KOMMERSİYA FӘALİYYӘTİNİN DAYANMASININ SIĞORTASI QAYDALARI
«Razılaşdırılmışdır»
Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin Dövlәt Sığorta Nәzarәti Xidmәtinin rәisi
N. Xәlilov
«10» dekabr 2012-ci il
«Tәsdiq edirәm»
«Atәşgah» Sığorta Şirkәti ASC-nin İdarә heyәtinin sәdri
X.X. Xxxxxxx
«08» oktyabr 2012-ci il
KOMMERSİYA FӘALİYYӘTİNİN DAYANMASININ SIĞORTASI QAYDALARI
“Atәşgah” Sığorta Şirkәti 2012
MÜNDӘRİCAT
Anlayışlar
Maddә 1. Sığortaçı
Maddә 2. Sığortalı (sığorta olunan)
Maddә 3. Faydalanan şәxs
Maddә 4. Sığorta sinfi vә sığorta obyekti Maddә 5. Sığorta hadisәlәri vә sığorta risklәri Maddә 6. İstisnalar
Maddә 7. Sığorta tәminatının müddәti
Maddә 8. Sığortanın әrazisi
Maddә 9. Sığorta mәblәği vә azadolma mәblәği
Maddә 10. Sığorta haqqı
Maddә 11. Sığorta haqqının ödәnilmәsi Maddә 12. Sığorta haqqının qaytarılması Maddә 13. Sığorta müqavilәsinin bağlanması
Maddә 14. Sığorta müqavilәsi bağlanan zaman sığortalı tәrәfindәn bildirilmәli xxxx xxxxxx
Maddә 15. Sığorta Şәhadәtnamәsinin bu qaydalar üzәrindә üstünlüyü
Maddә 16. Xüsusi şәrtlәr
Maddә 17. Sığorta müddәti
Maddә 18. Sığorta riskinin artması
Maddә 19. Sığorta müqavilәsinә әlavәlәr vә dәyişikliklәr edilmәsi vә xitam verilmәsi qaydası Maddә 20. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam vermә ilә bağlı xәbәrdar etmә Maddә 21. Sığorta hadisәsi zamanı:
Maddә 22. Ziyanın qarşısının alınması vә hәcminin azaldılması
Maddә 23. Sığortaçı tәrәfindәn nәzarәt
Maddә 24. Sığorta hadisәsisini sübut etmәk vәzifәsi Maddә 25. Zәrәr vә ziyanın müәyyәnlәşdirilmәsi Maddә 26. Sığorta ödәnişi
Maddә 27. Sığorta ödәnişini vermәkdәn imtina
Maddә 28. Zәrәr vә ödәnişin sona çatması
Maddә 29. Xxxxxxxx şәxsә qarşı iddia hüququnun sığortaçıya keçmәsi Maddә 30. Sığortalının cavabdeh şәxsә qarşı iddia hüququndan imtina etmәsi Maddә 31. Üçüncü şәxslәr tәrәf indәn zәrәrin ödәnilmәsi
Maddә 32. Mәhkәmә aidiyyәti
Maddә 33. İddia müddәti
ANLAYIŞLAR:
Әgәr kontekstdә başqa hal nәzәrdә tutulmamışdırsa, qaydalarda istifadә olunan termin vә anlayışlar aşağıdakı mәnaları daşıyır:
ÜMUMİ
Sığortaçı - sığorta muqavilәsinin tәrәflәrindәn xxxx xxxx, sığorta xidmәtlәri göstәrәn vә sığorta hadisәsi baş verәn zaman müәyyәn mәblәği ödәmәk öhdәliyi daşıyan sığorta şirkәti.
Sığortalı (vә ya Sığorta olunan) - sığorta haqqı ödәyәn vә Fayda әldә edәnin olmaması halında sığortaçıdan sığorta ödәnişini almaq hüququna xxxxx xxxx sığorta müqavilәsinin tәrәflәrindәn biri.
Faydalanan şәxs - sığorta şәhadәtnamәsinin әslinә malik olması şәrtilә sığorta ödәnişini xxxx vә ya xxxxxx xxxx şәxs.
Sığorta müqavilәsi – Sığortalının (vә ya Sığorta olunanın) ödәdiyi sığorta haqqı muqabilindә Sığortaçı tәrәfindәn sığorta obyektinә dair bu Qaydalara vә Sığorta Şәhadәtnamәsinә әsasәn sığorta tәminatının verilmәsi haqqında yazılı razılaşma. Sığorta Müqavilәsi bu Qaydalardan vә Sığorta Şәhadәtnamәsindәn ibarәtdir. Tәrәflәrin imzaladığı bütün dәyişikliklәr, әlavәlәr vә düzәlişlәr sığorta müqavilәsinin tәrkib hissәsidir.
Sığorta Şәhadәtnamәsi - Sığorta Müqavilәsinin bağlanmasını tәsdiq edәn, bu Qaydalarla birgә Sığorta Müqavilәsinin tәrkib hissәsini tәşkil edәn, Sığortaçı tәrәfindәn buraxılan vә bu Qaydalara münasibәtdә üstün hüquqi qüvvәyә xxxxx xxxx sәnәd.
Kommersiya fәaliyyәti - qazanc әldә etmәk üçün hәyata keçirilәn bütün növ fәaliyyәtlәr.
Gәlir İtkisi - kommersiya fәaliyyәtinin dayanması vә ya istehsalın zәiflәmәsi nәticәsindә, sığorta tәminatı müddәtindә ümumi mәdaxildә baş verәn azalmanın vә bu azalmanın aradan qaldırılması üçün çәkilәn xәrclәrin sәbәb olduğu xalis gәlir itkisi nәzәrdә tutulur.
Daimi xәrclәr - müәyyәn dövrdә istehsalın hәcmi dәyişәn zaman ümumi mәblәği dәyişmәyәn xәrclәrdir.
Dәyişәn xәrclәr - mәhsul buraxlışının hәcmindәn asılı olaraq kәmiyyәtcә mütәnasib dәyişәn resurslara (xammal, material, yanacaq, әmәk haqqı vә.s) müәssisәnin çәkdiyi xәrclәrdir.
Dövriyyә - Müәssisәnin müqavilәdә göstәrilәn kommersiya fәaliyyәti ilә әlaqәdar satışlardan vә tәklif etdiyi xidmәtlәrdәn әldә etdiyi gәlirlәrin cәmi nәzәrdә tutulur.
İllik dövriyyә - Hadisә tarixindәn әvvәlki 12 ay әrzindәki dövriyyә anlaşılır.
Standart dövriyyә - Tәminat müddәtinin 12 aydan artıq olduğu hallarda illik dövriyyәyә uyğun olaraq müәyyәn edilәn dövriyyәdir.
Ümumi gәlir nisbәti - Hadisә tarixindәn әvvәlki fәaliyyәt ilindә әldә olunan ümumi gәlirin dövriyyәyә nisbәtini bildirir.
Sığorta müddәti - Sığorta risklәrinin sığortalanmış hesab olunduğu müddәt.
Mәsuliyyәtin hәddi - hәr sığorta hadisәsinә görә Sığortaçının Sığortalıya ( vә ya Sığorta olunana) vermәli olduğu sığorta ödәnişinin hәddi.
Sığorta tarifı - sığorta haqqının sığorta mәblәğindәn (mәsuliyyәtin hәddindәn) faizlә dәrәcәsi.
Sığorta haqqı - sığortaya görә sığortalının sığortaçıya ödәmәli olduğu pul mәblәği.
Azadolma mәblәği - zәrәrin Sığortalı (vә ya Sığorta olunan) tәrәfindәn ödәnilәn vә Sığortaçının sığorta ödәnişindәn çıxdığı ilk hissәsi.
Sığorta ödәnişi – Sığortalının qanunvericiliyә әsasәn ödәmәli olduğu mәblәğlәrin әvәzini vermәk mәqsәdilә Sığortaçı tәrәfindәn ödәnilәn mәblәğ.
Xüsusi şәrtlәr (zәmanәtlәr) - sığorta müqavilәsinin Xüsusi şәrtlәri dedikdә o şәrtlәr başa düşülür ki, sığortalı tәrәfindәn onların yerinә yetirilmәmәsi sığortaçıya sığorta ödәnişini vermәkdәn imtina etmәk vә ya sığorta müqavilәsini lәğv etmәk hüququ verir.
Sığortanın arazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müәyyәn әrazi (yer).
XÜSUSİ
Yurisdiksiya - Sığortaçı tәrәfindәn sığorta ödәnişinin verilmәsi üçün Sığortalıya qarşı birinci instansiya mәhkәmәsinin qәrarının çıxarılmalı olduğu yurisdiksiya.
Hüquqi xәrclәr - sığorta hadisәsinin nәticәsindә Sığortalıya qarşı irәli sürülәn iddiaların araşdırılması vә müdafiәsi üçün Sığortaçının razılığı ilә Sığortalı tәrәfindәn çәkilәn zәruri xәrclәr.
İllik ümumi hәdd - Sığortaçının әvvәlcәdәn yazılı razılığı ilә ödәnilmiş hüquqi xәrclәr istisna olmaqla, Sığortaçı tәrәfindәn sığorta müddәti әrzindә ödәnilә bilәcәk sığorta ödәnişlәrinin cәmi.
Maddә 1. Sığortaçı
1.1. Bu qaydalara әsasәn Sığortaçı dedikdә "Atәşgah” Sığorta Şirkәti ASC başa düşülür.
Maddә 2. Sığortalı (sığorta olunan)
2.1. Sığorta müqavilәsindә (Şәhadәtnamәdә) göstәrilәn vә sığorta obyektinә münasibәtdә sığorta xxxxxx xxxx hәr hansı bir hüquqi vә ya fıziki şәxs Sığortalı (Sığorta olunan) ola bilәr.
2.2. Bu qaydalar daxilindә Sığortalının (Sığorta olunanın) hәrәkәtlәrinә onun işçilәrinin, rәsmi şәxslәrinin, o cümlәdәn Azәrbaycan Respublikasının qanunvericiliyinә, “Sığorta fәaliyyәti haqqında” Qanuna, sığorta şәhadәtnamәsinә vә vәzifә öhdәliklәrinә әsasәn Sığortalı (Sığorta olunan) adından çıxış etmәk sәlahiyyәti xxxx digәr nümayәndәlәrinin hәrәkәtlәri dә aid edilir.
Maddә 3. Faydalanan şәxs
3.1. Sığorta müqavilәsi Sığorta obyektinin qorunmasında maraqlı xxxx başqa şәxsin (Faydalanan şәxs) xeyrinә dә bağlanıla bilәr.
3.2. Sığorta müqavilәsinin başqa şәxsin (Faydalanan şәxsin) xeyrinә bağlanması Sığortalını (Sığorta olunanı) şәhadәtnamәyә әsasәn mәsuliyyәtdәn azad etmir.
3.3. Bu qaydalarla vә sığorta şәhadәtnamәsi ilә Sığortalıya (Sığorta olunana) aid edilәn bütün müddәalar sığortadan mәnfәәt götürmәk niyyәtindә xxxx Faydalanan şәxsә dә eyni ölçüdә aid edilir.
Maddә 4. Sığorta sinfi vә sığorta obyekti
4.1 Bu Qaydalara әsasәn tәqdim olunan sığorta mәhsulu sığorta obyektinә görә әmlak sığortasına aid xxxx sığortalının kommersiya fәaliyyәtindә sığorta hadisәsi nәticәsindә baş verәn fasilә ilә әlaqәdar, onun әmlak mәnafelәrinә әldәn çıxan fayda vә әlavә xәrclәrlә bağlı dәyәn zәrәrin әvәzinin tam vә ya qismәn ödәnilmәsi üçün sığorta ödәnişinin hәyata keçirilmәsini nәzәrdә tutan işin dayanması ilә bağlı risklәrdәn sığorta sinfinә aiddir.
4.2 Hazırkı qaydalara әsasәn bağlanan müqavilәnin obyekti bu qaydaların 5-ci maddәsindә qeyd edilәn hadisәlәr nәticәsindә kommersiya fәaliyyәtinin qismәn vә ya tamamilә dayandırılması vә yaxud istehsalın zәiflәmәsi risklәri ilә bağlı Sığortalının әmlak maraqlarıdır.
4.3 Sığorta obyektinә bu qaydaların 5-ci Maddәsinin 5.5 bәndindә qeyd edilәn daimi xәrclәr vә fәaliyyәtdәn xxxx gәlir itkisi aiddir. Bu gәlirlәr aşağıdakı kimi formalaşırlar:
- İstehsalat müәssisәlәrindә - mәhsul istehsalı hesabına;
-Xidmәt sahәlәrindә fәaliyyәt göstәrәn müәssisәlәrdә - xidmәt göstәrilmәsi hesabına;
- Ticarәtlә mәşğul xxxx müәssisәlәrdә - maddi zәrәrin baş vermәsi nәticәsindә istehsalatda fasilә yaranmasaydı, mәhsulun satışı hesabına.
Maddә 5. Sığorta hadisәlәri vә sığorta risklәri
5.1 Sığorta hadisәsi dedikdә Sığortaçının qanunvericiliklә vә ya müqavilә ilә müәyyәn olunmuş qaydada Sığortalıya sığorta ödәnişini vermәk ödәliyi yaradan xxx xxxx düşülür.
5.2 Bu qaydalara görә sığorta hadisәsi Sığortalının sığorta müqavilәsindә qeyd edilmiş kommersiya fәaliyyәtinin qismәn vә ya tamamilә dayandırılması vә yaxud istehsalın zәiflәmәsi hesab edilir.
5.3 Sığortalının kommersiya fәaliyyәtinin dayanması üzrә sığorta hadisәsi yalnız sığortalının kommersiya fәaliyyәtini hәyata keçirәrkәn istifadә etdiyi bina, avadanlıq, dәzgah, qurğu vә әmtәәlәrә, qüvvәdә xxxx әmlakın yanğın vә digәr risklәrdәn (yanğın, partlayış, ildırım çaxması, tәbii fәlakәtlәr vә s.) sığortası müqavilәsi ilә tәminat verilәn hadisәnin baş vermәsi nәticәsindә hesab edilir.
5.4 Aşağıda qeyd edilәn әmlaklara ziyan dәymәsi nәticәsindә baş vermiş hadisә sığorta hadisәsi hesab edilmir:
5.4.1 Sığortalıya (vә ya Sığorta Olunana) mәxsus xxxx xxxxxx (aşağıdakılar daxil olmaqla, xxxxx, onlarla mәhdudlaşmayaraq: nağd pul, banknotlar, hәr hansı valyuta, çeklәr, poçt vә pul sifarişlәri, poçt ştampları vә markaları, vauçerlәr, sәhmlәr, qiymәtli kağızlar, istiqrazlar), sәnәdlәr, plan, çertyojlar, fotoşәkillәr, perfokartlar, maqnit lentlәri vә ya digәr informasiya daşıyıcıları, mühasibatlıq sәnәdlәri vә ya hәr hansı yazılı formada xxxx qeydlәr;
5.4.2 Külçә vә digәr formada xxxx әlvan metallar, nәcib metallar, qiymәtli daşlar vә zinәt әşyaları vә s. ;
5.4.3 Marka kolleksiyası, sikkә, pul nişanları, bon vә digәr kolleksiyalar, elәcә dә rәsm әsәrlәri, şәkillәr, heykәltәrәşlıq әsәrlәri, digәr incәsәnәt әsәrlәri;
5.4.4 Silah vә döyüş sursatları;
5.4.5 Tikilişi başa çatmamış obyektlәr;
5.4.6 Heyvandarlıq vә kәnd tәsәrrüfatı;
5.4.7 İstifadә müddәti vә reallaşma müddәti bitmiş mәhsullar;
5.5 Bu qaydalara әsasәn sığorta müqavilәsi üzrә Sığortaçı sığorta müddәti әrzindә Sığortalının kommersiya fәaliyyәtinin dayanması әrzindә yaranmış daimi xәrclәri ödәyir. Bu xәrclәrә aşağıdakılar aiddir:
a) Sığortalının әmәk müqavilәlәri, mülki-hüquq müqavilәlәrinә әsasәn işçilәrinә ödәdiklәri әmәk haqları;
b) İcarә müqavilәsinә әsasәn, bu cür müqavilәlәr üzrә icarә ödәnişlәri әmlakın zәdәlәnmәsi faktından asılı olmayaraq İcarәçi tәrәfindәn ödәnilirsә, Sığortalının öz fәaliyyәti üçün icarәyә götürdüyü bina, avadanlıq vә digәr әmlaklara görә icarә haqqı.
c) Sosial sığorta orqanları vә analoji orqanlara (Pensiya Fondu, Sosial Sığorta Fondu, Mәşğulluq İdarә vә digәr fondlar) xxxx ödәnişlәr;
d) Dövriyyәdәn vә sığortalanmış fәaliyyәtin nәticәlәrindәn asılı olmayan vergi vә rüsumlar, ö cümlәdәn әmlak vergisi, torpaq vergisi, qeydiyyat rüsumları, lisenziya ya görә haqlar;
e) Sığortalı şirkәt üçün müәyyәn edilmiş normalara әsasәn amortizasiya ayırmaları;
f) Kredit vә ya digәr cәlb olunmuş vәsaitlәr üzrә faizlәr (әgәr bu vәsaitlәr sığortalanmış fәaliyyәtә sığorta hadisәsindәn öncә cәlb edilmiş vә sığorta hadisәsi zamanı dayananmışdırsa)
Maddә 6. İstisnalar
6.1. Әgәr sığorta şәhadәtnamәsindә birbaşa nәzәrdә tutulmamışdırsa, aşağda göstәrilәnlәr üzrә tәminat verilmir:
6.1.1. Әmlakın yanğın vә diәr risklәrdәn sığortası müqavilәsi vә әsas şәrtlәrinin müddәalarına әsasәn tәminat verilmәmiş risklәrin sәbәb olduğu gәlir itkisi.
6.1.2. Mәhsulun әldә olunması ilә bağl xәrclәr vә mәhsulun reallaşması ilә bağlı nәqliyyat xәrclәri;
6.1.3. Dövriyyәdәn alınan vә satınalmaya görә tutulmuş vergilәr, әlavә dәyәr vergisi, mәnfәәt vergisi, aksizlәr, gömrük rüsumları vә digәr vergilәr.
6.1.4. Dәyişәn xәrclәr.
6.1.5. Müqavilә öhdәliklәrinin yerinә yetirmәmәklә әlaqәdar olaraq cәrimәlәr, sanskyalar.
6.1.6. Yüklәmә, qablaşdırma, daşıma ilә әlaqәdar ortaya çıxmış gәlir itkisi.
6.1.7. Müharibә (elan edilib-edilmәmәyindәn asılı olmayaraq), vәtәndaş müharibәsi, hәrbi әmәliyyatlar, tәcavüz, istila, işğal, düşmәnçilik aktları, xarici düşmәnlәrin aksiyaları, üsyan, qiyam, tәtil, inqilab, ictimai iğtişaşlar, xalq hәrәkatı, çevriliş, silahlı yolla hakimiyyәtin qәsb edilmәsi, terrorizm, sabotaj vә bunların nәticәlәri;
6.1.8. ionlaşdırıcı şüalanma vә ya nüvә yanacağından çirklәnmә nәticәsindә radioaktivlik vә ya nüvә yanacağının yandırılmasından әmәlә gәlәn hәr hansı nüvә tullantıları;
6.1.9. radioaktiv zәhәrli partlayıcı vә ya hәr hansı partlayıcı nüvә qurğusundan vә ya nüvә yanacağının yandırılmasından әmәlә gәlәn nüvә tullantılarının digәr tәhlükәli qalıqları.
6.1.10. Sığortalı vә ya onun nümayәndәlәrinin qәsdli hәrәkәtlәri vә ya qәsdәn edilәn etinasızlıq;
6.1.11. Sığorta müqavilәsi üzrә hәr hansı bir iddia ortaya çıxan zaman eyni mәsuliyyәt üzrә başqa bir sığorta tәminatı olduğu müәyyәnlәşәrsә.
6.1.12. Sığorta tәminatının әhatә әrazisindәn kәnarda baş verәn hadisәlәr;
6.1.13. Bina vә tikililәrdә vә ya digәr әrazilәrdә aparılan hәr hansı tikinti işlәri nәticәsindә (tәzәlәmә, tәmir vә yenilәşdirmә işlәri daxil olmaqla) iş fәaliyyәti prosesinin dayanma halları.
6.1.14. Şaxta nәticәsindә dәymiş hәr hansı itki, zәrәr vә ya mәhv olma.
6.1.15. Valyuta mübadilәsi kursunun fәrqi.
6.1.16. Sığortalının (vә ya Sığorta Olunanın) alkoqolun, toksik vә ya narkotik maddәlәrin tәsiri altında etdiyi hәrәkәt (hәrәkәtsizlik) nәticәsindә baş vermiş hadisәlәr.
6.1.17. Sığorta müqavilәsinin qüvvәdә olma müddәtindә baş vermiş, xxxxx sәbәbi müqavilәnin qüvvәyә minmә tarixindәn әvvәl yaranmış hadisәlәr.
6.1.18. Sәs vә ya sәsin sürәtindәn yüksәk sürәtlә hәrәkәt edәn tәyyarәlәr vә digәr hava aparatları ilә bilavasitә vә ya
6.1.19. Sәlahiyyәtli şәxsin hәrәkәti vә ya qәrarı ilә әlaqәdar yaranmış zәrәrlәr.
6.1.20. Partnyorların müqavilә öhdәliklәrini yerinә yetirmәmәlәri ilә bağlı yaranmış zәrәrlәr.
Maddә 7. Sığorta tәminatının müddәti
7.1. Sığortaçı, bu şәrtlәrin 4.1 bәndinin müddәalarının yerinә yetirilmәsi vә sığorta şәhadәtnamәsindә göstәrilәn maksimum tәminat müddәtindәn xxx olmaması şәrtilә, hadisә baş verdiyi tarixdәn, kommersiya fәaliyyәtinin dayanması vә ya istehsalın zaiflәmәsinin tamamilә aradan qaldırılacağı vaxta qәdәr keçәcәk müddәt әrzindә meydana gәlәcәk gәlir itkilәrinә görә mәsuliyyәt daşıyır.
Maddә 8. Sığortanın әrazisi
8.1. Әgәr şәhadәtnamәdә sığortanın әrazisi göstәrilmişdirsә, yalnız hәmin әrazidә baş verәn sığorta hadisәlәri bu sığorta tәminatına daxildir. Şәhadәtnamәdә әksi göstәrilmәmişdirsә, sığorta Azarbaycan Respublikasının әrazisindә qüvvәdәdir.
Maddә 9. Sığorta mәblәği vә azadolma mәblәği
9.1. Sığorta mәblәği sığorta şәhadәtnamәsinә әsasәn Sığortaçının Sığortalıya vermәyi öhdәsinә götürüdüyü ödәnişin hәdlәrini özündә әks etdirir.
9.2. Sığorta şәhadәtnamәsindә başqa hal nәzәrdә tutulmamışdırsa, Sığorta mәblәği sığortanın qüvvәdә olduğu müddәt әrzindә baş verәn bütün sığorta hadisәlәri ilә әlaqәdar verilәn sığorta tәminatı ödәnişinin maksimum miqdarını müәyyәn edir.
9.3. Müqavilә üzrә azadolmanın aşağıdakı növlәrindәn biri tәtbiq edilә bilәr:
9.3.1. Gözlәmә müddәti – sığorta hadisәsi nәticәsindә hәmin müddәt әrzindә yaranan itkilәrin әvәzinin ödәnilmәsi sığortalının üzәrindә qalır.
9.3.2. Şәrtsiz azadolma mәblәği – sığorta hadisәsi nәticәsindә yaranan itkilәrin vә ya dәyәn zәrәrin sığorta tәminatı ilә әhatә olunmayan vә sığortalının üzәrindә qalan hissәsidir. Azadolma mәblәği sığorta müqavilәsinә uyğun olaraq müәyyәn edilәn sığorta ödәnişi mәblәğinә tәtbiq olunur.
Maddә 10. Sığorta haqqı
10.1. Sığorta haqqı sığorta şәhadәtnamәsindә göstәrilәn müddәtdә vә qaydada Sığortalı tәrәfindәn sığorta üçün ödәnilәn haqdır.
10.2. Sığorta haqqının miqdarı sığorta tariflәrinә әsasәn hesablanır.
Maddә 11.Sığorta haqqının ödәnilmәsi
11.1. Sığorta haqqının ödәnildiyi gün onun Sığortaçının bank hesabına daxil olduğu vә ya nağd ödәmә zamanı Sığortaçının kassasına daxil olduğu gün hesab olunur.
11.2. Sığorta müqavilәsindә başqa hal nәzәrdә tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı tәrәfindәn tam mәblәğdә, sığorta haqqı hissә-hissә ödәnilirsә sığorta haqqının birinci ödәnişi Sığortaçının tәqdim etdiyi hesabın şәrtlәrinә müvafiq olaraq Sığortaçının bank hesabına köçürülmәsi yolu ilә ödәnilir.
11.3. Sığorta haqqı vә ya onun birinci hissәsi Sığortaçı tәrәfindәn tәqdim olunmuş hesabda vә ya sığorta haqqının mәblәği vә ödәnilmә qaydası barәdә mәlumatı özündә әks edәn digәr sәnәddә göstәrilmiş müddәt әrzindә ödәnilmәdikdә, Sığortaçı onun ödәnilmәsi üçün bu qaydaların 10.4.-cü bәndinin tәlәbini nәzәrә alaraq yazılı surәtdә 15 (on beş) günәdәk müddәt müәyyәn edә bilәr.
11.4. Hәr bir halda sığorta haqqı vә ya onun razılaşdırılmış ilk hissәsi sığorta müqavilәsi bağlandığı gündәn 1 aydan gec olmayaraq ödәnilmәlidir.
11.5. Әgәr sığorta hadisәsinin baş vermәsi günündә sığorta haqqı vә ya onun birinci hissәsi müqavilәnin şәrtlәrinә uyğun hәlә dә ödәnilmәyibsә, Sığortaçı öz öhdәliklәrindәn azad edilir.
11.6. Sığorta haqqı hissә-hissә ödәnildiyi halda növbәti ödәnişin ödәnilmәdiyi, vaxtından gec vә ya az mәblәğdә ödәnildiyi halda, Sığortaçının sığorta müqavilәsi üzrә öhdәliklәri sığorta haqqının ödәnilmәli gündәn sonrakı növbәti 15 tәqvim günü әrzindә qüvvәdә qalır vә sığorta ödәnişinin hәyata keçirilmәsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam hәcmdә ödәnilmiş) hissәsi Sığortaçı tәrәfindәn ödәnişdәn tutula bilәr. Әgәr hәmin borc müqavilә ilә sığorta haqqının ödәnilmәsi günü kimi şәrtlәşdirilmiş gündәn sonra 15 tәqvim günü әrzindә ödәnilmәyibsә Sığortaçı sığorta müqavilәsindә göstәrilәn sığorta
hadisәlәri üzrә mәsuliyyәt daşımır.
11.7. Sığortaçının mәsuliyyәti borcun, yәni gecikdirilmiş (natamam hәcmdә ödәnilmiş) ödәnişin, ödәnildiyi gün saat 24:00- xxx bәrpa olunur vә Sığortaçının mәsuliyyәti bәrpa olunduqdan sonra baş vermiş, sığorta müqavilәsindә şәrtlәşdirilmiş sığorta hadisәlәrini әhatә edir.
11.8. Sığortalı sığorta haqqının ödәnilmәsini gecikdirirsә, sığortaçı AR Mülki Mәcәllәsinin 23-cü fәslinә әsasәn dәymiş zәrәrin vә cәrimәnin ödәnilmәsini tәlәb edә bilәr.
Sığortalının sığorta haqqını ödәmәmәyi sәbәbindәn Sığortaçı tәrәfindәn sığorta müqavilәsinin lәğv edilmәsi, Sığortalını Sığortaçıya, onun öz öhdәliklәrini yerinә yetirdiyi müddәti üzrә, sığorta haqqının ödәnilmәli xxxx hissәsinin ödәmәsindәn azad etmir.
Maddә 12. Sığorta haqqının qaytarılması
12.1. Sığorta müqavilәsinә sığortalının tәlәbi ilә vaxtından әvvәl xitam verildikdә, sığortaçı çәkilmiş xәrclәr çıxılmaqla müqavilәnin qurtarmamış müddәti üçün sığorta haqları ona qaytarır, әgәr bu tәlәb sığortaçının sığorta qaydalarını pozması ilә bağlıdırsa, o, sığorta haqlarını sığortalıya bütünlüklә qaytarır. Sığorta müqavilәsinә sığortaçının tәlәbi ilә vaxtından әvvәl xitam verildikdә o, sığortalının sığorta haqlarını bütünlüklә qaytarır; әgәr bu tәlәb sığortalının sığorta qaydalarını yerinә yetirmәmәsi ilә bağlıdırsa, sığortaçı çәkilmiş xәrclәr çıxılmaqla müqavilәnin qurtarmamış müddәti üçün sığorta haqlarını qaytarır.
Maddә 13. Sığorta müqavilәsinin bağlanması
13.1. Bu qaydalara әsasәn Sığortaçı Sığorta müqavilәsini Sığortalı ilә bağlayır.
13.2. Sığorta müqavilәsini bağlamaqdan ötrü Sığortalı özünә mәlum xxxx, Sığortaçının sığorta riskinin dәrәcәsini müәyyәnlәşdirilmәsinә tәsir edә bilәcәk halları özündә әks etdirәn, müәyyәn olunmuş formada yazılı әrizәni dolduraraq Sığortaçıya tәqdim etmәlidir. Bu әrizә Sığorta müqavilәsinin tәrkib hissәsi hesab edilir.
13.3. Әgәr başqa hal nәzәrdә tutulmamışdırsa, Sığorta müqavilәsi onun bağlanmasına dalalәt edәn sığorta şәhadәtnamәsindә göstәrilәn tarixdә 00:01-dә qüvvәyә minir.
Maddә 14. Sığorta müqavilәsi bağlanan zaman sığortalı tәrәfindәn bildirilmәli xxxx xxxxxx
14.1. Sığorta müqavilәsi bağlanarkan Sığortalı xxxxxx baş vermә ehtimalının müәyyәn edilmәsi vә mümkün itkilәrin hәcminin hesablanması üçün әhәmiyyәt daşıyan vә xәbәrdar olduğu bütün faktları vә halları bildirmәyә borcludur. Sığortaçının müqavilәdәn imtina etmәk vә ya onu mәzmunu dәyişdirilmiş şәkildә bağlamaq qәrarına tәsir göstәrә bilәn vә/vә ya sığortalıya yazılı şәkildә aydın vә birmәnalı sorğu verilmiş hallar (faktlar) әhәmiyyәtli sayılır.
Sığortalının mәlumatının yalan, yanlış vә yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqavilәsini imzalamaya vә ya bunu öyrәndikdә vә ya bu haqda Sığortalı tәrәfindәn ona mәlumat verildikdә:
14.1.1. Sığortalı bunu qәsdәn etmişdirsә, sığortaçı vәziyyәti öyrәndiyi andan etibarәn 1 (bir) ay әrzindә müqavilәni lәğv edә bilәr vә ya müqavilәni davam etdirәrәk hәmin vaxt üçün sığorta haqqı fәrqini tәlәb edә bilәr. Sığortalının öz öhdәliyini bu bәnddә göstәrilәn qaydada pozması ilә bu cür xxxx xxxx Tәrәflәr arasında razılıq әldә edilәnәdәk keçәn müddәt әrzindә baş vermiş sığorta hadisәsi arasında hәr hansı әlaqә olarsa, sığorta ödәnişi vermәkdәn imtina edә bilәr;
14.1.2. Sığortalı bu hәrәkәti bilmәdәn etmişdirsә, sığortaçı vәziyyәti öyrәndiyi tarixdәn etibarәn 1 ay әrzindә müqavilәni lәğv edә bilәr vә ya hәmin vaxt üçün sığorta haqqı fәrqini almaqla müqavilәni davam etdirә bilәr.
14.1.3. Sığortalı tәlәb edilәn sığorta haqqı fәrqini 5 (beş) gün әrzindә Sığortaçıya ödәmәzsә vә ya ödәmәyi yazılı şәkildә öhdәsinә götürmәzsә, sığorta müqavilәsi lәğv edilmiş hesab olunur.
14.1.4. Sığortaçı tәrәfindәn tәtbiq olunan lәğv etmә, bu haqda sığortalıya sifarişli mәktub vasitәsilә mәlumat göndәrildiyi tarixdәn 5 iş günü sonra, sığortalı tәrәfindәn tәtbiq edilәn lәğv etmә bu haqda sığortaçıya sifarişli mәktub vasitәsilә mәlumat göndәrildiyi tarixdәn sonrakı gün saat 00.01-dә hüquqi qüvvәyә minir.
14.1.5. Lәğv etmәnin hüquqi qüvvәyә mindiyi tarixә qәdәr keçәn müddәtin sığorta haqqı, müqavilә sığortaçı tәrәfindәn lәğv edildikdә gün hesabı, sığortalı tәrәfindәn lәğv edildikdә isә qısa müddәtli sığorta kimi hesablanır vә artıq qalan mәblәğ xxxx qaytarılır;
14.2. Vaxtında istifadә olunmayan lәğv etmә vә ya sığorta haqqının fәrqini tәlәb etmә hüququ etibarsız sayılır;
14.2.1. Sığortalının hәrәkәtindә heç bir qәsd müәyyәn edilmәdiyi hallarda sığorta hadisәsi:
- sığortaçı vәziyyәti öyrәnmәmişdan әvvәl;
- sığortaçı müqavilәni lәğv etmәyi tәlәb edә bilәcәyi müddәt әrzindә;
- vә yaxud bu tәklifin hüquqi qüvvә qazanması üçün xxxxx xxxx müddәt әrzindә;
baş verәrsә onda sığortaçı, sığorta ödәnişini sığortalının mәlumatına әsasәn hesablanan sığorta haqqı ilә hәqiqәtdә ödәnilmәli xxxx sığorta haqqı arasındakı nisbәtә uyğun olaraq ödәyir.
Maddә 15. Sığorta Şәhadәtnamәsinin bu qaydalar üzәrindә üstünlüyü
15.1. Sığorta müqavilәsi (şәhadәtnamәsi) imzalanarkan Sığortalı vә Sığortaçı bu qaydaların müddәalarına zidd olmayan әlavә şәrtlәrә dair razılığa gәlәn bilәrlәr.
Maddә 16. Xüsusi şәrtlәr
16.1. Sığorta müqavilәsindә (şәhadәtnamәsindә) bu Qaydalara zidd olmayan xüsusi şәrtlәr müәyyәn oluna bilәr. Sığortalı tәrәfindәn bu xüsusi şәrtlәrin yerinә yetirilmәmәsi Sığortaçının ödәniş vermәkdәn imtina etmәsi vә ya sığorta müqavilәsini (şәhadәtnamәsini) lәğv etmәsi üçün әsasdır.
16.2. Sığortalı mühasibat uçotu işlәrini Azәrbaycan Respublikasının hüquqi aktlarına әsasәn aparmalıdır.
16.3. Son 3 il әrzindә xxxx İnventarizasiya aktları, mühasibatlıq balansı, gәlir vә xәrclәrlә bağlı hesabatlar 2 nüsxәdә olmalıdır. Sәnәdlәrin eyni zamanda mәhv olmasının qarşısını almaq mәqsәdilә bu sәnәdlәr tәhlükәsiz yerdә vә ayrı-ayrılıqda saxlanılmalıdır.
16.4. Hazırkı maddәnin 16.2. vә 16.3.-cü bәndlәrindә qeyd olunanlara riayәt edilmirsә, sığorta hadisәsi zamanı sığortaçının sığorta ödәnişi etmәkdәn o dәrәcәdә hüququ var ki, qeyd olunan bәndlәrә riayәt olunmamasına görә sığortaçının öhdәliyinin hәcmi vә ya yerinә yetirmәk öhdәliyini tәyin etmәk mümkün olmasın.
Maddә 17. Sığorta müddәti
17.1. Sığorta yalnız şәhadәtnamәnin qüvvәdә olduğu müddәt әrzindә baş verәn sığorta hadisәlәrini әhatә edir.
Maddә 18. Sığorta riskinin artması
18.1. Sığorta müqavilәsinin bağlanmasından әvvәl Sığortalı (vә ya Sığorta Olunan) ona mәlum xxxx vә sığorta hadisәsinin baş vermә ehtimalına tәsir göstәrә bilәcәk faktlar vә hadisәnin baş vermәsindәn dәyә bilәcәk zәrәr haqqında mәlumatı Sığortaçıya tәqdim etmәli vә Sığortaçı tәrәfindәn verilmiş sualları cavablandırmalıdır. Bu qayda sığortalanan obyektә baxışın keçirilmәsi zamanı da tәtbiq edilir.
18.2. Sığorta müqavilәsindә başqa hal nәzәrdә tutulmayıbsa, әgәr sığorta müqavilәsi Sığortaçının qoyduğu hәr hansı sualı Sığortalı tәrәfindәn cavabsız qoyularaq bağlanıbsa, Sığortaçı onun müәyyәn faktlardan xәbәrsiz olduğuna istinad etmәklә sığorta müqavilәsinin lәğv edilmәsini vә ya onun etibarsız hesab edilmәsini tәlәb edә bilmәz.
18.3. Әgәr müqavilәnin bağlanmasından sonra xxxxxx dәrәcәsinә tәsir göstәrә bilәcәk hallar barәsindә Sığortalı (vә ya Sığorta Olunan) tәrәfindәn Sığortaçıya yanlış mәlumatların qәrәzli olaraq bildirilmәsi sübut edilәrsә, Sığortaçı müqavilәnin etibarsız hesab edilmәsini tәlәb edә bilәr.
18.4. Sığortalının (vә ya Sığorta Olunanın) gizlәtdiyi faktlar aradan qalxdığı (xxx olduğu) halda Sığortaçı müqavilәnin etibarsız hesab edilmәsini tәlәb edә bilmәz.
18.5. Sığortalı (vә ya Sığorta Olunan) müqavilәnin bağlanması zamanı Sığortaçıya bildirdiyi mәlumat vә faktlarda sığorta müqavilәsinin müddәti әrzindә baş vermiş әhәmiyyәtli vә sığorta riskinin artmasına tәsir göstәrә bilәcәk dәyişikliklәr haqqında Sığortaçıya dәrhal, hәr halda 7 tәqvim günündәn gec olmayaraq mәlumat vermәlidir. Bu vәzifәnin düzgün yerinә yetirilmәsi faktı yazılı sübut ilә tәsdiq olunmalıdır. Bu müddәa Sığortalı tәrәfindәn Sığortaçıya müqavilәnin bağlanmasından әvvәl әrizә formasında tәqdim etdiyi mәlumat vә faktlara aiddir.
18.6. Sığorta riskinin artmasına sәbәb ola bilәcәk faktlar haqqında mәlumatlandırılmış Sığortaçı sığorta müqavilәsi şәrtlәrinin dәyişdirilmәsini vә әlavә sığorta haqqının ödәnilmәsini tәlәb edә bilәr.
18.7. Sığortalı (vә ya Sığorta Olunan) sığorta riskinin artmasına sәbәb ola bilәcәk faktlar haqqında Sığortaçını mәlumatlandırmadığı vә ya sığorta müqavilәsinin şәrtlәrinin dәyişdirilmәsinә vә әlavә sığorta haqqının ödәnilmәsinә etiraz etdiyi halda, Sığortaçı qanunvericiliyә müvafiq sığorta müqavilәsinin lәğv edilmәsini vә lәğv edilmәnin nәticәsindә dәymiş zәrәrin ödәnilmәsini tәlәb edә bilәr.
18.8. Sığorta riskinin artmasına sәbәb ola bilәcәk faktların aradan qalxmasından (xxx olmasından) sonra Sığortaçı heç bir halda müqavilәnin lәğv edilmәsini tәlәb edә bilmәz.
18.9. Sığortalı (vә ya Sığorta Olunan) Sığortaçının razılığı olmadan xxxxxx artmasına sәbәb ola bilәcәk hәr hansı tәdbirin görülmәsinә vә ya onların hәyata keçirilmәsinә razılıq verә bilmәz. Bu müddәanın pozulması Sığortaçını yalnız o halda öz öhdәliklәrinin yerinә yetirmәsindәn azad edir ki, sığorta hadisәsi xxxxxx artmasından sonra baş versin.
18.10. Sığorta riskinin artması sığorta hadisәsinin baş vermәsinә vә Sığortaçının öhdәliyinin yerinә yetirilmәsi hәcminә tәsir göstәrmәdiyi halda Sığortaçının ödәnişin hәyata keçirilmәsi üzrә öhdәliyi qüvvәdә qalır.
18.11. Sığorta müqavilәsinin qüvvәdә olma müddәti әrzindә Sığortaçı Sığortalı (vә ya Sığorta Olunan) tәrәfindәn tәqdim
olunan fakt vә mәlumatların doğruluğunu, xxxxxx artıb-artmamağından asılı olmayaraq sığorta obyektinin vәziyyәtini, saxlanma qaydasını vә dәyәrini yoxlaya bilәr.
18.12. Sığortaçı Sığortalıya (vә ya Sığorta Olunana) sığorta riskinin azalmasına yönәlmiş tәdbirlәrin hәyata keçirilmәsi üzrә mәcburi göstәrişlәr verә bilәr.
Maddә 19.Sığorta müqavilәsinә әlavәlәr vә dәyişikliklәr edilmәsi vә xitam verilmәsi qaydası
19.1. Sığorta müqavilәsinә edilәn әlavәlәr vә dәyişikliklәr yazılı formada tәrtib olunmalı vә hәr iki tәrәfdәn imzalanmalıdır.
19.2. Sığorta müqavilәsinә aşağıdakı hallarda vaxtından әvvәl xitam verilir:
19.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
19.2.2. Qanunvericilikdә müәyyәn edilmiş hallar hallar istisna olmaqla, Sığortalı fiziki şәxs öldükdә vә ya Sığortalı hüquqi şәxs lәğv olunduqda;
19.2.3. Sığorta hadisәsinin baş vermәsi ehtimalı olmadıqda vә sığorta riskinin mövcudluğu, sәbәbi sığorta hadisәsi olmayan hallara görә başa çatdıqda;
19.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdәliklәrini yerinә yetirdikdә;
19.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;
19.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdә vә Sığorta müqavilәsindә müәyyәn edilәn qaydada ödәmәdikdә;
19.2.7. Qanunvericilikdә müәyyәn edilmiş digәr hallarda.
Maddә 20. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam vermә ilә bağlı xәbәrdar etmә
20.1. Bu Qaydaların 18.2-ci bәndindә göstәrilәn hallarda Sığorta müqavilәsinә vaxtından әvvәl xitam verilmәsi üçün әsas xxxx şәrait yarandıqda, Sığorta müqavilәsinә xitam verilmәsindә maraqlı xxxx tәrәf dәrhal digәr tәrәfi bu barәdә xәbәrdar etmәlidir.
20.2. Sığorta müqavilәsindә nәzәrdә tutulmuş hallarda, hәmçinin tәrәflәrin başqa cür razılaşmasına әsasәn, sığorta müqavilәsinә Sığortalının vә ya Sığortaçının tәlәbi ilә vaxtından әvvәl xitam verilәrkәn, bu barәdә bir tәrәf digәrinә әn azı 30 (otuz) gün әvvәl (sığorta müqavilәsi beş ildәn xxx müddәtә bağlanmış olduqda 60 (altmış) gün, üç aydan az müddәtә bağlanmış olduqda isә 5(beş) iş günü әvvәl), tәlәbini әsaslandırdığı yazılı bildiriş göndәrmәlidir. Belә bildiriş Sığorta müqavilәsinin lәğvi tarixini özündә әks etdirmәklә Sığortalının vә ya Sığortaçının Sığorta müqavilәsindә göstәrilәn ünvanına göndәrildikdә, Sığorta müqavilәsi bildirişdә göstәrilәn tarixdәn lәğv edilmiş sayılır. Bu bildirişin poçt vasitәsilә göndәrilmәsi, yuxarıda göstәrildiyi kimi, hәmin xәbәrdarlığın edilmәsi faktının sübut edilmәsi ücün kifayәtdir vә Sığorta müqavilәsi bildirişdә göstәrilәn tarixdәn vә vaxtdan etibarsız sayılacaq.
Maddә 21. Sığorta hadisәsi zamanı:
Sığortalı (vә ya Sığorta olunan):
21.1 Bu Qaydalar әsasında bağlanmış Sığorta müqavilәsi üzrә sığorta hadisәsinin baş vermәsi barәdә Sığortalı, yaxud Faydalanan şәxs hadisәdәn xәbәr tutduqdan dәrhal sonra vә ya mümkün xxxx әn qısa müddәt әrzindә Sığortaçıya vә ya onun nümayәndәsinә, eyni zamanda qanunvericiliyә uyğun olaraq hәmin hadisә barәdә mәlumatlandırılmalı xxxx sәlahiyyәtli dövlәt orqanlarına hәr hansı vasitә ilә xәbәr vermәlidir.
21.2 Hadisәnin baş verdiyi tarixdәn zәrәrin müәyyәn edilmәsinә qәdәr keçәn müddәt әrzindә, müәssisәdәki istehsalın zәiflәmәsini vә ya dayanmanı aradan qaldırmaq vә ya minimuma endirmәk üçün lazımi tәdbirlәr görmәk vә bu mәqsәdlә sığortaçı tәrәfindәn ona verilmiş tәlimat daxilindә bütün imkanlardan istifadә etmәlidir;
21.3 Mәcburi hallar istisna olmaqla, zәrәr müәyyәn olunana vә tәsdiq edilәnә qәdәr hadisәnin baş verdiyi yerlәrdә zәrәrin mәblәğinin müәyyәn edilmәsini çәtinlәşdirәcәk vә yaxud zәrәrin mәblәğini artıracaq formada heç bir dәyişiklik etmәmәlidir;
21.4 Ödәniş tәlәbinin araşdırılması ilә әlaqәdar sığortaçı tәrәfindәn tәlәb edilәcәk mühasibat jurnalı vә qeydiyyatlarını, qәbz vә fakturaları, balans vә digәr sәnәdlәri, lazımi mәlumat vә izahatları, bütün növ sübutları vә zәrәrin tәqsirkar üçüncü şәxslәr tәrәfindәn ödәnilmәsi hüququndan istifadә olunması üçün zәruri mәlumat vә sәnәdlәri, onların hazırlanması vә alınması üçün çәkilәcәk xәrclәrin özü tәrәfindәn ödәnmәsi şәrtilә sığortaçıya vermәlidir;
21.5 Ödәniş cavabdehliyi vә mәblәği, zәrәrin tәqsirkar üçüncü şәxslәr tәrәfindәn ödәnmәsi hüquqlarının müәyyәn edilmәsi üçün sığortaçının vә ya sәlahiyyәtli nümayәndәlәrin sığorta etdirilmiş әmlak vә bunlarla әlaqәdar sәnәdlәr üzәrindә aparacaqları tәdqiqat vә yoxlamalara icazә vermәlidir;
21.6 Gәlir itkisinә sәbәb xxxx hadisәlәrә tәminat verәn sığorta müqavilәlәri vә әgәr bu sığorta ilә әlaqәdar digәr sığorta müqavilәlәri da varsa, bu haqda sığortaçıya mәlumat vermәlidir;
21.7 Tәminat müddәti başa catdıqdan, yaxud ödәnişlәrin dövrlәr üzrә verilmәsi razılaşdırılarsa, hәr bir dövr başa
çatdıqdan sonra maksimum 5 gün әrzindә ödәniş tәlәbini yazılı şәkildә sığortaçıya tәqdim etmәlidir.
Sığortaçı:
21.8 Hadisә baş verdiyi zaman gәlir itkisinin mәblәğini azaltmaq mәqsәdilә hadisәnin baş verdiyi yerlәrә daxil ola bilәrlәr. Sığortaçının bu hәrәkәti onun öz üzәrinә hәr hansı bir öhdәlik götürmәsi vә sığorta şәhadәtnamәsindә nәzәrdә tutulmuş hüquqlarının hәr hansı birindәn mәhrum olunması demәk deyildir.
21.9 Zәrәrin mәblәği ilә әlaqәdar sәnәdlәr ona verildikdәn sonra 30 gün әrzindә lazımi tәdqiqatları sona çatdırıb zәrәr vә ödәnişin miqdarını müәyyәnlәşdirәrәk sığortalıya bildirmәklә ödәmәmәyә görә mәsuliyyәt daşıyır.
Maddә 22. Ziyanın qarşısının alınması vә hәcminin azaldılması
22.1 Sığorta hadisәsi zamanı Sığortalı mümkün ziyanın qarşısını almaq vә miqdarını azaltmaq üçün bütün ağlabatan vә mümkün tәdbirlәri görmәlidir.
22.2 Belә tәdbirlәr hәyata keçirilәrkәn Sığortalı Sığortaçıdan aldığı bütün tәlimatları yerinә yetirmәlidir.
22.3 Sığortalı, bu müqavilәyә әsasәn tәminat verilәn hadisә baş verdiyi zaman; kommersiya fәaliyyәtini imkanı daxilindә davam etdirәrәk gәlir itkisinin qarşısını almağa, mәblәğini vә ya tәsirini azaltmaq üçün zәruri tәdbirlәrin dәrhal hәyata keçirilmәsinә görә mәsuliyyәt daşıyır.
22.4 Tәcili tәdbirlәrә vә sığortaçının hәyata keçirilmәsini tәlәb etdiyi digәr tәdbirlәrә görә çәkilәn xәrclәr sığortaçı tәrәfindәn ödәnilir.
Maddә 23. Sığortaçı tәrәfindәn nәzarәt
23.1 Sığortaçı sığorta hadisәsi vә onun nәticәlәri barәdә Sığortalının bütün hәrәkәtlәrinә nәzarәt etmәk vә sığorta ödәnişinin verilmәsinә tәsir göstәrәn bütün mәsәlәlәr barәdә qәrar vermәk imkanına malik olmalıdır.
23.2 Sığortalı sığorta hadisәsi nәticәsindә zәrәr çәkmiş bütün әmlakı Sığortaçı onlara baxış keçirәnә qәdәr zәdәli olduğu vәziyyәtdә qoruyub saxlamalıdır.
23.3 Sığortaçı, hәmçinin onun sәlahiyyәt verdiyi istәnilәn şәxs üzәrinә heç bir mәsuliyyәt götürmәdәn vә ya sığorta müqavilәsi üzrә Sığortaçının hәr hansı hüquqlarını azaltmadan zәrәrin baş verdiyi xxxxxx girmәk, onu öz sahibliyinә götürmәk vә sahibliyindә saxlamaq, hәmçinin istәnilәn sığortalanmış әmlakı sahibliyinә götürmәk vә ya onun hәr hansı ağlabatan mәqsәdlәr üçün vә üsullarla Sığortaçıya verilmәsini tәlәb etmәk hüququna malikdir. Әgәr yuxarıda sadalanan şәrtlәr yerinә yetirilmәzsә, sığorta ödәnişi verilmir.
23.4 Faktıki tәmir üzrә tәmir xәrclәri Sığortaçı ilә razılaşma әsasında müәyyәnlәşdirildikdә, tәmir başlayana qәdәr tәmir emalatxanası da Sığortaçı ilә razılaşdırılmalıdır.
23.5 Sığortalı sığorta hadisәsinә aid xxxx bütün sәnәdlәri vә mәlumatları Sığortaçıya tәqdim etmәli, hәmçinin hadisәnin bütün digәr iştirakçılarının vә sığorta hadisәsi ilә әlaqәli mәsәlәlәrә baxan sәlahiyyәtli dövlәt orqanlarının fәaliyyәtlәri barәdә ona dәrhal xәbәr vermәlidir.
23.6 Sığortalının Sığortaçı ilә ilkin razılıq olmadan öz mәsuliyyәtinin tanınmasına yönәlmiş hәr hansı hәrәkәti etmәyә, saziş bağlamağa vә ya vәd vermәyә hüququ yoxdur.
23.7 Sığortaçı sığorta hadisәsi ilә bağlı bütün rәsmi vә qeyri-rәsmi araşdırmalarda Sığortalının mәnafelәrini öz hesabına tәmsil vә müdafiә edә bilәr.
Maddә 24.Sığorta hadisәsisini sübut etmәk vәzifәsi
24.1 Sığorta hadisәsi faktının mövcudluğunu vә onun sәbәb olduğu zәrәrin ölçüsünü sübut etmәk Sığortalının vәzifәsidir.
24.2 Sığorta hadisәsi faktının vә şәraitinin, eyni zamanda zәrәrin miqdarının sübut edilmәsi üçün Sığortalı malik olduğu vә hәmçinin qanunvericiliyә vә adi tәcrübәyә muvafiq olaraq әldә etmiş olduğu bütün sәnәdlәri Sığortaçıya tәqdim etmәyә borcludur.
Maddә 25. Zәrәr vә ziyanın müәyyәnlәşdirilmәsi
25.1 Sığorta müqavilәsi ilә tәminat verilәn gәlir itkisinin vә gәlir itkisinin qarşısını almaq vә ya mәblәğini azaltmaq üçün müәssisә fәaliyyәtindәki xәrc artımını mәblәği tәrәflәr arasında imzalanacaq müqavilә ilә müәyyәn edilir.
25.2 Tәrәflәr zәrәrin mәblәği ilә әlaqәdar razılığa gәlә bilmәzlәrsә, zәrәrin mәblәğinin müәyyәn edilmәsi üçün ekspertә (bundan sonra mәtn boyu mustәqil ekspert xxxx xxxx düşülmәlidir) müraciәt etmәk üçün qәrar qәbul edә bilәrlәr.
25.3 Tәrәflәr, mübahisәnin hәlli üçün eksperti birlikdә seçmәk haqqında razılığa gәlәn bilmәzlәrsә, onda Tәrәflәr hәr biri ayrılıqda öz ekspertini seçir vә bunu yazılı formada digәr tәrәfә bildirir. Tәrәflәrin ekspertlәri tәyin olunduqları tarixdәn 7 gün әrzindә, hadisә ilә әlaqәdar tәdqiqata başlamazdan әvvәl üçüncü bitәrәf eksperti seçirlәr. Bitәrәf ekspertin, yalnız tәrәflәrin ekspertlәrinin razılığa gәlә bilmәdiklәri mәsәlәlәr haqqında, onların razılığa gәlә bilmәdiklәri hәdlәr daxilindә olmaq şәrti ilә,
ayrıca vә ya digәr ekspertlәrin birlikdә ümumi bir rәy vermәk sәlahiyyәti vardır. Ekspertin rәyi tәrәflәrә eyni vaxtda bildirilir.
25.4 Tәrәflәrdәn hәr xxxxx xxxx, digәr tәrәf mәlumat verdiyi tarixdәn 15 gün әrzindә öz ekspertini tәyin etmәzsә, yaxud Tәrәflәrin seçdiyi ekspertlәr, üçüncü bitәrәf ekspertin seçilmәsi ilә әlaqәdar tәyin olunduqları tarixdәn etibarәn 7 gün әrzindә razılığa gәlә bilmәzlәrsә, tәrәflәrin ekspertlәri vә ya bitәrәf ekspert, tәrәflәrdәn birinin tәklifi ilә hadisәnin baş verdiyi әrazi üzrә mәhkәmә tәrәfindәn seçilә bilәr.
25.5 Ekspertlәrә, iş qabiliyyәtlәrinin az olmasına görә etiraz oluna bilәr. Ekspertin kimliyinin öyrәnilmәsindәn sonra 7 gün әrzindә istifadә olunmayan etiraz hüququ öz qüvvәsini itirmiş hesab olunur.
25.6 Ekspert vәfat edәrsә, vәzifәsindәn azad edilәrsә vә ya rәdd edilәrsә, onun әvәzinә eyni şәrtlәrlә başqa bir ekspert seçilir vә hadisәnin tәdqiqi yarımçıq qaldığı yerdәn başlayaraq davam etdirilir.
25.7 Sığortalının vәfat etmәsi, tәyin edilmiş eksperti öz mәsuliyyәtindәn azad etmir.
25.8 Zәrәrin mәblәği müәyyәn edildiyi zaman, ekspertlәr lazım bildiklәri dәlillәri, elәcә dә bu zaman istifadә olunacaq qeydlәri vә sәnәdlәri tәlәb edә vә hadisә yerindә tәdqiqatlar apara bilәrlәr.
25.9 Ekspertlәrin vә ya üçüncü bitәrәf ekspertin, zәrәrin mәblәği ilә әlaqәdar verәcәklәri rәy qәtidir vә tәrәflәr bu rәyә amal etmәlidirlәr. Sığortaçı qarşısında iddia vә ya tәlәb qaldırılması hallarında zәrәrin mәblәği ilә әlaqәdar ekspertin rәyi ödәnişin müәyyәn edilmәsi üçün әsas götürülür. Ekspert rәylәrinә, yalnız onların real vәziyyәtdәn açıq-aşkar fәrqlәndiyi zaman etiraz edә bilәr vә hәmin rәyin lәğv edilmәsi ilә bağlı rәyin bildirildiyi tarixdәn etibarәn 7 gün әrzindә hadisәnin baş verdiyi әrazidә yerlәşәn mәhkәmәdә iddia qaldırıla bilәr.
25.10 Tәrәflәr seçdiklәri ekspertin vә üçüncü bitәrәf ekspertin haqqını birlikdә ödәyirlәr.
25.11 Zәrәr mәblәğinin müәyyәnlәşmәsi bu müqavilәdә vә qanunvericilikdә göstәrilәn tәlәb vә şәrtlәrә vә onların tәtbiq edilmәsinә tәsir göstәrilmir.
Maddә 26. Sığorta ödәnişinin hesablanması qaydası
Sığortlanmış әmlaka vurulan zәrәrlәrin hәcmi müәyyәn olunduqdan sonra sığorta ödәnişinin hesablanması aşağıdakı yollarla hәyata keçirilir:
26.1 Sığorta şәhadәtnamәsindә azadolma mәblәği nәzәrdә tutulduqda - azadolma mәblәğinin miqdarı çıxılmaqla zәrәrlәrә tәminat verilir;
26.2 Sığorta şәhadәtnamәsi üzrә sığorta ödәnişlәrinin ümumi miqdarı sığorta mәblәğini aşa bilmәz.
26.3 Sığorta şәhadәtnamәsi ilә tәminat verilәn hadisәyә başqa bir sığorta şәhadәtnamәsi ilә da tәminat verilmiş olarsa vә bu tәminat barәdә Sığortaçıda sığorta müqavilәsi bağlanmazdan әvvәl mәlumat olarsa şәrikli sığorta әsasları tәtbiq edilir;
26.4 Son tәmir xәrclәrinin bir hissәsini tәşkil etmәyәn müvәqqәti tәmir xәrclәri üçün sığortaçı ödәniş vermir.
26.5 Sığorta müqavilәsindә sığortalının kommersiya fәaliyyәtinin spesifık xüsusiyyәtlәrinә uyğun olaraq başqa bir hesab forması vә izahat nәzәrdә tutulmamışdırsa, sığorta ödәnişi, ümumi maliyyә dövriyyәsindәki azalma vә fәaliyyәt xәrclәrinin artması nәticәsindә meydana gәlәn xalis gәlir itkisindәn, tәminat müddәti әrzindә xalis gәlirdәn ödәnilmәli xxxx, xxxxx hadisә baş vermәsinә görә ödәnilmәyәn vә ya qәnaәt edilәn fәaliyyәt xәrclәri çıxılmaqla hesablanır.
26.6 Ümumi maliyyә dövriyyәsinin azalması nәticәsindә meydana gәlәn xalis gәlir itkisi: xalis gәlir nisbәtinin, tәminat müddәti әrzindә vә hadisә baş vermәsinә görә azalmış xxxx dövriyyә mәblәğinә (standart dövriyyә ilә әldә olunan dövriyyә arasındakı fәrqә) tәtbiq edilmәsi yolu ilә hesablanan mәblәğdir.
26.7 Müәssisәnin maliyyә xәrclәrindәki artımın sәbәb olduğu xalis gәlir itkisi: Dövriyyәdәki azalmanın qarşısını almaq mәqsәdilә zәruri vә qәbul edilә bilәn maliyyә yardımıdır. Xxxxx bu xxxxx tәminat müddәti әrzindә baş vermiş olmalı vә azalmasının qarşısı alınan dövriyyә mәblәğinә xalis gәlir nisbәtinin tәtbiq edilmәsi ilә hesablanacaq mәblәğdәn artıq olmamalıdır.
26.8 Sığorta şәhadәtnamәsindә göstәrilәn bütün hesablamalarda ӘDV istisna edilir.
26.9 Sığorta müqavilәsindә başqa hal nәzәrdә tutulmayıbsa, sığorta ödәnişi Azәrbaycan Respublikasının valyutasında ödәnilir. Sığorta mәblәği xarici valyutada müәyyәn edilibsә, sığorta ödәnişi Milli Bankın sığorta hadisәsinin gününә xxxx valyuta mәzәnnәsi ilә ödәnilir.
26.10 Aşağıdakı hallarda Sığortaçı ödәnişin müddәtini uzatmaq hüququnu әldә edir:
26.10.1 Sığortalının (vә ya Sığorta Olunanın) sığorta ödәnişini almaq hüququnun olmasında Sığortaçının şübhәsi yarandığı halda – Sığortalı (vә ya Sığorta Olunan) tәrәfindәn lazımi sübutların tәqdim olunmasına qәdәr, xxxxx Әrizәnin qәbul olunması tarixindәn 30 gün müddәtindәn gec olmayaraq.
26.10.2 Sığortaçının sığorta hadisәsinin doğruluğunu sübut edәn sәnәdlәrin düzgün vә ya etibarlı olmasında şübhәsi yarandığı halda – hәmin sәnәdlәrin düzgün vә ya etibarlı olması tәsdiq olunana qәdәr.
26.10.3 Sığorta hadisәsinin baş vermәsi sәbәblәri ilә bağlı Sığortalıya (vә ya Sığorta Olunana) qarşı tәhqiqat, istintaq vә ya mәhkәmә araşdırması aparılırsa – istintaq vә mәhkәmә orqanı tәrәfindәn müvafiq qәrar qәbul edilәnәdәk.
26.11 Sığorta ödәnişinin hәcmi Sığortalının (vә ya Sığorta Olunanın) üçüncü tәrәfdәn aldığı mәblәğin çıxılmasından sonra,
vә ya bir neçә sığorta şirkәti ilә eyni risklә bağlı sığorta müqavilәlәrinin bağlandığı halda hazırkı Qaydalar әsasında bağlanılmış sığorta müqavilәsi üzrә sığorta mәblәğinin bütün digәr sığorta müqavilәlәri üzrә ümumi sığorta mәblәğinin nisbәtinә müvafiq olaraq, azadolma mәblәğinin tәtbiq olunması şәrti ilә müәyyәn edilir. Sığortalı (vә ya Sığorta Olunan) belә mәblәğlәrin alınması barәdә Sığortaçıya dәrhal mәlumat vermәlidir.
Maddә 27. Sığorta ödәnişini vermәkdәn imtina
27.1 Sığortaçı sığorta ödәnişinin ödәnilmәsindәn aşağıdakı hallarda imtina edә bilәr:
27.1.1 Sığortalının sığorta hadisәsinin baş vermәsi haqqında qanunvericiliyә müvafiq olaraq vә sığorta müqavilәsindә göstәrilmiş müddәt әrzindә vә müәyyәn olunmuş qaydada Sığortaçıya mәlumat vermәmәsi, Sığortaçının hadisәnin sәbәblәrini vә (vә ya) dәyәn zәrәrin hәcmini müәyyәnlәşdirmәk imkanından tam vә ya qismәn mәhrum olması ilә әlaqәdar onun (Sığortaçının) mәnafelәri әhәmiyyәtli dәrәcәdә pozulduqda;
27.1.2 Sığortalı (vә ya Sığorta Olunan) sığorta obyekti, xxxxxx dәyişmәsi vә ya sığorta hadisәsi nәticәsindә dәymiş zәrәrin miqdarı haqqında bilәrәkdәn tәhrif olunmuş vә ya yanlış mәlumatı Sığortaçıya tәqdim edibsә;
27.1.3 Sığortalı (vә ya Sığorta Olunan) dәyә bilәcәk zәrәrlәrin azalması vә ya qarşısının alınması üçün mümkün vә ağlabatan tәdbirlәri görmәk iqtidarında olduğu halda hәmin tәdbirlәri qәsdәn görmәdikdә, xxxxx bu xxxxx sığorta ödәnişindәn o hәcmdә imtina edilә bilәr ki, Sığortalı (vә ya Sığorta Olunan) mümkün tәdbirlәri xxxxxx olsaydı,zәrәrin miqdarı hәmin hәcmdә azalmış olardı;
27.1.4 Qanunvericilikdә nәzәrdә tutulmuş mәsuliyyәti istisna edәn hallardan başqa, Sığortalının (vә ya Sığorta Olunanın), müvafiq zәrәrçәkәnin sığorta hadisәsinin baş vermәsinә yönәlәn qәsdәn etdiyi hәrәkәti vә ya hәrәkәtsizliyi, habelә sığorta hadisәsi ilә birbaşa sәbәb әlaqәsindә xxxx qәsdәn cinayәt törәtmәsi;
27.1.5 Sığortalı (vә ya Sığorta Olunan) hadisә barәdә müvafiq sәlahiyyәtli orqanlara mәlumat vermәdikdә, xxxxx sığorta hadisәsi nәticәsindә dәymiş zәrәrin sәbәbinin vә xarakterinin müәyyәn edilmәsi bunu tәlәb etdikdә;
27.1.6 Müvafiq sәlahiyyәtli orqanlar sığorta hadisәsi faktının baş vermәsini tәsdiq etmәdikdә;
27.1.7 Sığortalı (vә ya Sığorta Olunan) hazırkı Qaydalara uyğun müvafiq sәnәdlәri tәqdim etmәdikdә;
27.1.8 Sığortalı (vә ya Sığorta Olunan) dәymiş zәrәrin әvәzini zәrәrin yaranmasında tәqsirli xxxx şәxsdәn aldıqda;
27.1.9 Sığortalı (vә ya Sığorta Olunan) hazırkı Qaydaların vә sığorta müqavilәsinin şәrtlәrinә vә/vә ya tәlәblәrinә riayәt etmәdikdә, sığorta müqavilәsindәn irәli gәlәn öhdәliklәrini yerinә yetirmәdikdә;
27.1.10 Sığortaçının sığorta hadisәsinin baş vermәsi sәbәblәrini araşdırmasına Sığortalı (vә ya Sığorta Olunan) tәrәfindәn maneçilik törәdilmәsi vә ya zәrәrin hәcmini müәyyәn etmәk imkanından tam vә ya qismәn mәhrum etmәsi;
27.1.11 Baş vermiş hadisәnin qanunvericiliyә vә ya sığorta müqavilәsinә müvafiq sığorta hadisәsi hesab edilmәmәyi;
27.1.12 Azәrbaycan qanunvericiliyi vә ya sığorta müqavilәsinin şәrtlәri ilә nәzәrdә tutulmuş digәr hallarda.
27.2 Sığorta ödәnişinin verilmәsindәn imtina Sığortalıya, sәbәblәri göstәrilmәklә, yazılı şәkildә tәqdim olunmalıdır.
27.3 Sığortaçının sığorta ödәnişinin verilmәsindәn imtina etmәsi әsasında, Azәrbaycan qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada, mәhkәmәdә iddia irәli sürülә bilәr.
Maddә 28. Zәrәr vә ödәnişin sona çatması
28.1 Sığorta ödәnişi Sığortaçı tәrәfindәn tәlәb olunan zәrәrin mәblәği ilә әlaqәdar vә s. sәnәdlәr ona verildikdәn sonra 30 gün әrzindә lazımi tәdqiqatları sona çatdırıb zәrәr vә ödәnişin miqdarını müәyyәnlәşdirdikdәn sonra 14 iş günü әrzindә ödәnilir.
28.2 Tәrәflәr ödәnişin, fәaliyyәtin dayandırıldığı vә ya zәiflәdiyi müddәt әrzindә müәyyәn dövrlәr üzrә hissә-hissә ödәnilmәsi haqqında da razılığa gәlәn bilәrlәr;
28.3 Sığortalıya ödәnilmiş sığorta ödәnişi mәblәği hәcmindә sığortalının tәqsirkar üçüncü şәxsә qarşı iddia qaldırmaq hüququ sığortaçıya keçir.
28.4 Sığorta mәblәğinin azalması hallarında, sığortalı istәdiyi tarixdәn etibarәn gün әsası ilә әlavә sığorta haqqı ödәnmak şәrtilә sığorta mәblәği artırıla bilәr;
28.5 Sığortalı sığortaçının ilkin razılığı olmadan onun mәsuliyyәtinin tanınmasına yönәlmiş hәr hansı bir hәrәkәt etmәyә, saziş imzalamağa vә ya vәd vermәyә haqlı deyildir. Sığortaçı Sığortalı adından hәr hansı iddiadan müdafiә olunmaq vә iddianı tәnzimlәmәk, yaxud Sığortalının adından ziyanı ödәnilmәk vә onun xeyrinә mәhkәmәdә iddianı qәbul etmәk vә tәmin etmәk hüququna malikdir. Sığortalı Sığortaçının ehtiyac duyduğu bütün mәlumatları ona tәqdim etmәlidir.
Maddә 29. Cavabdeh şәxsә qarşı iddia hüququnun sığortaçıya keçmәsi
29.1 Sığorta hadisәsi nәticәsindә әvәzi ödәnilmiş zәrәrlәrә görә cavabdeh xxxx şәxsdәn Sığortalının tәlәb etmәk hüququ ödәnilmiş mәblәğ hәddindә, reqres qaydasında sığorta ödәnişini verәn Sığortaçıya keçir.
29.2 Sığortalı Sığortaçıya keçәn tәlәb hüququnun hәyata keçirilmәsi üçün zәruri xxxx bütün sәnәdlәri vә sübutları ona tәqdim etmәli vә bütün malumatlar barәdә onu xәbardar etmәli vә bunun üçün zәruri bütün hәrәkәtlәri etmәlidir.
Maddә 30.Sığortalının cavabdeh şәxsә qarşı iddia hüququndan imtina etmәsi
30.1 Әgәr Sığortalı Sığortaçı tәrәfindәn әvәzi ödәnilmiş zәrәrlәrә görә cavabdeh xxxx şәxsdәn özünün tәlәb hüququndan imtina edәrsә vә ya onun öz tәqsiri ucbatından bu hüququn hәyata keçirilmәsi mümkün olmazsa, Sığortaçı bütünlükdә vә ya müvafiq qismdә sığorta ödәnişini vermәkdәn azad olunur vә verilmiş sığorta ödәnişinin qaytarılmasını tәlәb etmәyә haqlıdır.
Maddә 31.Üçüncü şәxslәr tәrәf indәn zәrәrin ödәnilmәsi
31.1 Әgәr Sığortalı vurulmuş zәrәrlәrә görә üçüncü şәxsdәn (şәxslәrdәn) zәrәrin әvәzini almışdırsa, Sığortaçı yalnız verilmәli xxxx sığorta ödәnişi mәblәği ilә sığortalının üçüncü şәxsdәn (şәxslәrdәn) aldığı mәblәğ arasındakı fәrqi ödәyir.
Maddә 32. Mәhkәmә aidiyyәti
32.1 Bu sığorta şәhadәtnamәsi ilә әlaqәdar meydana çıxacaq fıkir ayrılıqları Azarbaycan Respublikasının iqtisadi mübahisәlәri hәll etmәyә sәlahiyyәti xxxx mәhkәmә tәrәfindәn hәll olunur.
Maddә 33. İddia müddәti
33.1 Sığorta şәhadәtnamәsindәn irәli gәlәn bütün tәlәblәr Azәrbaycan Respublikasının Mülki Qanunvericiliyi ilә müәyyәnlәşdirilmiş müddәtdә hәll edilir