Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında
Xxxxx Akademik Mübadilə Xidməti (Deutscher Akademischer Austausch Dienst) ilə
Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında
Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə
təqaüd proqramı ilə bağlı SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Təhsil Nazirliyi və Xxxxx Akademik Mübadilə Xidməti
Azərbaycanla Almaniya arasında ali təhsil sahəsində uzunmüddətli
əməkdaşlıq çərçivəsində;
Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra “Nazirlik”) yüksək səviyyəli mütəxəssislərin hazırlanması ehtiyacını və digər tərəfdən Xxxxx Akademik Mübadilə Xidmətinin (bundan sonra „DAAD“) və onun üzv universitetlərinin bu ehtiyacı ödəmək imkanlarını nəzərə alaraq;
Bu Sazişin məqsəd və məramlarının icra olunmasını, habelə onun maliyyə resurslarını və qaydalarını nəzərə alaraq aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1. Sazişin predmeti
1.1.Bu saziş (bundan sonra „Saziş“) Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsis olunmuş və mövcud xxxx, Xətai prospekti 49 AZ 1008, Bakı şəhəri, Azərbaycan ünvanında yerləşən Nazirlik və Almaniyanın qanunları ilə təsis olunmuş və mövcud xxxx, Kennedyallee 50, D-53175 Bonn, Almaniya ünvanında yerləşən DAAD arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı (bundan sonra“Proqram“) üzrə tədbirləri müəyyən edir.
Maddə 2. Əməkdaşlığın məqsədləri və əhatə dairəsi
2.1. Nazirlik tam məsuliyyət daşıyaraq və Proqram üçün ayrılmış maliyyə vəsaiti hesabına Azərbaycanın ali təhsil institutlarından müəyyən xxxxx tələbənin/magistrantın/doktoranrın(aspirantın) təhsilini Almaniyada dəstəkləyəcək.
2.2. Bu proqram çərçivəsində maliyyələşən təhsilin məqsədi namizədin akademik səviyyəsindən asılı olaraq xxxxx universitetlərindən bakalavr (BA), magistr (MA) və ya PhD (Dr) dərəcəsini almasıdır.
2.3. Bu proqram çərçivəsində üstünlük aşağıdakı təhsil sahələrinə veriləcək:
a. mühəndislik
b. tibb və səhiyyə
c. təbiət elmləri
d. sosial və humanitar elmlər
e. biznes və iqtisadiyyat
f. kompüter və informasiya elmləri
g. hüquq
h. incəsənət və musiqi
i. kənd təsərrüfatı
j. ekologiya
k. turizm
2.4. Tərəflərin qarşılıqlı razılığı əsasında 2.3 bəndində göstərilmiş sahələrdən başqa digər sahələr Proqrama daxil edilə bilər.
2.5. Proqram çərçivəsində maliyyələşdirilən bakalavr, magistr və PhD tələbələrinin sayı hər ilin sentyabr ayında Nazirlik və DAAD tərəfindən aparılan danışıqlar vasitəsi ilə müəyyənləşir.
2.6. XXXX Xxxxxxxx adından və onunla sıx əlaqədə, həmçinin Xxxxx dili üzrə treninq mərkəzləri və universitetləri ilə əməkdaşlıq etməklə 3-cü maddədə də göstərildiyi kimi Proqramı idarə edəcək.
2.7. DAAD ilə əməkdaşlıq çərçivəsində Nazirlik Azərbaycan tərəfindən zəruri addımları atacaq və bütün tədbirlərin həyata keçirilməsini təmin edəcək, eyni zamanda, özünün və əməkdaşlıq etdiyi Xxxxx institunun proqramı həyata keçirməsinə görə məsuliyyəti DAAD daşıyacaqdır.
2.8. Tərəflər müvafiq fəaliyyətlərinin sıx koordinasiyasını təmin edəcəklər. Hər tərəf qarşılıqlı əlaqəni və əməkdaşlığı təkmilləşdirmək məqsədi ilə əlaqələndirici təyin edəcək.
2.9. Nazirlik Proqrama dair bütün xərcləri, həmçinin bu əməkdaşlıq proqramı çərçivəsində Nazirliyə və onun təqaüdçülərinə göstərilmiş inzibati xidmətlərə görə bütün xərcləri öz vəsaiti hesabına tamamilə ödəyəcəkdir.
Maddə 3. Proqramın strukturu və məzmunu
3.1. Müraciət üçün tələblər
a) Bakalavr təhsili üçün müraciət edən şəxslərin 11 illik xxxx təhsili və 1 il universitet təhsili olmalıdır.
b) Magistr təhsili üçün müraciət edənlərin bakalavr dərəcəsi olmalıdır.
c) PhD təhsili üçün müraciət edənlərin magistr və ya mütəxəssis dərəcəsi olmalıdır.
3.2. Seçim
3.2.1. Namizədlərin seçimi Xxxxx və Azərbaycan universitetləri nümayəndələrindən ibarət birgə Seçim komissiysı tərəfindən həyata keçirilir. Komissiyada hər tərəf bərabər xxxxx təmsil olunur.
3.2.2. Seçim komissiyası hər namizədə dair ümumi qərara gəlməlidir. Əgər komissiya ümumi qərara gələ bilmirsə, təqaüd verilmir.
Seçim komissiyası həm də uğur qazanmış namizədlərin xxxxx dili kursuna ehtiyacı olmasını yoxlayacaq, həmçinin bu kursun müddətini müəyyənləşdirəcək. DAAD Seçim komissiyasına məsləhətlər verəcək.
3.2.3. DAAD işçiləri və Nazirliyin əməkdaşları son seçim görüşündə məsləhətçi qismində iştirak edə bilərlər.
3.2.4. Növbəti qış semestrində (sentyabr/oktyabr) başlayan dərslər üçün son seçim görüşü apreldən gec olmayaraq Bakı şəhərində keçiriləcək. Əgər dil kursları təmin olunmalıdırsa, növbəti akademik il üçün seçim iclası noyabrdan gec olmayaraq keçirilməlidir. Qarşılıqlı razılaşma əsasında Seçim komissiyası üçün digər tarixlər təyin edilə bilər.
3.2.5. Seçim namizədlərin təqdim etdiyi sənədlər (sənədlər dosyesi üçün maddə 6.3 bax) həmçinin son seçim görüşü zamanı hər namizədlə keçirilmiş müsahibələrdən asılı olacaq.
3.2.6. Nazirlik daha yaxşı göstəriciləri xxxx namizədlərə üstünlük verməklə ilkin seçimi Bakıda həyata keçirəcək.
3.3. İntensiv dil təlimi
3.3.1. Əgər tələb olunarsa, Seçim komissiyasının təkifi əsasında Təhsil Komissiyasının qərarı ilə (maddə 3.2) təhsildən öncə intensiv xxxxx dili kursu (2-6 ay) təşkil edilə bilər. Seçim komissiyası dil kurslarında iştirak haqqında qərarı təqaüdə layiq görülənlər (bundan
sonra Təqaüdçülər) üçün mütləqdir. Dərslərdə tez-tez və ya tam iştirak etməmək Proqramdan kənarlaşdırma ilə nəticələnə bilər.
3.3.2. Dil kursları akademik təhsilin başlamasına 2-6 ay qalmış Almaniyada Höte institutlarında və ya digər ixtisaslaşmış və nüfuzlu xxxxx dili treninq mərkəzlərinin birində və ya bir neçəsində keçiriləcəkdir.
3.3.3. Xxxxx dili kursu “DSH” və ya “TestDaF” verilməsi ilə bitəcəkdir.
3.3.4. Əgər müvafiq Xxxxx Universiteti ingilis dilində tədris edilən dərəcə kurslarına qəbul üçün TOEFL/IELTS/GMAT testini tələb etsə, müvafiq test sertifikatı ərizə dosyesinə daxil edilməlidir (maddə 6.3)
3.4. Hazırlıq kursları
3.4.1. Bu proqram çərçivəsində maliyyələşdirilən hazırlıq kurslarına, adətən, Xxxxx universitetlərində qış semestrinin başlanması (sentyabr/oktyabr) ilə start verilir. Xxxxx Universitetlərində Studienkolleg-kurslarının müddəti bir ildir. Studienkolleg-kurslarında tədris dili adətən xxxxx dilindədir.
3.4.2. Hazırda ingilis dilində Studienkolleg-kursları yalnız Tətbiqi Elmlər üzrə Aaxen Univeritetində /Juelich Kampus-da təşkil edilə bilər. Bu kurslar mühəndis tədrisinə hazırlıq üçün nəzərdə tutulub. Yuxarıda göstərilənlərdən başqa digər ingilis dilli Studienkolleg-kursları qarşılıqlı razılıq əsasında müəyyənləşdirilə bilər.
3.5. Bakalavr təhsili
3.5.1. Bu proqram çərçivəsində maliyyələşdirilən bakalavr təhsilinə, adətən, Xxxxx universitetlərində qış semestrinin başlanması (sentyabr/oktyabr) ilə start verilir.
3.5.2. Bakalavr dərəcəsində təhsil Xxxxx universitetində 3 il davam edir. Bakalavr təhsili üçün təqaüdün normal müddəti 3 ilə hesablanacaq. Təqaüdçülər üçün təqaüdlər illik əsasda verilir.
3.6. Xxxxxxx/PhD dərəcə təhsili
3.6.1. Bu proqram çərçivəsində maliyyələşdirilən magistr/PhD təhsilinə, adətən, Xxxxx universitetlərində qış semestrinin başlanması (sentyabr/oktyabr) ilə start verilir.
3.6.2. Xxxxx universitetlərində magistr dərəcəsi, adətən, 2 il, PhD təhsili 3 ildən 4 ilədək davam edir. Magistr təhsili üçün təqaüdün normal müddəti 2 il, PhD təhsili üçün 3,5 ilə hesablanacaqdır.
Maddə 4. Ümumi qaydalar
4.1. Möhləti artırma
Təqaüd təqaüdçüyə illik əsasla verilir. Əgər təhsil proqramının müddəti (yuxarıya bax: Bakalavr, Magistr, PhD təhsili) təqaüdün müddətinin artırılmasını tələb edirsə, təqaüdçü təqaüdün müddətinin artırılması üçün müraciət etməlidir.
Əgər akademik göstəricilər təhsil proqramının tələblərini yerinə yetirirsə möhlət artırılır. Əgər akademik göstəricilər qənaətbəxş deyilsə, DAAD möhlətin artırılıb-artırılmamasına dair məsləhət verəcək və Nazirlik bu məsləhətin əsasında təqaüdün artırılması haqda qərar verəcəkdir.
4.1.1. Nəzərə alsaq ki, Magistr və PhD təhsili əvvəlcədən nəzərdə tutulmayan, xxxxx faydalı tədqiqat məsələlərini əhatə edir, xahiş əsasında təqaüdün müddəti 12 aya qədər (Magistr və PhD təhsilinin adi müddətinə əlavə olaraq) uzadıla bilər. Qərar xxxxx xxxx rəhbərinin (müəllimin) tələbənin xahişinin zəmanət məktubu ilə dəstəkləməsindən və DAAD-ın zəmanətindən asılıdır (istisna artırmalar haqda aşağıya bax).
4.2. İstisna artırmalar
4.2.1 Təqaüdçü Studienkolleg imtahanını/bakalavr dərəcəsi/magistr dərəcəsi/PhD dərəcəsini xüsusi səbəblərə görə (xəstəlik, gözlənilməz səbəblər, bədbəxt hadisələr) bu proqramla müəyyən olunmuş vaxt çərçivəsində (yuxarıya bax: Bakalavr, Magistr, PhD təhsili) qazana blmədiyi təqdirdə, Nazirlik təqaüdün uzadılması haqda qərar verəcəkdir. Əgər Nazirlik təqaüdü artırmamaq haqda qərar verərsə və Xxxxx universitetinin razılığı olarsa keçmiş təqaüdçüyə özəl və ya digər mənbələrdən istifadə edərək öz təhsilini başa vurmağa icazə veriləcəkdir.
4.3. Akademik müvəffəqiyyətsizlik
4.3.1. Əgər təqaüdçü universitetin müəyyənləşdirdiyi akademik tələblərə tamamilə cavab vermirsə, o, proqramdan çıxarılacaqdır. Bu halda, akademik müvəffəqiyyətsizlik universitetdə xxxx xxxx təhbər tərəfindən məktub ilə təsdiq edilməli və DAAD dərhal Nazirliyi xəbərdar edəcəkdir.
4.4. Əlavə şərtlər
a. Praktiki treninq
Praktiki treninq təqaüdçünün magistr dərəcə kursunun mütləq bir hissəsi olduğu halda, bu layihə ilə maliyyələşdirilən magistr təhsili proqramı çərçivəsində Almaniyada və kənarda 6 aya qədər praktiki treninq keçirilə bilər.
b. Yerli tədqiqatlar
Yerlərdə tədqiqat təqaüdçünün tədqiqat layihəsinin vacib hissəsi olduqda və təqaüdçünün xxxx rəhbəri tərəfindən və həmçinin Seçim komissiyası tərəfindən təsdiq edildiyi halda, bu layihə ilə maliyyələşən PhD proqramları çərçivəsində maksimum 12 ay olmaqla Almaniyadan kənarda tədqiqat aparıla bilər.
c. Təqaüd dövründə evə səfərlər
Təqaüdçü Almaniyada olduğu hər il ərzində 1 dəfə evə səfər etmək üçün imkan qazanacaqdır. Səfərin müddəti 4 həftədən xxx olmamalı və ona yalnız Universitetin semestr tətili zamanı icazə verilir.
DAAD və Nazirliklə qarşılıqlı razılaşma əsasında nəzarətdən kənar akademik və şəxsi səbəblərə görə bu qaydaya istisnalar tətbiq edilə bilər.
4.5. Ailə/Uşaqlar
4.5.1. Təqaüd proqramının evli iştirakçılarına Almaniyada təhsil aldığı müddətdə ailəsi ilə birgə yaşamağa yalnız xarici dil kurslarını bitirdikdən sonra icazə verilir. Bu zaman onların ailəsi ilə birgə yaşamaq üçün lazımi maliyyə vəsaitinin olması vacibdir. Proqram tərəfindən əqaüdçülərə ailəsi ilə birgə yaşamaq üçün əlavə vəsait ayrılmır.
Maddə 5 Layihənin həyata keçirilməsinin prinsipləri və prosedur qaydaları:
DAAD-ın rolu və məsuliyyəti:
5.1. Proqramın ümumi administrasiyası və menecmenti
5.1.1. DAAD proqramın final mərhələsində iştirak etmək üçün Alman professorlarının Bakıya gəlişinin təşkili üçün məsuliyyət daşıyır.
5.1.2. Seçki komitəsinin rəsmi protokoluna uyğun olaraq DAAD proqramın qalibləri üçün məktublar çap etməli və Bakıdakı DAAD Məlumat Mərkəzi vasitəsi ilə onlara çatdırmalıdır.
5.1.3. DAAD həm də bu məktubların bir surətini Bakıdakı Xxxxx səfirliyinə göndərməlidir ki, viza alınması prosesi asanlaşdırılsın.
5.1.4. DAAD təqaüdçülərin Almaniyadakı dil treninq mərkəzlərində qeydiyyatını keçirməli və təqaüdçülərin bu mərkəzlərdə təhsil aldığı zaman yaşayışını təşkil etməlidir.
5.1.5. DAAD Təqaüdçünün yaşadığı yerə ən yaxın beynəlxalq hava limanından Almaniyada təhsil alacağı yerə ən yaxın beynəlxalq hava limanına səfərini təşkil edəcəkdir.
5.1.6. DAAD bütün Təqaüdçülərə Almaniyaya çatdıqda kömək göstərəcəkdir. Buraya, tələb olunduğu halda, hava limanında qarşılanma və təhsil alacaqları/yaşayacaqları yerə getmək üçün yolun qalan hissəsini necə davam etmək barədə məlumatlandırmalar daxildir.
5.1.7. DAAD ali məktəblərə yerləşdirmək prosedurlarından istifadə edərək təqaüdçülərin Xxxxx xxx məktəblərinə yerləşdirilməsində yardımçı olmalıdır. DAAD işlərin gedişi haqda Nazirliyi məlumatlandırmalıdır. DAAD ali məktəb, akademik proqram və akademik məsləhətçilər seçməkdə təqaüdçünün şərtlərini nəzərə almalıdır, xxxxx bu məsələdə son qərarı vermək hüququ DAAD-a məxsusdur.
5.1.8. Xüsusi hallarda, bütün gözlənilənlərin əksinə olaraq DAAD təqaüdçülər üçün heç bir ali məktəb və akademik məsləhətçi tapmasa, təşkilat bu barədə Nazirliyə məlumat verir və heç bir məsuliyyət daşımır.
5.1.9. DAAD təqaüdçülərə proqramla əlaqədar bütün informasiyanı verməli, mümkün qədər geniş spektrdə, dil treninq mərkəzləri, Xarici Tələbələr İdarəsi və xxxxx universitetləri ilə birlikdə immiqrasiya (viza), yaşayış, universitetlər və akademik məsləhətçilərlə əlaqə, təqaüdçülərin Azərbaycan Respublikasının Berlindəki səfirliyi ilə əlaqə saxlamaqları və digər məsələlərdə yardımçı olmalıdır.
5.1.10. DAAD Almaniyada təhsil aldığı müddətdə hər bir təqaüdçü üçün sağlamlıq, bədbəxt hadisələr və şəxsi məsuliyyət sığortasını təşkil etməlidir.
5.1.11. DAAD Proqramın menecmentinə və həyata keçirilməsinə uyğun olaraq bütün lazımi məlumatları özündə birləşdirən elektron baza yaratmalı və mütəmadi olaraq Nazirliyə təqdim etməlidir.
5.2. Monitorinq
5.2.1. DAAD təqaüdçülərin xxxx rəhbərləri, Xxxxx universitetlərindəki Xarici Tələbələr İdarələri ilə birlikdə təqaüdçülərin təhsilinin inkişafını aşağıdakı qaydada monitorinq edəcəkdir:
a. təqaüdçülərdən ən azı yarım ildə bir dəfə xxxx rəhbərlərinin hesabatı da daxil olmaqla təhsillərinin uğurlu keçməsi barədə sübutları tələb etmək;
b. Nazirliyə təqaüdçülərin xxxx rəhbərlərinin hesabatı da daxil olmaqla onların akademik uğurlarını təsdiq edən yarımillik hesabat təqdim etmək.
5.2.2. Təqaüdçülərin akademik uğurları xxxx səviyyədən aşağı olduğu təqdirdə DAAD onların Proqramdan xxxx çağrılmalarını məsləhət görəcəkdir. Digər hal kimi DAAD Nazirliyə belə təqaüdçülərin təhsil müddətini ya bir il, ya da daha qısa müddətə uzadılmasını məsləhət görəcək ki, onlar təhsillərini fərdi qaydada başa vura bilsinlər.
5.2.3. Əgər təqaüdçülərin təhsil müddətini nəzərdə tutulan vaxtdan artıq artırılmasına ehtiyac yaranarsa, bu zaman DAAD tələbənin xxxx rəhbərinin təqdimatı əsasında Nazirlikdən onların təhsil müddətinin artırılmasını məsləhət görə bilər.
5.3. Xüsusi sosial və akademik dəstək
5.3.1. Yuxarıda təsvir olunan monitorinq xidmətlərindən başqa DAAD Proqramın uğurlu və davamlı inkişafı üçün xüsusi sosial və akademik xidmətlər həyata keçirəcəkdir.
5.3.2. Ehtiyac yarandıqda təqaüdçülərə sosial və akademik məsələlərini müzakirə etmək üçün DAAD əməkdaşları ilə görüşmək imkanı yaradılacaqdır.
5.3.3. Hazırki layihə çərçivəsində DAAD Proqram iştirakçıları arasında xüsusi münasibətlər və tələbə şəbəkəsi yaratmaq məqsədi ilə hər il təqaüdçülərin illik görüşünü təşkil edəcəkdir.
5.3.4. Təqaüdçülər layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlərdən başqa DAAD-ın təşkil etdiyi başqa bütün tədbirlərdə iştirak edə bilərlər.
5.3.5. Hazırki layihə çərçivəsində Almaniyada təhsilini uğurla başa vuran təqaüdçülər DAAD-ın məzunu statusunu alacaq və bu statusdan irəli gələn bütun imtiyazlardan istifadə edə biləcəklər.
Maddə 6. Nazirliyin rolu və məsuliyyəti:
Layihənin həyata keçirilməsinin prinsipləri və prosedur qaydaları
6.1. Hazırki razılaşmanın şərtlərinə müvafiq olaraq Nazirlik proqrama sənədlərin qəbulu və namizədlərin seçilməsinin təşkilinə görə məsuliyyət daşıyır. Lazım olduğu təqdirdə, DAAD-ın Bakı ofisi yuxarıda qeyd olunan prosesləri həyata keçirməkdə Nazirliyə xxxxxxxx xxx bilər.
6.2. Nazirlik final mərhələsi üçün seçilmiş bütün namizədlərin düzgün qaydada doldurulmuş sənədlərini final mərhələsinə 1 ay qalmış DAAD-ın Bakıdakı Məlumat Mərkəzinə təqdim etməlidir:
6.3. Sənədlər paketinə daxildir:
a. DAAD-ın ərizə-anket forması
b. qısa bioqrafiya (CV)
c. əsaslandırma məktubu (bakalavrlar və magistrlər üçün) və ya ətraflı xxxx iş planı (PhD-yə namizədlər üçün)
x. xxxxxxxxx xaricdə təhsil alacağı ali məktəbin və akademik məsləhətçinin adı (əgər varsa), onların kontaktları (əgər varsa), xarici universitetdən məktub (əgər qəbul olunubsa)
e. zəmanət məktubları
f. dərc olunmuş əsərləri (əgər varsa)
g. xaricdə təcrübə/yaşayış (əgər olubsa)
h. İngilis dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş attestat və diplomların surətləri
x. Xxxxx dilindən verilmiş imtahanın sertifikatı (əgər varsa), TOEFL/İELTS/GMAT imtahanlarının sertifikatları (əgər Almaniya universitetləri tərəfindən tələb olunursa)
6.4. Nazirlik seçim komitəsi tərəfindən sənədləri qəbul olunmamış bütün namizədlərə bu barədə məlumat verməlidir.
6.5. Nazirlik Almaniyaya dil kursları və ya ali məktəblərdə təhsil almaq üçün göndərilən bütün namizədlər üçün yerli universitetlərdən akademik məzuniyyət almalıdır.
6.6. Nazirlik bütün təqaüdçülərin vaxtlı-vaxtında viza almaq prosedurlarını başlamasını, Almaniyaya dil kurslarına, bakalavr, magistr və ya PhD üçün təhsil almağa göndərilən təqaüdçülərin Almaniyaya DAAD tərəfindən müəyyənləşdirilmiş vaxtda gəlmələrini təmin etməlidir.
6.7. Nazirliyin təqaüdçüləri Almaniyada olduğu bütün müddət ərzində
DAAD-ın müəyyənləşdirdiyi proqramın idarə olunması və monitorinqə
aid xxxx bütün qayda-qanunlara əməl etməlidirlər, o cümlədən, bu qaydalar DAAD-ın müəyyənləşdirdiyi universitetlərə, akademik məsləhətçilərə, təqaüd proqramının müddətinə, təqaüdlərə və x. xxxxx edilir.
6.8. Nazirliyin təqaüdçüləri təhsil aldıqları müddətdə yaşayış ünvanlarını dəyişdikdə, xəstələndikdə, və ya hər hansı səbəblərdən təhsil aldıqları yerdə olmadıqda vaxtlı- vaxtında DAAD-a məlumat verməlidirlər ki, DAAD bu barədə Nazirliyə məlumat verə bilsin.
6.9. Əgər təqaüdçü akademik proqramların öhdəsindən gələ bilməzsə, davranış qaydalarını ciddi şəkildə pozarsa və ya Almaniya qanunlarını pozarsa DAAD-ın tələbinə əsasən Nazirlik belə təqaüdçüləri xxxx çağırmalı və onların Azərbaycana qayıtmasını təmin etməlidir.
Maddə 7. Proqram və inzibati xərclər
7.1. Hazırkı razılaşmadan irəli gələn ödəmələrə bu Proqramın özü ilə bağlı xərclər, həmçinin bu əməkdaşlıq proqramı çərçivəsində Nazirlik və onun təqaüdçülərinə göstərilən inzibati xidmətlərin xərcləri də daxildir.
7.2. Proqramın qiyməti.
Proqramın bütün xərcləri Əlavə 1-də detallarla göstərilmişdir.
7.3. İnzibati xərclər
Razılaşmadan irəli gələn xidmətlərə görə DAAD-a Əlavə 1-də göstərilmiş ümumi xərclərin 12%-i ödənilir.
Maddə 8. Maliyyə öhdəlikləri
8.1. Nazirlik hazırkı razılaşmanın 7-ci bəndində göstərildiyi kimi, proqramın öz xərclərini, eləcə də DAAD-ın inzibati xərclərini və DAAD-la Nazirlik arasındakı razılaşmaya uyğun olaraq razılaşma çərçivəsində irəli gələn bütün xərcləri ödəyir.
8.2. Nazirlik növbəti akademik il üçün (oktyabrın 1-dən sentyabrın 30-dək) seçim turunun və dil kurslarının xərcləri də daxil olmaqla bütün ödəmələri DAAD-ın bank hesabına əvvəlcədən köçürməlidir.
8.3. DAAD-ın hazırkı razılaşmadan irəli gələn öhdəliklərini həyata keçirməsi üçün Nazirlik tərəfindən bütün proqram və inzibati xərclər vaxtında ödənilməlidir. Əgər bu ödənişlər vaxtında olmazsa, DAAD təqaüdçülərə və ya ali məktəblərə ödəmələr etmək üçün öz fondlarından istifadə
etməyəcək və ödənişlərin vaxtında olmadığı səbəbindən yaranacaq problemlərə görə məsuliyyət daşımayacaqdır.
8.4. Əgər təqaüdçü Almaniyaya gələndən sonra qısa müddət ərzində və ya Almaniyada təhsil aldığı bütün müddət ərzində təqaüd proqramında iştirakdan imtina edirsə, bu zaman yarana biləcək bütün xərclər Nazirlik tərəfindən ödənilməlidir.
Maddə 9. Maliyyə prosedurları
9.1. DAAD növbəti akademik il üçün illik invoysları final seçimdən iki həftə gec olmayaraq Nazirliyə təqdim edir. Nazirlik invoysları aldıqdan sonra bir ay ərzində DAAD-a ödənişləri həyata keçirməlidir. İnvoyslara növbəti akademik il üçün (okyabrın 1-dən sentyabrın 30-dək) proqramın bütün xərcləri, o cümlədən seçim turu və dil kursları üçün çəkilən xərclər əks olunmalıdır.
9.2. Ödəniş növbəti akademik il üçün ildə bir dəfə əvvəlcədən olmalıdır.
9.3. Nazirliyin DAAD-a bütün ödənişləri avro ilə olmalıdır.
9.4. Ödənişlər invoysların nömrələri və DAAD-ın təqdim etdiyi əlavə sənədlər daxil olmaqla DAAD-ın aşağıdakı bank hesabına köçürülməlidir:
Dresdner Bank
Account Number: 00000 00000
BLZ (bank code): 370 800 40 SWIFT-BIC: DRES DE FF 380 IBAN DE 28 3708 0040
9.5. Təqaüdçülərin təhsil aldığı bütün müddət ərzində onların stipendiyalarını və başqa lazımi ödəmələri DAAD tərəfindən hər ayın 10-xxx gec olmayaraq mütəmadi şəkildə tələbələrin Almaniyadakı bank hesablarına köçürüləcəkdir.
9.6. DAAD bədbəxt hadisə və başqa hallarda xxxxx xxxx bütün sığorta
ödəmələrini birbaşa sığorta agentliklərinə transfer edəcəkdir.
Maddə 10. Ümumi müddəalar
10.1 Hazırki müqavilə DAAD və Nazirliyin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı andan qüvvəyə minir və beş il müddətində
etibarlıdır. Müqavilənin müddəti aşağıdakı hallarda nəzərdə tutulduğu kimi, ləğv edilmədiyi təqdirdə avtomatik olaraq hər il uzadılır:
10.1.1. Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı üç ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti bir illik müddətlərə uzadılacaqdır.
10.1.2. Hazırki müqavilənin vaxtından əvvəl pozulacağı təqdirdə DAAD başqa müqavilə imzalana qədər hal-hazırda təhsilini davam etdirən tələbələrə müqavilədən irəli gələn xidmətləri göstərməyi davam etdirməlidir. Bu cür xidmətlərin haqqını Nazirlik ödəməlidir.
10.2. Tərəflər müqavilə qüvvədə olduğu müddət ərzində və sonralar müqavilə haqqında heç bir məlumatı üçüncü tərəfə ötürə bilməz və razılaşma şərtlərini öz aralarında saxlamalıdırlar (qarşı tərəfin yazılı icazəsi olmadığı təqdirdə).
10.3. Hazırki müqavilənin şərtləri tərəflərin yazılı razılaşması əsasında dəyişdirilə bilər.
10.4. Tərəflərin qarşılıqlı yazılı razılığı ilə hazırki Sazişə, onun ayrılmaz hissəsi xxxx və ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişiklər edilə bilər.
10.5. Hər bir tərəf öz işçilərinin, əməkdaşlarının və agentlərinin səhvləri
üçün məsuliyyət daşıyır.
10.6. Hər iki tərəf hazırki müqavilənin müddəalarını həyata keçirmək üçün əllərindən gələni etməlidirlər. Meydana gələ biləcək hər hansı mübahisəli məsələlər, hansı ki, tərəflərin öz aralarında həlli mümkün deyil, tərəflərin müəyyən etdiyi üçüncü tərəf vasitəsilə həll edilməli, ya da İngiltərə və Uelsin Hüquq Cəmiyyətinin Prezidenti ilə razılaşdırılmalıdır. Arbitrajın keçirildiyi yer London, İngiltərə müəyyən olunur. Arbitrajın qərarı tərəflər üçün son və mütləqdir.
10.7. Tərəflərin nəzarətindən kənar xxxx qüvvənin, yəni fors-major hallarının təsiri nəticəsində Müqavilənin həyata keçirilməsi gecikdirilirsə, onun icrasına maneəçilik törədilərsə və ya qarşısı alınırsa bir tərəf digərini yazılı şəkildə məlumatlandırmalıdır. Bu vəziyyətlərin mövcudluğu halında yazılı xəbərdarlıq almış tərəf, və ya digər tərəf 10 iş günü ərzində cavab verməzsə hər iki tərəf öhdəliklərindən tərəflərin müəyyən etdiyi müddətə azad edir. Bu müddət ərzində tərəflər müqavilədən irəli gələn məsələlərin icrasını dayandırmalıdırlar.
10.8. Tərəflər arasında hər hansı xəbərdarlıq və ya digər əlaqələr yazılı şəkildə olmalıdır. Bu cür məlumatlar şəxsən çatdırılmalı, faksla ötürülməli və ya maddə 1.1 də göstərilmiş poçt ünvanına göndərilməlidir.
10.9. Proqramdan irəli gələn qiymətlər müfəssəl şəkildə Əlavə 1-də göstərilmişdir. Əlavə 1 hazırki müqavilənin ayrılmaz hissəsidir və ehtiyac yaranarsa müstəqil şəkildə dəyişdirilə bilər.
10.10. Bu Saziş Bakı şəhərində “ ” 2008-ci il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı olduğu təqdirdə ingilis dilindəki mətnə istinad ediləcəkdir.
DAAD adından:
İmza:
Təhsil Nazirliyi adından:
İmza:
xxxx. Xxxx Xxxxx Xxxxx prezident
xxxx. Xxxxx Xxxxxxxx Təhsil xxxxxx
Əlavə 1
(Nazirlik/DAAD əməkdaşlıq Sazişinə)
1.1 Hazırlıq kursları üçün proqramın qiymətləri (bütün qiymətlər avro ilə göstərilir)
Sahələr | Qiymətin növü | Aylıq ödəniş | Semester üçün ödəniş | Illik ödəniş | Birdəfəlik ödəniş | Sorğu üzrə ödəniş | |
1. | Seçim görüşlər | Seçim komitələrinin nümayəndələri üçün sayahət, mehmanxana, yemək və s. xərcləri | x | ||||
2. | Almaniyada xxxxx dili kursları | Dil kursları üçün ödəmə (yataqxana xərcləri daxil olmaqla) | 1.025,- | ||||
Iştirakçılar üçün cib xərclikləri | 410,- | ||||||
Sağlamlıq, qəza və şəxsi cavabdehlik siğortası (1) | 60,- | ||||||
Imtahan xərcləri | 130,- | ||||||
3. | Hazırlıq Proqramı | Iştirakçılar üçün cib xərclikləri | 410,- | ||||
Təhsil və yataqxana xərcləri, sağlamlıq, qəza və şəxsi cavabdehlik sığortası | 15.000,- | ||||||
Beynəlxalq nəqliyyat xərcləri (nağd ödəmə) | 525,- (ödəmə) 400,- (qalıq) | ||||||
Təqaüd dövrü ərzində dönüş (nağd ödəmə) | 600,- |
1.2 Bakalavr dərəcəsi üçün proqramın qiymətləri (bütün qiymətlər avro ilə)
Sahələr | Qiymətin növü | Aylıq ödəniş | Semester üçün ödəniş | İllik ödəniş | Birdəfəlik ödəniş | Sorğu üzrə ödəniş | |
1. | Seçmə görüşlər | Seçki komitələrinin nümayəndələri üçün sayahət, mehmanxana, yemək və s. xərcləri | X | ||||
2. | Almaniyada xxxxx dili kursları | Dil kursları üçün ödəmə (yataqxana xərcləri daxil olmaqla) | 1.025,- | ||||
Iştirakçılar üçün cib xərclikləri | 410,- | ||||||
Sağlamlıq, qəza və şəxsi cavabdehlik sığortası (1) | 60,- | ||||||
Imtahan xərcləri | 130,- | ||||||
3. | Bakalavr təhsili | Aylıq təqaüd | 650,- * | ||||
Təhsil və araşdırma haqqı (nağd ödəmə) (2) | 460,- | ||||||
Təhsil xərcləri (3) | 500,- | ||||||
Sağlamlıq, qəza və şəxsi cavabdehlik sığortası (1) | 60,- | ||||||
Yataqxana xərci | 250-yə qədər,- | X | |||||
Beynəlxalq nəqliyyat xərcləri (nağd ödəmə) | 525,- (ödəmə) 400,- (qalıq) | ||||||
Təqaüd dövrü ərzində dönüş (nağd ödəmə) | 600,- | ||||||
Praktiki treninq | Səyahət xərcləri (nağd ödəmə) | X | |||||
4. | Nəzarət | Seçki komitələrinin nümayəndələri üçün sayahət, mehmanxana, yemək və s. xərcləri | X | ||||
5. | Xüsusu Sosial və Akademik Xidməti Fəaliyyət | Xüsusu sosial və akademik xidməti fəaliyyət nəticəsində yaranan xərclər daxil olmaqla nağd ödəmə | 600,- Hər iştirakçı üçün |
(0) Aylıq təqaüd DAAD-ın xxxx normalarına əsaslanaraq DAAD standartlara uğun olaraq Nazirlik tərəfindən artırıla bilər.
(1) Sağlamlıq, qəza və şəxsi cavabdehlik sığortasının dəyəri Almaniya Qanunvericiliyinə əsaslanaraq sığorta şirkətləri tərəfindən dəyişdirilə bilər
(2) Təhsil və araşdırma xərcləri (nağd ödəmə) kitab, konqres xərclərindən, həmçinin xxxx ekskursiyalar və s. üçün əlavə xərclərdən ibarətdir.
(3) 2008/2009-cu il qış semestrindən etibarən Xxxxx Universitetləri Bakalavr, Magistr, “Diplom” və ya “Staatsexamen” dərəcələri almaq üçün xxxxx xxxx bütün dərslərə görə mütəmadi təhsil haqqı alacaqlar.Həmin təhsil haqqları hər semestrə görə təxminən 500 avro təşkil edəcək və dəyişdirilə bilər.
Mütəmadi təhsil haqqından əlavə bəzi universitetlər müəyyən təhsil haqqına malik Bakalavr və Magistr dərsləri təklif edir. Onların qiyməti hər semester
üçün 1.000- 15.000 avro arasındadır.
1.3 Magistr dərəcəsi üçün proqramın qiymətləri (bütün qiymətlər avro ilə)
Sahələr | Qiymətin növü | Aylıq ödəniş | Semester üçün ödəniş | Illik ödəniş | Birdəfəlik ödəniş | Sorğu üzrə ödəniş | |
1. | Seçmə görüşlər | Seçki komitələrinin nümayəndələri üçün nəqliyyat, mehmanxana, yemək və s. xərcləri | X | ||||
2. | Almaniyada xxxxx dili kursları | Dil kursları üçün ödəmə (yataqxana xərcləri daxil olmaqla) | 1.025,- | ||||
Iştirakçılar üçün cib xərclikləri | 410,- | ||||||
Sağlamlıq, qəza və şəxsi cavabdehlik sığortası (1) | 60,- | ||||||
Imtahan xərcləri | 130,- | ||||||
3. | Magistr təhsili | Aylıq təqaüd | 750,- * | ||||
Təhsil və araşdırma haqqı (nağd ödəmə) (2) | 460,- | ||||||
Təhsil xərcləri (3) | 500,- | ||||||
Sağlamlıq, qəza və şəxsi cavabdehlik sığortası (1) | 60,- | ||||||
Yataqxana xərci | 250,-yə qədər | X | |||||
Beynəlxalq nəqliyyat xərcləri (nağd ödəmə) | 525,- (ödəmə) 400,- |
(qalıq) | |||||||
Təqaüd dövrü ərzində dönüş (nağd ödəmə) | 600,- | ||||||
Praktiki treninq | Nəqliyyat xərcləri (nağd ödəmə) | X | |||||
4. | Nəzarət | Seçki komissiyasının nümayəndələri üçün nəqliyyat, mehmanxana, yemək və s. xərcləri | X | ||||
5. | Xüsusu Sosial və Akademik Xidməti Fəaliyyət | Xüsusu sosial və akademik xidməti fəaliyyət nəticəsində yaranan xərclər daxil olmaqla nağd ödəmə | 600,- Hər iştirakçı üçün |
(4) Aylıq təqaüd DAAD-ın xxxx normalarına əsaslanaraq DAAD standartlara uğun olaraq Nazirlik tərəfindən artırıla bilər.
(5) Sağlamlıq, qəza və şəxsi cavabdehlik sığortasının dəyəri Almaniya Qanunvericiliyinə əsaslanaraq sığorta şirkətləri tərəfindən dəyişdirilə bilər.
(6) Təhsil və araşdırma xərcləri (nağd ödəmə) kitab, konqres xərclərindən, həmçinin xxxx ekskursiyalar və s. üçün əlavə xərclərdən ibarətdir.
(7) 2008/2009-cu il qış semestrindən etibarən Xxxxx Universitetləri Bakalavr, Magistr, “Diplom” və ya “Staatsexamen” dərəcələri almaq üçün xxxxx xxxx bütün dərslərə görə mütəmadi təhsil haqqı alacaqlar.Həmin təhsil haqqları hər semestrə görə təxminən 500 avro təşkil edəcək və dəyişdirilə bilər.
Mütəmadi təhsil haqqından əlavə bəzi universitetlər müəyyən təhsil haqqına malik Bakalavr və Magistr dərsləri təklif edir. Onların qiyməti hər semester
üçün 1.000- 15.000 avro arasındadır.
1.4 Doktorantura üçün proqramın qiymətləri (bütün qiymətlər avro ilə)
Sahələr | Qiymətin növü | Aylıq ödəniş | Semester üçün ödəniş | Illik ödəniş | Birdəfəlik ödəniş | Sorğu üzrə ödəniş | |
1. | Seçmə görüşlər | Seçki komitələrinin nümayəndələri üçün nəqliyyat, mehmanxana, yemək və s. xərcləri | X | ||||
2. | Almaniyada xxxxx dili kursları | Dil kursları üçün ödəmə (yataqxana xərcləri daxil olmaqla) | 1.025,- | ||||
Iştirakçılar üçün cib xərclikləri | 410,- | ||||||
Sağlamlıq, qəza və şəxsi cavabdehlik sığortası (1) | 60,- | ||||||
Imtahan xərcləri | 130,- | ||||||
3. | Doktorantura təhsili | Aylıq təqaüd | 1.000,-* | ||||
Təhsil və araşdırma haqqı (nağd ödəmə) (2) | 460,- | ||||||
Sağlamlıq, qəza və şəxsi cavabdehlik sığortası (1) | 60,- | ||||||
Yataqxana xərci | 250,-yə qədər | X | |||||
Beynəlxalq nəqliyyat xərcləri (nağd ödəmə) | 525,- (ödəmə) 400,- (qalıq) | ||||||
Təqaüd dövrü ərzində dönüş (nağd ödəmə) | 600,- | ||||||
Tezis üçün subsiziyaların verilməsi | 1.025,- | ||||||
İstehsalat təcrübəsi | Nəqliyyat xərcləri (nağd ödəmə) | X |
Sahələr | Qiymətin növü | Aylıq ödəniş | Semester üçün ödəniş | Illik ödəniş | Birdəfəlik ödəniş | Sorğu üzrə ödəniş | |
4. | Nəzarət | Seçki komitələrinin nümayəndələri üçün nəqliyyat, mehmanxana, yemək və s. xərcləri | x | ||||
5. | Xüsusu Sosial və Akademik Xidməti Fəaliyyət | Xüsusu sosial və akademik xidməti fəaliyyət nəticəsində yaranan xərclər daxil olmaqla nağd ödəmə | 600,- Hər iştirakçı üçün |