İNKART MOBİL TƏTBİQİNDƏN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI
İNKART MOBİL TƏTBİQİNDƏN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI
Hazırki sənəd “Azər-Türk Bank” ASC tərəfindən bankın müştərisinə (bundan sonra “istifadəçi”) göstərdiyi inkart mobil tətbiqi xidmətinin istifadə şərtlərini və qaydalarını (bundan sonra “Şərtlər”) müəyyən edir.
İstifadəçisi mobil tətbiqin xidmətlərindən istifadə etməklə hazırki şərtlərə və qaydalara əməl etməyi öz öhdəsinə götürür. Bu sənədlə bağlı yaranan hər hansı sual “Azər-Türk Bank” ASC-nin “Zəng Mərkəzi” ilə əlaqə saxlanılmaqla və ya banka rəsmi müraciət etməklə cavablandırıla bilər.
ANLAYIŞLAR
Bank | “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin baş ofisi, filialları və şöbələri | Mobil nömrə | İstifadəçinin sistem tərəfindən tanınması məqsədilə sistemdə istifadəçinin qeydə alındığı şəxsi mobil nömrəsi |
İstifadəçi | Bank əməliyyatlarının həyata keçirilməsi məqsədilə İnkart mobil tətbiqinə qoşulan fiziki şəxs | ||
SMS kod | İstifadəçinin sistemdə identifikasiyasının keçirilməsi məqsədilə avtomatik generasiya edilən yoxlama kodu. Bu kod rəqəmlərdən ibarətdir və SMS mesaj ilə istifadəçinin cihazına göndərilir. | ||
“inkart” bank kartı | Bank tərəfindən nəqliyyatda ödəniş vasitəsi kimi təklif edilən xüsusi bank kartı | ||
İnkart mobil tətbiqi/mobil tətbiq | Bank tərəfindən təklif olunan “inkart” bank kartları və digər banklara məxsus kartlar ilə maliyyə əməliyyatlarının icra edilməsini və sair xidmətlərin təklif edildiyi mobil tətbiq.Mobil tətbiq yalnız mobil cihazlarda (IOS və Android platformalarını dəstəkləyən) istifadə oluna bilər. Mobil tətbiq bütün mobil operatorların abonentləri/ istifadəçiləri tərəfindən istifadə oluna bilər. | Proqram təminatı | Mobil cihazlarda istifadə üçün yaradılan və məlumatı emal etmək imkanını təmin edən xüsusi proqram və ya proqram toplusu |
İnternet provayder | Internet şəbəkəsinə çıxış/girişi və İnternet xidmətlərindən yararlanmanı təmin edən təşkilat. | ||
Sessiya | Hər hansı istifadəçinin daxil olandan sonra müəyyən vaxt ərzində fəaliyyəti. | ||
Xxxxx | Xxxxxx mobil tətbiqindən istifadə etməklə göstərilən xidmətlər üzrə Bank tərəfindən müəyyən edilmiş komissiyalar və xidmət haqlarına dair məlumatı özündə əks etdirən sənəd. | Səhifə | Kompüter proqramının yaratdığı, daxil olunan və əldə olunan məlumatların müştəri tərəfindən izlənilməsini mümkün edən xüsusi vizual çərçivə. |
Keçid linki (hyperlink) | Bir proqramdan proqram daxili və ya proqram xarici resurs və ya mənbələrə birbaşa keçidi təmin edən link | Müəllif hüququ | Müəllifin öz əsərindən istifadə etmək hüququnun 3-cü şəxslərə vermək hüququ. Müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi xxxx həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud xxxx elm, ədəbiyyat əsərləri, kompüter proqramları və əməliyyat sistemlərinə şamil edilir. |
Əqli mülkiyyət | Müəlliflik hüququnun obyekti xxxx əsərlərə, inteqral sxem topologiyalarına, məlumat toplularına, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə xxxx mülkiyyət hüquqları | ||
Əmtəə nişanı | Hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir, başqa sözlə müəyyən firmanın əmtəələrinin digər firmanın məlumatlarından fərqləndirmək üçün xidmət göstərən müəyyən edilmiş qaydada qeydiyyatdan keçən nişandır (logo, işarə, əlamət) | ||
Logo / Logotip | Şirkətin firma adının xüsusi rəqəm, hərf və ya digər təsvir formada və ideoqram vasitəsilə təsvir edilməsi |
İNKART MOBİL TƏTBİQİ VASİTƏSİLƏ GÖSTƏRİLƏN XİDMƏTLƏR VƏ APARILAN ƏMƏLİYYATLAR
İnkart mobil tətbiqi (bundan sonra sistem) vasitəsilə əməliyyatların aparılması Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktları, “Azər-Türk Bank”ASC-nin qayda
və prosedurları ilə tənzimlənir.
Sistemdə istifadə edilən xidmətlərin siyahısına İstifadəçiyə öncədən məlumat verilmədən Bank tərəfindən yenidən baxıla və dəyişdirilə bilər.
TƏHLÜKƏSİZLİK QEYDLƏRİ
İstifadəçi razılaşır ki, sistemə giriş nömrəsi haqqında məlumatları gizli saxlayacaq və 3-cü şəxslərlə paylaşmayacaqdır.
Giriş məlumatları, mobil telefon və identifikasiya üçün alət və məlumatlar itdikdə və ya 3-cü şəxslərin istifadəsində olduqda, istifadəçi bu barədə bankı dərhal məlumatlandırır. Bank istifadəçi tərəfindən məxfiliyin pozulması nəticəsində 3-cü şəxs tərəfindən sistemə giriş və sistemdə aparılan əməliyyatın nəticələri ilə bağlı istifadəçiyə dəyən ziyana görə hər hansı məsuliyyət
daşımır.
İstifadəçi razılaşır ki, mobil telefon və ya mobil cihaz identifikasiya üçün istifadə edildikdə, həmin cihazın işlək vəziyyətdə saxlanılması və mobil operator tərəfindən göstərilən xidmətin dayandırılmaması, eyni zamanda Azərbaycan Respublikasında və xaricdə məlumatların qəbulunun təmin olunması üçün lazımi tədbirlər görəcəkdir.
İstifadəçi razılaşır ki, identifikasiya üçün nəzərdə tutulmuş mobil telefon və ya mobil cihaz üçün
kodun 3-cü şəxs tərəfindən qəbul edilməsi və İstifadəçinin adından sistemdə istifadə edilməsinə görə Bank məsuliyyət daşımır.
İstifadəçi razılaşır ki, sistemə özünə məxsus mobil cihazdan və ya özünün etibar etdiyi təhlükəsiz vasitədən/cihazdan daxil olacaqdır və sistemə daxil olmanı və əməliyyatları etibarlı yerlərdən və etibarlı şəkildə həyata keçirəcəkdir.
İstifadəçi razılaşır ki, sistemə qoşulma vasitəsində qeyri-qanuni və lisenziya müddəti bitmiş (və ya pozulmuş) proqram təminatından istifadə etmə halları sistemdən istifadənin təhlükəsizliyinə
təsir göstərə bilər. İstifadəçi gələcəkdə bu cür halların qarşısının alınmasına yönəlmiş səylərini əsirgəməyəcəkdir.
İstifadəçi sistemə qoşulmaq üçün etibarlı internet provayderin xidmətindən istifadə edəcəkdir.
İstifadəçi sistemə qoşulması üçün özünün seçdiyi internet qoşulmanın davamlılığına və etibarlılığına görə məsuliyyət daşıyır.
İstifadəçi razılaşır ki, mobil xidmət provayderi tərəfindən proqramdan istifadə üçün ödənişlər (rouminq ödənişləri də daxil olmaqla) tətbiq edilə bilər və bu ödənişlər üçün özü məsuliyyət daşıyır. İstifadəçi sistemdə əməliyyatların aparılmasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə ictimai yerlərdə sistemə daxilolma hallarını minimuma salacaqdır.
İstifadəçi razılaşır ki, eyni vaxtda iki və ya daha xxx mobil cihaz istifadə etməklə eyni hesaba daxil olma hallarına yol verməyəcəkdir. Sistemdə sessiyası keçdikdə sistemə mobil cihazdan girişə icazə verilmir.
İstifadəçi razılaşır ki, sistemdə öz işini bitirdikdən sonra o sistemdə daxil olduğu pəncərəni, proqramı və s. bağlamalı və sistemdən çıxış prosedurunu tamamlamaqla sistemdən çıxmalıdır.
İstifadəçi razılaşır ki, o, sistemə daxil olduğu və sistemdə olduğu vaxt ərzində bütün təhlükəsizlik tədbirlərinə riayət edəcək.
SİSTEMDƏ MALİYYƏ ƏMƏLİYYATLARININ APARILMASI ŞƏRTLƏRİ
İstifadəçi razılaşır ki, sistemdə maliyyə əməliyyatları benefisiarın rekvizitlərinin dəqiq göstərilməsi
şərti ilə istifadəçinin hesabında ödəniş və bankın xidmət haqqının ödənilməsi üçün kifayət qədər vəsait olduqda həyata keçirilə bilər.
İstifadəçi razılaşır ki, qanunvericilikdə müəyyən edilmiş hallarda hesab üzərində həbs qoyulmuşdursa və ya hesab dondurulmuşdursa, bank tərəfindən hesab üzrə maliyyə əməliyyatları aparılmayacaqdır.
XİDMƏT HAQQI
Sistemdə aparılan əməliyyatlara görə Bank tərəfindən və digər banklar tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq xidmət haqqı tutula bilər. Xidmət haqqı bank əməliyyatlarının növündən asılı olaraq bankın tarifləri ilə müəyyən edilir.
İstifadəçinin apardığı əməliyyata dair xidmət haqqı əməliyyat apardığı hesabından tutulur. Xidmət
İstifadəçi razılaşır ki, blokda xxxx inkart kartı ilə əməliyyat aparılmayacaqdır.
İstifadəçi razılaşır ki, sistemdə maliyyə əməliyyatlarının aparılması məhkəmə qətnaməsi ilə və ya digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dayandırıla bilər.
haqqının tutulması üçün istifadəçinin hesabında kifayət qədər vəsait olmadıqda, əməliyyatın aparılması sistem tərəfindən dayandırılır. Bu halda istifadəçi hesaba əlavə pul mədaxil edə və ya əməliyyatın aparılmasından imtina edə bilər.
QEYDİYYAT PROSESİ VƏ TƏTBİQƏ DAXİL OLMA METODU
İnkart mobil tətbiqinə qeydiyyat prosesi şəxsi mobil nömrəsi ilə mümkündür. Mobil nömrə istifadəçinin mobil tətbiqə giriş nömrəsi kimi sistemdə istifadə ediləcəkdir.İstifadəçi mobil nömrəsini müvafiq xanaya daxil edir və həmin nömrəyə SMS kod göndərilir. İstifadəçi tərəfindən etibarlı və düzgün SMS kodu xanaya daxil edildikdən sonra qeydiyyat prosesi bitmiş hesab olunur.
İnkart mobil tətbiqinə daxil olma isə iki metod ilə mümkündür. Birinci metod şəxsi mobil nömrə ilə daxilolma.Bu metod ilə daxil olmaq üçün İnkartım yoxdur düyməsi seçilir,açılan xanaya mobil nömrə daxil edilir və yoxlama məqsədi ilə göndərilən SMS kod daxil edilir. İstifadəçi tərəfindən etibarlı və düzgün SMS kodu xanaya daxil edildikdən sonra tətbiqə daxil olmaq mümkün olur.
SİSTEMDƏ OLMA MÜDDƏTİ (SESSİYA VAXTI)
İstifadəçi razılaşır ki, sistemdə əməliyyata ayrılan vaxt Bank tərəfindən müəyyən edilir və təhlükəsizlik məqsədləri ilə bağlı olaraq məhdudlaşdırıla bilər. İstifadəçi razılaşır ki, sistemdə sessiya müddəti 24 saat tətbiq edilir
3-CÜ ŞƏXSİN İSTİFADƏSİ
İstifadəçi sistemdən yalnız özü istifadə etməli və öz adından 3-cü şəxslərin istifadəsinə yol verməməlidir. İstifadəçi 3-cü şəxsə öz adından
sistemə daxilolmanı və əməliyyatların aparılmasını həvalə etdikdə, 3-cü şəxs inkart mobil tətbiqinin
İkinci daxilolma metodu isə inkart kartı ilə mümkündür. Bu zaman istifadəçi inkart ilə daxil ol düyməsi seçir, inkartın üzərindəki 16 rəqəmli PAN nömrəsi və inkartın bitmə tarixini qeyd edir.Daha sonra qeydiyyatdan keçdiyi mobil nömrəsini daxil edir və həmin nömrəyə göndərilən SMS kodu daxil edir. İstifadəçi tərəfindən etibarlı və düzgün SMS kodu xanaya daxil edildikdən sonra tətbiqə daxil olmaq mümkün olur.
İstifadəçinin daxilolma zamanı qeyd etdiyi inkart kartı tətbiqdə həmin istifadəçinin inkartları siyahısına daxil edilir və sistem tərəfindən digər istifadəçilərə həmin inkartı öz tətbiqlərinə əlavə etməyə imkan verilmir.
və istifadəçi sistemdə qeyri-aktiv olduqda o, avtomatik olaraq sistemdən çıxarılır. İstifadəçi razılaşır ki, sistemdə tətbiq olunan sessiya müddəti bank tərəfindən dəyişdirilə bilər.
istifadə şərtlərini və qaydalarını avtomatik olaraq qəbul etmiş hesab edilir.
İstifadəçi razılaşır ki, onun adından 3-cü şəxslərin apardığı hər hansı əməliyyatlara və əməliyyatların nəticələrinə görə istifadəçi məsuliyyət daşıyır.
ƏMƏLİYYATLARIN BANK TƏRƏFİNDƏN DAYANDIRILMASI
İstifadəçi razılaşır ki, qanunvericilikdə müəyyən edilmiş hallarda istifadəçinin inkart mobil tətbiqi sistemində apardığı əməliyyatlar bank tərəfindən dayandırıla bilər.
ÇİRKLİ PULLARIN YUYULMASI HAQQINDA BİLDİRİŞ
İstifadəçi razılaşır ki, aşağıdakı hallarda sistemdə aparılan əməliyyat barədə Bankın şübhəsi yarandıqda, Bank istədiyi vaxt həmin ödəniş tapşırığını dayandıra, təxirə sala və ya onu icra etməkdən imtina edə bilər:
• əməliyyatın aparılması milli və ya xarici qanunvericiliyin tələblərinə zidd olduqda;
• əməliyyat birbaşa və ya dolayı yolla qeyri-qanuni davranışın maliyyələşməsinə xidmət etdikdə və ya onu əhatə edirsə.
İstifadəçi razılaşır ki, Bankın tələbi ilə çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşdirilməsi risklərinin idarə olunması və ya milli və ya xarici qanunvericiliyə riayət olunması məqsədilə bütün lazımi məlumatları Banka təqdim edəcəkdir; İstifadəçi razılaşır və qəbul edir ki, Bank istifadəçinin hesabı ilə xxxxx xxxx bütün
MƏXFİLİK
İstifadəçi təsdiqləyir ki, o özü barədə Banka təqdim etdiyi məlumat tam, dəqiq və düzgündür.
İstifadəçi razılaşır ki, Banka təqdim edilmiş şəxsi məlumatlar sistemdə əməliyyatların aparılması üçün zəruridir və həmin məlumatlar sistemdə əməliyyatların aparılması üçün qanunvericiliklə müəyyən olunmuş hallarda 3-cü şəxslərə açıqlana bilər.
Bank təsdiqləyir ki, İstifadəçinin sistemə daxil etdiyi məlumatlar, sistemdə aparılan əməliyyatlar, istifadəçinin Xxxxxx xxxx hesabları barədə məlumat Bank sirrinə aiddir. Buna baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada İstifadəçinin şəxsi məlumatları, Xxxxxx
XİDMƏTLƏRƏ XİTAM VERİLMƏSİ
Bank istifadəçiyə göstərdiyi inkart mobil tətbiqi üzrə xidmətlərinə istənilən səbəbə görə və istifadəçini xəbərdar etməklə və ya etməməklə xitam verə bilər. Bank həmçinin inkart mobil tətbiqi xidmətlərinin göstərilməsini sistemdə yeniliklərin tətbiq edilməsi və ya proqram təminatının yenilənməsi ilə əlaqədar dayandıra bilər. Bank istifadəçini xəbərdar etməməklə göstərdiyi inkart mobil tətbiqi xidmətlərinə xitam
məlumatları aşağıdakı şəxslərə təqdim edə bilər:
• qanunvericilikdə müəyyən edilmiş qaydada, hər hansı hüquq-mühafizə orqanına, dövlət orqanına və ya məhkəməyə;
• aparılan ödənişlərə dair məlumatları qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə müxbir banka;
İstifadəçi, 3-cü şəxsin adından və ya etibarnamə əsasında fəaliyyət göstərməsi barədə bildirişi Banka təqdim edən anadək, öz adından bu müddəalara riayət etməsinə zəmanət verir.
İstifadəçi razılaşır, bəyan edir və Bankın qarşısında öhdəçilik götürür ki, İstifadəçinin inkart mobil tətbiq vasitəsilə Sistemdə aparılan əməliyyatlar çirkli pulların yuyulmasına aid qanunvericilik aktları ilə müəyyən edilmiş tələbləri pozmayacaq.
xxxx hesabları və sistemdə aparılan əməliyyatları haqqında məlumatlar qanunvericiliklə müəyyən olunmuş hallarda 3-cü şəxslərə təqdim edilə bilər. İstifadəçi razılaşır ki, İstifadəçinin Mobil tətbiqdən istifadəsi zamanı yarana biləcək texniki problemlərinin aradan qaldırılması məqsədilə Bank loq faylları, kukilər və digər texniki vasitələrlə zəruri məlumatları, o cümlədən, İstifadəçinin inkart mobil tətbiqdəki fəaliyyətini əks etdirən loqları avtomatik toplayır.
İstifadəçi razılaşır ki, əməkdaşlıq çərçivəsində o Bankın ağlabatan tələbi ilə sistemdə aparılan əməliyyatlarla bağlı açıqlama verməyə hazırdır.
verdiyi halda ictimai informasiya vasitələri ilə öz qərarı ilə bağlı məlumat verməlidir. Belə halda, xidmətlərə xitam verilməsi rəsmi məlumatın yerləşdirilməsi günündən başlayır.
İstifadəçinin təşəbbüsü ilə inkart mobil tətbiqi xidmətlərinə xitam verildikdə, istifadəçi Xxxxxx xxxx öz hesabları üzrə əməliyyatları Banka gəlməklə apara bilər.
MƏSULİYYƏT
Bank İstifadəçinin və ya 3-cü şəxslərin sistemdə apardıqları əməliyyatların nəticəsində İstifadəçiyə dəymiş ziyana və ya zərərə görə (Bankın səhvi nəticəsində dəymiş ziyan istisna olmaqla) hər hansı məsuliyyət daşımır.
Bank aşağıdakı hallarda İstifadəçinin sistemdə apardığı əməliyyatlar ilə əlaqədar yaranan hər hansı itkilərə, ziyan və zərərə, gecikmələrə görə məsuliyyət daşımır:
• əməliyyatın aparılması qanunvericiliyin, Mərkəzi Bankın normativ-hüquqi sənədlərinin, Bankın daxili qaydalarının tələblərinə zidd olduqda;
• əməliyyatla bağlı məlumat natamam və ya məlumatın düzgünlüyü şübhə doğurduğu halda və istifadəçi bu barədə məlumatlı (və ya məlumatlı olmalı idi) olduğu halda;
• istifadəçiyə sistemdə maliyyə əməliyyatının aparılması ilə əlaqədar qanunvericiliyin
tələblərinə əsasən 3-cü tərəfdən qadağa qoyulduğu halda;
• sistemdə əməliyyatların aparılması internet provayderin texniki problemlərinin
mövcudluğunda irəli gələrək mümkün olmadığı halda;
• fors major halının baş verməsi ilə əlaqədar əməliyyatın aparılması mümkün olmadığı halda.
Bank Sistemə girişin maneəsiz olacağı və ya yubanma, yaxud problem olmayacağına zəmanət vermir,
Sistemlə birlikdə və ya əlaqədə istifadə oluna bilən istənilən üçüncü tərəf proqram təminatı üçün məsuliyyət daşımır.
İstifadəçi razılaşır ki, Bank sistem vasitəsilə göstərdiyi elektron əməliyyatların və xidmətlərin nəticələrinə hər hansı zəmanət vermir.
TƏZMİNAT
İstifadəçi, Bankı sistem vasitəsilə əldə olunan istənilən nəticələrə görə hər hansı məsuliyyətdən, itkilərdən, ziyan və zərərdən, o cümlədən 3-cü şəxslərin hər hansı iddiasından qorumalıdır.
DİGƏR SƏHİFƏLƏRƏ KEÇİD LİNKLƏRİ
İstifadəçinin rahatlığı üçün sistemdə 3-cü şəxslərə məxsus və ya 3-cü şəxslər tərəfindən idarə olunan digər internet səhifələrinə, İnternet səhifələrində xxxx məzmunlara keçid linkləri yerləşdirilə bilər və ya mümkün ola bilər. Bu cür səhifələr və ya məzmunlar Bankın nəzarəti altında deyil və Bank belə məzmunlara və ya belə səhifələrə daxil olmanın nəticələrinə və ya belə internet səhifələri vasitəsilə təqdim edilən mallar və xidmətlərə görə
hər hansı məsuliyyət daşımır.
Hər hansı digər səhifələrə və ya məzmunlara keçid linklərinin sistemdə yerləşdirilməsi belə səhifələrə və ya məzmunlara keçidin etibarlı və ya münasib olduğunun təsdiqi deyil, bununla da istifadəçi razılaşır ki belə səhifələrə və ya məzmunlara istifadəçinin daxil olması tamamilə onun öz məsuliyyətinə aid edilir.
ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
İstifadəçi razılaşır ki, sistemə və sistemin məzmununa bütün əqli mülkiyyət hüquqları Banka məxsusdur.
Sistemin məzmununda xxxx hər hansı hissə və ya hissələr Bankın yazılı razılığı olmadan təkrar istifadə üçün 3-cü şəxslərə ötürülə, göstərilə, yayımlana, keçid linki ilə yönəldilə, göndərilə, uyğunlaşdırıla və ya törəmə işinin yaradılması məqsədilə yenilənə və ya digər kommersiya məqsədi ilə istifadə üçün hər hansı vasitənin
köməyi ilə və ya üslubda, və ya yazılmış məlumatın əldə olunmasını mümkün edən cihaza gələcəkdə istifadə edilməsi məqsədilə köçürülə bilməz.
İstifadəçi yalnız öz şəxsi və qeyri-kommersiya
XİDMƏTLƏRƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR
Bankın İnkart Mobil Tətbiqi Xidmətində etdiyi hər hansı yeniliklər və dəyişikliklər İnkart Mobil Tətbiqi Xidmətinin tərkib hissəsidir və istifadəçi yalnız onları qəbul etdikdə bankın elektron xidmətlərindən istifadə edə bilər. Bank İnkart Mobil Tətbiqi Xidmətinə edilən dəyişikliklər, eləcə də sistemə yeni xidmətlərin (bank məhsullarının) əlavə edilməsi ilə əlaqədar İstifadəçini məlumatlandırır. İstifadəçi, hər hansı yeniliklərin
sistemə daxil olması barədə məlumatı Xxxxxx Xxxxx
məqsədləri üçün Sistemin məzmunu ilə xxxxx xxx bilər, məzmunu çap və ya istifadə edə bilər, o
şərtlə ki istifadəçi məzmunda hər hansı dəyişmələr etməyəcək və bütün əqli mülkiyyət və müəllif hüququna dair nişanları toxunulmaz olaraq saxlayacaqdır.
Sistemdə istifadə olunan və yerləşdirilən əmtəə nişanı və logo (“TradeMark”) Bankın qeydə alınmış Əmtəə nişanıdır.
Sistemdə yerləşdirilən hər hansı məzmun, lisenziya və ya Əmtəə nişanı birbaşa, dolayı və ya isbat edilə bilinməyən digər formada Bankın yazılı icazəsi olmadan istifadə edilə bilən kimi şərh edilə bilməz.
Tətbiqi Xidmətində xxxx poçt qutusuna daxil xxxx bildiriş, xxx.xxxxxx.xx, xxx.xxx.xx veb səhifələri, mobil tətbiqin bildiriş xidməti,bankın sosial şəbəkə kanalları vasitəsi ilə əldə edir.
Qanunvericiliklə İnkart Mobil Tətbiqi Xidmətinin istifadə şərtləri və qaydalarının müddəaları arasında hər hansı ziddiyyət yarandıqda, İnkart Mobil Tətbiqi Xidmətinin istifadə şərtləri və qaydalarına müvafiq dəyişikliklər edilənə kimi qanunvericiliyin müddəaları tətbiq edilir.
“Azər-Türk Bank” ASC
Bakı şəhəri, AZ1078 X.Xxxxxxxxxxxxxx xxx. 85; 192/193 Tel: (012) 945
WhatsApp: (x000 00) 000 00 00
Tel: (x000 00) 000 00 00-00, 51-54
Fax: (x000 00) 000 00 00
E-poçt: xxx@xxx.xx Sayt: xxxxx://xxx.xx