AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” 2015-ci il mayın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
№ 1315-IVQ
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO - Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında
SAZİŞ
Preambula
1. Baş Ofisi aşağıda qeyd edilmiş ünvanda yerləşən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (bundan sonra - FAO):
Xxxxx xxxxx Terme di Caracalla 00153 Roma şəhəri, İtaliya
və Baş Ofisi aşağıda göstərilən, həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən (bunda sonra - KTN) təmsil olunan Azərbaycan Respublikası Hökuməti:
Hökumət Evi
Üzeyir Hacıbəyov küçəsi, 80 AZ 1000 Bakı, Azərbaycan
birlikdə “Tərəflər” kimi tanınırlar (Tərəflər müvafiq qaydada başa düşülür):
2. Hər iki Tərəfin konstitusiyalarını və Tərəflərin Minilliyin İnkişaf Məqsədlərinə (1,7 və 8 üzrə MİM-lər), xüsusilə də “2015-ci ilə qədər kəskin yoxsulluğun və aclığın səviyyəsini yarıya qədər azaltmaq”, “ətraf mühitin davamlılığını təmin etmək”, “inkişaf üçün beynəlxalq tərəfdaşlığı inkişaf etdirmək” hədəflərinə nail olunması üzrə götürdüyü öhdəlikləri rəhbər tutaraq;
3. Müddəaları hazırkı Sazişə və Saziş çərçivəsində fəaliyyətə tətbiq olunan 25 may 2015-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında Saziş”i nəzərə alaraq;
4. Üzv ölkələrinin müraciəti əsasında davamlı inkişaf və yaşayış vasitələri üzrə texniki dəstəyin təminatı ilə yanaşı, FAO-nun ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, balıqçılıq və meşəçilik üzrə mandatını və bu sahələr üzrə müvafiq normativ çərçivənin hazırlanmasını nəzərə alaraq;
5. Tərəfdaşlıq Çərçivə Xxxxxxxxx XX və III maddələri üzrə, habelə hər iki Tərəfin prosedurlarına riayət olunaraq, Azərbaycanda və seçilmiş ölkələrdə layihələrin icrasına maliyyə vəsaitinin ayrılmasına Azərbaycan Hökumətinin razılığını ifadə etdiyini nəzərə alaraq;
6. Öz müvafiq konstitusiyalarına uyğun olaraq FAO və Azərbaycan Respublikası Hökuməti potensiallarından mümkün dərəcədə istifadə edərək, ərzaq təhlükəsizliyi, qidalanma, kənd təsərrüfatı və kənd ərazilərinin inkişafının dəstəklənməsi istiqamətində III maddədə göstərildiyi kimi Azərbaycana yardım etmək məqsədi ilə Tərəfdaşlıq etməyə razılaşırlar.
Maddə I. Anlayışlar
“FATP FAO” ifadəsi Azərbaycan Tərəfdaşlıq Proqramı deməkdir. “FAO” ifadəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı deməkdir. “KTN” ifadəsi Kənd Təsərrüfatı Nazirliyi deməkdir.
“Tərəflər” ifadəsi FAO və KTN deməkdir.
“Razılaşma” ifadəsi Azərbaycan Respublikası Hökuməti və FAO arasında VI maddəyə (Öhdəlik və qəbul) uyğun olaraq və Qoşmada verilmiş formada bağlanılmış Anlaşma Memorandumu deməkdir.
“Rəhbər Komitə” ifadəsi Tərəfdaşlıq Çərçivəsi üzrə ümumi təlimat, siyasi istiqamət, həmçinin layihələrin təsdiqinə cavabdeh qərar verən qurum deməkdir.
“KPM” ifadəsi köməkçi peşəkar mütəxəssis deməkdir.
“ABŞ dolları” ifadəsi Amerika Birləşmiş Ştatları dolları deməkdir. “BEF” ifadəsi Birtərəfli Etimad Fondu deməkdir.
Maddə II. Məqsədlər və modallıqlar
7. Tərəfdaşlıq Proqramı, Azərbaycan Respublikasında Minilliyin İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Tərəflərin qarşılıqlı əlaqəsini və birgə fəaliyyətini gücləndirməyə yönəlir.
8. FATP iki modallıq əsasında icra olunacaq: (i) siyasi dialoq və (ii) əməli fəaliyyət. Siyasi dialoq bu Tərəfdaşlığın əsasını təşkil edəcəkdir. Siyasi dialoq müdaxilənin ümumi prioritet sahələrində siyasi yanaşmalar baxımından müvafiq fəaliyyətlər arasında əlaqələrin yaxşılaşdırılmasına töhfə verəcəkdir. Siyasi dialoq əsasında və müqayisəli üstünlüyə uyğun olaraq ümumi maraq sahələri üzrə əməkdaşlıq inkişaf etdiriləcək. Belə növ əməkdaşlıq Tərəfdaşlıq Çərçivə Sazişi kontekstində təşkil olunacaqdır.
9. KTN və FAO, tərəfdaş olaraq ərzaq təhlükəsizliyi, qidalanma, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahələrində müvafiq siyasət və proqramlara dair bir-birini məlumatlandırır.
Maddə III. Əməkdaşlığın əhatə dairəsi və xarakteri
Aşağıdakı texniki sahələr Azərbaycan Respublikasında (BEF) prioritet olaraq müəyyən edilmişdir:
heyvan sağlamlığı və bitki mühafizəsi, o cümlədən transsərhəd xarakterli heyvan və bitki xəstəliklərinə nəzarət,
kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafına sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılması,
bacarıqların artırılması, o cümlədən kənd təsərrüfatı sahəsində təhsil, tədqiqat və məsləhət xidməti,
kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üzrə siyasətin və institusional çərçivənin gücləndirilməsi,
bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılması.
10. Tərəfdaşlığın coğrafi əhatəsinə Azərbaycan və qarşılıqlı razılaşdırılmış digər dövlətlər daxildir. Tərəflərin qarşılıqlı razılığı əsasında tərəfdaşlığın coğrafi və əsaslı əhatəsi genişlənə bilər.
11. FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Azərbaycan Respublikasında FATP-nin ümumi koordinasiyasını təmin etməkdən məsuldur.
12. FATP Proqramı həmçinin hər il Azərbaycan Respublikasından seçilmiş gənc ekspertlərin FAO-nun KPM proqramından faydalanmasına maliyyə dəstəyi ilə kömək göstərə bilər.
Maddə IV. Məsləhətləşmələr
13. Birgə Rəhbər Komitə FATP üçün siyasət üzrə təlimatı və ümumi istiqaməti təmin etmək məqsədi ilə yaradılacaq və bununla da, dəstəklənən təşəbbüslər ailələrin ərzaq təhlükəsizliyinə, kənd yaşayışının yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verdiyini və Ümumdünya Ərzaq Sammitinin hədəfləri, Minilliyin İnkişaf Məqsədləri (MİM) və FAO-nun strateji məqsəd və
məramları ilə uyğunluğunu təmin etməlidir. Bu həmçinin: (i) FAO tərəfindən layihənin anlaşma məktubu, o cümlədən layihənin büdcəsi formasında hazırlanacaq, layihə təkliflərini nəzərdən keçirəcək və təsdiq edəcəkdir. Büdcə, standart komponentlərə və FAO tərəfindən layihənin bütöv sənədində müəyyən olunmuş alt komponentlərə uyğun olaraq bəndlərlə göstərilir; (ii) FATP-nin dəstəklədiyi ölkədə həyata keçiriləcək proqramların /layihələrin (BEF) illik icra vəziyyətini və nəticələrini qiymətləndirir; (iii) Rəhbər Komitənin üzvü xxxx, digər donorlar, habelə ölkə və subregional səviyyədə xxxx BMİ-lər kimi milli qurumlar arasında mümkün qarşılıqlı əlaqənin müəyyən edilərək dəstəklənməsinə kömək edir, ümumi tematik və proqram yanaşmasının yerinə yetirilməsinə töhfə verir; (iv) illik maliyyə hesabatını və FATP-nin icrası ilə bağlı qısa illik xülasə hesabatını, həmçinin digər monitorinq və qiymətləndirmə hesabatlarını nəzərdən keçirir və təsdiq edir.
14. Birgə Rəhbər Komitəyə Azərbaycan Respublikası Hökumətinin nümayəndəsi və FAO-nun Azərbaycandakı Ofisinin rəhbəri birgə sədrlik edəcəklər. Onun üzvləri Azərbaycan Respublikasının Hökuməti və FAO-nun Azərbaycandakı Ofisi tərəfindən təyin olunacaqdır. Müvafiq dövlət və özəl təşkilatlar, o cümlədən regional və beynəlxalq qurumlar və maliyyə institutları (BMİ) xxxxx xxxxxx müzakirələrdə iştirak etmək üçün Rəhbər Komitənin iclaslarına dəvət oluna bilərlər.
15. Mütəmadi qaydada məlumat mübadiləsinin aparılması üçün, KTN və FAO ən azı ildə bir dəfə Rəhbər Komitənin iclasını keçirəcəklər. Bundan başqa, KTN və FAO bir-biri ilə məsləhətləşməli və bu Sazişdən irəli gələn bütün məsələlərlə bağlı mütəmadi olaraq fikir mübadiləsi aparmalıdırlar.
Maddə V . Layihələrin təsdiqi və maliyyə vəsaitinin köçürülməsi
16. FAO tərəfindən Azərbaycan Respublikasında və ya qarşılıqlı surətdə razılaşdırılacaq digər ölkələrdə icra olunacaq layihə təklifləri IV maddədə göstərilmiş Rəhbər Komitə tərəfindən illik əsasda təsdiq ediləcəkdir.
17. KTN, illik depozit 2 milyon ABŞ dolları olmaqla FAO-ya cəmi 10 milyon ABŞ dolları məbləğində vəsaitin beş il müddətinə verilməsini təmin edəcəkdir. Maliyyə vəsaiti FAO-nun aşağıdakı bank hesabına köçürüləcəkdir:
Hesab nömrəsi: | FAO-nun Etimad Fondu (ABŞ dolları) |
Bankın adı: | HSBC Nyu-York 000 xxxxxxx xxxxxxxx Xxx-Xxxx xxxxxx, XX, XXX, 00000 |
SWIFT/BIC: | XXXXXX00 |
ABA/Bank kodu: | 000000000 |
Hesab nömrəsi: | 000156426 |
GINC/AZE/zzz/AZE | - yə xüsusi istinad olmaqla. |
18. KTN tərəfindən FAO-ya, Layihənin Mühasibat Qrupunun Başçısına, Maliyyə Departamentinə hər depozit üzrə hesabat veriləcəkdir.
19. FAO-nun qayda və təlimatlarına uyğun olaraq fərdi layihə hesablarından ödənişlər aparılacaqdır.
Maddə VI. Öhdəlik və qəbul
20. FATP çərçivəsində ayrıca layihələr bu Sazişin müddəaları ilə idarə olunacaq. Hər layihə üzrə bir səhifəlik Saziş (bundan sonra “Razılaşma” adlanacaq) olacaqdır. Razılaşma sənədi,
Azərbaycandakı Əlaqələndirmə və Tərəfdaşlıq Ofisi tərəfindən tərtib ediləcəkdir. Razılaşma sənədi maliyyələşdirmə şərtlərini müəyyən edəcək və ən azı aşağıdakılardan ibarət olacaq: KTN-in iştirakının başlama və başaçatma tarixlərini əks etdirən vaxt cədvəli və KTN-in layihəyə maksimum töhfəsi. Belə Razılaşma sənədi KTN-ə göndəriləcək. Sonradan Nazirlik təsdiqləyici imza vasitəsilə onu FAO-ya qaytaracaq və bu da spesifik layihə ilə bağlı Razılaşmanın ayrılmaz hissəsi olacaqdır. Razılaşma sənədinin forması bu Tərəfdaşlıq üzrə Proqram Sazişinə Qoşma şəklində əlavə edilmişdir.
21. KTN-in maliyyə yardımları ABŞ dolları ilə edilir.
22. KTN-in maliyyə yardımları layihənin məqsədlərinə nail olmaq üçün kifayət etmədiyi təqdirdə, Tərəflər adi prosedur vasitəsilə məsləhətləşəcəklər.
Maddə VII. Proqramı idarəetmə qrupu və layihələrin icrası
23. Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Rəhbəri FATP üzrə FAO-nun Koordinatoru vəzifəsini icra edəcək və ümumi Tərəfdaşlıq Proqramı, eləcə də ayrı-ayrı layihələrdə konkret göstərilməyən siyasi, texniki, maliyyə və inzibati məsələlər üzrə Azərbaycan Respublikası Hökuməti ilə əlaqələndirmə məsələsinə cavabdeh olacaqdır. Beynəlxalq və yerli işçi heyətindən təşkil olunmuş müvafiq baş ofislər regional və subregional ofislərlə əlaqəli şəkildə aşağıdakı funksiyaları yerinə yetirmək üçün yaradılacaq. Proqramı İdarəetmə Qrupu (PİQ) ona dəstək verəcək: Proqram İdarəetməsi, əməliyyat və maliyyə məsələləri, monitorinq və qiymətləndirmə, satınalma və dəstək xidmətləri. Proqramı İdarəetmə Qrupunun strukturu, ümumi Texniki Tapşırığı və vəzifələri, habelə müvafiq maliyyələşmə məsələləri ayrıca BEF layihə sənədində göstəriləcəkdir.
24. Azərbaycan Respublikası Hökuməti layihə fəaliyyətinin icrası, əlaqələndirilməsi və davam etdirilməsində, eləcə də vahid standartların və icra metodlarının hazırlanmasında Azərbaycan Respublikası Hökumətinin iştirakını təmin etmək məqsədi ilə FATP üçün əlaqələndirici şəxs qismində yüksək səviyyəli rəsmi şəxs təyin edəcəkdir.
25. FAO və KTN layihənin və ya fəaliyyətin vaxtında və tam icrası üçün bütün mümkün cəhdləri göstərəcək, işin icrasının öz işçi heyəti, yaxud bu məqsədlə FAO və KTN tərəfindən təyin edilmiş istənilən təşkilat, şirkət və ya şəxslər tərəfindən yerinə yetirilməsi məsuliyyətini öz üzərinə götürür. KTN FAO tərəfindən icra olunan və bu Tərəfdaşlıq üzrə Çərçivə Sazişinə uyğun olaraq həyata keçirilən layihələr üzrə cəlb olunmuş hər hansı üçüncü tərəf üçün məsuliyyət daşımır. FAO, bu Saziş və hər bir razılaşma sənədi çərçivəsində öz funksiyalarının göstərilməsinə, işlərinin təşkili və idarə olunmasına diqqət və qayğı ilə yanaşacaq və bununla bağlı KTN-in üzərinə əlavə məsuliyyət düşmür.
26. Bu Saziş çərçivəsində fəaliyyətlərin Azərbaycan Respublikası ərazisində həyata keçirilməsi dərəcəsindən asılı olaraq aşağıdakılar tətbiq edilir:
a. Azərbaycan Respublikası Hökuməti, bu Saziş çərçivəsində işlərin icrası ilə əlaqədar bütün məsələlərlə bağlı FAO-ya, onun əmlakına, fondlarına, aktivlərinə, rəsmi şəxslərinə FAO və Azərbaycan Respublikası Hökuməti arasında FAO Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması məqsədi ilə bağlanılmış Sazişin müddəalarım şamil edəcəkdir.
b. FAO, onun rəsmi şəxsləri və FAO onun adından xidmət göstərən digər ekspertlərə qarşı yönəlmiş hər hansı bir iddiaya görə Azərbaycan Respublikasının xeyrinə yönəlmiş bütün FAO layihə əməliyyatları və bu Sazişdən irəli gələn bütün öhdəliklər FAO və Hökumət arasında birgə razılaşdırılmalıdır.
27. Fəaliyyətin Azərbaycan Respublikasının ərazisində həyata keçirilmə dərəcəsindən asılı olaraq, FAO KTN ilə qarşılıqlı razılıq əsasında özünün qayda-qanunlarına və təcrübələrinə, habelə
təsdiq olunmuş layihə sənədinin şərtlərinə uyğun olaraq, layihənin tam və ya hər hansı bir hissəsi üzrə öz məsuliyyətlərini başqa birinə ötürə yaxud subpodratçı cəlb edə bilər.
28. FAO, müvafiq layihə sənədlərinə uyğun olaraq, öz qaydalarında və inzibati prosedurlarında göstərildiyi kimi, öz daxili satınalma prosedurlarına müvafiq şəkildə əməl edərək mallar, işlər və/və ya məsləhət xidmətlərini tədarük edəcək. Bütün material, avadanlıq və ləvazimatlardan müstəsna olaraq aidiyyəti layihələrin icrası üçün istifadə ediləcəkdir. Bunlar FAO- nun qayda-qanunlarına uyğun olaraq satın alınacaq, istifadə ediləcək və silinəcək. Töhfədən maliyyələşdirilən avadanlıq, ləvazimat və digər əmlakın sahibi FAO-dur. KTN-in töhfəsi ilə satın alınan bütün mal və avadanlıq isə layihənin sonunda, Tərəflər başqa cür qərar almadığı təqdirdə, FAO-nun layihə tərəfdaşlığı və ya inkişaf əməkdaşlığı məqsədi üçün ayrılacaq.
29. Mütəxəssislər FAO-nun işçi heyətinə tətbiq olunan şərtlərə uyğun olaraq, FAO tərəfindən işə götürüləcək. Onlar bütün mənalarda FAO-nun işçi heyəti hesab olunur və öz vəzifələrinin icrası üzrə birbaşa FAO-ya tabedirlər. Təqaüd və ƏPM-lər FAO-nun qaydalarına uyğun idarə olunacaq.
30. FATP maliyyələşdirdiyi layihələr üçün mütəxəssisləri müəyyən edərkən, namizədlərin ixtisas və təcrübəsinin vəzifəyə uyğun olduğu şərt olaraq, KTN-in verdiyi namizədlər nəzərə alınacaq.
31. İmzalanmış razılaşma çərçivəsində işə başlama tarixindən iki ay və ya daha artıq ləngimə gözlənildiyi halda, FAO KTN-ə yazılı bildiriş verəcək və uyğunlaşdırılmış vaxt cədvəlini təqdim edəcək.
32. Layihənin icrası təminat verərsə, FAO icradakı hər hansı dəyişiklik barədə KTN-ə məlumat vermək üçün davam edən layihələrin büdcə dəyişikliklərini təqdim edəcək. Bununla bağlı aşağıdakılar tətbiq ediləcək:
a. əgər bu düzəliş əlavə vəsait və/yaxud layihənin müddətinin uzadılmasını və ya razılaşmaya düzəliş tələb edən hər hansı dəyişiklik təklif edirsə, bu, təsdiq üçün KTN-ə təqdim ediləcək. Bu cür dəyişikliyin təsdiqi razılaşmaya Əlavə şəklində rəsmiləşdiriləcək.
b. Əgər dəyişiklik layihə büdcəsinin bəndləri arasında vəsaitin yenidən bölgüsünü aparmadan, fəaliyyətin yenidən, başqa formada ifadə olunmasını təklif edirsə, bu yalnız məlumat və sənədləşmə məqsədi ilə FAO tərəfindən göndəriləcək. Bu cür dəyişiklik razılaşmaya düzəliş tələb etmir.
c. Əgər dəyişiklik layihənin büdcə bəndləri arasında vəsaitin 20%-dən yuxarı yenidən bölgüsü aparılmaqla, fəaliyyətin başqa formada ifadə edilməsini təklif edərsə, bu, təsdiq üçün FAO tərəfindən göndəriləcək. KTN razı olmadığını FAO-ya bildirməsə, FAO büdcə dəyişikliyini göndərdikdən sonra 3 həftə ərzində və bundan gec olmayaraq, təklif olunan dəyişikliklər Azərbaycan Respublikası tərəfindən təsdiq olunmuş hesab oluna bilər. Bu cür dəyişikliklər razılaşmaya düzəliş tələb etmir.
d. Əgər dəyişiklik layihənin ümumi məqsədlərini və ya ümumi büdcəsini dəyişdirmədən iş planının, ümumi töhfələrin və/və ya nəticələrin dəyişdirilməsini təklif edirsə, bu, təsdiq üçün FAO tərəfindən KTN-ə təqdim olunacaq. KTN razı olmadığını FAO-ya bildirmədiyi təqdirdə, FAO büdcə dəyişikliyini göndərdikdən sonra 3 həftə ərzində və bundan gec olmayaraq, təklif olunan dəyişikliklər Azərbaycan Respublikası tərəfindən təsdiq olunmuş hesab oluna bilər. Bu cür dəyişikliklər razılaşmaya düzəliş tələb etmir.
Maddə VIII. Vəsaitin idarə olunması
33. FAO, bu Saziş çərçivəsində KTN ilə məsləhətləşərək texniki kömək və/yaxud fövqəladə layihələr həyata keçirəcək, habelə bu məqsədlə KTN tərəfindən təmin edilmiş vəsaiti FAO-nun
Maliyyə Qaydalarına, həmçinin qəbul edilmiş mühasibat qaydaları və təcrübələrinə uyğun gələn digər müvafiq qayda və prosedurlara uyğun olaraq idarə edəcək. Töhfələr VI maddədə göstərildiyi kimi razılaşma obyekti olacaq layihələrin dəstəklənməsi üçün istifadə ediləcək. Bütün maliyyə hesabları və hesabatları ABŞ dolları ilə göstəriləcək.
34. Bu Saziş çərçivəsində maliyyələşdirilən fəaliyyətlə bağlı FAO tərəfindən ödənilmiş bütün xərclər və maliyyə öhdəlikləri hər bir maliyyə əməliyyatının aparıldığı gün BMT-nin qüvvədə xxxx mübadilə kursuna uyğun ABŞ dolları ilə göstəriləcək.
35. FAO-nun maliyyə qaydalarına uyğun olaraq, razılaşmaya əsasən FAO tərəfindən xərclənmiş bütün birbaşa xərclər, o cümlədən texniki və məsləhətçi dəstək xidmətləri layihənin büdcəsindən ödəniləcək. FAO yuxarıda göstərilmiş müvafiq ödənişləri almayınca, ondan xidmətlərin göstərilməsinə başlaması və ya davam etdirməsi, həmçinin yuxarıda göstərilmiş hesaba ödənilən vəsaitdən əlavə hər hansı öhdəlik götürməsi tələb olunmayacaq.
36. FAO-nun İdarəetmə Orqanları tərəfindən təsdiq olunmuş və vaxtaşırı dəyişdirilə bilən, FAO-nun Layihəyə Dəstək Xərcləri siyasətinə uyğun olaraq layihənin icrası ilə əlaqədar sərf edilmiş dolayı inzibati və əməliyyat xərclərinin (Layihəyə Xidmət Xərcləri) bərpa olunması üçün vəsait də layihələrin büdcəsinə daxil ediləcək.
37. Layihənin ümumi dəyərinin maksimum 5%-ə kimi gözlənilməz xərclər büdcəyə daxil edilə
bilər.
38. Əlaqədar xərclərin uçotunu aparmaq üçün FAO hər bir layihə üçün ayrıca Müvəkkil Fond
hesabı açacaq. FAO layihəsinin simvoluna daxil edilən hər bir Müvəkkil Fondun nömrəsi ayrıca razılaşmada göstəriləcək. Hər bir Müvəkkil Fond aid olduğu layihənin bütün əməliyyatlarının ayrıca uçotunu aparacaq. FAO fərdi layihələrin xərclərinin ödənilməsi üçün hər il bu Sazişin V maddəsinin 17-ci bəndində istinad edilən GINC/AZE/zzz/AZE Müvəkkil Fond hesabından kifayət qədər vəsait köçürəcək.
39. Depozit edilmiş vəsaitlər üzrə toplanmış hər hansı maraq faizləri FAO-nun qaydalarına uyğun olaraq hesablanacaq və V maddənin 17-ci bəndində göstərilmiş hesaba yerləşdiriləcək. Bütün öhdəlik və xərclər yerinə yetirildikdən sonra ödənilməmiş hər hansı töhfənin qalığı da eyni hesaba köçürüləcək.
40. GINC/AZE/zzz/AZE hesabında qalan pul qiymətləndirmə, digər inkişaf, əməkdaşlıq məqsədləri və ya KTN ilə FAO tərəfindən razılaşdırılmış hər hansı digər fəaliyyətə xərclənə, yaxud KTN istəyərsə, mənbəyə xxxx qaytarıla bilər.
41. Bu FATP Sazişi çərçivəsində həyata keçirilən layihələr üçün KTN-in FAO-ya ödədiyi bütün vəsait, lazım gələrsə, hər bir layihənin təsdiq olunmuş büdcəsini aşmamaq şərti ilə, davamlı şəkildə xərclərin maliyyələşdirilməsi üçün istifadə olunacaq.
Maddə IX. İşin gedişatı və hesabatvermə
42. FAO özünün nəzarət, inkişaf və tamamlama hesabatlarını (bu hesabatların xülasəsini) təqdim etməklə, bu Tərəfdaşlıq Çərçivə Sazişi çərçivəsində hər bir layihə/fəaliyyətin gedişi və inkişafı haqqında KTN-ə davamlı şəkildə məlumat verəcək.
43. Hesabatvermə FAO-nun qaydalarına və təcrübələrinə uyğun aparılacaq. Bu Saziş üzrə hər bir layihə üçün, başqa cür razılaşdırılmadığı təqdirdə, FAO KTN-i aşağıdakılarla təmin edəcək:
- sentyabr-fevral aylarını əhatə edən, o cümlədən büdcəyə dəyişikliyin (əgər olubsa) daxil olduğu 6 aylıq izahlı hesabat 30 aprelə kimi təqdim edilməli; mart-avqust aylarını əhatə edən və
büdcəyə dəyişikliyin daxil olduğu (əgər olubsa) 6 aylıq izahlı hesabat 30 oktyabra kimi təqdim edilməlidir.
- 6 aylıq maliyyə hesabatı (aşağıdakılar daxil olmaqla):
a) FAO-nun hesablar cədvəlinə uyğun olaraq əsas büdcə maddələri üzrə təsdiq olunmuş büdcə;
b) əsas fərqlər daxil olmaqla büdcə maddələri üzrə xərclənmiş vəsait;
c) KTN tərəfindən köçürülmüş maliyyə vəsaiti;
d) Növbəti dövr üçün tələb olunan vəsait.
- Layihə başa çatdıqdan sonra layihənin ümumi icrasını ətraflı təsvir edən məlumatlardan ibarət yekun hesabat layihə tamamlandıqdan sonra 4 ay ərzində təqdim edilməlidir;
- başa çatmış layihənin yekun maliyyə hesabatı layihə başa çatdıqdan sonra 18 ay ərzində təqdim edilməlidir;
44. Ölkə üçün spesifik layihələrlə bağlı FAO yuxarıda qeyd edilmiş hesabatların nüsxələrini birbaşa KTN-ə də təqdim edəcək.
45. Hər yarım ildə FAO Nəzarət Komitəsini və KTN-i GINC hesabı üzrə maliyyə hesabatı və dəqiq inkişaf hesabatı ilə (Maddə V, bənd 17) təmin edəcək. Hər iki Tərəf bu hesabda toplanmış vəsaitin istifadəsi üçün spesifik təkliflər verə bilər və bu təklifin KTN tərəfindən təsdiqindən sonra FAO bu vəsaitdən effektiv şəkildə istifadə edə bilər. Bu vəsaitin istifadəsi Tərəfdaşlıq Sazişinin IV maddəsində istinad edilmiş illik məsləhətləşmə görüşlərində nəzərdən keçiriləcək.
46. KTN adından FAO-nun istifadə etdiyi vəsait barədə ABŞ dolları ilə hesabat KTN-ə FAO tərəfindən veriləcək.
Maddə X. Qiymətləndirmə
47. FAO-nun 132-ci Şurasının qərarına əsasən müstəqil qiymətləndirmələrin aparılması üçün müvafiq işlər görüləcək.
48. KTN nümayəndələrinə uyğun hallarda, bu Tərəfdaşlıq Sazişi çərçivəsində həyata keçirilən layihələrlə bağlı baxış, monitorinq və qiymətləndirmə missiyalarında iştirak etmək imkanı veriləcək. Layihənin icrası zamanı və layihə başa çatdıqda aparılan hər hansı qiymətləndirmə barədə FAO KTN-ə məlumat verəcək və iştirak etmək üçün dəvət edəcək.
Maddə XI. Hesablar və audit
49. FAO təsdiq edir ki, bu Tərəfdaşlıq Çərçivə Sazişi ilə bağlı maliyyə əməliyyatları:
a. FAO-nun müvafiq maliyyə qayda-qanunları və direktivlərinə ciddi şəkildə uyğun olaraq icra olunacaq;
b. FAO-nun hal-hazırda qüvvədə xxxx və müvafiq maliyyə qayda-qanunları və direktivlərinə əsasən daxili nəzarət prosedurlarını tətbiq etməklə yoxlanılacaq;
c. FAO-nun daxili və xarici audit prosedurlarına müstəsna olaraq əməl olunacaq.
50. FAO yoxlama və təsdiq üçün Konfransa təqdim olunduğu şəkildə özünün ikiillik maliyyə hesabatı və audit yoxlamasından keçmiş maliyyə hesabatlarını KTN-ə təqdim edəcək.
Maddə XII. Görünüş
51. Hər iki Tərəf görünüşün vacibliyini tanıyır və razılaşır ki, KTN tərəfdaşlıq üzrə icra olunacaq hər layihədə maliyyə mənbəyi kimi qeyd olunsun. Əlavə olaraq layihənin informasiya materiallarında, məktubların başlıqlarında, təlim materiallarında və ya bannerlərdə FAO-nun loqosu və bayrağı KTN-in loqosu ilə birlikdə təsvir olunmalıdır.
Maddə XIII. Yekun müddəalar
Tətbiq oluna bilən qanun
52. FATP və ona aid xxxx hər hansı sənəd və razılaşma hüququn ümumi prinsipləri tərəfindən idarə olunur və hər hansı milli hüquq sistemi əsas götürülmür.
Mübahisələrin həlli
53. Bu Sazişin və ya istənilən sənəd və ya razılaşmanın təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək istənilən fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Qüvvəyəminmə və müddət
54. Bu Saziş onun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların başa çatması barədə Hökumət tərəfindən diplomatik kanallar vasitəsilə FAO-ya təqdim olunan yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Bu Saziş, Tərəflərdən biri iki ay əvvəlcədən Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə bildiriş təqdim edərək onu ləğv etmədiyi təqdirdə, beş il müddətinə bağlanılır. Sazişin ləğv edilməsi, Xxxxxxx qüvvədə olduğu müddətdə bağlanılmış digər razılaşmaları və/yaxud proqramları başa çatana qədər qüvvədən salmır və müddətlərinə təsir etmir. Ləğvolunma halında bu Saziş çərçivəsində Tərəflərin öhdəlikləri yuxarıda qeyd olunan Saziş çərçivəsində başlanılmış fəaliyyətin yekunlaşdırılması, işçilərin, əmlakın, fondların çıxarılması, Tərəflər arasında hesabların dürüstləşdirilməsinə və personal, podratçı, məsləhətçi və təchizatçılarla bağlı müqavilə öhdəliklərinin yerinə yetirilməsinə imkan vermək üçün uzadılır.
Düzəlişlər
55. Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə istənilən əlavə və dəyişikliklər edilə bilər. Bu əlavə və dəyişikliklər Sazişin 54-cü maddəsinə müvafiq olaraq qüvvəyə minir.
Layihə şərtlərinin dəyişdirilməsi
56. FAO və KTN bu Saziş çərçivəsində həyata keçiriləcək layihələrin şərtlərində hər hansı əhəmiyyətli dəyişiklik barədə bir-birinə dərhal məlumat verir. Bu cür dəyişiklik Tərəflərin müvafiq qayda-qanunlarına uyğun olaraq, onların qarşılıqlı yazılı razılıq verməsini tələb edir. Belə düzəlişlər, hər iki Tərəf razılığını bildirdikdən bir ay sonra qüvvəyə minir.
57. Bu Saziş Azərbaycan və ingilis dillərində imzalanmışdır və hər iki mətn bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yaranacağı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir. Bunun təsdiqi olaraq, aşağıda imza edən müvafiq qaydada səlahiyyətləndirilmiş Hökumət və
FAO tərəfindən təyin edilmiş rəsmi nümayəndələr Tərəflər adından bu Sazişi həm Azərbaycan, həm də ingilis dilində iki nüsxədə Bakı şəhərində 25 may 2015-ci il tarixində imzaladılar.
Azərbaycan Respublikası | Birləşmiş Millətlər Təşkilatının Ərzaq |
Hökuməti | və Kənd Təsərrüfatı Təşkilatı |
adından | adından |
(imza) | (imza) |
RAZILAŞMA
Bundan sonra “Tərəfdaşlıq Çərçivə Sazişi” adlandırılacaq, 25 may 2015-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO - Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında Sazişə əsasən;
nəzərə alaraq ki, bundan sonra “KTN” adlandırılacaq Kənd Təsərrüfatı Nazirliyi, bundan sonra “PAO” adlandırılacaq BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xxx adlanan (simvolu xxx) layihəsinə maksimum yyyy ABŞ dolları məbləğində dəstək göstərmək qərarına gəlmişdir;
nəzərə alaraq ki, FAO Tərəfdaşlıq Çərçivə Xxxxxxxxx şərtləri əsasında dəstəyi qəbul etməyə hazırdır;
bununla da KTN və FAO aşağıdakılar barədə razılığa gəldilər:
Dəstək xxx-xxxx müddəti üçün təmin olunacaqdır.
Sazişdə başqa cür nəzərdə tutulmursa, Tərəfdaşlıq Çərçivə Sazişinin şərtləri bu Razılaşmada tətbiq olunur. Əlavə olaraq, aşağıdakılar tətbiq olunacaq:
1. Sazişin imzalanma tarixindən qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası yuxarıda qeyd olunan layihəyə cemi xxxx ABŞ dolları məbləğində dəstək göstərilməsi üçün GINC/AZE/xxx/AZE hesabından vəsaitin istifadəsi məqsədi ilə FAO-ya səlahiyyət verəcəkdir. Bu Razılaşma imzalandıqdan sonra, vəsaitlər xxxx layihəsinə illik əsasda ayrılacaqdır.
2. Belə başa düşülür ki, depozitlərin yuxarıdakı cədvəli planlaşdırılmış icra qrafikinə əsaslanır və maliyyə hesabatlarında qeyd olunduğu kimi xərclər dərəcələrinə əsasən, layihədə əldə olunmuş faktiki irəliləyişi əks etdirmək üçün uyğunlaşdırıla bilər.
3. FAO, bu Razılaşmanın qoşması xxxx layihə sənədində müəyyən olunduğu kimi xidmətlərin göstərilməsi üzrə cavabdehlik daşıyır.
4. Nəzərə alaraq ki, yuxarıda qeyd olunmuş layihə Tərəfdaşlıq Çərçivə Sazişinə və bu Razılaşmada nəzərdə tutulmuş müddəalara uyğun icra olunacaq,
bu səbəbdən KTN və FAO bu Razılaşmanı iki nüsxədə imzalamışlar.
Azərbaycan Respublikası | Birləşmiş Millətlər Təşkilatının Ərzaq |
Hökuməti | və Kənd Təsərrüfatı Təşkilatı |
adından | adından |
(imza) | (imza) |