Ümumi anlayışlar
Su nəqliyyatı vasitələrinin sığоrtаsı Qаydаlаrı
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində gözlənilmədən baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmak;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi
razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
1. Sığortanın sinifi
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası üzrə aşağıdakı sinif:
1.1.1. su nəqliyyatı vasitəsinin zədələnməsi və ya məhv olması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələrinin sığortası
2. Sığorta predmeti
2.1. Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu, Reqistrin müvafiq klassına sahib müxtəlif təyinatlı su nəqliyyatı vasitələri sığortanın predmeti hesab olunur. Su nəqliyyatı vasitəsi dedikdə onun gövdəsi, maşın və mexanizmləri, avadanlıqları nəzərdə tutulur. Bundan əlavə olaraq sığorta şəhadətnaməsində qeyd edilməklə fraxt da sığortanın predmeti ola bilər.
Müxtəlif təyinatlı Su nəqliyyatı vasitələri dedikdə xxx və sərnişin gəmiləri, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri və x. xxx hərəkət edə bilən və yaxud bilməyən su nəqliyyat vasitələri nəzərdə tutulur.
3. Sığorta obyekti
3.1. Bu qaydalara əsasən sığorta obyekti, sığortalının sığorta predmetinə sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi ilə bağlı əmlak mənafeyidir.
4. Sığorta məbləği
4.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
4.2. Sığorta məbləği su nəqliyyatı vasitəsinin sığorta (həqiqi) dəyəri çərçivəsində müəyyən edilir. Bu halda həqiqi dəyər aşağıdakı kimi müəyyən edilir:
- balans dəyərinə əsasən;
- Alqı-satqı müqaviləsi, nəqliyyat vasitəsini satan təşkilat tərəfindən verilən hesaba əsasən və ya;
- Müstəqil ixtisaslaşmış ekpert tərəfindən müəyyənləşdirilən dəyərə əsasən.
Xxxxxxx tərəfindən qiymətləndirmənin keçirilməsi üçün çəkilən xərclər Sığortaçı tərəfindən ödənilir. Xxxxx tərəflərin razılığı ilə belə xərclər Sığortaçı və Sığortalı arasında bölüşdürülə bilər.
- Maşın, mexanizm və avadanlıqlar üzrə həqiqi dəyər tam analoji predmetin əldə edilməsi üçün tələb olunan məbləğdən (daşıma xərcləri, montaj, gömrük və digər zəruri xərclər daxil olmaqla) çıxış edərək köhnəlmə nəzərə alınaraq müəyyən edilir.
4.3. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
4.4. Sığorta ödənişi verildikdən sonra sığorta məbləği ödənilmiş məbləğ həcmində azalır. Sığorta məbləğinin azaldılması sığorta hadisəsi baş verdiyi tarixdən tətbiq olunur. Sığortalı əlavə sığorta haqqı müqabilində ilkin sığorta məbləğini bərpa edə bilər.
5. Sığorta riskləri
Bu qaydalara əsasən sığorta şəhadətnaməsində göstərilmiş sığorta ərazisində və sığorta müddəti ərzində baş vermiş xxxx sığorta hadisəsi nəticəsində su nəqliyyatı vasitələrinin tam məhv olması və ya zədələnməsi üzrə sığorta təminatı verilir. Sığorta hadisəsi, gözlənilmədən və təsadüfən yaranan və sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, aşağıda sadalan halların baş verməsi nəticəsində yaranır:
5.1. Hava şəraiti: külək, tufan, suyun səthində yaranan dalğalanma, təlatüm;
5.2. Digər su nəqliyyat vasitələri ilə toqquşma;
5.3. Hərəkətdə və ya hərəkətsiz obyekt(lər)lə toqquşma;
5.4. Torpağa toxunma;
5.5. Saya (dayazlığa) oturma;
5.6. Yanğın, partlayış, ildırım vurması;
5.7. Liman və ya dokun avadanlıqları və ya tikililəri, yerüstü nəqliyyat vasitələri ilə toqquşma;
5.8. Zəlzələ, vulkan püskürməsi;
5.9. Yüklərin, yanacağın boşaldılması və ya yüklənməsi, su nəqliyyatı vasitəsinin içində ballastın (tarazlığı nizamlamaq üçün götürülən əlavə xxx və ya ağırlıq) yerinin dəyişdirilməsi;
5.10. Buxar qazanının partlaması, əsas mühərrikin vallarının sınması, su nəqliyyatı vasitəsinin maşın və mexanizmində, gövdəsində gizli deffektlər, gövdənin konstruksiyasındakı səhvlər;
5.10.1. Müntəzəm yoxlanış zaman gizli deffektin aşkarlanması və onun su nəqliyyat vasitəsinin maşın və mexanizminə, gövdəsinə hec bir zədə yetirməməsi sığorta hadisəsi hesab edilmir.
Gizli deffekt nəticəsində su nəqliyyat vasitəsinin maşın və mexanizminə, həmçinin gövdəsinə zədə dəyəməsi sığorta hadisəsi hesab edilir. Bu halda yalnız zədələnmiş gövdənin və mexanizmlərin təmiri üzrə xərclər sığorta təminatına daxildir. Defektli sahənin düzəldilməsi və ya dəyişdirilməsi ilə bağlı xərclər sığorta təminatına daxil deyil.
5.10.2. Əsas mühərrikin vallarının sınması səbəbindən su nəqliyyatı vasitəsinin maşın və mexanizminın, həmçinin gövdəsinin zədələnməsi yalnız bu qaydaların 5-ci maddəsində sadalanan hallar nəticəsində baş verdiyi halda sığorta təminatı verilir.
5.11. Hava nəqliyyatı vasitələrinin və ya onların bir hissələrinin sığorta predmetinin üzərinə düşməsi.
Bu qaydaların 5.9.-5.11-ci maddələrdə sadalanan hallar nəticəsində dəymiş zədələrə yalnız o zaman sığorta təminatı verilir ki, bu hadisə sığortalının, faydalanan şəxsin, su nəqliyyatı vasitəsinin sahibinin və ya onların nümayəndələrinin səhlənkarlığı və ya kobud səhvi nəticisində baş verməmiş olsun.
6. İstisnalar
Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa aşağıda sadalanan hallar sığorta hadisəsi hesab edilmir və bu hallar nəticəsində yaranan zərərlər üzrə sığorta ödənişi edilmir:
6.1. Yükün bu gəmidən başqa gəmiyə yüklənməsi yanaşmadan, lövbər salmadan, açıq dənizdə, üzərək həyata keçirildiyi halda su nəqliyyat vasitəsinin məhv olması və ya zədələnməsi;
6.2. Digər su nəqliyyat vasitəsi ilə toqquşma zamanı o gəminin zədələnməsi və oradakı üçüncü şəxslərin həyat və sağlamlığına xəsarət yetirilməsi və toqquşma ərazisindəki digər əmlakların zədələnməsi;
6.3. Gəminin daşınması
6.4. Gəminin ştatında olmayan digər avadanlıqların zədələnməsi;
6.5. Şəxsi əşyaların məhv olması və ya zədələnməsi;
6.6. Sığorta hadisəsi nəticəsində məhv olmuş su nəqliyyat vasitəsinin, onun hissələrinin və orada yerləşən yükün qalıqlarının təmizlənməsi, çıxarılması ilə bağlı xərclər;
6.7. Məhkəmə xərcləri
6.8. Toqquşma halında digər su nəqliyyat vasitəsinin, onun hissələrinin və orada yerləşən yükün qalıqlarının təmizlənməsi, çıxarılması ilə bağlı xərclər;
6.9. Piratların su nəqliyyat vasitəsinə hücumu ilə bağlı yaranmış xxxx zədələr;
6.10. Sığorta hadisəsi nəticəsində yaranmış xxxx zədələnmənin təmiri zamanı fraxtın itirlməsi;
6.11. Toqquşma nəticəsində digər su nəqliyyat vasitəsinin təmiri zamanı üçüncü şəxslərin fraxtının itirilməsi;
6.12. Tam və ya konstruktiv məhv olma halında fraxtın itirilməsi;
6.13. Su nəqliyyat vasitəsinin sürət yarışlarında və digər idman mərasimlərində iştirakı;
6.13. Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyat və sağlamlığına, əmlakına zərər dəyməsi, ətraf mühitin çirklənməsi;
6.14. Gəminin qaçırılması və ya oğurlanması;
6.15. Üçüncü şəxslərin qanuna xxxx xxxx hərəkətləri;
6.16. Sığortalının, faydalanan şəxsin, gəminin sahibinin və ya onların nümayəndələrinin bilərəkdən etdiyi səhvlər;
6.17. Su nəqliyyatı vasitəsinin reysə çıxmazdan əvvəl yararsız olması sığortalıya, faydalanan şəxsə və ya onların nümayəndəsinə məlum olması;
6.18. Su nəqliyyatı vasitəsinin gövdəsinin, maşın və mexanizminin, avadanlıqlarının və ya onların bir hissəsinin köhnəlməsi və ya korroziyası, həşəratların zərər vurması, xarici görüşünün keyfiyyətinin pisləşməsi, səthinin
cızılması, rənginin dəyişməsi;
6.19. Su nəqliyyatı vasitəsinin klassına, təyinatına uyğun olmayaraq istismar edilməsi;
6.20. Sığortaçının yazılı razılığı olmadan partaya bilən, öz-özünə alışan və digər təhlükəli yükün su nəqliyyatı vasitəsinə yüklənməsi;
6.21. Dəniz və çay limanlarının administrasiyası tərəfindən müəyyənləşdirilmiş yerli qaydaların və qərarların pozulması, su nəqliyyatı vasitəsinin körfəz və kanallardan üzüb keçməsi üzrə müəyyənləşdirilmiş icbari qaydaların və qətnamələrin pozulması, dəniz gəmiçiliyi, dənizin və ətraf mühitin çirklənməsi üzrə beynəlxalq qətnamələr və konvensiyaların pozulması;
6.22. Su nəqliyyatı vasitəsinin sahibinin və ya arendatorun günahı üzündən və ya borcla əlaqədar olaraq su nəqliyyatı vasitəsinin həbsi;
6.23. Terror aktı;
6.24. Hər hansı növ hərbi hərəkətlər və ya hərbi tədbirlər və onların nəticələri, bombaların və digər müharibə alətlərinin təsiri, xalq iğtişaşları və tətillər, dövlət orqanlarının sərəncamına əsasən su nəqliyyatı vasitəsinin müsadirəsi, rekvizisiyası, həbsi, məhvi və ya zədələnməsi;
6.25. Nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmə;
6.26. Sığorta hadisəsinin baş verməsinə səbəb olmuş su nəqliyyatı vasitəsinin gizli diffekt xxxx hissəsinin təmiri və dəyişdirilməsi;
6.27. Eksperiment və ya tədqiqat işlərinin aparılması;
6.28. Su nəqliyyatı vasitəsini idarə edən şəxs(lər)in alkoqol və ya narkotik maddələrin təsiri altında olması;
6.29. Su nəqliyyatı vasitəsini idarə etmək səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilməsi;
6.30. Klassı olmayan, və yaxud klassı dayandırılmış və ya vaxtı keçmiş (illik texniki baxışdan keçməmiş) su nəqliyyatı vasitəsinin istismarı;
6.31. Enmə/qaldırılma yaxud yukləmə-boşaldılma əməliyyatları üçün istifadə olunan qurğular və vasitələr qaldırılma üçün mövcud tipinə və tonnajına uyğun olmadıqda, yaxud qurğular və avadanlıqlar vaxtlı vaxtında yoxlama və sınaqlardan keçirilmədikdə;
6.32. Sığorta hadisəsi ilə bağlı gəmi təmir məqsədilə, təmir portunda olması halı istisna olmaqla, gəmi və heyətin saxlama xərcləri;
6.33. Malların çatdırılması üçün Sığortalının üçüncü şəxslərlə müqavilə bağlaması, balıq tutma, nəqliyyat xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir itkisi həmçinin dolayı itkilər;
6.34. Gəmiqayırma və inşaat-montaj işlərinin tam və ya qismən dayandırılması müddəti ərzində gəminin zədələnməsi və ya məhv edilməsi;
6.35. Gəmidə quraşdırılmasından (montaj edilməsindən) əvvəl, maşın və avadanlıqların verf ərazisində saxlanıldığı müddət ərzində, onların zədələnməsi və məhv edilməsi;
6.36. Qaldırılmış yelkənlərin və/yaxud qoruyucu örtüklərin, takelajların və onlara birləşdirilən blokların, şkotların, reylərin məhv edilməsi və zədələnməsi;
6.37. Yüklərin, istənilən ehtiyyatların (yanacaq, ərzaq və digərlər) və sığortalanmış gəmidə digər əmlakların məhv edilməsi, itkisi və zədələnməsi;
6.38. Toqquşma, dayazlığa oturma, batma, partlayış və yanğın nəticəsində olması halı istisna olmaqla, daxili bəzək, içlərin və istənilən avadanlığın (əsas mühərrik və ştatlı naviqasiya avadanlıqları istisna olmaqla) zədələnməsi;
6.39. İstehsalçının təsbit etdiyi istismar qaydalarına həmçinin texniki xidmət və saxlama tələblərinə əməl olunmaması nəticəsində mühərriklərin, maşın və avadanlıqların zədələnməsi;
6.40. Gəminin xarici görünüşün və hərəkət kefiyyətinin itkisi;
6.41. Əgər sığorta müqaviləsi (şəhadətnaməsi) ilə başqa hal nəzərdə tutlmayıbsa, Sığortaçı, Sığortalının aşağıda qeyd olunmuş məqsədlərlə çəkdiyi xərclərin, sığorta məbləğinin 10%-dən artıq xxxx hissəsinə məsuliyyət daşımır:
6.41.1. Əmlakın, gəminin xilas edilməsi;
6.41.2. Əgər zərər sığorta müqaviləsinin şərtlərinə əsasən ödənilirsə, zərərin qarşısının alınması, azaldılması və zərərin həcminin təyin edilməsi.
7. Sığorta müqaviləsi
7.1. Sığorta müqaviləsinin bağlanması
7.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir. Həmin ərizədə, Sığortalı, bu ərizənin bəndlərin tələblərinə uyğun olaraq gəmi haqqında dəqiq məlumatı, sığorta şərtlərini, sığorta məbləğini, reys üzrə sığortada-reysin başlanğıc və son
təyinatını, reysin müddətini, daxil olma məntəqəsini, müddətli sığortada isə - üzmə ərazisini və sığortanın müddətini qeyd etməlidir. Sığortalı həmçinin xxxxxx səviyyəsini dəyişə biləcək, ona məlum xxxx digər məlumatları da bildirməlidir.
7.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
7.2. Sığоrtа müqаviləsinin tərəfləri
7.2.1. Sığortaçı
7.2.1.1.Bu Qaydalara əsasən Sığortaçı “Paşa Sığorta” ASC-dir.
7.2.2. Sığortalı
7.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.
7.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının
Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
7.2.3. Faydalanan şəxs
7.2.3.1.Sığorta müqaviləsi hər hansı hüquqi və ya fiziki şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə bağlana bilər.
7.2.3.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
7.2.3.3. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
7.2.3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
8. Sığorta haqqı
8.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
8.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
8.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
8.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olamayaraq qüvvəyə minir.
8.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
8.5.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 8.5.2.-ci maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə əlavə müddət müəyyən edə bilər.
8.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
8.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
9. Sığorta ərazisi.
9.1. Yalnız sığоrtа müqaviləsində (şəhadətnaməsində) qeyd olunmuş ərаzi hüdudlаrındа baş verən sığоrta hadisələri təminatda hеsаb оlunur.Sığortalanmış gəmi sığorta ərazisindən çıxdıqda və ya çıxarıldıqda sığorta təminatı dayandırılır.
10. Sığorta müddəti
10.1. Sığorta müqaviləsi 1 (bir) il müddətinə və ya müqavilədə (şəhadətnamədə) göstərilmiş digər müddətə, həmçinin bir reys müddətinə bağlanıla bilər.
10.2. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
10.3. Əgər müddətə görə sığortalanmış gəmi, sığorta müddəti qurtaran zaman üzmədə olarsa yaxud fəlakətə uğrayarsa onda sığorta müddəti gəminin ilkin təhlükəsizlik limanına gətirilənə qədər uzadıla bilər. Bu halda, Sığortalı sığorta müddətinin uzadılmasına görə Sığortaçı ilə razılaşdırdığı əlavə sığorta haqqını, Sığortaçının təqdim etdiyi hesab fakturanın verilmə tarixindən eibarən 2 (iki) bank günü ərzində ödənilməlidir. Əlavə sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi uzadılmır.
10.4. Əgər sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutlmayıbsa, reys üzrə sığortada, sığorta müddəti limanda lövbərin çıxarıldığı andan başlayır və təyinat limanında lövbərin qoyulduğu andan etibarən bitir.
10.5. Əgər sığorta hadisəsinin baş vermə ehtimalı olmadığı halda və sığorta hadisəsindən başqa müəyyən səbəblərə (Səbəbi sığorta hadisəsi olmayan, gəminin məhv edilməsi) görə sığorta riski mövcud olmadıqda sığorta müqaviləsi, onun qüvvədən düşmə müddətindən əvvəl bitmiş hesab edilir. Bu halda Sığortaçı müqavilənin qüvvədə olduğu müddət üçün sığorta haqqını proporsional olaraq bir hissəsini əldə etmək hüququna malikdir
10.6. Əgər aşağıda qeyd olunmuş hallar Sığortaçıya əvvəlcədən yazılı surətdə bildirlməyibsə, Sığortaçı Sığortalıya yazılı xəbərdarlıq etməklə müqaviləni vaxtından əvvəl xitam etmək hüququna malikdir:
10.6.1. Klassifikasiya Cəmiyyəti tərəfindən yazılı surətdə təqdir edilməsi halı istisna olmaqla, gəminin klassının dəyişdirilməsi, gəminin registr sinfinin rəyinin dayandırılması, bitməsi, növbəti survey baxışı müddətinin bitməsi. Bununla bərabər əgər gəmi reysdə olarsa, sığorta müqaviləsi (şəhadətnaməsi), gəminin ən yaxın limana çatmasına qədər ləğv edilə bilməz.
Bu bənd, gəmiyə registrin daha yüksək sinfi verilməsi yaxud gəminin Beynəlxalq təsnifləşdirə cəmiyyətlərinin assosasiyasının xidmətinə keçməsi hallarına şamil olunmur.
10.6.2. Sığortaçının yazılı razılığı olmadan, 10.6.1. bəndində göstərilən hallar baş verdikdə, gəmi öz reysinə davam etdikdə;
10.6.3. Gəmidə yükün olmasından, yükləmə limanından çıxmasından yaxud limanda yükü olmadan ballastdan keçməsindən asılı olmayaraq, gəminin mülkiyyət sahibinin dəyişməsi, bayrağın dəyişməsi, gəminin idarə edilməsi digər menecerə yaxud operatora keçməsi. Bununla bərabər sığorta müqaviləsi (şəhadətnaməsi), qabaqcadan planlaşdırılmış reysdən əvvəl və əgər limanda xxx xxxxx yaxud əgər gəmi xxx olmadan limanda ballast keçidi həyata keçirdərsə, gəmi təyinat limanına çatana qədər ləğv edilə bilməz.
Xxxxx, gəminin və ya şirkətin adı dəyişildikdə, və sığortalı sığortaçını bu barədə məlumatlandırmasa gəminin reysdə və limanda olmasından asılı olmayaraq, belə dəyişiklklərin baş verdiyi tarixdən etibarən 15 gün ərzində sığorta müqaviləsi avtomatik olaraq ləğv edilir.
11. Azadolma məbləği
11.1. Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği Sığortalı ilə Sığortaçı arasındakı razılığa əsasən müəyyən oluna bilər.
11.2. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
11.3. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
11.4. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində bir neçə sığorta hadisəsi baş verdikdə azadolma məbləği hər bir hadisə üzrə tətbiq olunur.
11.5. Əgər sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutlmayıbsa, bu Qaydalara əsasən aşağıda qeyd olunmuş şərtsiz franşiza tətbiq olunur:
11.5.1. Gəminin, korpusun, baş mühərrikin, mexanizim və avadanlıqların zədələrini aradan qaldırılması üzrə - sığorta məbləğinin 5%-i həcmində;
11.5.2. Buz ilə toqquşmadan sonra əmələ gəlmiş zərərləri aradan qaldırılması üzrə - sığorta məbləğinin 25%-i həcmində.
12. Xxxxxx dərəcəsinin dəyişməsi
12.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi
bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və aşağıda qeyd olunanlar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
12.1.1. Registir sənədlərin dəyişikliyi, gəminin istismar rayonunun dəyişməsi;
12.1.2. Buzda üzmə, gəminin qışlaması;
12.1.3. Gəminin icarəyə verilməsi;
12.1.4. Gəminin təmir üçün istismardan çıxarılması;
12.1.5. Öz-özünə alışmaya, partlayışa və s. təhlükəli predmetlərin və maddələrin sığortalanmış gəmi vasitəsilə daşınması;
12.1.6. Sığortalanmış gəminin yedəklənməsi;
12.1.7. Xilasedici əməliyyatlarında iştirak etməsi.
12.2.Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
12.2.1.Sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək, 12.2.2.Əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
12.2.3.Belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsinə xitam vermək.
13. Təhlükəsizlik normalarının pozulması
13.1. Sığortaçı Sığortalının qanunların və ya digər normativ aktların müəyyən etdiyi yanğın əleyhinə təhlükəsizlik, binaların və avadanlığın mühafizəsi, işlərin icra üzrə təhlükəsizlik qaydaları və normalarını və ya digər analoji
normaları pozmasının səbəb olduğu sığorta hadisələri üzrə sığorta ödənişi verməkdən imtina edə bilər.
13.2. Sığortaçı, səbəbi yalnız təhlükəsizlik normalarının pozulması xxxx sığorta hadisələri üzrə sığorta ödənişi verməkdən imtina edə bilər. Xxxxx bu normaların pozulması sığorta hadisəsinin baş vermə səbəbləri ilə bağlılığı olmadıqda sığorta ödənişi verilir.
14. Şərikli sığorta
14.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
14.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
14.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
14.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.
15. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
15.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığоrtаlı və sığоrtаçı, faydalanan şəxsin (əgər varsa) yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
16. Sığorta müqaviləsinə xitam verilməsi
16.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
16.1.1. Müqavilənin müddəti bitdikdə;
16.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
16.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
16.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
16.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
16.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
16.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
16.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
16.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.
16.3. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
16.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
16.4.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla
müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
16.4.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə
bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
16.4.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
16.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı
məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 16.4.1-ci və 16.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
16.4.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti
olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 16.4.3.-cü və 16.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
16.4.6. Gəminin yüksüz və təmirsiz olaraq 30 gündən artıq (belə müddət, gəminin yola düşməsindən əvvəl, sonuncu bağlamanın işə salınmasından etibarən hesablanır) istənilən təhlükəsizlik limanında işsiz qalması halında, Sığortalı Gəminin işsiz qaldığı 30 gündən artıq günlərə uyğun olaraq proporsional qaydada sığorta haqqlının bir hissəsinui əldə etmək hüququna malikdir. Bu halda 30 günü aşan hər gün üzrə tarif, rəsmi olaraq şəhadətnamədə mövcud xxxx və sığorta təminatından əvvəl razılaşdırılmış illik tarifin gün üzrə 25% -i həcmində hesablanır.
17. Tərəflərin hüquq və öhdəlikləri
17.1. Sığortalının aşağıdakı hüquqları var:
17.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
17.1.2. sığorta müqaviləsini hər hansı başqa şəxsin (hüquqi və ya fiziki) – faydalanan şəxsin xeyrinə bağlamaq;
17.1.3. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
17.1.4. sığorta müqaviləsinə xitam vermək;
17.1.5. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
17.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
17.2. Sığortalının aşağıdakı vəzifələri var:
17.2.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
17.2.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 17.5.1- ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
17.2.3. qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən
kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
17.2.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
17.2.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr
17.3. Sığorta hadisəsi baş verdikdə Sığortalının öhdəlikləri:
17.3.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
17.3.2. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
17.3.3. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
17.3.4. Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli;
17.3.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
17.3.5.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan
qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane
olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
17.3.5.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
17.3.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
17.3.5.6.. Sığortalı tərəfindən yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.
17.3.6. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan 24 saat müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
17.3.7. Sığortaçıya sığorta ödənişi ilə əlaqədar yazılı müraciət etməli, sığorta hadisəsinin baş verməsini sübut edən aşağıda qeyd olunmuş sənədləri göndərməlidir:
• Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
• Qəza hadisəsi ilə əlaqədar gəmi jurnallarından çıxarış və zərərin likvidasiyası və qarşısının alınması ilə bağlı komandanın hərəkətləri;
• Sığorta hadisəsi zamanı və ondan əvvəl və sonra baş mühərrikin iş rejimi ilə əlaqədar maşın jurnalından çıxarış;
• Qəza hadisəsi ilə əlaqədar alınmış və ötürülmüş korrenspondesiyaların radioteleqraf jurnalından çıxarış (Fəlakət zamanı Qlobal Dəniz Sistem rabitəsi jurnalından);
• Hadisəyə səbəb xxxx şəxslərin izahatı və şahidlərin ifadəsi;
• Gəmiyə texniki baxış üçün ekspertiza aktı və s.;
• Kapitanlar, dəniz və çay liman işçiləri və digər komponent orqanları tərəfindən qəzaların araşdırılması aktı;
• Sığortalının gəmiyə əmlak marağını təsdiq edən sənəd (gəminin məhv olması və zədələnməsi zamanı gəmiyə sahibliyini təsdiq edən və gəminin sahibi qarşısında məsuliyyət həddini müəyyən edən sənədlər);
• Gəminin sığorta dəyəri haqqında son rəy;
• Zədələnmiş gəminin təmiri üzrə, təmir planı və xərclərinin smetası;
• Təmir-bərpa işlərinin həyata keçirilməsini təsdiq edən sənədlər (təmirin həyata keçirilməsi üçün müqavilələr, ehtiyyat hissələrin alqı-satqı müqaviləsi, gəminin yedəklənməsi, hesablar, hesab fakturalar, ödəniş sənədləri və s.)
17.3.8. Sığortaçı yuxarıda qeyd olunan sənədlərin sayını azalda bilər yaxud əlavə sənədlər tələb edə bilər. Bu əlavə sənədlər, onların olmaması sığorta hadisəsini təsdiq edilməsi faktını sübut etmək və sığorta ödənişi həcmini müəyyən etmək mümkün olmadıqda tələb olunur.
17.3.9. Təmir müəssisəsinin seçilməsini və zərər çəkmiş gəminin təmir yerinə gətirilməsi üçün yedəyə xxxx ilə əlaqədar planlaşdırılan tədbirləri Sığortaçı ilə razılaşdırmalı.
17.3.10. Hadisə ilə xxxxx xxx təqdim edilmiş bütün əmlak xarakterli tələblər haqqında Sığortaçıya dərhal bildirməli. Belə tələblər yarananda, Sığortalı, həmin tələblərə Sığortaçı tərəfindən baxılana qədər zərər çəkmiş şəxsin məhkəməyə müraciət etməməsi üçün müvafiq tədbirlər görməlidir.
17.3.11. İddianın baxılması zamanı Sığortalı, Sığortaçının göstərişi ilə sığorta hadisəsinin araşdırılması üçün zəruri sənədlərin alınması ilə əlaqədar iddiaçıya yazılı müraciət etməlidir və Sığortaçının yaxud onun təyin etdiyi səlahiyyətli şəxsin hadisə yerində baxış keçirməsində və zərərin qiymətləndirilməsində iştrirak etməsi üçün tədbirlər görməlidir.
17.3.12. Əgər zərərçəkmiş şəxs, sığortalının yerinə yetirdiyi müvafiq tədbirlərə baxmayaraq, işin Sığortaçı tərəfindən baxılana qədər məhkəməyə müraciət edərsə, Xxxxxxxxx Sığortaçıya onun adından məhkəmədə prossesində bütün zəruri prossesual səlahiyyətlərlə iştirak etməsi üçün etibarnamə verməlidir.
17.3.13. Sığorta hadisəsinin səbəbinin və faktının müəyyən edilməsi üçün, ərizə ilə birlikdə, müvafiq orqanlar və zərərçəkmiş şəxslərdən əldə edilmiş aşağıda qeyd olunmuş sənədlər (əsli və ya notarial təsdiq edilmiş surəti) Sığortaçıya təqdim etməlidir:
Əgər sığorta hadisəsinə aid xxxx sənədlər xarici dildə olarsa, onda həmin sənədlər Azərbaycan dilinə tərcümə olunmalı və notarial qaydada təsdiq olunaraq orjinal sənədlərlə birlikdə Sığortaçıya təqdim olunmalıdır.
17.4. Sığortaçının aşağıdakı hüquqları var:
17.4.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
17.4.2. sığortalanmış xxxxxx dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
17.4.3. sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək;
17.4.4. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
17.4.5. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
17.4.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
17.5. Sığortaçının aşağıdakı vəzifələri var:
17.5.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən
kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
17.5.2. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
17.5.3. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr
17.5.4 Sığorta ödənişin ödənilməsində imtinanın əsası olarsa, Sığortalıya yazılı surətdə 30 gün müddətində imtinanın əsaslarını təqdim etməlidir.
17.5.6. Sığortaçının aşağıda qeyd olunmuş halda sığorta ödənişini təxirə salmaq hüququ vardır:
Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
18. Sığorta ödənişinin ödənilməsi qaydası.
18.1. Bu qaydaların 5-ci bəndində sığorta hadisələri nəticəsində gəminin və ya sığortaya qəbul edilmiş digər əmlakın zədlənməsi, itkisi və məhv olması ilə əlaqədar birbaşa faktiki zərər həcmində Sığortaçı sığorta ödənişini həyata keçirir.
18.2. Bu qaydalara əsasən zərər hesab olunur:
Gəminin və digər sığortalanmış əmlakın həqiqi dəyəri həcmində, bu halda sığorta ödənişi tam sığorta məbləği həcmində ödənilir:
a) Gəminin tam məhv olması
b) Konstruktiv məhv olmada sığorta ödənişi, gəminin istifadəyə yararlı qalıqlarının dəyəri çıxılmaqla sığorta məbləği həcmində ödənilir.
18.3. Zərər dəymiş gəminin bərpası və təmiri üzrə görüləcək işlərin, material və avadanlıqların dəyəri. Bu halda təmirin dəyəri dedikdə, gəminin (sığortalanmış əmlak) sığorta hadisəsindən əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilən xərclər nəzərdə tutulur. Yaşı 25-i keçən gəmilərin ayrı-ayrı hissələrinin zədələrinin aradan qaldırılması üçün çəkilən xərclərdən, həmin ehtiyyat hissəslərinin köhnəlmə məbləğləri çıxılır.
18.4. Baxış və təmir işlərinin həyata keçirilməsi üçün dok və verf Sığortaçı ilə razılaşdırmaqla seçilir. Təmir yeri və vaxtı razılaşdırılmadıqda, sığorta ödənişi Sığortaçı tərəfindən müəyyən edilir. Bu halda təmir üçün xərclərə, gəminin təmir yerinə və xxxx sürülməsi üçün məqsədə uyğun xərclər əlavə edilir.
Bütün digər hallarda sığorta hadisəsi nəticəsində zədələnmələrin aradan qaldırılması üçün, son girş məntəqəsindən təmir yerinə sürülməsi xərcləri, belə sürülmə zamanı normal istismar xərclərindən artıq məbləğdə ödənilmir.
18.5. Əgər sığortalı xxxx təmir ilə birlikdə, sığorta hadisəsi nəticəsində gəminin zədələrin aradan qaldırılması üçün
təmir işləri görürsə, onda Sığortaçı tərəfindən sığorta ödənişi sığorta hadisəsi nəticəsində gəmiyə dəymiş zərəri aradan qaldırılması üçün təmir xərclərinin ümumi təmir işlərin dəyəriniə xxxx nisbətində proporsional qaydada ödəyir.
18.6. Sığorta hadisəsi nəticəsində qəza xxxxxxx xxxx gəminin boşaldılma limanına (əgər həmin liman həmçinin təmir limanı sayılırsa) sürülməsi və yedəklənməsi xərcləri, Sığortaçı tərəfindən bütün ümumi sürülmə və yedəklənmə xərclərinin 50% -i həcmində ödənilir.
18.7. Gəminin (sığortalanmış əmlakın) birbaşa təmir və bərpa xərclərindən əlavə aşağıdakı xərclər də, sığorta ödənişinə əlavə olunur:
• Gəminin korpusun rənglənməsi və təmizlənməsi (hansılar ki, zədələnmiş hissələrdə itmişdir), bir şərtlə ki, gəminin korpusun son rənglənməsi gəminin zədələrinin aradan qaldırılmasından 12 ay əvvəldən gec olmasın.
• Gəminin doka daxil edilib və çıxarılması, slip vasitəsilə qaldırılıb düşürdülməsi üçün dok və elinqdən istifadə üçün xərclər tam olaraq təmir xərclərinə əlavə edilir, bir şərtlə ki, gəmi sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə təmir olunur və həmin gəmi dokda təkdir.
• Əgər Sığortalı xxxx təmir ilə birlikdə, sığorta hadisəsi nəticəsində gəminin zədələrin aradan qaldırılması üçün təmir işləri görürsə, onda gəminin doka gətirilməsi və oradan çıxarılması yaxud slip vasitəsilə qaldırılması və endirilməsi xərclərinin 50%-i ödənilir. Həmçinin ellinq və dokların istifadəsi xərcləri vaxta görə ölçülürsə onda, yalnız sığorta hadisəsi ilə əlaqədar gəminin zədələrinin aradan qaldırılması üçün görülən işlərin vaxtı nəzərdə tutlur.
18.8. Əgər sığorta hadisəsi zamanı sığorta məbləği sığorta dəyərindən aşağı olarsa, onda sığorta ödənişi sığorta məbləğinin sığorta dəyərinə nisbəti həcmində ödənilir. Bu halda, Sığortalının mövcud zərərin qarşısının alınması üçün çəkdiyi xərclər də, sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətdə ödənilir, baxmayaraq ki, bu xərclər digər zərərlərə görə ödənişlərlə birlikdə sığorta məbləğini aşır.
18.9. Əgər Sığortalı (Faydagötürən) günahkar tərəfdən zərərə görə ödəniş əldə edibsə, onda Sığortaçı sığortanın şərtlərinə görə nəzərdə tutulan sığorta ödənişi ilə Sığortalının üçüncü şəxslərdən əldə etdiyi ödənişi arasında xxxx fərqi ödəyir. Sığortalı belə məbləğlərin əldə edilməsini dərhal Sığortaçıya bildirməlidir.
18.10. Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının təminat verdiyi risk üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda sığorta ödənişi hər bir sığortaçı arasında mütənasib olaraq bölünür.
18.11. Sığortalı yazılı surətdə sığorta şirkətin adını, sığorta riski və sığorta məbləğini göstərməklə sığortalanmış gəminin, mövcud digər sığorta müqavilələrini Sığortaçıya bildirməlidir.
18.12. Əgər bir neçə sığorta müqaviləsinin bağlanılması ilə əlaqədar sığorta məbləği sığorta dəyərini aşarsa və bu hal Sığortalının qəsd hərəkəti nəticəsində baş vermişsə, onda Sığortaçı sığorta müqaviləsinin etibarsız hesab edəcək və bunula əlaqədar heç bir ödənişi həyata keçirtməyəcək.
18.13. Abandon haqqında Sığortaçıya müraciət tam və konstruktiv məhv olma tarixindən etibarən altı ay ərzində məlumatlandırılmalıdır. Bu halda sığortalanmış gəmi üzrə bütün hüquq Sığortaçıya keçir. Sığortalı altı ay müddət qurtardıqda abandon üzrə hüququnu itirir və ümumi əsaslara görə zərərlərə görə ödənişləri tələb edə bilər.
Abandon üzrə müraciət şərtsizdir və Sığortalı (Faydalanan şəxs) tərəfindən xxxx götürülə bilməz.
18.14. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir;
18.15. Əgər sonradan Sığorta hadisəsinin olmaması xxxx xxxxx olunarsa, Sığortaçı tərəfindən ödənilmiş sığorta ödənişi Sığortalı və sığorta ödənişini əldə etmiş digər şəxslər tərəfindən Sığortaçıya xxxx qaytarılmalıdır.
19. Ödənişdən imtinаnın əsasları
19.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
19.1.1. sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 17.3.5-ci maddəsinə riayət edilmədikdə;
19.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
19.1.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
19.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
19.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 17.3.5.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
19.1.6. bu qaydaların 19.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
19.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
19.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
19.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 8.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
19.1.10. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
20. Subroqasiya hüququ
20.1 Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
20.2 Sığortalının (Xxxxxxxxxx şəxsin) zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq su nəqliyyatı vasitəsinin sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20.3 Sığortalı (Faydalanan şəxs) sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
20.4 Sığortalı (Xxxxxxxxxx şəxs) şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ya artıq həyata keçirilmiş sığorta ödənişinin qaytarmasını tələb edə bilər.
20.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
21. Tərəflərin məsuliyyəti
21.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
22. İş sirlərinin gizli saxlanılması
22.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır
23. Mübahisələrin həlli qaydası
23.1.Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
“PAŞA Sığorta” ASC
Su nəqliyyatı vasitələrinin sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələrinin əsaslandırılarkən əvvəlcə netto-dərəcə hesablanılır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
l)Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,01;
2)Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği(So) – 20 000 000 manat; 3)Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) – 2 000 000 manat; 4)Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) -15.
Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə=100qSö/So = 0,01*100*2000000 / 20 000 000 = 0,1 AZN.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr= l,2Tə*a*((l-q)/(nq)) ½= = 0,1.1,2.2.((l-0,01)/(0,01.10)) ½= = 0,756 AZN Tn = Tə + Tr = 0,1 + 0,756 = 0,856 AZN.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-50%, yüklənmə-50%.
O cümlədən işlərin apanlması xərcləri-44%, məcburi ödəmələr -0,3%, tarif mənfəəti-5,7%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən Tb = Tn /(1-f) = 0,856/(1-0,5) = 1,712 manat.
Reysə görə zədələnmə, reysə görə məhv olma və sığortanın hansı variantlarda apanlmasmdan asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,1%-10% aralığında dəyişir.