Contract
“Bakı Telefon Rabitəsi” MMC-nin 84 nömrəli 28.12.2021-ci il tarixli əmri ilə təsdiq edilmişdir.
Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” ilə “Abunəçi arasında imzalanan 24.01.2022-ci il tarixli müqaviləyə
ƏLAVƏ №1
1. Ümumi müddəalar:
1.1. Bu Əlavə GPON texnologiyası ilə, telekommunikasiya operatorunun elan etdiyi kompaniya şərtləri ilə xidmətlərə qoşulan abunəçilərlə telekommunikasiya operatoru arasında yaranan xüsusi münasibətləri tənzimləyir və yalnız Müqavilə ilə birlikdə qüvvədədir.
2. Xidmətin şərtləri
2.1. “AZ-EVRO TEL” MMC-nin şəbəkəsinə yeni qoşulan, ən azı telefoniya və internet xidmətlərindən istifadə edən abunəçi xidmətlətdən azı 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyini qəbul etdikdə qoşulma haqqı və avadanlığın dəyərini ödəməkdən azad edilir, yalnız seçdiyi tarifə uyğun olaraq abunə haqqı ödəyir.
2.2. “AZ-EVRO TEL” ilə müqavilə bağlamaqla xidmətlərə artıq qoşulmuş abunəçi GPON texnologiyası ilə xidmətlərə qoşulmaq istədikdə, ən azı telefoniya və internet xidmətlərindən istifadə etməklə, xidmətlərdən azı 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyini qəbul etdikdə avadanlığın dəyərini ödəməkdən azad edilir,yalnız seçdiyi tarifə uyğun olaraq abunə haqqını ödəyir.
2.3. “AZ-EVRO TEL “ MMC-nin şəbəkəsinə yeni qoşulan, ən azı telefoniya və internet xidmətlərindən istifadə edən abunəçi qoşulma haqqı(30 manat) və avadanlığın dəyərinin 50(əlli) manat hissəsini ödəyir və seçdiyi tarifə uyğun olaraq abunə haqqını ödəyir.
2.4. “AZ-EVRO TEL” MMC ilə müqavilə bağlamaqla xidmətlərə artıq qoşulmuş abunəçi GPON texnologiyası ilə xidmətlərə qoşulmaq istədikdə, ən azı telefoniya və internet xidmətlərindən istifadə etməklə avadanlığın dəyərinin 50(əlli) manat hissəsini ödəyir və seçdiyi tarifə uyğun olaraq abunə haqqını ödəyir.
2.5. Xidmətlərə GPON texnologiyası ilə qoşulan yeni abunəçi yalnız telefoniya xidmətini seçdikdə,qoşulma haqqından əlavə,ONT(optik şəbəkə terminalı) dəyəri xxxx 110 manat məbləği ödəyir.
2.6 Xidmətlərdən istifadə edən mövcud abunəçi GPON texnologiyasına keçdikdə yalnız telefon xidmətlərindən istifadə seçdikdə,ONT avadanlığının dəyərini (110 manat) ödəyir.
3.Abunəçinin öhdəlikləri
3.1. Yeni abunəçi kimi qoşulmuş abunəçi xidmətlərdən ardıcıl 12 ay istifadə öhdəliyini pozduqda və müqaviləyə onun təqsirindən xitam verildikdə,qoşulma haqqı (30 manat) və ONT avadanlığının dəyərini (110 manat) telekommunikasiya operatoruna ödəyir.
3.2. GPON texnologiyasına keçirilmiş mövcud abunəçi 12 ay istifadə öhdəliyini pozduqda və müqaviləyə onun təqsirindən xitam verildikdə ONT avadanlığının dəyərini (110 manat) telekommunikasiya operatoruna ödəyir.
3.3. GPON texnologiyasına qoşulan abunəçi sonradan internet xidmətlərindən istifadə və ödənişdən imtina etdikdə, ONT avadanlığı dəyərinin güzəşt edilən hissəsini (60 manat) telekommunikasiya operatoruna xxxx ödəyir.
3.4. Abunəçi tərəfindən kommersiya məqsədilə rabitə xidmətlərinin göstərilməsi, lisenziya almadan qanunsuz olaraq şəhərlərarası və beynəlxalq telefon trafikinin daşınmasının təşkili,o cümlədən mobil operatorların şəbəkəsindən istifadə olunmaqla “simbox” nömrələr vasitəsilə ümumistifadəli telekommunikasiya şəbəkəsinə beynəlxalq trafik ötürülməməlidir.
3.5. Abunəçi giriş üçün öz parametrlərinin təhlükəsizliyinə və onun giriş kanalından icazəsiz istifadə nəticəsində dəymiş zərərə görə tam məsuliyyət daşıyır.
3.6. Təqdim edilmiş ONT avadanlığı Abunəçinin mülkiyyətinə verilir və avadanlığın sazlığına görə Abunəçi məsuliyyət daşıyır. Avadanlığa Abunəçinin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində zərər dəyərsə, yeni avadanlığın əldə olunması üçün tam məbləğ ödənilməlidir.
3.7. Abunəçi 2 (iki) avadanlıq əldə etmək istədiyi təqdirdə Telekommunikasiya operatoru tərəfindən müəyyən edilmiş tarifə uyğun ödənişi həyata keçirməlidir.
3.8. Telekommunikasiya operatoru təqdim edilmiş avadanlığa istehsalçının təqdim etdiyinə uyğun müddətdə zəmanət verir.
3.9. Zəmanət müddətində avadanlıqda nasazlıq aşkar edildikdə, Abunəçi müdaxilə etmədən Telekommunikasiya operatoru ilə əlaqə saxlamalıdır.Texniki dəstək nümayəndəsi yerində çətinliyi müəyyən edə bilmədiyi təqdirdə təhvil-təslim aktı imzalanaraq avadanlıq yoxlanışa aparılır, müştəriyə isə müvəqqəti olaraq əvəzedici avadanlıq təqdim edilir. Nasaz avadanlığın təmiri mümkün olmadıqda Abunəçi yeni avadanlıqla təmin edilir. Həmin müddət ərzində əvəzedici avadanlığın təhlükəsizliyinə görə məsuliyyət daşıyır.
3.10. Abunəçinin istəyi ilə istənilən növ paketə qoşulan abunəçidə sürətdəyişmə olduqda istifadə etdiyi paket üzrə şərtlər ləğv olunur.
3.11. Abunəçidə aktiv xxxx paket yalnız onun (və ya səlahiyyətli nümayəndəsinin) yazılı müraciətinə əsasən digər paketə dəyişdirilə bilər.
4. Ödəniş şərtləri
4.1. Abunəçinin aylıq ödənişinin məbləği seçdiyi tarifə və ya paketə uyğun təyin edilir və ödəniş Müqavilədə göstərilən qaydada və müddətlərdə həyata keçirilməlidir.
4.2. Paketə qoşulma tarixindən asılı olmayaraq nömrədə şəhərlərarası, beynəlxalq və mobil nömrələrə zənglərə görə borc olduqda paketə aid bütün xidmətlər dayandırıla bilər, xxxxx paketin dövrü dayandırılmır.
Telekommunikasiya xidmətlərin növləri | Qoşulmanın şərtləri | Abunəçinin statusu | ||||||
Yeni qoşulan abunəçi | ⬜ | Mövcud abunəçi ⬜ | ||||||
Qoşulma haqqı (30 manat) | Avadanlığın dəyəri | Aylıq abunə (Aylıq ödəniş) | Qoşulma haqqı (ödəyib) | Avadanlığın dəyəri (110 manat) | Aylıq abunə (Aylıq ödəniş) | |||
Ödəyir | Ödəyir | Seçdiyi tarifə uyğun | Ödəyir | Ödəyir | Seçdiyi tarifə uyğun | |||
Telefon + ineternet + istəyinə görə digər xidmətlər | 12 aylıq istifadə və ödəniş şərti ⬜ | 0 | 0 | 20.00 manat | 0 | 0 | ||
Telefon + ineternet + istəyinə görə digər xidmətlər | Standart | ⬜ | 30 manat | 50 manat* | 0 | 50 manat* | ||
Yalnız telefon xidməti | ⬜ | 30 manat | 110 manat | 0 | 110 manat | |||
• Abunəçi xidmətlərdən istifadə və ödənişi müddətdən tez dayandırdıqda, avadanlığın dəyərinin güzəşt edilən qalıq hissəsini (60 manat) telekommunikasiya operatoruna xxxx ödəyir. |
“AZ-EVRO TEL” MMC “Abunəçi”
(imza, möhür) (imza)