AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" 2009-cu il oktyabrın 2-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2010-cu il
№ 943-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti,
heyvanların infeksion xəstəliklərdən müvafiq və ekvivalent olaraq qorunması və onların yayılmasına nəzarəti təmin etmək məqsədilə baytarlıq sahəsində əməkdaşlığın qarşılıqlı genişləndirilməsi və dərinləşdirilməsi niyyətini ifadə edərək,
Tərəf dövlətlər arasında münasibətləri bundan sonra da inkişaf etdirmək istəyini rəhbər tutaraq,
heyvanların, heyvan mənşəli məhsulların və xammalın, heyvanların genetik materiallarının, baytarlıq preparatlarının, yemlərin və baytarlıq nəzarətinin obyektini təşkil edən digər əmtəələrin qarşılıqlı ticarətinin yaxşılaşdırılması məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər heyvanların, heyvan mənşəli məhsulların və xammalın, heyvanların genetik materiallarının, baytarlıq preparatlarının, yemlərin və baytarlıq nəzarətinin obyektini təşkil edən digər əmtəələrin Tərəf dövlətlərin ərazisindən ixracı, idxalı və tranziti zamanı öz dövlətlərinin ərazilərini heyvanların infeksion və parazitar xəstəliklərinin yoluxması və yayılmasından qorumaq məqsədilə əməkdaşlıq həyata keçirirlər.
Maddə 2
Tərəflərin bu Sazişin müddəalarının yerinə yetirilməsi üzrə səlahiyyətli orqanları aşağıdakılardır:
Azərbaycan tərəfindən — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; Qazaxıstan tərəfindən — Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi.
Tərəf dövlətlərin səlahiyyətli orqanlarının rəsmi adlarının və funksiyalarının dəyişdirilməsi zamanı Tərəflər bir-birlərini diplomatik kanallar vasitəsilə vaxtında məlumatlandırırlar.
Maddə 3
Tərəf dövlətlərin səlahiyyətli orqanları heyvanların, heyvan mənşəli məhsulların və xammalın, heyvanların genetik materiallarının, baytarlıq preparatlarının, yemlərin və baytarlıq nəzarətinin obyektini təşkil edən digər əmtəələrin idxalı, ixracı və tranziti üçün baytarlıq-sanitariya prosedurlarının həyata keçirilməsini asanlaşdırmaq məqsədilə qarşılıqlı fəaliyyət həyata keçirirlər.
Tərəflər baytarlıq sahəsində qarşılıqlı tədbirləri Tərəf dövlətlərin milli qanunvericiliyi əsasında həyata keçirirlər.
Maddə 4
1. Tərəf dövlətlərin səlahiyyətli orqanları öz dövlətlərinin ərazisində heyvanların əvvəllər qeydə alınmamış infeksion xəstəliklərinin aşkar olunması halları və ya son illər ərzində baş verməmiş digər epizootiyaların meydana çıxması barədə bir-birlərini təcili məlumatlandırırlar.
2. Tərəf dövlətlərin səlahiyyətli orqanları, zərurət olduqda, öz dövlətlərinin ərazisində qeydə alınan infeksion heyvan xəstəlikləri barədə bülletenləri mübadilə edirlər.
3. Bu maddənin 2-ci bəndində göstərilən bülletenlər xəstəliyin adını, xəstə heyvanların sayını, xəstəliyin aşkar olunma tarixini və yerini, xəstəliyin diaqnostika və nəzarət üsulunu özündə əks etdirməlidir. Dabaq xəstəliyi baş verdiyi hallarda virusun növü göstərilir.
4. Tərəf dövlətlərin səlahiyyətli orqanları heyvanların sağlamlığının qorunması məqsədilə infeksion, parazitar və digər xəstəliklərin qarşısının alınması üzrə müasir biliklərin praktik tətbiqinə dair informasiya mübadiləsini həyata keçirirlər.
Maddə 5
Tərəf dövlətlərin səlahiyyətli orqanları baytarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, xxxx tədqiqatların səmərəliliyinin artırılması məqsədilə:
baytarlıq sahəsində təcrübə və informasiya mübadiləsi aparırlar; xxxx tədqiqat baytarlıq institutlarının əməkdaşlığını dəstəkləyirlər;
baytarlıq sahəsində texniki jurnal və digər nəşrlərin mübadiləsinə yardım edirlər; texniki görüşlər və tədris proqramları barədə bir-birlərini məlumatlandırırlar; baytarlıq-sanitariya xxxxx və standartlarına dair informasiya mübadiləsi aparırlar.
Tərəf dövlətlərin səlahiyyətli orqanları Tərəf dövlətlərin heyvanların, heyvan mənşəli məhsulların və xammalın, heyvanların genetik materiallarının, baytarlıq preparatlarının, yemlərin
və baytarlıq nəzarətinin obyektini təşkil edən digər əmtəələrin ixracı ilə məşğul xxxx müəssisələri barədə informasiya mübadiləsi aparırlar.
Maddə 6
Tərəflər bu Sazişin müddəalarının həyata keçirilməsi ilə bağlı xərcləri öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq öz üzərlərinə götürürlər.
Maddə 7
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 8
Bu Saziş Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 9
Tərəf dövlətlərin səlahiyyətli orqanlarının nümayəndələri, zəruri olduqda, qarşılıqlı razılıq əsasında görüşürlər.
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı mübahisələr və fikir ayrılıqları yarandığı təqdirdə, Tərəflər onları məsləhətləşmələr və danışıqlar yolu ilə həll edirlər.
Maddə 10
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş Tərəflərdən birinin digər Tərəfin onu ləğv etmək niyyəti barədə yazılı bildirişini diplomatik kanallar vasitəsilə almasından sonra altı aylıq müddət bitənə qədər də qüvvədədir.
Bakı şəhərində 2009-cu il 2 oktyabr tarixində, hər biri Azərbaycan, qazax və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Qazaxıstan Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |