KOMPLEKS BANK XİDMƏTİ MÜQAVİLƏSİ
KOMPLEKS BANK XİDMƏTİ MÜQAVİLƏSİ
(məsafədən bank xidmətlərinin göstərilməsinə dair)
1. Ümumi müddəalar.
Bu müqavilə banka gəlmədən elektron sənəd mübadiləsi yolu ilə Bank Respublika ASC-nin müştəriyə təklif etdiyi Bank xidmətləri ilə bağlı tərəflərin hüquq və vəzifələrinin yaranmasına və onlara xitam verilməsinə dair münasibətləri tənzimləyir və tərəflərin iradə ifadəsini elektron sənəd mübadiləsi yolu ilə bildirdiyi müqavilədir.
2. Müqavilədə istifadə olunan anlayışlar.
2.1. Bank - Bank fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 83 xxxxx Lisenziyaya xxxxx xxxx “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti.
2.2. Öz Müştərini Tanı Xxxxxx (ÖMTA)- bank xidmətlərinin göstərilməsi üçün müştəri tərəfindən təsdiq edilərək banka təqdim edilmiş, müştərinin şəxsi məlumatlarını özündə əks etdirən sənəd.
2.3. Xxxxxxx - XXXX-da şəxsi məlumatları qeyd olunmaqla banka müraciət etmiş fiziki şəxs.
2.4. Müraciət – Müştəri tərəfindən elektron sənəd dövriyyəsi vasitələri ilə identifikasiya məlumatlarından istifadə etməklə və/və ya Banka yaxınlaşmaqla Bank xidmətlərindən istifadə edilməsinə dair iradə ifadəsi.
2.5. Bank Xidmətləri – Bank tərəfindən bu müqaviləyə əsasən təklif edilən aşağıdakı məhsullar:
Qeyri-kredit məhsulları:
• Bank hesabının açılması, aparılması, bağlanması və bank hesabı üzrə əməliyyatların icra edilməsi;
• Ödəniş kartların əldə olunması və istifadə edilməsi;
• Əmək haqqı və korporativ kartların əldə olunması və istifadə edilməsi;
• Bank Seyfinin icarəsi;
• İnkassasiya xidmətlərinin təşkili;
• Depozit-əmanət;
• Törəmə maliyyə alətləri ilə əməliyyat.
Kredit məhsulları:
• Kreditlərin verilməsi;
• Kredit limitinin açılması;
• Kredit xəttlərinin açılması (Plastik kart vasitəsi ilə);
• Taksit əməliyyatları;
• Kredit xəttlərinin açılması;
• Overdraft;
• Qarantiya;
• Akkreditiv;
• İnvoysun diskontlaşdırılması;
• Faktorinq.
Bankın məhsul və xidmətlərinin təqdim edilməsi və tərəflərin hüquq və vəzifələrinin yaranması, müştərinin bu müqavilənin 20-ci bəndinə müvafiq olaraq müraciəti və həmin xidmətlərə dair Razılaşmanın müştərinin şəxsi imzasına bərabər hesab edilən şəxsi imzanın digər analoqundan və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə iradə ifadəsinin bildirilməsi və/və ya Banka yaxınlaşmaqla təsdiqi yolu ilə həyata keçirilir.
2.6. Razılaşma – ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə, bu müqavilənin 20-ci bəndində qeyd edilmiş prosedura riayət etməklə tərəflərin iradə ifadəsinin bildirilməsi, habelə gücləndirilmiş elektron imza və ya Banka yaxınlaşaraq əl imzası ilə imzalanmış müqavilə. Müştəri tərəfindən bu müqavilənin 2.5-ci bəndində qeyd edilmiş xidmətlərin alınmasına dair Banka bu müqavilənin 20-ci bəndində qeyd edilən prosedura uyğun olaraq xidmət platformasındakı vasitələrdən biri və ya bir neçəsi ilə edilən müraciət və həmin müraciətə uyğun olaraq Bankın razılığı əsasında xidmətlərin təqdim edilməsi Müştəri ilə Bank arasında müvafiq xidmətlərə dair Razılaşmanın bağlanması hesab edilir.
2.7. Bank hesabı – müştərinin müvafiq müraciətinə əsasən açılan xxxx, əmanət, müvəqqəti və kart hesabları.
2.8. Xxxx hesab - hesaba daxil xxxx pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamları yerinə yetirmək üçün açılan bank hesabı.
2.9. Əmanət hesabı – pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi, əmanətlərinin uçotu və müvafiq əməliyyatların aparılması üçün açılan hesab.
2.10. Kart hesabı - kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan xxxx bank hesabı.
2.11. İcarəçi – Bankdan Bank seyfini müvəqqəti olaraq icarəyə götürmüş müştəri (rezident fiziki şəxslər).
2.12. Seyf - İcarəyə verilən və yüksək mühafizə əlamətlərinə xxxxx xxxx metaldan hazırlanmış bağlanan dolab.
2.13. Açar - Seyfin kilidini açan unikal quruluşa malik, təhvil-təslim aktı ilə “İcarəçi”yə verilən və İcarəçidə qalan fərdi açar.
2.14. Master açar - Seyfin kilidini açan unikal quruluşa malik və Xxxxxx saxlanılan açar. Depozitari seyflərin saxlanıldığı və xüsusi mühafizə sistemi,o cümlədən barmaqlıqlı vəzirehli qapılar ilə təchiz edilmiş Bankın sahəsi.
2.15. Saxlanc predmeti - İcarəçinin saxlamaq üçün seyfə qoyduğu pul vəsaitləri, qiymətli kağızlar, qiymətli metallar, daş- qaşlar və onlardan hazırlanmış ləl-cəvahirat,digər qiymətlilər, sənədlər və s. predmetlər.
2.16. İnkassasiya – müştəriyə məxsus pul vəsaitinin bir təyinat nöqtəsindən digərinə daşınması.
2.17. Törəmə maliyyə alətləri ilə əməliyyat – müvafiq razılaşmalara əsasən müəyyən edilmiş tarixdə və təsbit edilmiş məzənnədə xarici valyutanın alışına və/və ya satışına dair Opsion və/və ya Hedcinq əməliyyatları.
2.18. Əmanət – müştərinin müraciəti və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətə Banka qoyulmuş pul vəsaitidir.
2.19. Əmanətçi – bank hesabının sahibi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq fəaliyyət qabiliyyətinə xxxxx xxxx Azərbaycan Respublikasının vətəndaşı, xarici vətəndaş və ya vətəndaşlığı olmayan fiziki şəxsdir.
2.20. İşçi — müştəri ilə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
2.21. Ödəniş kartı (bundan sonra - kart) - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti. Bank tərəfindən verilən kart Bankın mülkiyyətidir və Bank tərəfindən bu müqavilə ilə müəyyən edilmiş müddətə müvəqqəti istifadə üçün verilir. Kartdan istifadə bu müqavilə, Azərbaycan Respublikası qanunvericiliyi və kartın buraxılması və istifadə edilməsinə dair kart sahibi ilə bağlanmış və beynəlxalq ödəniş sistemi (“Visa International / MasterCard Worldwide” və s.) qaydaları ilə tənzimlənir.
2.22. Korporativ kart - nağd pul vəsaitinin əldə edilməsi və ödənişlərin aparılması məqsədilə fiziki şəxsin kart hesabında xxxx pul vəsaitlərindən istifadə etmək üçün onun nümayəndəsinə (işçisinə) verilən kart.
2.23. Kart istifadəçisi - Bank ilə Müştəri arasında bağlanmış müqaviləyə uyğun olaraq adına kart hesabı açılmış və müvafiq kart üzrə sərəncam vermək hüququ xxxx şəxs.
2.24. Kredit – müvafiq razılaşmalara uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.
2.25. Kredit limiti - əsas kredit limiti razılaşmasından irəli gələn və həmin kredit limiti razılaşmasında qeyd olunmuş, müddətə və faizlər ödənilmək şərti ilə təminatla və ya təminatsız, xxxx qaytarıldıqdan yenidən Bankın razılığı ilə istifadə edilə bilən (bərpa olunan) müəyyən məbləğdə borca verilən pul vəsaitidir.
2.26. Əsas kredit limiti razılaşması - Bank tərəfindən Müştəriyə razılaşmalarla veriləcək (ÖMTA qeyd edilmiş şəxsi imzanın digər analoqu, elektron imza və ya yazılı imzalanmaq yolu ilə) kreditlər üzrə tərəflər üçün hüquq və öhdəliklər müəyyən etməklə kreditlərin verilməsini və ödənilməsini tənzimləyən müqavilə.
2.27. Kredit xətti – müvafiq razılaşmalara uyğun olaraq kredit xətti razılaşmasında qeyd edilmiş müddət və məbləğ həddində yenidən Bankın razılığı ilə istifadə edilə bilən (bərpa olunan) kreditdir.
2.28. Overdraft - Müştərinin bank hesabında vəsaitin olub-olmamasından asılı olmayaraq müvafiq razılaşmaya əsasən müəyyən edilmiş müddət ərzində xxxx qaytarılması şərti ilə müvafiq məbləğədək vəsaitin (kreditin) müştəri tərəfindən istifadəsinə yaradılan şəraitdir.
2.29. Qarantiya – Müştərinin müraciətinə əsasən Bank tərəfindən müştərinin Benefisiarına (Müştəri ilə bağlanmış müqaviləyə əsasən (alqı-satqı, xidmət və s.) müştəridən həmin müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququna xxxxx xxxx şəxs) təqdim edilən Bank zəmanətidir.
2.30. Akkreditiv – Müştərinin müraciətinə əsasən müştərinin Benefisiarına (Müştəri ilə bağlanmış müqaviləyə əsasən (alqı- satqı, xidmət və s.) müştəridən həmin müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququna xxxxx xxxx şəxs) müvafiq razılaşmada qeyd edilmiş müəyyən məbləğdə və müddətdə təqdim edilən Bank öhdəliyidir.
2.31. İnvoysun diskontaşdırılması – Müştərinin icrası müvafiq sənədlərlə təsdiqlənən məhsul və ya xidmət üzrə üçüncü şəxslərə qarşı xxxx pul tələb(lər)inin (invoysların) Bank tərəfindən qəbul edilərək maliyyələşdirilməsidir.
2.32. İnvoys - Müştəri ilə üçüncü şəxslər arasında alğı-satqı və xidmət müqavilələrinin bağlanmasını təsdiq edən və həmin müqavilələr üzrə ödənilməli xxxx məbləği və müddəti özündə əks etdirən pul tələbinə dair sənəddir.
2.33. Xxxxxxxxx – Müştərinin üçüncü şəxslərə qarşı xxxx pul tələb(lər)inin Banka güzəşt edilməsi müqabilində Müştərinin maliyyələşdirilməsidir.
2.34. Elektron sənəd mübadiləsi - yazılı informasiya sistemində elektron formada təqdim edilən elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesi.
2.35. Elektron sənəd – şəxsi imzanın analogundan (Elektron (Asan) imza, müştərinin müvafiq Bank xidmətlərindən istifadə niyyəti ilə bağlı istənilən hərəkət və s.) istifadə etməklə təsdiq olunmuş müqavilə, saziş, razılaşma, ərizə və s. istənilən məzmunlu əqd.
2.36. Elektron sənəd dövriyyəsi vasitələri - elektron sənəd mübadiləsində istifadə olunan Bank proqramları, texniki vasitələr, texnologiyalar və elektron cihazlar.
2.37. Elektron cihaz - kompüter, telefon, mobil telefon, smartfon, ATM (bankomat- kartlarla nağd pulun verilməsi üçün istifadə olunan bank avtomatlarıdır), özünə xidmət (ödəniş) terminalları və bu məqsədlə istifadə edilə bilən istənilən digər elektron cihaz nəzərdə tutulur.
2.38. Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli xxxx, yalnız imza sahibinə məxsus olmaqla əlaqəli olduğu imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir.
2.39. Elektron xidmət - identifikasiya məlumatlarından istifadə etməklə bank xidmətlərinin alınması, müvafiq əməliyyatların aparılması və/və ya müəyyən məlumatların verilməsi, müraciətlərin (ərizələrin) emalı ilə bağlı internet, elektron poçt, mobil applikasiyalar (qoşulmalar), SMS və ya digər elektron sənəd dövriyyəsi vasitələri ilə məsafədən bankın təklif etdiyi Bank xidmətləri nəzərdə tutulur.
2.40. SMS (Short Message Service) – qısa mətnli məlumatların göndərilməsi və qəbul edilməsi imkanı verən texnologiya.
2.41. İdentifikasiya məlumatları - ÖMTA-da əks olunmuş şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsi, mobil nömrəsi, elektron poçt ünvanı, bank xidmətlərindən istifadə üçün nəzərdə tutulmuş, müştərinin istifadəsində xxxx fərdi istifadəçi adı (login), parol (password), giriş kodu, təhlükəsizlik şifrəsi, təsdiq SMS şifrəsi, Ödəniş kartının ŞEN-i, elektron imza və qanunvericiliklə nəzərdə tutulmuş müştərini eyniləşdirməyə imkan verən digər bu kimi məlumatların ayrı-ayrılıqda və/ və ya birgə istifadəsi nəzərdə tutulur. İdentifikasiya məlumatları müştərinin öz əl imzasının analoqu kimi qəbul olunur və həmin məlumatlar müştəri tərəfindən Bank xidmətlərinin məsafədən (Bank yaxınlaşmadan) də alınması üçün istifadə olunur.
2.42. Şifrə - İnternet (Elektron) Bank Xidmətindən istifadə zamanı müştərinin eyniləşdirməsi üçün istifadə olunan simvolların unikal ardıcıllığı.
2.43. Məlumat daşıyıcısı – İnternet Müştəri Sisteminə daxil olmaq üçün istifadə edilən açar, login, şifrə.
2.44. İnternet Müştəri Sistemi – müştərinin məlumat daşıyıcısından istifadə etməklə daxil olduğu və İnternet Bank Xidmətlərinin aparılması üçün istifadə edilən baza.
2.45. Tariflər – Bankın göstərdiyi xidmətlərə görə Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd olunan və Müştəri tərəfindən ödənilməli xxxx məbləğlər: komisyon haqları, cərimələr, faizlər və s. Tariflərdə edilən dəyişikliklər xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində yerləşdirildikdən sonra qüvvəyə minəcək və dəyişiklik edildiyi andan Müştəri tərəfindən qəbul edilmiş hesab olunacaqdır.
2.46. xxx.xxxxxxxxxxxxxx.xx - Bankın rəsmi inernet səhifəsidir.
2.47. Limit – Hesab sahibi, Xxxx Xxxxxx və yaxud Kart İstifadəçisi tərəfindən çəkilən xərc və nağd alınan pulların ümumi həcminin son həddi və aşılmayacağı məbləğ.
2.48. Skiminq - xüsusi avadanlıqlar (skimer) vasitəsilə ödəniş kartının maqnit zolağında yazılmış məlumatın və ya kartın ŞEN kodunun dələduzluq əməliyyatlarının aparılması məqsədilə əldə edilməsi.
2.49. Texniki overdraft - ödəniş və\və ya əməliyyatlar üzrə məbləğlərin hesabda xxxx qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc.
2.50. Bank iş günü – həmin tarixə aid ödəniş əməliyyatlarının aparıldığı, bankın sutka ərzində iş saatları. Bankın əməliyyat vaxtı xxx.xxxxxxxxxxxxxx.xx internet səhifəsində yerləşdirilir. Bank əməliyyat vaxtını birtərəfli qaydada dəyişmək hüququnu öz üzərində saxlayır. Bu zaman Bank internet səhifəsi vasitəsi ilə müştərilərini məlumatlandırır.
2.51. Şəxsi eyniləşdirmə nömrəsi (PİN-kod) - Bank tərəfindən kart sahibinə və ya onun tərəfindən vəkil edilmiş şəxsə təqdim edilən və kartla əməliyyatların həyata keçirilməsi zamanı kart istifadəçisinin tanınmasında istifadə olunan gizli şifrə.
2.52. OTP (one-time password)- Bir komputer sistemində və ya elektron cihazlarda yalnız bir əməliyyat üçün istifadə edilən birdəfəlik PİN və ya parol.
2.53. Xidmət Platforması-Bank xidmətlərinin elektron qaydada məsafədən göstərilməsi üçün bu müqaviləin 17.1-ci maddəsində qeyd olunan üsul və vasitələr.
2.54. Bu müqavilənin bağlanması anı - Bu müqavilədə və/və ya razılaşmada qeyd edilmiş prosedura riayət edilməklə iradə ifadəsininin bildirilməsi.
3. Bank hesabı.
Bank Müştəriyə onun müraciəti əsasında aşağıda göstərilən şərtlərlə bank əməliyyatlarının aparılması üçün bank hesabı açır:
3.1. Bank Hesabının açılması və əməliyyatların aparılması:
3.1.1. Bank hesabının açılması üçün Müştəri Banka müraciət edir və hesabın açılması üçün qanunvericiliklə və bankdaxili qaydalarla nəzərdə tutulmuş sənədləri təqdim edir;
3.1.2. Müştəriyə Bankın hesab aça biləcəyi valyuta növləri nəzərə alınmaqla onun müraciətində qeyd edilən valyutada bank hesabı açılır;
3.1.3. Bankın razılığı olmadan hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (Limitin aşılması) “Texniki overdraft” hesab olunur;
3.1.4. Ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və xxx xxxxx müəyyənləşdirilmiş Bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlmədikdə, Bank tapşırığın məzmununu dəqiqləşdirə bilər. Ödəyiciyə bu cür sorğu tapşırıq alındıqdan dərhal sonra verilir. Qanunla və ya xxx xxxxx müəyyənləşdirilmiş Bank qaydaları ilə nəzərdə tutulmuş müddətdə, bunlar olmadıqda isə ağlabatan müddətdə cavab almadıqda Bank tapşırığı icra etmədən ödəyiciyə qaytara bilər;
3.1.5. Elektron xidmətdən istifadə etməklə icra üçün göndərilən ödəniş sənədləri təsdiq edildiyi tarixdən (təsdiq edilmə tarixi nəzərə alınmadan) 3 (üç) iş günü ərzində Banka təqdim edilir və həmin müddət nəzərə alınmaqla Bank tərəfindən hesabda yetərincə vəsait olduğu halda icra olunur. Sənədin təsdiq edilmə tarixindən 3 (üç) iş günündən sonra ödəniş sənədi qüvvədən düşmüş sayılır və həmin ödəniş sənədinə əsasən hesab üzrə heç bir əməliyyat aparılmır.
3.1.6. Hesab üzrə əməliyyatlar aparıldıqda Müştəriyə onun istəyi ilə hesabdan çıxarışlar verilir. Müştəri hesabdan çıxarışı aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində öz iradını Banka bildirmirsə, hesabdan çıxarış təsdiq edilmiş hesab edilir və aparılmış əməliyyatlara görə Müştəri tərəfindən Banka qarşı heç bir iddia irəli sürülə bilməz.
3.1.7. Müştəri tərəfindən bank əməliyyatlarının həyata keçirilməsi zamanı Bankın mülahizəsinə əsasən birtərəfli qaydada müəyyən limitlər (məhdudiyyətlər) tətbiq edilə bilər.
3.2. Bankın vəzifələri:
3.2.1. Müştəridən və ya Müştəri üçün daxil xxxx pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair Müştərinin sərəncamlarını yerinə yetirir;
3.2.2. Müştərinin bank hesabı, həmin hesab üzrə aparılan əməliyyatların və Müştəri haqqında məlumatların məxfiliyinə, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, qarantiya verir;
3.2.3. Əmanət hesabına qoyulmuş əmanətin Əmanətçiyə qaytarılmasını təmin edir;
3.2.4. Əmanət üzrə bu müqavilənin Əmanətin şərtləri bölməsində göstərilmiş faiz dərəcəsi ilə faizlərin vaxtında və bu məbləğdən Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş vergilərin və sair ödənişlərin çıxılması şərti ilə verilməsini təmin edir.
3.3. Müştərinin vəzifələri:
3.3.1. Xxxx hesabın açılması üçün Banka təqdim olunan sənədlərdə həqiqi və dürüst məlumatların olmasını təmin edir;
3.3.2. Ünvanı və rekvizitləri dəyişdiyi hallarda, bu dəyişiklik baş verdiyi gündən etibarən 3 (üç) gün ərzində Bankı yazılı xəbərdar edir;
3.3.3. Hesab üzrə əməliyyatları hesabındakı qalıq həddində aparır;
3.3.4. Bank qarşısında yaranmış öhdəliklərinin (kredit, zaminlik, ipoteka, girov, xidmət haqqı üzrə borc və bunlarla məhdudlaşmadan digər öhdəliklərin) icrasının təminatı üsulu olaraq öz hesablarında xxxx pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq verir;
3.3.5. Yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) xxxx qaytarır;
3.3.6. Bank tərəfindən bu müqaviləyə uyğun olaraq əlavə sənədlər tələb edildikdə, həmin sənədləri banka təqdim edir;
3.3.7. Müştərinin müraciəti əsasında əmanət hesabı açıldıqda əmanət məbləğini həmin müraciətin Banka təqdim edildiyi gün əmanət hesabına nağd və ya köçürmə yolu ilə ödəyir.
3.4. Göstərilən xidmətlər üçün tutulan haqların tarif dərəcələri Bank tərəfindən müəyyən edilir və bu haqlar Müştərinin hesabından akseptsiz qaydada silinir. Tarif dərəcələri Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində yerləşdirildikdən sonra Müştəriyə çatdırılmış hesab olunur.
3.5. Bank hesabına aid müddəalar Müştəriyə hesabın açıldığı gündən qüvvəyə minir və qeyri-müəyyən vaxt ərzində qüvvədədir (müqaviləyə xitam verilməsi halı istisnadır).
3.6. Bu müqavilənin bank hesabına aid müddəalarının qüvvədən düşməsi bank hesabının bağlanması üçün əsasdır. Müddəalar aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir:
3.6.1. Müştərinin müraciəti əsasında-istənilən vaxt;
3.6.2. Vergi orqanlarının hesabın açılmasına əsas olmuş şəhadətnamə-dublikatın ləğv olunmasına dair məktubu və\və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;
3.6.3. Xxxx hesabdakı vəsaitin 1 AZN-dən az olması şərti ilə, bir il ərzində hesab üzrə heç bir əməliyyat aparılmadıqda;;
3.6.4. Müvəqqəti hesab açılmasından 1 (bir) ay sonra müştəri həmin hesabın bağlanması barəsində banka ərizə təqdim etmədikdə, Bank tərəfindən birtərəfli qaydada;
3.6.5. Bank tərəfindən birtərəfli qaydada Əmanətçini bir ay əvvəlcədən xəbərdar etməklə;
3.6.6. Kart hesabları-bu müqavilənin Bank kartlarının verilməsi və istifadəsinə dair müddəalarında nəzərdə tutulmuş qaydada ödəniş kartları ləğv edilərsə;
3.6.7. Bank tərəfindən birtərəfli qaydada dərhal, ciddi əsaslar olduqda (çirkli pulların yuyulması, korrupsiya və terrorizmin maliyyələşdirilməsi) və bank hesabı sahibinin bank hesabından digər qeyri-leqal məqsədlər üçün istifadə etməsi sübuta yetirildikdə;
3.6.8. Bu müqavilənin Əmək haqqı və/və ya korporativ kartlarının verilməsi və istifadəsi xidmətinin dayandırılması ilə.
3.7. Hesabın qalığı müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab banka bildirilmədikdə, həmin vəsait «Bağlanmış müştəri hesabları» adlı hesaba köçürülür və müştəriyə bu barədə yazılı məlumat verilir.
3.8. Bank Müştərinin hesabında xxxx pul vəsaitindən istifadəyə görə faiz ödəmir.
3.9. Müştərinin vermiş olduğu bank hesablarının açılmasına dair müraciət bu müqavilənin tərkib hissəsi sayılır və müştəriyə müraciətində qeyd etdiyi valyutada bank hesablarının açılması üçün əsasdır.
3.10. Bank hesabları üzrə hesablaşmalar ödəniş xxxxxx deyil, bank iş günü ərzində həyata keçirilir.
3.11. Müştərinin müraciəti əsasında açılmış bütün valyutalarda xxxx bank hesabları ilə əlaqədar bank ilə müştəri arasındakı münasibətlər bu müqavilə ilə tənzimlənir.
3.12. Tarif dərəcələrinin dəyişdirilməsi halları istisna olmaqla, bu müqaviləyə bütün əlavələr və dəyişikliklər Razılaşmanın bağlanması yolu ilə qüvvəyə minir və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.
3.13. Hesab üzrə Bank ilə xxxx münasibətlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qeyri-iş günləri rəsmi olaraq iş günləri hesab edilmir.
3.14. ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU, BANK VƏ ƏMANƏTÇİ:
0.00.0.Xxxx «30» İyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – «Fond») iştirakçısı olaraq (10 xxxxx Şəhadətnamə) Xxxxx sığorta haqqı ödəyir (bu haqq Əmanətçidən tutulmur);
0.00.0.Xxxx tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər -hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən xxxx ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər Fond tərəfindən sığortalanır.
3.14.3.Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir;
3.14.4.Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
3.14.5.Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitələrində Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir: AzTV; İctimai TV; Azərbaycan qəzeti; Respublika qəzeti; Xalq qəzeti; AzərTAC informasiya agentliyi; APA informasiya agentliyi;
3.14.6.Fonddan kompensasiya almaq üçün Əmanətçi kütləvi informasiya vasitələrində göstərilən yerə yazılı ərizə ilə müraciət edir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;
b) Bu müqavilə;
c) Əmanət hesabının açılmasına dair Razılaşma.
3.14.7.Ərizənin verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Xxxx tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ istisna hallarda Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır;
3.14.8.Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
a)Bankın AR ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
b)cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
d) üzərinə həbs qoyulmuş əmanətlər;
e) cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” AR Qanunun 8.1.20-ci bəndinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
f) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;;
g) fiziki şəxslərin Bankın vəkalətli idarəetməsində xxxx pul vəsaitləri.
3.14.9. Xxxx tərəfindən hər bir iştirakçı xxxxxx sığortalanmış əmanət üzrə əmanətin 100 xxxxx həcmində, xxxxx 100 (bir yüz) min manatdan xxx olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan xxx olmamaqla, notariusların depozit hesablarında xxxx fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 xxxxx həcmində ödənilir.
3.14.10. Fond kompensasiyanı milli valyutada xxxx əmanət üzrə manatla, ABŞ dollarında xxxx əmanət üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da Əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Əmanətçiyə ödəyir;
3.14.11. Əmanətçinin Xxxxxx bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduğu zaman, Fond həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçinin Fondun hər hansı digər iştirakçı Bankında xxxx əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir;
3.14.12. Bank Əmanətçinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə Əmanətçiyə məlumat verir;
3.14.13. Əmanətçi aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40, 4-cü mərtəbə; əlaqə tel: (00000) 000 00 00, 000 00 00, 000 00 00; Faks: (00000) 000 00 00; e-mail: xxxx@xxxx.xx; sayt: xxx.xxxx.xx
4. Əmanət hesabının açılması.
4.1. Müştərinin müraciəti ilə əmanət hesabı açıldıqda Bank Əmanətçidən pul məbləğini qəbul edərək sözügedən müraciətdə nəzərdə tutulmuş şərtlərlə və qaydada Əmanət məbləğini Əmanətçiyə qaytarır və onun üçün faizlər ödəyir.
4.2. Bankla Əmanətçi arasında bütün hesablaşmalar Əmanətin qoyulduğu valyuta ilə aparılır.
4.3. Əmanət hesabına qoyulmuş pul vəsaitləri (Əmanət məbləği) buna dair Bank və Müştəri arasında müvafiq razılaşmanın bağlanması tarixinədək artırılmır və/və ya azaldılmır.
4.4. Vergi qanunvericiliyinə uyğun olaraq əmanət məbləğinə hesablanmış faizlərdən dövlət büdcəsinə vergi ödənilərkən, “Əmanətçi” tərəfindən əmanət məbləğinin vaxtından əvvəl xxxx götürülməsi nəticəsində tutulmuş və dövlət büdcəsinə artıq ödənilmiş vergilərə görə “Bank” “Əmanətçi” qarşısında heç bir məsuliyyət daşımır. Bu halda “Əmanətçi” onun tərəfindən əmanət məbləğinin vaxtından əvvəl xxxx götürülməsi nəticəsində, ondan artıq tutulmuş və dövlət büdcəsinə ödənilmiş məbləğin xxxx qaytarılması prosedurunu vergi orqanına müraciət edərək özü aparır.
4.5. Əmanətin müddəti bitərsə və ya əmanət vaxtından əvvəl götürülərsə, əmanət məbləğinin Əmanətçinin və ya üçüncü şəxslərin Bank qarşısında xxxx öhdəliklərinin (kredit, qarantiya və s.) təminatı kimi girov ilə yüklü edildiyi hallar istisna olmaqla Əmanətçinin xxxx hesabına köçürülür.
4.6. Əmanətin məbləğinə faizlər bu məbləğin əmanət hesabına daxil olduğu günün ertəsi günündən məbləğin Əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla Əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır.
4.7. Faizlər faktiki alınmasından və ya verilməsindən asılı olmayaraq gündəlik hesablanır. Bu zaman hesabat ili 360 gün, hesabat rübü 90 gün, hesabat ayı isə 30 gün nəzərdə tutulur. Hesablama aparılarkən günlərin sayı 31 gün xxxx aylarda sonuncu gün nəzərə alınmır, fevral ayında isə müvafiq olaraq 1 - 2 gün əlavə olunur.
4.8. Əmanətin məbləğinə hesablanan faizlər Əmanətçiyə bu müqavilədə nəzərdə tutulmuş qaydada əmanətin məbləğindən ayrılıqda ödənilir. Faizlər Əmanətçiyə köçürmə yolu ilə ödənilir. Hesablanan, xxxxx götürülməyən faiz məbləği Əmanət məbləğini artırmır.
4.9. Əmanət qaytarıldıqda hesablanmış faizlərin məbləği xxx xxxxx rəqəmə yuvarlaqlaşdırılaraq ödənilir.
4.10. Əmanət müştərinin müraciətində qeyd edilmiş müddətin sona çatmasından əvvəl Əmanətçinin tələbi ilə ona qaytarıldıqda və ya digər qanuni əsaslarla onun hesabından silindikdə Əmanət vaxtından əvvəl çıxarılmış hesab olunur və əmanət hesabı bağlanılır. Bu halda Əmanət üzrə Əmanətin Xxxxxx faktiki qaldığı müddətdən asılı olaraq faiz məbləğinin hesablanması və ödənilməsi qaydası müvafiq əmanət hesabının açılmasına dair əlavə ilə tənzimlənir.
4.11. Faktiki ödənilmiş faiz məbləği ödənilməli xxxx xxxx məbləğindən çoxdursa, onlar arasında xxxx fərq bankın seçiminə uyğun olaraq ya Əmanətin məbləğindən ya da gələcəkdə hesablanacaq faizdən çıxılır.
4.12. Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödəmə mənbəyindən vergi tutulur və büdcəyə köçürülür.
4.13. Əmanətin müddəti bitdikdən onun müddətinin birtərəfli qaydada uzadılması Müştəri ilə Bank arasında bağlanılacaq Razılaşmalar əsasında müəyyən edilir.
4.14. Hesabın açılması və Bank xidmətlərinin göstərilməsinə görə Müştəri Bankın qüvvədə xxxx və xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən xidmət tariflərinə uyğun olaraq komisyon haqları ödəyir.
4.15. Əmanətçi ilə Bank arasında əmanət məbləğinə aid xxxx və bu müqavilə ilə tənzimlənməyən digər məsələlər (müddət, faiz və s.), həmçinin, əmanət növünün seçilməsi (standart əmanət, yığım əmanəti və s.) tərəflər arasında əmanət yerləşdirilərkən bağlanılacaq müvafiq Razılaşma ilə tənzimlənəcək. Həmin Razılaşma bu müqavilənin tərkib hissəsi hesab ediləcək.
4.16. Elektron sənəd mübadiləsi yolu ilə əmanət məbləğinin müvafiq əmanət hesabına mədaxil edilməsi və/və ya əmanət hesabının açılmasına dair müvafiq Razılaşmanın bağlanması, bank hesabından çıxarış müştəri tərəfindən əmanət məbləğinin Xxxxxx yerləşdirilməsini təsdiq edir.
4.17. Əmanət müqaviləsinə xitam verilməsi əsasları bu müqavilənin 4.15-ci bəndində qeyd edilmiş Razılaşma və
qanunvericiliklə tənzimlənir.
5. Ödəniş kartlarının əldə olunması və istifadəsi
5.1. Aşağıda qeyd olunan müddəalar Bank tərəfindən buraxılan, Respublika ərazisində və xaricdə istifadəsi nəzərdə tutulan kartların verilməsi və ondan istifadə edilməsi ilə bağlı Bank və Kart sahibi, yaxud Kart istifadəçisi arasında hüquq münasibətlərini tənzimləyir.
5.2. Kartın verilməsi müştərinin müraciəti və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Razılaşma əsasında həyata keçirilir. Razılaşma əsasında Müştəriyə kartın verilməsi bu müqavilənin Bank kartlarının verilməsinə və istifadəsinə dair müddəalarında qeyd olunmuş hüquq və öhdəliklərin icrasını tərəflər üçün məcburi qüvvəyə malik edir. Müştərinin müraciəti Xxxxxx xxx kart verməsi öhdəliyini yaratmır.
5.3. Əlavə kartlarla aparılan bütün əməliyyatlar üçün tam məsuliyyəti Kart sahibi daşıyır.
5.4. Əlavə kartın verilməsi ilə bağlı müvaviq Banka müraciət olunması müştərinin kart hesabına dair bütün məlumatlarının (hesab üzrə aparılmış əməliyyatlara dair məlumatlar, hesabda qalıq və s.) əlavə kart istifadəçisi tərəfindən əldə edilməsi üçün əsasdır.
5.5. Kart sahibi əlavə kart istifadəçisini bu müqaviləyə əlavə edilən “Bank Respublika” ASC-nin bank kartlarından istifadə və xidmət Qaydaları” və Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində xxxx tariflərlə bağlı məlumatlandırmalıdır.
5.6. Kart sahibi kartdan istifadə ilə bağlı yaranan borcu, faizləri, komisyon haqlarını və digər ödəmələri ödəməyi öhdəsinə götürür. Bank əməliyyat vaxtı (hesabdan pul vəsaiti silinərkən) xarici valyutanın hesablaşma valyutasına konvertasiya üçün əlavə komisyon haqqı almaq hüququna malikdir.
5.7. Kart sahibi kart əməliyyatlarının aparıldığı tarixdən asılı olmayaraq əməliyyat məbləğinin hesabdan silindiyi tarixdə qüvvədə xxxx xxxx və komisyon haqları ilə hesabından silinəcəyi və ya borc kimi qeyd ediləcəyini qəbul edir.
5.8. Borcların ödənilməsi:
5.8.1. Kart sahibi yaranmış borcu Banka ödəməlidir. Nağd pul xxxx əməliyyatına görə hesablanan komisyon haqqı Bank tərəfindən nağd pul xxxx tarixində tətbiq olunur;
5.8.2. Kart sahibi və ya Kart istifadəçisi limitini aşdığı təqdirdə, kartın istifadəsini dayandıracağını qəbul edir, bu müqaviləyə əsasən xxxx bütün borc və öhdəlikləri təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cəriməni ödəməyi öhdəsinə götürür;
5.8.3. Kart sahibi və ya Kart istifadəçisi tərəfindən bu müqaviləyə əsasən yaranmış borclar vaxtında ödənilmədiyi təqdirdə, Bank Kart sahibinin istənilən hesabında xxxx vəsait hesabına məhkəmədənkənar qaydada borcu bağlamaq hüququna malikdir.
5.9. Kartın üzərində yazılan sonuncu istifadə etmə tarixindən sonra kartın istifadə edilməsi ilə xxxxx xxxx hər cür məsuliyyəti Kart sahibi və ya Kart istifadəçisi daşıyır.
5.10. Əlavə kartın bağlanması üçün Kart sahibi Banka yazılı ərizə ilə müraciət etməli və əlavə kartı xxxx qaytarmalıdır.
5.11. Kart sahibi hər bir kart üçün Bank tərəfindən müəyyən edilmiş miqdarda xidmət haqqı ödəyir. Kart sahibi kartı dəyişmək barədə Banka müraciət etdikdə, xidmət haqqı Kart sahibinin hesabından silinir, nağd şəkildə Kart sahibi tərəfindən ödənilir və ya borc kimi yazılır. Kart Bankın mülkiyyətidir və lazım olduqda Bank kartı Kart sahibi və ya Kart istifadəçisindən ala bilər. Kart sahibi və ya Kart istifadəçisi kartın itməsi, oğurlanması və ya üzərində təhriflər edilməsi üçün məsuliyyət daşıyır. Bu barədə məlumatın daxil olduğu vaxtdan etibarən 30 (otuz) təqvim günü ərzində bu kartla aparılan əməliyyatlara görə Kart sahibi məsuliyyət daşıyır.
5.12. Kartın sonuncu istifadə etmə tarixindən əvvəl qanunazidd məqsədlərlə istifadə edilməsi, limitin aşılması və ya Kart sahibinin bu Müqavilə ilə müəyyən edilmiş şərtlərin hər hansı bir müddəasına əməl etməməsi, altı ay ərzində fasiləsiz olaraq kartla heç bir əməliyyatın aparılmaması səbəbi ilə yaxud səbəb göstərmədən bank kartın istifadə edilməsini dayandıra bilər. Bundan əlavə, Kart sahibinin müflisləşməsi və onun başqa şəxsin qəyyumluğuna, himayəçiliyinə, tabeçiliyinə keçməsi ilə əlaqədar olaraq Bank bu müqaviləni və bu müqavilənin 5.2-ci bəndində qeyd edilmiş Razılaşmanı birtərəfli qaydada ləğv etmək və Kart sahibindən alacağı məbləği tələb etmək hüququna malikdir.
5.13. Bank səbəb göstərmədən, Kart sahibi və ya Kart istifadəçisindən xxxxxx xxxx qaytarılmasını tələb edə, kartdan Kart sahibinin və ya Kart istifadəçisinin iradəsi əleyhinə, qanunazidd məqsədlərlə və qanunla nəzərdə tutulmamış qaydada istifadə edildikdə kartı bloklaşdıra və bu barədə Kart sahibinə məlumat verə bilər. Bundan əlavə, Bank istifadə müddəti başa çatmış kartın dəyişdirilməsindən imtina edə bilər. Bank tərəfindən kartın fəaliyyətinin dayandırıldığı və kartın dəyişdirilməsindən imtina edildiyi halda, Kart sahibi Bank qarşısında xxxx xxxx və başqa öhdəliklərini bütövlüklə yerinə yetirənə qədər bu Müqavilənin müddəalarının qüvvədə olduğunu qəbul edir.
5.14. Kart sahibi kartın fəaliyyətinin dayandırılmasına baxmayaraq, ondan istifadə etdiyi halda yaranacaq borc və cərimələrin ödənilməsini öhdəsinə götürür.
5.15. Kart sahibi və ya Kart istifadəçisinin məsuliyyəti:
5.15.1. Kart sahibi hər hansı bir səbəbə görə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə məsuliyyət daşıdığını, bu barədə Banka şikayət və etiraz etməyəcəyini, belə hallarda Bankın çəkəcəyi ziyanı ödəyəcəyini qəbul edir və öhdəsinə götürür;
5.15.2. Kart sahibi və ya Kart istifadəçisi hər hansı bir səbəb üzündən avtorizasiyaya etiraz edilməsində Bankın cavabdehlik daşımadığını qəbul edir. Kart sahibi və ya Kart istifadəçisi kartın heç bir qanunsuz əməliyyatda, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə xxxx xxxx hər hansı bir mal və xidmətin alınmasında istifadə etməməyi öhdəsinə götürür;
5.15.3. Kart hesabını bağlamaq üçün Kart sahibi Bankın istənilən filial və şöbəsinə yazılı müraciət təqdim etməli və kartını, hesabına xxxxx xxxx əlavə kartlar olduğu təqdirdə, bütün əlavə kartları təhvil verməlidir. Kart Banka təhvil verilmədikdə itirilmiş hesab olunur. Kartın itirilməsinə görə Bank müvafiq komissiya tətbiq edir.
5.15.4. Kartın üzərində qeyd edilmiş ondan istifadə müddəti bitdiyi təqdirdə Kart sahibi həmin müddətin bitməsindən sonra ən geci 3 (üç) ay müddətində kartın müddətinin uzadılması və ya xxxxxx xxxx qaytarılması məqsədi ilə Banka müraciət etməlidir.
5.15.5. Kart sahibi və ya Kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur;
5.15.6. Bank saxta kartlar üzrə aparılmış əməliyyatlara görə heç bir məsuliyyət daşımır;
5.15.7. Bank Skiminqə görə məsuliyyət daşımır. Belə kartlarla aparılmış əməliyyatlar nəticəsində Kart sahibinə dəymiş ziyana görə Kart sahibi özü məsuliyyət daşıyır;
5.15.8. Əgər Kart sahibinin hesabından silinmə tarixindən 45 təqvim günü keçərsə və Kart sahibi həmin əməliyyat barədə Banka irad bildirməzsə, həmin əməliyyat Kart sahibi tərəfindən qəbul olunmuş hesab edilir və Banka qarşı bu əməliyyatla bağlı, Kart sahibi hər hansı bir etiraz etməyəcəyini qəbul edir və öhdəsinə götürür.
5.16. Bankın sənədləri, yazıları, kompüter məlumatları daxil olmaqla irad bildirilmə tarixindən asılı olmayaraq bütün hallarda qəti dəlil sayılır.
5.17. Bu müqavilə ilə nəzərdə tutulmuş və əsas karta aid edilən müddəalar əlavə karta da şamil edilir və əlavə kart üzrə yaranan münasibətlərbu müqavilə ilə tənzimlənir.
5.18. Müştəriyə təqdim edilən kartlarda yeni texnoloji və ya digər xüsusiyyətlər (yeni funksiyalar) tətbiq edilə və ya Müştəriyə yeni funksiyalı kartlar təqdim edilə bilər. Müştəri həmin funksiyaları əldə etmək üçün Bankın müəyyən etdiyi prosedurları icra etməklə (və ya funksiyalardan istifadə etməklə) onlarla razı olduğunu, onların şərtlərini anladığını və bununla bağlı öhdəlik daşıdığını təsdiq edir. Tətbiq ediləcək yeni funksiyalar üzrə Bankın tarifləri və şərtləri tətbiq edilir. Həmin funksiyalar barədə ətraflı məlumat və ümumiyyətlə, bankın əmlakı sayılan kartlar, onların verilməsinə görə tələb edilən minimum mədaxil məbləğləri və qaydalar Bankınrəsmi internet səhifəsindəyerləşdirilə və ya Müştəriyə digər formada çatdırıla bilər.
5.19. Ödəniş kartı ilə əməliyyatlar hesabdakı valyutadan fərqli valyutada aparıldıqda vəsait əməliyyatın aparıldığı gün deyil, hesabdan silindiyi günün məzənnəsinə uyğun olaraq hesabdan silinir.
5.20. Ödəniş kartları ilə mübadilə əməliyyatları Bankın ödəniş kartları üçün tətbiq etdiyi məzənnələr əsasında həyata keçirilir. Sözügedən məzənnələr Bankın rəsmi internet səhifəsində yerləşdirilir.
6. “Əmək haqqı” və/və ya “Korporativ” kartların əldə edilməsi və istifadə olunması
6.1. Bu müqavilə üzrə Müştəri Bank ilə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Razılaşmanın bağlanması yolu ilə işçiləri üçün korporativ və ya əmək haqqı kartları sifariş edə bilər.
6.2. Korporativ kart fiziki şəxsin (Müştərinin) işçilərinin ezamiyyə, nümayəndəlik və digər xərclərinin ödənilməsində istifadə olunur.
6.3. Bank Müştərinin işçiləri üçün Azərbaycan manatı ilə kart hesabı (manat hesabı) açır və hesablaşma əməliyyatlarının, nağdsız ödənişlərin və nağd pul vəsaitinin əldə edilməsi ilə bağlı əməliyyatların aparılmasını təmin edir.
6.4. Bank Müştərinin göstərişinə və vəsaiti hesabına işçilərin (ərizə ilə müəyyən edilmiş) kart hesablarına pulun (əmək haqqı) yerləşdirilməsini həyata keçirir, Müştəri isə hər ay onun bank hesabındakı vəsaitin kart hesablarına silinmələrlə əlaqədar xidmət haqqının tutulmasına və digər xərclərin silinməsinə kifayət edəcək qədər olmasını təmin edir.
6.5. Bank tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı xidmət haqqı Müştərinin hesabından Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən tariflərinə uyğun olaraq bu müqavilə əsasında Bank tərəfindən əlavə sənəd təqdim edilmədən silinir.
6.6. Müştərinin səlahiyyətli nümayəndəsi etibarnamə ilə Banka yaxınlaşaraq Müştəriyə məxsus xxxx kartların, kart hesablarının nömrələrini və şen zərfləri götürə bilər.
6.7. Müştərinin işçiləri şəxsiyyətlərini təsdiq edən sənəd ilə banka yaxınlaşaraq özlərinə məxsus kartları, kart hesablarının nömrələrini və şen zərfləri götürə bilər.
6.8. Müştərinin hüquqları:
6.8.1. Bu müqavilə ilə müəyyən edilmiş qaydada təqdim edilmiş ödəniş tapşırığına uyğun olaraq işçilərin kart hesablarına vəsaitin vaxtlı-vaxtında köçürülməsini tələb etmək.
6.9. Müştərinin öhdəlikləri:
6.9.1. Kartların istifadə edilməsi zamanı yaranmış problemlərin aradan qaldırılması və sualların cavablandırılması istiqamətində bir neçə məsul şəxs təyin edir və həmin şəxslər barədə Banka yazılı məlumat verir (telefon nömrəsi, e-mail adresi və s);
6.9.2. Bu Müqavilənin şərtlərinə əsasən, Bankdan işçilərin adına kartları və şəxsi eyniləşdirmə nömrələrini (PİN-kod) alacaq, onları işçilərə təqdim edəcək və bu Müqavilənin şərtləri ilə onları xxxxx edəcək;
6.9.3. İşçilərini bu Müqavilənin 6.11.3-cü bəndində qeyd olunan silinmələrin beynəlxalq ödəniş sistemi xxxx “Visa International
/ MasterCard Worldwide” qaydaları ilə həyata keçirilməsi barəsində məlumatlandırır və həmin Qaydalarla onları xxx.xxxxxxxxxx.xxx və xxx.xxxx.xxx saytlarından istifadə etməklə təlimatlandırır;
6.9.4. Bank tərəfindən məlumatların uyğunsuzluğu ilə bağlı müraciət daxil olduğu halda dərhal banka düzgün məlumatların təqdim edilməsini təmin edir;
6.9.5. İşçilərin işdən azad edilməsi ilə bağlı əmr imzalandıqdan sonra 3 gün ərzində Bankı bu barədə məlumatlandırır;
6.9.6. İşçilərini “Bank Respublika” ASC-nin bank kartlarından istifadə və xidmət qaydaları və tariflərlə bağlı məlumatlandırır;
6.9.7. İşçilərini şəxsi eyniləşdirmə nömrəsinin (Pin kod) itirilməsi və ya internet resurslarından istifadə edilməsi ilə bağlı yaranmış problemlərə görə özlərinin məsuliyyət daşıması barədə məlumatlandırır;
6.9.8. İşçilərinə bu müqaviləyə edilmiş “Bank Respublika” ASC-nin “Ödəniş kartından istifadəyə dair” Əlavəni təqdim etməklə onlar tərəfindən imzalanmasını həyata keçirir. Sözügedən Əlavənin işçilər tərəfindən imzalanmaması və/və ya imzalanıb Banka təqdim edilməməsinə görə Banka dəymiş zərərə görə Müştəri məsuliyyət daşıyır;
6.9.9. Müştərinin hesabından pul vəsaitinin öz işçilərinin kart hesablarına silinməsinin həyata keçirilməsini Banka həvalə edir.
6.10. Bankın öhdəlikləri:
6.10.1. Bu müqaviləyə əsasən Müştəri tərəfindən təqdim edilmiş ərizənin bankdaxili qaydalara uyğunluğunu yoxlayır, işçilər üçün Azərbaycan manatı ilə kart hesabı açır və açılmış hesablar barədə siyahı tərtib edərək kağız daşıyıcıda Müştəriyə
təqdim edir;
6.10.2. Kart və PİN kodların yerləşdirildiyi zərfləri hazırlayır və bu barədə Müştərini məlumatlandırır;
6.10.3. Əməliyyat günü ərzində Banka təqdim olunmuş ərizə əsasında Müştərinin işçilərinin kart hesablarına vəsaiti köçürür;
6.10.4. Müştərinin hesabından kart hesablarına pulun silinməsi və ya silinməməsi ilə bağlı Müştərini məlumatlandırır;
6.10.5. Müştərinin hesabında kifayət qədər pulun olmaması barədə Müştəriyə məlumat verir.
6.11. Bankın hüquqları:
6.11.1. Aşağıdakı hallarda müvafiq əməliyyatları icra etməkdən imtina etmək:
6.11.1.1. Müştərinin hesabında kart hesablarına pulun silinməsi üçün kifayət qədər vəsait olmadıqda;
6.11.1.2. Məsul şəxs barədə məlumatlar düzgün olmadıqda;
6.11.1.3. Bu müqavilə ilə müəyyən edilmiş kartların buraxılması şərtləri pozulduqda;
6.11.1.4. Müştəri tərəfindən Bankın xidmət haqqının ödənilmədiyi və həmin xidmət haqqı ilə bağlı Müştərinin borcu yarandığı təqdirdə.
6.11.2. “Texniki overdraft”a görə İşçilərin istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) Müştəridən və İşçidən müştərək qaydada tələb etmək;
6.11.3. İşçilər ödəniş kartı ilə əməliyyatları hesabdakı valyutadan fərqli valyutada apardıqda vəsaiti əməliyyatın aparıldığı gün deyil, hesabdan silindiyi günün məzənnəsinə uyğun olaraq hesabdan silmək.
6.12. Ödəniş kartları ilə mübadilə əməliyyatları Bankın ödəniş kartları üçün tətbiq etdiyi məzənnələr əsasında həyata keçirilir. Sözügedən məzənnələr Bankın rəsmi internet səhifəsində yerləşdirilir.
6.13. BU MÜQAVİLƏNİN 6-CI BƏNDİ MÜŞTƏRİ TƏRƏFİNDƏN İŞÇİLƏRİNƏ ƏMƏK HAQQI VƏ \ VƏ YA KORPORATİV KARTLARIN SİFARİŞ EDİLMƏSİ İLƏ BAĞLI MÜVAFİQ RAZILAŞMANIN BAĞLANDIĞI TARİXDƏN ETİBARƏN QÜVVƏYƏ MİNİR.
7. NeoKart ilə əməliyyatlar
7.1. NeoKart standard – Bank tərəfindən “Mastercard World” tipli kart bazasında emissiya edilən ödəniş kartı;
7.2. NeoKart premium - Bank tərəfindən “Mastercard Black Edition” tipli kart bazasında emissiya edilən ödəniş kartı;
7.3. NeoBonus – hər bir NeoKart sahibinin nağdsız ödənişlər (Bank tərəfindən müəyyən edilmiş və Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən ödəniş növləri istisna olmaqla) qarşılığında qazandığı bonus xallar;
7.4. Keşbək – toplanmış NeoBonus xallarının Bankın “Mobil Şöbə” tətbiqi və müştərinin “Şəxsi kabinet”i üzərindən Bank tərəfindən müəyyən edilmiş və Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən əmsala bölünməsi ilə formalaşan və müştərinin NeoKart hesabına xxxx qaytarılan nağd vəsait;
7.5. Mil – toplanmış NeoBonus xallarının Bankın “Mobil Şöbə” tətbiqi müştərinin “Şəxsi kabinet”i üzərindən Bank tərəfindən müəyyən edilmiş və Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən əmsala bölünməsi ilə formalaşan və müştərinin öncədən turizm sferasında ona məxsus NeoKart vasitəsilə həyata keçirdiyi nağdsız əməliyyat üzrə NeoKart hesabına xxxx qaytarılan nağd vəsait;
7.6. Dəqiqə - Bank tərəfindən müəyyən edilmiş və Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən NeoBonus xallar ekvivalentində Bankın “Mobil Şöbə” tətbiqi və müştərinin “Şəxsi kabinet”i üzərindən müştərinin seçiminə əsasən qeyd etdiyi mobil nömrələrin balansına yüklənən şəbəkədaxili dəqiqələr;
7.7. İnternet - Bank tərəfindən müəyyən edilmiş və Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən NeoBonus xallar ekvivalentində Bankın “Mobil Şöbə” tətbiqi və müştərinin “Şəxsi kabinet”i üzərindən müştərinin seçiminə əsasən qeyd etdiyi mobil nömrələrin balansına yüklənən mobil internet;
7.8. Kart yeniləmə - kart sahibinin ona məxsus NeoKart standard növlü kartı Bankın “Mobil Şöbə” tətbiqi və müştərinin “Şəxsi kabinet”i üzərindən Bank tərəfindən müəyyən edilmiş və Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən NeoBonus xallar ekvivalentində NeoKart premium karta yeniləmək imkanı;
7.9. Lonj açar (Lounge key – kart sahiblərinə dünyanın bir xxx xxxx limanlarında yerləşən biznes zallara giriş imkanı verən xüsusi proqram;
7.10. Kartın verilməsi müştərinin müraciəti və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Razılaşma əsasında həyata keçirilir. Razılaşma əsasında Müştəriyə kartın verilməsi bu müqavilənin Bank kartlarının verilməsinə və istifadəsinə dair müddəalarında qeyd olunmuş hüquq və öhdəliklərin icrasını tərəflər üçün məcburi qüvvəyə malik edir. Müştərinin müraciəti Xxxxxx xxx kart verməsi öhdəliyini yaratmır.
7.11. Partnyor subyektləri - Bankla əməkdaşlıq sazişi bağlamış ticarət, iaşə, xidmət subyektləri;
7.12. Partnyor taksit - Müştəri üçün Bankla taksit layihəsi çərçivəsində əməkdaşlıq edən təsərrüfat-subyektlərində əlavə faiz ödəmədən mal və xidmətlərin dəyərini POS terminalda seçim edərək 3 ay/6 ay/9 ay/12 ay/18 ay/24 ay (təsərrüfat subyekti ilə Bank arasında öncədən imzalanmış razılaşmaya əsasən) olmaqla hissələrlə ödəmək imkanı yaradır.
7.13. Fərdi taksit - Müştəri üçün qeyri-partnyor şəbəkədə həyata keçirdiyi istənilən növ əməliyyat üzrə (nağdsız əməliyyat/nağdlaşdırma əməliyyatı) yaranmış borcu əməliyyatı həyata keçirdiyi ay ərzində Mobil Şöbə və ya şəxsi kabinet üzərindən öz seçiminə uyğun olaraq 3 ay/6 ay/9 ay/12 ay olmaqla Bankın təyin etdiyi müvafiq faiz dərəcəsi tətbiq edilməklə hissələrlə ödəmək imkanı yaradır. Bu zaman sistemdə müvafiq ay və faizə uyğun annuitet qrafik formalaşır.
7.14. NeoKartın istifadə şərtləri (faiz, komissiya, bonus, kompaniya və s.) barədə məlumatlar Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində yerləşdirilir və müştəri ilə NeoKartın əldə edilməsinə dair razılaşma bağlandığı andan həmin şərtlər müştəri üçün məcburi hüquqi qüvvəyə malik olacaqdır.
7.15. Bu müqavilənin 7.14-cü bəndində qeyd edilən istifadə şərtləri Bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər və həmin şərtlər dəyişdirilərək Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində yerləşdirildikdən sonra müştəri tərəfindən qəbul edilmiş hesab olunacaqdır.
7.16. Bank NeoKart vasitəsilə kredit məhsulu istifadəyə verəcəyi təqdirdə bu barədə Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində məlumat yerləşdirildikdən sonra Müştəri həmin məhsul şərtlərindən istifadə etmək üçün Banka müraciət edə bilər.
7.17. Bank Müştəriyə (Kart sahibinə) Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilmiş şərtlər və qaydalar çərçivədində aşağıdakıları təmin edir:
• Debet qalığına gündəlik əsasda illik faiz dərəcəsi hesablayır;
• Nağdsız hesablaşmalar qarşılığında bonuslar hesablayır və bonusların istifadə edilməsi imkanını təmin edir;
• Toplanmış bonusları maddi və qeyri - maddi dəyərə konvertasiya edərək kart sahibinin istifadəsinə təqdim edir.
7.18. Müştəri (Kart sahibi) Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilmiş şərtlər və qaydalar çərçivəsində toplanmış bonusları maddi və qeyri-maddi dəyərə konvertasiya edərək istifadə edir.
7.19. Taksit əməliyyatları üzrə Bank tərəfindən müəyyən edilən güzəşt müddəti və ödəniş günləri Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd ediləcəkdir.
7.20. Müştərilər üçün aşağıdakı kateqoriyalar üzrə gecikmə halları müəyyən edilir:
• Yalnız taksit əməliyyatı etmiş müştərilər aylıq taksit borcunu ödəmədikdə və ya qismən ödədikdə;
• Yalnız güzəşt müddətli əməliyyatlar etmiş müştərilər güzəşt müddəti bitdikdən sonra aylıq borcunu ödəmədikdə və ya qismən ödədikdə;
• Mobil şöbə” və ya şəxsi kabinet üzərindən qrafik seçmiş müştərilər aylıq annuitet üzrə ödəniş məbləğini ödəmədikdə və ya qismən ödədikdə
• Ay ərzində hər 3 mexanizmdən istifadə etmiş müştərilər müəyyən edilmiş aylıq ödəniş məbləğini ödəmədikdə.
7.21. Bu müqavilənin 7.20-ci bəndində qeyd edilən gecikmə halları olduqda onlara tətbiq edilən cərimənin dairəsi Bankın nağd kredit üzrə xxxx qaydalarına uyğun müəyyən edilir və Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində yerləşdirilir.
7.22. Müştəri tərəfindən ödəniş həyata keçirildikdə ödənişin silinməsi aşağıda qeyd olunan ardıcıllığa əsasən həyata keçiriləcəkdir:
7.22.1. Gecikdirilmiş borc üzrə hesablanmış cərimə;
7.22.2. Ödənilməli faizlər;
7.22.3. Texniki overdraft xxxxx;
7.22.4. Texniki overdraft üzrə əsas borc;
7.22.5. Gecikdirilmiş əsas borc;
7.22.6. Partnyor taksit borcu;
7.22.7. Güzəşt müddətli əməliyyatlar üzrə borc.
7.23. Bank tərəfindən hər ayın son təqvim günü Müştərinin mobil nömrəsinə borc haqqında SMS, ödəniş tarixində ödəniş etməyən müştərilərin mobil nömrəsinə isə ödəniş tarixindən sonrakı gün SMS göndərilir.
7.24. Bu bəndin müddəaları ilə nəzərdə tutulmuş və müştəri tərəfindən edilmiş əməliyyatlar üzrə qazanılmış keşbək, bonus, mil, dəqiqə, internet və s. həmin əməliyyatların sonradan ləğv ediləcəyi hallarda müştəri tərəfindən qazanılmış vəsaitin onun xxxx hesabından akseptsiz qaydada Bank tərəfindən silinməsinə öz razılığını verir.
7.25. Bu müqavilənin 7-ci bəndi ilə tənzimlənməyən məsələlər müqavilənin 5-ci və 6-cı bəndlərinə əsasən tənzimlənəcəkdir.
8. Bank Seyfinin icarəsi.
8.1. Bank “İcarəçi”yə Bankın depozitarisində yerləşən və əlamətləri İcarəçi ilə Bank arasında bağlanmış Bank seyfinin təhvil- təsliminə dair Razılaşmada əks olunan seyfi icarəyə verir.
8.2. Bank seyfindən istifadə qaydaları aşağıdakılardan ibarətdir:
8.2.1. Seyfin istifadəsi Bankın adi iş günlərində saat 09:00-xxx 17:30-dək həyata keçirilir.
8.2.2. “İcarəçi” və ya seyflərdən istifadə hüququ xxxx digər şəxs yalnız şəxsiyyəti təsdiq edən sənədi və seyfdən istifadə hüququna dair sənədi (etibarnaməni) təqdim etdikdə depozitariyə buraxılır.
8.2.3. Seyflər 2 (iki) müxtəlif quruluşlu açarın (Açar və Master-açar) istifadə edilməsi yolu ilə açılır. Master-açar “Bank”da saxlanılır, 2 (iki) ədəd eyni quruluşlu açar isə təhvil-təslim aktı ilə “İcarəçi”yə verilir. “İcarəçi” özündə xxxx açarların qorunmasını təmin etməli və onların itirilməsinə (oğurlanmasına, digər yolla üçüncü şəxslərə ötürülməsinə) yol verməməlidir.
8.2.4. “İcarəçi” tərəfindən depozit qutularının açarı itirildiyi və ya zədələndiyi təqdirdə, “İcarəçi” hər seyf qutusu üçün Bank seyfinin təhvil-təsliminə dair Razılaşmada qeyd olunan vəsaiti “Bank”a ödəməyi öhdəsinə götürür.
8.2.5. Seyflər məcburi açıldıqda seyflərin məcburi açılmasına görə çəkilən xərclər “İcarəçi” tərəfindən bu müqavilənin 8.2.4- cü bəndində nəzərdə tutulmuş vəsaitdən ayrılıqda“Bank”a ödənilir.
8.2.6. Seyflərdə soyuq və odlu silahın, döyüş sursatının, partlayıcı, radioaktiv, kimyəvi, bakteoroloji, narkotik, toksik, kəskin qoxulu və çirkləndirici, yüksək elektrik və maqnit sahəsi yaradan maddələrin, ərzaq mallarının, flora və fauna aləminin canlı üzvlərinin, həmçinin mülki dövriyyədən çıxarılmış əşyaların və Banka və/və ya üçüncü şəxslərə hər-hansı maddi və fiziki zərər vura bilən maddələrin və əşyaların saxlanması qadağandır və bu tip əşyaların saxlanmasına görə “İcarəçi” məsuliyyət daşıyır.
8.2.7. Seyflərin məqsədli istifadəsinə dair hər-hansı şübhə yarandıqda və ya seyfdə saxlanılması qadağan edilən əşyaların saxlanmasına dair qanunvericiliyə uyğun olaraq hər hansı məlumat daxil olduqda, “İcarəçi” Bankın tələbinə əsasən dərhal Seyfi açır və saxlanc predmetini təqdim edir.
8.2.8. Seyflərin məqsədli istifadəsini yoxlamaq üçün “Bank” xüsusi texniki və digər vasitələri tətbiq edə bilər.
8.2.9. “İcarəçi” saxlanc predmetini seyfə təkbaşına yerləşdirir və “Bank”ın seyflərin içindəkilərə dair məlumatı olmur. Bununla tərəflər qarşılıqlı etibar və konfidensiallıq prinsiplərindən çıxış edirlər.
8.2.10. “İcarəçi” depozitaridə 20 (iyirmi) dəqiqədən artıq qala bilməz. Qeyd edilmiş müddət bitdikdən sonra, “İcarəçi” depozitaridən çıxmadıqda, BankTəhlükəsizliyi Departamentinin əməkdaşı depozitariyə daxil olmaq hüququna malikdir.
8.2.11. “İcarəçi”nin seyfdən hər dəfə istifadə etməsi zamanı “Bank” tərəfindən xüsusi cədvəldə qeydlər aparılır.
8.2.12. Bank seyfindən istifadə dayandırıldığı təqdirdə “İcarəçi” seyfin 2 (iki) ədəd açarını Xxxxx xxxx qaytarır.
8.2.13. “İcarəçi”nin seçiminə əsasən 1 aylıq, 6 aylıq və 1 illik icarəyə götürülmüş seyfin icarə haqqı icarənin həmin müddətləri üçün İcarəçinin seyfdən istifadə edib-etməməsindən asılı olmayaraq Bank tərəfindən müəyyən edilmiş və xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən tariflər əsasında “İcarəçi” tərəfindən əvvəlcədən birdəfəyə ödənilir. Sözügedən müddətlərdən sonrakı müddətə görə xxxxx haqqı “İcarəçi” tərəfindən “İcarəçi”nin seçiminə əsasən aybaay və yaxud daha uzun müddət üçün “İcarəçi” tərəfindən müyyən edilmiş müddətin əvvəlində ödənilir.
8.2.14. Bank seyfindən icarə müddətləri bitdikdən sonra icarənin müddəti uzadılmadığı və seyflər boşaldılaraq hər iki açarı ilə birgə salamat vəziyyətdə “Bank”a qaytaılrmadıqda seyflər “İcarəçi”nin istifadəsində hesab edilir və Bank onlara növbəti ay üçün Bankın həmin an qüvvədə xxxx və Bankın xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxxx/xxxxxxxx internet səhifəsində qeyd edilən tarif cədvəlinə uyğun olaraq ödəniş hesablamaqla “İcarəçi”dən tələb edir. “İcarəçi” Bank tərəfindən belə bir tələb daxil olacağı təqdirdə onun dərhal icra edilməsi üçün bütün əmlakı ilə məsuliyyət daşıyır.
8.2.15. “İcarəçi” müqaviləni imzaladıqdan və icarə haqqını ödədikdən sonra seyflərdən istifadə hüququnu əldə edir.
8.2.16. Bank seyfindən istifadə dayandırıldıqda (icarə müddəti bitdikdə və s.) “İcarəçi” 1 (bir) gün ərzində seyfləri boşaldır və onların hər birini 2 (iki) açarla birgə istifadəyə yararlı vəziyyətdə “Bank”a xxxx qaytarır. Əks təqdirdə, bu müqavilənin 8.2.4-cü və 8.2.14-cü bəndləri ilə nəzərdə tutulmuş cəriməni ödədikdən sonra depozitariyə buraxılır.
8.2.17. “İcarəçi” seyfi istənilən vaxt qaytara və bank seyfindən istifadəni dayandıra bilər. Bu zaman:
• Bank seyfindən istifadənin müddəti 1 (bir) ay və ya daha az olduqda istifadə olunmamış müddət üçün icarə haqqı qaytarılmır;
• Bank seyfindən istifadənin müddəti 1 (bir) xxxxx xxx olduqda “İcarəçi” istifadə olunmamış müddət üçün icarə haqqını xxxx alır. Bu halda icarənin faktiki müddəti üçün icarə haqqı güzəştsiz tariflərlə yenidən hesablanır və yaranan fərq xxxx qaytarılan məbləğdən çıxılır.
8.2.18. “İcarəçi” Bank seyfindən istifadə dayandırıldıqdan (icarə müddəti bitdikdə və s.) sonra bu Müqavilənin 8.2.16-cı bəndində müəyyən edilmiş müddətdə açarları qaytarmadıqda və ya 3 (üç) aydan artıq müddətdə icarə haqqını ödəmədikdə “Bank” seyfləri məcburi qaydada aça və saxlanc predmetini götürə bilər. Bu halda seyflərin məcburi açılacağı barədə “İcarəçi”yə bildiriş göndərilir. Seyflərin məcburi açılması bildiriş göndərildikdən 1 (bir) ay sonra texniki vasitələrin istifadə edilməsi yolu ilə həyata keçirilir.
8.3. Bank seyfinin məcbur açılması halları aşağıdakılardan ibarətdir:
8.3.1. Saxlanc predmetinin bu müqavilənin 8.2.6-cı bəndində göstərilən xassəli olmasına şübhə yarandıqda və “İcarəçi” bilavasitə “Bank”da olmadıqda, yaxud seyfi könüllü açmaqdan imtina etdikdə;
8.3.2. “İcarəçi”nin yazılı müraciəti əsasında, seyflərin hər 2 (iki) açarını itirdikdə və ya zədələdikdə;
8.3.3. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
8.3.4. Bu müqavilənin 8.2.18-ci bəndində göstərilən hallarda;
8.3.5. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
8.4. Seyflərin məqsədli istifadə olunmamasına kifayət qədər şübhə yarandıqda Bank “İcarəçi”yə saxlanc predmetini yoxlanması üçün təqdim etməyi təklif edir. Saxlanc predmetinə baxış Bank Təhlükəsizliyi Departamentinin əməkdaşının iştirakı ilə həyata keçirilir.
8.5. Seyflərin məqsədli istifadə olunmaması faktı aşkar edildikdə, “Bank” aşağıdakı hərəkətləri etməyə haqlıdır:
8.5.1. “İcarəçi” bilavasitə “Bank”da olduqda, təxirəsalınmadan saxlanc predmetinin yoxlanması üçün onu təqdim etməyi tələb edir;
8.5.2. “İcarəçi” bilavasitə “Bank”da olmadıqda və ya saxlanc predmetini təqdim etməkdən imtina etdikdə, 3 (üç) nəfərdən az olmayan tərkibdə komissiyanın üzvlərinin iştirakı ilə seyflər açılır və bu barədə müvafiq akt tərtib edilir. Seyflər açıldıqdan sonra, saxlanc predmetinin Banka və/və ya üçüncü şəxslərə, yaxud ümumiyyətlə insanların sağlamlığına zərər vura biləcək əşyanın olması müəyyən edildikdə, saxlanc predmeti məhv edilir və ya səlahiyyətli dövlət orqanlarına təhvil verilir. Bu prosedur eyni qaydada müvafiq akt əsasında aparılır;
8.5.3. Əgər saxlanc predmeti Banka və/və ya üçüncü şəxslərə, yaxud ümumiyyətlə insanların sağlamlığına zərər vura biləcək əşya deyildirsə “İcarəçi”nin ÖMTA-da qeyd olunan əlaqə vasitələri üzrə onun 10 (on) gün ərzində “Bank”a gəlməsi təklifi ilə bildiriş göndərilir və saxlanc predmetinin mühafizəyə götürülməsi aktı tərtib edilir. “İcarəçi” “Banka” gəldikdən sonra saxlanc predmeti ona qaytarılır;
8.5.4. “İcarəçi” “Bank”a gəlmirsə, “Bank” saxlanc predmetini məhv edir və ya səlahiyyətli dövlət orqanlarına təhvil verir.
8.6. Seyflərə buraxılış qaydalarının pozulması halları istisna olmaqla, “Bank” saxlanc predmetinin salamatlığına və tamlığına görə məsuliyyət daşımır və yalnız seyflərin salamatlığına cavabdehdir.
8.7. Bank seyfindən istifadə qaydaları pozulduğu təqdirdə “İcarəçi” Bankın tələbi ilə bu müqavilə ilə nəzərdə tutulmuş məbləğləri və “Banka” dəymiş zərəri tam şəkildə ödəyir.
9. İnkassasiya xidmətinin göstərilməsi
9.1. Bank Müştərinin müraciəti əsasında, ayrılmış nağd pul vəsaitinin müştərinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə əvvəlcədən müəyyənləşdirilmiş təyinat məntəqəsinə çatdırılmasını həyata keçirir, müştəri isə göstərilən xidmətə görə Banka müəyyənləşdirilmiş haqqı ödəyir.
9.2. İnkassasiya xidmətinin göstərilməsi aşağıdakı qaydada həyata keçirilir:
9.2.1. Müştəri müvafiq Sifarişi imzalamaq və təqdim etmək səlahiyyəti xxxx, həmçinin, pulu müşayiət edəcək şəxsin adını məktubla Banka bildirir.
9.2.2. Müştəri inkassasiya əməliyyatından bir gün əvvəl banka bu müəyyən edilmiş formada və məzmunda imzalanmış Sifariş təqdim edir. Sifarişdə məbləğin həcmi, əməliyyatin dəqiq vaxtı, təyinat məntəqələri, Müştərinin pulunu təhvil verən/xxxx məsul işçisinin soyadı, adı, atasının adı və vətandaşın şəxsiyyət vəsiqəsinin göstəriciləri dəqiq göstərilir.
9.2.3. Müştəri İnkassasiya xidməti üçün nəzərdə tutulmuş komisyon haqları Banka ödəyir.
9.2.4. İnkassasiyanı həyata keçirən Bankın inkassatoru Müştərinin Sifarişində göstərilən səlahiyyətli şəxsindən nağd pul vəsaitini qəbul etdikdən sonra, xxxxx mədaxil qəbzini təqdim edir.
9.3. İnkassasiyanı həyata keçirən Bankın inkassatoru Müştərinin Sifarişində göstərilən səlahiyyətli şəxsinə nağd pul vəsaitini təhvil verərkən, müqabilində lazımi qaydada tərtib edilmiş və Banka təqdim edilmiş “İmza nümünələri vərəqəsi”ndə xxxx şəxslər tərəfindən təsdiqlənmiş pul çekini alır.
10. Törəmə maliyyə alətləri ilə əməliyyat
10.1. Opsion əməliyyatı:
10.1.1. Bank bu müqavilənin müvafiq əlavəsi hesab edilən Razılaşmaya uyğun olaraq müəyyən edilmiş məbləğdə, müəyyən edilmiş tarixdə və təsbit edilmiş məzənnədə xarici valyutanın satışını, Bank tərəfindən isə həmin valyutanın alışına dair münasibətləri tənzimləyir.
10.1.2. Bu müqavilənin 10.1.1-ci bəndində qeyd edilmiş Razılaşmaya əsasən Bankın aşağıdakı hüquqları vardır:
10.1.2.1. Bu müqavilənin 10.1.1-ci bəndində qeyd edilmiş Razılaşmada qeyd edilmiş xarici valyutanı almaq;
10.1.2.2. Müştəri tərəfindən bu müqavilə və onun müvafiq əlavəsi hesab edilən Razılaşma ilə nəzərdə tutulmuş öhdəliklər icra edilmədiyi təqdirdə bu müqaviləyə və Razılaşmaya birtərəfli şəkildə xitam vermək və dəymiş zərərin ödənilməsini tələb etmək.
10.1.3. Bu müqavilənin 10.1.1-ci bəndində qeyd edilmiş Razılaşmaya əsasən Müştərinin aşağıdakı hüquqları vardır:
10.1.3.1. Bankın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyi halda, bu müqaviləyə və onun müvafiq əlavəsi hesab edilən Razılaşmaya birtərəfli qaydada xitam vermək.
10.2. Hedcinq əməliyyatı:
10.2.1. Azərbaycan Respublikasında manatın məzənnə dəyişikliyinin əvvəlcədən proqnozlaşdırılmasının çətin olduğunu və məzənnə dəyişikliyi gözləntisini nəzərə alaraq və Müştərinin Bank qarşısında xarici valyutada kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bank və Müştəri əsas şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Razılaşmada qeyd edilmiş Hedcinq əməliyyatını həyata keçirə bilərlər.
10.2.2. Bu müqavilənin 10.2.1-ci bəndində qeyd edilmiş Razılaşmaya əsasən Bankın aşağıdakı hüquqları vardır:
10.2.2.1. Mövcud xxxx qarşılıqlı tələblərin icra müddəti çatmışsa və ya Müştəri vaxtından əvvəl öhdəliyi tam və ya qismən icra etmək üçün yazılı müraciət etmişdirsə, qarşılıqlı tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilir. Qarşılıqlı tələblərin icra müddəti 10.2.1-ci bəndində qeyd edilmiş Razılaşmaya əsasən əsasən müəyyən edilir;
10.2.2.2. Xarici Valyutanı Müştərinin bank hesabında bloklaşdırır və Müştərinin yalnız Bankın qarşısında xxxx öhdəliklərin icrası üçün istifadə edir;
10.2.2.3. Müştərinin Bank qarşısında bu müqavilə və bu müqavilənin 10.2.1-ci bəndində qeyd edilmiş Razılaşmaya əsasən istənilən digər əsasla icra edilməmiş öhdəliyi olduqda, Müştərinin bank hesabından pul vəsaitini birtərəfli qaydada öz xeyrinə silir;
10.2.2.4. Müştəri bu Müqavilə və bu müqavilənin 10.2.1-ci bəndində qeyd edilmiş Razılaşmaya əsasən istənilən digər əsas üzrə Bank qarşısında hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə bu Müqaviləyə və bu müqavilənin 10.2.1-ci bəndində qeyd edilmiş Razılaşmaya vaxtından əvvəl birtərəfli qaydada xitam verir;
10.2.2.5. Bank bu müqavilənin 10.2.1-ci bəndində qeyd edilmiş Razılaşmada nəzərdə tutulmuş tarixdə Müştərinin manat hesabında xxxx vəsaiti həmin Razılaşmda nəzərdə tutulan Xxxxxx Xxxxxxxxx satış məzənnəsini aşmamaq şərtilə, Bankın kredit ödənişləri üçün nəzərdə tutduğu məzənnə ilə ABŞ dollarına konvertasiya edərək Müştərinin kredit ödənişinə yönəldir.
10.2.3. Bu müqavilənin 10.2.1-ci bəndində qeyd edilmiş Razılaşmaya əsasən Müştərinin aşağıdakı hüquqları vardır:
10.3. Bu müqavilə və bu müqavilənin 10.2.1-ci bəndində qeyd edilmiş Razılaşma üzrə Bankın öhdəliklərinin icra edilməsini tələb edir.
11. Kreditin verilməsi
11.1. Bank (Kreditverən) Müştərinin (Borcalanın) müraciətinə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya və/və ya bu müqavilənin 20-ci bəndində qeyd edilmiş qaydaya uyğun olaraq Müştəriyə kredit razılaşması və ya Əsas kredit limiti razılaşması əsasında kreditlər verir.
11.2. Xxxxxxxx kreditin bir hissəsini və ya bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə Kreditverənin razılığı ilə vaxtından əvvəl ödəyə bilər. Artıq ödəniş məbləği Borcalanın krediti üzrə aylıq ödəniş məbləğinin 20 (iyirmi)%-dən aşağı olmamalıdır. Kreditverən tərəfindən buna razılıq verildikdə artıq ödənilmiş məbləğ kredit üzrə əsas borc qalığında nəzərə alınmaqla Borcalanın ərizəsi ilə:
• ilkin kredit müddəti saxlanılmaqla annuitet ödəniş məbləği azaldılır;
• ilkin annuitet ödəniş məbləği saxlanılmaqla kreditin ödəniş müddəti qısaldılır.
11.3. Borcalanın ödəniş cədvəllərində nəzərdə tutulmuş məbləğdən artıq ödənişlərin aparılması onları növbəti aylar üçün ödənişlərdən tam və ya qismən azad etmir.
11.4. Kreditverənə ödəniləcək ödənişlər ödəmə tarixində xxxx hesab vasitəsi ilə həyata keçiriləcəkdir. Vəsaitlər hesaba mədaxil edildikdən sonra Kreditverən tərəfindən cərimə, xərclər (əgər varsa), faiz və əsas borcun ödənilməsi məqsədi ilə silinir. Bu bənddə qeyd olunan ödəniş növbəliliyi ilə bağlı Bank öz mülahizəsinə əsasən başqa qayda müəyyən edə bilər.
11.5. Bank qanunvericiliyinə uyğun olaraq Kreditverən Xxxxxxxxxx borcları barədə neqativ və/və ya pozitiv məlumatı Kredit Bürosuna və Kreditverənin iştirakçısı olduğu borcalanların kredit reyestrini aparan hüquqi şəxslərə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanlarına təqdim edəcək.
11.6. Borcalanın bu müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir başqa mənbələrdən kredit (borc) götürdükdə və ya kreditor borclarını hər hansı bir formada artırdıqda bu barədə Kreditverənə yazılı məlumat verir.
11.7. Xxxxxxxxxx maliyyə durumunda, əmlak vəziyyətində, onun barəsində məhkəmə icraatında xxxx və ya məhkəmə ilə nəticələnə biləcək bütün hallar barəsində dərhal Kreditverənə məlumat verməyə borcludur. Borcalan bu tələbi yerinə
yetirmədiyi halda Kreditverən verilmiş krediti və ona hesablanmış faizləri vaxtından əvvəl Borcalandan qaytarılmasını tələb edə bilər.
11.8. Xxxxxxxxxx əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdikdə Kreditverən kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. (Borcalanın ödəmə qabiliyyətinin aşağı düşməsi, iş yerinin itirilməsi, əmək haqqının və ya gəlir mənfəətin azaldılması, borclunun əmlakı üzərinə həbs qoyulması, başqa kreditlərin götürülməsi nəticəsində borc yükünün artması, kredit öhdəliyinin vaxtında icra edilməməsi və bunlarla məhdudlaşmayan başqa hallar.)
11.9. Borcalan Kreditverən tərəfindən biznesinin monitorinqinin aparılmasına şərait yaratmağı öhdəsinə götürür. Kreditverən monitorinq zamanı borcalanın biznes, yaşayış yerinə baxış keçirə və kreditin məqsədi və təyinatı, borcalanın gəlir və xərcləri, girovların vəziyyəti barədə birbaşa ondan məlumat əldə edə bilər və həmçinin bu məlumatların düzgünlüyünü digər şəxlərdən yoxlaya bilər.
11.10. Kreditverənin əmlak vəziyyətində və mülkiyyət formasında hər hansı bir mənfi dəyişilik olduqda və/və ya bazarın mövcud vəziyyəti Kreditverənin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, Kreditverən Borcalandan kredit məbləğinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.
11.11. Xxxxxxxx hər rüb tamam olduqdan sonra, növbəti ayın 20-dən gec olmamaq şərti ilə, özünün işgüzar fəaliyyəti haqqında Kreditverənə yazılı məlumat verməlidir. Bu bəndlə müəyyən edilmiş məlumatların Xxxxxxxx tərəfindən vaxtında təqdim edilməməsi, Kreditverən tərəfindən Borcalanın müvafiq razılaşmalar üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndiriləcəkdir və bu halda Kreditverən həmin razılaşmalara xitam vermək, verilmiş krediti hesablanmış faizlər ilə birlikdə Borcalandan vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir.
11.12. Kreditverən Xxxxxxxx tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldildiyi təqdirdə ödəniş gününə xxxx əsas borcun qalıq hissəsinin 1 (bir) xxxxx, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldildiyi təqdirdə isə ödəniləcək əsas borc məbləğinin 1 (bir) xxxxx həcmində komissiya haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
11.13. Xxxxxxxx tərəfindən kredit üzrə ödəniş cədvəlinə müvafiq olaraq ödənişlər lazımi qaydada həyata keçirilmədikdə verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi müvafiq kredit razılaşmasında müəyyən edilən illik faiz dərəcəsi üstəgəl 5 (beş) % gecikdirmə xxxxx ilə hesablanır. Xxxxxxxx verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır.
11.14. Borcalana verilmiş kredit məbləği onun hesabından çıxarış vasitəsi ilə təsdiq edilir.
11.15. Bu müqavilənin “Kreditin verilməsi”nə dair şərtləri Müştəri ilə kreditin verilməsinə və/və ya kredit limtinin açılmasına dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir. Bu zaman kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələri bu müqavilənin 12-ci, 13-cü bəndləri və əsas kredit limiti razılaşması (kredit razılaşmaları) ilə tənzimlənəcəkdir.
12. Kredit xəttinin açılması (Ödəniş kartı vasitəsi ilə)
12.1. Bank (Kreditverən) Müştərinin (Borcalanın) müraciətinə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya və/və ya bu müqavilənin 20-ci bəndində qeyd edilmiş qaydaya uyğun olaraq kredit xətti açır və açılmış kredit xəttinə müvafiq olaraq kredit verir.
12.2. Kredit xəttindən istifadə ilə bağlı tərəflərin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:
12.2.1. Bank:
12.2.1.1. Kreditdən istifadəyə görə faizlərin düzgün hesablanması və tutulması qaydalarına riayət edir;
12.2.1.2. Kreditin və kreditə görə faizlərin tam və vaxtında ödənilməsinə nəzarət edir;
12.2.1.3. Kredit vaxtında ödənilməzsə və ödənilmə vaxtı keçərsə kredit hesabı üzrə kredit qalığını növbəti iş günündən etibarən vaxtı keçmiş borcların uçotu üzrə uyğun hesaba köçürür;
12.2.1.4. «Borcalan»ın tələbi ilə hesabat dövrü üçün hər ay bank hesabı üzrə çıxarış verir;
12.2.1.5. «Borcalan»ın kredit kartının itirilməsi və ya oğurlanması haqqında ərizəsinə əsasən kredit kartı üzrə əməliyyətları bloklaşdırıb onu stop vərəqədə yerləşdirir;
12.2.1.6. Xxxxxxxxxx bu müqavilə üzrə yaranmış kredit münasibətlərinə xitam vermək istəyini əks edən Bildirişi olmadıqda kredit xəttinin qüvvəsini eyni müddətə uzadır;
12.2.1.7. Bank qanunvericiliyinə uyğun olaraq Bank Borcalanın borcları barədə neqativ və/və ya pozitiv məlumatı Azərbaycan Kredit Bürosuna (AKB) və Bankın iştirakçısı olduğu borcalanların kredit reyestrini aparan hüquqi şəxslərə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanlarına təqdim edir.
12.2.2. Müştəri:
12.2.2.1. Kreditdən qanunvericilikdə qadağan edilməyən məqsədlərlə istifadə edir;
12.2.2.2. Kreditdən istifadə prosesində kreditləşmənin prinsiplərinə: müddətlilik, qaytarılmalı, məqsədli istifadə, ödənişli, maddi təminatlı olması prinsiplərinə əməl edir;
12.2.2.3. İş yerinin dəyişdirilməsi, kredit kartının itirilməsi və ya oğurlanması haqqında «Bank»a məlumat verir;
12.2.2.4. Bank hesabından xərclənmiş vəsaitlərə nəzarət edir;
12.2.2.5. «Borcalan» bütün bank hesabından silinmələrə və imza etdiyi kart-çeklərə məsuliyyət daşıyır;
12.2.2.6. Müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyi (İcrası müvafiq olmayan) halda çəkilmiş məhkəmə, poçt və s., xərclərini «Bank»a ödəyir;
12.2.2.7. Krediti «Bank»a əvvəlcədən xəbərdarlıq etməməklə vaxtından əvvəl tam və ya qismən ödəyir;
12.2.2.8. Bank hesabı üzrə aparılmış bütün əməliyatlar haqqında hər ay «Bank»xxx məlumat alır.
12.3. Bütün faizlər kreditin müddəti ərzində günlərin sayı ayda 30 gün və ildə 360 gün əsasında hesablanır.
12.4. Kreditverənin Borcalana xxxx bildirişləri, xəbərdarlıqları və s. sənədləri Xxxxxxxxxx müvafiq razılaşmada qeyd edilmiş ünvanına bildirişli sifariş məktubu və ya teleqramla, eləcə də təqdimetməni təsdiq edən digər üsulla çatdırılacaqdır. Həmin ünvana göndərilmiş bildirişlər Borcalana çatdırılmış hesab olunacaqdır.
12.5. Bank Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi ilə nəticələnə biləcək aşağıda hallarda kredit xəttinin məbləğini Müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya bu müqaviləyə uyğun olaraq kredit xəttinin açılmasında dair bağlanmış müvaviq Razılaşmaya xitam verə bilər:
12.5.1. Müştərinin gəlirlərinin (əmək haqqı, pensiya, təqaüd və s.) azalması;
12.5.2. Müştərinin Bank və Bank olmayan kredit, lombard, lizinq və borc verən digər təşkilatlar qarşısında xxxx öhdəliklərinin artması;
12.5.3. Müştərinin İş yerinin itirilməsi;
12.5.4. Müştərinin Vergi öhdəliklərinin vaxtında icra edilməməsi;
12.5.5. Müştərinin bu müqavilənin qüvvədə olduğu müddətdə kredit tarixçəsinin pisləşməsi;
12.5.6. Müştəri barəsində cinayət işinin açılması;
12.5.7. Müştərinin Bankın daxili qaydalarına əsasən, “Sağlam” müştəri kateqoriyasına aid edilməməsi.
12.6. Bu müqavilənin “Kredit xəttinin açılmasına (Ödəniş kartı vasitəsi ilə)” dair şərtləri Müştəri ilə kredit xəttinin açılmasına dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir.
13. Kredit xəttinin açılması
13.1. Bank (Kreditverən) Müştərinin (Borcalanın) müraciətinə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya və/və ya bu müqavilənin 20-ci bəndində qeyd edilmiş qaydaya uyğun olaraq kredit xətti açır və açılmış kredit xəttinə müvafiq olaraq kredit verir.
13.2. Kredit xəttindən istifadə ilə bağlı tərəflərin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:
13.2.1. Bank:
13.2.1.1. Kreditverən aşağıdakı hallarda müştəri ilə kredit xəttinin açılmasına dair bağlanmış razılaşmaya birtərəfli qaydada vaxtından əvvəl xitam verə, müştəriyə krediti verməkdən imtina edə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb edə bilər:
a. 3 (üç) iş günü ərzində Müştəri ona verilmiş kredit hissəsini və/və ya onun faizini tərəflər arasında elektron sənəd mübadiləsi yolu və Banka yaxınlaşmaqla tərtib olunmuş ödəniş cədvəli üzrə ödəmək iqtidarında olmadıqda;
x. Xxxxxx fikrincə Müştərinin əmlak vəziyyətində həmin razılaşmanın icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və/və ya bazarın mövcud vəziyyəti müştərinin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda;
c. Müştəri tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi aşkar olunduqda, o cümlədən, Müştərinin özünün sahibkarlıq (təsərrüfat) fəaliyyəti, iqtisadi imkanları və bu müqavilədən və müvafiq razılaşmadan irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasına mənfi təsir edə biləcək digər faktlar (Müştərinin dövlət bücəsinə ödənilməmiş borcları, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəlikləri və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda;
d. Bank Müştərinin kreditdən məqsədli təyinatına uyğun istifadə etmədiyini müəyyən etdikdə;
e. Kreditin icrasının təminatı kimi göstərilmiş girov (ipoteka) predmetinin məhv olması, qiymətinin azalması və məcburi alınması halında;
f. İpotekaqoyan tərəfindən ipoteka predmetinin qorunması və lazımi qaydada saxlanılması üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi halında;
x. Xxxxxx kifayət qədər maliyyə vəsaiti olmazsa;
x. Xxxxxx Müştərinin maliyyə vəziyyətinin götürülən kreditin xxxx qaytarılmaması ehtimalı yaranarsa.
13.2.2. Müştərinin üçüncü şəxslər qarşısında icra vaxtı çatmış xxxxx icra edilməmiş öhdəlikləri barədə Banka məlum olunduqda, Bank Müştəridən kredit məbləğini və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir.
13.2.3. Müştəri müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, Bankın bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır.
13.2.4. Bank qanunvericiliyinə uyğun olaraq Bank Müştərinin borcları barədə neqativ və/və ya pozitiv məlumatı Azərbaycan Kredit Bürosuna və Bankın iştirakçısı olduğu borcalanların kredit reyestrini aparan hüquqi şəxslərə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanlarına təqdim edəcək.
13.2.5. Müştərinin Bank qarşısında icra olunmamış öhdəliyi olduqda borc məbləğini Müştəriyə məxsus bank hesablarından (hesablar xarici valyutada olduğu təqdirdə Bankın təyin etdiyi günün məzənnəsinə müvafiq olaraq konvertasiya edərək) silmək hüququna malikdir.
13.3. Müştəri:
13.3.1. Bu Müqavilə və müvafiq razılaşma üzrə kreditin məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarəti təmin etmək məqsədilə Müştəri Bankın istənilən vaxtlarda ilkin tələbi əsasında ona verilmiş kreditdən təyinatına uyğun istifadə edilməsini təsdiq edən müvafiq sənədləri 10 (on) gün müddətində Banka təqdim etməyə borcludur.
13.3.2. Müştəri özündən asılı olmayan səbəblərə görə kreditdən məqsədli təyinatına uyğun istifadə edə bilmədikdə, bu barədə Bankı dərhal xəbərdar edir və aldığı kredit hissəsini bu vaxta qədər hesablanmış xxxxx ödəməklə xəbərdarlığın edildiyi gündən başlayaraq 15 (on beş) təqvim günü müddətində Banka qaytarır.
13.3.3. Müştərinin maliyyə durumunda, əmlak vəziyyətində, onun barəsində məhkəmə icraatında xxxx və ya məhkəmə ilə nəticələnə biləcək bütün hallar barəsində dərhal Banka məlumat verməyə borcludur. Müştəri bu tələbi yerinə yetirmədiyi halda Bank verilmiş krediti və ona hesablanmış faizləri vaxtından əvvəl Müştəridən qaytarılmasını tələb edə bilər.
13.4. Kredit xətti çərçivəsində istifadə edilmiş kredit məbləğinin vaxtından əvvəl ödənilməsi qaydası bu müqavilənin 11.2-ci bəndinə əsasən həyata keçiriləcəkdir.
13.5. Kredit xətti çərçivəsində istifadə edilmiş kreditlər üzrə Banka ödəniləcək ödənişlər ödəmə tarixində xxxx hesab vasitəsi ilə həyata keçiriləcəkdir. Vəsaitlər hesaba mədaxil edildikdən sonra Bank tərəfindən cərimə, xərclər (əgər varsa), faiz və əsas borcun ödənilməsi məqsədi ilə silinir.
13.6. Kredit xətti çərçivəsində istifadə edilmiş kredit xarici valyutada verilərsə, kreditin verilməsi tarixindən və manata nisbətən həmin xarici valyutanın məzənnəsinin dəyişməsindən asılı olmayaraq, borcun «Bank»a qaytarılması zamanı yenidən hesablama (məzənnə fərqi) ödəniş xxxxxx, ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
13.7. Müştəri xarici valyutada götürülmüş kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda Müştəri kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır.
13.8. Kredit, Müştərinin ərizəsi əsasında Bank tərəfindən Müştərinin xxxx hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin Müştərinin xxxx hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır.
13.9. Bank Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi ilə nəticələnə biləcək bu müqavilənin 12.5-ci bəndində qeyd edilən hallarda kredit xəttinin məbləğini Müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya bu müqaviləyə uyğun olaraq kredit xəttinin açılmasında dair bağlanmış müvaviq Razılaşmaya xitam verə bilər.
13.10. Bu müqavilənin “Kredit xəttinin açılması”na dair şərtləri Müştəri ilə kredit xəttinin açılmasına dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir.
14. Overdraft
14.1. Bank Müştərinin müraciətinə əsasən elektron sənəd mübadiləsi yolu ilə bağlanmış müvafiq razılaşmaya əsasən (Bundan sonra Razılaşma adlandırılacaq) bank hesabında vəsaitin olub olmamasından asılı olmayaraq həmin razılaşmada qeyd edilmiş vəsaitin müştəri tərəfindən istifadəsinə şərait yaradır və müştəri bu vəsaitdən istifadə etdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.
14.2. Overdraftdan istifadə ilə bağlı tərəflərin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:
14.2.1. Bank:
14.2.1.1. Razılaşmaya əsasən müştərinin həmin razılaşmada qeyd edilmiş bank hesabından müvafiq məbləğdək pul vəsaitindən istifadə üçün şərait yaradır;
14.2.2. Müştəri tərəfindən razılaşmaya əsasən hesabdakı vəsaitdən artıq istifadə edilmiş vəsait (kredit) həmin razılaşmanın tələblərinə əsasən vaxtında və/və ya tam şəkildə Banka ödənilmədikdə Bank birtərəfli qaydada həmin razılaşmanı ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək və Müştərinin hesablardakı vəsaitdən artıq vəsaitin istifadəsinə yaradılmış şəraiti dayandırır;
14.2.3. Müştərinin Bank qarşısında icra olunmamış öhdəliyi olduqda borc (kredit) məbləğini müştəriyə məxsus bütün hesablardan silir;
14.2.4. Hesablardakı vəsaitdən artıq vəsaitin istifadə ediləcəyi tarixdən Bank qanunvericiliyinə uyğun olaraq Bank Müştərinin borcları barədə neqativ və/və ya pozitiv məlumatı Kredit Bürosuna və Bankın iştirakçısı olduğu borcalanların kredit reyestrini aparan hüquqi şəxslərə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanlarına təqdim edir;
14.2.5. Razılaşmada qeyd edilmiş şərtləri Müştərinin razılaşmada qeyd edilmiş hesabı üçün tətbiq edir.
14.3. Müştəri:
14.3.1. Hesabdakı vəsaitdən artıq istifadə edilmiş vəsaiti (kredit məbləğini) razılaşmada qeyd edilmiş müddət ərzində hesablanmış faizləri ilə birlikdə razılaşmanın şərtlərinə əsasən Banka ödəməyi öhdəsinə götürür;
14.3.2. Razılaşmanın qeyd edilmiş müddət ərzində kredit məbləğini Banka ödəmədikdə Bankın tələbinə əsasən kredit məbləğini hesablanmış faizlər və cərimə ilə birlikdə Banka ödəməyi öhdəsinə götürür;
14.3.3. Razılaşmaya əsasən Bank tərəfindən yaradılmış şəraitdən sui-istifadə etmir;
14.3.4. Bankdan Bank qarşısında icra edilmiş öhdəliklərinə dair sənədin verilməsini tələb edir.
14.3.5. Bank Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi ilə nəticələnə biləcək bu müqavilənin 12.5-ci bəndində qeyd edilən hallarda overdraft məbləğini Müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya bu müqaviləyə uyğun olaraq overdraftın verilməsinə dair bağlanmış müvaviq Razılaşmaya xitam verə bilər.
14.4. Bu müqavilənin “Overdraft”a dair şərtləri Müştəri ilə Overdrafta dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir.
15. Qarantiya
15.1. Bank Müştərinin müraciətinə əsasən elektron sənəd mübadiləsi yolu ilə bağlanmış müvafiq razılaşmaya əsasən (Bundan sonra Razılaşma adlandırılacaq) müştərinin Benefisiarına (Müştəri ilə bağlanmış müqaviləyə əsasən (alqı-satqı, xidmət və s.) müştəridən həmin müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququna xxxxx xxxx şəxs) təqdim edilən Bank zəmanəti verir. Bank zəmanətinin müddəti, məbləği, illik faiz dərəcəsi, komisyon haqqlar və s. spesifik şərtlər razılaşmada qeyd edilir.
15.2. Qarantiyadan istifadə ilə bağlı tərəflərin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:
15.2.1. Bank:
15.2.1.1. Benefisiar tərəfindən tələbi irəli sürülərkən, ona qoşulmalı sənədlərin siyahısını müəyyən edir və bunları qarantiya məktubunda göstərir;
15.2.1.2. Əgər Benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra Banka təqdim edilmişdirsə, bu tələbi ödəməkdən imtina edir;
15.2.1.3. Razılaşmaya uyğun olaraq xərcləri, ödənişləri müştərinin hesablarından silir;
15.2.1.4. Qarantiya üzrə Benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini müştəridən reqress qaydasında tələb edir;
15.2.1.5. Müştərinin Benefisiar qarşısında əsas öhdəliklərini lazımınca icra etmədiyi halda, razılaşmanın müddəti bitənədək Benefisiarın tələbi ilə, müştərinin Benefisiara xxxx borcunu qarantiya məbləği həcmində ödəyir;
15.2.1.6. Benefisiarın tələbini aldıqdan sonra bu barədə ləngimədən müştəriyə məlumat verir və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə müştəriyə təqdim edir;
15.2.1.7. Qoşulmuş sənədlərlə birlikdə Benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə baxır, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət gösətir.
15.2.2. Müştəri:
15.2.2.1. Razılaşmaya uyğun olaraq, xərclərin, ödənişlərin Bank tərəfindən öz hesablarından silinməsinə razılaşır;
15.2.2.2. Benefisiar qarşısında götürdüyü öhdəliklərini lazımınca və vaxtında icra edir;
15.2.2.3. Həmin öhdəliklərini icra etdikdən dərhal sonra bu barədə Banka məlumat verir;
15.2.2.4. Bank Benefisiarın tələblərini ödədiyi təqdirdə razılaşma ilə nəzərdə tutulmuş qaydada Bankın reqress tələblərini, ona vurulmuş bütün ziyanlar daxil olmaqla ödəyir;
15.2.2.5. Benefisiar tərəfindən qarantiyaya vaxtından əvvəl xitam verilməsi və ya qarantiyanın müddətinin bitməsi ilə bağlı müvafiq məktubun Bankın tələbi ilə aidiyyatı şəxslərə çatdırılmasını təmin edir;
15.2.2.6. Razılaşmada qeyd edilmiş öhdəliklərin icrası ilə bağlı Qarant tərəfindən çəkilmiş bütün xərclərin (qarantiyanın verilməsi ilə bağlı qeyri-rezident banklara ödənilən məbləğlər də daxil olmaqla) öz hesablarından silinməsinə razılaşır.
15.3. Razılaşmaya əsasən qarantiya çərçivəsində Benefisiarın tələbi Bank tərəfindən ödənilərsə, bunun Bank tərəfindən müştəriyə tələbin ödənildiyi məbləğdə kreditin verilməsi hesab olunması ilə bağlı müddəa əlavə edildiyi təqdirdə həmin kreditə dair münasibətlər bu müqavilə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya əsasən tənzimlənəcəkdir.
15.4. Faizlər Müştəri tərəfindən, tərəflərin qarşılıqlı razılaşması ilə təyin edilmiş faizlərin ödəniş cədvəlinə əsasən hər ay ödəmə (və ya hesabdan silinmə) yolu ilə aparılır.
15.5. Faizlərin hesablanması Qarantiyanın açıldığı gündən başlayaraq Qarantiyanın bağlandığı günədək hər gün üçün hesablanır.
15.6. Faizlər ildə 360 gün, ayda 30 gün olmaqla hesablanır.
15.7. Qarantiya üzrə Benefisiara mənsub xxxx, Banka qarşı tələb irəli sürmək hüququ başqa şəxsə verilə bilməz.
15.8. Müştəri xarici valyutada götürülmüş qarantiya/kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda Müştəri kimi xarici valyutada götürülmüş qarantiyanın/kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır.
15.9. Bu müqavilənin “Qarantiya”ya dair şərtləri Müştəri ilə Qarantiyaya dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir.
16. Akkreditiv
16.1. Bank Müştərinin müraciətinə əsasən elektron sənəd mübadiləsi yolu ilə bağlanmış müvafiq razılaşmaya əsasən (Bundan sonra Razılaşma adlandırılacaq) müştərinin Benefisiarına (Müştəri ilə bağlanmış müqaviləyə əsasən (alqı-satqı, xidmət və s.) müştəridən həmin müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququna xxxxx xxxx şəxs) təqdim edilən Bank zəmanəti verir. Bank zəmanətinin müddəti, məbləği, illik faiz dərəcəsi, komisyon haqqlar və s. spesifik şərtlər razılaşmada qeyd edilir.
16.2. Akkreditivdən istifadə ilə bağlı tərəflərin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:
16.2.1. Bank:
16.2.1.1. Əgər Benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər akkreditivin şərtlərinə uyğun deyilsə və ya akkreditivdə təyin edilmiş müddət qurtardıqdan sonra Emitentə təqdim edilmişdirsə, bu tələbi ödəməkdən imtina edir;
16.2.1.2. Akkreditiv üzrə Benefisiara ödəniləcək məbləği müştərinin hesablarından akseptsiz qaydada (yəni müştərinin razılığı alınmadan) silir və əməliyyat baş tutmazsa xxxx qaytarır;
16.2.1.3. Müştərinin Bank qarşısında öhdəliklərini lazımınca icra etmədiyi halda, akkredivlə ödənilmiş məbləği müştərinin hesablaşma və digər hesablarından silir, onun hesablarında vəsait olmadıqda isə, qanunla müəyyən olunmuş qaydada başqa əmlak və qiymətlilərinə ödəniş yönəltmək hüququnu əldə edir. Bu halda müştəri Xxxxx xxxx borcunun qalığının razılaşma ilə müəyyən edilmiş illik faiz dərəcəsinə uyğun olaraq faiz ödəyir;
16.2.1.4. Akkreditv üzrə Benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini müştəridən reqress qaydasında tələb edir;
16.2.1.5. Razılaşma və müştərinin müraciətinə əsasən Benefisiarın xeyrinə akkreditiv açır;
16.2.1.6. Benefisiar akkreditivin şərtlərinə uyğun sənədləri təqdim etdikdə nəzərdə tutulmuş məbləği ödəyir.
16.2.2. Müştəri:
16.2.2.1. Müştəri Bank qarşısında götürdüyü öhdəliklərini lazımınca və vaxtında icra edir;
16.2.2.2. Akkreditivin məbləğini Banka razılaşmada qeyd edilmiş müddət ərzində ödəyir;
16.2.2.3. Bank akkreditiv barədə ödəniş tapşırığını aldıqda müştərinin hesabından pul vəsaiti həmin gün silinir və bankın hesabında saxlanılır;
16.2.2.4. Müştərinin hesabında pul vəsaitinin olub-olmamasından asılı olmayaraq akkreditiv Bank tərəfindən vaxtında icra edilməlidir;
16.2.2.5. Akkreditiv əməliyyatı baş tutmadıqda pul vəsaiti müştərinin hesabına qaytarılır;
16.2.2.6. Razılaşmada qeyd edilmiş öhdəliklərin icrası ilə bağlı Bank tərəfindən çəkilmiş bütün xərclərin (akkreditivin verilməsi ilə bağlı qeyri-rezident banklara ödənilən məbləğlər də daxil olmaqla) öz hesablarından silinməsinə razılaşır.
16.3. Razılaşmaya əsasən Benefisiarın akkreditiv tələbi Bank tərəfindən ödənilərsə, bu Bank tərəfindən müştəriyə tələbin ödənildiyi məbləğdə kreditin verilməsi hesab olunur. Həmin kreditə dair münasibətlər bu müqavilə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya əsasən tənzimlənəcəkdir.
16.4. Bu müqavilənin “Akkreditiv”ə dair şərtləri Müştəri ilə Akkreditivə dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir.
17. İnvoys diskontlaşdırılması
17.1. Bank Müştərinin icrası müvafiq sənədlərlə təsdiqlənən məhsul və ya xidmət üzrə üçüncü şəxslərə qarşı xxxx pul tələb(lər)ini (invoysları) qəbul edərək Müştəriyə kreditin verilməsi yolu maliyyələşdirir, Müştəri isə bu müqavilənin və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Razılaşmanın şərtlərinə əsasən borc pul vəsaitinin Banka vaxtında və tam şəkildə ödənilməsini təmin edir.
17.2. Bank tərəfindən Müştəriın maliyyələşdirilməsi zamanı kreditin valyutası Müştəri ilə üçüncü şəxslər arasında bağlanmış malın alğı-satqısına və ya xidmətlərin göstərilməsinə dair müqavilələrdə qeyd edilmiş müqavilə məbləğinin valyutasından fərqli valyutada da ifadə oluna bilər.
17.3. Müştəri baş tutmuş maliyyələşdirmə əməliyyatından sonra Banka ediləcək ödənişləri Xxxxxx açılmış müvafiq bank hesabı vasitəsi ilə həyata keçirəcəkdir.
17.4. Müştəri onunla üçüncü şəxslər arasında bağlanmış malın alğı-satqısına və ya xidmətlərin göstərilməsinə dair müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri tamamilə icra etdiyi müqavilələrə dair “pul tələb(lər)ini” (invoysları), üçüncü şəxslər tərəfindən alğı-satqı dəyərinin ödənilməsi üçün müqavilə ilə tələb edilən və üçüncü şəxslərə verilən sənədlərin surətini Banka təqdim edəcəkdir.
17.5. Müştəri üçüncü şəxslər tərəfindən müvafiq müqavilə üzrə ödənişlərin Banka edilməsini təmin etməlidir. Üçüncü şəxslər tərəfindən Müştəriyə ödəniş edildiyi təqdirdə Müştəri həmin pul vəsaitini dərhal Banka ödəyəcəkdir. Bununla belə, Bank Müştərinin hesabına maliyyələşdirilmiş tələb üzrə pul vəsaiti daxil olduğu təqdirdə həmin pul vəsaitini Xxxxxx xxxx məzənnəsinə uyğun olaraq konvertasiya etmək də daxil olmaqla akseptsiz qaydada silmək hüququna malikdir.
17.6. Müştəri bu müqavilənin 17-ci maddəsi ilə nəzərdə tutulmuş maliyyələşdirmə əməliyyatı üzrə tam şəkildə məsuliyyət daşıyır və Razılaşmada qeyd edilmiş məbləğin Banka qaytarılmasını təmin etməyi öhdəsinə götürür.
17.7. Müştəri tərəfindən birdən xxx şəxslərlə bağlanmış müqavilələr üzrə Banka təqdim edilmiş invoyslara əsasən Müştərinın hesabına daxil xxxx ödənişlər və/və ya Müştərinin hesabında xxxx vəsait ən xxx gecikmə gününə xxxxx xxxx invoysun ödənişi üzrə silinir.
17.8. Müştəri tərəfindən Banka təqdim edilmiş invoysda qeyd olunan əmlaklar üçüncü şəxslər tərəfindən və ya hər hansı bir səbəbdən xxxx qaytarıldığı təqdirdə Müştəri ona verilmiş pul vəsaitini, faiz və komissiyaları dərhal Banka ödəyir.
17.9. Müştəri tərəfindən Banka təqdim edilmiş invoysda qeyd olunan mallar daha aşağı dəyərli malla əvəz edildiyi təqdirdə, bu zaman Müştəri əvəz edilmiş malın dəyəri ilə əvvəlki malın dəyəri arasında yaranmış və ona ödənilmiş pul vəsaitini, faiz və komissiyaları dərhal Banka ödəyir.
17.10. Müştəri ilə üçüncü şəxslər arasında bağlanmış malın alğı-satqısına və ya xidmətlərin göstərilməsinə dair müqavilələr üzrə müəyyən edilmiş dəyər (qiymət) hər hansı bir səbəbdən azaldığı təqdirdə, Müştəri azalmış dəyər (qiymət) həddində, bu müqavilə çərçivəsində və müvafiq Razılaşmaya əsasən verilmiş pul vəsaitini, faiz və komissiyaları dərhal Banka ödəyir.
17.11. Müştəri ilə üçüncü şəxslər arasında bağlanmış malın alğı-satqısına, işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə dair müqavilələrə hər hansı bir səbəbdən xitam veriləcəyi təqdirdə, Müştəri bu müqavilə çərçivəsində və müvafiq Razılaşmaya əsasən verilmiş pul vəsaitini, faiz və komissiyaları dərhal Banka ödəyir.
17.12. Müştəri bu müqavilənin 17-ci maddəsində qeyd edilmiş maliyyələşdirmə əməliyyatının icrası ilə bağlı qeyd edilən öhdəliklərlə yanaşı bu müqavilənin kreditə dair maddəsində də göstərilmiş vəzifələri də yerinə yetirəcəkdir.
18. Faktorinq
18.1. Müştəri Üçüncü şəxslərə (Bundan sonra Borclu adlandırılacaq) qarşı xxxx pul tələbini Banka güzəşt edir, Bank isə güzəşt edilmiş pul tələbinin müqabilində Müştəriyə pul vəsaiti verməklə onu maliyyələşdirir. Banka güzəşt edilən pul tələbinin miqdarı Müştəri tərəfindən Banka təqdim edilən müraciətdə əks olunan məbləğdən ibarət olacaq, güzəşt edilən pul tələbinin maliyyələşdirilən hissəsi, valyutası, illik faiz dərəcəsi, qüvvədə olma müddəti və s. Spesifik şərtlər isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Razılaşmada göstəriləcəkdir.
18.2. Bank tərəfindən Müştəriyə göstərilən Faktorinq xidməti aşağıdakılardan ibarətdir:
18.3. Bank Müştərinin debitor öhdəliyini satın alır və bunun müqabilində Müştəriyə Razılaşmada ifadə olunmuş pul vəsaitini verir;
18.4. Alınmış debitor öhdəliklərinə münasibətdə kreditor qismində çıxış edir, Xxxxxx tərəfindən öhdəliklərin icra edilməsini tələb edir, Borcludan alınan maliyyə vəsaitini toplayır.
18.5. Bank güzəşt edilən tələb üzrə Borcluya rəsmi yazılı bildiriş göndərərək ondan tələb edilən borcun güzəşt edildiyi Kreditor və güzəşt edilən məbləğ barəsində ətraflı məlumat verir.
18.6. Xxxxxx tərəfindən güzəşt edilmiş tələb üzrə öhdəliklərin qarşısında icrası onu eyni tələblər üzrə Bank qarşısında xxxx öhdəlikdən azad edir.
18.7. Güzəşt edilən pul tələbinin qarşılığında (bura ƏDV məbləği daxil deyildir) ödənilməli xxxx pul vəsaiti Xxxxxx açılmış müvafiq bank hesabına mədaxil etmək yolu ilə ödənilir.
18.8. Güzəşt olunmuş pul vəsaitinə görə faizlər Bank tərəfindən bildirişdə qeyd olunan hesaba ödənilən məbləğdən akseptsiz qaydada tutulur. Müştəri güzəşt olunan pul tələbinin qarşılığında verilən pul vəsaitinə görə hesablanmış illik faizləri və cərimələri ödəyir.
18.9. Güzəşt edilmiş tələblərlə bağlı Xxxxxx tərəfindən ona ödənilmiş pul vəsaitlərini dərhal Banka ödəyir.
18.10. Güzəşt edilmiş tələblər üzrə Müştəriyə aid xxxx bütün hüquq və vəzifələr müvafiq Razılaşmanın bağlandığı andan Banka keçir.
18.11. Müştərinin tələb hüququ Banka keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Tələb hüququ ilə yanaşı öhdəliyin icasını təmin edən hüquqlar, habelə tələblə xxxxx xxxx digər hüquqlar, o cümlədən, ödənilməmiş cərimələrə hüquq Banka keçir.
18.12. Müştəri qəbul edir ki, Bankın, bu müqaviləyə əsasən Müştəriyə ödəməli olduğu istənilən məbləği, Müştəri ilə qarşılıqlı razılıq olmadan, Müştərinin Banka ödəməli olduğu istənilən məbləğin əvəzi olaraq saxlamaq hüququ vardır.
18.13. Müştəri qəbul edir ki, Bank tərəfindən satın alınmış debitor öhdəlikləri üzrə ödənişlərin təyin edilməsi və toplanması hüququ yalnız Banka məxsusdur. Bu səbəbdən də Bank ona güzəşt edilmiş debitor öhdəlikləri üzrə qanunvericilikdə müəyyən edilmiş bütün hüquqi prosedurları başlaya və apara, o cümlədən, Borcluya qarşı iddiaçı qismində çıxış edə bilər.
18.14. Müştərinin Xxxxxx ilə bağlamış olduğu müqavilə üzrə öz öhdəliklərini icra etməməsi, Borclunun güzəşt edilmiş tələb üzrə Banka ödəmiş olduğu pulun xxxx tələb edilməsi üçün əsas ola bilməz.
18.15. Xxxxxx tərəfindən güzəşt edilən pul tələbinin hamısının və ya bir hissəsinin Razılaşmada nəzərdə tutulduğu müddətdən tez qaytarılması, “Müştəri”yə onun tərəfindən əvvəlcədən ödənilmiş faiz və komissiyaların tələb edilməsi hüququ vermir.
18.16. Borclu tərəfindən istənilən an Müştərinin Xxxxxx mövcud xxxx hesabına maliyyələşdirilmiş tələb üzrə vəsait daxil olduqda Bank müvafiq vəsaiti öhdəliyin icrası məqsədi ilə akseptsiz qaydada silmək hüququna malikdir.
18.17. Faktorinqdən istifadə ilə bağlı tərəflərin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:
18.17.1. Bank:
18.17.1.1. Bu müqavilə çərçivəsində və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Razılaşmalara əsasən güzəşt edilən tələbin real olmasını təsdiq edən sənədləri Müştəridən tələb edir;
18.17.1.2. Güzəşt edilmiş tələbin real olmasını müəyyən etmək üçün zəruri araşdırma aparır və sənədlər toplayır;
18.17.1.3. Güzəşt edilən pul tələbinin alınmasından sonra həmin tələbin ödənilməsi ilə bağlı Borcluya müraciət edir;
18.17.1.4. Güzəşt edilən pul tələbinin alınmasından sonra həmin tələbin ödənilməsini Borcludan tələb edir;
18.17.1.5. Güzəşt edilən pul tələbi Xxxxxx tərəfindən ödənilmədiyi halda həmin tələbin ödənilməsini məhkəmə qaydasında və ya qanunla müəyyən edilmiş digər formada tələb edir;
18.17.1.6. Güzəşt edilmiş pul tələbi Xxxxxx tərəfindən ödənilmədiyi halda həmin məbləğin və vurulmuş ziyanın Müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb edir və həmin məbləği Müştərinin bütün hesablarından akseptsiz qaydada silir və/və ya məhkəmə qaydasında tələb edir;
18.17.1.7. Müştəri ilə Borclu arasında güzəşt edilmiş pul tələbinə aid xxxx bütün yazışmaları, bildiriş və digər sənədləri Müştəridən tələb edir;
18.17.1.8. Borclu tərəfindən istənilən an Müştərinin Xxxxxx mövcud xxxx hesabına maliyyələşdirilmiş tələb üzrə vəsait daxil olduqda müvafiq vəsaiti öhdəliyin icrası məqsədi ilə akseptsiz qaydada silir;
18.17.1.9. Qanunvericiliyə uyğun Faktorinq üzrə Faktora aid xxxx digər hüquqlar malikdir;
18.17.1.10. Güzəşt edilmiş pul tələbinin müqabilində Müştəriyə Razılaşmada qeyd edilən məbləğdə pul vəsaitini verir;
18.17.1.11. Faktor olaraq Banka aid xxxx tələbləri tam və vaxtında icra edir;
18.17.1.12. Borclu və güzəşt olunmuş öhdəlik ilə xxxxx xxx məlum olmuş məlumatların məxfiliyini qoruyur.
18.17.2. Müştəri:
18.17.2.1. Bankdan Razılaşma ilə müəyyən olunmuş məbləğdə pul vəsaitini alır;
18.17.2.2. Borclu ilə aralarında tələblərin güzəştini qadağan edən və ya məhdudlaşdıran hər hansı bir razılaşmanın olmamasına zəmanət verir;
18.17.2.3. Güzəşt edilən tələblərin real olmasına və qanuni sənədlərə əsaslanmasına təminat verir;
18.17.2.4. Bu xidmət üzrə əldə edilən tələblərin tam həcmdə və vaxtında faktor olaraq Banka keçməsini təmin edir;
18.17.2.5. Bu xidmət üzrə Müştəriyə aid tələbləri tam və vaxtında icra edir;
18.17.2.6. Bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Razılaşmada qeyd edilmiş illik faizləri və komissiyaları Banka ödəyir;
18.17.2.7. Güzəşt edilmiş pul tələbini digər üçüncü şəxslərin xeyrinə güzəşt etmir;
18.17.2.8. Faktor olaraq Banka güzəşt edilmiş pul tələblərinin etibarlılığı üçün məsuliyyət daşıyır;
18.17.2.9. Zərurət olduqda Bankın tələbi ilə Borcluya münasibətdə güzəşt edilmiş pul tələbi üzrə Müştərinin adından çıxış edir və digər zəruri hərəkətlər etmək hüququnu verən müvafiq etibarnaməni Banka təqdim edir;
18.17.2.10. Müştəri ilə Borclu arasında güzəşt edilmiş pul tələbinə aid xxxx bütün yazışmaları, bildiriş və digər sənədləri, müqavilələrin əslini, hesab-fakturaları və Borcluya aid bütün məlumatları Banka təqdim edir;
18.17.2.11. Bankin razılığı olmadan Borclu şəxslə bağlanmış və pul tələbinin güzəşt edildiyi müqavilə şərtlərinə əlavə və dəyişikliklər etmir.
18.18. Müştəri ilə Borclu arasında bağlanmış malın alğı-satqısına və ya xidmətlərin göstərilməsinə dair müqavilələrə hər hansı bir səbəbdən xitam veriləcəyi təqdirdə, Müştəri bu müqavilə çərçivəsində və müvafiq Razılaşmaya əsasən verilmiş pul vəsaitini, faiz və komissiyaları dərhal Banka ödəyir.
19. Elektron bank xidməti
19.1. Elektron bank xidməti sahəsində, bu müqavilənin ümumi müddəalarına uyğun olaraq Bank Müştəri ilə elektron bank xidmətinə dair ayrıca müqavilələri bağlamağı zəruri hesab edə bilər. Əgər Müştəri ilə bağlanılan elektron xidmətə dair istənilən müqavilənin şərtləri və müddəaları ilə bu müqavilənin elektron xidmətə dair müddəaları arasında ziddiyyət yaranarsa, bu müqavilənin şərtləri və müddəaları üstün qüvvəyə malikdir.
19.2. Bank bu müqavilə üzrə təklif olunan elektron xidmətləri öz mülahizəsi ilə, Müştəri tərəfindən təqdim olunan identifikasiya məlumatları əsasında təqdim edir. Əgər qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, Bank Müştəridən əlavə informasiyanı sorğu etmək hüququnu özündə saxlayır.
19.3. İdentifikasiya məlumatlarından istifadə etməklə və elektron sənəd dövriyyəsi vasitələri ilə imzalanmış Bank xidmətlərinə aid istənilən müraciət və Razılaşma çatdırılmış və bağlanılmış “yazılı sənəd” hesab olunur.
19.4. Müştəri razılaşır ki, Müştəri tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə, elektron sənəd dövriyyəsi vasitələri və/və ya qanunvericiliklə qadağan olunmayan digər üsullarla Bank Xidmətlərinə dair Banka müraciət edilməsi və müvafiq Razılaşmaların bağlanması, aparılan istənilən əməliyyatlar, Müştəri tərəfindən aparılan əməliyyatlar kimi qəbul olunacaqdır və identifikasiya məlumatları hər hansı mübahisə predmeti qismində çıxış etmir.
19.5. Bank Müştərinin səlahiyyətli nümayəndələrinə müvafiq şifrələr daxil xxxx məlumat daşıyıcısını təqdim edəcək və bu müqavilənin ayrılmaz hissəsi xxxx Elektron İmzanın Təsdiqi üzrə Akt tərtib olunacaqdır.
19.6. Şifrələr xxxx məlumat daşıyıcısının Müştəri tərəfindən qəsdən üçüncü şəxslərə verilməsi və ya Müştərinin kobud ehtiyatsızlığı nəticəsində yuxarıda qeyd olunan informasiyanın üçüncü şəxslərin əlinə keçməsi nəticəsində baş verəcək hər hansı bir zərərə görə Bank məsuliyyət daşımır.
19.7. Bank Müştəriyə əvvəlcədən heç bir bildiriş vermədən, bir tərəfli qaydada Bank xidmətləri sahəsində bank xidmətlərinin istənilən hissəsinə əlavələr etmək, istənilən hissəsini çıxartmaq və ya dəyişmək hüququnu özündə saxlayır.
19.8. Bank yenilikləri, müxtəlif aksiyalar və digər vacib məlumatlar ilk öncə Bankın internet səhifəsində yerləşdirilir. Bu məlumatlar, həmçinin elektron poçt vasitəsilə Müştərinin nəzərinə çatdırıla bilər.
19.9. Bankın internet səhifəsində təqdim etdiyi xidmətlər “Bank Respublika OJSC [AZ]” SSL sertifikatı ilə mühafizə olunur.
19.10. Müştəri qəbul edir ki, identifikasiya məlumatları vasitəsilə ona göndərilən məlumatların üçüncü şəxslərin əlinə keçməsinə görə bütün risklər (real zərər, əldən çıxmış fayda, bütün digər ziyan ) onun üzərinə düşür.
19.11. Müştəri tərəfindən qeyd edilən identifikasiya məlumatları və digər verilənlər Müştərinin son verilənləri kimi qəbul edilir və onlar, Müştərinin Bankla xxxx bütün münasibətlərinə (müqavilələr də daxil olmaqla) aid edilir. Bu məqsədlə, əvvəl təqdim edilən identifikasiya məlumatları və digər verilənlər qüvvədən düşmüş hesab olunur.
19.12. Bank tərəfindən bu müqavilə çərçivəsində çatdırılmalı xxxx bütün məlumatlar ÖMTA-da qeyd olunan identifikasiya məlumatları vasitəsi ilə Müştəriyə göndəriləcəkdir. Göndərilmiş məlumatlar Müştəri tərəfindən qəbul edilmiş sayılır.
19.13. Elektron bank xidməti müqaviləsi üzrə Bankla onlayn informasiya mübadiləsi aparmaq üçün Bank hər hansı ödəniş almayacaqdır.
19.14. Bankın hüquq və vəzifələri:
19.14.1. Bank Müştəri ilə bağlı istənilən məlumatın konfidensiallığını təmin etməlidir;
19.14.2. Müştərinin özü barəsində Banka yazılı şəkildə təqdim etdiyi identifikasiya məlumatları, onun öz əl imzasının analoqu kimi qəbul olunur, bu səbəbdən, Bank həmin məlumatları təqdim edən üçüncü şəxsin bu müqavilə çərçivəsində hər hansı sərəncamını icra edərkən, onun sərəncamı Müştərinin sərəncamına bərabər tutulur. Bu baxımdan Bank Müştərinin qarşılaşdığı hər hansı itkilərə görə məsuliyyət daşımır;
19.14.3. Elektron bank xidmətin həyata keçirilməsi zamanı istənilən borcun silinməsi ilə əlaqədar səhv əməliyyatlar aparıldıqda, Bank Müştərinin razılığını almadan aparılmış əməliyyatların ləğvini həyata keçirə bilər;
19.14.4. Bank Müştəri tərəfindən qeyd olunan identifikasiya məlumatlarından yalnız qanunvericilik çərçivəsində heç bir sui- istifadəyə yol vermədən istifadə edəcəkdir. Bu məqsədlə zərurət yaranarsa, Bank, göstərilən xidmətin dayandırılmasını da həyata keçirə bilər.
19.15. Müştərinin hüquq və vəzifələri:
19.15.1. Müştəri ona məxsus identifikasiya məlumatlarının təhlükəsizliyini təmin etməli, həmin məlumatları heç kimlə bölüşməməli, üçüncü şəxslərin onlardan istifadə edə bilməsi üçün şərait yaratmamalıdır;
19.15.2. Bank heç bir halda sms və ya email vasitəsilə identifikasiya məlumatları ilə bağlı sorğu göndərməyəcəkdir. Bu səbəbdən telefon, e-mail və ya başqa bir mənbədən bənzər bir tələb ilə qarşılaşsa, Müştəri heç bir məlumat verməməlidir;
19.15.3. Müştəri razılaşır ki, elektron xidmətin göstərilməsi zamanı avadanlıqlarda, şəbəkədə, əlaqə xətlərində baş verən istənilən nasazlıqlara görə Bank məsuliyyət daşımır. Bu zaman hər hansı itkilərə görə risk Müştərinin üzərinə düşür;
19.15.4. Müştəri Banka yazılı şəkildə əlavə ərizə ilə müraciət edərək identifikasiya məlumatlarında dəyişikliklər edə bilər;
19.15.5. Müştəri Banka yazılı şəkildə əlavə ərizə ilə müraciət edərək və ya müvafiq proqramdan istifadə etməklə elektron bank xidmətindən imtina edə bilər. Müştərinin belə bir imtinası bu müqavilənin “Elektron bank xidməti”nə dair müddəalarının qüvvədən düşməsi deməkdir.
19.15.6. Müştəri göstərilən identifikasiya məlumatlarında hər hansı dəyişiklik olduqda, dərhal Bankı yazılı şəkildə məlumatlandırmalıdır. Əgər o, identifikasiya məlumatlarında aparılmış dəyişikliklər ilə əlaqədar məlumatı Banka təqdim etməsə, bu məlumatlar əsasında Bank tərəfindən göndərilmiş məlumatlar, Müştəriyə şəxsən çatdırılmış hesab olunacaqdır.
20. Bu müqavilə ilə nəzərdə tutulmuş Bank Xidmətlərinin bənddə qeyd edilən xidmət platforması üzərindən Elektron qaydada məsafədən Göstərilməsi Proseduru
20.1. Elektron sənəd mübadiləsi yolu ilə Bank xidmətlərindən istifadə aşağıdakı qaydada həyata keçiriləcəkdir:
I. Bank hesabının açılması, aparılması və bağlanması:
Bank saytı, SMS və E-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, SMS, e- mail) biri ilə müraciəti göndərir;
• Müştərinin identifikasiya üsulları (telefon nömrəsinə OTP-kodun göndərilməsi) vasitəsi ilə identifikasiya edilir;
• Müştəri təsdiq üsulları (telefon nömrəsinə göndərilən OTP-nin (analoq imzanın) daxil edilməsi ilə) vasitəsi ilə təsdiq edilir;
• Əməliyyata dair ərizə və rekvizitlər müştəriyə göndərilən OTP kod (analoq imza) ilə təsdiqlənir (müştəri fərdi sahibkar olduğu təqdirdə müştəri tərəfindən şəhadətnamə-dublikatın nömrəsi müvafiq xanaya daxil edilir).
RİS platforması vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Platforma vasitəsi ilə müraciət göndərir;
• Bankın Məlumat Mərkəzinin əməkdaşı tərəfindən müştərinin identifikasiyası (videozənglə) aparılır;
• Müştəriyə müqavilə və sənədlər göndərilir;
• Müqavilə və sənədlər güçləndirilmiş imza vasitəsilə təsdiqlənir;
• Rekvizitləri göndərilir və müştəri tərəfindən "qəbul edirəm" düyməsini sıxmaqla təsdiqlənir.
Mobil tətbiq vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə mobil tətbiqdən istifadə edərək müraciəti göndərir;
• Müştərinin identifikasiyası üçün telefon nömrəsinə OTP göndərilir;
• Müştəri OTP-ni (analoq imzanı) mobil tətbiqdə xüsusi bölməyə daxil edir;
• Əməliyyata dair ərizə və rekvizitlər müştəriyə göndərilən OTP kod (analoq imza) ilə təsdiqlənir (müştəri fərdi sahibkar olduğu təqdirdə müştəri tərəfindən şəhadətnamə-dublikatın nömrəsi müvafiq xanaya daxil edilir).
II. AZİPS, XÖHKS və İPS üzrə köçürmələr:
Bank saytı, e-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, e-mail) biri ilə müraciəti göndərir;
• Müştərinin identifikasiya üsulları (e-mail ünvana linkin və telefon nömrəsinə OTP-kodun göndərilməsi, Məxfi kod və telefon nömrəsinə göndərilən OTP-kodun (analoq imzanın) daxil edilməsi) vasitəsi ilə identifikasiya edilir;
• Müştəri təsdiqi üsulları (e-mail vasitəsilə göndərilən linkə OTP-nin daxil edilməsi, məxfi kodun və telefon nömrəsinə göndərilən OTP-nin (analoq imzanın) daxil edilməsi) vasitəsi ilə təsdiq edilir;
• Ödəniş tapşırığı e-mail vasitəsi ilə banka göndərilir və yoxlanılır (yoxlama daxili limitlərdən asılı olaraq müvafiq struktur tərəfindən aparılır);
• AML yoxlamaların aparılması təmin edilir;
• Vəsait köçürülür.
Mobil tətbiq vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə mobil tətbiqdən istifadə edərək müraciəti göndərir;
• Müştərinin identifikasiyası üçün telefon nömrəsinə OTP göndərilir;
• Ödəniş tapşırığı e-mail vasitəsi ilə banka göndərilir və yoxlanılır (yoxlama daxili limitlərdən asılı olaraq müvafiq struktur tərəfindən aparılır);
• AML yoxlamaların aparılması təmin edilir;
• Vəsait köşürülür.
III. SWIFT üzrə ölkəxarici köçürmələr:
Bank saytı, e-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, e-mail) biri ilə müraciəti göndərir;
• Müştərinin identifikasiya üsulları (e-mail ünvana linkin və telefon nömrəsinə OTP-kodun göndərilməsi, Məxfi kod və telefon nömrəsinə göndərilən OTP kodun (analoq imza) daxil edilməsi) vasitəsi ilə identifikasiya edilir;
• Müştəri təsdiqi üsulları (e-mail vasitəsilə göndərilən linkə OTP-nin daxil edilməsi, məxfi kodun və telefon nömrəsinə göndərilən OTP-nin daxil edilməsi) vasitəsi ilə təsdiq edilir;
• Müqavilənin və digər sənədlərin banka fiziki olaraq göndərilməsi (kuryer vasitəsilə və ya müştəri tərəfindən şəxsən) və yoxlanılması həyata keçirilir;
• AML yoxlamaların aparılması təmin edilir;
• Vəsait köçürülür.
Mobil tətbiq vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə mobil tətbiqdən istifadə edərək müraciəti göndərir;
• Müştərinin identifikasiyası üçün telefon nömrəsinə OTP göndərilir;
• Müqavilənin və digər sənədlərin banka fiziki olaraq göndərilməsi (kuryer vasitəsilə və ya müştəri tərəfindən şəxsən) və yoxlanılması həyata keçirilir;
• AML yoxlamaların aparılması təmin edilir;
• Vəsait köşürülür.
IV. Ödəniş kartlarının əldə olunması və istifadə edilməsi:
Bank saytı, SMS və E-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, SMS, e-mail) biri ilə müraciəti göndərir;
• Müştəri identifikasiya üsulları (telefon nömrəsinə OTP-kodun göndərilməsi) vasitəsi ilə identifikasiya edilir;
• Müştəri təsdiq üsulları (telefon nömrəsinə göndərilən OTP-nin (analoq imza) daxil edilməsi) vasitəsi ilə təsdiq edilir:
• Hesab açılandan sonra ərizənin və rekvizitlərin müştəriyə göndərilən OTP kod ilə təsdiqlənməsi həyata keçirilir;
• Sifariş edilən kart hazırlanır;
• Müştəri tərəfindən kartların təhvil alınması prosesi telefon nömrəsinə göndərilən OTP kod ilə təsdiqləməsi, PİN kodun telefon nömrəsinə göndərilməsi təmin edilir.
RİS platforması vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri platforma vasitəsi ilə müraciəti göndərir;
• Məlumat Mərkəzinin əməkdaşı tərəfindən müştərinin identifikasiyasının (videozənglə) aparılması həyata keçirilir;
• Müştəriyə müqavilə və sənədlərin göndərilməsi təmin edilir;
• Müqavilə və sənədlər gücləndirilmiş imza vasitəsilə təsdiq edilir;
• Sifariş edilən kart hazırlanır;
• Müştəri tərəfindən kartların təhvil alınması prosesinin videoqeydiyyatının aparılması və telefon nömrəsinə göndərilən OTP kod (analoq imza) ilə təsdiqlənməsi, PİN kodun telefon nömrəsinə göndərilməsi təmin edilir.
Mobil tətbiq vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə mobil tətbiqdən istifadə edərək müraciəti göndərir;
• Müştərinin identifikasiyası üçün telefon nömrəsinə OTP göndərilir;
• Müştərinin OTP kodu (analoq imza) mobil tətbiqdə xüsusi bölməyə daxil edilir;
• Hesab açıldıqdan sonra ərizə və rekvizitlər müştəriyə göndərilən OTP kod ilə təsdiqlənir;
• Sifariş edilən kartın hazırlanır;
• Müştəri tərəfindən kartların təhvil alınması prosesi telefon nömrəsinə göndərilən OTP kod ilə təsdiqlənməsi, PİN kodun telefon nömrəsinə göndərilməsi təmin edilir.
V. Əmək haqqı və korporativ kartların əldə olunması və istifadə edilməsi:
Bank saytı və e-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, SMS, e-mail) biri ilə müraciəti göndərir;
• Müştəri identifikasiya üsulları (telefon nömrəsinə OTP-kodun göndərilməsi) vasitəsi ilə identifikasiya edilir;
• Telefon nömrəsinə göndərilən OTP-nin (analoq imza) daxil edilməsi ilə müştəri təsdiq edilir;
• Müştəriyə müqavilə və sənədlər göndərilir;
• Müqavilə və sənədlər müştəriyə göndərilən OTP kod ilə təsdiqlənir;
• Müştəri tərəfindən əməkdaşların Ş/V məlumatları ümumi fayl olaraq xxxxx yüklənir;
• Sifariş edilən kartlar hazırlanır;
• Müştəri tərəfindən kartların təhvil alınması prosesi telefon nömrəsinə göndərilən OTP kod ilə təsdiqlənməsi təmin edilir.
VI. Biznes kartların əldə olunması və istifadə edilməsi:
Bank saytı, SMS və e-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, SMS, e-mail) biri ilə müraciəti göndərir;
• Müştəri identifikasiya üsulları (telefon nömrəsinə OTP-kodun göndərilməsi) vasitəsi ilə identifikasiya edilir;
• Telefon nömrəsinə göndərilən OTP-nin (analoq imza) daxil edilməsi ilə müştəri təsdiq edilir;
• Müştəriyə müqavilə və sənədlər göndərilir;
• Müqavilə və sənədlər müştəriyə göndərilən OTP kod ilə təsdiqlənir;
• Sifariş edilən kartlar hazırlanır;
• Müştəri tərəfindən kartların təhvil alınması prosesi telefon nömrəsinə göndərilən OTP kod ilə təsdiqlənməsi təmin edilir.
Mobil tətbiq vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə mobil tətbiqdən istifadə edərək müraciəti göndərir;
• Müştərinin identifikasiyası üçün telefon nömrəsinə OTP göndərilir;
• OTP kodun (analoq imza) daxil edilməsi ilə müqavilə və sənədlərin hazırlanması təmin edilir;
• Sifariş edilən kartın hazırlanır;
• Müştəri tərəfindən kartların təhvil alınması prosesi telefon nömrəsinə göndərilən OTP kod ilə təsdiqlənməsi təmin edilir.
VII. Törəmə maliyyə alətləri ilə əməliyyat:
Bank saytı və e-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, SMS, e-mail) biri ilə müraciəti göndərir;
• Müştəri identifikasiya üsulları (telefon nömrəsinə OTP-kodun göndərilməsi) vasitəsi ilə identifikasiya edilir;
• Təhlildən sonra təklif edilən şərtlər müştəriyə göndərilir;
• Şərtlər qəbul edildikdə müştəriyə göndərilən OTP kod xxxxx və ya e-mail-ə daxil edilir;
• Müqavilə OTP kod (analoq imza) ilə təsdiqlənir.
Mobil tətbiq vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə mobil tətbiqdən istifadə edərək müraciəti göndərir;
• Təhlildən sonra təklif edilən şərtlər müştəriyə göndərilir;
• Şərtlər qəbul edildikdə müştəriyə göndərilən OTP Mobil Tətbiqə daxil edilir;
• Müqavilə OTP kod (analoq imza) ilə təsdiqlənir.
VIII. Hesabdan çıxarışın əldə edilməsi:
Bank saytı, SMS, Telefon və e-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, SMS, Telefon, e-mail) biri ilə müraciəti göndərir;
• Müştəri aşağıdakı identifikasiya üsulları vasitəsi ilə identifikasiya edilir:
- e-mail ünvana linkin göndərilməsi və telefon nömrəsinə OTP-kodun göndərilməsi;
- məxfi kodun və telefon nömrəsinə göndərilən OTP-kod daxil edilməsi.
• Müştərinin seçiminə uyğun olaraq hesabdan çıxarış e-mail ünvanda və ya saytdakı şəxsi kabinetdə əks etdirilir.
IX. Nağdsız mübadilə əməliyyatının (Konvertasiyanın) aparılması:
Bank saytı vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə bank saytından istifadə edərək müraciəti göndərir;
• Müştəri aşağıdakı identifikasiya üsulları vasitəsi ilə identifikasiya edilir:
- e-mail ünvana linkin göndərilməsi və telefon nömrəsinə OTP-kodun göndərilməsi;
- məxfi kodun və telefon nömrəsinə göndərilən OTP-kod daxil edilməsi.
• Mübadilə sifarişi üzrə əməliyyat təsdiq üsullarından (telefona daxil xxxx OTP-xxx xxxxx daxil edilməsi, məxfi kodun və telefon nömrəsinə göndərilən OTP kodun (analoq imza) daxil edilməsi) biri vasitəsi ilə təsdiq edilir;
• Mübadilə əməliyyatı aparılır.
X. Kreditlərin verilməsi, Overdraft, kredit xəttlərinin açılası (Plastik kart vasitəsi ilə kredit xəttlərinin açılması da daxil olmaqla):
Bank saytı və e-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, e-mail) biri ilə müraciəti göndərir;
• Müştərinin razılıq ərizələrinə əsasən iş yerindən arayış, kredit tarixçəsi sorğulanır;
• Müştəriyə zəng olunaraq identifikasiya edilir, kreditin təyinatı öyrənilir;
• Təhlildən sonra təklif edilən şərtlər müştəriyə SMS vasitəsi ilə göndərilir;
• Şərtlər qəbul edildikdə 9144 və ya 0502419144 nömrəsinə təsdiq edilir (1 cavabı yazılır);
• Kredit rəsmiləşdirilir və vəsait xxxx hesabdan kart hesabına köçürülür.
• Kartla kredit xətti olduqda, kartın təhvil alınması prosesi OTP kodla təsdiqlənir, SMS və PİN-kod göndərilir;
• Tranşla kredit xətti olduqda hər ödəniş tranşından əvvəl müraciət OTP kod ilə təsdiqlənir.
SMS vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə SMS-dən istifadə edərək müraciəti göndərir;
• Müştərinin razılıq ərizələrinə əsasən iş yerindən arayış, kredit tarixçəsi sorğulanır;
• Müştəriyə zəng olunaraq identifikasiya edilir, kreditin təyinatı öyrənilir;
• Təhlildən sonra təklif edilən şərtlər müştəriyə SMS vasitəsi ilə göndərilir;
• Şərtlər qəbul edildikdə 9144 və ya 0502419144 nömrəsinə təsdiq edilir (1 cavabı yazılır);
• Kredit rəsmiləşdirilir və vəsait xxxx hesabdan kart hesabına köçürülür.
• Kartla kredit xətti olduqda, kartın təhvil alınması prosesi OTP kodla təsdiqlənir, SMS və PİN-kod göndərilir;
• Tranşla kredit xətti olduqda hər ödəniş tranşından əvvəl müraciət OTP kod ilə təsdiqlənir.
Mobil tətbiq vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə mobil tətbiqdən istifadə edərək müraciəti göndərir;
• Müştərinin razılıq ərizələrinə əsasən iş yerindən arayış, kredit tarixçəsi sorğulanır;
• Müştəriyə zəng olunaraq identifikasiya edilir, kreditin təyinatı öyrənilir;
• Təhlildən sonra təklif edilən şərtlər müştəriyə SMS vasitəsi ilə göndərilir;
• Şərtlər qəbul edildikdə 9144 və ya 0502419144 nömrəsinə təsdiq edilir (1 cavabı yazılır);
• Kredit rəsmiləşdirilir və vəsait xxxx hesabdan kart hesabına köçürülür.
• Kartla kredit xətti olduqda, kartın təhvil alınması prosesi OTP kodla təsdiqlənir, SMS və PİN-kod göndərilir;
• Tranşla kredit xətti olduqda hər ödəniş tranşından əvvəl müraciət OTP kod ilə təsdiqlənir.
XI. Qarantiyanın verilməsi:
Bank saytı və e-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, e-mail) biri ilə müraciəti göndərir;
• Müştər identifikasiya üsulları (telefon nömrəsinə OTP-kodun göndərilməsi) vasitəsi ilə identifikasiya edilir (əlavə olaraq Bank müştəridən müqavilənin və digər sənədlərin fiziki olaraq təqdim edilməsini tələb edə bilər);
• Sənədlər fiziki olaraq Banka təqdim edilir;
• Təhlildən sonra təklif edilən şərtlər müştəriyə göndərilir;
• Şərtlər qəbul edildikdə müştəriyə göndərilən OTP kod xxxxx və ya e-mail-ə daxil edilir;
• Müqavilə OTP kod (analoq imza) ilə təsdiqlənir;
• Qarantiya məktubu müştəri tərəfindən Banka yaxınlaşmaqla təhvil alınır.
Mobil tətbiq vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə mobil tətbiqdən istifadə edərək müraciəti göndərir;
• Təhlildən sonra təklif edilən şərtlər göndərilir;
• Şərtlər qəbul edildikdə nömrəyə göndərilən OTP kod mobil tətbiqə daxil edilir;
• Müqavilə OTP kod (analoq imza) ilə təsdiqlənir;
• Qarantiya məktubu müştəri tərəfindən Banka yaxınlaşmaqla təhvil alınır;
XII. Akkreditiv, İnvoys Diskontlaşdırılması, Faktorinqin verilməsi:
Bank saytı və e-mail vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə müvafiq müraciət üsullarından (link, e-mail) biri ilə müraciəti göndərir;
• Müştəri identifikasiya üsulları (telefon nömrəsinə OTP-kodun göndərilməsi) vasitəsi ilə identifikasiya edilir;
• Müqavilə və digər sənədlər Banka fiziki olaraq göndəririlir (kuryer vasitəsi ilə və müştəri tərəfindən şəxsən);
• Təhlildən sonra təklif edilən şərtlər müştəriyə göndərilir;
• Şərtlər qəbul edildikdə Müştəriyə göndərilən OTP kod xxxxx və ya e-mail-ə daxil edilir;
• Müqavilə OTP kod (analoq imza) ilə təsdiqlənir.
Mobil tətbiq vasitəsi ilə aşağıdakı qaydada:
• Müştəri Bankla qarşılıqlı razılığına əsasən ÖMTA-da qeyd edilmiş identifikasiya məlumatlarından istifadə etməklə şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə mobil tətbiqdən istifadə edərək müraciəti göndərir;
• Müqavilə və digər sənədlər Banka fiziki olaraq göndəririlir (kuryer vasitəsi ilə və müştəri tərəfindən şəxsən);
• Təhlildən sonra təklif edilən şərtlər müştəriyə göndərilir;
• Şərtlər qəbul edildikdə nömrəyə göndərilən OTP kod mobil tətbiqə daxil edilir;
• Müqavilə OTP kod (analoq imza) ilə təsdiqlənir.
20.2. Bu müqavilənin 20.1-ci bəndində qeyd edilən xidmətlər və onlardan istifadə qaydasına müştəri məmnuniyyətini təmin etmək habelə həyata keçiriləcək əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə bank tərəfindən əlavə, dəyişikliklər (kart və digər əməliyyatlara dair Beynəlxalq Ödəniş sistemi qaydalarında və yerli qanunvericilikdə baş verən dəyişikliklər də daxil olmaqla) edilə bilər və əlavə, dəyişikliklər olunacağı təqdirdə bu barədə məlumat bankın rəsmi saytında öz əksini tapacaqdır. Bu əlavə, dəyişikliklərə Müştəri tərəfindən riayət edilməməməsi Müştərinin Bank xidmətlərindən imtinası üçün əsasdır.
20.3. Bu müqavilənin 20.1-ci bəndində qeyd edilən xidmət platformalarındaın hər xxxxx xxxx və ya bir neçəsindən istifadə olunması Bank tərəfindən müəyyən olunur
20.4. Bu müqavilənin 20.1-ci maddəsində qeyd edilən xidmətlərin göstərilməsi üçün əlavə eyniləşdirmə tədbirləri və əməliyyatların təhlükəsizliyi baxımından hər xidmət üzrə əlavə olaraq Bank tərəfindən Müştərinin videozəng və ya canlı görüş vasitəsilə eyniləşdirilməsi həyata keçirilə bilər. Müştəri tərəfindən videozəngdən və ya canlı görüşdən imtina edilməsi Bankın həmin xidmətin göstərilməsindən imtina üçün əsasdır.
20.5. Xidmət platforması üzərindən şəxsi imzaya bərabər hesab olunan analoq imzadan istifadə etməklə bank xidmətlərindən istifadə olunması Bank tərəfindən Müştəriyə ÖMTA-da qeyd olunmuş əlaqə kanalları vasitəsilə və ya Bankın xxx.xxxxxxxxxxxxxx.xx internet səhifəsində məlumat verildikdən sonra göstəriləcəkdir.
21. Fors major.
21.1. Tərəflərin istək və arzularından asılı olmayan, qabaqcadan bilinməsi və ya ağlabatan vasitələrin köməyi ilə qarşısının alınması mümkün olmayan şərait üzündən, o cümlədən, daşqın, yanğın, sel, yersürüşməsi, zəlzələ, silahlı iğtişaşlar, mülki iğtişaşlar, elektrik xətlərinin və (və ya) rabitə-dalğa siqnalının kəsilməsi, epidemiyalar, blokada, embarqo, zəlzələlər, başqa təbii fəlakət, yaxud hökumətin qadağa tədbirləri nəticəsində tərəflər müqavilə şərtlərini tam və ya qismən, yaxud lazımi qaydada icra edə bilmədiklərinə görə məsuliyyətdən azad edilirlər.
21.2. Bu müqavilənin 21.1-ci bəndində göstərilən halların mövcud olduğu müddət ərzində müqavilənin icrası mümkün olmadıqda, onun icrası həmin müddətə dayandırılır və qeyd olunan hallar aradan qalxdığı təqdirdə tərəflərin razılığı ilə müqavilə davam edə bilər və ya müqaviləyə xitam verilə bilər.
22.Əlavə şərtlər.
22.1. Bu müqaviləyə, tərəflərin qarşılıqlı razılığına əsasən müqavilə üzrə bütün öhdəliklər qarşılıqlı şəkildə yerinə yetirildiyi hallarda xitam verilə bilər.
22.2. Bu müqavilənin 21-ci bəndində göstərilən halların mövcud olduğu müddət ərzində müqavilənin icrası mümkün olmadıqda, onun icrası həmin müddətə dayandırılır. Müqavilənin 21-ci bəndində qeyd olunan hallar aradan qalxdığı təqdirdə tərəflərin razılığı ilə müqaviləyə xitam verilə bilər.
22.3. Müştəri tərəfindən Öz Müştərini Tanı Anketi (ÖMTA) imzalanır. Həmin Xxxxx müştəriyə dair bütün fərdi məlumatları və müştəri ilə əlaqə vasitələrini özündə əks etdirir.
22.4. Müştəri ilə Bankın təklif etdiyi xidmətlərə dair müvafiq Razılaşma bağlanılır. Həmin Razılaşma bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir və gələcəkdə Müştəri ilə Bank arasında sözügedən xidmətlərin tətbiqindən irəli gələn məsələlər bu müqavilə və həmin razılaşma ilə tənzimlənir.
22.5. Müştəri şərtləri ilə xxxxx olduğu və onun tərəfindən razılaşmanın imzalanması yolu ilə təsdiq etdiyi bu müqavilə (KBXM) və ona ediləcək Əlavələr ilə istənilən vaxt xxxxx xxx biləcəyini dərk edir.
22.6. Bank tərəfindən bu müqavilənin müddəaları birtərəfli qaydada dəyişdirilə bilər. Bu zaman dəyişdirilmiş müddəalar Müştəri tərəfindən yalnız yeni xidmətlərin alınması məqsədi ilə müvafiq müraciətindən və həmin xidmətlərə dair onunla Razılaşmaların bağlanmasından sonra Müştəri üçün məcburi hüquqi qüvvəyə malik olacaqdır.
22.7. Bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq Razılaşmalara əsasən kreditlərin verilməsi müştərinin bank hesabından çıxarış vasitəsi ilə təsdiq ediləcəkdir.
22.8. Müştəri Bank tərəfindən təqdim olunan bu müqavilənin 20-ci bəndində qeyd edilmiş xidmət platforması vasitəsi ilə məsafədən xidmət aldığı zaman müraciət və/və ya aidiyyatı sənədlərin Öz Müştərini Tanı Anketində (ÖMTA) təqdim olunan identifikasiya məlumatlarından istifadə edilməklə təsdiq olunmasına razılığını bildirir.
22.9. MÜŞTƏRİ BU MÜQAVİLƏNİ ELEKTRON QAYDADA TƏSDİQ EDƏRƏK BU MÜQAVILƏ İLƏ NƏZƏRDƏ TUTULMUŞ ŞƏRTLƏRLƏ BANK XİDMƏTLƏRİNİN (KREDİT VƏ QEYRİ-KREDİT) GÖSTƏRİLMƏSİNƏ DAİR MÜRACİƏTİNİN BU MÜQAVİLƏNİN MÜDDƏALARININ MÜŞTƏRİ ÜÇÜN MƏCBURİ HÜQUQİ QÜVVƏYƏ MALİK OLMASI ÜÇÜN SƏBƏB OLDUĞUNU VƏ BAĞLANILAN MÜVAFİQ RAZILAŞMALARIN BU MÜQAVİLƏNİN AYRILMAZ TƏRKİB HİSSƏSİ OLDUĞUNU QƏBUL EDİR.
Müqavilənin icrası ilə bağlı hər hansı şikayət və ya iradlarınız yaranarsa, aşağıda qeyd olunmuş telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Müvafiq struktur bölmə: Müştərilərlə Əlaqələri İdarəetmə Departamentinin Maliyyə Xidmətləri İstehlakçılarının Müraciətlərinə Baxılması Şöbəsi.
Telefon: x00000 000 00 00 daxili: 1505; 1499
x00000 0 000 000
E-mail:xxxx@xxxxxxxxxxxxxx.xx xxxxx://xxx.xxxxxxxxxxxxxx.xx/xx/xxxx/xxxxxxxx Mərkəzi Bank:
Telefon: x00000 000 00 00
Qaynar xətt: x00000 000