AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqların daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və AZEN OYL Kompani Xx.Xx. Azərbaycan-Türkiyə birgə müəssisəsi arasında "Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin 2004-cü il sentyabrın 29-da imzalandığım nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Göstərilən Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilsin.
(Azərbaycan Respublikası Baş nazirinin yanında 2004-cü il 13 oktyabr tarixində keçirilmiş iclasın 3 nömrəli protokolu).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş xxxxxx A. XXXXXXXX
Bakı şəhəri, 14 oktyabr 2004-cü il
№150