Şəhla İbrahimova✵
Xxxxx Xxxxxxxxxx✵
Sığorta “siyasət”indən məhkəmə qaydasında iddia qaldırılmasında
standart şərtli sığorta müqavilələrinin rolu
Annotasiya
Məqalədə sığorta müqavilələrindən məhkəmə qaydasında iddiaların qaldırılmasında sığorta müqaviləsinin standart şərtlərinin rolundan danışılmışdır. Standart şərtli müqavilə kimi sığorta müqavilələrinin bağlanmasında müqavilə azadlığı prinsipinin mahiyyətindən irəli gələn müqavilənin bağlanmasında tərəflərin bərabərliyi və müqavilə şərtlərinin müəyyən olunmasında güclərin bərabərliyi məsələləri araşdırılmışdır. Məqalədə həmçinin mövzunun mahiyyətini əhatə edən haqlı gözləntilər və contra proferentem doktrinaları və onların tətbiq olunduqları yurisdiksiyalarda məhkəmə iddialarının həllinə necə təsir göstərməsi təhlil olunmuşdur. Məqalədə dövlətin sığorta fəaliyyəti üzərindəki nəzarətinin qaldırılan məhkəmə iddialarının həllinə necə təsir etdiyini göstərməklə, məhkəmələrə bu mövzuda qaldırılan iddiaların həlli zamanı hansı müddəaların nəzərə alınmalı olduğu tövsiyə edilmişdir.
Abstract
In this article, the role of standard form contracts in enforcing claims from insurance policy analyzed. The issues about equality of parties and the lack of bargaining power on deciding the terms of contract which arises from the principle of freedom of contract and took place in the binding process of insurance policy as a standard form contract have been discussed. Doctrine of reasonable expectations and doctrine of contra proferentem which embrace the matter of subject and how they effect to the court decisions in the jurisdictions where they had been implemented is also analyzed in the article. In the article it is shown that how the governmental control over insurance industry effects to the court decisions over insurance policy and some clauses about the solution of cases on this subject which should be considered during the process recommended to the courts.
Giriş
S
ığorta müqaviləsi sığortalının müəyyən haqq ödəməsi müqabilində sığortaçının onu gələcəkdə yarana bilən hər hansı riskdən, müqavilənin tərəflərinin nəzarətindən kənar baş verə biləcək hər
hansı təhlükədən qoruması ilə bağlı razılaşmadır. Burada qoruma deyərkən baş verən sığorta halının meydana gətirdiyi zərərin qarşılığının ödənməsi başa düşülür. Müqavilədə sığorta olunan qismində çıxış edən tərəf sığorta hadisəsi baş verən zaman sığorta xxxxxx xxxx şəxsdir. Sığorta marağı sığorta olunanın sığorta müqaviləsi ilə qorunan hər hansı əmlak mənafeyinə sığorta hadisəsi baş verən zaman dəyən zərərin sığortaçı tərəfindən qarşılanacaq əvəzidir. Bu zərərin əvəzi sığortaçı tərəfindən o zaman ödənilir ki, arzu olunmayan hadisə, baş verən hal müqavilədə sığorta hadisəsi kimi nəzərdə tutulsun. Sözügedən hallar sığorta müqaviləsi bağlanarkən standart şərtlər
✵ Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 3-cü kurs, SABAH qrupu tələbəsi
şəklində müştərilərə təqdim olunur və bağlanacaq müqavilənin tərkib hissəsi sayılır. Müqavilənin standart şərtlərinin bütün müqavilələr üçün eyni və dəyişdirilə bilməyən olması, hətta müqavilənin tərəfi olaraq sığortalının həmin standart şərtləri mübahisələndirmək haqqının olmaması sığorta müqavilələrində tərəflərin qeyri-bərabərliyi prinsipinə gətirib çıxarır. Bu qeyri-bərabərlik özünü bütün müqavilələrin başlıca prinsipi xxxx müqavilə azadlığı prinsipinin pozulmasında göstərir. Belə ki, istənilən tipli müqavilənin bağlanması tərəflərin iradələrinin uzlaşmasını bəyan edir. Tərəflərin iradələri müqavilənin şərtlərini müəyyən edərkən uzlaşır. Standart şərtli müqavilələrdə bir tərəf müqavilənin şərtlərini hazırlayır, digər tərəfə isə bu şərtləri ümumiyyətlə mübahisələndirmək haqqı vermir, ya da cüzi bir hissənin dəqiqləşdirilməsi üçün imkan yaradır. Belə müqavilələrdə tərəflərin iradələrinin uzlaşması ilə yanaşı tərəflərin müqavilənin bağlanması barədə xxxx razılığı da əsas götürülür. Amma müqavilə azadlığı prinsipinin bu qədər dar çərçivəyə salınması öz təsirini bu tipli razılaşmalardan, xüsusilə, sığorta müqavilələrindən qaldırılan məhkəmə iddialarında göstərir. Beləliklə, sığorta müqavilələrinin standart şərtli olması sığortalının müqavilə azadlığı haqqını pozurmu? Bəs əgər müqavilənin standart şərtlərini müqavilənin hər iki tərəfi qarşılıqlı razılaşma əsasında müəyyən edərsə, bu problem aradan qalxarmı? Bu məsələnin həyata keçirilməsi realdırmı?
Sığorta müqaviləsinin standart şərtləri qeyd olunduğu kimi sığortaçı tərəfindən tərtib olunur. Müqavilənin şərtlərinin anlaşıqlı dildə yazılması tələb olunan əsas şərtlərdən biridir. Xxxxx müqavilənin dilinin ikimənalılığı, anlaşılmazlığı sığorta hadisəsi baş verən zaman sığorta halının müəyyən edilməsində əsas rol oynayır. Belə ki, sığortaçının hadisə baş verəcəyi təqdirdə sığorta hadisəsi sayacağı hallar müqavilənin standart şərtlərində öz əksini tapır. Ancaq hər zaman anlaşılan dildə yazılmayan bu şərtlər sığortalının haqlı gözləntilərini boşa çıxarır. Hüquqlarının bərpasını istəyən hər bir sığortalı da müqavilənin yazı dilinin anlaşılmazlığı səbəbilə məhkəməyə müraciət edir. Bəs burada əsas məsələ müqavilənin şərtlərinin yazıldığı dilin anlaşılmazlığındadır, yoxsa həmin şərtləri müqavilənin sadəcə bir tərəfinin yazmasında? Məqalədə bu sualların cavablarını araşdıracam.
I. Standart şərtli sığorta müqavilələri
Müqavilə iki və daha artıq tərəf arasında ortaq konsensusa gəlməklə əldə olunan razılaşmadır. Ənənəvi baxışda isə, müqavilə tərəflərin onun məzmununu ümumi olaraq dərketməsini vurğulamaq üçün müəyyən edilmiş “iradələrin görüşüdür”.1 Burada iradələrin görüşü kimi qeyd olunan ifadə iradələrin uzlaşması mənasını ehtiva edir. Müqavilə bağlanan zaman iradələrin uzlaşmasını tərəflər bir-birinə əks xxxx maraqlarını
1 Bu ifadə “Baltimor and Ohio R. Co. v. US” (1923) işində ABŞ Ali Məhkəməsi tərəfindən istifadə olunmuşdur.
uyğunlaşdırmaqla danışıqlar apararaq razılaşma şəklində əldə edirlər. Bu razılaşmanı təmin etmək üçün tərəflər hansı şərtin müqavilənin məzmununa daxil olmasını müzakirə edir.
Standart şərtli müqavilələr digər standart tipli əşyalar, məsələn, standart maşınlar, standart ölçülər, standart mənzillər və s. kimidir.2 Necə ki digər standart xxxx varlıqlar eyni forma və dəyişilməz xarakterlərə malikdirsə, müqavilənin standart şərtləri də müqavilənin dəyişilməz və sabit tərkib hissəsidir.
Standart şərtli müqavilələrdə müqavilənin məzmununu müqavilənin bir tərəfi yazır, digər tərəfə xxx cüzi dəyişiklik imkanı verilir və həmin tərəfin müqaviləni imzalaması ilə müqavilə bağlanmış sayılır.3 Bu tipli müqavilələrdə müqavilənin standart şərtlər yazılan hissəsi ya müqavilənin mətnində göstərilməyərək ayrıca toplu şəklində müqavilə mətnindən kənar tərtib olunur və imzalanan müqavilənin mətnindən ona göndəriş edilməklə müqavilənin tərkib hissəsi sayılır, ya da müqavilə mətnində göstərilməklə müqavilənin tərkib hissəsinə çevrilir. Standart şərtli müqavilənin məzmununu yazan tərəf onu dəfələrlə müqavilə bağlamaq üçün öz mənafeyini ən yaxşı təmin edə bilən səviyyədə yazır və müqavilənin digər tərəfini “qəbul et və ya rədd et”4 vəziyyətində qoyur. Bu vəziyyət müqavilədə tərəflərin qeyri-bərabərliyi məsələsini ortaya çıxarır, yəni tərəflərin müqavilənin məzmununun yazılmasında bərabər haqlara malik olmadığını bildirir. Müqavilə azadlığı prinsipinə nəzər yetirsək, prinsipin təmin etdiyi başlıca qaydalardan biri də odur ki, müqavilə bağlayan tərəflər müqavilənin məzmununu, şərtlərini, müqavilə mətnini müəyyən etməklə bərabər hüquqlara malikdir. Həmçinin müqavilələr hüququ da “danışıqların aparılmasında güclərin bərabərliyi” və “müqavilə azadlığı” prinsiplərini göz önünə çəkir, hansı ki bu prinsiplər standart şərtli müqavilələri xarakterizə eləmir.5 Yəni bu prinsiplər standart şərtli müqavilələrin tərtib olunmasında öz təsirini göstərə bilmir. Bununla yanaşı, bu tipli müqavilələrdə müqavilənin məzmununu tərtib edən tərəf o qədər böyük gücə sahib olur ki, müqavilə tərəfləri arasında öz “hökmran mövqeyini” bərqərar edə bilir. Nəticə olaraq müqavilənin məzmununu yazan tərəf, qarşı tərəfi “qəbul et və ya rədd et” vəziyyətində qoymaq üçün kifayət qədər gücə sahib olduqda, real müqavilə azadlığı zədələnir, müqaviləyə tərəfdar çıxan tərəf gələcəkdə müqavilənin
2 Xxxxx Xxxxxxxx, Xxxxxx Standard Form of Building Contract, s. 4 (2001)
3 Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 417
417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsi ilə müəyyənləşdirilir.
4 Xxxxx X’Xxxxxxxx, Contracts of Adhesion between Law and Economics, s. 9 (2015)
5 Xxxxxxx, Contracts of Adhesion – Some Thoughts About Freedom of Contract, 43 Colum. L. Rev 629, s. 629 (1943)
təbiətindən irəli gələn hər hansı risk baş verdikdə özü üçün yararlanacağı təminatları müəyyən etməkdə azad olmur.6 Xxxxx sözügedən azadlıq nə qədər məhdudlaşdırılsa da, “rədd et” bu tipli müqavilələrdə xxx xxxxx hallarda rast gəlinən cavabdır.7
Bəs nəyə görə mülki hüquq subyektləri bu müqavilələri bağlamaq məcburiyyətindədir? Çünki mülki hüquq subyektlərinin müqavilə azadlığı prinsipi vardır, bu prinsipdən müqavilənin məzmununu yazan tərəf onu xxxxx xxxxx öz mənafeyini ən yaxşı şəkildə müəyyən edərək istifadə edirsə, digər tərəf də əvvəlcədən məzmunu yazılmış müqavilələrin içərisindən öz mənafeyini ən yüksək səviyyədə təmin edən müqaviləni seçməklə istifadə edir. Yəni müqavilə bağlayarkən tərəflərin güddüyü mənafeni bir tərəf müqavilənin standart şərtlərini hazırlamaqla təmin edirsə, digər tərəf də öz mənafeyinə uyğun müəyyən etdiyi müqaviləni təklif edən şirkəti seçməklə təmin edir.
Bütün bunları mövzumuza tətbiq etsək, burada müqavilənin məzmununu yazan tərəf kimi sığortaçı çıxış edir. Bir sığortaçı müştəriləri ilə dəfələrlə imzalamaq üçün özü sığorta müqaviləsinin məzmununu hazırlayır. Hazırladığı şərtlərdə öz mənafeyi ilə yanaşı sığortalının mənafeyini də nəzərə almalıdır. Ona görə ki, sığorta bazarında onunla birgə bu əsaslarla müştərilərə müqavilə təklif edən rəqibləri var və hər bir müştəri, təbii olaraq, öz mənafeyinə ən xxx uyğun gələn müqaviləni təklif edən sığortaçı ilə razılaşacaq. Rəqabət şəraitinin təmin etdiyi əsaslardan biri də ən keyfiyyətli malı ən ucuz qiymətə bazarda təklif edən təsərrüfat subyektinin əmtəə bazarında üstünlüyü əldə etməsidir. Beləliklə, yaranan rəqabət şəraitində sığorta müqaviləsi bağlamaq arzusunda xxxx müştərilər ən sərfəli şərtlərlə sığortalanma təklif edən sığortaçı ilə müqavilə bağlayırlar. Belə bir rəqabət şəraitində sığortaçılar müştərilərinə əlavə hüquqlar verərək sığorta bazarında üstünlüyə nail olmağa çalışırlar, yəni müştərinin hüquqlarını öz mənafeləri ilə birgə düşünürlər. Bu şərait müştərilərin çərçivəyə salınmış hüquqlarının genişləndirilməsinə gətirib çıxarır. Ancaq bu yenə də tərəflərin müqavilə hüququnun prinsiplərindən irəli gələn haqlarının bərabərliyini tam bərpa etmir. Çünki, müştərilərə təklif olunan yeni üstünlüklər onların haqlarını nə qədər genişləndirsə də, xxxxx haqlara müvafiq olaraq sığorta haqqının da artması müqavilə bağlanan zaman tərəflərin bərabər hüquqlara malik olmadığını bir daha sübut edir. Xxxxxx belə bir qənaətə gəlmək olar ki, əgər müqavilənin məzmunu hər iki tərəfin iradəsinə müvafiq olaraq tərtib olunsa, o zaman əsl bərabərlik təmin olacaq. Yəni müqavilənin məzmununu tərəflər
6 Comment, Administrative Regulation of Adhesion Contracts in Israel s, 66 Colum. L. Rev. 1340, s. 1340 (1966)
7 Xxxxxxx, Contracts of Xxxxxxxx and the Freedom of Contract: A Comparative Study in the Light of American and Foreign Law, 36 Tul. L. Rev. 481, s. 484 (1962)
qarşılıqlı razılaşma şəklində tərtib etsələr, tərəflər arasındakı “hökmran mövqe” də aradan qalxar, müqavilə azadlığı xx xxx təmin olunmuş olar.
Bəs irəli sürülən bu ideyanın reallaşması nə dərəcədə mümkündür? Sığorta müqavilələri standart şərtli müqavilələr olduğundan və standart şərtli müqavilələrin də təbiətindən irəli gələrək, sığortaçı müqavilənin standart şərtlərini minlərlə sığortalı ilə həmin şərtli müqavilənin bağlanmasını nəzərə alaraq yazır. Bu halda sığortaçının hər bir sığortalı ilə bağlayacağı müqavilənin məzmununu qarşılıqlı şəkildə müzakirə edərək tərtib etməsi heç də real deyil. Çünki sığortaçı bağladığı minlərlə müqavilənin hər biri üçün yeni məzmun tərtib edə, yeni şərtlər müəyyənləşdirə, yeni riskləri nəzərə ala bilməz. Belə bir nizamlama ona görə mövcud deyil ki, yaranan situasiyanın mümkünlüyü ağlasığmazdır. Bu, minlərlə sığortalının hər biri ilə ayrı- ayrılıqda bağlanacaq müqavilələri ehtiva edir: minlərlə bir-birindən fərqli müqavilə, minlərlə bir-birindən fərqli şərt və minlərlə bir-birindən fərqli risk. Yarana bilən belə vəziyyət sığorta şirkəti üçün son dərəcə ağırlaşdırıcı bir hal yaratmaqla yanaşı, vəziyyətin heç də ağlabatan bir nəticə olmadığını ortaya qoyur. Ancaq bu, heç də ona dəlalət etmir ki, müqavilənin tərkib hissəsinin tərtib olunmasında hər iki tərəfin iradə bəyanının olması belə bir nəticəyə gətirib çıxarır deyə sığortaçı bu şəraitdən istifadə edərək ancaq öz mənafeyini təmin edəcək məzmunda müqavilə hazırlasın. Başqa aspektdən yanaşsaq, sığorta müqavilələrində müqavilənin tərkib hissəsini yalnız sığortaçı tərtib etdiyinə görə, bu müqavilələrdə tərəflərin müqavilə üzrə haqlarını və öhdəliklərini bir-birinə müvafiq şəkildə müəyyənləşdirmək sığortaçının üzərinə düşür. Sığortaçının burada sığortalıya təklif etdiyi haqlara uyğun müəyyən etdiyi sığorta haqqı, həm də onun özünün müqavilə üzrə yerinə yetirəcəyi öhdəliyinə görə tələb etdiyi məbləğdir. Yəni sığortalı onun sığorta müqaviləsindən irəli gələn haqlarına uyğun olaraq sığortaçı tərəfindən müəyyən edilmiş sığorta haqqını ödəyir. Bu haqlar sığorta riskinin yaranacağı təqdirdə sığortalının sığortaçı tərəfindən təmin ediləcəyi əmlak mənafeyidir. Sığortaçının sığorta müqaviləsinin məzmununu müəyyən edərkən sığortalıya təklif etdiyi əlavə haqlar isə sığorta riskinin törəyə biləcəyi halların sayının artırılmasıdır. Xxxxxx baş verdiyi və yaranan nəticənin sığorta hadisəsi sayıldığı halların sayının artırılması sığortalının hadisə nəticəsində dəyən zərərinin sığortaçı tərəfindən qarşılanması ehtimalını artırır. Bu şərait sığortalının xeyrinə olmaqla bərabər sığortaçının da əmlak mənafelərini müdafiə edir. Çünki riskli hadisələr daha geniş miqyasda nəzərdə tutulduqda sığortalı nə qədər xxx sığorta haqqı ödəyirsə, sığortaçı da sığortalının əldə etdiyi haqlarına müvafiq xxxx öhdəliklərini yerinə yetirmək üçün o qədər xxx qazanc əldə edir. Bu şərtlər altında sığorta şirkətləri arasında yaranan rəqabət şəraiti özünü təklif olunan haqların qarşılığında nəzərdə tutulan ən sərfəli sığorta haqqının müəyyən edilməsində göstərir.
II. Sığorta müqavilələrinin dilinin anlaşılmazlığı və bu kontekstə doktrinal yanaşma
Sığorta müqavilələrindən qaldırılan məhkəmə iddialarının ikinci əsas səbəbi də müqavilənin dilinin anlaşılmazlığıdır. Anlaşılmazlıq və ikimənalılıq sığorta siyasətində müqavilə məzmununun yazılmasında “sevimli” alətlər kimi istifadə olunur.8 Bu vəziyyətdə elə görünür ki, müqavilə bağlanarkən sığortaçı müştəriləri inandırır ki, müqavilə sığorta obyektinin məruz qala biləcəyi bütün riskləri əhatə edir, amma məhkəmədə iddia qaldırılan zaman məhkəməni inandırır ki, heç bir risk əhatə olunmayıb.9 Yaranan çaşqınlığın əsas səbəbi olaraq müqavilənin yazıldığı dilin anlaşılmazlığı göstərilir. Yəni yazılan müqavilənin məzmunu ilə xxxxx xxxx xxxxx sığortalı hansı hallarda sığorta obyektinə zərər dəyəcəyi təqdirdə sığortaçının dəyən zərəri qarşılayacağı hallar ilə xxxxx olur. Sonradan zərər meydana gələndə sığortaçı zərərin meydana gəldiyi halı müqavilədə sığorta halı kimi nəzərdə tutmadığını deyir. Sığorta müqaviləsi bağlananda sığortalının müqavilənin bağlanmasındakı marağı onun sığortaladığı əmlakına dəyə biləcək hər hansı itki zamanı sığortaçının ödəyəcəyi sığorta ödənişidir. Yəni sığortalı müqavilə bağlanan zaman elə fikirləşir ki, onun sığorta marağı, bağladığı müqaviləyə müvafiq olaraq sığortaçı tərəfindən təmin olunacaq. Xxxxx zərər ortaya çıxan zaman sığortaçının zərərin meydana gəldiyi hadisəni sığorta hadisəsi saymaması nəticəsində sığortalının müqavilədən irəli gələn haqlı gözləntiləri boşa çıxır.
Belə xxxx xxxxx sığorta müqavilələrindən qaldırılan məhkəmə işlərində məhkəmələr adətən sığortalının haqlı mənafelərini təmin edir. Məhkəmələr adətən bu məsələdə sığorta müqaviləsinə müqavilədən xxx istehlakçı məhsulu kimi yanaşır.10 Bir neçə il sığorta haqqı ödəyəndən və yalnız iddia yaranandan sonra sığortalı başa düşür ki, onun əldə edəcəyini fikirləşdiyi sığorta məbləği sadəcə xəyal imiş.11 Sığortalıların haqlı gözləntilərini müdafiə edən doktrina mövcuddur - haqlı gözləntilər doktrinası. Doktrina son 40 ildə Amerika Birləşmiş Ştatlarında sığorta hüququndan qaldırılan məhkəmə iddialarının həll olunmasında birbaşa təsirini göstərib. Haqlı Gözləntilər Doktrinası ilk dəfə 1970-ci illərdə doktrinanın yaradıcısı xxxx Professor Xxxxxx Xxxxxxx Harvard Hüquq Jurnalına yazdığı məqalə ilə hüquq elminə gəlmişdir. Bu doktrinanın əsas məqsədi sığortalının haqlı mənafelərini boşa çıxarmamaqdır. Yəni doktrinanın müəllifi məhkəmələri sığortalıların haqlı mənafelərini təmin etməyə çağırır. Haqlı gözləntilər doktrinası elə bir
8 Xxxxxx Xxxxxxxx, Xxxxx X. Xxxxxxxx, The Reasonable Expectations Doctrine: Understanding the Law and the Lore behind Upholding the Reasonable Expectations of Insurance Policyholders, 1 Risk Management and Insurance Review 72, s. 72 (1997)
9 Yenə orada
10 Yenə orada
11 Yenə orada, s. 73
prinsipdir ki, sığorta müqaviləsinin təfsir olunması zamanı sığortalının haqlı gözləntilərinə bir bələdçi olaraq güvənir.12 Haqlı gözləntilər doktrinası altında hətta sığorta müqaviləsində zərərin qarşılanması barədə şərt nəzərdə tutulmasa da, məhkəmələr iddianı adətən sığortalının xeyrinə həll edir.13
Kommentatorlar doktrinaya xxxx əsas 4 yanaşmanı göz önünə çəkirlər: 1) müqavilənin dilinin anlaşılmazlığı; 2) haqsız nəticədən yayınma; 3) sığortanın məqsədini irəli çəkmək; 4) üçüncü şəxslərin maraqlarının qorunması.14 Bu yanaşmalar dokrinaya istinad edərək qərar qəbul edən məhkəmələrin ona hansı yöndən müraciət etdiyini bildirir. Birinci yanaşmanın tərəfdarları xxxx məhkəmələr doktrinaya müqavilənin dilinin anlaşılmazlığından qaldırılan məhkəmə iddialarının həlli zamanı istifadə edirlər. Bu yanaşma bildirir ki, əgər sığorta müqaviləsinin dilində anlaşılmazlıq varsa, bu anlaşılmazlıq sığortaçının əleyhinə təfsir olunur. İkinci yanaşmanın tərəfdarları xxxx məhkəmələr sığortaçının müqavilənin şərtlərini ədalətli yazacağı təqdirdə sığorta müqaviləsinin aydın - anlaşılmaz olmayan dilindən imtina edirlər. Bu yanaşmaya tərəfdar çıxan məhkəmələr öz yanaşmalarını belə əsaslandırırlar ki, müqavilənin şərtləri üzərində qeyri-adi nəzarəti əldə edən sığortaçı sığorta sənayesində kritik təcrübədən və xxxxxx hərtərəfli müəyyənləşdirilməsindən xəbərdardır. Əlavə olaraq, onlar qeyd edirlər ki, sığortaçılar realizə ediblər ki, sığortalıların bir çoxu müqavilədə nəzərdə tutulan şərtləri, ümumiyyətlə, oxumurlar. Nəticə olaraq, bu yanaşmanın tərəfdarları müqavilənin şərtlərinin sığortaçı tərəfindən ədalətli və haqsız nəticələrə gətirməyən səviyyədə yazılmasını üstün tutur.15 Üçüncü yanaşmanın tərəfdarları doktrinaya, qaldırılacaq məhkəmə iddiasının həlli zamanı sığorta müqaviləsinin əsas məqsədini - riskli hadisə baş verən zaman meydana gələn zərərin qarşılanması öhdəliyini yerinə yetirmək üçün müraciət edir. Nəhayət, dördüncü yanaşmanın tərəfdarları doktrinaya, sığortalı və üçüncü şəxslərin maraqlarını qorumaq üçün müraciət edirlər. Burada üçüncü şəxslər deyərkən ailə üzvləri, işçilər və sığortalının günahsız zərərçəkənləri aiddir. Bu yanaşma adları sadalanan 4 yanaşma içərisində ona ən az müraciət olunandır.16
Haqlı gözləntilər doktrinası məhkəmələrin ona dəfələrlə müraciəti nəticəsində prinsipə çevrilmiş və 20 il istinad olunma müddəti ərzində sığorta müqavilələrindən qaldırılan məhkəmə iddialarının, 100-dən xxx məhkəmə işinin həllində əsas mənbə olmuşdur. Xxxxx 20 ildən sonra doktrinaya ABŞ məhkəmələrində istinad olunduğundan və ABŞ-ın məhkəmə sistemində presedent hüququnun əsas mənbə hesab olunduğundan doktrina yavaş-
12 Xxxxxx Xxxxxx, Insurance Law Rights at Variance with Policy Provisions, 83 Harv. L. Rev. 961,
s. 970 n.14 (1970), Xxxxx X. Xxxx-xxx birbaşa.
13 Yenə orada
14 Xxxxx X. Xxxx, The Doctrine of Reasonable Expectations in Insurance Law: What to Expect in Wisconsin, 85 Marq. L. Rev. 859, s. 886 (2002)
15 Yenə orada, ss. 8-10
16 Yenə orada, ss. 12-14
yavaş aradan qalxmış, doktrinanın əsas müddəaları contra proferentem17 doktrinasının tərkibi altına keçmişdir. Contra proferentem müqavilə hüququnun elə doktrinalarındandır ki, müqavilənin təfsir olunması zamanı, onun anlaşılmaz və ya ikili məna xarakteri daşıyan şərtləri o şərti yazan tərəfə qarşı istifadə olunmalıdır. Bu, adətən müqavilənin məzmununu onun iki tərəfindən birinin yazması hallarında baş verir. Bu hallar standart şərtli müqavilələr üçün xasdır. Bildiyimiz kimi, standart şərtli müqavilələrə sığorta müqavilələri də aiddir. Sığorta müqavilələrindən qaldırılan məhkəmə iddialarının həllində contra proferentem doktrinasını əsas götürmək olar. Amerika Birləşmiş Ştatlarının bir xxx məhkəmələrində contra proferentem doktrinası bu tipli məhkəmə iddialarının həllində baza rolunu təşkil edir. Çünki sığorta müqavilələrində müqavilənin şərtlərini yazan sığortaçı sığortalanan əmlaka zərər dəyəcəyi təqdirdə zərərin qarşılanmasını öz üzərinə öhdəlik olaraq götürür. Burada, təbii ki, sığortaçı sığorta ödənişini müəyyən etdiyi qaydalara uyğun, zərərin hansı hallarda meydana gələcəyini müəyyən etdiyi təqdirdə həyata keçirir. Xxxxx, bununla belə, sığortaçı bu hüququndan bəzən sui-istifadə edərək müqavilə şərtlərini ikimənalı və anlaşılmaz şəkildə yazır. Bir sıra məhkəmələr isə ədalətli qaydalar yazıldığı təqdirdə müqavilənin yazılma dilinin ikimənalı və ya anlaşılmaz olmasının tərəfdarıdır. Bu mənada ki, əgər sığortaçının yazdığı qaydalar tam ədalətli və sığorta müqaviləsinin bağlanma məqsədini tam əhatə edirsə, o zaman müqavilənin yazılma dilindəki mürəkkəblik və anlaşılmazlıq başa düşüləndir. Burada sığorta müqaviləsinin bağlanmasının əsas məqsədi deyərkən sığortalıya sığortaladığı əmlaka görə baş verən itkinin əvəzinin ödənilməsi başa düşülür. Bu mənada sığortaçının neçə illərin təcrübəsindən əldə etdiyi detalları, sığortalanmış əmlaka dəyən zərərin meydana gətirəyi halları sığortalının da mənafeyini düşünərək yazacağı şərtləri ən ədalətli şəkildə müqavilədə müəyyən etməsi tərəflər arasında yaranan münasibəti haqsız nəticələrə gətirməz. Yəni sığortaçının müqaviləni mürəkkəb və anlaşılmaz dildə yazıb ədalətli şərtlər qoyması, müqaviləni aydın dildə yazıb ədalətsiz şərtlər qoymasından üstün tutulur. Contra proferentem qaydası da yaranacaq problemin həlli zamanı müqavilə şərtlərini yazan tərəfin yazdığı şərtlərə görə məsuliyyətini nəzərdə tutan prinsipdir. Amma doktrinaya görə nəzərdə tutulan bu məsuliyyət yalnız müqavilənin dilinin anlaşılmazlığı və mürəkkəbliyi kontekstində yaranır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.2-ci bəndində göstərilir: “Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri- müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir”.
17 Contra proferentem terminin hərfi mənası - əşya onu təklif edən və ya irəli sürən tərəfə qarşı istifadə olunmalıdır, hüquqi mənası - təfsir məzmunu yazana qarşı yönəlməlidir, Bax Black’s Law Dictionary, s. 393 (4th edition 1968)
Digər bir tərəfdən yanaşsaq, müqaviləni bağlayacaq sığortalı müqavilənin şərtlərinin yazılmasında və ədalətliliyində sığortaçıya güvənib müqaviləni bağlayır. Müqavilə bağlanmadan da artıq öz maraqları ilə bağlı inandırılan, müqaviləyə dəvət edilən, qurulacaq müqavilənin etibarlılığına güvənən tərəf culpa in contrahendo məsuliyyəti ilə qorunur.18 Culpa in contrahendo müqaviləyə qədərki məsuliyyətdir və yaranan vəziyyətdə tətbiqi ona görə əlverişlidir ki, o, burada sığortaçının məsuliyyətini də tənzimləyir. Ona görə ki, sığortaçı da müqavilə şərtlərini müqavilə bağlanandan əvvəl yazır və onu sonradan dəyişdirmir. Həmçinin, baxmayaraq ki, sığorta müqavilələri aleator tipli müqavilələrdir,19 ancaq hansı hallarda sığortalanan əmlaka dəyən zərərin qarşısının alınacağını əvvəlcədən nəzərdə tutur.
III. Yaranan problemin həlli yolları
Araşdırmalardan da göründüyü kimi sığorta müqavilələrindən qaldırılan məhkəmə iddialarının meydana gəlməsinin əsas səbəbi müqavilənin növünün standart şərtli olmasıdır. Nəticə olaraq, standart şərtli müqavilələrdən yaranan hüquqi problemlər genişmiqyaslı sənayeni və fərdi müştəriləri təngə gətirib.20
Xarici ölkələrin praktikasından:
1) Bu münasibətdə ədalətli razılaşma əldə etmək üçün icra hakimiyyəti orqanları ekspertiza həyata keçirib və dövlət hakimiyyəti bu mövzuda istehlakçının yanındadır.21 –ABŞ
2) 1958-ci ildə İsrailin qanunverici orqanı tərəfindən standart şərtli müqavilələrdən doğan problemlərin həllinin öyrənilməsində daha effektiv üsullar təklif etmək üçün komissiya təyin olunub.22- İsrail
3) 1975-ci ildə Montpellierdə keçirilən simpoziumun nəticəsində Avropada standart şərtli müqavilələr üzərində nəzarətin milli məhkəmələr tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.23
Bir xxx dünya dövlətlərinin praktikasından müşahidənin nəticələri göstərir ki, yaranan problemin həlli yollarından ən başlıcası dövlətin bu sahədə nəzarətini qurmaq və davamlı olaraq həyata keçirməkdən ibarətdir. Yəni əgər
18 Xxxxxx Xxxxxx, Culpa in Contrahendo - Müqaviləyəqədərki Məsuliyyət, 1 Baku St. U.L. Rev. 59, s. 66
19 Aleator tipli müqavilələr elə müqavilələrdir ki, tərəflərin və ya bir tərəfin öhdəliyinin icrasına qeyri-müəyyən bir hadisənin baş verməsi nəticəsində başlanır.
20 Comment, Administrative Regulation of Adhesion Contracts in Israel, 66 Colum. L. Rev. 1340 (1966), s. 1340
21 ABŞ prezidenti Xxxxxxxx Xxxxxxxxx inzibati idarə orqanlarına tapşırığı:
-Bir tərəfdə maraq dairələri xxxxx xxxx subyektlər, digər tərəfdə marağı qarşı tərəfinkindən zəif xxxx fərdi kütlə arasında mübahisə yaranarsa, qanun qarşısında bərabərliyi təmin etmək üçün bu mübahisələrə inzibati tribunallarda baxılmalıdır.
22 Comment, Administrative Regulation of Adhesion Contracts in Israel, 66 Colum. L. Rev. 1340 (1966), s. 1344
23 EC Symposium 1975, Xxxxx X. Hondiusdan birbaşa.
bu tipli müqavilələrin bağlanması nəticəsində yaranan münasibətlərdə iştirak edən tərəflərdən biri iri bazar subyektləri, digəri isə müqavilənin bağlanmasında güddüyü marağı qarşı tərəfinkindən az xxxx fərdi şəxslərdirsə və dövlət də yaranan münasibətlərdə tərəflərin eyni səviyyədə bərabər olmadığından xəbərdardırsa, o, bərabərliyi təmin etmək naminə olmasa da, yaranan münasibətlərə nəzarəti həyata keçirərək sabitliyi təmin etməlidir. Dövlətin bu sahədə nəzarəti iri təsərrüfat subyektləri xxxx sığortaçıların fəaliyyəti, onların sığorta müqaviləsinin şərtlərini hazırlayarkən hansı müddəaları rəhbər tutması, digər tərəfin vəziyyətini ağırlaşdıracaq şərtlərin qoyulmaması üzərində aparılır.
Standart şərtli müqavilələrin müvafiq probleminə akademik yanaşma əvəzinə dövlət tənzimlənməsi məntiqi cavabdır.24 1970-ci ildə Avropa ölkələrindən yalnız İtaliyanın Mülki Məcəlləsində standart şərtli müqavilələrlə bağlı təminatlar nəzərdə tutulmuşdur. Daha sonra 1971-ci ildə İsveç, 1973-cü ildə Böyük Britaniya, 1974-cü ildə Danimarka, 1976-cı ildə Almaniya Federativ Respublikası, 1978-ci ildə Fransa və 1978-ci ildə Finlandiya bu sahədə yeni qanunvericilik aktı qəbul etdilər.25 Təqdirəlayiq bir haldır ki, Azərbaycan Respublikasının 1999-cu ildə qüvvəyə minmiş Mülki Məcəlləsində də müqavilənin standart şərtləri ilə bağlı tənzimlənmə nəzərdə tutulmuşdur. MM-in XX fəslinin 3-cü paraqrafında müqavilənin standart şərtlərinin anlayışı, onların müqavilənin tərkib hissəsinə çevrilməsi, onların qeyri-adi müddəaları və onların etibarsızlığı barədə normalar mövcuddur.
XX əsrin 70-ci illərində Avropada standart şərtli müqavilələrə məhkəmələrin nəzarəti mövcud idi. Bu nəzarət passiv nəzarət forması hesab olunurdu. Çünki əvvəlcədən müəyyən edilmiş şərtləri məhkəmələr yalnız problemlərin həlli zamanı müşahidə edə bilir, qoyulan şərtin ədalətsizliyini müəyyən etdikdə qanunverici orqanlara bu barədə məlumat verirdi. Qanunverici orqan da məhkəmələrin işin hallarından aşkar etdiyi ədalətsiz şərtlər nəticəsində yaranan problemlərin qarşısını almaq məqsədilə qanunvericilikdəki boşluqları aşkara çıxarıb bu problemləri qanunlara əlavələr etməklə həll edə bilirdi.26 Sonralar bu qanunların icrasına nəzarət üçün dövlətin xüsusi təyinatlı nəzarət xarakterli orqanları tərəfindən müqavilələrin standart şərtləri üzərində nəzarət həyata keçirilməyə başlandı.
24 Prausnitz, The Standardization of Commercial Contracts in English and Continental Law, s. 145 (1937)
25 Xxxxx X. Xxxxxxx, Unfair Contract Terms: New Control System, 26 Am. J. Comp. L. 525, s. 526 (1978)
26 Yenə orada, s. 528. Məhkəmə nəzarətinin ilkin dövrlərində iddialar nəticəsində aşkar olunmuş problemlər barədə qanunverici orqana məlumat verilmirdi. Məhkəmələr yalnız problemin yarandığı şirkətə aşkara çıxardığı ədalətsiz şərtlər barədə məhdudiyyət qoya bilirdi. O xxxxx xxxxx hüquqşünasları belə bir fikir irəli sürdülər ki, məhdudiyyət yalnız ona qarşı iddia qaldırılan şirkətə qarşı deyil, bu sahədə fəaliyyət göstərən bütün şirkətlərə qarşı qoyulsun.
Bu nəzarət növü hal-hazırda da mövcud olmaqla sığorta fəaliyyəti üzərində nəzarətin əsasını təşkil edir.
Respublikamızda mövcud problemin qarşısını almaq üçün sığorta qanunvericiliyini daha da təkmilləşdirmək, sığorta sektorunda dövlət nəzarətini gücləndirmək lazımdır. Sığorta qanunvericiliyinin sırf sığorta münasibətlərindən qaldırılan məhkəmə iddialarının qarşısının alınması yönündə təkmilləşdirilməsi sığorta nəzarətinin həyata keçirilməsində dövlətin məqsədləri ilə də üst-üstə düşür. Dövlətin sığorta nəzarətini həyata keçirməkdə məqsədi bu sahədə qeyri-bərabər xxxx xxxxx subyektlərinin bərabərliyini təmin etmək, “hökmran mövqe”də xxxx sığortaçının ədalətsiz və qanunsuz şərtlər qoymasının qarşısını almaq və bu barədə sığortalının qanuni mənafelərini qorumaqdan ibarətdir. Buna görə də sığortaçı və sığortalı arasındakı yaranmış problemlərin bir daha baş verməməsi üçün onlar arasında yaranan problemlərin nədən qaynaqlandığını araşdıraraq onların bir daha meydana gəlməsinin qarşısının qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə alınması məqsədə uyğundur.
Sığorta müqavilələrindən qaldırılan məhkəmə iddialarının həllində məhkəmələrin qəbul etdiyi qərarlar da öz növbəsində nəzarətin bir növüdür. Məhkəmələrin iddiaların həlli zamanı bərpa etdiyi ədalət iddianı qaldıran tərəfin dövlət orqanına xxxx inamının göstəricisidir. Yəni məhkəmələr iddianı təmin edərkən, hansı tərəfin xeyrinə təmin etməsindən asılı olmayaraq, qərarı tam ədalətli və tərəflərin qanuni mənafelərinə toxunmayacaq şəkildə təmin etməlidirlər. Onların qəbul etdiyi qərarlar dövlətin adından çıxarıldığına görə, qərarın ədalətliliyi də tərəflərin dövlətə inamını səciyyələndirir. Buna görə də məhkəmələrin işlərə baxılması zamanı aşağıdakı müddəaları qeydə almaları məqsədəuyğun olar:
- Sığorta müqaviləsinin şərtlərinin yazılmasını müqavilənin bir tərəfi həyata keçirir.
- Sığortalının və sığortaçının sığorta müqaviləsini bağlamaqda məqsədləri sığortalanan əmlaka dəyən hər hansı zərərin qarşılanmasıdır.
Əslində bu iki müddəa bir-biri ilə sıx bağlıdır. Sığorta müqaviləsinin şərtlərini yazanın sığortaçı olması ilə birlikdə məhkəmələr onu da nəzərə almalıdır ki, sığortaçının müqaviləni bağlamaqda məqsədi sığortalanan əmlaka dəyəcək zərərin qarşısını almaqdır. Bununla birlikdə sığortaçı, fəaliyyəti üzrə sığorta bazarındakı təcrübəsindən baş verə biləcək riskləri nəzərə alaraq müqavilənin şərtlərini yazmalıdır. Bu mənada, əgər hüquq sığortaçıya müqavilə şərtlərini təktərəfli şəkildə yazmağa icazə verirsə, deməli, ona şərtləri ən ədalətli şəkildə müəyyən edəcəyinə görə etimad edir. Bu etimadı eyni qaydada müqaviləni bağlayan sığortalı da göstərir və risk baş vermə xxxxxx sığortaçının zərəri qarşılamaması sığortalının etimadını boşa çıxarır. Buna görə də, hakimlər qərar vermə xxxxxx etimad məsələsini nəzərə
alsalar, bu həm məhkəmələrin bu sahədə daha ədalətli qərar çıxarmasına, həm də vətəndaşların dövlətə - məhkəmələrə xxxx inamının daha da möhkəmlənməsinə təkan verər. Digər tərəfdən, sığortaçı müqavilənin şərtlərini ədalətə uyğun müəyyən etməlidir. Çünki sığorta müqaviləsi standart şərtli müqavilə kimi onsuz da ağır şərtli müqavilədir, bir də şərtləri ədalətsiz olaraq müəyyən etməklə ağırlaşdırmaq vicdanlılıq prinsipinə uyğun gəlmir. Bu mənada nəzarətin bir rolu da bu halların qarşısını almaqdan ibarətdir.
Nəticə
Sığorta müqavilələrindən qaldırılan məhkəmə iddialarında müqavilənin standart şərtli olması əsas rol oynayır. Belə ki, müqavilə azadlığına əsasən tərəflərin birlikdə razılaşıb qərar verməli olduğu müqavilənin şərtlərini standart şərtli müqavilələrdə müqavilənin bir tərəfi yazır, digər tərəfin bu şərtləri ya ümumiyyətlə, dəyişdirmək imkanı olmur, ya da olsa belə xxx cüzi seçim imkanı olur. Müqavilə azadlığı prinsipinin mahiyyətindən irəli gələn müqavilə bağlanarkən tərəflərin bərabərliyi və müqavilənin şərtlərini müəyyən etməkdə bərabərlik prinsipləri standart şərtli müqavilələrdə pozulur. Müqavilənin şərtlərini müəyyən edən sığortaçı sığortalanan əmlaka dəyən zərərin baş verəcəyi halların sayını artırmaqla sığortalının əmlak mənafelərini qoruyur, xxxxx xxxxx sığorta risklərinə müvafiq olaraq sığorta haqqının da artması tərəflərin sığorta müqaviləsi bağlanarkən heç də bərabər hüquqlara malik olmadığını bir daha sübut edir. Sığortaçı artırdığı sığorta riskləri ilə sığortalının müqavilədən irəli gələn tələblərini, özünün isə öhdəliklərini artırmış olur. Xxxxx xxxxx hüquqa müvafiq olaraq sığorta haqqının da artması ilə sığortalının öhdəliyi, sığortaçının isə tələbləri artır. Yəni müqavilə azadlığı yenə də tam bərpa olunmur. Amma yenə də mülki hüquq subyektləri sığorta müqavilələrini bağlayırlar və hüquqlarının bərabər olmadığını bilə-bilə qarşı tərəfə - sığortaçıya müqavilə şərtlərinin ədalətliliyi və bağlanan müqavilə nəticəsində sığortalanan əmlaka dəyən zərərin qarşılanacağı barədə etimad göstərirlər. Sığorta hadisəsi baş verən anda zərərin ödənməməsi isə sığortalının etimadını boşa çıxarır. Sığorta bazarında baş verən belə halların qarşısının alınması üçün dövlətlər 3 nəzarət növünü həyata keçirir: 1) qanunverici - qanunda qoyulan qadağalar və tənzimləmələr vasitəsilə, 2) icraedici - qanunların icrasına nəzarət edərək, 3) məhkəmə - qaldırılan iddiaları ən ədalətli şəkildə bərpa edərək. Sığortalılar müqavilə bağlayanda sığortaçıya göstərdiyi etimadı, iddia qaldıranda məhkəməyə də göstərir. Hakimlər isə iddianı təmin edərkən gərək ilk növbədə şərtləri müqavilənin bir tərəfinin yazdığını və müqavilə bağlanarkən tərəflərin məqsədlərini nəzərə alaraq qərar çıxarsınlar.