BirPos Mobil POS-Terminal proqram təminatınının
#
BirPos Mobil POS-Terminal proqram təminatınının
quraşdırılması, kartların və ödəniş vasitələrinin ödənişə qəbul edilməsi barədə
İstifadəçi Razılaşması
1. Razılaşmanın Predmeti
Bu Razılaşma müştərinin təqdim etdiyi mal və xidmətlərə görə nağdsız ödənişlərin aparılmasını həyata keçirmək məqsədi ilə BirPos Mobil POS-Terminal(lar)ın quraşdırılması, bu sahədə müvafiq ödəniş xidmətlərinin göstərilməsi və tərəflər arasında yaranacaq münasibətləri müəyyən edir və tənzimləyir.
2. Anlayışlar
2.1 Şirkət – “Real Soft Solutions” ASC.
2.2 Müştəri – bu Razılaşmanı qəbul edərək Şirkətin BirPos Mobil POS-Terminal proqram təminatının quraşdırılmasını və kartların ödənişə qəbul edilməsini həyata keçirən şəxs.
2.3 Ödəniş kartı – İstifadəçi tərəfindən malların, iş və xidmətlərin ödənilməsi, habelə nağd vəsaitin əldə edilməsi üçün istifadə edilən ödəniş (debet və ya kredit) kartı.
2.4 Mobil POS-Terminal – Ödəniş kartı və digər ödəniş vasitələri ilə malların, iş və xidmətlərin ödənilməsi üçün nəzərdə tutulmuş müştəri tərəfindən təqdim edilmiş avadanlığa (cihaza) yüklənmiş (quraşdırılmış) proqram təminatı.
2.5 FİN kod –Mobil POS-Terminalda aparılan əməliyyat zamanı ödəniş kartı istifadəçisini eyniləşdirən və yalnız
ödəniş kartı istifadəçisinə verilən xüsusi məxfi kod.
2.6 Kart prosessinq mərkəzi – Mobil POS-Terminallar şəbəkəsi vasitəsilə aparılmış əməliyyatların emalını təmin edən xidmət mərkəzidir.
2.7 Kart istifadəçisi – ödəniş kartının və ya ödəniş vasitəsinin sahibi və ya ödəniş kartından istifadə etmək
hüququ xxxx şəxsdir.
2.8 Elektron Satış qəbzi – Ödəniş kartı və ya ödəniş vasitəsi ilə satın alınan mal və göstərilən xidmətlərin dəyərinin
alıcı tərəfindən ödənilməsinə təminat verən elektron sənəd.
2.9 Avtorizasiya – ödəniş kartından və ya ödəniş vasitəsindən istifadə edilməklə əməliyyatların aparılması üçün emitentdən və ya onun xidmət olunduğu xidmət mərkəzindən icazənin alınması üçün istifadə olunan onlayn sorğu.
2.10 Beynəlxalq ödəniş sistemi – VISA Incorporated və MasterCard Worldwide və s..
3. Komisyon haqqları
3.1 BirPos Mobil POS proqram təminatı vasitəsilə qəbul edilən ödənişlərin tipindən (ölkədaxili və ya ölkəxarici banklar tərəfindən emissiya edilən kartlar və ödəniş alətləri vasitəsilə icra edilməsindən) asılı olaraq Şirkət tərəfindən komisyon haqqı tətbiq edilir. Komisyon haqların məbləği və ödənilmə şərtləri Müştəri ilə Şirkət arasında imzalanmış Müqavilə ilə tənzimlənir.
3.2 Şirkət komisyon haqqını Müştərinin hesabına köçürülməli xxxx vəsaitdən tutur.
3.3 Müştəriyə ödəniləcək məbləğin müştərinin istəyindən asılı, ödəniş keçən an dərhal
müştəriyə məxsus hesabda əks olunması tələbi olduğu halda, Şirkət müştəridən əlavə komisyon haqqı tutur.
3.4 Müştəri tərəfindən avtorizasiya edilmiş vəsaitin dərhal müştərinin hesabında əks olunması tələbi olduğu
halda, Şirkət müştəridən əlavə komisyon haqqı tutur.
4. Əməliyyatların aparılması qaydaları
4.1 Bir ödəniş üçün əməliyyatın məbləği yalnız bir dəfəyə ödənilməlidir, bir neçə hissəyə bölmək qadağandır.
4.2 Əməliyyat bu Razılaşmanın müddəaları pozulmaqla aparıldıqda satış qəbzi etibarsız sayılır.
4.3 Müştəri, Şirkət tərəfindən təqdim edilmiş (quraşdırılmış) BirPos Mobil POS-Terminal funksionallığını yalnız ödəniş kartı istifadəçisinə mal və xidmətlərin satışı üçün istifadə edə bilər.
4.4 məliyyatın uğurla tamamlanmasına və elektron qəbzin yarandığına əmin olduqdan sonra əməliyyat uğurlu sayılır.
4.5 Əməliyyatlar yalnız Azərbaycan manatı (AZN) ilə aparılır.
5. Tərəflərin hüquq və vəzifələri
5.1 Müştərinin vəzifələri aşağıdakılardır:
5.1.1 Mobil POS-Terminaldan keçən ödənişlərin müştəri hesabına mədaxil edilməsi üçün hesab rekvizitlərinin, zərurət olduğu təqdirdə kart nömrəsini Şirkətə təqdim etmək;
5.1.2 Mobil avadanlığın (cihazın) internetə fasiləsiz qoşulmasını təmin etmək;
5.1.3 Şirkətin reklam materiallarını Şirkətin müvafiq bölməsi ilə razılaşdırılmış yerlərdə Şirkətin səlahiyyətli nümayəndəsinin iştirakı ilə yerləşdirmək və razılaşdırmadan yerini dəyişdirməmək;
5.1.4 Mobil POS-Terminal vasitəsilə əməliyyatların aparılması ilə əlaqədar problem yarandıqda, Şirkətin müştəri xidmətlərinə zəng edərək (x000000000000 telefon nömrəsinə və ya WhatsApp: x000000000000) və ya Şirkətin internet səhifəsi üzərindən müraciət edərək problemin dərhal aradan qaldırılması üçün müraciət etmək;
5.1.5 Satılan mallar (göstərilən xidmətlər) müqabilində ödəniş kartı istifadəçilərindən ödəniş kartlarını və ya ödəniş vasitələrini qəbul edərək, ödənişlərin aparılmasını təmin etmək və ödəniş kartı və ya ödəniş vasitələri istifadəçilərindən əlavə ödəniş almamaq;
5.1.6 Ödəniş kartları ilə əməliyyatları bu Razılaşmanın 4-cü bəndində müəyyən edilmiş qaydalara uyğun
aparmaq və hesablarda əks etdirilən məlumatın düzgünlüyü üçün məsuliyyət daşımaq;
5.1.7 Elektron satış qəbzini aidiyyəti olmayan şəxslərə verməmək;
5.1.8 Elektron satış qəbzlərinin 2 (iki) il müddətində saxlanılmasını təmin etmək;
5.1.9 Ödəniş kartında zədə və saxtalaşdırma izlərinin olmaması, kartın etibarlılıq müddətinin başa çatmaması, özünü şübhəli apardıqda onun şəxsiyyətini təsdiq edən müvafiq sənədin tələb edilməsi, kartda beynəlxalq kart təşkilatlarının müvafiq loqotiplərinin və qoruyucu elementlərinin olması və s. kimi təhlükəsizlik qaydaları nəzərə alınmaqla əməliyyatların düzgün həyata keçirilməsini təmin etmək;
5.1.10 Ödəniş kartları və kart sahibləri haqqında məlumatların məxfiliyinin təmin edilməsi və bu məlumatların qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla kənar şəxslərə yayılmaması üçün lazımi tədbirləri həyata keçirmək;
5.1.11 Şirkətət ödənilməli xxxx komisyon haqlar və digər ödənişləri vaxtında ödəmək və ya həmin ödənişlər Şirkət tərəfindən birtərəfli şəkildə Mobil POS-Terminal və digər hesablardan tutulduqda etiraz etməmək;
5.1.12 Bu Razılaşmanın 5.1.11-ci bəndi ilə tələb edilən məbləğləri 5 (iş) günündən gec olmayaraq Şirkətə ödəmək;
5.1.13 Bank günü ərzində uğurla başa çatmış hər hansı bir əməliyyat olduqda, gün sonunda Mobil POS-Terminal üzrə günün bağlanmasını təmin etmək;
5.1.14 Gün ərzində aparılmış əməliyyat üzrə xxxx ödəniş həyata keçirildikdə həmin əməliyyatı ləğv etmək;
5.1.15 Şirkət tərəfindən istifadə üçün verilmiş BirPos Mobil POS-Terminal cihazını yalnız bu Razılaşmanın məqsədləri üçün istifadə etmək və başqa şəxslərə verməmək, habelə Şirkətin razılığı olmadan digər şəxslərin həmin proqram təminatından (avadanlıqlardan) istifadə etməsinə imkan yaratmamaq, onların daima işlək vəziyyətdə saxlanılmasını, xarab edilməsi və itirilməsinə yol verməmək üçün bütün zəruri tədbirləri görmək;
5.1.16 Şirkətin təqdim etdiyi proqram təminatını telefondan silməmək, Şirkət tərəfindən təqdim edilən tənzimləmələrlə istifadəsinə və tətbiqin ən yeni versiyada saxlanılmasına nəzarət etmək, proqram təminatına kənar müdaxilələr etməmək;
5.1.17 Bu Razılaşmanı və ya onun hər hansı bir hissəsini kənar şəxslərə yaymamaq;
5.1.18 Bu Razılaşmaya xitam verildikdə, Şirkət tərəfindən quraşdırılmış proqram təminatından istifadəni dayandırmaq (Şirkət tərəfindən istifadənin dayandırılmasına etiraz etməmək);
5.1.19 BirPos Mobil POS-Terminal yerləşdirilmiş məntəqələrin ünvanı, əlaqədar şəxslər, telefon nömrələri, və s. ilə bağlı məlumatlar dəyişdikdə, bu barədə məlumatları növbəti iş günündən gec olmayaraq Şirkətə təqdim etmək, eyni zamanda özünə aid xxxx məlumatlar (ad, ünvan, poçt rekvizitləri və s.) dəyişdikdə bu barədə Şirkətə dərhal yazılı məlumat vermək;
5.1.20 Şirkət tərəfindən dövri olaraq Mobil POS terminalın iş fəaliyyətini yoxlamaq məqsədi ilə təşkil edilən monitorinq prosesinə köməklik göstərmək.
5.2 Müştərinin hüquqları aşağıdakılardır:
5.2.1 BirPos Mobil POS-Terminal funksionallığının aktiv edilməsi və onlarla aparılan əməliyyatlar üzrə tariflərlə xxxxx olmaq;
5.2.2 BirPos Mobil POS-Terminal hesabından çıxarış almaq üçün Şirkətə müraciət etmək;
5.2.3 Şirkətə 1 (bir) ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə bu Razılaşmanı birtərəfli qaydada ləğv etmək.
5.3 Şirkətin vəzifələri aşağıdakılardır:
5.3.1 Təqdim edilmiş sənədlər əsasında Müştəri üçün Mobil POS-Terminal profili yaratmaq;
5.3.2 Mobil POS-Terminal quraşdırıldıqdan sonrakı 2 (iki) iş günü müddətində Mobil POS-Terminalın qeydiyyatı üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin AVİS altsistemi vasitəsilə məlumat vermək;
5.3.3 Mobil POS Terminal funksionallığından istifadə qaydaları ilə Müştərini məlumatlandırmaq;
5.3.4 Kart prosessinq mərkəzi tərəfindən təqdim edilən hesablaşma məlumatları əsasında (express hesablaş imkanlarından yararlanmaq halı nəzərdə tutulmadıqda) 3 (üç) iş günü ərzində, ödəniş kartları ilə aparılmış əməliyyatların məbləğini bu Razılaşmanın 3.1-ci bəndidnə nəzərdə tutulmuş müqavilədə əks olunmuş komisyon haqqı və digər ödənişlər tutulduqdan sonra Müştərinin Mobil POS-Terminal hesabına mədaxil etmək;
5.3.5 Müştərini müraciəti əsasında Mobil POS-Terminal hesabından çıxarış vermək.
5.3.6 Şirkət tərəfindən təqdim olunan “Express Hesablaş” imkanlarından istifadə nəzərdə tutulduğu hallarda bu sənədin 5.3.4 bəndində nəzərdə tutulan müddətin dərhal (kart prossesinq mərkəzi tərəfindən hesablaşma məlumatları təqdim olunmadan) icrasını həyata keçirmək;
5.4 Şirkətin hüquqları aşağıdakılardır:
5.4.1 Müştərinin rəsmi müraciətinə əsasən Mobil POS-Terminalın qeydiyyatını apararaq onunla aparılan əməliyyatlar üzrə tarifləri müəyyən etmək və müştərini məlumatlandırmaqla dəyişdirmək;
5.4.2 Bu Razılaşmanın 5.1.9-cu bəndi nəzərə alınmadan həyata keçirilmiş və ya mübahisəli əməliyyatlar üzrə məbləğləri, Müştərinin öz vəzifələrini tam və ya qismən yerinə yetirməməsinə görə beynəlxalq kart təşkilatları tərəfindən Şirkət cərimə edildikdə həmin cəriməni, habelə Şirkətə ödənilməli xxxx komisyon haqlar və digər ödənişləri birtərəfli qaydada Müştərinin Mobil POS-Terminal və digər hesablarından tutmaq;
5.4.3 Bu Razılaşmanın 5.4.2-ci bəndində göstərilən məbləğləri tutmaq üçün Müştərinin Mobil POS-Terminal və digər hesablarında kifayət qədər vəsait olmadıqda, həmin məbləğlərin Şirkətə ödənilməsini Müştəridən tələb etmək;
5.4.4 Bu Razılaşmaya xitam verildikdə, Şirkət tərəfindən quraşdırılmış proqram təminatından istifadəni dayandırmaq;
5.4.5 Müştərinin Mobil POS-Terminal və digər hesablarında kifayət qədər vəsait olmadıqda, xxxx ödənişlər üzrə əməliyyatları ləngidərək hesaba lazımi məbləğdə vəsait daxil olduqda həyata keçirmək;
5.4.6 Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda, vergi və digər dövlət orqanlarından Müştərinin hesabları üzrə daxil xxxx sərəncamlar üzrə yaranmış məhdudiyyətlər üzrə məsuliyyət daşımamaq;
5.4.7 Mobil POS-Terminal və Müştəriyə aid digər hesablar üzrə məlumatların yayılmamasına zəmanət verməklə bərabər, bank sirri təşkil edən məlumatları, Müştərinin özünə və ya nümayəndəsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanlarına və başqa şəxslərə vermək;
5.4.8 Müştəriyə 1 (bir) ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə bu Razılaşmanı birtərəfli qaydada ləğv etmək.
6. Təhlükəsizlik qaydaları
6.1 Bu Razılaşma çərçivəsində Müştərinin aldığı məlumat (ödəniş kartlarının sayı, əməliyyatların sayı, ödəniş kartı sahiblərinin adları və s.) tam məxfidir və Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü şəxsə verilə bilməz.
6.2 Ödəniş kartı ilə əməliyyat aparmamışdan əvvəl Müştəri yoxlamalıdır:
- ödəniş kartında loqotiplər və ödəniş sisteminin müdafiə elementlərinin mövcudluğunu;
- ödəniş kartında zədə və qəlib izlərinin yoxluğunu;
- ödəniş kartının üz tərəfində göstərilən qüvvədə olma müddətinin başa çatıb-çatmamasını.
6.3 Əgər yuxarıda qeyd olunan şərtlərdən hər hansı birinə riayət edilmədikdə, ödəniş kartı ilə əməliyyatın aparılmasına yol verilmir.
7. Razılaşmanın qüvvəyə minməsi və etibarlılıq müddəti
7.1 Razılaşma Müştəri tərəfindən qəbul edildiyi tarixdən qüvvəyə minir.
7.2 Razılaşmanin ayrılmaz hissəsi xxxx ödəniş kartlarının qəbulunun təşkili haqqında Müştəri tərəfindən Şirkətə verilmiş ərizədə göstərilmiş məlumatlar düzgün olmadığı təqdirdə bu Razılaşma etibarsız sayılır.
7.3 Şirkət 1 (bir) ay əvvəlcədən Müştəriyə yazılı xəbərdarlıq etməklə Razılaşmanı birtərəfli qaydada ləğv edə bilər. Müştəri Şirkət qarşısında xxxx öhdəliklərini tam yerinə yetirdikdən sonra 1 (bir) ay əvvəlcədən Şirkətə yazılı xəbərdarlıq etməklə Razılaşmanı birtərəfli qaydada ləğv edə bilər. Tərəflər düzgün aparılmamış hesablaşmalar barəsində narazılıqlarını Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə və bu Razılaşmaya uyğun olaraq həll edir.
7.4 Razılaşma ləğv edilərkən Müştəri Razılaşma üzrə bütün öhdəliklərini yerinə yetirənədək Razılaşma qüvvədə qalır.
8. Tərəflərin məsuliyyəti və mübahisələrin həlli
8.1 Şirkət Müştərinin və ya 3-cü şəxslərin Müştərinin sistemində və / və ya avadanlığında (cihazında) apardıqları əməliyyatların nəticəsində Müştəriyə dəymiş ziyana və ya zərərə görə (Şirkətin səhvi nəticəsində dəymiş ziyan istisna olmaqla) hər hansı məsuliyyət daşımır.
8.2 Şirkət aşağıdakı hallarda Müştərinin sistemdə və / və ya avadanlıqda (cihazda) apardığı əməliyyatlar ilə əlaqədar yaranan hər hansı itkilərə, ziyan və zərərə, gecikmələrə görə məsuliyyət daşımır:
− əməliyyatın aparılması qanunvericiliyin, Mərkəzi Bankın normativ-hüquqi sənədlərinin, Şirkətin daxili
qaydalarının tələblərinə zidd olduqda;
− əməliyyatla bağlı məlumat natamam və ya məlumatın düzgünlüyü şübhə doğurduğu halda və Müştəri bu barədə məlumatlı (və ya məlumatlı olmalı idi) olduğu halda;
− müştəriyə maliyyə əməliyyatının aparılması ilə əlaqədar qanunvericiliyin tələblərinə əsasən qadağa qoyulduğu
halda;
− əməliyyatların aparılması internet provayderin (və digər) texniki problemlərinin mövcudluğundan irəli gələrək
mümkün olmadığı halda;
− fors major halının baş verməsi ilə əlaqədar əməliyyatın aparılması mümkün olmadığı halda.
8.3 Müştəri tərəfindən hər hansı yüklənmə və istifadəsi könüllü və özü tərəfindən həyata keçirildiyindən bunun nəticəsində Müştərinin sistemində və / və ya avadanlığında (cihazında) yaranan zədələr, makroslar və s. viruslar və ya texniki qüsurlara görə Şirkət hər hansı məsuliyyət daşımır.
8.4 Müştəri razılaşır ki, Şirkət Müştəri tərəfindən mobil cihaz və ya e-poçt vasitəsilə ötürülən və ya əldə olunan hər hansı məlumatın təhlükəsizliyinə zəmanət vermir; Müştəri mobil cihaz və ya e-poçt vasitəsilə ötürülən və ya əldə olunan hər hansı məlumatın icazəsiz olaraq üçüncü şəxslərin əlinə keçirilməsi, itirilməsi, dəyişdirilməsi və ya düzgün istifadə olunmaması riskini qəbul edir və təsdiqləyir.
8.5 Müştəri Şirkəti sistem və / və ya avadanlıq (cihaz) vasitəsilə əldə olunan istənilən nəticələrə görə hər hansı
məsuliyyətdən, itkilərdən, ziyan və zərərdən, o cümlədən üçüncü şəxslərin iddialarından qorumalıdır.
8.6 Razılaşmada nəzərdə tutulan vəzifələrin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Razılaşmanin şərtlərinə əsasən, məsuliyyət daşıyırlar.
8.7 Müştəri ilə kart sahibləri arasındakı bu Razılaşmanın mövzusuna aid olmayan, habelə mal, iş və xidmətlərlə əlaqədar mübahisə və ixtilaflara görə Şirkət heç bir məsuliyyət daşımır.
8.8 Bu Razılaşmanın 5.1.12-ci bəndində nəzərdə tutulmuş məbləğlərin vaxtında ödənilməməsinə görə Müştəri gecikdirilən hər gün üçün Şirkətə ödənilməmiş borcun 0,25 xxxxx məbləğində cərimə ödəyir.
8.9 Mobil POS-Terminalda xxxx texniki nasazlıqla və rabitə xəttindəki problemlərlə bağlı əməliyyatların aparılmasının mümkün olmamasına, eyni zamanda qeyri-xxxxxx xxxxx Mobil POS-Terminaldan istifadə ilə əlaqədar olaraq Müştəriyə və / və ya kart istifadəçisinə dəymiş zərərə görə Şirkət heç bir məsuliyyət daşımır.
8.10 Tərəflər bu Razılaşma ilə bağlı qarşıya çıxa biləcək istənilən mübahisə və ixtilafları məsləhətləşmə və danışıqlar yolu ilə tez bir zamanda həll etmək üçün bütün zəruri tədbirləri görəcəklər. Mübahisə və ixtilaflar məsləhətləşmə və danışıqlar yolu ilə tez həll edilmədikdə, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.
9. Əqli mülkiyyət hüquqları
9.1 Müştəri razılaşır ki, Mobil POS-Terminala quraşdırılmış Şirkətə məxsus proqram təminatına və proqram təminatının məzmununa aid bütün əqli mülkiyyət hüquqları Şirkətə məxsusdur.
9.2 Proqram təminatının məzmununda xxxx hər hansı hissə və ya hissələr Şirkətin yazılı razılığı olmadan təkrar istifadə üçün üçüncü şəxslərə ötürülə, göstərilə, yayımlana, keçid linki ilə yönəldilə, göndərilə, uyğunlaşdırıla və ya törəmə işinin yaradılması məqsədilə yenilənə və ya digər kommersiya məqsədi ilə istifadə üçün hər hansı vasitənin köməyi ilə və ya üslubda, və ya yazılmış məlumatın əldə olunmasını mümkün edən cihaza gələcəkdə istifadə edilməsi məqsədilə köçürülə bilməz.
9.3 Proqram təminatında istifadə olunan və yerləşdirilən əmtəə nişanı və logo (“TradeMark”) Şirkətin qeydə alınmış Əmtəə nişanıdır.
9.4 Proqram təminatında yerləşdirilən hər hansı məzmun, lisenziya və ya Əmtəə nişanı birbaşa, dolayı və ya isbat edilə bilinməyən digər formada Şirkətin yazılı icazəsi olmadan istifadə edilə bilən kimi şərh edilə bilməz.
10. Fors-major hallar
10.1 Tərəflərin nə əvvəlcədən görə bilmədikləri, nə də görülə biləcək tədbirlərlə təsir etməyə qadir
olmadıqları hadisələr baş verdikdə və ona görə də bu Razılaşma üzrə vəzifələr tam və ya qismən yerinə yetirilmədikdə, Tərəflər həmin müddətə məsuliyyətdən azad edilirlər. Həmin hadisələrə zəlzələ, daşqın, yanğın, tətil, qanunvericilikdə xxxx dəyişikliklər və/və ya dövlət orqanlarının qərarları, habelə bu Razılaşma üzrə vəzifələrin yerinə yetirilməsinə mane xxxx hərbi əməliyyatlar, terror aktları və s. aid edilir.
10.2 Bu Razılaşmanın 10.1-ci bəndində göstərilən hadisələrə istinad edən tərəf bu hadisələrin baş verməsi haqqında digər tərəfə dərhal yazılı məlumat verməlidir.
11. Yekun müddəalar
11.1 Müştəri bu Razılaşma ilə xxxxx olaraq qəbul etdikdə, Mobil POS-Terminalın quraşdırılmasını və təhvil verilməsini təsdiq edir.