AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2010-cu il oktyabrın 8-də Havana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2010-cu il oktyabrın 8-də Havana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-
[1]
ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Kuba Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2010-cu il 1256
Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində
əməkdaşlıq haqqında Saziş
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti,
Hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməyi arzu edərək;
Hər bir ölkənin əhalisi üçün səmərəli və dayanıqlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsəd və maraqlan bölüşərək;
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində aparılan əməkdaşlığın hazırkı səviyyəsi və ümumi maraq kəsb edən fikirlər, məlumatlar, ixtisaslaşdırılmış xxxxx və tədqiqatlar baxımından mübadiləsi yolu ilə təkmilləşdirilməsinin Tərəflər üçün faydalı olacağını hesab edərək;
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsində mövcud xxxx imkanları və bu imkanlardan istifadəni tam optimallaşdırmaq üçün ehtiyacı dərk edərək;
Tərəflərin informasiya və kommunikasiya texnologiyaları sahəsində sərmayələri, birgə müəssisələri, ümumi maraqlan, texnoloji inkişafı və ticarəti inkişaf etdirmək arzusunda olduqlarım nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər qarşılıqlı fayda əsasında, öz dövlətlərinin milli qanunvericilikləri və beynəlxalq hüququn müvafiq xxxxx və prinsiplərinə və bu Sazişin müddəalarına uyğun olaraq informasiya və kommunikasiya texnologiyaları sahəsində öz iqtisadi, sənaye, xxxx və texniki əməkdaşlıqlarını inkişaf etdirəcək və təkmilləşdirəcəklər.
Maddə 2
Tərəflər arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakıları əhatə edir:
- Telekommunikasiyanın tənzimlənməsi və poçt sahəsində hər iki ölkənin təcrübəsinin öyrənilməsi;
- Qarşılıqlı məqbul şərtlərlə informasiya və kommunikasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılmasının təşviq etdirilməsi;
- Telekommunikasiya və poçt təsisatlarında qarşılıqlı təlim kurslarının təşkili; Birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsi;
- Beynəlxalq təşkilatlarda (Ümumdünya Poçt İttifaqı və Beynəlxalq Telekommunikasiya İttifaqı kimi) hər iki ölkənin milli maraqlan üst-üstə düşdüyü təqdirdə bir-birini dəstəkləməsi;
- Qarşılıqlı razılaşma əsasında digər məsələlər.
Maddə 3
Tərəflər İKT sahəsində görülmüş işlərin daha da təkmilləşdirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi və qəbul edilməsi, birgə müəssisələrin təşviq edilməsi məqsədi ilə aidiyyəti orqanlarmı, təşkilat və müəssisələrini bu sahədə sıx əlaqələrin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də xüsusi proqramların və layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa təşviq edəcəklər.
Tərəflər kəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin edilməsi və lokal şəbəkələrin tənzimlənməsi sahəsində əldə olunmuş təcrübənin tətbiqi üçün hər iki tərəfin mütəxəssislərinin birgə iş aparmasını təmin edəcəklər.
Maddə 4
Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 5
Tərəflər əməkdaşlıq çərçivəsində mübadilə etdikləri məxfi informasiyanın öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun surətdə qorunması üçün zəruri tədbirlər görmək, həmçinin belə informasiyanı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu informasiyanı üçüncü tərəfə aşkarlamamaq və yaymamaq öhdəliyi daşıyırlar. Bu müddəa hazırkı Saziş qüvvədən düşdükdən sonra da qüvvədə qalır.
Maddə 6
Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisələr yarandığı təqdirdə, onları diplomatik kanallar vasitəsilə danışıqlar və məsləhətləşmələr yolu ilə həll etməlidirlər.
Maddə 7
Bu Sazişin həyata keçirilməsinə və fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Kuba Respublikasının İnformatika və Kommunikasiya Nazirliyidir.
Bu Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi üzrə səlahiyyətli orqanların qarşılıqlı fəaliyyəti zamanı işçi dil qismində ingilis dilindən istifadə ediləcəkdir.
Tərəflər əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul xxxx digər dövlət hakimiyyəti orqanlarmı təyin edə bilərlər və bu barədə onlar diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırmalıdırlar.
Maddə 8
Bu Sazişə düzəliş və təkmilləşdirmələr Tərəflərin qarşılıqlı razılığı əsasında edilməlidir. Belə düzəliş və təkmilləşdirmələr bu Sazişin ayrılmaz hissəsi xxxx və bu Sazişin 9-cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən protokollarla rəsmiləşdirilməlidir.
Maddə 9
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş iki il müddətinə bağlanılır. Tərəflərdən biri bu Xxxxxxx müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə məlumat verməzsə, onun qüvvəsi növbəti 2 illik müddətlərə uzadılacaqdır.
Bu saziş Havana şəhərində 08 oktyabr 2010-cu il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, ispan və ingilis dillərində imzalanmışdır, bütün mətlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASININ HÖKUMƏTİ ADINDAN
KUBA RESPUBLİKASI HÖKUMƏTİ ADINDAN
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027)
2. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, 170 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]