AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit haqqında Sazişin
(Adi Əməliyyatlar) təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit haqqında Saziş (Adi Əməliyyatlar) təsdiq edilsin.
II. .Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2006-cı il
№ 69-IIIQ
Kredit nömrə 2120 AZE
Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında KREDİT HAQQINDA SAZİŞ
(Adi Əməliyyatlar)
(Şəhər su təchizatı və kanalizasiya layihəsi)
Azərbaycan Respublikası (bundan sonra "Borcalan" adlandırılacaq) və Asiya İnkişaf Bankı (bundan sonra "AİB" adlandırılacaq) arasında 29 noyabr 2005-ci il tarixli Kredit haqqında Saziş
Nəzərə alaraq ki,
(A) Xxxxxxxx, Xüsusi Əməliyyatlar üzrə Kredit haqqında Sazişin 1 xxxxx Əlavəsində təsvir olunmuş Layihənin A, B və C (i) (d) bölmələrinin məqsədləri üçün kredit almaq və (i) (d) bəndləri istisna olmaqla Layihənin C Bölməsinin məqsədləri üçün adi kapital resurslarından kredit almaq məqsədilə AİB-ə müraciət etmişdir.
(B) Xxxxxxxx və AİB arasında imzalanmış eyni tarixli Sazişə görə (bundan sonra "Xüsusi Əməliyyatlar üzrə Kredit haqqında Saziş" adlandırılacaq) AİB Borcalana burda qeyd olunmuş şərtlər və eyni tarixdə AİB və Azərsu Səhmdar Cəmiyyəti (bundan sonra "Azərsu" adlandırılacaq) arasında bağ lanmış Layihə haqqında Saziş (bundan sonra "Layihə haqqında Saziş" adlandırılacaq) çərçivəsində öz xüsusi vəsait ehtiyatlarından iyirmi milyon ABŞ dollarına ($ 20 000 000) ekvivalent məbləğdə vəsait verməyə razılaşmışdır.
(C) Layihənin C Bölməsi Dövlət Tikinti və Arxitektura Komitəsi (bundan sonra "DTAK" adlandırılacaq) tərəfindən həyata keçiriləcəkdir və bu məqsədlər üçün Borcalan AİB üçün qənaətbəxş xxxx şərtlərlə yuxarıda qeyd olunan məqsədlər üçün verilmiş kredit vəsaitlərini təqdim edəcəkdir;
(D) Borcalanm Hökuməti (bundan sonra "Hökumət" adlandırılacaq) həmçinin "Su təchizatı və kanalizasiya sektorunun institusional gücləndirilməsi " məqsədilə məsləhət xarakterli texniki yardım (bundan sonra "Texniki yardım " adlandırılacaq) üçün AİB-ə müraciət etmişdir və AİB Hökumətə bu məqsədlə beş yüz min ABŞ dollarına ($ 500 000) ekvivalent həcmdə texniki yardım üzrə qrant (Yaponiya Hökuməti tərəfindən maliyyələşən Yaponiya Xxxxxx Xxxxxxxx vəsaitləri) verməyə razılaşmışdır; və
(E) AİB bu Sazişdə və qeyd olunmuş şərtlər əsasında AİB-in Adi Kapital resurslarından Borcalana kredit verməyə razılaşmışdır;
Buna görə də Tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
Ma d d ə I
Kreditin verilmə Qaydaları; Anlayışlar
Bölmə 1.01. AİB-in Adi Kapital Resurslarından verilən LİBOR əsaslı Kreditlər üzrə 01 iyul 2001-ci il tarixli Adi Əməliyyatlar üzrə Kredit vermə Qaydalarının bütün şərtləri burada eyni qüvvə və təsir gücü ilə bu Sazişdə tətbiq olunur (qeyd olunan Adi Əməliyyatlar üzrə Kredit vermə qaydaları bundan sonra "Kredit vermə Qaydaları" adlandırılacaq).
Bölmə 1.02. Məzmun başqa cür tələb etmirsə, bu Kredit haqqında Saziş-də istifadə olunduğu hər yerdə Kredit vermə qaydalarında və Xüsusi Əməliyyatlar üzrə Kredit haqqında Sazişin 1.02 Bölməsində müəyyən olunmuş bir sıra terminlərin göstərildiyi mənaları vardır və aşağıdakı əlavə terminlər isə aşağıdakı xxxx xxxx düşülür (terminlərin hər iki forması, tək və cəm halı üçün eyni tətbiq olunur):
(a) "Bölmə C" dedikdə Xüsusi Əməliyyatlar üzrə Kredit haqqında Sazişin
1 xxxxx Əlavəsində təsvir olunan Layihənin C(i)(d) Bölməsi istisna olmaqla, C Bölməsi başa düşülür;
(b) "Xüsusi Əməliyyatlar üzrə Kredit haqqında Saziş" dedikdə bu Kredit haqqında Sazişin Preambulasında qeyd olunan (B) çərçivəsində istinad edildiyi xxxx Xxxxxx haqqında Saziş başa düşülür;
(c) "Təkrar Borc Sazişi" dedikdə Layihənin C Bölməsinin həyata keçirilməsi üçün Borcalan və "Naxçıvan" SC arasında bağlanacaq saziş başa düşülür.
Maddə II
Kredit
Bölmə 2.01. (a) AİB Borcalana AİB-in adi kapital resurslarından on mil-yon ($10 000 000) ABŞ dolları məbləğində borc verməyə razılaşır, belə ki, bu məbləğ bu Kredit haqqmda
Sazişin 2.0 Bölməsinin müddəalarına uyğun olaraq, Valyuta Konvensiyası yolu ilə vaxtaşırı konversiya oluna bilər.
(b) Bu Kredit haqqında Sazişin 1 xxxxx Əlavəsində göstərildiyi kimi, Kredit 6 ili güzəşt müddəti olmaqla 25 il müddətinə verilir.
Bölmə 2.02. Xxxxxxxx Xxxxxx haqqında Sazişin 3.02 Bölməsində göstərildiyi kimi AİB- ə Kreditin əsas məbləğinin vaxtaşırı çıxarılmış və qaytarılmamış məbləği üzrə hər Faiz Dövrü üçün LİBOR və 0.60%-in cəminə bərabər faiz dərəcəsi ilə faiz ödəyəcəkdir.
Bölmə 2.03. (a) Borcalan bir faizin dörddə üç hissəsi (0.75%) ilə illik öhdəlik haqqı ödəyəcəkdir. Belə öhdəlik bu Kredit haqqında Sazişin tarixindən altmış (60) gün sonra başlamaqla ardıcıl zaman aralıqları ərzində Kreditin məbləğləri (vaxtaşırı olaraq çıxarılmış məbləğlər istisna olmaqla) üzrə aşağıdakı kimi yığılır:
ilk on iki ay ərzində $ 1, 500,000 üzrə; ikinci on iki ay ərzində $ 4, 500,000 üzrə; üçüncü on iki ay ərzində $ 8, 500,000 üzrə; və daha sonra Kreditin bütün məbləği üzrə.
(b) Xxxx Xxxxxxxx hər hansı bir məbləği ləğv edilərsə, Kreditin bu Bölmənin (a) paraqrafında göstərilən hər bir hissəsinin məbləği belə ləğv edilmədən öncə ləğv etmənin Kreditin bütün məbləğinə tətbiq olunduğu qaydada eyni hissələrlə azaldılmalıdır.
Bölmə 2.04. Kredit üzrə faiz və digər öhdəliklər hər ilin 15 iyun və 15 dekabr tarixlərində yarımillik ödənişlərlə ödənilməlidir.
Bölmə 2.05. Borcalan Kredit Hesabından çəkilmiş Kreditin əsas məbləğini bu Kredit haqqında Sazişin 1 xxxxx Əlavəsinə uyğun olaraq qaytarmalıdır. Bölmə 2.06. (a) Borcun tədbirli idarə olunmasını yüngülləşdirmək məqsədilə Borcalan Kreditin şərtlərinin aşağıdakı konversiya variantlarından hər xxxxx xxxx üçün istənilən vaxt müraciət edə bilər.
(i) Kreditin əsas məbləğinin hamısının və ya istənilən hissəsi (çıxarılmış, qalan və yaxud çıxarılmamış) üzrə Kredit Valyutasının Təsdiq olunmuş Valyutaya dəyişdirilməsi;
(ii) Kreditin əsas məbləğinin hamısına və ya istənilən hissəsinə tətbiq olunan faiz dərəcəsinin Dəyişkən Dərəcədən Sabit Dərəcəyə, yaxud da əksinə dəyişdirilməsi; və
(iii) Qeyd olunan Dəyişkən Dərəcə üzrə faiz dərəcəsinin yüksək həddinin və ya maksimum və minimum hədlərinin müəyyənləşdirilməsi yolu ilə çıxarılmış və qaytarılmamış Kreditin əsas məbləğinin hamısına və ya istənilən hissəsinə tətbiq olunan dəyişkən faiz dərəcəsi üzrə limitləri təyin etmək.
(b) Bu bölmənin (a) bəndinə müvafiq və AİB tərəfindən qəbul edilmiş xahiş olunan konversiya Kredit vermə Qaydalarının 2.01(6) Bölməsində müəyyən edildiyi kimi "Konversiya" hesab olunmalıdır və Konversiya Təlimatları və Kredit vermə Qaydalarının V Maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
Maddə I I I
Kredit vəsaitlərinin istifadə olunması
Bölmə 3.01. (a) Borcalan AİB üçün məqbul şərtlər çərçivəsində Təkrar Borc Sazişi bağlamaqla Kredit vəsaitlərinin doqquz milyon iki yüz yetmiş beş min ($9,275,000) ABŞ dollarına ekvivalent xxxx xxx hissəsini "Naxçıvan" SC-yə yenidən kredit verməlidir. AİB və Xxxxxxxx başqa cür razılaşmadığı təqdirdə, bu Kredit vəsaitlərinin yenidən kredit verilməsi şərtlərinə aşağıdakılar daxildir: (i) faiz dərəcəsi illik iki xxx xxxx beş (2,5%);
(ii) Kreditin qaytarılma müddəti altı (6) ili güzəşt müddəti olmaqla iyirmi beş (25) il; və
(iii) valyuta riski və faiz dərəcələrinin variasiyası ilə bağlı risk Xxxxxxxx tərəfindən qarşılanmalıdır. Kredit vəsaitlərinin yenidən kredit verilmiş məbləği manatla göstərilməlidir.
(b) Kredit vəsaitlərinin yeddi yüz iyirmi beş min ($725,000) ABŞ dollarına ekvivalent xxxx hissəsi Kredit üzrə faiz və digər haqların ödənişi üçün ayrılmalıdır.
(c) Borcalan Kredit vəsaitlərindən bu Kredit haqqında Sazişin şərtlərinə uyğun olaraq, Layihə xərclərinin ödənilməsi üçün istifadə ediləcəyini təmin etməlidir.
Bölmə 3.02. Kredit məbləğlərinin kredit vəsaitlərindən maliyyələşdiriləcək mallar və xidmətlər və digər xərclər kateqoriyaları arasında paylanılması bu Kredit haqqında Sazişin 2 xxxxx Əlavəsinin şərtlərinə müvafiq olacaqdır.
Həmin Xxxxx Xxxxxxxx və AİB arasında razılaşma əsasında vaxtaşırı dəyişdirilə bilər.
Bölmə 3.03. AİB-in başqa cür razılaşmayacağı təqdirdə, Kredit vəsaitlərindən maliyyələşdirilməli bütün mallar və xidmətlər Xüsusi Əməliyyatlar üzrə Kredit haqqında Sazişin 4 və 5 xxxxx əlavələrinin şərtlərinə müvafiq satın alınacaqdır. AİB əsas etibarilə satınalınması Borcalan və AİB arasında razılaşdırılmış prosedurlara uyğun olmayan şəkildə və yaxud AİB üçün məqbul olmayan şərtlər çərçivəsində aparılmış mallar və xidmətlər üçün xxxx müqavilənin maliyyələşdirilməsindən imtina edə bilər.
Bölmə 3.04. AİB-in başqa cür razılaşmayacağı təqdirdə, Borcalan Kredit vəsaitlərindən maliyyələşdirilən bütün mallar və xidmətlərin müstəsna olaraq Layihənin həyata keçirilməsi üçün istifadə olunacağını təmin etməlidir.
Bölmə 3.05. Mallar və xidmətlər üçün Kredit Hesabından çıxarışlar yalnız aşağıdakı xərclər ilə əlaqədar həyata keçiriləcəkdir:
(a) Vaxtaşırı olaraq satınalma üçün münasib mənbə kimi müəyyən edilən AİB-in üzv ölkələrində istehsal olunan və həmin ölkələrdən təchiz olunan xidmətlər; və
(b) AİB tərəfindən vaxtaşırı müəyyən olunan digər münasiblik tələblərinə cavab verən mallar və xidmətlər.
Bölmə 3.06. Kredit vermə Qaydalarının 9.2-ci Bölməsinin məqsədləri üçün Kredit Hesabından çıxarışların son tarixi 30 iyun 2011-ci il və yaxud AİB və Borcalan arasında vaxtaşırı razılaşdırıla bilən digər tarix olacaqdır.
Maddə IV
Xüsusi öhdəliklər
Bölmə 4.01. (a) Borcalan Layihənin düzgün inzibati, maliyyə, mühəndislik və ekoloji təcrübələrə uyğun olaraq və xüsusi cəhd və səmərəlilik əsasında həyata keçirilməsini təmin etməlidir.
(b) Layihənin həyata keçirilməsi və Layihə qurğularının istismarı zamanı Borcalan Xüsusi Əməliyyatlar üzrə Kredit haqqında Sazişin 6 xxxxx Əlavəsində izah olunmuş bütün öhdəliklərin yerinə yetirilməsini təmin etməlidir.
Bölmə 4.02. Borcalan Layihənin həyata keçirilməsi və Layihə qurğularının istismarı və texniki xidməti üçün Kredit vəsaitlərinə əlavə olaraq tələb olunan vəsaitləri, qurğuları, xidmətləri və digər resursları kifayət qədər çevik şəkildə təqdim etməlidir.
Bölmə 4.03. (a) Borcalan Layihənin həyata keçirilməsi zamanı AİB və Borcalana məqbul xxxx səriştəli və ixtisaslı məsləhətçi və podratçıların Borcalan və AİB üçün qənaətbəxş həcmdə və şərtlərlə cəlb olunacağını təmin etməlidir.
(b) Borcalan Layihənin Borcalan və AİB-ə məqbul sayılan planlar, layihətikinti standartları, spesifikasiyalar, iş cədvəlləri və tikinti metodlarına uyğun olaraq həyata keçirilməsini təmin etməlidir. Borcalan belə planları, layihə-tikinti standartlarını, spesifikasiyaları və iş cədvəllərini və istənilən mühüm dəyişiklikləri onların hazırlanmasından dərhal sonra AİB-in münasib bildiyi müfəssəlliklə AİB-ə çatdırmalı və ya çatdırılmasını təmin etməlidir.
Bölmə 4.04. Borcalan Layihənin həyata keçirilməsi və ya Layihə qurğularının istismarı ilə bağlı özünün departament və agentliklərinin fəaliyyətinin möhkəm inzibati siyasət və prosedurlara uyğunluğunu və koordinasiyasını təmin etməlidir.
Bölmə 4.05. Borcalan (i) Layihə üçün ayrıca hesablar saxlayacaq və yaxud saxlanılmasını təmin edəcəkdir; (ii) həmin hesabların və əlaqədar maliyyə hesabatlarının hər il ixtisası, təcrübəsi və texniki tapşırıqları AİB-ə münasib xxxx müstəqil auditorlar tərəfindən daim tətbiq olunan müvafiq audit standartlarına uyğun auditinin aparılmasını təmin edəcəkdir; (iii) xxxxxx xxxxxxx dilində olmaqla mümkün olan kimi, xxxxx hər bir halda hər maliyyə ilinin sonundan altı (6) aydan gec olmamaq şərtilə, auditi aparılmış hesabların və maliyyə hesabatlarının və onunla əlaqədar auditorların hesabatlarının təsdiq olunmuş surətlərini AİB-ə təqdim edəcəkdir (o cümlədən auditorların Kredit vəsaitinin istifadə olunması və bu Kredit haqqında Sazişin öhdəliklərinin yerinə yetirilməsi, həmçinin xərclərin xxxx xxxxxx/hesabatı üzrə qaydalarla əlaqədar rəyi); (iv) AİB-in vaxtaşırı xahiş edəcəyi təqdirdə belə hesablar, maliyyə hesabatları və auditin özü ilə əlaqədar digər məlumatı AİB-ə təqdim edəcəkdir.
(b) Borcalan AİB-in xahişinə əsasən Borcalanın Layihə üzrə maliyyə hesabatlarını və
onun Xxxxxx ilə əlaqədar maliyyə işlərini Xxxxxxxxxx auditorları ilə AİB-in vaxtaşırı müzakirə etməsinə şərait yaradacaq və həmin auditorların hər hansı bir nümayəndəsinə səlahiyyət verəcək və ondan AİB tərəfindən xahiş olunan müzakirədə iştirak etməsini tələb edəcəkdir və Xxxxxxxxxx başqa cür razılaşmadığı təqdirdə belə müzakirə yalnız Borcalanın səlahiyyətli heyət üzvünün iştirakı ilə aparılacaqdır.
Bölmə 4.06. Borcalan AİB-in nümayəndəsinin Layihəni, Kredit vəsaitlərindən maliyyələşdirilmiş xxxxxxx və hər hansı əlaqədar qeydləri və sənədləri yoxlamasına şərait yaratmalıdır.
Bölmə 4.07. Borcalan inzibati, maliyyə, mühəndislik, ekologiya, səhiyyə, texniki xidmət və istismar üzrə sağlam təcrübəyə uyğun olaraq Layihə qurğularının istismarını, texniki xidmətini və təmirini təmin etməlidir.
Maddə V
Dayandırılma; Ləğv edilmə; Ödəniş müddətinin qısaldılması
Bölmə 5.01. Aşağıda qeyd olunanlar Kredit vermə Qaydalarının 9.01(1) bölməsinin məqsədləri üçün Borcalanın Kredit Hesabından çıxarışlar etmək hüququnu dayandırmaq üçün əlavə xxxxxx xxxx müəyyən edilmişdir:
(a) Borcalan və yaxud "Naxçıvan" SC Təkrar Borc Sazişi çərçivəsində hər hansı bir öhdəliyini yerinə yetirməmişdir;
(b) Təkrar Borc Sazişi, yaxud da onların müddəaları dəyişdirilmiş, dayandırılmış, ləğv olunmuş və ya rədd olunmuşdur və AİB-in əsaslandırılmış nöqteyi-nəzərinə görə bu hallar Layihənin həyata keçirilməsinə və ya Layihə Qurğularının istifadəsinə mənfi təsir göstərəcək və ya göstərə bilər, və (c) "Naxçıvan" SC-nin Nizamnaməsi dəyişdirilmiş, dayandırılmış və ya ləğv edilmişdir və AİB-in əsaslandırılmış nöqteyi-nəzərinə görə bu hallar "Naxçıvan" SC-nin fəaliyyətinə və ya maliyyə şərtlərinin yerinə yetirilməsinə və yaxud onların Layihəni həyata keçirmək və ya vəziyyətdən asılı olaraq, Təkrar Borc Sazişi çərçivəsində hər hansı bir öhdəliyi yerinə yetirmək qabiliyyətinə mənfi təsir edəcək və ya edə bilər.
Bölmə 5.02. Aşağıda qeyd olunanlar Kredit vermə Qaydalarının 9.07 (a)(iv) bölməsinin məqsədləri üçün ödəniş müddətinin qısaldılması üçün əlavə xxxxxx xxxx müəyyən edilmişdir: bu Kredit haqqında Sazişin 5.01-ci Bölməsində qeyd olunan hallardan istənilən biri baş vermişdir.
Madd ə VI
Qüvvəyə minmə
Bölmə 6.01. Qeyd olunanlar Kredit vermə Qaydalarının 10.01(f) Bölməsinin məqsədləri üçün bu Kredit haqqında Sazişin qüvvəyə minməsinə əlavə şərtlər kimi müəyyən edilmişdir: Xüsusi Əməliyyatlar üzrə Kredit haqqında Xxxxx Xxxxxxxx tərəfindən lazımi qaydada təsdiq və ya ratifikasiya edilməli, hüquqi tərtib olunmalı və yerinə yetirilməlidir və onun qüvvəyə minməsi üçün xxxxx xxxx şərtlər (bu Kredit haqqında Sazişin qüvvəyə minməsi üçün tələb olunan şərtlərdən fərqli şərtlər) yerinə yetirilməlidir.
Bölmə 6.02. Aşağıda qeyd olunanlar Kredit vermə Qaydalarının 10.02 (d) Bölməsinin məqsədləri üçün AİB-ə təqdim olunacaq rəy və ya xülasəyə daxil ediləcək əlavə məsələlər kimi müəyyən edilmişdir. Xüsusi Əməliyyatlar üzrə Kredit haqqında Xxxxx Xxxxxxxx tərəfindən lazımi qaydada təsdiq və ya ratifikasiya edilmiş, hüquqi tərtib olunmuş və yerinə yetirilmişdir və onun şərtləri Borcalan üçün məcburi xarakter daşıyır.
Bölmə 6.03. Bu Kredit haqqında Sazişin imzalanma tarixindən doxsan (90) gün sonrakı tarix Kredit vermə Qaydalarının 10.04-cü Bölməsinin məqsədləri üçün Kredit haqqında Sazişin qüvvəyə minməsi tarixi kimi müəyyən olunmuşdur.
Maddə VII
Digər müddəalar
Bölmə 7.01. Kredit vermə Qaydalarının 12.02-ci Bölməsinin məqsədləri üçün Borcalanın Maliyyə Xxxxxx Borcalanın nümayəndəsi təyin olunmuşdur.
Bölmə 7.02. Aşağıdakı ünvanlar Kredit vermə Qaydalarının 12.01-ci Bölməsinin məqsədləri üçün müəyyən olunmuşdur:
Borcalan üçün Maliyyə Nazirliyi
S. Xxxxxx xxxxxx, 00 000000 Bakı şəhəri
Azərbaycan Respublikası
Faks nömrələri: (000-00) 000 00 00
(000-00) 000 00 00
AİB üçün
Asiya İnkişaf Bankı
P. 0. Box 789
0980 Manila, Filippin Kabel ünvanı:
Asianbank Manila
Teleks nömrələri:
29066 THE BANK RH (RCA)
42205 THE BANK RH (ITT)
63587 THE BANK RH (ETPI)
Faks nömrələri:
(000) 000-0000
(000) 000-0000
Bununla da lazımi qaydada səlahiyyətləndirilmiş nümayəndələrinin adından çıxış etməklə, Tərəflər yuxarıda göstərilmiş tarixdə öz adlarından, bu Kredit haqqında Sazişi imzalayıb AİB-in baş ofisinə çatdırılmasını təmin etmişlər.
Azərbaycan Respublikası Asiya İnkişaf Xxxxx Xxxx ŞƏRİFOV, Metyu VESTFOL,
Baş nazirin müavini Ölkə üzrə Direktor, Azərbaycandakı nümayəndəliyi
ƏLAVƏ 1
Kreditin qaytarılması cədvəli
(Şəhər su təchizatı və kanalizasiya layihəsi)
1. Aşağıdakı cədvəl Kreditin əsas borcun ödəniş tarixlərini və hər əsas borcun ödəniş tarixlərində Kreditin cəmi əsas məbləğinin ödəniləcək faizini (ödəniş payı) əks etdirir. Əgər Kredit vəsaitləri ilk əsas borcun ödəniş tarixlərinə tam şəkildə çıxarılmış olarsa, hər əsas borcun ödəniş tarixində Borc-xxxx tərəfindən ödəniləcək əsas borcun məbləği AİB tərəfindən aşağıdakıların hasili yolu ilə müəyyənləşdiriləcəkdir: (a) ilk əsas borcun ödəniş tarixinə çıxarılmış və qaytarılmamış Kreditin cəmi əsas məbləği; (b) hər əsas borcun ödəniş tarixi üçün ödəniş payı, belə ödəniş məbləği labüd olduqda Valyuta Konversiyasının tətbiq edildiyi bu Əlavənin 4-cü paraqrafında istinad olunan məbləğləri çıxmaq üçün düzəliş ediləcəkdir.
Ödəniş tarixi | Ödəniş payı (faizlə ifadə edilmişdir) |
1 | 2 |
15 İyun 2011 15 Dekabr 2011 | 0.93 0.97 |
1 | 2 |
15 İyun 2012 | 1.02 |
15 Dekabr 2012 | 1.07 |
15 İyun 2013 | 1.13 |
15 Dekabr 2013 | 1.18 |
15 İyun 2014 | 1.24 |
15 Dekabr 2014 | 1.31 |
15 İyun 2015 | 1.37 |
15 Dekabr 2015 | 1.44 |
15 İyun 2016 | 1.51 |
15 Dekabr 2016 | 1.59 |
15 İyun 2017 | 1.67 |
15 Dekabr 2017 | 1.75 |
15 İyıın 2018 | 1.84 |
15 Dekabr 2018 | 1.93 |
15 İyun 2019 | 2.03 |
15 Dekabr 2019 | 2.13 |
15 İyun 2020 | 2.23 |
15 Dekabr 2020 | 2.35 |
15 İyun 2021 | 2.46 |
15 Dekabr 2021 | 2.59 |
15 İyun 2022 | 2.72 |
15 Dekabr 2022 | 2.85 |
15 İyun 2023 | 2.99 |
15 Dekabr 2023 | 3.14 |
15 İyun 2024 | 3.30 |
1 | 2 |
15 Dekabr 2024 | 3.47 |
15 İyun 2025 | 3.64 |
15 Dekabr 2025 | 3.82 |
15 İyun 2026 | 4.01 |
15 Dekabr 2026 | 4.21 |
15 İyun 2027 | 4.42 |
15 Dekabr 2027 | 4.65 |
15 İyun 2028 | 4.88 |
15 Dekabr 2028 | 5.12 |
15 İyun 2029 | 5.38 |
15 Dekabr 2029 | 5.66 |
100,00 |
2. Əgər ilk Əsas Borcun Qaytarılması tarixində Kredit vəsaitləri tam şəkildə çıxarılmamış olarsa, Xxxxxxxx tərəfindən qaytarılmalı xxxx hər bir Əsas Borcun Qaytarılması Tarixinə xxxx əsas borcun məbləği aşağıdakı qaydada müəyyən olunmalıdır.
(a) Nəzərə alsaq ki, Kreditin istənilən vəsaitləri Əsas Borcun Qaytarılması Tarixinə çıxarılmış olmalıdır, Borcalan Kredit Hesabından çıxarılmış və qaytarılmamış məbləği bu Əlavənin 1-ci paraqrafına müvafiq surətdə qaytarılmalıdır.
(b) İlk Əsas Borcun Qaytarılması Tarixindən sonra həyata keçirilmiş hər hansı çıxarış hər bir belə çıxarışın məbləğini, surətini adı çəkilən Əsas Borcun Qaytarılması tarixi (İlkin Ödəniş Payı) üçün bu Əlavənin 1-ci paraqrafında verilən cədvəldə müəyyənləşdirilmiş İlkin Ödəniş Payının təşkil etdiyi və məxrəcini həmin tarixə, yaxud da sonrakı tarixə düşən Əsas Borcun Qaytarılması Tarixinə bütün qalan İlkin Ödəniş Paylarının cəminin təşkil etdiyi kəsrə vurmaq yolu ilə AİB tərəfindən müəyyənləşdirilmiş məbləğlərdə belə çıxarış tarixindən sonra düşən hər Əsas Borcun Qaytarılması Tarixi üzrə qaytarılmalıdır, belə ödəniş məbləğləri zəruri olduğu halda, bu Əlavənin Valyuta Konversiyasının tətbiq olunduğu 4-cü paraqrafında istinad olunan istənilən məbləğləri çıxmaqla dəyişdiriləcəkdir.
3. Əsas Borcun Qaytarılması üzrə istənilən tarixdə ödənilməli xxxx əsas borc məbləğlərinin hesablanması məqsədləri üçün Əsas Borcun Qaytarılması üzrə istənilən tarixdən əvvəl iki təqvim ayı ərzində edilən çıxarışlar çıxarış tarixindən sonra gələn Əsas Borcun Qaytarılması üzrə ikinci Tarixə çıxarılmış və xxxx qaytarılmamış hesab olunmalı və çıxarış tarixindən sonra gələn Əsas Borcun Qaytarılması üzrə ikinci Tarixdən başlayan Əsas Borcun Qaytarılması üzrə hər bir Tarixdə ödənilməlidir.
4. Bu Əlavənin 1-ci və 2-ci paraqraflarının müddəalarına baxmayaraq, çıxarılmış əsas borcun məbləğinin hamısının və ya bir hissəsinin Təsdiq olunmuş Valyutaya Konversiyası üzrə Konversiya Müddətində xxxx hər hansı Əsas Borcun Qaytarılması Tarixində adı çəkilən Təsdiq edilmiş Valyutada ödənilməli xxxx konversiya edilmiş məbləğ AİB tərəfindən qeyd olunan Konversiyadan öncə həmin xxxx xxxx məbləğin (i) qeyd olunan Konversiya ilə bağlı Valyuta Heci (Hedge) çərçivəsində AİB tərəfindən Təsdiq olunmuş Valyutada əsas borcun məbləğini əks etdirən mübadilə kursuna vurulması, yaxud da (ii) AİB tərəfindən Konversiya Təlimatlarına uyğun olaraq müəyyən edildiyi xxxxx xxxxx mübadilə kursuna vurulması ilə AİB tərəfindən müəyyənləşdirilməlidir.
5. Əgər çıxarılmış və qaytarılmamış Kreditin əsas məbləği vaxtaşırı olaraq birdən artıq Kredit Valyutasında əks olunarsa, bu Qrafikin şərtləri hər bir belə məbləğ üçün ayrıca kreditin qaytarılması cədvəli hazırlamaqla hər bir Kredit Valyutasında göstərilmiş məbləğə aynlıqda tətbiq olunmalıdır.
ƏLAVƏ 2
Kredit vəsaitlərinin bölüşdürülməsi və çıxarışı Ümumi məlumat
1. Bu Əlavədə təqdim olunan cədvəl Kredit vəsaitləri hesabına maliyyələşdiriləcək xxxxxxx, xidmətləri və digər kateqoriyaları və hər kateqoriya üzrə borc vəsaitindən ayrılmış məbləğləri göstərir (bundan sonra "Cədvəl" adlandırılacaq). (Bu Əlavədə adı çəkilmiş "Kateqoriya" və ya "Kateqoriyalar" Cədvəldə verilmiş Kateqoriya və ya Kateqoriyalara istinad edir və "Subkateqoriya" və ya "Subkateqoriyalar" Kateqoriyanın Subkateqoriyasına və ya Subkateqoriyalarına istinad edir).
Vergilər
2. İstənilən yerli vergilərlə əlaqədar olaraq, Kredit Hesabından heç bir çıxarış edilə bilməz.
AİB maliyyələşdirilməsinin xxxxx
3. AİB-in başqa cür razılaşacağı hal istisna olmaqla, Cədvəldə göstərilmiş Kateqoriyaların və Subkateqoriyaların predmetləri Cədvəldə təqdim olunmuş faizlər əsasında Kredit vəsaitləri hesabına maliyyələşdiriləcəkdir.
4. Bu Əlavənin 5-ci paraqrafına baxmayaraq, Xxxxxx haqqında Sazişin 4-cü Əlavəsinin şərtlərinə uyğun aparılmış beynəlxalq tenderdən sonra yerli təchizatçı ilə bağlanmış müqavilə Kredit vəsaitləri hesabına aşağıdakı əsaslarla maliyyələşdiriləcəkdir:
(a) yerli təchizatçıdan alınan və yerli istehsalın məhsulu xxxx malların zavod qiymətinin 100%-i (hər hansı vergi istisna olmaqla); və
(b) yerli təchizatçıdan alınan və tamamilə idxal olunan malların müqavilə qiymətinin xarici valyuta komponentinin 100%-i.
Yerli xərclər
5. (a) Yerli xərcləri maliyyələşdirmək məqsədilə 1,592,000 SDR ekvivalentində xxxx məbləğ Kredit Hesabından xarici valyuta şəklində çıxanla bilər.
(b) Bu paraqrafda göstərildiyi kimi və ya AİB-in başqa cür razılaşacağı hal istisna olmaqla, Kredit Hesabından Layihə üzrə yerli xərclərə aid heç bir çıxarış edilə bilməz.
Faiz və öhdəlik üzrə komisyon ödənişi
6. 3-cü Kateqoriya üçün ayrılmış məbləğ Layihənin həyata keçirilməsi zamanı Kredit üzrə faiz və öhdəlik üzrə komisyon ödənişlərinin maliyyələşdirilməsi üçündür. Faiz ödənişlərinin müddəti çatan zaman ödənişləri həyata keçirmək üçün AİB Borcalanın adından tələb olunan məbləği Kredit Hesabından çıxarış etmək və özünə ödəmək hüququna malik olacaqdır.
Təkrar bölüşdürmə
7. Kredit vəsaitlərinin bölüşdürülməsinə və Cədvəldə təqdim olunan çıxarış faizlərinə və bu Əlavənin 5-ci paraqrafının şərtlərinə baxmayaraq,
(a) Əgər hər hansı bir Kateqoriyaya ayrılmış Kredit məbləği həmin Kateqoriyada razılaşdırılmış bütün xərcləri maliyyələşdirmək üçün kifayət deyilsə, Borcalana bildiriş etməklə Bank, Bankın zənnincə digər xərclərin ödənilməsinə tələb olunmayan və digər Kateqoriyaya ayrılmış Kredit vəsaitini müvafiq Kateqoriyada hesablanmış çatışmazlığın ödənilməsinə tələb olunan həcmdə təkrar bölüşdürə bilər;
(b) əgər hər hansı Kateqoriyaya ayrılmış Kredit məbləği həmin Kateqoriyada razılaşdırılmış xərclərdən artıq olarsa, AİB Borcalana bildiriş etməklə əlavə məbləği hər hansı digər Kateqoriyaya təkrar bölüşdürə bilər.
Xxxxx Xxxxxx; Xərclər haqqında Hesabat
8. AİB-in başqa cür razılaşacağı hal istisna olmaqla, qüvvəyə minmə tarixindən dərhal sonra Borcalan AİB-ə məqbul sayılan kommersiya bankında xxxxx hesabı açmalıdır. Xxxxx Hesabı AİB-in 2001-ci ilin yanvar ayında nəşr olunmuş, vaxtaşırı təkmilləşdirilən "Kredit vəsaitlərinin istifadəsi üzrə məlumat kitabçası" və AİB və Bank arasında əldə olunan razılaşmaya uyğun olaraq yaradılmalı və idarə olunmalıdır. Xxxxx Hesabına qoyulacaq ilkin məbləğ 150.000 ABŞ dollarına ekvivalent məbləği keçməməlidir.
9. Xərclər haqqında Hesabat (XH) proseduru "Kredit vəsaitlərinin istifadəsi üzrə məlumat kitabçası" və AİB və Bank arasında əldə olunan razılaşmaya uyğun olaraq xərclərin ödənilməsi və bu Əlavənin 8-ci paraqrafında istinad edilmiş Xxxxx Hesabına qoyulmuş avansın xərclənməsi üçün istifadə oluna bilər. XH proseduru altında keçiriləcək hər bir ödəniş 50.000 ABŞ dollarına ekvivalent məbləği keçməməlidir.
Kredit Hesabından çıxarış şərtləri
10. Bu Kredit haqqında Sazişin hər hansı digər müddəalarına baxmayaraq, yalnız aşağıdakı şərtlər yerinə yetirildikdən sonra Kredit Hesabından çıxarış aparıla bilər:
(a) Borcalan AİB-ə məqbul şəkildə Layihə çərçivəsində təmin olunan layihənin həyata keçirilməsi üzrə məsləhətçiləri təyin etməli. LİQ-i təsis etməli və işlək hala gətirməlidir;
(b) Borcalan "Naxçıvan" SC-ni təsis etməlidir; və
(c) Subkredit haqqında Saziş AİB üçün qənaətbəxş formada və xxxxxxxx Xxxxxxxx və "Naxçıvan" SC və MN adından yerinə yetirilməli və təqdim olunmalı və onun qüvvəyə minməsi üçün bütün şərtlər icra edilməlidir.
2 xxxxx Əlavəyə qoşma
CƏDVƏL
KREDİT VƏSAİTLƏRİNİN BÖLÜŞDÜRÜLMƏSİ VƏ ÇIXARIŞI (Şəhər su təchizatı və kanalizasiya layihəsi) | |||||
KATEQORİYA | AİB TƏRƏFİNDƏN MALİYYƏLƏŞD İRİLMƏ XXXXX | ||||
Sı ra | Predmet | Ayrılmış məbləğ (ABŞ dolları) | Xxxx | Xxxxxx hesabından çıxarış üçün əsas | |
Kateqo xxxx | Subkateq oriya | ||||
1 | Tikinti işləri | 915,000 | 18 | Cəmi xərclərin xxxxx (18% xarici və 0% yerli) | |
2 | Avadanhq və materiallar | 7,474,00 0 | 100 | Xarici xərclərin xxxxx | |
42 | Yerli xərclərin xxxxx | ||||
3 | Faiz və Ohdəlik üzrə komisyon xərcləri | 725,000 | 100 | Almacaq məbləğlərin xxxxx | |
4 | Bölüşdürü lmə-miş məbləğ | 886,000 | |||
Cəmi | 10,000,0 00 |