TAM MADDİ MƏSULİYYƏT HAQQINDA FƏRDİ
Xxx xxxxx məsuliyyət haqqında fərdi Müqavilənin nümunəsi
XXX XXXXX MƏSULİYYƏT HAQQINDA FƏRDİ
M Ü Q A V İ L Ə № ______
Bakı şəhəri “___ ” ________ 2016-cı il
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci bəndinə əsasən, müəssisə, idarə, təşkilat işçilərə verilən maddi sərvətlərin saxlanması, emalı, satışı (buraxılışı), daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavasitə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən 18 yaşına çatmış işçi ilə xxx xxxxx məsuliyyət haqqında nümunəvi fərdi müqavilə bağlayır.
TƏRƏFLƏR:
İşəgötürən adlanacaq 1-ci tərəf :
XXX xxx xxxx məktəbin direktoru
(vəzifəsi)
XXXXXXXXX XXXXXXXX XXXXXXXX oğlu
(adı, atasının adı və soyadı)
İşçi (maddi məsul şəxs) adlanacaq 2-ci tərəf :
XXXXXXX vəzifəsində işləyən XXXXXXX XXXXXXXX XXXXXXXX oğlu
(vəzifəsi, adı, atasının adı və soyadı)
vəzifə öhdəliklərinin icrası ilə əlaqədar XXX xxx xxxx məktəbə məxsus maddi dəyəri xxxx bütün növ əşyaları gələcəkdə qoruyub saxlamaq məqsədi ilə aşağıdakı tələblərə ciddi şəkildə əməl etməklə müqavilə bağlayır.
İşçi əmək müqaviləsinə əsasən icrası nəzərdə tutulmuş işlərə görə, ona İdarə tərəfindən (vəzifə öhdəliklərinin icrası üçün) verilmiş maddi dəyəri xxxx bütün növ əşyaları-mal-material, alət, avadanlıq, ləvazimatlar, qurğular, mexanizmlər və s. - qorunub saxlanması, əmək müqavilə ilə üzərinə götürdüyü vəzifə öhdəliklərini vaxtında və tələb olunan şəkildə yerinə yetirməyi, o cümlədən aşağıdakı şərtləri icra edəcəyini tam məsuliyyəti ilə öz üzərinə götürür:
İşəgötürənə məxsus əmlaka (digər səbəblərdən) ziyan dəymə ehtimalı xxxx xxxxxxxx mövcudluğu aşkarladıqda birbaşa tabe olduğu məsul şəxsə dərhal məlumat verməli, zəruri hallarda (məlumat vermə ziyan dəymənin qarşısını almasını gecikdirərsə və s.) təhlükəli vəziyyətin səbəblərini aydınlaşdıraraq xəbərdar etməlidir;
Müəyyən dövrlər üzrə İşəgötürən tərəfindən istifadəsinə verilmiş (və onun məsuliyyətindəki) maddi dəyəri xxxx bütün əşyaların faktiki vəziyyəti (həmçinin yararlılığında qüsurların mövcudluğu halında, bu qüsurlar) haqqında birbaşa tabe olduğu məsul şəxsə məlumat verməli, eyni zamanda İşəgötürənə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı olmalıdır;
Ona İşəgötürən tərəfindən (vəzifə öhdəliklərinin icrası üçün) verilmiş maddi dəyəri xxxx bütün növ əşyaların (mal-material, alət, avadanlıq, ləvazimatlar və s.), pul vəsaitlərinin dəqiq uçotunu aparmalı, vəzifə təlimatları ilə müəyyənləşdirilmiş qaydada hesabat verməlidir;
İşdən öncə və ya iş vaxtı alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən, narkotik və digər vasitələrdən, hansı ki diqqətin, reaksiyanın və işgörmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır, istifadə etməməlidir;;
Xxxxxxxx rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində xxxx xxxxx sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalıdır;
Vəzifə təlimatları ilə müəyyənləşdirilmiş öhdəliklərini (həmçinin tapşırılan işləri) vaxtında və lazımi şəkildə yerinə yetirməli, işə görə tələb olunan bütün xxxxx və təcrübələrindən istifadə edərək gördüyü işin yekununu (görülən işin xüsusiyyətinə görə) müvafiq məsul şəxsə təhvil verməli, (tələb olunduğu təqdirdə) görülmüş (həmçinin görüləcək) işlərin dəqiq uçotunu apararaq müvafiq məsul şəxs(lər)ə razılaşdırılmış formada hesabat təqdim etməlidir;
Əmək və istehsal intizamına, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etməlidir;
İşəgötürən aşağıdakı tələbləri yerinə yetirməyə borcludur:
2.1. İşçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması və görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır;
2.2. İşçini əmlakın, maddi və digər sərvətlərin qorunub saxlanması və maddi ziyanın ödənilməsinə dair qüvvədə xxxx xxx maddi məsuliyyət barəsindəki qanunvericiliklə, həmçinin İşəgötürənə dəyən ziyanın maddi məsul şəxs tərəfindən ödənilməsi barədə təlimatlarla, normativlərlə və eyni zamanda saxlama, qəbul etmə, emal etmə, satış (buraxılış), daşınma, təhvil vermə, yaxud maddi sərvətlərin istehsalat məsrəfi və başqa qaydalarla əvvəlcədən xxxxx etməlidir;
2.3. İşçi İdarə tərəfindən (vəzifə öhdəliklərinin icrası üçün) birbaşa istifadəsinə verilmiş maddi dəyəri xxxx bütün növ əşyaların (alət, avadanlıq, ləvazimatlar və s.) ilkin və dövri inventarizasiyasında iştirak etməlidir.
Qeyd: Dövri inventarizasiya zamanı əşyalarda hər hansı bir qüsur(lar) aşkar olunduqda, həmin faktın aşkarlandığı barədə tərtib olunacaq aktı işçi imzalamalı, o cümlədən öz mülahizələrini və ya etirazlarını həmin aktın “izah” hissəsində bildirməlidir. Aktın imzalanmaması (və ya hər hansı bir səbəbdən aktın imzalanmasından imtina olunması) həmin hal(lar)ın etirafı kimi qiymətləndiriləcək;
Maddi-məsul şəxsin günahı üzündən İşəgötürənə dəyən zərərin məbləği müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir.
İşçi inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
İşəgötürənə dəyən zərər maddi-məsul şəxsin günahı üzündən olmazsa, onda maddi-məsul şəxs cavabdehlik daşımır.
Bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minərək tərəflər üçün məcburi xarakter daşıyır və işçi ilə bağlanmış əmək müqaviləsi müddətində (vəzifə öhdəliklərinin icrası üçün) ona etibar edilmiş əmlak və digər maddi dəyəri xxxx bütün növ əşyalara görə işçinin cavabdeh olduğu bütün dövr ərzində qüvvədədir.
Bu müqavilə 2 (iki) nüsxədən ibarət tərtib edilir, birinci nüsxəsi İşəgötürəndə, ikinci nüsxəsi isə maddi-məsul şəxsdə saxlanılır.
Müqaviləyə edilən əlavə, dəyişikliklər və xitam verilməsi onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir.
İ M Z A L A R :
İŞƏGÖTÜRƏN |
İŞÇİ
|
XXX xxx xxxx məktəb Ünvan: Bakı şəhəri, ____ rayonu, ______ VÖEN-_____________ H № ___________________________ Dövlət Xəzinadarlıq Agentliyi Kod-____________ M/h- _______________________ VÖEN-______________________ S.W.İ.F.T.__________________
Direktor : XXXXXXX XXXXX XXXXXX oğlu
M.Y
|
________________________________ oğlu (Ş/vəsiqəsi seriya AZE № ______________ ______________ RPŞ __.__.20__-cu ildə verilib)
İmza :
|
Müqavilənin bir nüsxəsini aldım
İşçi: ______________________ _______________ “___” __________ 201___il