AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2013-cü il noyabrın 18-də Kiyev şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2014-cü il
№ 904-IVQ
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,
tənzimlənən zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması sahəsində əməkdaşlığın əhəmiyyətini dərk edərək,
bitki karantini və mühafizəsi sahəsində gələcəkdə əməkdaşlığı davam etdirmək və genişləndirmək və dövlət fitosanitar tədbirlərinin əlaqələndirilməsini təmin etmək istəyini rəhbər tutaraq,
1997-ci il redaksiyasında xxxx Bitki Mühafizəsi haqqında 1951-ci il 6 dekabr tarixli Beynəlxalq Konvensiyanın (BMBK) Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standartlarını (FTBS) rəhbər tutaraq,
Razılığa gələn Tərəflərin arasında ticarət və təsərrüfat əlaqələrinin inkişafı və Razılığa gələn Tərəflərin dövlətlərinin ərazilərinin tənzimlənən zərərli orqanizmlərin daxil olmasından və yayılmasından qarşılıqlı olaraq qorunması maraqlarını nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişin kontekstində istifadə edilən terminlər aşağıdakı mənaları daşıyır:
bitkilər - toxum və genetik material da daxil olmaqla, canlı bitkilər və onların hissələri;
bitkiçilik məhsulları - emal olunmamış bitki mənşəli material (dən də daxil olmaqla), habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin introduksiyası və yayılması təhlükəsini yarada bilən emal olunmuş məhsullar;
zərərli orqanizm - bitki və bitkiçilik məhsullarına zərəri xxxx bitkilərin, heyvanların və patogen agentlərin istənilən növü, növün dəyişmiş forması və ya biotipi;
karantin tətbiq edilən zərərli orqanizm - təhlükəyə məruz qalmış ərazidə hələlik mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış, rəsmi mübarizə obyektinə çevrilmiş və həmin ərazi üçün potensial iqtisadi əhəmiyyətə malik zərərli orqanizm;
tənzimlənən zərərli orqanizm - karantin tətbiq edilən zərərli orqanizm və ya tənzimlənən karantin tətbiq edilməyən zərərli orqanizm;
tənzimlənən karantin tətbiq edilməyən zərərli orqanizm - səpin və əkin materiallarında bitkilərin xxxxx edilən istifadəsinə iqtisadi əlverişsiz təsir göstərən və bunun nəticəsində Razılığa gələn Tərəfin idxalçı dövlətinin ərazisində tənzimlənən karantin tətbiq edilməyən zərərli orqanizm;
karantin nəzarətində xxxx material (tənzimlənmə obyekti) - xüsusilə beynəlxalq yükdaşımalar zamanı zərərli orqanizmlərin məskunlaşmasına və ya yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən istənilən bitki, bitkiçilik məhsulu, saxlanma yeri, qablaşdırma materialı, nəqliyyat vasitəsi, konteyner, torpaq və hər hansı digər orqanizm, obyekt və ya material.
Maddə 2
Bu Sazişin müddəalarının həyata keçirilməsi və əlaqələndirilməsi üçün Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır:
Azərbaycan Respublikası tərəfindən - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti;
Ukrayna tərəfindən - Ukraynanın Dövlət Baytarlıq və Fitosanitar Xidməti.
Maddə 3
Karantin nəzarətində xxxx materialların idxalı, ixracı və tranziti Razılığa gələn Tərəflərin milli qanunvericiliyi ilə müəyyən edilmiş dövlət sərhəd buraxılış məntəqələri vasitəsilə həyata keçiriləcəkdir.
Karantin nəzarətində xxxx materiallara karantin baxışı Razılığa gələn Tərəflərin Bitki Karantini və Mühafizəsi üzrə Milli Təşkilatının (BKMMT) bitki karantini məntəqələrində həyata keçiriləcəkdir. Razılığa gələn Tərəflər bu Sazişin ayrılmaz hissəsi xxxx karantin tətbiq edilən zərərli orqanizmlərin siyahılarını (1 və 2-ci əlavələr[1]) mübadilə edirlər.
Karantin nəzarətində xxxx materialların yoxlanılmasına çəkilən bütün xərclər xxx xxxxxx və sahibin nümayəndəsi tərəfindən Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində mövcud tariflərə uyğun ödənilir.
Maddə 4
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bitki və bitkiçilik məhsullarına zərər vuran tənzimlənən zərərli orqanizmlərin olub-olmadığını müəyyən etmək məqsədi ilə karantin nəzarətində xxxx materialların istehsalı, emalı, daşınması, həmçinin saxlanılması zamanı yoxlanılmasını həyata keçirəcəklər.
Razılığa gələn Tərəflər bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daşman karantin nəzarətində xxxx materialların idxal, ixrac, təkrar ixrac və tranziti üzrə qüvvədə xxxx öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq təsdiq edilmiş fitosanitar qaydalarına riayət etməyi öz öhdələrinə götürürlər.
Maddə 5
Razılığa gələn Tərəflər bitki karantini sahəsində səmərəli əməkdaşlığı təmin etmək məqsədi ilə milli qanunvericiliyə uyğun olaraq aşağıdakı öhdəlikləri götürürlər:
idxal, ixrac, təkrar ixrac və tranzit zamanı bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə zərərli orqanizmlərin daxil olmasının qarşısını almaq üçün zəruri tədbirləri görmək;
Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində bitki karantini tədbirlərini tənzimləyən qayda və əsasnamələrin mübadiləsini həyata keçirmək;
Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində karantin əhəmiyyətli zərərli orqanizmlərin aşkar olunması və yayılması barədə məlumat mübadiləsi aparmaq;
bitki karantini sahəsində xxxx tədqiqat işləri barədə məlumat mübadiləsi aparmaq; karantin tətbiq edilən zərərli orqanizmlərin aşkar edilməsi, lokallaşdırılması,
ocaqlarının məhv edilməsi, karantin zərərsizləşdirməsi və s. ilə bağlı bitki karantini üzrə tədbirlərin aparılmasında qarşılıqlı xxxx, texniki və digər kömək göstərmək;
karantin nəzarətində xxxx materialların istehsal, tədarük yerlərində fitosanitar yoxlanılmasının həyata keçirilməsi, bitki karantini məsələlərinin operativ həlli, həmçinin bitki karantini sahəsində xxxx nailiyyətlərin və təcrübənin öyrənilməsi məqsədi ilə mütəxəssislərin ezamiyyəsi vasitəsilə onların mübadiləsini həyata keçirmək;
fitosanitar tədbirlərin uyğunsuzluğu barədə notifikasiya bildirişlərinin və bu uyğunsuzluq faktlarını təsdiq edən müvafiq sənədlərin mübadiləsini həyata keçirmək.
Maddə 6
1. Bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə ixrac olunan, yaxud bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə tranzitlə daşınan karantin nəzarətində xxxx materiallar, yaxud yenidən qablaşdırmaya, yenidən yüklənməyə və ya hissələrə bölünməyə məruz qalmış mənşəyi üçüncü ölkələrdən xxxx karantin nəzarətində xxxx materiallar idxalçı Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq fitosanitar sertifikatı (əsli) və ya təkrar ixracat fitosanitar sertifikatı ilə və idxal karantin icazəsi ilə müşayiət olunmalıdır.
Karantin nəzarətində xxxx materialların partiyalarının identifikasiyası məqsədi ilə həmin partiyanı daşıyan nəqliyyat vasitəsinin nömrəsi (adı) fitosanitar sertifikatlarında göstərilir. Fitosanitar sertifikatlar Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standarta (FTBS
№12) uyğun olaraq tərtib olunur.
2. Fitosanitar sertifikatının mövcudluğu Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq karantin nəzarətində xxxx materialların fitosanitar nəzarətinin həyata keçirilməsi hüququnu istisna etmir.
3. Fitosanitar nəzarəti zamanı tənzimlənən zərərli orqanizmlər və ya fitosanitar tədbirlərinin digər pozulmaları aşkar olunduğu hallarda Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standarta (FTBS № 13) uyğun olaraq idxal edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları fitosanitar tədbirlərinin tətbiqinin səbəbi barədə bildirişi digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarına verməklə karantin nəzarətində xxxx materialların partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi və ya ixracatçıya qaytarılması hüququna malikdirlər.
Karantin nəzarətində xxxx materialların zərərsizləşdirilməsi bir Razılığa gələn Tərəfin dövlətinin ərazisində aparıldığı halda sözügedən məhsulun digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə idxalı onun deqazasiyasından (karantin nəzarətində xxxx materiallardan qazın süni çıxarılması) və ya karantin nəzarətində xxxx materialı qəbul edən Razılığa gələn Tərəfin dövlətinin ərazisində, BKMMT ilə qabaqcadan razılaşdırılması əsasında, deqazasiyasından sonra icazə verilir.
Karantin nəzarətində xxxx materialların təkrar ixracının həyata keçirilməsinin bütün hallarında Razılığa gələn Tərəflər fitosanitar nəzarətini həyata keçirirlər və karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunmadıqda, karantin nəzarətində xxxx materiallarını təyinat yerinə qədər müşayiət edən fitosanitar və ya təkrar ixracat fitosanitar sertifikatı verilir və ona ixracatçı ölkənin fitosanitar sertifikatı (və ya onun təsdiq edilmiş surəti) əlavə edilir.
Maddə 7
Karantin nəzarətində xxxx materialların bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə ixracı zamanı qablaşdırma materialı kimi Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standarta (FTBS № 15) uyğun olaraq xüsusi işləmədən keçən ağacdan xxxx qablaşdırma materialı tətbiq edilir. Karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcıları ola bilən bitkiçilik materialları (quru ot, küləş, püfə, yarpaq) əlavə qablaşdırma materialı kimi Razılığa gələn Tərəfin ilkin razılığı olmadan istifadə edilməyəcəkdir. Digər qablaşdırma materialları torpaqdan azad olmalıdır.
Tənzimlənən zərərli orqanizmlərin daşıyıcısı xxxx torpaqlı canlı köklü bitkilərin idxalını Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları qadağan edirlər. Bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə karantin nəzarətində xxxx materialların daşınmasında istifadə olunan nəqliyyat vasitələri əsaslı təmizlənməli və zərurət yarandıqda zərərsizləşdirilməlidir.
Maddə 8
Bu Sazişin müddəalarının həyata keçirilməsi ilə bağlı praktik məsələlərin həlli üçün Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları, zərurət olduqda, Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində növbə ilə təşkil edilmiş birgə müşavirələr keçirirlər.
Müşavirənin keçirilməsi ilə bağlı təşkilati xərcləri qəbul edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları ödəyir. Nümayəndə heyətinin göndərilməsi ilə bağlı xərclərin ödənilməsi qaydası Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən əvvəlcədən razılaşdırılır.
Bu cür müşavirələrin yeri, vaxtı və gündəliyi Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilir.
Maddə 9
Bu Sazişin müddəaları bütün, o cümlədən hədiyyə və ya xxxx məqsədlər üçün daxil xxxx, həmçinin diplomatik, konsulluq və digər nümayəndəliklər üçün nəzərdə tutulmuş karantin nəzarətində xxxx materiallara şamil edilir.
Maddə 10
Bu Sazişin müddəaları Razılığa gələn Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 11
Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və bu Sazişin 13-cü maddəsi ilə müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və/və ya dəyişikliklər edilə bilər.
Maddə 12
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək fikir ayrılığı Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 13
Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 il müddətinə bağlanılır. Razılığa gələn Tərəflərdən biri müvafiq müddətin bitməsinə ən azı altı ay qalmış bu Sazişi ləğv etmək niyyəti barədə digər Razılığa gələn Tərəfə diplomatik kanallarla yazılı bildiriş vermədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Bu Sazişin ləğvi Saziş çərçivəsində başlanmış tədbirlərin və layihələrin başa çatdırılmasına heç bir halda təsir etmir.
Kiyev şəhərində 2013-cü il 18 noyabr tarixində, hər biri Azərbaycan, Ukrayna və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər autentikdir. Bu Sazişin ayrı-ayrı müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Ukrayna |
Hökuməti adından | Nazirlər Kabineti adından |
(imza) | (imza) |
[1] Əlavələr dərc edilmir.