AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.
Xxxxx Xxxxxx Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2017-ci il
№ 1695
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti,
iki dövlət arasında tarixi, mədəni əlaqələri inkişaf etdirməyin zəruriliyini qeyd edərək, milli mədəni potensialın formalaşmasında, onun mübadiləsində, həmçinin ikitərəfli
ticarət-iqtisadi və xxxx-texniki əlaqələrin inkişaf etdirilməsində müəlliflik hüququ və əlaqəli hüquqların əhəmiyyətini nəzərə alaraq,
müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üçün qarşılıqlı faydalı şəraitin yaradılmasının vacibliyini dərk edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflərin hər biri digər Tərəfin fiziki və hüquqi şəxslərinə və onların hüquqi varislərinə məxsus müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə ilk dərc olunma yerindən asılı olmayaraq müəlliflik hüququnu və əlaqəli hüquqları tanıyır.
Tərəflər əmlak və şəxsi qeyri-əmlak hüquqlarının qorunmasını öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq təmin edirlər.
Maddə 2
Tərəflər bu Sazişə və iştirakçısı olduqları və ya olacaqları digər beynəlxalq müqavilələrə uyğun olaraq elm, ədəbiyyat və incəsənət əsərlərinə hüquqların qorunması və istifadəsi sahəsində əməkdaşlığı qarşılıqlı fayda və bərabərlik əsasında həyata keçirirlər.
Maddə 3
Tərəflərin hər biri digər Tərəfin müəlliflərinin, ifaçılarının, fonoqram istehsalçılarının, efir və kabel yayımı təşkilatlarının müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə xxxx hüquqlarının qorunmasını öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq təmin edirlər.
Maddə 4
Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:
müəlliflik hüququ və əlaqəli hüquqların qorunması və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsi;
informasiya, normativ və digər sənədlərin, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində iş təcrübəsinin mübadiləsi.
Maddə 5
Tərəflərin hər biri müəlliflik hüququ və (və ya) əlaqəli hüquqların obyektlərindən istifadə olunarkən digər Tərəfin dövlətinin müəlliflərinin (hüquq sahiblərinin) müəlliflik hüququ və əlaqəli hüquqlarının pozuntularının qarşısının alınması üzrə tədbirlər görür.
Öz dövlətinin ərazisində pozuntuların aşkar edildiyi halda hər bir Tərəf öz dövlətinin milli qanunvericiliyinin tələblərinə və Tərəflərin dövlətlərinin iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq tədbirlər görür.
Maddə 6
Bu Saziş onun qüvvəyə mindiyi tarixə qədər qorunma müddətləri bitməmiş müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinə şamil edilir.
Maddə 7
Bu Saziş çərçivəsində Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır: Azərbaycan Respublikası tərəfindən - Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi;
Türkmənistan tərəfindən - Türkmənistanın İqtisadiyyat və İnkişaf Nazirliyi. Səlahiyyətli orqanların adlarında və ya funksiyalarında dəyişiklik olduğu halda Tərəflər bu barədə dərhal diplomatik kanallarla bir-birinə məlumat verirlər.
Maddə 8
Bu Sazişin təfsiri və tətbiqi zamanı Tərəflər arasında yarana biləcək fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 9
Bu Saziş çərçivəsində əməkdaşlığın həyata keçirilməsi üçün işçi dil rus dilidir.
Maddə 10
Bu Saziş Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 11
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə dəyişiklik və əlavələr edilə bilər. Belə dəyişiklik və əlavələr bu Sazişin ayrılmaz hissəsi olaraq, protokollar şəklində rəsmiləşdirilir və bu Sazişin 12-ci maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.
Maddə 12
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı şəkildə bildiriş göndərməzsə, bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Bakı şəhərində 2017-ci il 8 avqust tarixində, hər biri Azərbaycan, türkmən və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Bu Sazişin müddəalarının təfsiri zamanı Tərəflər rus dilindəki mətndən istifadə edirlər.
Azərbaycan Respublikası Türkmənistan Hökuməti adından Hökuməti adından
(imza) (imza)