müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində (bundan sonra- yerli ATM)
müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində (bundan sonra- yerli ATM)
pedaqoji fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir.
3. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ VƏ HÜQUQLARI
3.1. Nazirlik aşağıdakıları öhdəsinə götürür:
3.1.1. Maliyyələşdirilmə Qaydalarına uyğun olaraq Proqram iştirakçısının xarici ali təhsil müəssisəsində (bundan sonra- xarici ATM) doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini həyata keçirmək;
3.1.2. Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsini Nazirliyin nəzdində yaradılan Dövlət Proqramının İdarəetmə Qrupu (bundan sonra – İdarəetmə Qrupu) vasitəsilə idarə etmək;
3.1.3. Proqram iştirakçısını müvafiq tərəfdaş bank vasitəsi ilə aylıq yaşayış xərclərinin köçürüləcək “Dövlət Proqramı 2019-2023” təqaüd kartı (bundan sonra-təqaüd kartı) ilə təmin etmək;
3.1.4. Proqram iştirakçısının təhsil xərclərini təqdim olunan təsdiqedici sənədlər
(hesab-faktura) əsasında xarici ATM-in bank hesabına köçürmək;
3.1.5. Proqram iştirakçısının tibbi sığorta xərclərini təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura) əsasında xarici ATM-in və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkətinin bank hesabına köçürmək;
3.1.6. Proqram iştirakçısının təhsil müddəti Maliyyələşdirilmə Qaydalarına uyğun olaraq uzadıldıqda, təhsilin maliyyələşdirilməsini 1 (bir) ildən artıq olmayan müddətə həyata keçirmək;
3.1.7. Proqram iştirakçısının müraciəti əsasında təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin satışını həyata keçirən şirkətə sifariş vermək;
3.1.8. Proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin əvəzini onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura, bank sənədi, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə xxxx rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə Proqram iştirakçısının müvafiq şəxsi bank hesabına ödəmək;
3.1.9. Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsini illik (tədris ili) və ya semestrlər üzrə həyata keçirmək.
3.2. Nazirliyin aşağıdakı hüquqları var:
3.2.1. Proqram iştirakçısından təhsil aldığı müddət ərzində Azərbaycan Respublikasının və xarici ATM-in yerləşdiyi ölkənin qanunvericiliyinə, həmin ATM-in daxili nizam-intizam qaydalarına riayət edilməsini tələb etmək;
3.2.2. Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin xxxx qaytarılmasını ondan tələb etmək;
3.2.3. Proqram iştirakçısının təhsil aldığı xarici ATM-in dəyişdirilməsinə müqavilə ilə müəyyən edilmiş təhsil müddəti saxlanılmaqla və xarici ATM-in Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 444 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”na (bundan sonra-Seçim Qaydaları) və Maliyyələşdirilmə Qaydalarına uyğunluğu gözlənilməklə yol vermək;
3.2.4. Proqram iştirakçısı hər hansı səbəbə görə xarici ATM-in olduğu ölkəyə xarici ATM-də tədrisin başlama tarixindən daha gec daxil olduqda və ya həmin xarici ATM-də daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərclərini gecikmə müddətinə uyğun olaraq azaltmaq;
3.2.5. Proqram iştirakçısından təhsil aldığı xarici ATM-də doktorantura səviyyəsi üzrə iş planının yerinə yetirilməsi barədə xxxx rəhbərinin rəyinin təqdim edilməsini tələb etmək;
3.2.6. Proqram iştirakçısının ATM-də doktorantura səviyyəsi üzrə iş planının yerinə yetirilməsi barədə xxxx rəhbərinin rəyi mənfi olduqda, proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsini həmin hal aradan qaldırılanadək dayandırmaq;
3.2.7. Akademik məzuniyyətdə xxxx dövrdə proqram iştirakçısının xərclərinin
maliyyələşdirilməsini dayandırmaq;
3.2.8. Proqram iştirakçısının ixtisas istiqamətlərinin dəyişdirilməsinə yol verməmək;
3.2.9. Proqram iştirakçısından bu Müqavilə ilə müəyyən edilmiş təhsil müddəti başa çatdıqdan sonra təhsil sənədinin (diplomun) surətini, diplom xarici ATM tərəfindən təqdim olunanadək isə təhsilini xxx xxxx vurması və ya məzun olmasına dair arayışı tələb etmək;
3.2.10. Bu Müqavilə ilə müəyyən edilmiş qaydada müqaviləyə xitam vermək.
3.3. Yerli ATM aşağıdakıları öhdəsinə götürür:
3.3.1. Proqram iştirakçısının təhsil aldığı müddət ərzində xarici ATM-də doktorantura səviyyəsi üzrə iş planının yerinə yetirilməsini izləmək;
3.3.2. Proqram iştirakçısının təhsil dövrü ərzində ölkəyə qayıdan zaman ildə bir dəfə şəxsən iştirakla, azı bir dəfə video bağlantı yolu ilə onun mühazirələrini qabaqcadan razılaşdırılmış tarixlərdə təşkil etmək;
3.3.3. Proqram iştirakçısını təhsil dövrü ərzində azı bir dəfə yerli ATM-in təlim-tədris sisteminin yenilənməsi və kurikulumların hazırlanması işlərinə cəlb etmək;
3.3.4. Proqram iştirakçısı yerli ATM qarşısında daşıdığı öhdəlikləri yerinə yetirmədikdə və ya bundan boyun qaçırdıqda bu barədə 10 (on) təqvim günü ərzində Nazirliyə rəsmi qaydada məlumat vermək;
3.3.5. Proqram iştirakçısının təhsilini başa vurmasını təsdiq edən sənədi (diplom və ya təhsilini tam bitirmə haqqında arayış) yerli ATM-ə təqdim etdiyi gündən ən geci 30 (otuz) təqvim günü müddətində pedaqoji fəaliyyətə cəlb edilmək üçün onunla müvafiq əmək müqaviləsinin bağlanmasını təmin etmək.
3.4. Yerli ATM-in aşağıdakı hüquqları var:
3.4.1. Proqram iştirakçısını təhsil istiqamətinə uyğun olaraq onun tədris dövrü ərzində azı bir dəfə birgə xxxx-tədqiqatın aparılması işinə cəlb etmək;
3.4.2. Proqram iştirakçısını təhsil istiqamətinə uyğun olaraq onun tədris dövrü ərzində azı bir dəfə birgə xxxx məqalələrin hazırlanması işinə cəlb etmək;
3.4.3. Proqram iştirakçısından təhsil dövrü ərzində xarici ATM-də doktorantura səviyyəsi üzrə iş planının yerinə yetirilməsi barədə hesabatı hər tədris ilinin sonunda sorğu etmək;
3.4.4. Proqram iştirakçısının təhsil dövrü ərzində ölkəyə qayıdan zaman azı ildə bir
dəfə şəxsən iştirakla, azı bir dəfə video bağlantı yolu ilə mühazirələrdə iştiraka cəlb etmək;
3.4.5. Proqram iştirakçısının təhsil dövrü ərzində azı bir dəfə yerli ATM-in təlim-tədris sisteminin yenilənməsi və kurikulumların hazırlanması işlərinə cəlb etmək;
3.4.6. Proqram iştirakçısından bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək;
3.4.7. Bu Müqavilə ilə müəyyən edilmiş qaydada müqaviləyə xitam vermək.
3.5. Proqram iştirakçısı aşağıdakıları öhdəsinə götürür:
3.5.1. Hər tədris ili başa çatdıqdan sonra 10 (on) gündən gec olmayaraq tədris ili ərzində iş planının yerinə yetirilməsi barədə xxxx rəhbərinin rəyini İdarəetmə Qrupuna təqdim etmək;
3.5.2. Xarici ATM-də doktorantura səviyyəsi üzrə iş planının yerinə yetirilməsi barədə hesabatı yerli ATM-in sorğusuna əsasən təqdim etmək;
3.5.2. Hər tədris ili başa çatdıqdan sonra 10 (on) gündən gec olmayaraq aylıq yaşayış xərclərinin ödənilməsi üçün təhsil aldığı xarici ATM tərəfindən təqdim edilmiş təhsilin başlama və bitmə tarixlərinin göstərildiyi sənədləri aid olduğu hər tədris ilində İdarəetmə Qrupuna təqdim etmək;
3.5.3. Təhsil xərclərinin xarici ali təhsil müəssisəsinin bank hesabına köçürülməsi üçün ödənişlərin aid olduğu hər tədris ilində təsdiqedici sənədləri (hesab-faktura) İdarəetmə Qrupuna təqdim etmək və ya onun birbaşa Nazirliyə göndərilməsi üçün həmin xarici ATM-i məlumatlandırmaq;
3.5.4. Tibbi sığorta xərclərinin ödənilməsi məqsədilə xarici ATM-in və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkətinin bank hesabına köçürülməsi üçün ödənişlərin aid
olduğu hər tədris ilində təsdiqedici sənədləri (hesab-faktura) İdarəetmə Qrupuna təqdim etmək;
3.5.5. Özü tərəfindən ödənilən xərclərin əvəzini almaq üçün ödənişlərin aid olduğu hər tədris ilində təsdiqedici sənədləri (hesab-faktura, bank sənədi, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) İdarəetmə Qrupuna təqdim etmək;
3.5.6. Özü tərəfindən ödənilən xərclərin əvəzinin köçürüləcəyi müvafiq şəxsi bank
hesabının (manat) rekvizitlərini İdarəetmə Qrupuna təqdim etmək;
3.5.7. Xarici ATM-də qeydiyyat zamanı akademik məlumatların üçüncü tərəfə (maliyyələşdirənə - Nazirliyə) ötürülməsi barədə həmin xarici ATM üzrə müvafiq razılıq formasını (“Third Party Transcript Release Form”) imzalamaq və surətini Nazirliyə elektron qaydada təqdim etmək (razılıq formasının tətbiq olunduğu xarici ATM-ə münasibətdə);
3.5.8. Bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş müddətdə seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirərək xaricdə doktorantura təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;
3.5.9. Azərbaycan Respublikasının və xarici ATM-in yerləşdiyi ölkənin qanunvericiliyinə, həmin ATM-in daxili nizam-intizam qaydalarına riayət etmək
3.5.10. Təhsil aldığı dövrdə semestrin və ya tədris ilinin sonunda Nazirliyin və ya yerli ATM-in sorğusu əsasında elektron şəkildə illik təhsilin nəticələrinə dair xarici ATM-dən rəsmi çıxarışları təqdim etmək;
3.5.11. Təhsil dövrü ərzində ölkəyə qayıdan zaman ildə bir dəfə şəxsən iştirakla, azı bir dəfə video bağlantı yolu ilə qabaqcadan razılaşdırılmış tarixlərdə mühazirələr təqdim etmək;
3.5.12. Təhsil dövrü ərzində azı bir dəfə yerli ATM-in təlim-tədris sisteminin yenilənməsi və kurikulumların hazırlanması işlərində iştirak etmək;
3.5.13. Təhsil istiqamətinə uyğun olaraq tədris dövrü ərzində azı bir dəfə birgə xxxx- tədqiqatın aparılması işində iştirak etmək;
3.5.14. Təhsil istiqamətinə uyğun olaraq tədris dövrü ərzində azı bir dəfə birgə xxxx məqalələrin hazırlanması işində iştirak etmək;
3.5.15. Öz hərəkətləri ilə xarici ATM-ə maddi zərər vurduqda, təhsil aldığı ölkənin qanunvericiliyinə müvafiq olaraq dəymiş maddi zərəri ödəmək;
3.5.16. Əlaqə məlumatları dəyişildiyi təqdirdə, 10 (on) təqvim günü ərzində yaşayış və qeydiyyat ünvanlarının, elektron məktub və telefonların dəyişilməsi haqqında İdarəetmə Qrupuna məlumat vermək;
3.5.17. Bu Müqavilənin icrası ilə bağlı Nazirlikdən şifahi və ya yazılı formada sorğu alındığı andan 10 (on) təqvim günü ərzində tələb olunan sənədləri təqdim etmək;
3.5.18. Bu Müqavilə ilə müəyyən edilmiş təhsil müddəti başa çatdıqdan sonra təhsil sənədinin (diplomun) surətini, diplom xarici ATM tərəfindən təqdim olunanadək isə təhsilini xxx xxxx vurması və ya məzun olmasına dair arayışı (rus, türk, ingilis dillərindən başqa digər dillərdə xxxx sənədlər Azərbaycan və ya həmin dillərdən birinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmalıdır) İdarəetmə Qrupuna təqdim etmək;
3.5.19. Tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 (on) təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 (beş) il (öhdəlik müddəti) fasiləsiz pedaqoji fəaliyyət göstərmək;
3.5.20. Təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu tərəfindən sifariş edilməsi üçün azı 1 (bir) ay əvvəlcədən İdarəetmə Qrupuna müraciət etmək;
3.5.21. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Nazirliyə və yerli ATM-ə 10 (on) təqvim günü ərzində məlumat vermək.
3.6. Proqram iştirakçısının aşağıdakı hüquqları var:
3.6.1. Proqram iştirakçısının Azərbaycan Respublikasının ərazisində Nazirliyin və yerli ATM-in razılığı ilə bu Müqavilə ilə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək məqsədilə digər ATM-lə əmək müqaviləsi bağlamaq və eyni vaxtda bir neçə ATM-də pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əvəzçilik qaydasında əmək müqaviləsi bağlamaq;
3.6.2 Nazirlikdən və yerli ATM-dən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək;
3.6.3. Nazirlikdən və yerli ATM-dən bu Müqavilə üzrə öhdəliklərin tam həcmdə və ya qismən yerinə yetirildiyini təsdiq edən sənəd tələb etmək;
3.6.4. Təhsil aldığı ölkə və xarici ATM-in dəyişdirilməsi üçün müqavilə ilə müəyyən edilmiş təhsil müddəti saxlanılmaqla və xarici ATM-in Seçim Qaydalarının 2.1.4-cü yarımbəndinə uyğunlugu gözlənilməklə İdarəetmə Qrupuna müraciət etmək;
3.6.5. Maliyyələşdirilmə Qaydalarının 3.1-ci bəndinə əsasən minimum normativ təhsil müddətindən 1 ildən xxx olmayan müddətdə təhsilinin maliyyələşdirilməsi üçün minimum normativ təhsil müddətinin bitməsinə azı 6 (altı) ay qalmış təhsil müddətinin uzadılmasının səbəbləri göstərilməklə İdarəetmə Qrupuna müraciət etmək;
3.6.6. Təhsilinin maliyyələşdirilməsini illik (tədris ili) və ya semestrlər üzrə həyata keçirilməsini tələb etmək;
3.6.7. Bu Müqavilə ilə müəyyən edilmiş qaydada müqaviləyə xitam vermək.
4. PROQRAM IŞTIRAKÇISININ XƏRCLƏRI
4.1. Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi xərclərinə aşağıdakılar aiddir:
4.1.1. təhsil xərcləri;
4.1.2. viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;
4.1.3. aylıq yaşayış xərcləri;
4.1.4. tibbi sığorta xərcləri;
4.1.5. beynəlxalq nəqliyyat xərcləri.
4.2. Proqram iştirakçısının aylıq yaşayış xərclərinin məbləği Maliyyələşdirilmə
Qaydalarının Əlavəsi ilə müəyyən olunur.
5. PROQRAM IŞTIRAKÇISININ XƏRCLƏRININ ÖDƏNILMƏSI
5.1. Proqram iştirakçısının xərclərinin ödənilməsi Maliyyələşdirilmə Qaydalarında
nəzərdə tutulan prosedurlar əsasında İdarəetmə Qrupu tərəfindən həyata keçirilir.
5.2. Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi xarici ATM tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində həyata keçirilir.
5.3. Proqram iştirakçısının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab- faktura) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürülür.
5.4. Aylıq yaşayış xərcləri Proqram iştirakçısının təhsil aldığı xarici ATM tərəfindən təqdim edilmiş təhsilin başlama və bitmə tarixlərinin göstərildiyi sənədlər əsasında Proqram iştirakçısının təqaüd kartına ödənilir.
5.5. Proqram iştirakçısının viza rüsumu və təhsil aldıqları ölkədə qeydiyyat xərcləri
proqram iştirakçısı tərəfindən ödənilir.
5.6. Tibbi sığorta xərcləri xarici ali təhsil müəssisəsi və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkəti tərəfindən təqdim edilmiş hesab-faktura əsasında ödənilir.
5.7. Proqram iştirakçısı üçün təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletləri Proqram iştirakçısının özü tərəfindən əldə edilir, yaxud onun müraciəti əsasında Xxxxxxxxx Xxxxx tərəfindən biletlərin satışını həyata keçirən şirkətə sifariş olunur. İdarəetmə Qrupu tərəfindən sifariş edilmiş təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin dəyəri onların satışını həyata keçirən şirkətin təqdim etdiyi hesab-faktura əsasında ödənilir.
5.8. Proqram iştirakçısı tərəfindən faktiki ödənilən xərclər onları təsdiq edən ödəniş sənədlərinin, qəbzlərin, biletlərin (beynəlxalq nəqliyyat xərcləri ödəndikdə) və s. elektron surəti Nazirliyə təqdim olunduqda ödənilir.
5.9. Proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura, bank sənədi, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə xxxx rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə Proqram iştirakçısının müvafiq şəxsi bank hesabına ödənilir.
5.10. Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçirilir.
5.11. Proqram iştirakçısı hər hansı səbəbə görə xarici ATM-in olduğu ölkəyə xarici ATM-də tədrisin başlama tarixindən daha gec daxil olduqda və ya həmin xarici ali təhsil müəssisəsində daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərcləri gecikmə müddətinə uyğun olaraq azaldılır.
5.12. Bu Müqaviləyə uyğun olaraq Xxxxxxxxx Xxxxx tərəfindən Proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin əvəzi onun müvafiq şəxsi bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
6. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
6.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
6.2. Proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Xxxxxxxx tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarılmalıdır.
6.3. Proqram iştirakçısının səhhəti ilə bağlı xarici ATM-də təhsilini davam etdirməsi mümkünsüz olduğu halda, Proqram iştirakçısı müvafiq məhkəmənin qərarı əsasında bu Müqavilə üzrə çəkilmiş xərcləri ödəməkdən azad edilə bilər.
7. MÜQAVİLƏNİN LƏĞV EDİLMƏSİ VƏ ONA DƏYIŞIKLIKLƏR EDILMƏSI
7.1.Tərəflərdən hər xxxxx xxxx Müqavilənin şərtlərini pozduqda, həmçinin bu Müqavilənin 8.2-ci bəndində göstərilən hallarda Müqaviləni vaxtından əvvəl ləğv edə bilərlər. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəflərə yazılı bildiriş göndərir. Müqavilənin ləğvi haqqında bildirişi xxxx tərəflər həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində digər tərəfə cavab ünvanlamalıdır.
7.2. Bu Müqaviləyə Tərəflərin razılığı ilə əlavələr və dəyişikliklər edilə bilər.
8. FORS-MAJOR
8.1. Bu müqaviləyə uyğun olaraq üzərilərinə götürülmüş öhdəliklərin Müqavilə imzalandıqdan sonra baş vermiş baş verən zəlzələ, yanğın, təbii fəlakət və digər fövqəladə hallar, habelə müharibə, yaxud qanunvericilikdə nəzərdə tutulmuş digər qarşısıalınmaz hallar nəticəsində yerinə yetirilmədiyi hallarda tərəflər məsuliyyətdən azad edilirlər.
8.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
8.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi bununla bağlı yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
8.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumat göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
8.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz hallarının qüvvədə olduğu müddət ərzində uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edirsə, istənilən tərəf digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq məhkəməyə müraciət etmədən ləğv edə bilər.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
9.1. Bu Müqavilədən irəli gələn və ya onunla bağlı istənilən mübahisə danışıqlar yolu ilə həll edilməlidir.
9.2. Tərəflər arasında razılıq əldə edilmədikdə mübahisəyə məhkəmə qaydasında baxılır.
10. QÜVVƏDƏ OLMA MÜDDƏTİ
Bu Müqavilə Tərəflərin onu imzaladığı andan qüvvəyə minir və öz öhdəliklərini tam yerinə yetirdikdə qüvvədən düşür.
11. DİGƏR ŞƏRTLƏR
11.1. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə xxxxx xxxx 3 (üç) nüsxədə imzalanır. Tərəflərin hər birinə Müqavilənin bir nüsxəsi verilir.
11.2. Bu Müqaviləyə bütün dəyişiklik və əlavələr yalnız yazılı formada tərtib olunduqda və Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqda etibarlıdır.
12.ТƏRƏFLƏRİN REKVİZİTLƏRİ VƏ İMZALARI
Azərbaycan Respublikasının Təhsil Nazirliyi (soyadı, adı və atasının adı) | Dövlət Proqramı iştirakçısı (soyadı, adı və atasının adı) | ||
Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xxxxx xxxxxxxxx, 00 | Xxxxxxxxxxx olduğu ünvan: | ||
Telefon: (x 00000) 000-00-00, Faks: (x 00000) 000-00-00 E-mail: xxxxxx@xxx.xxx.xx | Telefon: E-mail: | ||
VÖEN: 1500046011 | Şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu: | ||
Dövlət Xəzinədarlıq Agentliyi Kod: 210005 m/h:AZ41NABZ01360100000000003941 h/h: XX00XXXX00000000000000000000 SWİFT: CTREAZ22 VÖEN: 1401555071 | |||
İmza/Tarix/Möhür | İmza/Tarix | ||
Azərbaycan Respublikasının ali təhsil müəssisəsi (soyadı, adı və atasının adı) | ||
Ünvan: | ||
Telefon: Faks: Email: | ||
İmza/Tarix/Möhür | ||