KOTİROVKA SORĞUSU ELAN EDİR:
Enerji Məsələlərini Tənzimləmə Agentliyi
“Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında xxxx Agentliyin Gəncə filialının və Agentliyin Lənkəran filialının inzibati binalarının xxxx təmiri xidməti”nin satın alınması məqsədilə
KOTİROVKA SORĞUSU ELAN EDİR:
Kotirovka sorğusu 1 (bir) lot üzrə keçirilir: | İştirak haqqı (manatla) | |
Lot 1 | “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında xxxx Agentliyin Gəncə filialının və Agentliyin Lənkəran filialının inzibati binalarının xxxx təmiri xidməti”nin satın alınması | 100,00 |
Bu Kotirovka sorğusu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və xxxx sahibkarlıq subyektlərinin iştirakı ilə, kotirovka sorğusu üsulu tətbiq edilməklə elektron satınalma vasitəsilə keçirilir.
Bu Kotirovka sorğusu üzrə iddiaçılar (bundan sonra - iddiaçılar) xxxxx://xxx/xxxxxxx.xxx.xx - dövlət satınalmalarının vahid internet portalına (bundan sonra – Portal) daxil olub Kotirovka sorğusu haqqında ətraflı məlumatı əldə edə, Kotirovka sorğusu ilə bağlı suallarını Portalda satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar bu Kotirovka sorğusu əsasında bağlanması nəzərdə tutulan satınalma müqaviləsini (bundan sonra – Müqavilə) yerinə yetirmək üçün kifayət qədər maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar bu Kotirovka sorğusunda müəyyən edilmiş lot üzrə iştirak haqqını Portal vasitəsilə elektron ödəniş sistemində yaradılmış müvəqqəti hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Kotirovka Sorğusu Şərtlərini Portal vasitəsilə əldə edə və təkliflərini elektron qaydada təqdim edə bilərlər.
İştirak haqqı heç bir xxxxx xxxx qaytarılmır.
Əlaqə telefonu: (000) 000-00-00
Əlaqələndirici şəxs: Tender Komissiyası (xxxxxx@xxxxxxxxx.xxx.xx).
İddiaçı Kotirovka sorğusunda iştirak etmək üçün aşağıda qeyd olunan sənədləri Portal vasitəsilə təqdim etməlidir:
⎯ Kotirovka sorğusunda iştirak etmək üçün ərizə (ərizə scan edilərək “tələb olunan hüquqi sənədlər” xanasında yerləşdirilməlidir);
⎯ Qiymət kotirovkası;
⎯ özünün tam adı, hüquqi statusu, hüquqi şəxs və ya digər təşkilat xxxx iddiaçının nizamnaməsi (əsasnaməsi), dövlət reyestrindən çıxarışı, vergi şəhadətnaməsi (VÖEN), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
⎯ son bir ildəki (əgər bir ildən az müddətdir fəaliyyət göstərirsə bütün fəaliyyəti ərzində) maliyyə vəziyyəti haqqında bank arayışı;
⎯ Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə, xxxx tarixə məcburi
dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına və son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinəyetirilməməsi hallarının mövcud olmamasına dair arayış;
⎯ Son bir il ərzində dövriyyəsi haqqında bank arayışı;
⎯ son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə
hesabatının surəti (mənfəət vergi bəyannaməsi);
⎯ Qiymət kotirovkası (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
⎯ müqavilənin icrasına kifayət edəcək potensialı, maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, etibarlılığının olmasına dair arayış, təsdiqedici sənədlər toplusu;
Kotirovka sorğusu təklifi Azərbaycan dilində tərtib edilməli, xarici dildə xxxx Qiymət kotirovkası sənədləri isə (əgər olarsa) Azərbaycan dilinə tərcümə olunmalıdır.
Bu Kotirovka sorğusunda iştirak etmək üçün ixtisas göstəricilərinə dair hüquqi sənədlərin skan və ya elektron versiyaları Portalda avtomatik qaydada müəyyən edilmiş vaxtdan gec olmayaraq iddiaçılar tərəfindən Portala yüklənməlidir. Qeyd olunan sənədlərin həmin vaxtdan gec təqdim edilməsi şəxsin iddiaçı qismində qeydə alınmaması üçün əsasdır.
Qiymət kotirovkası 26 oktyabr 2022-ci il tarixə saat 18:00-dək Portal vasitəsilə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim edilmiş Qiymət kotirovkası satınalan təşkilat tərəfindən qəbul olunmur.
Portala yüklənmiş bütün Qiymət kotirovkaları 27 oktyabr 2022-ci il tarixdə saat 11:00-da Portal vasitəsi ilə açıqlanacaqdır. İddiaçılar Kotirovka Sorğusu nəticələri ilə Portal vasitəsi ilə xxxxx xxx bilərlər.
Qeyd:
1. Qiymət kotirovkalarının qiymətləndirilməsi Kotirovka Sorğusu Şərtlərinin 3-cü bölməsində nəzərdə tutulmuş meyarlara əsasən kommersiya təklifi zərfləri əsasında aparılacaqdır.
2. Kotirovka sorğusunda iştirak, Qiymət kotirovkasının qiymətləndirilməsi, yazışmalar, sual-cavablar və digər hərəkətlər yalnız Portal vasitəsilə həyata keçirilir.
3. İddiaçı Kotirovka sorğusu şərtlərinin məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri ilə xxx xxxxx olaraq, Qiymət kotirovkası təqdim etməlidir. Kotirovka Sorğusu Şərtlərini almış iddiaçının həmin şərtlər toplusu ilə xxxxx olmaması onun əsas şərtlər toplusunun məzmunundan, o cümlədən təlimatlardan, forma və şərtlərdən kənar təklif verməsi üçün əsas ola bilməz.