KART(LAR)IN VERİLMƏSİ VƏ ƏMƏLİYYATLARIN APARILMASI ÜZRƏ ƏSAS ŞƏRTLƏR
KART(LAR)IN VERİLMƏSİ VƏ ƏMƏLİYYATLARIN APARILMASI ÜZRƏ ƏSAS ŞƏRTLƏR
Müqavilə çərçivəsində «Müştəri»yə hər hansı kart məhsulu təqdim edilərsə, tərəflər arasında münasibətlər qanunvericilik və aşağıdakı şərtlər əsasında tənzimlənəcəkdir:
2.1. Kart sahibinin şəxsi məlumatları Müqavilənin 9-cu “Tərəflərin hüquqi ünvanı və rekvizitləri” maddəsində göstərilir.
2.2. Kart(lar)ın təqdim edilməsi zamanı «Bank» müvafiq hesab(lar)ın açılmnasını təmin edir və
«Müştəri»yə kart üzrə ŞEN
(şəxsi eyniləşdirmə nömrəsi) xxxx zərf verilir. Kartın və hesabının rekvizitləri «Bank» tərəfindən kağız və ya elektron
daşıyıcılarda «Müştəri»yə verilə bilər.
2.3. «Bank» və ya «Satıcı» «Müştəri»yə kartdan istifadə qaydaları haqqında təlimat və təhlükəsizliyin gözlənilməsi üzrə
əsas tələblər verə bilər. Bu Təlimatın müddəaları «Müştəri» üçün məcburi hüquqi qüvvə kəsb edir.
2.4. Kartdan istifadə müddəti hər bir kart üzrə fərdi qaydada müəyyən edilir və qüvvədə olma müddəti kartın üzərində
qeyd edilir. Həmin müddətdə kart «Bank»ın mülkiyyəti sayılır.
2.5. Təqdim ediləcək Kart(lar)ın istifadəsi mümkün xxxx dairə (bankomat və POS terminallar vasitəsilə nağd pul vəsaitini
hesabdan çıxarmaq və nağdsız hesablaşmalar aparmaq imkanı) hər bir kart üzrə fərdi qaydada müəyyən edilir.
«Müştəri» konkret kartın əldə edilməsi zamanı həmin dairə ilə xxxxx olur və təklif edilən şərtlərlə razı olması barədə
müvafiq qaydada razılığını bildirir. «Bank» tərəfindən birtərəfli qaydada həmin dairənin məhdudlaşdırılması və ya
genişləndirilməsi mümkündür.
2.6. Kartların rəsmiləşdirilməsi zamanı tətbiq ediləcək xidmət haqqının məbləği və ödənilmə qaydası müvafiq kartın
rəsmiləşdirilməsi zamanı «Müştəri»yə təqdim ediləcək, «Müştəri» göstərilən xidmət haqqını ödəməklə həmin xidmət
haqqı məbləği ilə razı olduğunu bildirəcək və bu hərəkət «Müştəri» tərəfindən kartın alınması ilə bağlı razılıq ifadəsi
hesab ediləcəkdir.
2.7. Kartın valyutasından fərqli valyutada aparılan əməliyyatlar üzrə «Bank»ın əməliyyat gününə tətbiq edəcəyi valyuta
məznənnəsi və xidmət haqları tətbiq ediləcəkdir.
2.8. «Müştəri»nin müraciəti əsasında, «Bank»ın xidmət tarifləri və şərtləri ilə müəyyən edilmiş haqq ödənilməklə
(ödənişsizdə ola bilər) «Müştəri»yə hesab üzrə pul vəsaitinin hərəkəti və hesabdaki qalıq haqqından çıxarışlar təqdim
edilə bilər. Çıxırışlar həm elekton qayda müvafiq internet ünvanı vasitəsi ilə, həmçinin kağız daşıyıcıda
«Bank»ın şöbə
və filiallarında təqdim edilə bilər.
2.9. Tərəflər arasında ayrı qayda razılaşdırılmamışdırsa Kart hesabında xxxx pul vəsaitlərinə faizlər hesablanmır.
2.10. Kart hesabı üzrə əməliyyatlar hesabda mövcud xxxx pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq
istifadə kreditləşmə (texniki overdraft) hesab olunur və «Müştəri» «Bank»ın ilk tələbi ilə müvafiq vəsaiti və texniki
overdraft üzrə «Bank»ın tarifi ilə hesablanmış xxxxx dərhal «Bank»a qaytarmalıdır.
2.11. «Bank» öz daxili qaydaları ilə müəyyən edilən hallarda və qaydada «Müştəri»dən sığorta depozitinin ödənilməsini
tələb edə bilər. Sığorta depoziti «Bank»ın mümkün itkilərinin aradan qaldırılması məqsədini daşıyır və
«Bank»ın öz
mülahizəsinə görə «Müştəri»nin sərəncamı olmadan «Bank»ın xeyrinə silinə bilər.
2.12. «Bank» tərəfindən nəzərdə tutulduğu halda «Müştəri»nin ərizəsi əsasında «Bank»ın daxili qaydalarına uyğun «Bank»
digər şəxslərin (bundan sonra «Əlavə kart sahibi») adına, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə kart hesabı
üzrə əlavə kart verə bilər. Əlavə kart sahibi kart hesabının sahibi olmur və yalnız bu Müqavilə üzrə kart hesabı
vasitəsilə əməliyyatlar aparmaq hüququna malikdir. Əlavə kartın verilmə qaydası və şərtləri «Bank» tərəfindən
müəyyən olunur.
2.13. Kartın ŞEN kodu 3 (üç) dəfə düzgün yığılmadıqda, kart hesab(lar)ından qeyri-leqal məsədlər üçün istifadə edilməsi
müəyyən olunduqda və ya bank praktikası ilə müəyyən edilən digər hallarda «Bank» kart(lar)ı bloklaşdıra və ya
kar(lar)a xidmət göstərilməsini dayandıra bilər. Qeyd edilən məhdudiyyətlər «Bank»la «Müştəri» arasında razılıq əldə
edildikdən və pozuntu halları aradan qaldırıldıqdan sonra götürülə bilər.
2.14. Kart itirildikdə, məhv olduqda və ya yarasız hala düşdükdə, habelə kartın ŞEN kodu 3 (üç) dəfə düzgün yığılmadıqda
«Müştəri»nin yazılı müraciəti əsasında müvafiq xidmət haqqı ödənilməklə yeni kart verilə və avtomatik surətdə
bloklaşmış kart aktivləşdirilə bilər. Eyni zamanda «Müştəri»ninmüraciəti əsasında müvafiq xidmət haqqı ödənilməklə
PİN-kod dəyişdirilə bilər.
2.15. Kart və ya kart hesabı aşağıdakı hallarda qarşı tərəfin razılığı olmadan birtərəfli qaydada ləğv edilir:
2.15.1. «Müştəri» tərəfindən:
• ərizəsi üzrə.
2.15.2. «Bank» tərəfindən:
• «Müştəri»nin kart hesab(lar)ından qeyri-leqal məqsədlər üçün istifadə edilməsi müəyyən olunduqda;
• 1 (bir) il ərzində «Müştəri» tərəfindən hər hansı əməliyyat aparılmadıqda;
• «Bank»ın daxili qaydaları ilə müəyyən olunan digər hallarda.
2.16. 2.15.2-ci maddədə göstərilən hallarda Müqavilənin ləğv edilməsi qaydasını «Bank» müəyyən edir. 2.13-cü maddədə
qeyd olunan hallar tərəflərin hüuqunu təşkil edir.
2.17. Müqavilənin ləğv edilməsi «Müştəri»nin kartlarının ləğv edilməsi və müvafiq olaraq hesab(lar)ının bağlanması üçün
əsasdır.
2.18. Kart qüvvədən düşdükdən sonra, kart hesabında xxxx «Müştəri»nin «Bank» və digər şəxslər qarşısında hər cür
öhdəlikdən azad statuslu pul vəsaitinin qalığı, kart «Bank»a qaytarıldıqdan sonra nağd qaydada və/və ya
«Bank»ın
xidmət tarifləri və şərtlərinə əsasən xidmət haqqı ödənilməklə köçürmə yolu ilə «Müştəri»yə qaytarılır.
Qüvvədən
düşmüş kart ləğv edilir. 2
2.19. Kart, kart hesabının açılması və hesab üzrə əməliyyatlara və digər bank xidmətlərinə görə «Bank»ın xxxx xidmət
tarifləri və şərtləri tətbiq edilir. Xidmət haqları «Bank» və ya «Satıcı» vasitəsi ilə tutula bilər.
2.20. «Müştəri» PİN-kodun kənar şəxslərə məlum olduğununu xxxxx etdikdə, kartdan qanunsuz istifadə edilməsi barədə
şübhələri yarandıqda, Kart itdikdə, oğurlandıqda və ya bankomatda qaldıqda dərhal «Bank»ın Məlumat Mərkəzi (145)
ilə telefon vasitəsi ilə əlaqə saxlamalı, yaxud «Bank»a şəxsən müraciət edərək kart üzrə əməliyyatların dayandırılmasını xahiş etməli və və istəyinə uyğun olaraq yeni kartla PİN-kod sifariş etməlidir.
2.21. Virtual kartın rekvizitləri «Müştəri»yə onun təqdim etdiyi mobil nömrə vasitəsi ilə çatdırıla bilər.
«Müştəri»nin «Bank»a
müraciəti əsasında kart «Bank» tərəfindən «Müştəri»nin müraciətdə qeyd etdiyi ünvanına çatdırıla bilər.
Kartın
çatdırılması zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə «Bank» tərəfindən müxtəlif tədbirlər (məsələn: kart və
XXX xxxx zərfin fərqli məktublarda göndərilməsi, kartın sonradan aktivləşdirilməsi və s.) görülə bilər.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. «Müştəri»nin hüquq və vəzifələri:
3.1.1. Təklif edilən məhsulların əldə edilməsi üçün müvafiq addımlar atmaqla (hərkətlər etməklə) həmin məhsulu əldə edir
və ondan istifadə edir;
3.1.2. Bu Müqavilə ilə müəyyən olunan şərtlərlə kartlarla əməliyyatlar aparır;
3.1.3. Xidmətlərin, təqdim edilmiş alətlərin istifadə müddəti bitdikdə onların yenilənməsi ilə bağlı yazılı müraciət edir;
3.1.4. Hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma
aparılmasını və əsassız silinmiş məbləğin xxxx qaytarılmasını (charge back) yazılı qaydada tələb edir;
3.1.5. Kart üzrə mübahisəli əməliyyatların araşdırılması üçün birbaşa olaraq «Bank»a müraciət edir. Bu zaman «Bank»
tərəfindən araşdırma beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olaraq aparılır və məlumatın emalı 60
(altmış) gün müddətinədək həyata keçirilir;
3.1.6. Təklif edilən məhsulun şərtləri ilə vaxtında və tam olaraq xxxxx olur və yalnız bundan sonra onu əldə edir;
3.1.7. Müqavilə ilə və bankın təyin etdiyi xidmət tarifləri ilə müəyyən olunan şərtlərlə bank xidmətlərinin haqqını «Bank»a
ödəyir;
3.1.8. Özünə aid bu Müqavilədə göstərilən eyniləşdirmə məlumatlarının təhlükəsiz şəkildə qorunmasını təmin edir;
3.1.9. Hesabından pul vəsaitinin əsassız silinməsinə dair araşdırma zamanı silinmənin əsaslı olması müəyyən olunarsa,
araşdırmaya görə «Bank»ın xərclərini ödəyir;
3.1.10. «Satıcı» və ya «Bank»a təqdim edilən sənədlərdə baş vermiş dəyişikliklər barədə bütün məlumatları müvafiq
təsdiqedici sənədlər qoşulmaqla dərhal yazılı qaydada «Satıcı» və ya «Bank»a təqdim edir və zərurət yarandıqda
müvafiq rəsmiləşdirmələr edir;
3.1.11. Kart və ya əlavə kart itirildikdə, itirilmiş kartın ŞEN kodunun düzgün göstərilməsi şərti ilə bu barədə dərhal yazılı, bu
mümkün olmadıqda isə telefon vasitəsilə «Bank»a (tel: 000-00-00) məlumat verir;
3.1.12. «Bank»da cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) haqqında qanunvericiliyin tələblərini pozmamaqla əməliyyat aparır.
Əks halda «Satıcı» «Bank»ın təşəbbüsü ilə müqaviləyə birtərəfli qaydada xitam verə bilər;
3.1.13. Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (FATCA) tələblərinə uyğun olaraq zəruri
məlumatları Banka təqdim edəcəyini, həmçinin bu aktdan irəli gələn tədbirlərin görülməsinə və «Bank» tərəfindən
məlumatların Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim edilməsinə etiraz
etməməyi öhdəsinə götürür.
3.2. «Satıcı»ın hüquq və vəzifələri:
3.2.1. «Müştəri» bu Müqavilə və Müqavilə çərçivəsində bağlayacağı əqdlər üzrə öhdəliklərini icra etmədikdə Müqaviləni
birtərəfli qaydada ləğv edir.
3.3. «Bank»ın hüquq və vəzifələri:
3.3.1. «Müştəri» tərəfindən məhsulun əldə edilməsi ilə bağlı ödənişlər həyata keçirildikdə özünün xidmət haqlarını həmin
vəsaitdən tutur;
3.3.2. İstənilən növ əməliyyatlar üzrə gündləik, aylıq məhdudiyyətlər tətbiq edə bilər;
3.3.3. «Müştəri» bu Müqavilə və Müqavilə çərçivəsində bağlayacağı əqdlər üzrə öhdəliklərini icra etmədikdə Müqaviləni
birtərəfli qaydada ləğv edilməsi ilə bağlı «Satıcı»ya müraciət edir, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər
görür və (və ya) qanunvericiliklə, qanunvericiliyə zidd olmayan bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar
tətbiq edir;
3.3.4. Bank xidmətlərinin haqqını, özünün və digər ixtiyarlı şəxslərin pul tələblərini bu Müqavilə və özünün xidmət tarifləri və
şərtləri əsasında «Müştəri»nin hesablarındakı pul vəsaitindən onun sərəncamı olmadan tutur;
3.3.5. Kart verildiyi tarixdən etibarən hər 6 (altı) ayın tamamında əvvəlki 6 (altı) ay ərzində kartla hər hansı bir əməliyyat
aparılmadıqda və həmin tarixə kart hesabında 5 (beş) Manat/ABŞ dolları/Avrodan az vəsati olduqda kartı ləğv edir;
3.3.6. Bu Müqavilə çərçivəsinə verilən kart(lar)ın istifadə müddəti bitdikdə «Müştəri»nin yazılı müraciətinə əsasən yeni kart
verir;
3.3.7. Xidmət tarifləri və şərtlərini birtərəfli qaydada dəyişdirir.
3.3.8. «Müştəri»nin «Bank» qarşısında icra edilməmiş və ya lazımınca icra edilməmiş borcu olduqda və/və ya Bankın daxili
qaydalarına uyğun digər hallarda kart hesabı üzrə əməliyyatların onun kart hesab(lar)ı üzrə sərəncamlarını icra
etməkdən imtina edir. 3
3.3.9. «Müştəri»nin hesabına əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitini, «Müştəri»nin sərəncamı olmadan həmin
hesabdan silir və bunun ardınca müvafiq bank əməliyyatlarını aparır.
3.3.10. Kartın itirilməsi barədə «Müştəri»dən məlumat aldıqdan sonra kartla əməliyyatları dayandırır və kartın nömrəsini stopvərəqəyə
daxil edir.
3.3.11. «Müştəri»nin tələbi ilə kart hesabı üzrə çıxarışlar verir (Çıxarışın verilmə tarixindən gün müddətində çıxarış üzrə
«Bank»a hər hansı etiraz daxil olmadıqda, o qəbul edilmiş sayılır).
KOMMERSİYA VƏ BANK SİRRİ
4.1. Tərəflərdən hər biri bu Müqavilə çərçivəsində təqdim edilmiş məlumatları məxfi saxlamağı və həmin məlumatlar
üzərində əqli mülkiyyət hüquqlarını pozmamağı öhdəsinə götürür.
4.2. Məlumatlar yalnız qanunvericilik və bu Müqavilənin şərtlərinə uyğun olaraq üçüncü şəxslərə ötürülə bilər.
TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
5.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə
Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı
tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
5.2. «Müştəri» və ya digər şəxslərin öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsindən yaranan hallara
görə bu Müqavilə üzrə öhdəliklərinin icra etməməsi və ya lazımınca icra etməməsi üçün «Satıcı» və ya
«Bank»
məsuliyyət daşımır.
5.3. «Bank» tərəfindən təqdim edilən xidmətlər (kartlar və s.) vasitəsi ilə əldə edilən malların, xidmətlərin keyfiyyəti,
tamlığı və digər xüsusiyyətlərinə görə «Satıcı» və ya «Bank» məsuliyyət daşımır.
5.4. «Müştəri»nin bu Müqavilə və ya Müqavilə çərçivəsində bağlanacaq əqdlərin şərtləri ilə xxxxx olmaması səbəbindən
yaranan itkilərə görə «Satıcı» və ya «Bank» məsuliyyət daşımır.
5.5. «Bank» və ya «Satıcı», kartın «Müştəri»nin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, kart hesabı üzrə
aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (“fraud”) əməliyyatların) və ŞEN koddan
istifadə edilməsinin nəticələrinə görə məsuliyyət daşımır.
5.6. «Müştəri» Müqavilənin imzalanması və gələcək əməliyyatlar zamanı «Satıcı» və ya «Bank»a təqdim edəcəyi
məlumatların həqiqiliyinə və «Müştəri»yə aid məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi nəticəsində
dəyən zərərə görə məsuliyyət daşıdığını təsdiq qəbul edir.
5.7. Fors-major hallarında tərəflər müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə bir- biri qarşısında
heç bir maddi və digər məsuliyyət daşımırlar. Göstərilən səbəblərdən müqavilənin icrası mümkün olmadıqda onun
icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. Tərəflərdən hər biri istinad etdiyi fors-major halın
mövcudluğunu sübut etməyə borcludur.
ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU, BANK VƏ MÜŞTƏRİ
6.1. «Bank» “30” iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra “Fond”) iştirakçısı olaraq
(9 xxxxx Şəhadətnamə) Xxxxx sığorta haqqı ödəyir (bu haqq «Müştəri»dən tutulmur).
6.2. «Bank» tərəfindən «Müştəri»dən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Xxxx tərəfindən sığortalanır.
6.3. Sığorta hadisəsi - «Bank»ın məcburi ləğvi və ya müflis elan olunması, «Bank»ın «Müştəri» qarşısında əmanət üzrə
öhdəlikdərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının
qüvvəyə minməsi və «Bank»ın «Müştəri» qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Mərkəzi Bank
tərəfindən təsdiq edilməsidir.
6.4. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitəsilərində «Müştəri»yə kompensasiya
ödənilməsi yeri və vaxtı haqqında elan verir:
a) AzTV;
b) İctimai TV;
c) Azərbaycan qəzeti;
d) Respublika qəzeti;
e) Xalq qəzeti;
f) AzərTAc informasiya agentliyi;
g) APA informasiya agentliyi.
6.5. Fonddan kompensasiya almaq üçün «Müştəri» kütləvi informasiya vasitəsilərində göstərilən yerə yazılı ərizə ilə
müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;
b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd;
c) Bank əmanəti müqaviləsi.
Ərizəni verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Xxxx tərəfindən «Müştəri»yə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən
başlayaraq bir il ərzində qəbul edir. «Müştəri»nin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi
haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.
6.6. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
a) «Bank»ın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
4
b) qeyri-xxxxxx xxxxx əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı
şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
d) üzərinə həbs qoyulmuş əmanət;
e) cəlb edildiyi günə “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20- ci
maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
f) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
g) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində xxxx pul vəsaitləri.
6.7. «Fond» sığorta hadisəsi baş verdikdə «Bank»da sığortalanmış əmanət üzrə «Müştəri»yə Azərbaycan Respublikasının
“Əmanətlərin Sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlarına müvafiq olara
kompensasiya ödəyir. Sığorta hadisəsi baş verdiyi günə «Müştəri»nin «Bank» qarşısında vaxtı çatmış öhdəliyi olduqda
əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla «Müştəri»nin «Bank» qarşısında icra edilməyən
öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
6.8. Fond kompensasiyanı milli valyutada xxxx əmanət üzrə manatla, ABŞ dollarında xxxx əmanət üzrə ABŞ dollarında,
AVRO-da olan əmanət üzrə isə AVRO-da «Müştəri»yə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda
kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi «Bank»ın müvafiq valyutalar üzrə
müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çapraz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət
üzrə faizlərı sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə «Müştəri»yə ödəyir.
6.9. «Müştəri»nin «Bank»da bir neçə əmanəti, yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduğu zaman,
Fond həmin
əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. «Müştəri»nin Fondun hər hansı digər iştirakçı bankında
xxxx əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir.
6.10. «Bank» «Müştəri»nin yazılı və ya şifahi sorğularına cavab olaraq, «Bank»ın sığorta sistemində iştirakı, qorunan
əmanətlər və kompensasiyalar barədə «Müştəri»yə məlumat verir.
6.11. «Müştəri» aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla əlaqə saxlıya bilər:
AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40; əlaqə tel: (00000) 000 00 00, 000 00 00, 000 00 00; Faks:
(99412) 596 65
94; e-mail: xxxx@xxxx.xx; sayt: xxx.xxxx.xx.
MÜQAVİLƏNİN MÜDDƏTİ,
ŞƏRTLƏRİNİN DƏYİŞDİRİLMƏSİ VƏ ONUN LƏĞV EDİLMƏSİ
7.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və qeyri-müəyyən müddətə qüvvədədir.
7.2. Müqavilənin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə tərəflərin razılığı ilə yol verilir.
Müqaviləyə edilən
bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan hüquqi
qüvvəyə minir. Birtərəfli qaydada aparılan dəyişikliklər hüquqi qüvvəyə malik deyil.
7.3. «Müştəri» tərəfindən öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə qanunvericiliklə və ya
müvafiq orqanın qərarı ilə əməkdaşlığın davam etdirilməsi mümkün olmadıqda «Satıcı» «Müştəri»ni 5 (beş) gün
qabaqcadan xəbərdarlıq etməklə Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
ƏLAVƏ ŞƏRTLƏR
8.1. Bu Müqavilə ilə bağlı hər hansı bir tələb, bildiriş, xəbərdarlıq və s. sənədlər Müqavilənin VII maddəsində göstərilən və
ya «Bank»a təqdim olunan tərəflərin ünvanına yazılı şəkildə bildirişli sifariş məktubu ilə göndərildikdə
«Müştəri»yə
çatdırılmış hesab olunur.
8.2. Bu Müqavilə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 2 (iki) nüsxədə tərtib edilir, tərəflərin imzaları və
«Satıcı»nın möhürü (ştampı) ilə təsdiq edildiyi andan qüvvəyə minir və hər birinə bir nüsxə olmaqla tərəflərdə
saxlanılır. Bu Müqavilə ilə müəyyənləşdirilən bütün əlavələr onun ayrılmaz və tərkib hissəsi hesab olunur.
8.3. «Satıcı», bu Müqavilə bağlanarkən, icra edilərkən və dəyişdirilərkən şəxsi imzanın hər hansı analoqundan, habelə hər
hansı rəsmi ştampdan sərbəst, «Müştəri» isə yalnız «Satıcı»nın razılığı ilə istifadə edə bilər.
8.4. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikasının məhkəmələri
vasitəsilə həll edilir.
TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANI VƏ REKVİZİTLƏRİ
«Satıcı» «PaySis» MMC Bakı, Nərimanov r., A.M. Xxxx xxx. 60 AZ1075 VÖEN: 1003408041 M/h: XX00XXXX00000000000000000000 H/h: AZ43JBBK00038030000188918İ41 Kod: 506924 SWIFT: XXXXXX00 imza, möhür | «Müştəri» Şəxsiyyət vəsiqənin məlumatı imza |