AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı xxxx dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı xxxx dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in 2-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi təyin edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin 2-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, səlahiyyətli orqan kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təyin edilməsi barədə Müstəqil Dövlətlər Birliyinə müvafiq bildiriş göndərsin.