MARJA TİCARƏTİ MÜQAVİLƏSİ
MARJA TİCARƏTİ MÜQAVİLƏSİ
– 00/M
Müqavilənin nömrəsi: 0048/M. Müqavilənin tarixi: Bağlandığı yer: Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov 27 / AZ1025
Bir tərəfdən, Nizamnamə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Xxxxxxx Xxxxxxxx tərəfindən investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi üzrə verilmiş İŞ-03 nömrəli, 12 oktyabr 2018-ci il tarixli lisenziya əsasında fəaliyyət göstərən və direktoru Xxxxxxx Xxxxxx Xxxxx oğlu şəxsində təmsil olunan “BTB Kapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Şirkət” adlandırılacaq), digər tərəfdən xxxxxxx oğlu şəxsində təmsil olunan (bundan sonra “Müştəri”, birlikdə “Tərəflər” adlandıralacaq) tərəflər aşağıdakılar barədə razılığa gəldilər.
1. Əsas anlayışlar
1.1. Marja ticarəti – investora baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alqı-satqısının təşkili üzrə investisiya xidmətidir (əməliyyatıdır);
1.2. Törəmə maliyyə aləti – hər xxxxx xxxx aktivini və ya fərq müqaviləsini almaq, satmaq, dəyişdirmək hüququnu təsbit edən müqavilədir;
1.3. Baza aktivi – qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və sair;
1.4. Likvidlik təminatçısı - müəyyən edilmiş maliyyə alətləri üzrə alış-satış qiymətlərini (kotirovkaları) müəyyən edən və ya digər təşkilata ötürərək likvidliyi təmin edən tərəf;
1.5. Fərq müqaviləsi – baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsi üzrə dəyişikliklərdən irəli gələn mənfəətin alınması hüququnu təsbit edən müqavilədir;
1.6. Fyuçers müqavilələri – əvvəlcədən müəyyənləşdirilmiş qiymətlə və həcmdə maliyyə alətini, əmtəəni, qiymətli metalları və valyutanı almaq və ya satmaq öhdəliyini ifadə edən standartlaşdırılmış xxxxx ticarət müqaviləsidir;
1.7. Opsion müqavilələri – opsion alıcısına müəyyən olunmuş tarixdə, əvvəlcədən müəyyənləşdirilmiş qiymətlə və həcmdə hər xxxxx xxxx aktivini almaq və ya satmaq hüquq verən, satıcısına isə bu sövdələşmənin icrası ilə bağlı öhdəlik yaradan törəmə maliyyə alətidir;
1.8. Opsion mükafatı – opsionu xxxx tərəfin müqavilədə əksini xxxxx şərtlər qarşılığında opsionu satan tərəfə ödəmək öhdəliyinin yarandığı komissiyadır;
1.9. Fərq müqaviləsi rolloveri - baza aktivinin müddətindən asılı olaraq açıq mövqelərin növbəti müddətə keçirilməsi prosessidir;
1.10. Svop (əməliyyatların növbəti günə keçirilməsi xərci/qazancı) – ticarət edilən valyuta və digər maliyyə alətlərinə tətbiq edilən faiz və digər buna bənzər xərclər nəticəsində Müştərinin əməliyyatlarının nəticəsinə əlavə edilən izafi gəlir və zərərləri ifadə edir;
1.11. Spred – maliyyə alətinin alış və satış qiyməti arasındakı fərqi ifadə edir;
1.12. Realizə qiyməti – opsion müqavilələrində, müqavilə mövzusunu təşkil edən alətin alış və satış hüququnun müqavilə müddəti ərzində və ya bu müddətin sonunda istifadə ediləcəyi qiymətdir;
1.13. Lot – bir sifariş üzrə baza aktivinin standart alış-satış həcmidir;
1.14. İlkin marja – baza aktivinin və ya fərq müqaviləsinin alışı və satışı üçün əməliyyat dəyərinin Müştəri tərəfindən Şirkətə ödənilən minimum məbləğidir;
1.15. Təminat marjası – baza aktivinin və ya fərq müqaviləsinin alışı və ya satışından sonra Müştəri tərəfindən Şirkətə ödənilən və baza aktivinin və ya fərq müqaviləsinin xxxx xxxxx dəyərinin faizlə hesablanan minimum məbləğidir;
1.16. Marja çağırışı – təminat marjasının minimum həddinə çatdırılması məqsədilə əlavə pul vəsaitinin qoyulması barədə Şirkət tərəfindən Müştəriyə edilən tələbdir;
1.17. Maliyyə girovu – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-23.18-ci və 1078-23.19-cu maddələri ilə müəyyən edilmiş girov növüdür;
1.18. Ticarət mövqesi – hər xxxxx xxxx aktivinin və ya fərq müqaviləsinin alınması (uzun mövqe) və ya satılması (qısa mövqe) ilə bağlı Müştəri tərəfindən tutulan mövqedir;
1.19. Bank iş günləri və saatları – Azərbaycan Respublikasının ərazisində bankların fəaliyyət göstərdiyi iş günləri və saatlardır;
1.20. Ticarət platforması – marja və törəmə maliyyə alətləri ticarətinin həyata keçirilməsi üçün Şirkət tərəfindən Müştəriyə təqdim edilən və marja ticarəti üzrə sifarişlərin Müştəridən qəbul edilməsi, eləcə də Şirkət və Müştəri arasında məlumat mübadiləsi üçün nəzərdə tutulan elektron sistemdir.
Müqavilənin predmeti.
Qiymətli kazğızlar bazarı ilə bağlı qanunvericiliyin və digər normativ xarakterli aktların tələbləri çərçivəsində valyuta, əmtəə, qiymətli kağız və digər törəmə maliyyə alətləri üzrə Müştəri tərəfindən verilən ticarət sifarişlərinin qəbul edilməsi və reallaşdırılması üçün Şirkət tərəfindən Müştəriyə göstərilən xidmətlər və bu xidmətlərin həyata keçirilməsi şərtlərindən irəli gələn qarşılıqlı münasibətlər bu Müqavilənin predmetini təşkil edir.
2. Tərəflərin hüquq və vəzifələri.
2.1. Şirkətin hüquqları:
2.1.1. Müştərinin eyniləşdirilməsi üçün tələb olunan bütün zəruri sənəd və məlumatların təqdim olunmasını Müştəridən tələb etmək;
2.1.2. Marja ticarətindən irəli gələn xidmətlərin həyata keçirilməsi ilə bağlı xidmət haqlarının və digər ödənişləri (borca alınmış pul vəsaitləri və baza aktivlərini, habelə bu pul vəsaitləri və baza aktivi üzrə nəzərdə tutulmuş faiz ödənişlərini) tam və vaxtında ödənilməsini Müştəridən tələb etmək;
2.1.3. Sifariş əsasında alınan və ya satılan baza aktivinə və ya fərq müqaviləsinə uyğun olaraq Müştəridən ilkin marja tələb etmək;
2.1.4. Müştəri üçün alınan və satılan baza aktivlərinin və ya fərq müqavilələrinin bazar qiyməti Müştəri üçün əlverişsiz istiqamətdə dəyişdikdə və dəyişikliyin həcmi həmin baza aktivi və ya fərq müqaviləsi üzrə müəyyən olunmuş təminat marjasından xxx olduqda, Müştəriyə marja çağırışı etmək;
2.1.5. Alına və satıla bilən baza aktivlərinin və ya fərq müqavilələrini müəyyən etmək və hər bir baza aktivi və fərq müqaviləsi üzrə ilkin və təminat marjasını təyin etmək;
2.1.6. Şirkət vəsaitləri hesabına və Müştəri xeyrinə alınan və ya satılan baza aktivlərini və fərq müqavilələrini, habelə bu əməliyyatların yerinə yetirilməsi üçün Müştəri tərəfindən təqdim edilən təminatları Şirkətin xeyrinə maliyyə girovu öhdəlikləri ilə yükləmək və Müştəri öz öhdəliklərini yerinə yetirmədikdə dərhal öz xeyrinə özgənininkiləşdirmək;
2.1.7. Müştəriyə edilən marja çağırışı nəticəsində Müştəri tərəfindən əlavə təminat təqdim edilmədikdə, Müştərinin ticarət mövqelərini bağlamaq və bu mövqelərin açılması zamanı istifadə edilmiş Müştəri vəsaitlərini öz xeyrinə özgəninkiləşdirmək;
2.1.8. Bu Müqavilənin predmetində qeyd olunan xidmətin göstərilməsi üçün Müştəri tərəfindən təqdim edilən sifarişlərin təqdim edilmə forması və məzmununu müəyyən etmək;
2.1.9. Alına və satıla bilən baza aktivləri və fərq müqavilələrinin qiymətini, eləcə də bu baza aktivləri və fərq müqavilələri ilə ticarətin həyata keçirilməsi ilə bağlı zəruri xxxx bütün digər məlumatların Müştəriyə təqdim edilmə forması və məzmununu müəyyən etmək;
2.1.10. Şirkət “Scalping” metodu ilə ticarət edən müştərilərinin ticarət nəticələrini ləğv etmək hüququnu özündə saxlayır. Şirkət Müştərinin “Scalping” metodu ilə həyata keçirdiyi əməliyyatlar nəticəsində uğraya biləcəyi bütün növ zərər və xərclərin təzminatını Müştəridən tələb edə bilər.
2.2. Şirkətin vəzifələri:
2.2.1. Müştərinin eyniləşdirilməsi üçün təqdim edilən bütün sənəd və məlumatları məxfi saxlamaq və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla Müştərinin razılığı olmadan üçüncü tərəflərə təqdim etməmək;
2.2.2. Marja ticarəti üzrə ilkin və təminat marjaları və marja ticarətinin həyata keçirilməsi ilə bağlı zəruri xxxx bütün digər məlumatlarla, o cümlədən baza aktivlərinin xxxx qiymətləri ilə Müştərinin rahat və operativ şəkildə ticarət platforması vasitəsilə xxxxx olması üçün şərait yaratmaq;
2.2.3. Müştəriyə marja çağırışı etmədən, onun ticarət mövqesini bağlamamaq;
2.2.4. Ticarət platformasının daim işlək vəziyyətdə saxlanılması və ticarət platformasının təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək;
2.2.5. Müştəri, adından ticarət platformasına kənar şəxslərin daxil olmasının və orada əməliyyatların aparılmasının qarşısını almaq məqsədilə ticarət platformasına daxil olarkən və ondan istifadə zamanı Müştəriyə kod və şifrə vermək və onların daxil olmasını tələb etmək, Şirkət tərəfindən zəruri hesab edilən hallarda isə Müştərinin ticarət platformasına daxil olma səlahiyyətlərini müəyyən edilməsi Müştəriyə məxsus elektron imza vasitəsi ilə, bu mümkün olmadıqda isə elektron poçt və ya SMS vasitəsi ilə həyata keçirmək.
2.3. Müştərinin hüquqları:
2.3.1. Alına və satıla bilən baza aktivlərinin, eləcə də fərq müqavilələinin siyahısı və xxxx qiymətləri, onların marja ticarəti vasitəsi ilə alınması və ya satılması şərtləri, o cümlədən hər bir baza aktivi və fərq müqaviləsi üzrə ilkin və təminat marjasının həcmi, həmin baza aktivlərinin və fərq müqavilələrinin alınması və ya satılması zamanı Şirkətin pul vəsaitlərinin və ya baza aktivlərinin borca alınması şərtləri, marja çağırışına cavab vermə müddəti və digər zəruri şərtlər barədə Şirkətdən ticarət platforması vasitəsi ilə operativ və dolğun məlumat almaq;
2.3.2. Girov öhdəlikləri ilə yüklənməmiş pul vəsaitlərini Şirkətin hesabından bank iş günləri və saatları ərzində istənilən vaxt öz hesabına məxaric etmək;
2.4. Müştərinin vəzifələri:
2.4.1. Özünün eyniləşdirilməsi üçün Şirkət tərəfindən tələb olunan bütün sənəd və məlumatları düzgün və təhrif olunnmamış şəkildə təqdim etmək, bu sənəd və məlumatlarda sonradan dəyişikliklər olduqda bu barədə Şirkəti məlumatlandırmaq;
2.4.2. Ticarət platformasından istifadə üçün ona verilmiş kod və şifrəni məxfi saxlamaq, elektron poçt və (ya) SMS vasitəsi ilə eyniləşdirilmə aparıldıqda elektron imza və SMS-lərin təsdiqi üçün nəzərdə tutulan cihazları kənar şəxslərə verməmək;
2.4.3. Bu Müqavilənin predmetində göstərilən xidmətin istifadəsindən irəli gələn xidmət haqqı və digər ödənişləri (borca alınmış pul vəsaitləri və baza aktivlərini, habelə bu pul vəsaitləri və baza aktivi üzrə nəzərdə tutulmuş faiz ödənişlərini) vaxtında və tam həcmdə ödəmək;
2.4.4. Şirkət tərəfindən edilən marja çağırışına vaxtında və tam həcmdə cavab vermək, bu mümkün olmadıqda isə Şirkətin xeyrinə girov öhdəlikləri ilə yüklənmiş baza aktivi və pul vəsaitlərini Şirkət tərəfindən özgəninkiləşdirilməsinə və marja çağırışı edilmiş ticarət mövqeyinin bağlanmasına razılıq vermək;
2.4.5. “Scalping” metodu ilə ticarət həyata keçirdikdə, Şirkətin bu metod üzrə Müştərinin ticarət nəticələrini ləğv edə biləcəyini və Şirkətin tələbi doğrultusunda bu əməliyyatlar üzrə dəymiş zərər və xərclərin təzminatını ödəməyi qəbul etmək.
3. Ticarət sifarişləri.
3.1. Ticarət sifarişləri yazılı və Şirkət tərəfindən təqdim edilən elektron ticarət platformaları vasitəsilə müştəri tərəfində Şirkətə göndərilir.
3.2. Müştəri, beynəlxalq birjaların fəaliyyət göstərmədiyi qeyri-iş günlərində verilən sifarişlərin icraya qəbul edilməyəcəyini və eyni zamanda Şirkətin iş saatlarında fors- major və texniki səbəblərdən başa verə biləcək hər hansı bir nasazlığa görə sifarişlərin icra edilməyəcəyini qəbul edir.
3.3. Müştəri, likvidlik təminatçısı qurumlarla bağlı xətalar, fövqəladə bazar halları və ya müəyyən bir maliyyə aləti üzrə likvidlik problemləri ilə əlaqədar olaraq Şirkətin təqdim etdiyi ticarət platformasındakı qiymətlərlə real bazar qiymətləri arasındakı fərqlər yarandığı təqdirdə Şirkətin gözləmədə xxxx ticarət sifarişlərini ləğv edə biləcəyini, qiymətlərini dəyişdirə biləcəyini və ya Müştəridən ticarət sifarişlərinin qəbulunu dayandıra biləcəyini qəbul edir.
3.4. Birjaların ticarətə bağlı olduğu həftə xxxx və ya qeyri iş günlərindən sonrakı ilk ticarət sesiyası bir öncəki bağlanış qiymətindən kəskin fərqlə açıla bilər. Bu hallarda
Müştəri açıq ticarət əməliyyatlarının əvvəlcədən müəyyənləşdirilmiş “stop” və “limit” qiymətlərindən fərqli qiymətə bağlanması və ya gözləmədə xxxx ticarət sifarişlərinin müvafiq sifarişlər üzrə qeyd edilmiş qiymət səviyyəsindən fərqli qiymətlə icraya qəbul edilməsi riskləri ilə qarşılaşa bilər.
3.5. Bundan əlavə fövqəladə bazar hallarında Müştərinin ticarət sifarişləri üzrə qeyd etdiyi qiymət səviyyələri mövcud olmadığı, qiymətlərin dəyişmə ardıcıllığında müəyyən boşluqlar (GAP) yarana bilər. Bu hallarda Müştərinin ticarət sifarişləri müvafiq boşluqdan sonrakı ilk sabitləşmiş qiymətlə icraya qəbul edilir.
4. Ticarət əməliyyatlarının təminatı.
4.1. Müştəri, ticarət sifarişlərinin icraya qəbul edilməsi və ya açıq əməliyyatlarının icrasının davam etdirilməsi üçün Şirkət nəzdindəki hesabında müvafiq ticarət əməliyyatlarının həcminə uyğun miqdarda təminat qorumalıdır. Müştərinin hesabında müvafiq təminat məbləğinin qorunmasını təmin etmədyi halda Şirkət Müştərinin ticarət sifarişlərinin icraya qəbul edilməməsi və ya açıq ticarət əməliyyatlarının vaxtından əvvəl ləğv edilməsi nəticəsində yaranacaq zərərli hallara qarşı məsuliyyət daşımır.
4.2. Müştəri hesabında əməliyyatlar üzrə təminat çatışmamazlığı yarandığı zaman Şirkət Müştəridən təminatın artırılmasını təmin edə bilər;
4.3. Təminatın artırılması ilə bağlı tələb müştəriyə şifahi, yazılı və ya elektron şəkildə göndərilə bilər. Müştəri tərəfindən qəbul edilib-edilməsindən aslı olmayaraq təminatın artırılması ilə bağlı tələb Şirkət tərəfindən göndərilən andan etibarən hüquqi qüvvəyə malik tələb sayılır. Müştəri, təminatın artırılması ilə bağlı Şirkət tərəfindən göndərilmiş tələbi yerinə yetirmədiyi və ya vaxtında yerinə yetirmədiyi təqdirdə Şirkət nəzdindəki hesabı üzrə yarana biləcək zərərlərə qarşı tam məsuliyyət daşıdığını qəbul edir.
4.4. Müştərinin ticarət platforması vasitəsilə icra etdiyi ticarət əməliyyatlarının təminatı avtomatik olaraq hesablanır və bu nisbətlərə Müştəri tərəfindən də birbaşa Ticarət Platforması vasitəsilə real zaman rejimində nəzarət edilə bilər. Müştəri təminatın artırılması ilə bağlı Şirkət tərəfindən göndərilən tələb və bildirişlərə müvafiq şəkildə riayət edəcəyini, bu tələblərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi ilə bağlı yarana biləcək bütün növ zərərlərə qarşı şəxsən məsuliyyət daşıdığını, bu növ zərərlərə qarşı Şirkətin hər hansı öhdəlik daşımayacağını qəbul edir.
4.5. Müştəri, əlavə təminat tələbini vaxtında yerinə yetirmədiyi və ya əməliyyat təminatını təmin etmədiyi halda hesab üzrə açıq əməliyyatlarının bir qisminin və ya bütövlükdə Şirkət tərəfindən ləğv edilə biləcəyini, əlavə təminat yerinə yetirilənədək Müştəri tərəfindən yeni ticarət əməliyyatlarının açılmasının mümkün olmaya biləcəyini qəbul edir.
5. Məsuliyyət dairəsi.
5.1. Marja ticarətinin həyata keçirilməsi zamanı baza aktivlərinin qiymətinin dəyişməsi nəticəsində əldə edilmiş zərərə görə Şirkət məsuliyyət daşımır.
5.2. Müştəriyə məlum xxxx kod və şifrədən istifadə etməklə, eləcə də Müştəriyə məxsus cihazlar vasitəsilə Müştərinin adından elektron imza etmiş və ya SMS-ləri təsdiq
etmiş kənar şəxslərin ticarət platformasına daxil olması və orada əməliyyatlar aparması nəticəsində Müştəriyə dəymiş zərərə görə Şirkət məsuliyyət daşımır.
5.3. Müştəri, iqtisadi, sosial və siyasi çaxnaşmalar, Şirkətin fəaliyyətini önəmli ölçüdə məhdudlaşdıracaq lokal və regional qarşıdurmalar, yerli və ya qlobal iqtisadi böhranlar, ticarət və maliyyə bazarları üzrə fəaliyyətə tətbiq edilə bilinəcək qadağalar, təbii fəlakətlər və fövqəladə hallar nəticəsində, eləcə də öncədən proqnozlaşdıra bilinməyən və ya Şirkətin birbaşa müdaxilə iqtidarında olmadığı digər hallarda Şirkətin bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımi səviyyədə yerinə yetirməməsinə qarşı Müştəri qarşısında hər hansı bir öhdəlik daşımayacağını qəbul edir.
5.4. Şirkət, ticarət üçün Müştəriyə təqdim edilən qiymət dəyişikliklərin müvafiq şərtlər daxilində qlobal qiymət dəyişikliklərinə maksimal dərəcədə analoji olması üçün lazımi bütün tədbirləri görür. Xxxxx, fövqəladə bazar halları və ya ticarətə təqdim edilən hər hansı maliyyə alətinin likvidliyi ilə bağlı problemlər səbəbindən Şirkət tərəfindən təqdim edilən qiymət dəyişiklikləri ilə bazardakı qiymət dəyişiklikləri arasında müəyyən fərqlər yarana bilər. Müştəri yuxarıda qeyd edilən fərqliliklərin yarana biləcəyini və bu hallarda, Şirkətin birbaşa müdaxilə iqtidarında olduğu hallar istisna olmaqla, Şirkətin Müştəri qarşısında hər hansı öhdəliyinin yaranmayacağını qəbul edir.
6. Fors-major hallar.
6.1. Qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, qanunvericilikdə dəyişiliklər və s.) nəticəsində bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar o şərtlə ki, həmin hallar Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun.
6.2. Bu halda qarşısıalınmaz qüvvənin yaratdığı halların təsirinin müddəti ərzində bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi təxirə salınır.
7. Yekun müddəalar.
7.1. Bu Müqavilə Tərəflərin özlərinin və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş səlahiyyətli nümayəndələrinin imzalandığı gün qüvvəyə minir.
7.2. Bu Müqavilənin predmetində qarşılıqlı öhdəliklərin yerinə yerinə yetirilməsi məqsədi ilə aparılan hesablaşmalar yalnız Şirkət və Müştəriyə məxsus bank hesabları vasitəsi ilə həyata keçirilir.
7.3. Tərəflər bu Müqavilə üzrə yaranmış bütün mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışırlar, bu mümkün olmadıqda isə qüvvədə xxxx qanunvericiliyə əsasən məhkəmə yolu ilə həll edirlər.
7.4. Bu Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər Müqavilənin ayrılmaz hissəsini təşkil edir.
7.5. Bu Müqavilə ən azı iki nüsxədə tərtib olunuraq Tərəflərə, zərurət yarandıqda isə Tərəflərin razılığı ilə üçüncü tərəflərə təqdim edilir.
8. Tərəflərin təsdiqi, ünvan və bank rekvizitləri
Şirkət:
Tam adı: “BTB Kapital İnvestisiya Şirkəti” ASC
Hüquqi ünvan: Bakı şəh., Xətai r-nu, Y. Xxxxxxx xxx. 27
VÖEN: 2004868781
AZN üzrə hesablaşma hesabı: XX00XXXX00000000000000000000 USD üzrə hesablaşma hesabı: XX00XXXX00000000000000000000 Bankın adı: “Bank BTB” ASC
AZN üzrə müxbir hesabı: XX00XXXX00000000000000000000
USD üzrə müxbir hesabı: 7055089122 (Raiffeisen Bank International AG) Kod: 501145
SWIFT: BBTBAZ22
Direktor Xxxxxxx Xxxxxx Xxxxx M.Y.
Müştəri:
Adı, soyadı:
Hüquqi ünvan:
Şəxsiyyət vəsiqəsi №:
Ş/V-nin etibarlılıq tarixi:
Telefon:
Tarix və imza: 16.02.2021 / /