməsi ilə bağlı xxxxx və təcrübə mübadiləsi;
9. sənaye üzrə prioritet əməkdaşlıq sahələrinin müəyyən edilməsi, sənaye işçi qruplarının təşkil edilməsi və görüşlərin keçirilməsi;
10. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmlər Akademiyası (TUBA) arasında birbaşa əlaqələrin təşviq edilməsi (2003-cü ildə iki akademiya arasında imzalanmış saziş və xxxx əməkdaşlıq üzrə İcra Protokolu çərçivəsində) və Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyası (AEACA) da daxil olmaqla, aidiyyəti beynəlxalq forumlarda hər iki akademiyanın birgə səylərinin təşviq edilməsi;
11. Tərəflər arasında aşağıdakı sahələrdə əməkdaşlığın gücləndirilməsi:
- mütəşəkkil sənaye zonaları;
- texnoloji inkişaf zonaları;
- sənaye investisiyaları;
- kiçik və xxxx sahibkarlıq və sahibkarlığa yeni başlayanlar;
- sahibkarlıq;
- tədqiqat və inkişaf;
- birgə fəaliyyətləri təşkil etməklə texnoloji inkişaf;
- elm və texnologiya üzrə konfranslar, seminarlar, sərgilər və təşviqat missiyaları;
12. əməkdaşlıq istiqamətlərinə uyğun olaraq, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması.
Maddə 3
Mübahisələrin həlli
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 4
Digər beynəlxalq öhdəliklər
Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 5
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 6-cı maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 6
Qüvvəyəminmə, müddət və ləğvetmə
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı altı ay əvvəlcədən onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, bu Anlaşma Memorandumu avtomatik olaraq növbəti beş illik müddətlərə uzadılır.
Bu Anlaşma Memorandumu Ankara şəhərində 2013-cü il 13 noyabr tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının |
Rabitə və İnformasiya | Elm, Sənaye və Texnologiya |
Texnologiyaları Nazirliyi | Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
2013-cü il iyulun 4-də Bakı şəhərində və 2013-cü il iyulun 6-da Ankara şəhərində imzalanmış
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il iyulun 4-də Bakı şəhərində və 2013-cü il iyulun 6-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2013-cü il
№ 947
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair
ANLAŞMA MEMORANDUMU
Giriş
Bundan sonra ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti 1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə” ilə 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və xxxx sahədə əməkdaşlıq haqqında Saziş”in müddəalarına müvafiq olaraq,
Tərəflərin silahlı qüvvələrinin qarşılıqlı şəkildə razılaşdırılmış hərbi hazırlıq keçmək və təlim keçirmək məqsədi ilə bir-birinin ölkəsinə gedib-gəlməsini nəzərə alaraq,
bir Tərəfin silahlı qüvvələrinin digər ölkəyə getdiyi zaman ehtiyaclarının qarşılanması üzrə Ev Xxxxxx Ölkə dəstəyini nəzərə alaraq,
aşağıdakı məsələlər barədə razılığa gəldilər:
Maddə 1 Anlayışlar
Bu Anlaşma Memorandumunda aşağıdakı anlayışlardan istifadə olunur:
1. Göndərən ölkə (GÖ) - bu Anlaşma Memorandumunun məqsədləri istiqamətində təlimi həyata keçirmək üçün digər iştirakçı ölkəyə hər hansı gəmi, təyyarə, maşın, təchizat, sursat və hava, dəniz və yerüstü hərəkət vasitələri ilə dəstəkləyən elementlərlə bərabər gedən əsgərləri göndərən ölkədir;
2. Ev Sahibi Ölkə (ESÖ) - bu Anlaşma Memorandumunun məqsədləri üçün təlim zamanı GÖ iştirakçılarını öz hüdudları daxilində qarşılayan ölkədir;
3. Ev Sahibi Ölkə dəstəyi (ESÖD) - GÖ-yə təlim zamanı ESÖ tərəfindən təmin edilən mülki və hərbi yardımdır;
4. hərbi orqanlar - Tərəf xxxx silahlı qüvvələr, tətbiq əmrində göstərilən müvafiq qurum və ya hərbi bölmə komandanlıqlarıdır;
5. təlimlər və treninqlər ərazisi - ESÖ tərəfindən təlimin keçirilməsi məqsədi ilə GÖ-yə ayrılan ərazidir;
6. təlimlər və treninqlər - bölmə və fərdləri ehtiva edən birtərəfli və ikitərəfli təlimlərlə bölmələrin əvəz edilməsini və hər hansı tabeliyə verilməsini, təlimdən əvvəl təlim ərazisinin kəşfiyyatının aparılmasını və təlimlə bağlı istiqamətləndirmə dərslərini əhatə edir, xxxxx fərdlərin kurslardakı təhsilini əhatə etmir.
Maddə 2
Məqsəd və əhatə dairəsi
1. Bu Anlaşma Memorandumunun məqsədi onun tətbiqi üçün səlahiyyətli orqanlar arasında icra ediləcək təlimlərdə ESÖD şərtlərinin həyata keçirilməsinə aid siyasəti, cavabdehlikləri və əsas prosedurları müəyyənləşdirməkdir. Bu Anlaşma Memorandumu, həmçinin təlim zamanı ESÖ-nün GÖ-yə təmin edəcəyi dəstəyin standartlarını, növlərini, səviyyələrini və metodlarını açıqlayacaqdır.
2. Bu Anlaşma Memorandumu ESÖ-nün qanunları ilə və ya Tərəflər arasında qüvvədə xxxx hər hansı beynəlxalq müqavilə ilə ziddiyyət təşkil etmir. Hər hansı ziddiyyət olduğu halda, bu Anlaşma Memorandumunun Giriş bölməsində göstərilən Müqavilə və Sazişin müddəaları üstünlük təşkil edəcəkdir.
Maddə 3 Səlahiyyətli orqanlar
Bu Anlaşma Memorandumunun icrası üçün səlahiyyətli orqanlar aşağıdakılardır:
Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
Türkiyə Respublikası Hökuməti adından - Türkiyə Respublikasının Quru Qoşunları Komandanlığı.
Maddə 4
ESÖ-nün öhdəlikləri
Bu Anlaşma Memorandumunun şərtləri daxilində ESÖ:
1. təsdiq edilmiş təlim və dəstəklənən planlara müvafiq olaraq səlahiyyət verərək və bütün lazımi tədbirləri görərək:
a. müəyyən edilmiş dövlət sərhədindən buraxılış məntəqəsindən GÖ qüvvələrinin qəbulunda;
b. müəyyən edilmiş təlim sahələrinə hərəkət edilməsində;
x. xxxxx, treninq və kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsində;
d. müəyyən edilmiş dövlət sərhədinin buraxılış məntəqəsindən (məntəqələrindən) GÖ qüvvələrinin ESÖ- nün hüdudlan xaricinə çıxmasında köməklik göstərəcəkdir;
2. təlim planlarında göstərilmiş bu qüvvələrin və tədarük materiallarının girişini, qarşılanmasını və xxxx daşınmasını təmin etmək üçün aerodromların və limanların, hava, dəniz, quru və dəmir yollarının istifadəsini asanlaşdırmaq məqsədi ilə bütün lazımi tədbirləri görəcəkdir. GÖ tərəfindən tələb edilməsi halında təlimin icrasında istifadə olunacaq vasitələr ekipajla birlikdə ESÖ tərəfindən ödənişsiz təmin ediləcəkdir;
3. xüsusilə tələb olunduğu hallarda, ticari mənbələrdən xxxxx xidmətləri də əhatə etməklə, yanacaq, ərzaq, material, maşınlar, rabitə imkanları, binalar, təcili tibbi xidmət və ilk tibbi yardım xidməti, yardımçı və digər xidmətlər də daxil olmaqla, mənbə və materialları GÖ-nün qüvvələrinin ehtiyaclarını ödəmək üçün yerli mənbələrin istifadəsinə və tədarükünə səlahiyyət verərək tənzimləyəcəkdir;
4. qüvvələrin qorunması xidmətləri ESÖ tərəfindən təmin ediləcək və bu məsələnin təfərrüatları bu Anlaşma Memorandumunun əlavələrində göstəriləcəkdir;
5. təlimi, kəşfiyyatı və treninqi icra etmək məqsədi ilə GÖ qüvvələrinin ehtiyac duyduğu material, ərzaq, silah və sursatın tələb olunan uyğun zaman çərçivəsində öz hüdudları daxilinə girməsi və çıxması, hüdudları daxilində hərəkət etməsi üçün lazımi səlahiyyətləri verəcəkdir,
6. təlim, kəşfiyyat və treninq üçün lazımi gömrük prosedurlarında və təhlükəli materialların, xüsusilə partlayıcıların və sursatın öz hüdudları daxilinə təhlükəsiz girişində, Ölkə daxilində hərəkətində və hüdudlarından kənara təhlükəsiz çıxarılmasında GÖ qüvvələrinə köməklik göstərəcəkdir;
7. təlim zamanı ESÖ və GÖ Komandanlığının müəyyənləşdirdiyi münasib vaxtlarda və yerlərdə müvafiq razılaşmaya uyğun olaraq, GÖ-nün şəxsi heyətinə öz fərdi silahlarını və sursatlarını daşıma səlahiyyətini verəcəkdir;
8. GÖ-nün qüvvələrinə verilən material və xidmətlərin imkan daxilində rütbə və ya qoşun növü etibarilə öz hərbi şəxsi heyətinə verilənlərə bərabər olmasını təmin edəcəkdir;
9. ESÖ ödənişsiz təmin etmə imkanı xaricində olduğu GÖ-nün tələb etdiyi material və xidmətlər üçün təxmini qiymətləri müəyyənləşdirəcəkdir;
10. təlim, kəşfiyyat və treninq ərzində həyata keçiriləcək fəaliyyətlərlə bağlı olaraq, ESÖ-nün treninq və təhlükəsizlik qaydaları haqqında məlumat verəcəkdir;
11. təlim, kəşfiyyat və treninq ərzində təlim sahəsində ətraf mühitin qorunması ilə bağlı biotəhlükəsizlik və ətraf mühit mövzusundakı qanunlar, prinsip və prosedurlar haqqında məlumat verəcəkdir.
Maddə 5
GÖ-nün öhdəlikləri
Bu Anlaşma Memorandumunun şərtləri daxilində GÖ qüvvələri:
1. təlimi, kəşfiyyatı və treninqi ESÖ-nün imkanları və prosedurları daxilində həyata keçirəcəkdir;
2. bu Anlaşma Memorandumunun 5-ci maddəsində qeyd olunan şərtlərə müvafiq olaraq müvəqqəti istifadə üçün təmin edilən materiallarla Anlaşma Memorandumunda ESÖ tərəfindən ödənişsiz veriləcəyi göstərilən material və xidmətlər xaricində ESÖ-nün səlahiyyətli hərbi şəxsləri tərəfindən təmin edilən və birgə təsdiq olunan bütün material və xidmətlər üçün ödəniş edəcəkdir. GÖ qüvvələrinə müvəqqəti istifadə üçün təmin edilən bütün materiallar ehtiyatla istifadə ediləcək və normal istifadə zamanı aşınmalar istisna olmaqla, ESÖ-nün aidiyyəti səlahiyyətli şəxslərinə çıxışdan əvvəl eyni olaraq alındıqları vəziyyətdə qaytarılacaqdır;
3. bu Anlaşma Memorandumunun Giriş bölməsində göstərilən Saziş və Müqavilənin şərtləri ilə bağlı ESÖ- nün gömrük rəsmiləşdirmələrinə və prosedurlarına riayət edəcəkdir;
4. zəruri hallarda, səlahiyyətli mülki şəxslərlə bütün maddi-texniki təminat fəaliyyətlərinin koordinasiyası üçün giriş və çıxış məntəqələrində əlaqələndirici şəxsin olmasını təmin edəcəkdir;
5. təlim çərçivəsində təhlükəli maddə və sursatın saxlanması, daşınması, istifadəsi və təhvil verilməsi məsələlərində ESÖ-nün qüvvədə xxxx bütün qanunlarına riayət edəcəkdir;
6. daşınacaq silah və sursatla bağlı təfərrüatların (məsələn, partlayıcının miqdarı, sursat növü kimi) ESÖ- nün aidiyyəti səlahiyyətli hərbi şəxslərinə daşınmadan ən azı 30 gün əvvəl bildirilməsini təmin edəcəkdir. Bu növ təfərrüatlar daşınması planlaşdırılan sursatın və ya təhlükəli maddələrin, giriş və çıxış tarixləri də daxil olmaqla, giriş və çıxış məntəqələrini və göndəriləcəyi yerləri də əhatə edəcəkdir;
7. təlim ərzində həyata keçirilən fəaliyyətlərdə ESÖ-nün treninq və təhlükəsizlik qaydalarına riayət edəcəkdir;
8. müvafiq təlim planları və təlimatlan ilə inzibati və şəxsi heyətlə bağlı məsələlərdə müəyyənləşdirilən prosedur və qaydalara riayət edəcəkdir. Məsələn: pul köçürmələri, tərcüməçi dəstəyi, vəfat edən şəxs haqqında məruzə edilməsi və geriyə göndərilməsi proseduru və təlimin ictimaiyyətlə əlaqələri.
Maddə 6
Maddi-texniki təminat və maliyyələşdirmə
1. XXX öz şəxsi heyətinə təmin etdiyi keyfiyyətdə GÖ-nün şəxsi heyətinə yemək və yataq imkanını ödənişsiz təmin edəcəkdir. Məsələ haqqında təfərrüatlar bu Anlaşma Memorandumunun əlavələrində göstərilir. ESÖ GÖ-nün şəxsi heyəti üçün maşın (təchizat) və xxxxxxx xxxxx xxxx elektrik enerjisini və istifadə üçün suyu ödənişsiz təmin edəcəkdir.
2. Təlim ərzində təlimdə iştirak edən quru və hava nəqliyyatı vasitələrinin istifadə edəcəyi xxxx yanacaq, mineral sürtgü yağı və ehtiyat hissələri ehtiyacını ESÖ ödənişsiz təmin edəcəkdir.
3. Təlim, kəşfiyyat və treninq fəaliyyətlərində istifadə ediləcək xəritələr təlim başa çatdığında qaytarılmaq şərtilə ESÖ tərəfindən təmin ediləcəkdir.
4. Ərazinin təlim üçün hazırlanması (maneələr sisteminin, hədəflərin hazırlanması, hər növlü işarələmələr, istehkam qurma fəaliyyətləri və s.) ESÖ tərəfindən həyata keçiriləcək və buna görə GÖ-dən ödəniş tələb edilməyəcəkdir.
5. ESÖ qüvvədə xxxx qanun, təlimat və beynəlxalq müqavilələrin imkan verdiyi ölçüdə vergiləri, gömrük prosedurlarını GÖ-nün maraqlarına uyğun əsasları nəzərə alaraq, bu Anlaşma Memorandumunda müəyyənləşdirildiyi şəkildə həyata keçirəcək və hər növlü güzəştləri təmin edəcəkdir.
6. Qarşılıqlı razılaşma ilə ödənişsiz təmin edilməyən mal və xidmətlər üçün ESÖ və GÖ ödəmənin nağd pul və ya bərabər miqdarda pul köçürməsi şəklində edilməsi barədə razılığa gələ bilərlər.
Maddə 7
İntizam və cinayət yurisdiksiyası
1. İntizam və cinayət yurisdiksiyasının tətbiqi ifa bağlı məsələlər bu Anlaşma Memorandumunun Girişində qeyd olunan Müqavilə və Sazişdə göstərilən qaydada həyata keçiriləcəkdir.
2. GÖ-nün şəxsi heyətinə daxil xxxx hər hansı bir şəxs ESÖ-nün milli qanunvericiliyinə uyğun olaraq səlahiyyətli şəxs tərəfindən həbs olunarsa, təlimi və ya treninq fəaliyyətini idarə edən şəxs bu barədə ESÖ və GÖ baş təmsilçilərini dərhal xəbərdar edəcəkdir. ESÖ və GÖ baş təmsilçiləri bundan sonra öz müvafiq səlahiyyətli vəzifəli şəxslərinə məlumat verəcəklər.
Maddə 8
Fövqəladə hallar
1. GÖ lazım gördüyü təqdirdə hərbi şəxsi heyətini xxxx çağırmaq səlahiyyətinə malikdir. ESÖ bu niyyətin ona bildirilməsi halında GÖ-yə aid şəxsi heyətin, maşınların, təchizatın, sursatın və bütün digər materialların ən qısa zamanda xxxx göndərilməsi üçün bütün tədbirləri görəcəkdir.
2. ESÖ-nün üçüncü bir Ölkə ilə münaqişə, faktiki müharibə vəziyyətinə gəlməsi halında GÖ-yə aid şəxsi heyət, maşın, təchizat, sursat və bütün digər materialların xxxx göndərilməsinin ən qısa zamanda həyata keçirilməsi üçün xxxxx xxxx bütün tədbirlər görüləcəkdir. Bununla bağlı fəaliyyətlər birgə olaraq iki ölkə tərəfindən aparılacaqdır.
3. Qanuni müdafiə halları istisna olmaqla, GÖ-nün şəxsi heyəti və bölmələri üçüncü bir ölkənin cəlb olunduğu hər hansı silahlı münaqişədə iştirak etməyəcəklər.
Maddə 9
Zərər (ziyan), kompensasiya, kompensasiya tələbləri və cavabdehliklər
1. XXX XX-nün şəxsi heyəti tərəfindən vəzifələrinin icrası ilə bağlı və ya vəzifələrinin icrası zamanı ESÖ- nün mülkiyyətində xxxx xxxxx, təchizat və materiallarla digər xxxxxxx və əşyalara qərəzsiz olaraq vurulan zərər, ziyan və xələl üçün hər hansı kompensasiya tələb etməyəcəkdir.
2. Tərəflərdən hər biri öz şəxsi heyətinin qüsurlu və etinasız hərəkətlərindən irəli gələn digər Tərəfin silah, sursat, təchizat, yanacaq, sürtgü yağı və digər mallarına vurulan zərər, ziyan və xələli kompensasiya edəcəkdir.
3. GÖ-nün şəxsi heyətinin fiziki və hüquqi şəxslərin mülkiyyətindəki mal və əşyalara vurduğu zərər, ziyan və xələl (qəsdən və ya qərəzsiz) bu maddənin 1-ci bəndinin müddəaları xaricində tutulacaqdır. Ancaq təlim sahəsi daxilində fiziki və hüquqi şəxslərin mallarına GÖ-nün şəxsi heyəti tərəfindən vurulan zərər (ziyan) üçün, ESÖ- nün təlim bölgəsinin təhlükəsizliyini təmin etməyə və mülki şəxsləri bölgədən uzaqda saxlamağa cavabdeh olduğuna görə GÖ-dən hər hansı kompensasiya tələb edilməyəcəkdir.
4. ESÖ-nün ictimai əmlakında ortaya çıxan zərərin (ziyanın) qəsdən yaradılıb-yaradılmadığını və ödənilməsi xxxxx xxxx pul miqdarını müəyyənləşdirmək üçün yaradılan inzibati komissiyaya ESÖ tərəfindən iki üzv, GÖ tərəfindən isə bir üzv təyin ediləcəkdir. Ehtiyac olduğu təqdirdə, ESÖ tərəfindən aparılacaq məhkəmə araşdırmasına GÖ tərəfindən bir müşahidəçi təyin oluna bilər. İnzibati komissiya tərəfindən müəyyən olunan kompensasiyanın məbləği GÖ orqanlarına bildiriləcək və 90 (doxsan) gün ərzində müəyyən olunan bank hesabına ödəniləcəkdir. Ödəmə qəbzi ESÖ orqanlarına veriləcəkdir.
5. Fiziki və hüquqi şəxslərə aid mallarda zərər (ziyan) yarandığı halda, hadisənin təlim bölgəsi daxilində olub-olmadığını, zərər, ziyan və ya xələli və kompensasiyanın məbləğini müəyyənləşdirmək üçün zərər vurulan şəxsin razılığı alındıqdan sonra ESÖ tərəfindən 3 (üç) nəfərdən ibarət komissiya yaradılacaqdır. Komissiyaya ESÖ tərəfindən iki üzv, GÖ tərəfindən isə bir üzv təyin olunacaqdır. Komissiyanın müəyyən etdiyi kompensasiyanın məbləği GÖ orqanlarına bildiriləcək və 90 (doxsan) gün ərzində müəyyən olunan bank hesabına ödəniləcəkdir. Ödəmə qəbzi ESÖ orqanlarına veriləcəkdir. ESÖ bu müddət ərzində fiziki və hüquqi şəxslərə ödəniləcək kompensasiyanı öz büdcəsindən ödəyə biləcəkdir.
6. Zərər (ziyanın) kompensasiyası məsələsində komissiyanın qərarları üzrə iki ölkə razılığa gəlmədikdə, Tərəflər arasında ziddiyyət diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.
7. ESÖ və XX öz hərbi şəxsi heyətinin bu Anlaşma Memorandumundakı fəaliyyətlərin icrası zamanı yaralanması, şikəst olması və ya ölümü halında bir-birindən kompensasiya tələb etməyəcəkdir. Bu maddənin tətbiqində hər hansı ziddiyyət yaranarsa, 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və xxxx sahədə əməkdaşlıq haqqında Saziş”in müddəalarına uyğun olaraq hərəkət ediləcəkdir.
Maddə 10
Məxfilik dərəcəli məlumatın mühafizəsi və təhlükəsizlik
1. Təlimlə bağlı yaradılan və mübadilə edilən məxfi dərəcəli məlumatlar bu Anlaşma Memorandumunun Giriş bölməsində qeyd edilən Müqavilədə və Sazişdə göstərilən məxfilik dərəcəli məlumatların təhlükəsizliyi və məxfiliyə riayət olunması ilə bağlı maddələrdəki əsaslara, ölkələrin milli təhlükəsizlik qanunlarına və qaydalarına uyğun olaraq istifadə ediləcək, ötürüləcək, saxlanılacaq və mühafizə olunacaqdır.
2. ESÖ və GÖ məxfi məlumata buraxılışın yalnız lazımi təhlükəsizlik icazələrinə malik və təlimdə və ya treninq fəaliyyətlərində iştirak üçün məxfi məlumata xüsusi ehtiyacı xxxx şəxslərlə məhdudlaşdırılmış olmasına zəmanət verəcəkdir.
3. ESÖ səlahiyyəti olmayan şəxsi heyətin treninq sahəsinə (sahələrinə), bölgəsinə və ya təlimə dəstək sahəsinə (sahələrinə) icazəsiz daxil olmasının qarşısını alacaqdır.
Maddə 11 Tibbi xidmət
1. GÖ qüvvələrinin komandiri GÖ şəxsi heyətinin tibbi baxımdan təlimdə iştirak üçün uyğun olmasını təmin etməyə görə cavabdeh olacaqdır. GÖ-nün şəxsi heyəti təlim müddətinə kifayət edəcək miqdarda əvvəlcədən müəyyənləşdirilmiş lazımi dərmanları özləri ilə gətirəcəklər.
2. ESÖ GÖ-nün şəxsi heyətinə öz ölkəsindəki onlara bərabər tutulan şəxsi heyətə təmin etdiyi müayinə və müalicə imkanlarını eyni şərtlərlə təmin etməyə görə cavabdehdir.
3. ESÖ-nün səlahiyyətli şəxsləri GÖ-nün təxliyə vertolyotları da daxil olmaqla, bütün hava nəqliyyatı vasitələri üçün hər hansı təcili halda aidiyyəti treninq sahəsindən və ESÖ-nün hava məkanından istifadə edilməsinə milli prosedurlarına uyğun olaraq ən yüksək prioritet verməyə zəmanət verəcəklər.
4. İlkin tibbi müayinə və müalicə ilə quru və (və ya) hava nəqliyyatı vasitələri ilə uyğun xəstəxanaya (tibb mərkəzinə) tibbi təxliyə ESÖ tərəfindən ödənişsiz təmin ediləcəkdir. GÖ-nün yaralı və ya xəstə şəxsi heyətinin GÖ-nün səlahiyyətli şəxsləri tərəfindən seçilmiş xəstəxanaya aparılmasının ESÖ-nün imkanları daxilində həyata keçirilməsinə ehtiyac duyulduqda, nəqliyyat xərclərini ESÖ çəkəcəkdir.
5. Diş protezi, görmə və eşitmə cihazları ilə digər yardımçı cihazların istifadəsini tələb edən tibb xidmətləri ESÖ tərəfindən təmin edilən ödənişsiz tibb xidmətlərinə daxil deyildir. Bu növ, xərclər GÖ tərəfindən ödəniləcəkdir.
Maddə 12
Hadisələr və qəzalar - təhqiqatlar
1. ESÖ-nün səlahiyyətli şəxslərinin GÖ-nün şəxsi heyətinin iştirak etdiyi qəza və ya hadisənin təhqiqatı zamanı təhqiqatın məxfiliyi prinsipinə xələl gətirmədən GÖ-nün səlahiyyətli şəxsləri təhqiqatda bir müşahidəçi saxlamağı təklif edə biləcəklər. Təklif uyğun görülərsə, müşahidəçinin çarpaz dindirmə və ya başqa bir şəkildə təhqiqat aparmasına icazə verilməyəcəkdir. Müşahidəçi təhqiqatı aparan səlahiyyətli şəxsdən daha yüksək rütbədə olmayacaqdır. GÖ təhqiqatda iştirakdan irəli gələn bütün xərcləri ödəyəcəkdir.
2. GÖ-nün səlahiyyətli hərbi şəxslərinə qəza və ya hadisə haqqında raportun bir nüsxəsi veriləcəkdir.
Maddə 13
GÖ şəxsi heyətinin vəfat etməsi halında həyata keçirilən fəaliyyətlər
1. GÖ-nün şəxsi heyətindən birinin ESÖ hüdudları daxilində vəfat etməsi ESÖ-nün aidiyyəti səlahiyyətli şəxsinə bildiriləcəkdir. Ölüm halı ESÖ-dən bir həkim tərəfindən sənədləşdiriləcəkdir.
2. Ölüm halında yarılma prosedurunun keçirilməsi təmin ediləcək və yarılma ESÖ-nün bu məqsədlə təyin etdiyi həkim tərəfindən milli prosedurlara uyğun olaraq keçiriləcəkdir. GÖ-nün təyin etdiyi bir həkim də ESÖ- nün aidiyyəti səlahiyyətli şəxsi tərəfindən müəyyənləşdirilən vaxt və yerdə keçirilən yarılmada iştirak edə biləcəkdir.
3. GÖ ilə bağlı şəxsi heyətin vəfat etməsi halında ESÖ cənazənin GÖ hüdudlarına və ya GÖ-nün tələbi halında öz ölkəsi daxilində hava limanına qədər daşınmasına, cənazənin daşınma məqsədi ilə GÖ-nün orqanlarına təhvil verilməsinə qədər cənazənin mühafizəsinə, tibbi qoruma tədbirlərinin (təhqiqat və ailəyə təhvil vermək üçün xxxxx xxxx səviyyədə) icrasına görə cavabdehdir.
Maddə 14
Ətraf mühitin qorunması
Ətraf mühitlə bağlı bütün iddialar bu Anlaşma Memorandumunun 9-cu maddəsində göstərilmiş qaydalar çərçivəsində nəzərdən keçiriləcəkdir.
Maddə 15 Digər məsələlər
Bu Anlaşma Memorandumunda qeyd olunmayan digər məsələlərdə və ya Anlaşma Memorandumunun tətbiqindən yaranan fikir ayrılıqlarının aradan qaldırılmasında Giriş bölməsində göstərilən Müqavilənin müvafiq müddəaları tətbiq ediləcəkdir.
Maddə 16
Fikir ayrılıqlarının aradan qaldırılması
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqindən irəli gələn hər növ fikir ayrılığı Tərəflər arasında danışıqlar yolu ilə dostcasına həll ediləcəkdir. Fikir ayrılıqlarının aradan qaldırılması üçün üçüncü bir ölkəyə müraciət edilməyəcəkdir.
Maddə 17
Düzəliş və nəzərdən keçirmə
Zəruri olduğu təqdirdə, Tərəflərdən hər biri yazılı şəkildə bu Anlaşma Memorandumunun dəyişdirilməsini və ya nəzərdən keçirilməsini təklif edə bilər. Bu halda bildirişin göndərildiyi tarixdən etibarən ən geci 30 (otuz) gün müddətində danışıqlara başlanılacaqdır. Danışıqların başlanmasından sonra 45 (qırx beş) gün müddətində danışıqlardan nəticə əldə edilməzsə, Tərəflərdən hər xxxxx xxxx 30 (otuz) gün əvvəldən yazılı bildiriş verməklə, bu Anlaşma Memorandumunu ləğv edə biləcəkdir. Fikir ayrılıqları heç bir şəkildə üçüncü tərəfə bildirilməyəcəkdir.
Maddə 18
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi xxxx və ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun 19-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 19
Qüvvəyə minmə, qüvvədə olma müddəti və ləğv olunma
1. Bu Anlaşma Memorandumu, Tərəflərin bir-birinə onun qüvvəyə minməsi üçün öz milli qanunvericiliklərində nəzərdə tutulan bütün prosedurların yerinə yetirildiyini bildirdikləri sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minəcəkdir.
2. Bu Anlaşma Memorandumu 1 (bir) il müddətinə bağlanılır. Tərəflərdən biri bu müddətin bitməsindən 30 (otuz) gün əvvəl Anlaşma Memorandumunun ləğv edilməsi barədə bildiriş təqdim etmədiyi təqdirdə, Anlaşma Memorandumu birillik müddətlərə qüvvədə qalacaqdır.
Bu Anlaşma Memorandumu 9 (doqquz) əlavəsi ilə birlikdə Bakı şəhərində 04 iyul 2013-cü il tarixində və Ankara şəhərində 06 iyul 2013-cü il tarixində hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
Xxxxxx XXXXXXXX | Xxxxxx XXXXXXXX |
general-leytenant | polkovnik |
Müdafiə nazirinin müavini | Quru Qoşunlarının |
Təlim şöbəsinin müdiri |
ƏLAVƏLƏR:
Əlavə A (Ümumi şərtlər)
Xxxxx X (Təhlükəsizlik və qüvvələri qoruma əsasları)
Əlavə C (Qida təminatı)
Əlavə D (Yerləşmə/yaşayış və digər yer ehtiyacları)
Əlavə E (Tibbi yardım)
Əlavə F (Rabitə və İnformasiya sistemləri)
Əlavə G (Nəqliyyat)
Xxxxx X (Maliyyələşdirmə)
Xxxxx X (Mətbuat və ictimaiyyətlə əlaqələr)
Əlavə A
Ümumi şərtlər
1. Bu Anlaşma Memorandumunun tətbiqi üçün səlahiyyətli orqanlar arasında təlimlər növbə ilə bir il Azərbaycan Respublikasında, bir il Türkiyədə olmaqla hər il keçiriləcəkdir. Bu Anlaşma Memorandumu hər il növbə ilə keçiriləcək təlimlərdə qüvvədə olacaqdır. Təlimdə iştirak edəcək bölmələrin strukturu və təşkilatı bu Anlaşma Memorandumunun tətbiqi üçün səlahiyyətli orqanlar tərəfindən hər il tərtib olunacaq təlim sənədlərində göstəriləcəkdir.
2. ESÖ-nün təsisatlarının istifadəsi və təlim-məşq fəaliyyətləri ESÖ-nün və onun silahlı qüvvələrinin təhlükəsizlik qaydaları və nizamnamələrinə uyğun olaraq icra ediləcəkdir.
3. Təlimdəki bütün xərclər (elektrik, su və s. daxil olmaqla) ESÖ tərəfindən ödəniləcəkdir.
Əlavə B
Təhlükəsizlik və qüvvələri qoruma əsasları
1. ESÖ təlimin hər mərhələsində təhlükəsizlik və qüvvələri qoruma ilə bağlı aşağıdakıları təmin edəcəkdir:
a. ESÖ, kəşfiyyat, təlim-məşq və təlim məqsədi ilə ölkəsinin hüdudlarından daxil xxxx GÖ-nün şəxsi heyət, silah, təchizat, maşın, sursat və digər mallarının Ölkədən çıxışına qədər təhlükəsizliyini təmin etməyə görə cavabdehdir;
b. təsisatlarda saxlanılacaq maşın, silah, material, sursat, təchizat və digər malların təhlükəsizliyini təmin edəcək şəkildə təlim bölgəsinin 24 (iyirmi dörd) saat ərzində fiziki təhlükəsizliyini təmin edəcəkdir;
x. xxxxxxx bağlı hər fəaliyyətdə şəxsi heyətin təhlükəsizliyini təmin edəcəkdir. Bu məsələ maşınlarda silahlı mühafizəçilərin yerləşdirilməsi və bölgənin lokal təhlükəsizlik vəziyyəti haqqımda məlumat verilməsi kimi mövzuları əhatə edəcəkdir;
x. xxxxxxx, kəşfiyyat və istiqamətləndirmə üzrə təlim-məşqləri də daxil olmaqla, bütün mərhələlərində GÖ şəxsi heyətinin, yüksək səviyyəli müşahidəçilərin ölkəyə girişindən çıxışına qədər müşayiət olunmasını təmin edəcəkdir.
2. GÖ sursat, partlayıcı, partlayıcı və yanar maddələrin daşınması zamanı ESÖ-dən ərazisi daxilində əlavə təhlükəsizlik tədbirləri tələb edə biləcəkdir. Tələblərin təmin olunmaması halında ESÖ orqanları bu barədə məlumatı GÖ orqanlarına yazılı şəkildə bildirəcəkdir.
3. ESÖ milli qanun və qaydalarını da ehtiva edən real təhdidlər haqqında brifinq hazırlayacaqdır.
4. Təlim bölgəsinin və bölgə yaxınlığındakı yolların təhlükəsizliyinin təmin olunması, lazımi nəzarət sisteminin yaradılması və nəzarətin həyata keçirilməsi ESÖ-nün cavabdehliyindədir. Mülki vətəndaşlarla hərbi şəxsi heyət də daxil olmaqla, aidiyyəti olmayan şəxslərin GÖ-nün şəxsi heyətinin yaşayış yerinə, anbar və qarajlarına girməsinin ESÖ tərəfindən qarşısı alınacaqdır.
5. Təlim sahəsində daha əvvəlki və ya tətbiqetmə zamanı həyata keçirilmiş atışlardan qalan partlamamış sursatla partlayıcı maddə istifadəsi ilə aparılan təxribat fəaliyyətlərindən sonra qala bilən alışdırıcı və partlayıcı maddələrdən təmizləmə və onların məhv edilməsi cavabdehliyini ESÖ daşıyır. ESÖ orqanları təlim/təlim-məşq bölgəsinin partlamamış sursat, partlayıcı maddə və minaaxtarma (əldəqayırma partlayıcı da daxil olmaqla) və təmizləmənin aparıldığına dair protokolu təlimdən əvvəl GÖ-nün orqanlarına təqdim edəcəkdir. Partlamamış sursat və ya partlayıcı maddələr ucbatından ESÖ-nün hərbi şəxsi heyətinin və (və ya) mülki vətəndaşlarının
yaralanması, şikəst olması və ya həlak olması halında GÖ-nün hər hansı cavabdehliyi olmayacaq və GÖ-dən təzminat tələb edilməyəcəkdir.
Əlavə C
Qida təminatı
1. ESO gündə üç dəfə yemək-içməyi ödənişsiz təmin edəcəkdir.
2. ESÖ GO-nün şəxsi heyətinə öz ölkəsindəki onlara bərabər tutulan şəxslərə təmin etdiyi yeməklə eyni standartda xxxx yemək xidməti göstərəcəkdir.
3. Zərurət olduqda və (və ya) GÖ tərəfindən tələb edildiyi təqdirdə, təlim keçirildiyi müddətdə və GÖ mənsublarının xxxx qayıtması zamanı ESÖ tərəfindən ödənişsiz olaraq quru ərzaq payı (yemək) təmin ediləcəkdir.
Əlavə D
Yerləşmə/yaşayış və digər yer ehtiyacları
1. ESÖ GÖ-nün şəxsi heyətinin yaşayışını təlim, kəşfiyyat və treninqlər müddətində ödənişsiz olaraq təmin edəcəkdir.
2. ESÖ GÖ-nün bölməsinə aid maşın, silah, material, təchizat və sursatın təhlükəsiz mühafizəsi üçün yer (anbar) qaraj ayıracaqdır.
3. GÖ üçün yaşayış yeri və anbar, qaraj standartları ESÖ-nün öz bölmələri üçün təmin etdiyi ilə eyni olacaqdır.
4. ESÖ GÖ-nün bölməsini təlim, kəşfiyyat və treninqlər müddətində təlim sahəsi, yaşayış yerləri, anbarlar, qarajlar və digər yerlərdə elektrik və istifadə üçün su ilə təmin edəcək və bunun üçün ödəniş tələb etməyəcəkdir.
5. ESÖ təlim, treninq və kəşfiyyat fəaliyyətlərində iştirak edən GÖ-nün şəxsi heyətinə təmin edilən hərbi mehmanxana, hərbi mağaza, hamam, camaşırxana, mətbəx sobaları, yeməkxana/kompleks kimi xidmətlərlə təmin etməyə görə cavabdehdir.
6. Yaşayış yerlərində, qaraj, anbar və digər təsisatlarda zibillərin yığışdırılması və həmin yerlərin təmizlənməsi xidməti ESÖ tərəfindən ödənişsiz təmin ediləcəkdir.
Əlavə E
Tibbi yardım
1. ESÖ təlim müddətində ödənişsiz təcili və ilk tibbi yardım xidmətini təmin edəcəkdir. Bu xidmət:
x. xxxxx bölgəsində, tərkibində bir hərbi həkim olmaqla, bir tibb bacısı, iki ilk yardım əməkdaşı (tibb xidməti giziri/mülki tibb məmuru) və xərək daşımaq üçün iki sanitar xxxx tibb qrupundan ibarət bir ilk tibbi yardım məntəqəsini;
b. təcili hərbi tibb maşınını və sürücüsünü ehtiva edəcəkdir.
2. İlk tibbi yardım məntəqəsində olması zəruri xxxx materiallar aşağıda göstərilmişdir:
a. oksigen balonu və maskası;
b. defilarilator;
c. sterilizator;
d. peyvənd komplektləri;
e. atropin (ampulada);
f. adrenalin (ampulada);
g. kiçik cərrahiyyə materialları;
h. xərək/cərrahi müdaxilə masası;
i. müxtəlif analgezik ampulalar;
j. yanıq örtüyü;
k. ilk yardım çantası;
l. qan təzyiqi ölçmə cihazı;
x. xxxxxxxxx;
n. otoskop;
o. termometr;
p. EKQ cihazı;
q. nelaton şlanqı;
x. xxxxxxx;
s. pambıq;
t. steril süngər.
3. Təcili hərbi tibb maşınında olacaq materiallar aşağıda göstərilmişdir:
a. oksigen balonu və maskası;
b. peyvənd komplektləri;
c. atropin (ampulada);
x. xxxxxxxxx (ampulada);
e. kiçik cərrahiyyə materialları;
f. müxtəlif analgezik ampulalar;
g. yanıq örtüyü;
h. ilk yardım çantası;
ı. qan təzyiqi ölçmə cihazı;
i. stetoskop;
x. xxxxxxx;
x. xxxxxxx;
l. pambıq;
m. steril süngər.
4. Tibb məntəqəsi təcili tibbi müdaxilə və gündəlik tibbi müayinə edəcəkdir. İş günü xaricində təcili telefon xətti və bir təcili tibbi yardım maşını ESÖ tərəfindən təmin ediləcəkdir.
Əlavə F
Rabitə və informasiya sistemləri
1. ESÖ, tərkibində ümumi şəbəkəyə (internetə) qoşulmuş bir kompyuter, telefon və faksdan ibarət xxxx rabitə mərkəzi təsis edəcəkdir. Telefon və faks GÖ qüvvələri komandiri (təmsilçiləri) tərəfindən rəsmi məqsədlər üçün istifadə ediləcəkdir.
2. ESÖ, GÖ tərəfindən tələb edilməsi halında təlimdə istifadə olunmaq üçün radio və rabitə sistemini təmin edəcəkdir. Verilən cihazlara enerji yüklənməsi ilə bağlı tədbirlər ESÖ tərəfindən görüləcəkdir.
3. GÖ tərəfindən tələb edilməsi halında ictimai məqsədli təlim ərazisində ödəniş qarşılığında istifadə ediləcək telefonlar qoyulacaqdır.
4. GÖ bölmələrinin formalaşdırılacağı taktiki rabitə mərkəzində GÖ-nün öz ölkəsi ilə məlumat, səs, görüntü və digər yollarla informasiya mübadiləsi imkanı təmin edən cihazları quraşdırma haqqı olacaqdır. Tələb edildiyi təqdirdə, ESÖ texniki dəstəyi təmin edəcəkdir.
5. Təlimin rabitə sistemlərinin istismarı üzrə təlimat ESÖ tərəfindən hazırlanacaqdır.
6. Tezliklərin planlaşdırılması ESÖ tərəfindən həyata keçiriləcəkdir.
7. Təsis edildiyi təqdirdə, simli xətt planlaşdırılması və kommutator istismarı xidmətləri ESÖ tərəfindən həyata keçiriləcəkdir.
8. Komanda və nəzarət qaydaları təlimlə bağlı milli planlara və prosedurlara və ya iştirakçılar arasında müəyyənləşdirilən planlara və prosedurlara uyğun olacaqdır.
9. Birdəfəlik istifadə üçün müxtəlif batareya/qalvanik element ehtiyacını ölkələr özləri qarşılayacaqdır. Həm ESÖ tərəfindən müvəqqəti istifadə üçün verilmiş, həm də GÖ-nün mülkiyyətində xxxx yüklənə bilən batareyalar və yükləmə cihazları üçün xxxxx xxxx elektrik enerjisi ESÖ tərəfindən təmin ediləcəkdir.
10. Təlimdə foto (film) xidmətləri ESÖ tərəfindən təmin ediləcək, GÖ istədiyi təqdirdə, öz foto (film) qrupunu istifadə edə biləcəkdir.
Əlavə G
Nəqliyyat məsələləri
1. Təlim şəxsi heyətinin ölkələrarası hərəkəti öz ölkələrinin nəqliyyat vasitələri tərəfindən təmin ediləcəkdir. Təlimdə faktiki olaraq iştirak edən şəxsi heyətin yaşayış yerləri ilə təlim, kəşfiyyat və treninq üçün
istifadə ediləcək yerlər arasında maşınlardan istifadə lazım olduğu halda, nəqliyyat ehtiyacı (şəxsi heyət və yükdaşıma) ESÖ tərəfindən ödənişsiz qarşılanacaqdır.
2. ESÖ kəşfiyyat və treninq üçün bölməsi ilə birlikdə gəlməyən şəxsi heyətlə yüksək səviyyəli müşahidəçilərin ölkəyə girişindən çıxışma qədər və ölkədaxili nəqliyyat xidmətlərini ödənişsiz təmin edəcəkdir.
3. ESÖ tərəfindən mədəni gəzinti, kokteyl və rəsmi yemək kimi ictimai fəaliyyətlərin planlaşdırılması halında ödənişsiz nəqliyyat xidməti təmin ediləcəkdir.
4. GÖ şəxsi heyəti haqqında təfsilatlı məlumatı və maşınların nömrələrini təlimatın başlanmasından ən azı 15 (on beş) gün əvvəl ESÖ-nün orqanlarına göndərəcəkdir.
Əlavə H
Maliyyələşdirmə
1. Təlimdə iştirak edən GÖ-nün şəxsi heyəti gündə üç dəfə yemək (lazım gəldikdə, quru ərzaq payı olaraq veriləcək), içməli su ilə ESÖ tərəfindən ödənişsiz təmin ediləcəkdir.
2. Elektrik enerjisi və istifadə üçün su ESÖ tərəfindən ödənişsiz təmin ediləcəkdir.
3. Yaşayış yeri, anbar, qaraj, treninq (təlim) sahəsi və digər istifadə olunan sahələrə görə ESÖ tərəfindən kirayə haqqı tələb edilməyəcəkdir.
4. ESÖ GÖ-nün müvəqqəti istifadəsinə verdiyi hər növlü silah, təchizat, material və digər mallar üçün kirayə haqqı tələb etməyəcəkdir.
5. Bu Anlaşma Memorandumunun mətnində başqa cür göstərilməyibsə, ESÖ tərəfindən təmin edilən tibbi müayinə, müalicə və təxliyə xidmətlərinə görə ödəniş tələb edilməyəcəkdir.
6. ESÖ aşağıda qeyd olunan yüksək səviyyəli müşahidəçi günü tədbirləri ilə digər ictimai tədbirləri ödənişsiz təmin edəcəkdir.
Sıra №- si | Tədbir |
1. | Açılış və bağlanış mərasimi |
2. | İştirak edən bütün şəxsi heyət üçün kokteyl |
3. | Yüksək səviyyəli müşahidəçi günü fəaliyyətləri (yemək, yaşayış, nəqliyyat və mədəni gəzinti) |
Əlavə I
Mətbuat və ictimaiyyətlə əlaqələr
Təlimin mətbuat siyasəti yarıaçıqdır. Yarıaçıq mətbuat siyasəti təlimə hər hansı yerli və xarici mətbuat qurumunun dəvət edilməyəcəyini və təlimin mətbuat tərəfindən izlənilməyəcəyini, təlimdən əvvəl, təlim vaxtı və ya təlimdən sonra birtərəfli və ya ikitərəfli mətbuat konfransının keçirilməyəcəyini və hər iki ölkənin səlahiyyətli orqanları tərəfindən qısa məlumat və ya press-reliz (qısa məlumat) yaymaqla, təlim haqqında ictimaiyyəti məlumatlandırmağı ehtiva edir. Ölkələrdən birinin tələb etdiyi təqdirdə, ölkələr press-relizləri (qısa məlumatı) bir-birilə bölüşərək və ya koordinasiya edərək hazırlayacaq və ya ortaq bir mətn tərtib edəcəkdir.
“Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil xxxx kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil xxxx kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında” 2011-ci il dekabrın 24-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2013-cü il
№ 565-IVQ
AZƏRBAYCAN RESPUBLİKASINDAN GƏLƏN TƏBİİ QAZIN TÜRKİYƏ RESPUBLİKASININ ƏRAZİSİ VASİTƏSİ İLƏ TRANZİTİ HAQQINDA VƏ TƏBİİ QAZIN TÜRKİYƏ RESPUBLİKASININ ƏRAZİSİNDƏN NƏQL EDİLMƏSİ ÜÇÜN MÜSTƏQİL XXXX KƏMƏRİNİN İNŞASINA DAİR AZƏRBAYCAN RESPUBLİKASININ HÖKUMƏTİ VƏ TÜRKİYƏ RESPUBLİKASININ HÖKUMƏTİ ARASINDA
ANLAŞMA MEMORANDUMU
Hazırkı Anlaşma Memorandumu (bundan sonra “AM”) 2011-ci ilin 24 dekabr tarixində Azərbaycan Respublikasının Hökuməti və
Türkiyə Respublikasının Hökuməti; tərəfindən və arasında bağlanmışdır.
Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti kontekstdən asılı olaraq ayrı ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırıla bilərlər.
NƏZƏRƏ ALARAQ Kİ, Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və Təbii qazın Türkiyə Respublikasının ərazisindən Avropa İttifaqına və Avropanın digər ölkələrinə və Türkiyə respublikasındakı qonşu dövlətlərə nəql edilməsinə dəstək göstərmək üçün 25 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikası və Türkiyə Respublikası Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və Təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil xxxx kəmərinin inşasına dair Saziş (bundan sonra "HAS") imzalanmışdır;
NƏZƏRƏ ALARAQ Kİ, Tərəflər yeni müstəqil xxxx kəmərinin Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökumətinin ilkin olaraq təyin etdiyi şirkətlərdən ibarət birgə konsorsium vasitəsi ilə inşasını və sonrakı istismarını nəzərdə tutan bir layihəyə təminat vermək üçün (HAS-da qeyd edildiyi kimi) "Müstəqil Xxxx Kəməri Layihəsinin" inşasına üstünlük verməyə razılaşırlar;
NƏZƏRƏ ALARAQ Kİ, Azərbaycan Tərəfi ARDNŞ-ni gələcəkdə konsorsiuma üçüncü tərəfləri təyin etmək səlahiyyəti ilə Müstəqil Xxxx Kəməri Layihəsinə öz iştirakçısı qismində təyin etmişdir və Türkiyə Tərəfi gələcəkdə konsorsiuma üçüncü tərəfləri təyin etmək səlahiyyəti ilə (ilkin olaraq BOTAŞ və/və ya TPAO şirkətlərini, bundan sonra "Türkiyəli İştirakçı(lar)") öz iştirakçılarını təyin edəcəkdir;
YUXARIDA GÖSTƏRİLƏNLƏRİ NƏZƏRƏ ALARAQ, Tərəflər Müstəqil Xxxx Kəməri Layihəsinin (bundan sonra “Layihənin”) dizaynını, tikintisini və sonrakı istismarını təmin etmək üçün həyata keçirilməli işə rəhbərlik etmək üçün aşağıdakı şərtlərlə razılaşırlar:
1. Konsorsiumun Yaradılması
1.1. Hökumətlərarası Sazişin Maddə 5 (b) müddəalarına uyğun olaraq ARDNŞ və Türkiyəli İştirakçı(lar) aşağıdakı 1.4 Bəndində qeyd olunan vaxt ərzində ARDNŞ-nin rəhbərlik edəcəyi konsorsium (bundan sonra Layihə üzrə Konsorsium) yaradacaqlar.
1.2. Layihə üzrə Konsorsium aşağıdakı iştirak payları ilə yaradılacaqdır:
ARDNŞ - 80% (səksən faiz)
Türkiyəli İştirakçı(lar) - 20% (iyirmi faiz).
1.3. Səhmdarların yekun strukturu Layihə üzrə Konsorsiumun yaradılması zamanı müəyyən ediləcəkdir. Layihə üzrə Konsorsiumda hər hansı yeni iştirakçıya verilən pay ARDNŞ-nin yuxarıdakı 1.2 Bəndində göstərilən iştirak payından çıxılacaqdır.
1.4. Layihə üzrə Konsorsiumun təsis edilməsi 2012-ci ilin 30 iyun tarixinədək tamamlanacaqdır. Tərəflər bir-birini müntəzəm olaraq Layihə üzrə Konsorsiumun yaradılması ilə bağlı işlərin gedişatı barədə məlumatlandıracaqlar və yeni üzvlər Tərəflərin milli maraqlarına təhlükə yaratdığı halda Tərəflər yeni üzvlərin Layihə üzrə Konsorsiuma daxil olmasına dair rədd cavabı verə bilərlər.
1.5. Texniki-iqtisadi əsaslandırma və digər əlaqədar işlər Türkiyə tərəfinin dəstəyi ilə XXXXX tərəfindən aparılmalıdır. Texniki-iqtisadi əsaslandırma və digər əlaqədar işlərlə bağlı xərclər ARDNŞ tərəfindən çəkiləcəkdir.
2. Layihənin Keçirtmə Qabiliyyəti və Gücü
2.1. Layihə üzrə minimal illik keçirmə qabiliyyəti on altı (16) xxxxxxx kubmetr təşkil etməli və gələcəkdə Azərbaycan Respublikasından gələcək və onun ərazisindən nəql ediləcək təbii qaz həcmlərini yerləşdirmək üçün keçirmə qabiliyyətini artırmaq imkanına malik olmalıdır.
2.2. Layihəyə sərmayələrin qoyuluşunu təmin etmək üçün ARDNŞ potensial ixracatçılarla uzun müddətli keçirtmə haqqında razılaşmaları bağlamağı öhdəsinə götürəcək. Türkiyə Tərəfi bu cür keçirtmə haqqında razılaşmalar barəsində müntəzəm olaraq məlumatlandırılmalıdır.
3. Digər Müddəalar
verir.
3.1. Tərəflərin hər biri qarşı Tərəfə hazırkı Anlaşma Memorandumunun tam yerinə yetirilməsinə zəmanət
3.2. Hazırkı Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında istənilən zaman düzəliş
edilə bilər. Düzəlişlər hazırkı Anlaşma Memorandumunun 4.1 Bəndində müəyyən edilmiş eyni hüquqi prosedura müvafiq olaraq qüvvəyə minəcəkdir.
4. Qüvvəyə Minmə və Qüvvədə Olma Müddəti
4.1. Hazırkı Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün tələb olunan milli daxili hüquqi proseduralar tamamlandıqdan sonra diplomatik kanallar vasitəsilə Tərəflərin son yazılı bildiriş xxxxxx tarixindən etibarən qüvvəyə minməlidir.
4.2. Hazırkı Anlaşma Memorandumu altı (6) ay müddətində qüvvədə qalır və onun müddətinin bitməsinə bir (1) ay qalmış Tərəflərdən biri digər Tərəfi Anlaşma Memorandumuna xitam vermək niyyəti barəsində diplomatik kanallar vasitəsilə yazılı surətdə xəbərdar etməsə, o, sonrakı altı (6) aylıq müddətlərə avtomatik olaraq uzadılmış hesab olunur.
4.3. Tərəflərin yuxarıda adı çəkilən müddət ərzində Layihə Konsorsiumunu yaratmadığı və ya Qarşılıqlı Anlaşma haqda hazırkı Memorandumun (QAM) müddətinin uzadılması haqda razılığa gələ bilmədiyi təqdirdə, hazırkı QAM qüvvəsini itirməli və Tərəflər hazırkı sənəd çərçivəsində nəzərdə tutulan öhdəliklərdən azad olunmalıdır.
Hər bir mətn eyni qüvvəyə malik olmaqla Azərbaycan, Türk və İngilis dillərində tərtib edilmiş və 24 dekabr 2011-ci il tarixində Ankarada iki (2) əsl nüsxədə imzalanmışdır. Sənədin təfsiri ilə bağlı ziddiyyət yarandığı halda İngilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikasının Hökuməti | Türkiyə Respublikasının Hökuməti |
adından | adından |
xxxxx Xxxxx XXXXXX | xxxxx Xxxxx XXXXXX |
Sənaye və Energetika Xxxxxx | Xxxxxx və Təbii Sərvətlər Xxxxxx |
2012-ci il noyabrın 21-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında keçiriləcək xüsusi təyinatlı kiçik bölmələrin “Qafqaz Qartalı” təlimi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu”nun
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il noyabrın 21-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında keçiriləcək xüsusi təyinatlı kiçik bölmələrin “Qafqaz Qartalı” təlimi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası və Gürcüstan hökumətlərini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2013-cü il
№ 818
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ S Ə R Ə N C A M
№ 307s
Bakı şəhəri, 16 noyabr 2012-ci il
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 735 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə:
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və digər dövlət orqanları aidiyyəti üzrə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 735 nömrəli Fərmanı ilə təsdiq edilmiş aşağıdakı sənədlərin (əlavə olunur) müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər:
1.1. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsi haqqında Anlaşma Memorandumu;
1.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinə edilmiş xxx daşımalarının inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu;
1.4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının | |
Baş xxxxxx | Xxxxx Xxxx-zadə |
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ TÜRKİYƏ RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA TEXNİKİ TƏNZİMLƏMƏ, STANDARTLAŞDIRMA, UYĞUNLUĞUN
QİYMƏTLƏNDİRİLMƏSİ, AKKREDİTASİYA VƏ METROLOGİYA SAHƏLƏRİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),
texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlığı gücləndirmək, əlaqəli sistemlər arasındakı qarşılıqlı anlaşmanı inkişaf etdirmək, ticarətdə texniki maneələri aradan qaldırmaq, ikitərəfli ticarət axınını genişləndirmək, qarşılıqlı iqtisadi və ticarət maraqlarını davam etdirmək, Azərbaycan və Türkiyə istehlakçılarının təhlükəsizlik və sağlamlıqlarını qorumaq məqsədilə,
beynəlxalq arenadakı fəaliyyətlər daxil olmaqla Tərəflərin əməkdaşlığını gücləndirmək üçün qərarlı olaraq, ticarətdə lazımsız maneələri aradan qaldırmaq və ikitərəfli ticarət axınını asanlaşdırmaq məqsədi ilə milli
qanunvericiliyin beynəlxalq qaydalara və standartlara uyğunlaşdırılmasının əhəmiyyətini qəbul edərək,
texniki əməkdaşlığı gücləndirmək və sözügedən sahələrdə iki ölkə arasındakı anlaşmanı inkişaf etdirmək məqsədilə,
beynəlxalq hüquq və öhdəliklərinə xələl gətirmədən, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya qurumları arasındakı əlaqələri təkmilləşdirəcək və onları bu Anlaşma Memorandumu əsasında əməkdaşlıq etməyə təşviq edəcəklər.
Maddə 2
Tərəflər texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində seminarlar, mütəxəssis mübadiləsi, təlim fəaliyyətləri, tədqiqatlar və inkişaf layihələri kimi birgə fəaliyyət vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəklər.
Maddə 3
Tərəflər texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təşviq edəcəklər.
Maddə 4
Bu Anlaşma Memorandumunun tətbiqi və/və ya təfsiri zamanı yarana biləcək fikir ayrılığı Tərəflər arasında qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 5
Bu Anlaşma Memorandumu çərçivəsində əldə edilən sənəd və məlumatların məxfiliyi təmin ediləcəkdir.
Maddə 6
Bu Anlaşma Memorandumunun tətbiqi və yerinə yetirilməsində Azərbaycan tərəfi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Türkiyə tərəfi üçün İqtisadiyyat Nazirliyi (Məhsul Təhlükəsizliyi və Yoxlama üzrə Baş İdarəsi) səlahiyyətli orqanlar olaraq təyin edilir.
Maddə 7
Bu Anlaşma Memorandumuna hər hansı əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi xxxx və 8-ci maddədə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında edilə bilər.
Maddə 8
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili hüquqi prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alınması tarixindən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu 1 (bir) il müddətində qüvvədə qalır və Tərəflərdən biri həmin müddətin bitməsinə ən azı 3 (üç) ay qalmış bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti 1 (bir) illik müddətlərə uzadılır.
Bu Anlaşma Memorandumu Qəbələ şəhərində 11 sentyabr 2012-ci il tarixində hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASI | TÜRKİYƏ RESPUBLİKASI |
HÖKUMƏTİ ADINDAN | HÖKUMƏTİ ADINDAN |
AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ VƏ TÜRKİYƏ RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ ARASINDA DİPLOMATLARIN MÜBADİLƏSİ HAQQINDA
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi,
Aralarındakı əməkdaşlığı və müvafiq qurumlarının strukturu və fəaliyyəti haqqında qarşılıqlı anlaşmanı gücləndirmək qətiyyətində olaraq,
Aşağıdakılar barədə razılığa gəldilər:
MADDƏ I
1. Tərəflər bu Anlaşma Memorandumu ilə əsası qoyulan mübadilə proqramına uyğun olaraq göndəriləcək diplomatları öz mərkəzlərində qəbul edəcəklər.
2. Bu Anlaşma Memorandumuna əsasən mübadilə proqramının məqsədi qəbul edən Tərəfin strukturu və fəaliyyətini qarşılıqlı olaraq anlamaq, onun beynəlxalq münasibətlərə yanaşmasını öyrənmək, həmçinin Tərəflər arasında əlaqələrin möhkəmləndirilməsidir.
MADDƏ II
Bu Anlaşma Memorandumuna əsasən mübadilə proqramının namizədlərindən əsasən türk və Azərbaycan dillərində danışa bilmələri gözlənilir. Mümkün olmadığı təqdirdə namizədlər ingilis dilində yaxşı biliyə malik olmalıdırlar.
MADDƏ III
1. Təyin edilmiş namizədlər göndərən Tərəfdən qəbul edən Tərəfə təklif ediləcəkdir. Qəbul edən Tərəf təklif olunan namizədlərdən izahat vermədən imtina edə bilər.
2. Qəbul edən Tərəf müraciətin qəbul edildiyi təqdirdə göndərən Tərəfi məlumatlandıracaqdır.
3. Bu Anlaşma Memorandumuna əsasən diplomatların mübadiləsi ardıcıllıqla həyata keçirilə bilər.
MADDƏ IV
1. Hər bir mübadilənin müddəti diplomatik kanallar vasitəsilə müəyyən ediləcək və qarşılıqlı razılıq əsasında uzadıla bilər. Mübadilənin müddəti adətən bir və üç ay arasında olacaqdır.
2. Mübadilələrin müddəti Tərəflərin qarşılıqlı razılığı ilə xüsusən səhhətlə bağlı problemlər və şəxsi ehtiyaclar olduğu təqdirdə qısaldıla bilər.
3. Fövqəladə hallarda qəbul edən Tərəfin təşəbbüsü ilə əməkdaşlıq proqramını ləğv etmək hüququ vardır. Bu halda, qəbul edən Tərəf qərarı barədə göndərən Tərəfə məlumat verəcəkdir.
MADDƏ V
1. Göndərən Tərəf bu əməkdaşlıq proqramından irəli gələn bütün xərcləri, xüsusilə gündəlik və qalmaq xərclərini, ölkədən kənar xidməti ezamiyyət xərclərini və ya təzminatlarını ödəyəcək, həmçinin evli olduğu təqdirdə diplomatın ailəsinə ödəniləcək sosial müdafiə ödəmələrini aparacaqdır. Göndərən Tərəf həmçinin təyin edilmiş diplomatın xidməti fəaliyyəti ilə bağlı səyahəti və ya vəzifələrinin yerinə yetirilməsi zamanı baş verə biləcək bədbəxt hadisələrə görə öhdəlik daşıyır.
2. Qəbul edən Tərəf mübadilə proqramı müddəti ərzində müəyyən etdiyi vəzifələrdən irəli gələn xərcləri öhdəsinə götürür.
MADDƏ VI
1. Mübadilə proqramında iştirak edən diplomatlardan peşəkar fəaliyyətlə bağlı məxfiliyin tələblərinə uyğun olaraq onlara buraxılış icazəsi verilən məlumatın məxfiliyinin mühafizəsinin qaydalarına riayət edilməsi tələb olunur. Təyin edilmiş diplomat onun təyin olunacağı idarədə çalışan digər diplomatlar kimi eyni qaydada məsuliyyət daşıyır. Arxiv və sənədlərə buraxılışla bağlı bütün növ məhdudiyyətlər qəbul edən Tərəfin yurisdiksiyası altında olacaqdır.
2. Təyin edilmiş diplomat qəbul edən Tərəfdə çalışan eyni səviyyəli dövlət qulluqçuları ilə birlikdə eyni iş saatlarında çalışacaq və vəzifələri həyata keçirəcəkdir. İşdən icazədən istifadə qəbul edən Tərəfdən təsdiq edilməlidir.
MADDƏ VII
Təyin edilmiş diplomat mübadilə proqramı çərçivəsində öz vəzifəsinin başa çatmasından sonra ona həvalə edilmiş məsələlər və işlər haqqında hesabat hazırlamalıdır. Bu hesabat iki əsl nüsxədə hazırlanaraq göndərən və qəbul edən Tərəfə ünvanlanmalıdır.
MADDƏ VIII
1. Təyin edilmiş diplomat, qəbul edən ölkədə qaldığı müddət ərzində xüsusən elektron məktubların alınması və əmək haqqının ödənilməsi kimi inzibati məsələlərdən başqa digər məsələlərdə öz mənşə ölkəsinin diplomatik nümayəndəliyi ilə əlaqələri olmamalıdır.
2. Təyin edilmiş diplomata öz ölkəsinin diplomatik nümayəndəliyi qarşısında diplomatik demarşın edilməsi vəzifəsi həvalə edilə bilməz.
MADDƏ IX
1. Təyin edilmiş diplomata qəbul edən ölkənin ərazisindən kənarda vəzifə müəyyən edilərsə bu haqda göndərən dövlətə məlumat veriləcəkdir. Təyin edilmiş diplomat qəbul edən ölkənin ərazisindən kənara yalnız nümayəndə heyətinin tərkibində göndərilə bilər.
2. Bu halda, təyin edilmiş diplomat yalnız qəbul edən ölkənin adından çıxış edə bilər. Xxxxx, təyin edilmiş diplomat bütün növ görüş, diskussiya, danışıqlar və ya öz ölkəsinin nümayəndələri də daxil olmaqla rəsmi əlaqələrdə iştirak edə bilər.
MADDƏ X
Qəbul edən Tərəf mübadilə proqramı ilə bağlı bütün məsələlər haqqında göndərən ölkənin diplomatik nümayəndəliyinə məlumat verəcəkdir.
MADDƏ XI
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yaranan hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar yolu ilə dostcasına həll ediləcəkdir.
MADDƏ XII
Bu Anlaşma Memorandumu Tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə bağlanılır və beynəlxalq hüquqa əsasən Tərəflər üçün məcburi xarakter daşıyan müqaviləni təşkil etmir. Bu Anlaşma Memorandumunun heç bir müddəası Tərəflər üçün hüquq və ya öhdəliklərin yaradılması kimi təfsir və tətbiq edilə bilməz.
MADDƏ XIII
Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı yazılı razılığı ilə dəyişikliklər edilə bilər. Dəyişikliklər bu Anlaşma Memorandumunun XIV maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
MADDƏ XIV
Bu Anlaşma Memorandumu imzalandığı andan qüvvəyə minir və Tərəflərdən biri ən azı altı ay əvvəl onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməyənədək qüvvədə qalacaqdır.
Bu Anlaşma Memorandumu Qəbələ şəhərində 11 sentyabr 2012-ci il tarixində hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsiri və tətbiqi zamanında fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASI | TÜRKİYƏ RESPUBLİKASI |
XARİCİ İŞLƏR NAZİRLİYİ | XARİCİ İŞLƏR NAZİRLİYİ |
ADINDAN | ADINDAN |
Xxxxx Xxxxxxxxxxx | Xxxxx Xxxxxxxxx |
Xarici İşlər Xxxxxx | Xarici İşlər Xxxxxx |
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinəedilmiş yükdaşımalarının inkişaf etdirilməsinə dair
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi, iki ölkə arasında və ya ölkələrinin üzərindən həyata keçiriləcək kombinəedilmiş xxx daşımalarının inkişaf etdirilməsi məqsədilə aşağıda qeyd olunanlar barədə razılığa gəldilər. Tərəflər:
- iki ölkə arasında və ya Ölkələrinin üzərindən həyata keçiriləcək kombinəedilmiş xxx daşımalarının inkişafı, idarə olunması üzrə qanunvericilik bazasının yaradılması məqsədilə birgə əməkdaşlıq edəcəklər və qısa müddət ərzində beynəlxalq kombinəedilmiş xxx daşımaları haqqında Sazişi imzalayacaqlar;
- iki ölkə arasında kombinəedilmiş xxx daşımalarının marşrutlarının müəyyən olunması və idarə edilməsi üçün dövlət və özəl sektorların cəlb edilməsini təşviq edəcəklər;
- Bakı-Tbilisi-Qars yeni dəmir yolu və Xəzər dənizi üzərindən keçməklə Mərkəzi Asiya dövlətlərinin əraziləri vasitəsilə Çin istiqamətində beynəlxalq kombinəedilmiş yükdaşıma layihələrinin inkişafını təşviq edəcəklər;
- qeyd olunan məsələlərin həyata keçirilməsi və bu məsələlər üzrə müvafiq işlərin görülməsi məqsədilə bir İşçi Qrupu yaradacaq və işlərin gedişatına nəzarət edəcəklər;
Türkiyə tərəfi, Avropa ölkələri ilə uzun müddət müvəffəqiyyətlə tətbiq olunan Avtomobil yolu - Dəniz yolu (Ro-Ro) və Avtomobil yolu - Dəmir yolu (Ro-Lo) kombinəedilmiş yükdaşımaları üzrə təcrübələrinin Azərbaycan tərəfindən öyrənilməsinə köməklik göstərəcəkdir.
Bu Anlaşma Memorandumu Qəbələ şəhərində 11 sentyabr 2012-ci il tarixində, hər biri Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikası Nəqliyyat, |
Nəqliyyat Xxxxxx | Dənizçilik və Kommunikasiya Xxxxxx |
Xxxx Xxxxxxxx | Xxxxxx Xxxxxxxx |
"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ VƏ TÜRKİYƏ RADİO TELEVİZİYA QURUMU ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU
Bundan sonra “Tərəflər” adlandırılacaq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio-Televiziya Qurumu,
Azərbaycanda və Türkiyədə televiziya və radio proqramlarının yayımlanması üçün əlverişli şərait yaradılmasına dair qarşılıqlı marağı rəhbər tutaraq,
Hər iki dövlətin xalqları arasında tarixən yaranmış sosial-mədəni və xxxx əlaqələrin inkişaf etdirilməsində teleradio yayımının əhəmiyyətinə əsaslanaraq,
Tərəflər arasında dostluq və işgüzar əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verərək, Televiziya və radio yayımı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər radio və televiziya proqramlarını ödənişli və ya qarşılıqlı əsasda ödənişsiz olaraq mübadilə edəcəklər. Bu məqsədlə Tərəflər Protokolun qüvvəyə mindiyi andan etibarən uyğun bildikləri proqramların pulsuz mübadilə edilməsi, satılması və ya alınması ilə bağlı şərtləri, xüsusiyyətləri yazılı olaraq bir-birlərinə göndərəcəklər.
Maddə 2
Tərəflər əldə etmək istədikləri proqramları tələb tarixinə xxxxx xxxx göndərəcəklər. Göndərilən proqramların izah mətinləri Azərbaycan və ya türk dilində yazılacaqdır.
Maddə 3
Mübadilə edilən radio və televiziya proqramlarının göndərilmə xərcləri göndərən qurum, xxxx göndərmə xərcləri isə proqramı xxxx qurum tərəfindən ödəniləcəkdir. Xxxx göndərilmə şərtləri xüsusi olaraq müəyyənləşdirilmədikdə proqramlar onları xxxx tərəfdə qalacaqdır.
Maddə 4
Tərəflər mübadilə edilən radio və televiziya proqramlarını yalnız öz verilişlərində istifadə edəcək, onları istifadə məqsədi ilə başqa şəxsə və ya quruma verməyəcəklər.
Maddə 5
Tərəflər ödənişsiz mübadilə edilən radio və televiziya proqramlarında dəyişiklik etmədən qismən və ya olduğu kimi yayımlamaqda sərbəstdirlər.
Maddə 6
Tərəflər mübadilə yolu ilə yayımladıqları radio və televiziya proqramlarının adlarını, efir saatı və tarixini proqramı hazırlayan tərəfə proqramın yayımlanmasına ən azı 30 gün qalmış yazılı olaraq bildirəcəklər.
Maddə 7
Bu Protokola əsasən ödənişli və ya ödənişsiz mübadilə edilən proqramlardan istifadə nəticəsində yayım və müəlliflik hüququ ilə bağlı yarana biləcək problemlərin həlli proqramı göndərən tərəfin üzərinə düşür.
Maddə 8
Tərəflər müştərək proqramlar hazırlamaqla bağlı təkliflərini, çəkiliş mövzularını, büdcəni, ssenarini, texniki məsələləri, idarəçilik işlərini ayrıca müzakirə edəcək və çəkiliş şərtlərini ayrı bir protokolla müəyyənləşdirəcəklər.
Maddə 9
Tərəflər hər iki ölkədə təşkil olunan radio və televiziya festivallarında, müsabiqələrində və mədəni tədbirlərində imkanları daxilində iştirak edəcəklər.
Maddə 10
Tərəflər təcrübə mübadiləsi məqsədi ilə qarşılıqlı əsasda əməkdaşların mübadiləsini aparacaqlar. Bu mübadilənin məqsədi, müddəti və şərtləri ayrıca müəyyənləşdiriləcəkdir.
Maddə 11
Tərəflər əvvəlcədən xəbərdarlıq etmək şərti ilə, imkanları daxilində müxtəlif məqsədlərlə bir-birlərinin ölkəsinə gələn təmsilçi və digər vəzifəlilərə xxxxx xxxx hər növ köməyi göstərəcəklər.
Maddə 12
Tərəflər qarşılıqlı əsasda, imkanları daxilində həftəlik xəbərlərin xülasəsini bir-birlərinə göndərəcəklər.
Maddə 13
Tərəflər qarşı ölkədə aparacaqları çəkiliş üçün qəbul edən tərəfin xərclədiyi bütün məbləği faktura müqabilində EBU CİRAP (Avropa Yayım Birliyi) tarifinə uyğun ödəyəcəklər.
Maddə 14
Tərəflər ölkədə açılmış təmsilçiliyin fəaliyyəti üçün lazımi yardım, o, cümlədən texniki yardım göstərəcəklər.
Maddə 15
Tərəflər Radio və Televiziya ilə bağlı əməkdaşlığa dair müxtəlif təklifləri yazışma yoluyla bir-birlərinə bildirəcəklər.
Maddə 16
Tərəflər lazım bildikləri təqdirdə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün növbə ilə bir-birlərinin ölkələrində toplanacaqlar.
Maddə 17
Bu Protokol onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Protokol 3 (üç) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Protokolun müddətinin bitməsinə ən azı 3 (üç) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə bildirmədikdə, onun qüvvəsi avtomatik olaraq növbəti l(bir) illik müddətə uzadılacaqdır.
Bu Protokol Qəbələ şəhərində 11 sentyabr 2012-ci il tarixində Azərbaycan və Türk dillərində olmaqla iki nüsxədə imzalanmışdır. Hər iki dildə xxxx mətnlər eyni hüquqi qüvvəyə malikdir.
“Azərbaycan Televiziya və Radio | Türkiyə Radio Televiziya Qurumu |
Verilişləri” Qapalı Xxxxxxx | adından |
Cəmiyyəti adından |
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsi haqqında Anlaşma Memorandumu;
1.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinə edilmiş xxx daşımalarının inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu;
1.4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2012-ci il
№ 735
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ TÜRKİYƏ RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA TEXNİKİ TƏNZİMLƏMƏ, STANDARTLAŞDIRMA, UYĞUNLUĞUN
QİYMƏTLƏNDİRİLMƏSİ, AKKREDİTASİYA VƏ METROLOGİYA SAHƏLƏRİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),
texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlığı gücləndirmək, əlaqəli sistemlər arasındakı qarşılıqlı anlaşmanı inkişaf etdirmək, ticarətdə texniki maneələri aradan qaldırmaq, ikitərəfli ticarət axınını genişləndirmək, qarşılıqlı iqtisadi və ticarət maraqlarını davam etdirmək, Azərbaycan və Türkiyə istehlakçılarının təhlükəsizlik və sağlamlıqlarını qorumaq məqsədilə,
beynəlxalq arenadakı fəaliyyətlər daxil olmaqla Tərəflərin əməkdaşlığını gücləndirmək üçün qərarlı olaraq, ticarətdə lazımsız maneələri aradan qaldırmaq və ikitərəfli ticarət axınını asanlaşdırmaq məqsədi ilə milli
qanunvericiliyin beynəlxalq qaydalara və standartlara uyğunlaşdırılmasının əhəmiyyətini qəbul edərək,
texniki əməkdaşlığı gücləndirmək və sözügedən sahələrdə iki ölkə arasındakı anlaşmanı inkişaf etdirmək məqsədilə,
beynəlxalq hüquq və öhdəliklərinə xələl gətirmədən, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya qurumları arasındakı əlaqələri təkmilləşdirəcək və onları bu Anlaşma Memorandumu əsasında əməkdaşlıq etməyə təşviq edəcəklər.
Maddə 2
Tərəflər texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində seminarlar, mütəxəssis mübadiləsi, təlim fəaliyyətləri, tədqiqatlar və inkişaf layihələri kimi birgə fəaliyyət vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəklər.
Maddə 3
Tərəflər texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təşviq edəcəklər.
Maddə 4
Bu Anlaşma Memorandumunun tətbiqi və/və ya təfsiri zamanı yarana biləcək fikir ayrılığı Tərəflər arasında qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 5
Bu Anlaşma Memorandumu çərçivəsində əldə edilən sənəd və məlumatların məxfiliyi təmin ediləcəkdir.
Maddə 6
Bu Anlaşma Memorandumunun tətbiqi və yerinə yetirilməsində Azərbaycan tərəfi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Türkiyə tərəfi üçün İqtisadiyyat Nazirliyi (Məhsul Təhlükəsizliyi və Yoxlama üzrə Baş İdarəsi) səlahiyyətli orqanlar olaraq təyin edilir.
Maddə 7
Bu Anlaşma Memorandumuna hər hansı əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi xxxx və 8-ci maddədə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında edilə bilər.
Maddə 8
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili hüquqi prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alınması tarixindən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu 1 (bir) il müddətində qüvvədə qalır və Tərəflərdən biri həmin müddətin bitməsinə ən azı 3 (üç) ay qalmış bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti 1 (bir) illik müddətlərə uzadılır.
Bu Anlaşma Memorandumu Qəbələ şəhərində 11 sentyabr 2012-ci il tarixində hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASI | TÜRKİYƏ RESPUBLİKASI |
HÖKUMƏTİ ADINDAN | HÖKUMƏTİ ADINDAN |
AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ VƏ TÜRKİYƏ RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ ARASINDA DİPLOMATLARIN MÜBADİLƏSİ HAQQINDA ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi,
Aralarındakı əməkdaşlığı və müvafiq qurumlarının strukturu və fəaliyyəti haqqında qarşılıqlı anlaşmanı gücləndirmək qətiyyətində olaraq,
Aşağıdakılar barədə razılığa gəldilər:
MADDƏ I
1. Tərəflər bu Anlaşma Memorandumu ilə əsası qoyulan mübadilə proqramına uyğun olaraq göndəriləcək diplomatları öz mərkəzlərində qəbul edəcəklər.
2. Bu Anlaşma Memorandumuna əsasən mübadilə proqramının məqsədi qəbul edən Tərəfin strukturu və fəaliyyətini qarşılıqlı olaraq anlamaq, onun beynəlxalq münasibətlərə yanaşmasını öyrənmək, həmçinin Tərəflər arasında əlaqələrin möhkəmləndirilməsidir.
MADDƏ II
Bu Anlaşma Memorandumuna əsasən mübadilə proqramının namizədlərindən əsasən türk və Azərbaycan dillərində danışa bilmələri gözlənilir. Mümkün olmadığı təqdirdə namizədlər ingilis dilində yaxşı biliyə malik olmalıdırlar.
MADDƏ III
1. Təyin edilmiş namizədlər göndərən Tərəfdən qəbul edən Tərəfə təklif ediləcəkdir. Qəbul edən Tərəf təklif olunan namizədlərdən izahat vermədən imtina edə bilər.
2. Qəbul edən Tərəf müraciətin qəbul edildiyi təqdirdə göndərən Tərəfi məlumatlandıracaqdır.
3. Bu Anlaşma Memorandumuna əsasən diplomatların mübadiləsi ardıcıllıqla həyata keçirilə bilər.
MADDƏ IV
1. Hər bir mübadilənin müddəti diplomatik kanallar vasitəsilə müəyyən ediləcək və qarşılıqlı razılıq əsasında uzadıla bilər. Mübadilənin müddəti adətən bir və üç ay arasında olacaqdır.
2. Mübadilələrin müddəti Tərəflərin qarşılıqlı razılığı ilə xüsusən səhhətlə bağlı problemlər və şəxsi ehtiyaclar olduğu təqdirdə qısaldıla bilər.
3. Fövqəladə hallarda qəbul edən Tərəfin təşəbbüsü ilə əməkdaşlıq proqramını ləğv etmək hüququ vardır. Bu halda, qəbul edən Tərəf qərarı barədə göndərən Tərəfə məlumat verəcəkdir.
MADDƏ V
1. Göndərən Tərəf bu əməkdaşlıq proqramından irəli gələn bütün xərcləri, xüsusilə gündəlik və qalmaq xərclərini, ölkədən kənar xidməti ezamiyyət xərclərini və ya təzminatlarını ödəyəcək, həmçinin evli olduğu təqdirdə diplomatın ailəsinə ödəniləcək sosial müdafiə ödəmələrini aparacaqdır. Göndərən Tərəf həmçinin təyin edilmiş diplomatın xidməti fəaliyyəti ilə bağlı səyahəti və ya vəzifələrinin yerinə yetirilməsi zamanı baş verə biləcək bədbəxt hadisələrə görə öhdəlik daşıyır.
2. Qəbul edən Tərəf mübadilə proqramı müddəti ərzində müəyyən etdiyi vəzifələrdən irəli gələn xərcləri öhdəsinə götürür.
MADDƏ VI
1. Mübadilə proqramında iştirak edən diplomatlardan peşəkar fəaliyyətlə bağlı məxfiliyin tələblərinə uyğun olaraq onlara buraxılış icazəsi verilən məlumatın məxfiliyinin mühafizəsinin qaydalarına riayət edilməsi tələb olunur. Təyin edilmiş diplomat onun təyin olunacağı idarədə çalışan digər diplomatlar kimi eyni qaydada məsuliyyət daşıyır. Arxiv və sənədlərə buraxılışla bağlı bütün növ məhdudiyyətlər qəbul edən Tərəfin yurisdiksiyası altında olacaqdır.
2. Təyin edilmiş diplomat qəbul edən Tərəfdə çalışan eyni səviyyəli dövlət qulluqçuları ilə birlikdə eyni iş saatlarında çalışacaq və vəzifələri həyata keçirəcəkdir. İşdən icazədən istifadə qəbul edən Tərəfdən təsdiq edilməlidir.
MADDƏ VII
Təyin edilmiş diplomat mübadilə proqramı çərçivəsində öz vəzifəsinin başa çatmasından sonra ona həvalə edilmiş məsələlər və işlər haqqında hesabat hazırlamalıdır. Bu hesabat iki əsl nüsxədə hazırlanaraq göndərən və qəbul edən Tərəfə ünvanlanmalıdır.
MADDƏ VIII
1. Təyin edilmiş diplomat, qəbul edən ölkədə qaldığı müddət ərzində xüsusən elektron məktubların alınması və əmək haqqının ödənilməsi kimi inzibati məsələlərdən başqa digər məsələlərdə öz mənşə ölkəsinin diplomatik nümayəndəliyi ilə əlaqələri olmamalıdır.
2. Təyin edilmiş diplomata öz ölkəsinin diplomatik nümayəndəliyi qarşısında diplomatik demarşın edilməsi vəzifəsi həvalə edilə bilməz.
MADDƏ IX
1. Təyin edilmiş diplomata qəbul edən ölkənin ərazisindən kənarda vəzifə müəyyən edilərsə bu haqda göndərən dövlətə məlumat veriləcəkdir. Təyin edilmiş diplomat qəbul edən ölkənin ərazisindən kənara yalnız nümayəndə heyətinin tərkibində göndərilə bilər.
2. Bu halda, təyin edilmiş diplomat yalnız qəbul edən ölkənin adından çıxış edə bilər. Xxxxx, təyin edilmiş diplomat bütün növ görüş, diskussiya, danışıqlar və ya öz ölkəsinin nümayəndələri də daxil olmaqla rəsmi əlaqələrdə iştirak edə bilər.
MADDƏ X
Qəbul edən Tərəf mübadilə proqramı ilə bağlı bütün məsələlər haqqında göndərən ölkənin diplomatik nümayəndəliyinə məlumat verəcəkdir.
MADDƏ XI
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yaranan hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar yolu ilə dostcasına həll ediləcəkdir.
MADDƏ XII
Bu Anlaşma Memorandumu Tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə bağlanılır və beynəlxalq hüquqa əsasən Tərəflər üçün məcburi xarakter daşıyan müqaviləni təşkil etmir. Bu Anlaşma Memorandumunun heç bir müddəası Tərəflər üçün hüquq və ya öhdəliklərin yaradılması kimi təfsir və tətbiq edilə bilməz.
MADDƏ XIII
Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı yazılı razılığı ilə dəyişikliklər edilə bilər. Dəyişikliklər bu Anlaşma Memorandumunun XIV maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
MADDƏ XIV
Bu Anlaşma Memorandumu imzalandığı andan qüvvəyə minir və Tərəflərdən biri ən azı altı ay əvvəl onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməyənədək qüvvədə qalacaqdır.
Bu Anlaşma Memorandumu Qəbələ şəhərində 11 sentyabr 2012-ci il tarixində hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsiri və tətbiqi zamanında fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASI | TÜRKİYƏ RESPUBLİKASI |
XARİCİ İŞLƏR NAZİRLİYİ | XARİCİ İŞLƏR NAZİRLİYİ |
ADINDAN | ADINDAN |
Xxxxx Xxxxxxxxxxx | Xxxxx Xxxxxxxxx |
Xarici İşlər Xxxxxx | Xarici İşlər Xxxxxx |
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinəedilmiş yükdaşımalarının inkişaf etdirilməsinə
dair
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi, iki ölkə arasında və ya ölkələrinin üzərindən həyata keçiriləcək kombinəedilmiş xxx daşımalarını inkişaf etdirilməsi məqsədilə aşağıda qeyd olunanlar barədə razılığa gəldilər. Tərəflər:
- iki ölkə arasında və ya ölkələrinin üzərindən həyata keçiriləcək kombinəedilmiş xxx daşımalarının inkişafı, idarə olunması üzrə qanunvericilik bazasının yaradılması məqsədilə birgə əməkdaşlıq edəcəklər və qısa müddət ərzində beynəlxalq kombinəedilmiş xxx daşımaları haqqında Sazişi imzalayacaqlar;
- iki ölkə arasında kombinəedilmiş xxx daşımalarının marşrutlarının müəyyən olunması və idarə edilməsi üçün dövlət və özəl sektorların cəlb edilməsini təşviq edəcəklər;
- Bakı-Tbilisi-Qars yeni dəmir yolu və Xəzər dənizi üzərindən keçməklə Mərkəzi Asiya dövlətlərinin əraziləri vasitəsilə Çin istiqamətində beynəlxalq kombinəedilmiş yükdaşıma layihələrinin inkişafını təşviq edəcəklər;
- qeyd olunan məsələlərin həyata keçirilməsi və bu məsələlər üzrə müvafiq işlərin görülməsi məqsədilə bir İşçi Qrupu yaradacaq və işlərin gedişatına nəzarət edəcəklər;
Türkiyə tərəfi, Avropa ölkələri ilə uzun müddət müvəffəqiyyətlə tətbiq olunan Avtomobil yolu - Dəniz yolu (Ro-Ro) və Avtomobil yolu - Dəmir yolu (Ro-Lo) kombinəedilmiş yükdaşımaları üzrə təcrübələrinin Azərbaycan tərəfindən öyrənilməsinə köməklik göstərəcəkdir.
Bu Anlaşma Memorandumu Qəbələ şəhərində 11 sentyabr 2012-ci il tarixində, hər biri Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikası Nəqliyyat, |
Nəqliyyat Xxxxxx | Dənizçilik və Kommunikasiya Xxxxxx |
Xxxx Xxxxxxxx | Xxxxxx Xxxxxxxx |
“AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ VƏ TÜRKİYƏ RADİO TELEVİZİYA QURUMU ARASINDA ƏMƏKDAŞLIQ
PROTOKOLU
Bundan sonra “Tərəflər” adlandırılacaq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio-Televiziya Qurumu,
Azərbaycanda və Türkiyədə televiziya və radio proqramlarının yayımlanması üçün əlverişli şərait yaradılmasına dair qarşılıqlı marağı rəhbər tutaraq,
Hər iki dövlətin xalqları arasında tarixən yaranmış sosial-mədəni və xxxx əlaqələrin inkişaf etdirilməsində teleradio yayımının əhəmiyyətinə əsaslanaraq,
Tərəflər arasında dostluq və işgüzar əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verərək, Televiziya və radio yayımı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər radio və televiziya proqramlarını ödənişli və ya qarşılıqlı əsasda ödənişsiz olaraq mübadilə edəcəklər. Bu məqsədlə Tərəflər Protokolun qüvvəyə mindiyi andan etibarən uyğun bildikləri proqramların pulsuz mübadilə edilməsi, satılması və ya alınması ilə bağlı şərtləri, xüsusiyyətləri yazılı olaraq bir-birlərinə göndərəcəklər.
Maddə 2
Tərəflər əldə etmək istədikləri proqramları tələb tarixinə xxxxx xxxx göndərəcəklər. Göndərilən proqramların izah mətinləri Azərbaycan və ya türk dilində yazılacaqdır.
Maddə 3
Mübadilə edilən radio və televiziya proqramlarının göndərilmə xərcləri göndərən qurum, xxxx göndərmə xərcləri isə proqramı xxxx qurum tərəfindən ödəniləcəkdir. Xxxx göndərilmə şərtləri xüsusi olaraq müəyyənləşdirilmədikdə proqramlar onları xxxx tərəfdə qalacaqdır.
Maddə 4
Tərəflər mübadilə edilən radio və televiziya proqramlarını yalnız öz verilişlərində istifadə edəcək, onları istifadə məqsədi ilə başqa şəxsə və ya quruma verməyəcəklər.
Maddə 5
Tərəflər ödənişsiz mübadilə edilən radio və televiziya proqramlarında dəyişiklik etmədən qismən və ya olduğu kimi yayımlamaqda sərbəstdirlər.
Maddə 6
Tərəflər mübadilə yolu ilə yayımladıqları radio və televiziya proqramlarının adlarını, efir saatı və tarixini proqramı hazırlayan tərəfə proqramın yayımlanmasına ən azı 30 gün qalmış yazılı olaraq bildirəcəklər.
Maddə 7
Bu Protokola əsasən ödənişli və ya ödənişsiz mübadilə edilən proqramlardan istifadə nəticəsində yayım və müəlliflik hüququ ilə bağlı yarana biləcək problemlərin həlli proqramı göndərən tərəfin üzərinə düşür.
Maddə 8
Tərəflər müştərək proqramlar hazırlamaqla bağlı təkliflərini, çəkiliş mövzularını, büdcəni, ssenarini, texniki məsələləri, idarəçilik işlərini ayrıca müzakirə edəcək və çəkiliş şərtlərini ayrı bir protokolla müəyyənləşdirəcəklər.
Maddə 9
Tərəflər hər iki ölkədə təşkil olunan radio və televiziya festivallarında, müsabiqələrində və mədəni tədbirlərində imkanları daxilində iştirak edəcəklər.
Maddə 10
Tərəflər təcrübə mübadiləsi məqsədi ilə qarşılıqlı əsasda əməkdaşların mübadiləsini aparacaqlar. Bu mübadilənin məqsədi, müddəti və şərtləri ayrıca müəyyənləşdiriləcəkdir.
Maddə 11
Tərəflər əvvəlcədən xəbərdarlıq etmək şərti ilə, imkanları daxilində müxtəlif məqsədlərlə bir-birlərinin ölkəsinə gələn təmsilçi və digər vəzifəlilərə xxxxx xxxx hər növ köməyi göstərəcəklər.
Maddə 12
Tərəflər qarşılıqlı əsasda, imkanları daxilində həftəlik xəbərlərin xülasəsini bir-birlərinə göndərəcəklər.
Maddə 13
Tərəflər qarşı ölkədə aparacaqları çəkiliş üçün qəbul edən tərəfin xərclədiyi bütün məbləği faktura müqabilində EBU CİRAP (Avropa Yayım Birliyi) tarifinə uyğun ödəyəcəklər.
Maddə 14
Tərəflər ölkədə açılmış təmsilçiliyin fəaliyyəti üçün lazımi yardım, o, cümlədən texniki yardım göstərəcəklər.
Maddə 15
Tərəflər Radio və Televiziya ilə bağlı əməkdaşlığa dair müxtəlif təklifləri yazışma yoluyla bir-birlərinə bildirəcəklər.
Maddə 16
Tərəflər lazım bildikləri təqdirdə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün növbə ilə bir-birlərinin ölkələrində toplanacaqlar.
Maddə 17
Bu Protokol onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Protokol 3 (üç) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Protokolun müddətinin bitməsinə ən azı 3 (üç) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə bildirmədikdə, onun qüvvəsi avtomatik olaraq növbəti l(bir) illik müddətə uzadılacaqdır.
Bu Protokol Qəbələ şəhərində 11 sentyabr 2012-ci il tarixində Azərbaycan və Türk dillərində olmaqla iki nüsxədə imzalanmışdır. Hər iki dildə xxxx mətnlər eyni hüquqi qüvvəyə malikdir.
“Azərbaycan Televiziya və Radio | Türkiyə Radio Televiziya Qurumu |
Verilişləri” Qapalı Xxxxxxx | adından |
Cəmiyyəti adından |
2010-cu il iyunun 7-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqli üzrə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2010-cu il iyunun 7-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqli üzrə Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası tərəfini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2011-ci il
№1327
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqli üzrə
Anlaşma Memorandumu
Bu Anlaşma Memorandumu Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti adından (bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılan) 7 iyun 2010-cu il tarixində imzalanmışdır.
Belə ki:
A) Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Azərbaycan təbii qazının Türkiyə Respublikasına tədarükü haqqında 12 mart 2001-ci il tarixli Hökumətlərarası Saziş (IGA) mövcuddur; və
B) BOTAŞ Petrolium Xxxx Kəmərləri Şirkəti (“BOTAŞ”) və Azərbaycan Qaz Təchizatı Şirkəti (“AGSG”) 12 mart 2001 tarixində “Təbii qazın satışı və alışına dair Müqavilə” (“BOTAŞ SPA”) bağlamışlar və;
C) BOTAŞ və ARDNŞ 26 aprel 2010-cu il tarixində aşağıdakı məsələlər daxil olduğu Protokol imzalamışlar:
i) Türkiyənin daxili istehlakçılarına satılması üçün 1,2 mlrd kubmetr qazın BOTAŞ tərəfindən ARDNŞ-nin Türkiyədəki filialına tədarükü;
ii) Suriyaya və/və ya Bolqarıstana və/və ya Yunanıstana ixrac etmək üçün 2 mlrd kubmetr qazın BOTAŞ tərəfindən ARDNŞ-nə tədarükü;
iii) BOTAŞ və DEPA arasında Təbii qazın alqı-satqısına dair Müqavilənin DEPA və ARDNŞ-nin arasında Müqavilə kimi təyin edilməsi.
Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
1. BOTAŞ 2016-ci ilin sonuna qədər, Şahdənizin I Fazası Müqaviləsinin illik həcmindən, yəni 6.6 kubmetr qazdan 1,2 mlrd kubmetr qazı, Petkim daxil olmaqla Türkiyənin daxili istehlakçılarına satışı üçün ARDNŞ-nin Türkiyədəki filialına tədarük edəcək. 1.2 mlrd kubmetr qazın qiymətini Şahdənizin I fazasının idxal dəyəri, Daxili Daşınma Tarifi və Türkiyədə tətbiq olunan bütün vergilər təşkil edəcək.
Yuxarıda göstərilən kəmiyyətin tədarükü üçün maliyyə şərtləri BOTAŞ və BOTAŞ SPA-nın götürmə və ödəmə öhdəlikləri nəzərə alınmaqla BOTAŞ və ARDNŞ arasında razılaşdırılacaq.
2. BÖTAŞ Suriyaya və/və ya Bolqarıstana və/və ya Yunanıstana ixrac edilməsi üçün razılaşdırılacaq şərtlərlə 2 mlrd kubmetr təbii qazı ARDNŞ-ə tədarük edəcək.
3. Türkiyə Respublikası ilə Yunanıstan Respublikası və Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası sazişlərə lazımi dəyişikliklər əsasında və DEPA-nın razılığı olduğu təqdirdə BOTAŞ və DEPA arasında 2003-cü il 23 dekabr tarixli Kontrakt BOTAŞ tərəfindən ARDNŞ-nə həvalə ediləcək.
4. Bu Anlaşma Memorandumunun 1-ci və 2-ci maddələrinin qüvvəyə minməsi üçün Türkiyə Respublikasının Nazirlər Şurasının müvafiq qərarı yekunlaşmalıdır və Tərəflər Ölkələrinin Nazirlər Şuralarının müvafiq qərarlarının qəbul edilməsi üçün bütün zəruri tədbirləri görəcəklər.
5. Tərəflər, BOTAŞ ilə DEPA arasındakı 23 dekabr 2003-cü il tarixli Kontraktın BOTAŞ-xxx ARDNŞ-nə həvalə edilməsinə bütün aidiyyəti tərəflər razılıq verdiyi təqdirdə, Tərəflər, Türkiyə Respublikası ilə Yunanıstan Respublikası arasındakı Hökumətlərarası Sazişə və/və ya digər belə Hökumətlərarası Sazişə lazımi dəyişikliklər etmək barədə razılığa gəlirlər.
6. Bu Anlaşma Memorandumu 7 iyun 2010-cu il tarixində İstanbul şəhərində iki əsl nüsxədə ingilis dilində imzalanmışdır.
Azərbaycan Respublikası adından | Türkiyə Respublikası adından |
Xxxxx Xxxxxx | Xxxxx Xxxxxx |
Sənaye və Energetika Xxxxxx | Xxxxxx və Təbii Sərvətlər Xxxxxx |
2010-cu il iyulun 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Türkiyə Respublikasının Kapital Bazarı Şurası arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2010-cu il iyulun 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Türkiyə Respublikasının Kapital Xxxxx Xxxxxx arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1- ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası tərəfini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2010-cu il
№ 1131
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Türkiyə Respublikasının Kapital Bazarı Şurası arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Türkiyə Respublikasının Kapital Bazarı Şurası, maliyyə bazarlarında beynəlxalq fəallığın inkişafını və bununla əlaqədar müvafiq orqanlar arasında qarşılıqlı əməkdaşlığın zəruriliyini nəzərə alaraq,
aşağıdakılar barəsində razılığa gəldilər:
ANLAYIŞLAR
1. Bu Anlaşma Memorandumunda (Memorandum) aşağıdakı anlayışlardan istifadə edilir:
“sorğu xxxx Tərəf” - bu Memorandumun fəaliyyət dairəsinə müvafiq olaraq sorğunun ünvanlandığı Tərəf; “sorğu edən Tərəf” - bu Memorandumun fəaliyyət dairəsinə müvafiq olaraq sorğu edən Tərəf.
MƏQSƏDLƏR
2. Bu Memorandumun məqsədi əməkdaşlığın çərçivəsini, qarşılıqlı anlaşmanı və ikitərəfli əlaqələri genişləndirməklə, texniki və tənzimləyici informasiya mübadiləsini gücləndirməklə, habelə tədqiqat sahəsində yardımı təmin etməklə, tənzimlənən bazarların inteqrasiyasını təşviq etməkdən və investorların hüquqlarının müdafiəsindən ibarətdir.
3. Bu Memorandum Azərbaycan Respublikasının və Türkiyə Respublikasının milli qanunvericiliyinə uyğun olaraq, Tərəflər arasında onların səlahiyyəti çərçivəsində əməkdaşlığın əsasını təşkil edir.
4. Bu Memorandumun müddəalarının tətbiqi Tərəflərin dövlətlərinin qanunları, qaydaları və tərəfdar çıxdıqları beynəlxalq müqavilələr çərçivəsində, Tərəflərin milli maraqlarına zidd olmayaraq həyata keçirilməlidir.
5. Tərəflər, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının milli qanunvericiliyinə müvafiq olaraq, digər Tərəfi onun yurisdiksiyasına aid olan milli qanunvericiliyin pozulmasına və ya pozula biləcəyinə dair şübhə yaradan məlumatlarla təmin etmək üçün lazımi səylər göstərəcəklər.
6. Tərəflər qarşılıqlı olaraq öz milli qanunvericiliyi çərçivəsində digər Tərəfi məlumat sorğusu vasitəsilə onun yurisdiksiyasına aid xxxx qanunvericiliyin pozulması və pozula biləcəyi mövzusuna aid olmayan məlumatlarla da təmin etmək məqsədilə lazımi səylər göstərəcəklər. Hər bir halda, bu kimi sorğular sorğu edən Tərəfin öz milli qanunvericiliyindən irəli gələn vəzifələrinin icrası və açıq, ədalətli və səmərəli bazarların inkişafı və qorunmasının təmin edilməsi məqsədilə həyata keçiriləcəkdir.
7. Tərəflər inanırlar ki, baş verən və ya ehtimal olunan böhranın qarşısının alınması üçün məlumatın əsas məğzinin təqdim edilməsi xxx vacib bir amildir ki, bu da hər bir Tərəfin öz milli qanunvericiliyi və təcrübəsi çərçivəsində digər Tərəfin yurisdiksiyasında xxxx tənzimlənən bazarlara ziyan vurulmasına yol verməmək məqsədilə çevik reaksiya verməsini və digər Tərəfi bu haqda xəbərdar etməsini nəzərdə tutur.
QARŞILIQLI YARDIM
Əhatə dairəsi
8. Bu Memorandumun fəaliyyət dairəsinə müvafiq olaraq, Tərəflər öz milli qanunvericiliyi çərçivəsində qarşılıqlı yardımı həyata keçirəcəklər. Belə yardım tənzimlənən bazarlarda milli qanunvericiliyin tətbiqini asanlaşdırmağa xidmət edəcəkdir.
9. Tərəflər, qiymətli kağızlar bazarlarında tədqiqatların aparılması və onların inteqrasiyasının təmin edilməsi, qiymətli kağızlar bazarlarının iştirakçıları arasında münasibətlərin möhkəmləndirilməsi, habelə bir Tərəfin peşəkar iştirakçılarının, emitentlərinin və investorlarının digər Tərəfin qiymətli kağızlar bazarında iştirakının təmin edilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq həyata keçirəcəklər.
10. Tərəflər müvafiq funksiyalarının icrasına yardım məqsədilə, sorğulara cavab olaraq aşağıdakı fəaliyyət sahələri üzrə qarşılıqlı əməkdaşlığı və informasiya mübadiləsini təmin etməyə razılaşırlar:
(a) insayder ticarətinin, bazar manipulyasiyasının və qiymətli kağızlarla digər qeyri-qanuni əməllərin aşkarlanması;
(b) qiymətli kağızların buraxılışına, yerləşdirilməsinə, idarə edilməsinə, əqdlərin bağlanmasına və maliyyə məsləhətləri xidmətlərinin göstərilməsinə dair milli qanunvericiliyə riayət olunmasına nəzarət;
(c) yuxanda əks olunan sahələrdə biznesin aparılmasına səlahiyyətli xxxx fiziki və hüquqi şəxslərin peşəkarlıq səviyyələrinin uyğunluğu və bu biznesdə yüksək standartların, şəffaflığın təşviq edilməsi;
(ç) qiymətli kağızlar emitentlərinin və ticarət iştirakçılarının investorlar üçün zəruri xxxx məlumatların tam və dürüst açıqlanması vəzifələri;
(d) şirkətlərin qiymətli kağızlarına dair məlumatların açıqlanması;
(e) Tərəflərin razılaşdırdığı digər məsələlər.
Sorğular
11. Sorğular yazılı şəkildə ingilis dilində tərtib edilməli və Tərəflərlə məktub mübadiləsi vasitəsilə müvəkkil edilmiş sorğu xxxx Tərəfin əlaqələndirici şəxsinə ünvanlanmalıdır. Təcili yardım sorğusu və bu sorğuya cavab 10 (on) iş günü ərzində bu Memorandumda göstərilən qaydada təsdiq olunmaqla, qısa formada və məktub mübadiləsindən qeyri vasitələrlə həyata keçirilə bilər.
12. Yardımın asanlaşdırılması məqsədilə, sorğu edən Tərəf sorğuda aşağıdakıları əks etdirməlidir:
(a) sorğu edilən məlumat (o cümlədən şəxslərin xüsusatları və suallar daxil edilməklə);
(b) informasiyanın sorğu edilməsinin məqsədləri (pozulmuş və ya pozulması ehtimal olunan milli qanunvericiliyin göstərilməsi ilə);
(c) sorğuya səbəb olmuş əməlin və ya ehtimal olunan əməlin təsviri;
(ç) sorğu edilən məlumatlara xxxxx xxxx və ya malik olması ehtimal olunan şəxslərin və həmin məlumatların əldə olunmasının mənbələri;
(d) müvafiq milli qanunvericiliyin sorğu edən Tərəfin tənzimləyici funksiyaları ilə əlaqəsi; sorğu edilən məlumatın müvafiq milli qanunvericiliyə uyğunluğu;
(ə) məlumatın zəruri halda kimə açıqlanmasının mümkünlüyü və bunun səbəbləri;
(f) sorğunun təcililiyi və həmin yardımın təqdim edilmə müddəti.
13. Bu Memorandum, Tərəflərin öz dövlətlərində xxxx prosedurlara əməl etməklə, şəxslərdən könüllü əsaslarla məlumatın alınması imkanlarını məhdudlaşdırmır. Məlumatı könüllü əsaslarla şəxslərdən əldə etmiş Tərəf, bu haqda digər Tərəfi təfsilatı ilə xəbərdar etməlidir.
14. Tərəflər, öz yurisdiksiyaları daxilində, habelə hüquq pozuntusu sayılmayan məsələlərə dair də yardımın göstərilməsi barədə razılaşırlar.
15. Məlumatların verilməsini gecikdirməmək məqsədilə, sorğu xxxx Tərəf məlumatları topladıqca, onları hissə-hissə ötürəcək və bu prosedur üzrə məsləhətləşmələr aparacaqdır.
16. Sorğu edən Tərəf təqdim olunan məlumatlarla qane olmadığı təqdirdə, o, dəqiqləşdirilməsi zəruri xxxx məlumatı qeyd etməklə, əlavə məlumatı yenidən sorğu edə bilər.
17. Bu Memorandum üzrə sorğu edilən məlumatların onun müddəalarına müvafiqliyini müəyyən etmək məqsədilə, sorğu xxxx Tərəf hər bir sorğu üzrə məlumatın təqdim edilməsi imkanlarını nəzərdən keçirəcəkdir. Sorğu tam həcmdə icra oluna bilmədiyi təqdirdə, sorğu xxxx Tərəf digər müvafiq məlumatların və ya yardımın təqdim edilməsi mümkünlüyünü nəzərdən keçirəcəkdir.
18. Sorğunun icrası və ya icradan imtina edilməsi qərarını vermək üçün sorğu xxxx Tərəf aşağıdakıları nəzərə almalıdır:
(a) sorğu xxxx Tərəfin dövlətinin milli qanunvericiliyi ilə müəyyən edilmiş məsələləri;
(b) sorğu edən Tərəfin dövləti tərəfindən eyni yardımın göstərilməsinin mümkün olub-olmamasını;
(c) sorğunun sorğu edən Tərəfin tanınmayan yurisdiksiyasına aid olub-olmamasını; (ç) sorğunun milli maraqlara zidd olub-olmamasını;
(d) informasiya mübadiləsinin sorğu xxxx Tərəfin dövlətinin suverenliyinə, təhlükəsizliyinə və ya dövlət maraqlarına mənfi təsir göstərə bilib-bilməyəcəyini;
(e) həmin faktlar üzrə və həmin şəxslərə qarşı cinayət icraatının aparılması və ya bu şəxslərin səlahiyyətli orqanlar tərəfindən müvafiq məsuliyyətə cəlb olunub-olunmamasını.
Sorğu xxxx Tərəf sorğunun bu Memorandumun əhatə dairəsinə müvafiq olmadığını hesab etdiyi təqdirdə, bu maddənin müddəalarını nəzərə alaraq, sorğunun icrasından imtina edilməsi səbəblərini sorğu edən Tərəfə dərhal açıqlayacaqdır.
19. Bu Memorandumun əhatə dairəsinə aid xxxx sorğuya cavab olaraq təqdim olunmuş hər bir sənəd və ya digər materiallar, habelə onların surətləri sorğu xxxx Tərəfin müraciəti ilə ona qaytarılmalıdır.
20. Tərəflər üçün maraqlı ola bilən məlumatların digər Tərəfə təqdim edilməsi üçün Azərbaycan Respublikasının və Türkiyə Respublikasının milli qanunvericiliyi çərçivəsində Tərəflər zəruri tədbirlər görəcəklər.
21. Bu Memorandum üzrə sorğunun icrası sorğu xxxx Tərəf üçün əlavə xərclər yaratdığı təqdirdə, Tərəflər sorğunun icrasınadək öz aralarında həmin xərclərin bölüşdürülməsi barədə razılaşacaqlar.
MƏLUMATIN MƏXFİLİYİ VƏ İSTİFADƏ QAYDALARI
22. Bu Memorandum üzrə təqdim olunacaq məlumat və yardım Tərəflərin bu Memorandumun əhatə dairəsinə aid xxxx məsələlərlə bağlı öz tənzimləyici funksiyalarını həyata keçirmələrində bir-birinə kömək etmək məqsədi daşıyacaqdır.
Tərəflər öz milli qanunvericiliyi çərçivəsində aşağıdakılar üzrə məxfiliyi təmin edəcəklər:
(a) bu Memorandum üzrə hər hansı məlumatlara dair sorğular;
(b) onların əməliyyatlarından irəli gələn bütün məsələlər;
c) bu Memorandum üzrə ötürülən bütün məlumatlar.
23. Göstərilən yardım və məlumatlar, onları təqdim edən Tərəfin yazılı razılığı olmadan üçüncü tərəflərə açıqlanmayacaqdır.
24. Bu Memorandum üzrə ötürülən məlumatlardan yalnız sorğuda göstərilən məqsədlər üçün istifadə oluna bilər və həmin məlumatlar aşağıdakılardan ibarət olmalıdır:
(a) sorğuda göstərilən milli qanunvericiliyə riayət edilməsinin və ya onun məcburiliyinin təmin edilməsi;
(b) aşağıdakılara dair təhqiqatların aparılması və ya buna yardım göstərilməsi və yaxud aşağıdakıların həyata keçirilməsi və ya buna yardımın göstərilməsi:
(i) bazara nəzarət;
(ii) sorğuda göstərilən milli qanunvericiliyin pozulması haqqında ümumi ittihamlara dair təhqiqatın aparılması;
(iii) 2-ci bəndə aid xxxx məsələlərə dair mülki və inzibati icraatlar;
(c) cinayət icraatlarına dair səlahiyyətli orqanlara arayışların tərtib və təqdim edilməsi.
25. Sorğu edən Tərəf əldə olunan məlumatlardan yuxanda qeyd olunan məqsədlərdən fərqli xxxx hər hansı digər məqsədlər üçün istifadə etmək niyyətində olduqda, o, əvvəlcədən sorğu xxxx Tərəfin yazılı razılığını əldə etməlidir. Sorğu xxxx Tərəf məlumatların digər məqsədlər üçün istifadəsinə müəyyən şərtlər əsasında razılıq verə bilər. Sorğu xxxx Tərəf məlumatların istifadəsinə etirazını bildirərsə, Tərəflər etirazın səbəbləri və məlumatların istifadəsini mümkün edən hallar və şərtlər barəsində məsləhətləşmələr aparacaqlar.
26. Bu Memorandum Azərbaycan Respublikasının və Türkiyə Respublikasının milli qanunvericiliyi üzrə öhdəliklərinin icrası məqsədilə, Tərəflərə məxfi məlumatların hüquq mühafizə və ya digər tənzimləyici orqanlara verilməsini qadağan etmir. Bu halda, sorğu edən Tərəf sorğu xxxx Tərəfi məlumatlandırmalı və bu Memorandumda nəzərdə tutulan məxfilik tələblərinin müvafiq orqan tərəfindən yerinə yetiriləcəyi ilə bağlı öhdəlik götürməlidir.
MƏSLƏHƏTLƏŞMƏLƏR
27. Tərəflər bu Memorandumun icrasını daimi nəzarət altında saxlayacaq və onun icrasının təkmilləşdirilməsi məqsədilə və irəli sürülə bilən hər hansı məsələlərin həllinə dair məsləhətləşmələr aparacaqlar. Xüsusilə də, məsləhətləşmələr Tərəflərdən birinin bu Memorandum üzrə digər Tərəfin sorğusuna və ya təklifinə etiraz bildirdiyi və ya icrasından imtina etdiyi təqdirdə aparılacaqdır.
28. Bu Memorandumun 8-ci, 9-cu və 10-cu bəndlərinə müvafiq olaraq, Tərəflər hər zaman öz mülahizələri daxilində sorğuya və ya təqdim edilən hər hansı məlumatlara dair qeyri-rəsmi məsləhətləşmələr apara bilərlər. Aydınlaşdırılması zəruri xxxx məsələlər üzrə əlavə məlumatlar sorğu edilə bilər.
29. Bu Memorandumla nəzərdə tutulan əməkdaşlığı inkişaf etdirmək məqsədilə, Tərəflər Memorandumun tətbiqinə dair müntəzəm olaraq məsləhətləşmələr və müzakirələr aparacaqlar.
30. Qiymətli kağızlar və digər investisiya alətləri bazarlarına dair tənzimləyici bazanın inkişafının sürətləndirilməsi və ikitərəfli təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə Tərəflər əməkdaşlar arasında təlim və texniki yardımların keçirilməsini, habelə onlar arasında təcrübə mübadiləsinin genişləndirilməsini təmin edəcəklər.
ƏLAQƏ QAYDALARI
31. Tərəflər, digər qayda nəzərdə tutulmadıqda, öz aralarında bütün əlaqələri məktublar mübadiləsi yolu ilə müvəkkil edilmiş əlaqələndirici şəxslər vasitəsilə həyata keçirəcəklər.
ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR
32. Memorandumun tətbiqinə dair milli qanunvericilikdə və ya onun icra təcrübəsində əlavələr və mühüm dəyişikliklər baş verdiyi təqdirdə, Tərəflərin qarşılıqlı razılığı ilə bu Memoranduma əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Memorandumun ayrılmaz hissəsi olacaq və bu Memorandumun 33-cü bəndində nəzərdə tutulmuş qaydada qüvvəyə minəcək ayrıca protokollar formasında rəsmiləşdiriləcəkdir.
QÜVVƏYƏMİNMƏ VƏ XİTAMVERMƏ
33. Bu Memorandum imzalandığı gündən qüvvəyə minir və qeyri-müəyyən müddətə bağlanılır. Tərəflər diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etməklə bu Memorandumun qüvvəsinə xitam verə bilər. Memorandum belə bildirişin alındığı tarixdən iki ay sonra qüvvədən düşmüş hesab edilir. Tərəflərdən biri belə bir bildirişi etdikdə, bu Memorandumun qüvvədən-düşmə tarixinədək təqdim edilən bütün yardım sorğuları icra olunacaqdır. Bu Memorandumda nəzərdə tutulan məxfiliyə dair müddəalara Memorandumun qüvvəsinə xitam verildikdən sonra da əməl olunacaqdır.
34. Bu Memorandum Ankara şəhərində 2010-cu il iyulun 13-də, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Memorandumun hər hansı mətninin təfsiri ilə bağlı fikir aynlığı yarandıqda, ingilis dilində xxxx mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının |
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi | Kapital Bazarı Şurası |
adından | adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Milli Bankı ilə Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi arasında Bank nəzarəti sahəsində Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2005-ci il sentyabrın 7-də imzalanmış “Azərbaycan Respublikası Milli Bankı ilə Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi arasında Bank nəzarəti sahəsində Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə tərəfini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2005-ci il
№ 1130
Azərbaycan Respublikası Milli Bankı ilə Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi arasında Bank nəzarəti sahəsində
ANLAŞMA MEMORANDUMU GİRİŞ
Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının bank nəzarəti orqanları öz ölkələrində müvafiq səlahiyyətləri yerinə yetirmək və maliyyə institutlarının təhlükəsiz və sağlam fəaliyyətini təmin etmək məqsədilə nəzarət məlumatlarının mübadiləsi üçün aşağıdakılar barədə anlaşma əldə etdilər.
Türkiyə və Azərbaycan Respublikasının bank nəzarəti orqanları qarşılıqlı anlaşma və inam əsasında öz yurisdiksiyalarındakı əcnəbi qurumlara nəzarətin həyata keçirilməsi üçün əməkdaşlıq etməyə hazır olduqlarını bu Anlaşma vasitəsilə bildirirlər. Türkiyə və Azərbaycan Respublikasının bank nəzarəti orqanları mütəmadi nəzarət prosedurları üzrə əməkdaşlıq etmək, əcnəbi qurumlarla bağlı nəzarət məsələləri üzrə müvafiq məlumatları biri- birinə vaxtlıvaxtında və çevik əsasda açıqlamaq və təmin etmək üçün bütün mümkün imkanlarından istifadə etməlidirlər.
1. ANLAYIŞLAR
Bu Anlaşma Memorandumunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
“Türkiyənin Nəzarət orqanı” və “müvafiq orqanı” - Türkiyə Cümhuriyyətinin Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi və onun qərar qəbul edən orqanı kimi Bank Tənzimlənməsi və Nəzarəti Şurasıdır.
“Azərbaycan Respublikasının Nəzarət orqanı” və “müvafiq orqanı” Azərbaycan Respublikasının Milli Bankıdır.
“Maliyyə institutları” - banklarla məhdudlaşmır, bu anlaşmanı imzalayan nəzarət orqanları tərəfindən tənzimlənən və nəzarət olunan bütün digər maliyyə institutlarını da əhatə edə bilər.
“Əcnəbi qurum” - müvafiq qanunvericiliyə əsasən konsolidasiya olunmuş əsasda nəzarət olunan filial, nümayəndəlik, törəmə və ya hər hansı digər qurumdur.
“Yurisdiksiya” - nəzarət orqanının qanunvericiliyinin şamil edildiyi ərazidir.
“Xarici Nəzarət Orqanı” - Əcnəbi Qurumun təsis olunduğu ölkənin müvafiq nəzarət orqanıdır.
“Yerli Nəzarət Orqanı” - Əcnəbi Qurumun baş ofisinin və ya xxx (əsas) müəssisəsinin təsis edildiyi ölkənin müvafiq nəzarət orqanıdır.
“Müraciət olunan orqan” - yardımın xahiş edildiyi nəzarət orqanıdır “Müraciət edən orqan” - yardım üçün müraciət edən nəzarət orqanıdır.
2. MƏLUMAT MÜBADİLƏSİ
2.1. Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının Müvafiq Orqanları öz milli sərhədlərindən kənarda fəaliyyət göstərən maliyyə institutları üzərində effektli konsolidasiya olunmuş nəzarətin aparılması üçün məlumat mübadiləsinin həyata keçirilməsini qəbul edir.
2.2. Məlumat mübadiləsi əcnəbi qurumun xxxx fəaliyyətinə nəzarət, müvafiq bank nəzarəti orqanının icazəsinin predmeti xxxx səhmdarların strukturunda dəyişikliklər, yeni əcnəbi qurumun yaradılması ilə bağlı lisenziya və icazənin verilməsi, həmçinin lisenziyanın ləğv edilməsi prosesində əlaqələrin yaradılmasını və məlumat mübadiləsini ehtiva etməlidir.
2.3. Lisenziyaların və icazələrin verilməsi prosesi ilə bağlı aşağıdakı fəaliyyətlər həyata keçirilir:
2.3.1. Əcnəbi yurisdiksiyada əcnəbi qurumun təsis olunması ərizəsi haqqında xarici nəzarət orqanı tərəfindən gecikdirilmədən yerli nəzarət orqanına məlumatın verilməsi;
2.3.2. Tələb olunduğu halda, yerli nəzarət orqanı xarici nəzarət orqanına ərizəçi maliyyə institutunun yerli ölkənin bank qanunvericiliyinin və qaydalarının tələblərinə riayət edib-etməməsi, həmçinin inzibati strukturu və daxili nəzarət sistemlərini müvafiq qaydada idarə etmək qabiliyyəti haqqında məlumatların verilməsi;
2.3.3. Yerli nəzarət orqanı özünün tənzimləmə və nəzarət sistemi, ərizəçi maliyyə institutuna münasibətdə həyata keçiriləcək konsolidasiya olunmuş nəzarət barədə xarici nəzarət orqanına məlumat verir. Eyni qaydada xarici nəzarət orqanı həyata keçiriləcək nəzarətin çərçivəsi və xüsusi razılaşma tələb edə biləcək hər hansı xüsusi amil haqqında məlumat verir;
2.3.4. Xarici və yerli nəzarət orqanları əcnəbi qurumun nəzərdə tutulmuş inzibatçılarının və müvafiq səhmdarlarının məqbulluq və lazımi keyfiyyətlərə malik olması haqqında qanunvericiliklə icazə verilən və məqsədəuyğun xxxx səviyyədə məlumat mübadiləsini aparır.
2.4. Əcnəbi qurumun fəaliyyətinə nəzarətlə bağlı hər iki nəzarətçi aşağıdakı tədbirləri həyata keçirir:
2.4.1. Əcnəbi qurumun xxxx əməliyyatları üzrə mühüm hadisələrin və nəzarət məsələləri ilə əlaqədar məlumatların digər tərəfə təqdim edilməsi;
2.4.2. Öz müvafiq nəzarət sistemi barədə məlumatın təqdim edilməsi haqqında müraciətlərin cavablandırılması, milli nəzarət sistemində, xüsusilə əcnəbi qurumun fəaliyyətinə təsir edən ciddi dəyişikliklər barədə qarşılıqlı əsasda məlumat mübadiləsinin həyata keçirilməsi;
2.4.3. Əcnəbi qurumun sabit fəaliyyətinə təhlükə yarada biləcək hər hansı hadisə haqında məlumatın digər tərəfə təqdim olunması;
2.4.4. Əcnəbi quruma qarşı inzibati cərimələrin və ya hər hansı digər təsir (sanksiya) tədbirlərinin tətbiqi barədə məlumatın digər tərəfə təqdim olunması;
2.4.5. Nəzarət prosesinə kömək edə biləcək digər müvafiq məlumatların ötürülməsi prosesinin asanlaşdırılması.
2.5. Yeni əcnəbi qurumun fəaliyyətə başlaması və ya səhmdarların strukturunda baş verən dəyişikliklərlə bağlı nəzarət orqanları bir-birini məlumatlandırır.
2.6. Lisenziya ləğv edildiyi halda hər iki nəzarət orqanı bir-birini xəbərdar edir və bunun səbəblərini açıqlayır.
3. YOXLAMALAR
3.1. Türkiyə və Azərbaycan Respublikasının nəzarət orqanları razılaşır ki, əcnəbi qurumda yoxlamaların həyata keçirilməsinə yardım etmək üçün qarşılıqlı əməkdaşlıq xüsusilə vacibdir.
3.2. Yerli nəzarət orqanı əcnəbi qurumun yoxlanılması və müvafiq yoxlama planı, eləcə də öz adından yoxlamanın həyata keçirilməsi üçün müəyyən hallarda və nəzarət orqanları arasında qarşılıqlı razılıq olduqda müstəqil audit şirkətin təyin olunması planı, yoxlamanın məqsədi, çərçivəsi və gözlənilən müddəti, həmçinin yoxlamanı həyata keçirənlərin adı haqqında xarici nəzarət orqanına məlumat verir.
3.3. Yerli nəzarət orqanı tərəfindən əcnəbi qurumda yoxlamalar xarici nəzarət orqanının yazılı razılığı ilə həyata keçirilir.
3.4. Yerli nəzarət orqanı xarici ölkədəki bütün yoxlamaları xarici nəzarət orqanının iştirakı ilə həyata keçirir.
3.5. Yoxlamadan sonra nəzarət orqanları nəticələrlə əlaqədar fikir mübadiləsi aparır. Yerli nəzarət orqanı yoxlama hesabatlarını yekunlaşdırdıqda yekun hesabatın xülasəsini xarici nəzarət orqanına təqdim edir.
4. MƏLUMAT VƏ YOXLAMALAR ÜZRƏ MÜRACİƏTLƏR
4.1. Müraciət olunan nəzarət orqanı müvafiq yazılı xahişin alınmasından sonra, müraciət edən nəzarət orqanının ölkəsində fəaliyyət göstərən maliyyə institutunun əcnəbi qurumu ilə bağlı tələb olunan məlumatı təqdim edir və ya yoxlamanın keçirilməsi xahişini yerinə yetirir.
4.2. Müraciətə əsas yaradan nəzarət məsələsinə aid hallar istisna olunmaqla, tələb olunan məlumat əsasən müştərilərin hesabları barədə məlumatları ehtiva etmir. Əgər yuxarıdakı istisna halı reallaşarsa, belə müştəri hesabı haqqında məlumat yığılır və qanunla müəyyənləşdirilmiş dərəcədə müraciət olunan nəzarət orqanının özü tərəfindən təqdim olunur.
4.3. Məlumat üçün müraciətlər yazılı şəkildə təqdim olunur. Eyni zamanda nəzarət orqanı təcili fəaliyyətin həyata keçirilməsini zəruri hesab edirsə, sözügedən müraciətlər sonradan yazılı şəkildə təsdiq olunmaq şərtilə hər hansı digər formada təqdim oluna bilər.
4.4. Nəzarət orqanında digər nəzarət orqanının tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsinə yardım edə biləcək məlumat olduqda, müraciət olmadan könüllülük əsasında məlumat digər tərəfə ötürülə bilər.
5. MƏLUMATLARIN QORUNMASI
5.1. Məlumat mübadiləsi məlumatların açıqlanmasının məhdudlaşdırılması da daxil olmaqla, müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilir.
5.2. Digər nəzarət orqanından daxil xxxx hər hansı məxfi məlumat yalnız bank nəzarəti məqsədləri üçün istifadə olunur.
5.3. Nəzarətçi digər tərəfdən əldə olunmuş sənədləri və alınmış məlumatı müvafiq qanunla müəyyənləşdirilmiş qaydada məxfi saxlayır. Eyni zamanda nəzarət orqanının əməkdaşları öz vəzifələrinin icrası zamanı əldə etdikləri bütün məlumatları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məxfi saxlayırlar.
5.4. Tərəflər arasında sorğu əsasında əldə edilən sənədlər və məlumatlar yalnız tərəflərin qanunvericiliyi ilə səlahiyyəti xxxx şəxslərə digər nəzarət orqanına bu barədə əvvəlcədən məlumat verildikdən sonra açıqlana bilər.
6. XXXX ƏLAQƏLƏNDİRMƏ
6.1. Türkiyənin və Azərbaycan Respublikasının nəzarət orqanları məlumat məqsədli səfərlər və əməkdaşların mübadiləsi yolu ilə münasibətlərini inkişaf etdirə bilərlər.
6.2. Bundan əlavə, hər iki dövlətin nəzarət orqanları nəzarətçilərinin iştirakı və dəstəyi ilə kadrların inkişafı proqramlarını təşkil edə, həmçinin hər iki dövlətdə sağlam nəzarət təcrübəsini gücləndirə bilər.
6.3. Türkiyə və Azərbaycan Respublikasının nəzarət orqanları nəzarət məsələlərini müzakirə etmək məqsədilə imkan daxilində tez-tez görüşlər keçirir.
7. DİGƏR MÜDDƏALAR
7.1. Bu Anlaşma Memorandumu göstərilən çərçivədə işgüzar əlaqələrin genişləndirilməsi məqsədini daşımaqla onları məhdudlaşdırmır.
7.2. Nəzarət orqanları qarşılıqlı razılıq əsasında və müvafiq səbəbləri yazılı şəkildə göstərərək bu Anlaşma Memorandumuna dəyişikliklər edə bilərlər.
7.3. Əgər nəzarət orqanı məlumatın verilməsi və ya yoxlamaların keçirilməsi haqqında müraciəti yerinə yetirməkdən imtina etsə, o, Müraciət Xxxx Xxxxxx belə addımın səbəbləri haqqında gecikdirilmədən məlumatlandırır.
7.4. Müraciət Edən Nəzarət Orqanının bu Saziş üzrə yardım xahişi cavablandırılarkən ciddi xərclərə məruz qalacağı aydınlaşarsa, tərəflər belə müraciətin cavablanmasından əvvəl xərclərin bölüşdürülməsinin çərçivəsini müəyyənləşdirir.
7.5. Saziş tərəflərin lazımi ölkədaxili prosedurlarının başa çatması barədə xəbərdar edilməsi ilə qüvvəyə minir və bank nəzarəti orqanlarından birinin digər bank nəzarəti orqanının iştirakdan imtina etmək istədiyi barədə qabaqcadan yazılı surətdə xəbərdar etməsinədək fəaliyyət göstərir. Bu halda Xxxxx xəbərdarlığın alındığı gündən başlayaraq 30 gün ərzində fəaliyyətini davam etdirir. Göstərilən xəbərdarlığın tarixinədək yardımın göstərilməsi barədə göndərilmiş sorğulara bu Sazişin şərtlərinə uyğun olaraq bank nəzarəti orqanları tərəfindən baxılır.
7.6. Bu Sazişə xitam verildiyi halda alınan məlumatların məxfiliyi qorunur.
7.7. Hər iki nəzarət orqanı bu Sazişin müddəalarının yerinə yetirilməsi üçün əlaqələndirici şəxslər təyin
edir.
7.8. Bu Saziş üç dildə tərtib olunur: türk, Azərbaycan və ingilis. Mətnlər arasında uyğunsuzluq meydana
çıxarsa, ingilis dilində xxxx versiyasına üstünlük verilir.
Azərbaycan Respublikası tərəfindən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri Xxxxx Xxxxx xxxx XXXXXXXX | Türkiyə Respublikası tərəfindən Bank Tənzimləməsi və Nəzarəti Agentliyi İdarə Heyətinin üzvü Xxxxx Xxxx XXXXX |