AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli- mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Bu sərəncamın 1-ci bəndində qeyd olunan dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2009-cu il
№ 277
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 18 may tarixli 277 nömrəli Sərəncamı ilə TƏSDİQ EDİLMİŞDİR
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” DÖVLƏT PROQRAMI
1. Ümumi əsaslar
1.1. Mövcud vəziyyət
XIX əsrin 70-ci illərində təşəkkül tapmış Azərbaycan peşəkar teatr sənəti xalqımızın milli- mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqün və dünyagörüşünün formalaşması, realist ənənələrin davam və inkişaf etdirilməsi xxxx xxxxx vəzifələrin yerinə yetirilməsi xxxxxxx mütərəqqi ideyalar tribunasına çevrilmişdir.
Hazırda respublikada fəaliyyət göstərən 26 dövlət teatrının və bu şəbəkəyə daxil xxxx digər qurumların müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlət sifarişi yolu ilə hər il teatrlarda 50- dən xxx xxxx tamaşa hazırlanır ki, bu tamaşaların da əsasını klassik və müasir Azərbaycan, eləcə də dünya dramaturqlarının əsərləri təşkil edir.
Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.
Qeyd edilənlərlə yanaşı, teatr sənətinin inkişafı ilə bağlı bir sıra problemlər də mövcuddur. Ölkəmizə Ermənistanın hərbi təcavüzü nəticəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam dövlət dram teatrları qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərirlər.
“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 fevral tarixli 1964 nömrəli Sərəncamına əsasən Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında böyük rol oynayan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının (bundan sonra - Dövlət Proqramı) hazırlanması nəzərdə tutulmuşdur.
1.2. Məqsəd və vəzifələr
Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət
edəcəkdir.
Dövlət Proqramı aşağıdakı vəzifələrin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
- yeni teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması, teatr sahəsində islahatların aparılması;
- ümumbəşəri və milli mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə inteqrasiyası təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı;
- teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi;
- kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin keçirilməsi; 1
- teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi;
- teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi;
- teatr mədəniyyətinin təbliğ olunması.
1.3. Dövlət Proqramının maliyyələşdirilməsi
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, o cümlədən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə Azərbaycan Respublikasının qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.4. Gözlənilən nəticələr
Dövlət Proqramının yerinə yetirilməsindən aşağıdakı nəticələr gözlənilir:
- milli teatr sənəti qorunub saxlanılacaq və inkişaf etdiriləcək;
- yüksək bədii dəyərli tamaşaların hazırlanması təmin ediləcək;
- teatr fəaliyyəti sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək;
- teatr müəssisələrinin maddi-texniki bazası möhkəmləndiriləcək;
- teatr şəbəkəsinin müasir tələblərə uyğun qurulması və əhalinin teatra xxxx tələbatının ödənilməsi üçün şərait yaradılacaq;
- teatr sahəsinə gənc, istedadlı və peşəkar kadrlar cəlb ediləcək;
- teatr sahəsində regionlararası, millətlərarası və beynəlxalq mədəni əlaqələrin inkişafına nail olunacaq;
- Azərbaycan teatr sənətinin dünyada layiqincə təmsil və təbliğ edilməsinə imkanlar yaradılacaq.
№ | Tədbirlərin adı | İcraçılar | İcra müddəti (illər üzrə) |
2.1. | Teatr sahəsində idarəetmənin və maliyyə- iqtisadi mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutan islahatların aparılması | Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə | 2009-2019 |
2.2. | Teatr fəaliyyətinin normativ hüquqi bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi | Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi | 2009-2013 |
2.3. | Respublika ərazisində fəaliyyət göstərən dövlət teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsi | Mədəniyyət və Turizm Nazirliyi | 2009-2019 |
2.4. | Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında və digər regionlarda, həmçinin qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarının yerləşdiyi binalarda təmir-bərpa və yenidənqurma işlərinin aparılması üçün zəruri tədbirlərin görülməsi | Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları | 2009-2019 |
2.5. | Yüksək səviyyəli nəşr və reklam məmulatlarının, dekor və geyimlərin hazırlanması işinin təşkilinin təkmilləşdirilməsi | Mədəniyyət və Turizm Nazirliyi | 2012-2014 |
2.6. | Teatr treninq mərkəzinin yaradılması | Mədəniyyət və Turizm Nazirliyi | 2014 |
2.7. | Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının orkestri üçün musiqi alətlərinin alınması | Mədəniyyət və Turizm Nazirliyi | 2009-2013 |
2.8. | Dövlət teatrlarının nəqliyyat vasitələri ilə təmin olunması üçün lazımi tədbirlərin görülməsi | Mədəniyyət və Turizm Nazirliyi | 2009-2019 |
2.9. | Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Xxxxx Teatrının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Gəncə Dövlət Dram Teatrının, Lənkəran | Mədəniyyət və Turizm Nazirliyi | 2009-2017 |
2. Dövlət Proqramının həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI
Dövlət Dram Teatrının, Şəki Dövlət Dram Teatrının nəzdində dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına studiyaların yaradılması | |||
2.10. | Teatr sahəsində təhsilin təkmilləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi | Mədəniyyət və Turizm Nazirliyi | 2009-2019 |
2.11. 2 | Müvafiq proqram, saziş və müqavilələr çərçivəsində teatr sənəti ilə bağlı xarici ölkələrdə təhsilalma və əlavə təhsilin təşkili | Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi | müntəzəm |
2.12. | Azərbaycan teatr sənəti antologiyasının hazırlanması və nəşr etdirilməsi | Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə | 2009-2012 |
2.13. | «Yeni Teatr» respublika festivalının keçirilməsi | Mədəniyyət və Turizm Nazirliyi | 2009-cu ildən başlayaraq, iki ildən bir |
2.14. | Azərbaycan teatr sənətinin müxtəlif sahələri üzrə kitabların və elektron vəsaitlərin hazırlanması | Mədəniyyət və Turizm Nazirliyi | 2009-2014 |
2.15. | Müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq xxxx praktik konfransın təşkili | Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə | 2010-2018 (iki ildən bir) |
2.16. | UNİMA-nın (Beynəlxalq Xxxxx Teatrları Assosiasiyası) iştirakı ilə xxxxx teatrı həftəsinin keçirilməsi | Mədəniyyət və Turizm Nazirliyi | 2011 |
2.17. | YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun növbəti konqresinin Bakı şəhərində keçirilməsi üçün zəruri tədbirlərin görülməsi | Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə | 2012 |
2.18. | X.X.Xxxxx adına Beynəlxalq Teatr Festivalının “A.P.Çexov festivalının ipək yolu” adlı bir mərhələsinin Bakı şəhərində keçirilməsi üçün zəruri tədbirlərin görülməsi | Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə | 2010 |
2.19. | Dövlət teatrlarında illər üzrə dövlət sifarişi yolu ilə tamaşaların hazırlanması üçün müvafiq tədbirlərin görülməsi | Mədəniyyət və Turizm Nazirliyi | 2009-2019 |
2.20. | Bakı şəhərində tanınmış teatr xadimlərinin iştirakı ilə seminarların təşkili | Mədəniyyət və Turizm Nazirliyi | 2009-2016 |
2.21. | Xarici ölkələrin tanınmış teatr kollektivlərinin | Mədəniyyət və Turizm | 2009-2019 |
Azərbaycana dəvət olunması | Nazirliyi |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın 1.2-ci bəndin ikinci hissəsinin beşinci abzasında “ixtisasartırma” sözü “əlavə təhsil” sözləri ilə əvəz edilmişdir.
2 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın 2.11-ci bənddə “stajkeçmələrin” sözü “əlavə təhsilin” sözləri ilə əvəz edilmişdir.