Ödənişli təhsil xidmətinin göstərilməsinə dair MÜQAVİLƏ №
Ödənişli təhsil xidmətinin göstərilməsinə dair MÜQAVİLƏ №
Bakı şəhəri “ ” 202 - il
Bir tərəfdən təsisçisi Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Xxxxxxx xxxxx Xxxxxxx Moskva Dövlət Tibb Universiteti (Seçenov Universiteti), 01 fevral 2016-cı il tarixli Əsasnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikasında Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Xxxxxxx xxxxx Xxxxxxx Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı (bundan sonra “Filial”), Xxxxxxxx rektoru Xxxx Xxxxx xxxx Xxxxxx şəxsində və digər tərəfdən müəssisə, onun direktorunun, rəhbərinin şəxsində və ya valideyn, sponsor
(bundan sonra “Sifarişçi”),
(adı, soyadı və atasının adı)
və Azərbaycan Respublikasının vətəndaşı
(bundan sonra “Təhsilalan
(adı, soyadı və atasının adı)
birgə və ya ayrılıqda “Tərəflər” adlandırılan, aşağıdakı məsələ barədə müqavilə bağladılar:
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Qeyd olunan təhsil proqramı üzrə Filial təhsil xidmətləri təmin etməyi, Sifarişçi isə Təhsilalanın təhsili üçün təhsil haqqının ödənilməsini öz üzərinə götürürlər:
ali təhsil dərəcəsi: ixtisas proqramı
ixtisasın adı (istiqamət): kod 31.05.01 – “Müalicə işi”
təhsil forması: əyani tədris dili: rus
1.2. Müqavilənin imzalanma tarixinə təhsil müddəti – 6 (altı) il olmaqla “ ” 202 - il tarixdə başlayır “ ” _ 202 - il tarixdə bitir. Tədris planına əsasən qeyd olunan müddətə tətil dövrü də daxildir.
1.3. Təhsilalana təhsil proqramına tam yiyələndikdən və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçdikdən sonra təhsil və kvalifikasiya haqqında sənəd – mütəxəssis diplomu (диплом специалитета) verilir.
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
2.1. Sifarişçi aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.1.1. Müqavilənin 3.1. bəndi ilə müəyyən edilən təhsil haqqının miqdarını, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada Filiala ödəməyi öhdəsinə götürür.
2.1.2. Sifarişçi Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq təhsil xidmətlərinə Əlavə dəyər vergisi tətbiq olunarsa həmin əlavəni Filiala ödəməyi öhdəsinə götürür.
2.2.1. Filialdan bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.
2.3. Filial aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.3.1. Müqavilənin 3.1 bəndində qeyd edilən təhsil haqqının miqdarı daxilində Təhsilalanın dövlət standartlarına uyğun təhsilini təşkil etmək;
2.3.2. Tədris ili bitdikdən sonra Sifarişçinin tələbinə əsasən 30 (otuz) iş günü müddətində Təhsilalanın illik təhsilinin nəticələrinə dair hesabatı Sifarişçiyə təqdim etmək;
2.3.3. Təhsilana düşən təhsil haqqının miqdarının ödənilməsi üçün zəruri xxxx sənədləri Sifarişçinin tələbi ilə təqdim etmək;
2.3.4. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Sifarişçiyə 10 (on) təqvim günü müddətində məlumat vermək.
2.4. Filialın Sifarişçi və Təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə Filialın qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.
2.5. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.5.1. Bu müqavilənin 3.1. bəndi ilə müəyyən edilən təhsil haqqı miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;
2.5.2. Filialın daxili intizam və davranış qaydalarına riayət etmək;
2.5.3. Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyini, həmçinin ümumi əxlaq və etik davranış qaydalarını pozmamaq;
2.5.4. Xxxxxxxx müəyyən etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;
2.5.5. öz hərəkətləri ilə Filiala maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;
2.5.6. Xxxxxx tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) iş günü müddətində təqdim etmək;
2.5.7. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında ali təhsil müəssisəsinə 10 (on) təqvim günü müddətində məlumat vermək.
2.5.8. Azərbaycan Respublikası Qanunvericiliyi ilə təhsil haqqı üzrə xxxxxxx nəzərdə tutulduğu halda müvafiq sənədlərin əsli şəxsi işə tikilmək məqsədilə notarial qaydada təsdiq olunaraq təqdim etmək.
2.6. Təhsilalanın Filialdan bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3. MÜQAVİLƏ ÜZRƏ TƏHSİL HAQQININ DƏYƏRİ, ÖDƏMƏ MÜDDƏTİ VƏ ÖDƏMƏ QAYDASI
3.1. Təhsil haqqının ümumi məbləği müqavilənin 1.2. bəndinə əsasən bütün təhsil müddəti üzrə
(məbləg sözü ilə) manat təşkil edir.
Müqavilənin imzalanma tarixinə təhsil haqqının illik məbləği (məbləg sözü ilə) manat
təşkil edir.
3.2. Təhsil haqqının ümumi məbləği müqavilənin 1.2. bəndinə əsasən bütün təhsil dövrü üçün dəyişilməz olaraq qalır.
3.3. Sifarişçi tərəfindən Təhsilalanın təhsil haqqının ödənişi aşağıdakı qaydada aparılır:
• birinci tədris ili üzrə:
-illik təhsil haqqının tam dəyərində - “ ” 202 - il tarixədək ödənilməlidir;
• növbəti tədris illəri üçün təhsl haqqı illik məbləğin ½ hissəsi olmaqla xxxx semestr üzrə xxxxx şəklində aşağıdakı qaydada ödənilir:
- payız semetri üzrə - xxxx tədris ilinin oktyabr ayının 1-ə kimi, yaz semestri üzrə - xxxx tədris ilinin mart ayının 1-ə kimi.
3.4. Sifarişçi tərəfindən təhsil haqqı Filialın hazırki müqavilənin 10-cu bəndində qeyd olunduğu hesablaşma hesabına ödənilir. Təhsil haqqı ödənişi üzrə öhdəliklər təhsil haqqının Filialın hesabına faktiki olaraq daxil olduqdan sonra yerinə yetirilmiş hesab edilir. Təhsil haqqı ödənildiyi zaman təhsil haqqı ödənişi üzrə bank xidməti Sifarişçi tərəfindən sərbəst olaraq bankın müvafiq hesabına ödənilir.
3.5. Sifarişçi tərəfində birinci tədris ili üzrə təhsil haqqı üzrə 100% avansın ödənilmədiyi halda hazırki Müqavilə bağlanmış hesab edilməyəcək, Təhsilalan Universitetə qəbul olunmur.
3.6. Təhsil haqqının ödənişinin Müqavilənin 3.3 bəndində göstərildiyi gündən 30 gün və artıq müddətə gecikdirildiyi halda Filial birtərəfli qaydada Müqavilənin icrasını dayandırmaq, Təhsilalanı xaric etmək və müqaviləyə xitam vermək hüququna malikdir.
3.7. Təhsilalan tələbələr sırasından xaric edildikdə ödənilmiş təhsil haqqının yerdə qalan hissəsi Sifarişçiyə qaytarılır. Qaytarılmalı məbləğ, ödənilmiş təhsil haqqından xxxxx xxxxxx haqqında əmrin verildiyi tarixədək xxxx xərc çıxılmaqla tapılır.
4. FORS-MAJOR
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
5. MÜQAVİLƏNİN LƏĞV EDİLMƏSİ QAYDASI
5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.
5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi xxxx tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlamalıdır.
6. MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ
6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.
7. TƏRƏFLƏRİN MƏSULIYYƏTİ
7.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8. MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
8.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
9. DİGƏR ŞƏRTLƏR
9.1. Hazırki müqavilə Filialın hesabına birinci tədris ili üzrə tam təhsil haqqının daxil olunduğu gündən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam yerinə yetirənədək qüvvədə olacaq.
9.2. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədə tərtib olunaraq bir nüsxəsi Sifarişçi digər bir nüsxəsi isə Filialda saxlanılır.
10. TƏRƏFLƏRİN ÜNVANI VƏ REKVİZİTLƏRİ
“FİLİAL” X.M.Seçenov xxxxx Xxxxxxx Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı AZ 1141, Bakı şəhəri, Xxxxxx Xxxxx pr.,139 Tel.: (000) 000 00 00; 000 00 00 e-mail: xxxx@xxx.xxx.xx VÖEN: 1304261781 H/h-XX00XXXX00000000000000000000 Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi Kod-210005; VÖEN-1401555071; M/h-XX00XXXX00000000000000000000 S.W.I.F.T. BİK CTREAZ22 | ||
“SİFARİŞÇİ” | “TƏHSİLALAN” | |
_ | (soyadı, adı, atasının adı) | (soyadı, adı, atasının adı) |
_ | (şəxsiyyəti təsdiq edən sənədin adı və №,) | _ (doğum tarixi, şəxsiyyəti təsdiq edən sənədin adı və №) |
_ | (verən orqanın adı və tarix) |
(verən orqanın adı və tarix) |
_ | (yaşadığı yer üzrə qeydiyyat ünvanı, poçt ünvanı) | (yaşadığı yer üzrə qeydiyyat ünvanı, poçt ünvanı) |
_ | ||
(əlaqə nömrəsi) | (əlaqə nömrəsi) |
“FİLİAL” X.M.Seçenov ad. Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru Ə.C.Xxxxxx | “SİFARİŞÇİ”
(imza) (tarix) | “TƏHSİL XXXX”
(imza) (tarix) |
RAZILAŞDIRILDI:
İnzibati-maliyyə işləri üzrə rektor müavini
N.N.Xxxxxxxx