Abonent (fərdi) MÜQAVİLƏSİ
Abonent (fərdi) MÜQAVİLƏSİ
Bakı şəhəri “ ” 2023-cü il
Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydiyyata alınmış və Nizamnaməyə əsasən fəaliyyət göstərən “TVNet Telecom” MMC-nin (VÖEN:
qanuni təmsilçilik funksiyalarına malik
oğlunun şəxsində (bundan sonra “Operator”adlandırılacaq), və digər tərəfdən
ünvanda yaşayan oğlunun (ş/v: , FİN: ), (bundan sonra «Abunəçi» adlandırılacaq) bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar:
MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu müqavilə ilə müəyyən edilən xidmətlərin göstərilməsinin, avadanlıqların satışının (və ya icarə verilməsinin) təşkili, göstərilən xidmətlərin və ya satılan (icarə verilən) avadanlıqların dəyərinin (o cümlədən icarə haqqın) müəyyən edilməsinin, ödənilməsi qaydasının, eləcə də bu müqavilədən və müqavilənin ayrılmaz tərkib hissəsi xxxx şərtlər toplusundan irəli gələn digər məsələlərin hüquqi tənzimlənməsi.
MADDƏ 2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1. Operatorun hüquq və vəzifələri
2.1.1. Operator özünə məxsus rabitə paylayıcı qutularından, (proqram təminatından və ya digər üsullardan) istifadə edərək Abunəçinin mənzilinə (fərdi yaşayış evinə və ya qeyri yaşayış sahəsinə) və ya fərdi cihazlara (mobil telefon, kompüter, SmartTV) bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi xxxx şərtlər toplusunda nəzərdə tutulan xidmətlərin göstərilməsini avadanlıqların satışını və ya icarə verilməsin həyata keçirir.
2.1.2. Operator bu müqavilə ilə müəyyən edilən xidmət haqlarının, satdığı avadanlığın (və ya icarə verdiyi) avadanlığın (o cümlədən icarə haqların) dəyərini ödənilməsini Abunəçidən tələb edir. Abunəçi xidmətlər üzrə Operator tərəfindən müəyyən və təsdiq edilən tariflərə (qiymət cədvəlinə) uyğun olaraq ödənişi həyata keçirir.
2.1.3. Operator bu müqavilə çərçivəsində Xxxxxxxxxx seçdiyi xidmətlər üzrə, keyfiyyətli xidmət, avadanlıq və proqram təminatının təşkil edilməsini həyata keçirir.
2.1.4. Operator göstərilən xidmətlər, avadanlıq və proqram təminatı üzrə tarifləri (qiymət cədvəlini) Xxxxxxxxx təqdim edir. Operator xidmətlər, avadanlıq və proqram təminatının dəyərini Xxxxxxxxxx razılığı olmadan aşağı sala və ya artıra bilər.
2.1.5. Operator, Xxxxxxx tərəfindən abunə haqqı ödəmədikdə və ya Xxxxxxxxxx xxxx hesabında məbləğ 0 (sıfır) manat olduqda Abunəçiyə göstərilən xidmətləri dayandırır.
2.1.6. Operator Abunəçinin qoşulma sorğularının cavablaması, nasazlıq barədə məlumatı verilməsi, eləcədə Abunəçi tərəfdən yeni xidmətlər barədə məlumatın alınmasına dair Qaynar Xətt, Xidmət Mərkəzləri və ya online müraciətlərin qəbulun təşkilini həyata keçirir.
2.2. Abunəçinin hüquq və vəzifələri
2.2.1. Xxxxxxx özünəməxsus mənzilin (və ya ona məxsus digər sahənin) daxilində texniki quraşdırma işlərini həyata keçirməsi məqsədi ilə Operatorun əməkdaşları üçün zəruri şəraitin yaradılmasının öhdəsinə götürür.
2.2.2. Abunəçi tərəfindən ona məxsus mənzil (və ya ona məxsus digər sahə) hər hansı bir formada özgəninkiləşdirildikdə bu barədə ən geci 3 (üç) iş günü ərzində Operatora yazılı olaraq müvafiq məlumatlar verməyi öhdəsinə götürür.
2.2.3. Abunəçi bu müqavilə üzrə ona göstərilən xidmətlərin, satılan (və ya icarəyə verilir) avadanlığın (və ya proqram təminatının) dəyərini (icarə haqqını) bu müqavilə ilə müəyyən edilən qaydada və müddətdə Operatora ödəməyi öhdəsini götürür.
2.2.4. Abunəçinin xidmətlərdən fasiləsiz istifadə edilməsini təmin etmək məqsədi ilə Abunəçi bu müqavilə ilə göstərilən xidmətin dəyərini xidməti göstərdiyi ayın sonuncu gününədək ödəməyi öhdəsinə götürür. Ödəniş istənilən üsulla həyata keçirilə bilər. (nağd, bank və s.).
2.2.5. Abunəçi xidmətlərdən fasiləsiz istifadə etməsi üçün növbəti aylar və ya il üçün xxxxx ödəniş etmək hüququna malikdir.
2.2.6. Göstərilən xidmətlərin dəyərində dəyişiklik (artma və ya azalma) olduqda Xxxxxxx növbəti ay üçün xidmət haqqını dəyişdirilmiş məbləğə uyğun ödəməyi öhdəsinə götürür. Abunəçi qiymətin dəyişməsi ilə razı olmadıqda ona göstərilən xidmətin dayandırılması üçün ən geci 3 (üç) iş günü ərzində yazılı ərizə ilə Operatora müraciət etməlidir.
2.2.7. Abunəçi şəbəkəyə müdaxilə edən və ya mənfi təsir göstərə bilən qurğulardan istifadə etməməlidir.
2.2.8. Abunəçi xidmətlərdən yararlanmaqla istifadə etdiyi informasiyalar üçün o cümlədən xidmətlərdən istifadə edərək şəxsən və ya şəbəkə məlumatları altında başqa bir şəxsin hərəkətləri nəticəsində vurduğu ziyana görə məsuliyyət daşıyır.
MADDƏ 3.XÜSUSİ ŞƏRTLƏR
3.1. Quraşdırma və istismar şərtləri:
3.1.1 Operator Abunəçinin şəbəkəyə girişinin təmin edən kommunikasiya xəttin (kabelin) çəkilməsini ( ilkin quraşdırmasını) təmin edir. Abunəçinin mənzilinin (və ya ona məxsus digər sahənin), daxildə kommunikasiya xəttinin (kabelin) çəkilməsi və digər işlərin görülməsi bu müqavilənin dəyərinə daxil deyil və əlavə olaraq həmən xidmətlər göstərlikdə bu xidmətlərin dəyəri abunəçi tərəfdən əlavə olaraq ödənilməlidir.
3.1.2. Abunəçi bu müqavilə ilə ona göstərilən xidmətlərlə əlaqədar baş verən yeniliklər və dəyişikliklər (qiymətlər ilə bağlı dəyişikliklər daxil olmaqla) barədə bütün məlumatları operatora məxsus xxx.xxxxx.xx saytından əldə edir. Abunəçi-yə göstərilən xidmətlərlə əlaqədar baş verən yeniliklər barədə fərdi qaydada da əlavə məlumatlar verilə bilər.
3.1.3 Abunəçi istifadə etdiyi avadanlığın və Operatora məxsus rabitə xətlərinin təmiri, ona avadanlığından istifadə etməyin qaydalarının izah edilməsi, eləcədə avadanlığın tənzimlənməsi təşkili barədə ödənişli əsaslar ilə Operatordan xidmət ala bilər. Ödənişin məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
3.1.4 Abunəçi, özünün təqsirindən ona verilmiş (o cümlədən icarə) avadanlığa vurulmuş zərərə görə məsuliyyət daşıyır. Abunəçi avadanlığın dəyərini yenidən ödəməklə Operatordan yeni avadanlığı əldə edə bilər.
3.1.5. İnternet məlumat mübadiləsinin maksimal sürəti Xxxxxxxxxx seçdiyi tarif planın (qiymət cədvəlinin) parametrləri ilə məhdudlaşır. Faktiki məlumat mübadiləsinin sürəti həm istifadə olunan məlumat mübadiləsi protokolundan, həm də məlumat ötürmə şəbəkələri elementlərinin vəziyyətindən (abunəçinin avadanlığı, digər operatorların məlumat ötürmə şəbəkələri, həmçinin məlumat mübadilə aparan serverlərdən və digər şəbəkə avadanlıqlardan) asılıdır. Operator Abunəçiyə xidmət göstərdiyi bütün müddət ərzində özündən asılı olmayan səbəblərdən məlumat mübadiləsinin surətinin sabit olmasına zəmanət vermir.
3.1.6. Müqavilənin şərtlərinə riayət olunmadığı aşağıdakı hallarda Operator xidmətlərin göstərilməsi üçün məsuliyyət daşımır.
3.1.6.1 Abunəçinin yaşayış və ya qeyri yaşayış sahəsində internet xidmətinin istifadəsi üçün quraşdırılmış şəbəkə (WiFi) və digər avadanlıqlar Operator tərəfindən təchiz olunmadiqda (avadanlıq Xxxxxxxxxx özü tərəfindən əldə etdikdə).
3.1.6.2. Hər hansı bir səbəbdən xidmətlərin göstərilməsinə təsir edən kənar amillər olduqda gecikmələr və fasilələr olduqda.
3.1.6.3. Telekommunikasiya xətlərinin ötürücülüyünün keyfiyyətinə kənar müdaxilələr olduqda.
3.1.6.4. Xxxxxxx Operator təqdim etdiyi İnternet resurslardan istifadə etdiyi zaman, əldə etdiyi məlumatlarla üçüncü şəxslərə zərər vurduqda.
3.1.6.5. Digər şəxslər tərəfindən Abunəçinin avadanlığına zərər vurulduqda.
3.1.6.6. Abunəçinin identifikasiyaları (ASAN imza, SİMA, identifikasiya nömrəsi, parolu və ya digər) itirdiyi halda və bununla da üçüncü şəxslər tərəfində Xxxxxxxxxx internet şəbəkəsindən istifadə edərək ona zərər vurduqda.
3.1.6.7. İnternet şəbəkəsinə aid olmayan BoardBand-da (geniş və xxxx zolaqlı xətt) nasazlıq, kənar müdaxilə və hər hansı texniki qüsur və sair olduqda.
3.1.6.8. Abunəçinin qanunvericiliyə xxxx xxxx məlumatı ötürdükdə.
3.1.6.9. Operator onun vasitəsi ilə göstərilən televiziya xidmətlərinin məzmununa o cümlədən kanalların yayımının dayandırılması hallarına görə məsuliyyət daşımır.
3.1.6.10. Yayımlara beynəlxalq sanksiyalar tətbiq olduqda.
3.1.6.11. Elektrik enerjisinin təchizatının parametrləri uyğun olmadıqda və elektrik enerjisinin verilişi dayandırılıqda.
3.1.6.12. Abunəçi tərəfindən standartlara uyğun olmayan (sertifikatlaşdırılmayan) avadanlıqlardan istifadəsi edildikdə.
3.1.6.13. Abunəçi operator tərəfindən satılmış (və ya icarə verildiyi) avadanlıqların texniki parameterləri uyğun istifadə etmədikdə eləvə də texniki qüsuru xxxx avadanlıqların istifadə etdikdə.
3.1.6.14. Operatorun təqdim etdiyi (satdığı və ya icarə verdiyi) avadanlıqların texniki sazlığına zəmanət müddəti ərzində istehsalçı zəmanət daşıyır.
3.1.6.15. Abunəçi avadanlıqda texniki qüsur yarandıqda həmən üsulu kustar yolu ilə aradan qaldırdıqda buna xüsusi icazəsi olmayan şəxslər tərəfindən təmir etdirdikdə.
3.1.6.16. Operatorun təqsirindən asılı olmayan səbəblərdən digər hallarda.
3.1.6.17. Xxxxxxx tərəfindən bu müqavilənin ayrılmaz hissəsi xxxx Şərtlər Toplusudaki tələblərə riayət edilməyəndə.
MADDƏ 4. MƏSULİYYƏT
4.1. Abunəçi bu müqavilə ilə ona göstərilən xidmətlər nəticəsində xidmətlərin istifadəsi ilə əlaqədar bütün risk və məsuliyyəti tam olaraq öz üzərinə götürür.
4.2. Operator internet şəbəkəsi ilə istər açıq və ya gizli şəkildə təqdim olunan istənilən məlumata görə heç bir zəmanət vermir və məsuliyyət daşımır.
4.3. Abunəçi giriş üçün öz parametrlərinin təhlükəsizliyinə və onun giriş kanalından icazəsiz istifadə nəticəsində dəymiş zərərə görə bilavasitə məsuliyyət daşıyır.
4.4. Operatordan asılı olmayan səbəblərə görə avadanlığın yerləşdiyi sahə və digər yerlərin su ilə dolması, yanğının baş verməsi və digər kənar təsirlərə məruz qalması, elektrik təchizatının kəsilməsi və ya qüsurların olması və digər buna bənzər halların baş verməsi nəticəsində xidmət səviyyəsinin aşağı düşməsi və ya xidmətin dayandırılmasına görə məsuliyyət daşımır və belə halların mövcudluğu keyfiyyətsiz və ya qüsurlu xidmət kimi qiymətləndirilə bilməz.
4.5.Abunəçi bu müqavilədə qeyd edilən öhdəliklərini pozduqda Operator belə pozuntu nəticəsində dolayı yolla və ya birbaşa dəymiş ziyanın (real zərər, əldən çıxmış fayda, habelə dəbbə pulu) tam məbləğini Abunəçidən tələb etmək hüququna malikdir.
4.6. Abunəçi avadanlıqlardan istifadə edərək yaranan hər hansı qəza və ya texniki problemlərə görə məhsulliyət daşıyır.
MADDƏ 5. GÖZLƏNİLMƏYƏN HALLAR (FORS-MAJOR)
5.1. Hazırkı müqavilə üzrə fors-major halları dedikdə tərəflərin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini qeyri mümkün edən (zəlzələ, daşqın, epidemiya, epizotiya, yanğın, müharibə, inqilab, dövlət çevrilişi və digər fövqəladə vəziyyətlər) fövqəladə hallar nəzərdə tutulur.
5.2. Fors-major baş verdikdə müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi müddətləri bu vəziyyətlərin davam etdiyi müddətlərə nisbətən uzadılır.
MADDƏ 6. MÜBAHİSƏLƏRİN HƏLLİ
6.1.Bu müqavilə ilə əlaqədar yaranmış bütün fikir ayrılıqları tərəflər arasında danışıq yolu ilə həll edilir. Tərəflər danışıq yolu ilə razılığa gəlmədikləri halda bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq qaydada Azərbaycan Respublikasının aidiyyatı məhkəmə tərəfindən həll edilir. Bu müqavilə və onunla əlaqədar mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq tənzimlənir.
MADDƏ 7. MÜQAVİLƏNİN MÜDDƏTİ
7.1. Müqavilə (2) iki nüsxədə tərtib edilmişdir, nüsxələr eyni qüvvəyə malikdir, tərəflərin imzaları (möhürləri) ilə təsdiq etdiyi andam hüquqi güvəyə minir. Nüsxələrin biri Operatorda digər isə Abunəçidə saxlanılır.
7.2. Bu Müqavilə 1 (bir) il ərzində qüvvədədir. Müqavilə müddəti başa çatdıqda Xxxxxxx tərəfindən 90 (doxsan) təqvim günü ərzində müqavilənin pozulmasına dair yazılı xəbərdarlıq vermədikdə müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab olunur.
7.3. Müqaviləyə xitam verildiyi zaman Xxxxxxx illik abunə haqqını ödəməlidir.
MADDƏ 9: TƏRƏFLƏRİN REKVİZİTLƏRİ:
“Operator” |
Ünvan: Bank adı: Bankın kodu: Bankın VÖEN: M/H: SWIFT: Xxxx hesab: Direktor (A.S.A.): İmza: M.Y. |
“Abunəçi (fiziki/fərdi/hüquqi şəxs( |
Ünvan: Bank adı: Bankın kodu: Bankın VÖEN: M/H: SWIFT: Xxxx hesab: Abunəçi (A.S.S.): İmza: M.Y. |