Q A Y D A S I
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 12 aprel tarixli 159-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi
Q A Y D A S I
1. Ümumi müddəa
Bu Qayda “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin (bundan sonra – ipoteka krediti) verilməsinə dair tələbləri, ipoteka kreditinin verilməsi prosedurunu, ipoteka krediti üzrə hüquqların əldə olunmasını və xxxx alınmasını, habelə ipoteka kreditinin restrukturizasiyası və ipoteka kreditləşməsi ilə bağlı digər məsələləri müəyyən edir.
2. Əsas anlayışlar
2.0. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. ipoteka krediti - yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;
2.0.2. müvəkkil bank - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Cəmiyyət ilə müvafiq müqavilə bağlamış bank;
2.0.3. baş saziş - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan razılaşma;
2.0.4. xidmət müqaviləsi - Cəmiyyət tərəfindən tələb hüquqları əldə olunmuş ipoteka kreditinə xidmət göstərilməsinə dair Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan müqavilə;
2.0.5. borcalan - müvəkkil bankdan ipoteka krediti almış Azərbaycan Respublikası vətəndaşı;
2.0.6. ipoteka kreditinin ilkin maliyyələşdirilməsi - Cəmiyyətin müəyyən etdiyi şərtlərlə müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsi;
2.0.7. ipoteka kreditinin yenidən maliyyələşdirilməsi - müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Cəmiyyət tərəfindən əldə olunması;
2.0.8. Cəmiyyətin kotirovka dərəcəsi - Cəmiyyət tərəfindən tələb hüquqları əldə olunan ipoteka kreditinin yenidən maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi.
3. İpoteka kreditinin verilməsinə dair tələblər
3.1. Cəmiyyətin vəsaiti hesabına verilən ipoteka krediti aşağıdakı tələblərə cavab verməlidir:
3.1.1. kredit Azərbaycan manatı ilə verilməlidir;
3.1.2. kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
3.1.3. kredit 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilməlidir;
3.1.4. kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilməlidir. Cəmiyyətin İdarə Heyəti ipoteka kreditləri üzrə risklərin idarə edilməsi, ipoteka ilə yüklü edilən yaşayış sahələrinin likvidliyinin təmin olunması məqsədilə yaşayış sahəsinin ilkin və ya təkrar bazarda alınmasından asılı olaraq yaşayış sahəsinə dair (tikildiyi il, layihəsi, istismar vəziyyəti, yerləşmə yeri və s.) əlavə tələbləri və bu Qaydanın 3.1.5-ci və 3.1.6-cı yarımbəndləri nəzərə alınmaqla, kreditin məbləği və kredit üzrə illik faiz dərəcələrinə dair şərtləri müəyyən edir;
3.1.5. kreditin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin İdarə Heyəti tərəfindən müəyyən edilir;
3.1.6. kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin yuxarı həddi Cəmiyyətin İdarə Heyəti tərəfindən müəyyən olunur;
3.1.7. Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən xxx olmamalıdır;
3.1.8. ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən xxx olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;
3.1.9. kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddindən xxx olmamalıdır;
3.1.10. kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
3.1.11. ipoteka ilə yüklü edilən və ya tikilməkdə xxxx fərdi yaşayış sahəsini qiymətləndirici qiymətləndirməlidir;
3.1.12. ipoteka saxlayanın hüquqları qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
3.1.13. kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
3.1.14. borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.
3.2. Aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
3.2.1. gənc ailənin üzvü xxxx aşağıdakı şəxslər:
1. şəhidin övladları;
2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları.
3. Azərbaycanın Milli Qəhrəmanının övladları;
4. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
5. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
6. ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
7. fəlsəfə doktoru xxxx dərəcəsi xxxx şəxs;
8. idman sahəsində xüsusi xidmətləri xxxx şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
9. ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;
3.2.2. elmlər doktoru xxxx dərəcəsi xxxx şəxs;
3.2.3. ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
3.2.4. ən azı 3 il hərbi xidmətdə xxxx (müddətli həqiqi hərbi xidmətdə xxxx hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış, Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
3.2.5. ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi xxxx şəxs;
3.2.6. ən azı 3 il xxxx vəzifədə işləyən xxxx işçilər;
3.2.7. ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
3.2.8. ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;
3.2.9. şəhid ailəsinin üzvü (əri/arvadı);
3.2.10. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);
3.2.11. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).
3.3. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ xxxx ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
3.4. Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsait hesabına verilir.
3.5. Cəmiyyət müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi ilə alır. Kotirovka dərəcəsi Cəmiyyətin İdarə Heyəti tərəfindən müəyyənləşdirilir.
3.6. Kotirovka dərəcəsi barədə məlumatı Cəmiyyət müvəkkil banklara yazılı olaraq göndərir, öz rəsmi saytında yerləşdirir və kütləvi informasiya vasitələrində dərc etdirir.
3.7. Cəmiyyət hər bir müvəkkil bankdan alınacaq ipoteka kreditinin həcminə limit tətbiq edir. Limitin müəyyənləşdirilməsi qaydasını Cəmiyyətin İdarə Heyəti təsdiq edir.
4. İpoteka kreditinin verilməsi proseduru
4.1. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir.
4.2. İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır.
4.3. İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:
4.3.1. şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
4.3.2. nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
4.3.3. şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
4.3.4. şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
4.3.5. şəxs fərdi sahibkar olduqda:
1. sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
2. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
4.3.6. şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).
4.4. Bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulmuş sənədləri ipoteka krediti almaq istəyən şəxs müvəkkil banka təqdim etməlidir.
4.5. Müvəkkil bank şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməlidir.
4.6. İpoteka krediti almaq istəyən şəxs, qanunvericiliklə ayrı müddət nəzərdə tutulmayıbsa müvəkkil bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq verildiyi gündən
45 gün müddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, müvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməlidir.
4.7. Qiymətləndirmə aktı müvəkkil banka təqdim edildikdən sonra müvəkkil bank 5 iş günü müddətində kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul etməlidir. Kreditin verilməsinə dair qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməlidir.
4.8. Müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə razılıq barədə qərar verildiyi gündən 10 iş günü müddətində ipoteka kreditinin rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir.
4.9. İpoteka kreditinin verilməsi zamanı bu Qaydanın 4.6-cı və 4.8-ci bəndlərində nəzərdə tutulmuş müddətlərə ipoteka krediti almaq istəyən şəxs tərəfindən riayət edilmədikdə (qiymətləndirici tərəfindən bu Qaydanın 4.6-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətin ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən imtina edilir.
4.10. Bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz.
4.11. İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün təkrar müraciət etmək hüququ vardır.
5. İpoteka krediti üzrə hüquqların əldə olunması
5.1. İpoteka kreditinin maliyyələşdirilməsi və onlara xidmət Cəmiyyət və müvəkkil bank arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir.
5.2. Müvəkkil bank verilmiş ipoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi üçün Cəmiyyətə müraciət edir və tələb olunan sənədlərin surətlərini Cəmiyyətə təqdim edir.
5.3. İpoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi qaydasını, o cümlədən təqdim edilməli sənədlərin siyahısını Cəmiyyətin İdarə Heyəti müəyyən edir.
5.4. Cəmiyyət ipoteka kreditinin bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və müvəkkil banka ilkin maliyyələşdirmə üzrə qərarını 3 iş günü, yenidən maliyyələşdirmə üzrə qərarını isə 10 iş günü müddətində bildirir.
5.5. Cəmiyyət ipoteka krediti üzrə hüquqların əldə edilməsinə razılığını bildirdiyi təqdirdə, müvəkkil bank kredit sənədlərinin əsli ilə Cəmiyyətin xxxxx olmasını təmin edir.
5.6. Yenidən maliyyələşdirilməsinə razılıq verilmiş ipoteka krediti, ipoteka kağızında “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada indossamentlə verilmə qeydi aparılaraq, Cəmiyyətə ötürülür.
5.7. Cəmiyyət ipoteka kreditini ipoteka kağızında göstərilən qiymətlə yenidən maliyyələşdirir.
5.8. Müvəkkil bank Cəmiyyət tərəfindən əldə edilmiş ipoteka kreditini bu Qaydanın 6-cı hissəsində müəyyənləşdirilmiş qaydada xxxx almaq öhdəliyi götürür.
5.9. Tərəflər arasında imzalanmış sənədlər əsasında yaranmış hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra müvəkkil bank baş sazişdə müəyyən olunan sənədləri təhvil- təslim aktı ilə Cəmiyyətə təhvil verir.
5.10. Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan müqavilələrin təsdiq edilməsi və ipoteka saxlayanın hüquqlarının əlavə dövlət qeydiyyatına alınması ilə bağlı xərcləri müvəkkil bank ödəyir.
5.11. Müvəkkil bankların Cəmiyyət qarşısında öhdəliyi onların borcalanlarla münasibətlərindən asılı deyildir. Borcalanların müvəkkil banklar qarşısında öhdəliklərini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil bank Cəmiyyət qarşısında öz öhdəliklərini yerinə yetirməlidir.
5.12. Müvəkkil bankın lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda Cəmiyyətin İdarə Heyətinin qərarı əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Cəmiyyətin vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi müvəkkil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqlar yeni müvəkkil banka ötürülür.
6. Müvəkkil bank tərəfindən ipoteka kreditinin xxxx alınması
6.1. Aşağıdakı hallarda Cəmiyyət müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun xxxx alınmasını tələb edir:
6.1.1. borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə;
6.1.2.qəbul edilmiş sənədlərin bu Qaydaya uyğun olmadığı müəyyənləşdirildikdə.
6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bildirişə xxxx alınmalı ipoteka krediti barədə məlumat əlavə edilir.
6.3. İpoteka kreditinin xxxx alınması zamanı təhvil-təslim aktına əsasən sənədlərin əsli müvəkkil banka qaytarılır.
6.4. Müvəkkil bank Cəmiyyətdən ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə xxxx alır.
7. İpoteka kreditinin restrukturizasiyası
7.1. İqtisadi və (və ya) hüquqi şəraitin dəyişilməsi, habelə borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə yenidən maliyyələşdirilmiş ipoteka krediti üzrə borcalan kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi (kreditin restrukturizasiyası) üçün müvəkkil banka müraciət edə bilər.
7.2. Müvəkkil bank 3 iş günü müddətində borcalanın ipoteka krediti üzrə öhdəliyinin restrukturizasiyası haqqında müraciətini borcalanın təqdim etdiyi sənədlər əsasında yoxlayır və müraciətin bu Qaydanın 7-ci hissəsinə uyğun olduğunu müəyyənləşdirdikdə ipoteka kreditin restrukturizasiya edilməsi barədə Cəmiyyətə müraciət edir.
7.3. Cəmiyyət müraciət daxil olduğu tarixdən 10 iş günü müddətində borcalanın müraciəti ilə bağlı ipoteka kreditinin restrukturizasiyası barədə razılıq və ya əsaslandırılmış imtina haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün, borcalana və müvəkkil banka bildirilir.
7.4. Cəmiyyət tərəfindən ipoteka kreditin restrukturizasiyasına razılıq barədə qərar müvəkkil banka göndərildiyi tarixdən 5 iş günü müddətində kreditin restrukturizasiyasının rəsmiləşdirilməsi həyata keçirilir.
7.5. İpoteka kreditin restrukturizasiyası aşağıdakı formalarda həyata keçirilə bilər:
7.5.1. kreditin məbləğindən xxx olmamaq şərtilə kredit üzrə hesablanmış faizlərin kapitallaşdırılaraq əsas borcun məbləğinə əlavə olunması;
7.5.2. bu Qaydanın kreditin maksimum müddətinə dair tələbi nəzərə alınmaqla kreditin müddətinin uzadılması;
7.5.3. Müvəkkil bankın razılığı ilə kredit üzrə faiz dərəcəsinin bankın xidmət haqqısı hesabına azaldılması;
7.5.4. İpoteka krediti üzrə ödənişlərə 1 ildən xxx olmayan müddətdə fasilə verilməsi.
7.6. Restrukturizasiya formaları birlikdə və ya ayrılıqda tətbiq edilə bilər. Restrukturizasiya kreditin qüvvədə olduğu müddət ərzində ən çoxu 3 dəfə həyata keçirilə bilər və bu restrukturizasiyalar arasındakı dövr minimum 1 il olmalıdır.
7.7. Aşağdakı hallarda Cəmiyyət tərəfindən ipoteka kreditinin restrukturizasiyasından imtina edilir:
7.7.1. borcalanın maliyyə vəziyyətinin pisləşməsi və digər maliyyə çətinliyi yaradan hallarla üzləşməsini təsdiq edən sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə göstərilən məlumatlar öz təsdiqini tapmadıqda;
7.7.2. restrukturizasiya üçün müraciət olunan kredit bu Qaydanın 7.8-ci yarımbəndinə əsasən Cəmiyyət tərəfindən müəyyən olunan tələblərə cavab vermədikdə.
7.8. İpoteka kreditinin restrukturizasiyasına dair sənədlərin siyahısı və digər tələblər Cəmiyyətin İdarə Heyəti tərəfindən müəyyən olunur.
8. Keçid müddəalar
8.1. Elektron sistem fəaliyyətə başlayanadək:
8.1.1. ipoteka krediti almaq istəyən şəxs Cəmiyyətin rəsmi internet səhifəsi vasitəsilə və ya birbaşa müvəkkil banka gəlməklə ipoteka kreditinin verilməsi üçün müraciət edə bilər;
8.1.2. bu Qaydanın 4.5-cı, 4.7-ci və 4.9-cu bəndlərində nəzərdə tutulmuş qərarlar müvəkkil bank tərəfindən ipoteka krediti almaq istəyən şəxsə həmin qərarlar qəbul edildiyi gündən 2 iş günü müddətində rəsmi qaydada göndərilməli və ya təqdim edilməlidir;
8.1.3. bu Qaydanın 4.6-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş müddət bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulmuş ilkin razılıq qərarını ipoteka krediti almaq istəyən şəxsin rəsmi qaydada aldığı gündən hesablanır;
8.1.4. bu Qaydanın 4.7-ci bəndində nəzərdə tutulmuş müddət qiymətləndirici tərəfindən qiymətləndirmə aktının müvəkkil banka təqdim edildiyi gündən hesablanır;
8.1.5. bu Qaydanın 4.8-ci bəndində nəzərdə tutulmuş müddət bu Qaydanın 4.7-ci bəndində nəzərdə tutulmuş qərarı ipoteka krediti almaq istəyən şəxsin rəsmi qaydada aldığı gündən hesablanır.
8.2. Cəmiyyətin İdarə Heyəti tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən xxx olmamalıdır.