Tikintidə istifadə olunan maşın və avadanlıqların sığortası QAYDALARI
Tikintidə istifadə olunan maşın və avadanlıqların sığortası QAYDALARI
Bakı – 2014
ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortaçı - «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs.
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd.
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi.
Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti.
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi.
Sığortanın müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar - müqavilə bağlanarkən bildirilməli xxxx, sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən və/və ya sığortalıya yazılı şəkildə aydın və birmənalı sorğu verilmiş bütün hallar (faktlar) əhəmiyyətli sayılır. Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən coğrafi ərazi hüdudları.
Mühüm şərtlər - sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv etmək hüququ verən sığorta müqaviləsinin şərtləri.
BÖLMƏ 1. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ
Maddə 1. Sığortaçı
Bu Qaydalara əsasən sığortaçı dedikdə, “Meqa Sığorta» ASC başa düşülür.
Maddə 2. Sığortalı
2.1. Bu Qaydalara əsasən sığortalı dedikdə, sığorta obyektinə münasibətdə əmlak mənafeləri xxxx və sığorta şəhadətnaməsində adı göstərilən hər hansı bir fiziki (fəaliyyət qabiliyyəti məhdud xxxx və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxs başa düşülür.
2.2. Bu Qaydalar daxilində sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» qanuna, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
Maddə 3. Faydalanan şəxs
3.1. Sığorta müqaviləsi sığorta obyektinin qorunmasında maraqlı xxxx hər hansı başqa şəxsin - faydalanan şəxsin xeyrinə də bağlana bilər.
3.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
3.3. Sığorta müqaviləsinin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx faydalanan şəxsə də eyni həcmdə aid edilir.
BÖLMƏ 2. SIĞORTANIN OBYEKTİ
Maddə 4. Sığorta obyekti və sığorta sinfi
4.1. Sığortalının mülkiyyətində və ya istifadəsində xxxx xxxxx və avadanlıqlarla bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan əmlak mənafeləri bu Qaydalar daxilində sığorta obyekti hesab olunur.
4.2. Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 14.3.2.1-ci maddəsində qeyd olunan sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aiddir.
BÖLMƏ 3. SIĞORTA TƏMİNATI
Maddə 5. Sığorta riskləri. Sığorta hadisələri
5.1. Bu sığorta Qaydalarına əsasən verilən sığorta təminatına görə sığortaçı, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalanmış maşın və avadanlığa, onların təmirini və ya dəyişdirilməsini zəruri edən dərəcədə, sığorta müqaviləsinin şərtləri ilə xüsusi olaraq istisna edilməyən hər hansı səbəbdən zərər dəydikdə, sığorta müqaviləsində göstərilən həcmdə və qaydada sığortalıya dəyən zərərin əvəzini ödəməyi öhdəsinə götürür.
5.2. Sığortaçı maşın və avadanlığın müvəffəqiyyətlə istismara verilməsi şərtilə, sığortalının maşın və avadanlığının istismar edilib-edilməməsindən, təmizlənmə və ya əsaslı təmir üçün sökülmüş vəziyyətdə olmasından, yaxud belə əməliyyatların həyata keçirilməsi və ya maşın və avadanlığın sonrakı yenidən qurulması prosesində olmasından asılı olmayaraq sığorta təminatı verir.
5.3. Risk yerləri olaraq göstərilən ünvanlar arasında inşaat maşın və mexanizmlərinin daşınması zamanı yaranan və ya avtomatik hərəkətə keçən və ya operator tərəfindən idarə edilən bir vasitə ilə daşınma nəticəsində yaranan itki və zərərlər təminata daxildir. Xxxxx inşaat ərazisindən kənarda və ümumi istifadə olunan şosse yollarında daşınma zamanı üçüncü şəxslərə dəyən zərərlər istisna edilir.
5.4. Sığortalanmış maşın və mexanizmlərə dəyən itki və zərərlərin nəticəsində yaranan daşınma xərcləri və əlavə haqlar da təminata daxildir. Hava daşımaları xərcləri itkinin 10%-ni ötə bilməz.
5.5. Bakı şəhəri daxilində sığortalanmış maşın və mexanizmlərin daşınması zamanı (təmizləmə, təmir, yoxlama, park etmə də daxildir) yaranan itki və zərərlər təminata daxildir.
Maddə 6. Sığorta təminatına daxil olmayan hallar (istisnalar)
6.1. Aşağıdakı hallar nəticəsində baş verən zərərlər sığorta təminatına daxil deyildir:
6.1.1. elektrik və ya mexaniki xarakterli nasazlıq, sıradan çıxma, sınma, dayanma, soyuducu mayenin və ya hər hansı digər mayenin donması, yağlamanın keyfiyyətsiz olması, yanğın və ya soyuducu mayenin çatışmaması nəticəsində baş verən zərərlər;
6.1.2. daxili buxar, yaxud xxxx təzyiqi və ya istənilən daxili yanma mühərrikinin təzyiqinə məruz qalan hər hansı buxar və ya təzyiq qazanının partlaması, maşınların və buxar qazanlarının istifadəsi zamanı havanın təsiri, oksidləşmə və korroziya nəticəsində dəyən zərərlər;
6.1.3. belə maşın və avadanlığın müstəsna olaraq ümumi tikinti sahələrində istifadə edilməsi hal(lar)ı istisna olmaqla, ictimai yollarda istifadə üçün nəzərdə tutulan və buna icazəsi xxxx xxxxx və avadanlığa (nəqliyyat vasitəsinə) ictimai yollarda hərəkət etdiyi zaman dəyən zərərlər;
6.1.4. gəmiyə və ya hər hansı qayığa vurulan zərərlər;
6.1.5. qabararaq daşan xxxxxxx xxx, yaxud qismən çəkilməsi nəticəsində vurulan zərərlər;
6.1.6. sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, daşınma zamanı maşın və avadanlığa dəyən zərər;
6.1.7. maşın və avadanlığın davamlı olaraq istifadə edilməsinin birbaşa nəticəsi olaraq meydana gələn zərər (aşınma, paslanma, korroziya, maşın və avadanlığın kifayət qədər istifadə edilməməsi və normal hava şəraitinin olmaması səbəbindən keyfiyyətin itirilməsi);
6.1.8. sığortalanmış hər xxxxx xxxxx və ya avadanlığın hər hansı sınaqdan keçirildiyi və ya təyinatından kənar istifadə edildiyi zaman meydana gələn zərərlər;
6.1.9. sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, maşın və avadanlığın yerin altında işlərə cəlb olunması zamanı zədələnməsi və ya məhv olması;
6.1.10. hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində yaranan zərərlər;
6.1.11. müharibə, təcavüz, hər cür hərbi hərəkətlər, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib edilməməsindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, hərbi qiyam, inqilab, hərbi və qəsbkar hərəkətlər, istila, vuruşma (müharibə elan edilib edilməməsindən asılı olmayaraq) və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində yaranan zərərlər;
6.1.12. hər hansı hökumət, dövlət və ya yerli hakimiyyət orqanlarının tapşırığı ilə əmlakın müsadirə olunması, milliləşdirilməsi, rekvizisiyası, məhv edilməsi və ya korlanması;
6.1.13. tətil, nümayiş, xalq iğtişaşları və əmək intizamsızlığı və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində baş verən bütün növ zərərlər;
6.1.14. məqsədi terrorizm vasitəsilə hökümətin de yure və de fakto devrilməsi xxxx hər hansı təşkilatın adından və ya onunla əlaqədar fəaliyyət göstərən şəxs, yaxud şəxslərin hərəkətləri nəticəsində dəyən zərərlər;
6.1.15. səlahiyyətli orqanların rekvizisiya qaydasında və/və ya sığortalının razılığı və/və ya nəzarəti olmadan sığortalanmış əmlakdan istifadə etmələri nəticəsində meydana gələn hər cür zərərlər;
6.1.16. sığorta müqaviləsinin qüvvəyə minmə xxxxxx mövcud xxxx və sığortalıya və ya onun nümayəndəsinə məlum olmuş qüsurlar nəticəsində meydana gələn zərərlər;
6.1.17. xxxxxxxxxxxx (faydalanan şəxsin) və ya onun adından fəaliyyət göstərən şəxsin qəsdən hərəkəti və ya kobud etinasizlığı (bir şərtlə ki, kobud səhvə yol verilməsi faktı məhkəmənin müvafiq qərarı ilə təsdiq edilmiş olsun) nəticəsində dəyən zərərlər;
6.1.18. tədarükçü və ya istehsalçının qanun və ya müqavilə əsasında məsuliyyət daşıdığı zərərlər;
6.1.19. hər hansı dolayı (həyata keçirilən xidmətlərin dayanması ilə əlaqədar meydana gələn) zərərlər və ya məsuliyyət;
6.1.20. inventarlaşmanın həyata keçirildiyi zaman və ya növbəti texniki xidmət xxxxxx xxxxx edilmiş zərərlər;
6.1.21. sığortalanmış maşın və mexanizmlərin istehsalçısının, təchizatçısının və ya satıcının hüquqi və razılaşdırılmış öhdəliklərindən yaranan və ya maşın və mexanizmlərə göstərilən texniki servis üzündən baş verən itki və zərərlər;
6.1.22. Maşın və mexanizmlərin təyinatı üzrə istifadə edilməməsi nəticəsində dəyən itki və zərərlər;
6.1.23. Yeraltı işlər zamanı tunelin çökməsi (dağılması) səbəbindən sığortalanmış maşın və mexanizmlərə dəyən itki və zərərlər;
6.1.24. Xüsusi icazəsi olmayan şəxslərin sığortalanmış maşın və mexanizmləri idarə və ya istifadə etməsi nəticəsində yaranan itki və zərərlər;
6.1.25. Drel, qayçı, bıçaq, mişar, polad və ya metal hissələrə, kəsici alət və ləvazimatlara, matrisa və qəliblərə, metal əritmə sexlərindəki isti metal valslara, standart şablonlara, modellərə, rəsm rulonlarına, üyüdücü, sındırıcı və qarışdırıcı alətlərə, ələk və xəlbirlərə, tross, kanat, zəncir, konveyer lentləri və qayışlar kimi dəyişdirilə bilinən hissələrə və müəyyən müddətdən sonra dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi zəruri xxxx kömür fırçası və xxxxx xxxx hissələrə (elektrik izolyasiya maddələri və izolyasiya yağları istisna olmaqla) sığorta təminatı verilmir.
Maddə 7. Sığortanın ərazisi
7.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Sığortanın ərazisi, sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdə razılığının alınması şərti ilə genişləndirilə bilər.
7.2. Sığorta müqaviləsində sığortanın konkret ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
BÖLMƏ 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI
Maddə 8. Sığorta məbləği
8.1. Əmlak (maşın və avadanlıq) sığortalandığı zaman sığorta məbləği onun sığorta dəyərindən yüksək ola bilməz. Əmlakın sığorta dəyəri sığorta müqaviləsi bağlanıldığı xxx həmin əmlakın yerləşdiyi yerdə onun həqiqi dəyəri hesab olunur.
8.2. Sığorta müqaviləsi üzrə sığorta məbləğinin həcmi sığortaçı ilə sığortalının razılığı ilə müəyyənləşdirilir. Sığorta müqaviləsində göstərilən avadanlıqların dəyərləri, sığortaçının aldadılması halları istisna olmaqla, sonradan mübahisə mövzusu ola bilməz.
8.3. Sığorta müqaviləsi ilə sığorta məbləği sığorta dəyərindən az müəyyənləşdirilə bilər. Bu halda bu Qaydaların 32-ci maddəsinin müddəaları tətbiq edilir.
8.4. Sığorta müqaviləsi ilə əmlak sığorta dəyərinin bir hissəsi həcmində sığortalanmışdırsa, sığortalı qalan sığorta dəyəri həcmində digər sığorta müqaviləsi, o cümlədən digər sığortaçı ilə sığorta müqaviləsi bağlaya bilər, bu şərtlə ki, bütün
sığorta müqavilələri üzrə sığorta məbləğinin cəmi sığorta dəyərindən xxx olmasın və bu barədə sığortaçıya müvafiq məlumat verilsin.
8.5. Sığorta müqaviləsi üzrə sığorta məbləği əmlakın sığorta dəyərindən yüksək olduğu halda, sığorta müqaviləsi sığorta məbləğinin sığorta dəyərini üstələdiyi hissədə etibarsız sayılır.
8.6. Eyni sığorta predmetinin iki və ya bir neçə sığortaçıda sığortalanması (ikili və ya çoxqat sığorta) nəticəsində sığorta məbləği həmin sığorta predmetinin sığorta dəyərindən artıq olduğu halda bu Qaydaların 33-cü maddəsinin müddəaları tətbiq edilir və hər bir sığortaçı tərəfindən ödənilməli xxxx məbləğlər mütənasib şəkildə azaldılır.
8.7. Sığorta haqqı bir neçə dəfəyə ödənildiyi halda və sığorta məbləğinin sığorta dəyərindən artıq olmasının aşkar edildiyi xxx xxx ödənilməmişdirsə, ödəniləcək sığorta haqları sığorta məbləğinin azaldığı həcmə mütənasib həcmdə azaldılır.
8.8. Sığorta məbləğinin artırılması sığortalı tərəfindən sığortaçını aldatmaq məqsədi daşımışdırsa, sığortaçı sığorta müqaviləsinin etibarsız hesab olunmasını və aldığı sığorta haqqının miqdarından əlavə olaraq sığortalıdan bu cür aldadılma nəticəsində ona dəyən zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
8.9. Sığorta ödənişi həyata keçirildikdə sığorta müqaviləsinin qüvvədə olduğu müddət başa çatanadək sığortaçının məsuliyyətinin həddi sığorta məbləği ilə ödənilmiş sığorta ödənişi məbləgi arasındakı fərq həcmində müəyyənləşir. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği (sığortaçının məsuliyyət həddi) həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Zədələnmiş əmlak bərpa və ya əvəz olunduqdan və ya vurulmuş zərərin əvəzi ödənildikdən sonra sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər.
8.10. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində sığortalı sığortaçı ilə razılaşdıraraq əlavə müqavilə bağlanması və sığortalı tərəfindən əlavə sığorta haqqı ödənilməsi şərtilə sığorta məbləğini əmlakın sığorta dəyəri çərçivəsində artıra bilər.
8.11. Bu Qaydalara əsasən sığorta məbləği sığortaçının son məsuliyyət həddi hesab olunur və bir və ya bir nəçə sığorta hadisəsi üzrə sığorta ödənişinin məcmu məbləği sığorta məbləğindən yüksək ola bilməz.
Maddə 9. Sığorta haqqı
9.1. Sığorta haqqı sığorta şəhadətnaməsində göstərilən müddətdə və qaydada sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır.
9.2. Sığorta haqqı Azərbaycan Respublikasının valyuta tənzimlənməsi və valyuta nəzarəti haqqında qanunvericiliyi ilə müəyyən olunmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının manatı ilə ödənilir.
9.3. Sığorta haqqının miqdarı sığorta predmetinin və sığorta riskinin xüsusiyyətlərinə əsasən baza sığorta tariflərinə uyğun olaraq sığorta məbləğindən hesablanır.
9.4. Sığorta tarifinin konkret həcmi tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən edilir.
9.5. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta hadisəsinin baş verməsi riskininin dərəcəsini nəzərə alaraq baza sığorta tarif dərəcələrinə artırma və azaltma əmsalları tətbiq edə bilər.
9.6. Bir ildən az müddətə bağlanan sığorta müqavilələri üzrə sığorta haqları illik sığorta haqqından aşağıdakı faizlərlə hesablanır:
Sığorta müddəti 1 xxxxx xxx olmazsa Sığorta müddəti 2 xxxxx xxx olmazsa Sığorta müddəti 3 xxxxx xxx olmazsa Sığorta müddəti 4 xxxxx xxx olmazsa Sığorta müddəti 5 xxxxx xxx olmazsa Sığorta müddəti 6 xxxxx xxx olmazsa | - - - - - - | illik sığorta haqqının 25 % illik sığorta haqqının 35 % illik sığorta haqqının 40 % |
Sığorta müddəti 7 xxxxx xxx olmazsa Sığorta müddəti 8 xxxxx xxx olmazsa Sığorta müddəti 9 xxxxx xxx olmazsa Sığorta müddəti 10 xxxxx xxx olmazsa Sığorta müddəti 11 xxxxx xxx olmazsa | - - - - - | illik sığorta haqqının 50 % illik sığorta haqqının 60 % illik sığorta haqqının 70 % illik sığorta haqqının 75 % illik sığorta haqqının 80 % illik sığorta haqqının 85 % illik sığorta haqqının 90 % illik sığorta haqqının 95 % |
Maddə 10. Sığorta haqqının ödənilməsi
10.1. Sığorta müqaviləsinə əsasən sığorta haqqı sığortalı tərəfindən nağd və ya köçürmə yolu ilə birdəfəyə və ya hissə-hissə ödənilə bilər. Sığorta haqqının ödənildiyi gün onun sığortaçının bank hesabına və ya nağd ödəmə zamanı sığortaçının kassasına daxil olduğu gün hesab olunur.
10.2. Əgər sığorta haqqı (və ya onun razılaşdırılmış ilk hissəsi) müəyyən olunmuş müddət(lər)də sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir və sığortaçı həmin müqavilə üzrə heç bir məsuliyyət daşımır.
10.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə, sığortaçı onun ödənilməsi üçün, bu Qaydaların 10.4 bəndinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
10.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
10.5. Sığorta müqaviləsi bir ildən artıq müddətə və sığorta haqqının bir neçə dəfəyə (hər il) ödənilməsi şərti ilə bağlandıqda, sığortaçı sığorta haqqını hər növbəti il üçün keçən müddətin bitməsinə beş gün qalmış və ya tərəflərin sığorta müqaviləsi bağlanarkən razılaşdırdıqları digər müddətdə hesablayır. Burada sığortaçı, mövcud olduğu halda sığorta riskinə təsir edən bütün amilləri, eləcə də sığorta obyektində, sığortaçının öhdəliklərinin həcmində, sığorta məbləğində və sair bu kimi dəyişiklikləri nəzərə almalıdır.
10.6. Sığorta məbləğinin artması ilə bağlı tərəflər sığorta müqaviləsinə əlavə imzaladıqları halda ödəniləcək əlavə sığorta haqqı sığorta müqaviləsinin qüvvədə olduğu müddətə mütənasib surətdə hesablanır və natamam ay üzrə sığorta xxxxx xxx ay üçün hesablandığı kimi hesablanır.
BÖLMƏ 5. SIĞORTA MÜQAVİLƏSİ
Maddə 11. Sığorta müqaviləsinin bağlanması
11.1. Sığorta müqaviləsinin bağlanması üçün sığortalı və yaxud onun nümayəndəsi müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı və ya şifahi müraciət edir. Müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
11.1.1. sığortalının tam adı, hüquqi ünvanı, bank rekvizitləri, telefon və faks nömrələri;
11.1.2. sığortaya cəlb edilən maşın/avadanlıq haqqında (həqiqi dəyəri, texniki göstəriciləri, istismar rejimi və ərazisi, saxlanıldığı yerdə mühafizənin mövcudluğu və s. bu kimi) məlumat;
11.1.3. xxxxxxxxxx şəxsin tam adı, telefon və faks nömrələri;
11.1.4. xxxxxx müəyyənləşdirilməsinə təsir edən mühüm əhəmiyyət kəsb edən digər məlumatlar.
11.2. Sığortalı sığortaçının tələbi ilə sığortaya təqdim edilən maşın və avadanlığın siyahısını və aşağıda göstərilən digər sənədləri təqdim etməlidir:
11.1.5. texniki sənədlər (pasport);
11.1.6. maliyyə (mühasibat) sənədləri;
11.1.7. sahiblik, icarə (kirayə), avadanlığın lizinqə verilməsi haqqında müqavilənin sürəti;
11.1.8. avadanlığın sığorta dəyərinin müəyyən edilməsi üçün digər zəruri sənədlər.
11.3. Sığorta müqaviləsinin bağlanması faktı tərəflərin bu sığorta Qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması və ya bu sığorta Qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə təsdiq edilir.
11.4. Sığortalı avadanlığın sığortası ilə bağlı sığortaçı tərəfindən onun qarşısına qoyulan bütün sualları cavablandırmalıdır.
11.5. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
11.6. Sığorta müqaviləsi, tərəflər arasında başqa cür razılaşdırılmamışdırsa, 1 aydan bir ilədək müddətə bağlanır.
11.7. Tərəflər sığorta müqaviləsi bağlandıqdan sonra ikitərəfli razılığa əsasən müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Tərəflərin imzaladığı bütün dəyişikliklər, əlavələr və düzəlişlər sığorta müqaviləsinin tərkib hissəsi hesab olunur və ikitərəfli imzalandığı andan qüvvəyə minir.
Maddə 12. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli xxxx faktlar
12.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı xxxxxx baş vermə ehtimalının müəyyən edilməsi və mümkün itkilərin həcminin hesablanması üçün əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün faktları və halları bildirməyə borcludur.
12.2. Sığortalının məlumatının yalan, yanlış və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaqdan imtina edir və ya bunu öyrəndikdə və ya bu haqda sığortalı tərəfindən ona məlumat verildikdə:
12.2.1. sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 (bir) ay ərzində müqaviləni bir tərəfli qaydada ləğv edir və bu haqda sığortalının sığorta müqaviləsində göstərilmiş sonuncu ünvanına yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat göndərir. Bu halda sığorta haqqı sığortalıya qaytarılmır. Sığortalının öz öhdəliyini bu bənddə göstərilən qaydada pozması ilə sığorta müqaviləsi ləğv edilənədək keçən müddət ərzində baş vermiş sığorta hadisəsi arasında hər hansı əlaqə olarsa, sığortaçı, sığorta ödənişini verməkdən imtina edə bilər;
12.2.2. sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə bilər və ya həmin vaxt üçün sığorta haqqının fərqini almaqla müqaviləni davam etdirə bilər. Sığortalı tələb edilən sığorta haqqının fərqini 5 (beş) gün ərzində sığortaçıya ödəməzsə və ya ödəməyi yazılı şəkildə öhdəsinə götürməzsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
12.3. Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda sığortaçıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən sonrakı gün saat 0000-da hüquqi qüvvəyə minir.
12.4. Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi
12.4.1. sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
12.4.2. müqavilənin ləğv edilməsini tələb edə biləcəyi müddət ərzində, və yaxud;
12.4.3. müqavilənin ləğv edilməsi tələbinin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində baş verərsə, sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan (sığortalı tərəfindən ödənilən) sığorta haqqı ilə həqiqətdə hesablanmalı (sığortalı tərəfindən ödənilməli) xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
Maddə 13. Mühüm şərtlər
Sığorta müqaviləsində (şəhadətnaməsində) mühüm şərtlər müəyyən oluna bilər.
Maddə 14. Sığorta müddəti
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlanğıc və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 0000-da qüvvəyə minir və qüvvədən düşür.
Maddə 15. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
15.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
15.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
15.1.2. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs vəfat etdikdə və ya sığortalı hüquqi şəxs ləğv edildikdə:
15.1.2.1.əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri bu Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
15.1.2.2.müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
15.1.2.3.sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri müvafiq hüquq varisinə keçir.
15.1.3. sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə. Sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə, əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
15.1.4. sığorta müqaviləsi qüvvəyə mindikdən sonra, sığorta hadisəsinin baş verməsi ehtimalı aradan qalxdığı və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
15.1.5. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdə;
15.1.6. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
15.1.7. məhkəmə tərəfindən sığorta müqaviləsinin etibarsız olduğu haqda qərar qəbul edildikdə;
15.1.8. sığortaçı və ya sığortalının təşəbbüsü ilə;
15.1.9. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hallarda.
15.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 16. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
16.1. Bu Qaydaların 15-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu haqda xəbərdar etməlidir.
16.2. Sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən artıq müddətə bağlanıldıqda 60 gün, 3 aydan az müddətə bağlanıldıqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 17. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
17.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həm müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
17.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansi sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
17.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya
17.3.1. ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır;
17.3.2. ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 17.1 və
17.2 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
17.4. Sığorta müqaviləsi bu Qaydaların 15.2 bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla, müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış
müddəti üçün sığorta haqlarını, bu Qaydaların 17.3 bəndi nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
Maddə 18. Sığorta riskindəki dəyişikliklər
Əgər sığortalı bu Qaydaların 19.2.2 bəndinin «B» yarımbəndində göstərilən müddət ərzində sığorta müqaviləsinə edilən dəyişikliklərlə razılaşdığını və yaxud əlavə sığorta haqqını ödəməyi öz öhdəsinə götürdüyünü yazılı şəkildə bildirməzsə, sığorta müqaviləsi bu cür xəbərdarlıq müddəti bitdiyi tarixdən qüvvədən düşmüş sayılır.
BÖLMƏ 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 19. Sığortaçının hüquqları və vəzifələri
19.1. Sığortaçı aşağıdakıları öhdəsinə götürür:
19.1.1. sığortalını sığorta müqaviləsinin şərtləri və bu sığorta Qaydaları ilə xxxxx etmək;
19.1.2. sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsini və bu Qaydalar əsasında hazırlanmış sığorta müqaviləsinin şərtlərini sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün sığortalıya vermək;
19.1.3. sığortalı tərəfindən sığorta hadisəsinin baş vermə ehtimalının və mümkün itkilərin azal(dıl)masına yönəldilmiş tədbirlər həyata keçirildikdə, sığortalının məlumatı əsasında sığorta müqaviləsində bu vəziyyətlə əlaqədar dəyişikliklər etmək;
19.1.4. əmlakın sığorta dəyərinin artması ilə bağlı sığorta məbləğinin artdığı, bu Qaydalarla nəzərdə tutulmuş, xxxxx sığorta müqaviləsi ilə təminata daxil edilməmiş sığorta risklərinin çeşidinin genişləndirilməsi, eləcə də sığorta ödənişi həyata keçirildikdən sonra sığorta məbləğinin ilkin həcmində bərpa edilməsi ilə bağlı sığortalının ərizəsinə əsasən əlavə müqavilə rəsmiləşdirmək;
19.1.5. bu Qaydaların və sığorta müqaviləsinin şərtlərinə riayət etmək;
19.1.6. sığorta hadisəsi hesab edilə bilən hadisələr baş verdikdə:
⮚ sığorta hadisəsinin baş verməsi barədə məlumat aldıqda, onu dərhal qeydiyyata almaq;
⮚ hadisənin baş vermə şəraitini öyrənmək və onun sığorta hadisəsi olub- olmamasını təyin etmək üçün müvafiq zəruri tədbirlər həyata keçirmək;
⮚ hadisənin sığorta hadisəsi olduğunu qəbul etdikdə, sığorta aktını tərtib etmək, dəymiş zərərin məbləğini müəyyənləşdirmək və sığorta ödənişinin məbləğini hesablamaq;
⮚ hadisənin sığorta hadisəsi olduğunu qəbul etdikdə, sığorta müqaviləsi ilə müəyyən edilmiş müddətdə sığorta ödənişini həyata keçirmək (və ya əsas olduğu halda sığorta ödənişindən imtina etmək);
19.1.7. peşəkar fəaliyyəti nəticəsində əldə etdiyi sığorta sirri hesab edilən məlumatları qorumaq, həmin məlumatları qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa digər şəxslərə yaymamaq;
19.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
19.2. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
19.2.1. sığorta müqaviləsi bağlanan zaman:
⮚ sığorta riskinin qiymətləndirilməsi üçün zəruri xxxx müvafiq (ərizə- anket forması və s. bu kimi) məlumatları və sənədləri sığortalıdan tələb etmək;
⮚ sığortaya cəlb edilən əmlaka baxış keçirmək, onun xüsusiyyətləri ilə xxxxx olmaq və zəruri hallarda sığorta dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmək;
19.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
A. istənilən vaxt sığortalanmış əmlakın mövcud olmasını və vəziyyətini, habelə sığortalı tərəfindən təqdim edilən məlumatların düzgünlüyünü yoxlamaq;
B. sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilən və xxxxxx artmasına təsir edən (sığorta hadisəsinin baş vermə ehtimalını artıran) əhəmiyyətli hallarda dəyişiklik baş verdikdə və ya bu haqda məlumat aldıqda, 1 ay ərzində sığorta müqaviləsinin şərtlərində dəyişiklik etmək və/və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək. Əgər sığortalı (faydalanan şəxs) sığorta müqaviləsinin şərtlərində dəyişiklik edilməsinə və əlavə sığorta haqqının ödənilməsinə etiraz edərsə, sığortaçı dəyişikliyin baş verdiyi andan sığorta müqaviləsini ləğv etmək hüququna malikdir;
C. sığortalının bu Qaydaların 20.1.1 bəndində göstərilmiş hallarda sığortaçıya bilərəkdən (qəsdən) yalan məlumat verməsi faktı müəyyən edilərsə, sığorta müqaviləsinin etibarsız hesab olunmasını tələb etmək;
19.2.3. sığorta hadisəsi hesab edilə bilən hadisə baş verdikdə:
⮚ hadisənin səbəblərini və baş verdiyi şəraiti müstəqil araşdırmaq;
⮚ itkilər haqqında sığortalının xəbərdarlığını gözləmədən zərərə məruz qalmış əmlaka baxış keçirmək. Sığortalının sığortaçının bu hərəkətlərinə mane olmaq hüququ yoxdur;
⮚ zəruri tədbirləri görməklə sığortalanmış əmlakın (maşın və avadanlığın) xilas edilməsində və qorunub saxlanmasında iştirak etmək, eləcə də zəruri hallarda zərərin azaldılması üzrə yazılı tövsiyyələr vermək. Xxxxx, sığortalanmış əmlakın xilas edilməsi və qorunub saxlanması üzrə sığortaçının və onun səlahiyyətli nümayəndələrinin hərəkətləri sığortalıya sığorta ödənişini almaq hüququnun tanınması üçün əsas vermir;
⮚ hadisələrin baş verdiyi şəraiti və mümkün itkilərin həcmini müəyyən etmək məqsədilə bütün məlumatları, o cümlədən kommersiya sirri təşkil edən məlumatları sığortalıdan tələb etmək;
⮚ sığortalıdan (faydalanan şəxsdən) və sorğu əsasında müvafiq səlahiyyətli orqanlardan sığorta hadisəsinin səbəbini və şəraitini göstərən rəsmi sənədlərin və aktların əslinin və ya surətlərinin təqdim edilməsini tələb etmək. Təqdim olunan məlumatlar əsasında itkilərin həcmini təyin etmək mümkün olmadıqda, kommersiya sirri təşkil edən məlumatlarla birlikdə digər məlumatları da tələb etmək;
19.2.4. sığortalının bu Qaydaların 20.1.3 bəndində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməməsi ilə əlaqədar sığorta müqaviləsinin ləğv edilməsinin səbəb olduğu zərərlərin ödənilməsini və sığorta müqaviləsinin ləğv edilməsini tələb etmək;
19.2.5. sığortalıdan (faydalanan şəxsdən) sığortalanmış əmlakın (və yaxud onun hər hansı bir hissəsinin) tam dəyəri miqdarında sığorta ödənişinin verilməsindən sonra zərərə məruz qalmış əmlakın (və yaxud onun müvafiq hissəsinin) və yaxud onun qalıqlarına xxxx mülkiyyət hüququnun sığortaçıya və yaxud onun təyin etdiyi şəxsə keçməsinin təmin edilməsini tələb etmək;
19.2.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
Maddə 20. Sığortalının hüquqları və vəzifələri
20.1. Sığortalı aşağıdakıları öhdəsinə götürür:
20.1.1. sığorta müqaviləsi bağlanan zaman:
⮚ özünə məlum xxxx və sığorta riskinin qiymətləndirilməsində mühüm əhəmiyyətə malik bütün hallar barədə sığortaçını məlumatlandırmaq;
⮚ sığorta predmetinə dair qüvvədə (və ya bağlanma mərhələsində) xxxx və ya sonradan bağlanan digər sığorta müqavilələri və onların şərtləri barədə məlumatı sığortaçıya təqdim etmək;
⮚ maşın və avadanlığa aid bu Qaydaların 11.2 bəndində qeyd edilmiş mövcud sənədlərin surətini sığortaçının sorğusu əsasında ona təqdim etmək;
20.1.2. sığorta müqaviləsində göstərilmiş müddətdə sığorta haqqını sığortaçıya ödəmək;
20.1.3. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
⮚ bu Qaydaların 20.1.1 bəndində qeyd edilmiş hallardan, eləcə də sığortalanmış əmlakın hüquqi rejiminin (mülkiyyət, icarə, saxlanılma, sahiblik, girov, əmlakın digər şəxsin mülkiyyətinə keçməsi), onun istismar, istehsal texnologiyasının şərtlərinin dəyişməsi və sair bu kimi sığorta riskinin dərəcəsini artıran hər hansı bir əhəmiyyətli kənara çıxmalar olduqda, bu barədə xəbərdar olduqdan sonra dərhal və ya ən gec
3 (üç) iş günü ərzində sığortaçıya xəbərdarlıq məktubu (bildiriş) göndərmək;
⮚ sığortalanmış avadanlığın təhlükəsizlik texnikası qaydalarına və ümumi qəbul edilmiş saxlanılma və istismar normalarına riayət etmək;
20.1.4. bu Qaydaların müddəalarına riayət etmək;
20.1.5. sığorta hadisəsi baş verdikdə:
⮚ sığorta hadisəsinin səbəb olduğu zərərin qarşısını almaq və həcminin azaldılması məqsədi ilə özündən xxxxx xxxx bütün ağlabatan və zəruri tədbirləri görmək, hadisə ilə əlaqədar müvafiq səlahiyyətli orqanları vaxtında xəbərdar etmək, sığorta hadisəsinin və onun baş verdiyi şəraitin rəsmiləşdirilməsi üçün tədbirlər görmək və sığorta hadisəsinin baş verməsindən xəbərdar olduğu andan etibarən dərhal və ya ən gec 3 (üç) iş günü ərzində sığortaçıya sığorta hadisəsi haqqında məlumat vermək və əgər belə göstərişlər sığortaçı tərəfindən bildiriləcəksə, sığortaçının bütün göstərişlərinə əməl etmək;
⮚ sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb olduğu nəticələrin müəyyənləşdirilməsi üçün bütün zəruri tədbirləri görmək və hadisə ilə əlaqədar səlahiyyətli orqanlara (polisə, yanğından mühafizə və sair orqanlara) dərhal məlumat vermək;
⮚ sığortaçının nümayəndəsi baxış keçirənə qədər maşın və avadanlığı (zədələnmiş və zədələnməmiş əmlakı) sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamaq. Burada sığortalı avadanlığın yerlərini yalnız təhlükəsizliyinin qorunması, zərərin azaldılması məqsədilə və ya sığortaçının razılığı ilə dəyişdirə bilər. Bu halda sığortalı onların vəziyyətini fotoşəkil, videoçəkiliş və ya digər vasitələrlə qeyd etməyə borcludur;
⮚ zədələnmiş əmlaka sərbəst və maneəsiz baxış keçirmək, sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb olduğu zərərin həcminin və başqa şəraitin müəyyənləşdirilməsi üçün sığortaçının nümayəndələrinə imkan vermək və müvafiq şəraiti yaratmaq;
⮚ itkilər aşkarlandığı andan sığorta müqaviləsi ilə müəyyən edilmiş müddətdə baş vermiş hadisənin səbəb və xüsusiyyətlərini, dəymiş zərərin həcmini təsdiq edən sənədləri, eləcə də bu hadisə ilə bağlı digər zəruri məlumatları sığortaçıya təqdim etmək. Burada sığortalıya dəyən zərərlərin sığorta hadisəsinin baş verməsi nəticəsində yaranması sübütlarının toplanması, eləcə də təqsirkar şəxslərin aşkarlanması sığortalının öz üzərinə düşür;
⮚ təqsirkar şəxsə qarşı zərərin əvəzinin ödənilməsi tələbinin həyata keçirilməsi üçün mövcud qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görmək;
20.1.6. vurulmuş zərərlərə görə təqsirkar üçüncü şəxs(lər)dən zərərin əvəzini aldığı andan etibarən dərhal və ya ən gec 3 (üç) gün ərzində sığortaçıya bu barədə məlumat vermək;
20.1.7. Azərbaycan Respublikasının qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
20.2. Sığortalı aşağıdakı hüquqlara malikdir:
20.2.1. sığorta müqaviləsi bağlanan zaman:
⮚ kommersiya sirri olmayan sığortaçının maliyyə sabitliyi ilə bağlı məlumatı tələb etmək;
⮚ sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmaq;
20.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
⮚ sığorta müqaviləsi itirildikdə, onun dublikatını almaq;
⮚ Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qaydalar ilə nəzərdə tutulmuş qaydada sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
⮚ sığorta dəyərindən az məbləğə sığortalanmış əmlakın sığorta məbləğinin sığorta dəyərinədək artırılması üçün sığorta müqaviləsinə (şəhadətnaməsinə) əlavənin edilməsini tələb etmək;
20.2.3. sığorta hadisəsi hesab edilə bilən hadisə baş verdikdə:
⮚ hadisənin baş verməsi, itkilərin həcminin və sığorta ödənişi məbləğinin müəyyən edilməsi məsələləri ilə bağlı ekspert və vəkillərini təyin etmək;
⮚ sığorta müqaviləsinin şərtlərinə və bu Qaydalara uyğun olaraq sığorta ödənişini almaq;
20.2.4. sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini sığortaçıdan tələb etmək;
20.2.5. yenidən təşkili zamanı (və ya digər əsaslarla) sığortacını bu haqda xəbərdar etməklə sığorta müqaviləsi üzrə hüquq və vəzifələrini hüquqi varisinə vermək;
20.2.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
BÖLMƏ 7. SIĞORTA HADİSƏSİ VƏ ÖDƏNİLƏN ZƏRƏRLƏR
Maddə 21. Sığorta hadisəsi baş verdikdə sığortaçının hərəkətləri
21.1. Xxxxxxxxx tərəfindən baş vermiş hadisə haqqında bildiriş və ərizə daxil olduqda, sığortaçı aşağıda qeyd olunan tədbirləri görür:
21.1.1. sığorta hadisəsi hesab edilə bilən hadisənin baş vermə faktını müəyyən edir; sığortalının ərizəsində əks olunmuş məlumatların (hadisənin baş verdiyi vaxt, şərait və sair) sığorta müqaviləsinin və bu Qaydaların şərtlərinə uyğunluğunu yoxlayır; zərərə səbəb olmuş hadisənin yaranma səbəblərini (müvafiq təşkilatların sənədlərinə əsasən) müəyyən edir; baş vermiş hadisənin və dəymiş zərərin sığorta təminatına daxil edilib- edilməməsini yoxlayır; hadisənin baş vermə faktının təyin edilməsi məqsədilə ekspertlərin, qəza komissarlarının cəlb edilməsi zərurətini müəyyənləşdirir;
21.1.2. baş vermiş hadisənin sığorta hadisəsi olduğunu qəbul etdikdə zərərin və sığorta ödənişinin həcmini müəyyən edir, sığorta hadisəsi haqqında akt (sığorta aktı) tərtib edir və bunları nəzərə alaraq sığorta ödənişi haqda qərar qəbul edir.
21.2. Baş vermiş hadisə haqqında bütün zəruri sənədlər və məlumatlar toplandıqdan sonra, sığortaçı bütün bunları təhlil edir və hadisənin sığorta hadisəsi olduğunu
qəbul etmək və sığorta ödənişinin həyata keçirilməsi və yaxud sığorta ödənişindən imtina etmək haqda qərar qəbul edir.
21.3. Sığortaçı hadisənin sığorta hadisəsi olduğunu qəbul etdikdə və tərəflər arasında məhkəmə mübahisəsi olmadığı halda o, sığortalının ərizəsi və təqdim etdiyi sənədlərə, eləcə də əlavə olaraq əldə etdiyi materiallara əsasən sığorta aktını tərtib edir. Sığorta aktında sığorta hadisəsinin baş vermə şəraiti, zərərin hesablanmasının əsasları, sığortalıya ödənilməli xxxx sığorta ödənişi məbləği əks olunur.
21.4. Sığortalının ərizəsi yoxlanılarkən ərz edilən itkilərin baş verməsinə səbəb sığorta hadisəsi olmadığı aşkarlandığı halda sığorta aktı tərtib olunmur. Bu halda sığorta aktının hansı səbəblərdən tərtib edilmədiyi göstərilməklə sığortaçı ilə sığortalı arasında istənilən formada sənəd tərtib edilir və ya sığortaçı sığortalıya baş vermiş hadisənin sığorta hadisəsi olmadığı hesab etməsi və sığorta ödənişindən imtina qərarının qəbul etməsi səbəblərini göstərməklə yazılı məktub göndərir.
Maddə 22. Sığorta predmetinə dəyən zərər
22.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının (və ya faydalanan şəxsin), yaxud onların nümayəndələrinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
22.2. Sığortaçı sığortalıya dəymiş zərərin əvəzini aşağıdakı qaydada ödəyir:
22.2.1. sığortalanmış əmlak tam məhv olduqda – sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğindən artıq olmamaqla, köhnəlmə (aşınma) xxxxx və bu Qaydaların 30-cu maddəsi nəzərə alınmaqla, həmin maşın və avadanlığa analoji xxxx xxxxx və ya avadanlığın bazar qiyməti. Sığorta hadisəsi nəticəsində maşın və avadanlığın təmiri mümkün olmadıqda və ya maşın və avadanlığa dəymiş zərərin aradan qaldırılması (təmir) üçün tələb olunan pul vəsaitlərinin ümumi məbləğinin sığorta məbləğinin 75 %-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında, maşın və avadanlıq tam məhv olmuş hesab edilir;
22.2.2. sığortalanmış əmlak zədələndikdə – sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğindən artıq olmayaraq, köhnəlmə (aşınma) xxxxx nəzərə alınmaqla, onun hesablanmış bərpa (bərpa təmirinin həyata keçirilməsi) xərcləri miqdarında.
Bərpa xərclərinə aşağıdakılar daxildir:
⮚ zədələnmiş əmlakın bərpası zamanı dəyişdirilən materialların (hissələrin, detalların, sxemlərin, qovşaqların) köhnəlməsini nəzərə alaraq əvvəlki vəziyyətinə gətirilməsi üçün zəruri xxxx materiallara çəkilən xərclər;
⮚ zədələnmiş əmlakın bərpası üzrə zəhmət haqqı xərcləri;
⮚ zədələnmiş əmlakın yerindəcə bərpa edilməsi mümkün olmadığı halda onun sökülüb və yenidən quraşdırılması, materialların təmir yerinə və xxxx daşınması xərcləri, eləcə də bərpa üçün zəruri xxxx xərclər.
⮚ Bərpa xərclərinə aşağıdakılar daxil edilmir:
⮚ sığortalanmış əmlakın yenidən qurulması, yenidən təchiz edilməsi, dəyişdirilməsi və/və ya yaxşılaşdırılması;
⮚ müxtəlif detalların (konstruksiyaların), hissələrin, onların köhnəlmə və ya texniki nasazlıq nəticəsində əvəz olunması, müvəqqəti (köməkçi) təmiri və ya bərpası ilə bağlı xərclər;
⮚ sığorta hadisəsindən asılı olmayaraq hər hansı bir halda tələb olunan profilaktiki təmir və texniki xidmət xərcləri;
⮚ işlərin təcili görülməsi, təcili çatdırılma ilə bağlı əlavə xərclər;
⮚ tələb olunduğundan artıq görülmüş və/və ya sığorta hadisəsi ilə bağlı olmayan digər xərclər.
⮚ Xxxxxxxx (aşınma) xxxxx sığorta hadisəsi baş verdiyi günə təmir zamanı dəyişdirilən materialların həqiqi dəyəri və ya yenisinin qiymətləri nəzərə alınaraq tətbiq edilir.
22.3. Sığortaçı öz mülahizəsi əsasında sığortalıya dəymiş zərərin əvəzini pul vəsaitlərinin ödənilməsi, zədələnmiş avadanlığın dəyişdirilməsi (əvəz edilməsi) və ya təmir edilməsi yolu ilə ödəyir. Avadanlığın dəyişdirilməsi (əvəz edilməsi) xərclərinə həmçinin nəqliyyat (fraxt), gömrük xərcləri (rüsum və vergilər) və buna zərurət olarsa, avadanlığın quraşdırılması (montaj) xərcləri də daxildir.
22.4. Əlavə iş vaxtları, gecə vaxtı, dövlət bayramlarında işlərin həyata keçirilməsi və ekspress daşımaya çəkilmiş xərclər yalnız belə xərclərin sığortaçı ilə əvvəlcədən yazılı formada razılaşdırılması hallarında sığortaçı tərəfindən ödənilir.
Maddə 23. Zərərlərin azaldılması məqsədilə çəkilən xərclər
23.1. Sığortalanmış əmlakın (maşın və avadanlığın) xilas edilməsi məqsədilə sığortalı tərəfindən çəkilən ağlabatan və zəruri xərclər sığortalı tərəfindən təqdim olunmuş çəkilmiş xərcləri təsdiq edən müvafiq sənədlər (hesablar, qəbzlər, fakturalar, qaimələr, ödəniş sənədləri və sair) əsasında digər zərərlərlə birlikdə, hər bir halda sığorta məbləğinin 5 %-dən xxx olmayaraq müəyyənləşir.
23.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə bilərəkdən sığortalının mümkün (səmərəli) və ağlabatan tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərlərin əvəzini ödəmək öhdəliyi daşımır.
Maddə 24. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər
Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərlərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşmaması şərtilə sığortaçı tərəfindən ödənilir.
BÖLMƏ 8. SIĞORTA ÖDƏNİŞİ
Maddə 25. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər
25.1. Sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:
25.1.1. hadisənin baş vermə səbəbi və şəraiti göstərilməklə, hadisə ilə əlaqədar müvafiq səlahiyyətli orqanlarının arayışı və ya aktı;
25.1.2. dəymiş zərərin ehtimal edilən həcmini təsvir edən sənəd (zərər aktı);
25.1.3. zədələnmiş və ya məhv olmuş avadanlığın foto şəkilləri;
25.1.4. baş vermiş hadisənin şəraitindən asılı olaraq, sığortaçı tərəfindən müəyyən edilən, hadisənin baş vermə faktını və dəymiş zərərin həcmini təsdiq edən digər sənədlər;
25.2. Sığortalı tərəfindən təqdim edilən sənədlər hadisənin təhlili və müvafiq qərar qəbul etmək üçün kifayət etmədiyi halda sığortaçı əlavə olaraq zəruri sənədləri, məlumatları və müvafiq izahatları sığortalıdan tələb etmək; zəruri hallarda baş vermiş hadisənin şəraitinə dair ekspertiza keçirilməsi ilə bağlı ekspertləri dəvət etmək; baş vermiş hadisə haqqında daha dolğun məlumat almaq məqsədilə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, o cümlədən polisə, istintaq orqanlarına, prokurorluğa, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, texniki- qəza xidmətinə, qaz idarəsinin qəza xidmətinə, hidrometeorologiya xidmətinə, ekspert komissiyalarına, xxxx-təhqiqat təşkilatlarına, məlumat sistemlərinin işlənilməsi və kompüter məlumatının mühafizəsi sistemləri xidmətlərinə, hadisənin baş vermə şəraiti haqda məlumata xxxxx xxxx digər təşkilatlara sorğular göndərmək, eləcə də müstəqil olaraq hadisənin baş vermə səbəblərini və şərtlərini araşdırmaq hüququna malikdir. Bununla yanaşı sığortaçı baş vermiş hadisənin səbəblərindən, xüsusiyyətlərindən və nəticələrindən asılı olaraq onun bütün baş vermə şəraitini aşkar etmək məqsədilə digər tədbirləri də həyata keçirmək hüququna malikdir.
Maddə 26. Sığorta ödənişinin hesablanması və verilməsi qaydası
26.1. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla bilavasitə özü qiymətləndirir. Zəruri hallarda hadisənin baş vermə səbəblərinin və zərərin həcminin müəyyən edilməsi ilə bağlı işlərin aparılması sığortaçı tərəfindən xüsusiləşdirilmiş müəssisələrə (müstəqil ekspertlərə, qiymətləndirmə müəssisələrinə, qəza komissarlarına) həvalə edilə bilər.
26.2. Sığortaçı sığorta ödənişini sığortalının ərizəsinə (sığorta tələbinə), bu Qaydaların 25-ci maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
26.3. Sığortalanmış maraqlara vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı yollarla həyata keçirilir:
26.3.1. qismən sığorta zamanı - sığortalanmış maşın və avadanlığa dəyən zərərlərə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində təminat verilir;
26.3.2. sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduqda - azadolma məbləği çıxılmaqla zərərlərə təminat verilir.
26.4. Sığorta ödənişi verildiyi anda sığorta xxxxx xxx ödənilməmişdirsə, sığortaçı sığorta haqqının ödənilməyən hissəsini hesablanmış sığorta ödənişi məbləğindən tutmaq hüququna malikdir.
26.5. Sığorta hadisəsinin baş verdiyi tarixdə sığorta obyektinə münasibətdə eyni risklərdən digər sığortaçılarla bağlanmış sığorta müqavilələri qüvvədə olmuşdursa, sığortaçı, sığorta ödənişini bu Qaydaların 33-cü maddəsini nəzərə alaraq həyata keçirir.
26.6. Zədələnmiş hissələrin təmir olunması mümkün olduğu və belə təmirin sığortalanmış əmlakın təhlükəsiz istismarına heç bir təhlükə yaratmadığı halda, həmin zədələnmiş hissə yenisi ilə əvəz edilərsə, sığortaçı zərər məbləğini onların əvəz edilməsi xərcindən yüksək olmaması şərti ilə onların təmir xərci əsasında hesablayır.
26.7. Zədələnmiş maşın və avadanlığın köməkçi və ya müvəqqəti təmiri keçirildiyi halda, sığortaçı köməkçi, müvəqqəti və son təmir üzrə zərər məbləğini belə köməkçi və ya müvəqqəti təmir həyata keçirilmədiyi halda, bərpa xərclərindən yüksək olmayan məbləğ çərçivəsində müəyyən edir.
26.8. Zərər, qismən belə zərərin yaranmasında təqsirkar xxxx şəxs tərəfindən ödənilərsə, sığortaçı bu Qaydaların 28-ci maddəsini nəzərə alaraq sığorta ödənişini həyata keçirir.
26.9. Sığortaçı ilə sığortalı arasında yaranmış mübahisə məhkəmə yolu ilə həll edildikdə, dəymiş zərərin məbləği sığorta məbləğindən artıq olmayaraq məhkəmənin hüquqi qüvvəyə minmiş qərarı ilə müəyyən edilir.
26.10. Sığorta hadisəsi nəticəsində baş vermiş itkilərin məbləği ilə bağlı sığortalı ilə sığortaçı arasında yaranmış mübahisələr, aşağıda qeyd olunan qaydada yaradılmış ekspert komissiyası tərəfindən həll edilə bilər. Tərəflərin hər biri öz ekspertini təyin edir və bu haqda digər tərəfi məlumatlandırır. Bu ekspertlərin yekdilliklə qəbul etdiyi qərar hər iki tərəf üçün məcburidir. Ekspertlər arasında mübahisə yarandıqda onlar ekspert komissiyasının sədri xxxx üçüncü bir ekspert seçirlər və ekspert komissiyasi səs çoxluğu prinsipinə əsasən qərar qəbul edir. Hər bir tərəf dəvət etdiyi öz ekspertinin xərclərini ödəyir. Ekspert komissiyasının sədrinin xərcləri hər iki tərəf arasında bərabər bölünərək ödənilr. Sığortalı sığortaçının hadisəni sığorta hadisəsi kimi qəbul etməməsi qərarı ilə razılaşmayaraq, ekspertiza təyin etdikdə və ekspertizanın nəticələri sığortaçının qərarını təsdiq edərsə, ekspertiza xərcləri sığortalı tərəfindən ödənilir.
26.11. Sığorta hadisəsi (zərərin meydana gəlməsi) faktı üzrə cinayət işi açılıbsa və yaxud məhkəmə prosesi başlayıbsa, sığorta ödənişinin verilməsi barədə qərar açılmış cinayət işi üzrə ibtidai (ilkin) istintaq orqanlarının və yaxud məhkəmənin qüvvəyə minmiş qəti qərarının qəbul edilməsinə, istintaqın və ya məhkəmədə
işin baxılmasının sonunadək, yaxud sığortalının həmin hadisənin baş verməsində günahsız (təqsirsiz) olduğu faktı müəyyən edilənədək təxirə salına bilər.
26.12. Tələb olunan bütün sənədlər təqdim olunduqdan və ya məhkəmənin qərarı hüquqi qüvvəyə mindikdən sonra 15 iş günü ərzində sığortaçı sığorta ödənişini həyata keçirir və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə sığortalıya (və ya faydalanan şəxsə) səbəbini yazılı surətdə göstərməklə məlumat verir. Sığortaçı sığorta ödənişini sığorta müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin
0.1 xxxxx həcmində dəbbə pulu ödəyir.
26.13. İddia müddəti ərzində bu Qaydalara və ya qanunvericiliklə sığortalının sığorta ödənişi hüququndan tam və ya qismən məhrum olmasına səbəb xxxx amillər aşkar edilərsə, o 15 iş günü ərzində sığorta ödənişi məbləğini və ya onun hissəsini sığortaçıya qaytarmağa borcludur.
Maddə 27. Sığorta ödənişinin verilməsindən imtina
27.1. Aşağıdakı hallarda sığortaçı sığortalıya sığorta ödənişini verməkdən imtina etmək hüququna malikdir:
27.1.1. sığortalının (faydalanan şəxsin) sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsd hərəkətləri (hərəkətsizliyi) nəticəsində sığorta hadisəsi baş verdikdə;
27.1.2. sığortalının risklə əlaqədar ona məlum xxxx məlumatları vermədikdə və ya xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən yanlış məlumatlar verdikdə;
27.1.3. bu Qaydaların 20.1.5-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
27.1.4. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərlərin həcminin artmasına gətirib çıxarmış, yaxud da sığorta hadisəsinin şəraitinin düzgün aydınlaşdırılması imkanlarını pozmuşdursa, sığortalı tərəfindən sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərə əməl edilmədikdə;
27.1.5. sığorta müqaviləsi üzrə hər hansı bir iddia ortaya çıxan zaman sığorta obyektinin digər sığorta şirkəti tərəfindən eyni risklərdən sığortalandığı müəyyən edildikdə;
27.1.6. sığortalının (faydalanan şəxsin) baş vermiş sığorta hadisəsi ilə bilavasitə əlaqəli xxxx cinayət əməlləri nəticəsində sığorta hadisəsi baş verdikdə;
27.1.7. sığortalı sığortaçıya sığorta obyekti haqqında bilərəkdən yanlış məlumat verdikdə;
27.1.8. sığorta hadisəsinin sığortalının (faydalanan şəxsin) kobud ehtiyatsızlığı (bir şərtlə ki, kobud ehtiyatsızlığa yol verilməsi faktı məhkəmənin müvafiq qərarı ilə təsdiq edilmiş olsun) nəticəsində baş verdiyi halda, sığortaçı qanunvericiliklə nəzərdə tutulmuş hallarda, sığorta ödənişindən imtina etmək hüququna malikdir.
27.2. Bilavasitə və ya dolayısı ilə sığortalı tərəfindən mühüm şərtlərin yerinə yetirilməməsi səbəbindən sığorta hadisəsi baş verdiyi və ya zərərin məbləği artdığı halda sığortaçı müvafiq olaraq sığorta ödənişindən imtina etmək və ya zərər məbləğinin artdığı həcmdə sığorta ödənişini azaltmaq hüququna malikdir.
27.3. Sığorta ödənişindən imtina qərarı sığortaçı tərəfindən qəbul edilir və imtinanın səbəbləri göstərilməklə sığortalıya yazılı şəkildə təqdim edilir. Sığortalı sığortaçının sığorta ödənişindən imtina qərarını aldıqda, həmin qərar ilə bağlı məhkəməyə şikayət vermək hüququna malikdir.
Maddə 28. Zərərin dəyməsində təqsirli xxxx şəxslər tərəfindən zərərin ödənilməsi
28.1. Əgər sığortalı vurulmuş zərərlərə görə zərərin əvəzini zərərin dəyməsində təqsirli xxxx şəxsdən almışdırsa, sığortaçı yalnız verilməli xxxx sığorta ödənişi məbləği ilə sığortalının təqsirli xxxx şəxsdən aldığı məbləğ arasındakı fərqi ödəyir.
28.2. Sığortalıya (faydalanan şəxsə) vurulmuş zərərin əvəzi zərərin dəyməsində təqsirli xxxx şəxs tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini həyata keçirmir, həyata keçirdiyi halda isə sığorta ödənişi sığortaçıya qaytarılmalıdır. Əks halda sığortaçı sığortalıya (faydalanan şəxsə) qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia irəli sürmək hüququna malikdir.
28.3. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda, sığortaçı, sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edir.
BÖLMƏ 9. DİGƏR MÜDDƏALAR
Maddə 29. Marağın keçməsi
29.1. Sığorta obyektinin satılması və yaxud onlara hüquqların digər şəxsə verilməsi halında, sığortaçının razılığı olmazsa, sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya əmlaka hüquqları xxxx hər hansı digər şəxsə aid edilmir.
29.2. Bu halda sığortaçı ilə sığortalı və ya xeyrinə sığorta obyekti özgəninkiləşdirilən şəxs arasında yeni sığorta müqaviləsi bağlanıla bilər.
Maddə 30. Qalıqlara xxxx hüququn keçməsi
30.1. Sığortaçı sığorta obyektinin məhv olmasına və ya oğurlanmasına görə ödəniş verdikdə sığortaçının öz seçimi əsasında sığorta obyektinin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq və ya həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır.
30.2. Sığortaçı sığorta obyektinin müxtəlif hissələrini başqası ilə əvəz etdikdə sığortalının həmin əmlaka və yaxud onun hissələrinə xxxx hüquqları sığortaçıya keçir. Bütün bu qalıqlar sığortaçıya verilməlidir.
30.3. Sığortalı qalıqlara xxxx hüquqların sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri (o cümlədən, müvafiq icra hakimiyyəti orqanlarında maşın və avadanlığın qeydiyyatdan çıxarılması və sığortaçının adına qeydiyyata salınması ilə xxxxx xxxx işləri) görməyə borcludur.
30.4. İtmiş və ya oğurlanmış sığorta obyektinin sonradan tapılması halında sığortaçı sığorta obyektini özündə saxlaya və yaxud sığortalıya qaytara bilər. İkinci halda sığorta obyektinə görə alınmış sığorta ödənişi sığortaçıya xxxx qaytarılmalıdır. Əgər sığorta obyekti zədələnmiş vəziyyətdə əldə olunarsa, sığortaçı sığortalıya sığorta müqaviləsinin şərtləri və müddəalarına müvafiq olaraq həmin zərərlərin əvəzini ödəməlidir.
Maddə 31. Subroqasiya hüququ
31.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
31.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
31.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
31.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində sığorta ödənişi verməkdən azad edilir. Xxxx xxxxxxxxxx şəxsin təqsiri ucbatından bu hüququn
həyata keçirilməsi mümkün olmazsa, sığortaçı bütünlüklə və ya qismən sığorta ödənişini vermək öhdəliyindən azad olunur və lüzumsuz yerə verilmiş sığorta ödənişinin qaytarılmasını tələb etmək hüququna malikdir.
31.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Maddə 32. Qismən sığorta
Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
Maddə 33. İkili (çoxqat) sığorta
33.1. Əmlakın (avadanlığın) sığortasında sığorta məbləği həmin əmlakın (avadanlığın) sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
33.2. Sığorta obyektinin bir neçə sığortaçıda sığortalanması nəticəsində sığorta məbləğlərinin ümumi cəmi onun sığorta dəyərindən artıq olduğu halda (ikili və ya çoxqat sığorta), bütün sığortaçılar yalnız sığorta dəyəri miqdarında məsuliyyət daşıyırlar. Belə halda hər bir sığortaçı özünün bağladığı müqaviləyə müvafiq sığorta məbləğinin bütün bağlanmış müqavilələr üzrə ümumi sığorta məbləğinə xxxx nisbətinə mütənasib xxxx miqdarında məsuliyyət daşıyır.
Maddə 34. Azadolma məbləği
34.1. Sığorta müqaviləsi ilə şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
34.2. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
34.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq olunmur.
34.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Maddə 35. Xxxxxxx haqqında qeyd-şərt
35.1. Sığorta məbləğlərinin, azadolmaların və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata keçirildiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə xxxx rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
35.2. Əgər sığorta ödənişinin verilməsi üçün əsas xxxx sənədlər Azərbaycan manatı və ya müqavilənin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.
Maddə 36. İş sirlərinin gizli saxlanılması
Sığortaçı, sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda dəyən zərərə görə məsuliyyət daşıyır.
Maddə 37. Mübahisələrin həlli qaydası
Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
Maddə 38. İddia müddəti
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
Maddə 39. Digər şərtlər
39.1. Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.
“Meqa Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
TİKİNTİDƏ İSTİFАDƏ OLUNАN MAŞIN VƏ AVADANLIQLАRIN SIĞORTАSI ÜZRƏ TARIF DƏRƏCƏLƏRININ ƏSASLANDIRILMASI
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,01;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği(So) -90 000 AZN;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) – 30 000 AZN;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 300.
Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk işarə edək. Netto- dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100qSü/So = 100 x 0,01 x 30 000/90 000 = 0,33 AZN.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr=l,2Tə.a.((l-q)/(nq))1/2 = 0,33 x 1,2 x 2 x ((1-0,01)/(0,01 x 300)) 1/2 = 0,46 AZN. Tn = Tə + Tr = 0,33 + 0,46 = 0,79 AZN.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-70%, yüklənmə-30%. O cümlədən işlərin aparılması xərcləri-29 %, tarif mənfəəti-1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən Tb = Tn /(1-f) = 0,79/(1-0,3) = 1,13 AZN.
Sığorta risklərinin tərkibindən, tikintidə istifadə edilən maşın və avadalıqların xüsusiyyətindən, istifadə tərzindən və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,25%-5,00% aralığında dəyişir.