SAZİŞ
X.X.Xxxxxxx adına Azərbaycan Milli kitabxanası ilə Latviya Milli kitabxanası arasında əməkdaşlıq haqqında
SAZİŞ
X.X.Xxxxxxx adına Azərbaycan Milli kitabxanası, Nizamnamə əsasında fəaliyyət göstərən və direktor KM.Tahirovun şəxsində, həmçinin Latviya Milli kitabxanası, «Latviya Milli Kitabxanası haqqında» Qanun əsasında fəaliyyət göstərən və direktor Xxxxxx Xxxxxxx şəxsində gələcəkdə Tərəflər adlandırılacaq aşağıdakılar barədə razılığa gəliblər:
1
Uzun müddətli portnyorluq münasibətləri əsasında qarşılıqlı mədəni əlaqə çərçivəsində Tərəflərin mövcud imkan və təlabatları nəzərə alınaraq, «Azərbaycan Respublikası və Latviya Respublikası mədəniyyət nazirlikləri arasında mədəni əməkdaşlıq haqqında Müqavilə»nin 6-cı bəndinə əsaslanaraq Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər:
1.1. İki respublikanın - Azərbaycan Respublikası və Latviya Respublikası hökumətiəri səviyyəsində reallaşdırılması nəzərdə tutulan birgə iqtisadi, xxxx və mədəni layihələrin həyata keçirilməsinə hər iki Tərəfin məlumat dəstəyinin təminatı.
1.2. Vahid məlumat və mədəniyyət məkanının formalaşdırılması məqsədilə Tərəflərin birgə layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi.
1.3. Latviya Milli kitabxanasında Azərbaycan Milli kitabxanasının fondlarından, həmçinin X.X.Xxxxxxx adına Azərbaycan Milli kitabxanasında Latviya Milli kitabxanasının fondlarından kitab sərgilərinin təşkili.
1.4. Azərbaycan və Latviya vətəndaşlarına məlumat xidməti göstərmək və hər iki kitabxananın fondlarının zənginləşdirilməsi məqsədilə daimi və qarşılıqlı faydalı əsasda milli çap və elektron nəşrlərin mübadiləsini aparmaq.
1.5. Ayrı-ayrı razılaşmalar çərçivəsində ölkələrimiz arasında vahid məlumat və mədəniyyət məkanının inkişaf etdirilməsinə imkan yaradan birgə tədqiqat, nəşriyyat və digər təşəbbüslərlə çıxış etmək.
1.6. Azərbaycan Respublikası və Latviya Respublikasının qanunvericiliyinə müvafıq olaraq hər iki kitabxananın məlumat bazalarına Tərəflərin sərbəst daxil olmasını təmin etmək.
1.7. Elektron kitabxananın təşkili məqsədilə birgə layihələrin hazırlanması və həyata
keçirilməsi.
1.8. BKAA və sənədlərin elektron nüsxələrinin çatdırılması sistemindən istifadə etməklə oxuculara kitabxana-informasiya xidmətinin göstərilməsinə Tərəflərin yardım göstərməsi.
1.9. Korporativ razılaşmalar çərçivəsində birgə konfranslar, maarifləndirici tədbirlərin keçirilməsi, kitabxana işində qabaqcıl nailiyyətlərin və yeni texnologiyaların tətbiqi üzrə qarşılıqlı təcrübə mübadiləsinin təşkili.
1.10. Kitabxana işi üzrə qarşılıqlı maraq doğuran sənəd və məlumat materiallarının müntəzəm mübadiləsinin təşkili.
1.11. Hər iki kitabxananın əməkdaşlığının nəticələri üzrə materialların birgə nəşri.
2
Tərəflər qeyd edirlər ki, birgə əməkdaşlığın hər bir istiqamətləri üzrə fəaliyyət əlavə bağlanan müqavilələrlə (protokollarla) konkretləşə bilər.
3
Həmin müqavilə müddətsiz bağlanır və hər bir tərəf 6 ay əvvəldən digər tərəfi xəbərdar etməklə müqaviləyə xitam verə bilər.
4
Həmin müqavilənin mətnində hər iki tərəfin yazılı razılığı ilə düzəliş edilə bilər.
5
Həmin Müqavilə rus , Azərbaycan və latış dillərində olmaqla iki nüsxədə, hər bir tərəf üçün bir nüsxə tərtib olunmuşdur, və hər iki nüsxə eyni qüvvəyə malikdir.
6
Müqavilə hər iki tərəfin imzaladığı andan qüvvəyə minir
7
Tərəflərin hüquqi ünvanları:
X.X.Xxxxxxx adına Azərbaycan Milli kitabxanası | Latviya Milli Kitabxanası X.Xxxxx xxx. 14 |
Xaqani xxx. 29, Bakı şəh. , AZ-1000 Azərbaycan | Riqa şəh. LV-1423 Latviya |
Direktor X.Xxxxxxx | Direktor X.Xxxxx |
Yanvar 2006-cı il