TORPAQ SAHƏSİNİN İCARƏSİ MÜQAVİLƏSİ №_____
TORPAQ SAHƏSİNİN İCARƏSİ MÜQAVİLƏSİ №_____
Bakı ş. «__» ______ 20_____ il
Torpaq sahəsinin sahibi, çıxarış N_________ (çıxarışın sürəti hazırki müqaviləyə əlavə edilir) və bundan sоnra “İcarəyə verən” adlanacaq Filankəsov Filankəs Filankəs oğlu (ŞV: AZEXXXXXXXXX, verilmə tarixi____________, verən orqan_____________) bir tərəfdən,
_________________________________ əsasında fəaliyyət göstərən və bundan sоnra “İcarəçi” adlanacaq ______________________ ________________________ şəхsində digər tərəfdən aralarında aşağıdakı məzmunda müqavilə (bundan sonra “Müqavilə”) bağladılar.
Müqavilədə İcarəyə verən və İcarəçi ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılır.
Müqavilənin predmeti
İcarəyə verən mülkiyyətində xxxx və _____________________________________________________________ ünvanında yerləşən (kadastr nömrəsi________________) ___ hektar (və ya kv.m.) torpaq sahəsini İcarəçinin müddətli sahibliyinə və istifadəsinə verməyi, İcarəçi isə həmin torpaq sahəsinin istifadəsinə görə bu İcarə Müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür.
Torpaq sahəsinin sərhədləri, planı və ölçüləri hazırki müqaviləyə əlavə edilən və onun tərkib hissəsi xxxx torpaq sahəsinin kadastr planında verilibdir.
Torpaq sahəsi __________________ məqsədləri üçün İcarəçinin müvəqqəti istifadəsinə verilir.
Torpaq sahəsinin İcarəçiyə verilməsi və bu İcarə Müqaviləsinə xitam verildikdən sonra torpaq sahəsinin İcarəyə verənə qaytarılması Tərəflər arasında imzalanan akt ilə rəsmiləşdirilir. Akt bu İcarə Müqaviləsinin qüvvəyə mindiyi tarixdən 10 (on) təqvim günü ərzində imzalanır.
İcarəyə verilmiş torpaq sahəsində İcarəçi tərəfindən yaradılan istehsal sahələri, quraşdırılan avadanlıq və qurğular onun mülkiyyəti hesab olunur.
Torpaq sahəsindən istifadə şəhərsalma sənədlərinə uyğun aparılacaqdır.
Torpaq sahəsindən istifadə məqsədləri dəyişdirilə bilməz və bundan sonra “İcazə verilmiş istifadə” adlandırılacaq.
Müqavilənin qüvvədə оlma müddəti
Müqavilə imzalandığı gündən ____ ay müddətinə bağlanılır və _____________ tarixinə kimi qüvvədədir.
Müddəti on bir aydan xxx xxxx torpaq icarəsi müqaviləsi onun dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minmiş hesab edilir.
Müddəti on bir aydan az xxxx müqavilələr dövlət qeydiyyatına alınmır və imzalandığı gündən qüvvəyə minmiş hesab edilir.
Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti ____ ay müddətlərinə uzadılacaqdır.
Tərəflər hazırkı Müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı Müqaviləni ləğv etmək istəyən tərəf 15 (on beş) gün əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
Tərəflərin hüquqları
-
İcarəyə verənin hüquqları:
-
Xxxxxxxxxx icarə haqqılarını vaxtında ödəməyi tələb etmək;
İcarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;
İcarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq;
İcarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək;
İcarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;
İcarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək;
Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
İcarə müddəti bitdikdə və ya Xxxxxxx tərəfindən hazırki müqavilənin 4.2 maddəsindəki şərtlər pozulduqda İcarəçidən torpaq sahəsini boşaltmağı tələb etmək;
İcarəçinin hüquqları:
-
Torpaq sahəsini öz mülahizəsilə hazırkı Müqavilənin şərtlərinə uyğun şəxsən və ya üçüncü şəxslərin vasitəsilə yalnız təyinatı üzrə qanunvericiliyə uyğun istifadə etmək, işlətmək və ya idarə etmək;
Torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;
İcarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək;
İcarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək;
İcarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq;
Yalnız müvafiq qurumlardan alınan icazə sənədlərini İcarəyə verənə təqdim etdikdən sonra torpaq sahəsində yaxşılaşdırma işləri aparmaq, müvəqqəti qurğular yerləşdirmək;
İcarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək;
Dövlət mülkiyyətində xxxx torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək;
Qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək;
İcarəyə verənin razılığı ilə torpaq sahəsini üçüncü şəxslərə icarəyə vemək;
Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada icra olunduğu təqdirdə eyni şərtlərlə Müqavilə müddətinin uzadılması və ya digər şəxslər qarşısında yeni Müqavilənin bağlanması üzrə üstünlüyə malik olmaq;
Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Tərəflərin vəzifələri
-
İcarəyə verənin vəzifələri:
-
Hazırkı Müqavilə qüvvəyə mindiyi tarixdən 10 təqvim günü ərzində torpaq sahəsini və onun üzərində xxxx əmlakı istifadəyə yararlı vəziyyətdə “Təhvil-təslim Akt”-ı əsasında İcarəçiyə təhvil vermək;
Hazırkı Müqavilə bağlandığı və torpaq sahəsi təhvil verildiyi zaman torpaq sahəsinin bütün çatışmamazlıqları barədə İcarəçini xəbərdar etmək;
İcarəyə verilmiş dövlət mülkiyyətində xxxx torpaq sahəsi özəlləşdirilərkən, bu sahənin satın alınmasını ilk növbədə icarəçiyə təklif etmək;
İcarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək;
Torpaq sahəsində onun təyinatına uyğun istifadəsinə tam və ya qismən mane xxxx çatışmamazlıqlar aşkar edildikdə Xxxxxxxxxx tələbi ilə aşağıdakı tədbirlərdən birini həyata keçirmək:
a) çatışmamazlıqları əvəzsiz öz hesabına aradan qaldırmaq;
b) mütənasib qaydada icarə haqqını azaltmaq;
c) çatışmamazlıqların aradan qaldırılması üzrə İcarəçinin xərclərini ödəmək
Qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək
İcarəçinin vəzifələri:
Torpaq sahəsini hazırki Müqavilənin 1.2-ci bəndində qeyd edilən təyinatı üzrə qanunvericiliyə uyğun istifadə etmək və onun saxlanılması və abadlaşdırılması ilə bağlı lazımi xərclər çəkmək;
Torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək;
İcarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;
İcarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək;
Torpaq idarəçiliyi, memarlıq və tikinti, yanğın təhlükəsizliyi, ekoloji və sanitariya xxxxx və qaydalarına, gigiyena normativlərinin müəyyən etdiyi xxxxx və tələblərə əməl etmək.
Müvafiq qurumların tələblərinə uyğun olaraq şəhər yeraltı və yerüstü kommunikasiyaların, qurğuların, yolların, keçidlərin və s. istifadə qaydalarına riayət etmək, onların təmirinə maneə yaratmamaq.
Şəhərin müvafiq təşkilat və xidmətlərinin qeodeziya, torpaq idarəçiliyi, şəhərsalma və sair araşdırmalar aparmağa və işlər görməyə, o cümlədən, mühəndislik şəbəkəsinin quraşdırılmasına maneəçilik törətməmək ;
İcarəyə verənin yazılı razıllığı olmadan torpaq sahəsini tam və ya onun bir hissəsini subicarəyə verməmək;
Torpaq sahəsinin keyfiyyət meyarlarına, ekoloji vəziyyətinə zərər gətirəcək və ətraf torpaqların çirklənməsinə səbəb xxxx hərəkətlərin qarşısını almaq;
İcarəyə götürülmüş torpaq sahəsininə bitişik torpaq sahələrinin sahiblərinin hüquq və maraqlarını pozmamaq;
İcarəyə verənin yazılı tələbi ilə onun icazəsi olmadan torpaq sahəsində aparılan dəyişiklikləri və çatışmazlıqları aradan qaldırmaq;
Torpaq sahəsinə və ya qonşu sahələri İcarəçinin təqsiri üzündən ziyan vurulduqda zərəri aradan qaldırmaq, və yaxud zərərin əvəzini İcarəyə verənə və ya üçüncü şəxslərə (qonşulara) ödəmək;
Torpaq sahəsində baş verən bütün çatışmazlıqlar barədə İcarəyə verəni vaxtında məlumatlandırmaq;
Torpaq sahəsinin hazırkı Müqavilənin şərtlərinə uyğun şəkildə istifadəyə yararlı və qənaətbəxş vəziyyətdə saxlanmasını yoxlamaq məqsədilə İcarəyə verənin nümayəndəsini maneəsiz torpaq sahəsinə buraxmaq;
Müqavilənin müddəti bitdikdə və ya ona vaxtından əvvəl xitam verildikdə, torpaq sahəsini yararlı vəziyyətdə “Təhvil-təslim Aktı” ilə İcarəyə verənə xxxx qaytarmaq.
Qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək
İcarə haqqı və hesablaşma qaydası
Torpaq sahəsinin icarəsinə görə aylıq icarə haqqı hazırkı Müqavilənin ayrılmaz hissəsi xxxx “İcarə haqqının razılaşdırılması Protokolu”-nda (Əlavə 1-də) müəyyən edilmişdir.
İcarəyə verən icarə haqqı üzrə aylıq hesab-fakturaları Xxxxxxxxx təqdim edir. İcarəçi aylıq hesab-faktura üzrə icarə haqqını bank köçürmə yolu ilə ödəyir.
Hazırki Müqavilənin qüvvədə olduğu müddət ərzində icarə haqqının birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir.
Hazırki Müqavilə imzalandıqda İcarəçi ______ ay üçün xxxxx olaraq icarə haqqı ödəyir. Bundan sonra icarə haqqı icarəyə verənə hər ay ödənilir.
İcarəçinin təqsiri olmayan və ya iradəsindən asılı olmayan hallar səbəbindən torpaq sahəsinin istismar vəziyyəti pisləşdikdə və ya torpaq sahəsinin istifadəsi üzrə hər hansı müvəqqəti və yaxud daimi məhdudiyyətlər tətbiq edildikdə, həmin halların başlandığı və mövcud olduğu müddət ərzində İcarəçinin tələbilə icarə haqqları üzrə ödənişlər mütənasib qaydada azaldılmalı və ya dayandırılmalıdır.
İcarə haqqına görə hesablaşma İcarəçi və İcarəyə verən arasında ödəniş edilməli ayın ___-dən gec olmayaraq aparılır.
İcarə haqının vaxtında ödənilməməsinə görə icarəçi keçmiş hər günə görə ödənilməmiş məbləğin __% miqdarında, xxxxx borc məbləğin ___% miqdarından artıq olmamaq şərti ilə, cərimə ödəməlidir.
Tərəflərin məsuliyyəti
-
İcarəyə verənin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə İcarəyə verən İcarəçidən xxxxx şəklində aldığı icarə haqqını xxxx qaytarmalıdır.
İcarəçi Müqavilənin 4.2-ci bəndində qeyd edilən vəzifələrin yerinə yetirilməməsi nəticəsində İcarəyə verənə dəymiş maddi ziyana, o cümlədən, itirilmiş mənfəətə görə kompensasiya ödəməlidir.
Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyəti daşıyırlar.
Hazırkı Müqavilədən irəli gələn və ya ona aid xxxx hər hansı mübahisə və ya fikir ayrılığı yaxud onun şərtlərinin pozulması Tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilməlidir.
Mübahisələr 2 (iki) ay müddətində danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə Tərəflər müvafiq məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəklər.
Qarşısıalınmaz qüvvə (Fors Major)
-
Hazırkı Müqavilə bağlandığı məqamda Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.
Force Majeur halları 2 (iki) aydan artıq davam etdiyi təqdirdə Tərəflər hazırkı Müqavilə üzrə münasibətlərin davam etməyinin məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər.
Yekun müddəalar
Hazırki Müqaviləyə istənilən tərəfin təşəbbüsü ilə, qarşı tərəfə xitam vermə tarixinə 20 gün qalmış bildiriş göndərməklə, vaxtından əvvəl xitam verilə bilər.
Hazırki Müqavilənin icrası zamanı tərəflər arasında yaranan mübahisələr qanun çəçivəsində həll edilməlidir.
Müqavilə eyni hüquqi qüvvəyə xxxxx xxxx 2 nüsxədə tərtib edilir. 1 nüsxə İcarəyə verəndə, 1 nüsxə isə İcarəçidə saxlanılır.
Torpaq sahəsinin İcarəçiyə təhvil-tsəlimini sənədləşdirən “Təhvil-təslim Aktı” Müqavilənin tərkib hissəsi hesab edilir (Əlavə 1).
Tərəflərin rekvizitləri:
İcarəyə verən
_________________________ S.A.A. ŞV: AZEXXXXXXXXX verilmə tarixi____________, verən orqan_____________ Qeydiyyatda olduğu ünvan _________________________
_____________ (imza, möhür) |
İcarəçi
____________adı və ya S.A.A. (hüquqi şəхsin və ya sahibkarın) Ünvanı ___________________ Bank rekvizitləri ____________ Tel. (faks) _________________
___________ (imza, möhür) |
______ - nömrəli ____ tarixli
Torpaq sahəsinin icarəsi müqaviləsinə
əlavə N 1
Torpaq sahəsinin
TƏHVİL-TƏSLİM AKTI
Bakı ş. ___ ______________ 20__-ci il
Torpaq sahəsinin sahibi, çıxarış N_________ (çıxarışın sürəti hazırki müqaviləyə əlavə edilir) və bundan sоnra “İcarəyə verən” adlanacaq Filankəsov Filankəs Filankəs oğlu (ŞV: AZEXXXXXXXXX, verilmə tarixi____________, verən orqan_____________) bir tərəfdən,
_________________________________ əsasında fəaliyyət göstərən və bundan sоnra “İcarəçi” adlanacaq ______________________ ________________________ şəхsində digər tərəfdən hazırkı Aktı aşağıdakılar barədə imzaladılar:
_____________________________________________________________ ünvanında yerləşən (kadastr nömrəsi________________) və ümumi sahəsi ___ hektar (və ya kv.m.) xxxx mülkiyyətindəki torpaq sahəsini İcarəyə verən təhvil verir, İcarəçı isə həmin torpaq sahəsini təhvil alır.
İcarəyə götürülən torpaq sahənsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdakı kadastr nömrəsi: XXXXXXXXXXXXXXX
Torpaq sahəsinin sərhədləri hazırki müqaviləyə əlavə edilən və onun tərkib hissəsi xxxx torpaq sahəsinin kadastr planında verilibdir.
İcarəçinin torpaq sahəsinin keyfiyyətinə heç bir etirazı yoxdur.
Akt eyni hüquqi qüvvəsi xxxx iki nüsxədə tərtib edilmişdir.
Təhvil verdi: İcarəyə verən |
Təhvil aldı: Xxxxxxx |
||
__________ "20__-ci il" |
__________ "20__-ci il" |
||
|
|
||
______________ |
/_____________/ |
______________ |
/______________/ |
(imza) |
(SAA) |
(imza) |
(SAA) |
______ - nömrəli ____ tarixli
Torpaq sahəsinin icarəsi müqaviləsinə
əlavə N 2
İcarə haqqının razılaşdırılması
PROTOKOLU
Bakı ş. ___ ______________ 20__-ci il
Torpaq sahəsinin sahibi, çıxarış N_________ (çıxarışın sürəti hazırki müqaviləyə əlavə edilir) və bundan sоnra “İcarəyə verən” adlanacaq Filankəsov Filankəs Filankəs oğlu (ŞV: AZEXXXXXXXXX, verilmə tarixi____________, verən orqan_____________) bir tərəfdən,
_________________________________ əsasında fəaliyyət göstərən və bundan sоnra “İcarəçi” adlanacaq ______________________ ________________________ şəхsində digər tərəfdən hazırkı Protpkolu aşağıdakılar barədə imzaladılar:
Torpaq sahəsinin aylıq icarə haqqı ƏDV daxil olmaqla _____________ manat həcmində təyin edilir.
Hazırkı Protokol “___”____________20__-ci il tarixdən qüvvəyə minir və Müqavilənin ayrılmaz hissəsi hesab edilir.
İcarəyə verən |
İcarəçi |
||
__________ "20__-ci il" |
__________ "20__-ci il" |
||
|
|
||
______________ |
/_____________/ |
______________ |
/______________/ |
(imza) |
(SAA) |
(imza) |
(SAA) |