BAKI - 2012
TİKİNTİ-QURAŞDIRMA RİSKLƏRİNİN SIĞORTASI QAYDALARI
BAKI - 2012
TİKİNTİ-QURAŞDIRMA RİSKLƏRİ SIĞORTASI QAYDALARI
Sığorta şəhadətnaməsində qeyd edilən Sığortalı tərəfindən doldurulmuş ərizə forması və bu müqavilə ilə bağlı Sığortaçıya təqdim edilmiş digər yazılı bəyanatlarla birgə bu müqavilənin tərkib hissəsini təşkil edir.
Bu sığorta müqaviləsi təsdiq edir ki, Sığortalı tərəfindən Sığortaçıya Sığorta şəhadətnaməsində nəzərdə tutulan sığorta haqqı ödənildikdən sonra, Sığortaçı bu qaydalarda qeyd edilən və ya müqaviləyə əlavə edilən müddəaları, istisnaları, qeydləri, maddələri və şərtləri nəzərə alaraq Sığortalıya dəymiş zərərin burada göstərilmiş qaydada və həcmdə əvəzini ödəyəcək.
Bu qaydalar üzrə müəyyən olunan “Tikinti-Quraşdırma riskləri sığortası” növü əmlakın yanğın və digər risklərdən sığortası sinifindən və ümumi mülkü məsuliyyətin sığortası sinifindən tərtib edilmişdir.
1. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu sığorta qaydalara əsasən sığorta təminatı aşağdakı bölmələr üzrə verilə bilər:
1.1 Bölmə I. Maddi zərər sığortası(Əmlakın yanğın və digər risklərdən sığortası)
Bu sığorta qaydaları ilə sığorta müqaviləsinə daxil xxxx əmlaklara, tikinti sahəsində olduqları və tikinti işləri aparıldığı zaman, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblər nəticəsində dəyən ziyan və zərərlərə, sığorta şəhadətnaməsində və bu qaydalarda göstərilən istisnalar nəzərə alınmaqla, təminat verilir.
1.2 Bölmə II. Üçüncü şəxslər qarşısında mülkü məsuliyyətin sığortası (Ümumi mülkü məsuliyyətin sığortası)
Tikinti-quraşdırma işləri ilə bağlı təsadüfi hadisə nəticəsində üçüncü şəxslərin ölümü,bədən xəsarəti xxxxxx və üçüncü şəxslərin əmlakına dəymiş zərərə görə mülkü məsuliyyəti yarandıqda bu qaydaların şərtləri çərçivəsində ödənişlər ediləcək.
2. ÜMUMİ İSTİSNALAR
2.1 Sığortaçı Sığortalıya birbaşa və dolyısı ilə aşağıda göstərilənlərin nəticəsində baş vermiş itki və zərərlər üzrə heç bir ödəniş həyata keçirməyəcək:
2.1.1 müharibə, silahlı qüvvələrin basqını, düşmən əməliyyatları, hərbi əməliyyatlar (müharibə elan edilib-edilməsindən aslı olmayaraq), vətəndaş müharibəsi, qiyam, inqilab, üsyan, iğtişaş, tətil, lokaut, kütləvi iğtişaşlar, hərbi hakimiyyətin əmrləri və ya əmr verənləri hüquqlarının qanunsuz olaraq mənimsənilməsi, sabotaj,qruplarının və ya siyasi təşkilatların tapşırığı və ya onlarla əlaqədə xxxx şəxslərin əməliyyatları, sui-qəsd, müsadirə, məcburi özgəninkiləşdirilmə, rekvizisiya və ya dağılma və ya de yure və ya de fakto mövcud xxxx hökumət və ya hər – hansı bir dövlət orqanının əmrləri;
2.1.2 nüvə reaksiyası, nüvə şualanması və ya radioaktiv çirklənmə;
2.1.3 sığortalının və ya onun təmsilçilərinin qəsdlə edilən hərəkətləri və ya əhlənkarlığı;
2.1.4 işlərin tamamilə və ya qismən dayandırılması
Qaldırılmış hər hansı bir mübahisə,iddiada və ya iş üzrə bu müqavilənin ümumi istisnalarının 2.1.1 bəndi üzrə itki, zədə,dağılma,zərərin və ya məsuliyyətin bu müqavilə ilə təmin olunmaması Sığortaçı tərəfindən bəyan edilərsə bu itkilərin, zədənin və ya dağılmanın sığorta ilə əhatə olunduğunu sübut etmək vəzifəsi Sığortalının üzərində qalır.
3. SIĞORTA MÜDDƏTİ
3.1 Tikinti riskləri üzrə
3.1.1 Sığortaçının məsuliyyəti Sığorta şəhadətnaməsində göstərilən digər müddətə zidd olmayaraq, bilavasitə işə başlama anından və ya Sığorta şəhadətnaməsində adları çəkilmiş tikinti meydanında əşyaların boşaldılmasından sonra başlayır.
3.1.2 Sığortalanmış müqavilə üzrə işlərin yerinə yetirilmiş və istismara buraxılmış hissələri üzrə Sığortaçının məsuliyyəti bitmiş hesab olunur.
3.2 Quraşdırma riskləri üzrə
3.2.1 Sığortaçının məsuliyyəti Sığorta şəhadətnaməsində göstərilən digər müddətə zidd olmayaraq, bilavasitə, Sığorta şəhadətnaməsində adları çəkilmiş, işə başlama anından və ya tikinti meydanında əşyaların boşaldılmasından sonra başlayır və bilavasitə qəbula və ya ilk sınağa və ya ilk gərginlik altında olma müddətlərinin hansının tarixinin daha əvvəl olduğu xxx qədər, sınağın başlandığı andan 4 həftədən gec olmamaq (əgər yazılı şəkildə digəri razılaşdırılmayıbsa) şərtilə davam edir. Əgər qurğunun hər-hansı hissəsi və ya bir neçə maşın sınaqdan keçirilirsə və ya istismara buraxılırsa və ya qəbul olunursa, bu halda qurğunun və ya maşın(lar)ın hissələrinin təminatı işə salındıqdan sonra dayandırılır.
3.2.2 Sığorta Sığorta şəhadətnaməsində göstərilən gündən gec olmayaraq bitir. Sığorta müddətinin uzadılması üçün Sığortaçının əvvəlcədən yazılı razılığı olmalıdır.
4. ÜMUMİ ŞƏRTLƏR
4.1 Sığortaçı yalnız Sığortalının bu müqavilənin müddəalarının lazımınca yerinə yetirilməsi halında, Sığortalı tərəfindən bu müddəaları uyğun tədbir görmək və götürülmüş öhdəliklərin yerinə yetirilməsi, anket və ərizədəki məlumat və cavabların dəqiqliyi halında məsuliyyət daşıyır.
4.2 Sığorta şəhadətnaməsində və Bölmə (Bölmələr) bu Qaydaların tərkib hissəsidir, «bu Qaydalar» ifadəsi isə, bu Qaydalarda istifadə edildiyi yerdən asılı olmayaraq həm Sığorta
şəhadətnaməsini həm də Bölməni (Bölmələri) özündə əks etdirir. Bu müqavilənin hər hansı bir hissəsində, Sığorta şəhadətnaməsində və ya Bölmədə (Bölmələrdə) xüsusi məna daşıyan hər bir söz və ya ifadə, rast gəldiyi yerdən asılı olmayaraq, eyni mənanı özündə daşıyır.
4.3 Sığortalı bütün ağlabatan təhlükəsizlik tədbirlərini öz hesabına həyata keçirməlidir və Sığortaçının itki,zərər və məsuliyyətlərin qarşısını almaq üçün Sığortaçının bütün ağlabatan məsləhətlərinə, qanununi tələblərinə və istehsalçının tövsiyyətlərinə riayət etməlidir.
4.4 Sığortaçının nümayəndələri istədikləri münasib vaxtda sığorta obyektini təftiş etmək və yoxlamaq hüququna malikdir, Sığortalı isə Sığortaçıya xxxxxx dərəcəsini qiymətləndirmək üçün bütün detalları, xəbər və məlumatları təqdim etməyə borcludur;
4.5 Sığortalı Sığortaçıya riskə aid əhəmiyyətli dəyişikliklər haqqında dərhal yazılı şəkildə xəbər verməlidir və yaranmış şəraitə müvafiq öz hesabına əlavə tədbirləri həyata keçirməlidir,sığorta təminatının həcmi və sığorta haqqı bu dəyişikliklərə müvafiq müəyyən ediləcək.
4.6 Sığortaçının yazılı təsdiqi olmadan, Sığortalı xxxxxx dərəcəsini artıran dəyişikliklər edə bilməz.
4.7 Bu müqavilə üzrə zərərin ödənilməsi tələbini yaradacaq hər hansı bir hadisə baş verdiyi halda, Sığortalı borcludur:
4.7.1 Sığortaçıya itkinin xarakteri və həcmi haqqında dərhal məlumat vermək (həm telefonla,həm də yazılı şəkildə)
4.7.2 itkilərin və ya zədələrin minimuma endirilməsi üçün mümkün xxxx tədbirlər görmək;
4.7.3 Sığortaçının nümayəndələrinə və ya zərərlər üzrə ekspertlərinə(sürveyor) yoxlama aparmaq üçün zədələnmiş hissələri saxlamaq və təqdim etmək;
4.7.4 Sığortaçının istədiyi bütün məlumat və sənədləri təqdim etmək;
4.7.5 oğurluq və ya qarət nəticəsində yaranan itki və zərərlər haqqında polis orqanlarına xəbər vermək
Mövcud şərtlərə riayət etməklə, Sığortalı Sığortaçıya xəbər verdikdən sonra, xırda zədələri aradan aldırmaq üçün təmir və ya zədələnmiş hissələrin dəyişdirilməsini həyata keçirə bilər; digər hallarda və ya zədələnmiş hissələrin dəyişdirilməsindən əvvəl Sığortaçının nümayəndəsinə itki və zədələri yoxlamaq imkanı verilməlidir. Əgər Sığortaçının nümayəndəsi tərəfindən ağlabatan müddətdə (yaranmış vəziyyəti nəzərə alaraq) yoxlama aparılmazsa, Sığortalı zədələnmiş hissələrin təmir və ya dəyişdirmə işlərini aparmaq hüququna malikdir. Əgər zədələnmiş vahidin (hissəsinin) təmiri gecikməsiz ,xxxxx lazımi keyfiyyətdə aparılmayıbsa, zədələnmiş əşya üçün Sığortaçının məsuliyyəti bitir.
4.8 Sığortalı Sığortaçının hesabına Sığortaçının tələb etdiyi bütün lazımı tədbirləri həyata keçirməli, Sığortaçının öz hüquqlarını təmin etmək məqsədilə və ya hüquqi müdafiənin bütün mümkün xxxx imkanlarından istifadə etmək və ya əgər Sığortaçı bu Qaydaların şərtlərinə uyğun olaraq itki və ya zədə xərclərini və ya sığorta ödənişini ödəyibsə, hər hansı şəxslərdən (bu müqavilə çərçivəsində sığortalanmayan) ödəmə və ya kompensasiya almaq hüququna malikdirsə və ya malik olmaq hüququnu birbaşa əldə edə bilərsə və ya
subroqasiya edilmişdirsə, bu cür tədbirlərin mövcudluğundan və ya belə tədbirlərin görülməsinə Sığortalı Sığortaçıya sığorta ödənişindən əvvəl və ya sonra meydana çıxmasından asılı olmayaraq icazə və imkan verməlidir.
4.9 Əgər bu Qaydalar çərçivəsində baş verən itkini eyni zamanda digər xxxx sığorta müqaviləsinə əsasən həmin itki, zədə və həmin məsuliyyət örtüyü ilə təmin olunubsa, Sığortaçı bu itki, zədə və məsuliyyətdən irəli gələn və yalnız özünə aid (sığorta müqavilələrin məbləğlərinə mütənasib miqdarda) hissəni və ya haqqı ödəməyə borcludur.
4.10 Sığortaçı qanunvericiliyə uyğun olaraq bütün riski, yaxud onun bir hissəsini təkrar sığortaya verə bilər.
4.11 Sığorta müqaviləsi bu qaydaların əhatə etdiyi bütün risklərdən və ya onların yalnız bir hissəsindən təminat verə bilər. Sığortalı ilə razılaşma əsasında bu qaydalarla müəyyən edilən təminatlar bir və ya bir neçə sığorta müqaviləsi şəklində rəsmiləşdirilə bilər. Sığortalanan xxxxxx xüsusiyyətlərindən asılı olaraq konkret sığorta müqaviləsinin şərtləri bu qaydaların şərtlərindən fərqlənə bilər. Bu zaman müqavilənin şərtlərinə üstünlük verilir
5. BÖLMƏ I – MADDİ ZƏRƏR
Sığortalı və Sığortaçı razılığa gəlmişlər ki, Sığorta Müddəti ərzində Sığorta şəhadətnaməsində qeyd edilmiş əşyalara və ya onların hər hansı bir hissəsinə, istisnalarda xüsusi olaraq göstərilmiş hallardan başqa, nəzərdə tutulmayan və gözlənilməz fiziki itki və ya zədə dəyərsə və təmir və ya dəyişdirilmə ehtiyacı yaranarsa, Sığortaçı Sığortalıya bu itki və zədələr nəticəsində aşağıda göstərilən qaydada nağd pulla, yeni əşyaların alınması ilə və ya təmiri ilə əlaqədar, həcmi Sığorta şəhadətnaməsində ayrı-ayrılıqda hər bir hal üçün və cəmi Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğindən artıq olmamaq şərtilə, ödəmələri həyata keçirir.
Sığortaçı Sığortalıya bu müqavilə üzrə sığorta hadisəsi zamanı yaranan qırıntıların təmizlənməsi xərclərinin,Sığorta şəhadətnaməsində göstərməklə ayrıca sığorta məbləğı çərçivəsində əvəzini ödəyəcək.
5.1. Bölmə I-ə Aid İstisnalar
Sığortaçı aşağıda göstərilən hallarda məsuliyyət daşımır:
5.1.1 Hər bir hadisə üzrə Sığortalının öz üzərinə götürdüyü Sığorta şəhadətnaməsində göstərilən azadolma daxilində itkilər üçün;
5.1.2 Cərimələr, gecikmələrdən, müqavilənin ləğvindən və işin lazımı səviyyədə yerinə yetirilməməsi nəticəsində yaranan itkilərdə daxil olmaqla Hər növ dolayı itkilər,
5.1.3 səhv layihə materialların nöqsanlığı nəticəsində və tökmə və icra zamanı yaranan itki və ya zədə;
5.1.4 qüsurlu materialların və/və ya usta işinin düzəlişləri,dəyişdirilməsi və ya təmir xərcləri, xxxxx bu istisna birbaşa zədələnən elementlərə və düzgün istehsal edilmiş hissələrin hadisə nəticəsində dəymiş zərərlərə aid deyil
5.1.5 köhnəlmə, korroziya, oksidləşmə, istifadə olunması və normal atmosfer şəraiti üzündən korlanma;
5.1.6 tikinti qurğularının,avadanlığının və tikinti maşınlarının elektrik və ya mexaniki təsirlər nəticəsində sınması/dağılması,korlanması, qəza, sınma və nasazlıq, soyuducu və ya digər mayenin donmasından, keyfiyyətsiz sürtkü materiallının və ya yanacağın və ya soyuducu mayenin çatışmazlığı üzündən baş verən itki və ya zədə xxxxx, əgər bu cür korlanma və ya nasazlıq üzündən xarici dağılma baş verərsə, bu cür təsadüfi dolayı dağıntılar ödənilə bilər;
5.1.7 ümumi yollarda istifadəyə buraxılmış nəqliyyat vasitələrinin,üzən su vasitələrinin və ya təyyarələrin itkisi və ya zədələnməsi;
5.1.8 sənəd qovluqlarının, çertyojların, hesabların, kağızların, pulların, hər-hansı növ markaların, sənədlərin, borc öhdəliklərinin, banknotlarının, qiymətli kağızların, çeklərin itkisi və ya zədələnməsi;
5.1.9 inventarizasiya vaxtı aşkar edilmiş itkilər.
5.2. Bölmədə Tətbiq Edilən Müddəalar
5.2.1 Sığorta Məbləği: Bu sığortanın vacib tələbi ondan ibarətdir ki, Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği aşağıdakılardan az olmamalıdır:
Tikinti-quraşdırma işləri üzrə: Tikintinin yekununda müqavilə üzrə işlərin tam dəyəri, bütün materiallara, əmək haqqına, yol xərclərinə, gömrük rüsumlarına, vergilərə çəkilən ümumi xərclərdən;
Mühəndis qurğularının quraşdırılması və tullantıların təmizlənməsi üzrə: Tikinti qurğularının,avadanlığının və tikinti maşınlarının dəyişdirilməsi xərclərindən; sığorta olunan əşyaların yeni eyni tipli və eyni güclü əşyalarla dəyişdirilməsi xərclərindən və Sığortalı əmək haqqının və qiymətlərin əsaslı dərəcədə dəyişməsindən asılı olaraq sığorta məbləğinin artıb və ya azalmasını nəzərə almalıdır, bununla belə artma və ya azalma ancaq Xxxxxxxxxxxx bu müqaviləyə etdiyi əlavələrdən sonra qüvvəyə minir.
5.2.2 İtkilərin tənzimlənməsinin əsasları: Bu müqavilə üzrə hər hansı itki və ya zərər ödəmələri aşağıdakı qaydada tənzimlənir:
a) təmiri mümkün xxxx zərərlər üzrə - sığorta olunmuş əşyalara zədə dəyməmişdən əvvəlki vəziyyətinə gətirililməsinə çəkilmiş xərclər, qalıqların dəyəri çıxmaq şərtilə
b) tam məhv olması üzrə - sığorta olunmuş əşyaların məhv olması anından əvvəlki günə faktiki dəyəri, qalıqların dəyərini çıxmaq şərtilə
xxxxx bu müqavilənin şərtlərinin yerinə yetirildiyi, qeydlərinə riayət edildiyi hallarda və sığorta müqaviləsində göstərilən sığorta müqavilələri həcmində və sığortalıya düşən pay miqdarında.
Sığortaçı yalnız zədələnmiş hissələrə aid lazımı hesab və ya sənədlərin ona təqdim edildiyindən və təmir və ya dəyişdirmə işlərinin lazımi qaydada aparıldığından əmin olduqdan sonra dəymiş zərərin əvəzinin ödəyir. Təmir edilə bilən bütün zədələr təmir edilməlidir; əgər təmirə çəkilən xərc sığortalanan əşyanın zədələnməmişdən əvvəlki qiymətinə çatır və ya ondan artıqdırsa, bu halda itkilərin ödənilməsi b) bəndində nəzərdə tutulan qaydada aparılır.
Müvəqqəti təmir xərclərini sığortalı ancaq o halda çəkir ki, bu təmir son təmirin bir hissəsini təşkil edir və təmirə çəkilən xərclər ümumi xərcləri aşmır. Mümkün dəyişikliklər, əlavələr və / və ya təkmilləşdirmək məqsədilə çəkilən xərclər bu müqavilə üzrə ödənilmir.
5.2.3 Sığorta Təminatının Genişləndirilməsi: Yalnız əvvəlcədən xüsusi yazılı razılıq əldə edilmişsə bu müqavilə ilə iş vaxtından artıq, gecə vaxtı, rəsmi bayram günlərində aparılan işlər üçün əmək haqqlarına,ekspress daşımalara çəkilən əlavə xərclər sığortalanır.
6. BÖLMƏ II – ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MƏSULİYYƏTİN SIĞORTASI
6.1 Sığortaçı Sığortalıya Sığorta şəhadətnaməsində qeyd edilən məbləğlər daxilində, xxxxx bu məbləğləri aşmamaq şərtilə, Sığortalının aşağıda göstərilənlərə görə qanunla müəyyən edilmiş məsuliyyəti ilə əlaqədar ödənişlər edəcək:
6.1.1 təsadüfi hadisələr nəticəsində üçüncü şəxslərin ölümü,bədən xəsarəti xxxxxx və ya xəstələnməsi
6.1.2 təsadüfi hadisələr nəticəsində üçüncü şəxslərin əmlakına dəymiş itki və ya zərərlər
Bu hadisələr bilavasitə I Bölmə üzrə sığortalanmış tikinti və ya quraşdırma işləri nəticəsində və Sığorta Müddəti ərzində tikinti meydançasında və ya bilavasitə onun yaxınlığında baş verməlidir.
6.2 İtkiyə görə kompensasiya xxxx hüququ xxxx xxxxx zərərin ödənilməsinə aid tələb irəli sürülübsə, Sığortaçı Sığortalı həmçının aşağıda sadalananlar üzrə ödəniş verəcək:
6.2.1 Sığortalı tərəfindən hər hansı iddiaçıya ödənilmiş məhkəmə xərcləri və məsrəfləri
6.2.2 Sığortaçı tərəfindən yazılı şəkildə təsdiq edilmiş bütün xərclər və məsrəflər, bu Bölmə üzrə Sığortaçının məsuliyyəti Sığorta şəhadətnaməsində göstərilən məsuliyyət həddindən(məbləğindən) artıq ola bilməz.
6.3 Bölmə II-ə Aid Xüsusi İstisnalar
Sığortaçı Sığortalıya aşağdakılara görə ödəniş vermir:
6.3.1 Sığortalının öz üzərinə götürdüyü Sığorta şəhadətnaməsində göstərilən azadolma məbləğinin daxilində xxxx itkilərə;
6.3.2 bu müqavilənin I Bölməsi çərçivəsində sığortalanmış və ya sığortalana bilən hər hansı əşyanın düzəltməsinə və ya yenidən düzəltməsinə və ya yaxşılaşdırılmasına və ya dəyişdirilməsinə həyata keçirilmiş xərclər
6.3.3 Dayaqların vibrasiyası və ya uzaqlaşdırması və ya zəifləməsi nəticəsində hər-hansı əmlaka və ya torpağa və ya xxxxxx və ya şəxsə və ya bu səbəblərin nəticəsində dəymiş digər zərələr (xüsusi razılaşmalar istisna olmaqla);
6.3.4 Aşağıdakılar nəticəsində yaranan məsuliyyətə görə:
6.3.4.1 Sifarişçinin (Prinsipal), Podryatçının(Kontraktorların) və ya Bölmə I-ə əsasən tam və ya qismən sığortalanan layihə ilə əlaqədar xxxx hər-hansı digər firmanın işçilərinə və ya fəhlələrinə və ya onların ailə üzvlərinə dəymiş bədən xəsarətlərinə və xəstəliklərinə
6.3.4.2 Sifarişçinin (Prinsipal), Podryatçının(Kontraktorların) və ya Bölmə I-ə əsasən tam və ya qismən sığortalanan layihə ilə əlaqədar xxxx hər-hansı digər başqa firmaya məxsus, onların himayəsində, keşiyində və ya nəzarətində xxxx əmlaka və ya yuxarda qeyd edilənlərin fəhlə və qulluqçularına dəyən itki və zərər;
6.3.4.3 ümumi yollarda istifadəyə buraxılmış nəqliyyat vasitələrinin,üzən su vasitələrinin və ya təyyarələrin tərəfindən törədilmiş baş vermiş bədbəxt hadisələr;
6.3.4.4 Sığortalının hər hansı razılaşmaya,müqaviləyə əsasən təzminat yolu ilə və ya digər yolla ödəməli olduğu məbləğlər,xxxxx bu cür razılaşmalar olmadığında da məsuliyyətin yarandığı hallar istisna olmaqla
6.4 Bölmə II-yə Aid Xüsusi Şərtlər
6.4.1 Sığortaçının yazılı razılığı olmadan,Sığortalı və ya onun adından çıxış edən şəxs heç nəyi təsdiq etməməli, güzəştə getməməli, təklif irəli sürməməli, vəd verməməli, ödəmələr aparmamalı və ya təzminat ödənışləri etməməlidir.Sığortaçı istədikdə Sığortalı adından onun müdafiəsini təşkil etmək, itkiləri ödəmək və ya itkilərin ödənilməsi üçün özünün xeyrinə iddia qaldırmaq hüququna malikdir. Sığortaçı işlərin aparılmasında və ya itkilərin aradan qaldırılmasında tam sərbəstdir. Sığortalı bütün tələb olunan sənədləri Sığortaçıya təqdim etməyə və ona hər bir yardım etməyə borcludur.
6.4.2 Sığortaçı hər hansı hadisə ilə bağlı Sığortalıya hər hadisə üzrə təzminat həddində ödəniş həyata keçirəcək(hər halda əvvəl təzminat şəklində ödənilmiş məbləğləri çıxmaq şərtilə) və ya bu cür hadisələrdən irəli gələn iddia və ya iddiaları tənzimləmək üçün tələb olunan daha az məbləğlər, xxxxx bundan sonra Sığortaçı bu hadisələr üzrə İİ bölməyə müvafiq heç bir məsuliyyət daşımayacaq.
7. ÜMUMİ MÜDDƏALAR
7.1 Xxxxxxx xxxxxxxx
Sığorta müqaviləsində şərtsiz azadolma yəni sığorta hadisəsinin baş verdiyi halda sığortaçı tərəfindən ödənilməyən sığortalının xərclərinin bir hissəsi, müəyyən edilə bilər.
Azadolma sığortalının və sığortaçının razılığı əsasında təyin edilir, Sığorta Səhadətnaməsində və/və ya hazırki Qaydalarda və/və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir.
Bir neçə sığorta hadisələrinin baş verdiyi halda və müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, azadolmanın məbləği hər sığorta ödənişindən tutulur.
7.2 Sığorta haqqı
7.2.1 Sığorta haqqı sığorta məbləğinin,sığorta tarifləri və təqdim edilən sığorta şərtlərindən asılı olaraq hesablanır.
7.2.2 Sığorta tarifinin dərəcəsi sığortalanan obyektlərin və sığorta risklərinin xüsusiyyətləri nəzərə alınaraq müəyyən edilir.
7.2.3 Sığorta haqqı Sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında Sığortçı tərəfindən hesablanır və Sığorta Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir.
7.2.4 Sığorta haqqı Sığortalı tərəfindən Sığortaçının təqdim etdiyi hesab və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra ödənilir. Sığorta haqqı birdəfəlik və ya, tərəflərin razılaşmasına əsasən, hissə-hissə, sığorta müqaviləsinə qəbul edilmiş Əlavədə qeyd olunan ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər.
7.2.5 Sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir.
7.2.6 Sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, nağd haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi qəbzin şərtlərinə müvafiq olaraq Sığortaçının kassasına verilməsi yoli ilə ödənilir.
7.2.7 Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur:
• nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü;
• nağd haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının kassasına verilməsi 3 günü.
7.2.8 Sığorta haqqı və ya onun birinci hissəsi Sığortaçı tərəfindən təqdim olunmuş hesabda və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəddə göstərilmiş müddət ərzində ödənilmədikdə, Sığortaçı sığorta müqaviləsindən imtina etmək və ya Sığortalı üçün əlavə ödəmə müddətinin təyin edilməsi hüququna malikdir. Əgər sığorta hadisəsinin baş verməsi günündə sığorta haqqı və ya onun birinci hissəsi müqavilənin şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir.
7.2.9 Sığorta haqqı hissə-hissə ödənildiyi halda növbəti ödənişin ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində ödənilməyibsə Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət daşımır.
Sığortaçının məsuliyyəti borcun, yəni gecikdirilmiş (natamam həcmdə ödənilmiş) ödənişin, ödənildiyi gün saat 24:00-xxx bərpa olunur və Sığortaçının məsuliyyəti bərpa olunduqdan sonra baş vermiş, sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə edir.
7.2.10 Sığortalı sığorta haqqının ödənilməsini gecikdirirsə, sığortaçı AR Mülki Məcəlləsinin 23-cü fəslinə əsasən dəymiş zərərin və penyanın ödənilməsini tələb edə bilər.
7.2.11 Sığortalının sığorta haqqını ödəməməsi səbəbindən Sığortaçı tərəfindən sığorta müqaviləsinin ləğv edilməsi, Sığortalını Sığortaçıya, onun öz öhdəliklərini yerinə yetirdiyi müddəti üzrə, sığorta haqqının ödənilməli xxxx hissəsinin ödəməsindən azad etmir.
8. SIĞORTA MÜQAVİLƏSİ
8.1 Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, Sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən xxx olmaması şərti ilə, dəymiş real zərərin əvəzinin Sığortaçı tərəfindən Sığortalıya ödənilməsini nəzərdə tutan sazişdir.
8.2 Sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi yalnız Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka və ya Azərbaycan Respublikasının rəsmi reyestrində üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əmlaka dair bağlanıla bilər.
9. SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI
9.1 Sığorta müqaviləsinin tərəflərin sayından asılı olaraq müqavilə tələb olunan xxxxx, Azərbaycan dilində və hər tərəf üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir.
9.2 Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının yazılı ərizəsinə əsasən Sığortaçı müqavilənin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsini (dublikatını) ona təqdim edə bilər.
10. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.1.1. sığorta obyekti artıq mövcud olmadıqda
10.1.2. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortalı - hüquqi şəxs ləğv edildikdə
10.1.3. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
10.1.4. Sığortalı sığorta haqqını müqavilədə və qanunvericiliklə müəyyən edilən qaydada ödəmədikdə;
10.1.5. sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;
10.1.6. sığorta marağı artıq mövcud olmadıqda
10.1.7. sığorta obyekti özgəninkiləşdirilərkən Sığortaçı Sığortalının hüquq və vəzifələrinin obyektin yeni mülküyyətçisinə,sahibinə və ya istifadəçisinə keçməsinə etiraz
etdikdə; əmlak özgəninkiləşdirilərkən Sığortaçı Sığortalının hüquq və vəzifələrinin obyektin yeni mülküyyətçisinə,sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə Sığortalı dəyişdirilə bilər;
10.1.8. məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
10.1.9. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə;
10.1.10. sığorta müqaviləsi qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa
10.1.11. sığorta müqaviləsinin və hazırki Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə;
10.1.12. tərəflərin razılaşmasına əsasən;
10.1.13. qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
10.2. Sığorta hadisənin baş vermə ehtimalı itdikdə və sığorta riskinin mövcudluğu sığorta hadisəsindən fərqli digər səbəblər ücbatından bitdiyi zamanı sığorta müqaviləsi dərhal qüvvədən düşür. Sığorta müqaviləsinin bu bənddə göstərilmiş səbəblər ücbatından vaxtından əvvəl qüvvədən düşməsi zamanı Sığortaçı, sığortanın qüvvədə olması müddəti üzrə, proporsional sürətdə hesablanmış sığorta haqqının hissəsini özündə saxlaya və ya tələb edə bilər.
11. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
11.1. Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 30 gün əvvəl qarşı tərəfə yazılı şəkildə xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
11.2. Tərəflər müqaviləyə xitam verməkdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam yerinə yetirməlidilər.
11.3 Sığorta müqaviləsinə xitam verildikdə sığorta haqqının hesablanması
11.3.1. Sığorta müqaviləsinə Sığortalının tələbi ilə xitam verildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılmasına çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa Sığortaçı sığorta haqlarını bütünlüklə Sığortalıya qaytarır.
11.3.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə xitam verildikdə, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə ona qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılmasına çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış möddəti üçün sığorta haqqını ona qaytarır
11.3.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya
ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
11.3.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 11.3.1-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12. TƏRƏFLƏRIN HÜQUQ VƏ VƏZIFƏLƏRI
12.1. Sığortaçının vəzifələri:
12.1.1. Sığortalıya sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsini vermək və sığortalını sığortanın şərtləri ilə xxxxx etmək;
12.1.2. Sığorta hadisəsinin baş verdiyi halda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və sığorta məbləği çərçivəsində zərərləri ödəmək;
12.1.3. Sığortalı tərəfindən sığorta riskinin baş verməsi ehtimalını azaldan və dəyə biləcək zərərin baş vermə riskini aşağı salan tədbirlərin həyata keçirilməsindən sonra, Sığortalının məlumatına əsasən həmin halları nəzərə alaraq müqavilənin şərtlərinə müvafiq dəyişiklikləri etmək;
12.1.4. Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş halları istisna etməklə, Sığortalı və onun maddi durumu haqda məlumatı yaymamaq;
12.1.5. Sığortalı tələb etdikdə, sığorta şəhadətnaməsini və sığortanı təstiqləyən digər sənədlərin surətini təqdim etmək.
12.1.6. Sığorta müqaviləsi və qanunvericiliklə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
12.2. Sığortaçının hüquqları:
12.2.1. Ərizə formasında göstərilən obyektlərə baxış keçirmək, obyektlərin vəziyyəti və istifadə olunması qaydası ilə və müvafiq sənədlərlə xxxxx olmaq;
12.2.2. Sığorta hadisəsinin baş verməsi faktını və ya sığorta ödənişinin miqdarını müəyyən etmək üçün zəruri xxxx məlumatları Sığortalı və səlahiyyətli orqanlardan tələb etmək, sığorta hadisəsinin baş verməsi şəraitini və səbəbəblərini müstəqil surətdə araşdırmaq, irəli sürülmüş iddiaların əsaslı olub-olmasını və hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək;
12.2.3. Sığortalı tərəfindən ona təqdim edilmiş məlumatların doğurluğunu yoxlamaq. Sığorta məbləğinə və xxxxxx dərəcəsinin ölçülməsinə və dəyə biləcək zərərin miqdarına təsir göstərə biləcək məlumatının Sığortalı tərəfindən qərəzlə təhrif edilməsi və ya gizlədilməsi halında, sığorta müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb etmək;
12.2.4. Sığorta hadisəsi ilə əlaqədar Sığortalının maraqlarını məhkəmədə təmsil etmək və ya başqa üsulla onun hüquqi müdafiəsini həyata keçirmək (xxxxx bu hüquq Sığortaçının öhdəliyi deyildir);
12.2.5. Qanunvericilikdə və sığorta müqaviləsində göstərilmiş şərtlərə əsasən sığorta ödənişindən imtina etmək;
12.2.6. Sığortalanmış xxxxxx dərəcəsinin artması halında Sığortalıdan sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının odənilməsini tələb etmək;
12.2.7. Sığortalının sığorta müqaviləsinin tələblərinə və hazırkı Qaydaların şərtlərinə əməl etməsini yoxlamaq.
12.3. Sığortalının vəzifələri:
12.3.1. Sığorta olunan əmlaka baxışın keçirilməsini təmin etmək;
12.3.2. Ərizə formasında və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riskinin ölçülməsi üçün əhəmiyyətli xxxx bildiyi bütün məlumatları, bu sahədə digər quvvədə xxxx sığorta müqavilələr və sığorta riskinin dərəcəsində hər hansı bir dəyişiliklər barədə sığortaçıya məlumat vermək. Sığortalı sığortaçıdan xxxxxx dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə və ya sığortaçının xxxxxx sığortalanması üzrə qərarına təsir edə biləcək faktlar üzrə yanlış məlumat veribsə, belə halda həmin müqavilə quvvəsi olmayan hesab edilir və iddia üzrə heç bir ödəniş verilmir.
12.3.3. sığorta hadisəsinin baş verməməsi üçün bütün mümkün xxxx və məqsədəuyğun tədbirləri görmək və sığortaçının sığorta riskinin azalmasına yönəldilmiş bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək;
12.3.4. sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını ödəmək.
12.3.5. Əgər Sığortalını hazırkı Qaydalara və ya qanunvericiliyə əsasən sığorta ödənişini almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, sığorta müqaviləsinə müvafiq olaraq alınmış sığorta ödənişini (və ya onun müvafiq hissəsini) Sığortaçıya qaytarmaq;
12.3.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər öhdəliklərini yerinə yetirmək.
12.4. Sığortalının hüquqları:
12.4.1. Sığorta hadisələrinin baş verməsinin qarşısını almaq və hadisələrin nəticələrini azaltmaq üçün xxxxxx xxxx məlumatı və məsləhətləri sığortaçıdan almaq;
12.4.2. xxxxxx azalması üzrə tədbirlərin keçirilməsi zamanı sığortaçıdan həmin halları nəzərə almaqla sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini tələb etmək;
12.4.3. sığorta səhadətnaməsini itirdiyi halda onun dublikatını almaq. Sığorta şəhadətnaməsi təkrar olaraq itirildikdə, Sığortaçı şəhadətnamənin çap edilməsi üzrə xərcləri Sığortalının üzərinə keçirə bilər.
12.5. Sığorta müqaviləsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər öhdəliklər də müəyyən edilə bilər.
13. SIĞORTA RISKINƏ TƏSIR EDƏN AMILLƏR. SIĞORTA RISKININ ARTMASI HAQQINDA MƏLUMAT VERMƏ VƏZIFƏSI.
13.1. Sığorta müqaviləsinin bağlanmasından əvvəl Sığortalı ona məlum xxxx və sığorta hadisəsinin baş vermə ehtimalına təsir göstərə biləcək faktlar və hadisənin baş verməsindən dəyə biləcək zərər haqqında məlumatı Sığortaçıya təqdim etməli və Sığortaçı tərəfindən verilmiş sualları cavablandırmalıdır. Bu qayda sığortalanan obyektə baxışın keçirilməsi zamanı da tətbiq edilir.
13.2. Sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, əgər sığorta müqaviləsi Sığortaçının qoyduğu hər hansı sualı Sığortalı tərəfindən cavabsız qoyularaq bağlanıbsa, Sığortaçı onun müəyyən faktlardan xəbərsiz olduğuna istinad etməklə sığorta müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb edə bilməz.
13.3 Əgər müqavilənin bağlanmasından sonra xxxxxx dərəcəsinə təsir göstərə biləcək hallar barəsində Sığortalı tərəfindən Sığortaçıya yanlış məlumatların qərəzli olaraq bildirilməsi sübut edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
Sığortalının gizlətdiyi faktlar aradan qalxdığı (xxx olduğu) halda Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz.
13.4. Sığortalı (Faydalanan şəxs) müqavilənin bağlanması zamanı Sığortaçıya bildirdiyi məlumat və faktlarda sığorta müqaviləsinin müddəti ərzində baş vermiş əhəmiyyətli və sığorta riskinin artmasına təsir göstərə biləcək dəyişikliklər haqqında Sığortaçıya dərhal, hər halda 7 təqvim günündən gec olmayaraq məlumat verməlidir. Bu vəzifənin düzgün yerinə yetirilməsi faktı yazılı sübut ilə təsdiq olunmalıdır. Bu müddəa Sığortalı tərəfindən Sığortaçıya müqavilənin bağlanmasından əvvəl ərizə formasında təqdim etdiyi məlumat və faktlara aiddir.
13.5. Sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında məlumatlandırılmış Sığortaçı sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.
13.6. Sığortalı sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında Sığortaçını məlumatlandırmadığı və ya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsinə və əlavə sığorta haqqının ödənilməsinə etiraz etdiyi halda, Sığortaçı qanunvericiliyə müvafiq sığorta müqaviləsinin ləğv edilməsini və ləğv edilmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər.
13.7. Sığorta riskinin artmasına səbəb ola biləcək faktların aradan qalxmasından (xxx olmasından) sonra Sığortaçı heç bir halda müqavilənin ləğv edilməsini tələb edə bilməz.
13.8. Sığortalı Sığortaçının razılığı olmadan xxxxxx artmasına səbəb ola biləcək hər hansı tədbirin görülməsinə və ya onların həyata keçirilməsinə razılıq verə bilməz. Bu müddəanın pozulması Sığortaçını yalnız o halda öz öhdəliklərinin yerinə yetirməsindən azad edir ki, sığorta hadisəsi xxxxxx artmasından sonra baş versin.
13.9. Sığorta riskinin artması sığorta hadisəsinin baş verməsinə və Sığortaçının öhdəliyinin yerinə yetirilməsi həcminə təsir göstərmədiyi halda Sığortaçının ödənişin həyata keçirilməsi üzrə öhdəliyi qüvvədə qalır.
13.10. Sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində Sığortaçı Sığortalı tərəfindən təqdim olunan fakt və məlumatların doğruluğunu, xxxxxx artıb-artmamasından asılı olmayaraq sığortalanmış əmlakın vəziyyətini, saxlanma qaydasını və dəyərini yoxlaya bilər.
13.11. Sığortaçı Sığortalıya sığorta riskinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə məcburi göstərişlər verə bilər.
14. SIĞORTA HADISƏSI BAŞ VERDIKDƏ SIĞOTRTALININ VƏZIFƏLƏRI
14.1. Sığorta ödənişi yalnız sığorta müqaviləsi ilə nəzərdə tutulmuş hadisələrin nəticəsində dəymiş zərərin səbəbi və miqdarı müəyyən edildikdən sonra həyata keçirilə bilər.
14.2. Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə Sığortalı aşağıdakıları etməyə borcludur:
14.2.1. Baş vermiş hadisə barədə dərhal müvafiq səlahiyyətli orqanları məlumatlandırmaq, o cümlədən aşağıda göstərilən hadisələr barədə qeyd olunmuş orqanlara xəbər verməlidir:
- Sığortalıya qarşı yönəldilmiş üçüncü şəxslərin qərəzli, qanuna xxxx xxxx hərəkətləri, sındırmaqla oğurluq, soyğunçuluq, quldurluq – polis orqanlarına
- yanğın – yanğın nəzarəti orqanlarına
- partlayış və ya su basma – müvafiq qəza və kommunal xidmətlərinə
14.2.2. Sığorta hadisəsi baş verdikdə Sığortalı dərhal, xxxxx hər xxxxx 3 gündən gec olmayaraq hadisənin baş verməsi haqqında Sığortaçıya (və ya onun nümayəndəsinə) məlumat vermək, və Sığortaçı (onun nümayəndəsi) tərəfindən verilən bütün göstərişlərə əməl etmək.
14.2.3. Baş vermiş hədisənin səbəbləri, nəticələri, xarakteri və dəymiş zərərərin miqdarı və xarakteri, o cümlədən hadisə ilə əlaqəli şəxslər barədə bütün məlumatları yazılı şəkildə, və müvafiq səlahiyyətli orqanlar tərəfindən verilmiş hadisənin baş verməsini və həcmini təsdiq edən sənədləri Sığortaçıya təqdim etmək (tələb olunan sənədlərin tam siyahısı hadisə yerinə baxış keçirildikdən və Baxış aktı tərtib olunduqdan sonra Sığortaçı tərəfindən təqdim olunur).
14.2.4. Zərərin azalması və sığortalanmış əmlakın xilas edilməsi üçün bütün mümkün və ağlabatan tədbirləri görmək. Mümkün olduğu halda Sığortalı Sığortaçıdan göstərişlərin verilməsini tələb etməlidir.
14.2.5. Sığortaçının nümayəndələri tərəfindən zədələnmiş obyektə baxış keçirilməyincə onun dəyişməz halda qalmasını təmin etmək.
Sığortalı hadisə yerinin görünüşünü aşağıdakı hallarda dəyişdirə bilər: təhlükəsizliyin təmin edilməsi və ya zərərin artmaması üçün, Sığortaçı dəyişikliklərin edilməsinə razılıq verdikdə və yaxud hadisə barədə Sığortaçıya məlumatın verilməsi günündən 2 həftə keçdikdən sonra.
Əgər Sığortalı yuxarıda qeyd olunan səbəblərə görə sığorta hadisəsi yerinin görünüşünü dəyişdirmək niyyətindədirsə, o hadisə yerini (dəymiş zərəri) foto, videoçəkiliş və ya bu kimi digər üsül ilə mümkün qədər tam qeydə almalıdır.
14.2.6. Sığortaçı tərəfindən aparılan araşdırmalar zamanı onunla əməkdaşlıq etmək, bütün zəruri məlumatları təqdim etmək, hadisə ilə bağlı məlumatların toplanılması, zədələnmiş əmlaka baxışın keçirilməsi və onun müayinə edilməsi üçün Sığortaçıya şərait yaratmaq, dəymiş zərərin miqdarının və səbəblərinin müəyyən edilməsində Sığortaçının iştirakını təmin etmək.
14.2.7. Hadisənin sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi və sığorta ödənişinin həyata keçirilməsi üçün Sığortalı baş vermiş hadisə haqqında Sığortaçıya yazılı ərizə verməlidir. Sığortalı ərizə ilə yanaşı sığorta müqaviləsini və baş vermiş hadisənin səbəblərini, xüsusiyətlərini, dəymiş zərərin həcmini müəyyən etmək üçün zəruri xxxx və/və ya sığorta hadisəsi ilə əlaqədar tələb olunan digər sənədləri Sığortaçıya təqdim etməlidir.O cümlədən layihə-smeta sənədlərini, inşaat kitablarından çıxarışı, hesab- fakturaları Sığortaçıya təqdim etməlidir.O cümlədən layihə-smeta sənədlərini, inşaat kitablarından çıxarışı, hesab-fakturaları Sığortaçıya təqdim etməlidir.
14.3 Sığortaçı tərəfindən tələb olunan sənədlərin təqdim olunmaması Sığortaçıya, zərərin belə sənədlərlə sübut olunmamış hissəsi üzrə ödənişin həyata keçirilməsindən imtina etmək hüququnu verir.
15. ZƏRƏRIN MÜƏYYƏN EDILMƏSI
15.1. Sığorta ödənişi sığorta müqaviləsinə müvafiq olaraq Sığortalının yazılı ərizəsinə və sığorta hadisəsinin baş vermə faktını, dəymiş maddi zərərin məbləğini təsdiq edən sənədlərə, sığorta aktına və zərərin qiymətləndirilməsi barədə sənədə əsasən Sığortaçı tərəfindən ödənilir.
Sığortalı dəymiş zərərin məbləğini müəyyən etmək üçün layihə-smeta sənədlərini, inşaat kitablarından çıxarışı, hesab- fakturaları Sığortaçıya təqdim etməlidir.
Tərəflər zərərin məbləği ilə bağlı razılığa gələ bilmədikləri təqdirdə, zərərin məbləği bu sahənin işini bilən mütəxəssis mühəndislər arasından seçilmiş ekspert tərəfindən müəyyən edilir.
15.2. Tərəflər, eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda hər biri ayrılığda öz ekspertini seçir və bunu digər tərəfə bildirir. Tərəflərin ekspertlər seçildikləri tarixdən etibarən 7 gün ərzində, hadisə ilə əlagədar tədqiqata başlamazdan əvvəl, üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəflərin ekspertlzrinin razılığa gələ bilmədikləri məsələlər haqqında rəy vermək səlahiyyəti vardır. Bitərəf ekspert öz rəyini, ayrıca və ya tərəflərin ekspertlərilə birlikdə ümumi bir rəy çəklində bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda təqdim olunur.
15.3. Ekspert rəylərində aşağıdakılar göstərilməlidir:
- həm hər bir hissə üçün müəyyən ediləcək ziyan və zərərin məbləği, həm də ziyan və zərərin bilinən və ya müəyyən edilən səbəbi;
15.4. Tərəflərdən hər xxxxx xxxx, digər tərəfə məlumat verdiyi tarixdən etibarən 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert tərəflərdən birinin təklifi ilə zərərin
baş verdiyi ərazidə yerləşən, iqtisad mübahisələrinə baxmağa səlahiyyəti xxxx məhkəmə tərəfindən, mütəxəssis xxxx şəxslər arasından seçilir.
15.5. Tərəflər, bitərəf ekspertin (bu ekspert istər tərəflərin ekspertləri tərəfindən, istərsə də səlahiyyətli məhkəmə tərəfindən seçilmiş olsun) sığortaçının və ya sığortalının yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənardan seçilməsini tələb etmək hüququna malikdir və bu tələb təmin edilməlidir;
15.6. Ekspert vefat edərsə, vəzifəsindən istefa verərsə və ya rədd edilərsə, onun əvəzinə eyni şərtlərlə başqa ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən davam etdirilir.
15.7. Xxxxxxxxxxxx vəfat etməsi, təyin edilmiş eksperti vəzifə məsuliyyətindən azad etmir.
Ekspertin iş qabiliyyəti ilə əlaqədar etirazlar, bu şəxslərin təqdim olunduqları tarixdən etibarən 7 gün ərzində bildirilməlidir;
15.8. Ekspertlər öz tədqiqatlarında tam sərbəstdirlər.Onların hüquqları qanun və qərarlarla da məhdudlaşmır;
15.9. Ziyan və zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, zərər çəkmiş sığortalanmış əmlakın və onun dəyərinin müəyyən edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələbedə və yerində tədqiqatlar apara bilərlər.
15.10. Tərəflərin ekspertlərini, yaxud üçüncü ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər buna əməl etməlidirlər. Sığortalı ekspert rəyi olmadan sığortaçıdan ödəniş tələb edə və ona qarşı iddia qaldıra bilməz. Ekspertin rəyinə, yalnız bu rəy qərarın real vəziyyətdən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu qərarın ləğv edilməsi, rəyin bildirildiyi tarixdən etibarən bir həftə ərzində hadisənin baş verdiyi ərazidə yerləşən iqtisad mübahisələrini həll etməyə səlahiyyəti xxxx məhkəmələr tərəfindən həyata keçirilir;
15.11. Tərəflər, zərərin məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir və müddət rəyin tərəflərə bildirildiyi tarixdən başlayaraq hesablanır;
15.12. Tərəflərin hər biri öz secdiyi ekspertin haqqını ödəyir. Üçüncü, bitərəf ekspertin haqqını tərəflər birlikdə ödəyirlər;
15.13. Ziyan və zərər məbləğinin müəyyən edilməsi, təminat verilən risklər, sığorta məbləği, sığorta haqqı, əmlakın dəyərindən artıq və ya əksik xxxx sığorta, sığörta məsuliyyıtinin başlaması, hüquqları ləğv edəcək və məhdudlaşdıracaq səbəblərlə əlaqədar sığorta şəhadətnaməsində və qanunvericilikdə göstərilən hökm və şərtlərə və onların tətbiq olunmasına təsir etmir.
16. SIĞORTA ÖDƏNİŞİNİ VERMƏKDƏN İMTİNA
16.1. Sığortaçı sığorta ödənişinin ödənilməsindən aşağıdakı hallarda imtina edə bilər:
16.1.1. Əgər Sığortalı sığorta hadisəsinin baş verməsi haqqında qanunvericiliyə müvafiq və sığorta müqaviləsində göstərilmiş müddət ərzində və müəyyən edilmiş qaydada Sığortaçıya məlumat verməyibsə. Bir şərtlə ki, vaxtında məlumat verməmə Sığortaçını hadisəni araşdırmaq və zərəri müəyyən etmək imkanından tam və ya qismən məhrum etmiş olsun.
16.1.2. Sığortalı sığorta obyekti, xxxxxx dəyişməsi və ya sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı haqqında bilərəkdən təhrif olunmuş və ya yanlış məlumatı Sığortaçıya təqdim edibsə.
16.1.3. Sığortalı dəyə biləcək zərərlərin azalması və ya qarşısının alınması üçün mümkün və ağlabatan tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri qəsdən görmədikdə,xxxxx bu xxxxx sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki,sığortalı mümkün tədbirləri xxxxxx olsaydı,zərərin miqdarı həmin həcmdə azalmış olardı
16.1.4. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa,sığortalının,müvafiq zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn
qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi,habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlagəsində xxxx qəsdən cinayət törətməsi
16.1.5 Sığortalı hadisə barədə müvafiq səlahiyyətli orqanlara məlumat vermədikdə, xxxxx sığorta hadisəsi nəticəsində dəymiş zərərin səbəbinin və xarakterinin müəyyən edilməsi bunu tələb etdikdə.
16.1.6. Müvafiq səlahiyyətli orqanlar sığorta hadisəsi faktının baş verməsini təsdiq etmədikdə.
16.1.7. Sığortalı hazırkı Qaydaların 14.2.7-ci bəndində göstərilən sənədləri təqdim etmədikdə.
16.1.8. Sığortalı dəymiş zərərin əvəzini zərərin yaranmasında təqsirli xxxx şəxsdən aldıqda.
16.1.9. Sığortalı hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtlərinə və/və ya tələblərinə riayət etmədikdə, sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə.
16.1.10. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi, sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyən etmək imkanından tam və ya qismən məhrum etməsi
16.1.11. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə müvafiq sığorta hadisəsi hesab edilməməsi
16.1.12. Azərbaycan qanunvericiliyi və ya sığorta müqaviləsinin şərtləri ilə nəzərdə tutulmuş digər hallarda.
16.2. Sığorta ödənişinin verilməsindən imtina Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə təqdim olunmalıdır.
16.3. Sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi əsasında, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə bilər.
17. TƏRƏFLƏRİN MƏSULİYYƏTi
17.1. Bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflər lazımi qaydada yerinə yetirilməlidir.
17.2. Bu müqavilə üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
17.3. Bu müqaviləyə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
18. KOMMERSİYA VƏ İŞ SİRRLƏRİNİN QORUNMASI
Sığortaçı, sığortaliya aid öyrənəcəyi bütün kommersiya və iş sirrlərini gizli saxlamalıdır.
19. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
19.1 Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
19.1.1. müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
19.1.2. Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlfqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
20. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏR
20.1 bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud xxxx şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
21. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
21.1 Hazırki müqavilə ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunmalıdır.