SAZİŞ
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti (bundan
sonra “Tərəflər” adlandırılacaq),
hər iki Tərəfin ümumi marağında xxxx və xarici ticarət azadlığının təmin edilməsi və bu sahədə mümkün xxxx ən yüksək səviyyədə əməkdaşlığın genişləndirilməsi də nəzərə alınmaqla, gəmiçilik vasitəsilə qarşılıqlı ticarət əlaqələrinin qurulması üçün hüquqi bazanın təşkil olunmasını arzulayaraq,
yüklərin ikitərəfli mübadiləsinin xidmət göstərilməsində rəqabət prinsipinə əsaslanan xidmətlərin effektiv mübadiləsi ilə müşayiət olunmasını tanıyaraq, naviqasiya təhlükəsizliyi, beynəlxalq dəniz daşımalarının sadələşdirilməsi, dənizçilərin yaşayış və iş şəraitləri, təhlükəli yüklərin daşınması və digər məsələlərlə yanaşı, dəniz mühitinin qorunması üzrə beynəlxalq konvensiyalara istinad edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin məqsədləri üçün başqa qayda nəzərdə tutulmamışdırsa:
1. Səlahiyyətli dənizçilik orqanı termini aşağıdakıları ifadə edir:
Azərbaycan Respublikası üçün - Azərbaycan Respublikasının Dövlət Dəniz
Administrasiyası;
Birləşmiş Ərəb Əmirlikləri üçün - Federal Nəqliyyat Qurumu.
2. Tərəfin gəmisi termini bu Tərəfin qaydalarına əsasən onun Dövlət bayrağı altında üzən və reyestrində qeydiyyatdan keçmiş gəmisini nəzərdə tutur;
hazırkı Sazişin məqsədləri üçün üçüncü tərəfin Dövlət bayrağı altında üzən və bu Sazişin Tərəflərindən birinin gəmiçilik şirkəti tərəfindən icarəyə götürülmüş hər hansı gəmi icarə razılaşması müddətində Tərəfin gəmisi hesab olunur.
3. Gəminin heyət üzvü termini səfər zamanı gəminin bortunda xidmətlərin göstərilməsi vəzifəsini daşıyan və adı gəmi heyətinin siyahısına daxil xxxx hər hansı şəxsi nəzərdə tutur.
4. Gəmiçilik şirkəti termini mülkiyyətində xxxx və (və ya) icarəyə götürülmüş gəmilərlə beynəlxalq gəmiçilik xidmətini həyata keçirməyə lisenziya verilmiş və bu Sazişin Tərəflərindən hər hansı birinin ərazisində qərargahı və ya əsas iş xxxx xxxx istənilən hüquqi şəxsi ifadə edir.
5. Liman termini Tərəfin su ərazisində yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərin daşınması, yüklərlə əməliyyatların aparılması və limanlarda həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksini ifadə edir.
6. Ərazi termini, müvafiq olaraq, Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin ərazisini ifadə edir.
Maddə 2
Beynəlxalq hüquq və öhdəliklər
Hazırkı Xxxxx Tərəflərin iştirakçısı olduqları beynəlxalq konvensiyalardan və ya onlardan hər hansı birinin tərəf olduğu regional və ya beynəlxalq ikitərəfli sazişlərdən, anlaşma
memorandumlarından irəli gələn hüquq və öhdəliklərə, həmçinin Tərəflər arasında imzalanmış qüvvədə xxxx digər saziş və anlaşma memorandumlarından irəli gələn öhdəliklərə təsir etmir.
Maddə 3
Gəmiçilik azadlığı, ayrı-seçkiliyə yol verilməməsi
1. Tərəfin gəmisi, hər iki Tərəfin qanunvericiliyinə xələl gətirmədən, Tərəflərdən hər hansı birinin ərazisində yerləşən beynəlxalq ticarət üçün açıq xxxx limanlar arasında üzmək və Tərəflərin, həmçinin Tərəflərdən hər hansı birinin və ya üçüncü tərəfin əraziləri arasında xxx və sərnişinləri daşımaq hüququna malikdir.
2. Tərəflər hər iki Tərəfin qanunvericiliyinə xələl gətirmədən, onların gəmiçilik şirkətlərinin ayrı-seçkiliyə yol verməmək, azad rəqabət və gəmiçilik şirkətlərinin azad seçimi prinsipləri əsasında dəniz daşımalarında iştirak etmələrinə zərər vura biləcək hər hansı fəaliyyətdən çəkinməlidirlər.
Maddə 4
Dəniz nəqliyyatının asanlaşdırılması üçün tədbirlər
1. Öz hüquqi rejimləri çərçivəsində Tərəflər dəniz nəqliyyatının asanlaşdırılması və inkişaf etdirilməsi, staliya vaxtının gərəksiz şəkildə uzadılmasının qarşısının alınması və mümkün olduqda, limanlarda müşahidə edilən gömrük və digər rəsmiləşdirmələrin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə zəruri tədbirlər görürlər.
2. Tərəflər bu Sazişin qüvvəyə minməsindən sonra beynəlxalq dəniz nəqliyyatında xidmətlərə görə ödənişlərin təklif olunmasında məhdudiyyətlər yaradan və ayrı-seçkiliyi tətbiq edən bütün birtərəfli texniki və inzibati tədbirlərin ləğv olunmasını öhdələrinə götürürlər.
Maddə 5
Gəmilər üçün yaradılan bərabər şərait
1. Qarşılıq əsasında Tərəflərdən hər xxxxx xxxx digər Tərəfin gəmilərinə onun limanlarında, ərazi sularında və ya onun yurisdiksiyası altında xxxx digər sularda olduğu zaman öz gəmiləri üçün beynəlxalq dəniz nəqliyyatı ilə məşğul olarkən yaratdıqları şəraitlə eyni şəraiti yaradır.
Bu prinsipin tətbiqi aşağıdakılarla məhdudlaşır:
limanlara giriş;
liman qurğularından xxx və sərnişin daşımaları, həmçinin hər hansı xidmətlərə, digər
qurğulara giriş və onlardan çıxış məqsədi ilə istifadə olunması.
2. Xidmətlərin bütün ödənişləri, xərcləri və Tərəflərdən birinin digər Tərəfin limanlarında xxxx gəmilərinə münasibətdə digər xərcləri bu limanda qüvvədə xxxx qaydalara əsasən ödəniləcəkdir.
Maddə 6
Kommersiya fəaliyyəti
1. Qarşılıqlı razılaşma əsasında Tərəflərdən hər biri digər Tərəfə tətbiq olunan qaydalar üzrə həmin Tərəfin gəmiçilik şirkətlərinə öz ərazisində agent və ekspeditor xidmətlərini həyata keçirmək və onlardan istifadə etmək, həmçinin bu məqsədlə inzibati, texniki və kargüzarlıq heyətinin fəaliyyətini təşkil etmək üçün filiallarını və nümayəndəliklərini yaratmaq və idarə etmək hüququnu verir.
2. Qəbul edən dövlətin filialların yaradılması və heyətin işə götürülməsi ilə bağlı qanun və
digər qaydaları qəbul edən dövlətin qanunvericiliyi ilə uyğunluq təşkil etməlidir.
3. Bu maddənin 2-ci bəndinin müddəaları üzrə Tərəflərin əcnəbilərin ölkəyə gəlməsi və ya getməsi, o cümlədən ölkə ərazisində müvəqqəti olması, yaşaması, əmək fəaliyyəti ilə məşğul olması, qeydiyyata alınması və repatriasiyası ilə bağlı qüvvədə xxxx daxili qanunvericiliyi tətbiq olunur.
Maddə 7
Vəsaitlərin sərbəst köçürülməsi
Tərəflərdən hər xxxxx xxxx digər Tərəfin gəmiçilik şirkətlərinə ödənişlərin köçürülməsi ilə bağlı ilkin və terminal daşımaların həyata keçirilməsi və idarə edilməsi də daxil olmaqla, gəmiçilik xidmətlərindən əldə olunan istənilən gəlirlərdən istifadə hüququ verir.
Belə gəlirlər, alternativ olaraq, sərbəst şəkildə və hər hansı məhdudiyyət və gecikmə olmadan rəsmi mübadilə məzənnəsi ilə hər hansı konvertasiya olunan valyutada xaricə köçürülə bilər.
Maddə 8
İstisnalar
Hazırkı Sazişin müddəaları aşağıdakı gəmi növlərinə şamil edilmir:
hərbi gəmilərə;
balıqçı gəmilərinə;
xxxx tədqiqat gəmilərinə;
qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hökumət gəmilərinə.
Bu Saziş Tərəflərdən hər hansı birinin milli sahilyanı naviqasiyaya münasibətdə milli bayrağının üstünlüyünə, həmçinin Tərəflərdən hər hansı birinin və ya digər şirkətlərin milli gəmiçiliyi və ya öz vətəndaşları üçün qorunub saxlanılan xilasetmə, yedəyəalma, bələdçi və hidroqrafik xidmətləri ilə əlaqədar qanun və qaydalarına təsir etmir.
Maddə 9
Qanuni şərtlərə riayətetmə
1. Tərəflərdən hər hansı birinin gəmisi və ya onun heyət üzvləri digər Tərəfin ərazisində qaldıqları müddətdə həmin Tərəfin qüvvədə xxxx qanun və qaydalarına riayət edir.
2. Sərnişinlər, yükalanlar və yükgöndərənlər hər iki Tərəfin ərazisində qüvvədə xxxx və sərnişinlərin girişi, qalması və çıxışı, həmçinin sahilə çıxma, immiqrasiya, gömrük, vergi və karantinlə əlaqədar müddəalar da daxil olmaqla, malların idxalı, saxlanması və ixracı məsələlərini tənzimləyən qanun və qaydalara riayət etməlidirlər.
Maddə 10
Gəmi sənədlərinin qarşılıqlı tanınması
1. Tərəflərdən hər hansı birinin müvafiq beynəlxalq konvensiyalara əsasən verilmiş və ya
tanınmış gəmi sənədləri gəmidə daşınır və digər Tərəf onları tanıyır.
2. Tərəflərdən hər hansı birinin qüvvədə xxxx Beynəlxalq Ölçü Şəhadətnaməsinə (1969) xxxxx xxxx gəmiləri digər Tərəfin limanlarında tonnaj ölçülməsindən azad edilə bilər. Gəmilərin tonnajının Ödənişlərin, yığımların və vergilərin məbləğinin hesablanması zamanı əsas olduğu hallarda, Beynəlxalq Ölçü Şəhadətnaməsində verilmiş tonnaj qeydi əsas kimi götürülə bilər.
3. Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiyanın (1969) müddəalarına əsasən verilmiş iki ölçü şəhadətnaməsinə xxxxx xxxx gəmilərin limanlarına veriləcək yığımların və xərclərin ödənilməsi zamanı liman rüsumları yüksək ölçü şəhadətnaməsi üçün əsas ola bilər.
4. Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiyanın tətbiq edilmədiyi, uzunluğu 24 metrdən aşağı xxxx gəmilər öz xərclərini hər hansı Tərəfin verdiyi milli ölçü şəhadətnaməsi üzrə hesablaya bilər.
Maddə 11
Gəmi heyəti üzvlərinin səyahət sənədləri
1. Heyət üzvləri üçün, Tərəflərin və ya üçüncü dövlətin vətəndaşları olmasına baxmayaraq, Tərəflərin milli zəmində sərhəd keçid məntəqələrindən keçid üçün səlahiyyətli qurumlar tərəfindən verilən səyahət sənədləri məqbul sərhəd keçid sənədləri hesab olunur.
2. Bu Saziş qüvvəyə mindikdən sonra sahibinə sərhədlərdən keçid hüququ verən hər hansı Tərəfin verdiyi istənilən şəxsi sənəd milli zəmində sərhəd keçid sənədi kimi tanındıqda, həmin Tərəf onu tanıyır.
Maddə 12
Giriş, çıxış və qalma
1. Hər hansı Tərəf qəbul edən ölkənin qüvvədə xxxx qanun və qaydalarına əsasən və yuxarıda qeyd olunan 11-ci maddəyə uyğun olaraq, gəminin staliya vaxtı ərzində sahilə getmək və liman şəhərinin ərazisində qalmaq üçün etibarlı sərhəd keçid sənədlərinə xxxxx xxxx digər Tərəfin gəmi heyətinin üzvlərinə belə icazə verir.
2. Zəruri olduqda, hər hansı Tərəfin səlahiyyətli qurumları qəbul edən dövlətin qüvvədə xxxx qanun və qaydalarına əsasən gəmi heyətinin üzvlərinin girişinə icazə verirlər ki, yuxarıda qeyd olunan 11-ci maddənin müddəaları çərçivəsində etibarlı sərhəd keçid sənədinə malikdirlər.
Repatriasiya məqsədilə;
onlara şəxsi gəmilərə getmək üçün imkan verilməsi;
Tərəflərin milli qanunvericiliyində nəzərdə tutulmuş bütün hallarda.
3. Hər hansı Tərəfin səlahiyyətli qurumları, stasionar müalicə üçün uzun müddət qalmaq zərurəti yarandıqda, birinci Tərəfin ərazisində xəstəxanaya çatdırılmış digər Tərəfin gəmisinin istənilən heyət üzvünə buraxılış vəsiqəsi verir.
4. Hər hansı Tərəf arzuolunmaz şəxslərin, hətta bu şəxslər yuxarıda qeyd olunan 11-ci maddədə nəzərdə tutulan sənədlərə sahibdirlərsə belə, öz ərazisinə girişindən imtina etmək hüququna malikdir.
5. Tərəflərdən hər biri birinci Tərəfin gəmisindən digər Tərəfin gəmisinə keçmiş və digər Tərəfin ərazisində tətbiq olunan giriş və qalma şərtlərini yerinə yetirməyən və ya yerinə yetirməkdən imtina edən istənilən şəxsi rəsmiləşdirmə olmadan xxxx götürməyi öhdəsinə götürür.
6. Hər hansı Tərəfin diplomatik nümayəndəlik və konsulluqlarının, həmçinin belə Tərəfin gəmi heyətinin üzvləri qəbul edən dövlətin qüvvədə xxxx qanun və qaydalarına riayət etməklə, bir-biri ilə əlaqə yaratmaq və şəxsi görüşlər keçirmək hüququna malikdirlər.
7. Yuxarıda qeyd olunan 1-ci və 6-cı bəndlərin müddəalarından asılı olmayaraq, Tərəflərin əcnəbilərin ölkəyə gəlməsini, getməsini, o cümlədən ölkə ərazisində müvəqqəti olmasını, yaşamasını, əmək fəaliyyəti ilə məşğul olmasını və qeydiyyata alınmasını tənzimləyən milli qanunvericiliyi qüvvədə qalır.
Maddə 13
Dənizdə baş verən qəzalar
1. Əgər Tərəflərdən hər hansı birinin bayrağı altında üzən gəmi qəzaya uğrayarsa, saya oturarsa və ya digər Tərəfin ərazi sularında olarkən bu və ya digər qaydada çətinliklə üzləşərsə, digər Tərəfin səlahiyyətli orqanları bu gəminin heyət üzvlərini və sərnişinlərini, həmçinin gəmini və onun yükünü öz bayrağı altında üzən gəmilərə münasibətdə tətbiq etdiyi mühafizə və köməklə təmin edirlər.
2. Dənizdə baş verən qəza zamanı əvvəlki bəndin məzmunu çərçivəsində, Tərəflərdən hər xxxxx xxxx gəmilərin yüklərindən və ya avadanlıqlarından, materiallardan, təchizatlardan və ya digər aksesuarlardan, bu məmulatların maraqlı Tərəflərin ərazisində istifadə və istehlak halları istisna olmaqla, aksiz yığımları da daxil olmaqla, idxal rüsumlarının alınmasından çəkinməlidirlər. Səlahiyyətli gömrük orqanı dənizdə baş verən qəza barədə dərhal məlumatlandırılmalıdır. Malların saxlanılması və idxal rüsumlarından azad olunması ilə əlaqədar şərtlər qarşılıqlı şəkildə razılaşdırılır.
3. Hər iki Tərəf milli qanunvericiliklərinin müddəalarında və Beynəlxalq Dəniz Təşkilatının Dəniz qəzalarının araşdırılması haqqında Beynəlxalq Məcəlləsində nəzərdə tutulmuş prosedurlara uyğun olaraq əməkdaşlıq edir, gəmilərin təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi ilə əlaqədar tədbirlər görür. Bu əməkdaşlıq xüsusilə qeyd edilən Məcəllədə göstərilən mülahizələrin sadələşdirilməsi məqsədini daşıyır.
Maddə 14
Məsləhətləşmələr
1. Hər hansı Tərəf və ya onun səlahiyyətli dənizçilik qurumları istənilən zaman digər Tərəf və ya onun səlahiyyətli dənizçilik qurumları ilə işgüzar səfərlərin təşkil olunmasını və ya məsləhətləşmələrin aparılmasını təklif edə bilər.
2. Hər hansı Tərəf və ya onun səlahiyyətli dənizçilik qurumu tərəfindən təklif edilmiş hər hansı işgüzar səfərlər və ya məsləhətləşmələr belə təklifin alındığı tarixdən etibarən doxsan (90) gün müddətində baş tutmalıdır.
Maddə 15
Əməkdaşlıq
1. Tərəflər hər hansı birinin ölkəsində gəmiçilik şirkətləri və dənizçilik təşkilatlarını əməkdaşlığın lazımi formalarını qurmağa və inkişaf etdirməyə təşviq edirlər. Bu, xüsusilə texniki məsələlərə və mütəxəssislərin hazırlanmasına şamil edilir.
2. Tərəflər DHDNÇ Konvensiyasının I/10-cu qaydasının müddəalarına uyğun olaraq, digər Tərəfin verdiyi dəniz nəqliyyatı sahəsində təhsil və təlimin, ixtisas şəhadətnamələrinin, təsdiqnamələrin, təsdiq edilmiş təlim sənədlərinin və dənizçilərin tibbi şəhadətnamələrinin qarşılıqlı tanınması, habelə təlim, sertifikatlaşdırma və dənizçilərin idarə edilməsi üzrə əməkdaşlıq edirlər.
Maddə 16
Mübahisələrin həlli
Hazırkı Sazişin təfsiri və ya tətbiqi zamanı Tərəflər arasında hər hansı mübahisə yaranarsa, Tərəflər bu mübahisəni məsləhətləşmələr üçün sorğu verməklə dənizçilik orqanları arasında danışıqlar vasitəsilə dostcasına həll etməyə səy göstərəcəklər.
Maddə 17
Qüvvəyəminmə, müddət, ləğvedilmə və dəyişikliklər
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Hazırkı Saziş qeyri-müəyyən müddətə bağlanır. Tərəflərdən hər biri istənilən zaman digər Tərəfi bu Sazişi ləğv etmək qərarı barədə məlumatlandıra bilər. Bu halda Xxxxx digər Tərəfdən belə bildiriş alındıqdan altı ay sonra, qeyd edilən müddətədək ləğvedilmədən imtina edilmədikdə, qüvvədən düşmüş hesab olunur.
3. Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında istənilən dəyişikliklər edilir. Belə dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi xxxx və bu maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilir.
Dubay şəhərində 2 fevral 2016-cı il tarixində, hər biri Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı olduqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti | Birləşmiş Ərəb Əmirlikləri Hökuməti |
adından | adından |
(imza) | (imza) |