MONTAJ SIĞORTASININ QAYDALARI
MONTAJ SIĞORTASININ QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Sığorta ilə bağlı qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
1.1. Bu sığorta qaydaları ilə sığorta şəhadətnaməsinə daxil xxxx əmlaklara, sığorta müddəti ərzində, montaj sahəsində olduqları zaman və inşaat işləri aparılarkən, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə sığorta şəhadətnaməsində(müqaviləsində) göstərilən istisnalar nəzərə alınmaqla təminat verilir.
1.2. Bu Qaydalarla müəyyən olunan sığorta növü əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aiddir.
2. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN HALLAR
Əlavə sığorta haqqı ödənməklə, aşağıdakılar sığorta təminatına daxil edilir:
2.1.Montajda istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililər;
2.2.Üçüncü şəxslərə dəyən zərərlərə görə sığortalıya keçəcək hüquqi cavabdehliklər;
2.3. Hadisə nəticəsində meydana gəlmiş uçuq və dağıntıların aradan qaldırılması üçün çəkilən xərclər;
2.4. Təminatın əhatə dairəsinə daxil xxxx səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləmənin haqqları;
2.5. Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlərin səbəb olduğu bütün növ zərər və ziyanlar;
2.6. Dörd həftədən artıq davam edən sınaq müddətində meydana gələn ziyan və zərərlər.
3. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
3.1. Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində meydana gələn ziyan və zərərlər;
3.2. Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
3.3. Səlahiyyətli orqanların sığortalanmış əmlakdan istifadə etməsi nəticəsində meydana gələn ziyan və zərərlər;
3.4. Montaj ediləcək avadanlıqların daxilində mövcud xxxx konstruksiya, detal çatışmamazlığı, material azlığı, quraşdırma və montaj səhvləri (bu istisnalar qüsurlu detal və montaj xərclərinə aıddir və bu səbəblər üzündən sığortalanmış digər avadanlıqlarda meydana gələcək ziyan və zərərlərə şamil edilmir);
3.5. Aşınma, korlanma, cürümə və paslanmalar;
3.6. Montaj məqsədilə istifadə olunan maşın, avadanlıq və dəzgahların mexaniki və ya elektrik nasazlığı, qırılmaları (bəhs olunan nasazlıq və qırılmaların digər sığortalanmış əmlaklarda meydana gətirəcəyi ziyan və zərərlər təminata daxildir);
3.7. İnventar çatışmazlıqları;
3.8. Sığortalının və ya onun adından fəaliyyət göstərən cavabdeh şəxsin qəsdən hərəkətləri və ya kobud səhvi;
3.9.Montajı başa çatmış və ya sınaq müddəti bitmiş, eləcə də sıfarişçiyə təhvil verilən və ya sifarişçi tərəfindən istifadə olunan hissələrdə birbaşa və ya dolayısı ilə meydana gələn ziyan və zərərlər;
3.10.Montajın gecikməsinə, qismən və ya tamamilə dayandırılmasına, öhdəliyin yerinə yetirilnəməsinə, müqavilənin ləğv edilməsinə və ya cərimə şərtlərinin tətbiq edilməsinə görə zərərlər də daxil olmaqla gözlənilən gəlirin itirilməsi, estetik qüsurlar kimi bütün nəticə zərərləri,
3.11.Nağd pul, qiymətli kağızlar (çek, veksel, səhm, istiqraz və s.) qaimə, sənəd, borc iltizamları və hesabat işlərilə əlaqədar bütün mühasibat sənədləri, montaj və qurğulara aid xxxx plan və layihələr.
4. SIĞORTA TƏMİNATININ MÜDDƏTİ
Təmınat müddəti, sığorta şəhadətnaməsində göstərilən başlanğıc tarixinin əsas olması şərti ilə sığorta şəhadətnaməsinə əlavə olunmuş siyahıda göstərilən avadanlıq və ləvazimatların montaj sahəsinə gətirildiyi andan başlayır və sığorta şəhadətnaməsində göstərilən başa çatma tarixində qurtarır. Xxxxx montajın bu tarixdən əvvəl qismən və ya başa çatdırılıb sifarişçiyə təhvil verildiyi hallarda, həmin hissələrlə əlaqədar təminat müddəti başa çatmış olur. Bu təminatın əhatə dairəsinə daxil xxxx və inşaat sahəsinə gətirilən və avadanlıqlar üçün nəqliyyat (xxx) sığortası vardırsa, həmin mallarla əlaqədar təminat nəqliyyat sığortası başa çatdıqdan sonra başlanır.
Təminat müddətinə, sığorta şəhadətnaməsində ayrı razılaşma olmadıqda, dörd həftəlik sınaq müddəti də daxildir. Bu zaman, istifadə olunmuş maşın və qurğuların montajı da sığortalanmış olarsa, həmin maşın və detallara sınaq müddəti təminatı verilə bilməz.
Sığortalı qurğuların bütövlükdə və ya hər hansı bir hissəsinin sınaqdan başlama tarixlərini ən azı 8 gün əvvəldən sığortaçıya yazılı olaraq bildirməlidir Montajın təminat müddəti sığorta şəhadətnaməsində göstərilən tarixdən əvvəl başa çatdıqda sınaq dövrü, müddəti dəyişdirilmədən irəli çəkilir. Ancaq montaj sığortasının təminat müddətinin sığorta şəhadətnaməsində göstərilən müddətdən əvvəl sona çatacağını, sığorta etdirən ən azı 8 gün əvvəldən sığortaçıya yazılı şəkildə bildirməlidir.
Sığorta etdirilmiş montaj işləri sığorta şəhadətnaməsində göstərilən tarixdə başa şatmazsa təminat müddəti, qarşılıqlı razılıq əsasında müəyyən edilən şərtlər və əlavə sığorta haqqı alınmaqla uzadıla bilər.
Sınaq müddəti ərzində görülən iş dörd həftə ərzində sona çatdırılmadığı halda təminat müddəti qarşılıqiı razılıq əsasında və əlavə sığorta haqqı alınmaqla uzadıla bilər.
5. SIĞORTA TƏMİNATININ HÜQUQİ QÜVVƏYƏ MİNMƏ VƏ QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
Sığorta təminatı, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində" göstərilmiş başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24.00-da başlayır və saat 24.00-da sona çatar.
6. SIĞORTALININ MƏLUMAT VERMƏ VƏZİFƏLƏRİ
6.1. Sığortaçı, bu sığorta müqaviləsini, sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərtilə təklif, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazdığı məlumatına əsasən bağlayır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya:
6.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan - br ay ərzində müqaviləni poza bilər və bu müddət ərzində bir hadisə baş verərsə, sığorta ödənişi verməyə bilər. Müqavilə şərtlərinin pozulduğu hallarda sığortaçı sığorta haqqını qaytarmamaq hüququ qazanır;
6.1.2.Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, və vəziyyət hadisə baş verməmişdən əvvəl məlum olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni
ləğv edə və ya risqin ağırlaşma dərəcəsinə uyğun olaraq həmin vaxt üçün müəyyən edilən sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərdiyi tarixdən 15 gün sonra, saat 24.00-da hüquqi qüvvəyə minir və istifadə olunmayan müddətin sığorta haqqı üçün aşağıdakı şərtlər tətbiq edilir;
- müqaviləyə, əsas montaj müddəti ərzində xitam verilərsə, istifadə olunmayan müddətə aid sığorta haqqı gün əsası ilə hesablanaraq xxxx qaytarılır. Bundan başqa, dörd həftədən davam edən sınaq müddəti təminatı vardırsa, bu müddətə aid sığorta haqqı tamamilə xxxx qaytarılır
- müqaviləyə dörd həftəlik sınaq müddəti ərzində xitam verilərsə, bu müddətə aid sığorta haqqından heç bir hissə xxxx qaytarılmır.
- müqaviləyə dörd həftədən artıq xxxx sınaq müddəti ərzində xitam verilərsə, sınaq müddətinə daxil xxxx aya aid sığorta xxxxx xxxx qaytarılmır, sonrakı ayların sığorta haqqı tamamilə xxxx qaytarılır.
6.2. Vaxtında istifadə olunmayan, ləğv etmə və ya sığorta haqqının fərqini tələb etmək hüququnu etibarsız sayılır.
6.3. Sıgortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi;
- sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
- sığortacı müqaviiəni ləğv etməyi tələb edə biləcəyi müddət ərzində;
- və yaxud ləğv etmənin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində baş verərsə, onda sığortaçı, sığorta ödənişini, sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə həqiqətdə ödənməli xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
7. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ
7.1. Müqavilə imzalandıqdan sonra sığorta olunmuş əmlakın təklifdə, təklif yoxsa, sığorta şəhadəinaməsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəylşdirilərsə, sığortalı bu haqda əgər dəyişiklik;
- özü tərəfindən və ya onun razılığı ilə başqa birisi tərəfindən həyata keçirilərsə, dərhal; Özünün razılığı olmadan başqa şəxs tərəfindən həyata keçirilərsə, vəziyyəti öyrənən kimi dərhal, hər iki halda ən geci 8 gün ərzində sığortaçıya məlumat verməlidir.
7.2. Vəziyyət sığortaçı tərəfindən öyrənildikdən sonra, sığortaçı, bu dəyişiklik müqaviləni pozmasını ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 8 gün ərzində;
- müqaviləni ləğv edə və ya,
- sığorta haqqı fərqini tələb etməklə davam etdirə bilər.
7.3. Sığortalı, 8 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğin miqdarı ilə razılaşmadığını bildirərsə, müqavilə ləğv edilmiş hesab olunur.
7.4. Sığortaçı tərəfindən müqaviləyə xitam verilməsi, sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 8 gün sonra saat 24.00-da, sığortalı tərəfindən müqaviləyə xitam verilməsi isə sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixin ertəsi qünü saat 24.00-da hüquqi qüvvə qazanır.
7.5. Müqaviləyə xitam verildiyi halda, istifadə olunmayan müddətin sığorta haqqının xxxx ödənib ödənməyəcəyi, əgər ödənəcəksə, məbləği sığortaçı tərəfindən müəyyən olunur.
Bütün hallarda, hadisənin baş vermə ehtimalının artması tarixindən sığorta şəadətnaməsinin sona çatma tarixinə qədər keçən vaxtın sığorta haqqı fərqi sığortaçıya ödənilməlidir.
7.6. Vaxtında istifadə edilməyən müqaviləyə xitam vermə və ya sığorta haqqı fərqini tələb etmə hüququ, etibarsız sayılır.
7.7. Sığortalanmış əmlakın təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrinə göstərilən yerinin və ya vəziyyətinin dəyişməsini öyrənmiş sığortaçı, sığorta haqqını qəbul edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirərsə, ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququnu itirir.
7.8. Sığortalı, sığortalı əmlakın yerinin və ya vəziyyətinin xxxxxx başvermə ehtimalını artıracaq formada dəyişidirilməsini xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq başa çatdıqdan sonra baş verən hadisələrlə əlaqədar sığortaçı tərəfindən sığorta ödənişi verilmir; xəbərdarlıq qaydaları qəsdən pozulmamışdırsa, alınan sığorta haqqı ilə alınmalı xxxx sığorta haqqı arasındakı fərq hadisəyə görə ödənilməsi nəzərdə tutulan sığorta ödənişindən çıxılır.
7.9. Dəyişiklik hadisə baş verməsinin qarşısının alınmasına kömək edərsə və daha az sığorta ahnmasını tələb edərsə, sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddət üçün sığorta haqqı fərqini gün hesabı əsas götürməklə hesabiayır və bu fərqi sığortalıya qaytarır.
Bu şərtlər sığortalıya da eyni qaydada tətbiq edilir.
8. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞDİYİ HALLAR
8.1.Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi öz hüquqi qüvvəsində qalır və sığortalının sığorta şəhadətnaməsi ilə əlaqədar bütün hüquqi yeni mülkiyyət sahibinə keçir. Bu zaman sığortalı və sığortanın mövcudluğu öyrənən yeni sahibkar mülkiyyət dəyişikliyini 15 gün ərzində sığortaçıya bildirilməlidir. Bu şərt yerinə yetirilməzsə, sığortaçı məsuliyyətdən azad olur.
8.2. Sıgortaçı dəyişikliyi, yeni sahibkar isə sığortanın mövcudluğunu öyrəndiyi tarixdən etibarən 8 (səkkiz) gün ərzində sığorta müqaviləsini ləğv edə bilərlər.
Vaxtında istifadə edilməyən ləğv etmə hüququ etibarsız sayılır.
8.3. Sığortacı tərəfindən həyata keçirilən iəğv etmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 8 iş günü sonra saat 2400-də, yeni mülkiyyət sahibi tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi günün sabahı saat 24°°-də hüquqi qüvvə qazanır.
8.4. Ləğv etmənin hüquqi qüvvə qazanacağı vaxta qədər keçən müddətin sığorta haqqı, ləğv etmə sığortacı tərəfindən həyata keçirildikdə, gün hesabı əsas götürülməklə, ləğv etmə yeni sahibi tərəfindən həyata keçirilirsə, sığortaçı tərəfindən müəyyən edilən qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ yeni mülkiyyət sahibinə qaytarılır.
8.5. Sığorta etdırilmiş əmlakın sahibi dəyişdiyi zaman mövcud sığorta haqqı borclarına görə sığortalı və ləğv etmə hüququndan vaxtında istifadə etməyən yeni mülkiyyət sahibi birlikdə cavaddehdilər.
8.6. Sıgortalı vəfat etdikdə, onun sığorta ilə əlaqədar bütün hüquq və vəzifələri heç bir edilmədən yeni mülkiyyət sahibinə (varisə) keçir.
9.SIĞORTALININ, SIĞORTA ŞƏHADƏTNAMƏSİ HÜQUQİ QÜVVƏDƏ OLDUĞU MÜDDƏT ƏRZİNDƏ VƏZİFƏLƏRİ
Sığortalı sığortalanmış montaj işlərinin material, ləvazimat, qurğu və maşınların təhlükəsizliyi və qorunması üçün lazımi tədbirlər görülməlidir.
Xxxxxxxxxxxx, istədiyi vaxt səlahiyyətli nümayəndəsi vasitəsilə sığorta etdirilmiş bina və_qurğulara nəzarət etmək və onları yoxlamaq səlahiyyəti vardır. Sığortalı bu yoxlamalara icazə verməyə və lazımi köməklik göstərməyə borcludur.
10. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ
10.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqının (ilkin hissə) ən geci sığorta şəhadətnaməsi təqdim olunan vaxt, (hissə-hissə ödənilməsi razılaşdırılıbsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən (müddətlərdə) ödənilməlidir.
10.2. Sığorta haqqı (ilkin hissə) sığorta şəhadətnaməsi təqdim olunan vaxt ödənməsə, sığortacı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində yazılır
10.3. Ardıcıl surətdə iki sığorta haqqı hissəsinin ödənmədiyi və ya hadisə baş vermədiyi hallarda hissələrin hamısı bir dəfəyə ödənir və bu şərt sığorta şəhadətnaməsində yazılır.
10.4. Sığortaçı sığorta haqqı borcunu vaxtında ödəməyən sığortalıya sifarişli məktubda borcun bir ay ərzində ödənilməyəcəyi təqdirdə müqaviləyə xitam veriləcəyini bildirir. Xxxx, göstərilən müddət ərzində də ödənilməsə, müqavilə qüvvədən düşmüş hesab edilir və sığortalı çəkilən xərcləri və ləğv olma tarixinə qədər keçən vaxt üçün gün əsası ilə hesablanan sığorta haqqının sığortaçıya ödənməsinə görə məsuliyyət daşıyır.
11. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQININ MÜƏYYƏN EDİLMƏSİ
11.1. Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği:
- montaj ediləcək dəzgah, qurğu və materialların (əgər varsa, gömrük, vergi, rüsum xərcləri də nəqliyyat və montaj xərcləri də daxil olmaqla) dəyərindən və;
- ayrıca olaraq sığorta edilibsə, montaj işlərində istifadə olunan maşın, alət və ləvazimatlar müvəqqəti montaj barakları və köməkçi tikililərin həmin dövrdəki bazar qiymətlərindən az ola bilməz.
11.2. Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğini təşkil edən əmlakların qiymətləri artarsa, sığortalı bu artımın baş verdiyini maksimum 5 gün ərzində və hadisə baş verməmişdən əvvəl yazılı şəkildə sığortaçıya bildirməlidir.
11.3. Sığorta müqaviləsinin qüvvədə olma müddətində sığorta məbləğinin 10%-dən xxx olmayan qiymət artımı sığortalanmış hesab edilir. 10%-dən xxx xxxx qiymət artımının sığortalanmış hesab edilə bilməsi üçün sığortaçının yazılı razılığı vacibdir. 10%-dən xxx xxxx qiymət artımı sığortaçı tərəfindən qəbul edilməzsə, bu cür sığortaya ilk təhlükə sığortasının şərtləri tətbiq edilir. Sığorta haqqının miqdarı sığorta məbləğindəki xxxxx nisbətinə uyğun olaraq tənzimlənir.
12. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ Sıgorta hadisəsi baş verdiyi zaman sığortalı:
12.1. Xxxxxxxxx baş verdiyini öyrəndikdən sonra, ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir;
12.2.Müvafiq mühafizə və xilasetmə tədbirlərini həyata keçirməli və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimatlara, imkan daxilində, maksimum əməl etməlidir; 12.3.Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün xxxxx xxxx və sığortalı tərəfindən təmin edilməsi mümkün xxxx məlumat və sənədləri (əsli, təsdiq edilmiş surət və ya kserosurəti) : sığortaçının tələbinə əsasən dərhal ona verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün xxxxx xxxx, qoruna bilən, müvafiq məlumat və sənədləri verməlidir.
12.4. Xxxxx və zərərin təxmini məbləğini bildirən bir məlumatı münasib vaxt ərzində sığortacıya verməlidir;
12.5. Hadisənin baş verdiyi yer və əmlaklarda, zəruri hallar istisna olmaqla heç bir dəyişiklik olunmamasını təmin etməlidir;
Sığortalı yuxandakı şərtlərə uyğun olaraq sığortaçıya məlumat verdikdən sonra montaj işinin ləngiməməsi məqsədi ilə kiçik həcmli təmir işlərini (ayrıca, təmir etmə haqda xəbərdarlığı verilməsi şərti ilə), sığortaçının səlahiyyətli nümayəndələrinin gəlməsini gözləmədən həyata keçirə bilər.
Sığortacı zərərin baş verməsi ilə əlaqədar xəbəri aldıqdan sonra 7 gün ərzində ekspertlərini hadisə yerinə göndərməzsə, sığortalı heç bir şərtə əməl etmədən zərərə uğramış hissənin təmirinə başiaya bilər.
12.6. Sığortaçının səlahiyyətli nümayəndələrinin ödəniş cavabdehliyi və məbləğini, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququnu müəyyən etmək üçün sığorta olunmuş yer və əmlaklarda, bunlarla əlaqədar sənədlər üzərində aparacaqları yoxlama və tədqiqatlara icazə verməlidir;
12.7. Sığorta olunmuş əmlaklar, eyni risklər və müddət üzrə başqa bir sığorta şirkətində də sığorta olunmuşsa, bunu sığortaçıya bildirməlidir.
13. SIĞORTA ÖDƏNİŞİNİN AZALDILMASI VƏ YA ONUN ÖDƏNİLMƏSİNDƏN İMTİNA HALLARI
Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin miqdarı artarsa, sığortaçının verəcəyi ödəniş göstərilən səbəbə görə xxxxx vəsait həcmində azaldılır.
Sığortalı hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin həcmini artıran hərəkətlər edərsə, sığorta ödənişi almaq hüququnu itirir.
14. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
14.1. Sığorta etdirilmiş əmlaklarda meydana gələn zərər və ziyanın məbləği sığorta şəhadətnaməsinə uyğun olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər razılığa gələ bllmədikləri təqdirdə, zərərin məbləği, bu sahənin işini bilən mütəxəssis mühəndislər arasından birlikdə seçilmiş ekspertlər tərəfindən müəyyən edilir:
14.2. Tərəflər, eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda hər biri ayrılıqda öz ekspertini seçir və bunu digər tərəfə bildirir. Tərəflərin ekspertləri seçildikləri tarixdən etibarən 7 gün ərzində, hadisə ilə əlaqədar tədqiqata başlamazdan əvvəl, üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəflərin ekspertlərinin razılığa gələ bilmədikləri məsələlər haqqında rəy vermək səlahiyyəti vardır. Bitərəf ekspert öz rəyini, ayrıca və ya tərəflərin ekspertlərilə birlikdə bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda təqdim olunur.
14.3. Ekspert rəylərində aşağıda göstərilməlidir:
-həm hər bir hissə üçün müəyyən ediləcək ziyan və zərərin məbləği, həm də ziyan və zərərin bilinən və ya müəyyən edilən səbəbi;
-zərərə uğramış əmlakın, hadisənin baş verdiyi tarixdən 1 gün əvvəlki həqiqi dəyəri və bərpa xərcləri;
-təmir və ya başqa hallar üçün istifadə oluna bilinəcək uçuq və dağıntıların həcmi və dəyəri.
14.4. Tərəflərdən hər xxxxx xxxx, digər tərəf məlumat verdiyi tarixdən etibarən 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert tərəflərdən birinin təklifi ilə, zərərin baş verdiyi ərazidə yerləşən, iqtisad mübahisələrinə baxmağa səlahiyyəti xxxx məhkəmə tərəfindən mütəxəssis şəxslər arasından seçilir;
14.5. Tərəflərin, bitərəf ekspertin (bu ekspert istər tərəflərin ekspertləri, istərsə də səlahiyyətli məhkəmə tərəfindən seçilmiş olsun) sığortaçının və ya sığortalı yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənardan seçilməsini tələb etmək hüququ vardır və bu tələb yerinə yetirilməlidir;
14.6. Xxxxxxx vəfat edərsə, vəzifəsindən istefa verərsə və ya rədd edərsə,. onun əvəzinə eyni şərtlərlə başqa ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən davam etdirilir.
14.7.Xxxxxxxxxxxx vəfat etməsi, təyin edilmiş eksperti vəzifə məsuliyyətindən azad etmir. Ekspertin iş qabiliyyəti ilə əlaqədar etiraz, bu şəxslərin təqdim olunduqları tarixdən etibarən 7 gün ərzində bildirilməlidir. Bu vaxt başa çatdıqdan sonra etiraz hüququ qüvvədən düşür.
14.8.Ekspertlər öz tədqiqatlarında tam sərbəstdirlər:
14.9.Ziyan və zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, zərər çəkmiş sığortalı əmlakın və onun dəyərinin müəyyən edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və yerində tədqiqatlar apara bilərlər;
14.10.Tərəflərin ekspertlərinin, yaxud üçüncü ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər buna əməl etməlidirlər. Sığortalı ekspert rəyi olmadan sığortaçıdan ödəniş tələb edə bilməz və ona qarşı iddia qaldıra bilməz.
Ekspertin rəylərinə, yalnız onun real vəziyyətindən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu rəyin ləğv edilməsi, rəyin elan olunduğu tarixdən etibarən bir həftə
ərzində hadisənin baş verdiyi ərazidə yerləşən iqtisad mübahisələrini həll etməyə səlahiyyəti xxxx məhkəmələr tərəfindən həyata keçirilə bilər.
14.11. Tərəflər, ödəniş məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir və müddət rəyin tərəflərə bildirildiyi tarixdən başlayaraq hesablanır;
14.12. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını özü ödəyir. Üçüncü bitərəf ekspertin haqqını tərəflər birlikdə ödəyirlər;
14.13. Ziyan və zərər məbləğinin müəyyən edilməsi, təminat verilən risklər, sığorta məbləği, sığorta haqqı, əmlakın dəyərindən artıq və ya əksik xxxx sığorta, sığorta məsuliyyətinin başlaması, hüquqları ləğv edəcək və məhdudlaşdıracaq səbəblərlə əlaqədar sığorta şəhadətnaməsində və qanunvericilikdə göstərilən hökm və şərtlər onların tətbiq edilməsinə təsir etmir.
15. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişinin məbləği, sığorta şəhadətnaməsinə əlavə edilmiş cədvəldə hər bir hal üçün ayrılıqda göstərilən sığorta məbləğindən və bütün hallarda ümumi sığorta məbləğindən xxx olmamaq şərti ilə aşağıdakı şərtlər daxilində müəyyən edilir.
15.1.Montaj işi ilə əlaqədar xxxx dəzgah, material və işlərdə:
15.1.1.Qismən zərər halında:
Sığorta ödənişinin məbləği, sığorta olunmuş əmlakların hadisə baş verdiyi tarixdən bir gün əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan xərclərin məbləği qədərdir. Bu xərclərə ehtiyat hissələrinin dəyəri, iş və nəqliyyat xərcləri, əgər varsa kömrük, vergi və rüsum xərcləri də daxildir. Ancaq bu cür ödəmələrin məbləği sığorta olunmuş əmlakların zərərin baş verdiyi tarixdən bir gün əvvəlki ümumi dəyərindən xxx xxx bilməz. Sığorta ödənişi məbləğindan sovtaj (istifadəyə yararlı hissələrin dəyəri) və əgər varsa, xxxx xxxx məbləği (ödəniş məsuliyyətindən azadolma nisbəti) çıxılır.
15.1.2Əmlak tam məhv olduqda:
Sığorta ödənişinin məbləği sığorta olunmuş əmlakların zərərin baş verdiyi tarixdən bir gün əvvəlki dəyərinə bərabərdir. Sığorta ödənişin məbləğindən sovtaj və əgər varsa, xxxx xxxx məbləği (ödəniş məsuliyətindən azadolma nisbəti) çıxılır.
15.1.3.istifadə olunmuş əmlaklar zərərə uğradıqda:
Ödənişin məbləği yuxarıdakı qaydada hesablanır və yeni qoyulan hissələrlə əlaqədar köhnəlmə nisbəti nəzərə alınır.
15.2.Əlavə razılaşma ilə sığorta təminatı verilən hallarda:
15.2.1.Montaj işləri üçün istifadə olunan dəzgah, alət və materiallarda; Zədələnmə halında:
Sığorta ödənişinin məbləği, əgər varsa, kömrük, vergi və rüsum ödəmələri də daxil olmaqla, ehtiyat hissələrinin dəyərinə, nəqliyyat xərclərinə, sökülmə və quraşdırılma üçün çəkilən xərclərə uyğun olaraq müəyyən edilir. Yeni ehtiyyat hissələri alınarsa, bu zaman köhnə və yeni ehtiyyat hissələri arasında qiymət fərqi nəzərə alınır. Sığorta ödənişin məbləğindən sovtaj və əgər varsa, xxxx xxxx məbləği çıxılır.
Əmlak tam məhv olduqda:
Sığorta ödənişinin məbləği sığorta olunmuş əmlakların zərərin baş verdiyi tarixdən 1 gün əvvəlki dəyərinə bərabərdir. Sığorta ödənişin məbləğindən sovtaj və əgər varsa, franşiza (ödəniş məsuliyyətindən azadolma nisbəti) çıxılır.
15.2.2.Uçuq və dağıntıların aradan qaldırılması üçün çəkilən xərclər.
Sığorta ödənişinin məbləği zərərin baş verdiyi ərazinin təmizlənməsi üçün çəkilən xərclərdən ibarətdir və onun maksimum həddi sığorta şəhadətnaməsində göstərilir.
15.2.3. Sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşınma xərcləri və normadan artıq işləmələrin haqqları:
Sığorta ödənişin məbləği bu məqsədlə çəkilən xərclərdən ibarətdir və onun maksimum həddi sığorta şəhadətnaməsində göstərilir.
15.3.Zədələnmə halında həyata keçirilən müvəqqəti təmir xərcləri, tam təmir xərclərini azaldarsa, bu xərclər sığortaçı tərəfindən qəbul edilir.
15.4.Zədələnmə halında 15.1. bəndində göstərilən şərtlərə uyğun olaraq hesablanan sığorta ödənişinin məbləği sığorta etdirilmiş əmlakın baş verdiyi tarixdən bir gün əvvəlki dəyərindən xxx olarsa, sığorta ödənişi tam məhv olma ilə əlaqədar 15.2. bəndində göstərilən şərtlərə uyğun olaraq ödənilir.
15.5.Zərər zamanı sığorta məbləğinin əmlakın sığorta dəyərindən az olduğu müəyyən edilərsə, sığorta ödənişi, sığorta məbləği ilə sığorta edilməsi tələb olunan məbləğ arasındakı nisbətə uyğun olaraq ödənilir.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
Sığortaçı, hadisə nəticəsində zərər çəkmiş əmlakı təmir etdirə, yenisi ilə əvəz edə və ya dəymiş zərərin məbləğini nağd pulla ödəyə bilər.
16.1. Müştərək sığorta zamanı, ödəniş, sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq müəyyən edildikdən sonra, sığortaçı, ümumi sığorta zərər məbləğində özünün iştirak payına uyğun olaraq sığorta ödənişi həyata keçirir.
Ancaq sığorta şəhadətnamələri arasında xüsusi mahiyyət və şərtlərə malik olanları vardırsa, sığortaçıların ödəniş payları müəyyən edilərkən bu hallar və öhdəliklərin şərtləri nəzərə alınır.
16.3.Sığortalanmış əmlaklardan müəyyən hissəsinin zədələnməsi zamanı zərər həmin hissəyə aid xxxx sığorta məbləği həcmində ödənir və sığorta müddəti ərzində zədələnməyə görə veriləcək ödənişlərin ümumi məbləği, həmin hissəyə aid ümumi sığorta məbləğindən xxx xxx bilməz.
17. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
17.1 .Sığortaçı sığorta ödənişinin məbləği müqabilində sığortalının günahkar şəxslərə qarşı iddia qaldırmaq hüququna sahib olur. Sığortaçı hər hansı bir iddia irəli sürərsə, bu iddia məsələsini aydınlaşdırmaq üçün xxxxx xxxx və əldə edilməsi mümkün xxxx sənədləri və məlumatları sığortalı ona mütləq təqdim etməlidir.
17.2. Sığorta hadisəsinin baş verməsi nəticəsində əmlak tam məhv olarsa, sığorta təminatı sona çatmış hesab olunur. Zədələnmə halında isə, sığorta məbləği, hadisə baş verdiyi tarixdən etibarən, verilən ödəniş məbləği qədər azaldılır.
17.3. Sığorta məbləği, sığorta şəhadətnaməsində müxtəlif vahidlər (növ və qrup) halında göstərilərsə və bu vahidlərdən (növ və ya qruplardan) biri və ya bir neçəsi tamamilə zərərə uğrayarsa, həmin vahidlərə (növ və ya qruplara) aid xxxx sığorta təminatı hadisənin baş verdiyi tarixdə sona çatar. Zədələnmə halında isə hər bir vahid (növ və ya qrup) üçün müəyyən edilmiş sığorta məbləği, zərərin baş verdiyi tarixdən etibarən, verilmiş sığorta ödənişinin məbləği qədər azaldılır.
17.4. Sığorta məbləğinin azalması hallarında, hadisənin baş verdiyi tarixdən etibarən gün hesabı əsas götürülməklə və əlavə sığorta haqqı alınmaq şərtilə sığorta məbləği əvvəlki həcminə qədər artırıla bilər.
17.5. Zədələnmə halında, tərəflərin sığorta müqaviləsinə xitam vermək hüququ vardır. Sığortaçı xitam vermə hüququndan ödəniş verməmişdən əvvəl istifadə edə bilər.
17.6. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda məktub vasitəsi ilə sığortalıya məlumat göndərildiyi tarixdən hesablanmaqla 15 gün sonra saat 24.00-da hüquqi qüvvəyə minir və ləğv etmənin hüquqi qüvvə qazandığı vaxta qədər keçən müddətin sığorta haqqı üçün aşağıdakı şərtlər tətbiq edilir:
- Ləğv etmə, əsas montaj müddəti ərzində olarsa, istifadə olunmayan müddətə aid sığorta haqqı gün hesabı əsası ilə hesablanaraq xxxx qaytarılır. Əlavə müqavilə bağlanmaqla dörd həftədən artıq xxxx sınaq müddəti təminatı vardırsa, bu müddətə aid sığorta haqqı tamamiylə xxxx qaytarılır.
- Ləğv etmə, dörd həftəlik sınaq müddəti ərzində baş verərsə, bu dörd həftəlik müddətə aid sığorta haqqından heç bir hissə xxxx qaytarılmır. Dörd həftədən artıq xxxx müddətin sığorta haqqı tamamilə xxxx qaytarılır.
- Ləğv etmə, dörd həftədən artıq xxxx sınaq müddəti ərzində baş verərsə, sınaq müddətinə aid xxxx ayın sığorta haqqından heç bir hissə xxxx qaytarılmır, ondan sonrakı aylara aid sığorta haqqı isə tamamilə xxxx qaytarılır.
Sığortalı tərəfindən həyata keçirilən ləğv etmə zamanı, bu ləğv etmə, sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi günün sabahı saat 24.00-da hüquqi qüvvə qazanır və istifadə olunmayan müddətin sığorta xxxxx xxxx qaytarılmır.
18. MÜLKİYYƏT HÜQUQUNUN VERİLMƏSİ
Əlavə razılaşma yoxdursa, zərər dəymiş əmlakların mülkiyyət hüququ sığortaçıya verilir.
19. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI
Sığorta müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə digər tərəfin 30 (otuz) gün əvvəlcədən sığorta müqaviləsində göstərilmiş ünvana yazılı xəbərdarlıq göndərildikdən sonra xitam verilir.
Sığorta müqaviləsinə Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi şərtlərini pozması ilə bağlıdırsa o, sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır.
Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi şərtlərini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
20. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI
20.1.Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
20.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya digər faydalanan şəxsin sığortaçıya ünvanladığı yazılı sığorta tələbi;
20.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı səlahiyyətli(aidiyyatı) dövlət orqanının hadisə barədə təqdim etdiyi müvafiq sənəd(lər);
20.1.3. ixtisaslaşmış və səlahiyyətli qurum tərəfindən zərər məbləğini təsdiqləyən rəsmi sənəd;
20.1.4. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun sığorta ödənişini almaq üçün təyin edilən nümayəndəsinə verilmiş müvafiq etibarnamə;
20.1.5. montaj sxeminin surəti;
20.1.6. sığorta olunanın sığorta predmeti üzərində sahibliyinin və/və ya istifadəsinin qanuna uyğunluğunu təsdiq edən müvafiq sənədin surəti;
20.1.7. sığorta olunan sığorta predmetinin mülkiyyətçisi olmadıqda, sığorta predmeti üzrə sərəncam hüququnu təsdiqləyən sənədin surəti.
21. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
21.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət
orqanlarına hər hansı vasitə ilə xəbər verməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
21.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
21.3. Müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
21.4. Sığortalının zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
21.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi
21.6. Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
21.7. Sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
21.8. Baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
22. MƏLUMATVƏ XƏBƏRDARLIQLAR
22.1.Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya sığorta müqaviləsinin imzalanması işinə vasitəçilik edən agentliyə sifarişli məktub vasitəsi ilə bildirilir.
22.2.Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana, eyni formada çatdırılır.
22.3.Tərəflərə, imza müqabilində şəxsən təqdim edilən məktublar və ya teleqramlar vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar da sifarişli məktub vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
22.4.Hadisənin baş verməsi və ya təmir işlərinə başlanması ilə əlaqədar məlumatlar mütləq qabaqcadan teleqramla bildirilməlidir.
23. KOMMERSİYA VƏ İŞ SİRRLƏRİNİN QORUNMASI.
Sığortaçı, sığortalıya aid öyrənəcəyi bütün kommersiya və iş sirrlərini gizli saxlamaması səbəbindən ona dəyəcək zərərə görə məsuliyyət daşıyır.
24. MƏHKƏMƏ AİDİYYƏTİ
Sığorta şəhadətnaməsi ilə əlaqədar meydana çıxacaq fikir ayrılıqları sığortaçının əleyhinə xxxx iddialar zamanı sığortaçının və ya müqavilənin imzalanmasına vasitəçilik edən agentliyin yerləşdiyi və yaxud hadisənin baş verdiyi ərazidəki, sığortalının əleyhinə xxxx iddialar zamanı isə sığortalının yaşadığı ərazidə iqtisadi mübahisələri həll etməyə səlahiyyəti xxxx məhkəmə tərəfindən həll olunur.
25. İDDİA MÜDDƏTİ
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
26. XÜSUSİ ŞƏRTLƏR
Bu qaydalarla və əgər varsa əlaqədar izahatlarla (kloz) ziddiyyət təşkil etməməsi şərtilə xüsusi şərtlər qəbul oluna bilər.