S A Z İ Ş
C*
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
ilə
Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşhq haqqmda
S A Z İ Ş
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi, bundan sonra Tərəflər,
Tərəflər arasında pmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində dostluq münasibətlərinin və əməkdaşlığın inkişafında maraqlı olduqlarını nəzərə alaraq, „•
belə ikitərəfli əməkdaşlığın iqtisadi və sosial tərəqqinin stimullaşdırılmasına xidmət edəcəyini anlayaraq,
əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş birgə səylərin qarşılıqlı dəstəklənməsinə çalışaraq,
aşağıdakılar haqqında razılığa gəldilər:
MADDƏ 1
Tərəflər, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı inkişaf etdirir və genişləndirirlər.
MADDƏ 2
Tərəflər arasında əməkdaşlıq aşağıdakı istiqamətlər üzrə həyata keçiriləcəkdir:
a) , əmək, məşğulluq və əhalinin sosial müdafiəsi problemlərinin normativ-hüquqi aktlar əsasında tənzimlənməsi;
b) . insan ehtiyatlarının planlaşması və inkişafı, o cümlədən müxtəlif əhali qruplarının məşğulluğu; əmək bazarının informasiya sistemləri; əmək bazarında fəal siyasət; Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasına və Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan Respublikasına əmək miqrasiyasının tənzimlənməsinə dəstək verilməsi;
c) . sosial-əmək münasibətləri, o cümlədən onların qanunvericiliklə tənzimlənməsi, əməyin təftişi, əmək mübahisələrinin həlli yolları;
ç). sosial sığorta, o cümlədən pensiya sığortası, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta;
d) . yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, minimum yaşayış həddi
göstəricisinin hesablanması metodologiyasının təkmilləşdirilməsi, əhalinin sosial müdafiəsi sisteminin, o cümlədən ünvanlı sosial yardım mexanizmlərinin inkişafı;
e) , peşə reabilitasiyası və əlilliərin sosial inteqrasiyası;
ə), işsizlər və işaxtaranların peşə hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı;
f) . Tərəflərin qarşılıqlı razılıq əldə etdikləri digər əmək, məşğulluq və əhalinin sosial müdafiəsi məsələləri.
MADDƏ 3
Tərəflər əməkdaşlığı aşağıdakı formalarda həyata keçirəcəklər:
a) , əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsinə aid xxxx qanunvericilik və normativ sənədlərin mübadiləsi;
b) . sosial-əmək inkişafı məsələləri üzrə informasiya-analitik materialların və xxxx tədqiqatların nəticələrinin mübadiləsi;
c) . Tərəflərin ekspertləri arasında məsləhətləşmələrin aparılması;
ç). Tərəflərin dövlətlərinin ərazilərində keçirilən konfranslarda, seminarlarda və digər beynəlxalq tədbirlərdə Tərəflərin ekspertlərinin, mütəxəssislərinin iştirakı;
d) . Tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və sosial-əmək sferasında iş təcrübəsinin mübadiləsi məqsədilə ixtisasartırma və təjim səfərlərinin təşkil olunması;
e) , beynəlxalq forumlarda əmək, məşğulluq və əhalinin sosial müdafiəsi məsələləri üzrə qarşılıqlı fəaliyyət və dəstək.
MADDƏ4
Bu Sazişin müddəalarının tətbiq olunması məqsədilə Tərəflər birgə işçi qrupu yaradırlar.
İşçi qrupu əməkdaşlığın ayrı-ayrı sahələri üzrə işçi proqramlarını, eləcə də bu proqramlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin maliyyə şərtlərini razılaşdırır.
İşçi qrupu, zərurət yaranarsa, növbə ilə hər iki Tərəfin dövlətinin ərazisində bu Sazişin predmeti xxxx məsələlərin həlli üçün görüşlər keçirir.
MADDƏ 5
Bu Sazişin tətbiq olunmasının maliyyə təminatı hər iki Tərəf üçün məqbul sayılan şərtlər əsasında, onların dövlətlərinin qanunvericiliyinə müvafiq həyata keçiriləcəkdir.
MADDƏ 6
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi xxxx xxx-ayrı protokollarla rəsmiləşdirilən və Sazişin 7-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən əlavələr və dəyişikliklər edilə bilər.
C*
MADDƏ7
Bu Xxxxx, onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş üç il müddətinə bağlanılır. Tərəflərdən biri bu Xxxxxxx qüvvəsinin başa çatmasına ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi növbəti üç il müddətinə uzadılacaqdır. ,
MADDƏ 8
Bu Sazişin müddəalarının təfsirinə və tətbiqinə dair bütün mübahisələr və fikir ayrılığı qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunacaqdır.
Bu Saziş 2003-cü ilc^öy^-«/y»-də Moskva şəhərində hər biri azərbaycan və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasıma
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi