AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı səfərləri haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı səfərləri haqqında" 2004-cü il oktyabrın 26-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2004-cü il
№ 810-IIQ
Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı səfərləri haqqında
Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikasının Hökuməti iki dövlət arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək məqsədilə, öz dövlətlərinin vətəndaşlarının qarşılıqlı gediş-gəliş rejiminin tənzimlən-məsinə səy göstərərək, aşağıdakılar barədə razılığa gəldilər:
M ad d ə 1
Bir Tərəfin dövlətinin vətəndaşları, o cümlədən üçüncü dövlətlərdə daimi yaşayan və ya müvəqqəti qalan vətəndaşları xaricə getmək üçün etibarlı xxxx sənədlər əsasında daxilolma dövlətinin dövlət sərhədini keçdiyi gündən etibarən 90 (doxsan) gün müddətində vizasız digər Tərəfin dövlətinin ərazisinə daxil ola, tranzitlə keçə, oradan gedə və orada qala bilərlər.
Bu maddənin 1-ci bəndində göstərilən qalma müddəti Tərəflərdən hər birinin milli qanunvericiliyinə uyğun olaraq uzadıla bilər.
Maddə 2
1. Bu Sazişin anlamında xaricə getmək üçün etibarlı xxxx sənədlər aşağıdakılardır:
a) Azərbaycan Respublikası vətəndaşları üçün:
diplomatik pasport;
xidməti pasport;
Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
dənizçi kitabçası (gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə);
hava gəmisinin heyət üzvünün uçuş vəsiqəsi (müvafiq əsas bəyannamə
və ya uçuş tapşırığı olduğu təqdirdə);xxxx qayıtma haqqında şəhadətnamə (yalnız Azərbaycan Respublikasına qayıtmaq üçün);
b) Moldova Respublikası vətəndaşları üçün:
diplomatik pasport;
xidməti pasport;
Moldova Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
dənizçi pasportu (gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə);
hava gəmisinin heyət üzvünün uçuş vəsiqəsi (müvafiq əsas bəyannamə
və ya uçuş tapşırığı olduğu təqdirdə);xxxx qayıtma haqqında şəhadətnamə (yalnız Moldova Respublikasına qayıtmaq üçün);
18 yaşına qədər uşaqlar öz şəxsi milli pasportları əsasında və ya valideynlərinin pasportuna əlavə edildikdə öz qanuni nümayəndəsinin və ya imzası notarial qaydada təsdiq edilən qanuni nümayəndəsinin ərizəsi əsasında təyin edilən müşayiət edən şəxsin müşayiəti ilə xxxxxx səfər edirlər.
Tərəflər qarşılıqlı surətdə istifadəyə xaricə səfər etmək üçün etibarlı
olan yeni sənədlərin dövriyyəyə baxılması, həmçinin mövcud sənədlərdə dəyişikliklərin edilməsi haqqında diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaq və onların tətbiqinə ən azı 30 (otuz) gün qalmış, onların nümunələrini mübadilə edəcəklər.
M addə 3
Diplomatik və ya xidməti pasportlara xxxxx xxxx və digər Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik nümayəndəliklərin əməkdaşları, konsulluq müəssisələrinin işçiləri və ya diplomatik missiya statuslu beynəlxalq təşkilatların və ya onların nümayəndəliklərinin əməkdaşları xxxx xxx Tərəfin dövlətinin vətəndaşları öz xidməti vəzifələrinin icrasının bütün müddəti ərzində həmin dövlətin ərazisinə vizasız daxil ola, oradan qayıda və qala bilərlər.
Bu maddənin 1-ci bəndinin müddəaları yuxarıda qeyd olunan şəxslərin
onlarla birgə yaşayan ailə üzvlərinə də şamil edilir.
M a ddə 4
Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq xxxx sərhəd-buraxılış məntəqələrindən daxil ola, oradan gedə, trazitlə keçə bilərlər.
M addə 5
Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində olarkən həmin dövlətin milli qanunvericiliyinə riayət etməyə borcludurlar.
Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində olarkən onun qanunvericiliyini pozarsa, yerləşmə dövlətinin qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 6
Bu Saziş Tərəflərin digər Tərəfin dövlətinin öz ərazisində qalması arzuolunmaz sayılan vətəndaşlarına ölkəyə gəlməkdən imtina etmək və ya qalma müddətini qısaltmaq hüquqlarını məhdudlaşdırmır.
Maddə 7
1. Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində bu Sazişin 2-ci maddəsində qeyd olunan sənədləri itirdikləri halda, bu barədə yerləşmə dövlətinin səlahiyyətli orqanlarına təcili surətdə məlumat verməlidirlər. Bu orqanlar sənədlərin itirilməsi faktını təsdiq edən arayış verirlər.
2. Diplomatik missiyalar və ya konsulluq nümayəndəlikləri bu maddənin 1-ci bəndində qeyd olunan şəxslərə xaricə getmək üçün etibarlı olan yeni sənədlər təqdim edirlər.
Maddə 8
Tərəflər 30 gündən gec olmayaraq gəlmək, qalmaq və getmək şərtlərində edilmiş dəyişikliklər barədə diplomatik kanallar vasitəsilə bir-birinə məlumat verirlər.
Maddə 9
Tərəflər qarşılıqhı razılaşma əsasında, bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca protokollar vasitəsilə rəsmiləşdirilən və bu Sazişin 12-ci maddəsinə uyğun olaraq qüvvəyə minən dəyişiklik və əlavələr edə bilərlər.
Maddə 10
Bu Sazişin təfsiri və tətbiqi ilə xxxxx xxxx mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə tənzimlənir.
Maddə 11
Tərəflərdən hər biri dövlət təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin və ya öz dövlətinin əhalisinin sağlamlığının qorunması üçün lazım gəldikdə, bu Sazişin qüvvəsini tam və ya qismən dayandırmaq hüququna malikdir.
Tərəflər bu maddənin 1-ci bəndində nəzərdə tutulan tədbirlərin görülməsi və ya ləğv edilməsi haqqında təxirə salınmadan bir-birinə məlumat verəcəklər.
Maddə 12
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən etibarən qüvvəyə minir.
Tərəflərdən hər biri digər Tərəfə bildirməklə bu Sazişin qüvvəsini ləğv edə bilər. Bu halda Xxxxx, belə bildirişin alındığı tarixdən 90 (doxsan) gün sonra qüvvədən düşür.
Bakı şəhərində 2004-cü il oktyabrın 26-da hər biri Azərbaycan, moldav və rus dillərində iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının Moldova Respublikasının
Hökuməti adından Hökuməti adından
(imza) (imza)