Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair
Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair
Standart Şərtlər
Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər (bundan sonra - Standart Şərtlər) əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan şərtlər olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “ABB” ASC (bundan sonra - ABB) və Müştəri (bundan sonra birlikdə - Tərəflər və ya müvafiq olaraq Tərəf adlandırlacaq) arasında bank əməliyyatları, xxxx hesab, kart hesabı və ödəniş kartları, əmanət, depozit seyfləri, kredit, kredit xətti, ABB banking - İnternet Bank/ABB mobile - Mobil Bank, SMS/E-mail məlumatlandırılma üzrə xidmətləri tənzimləyir. Müştəri, ABB- nin rəsmi internet səhifəsində (xxx.xxxx.xx/xxx.xxx-xxxx.xx) yerləşdirilmiş bu Standart Şərtlərlə xxxxx olmaqla və müvafiq Müqaviləni bağlamaqla bank xidmətlərindən istifadə edə bilər. Müştəri müvafiq Müqaviləni şəxsi imza, elektron imza və/və ya Şəxsi imzanın başqa analoqundan istifadə etmək yolu ilə imzalamaqla bağlaya (təsdiq edə) bilər. Bu Standart Şərtlərdə nəzərdə tutulan xidmətlər və həmin xidmətlər üzrə müvafiq bəndlər Müştəriyə yalnız müvafiq Müqavilə bağlandıqdan sonra tətbiq edilir. Bu Standart Şərtlər müvafiq Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Bu Standart Şərtlərdə anlayış verilməyən məfhumlar qanunvericiliklə müəyyən olunmuş mənada qəbul edilir.
1. Anlayışlar
1.1 Müştəri – ABB ilə bağlanmış müvafiq Müqaviləyə əsasən ABB-nin hər hansı xidmət(lər)indən istifadə edən fiziki şəxs.
1.2 Qanunvericilik – Bu Standart Şərtlərin mahiyyətindən irəli gələrək Azərbaycan Respublikasının hüquqi aktlarına daxil xxxx bütün normativ hüquqi aktlar və normativ xarakterli hüquqi aktlar.
1.3 Bank hesabı - Müştəriyə açılmış hesaba daxil xxxx pul vəsaitlərinin qəbul edilməsi və hesaba salınması, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına imkan verən vasitə (hərf və rəqəmlərin kombinasiyası);
1.4 Müqavilə - ABB tərəfindən ayrı-ayrı bank xidmətlərinin göstərilməsi məqsədi ilə ABB ilə Müştəri arasında bağlanılan və müvafiq bank xidmətlərinin xüsusi şərtlərini özündə əks etdirən qarşılıqlı razılaşma;
1.5 Şəxsi imzanın başqa analoqu – Müqavilələrin, sənədlərin, əlavələlərin, razılaşmaların imzalanması üçün istifadə olunan kodlar, parollar, habelə rabitə və/və ya elektron vasitələrlə sənədlər mübadiləsi və sənədin bir Tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə, eləcə də imza sahibini identikləşdirməyə (eyniləşdirməyə) imkan verən digər vasitələr (Şirfrə, birdəfəlik şifrə, SMS, bir kliklə təsdiq və s.);
1.6 Ödəniş kartı - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün nəzədə tutulmuş ödəniş aləti, müvafiq ödəniş sisteminin plastik kartı;
1.7 Kart hesabı - Ödəniş kartı vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün ABB tərəfindən Müştərinin adına açılan xxxx bank hesabı;
1.8 Əlavə kart - Ödəniş kartı ilə eyni Kart hesabına və ödəniş limitinə xxxxx xxxx başqa bir Ödəniş kartı;
1.9 ŞEN-kod – Şəxsi eyniləşdirmə nömrəsi olmaqla Bankomatlar, POS-terminallar və digər elektron qurğular vasitəsi ilə əməliyyatlar zamanı Ödəniş kartının/Əlavə kartın istifadəçisinin identifikasiyası üçün istifadə edilən və hər bir Ödəniş kartına/Əlavə karta verilən fərdi rəqəmli kod (PIN kod);
1.10 Overdraft – Müştərinin xxxx hesabında xxxx pul vəsaiti əməliyyat(lar)ın aparılmasına kifayət etmədikdə və ya xxxx hesabında pul vəsaiti olmadıqda həmin əməliyyat(lar)ın icrası üçün tələb olunan pul
vəsaitinin (və ya çatışmayan hissəsinin) Müştərinin müraciəti və Tərəflər arasında razılaşma əsasında
ABB tərəfindən qısa müddətli kreditləşdirilməsidir (maliyyələşdirilməsidir);
1.11 Texniki overdraft - Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti və Tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq, borc və digər öhdəliklər;
1.12 Kredit - bankın Müştəriyə müvafiq Müqaviləyə əsasən qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız verdiyi borc pul vəsaiti. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş qarantiya, akkreditiv və müvafiq Müqavilə üzrə hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir;
1.13 Kredit xətti - Kredit məbləğindən kredit müddəti ərzində Müştərinin hissə-hissə istifadə etdiyi kredit məhsulu;
1.14 Kredit kartı üzrə kredit xətti - müvafiq Müqaviləyə əsasən Müştəriyə bərpa olunan Kredit xətti
formasında onun Kredit kartına xxxxx xxxx kart hesabı üzrə təqdim edilən Kredit;
1.15 Bərpa olunan kredit xətti - Kredit xətti üzrə yaranmış borc və ya onun bir hissəsi qaytarıldıqca bərpa olunan kredit məbləği və kredit məbləğindən təkrarən istifadə imkanı;
1.16 “ABB mobile - Mobil Bank” - mobil tətbiq vasitəsi ilə bank hesablarını idarə edən və Müştəriyə
müəyyən əməliyyatları məsafədən həyata keçirmək imkanı verən xidmət növü;
1.17 “ABBbanking - İnternet Bank” - İnternet vasitəsi ilə Müştəriyə məsafədən müəyyən əməliyatları
aparmaq və bank hesablarını idarə etmək imkanı verən xidmət növü və proqram təminatı;
1.18 SMS/E-mail məlumatlandırılma – ABB-nin Müştərinin mobil telefona/elektron poçt ünvanına SMS/ bank hesabından çıxarış göndərməklə Ödəniş kartı vasitəsilə aparılan əməliyyat(lar) barədə Müştərini məlumatlandırma xidməti;
1.19 Depozit seyfi - müvafiq Müqaviləyə əsasən Müştəriyə müvəqqəti istifadəyə (icarəyə) verilən depozit qutusu;
1.20 “Şəxsi kabinet” – Müştərinin bu Standart Şərtlərdə və müvafiq Müqavilədə nəzərdə tutulmuş bank əməliyyatlarını (kredit borcları, ona hesablanmış faiz məbləğləri, ödəniş cədvəlləri, taksit məbləğləri, hesablarından çıxarışları və s.) ABB-xxx xxxx əməliyyat anı üçün təqdim etdiyi texniki imkanlar çərçivəsində aparması və həmin əməliyyatlara nəzarəti həyata keçirməsi, o cümlədən “online chat” vasitəsi ilə ABB-nin məlumat mərkəzi ilə əlaqə saxlanılması üçün ABB-nin Müştərinin istifadəsinə verdiyi internet səhifə, proqram təminatı və ya digər informasiya resursu;
1.21 Tariflər – ABB-nin müvafiq əməliyyatın aparıldığı günə qüvvədə xxxx tarifləri (ABB-nin rəsmi internet səhifəsi xxx.xxxx.xx və xxx.xxx-xxxx.xx -da yerləşdirilmişdir) və/və ya müvafiq idarəetmə orqanının qərarına uyğun olaraq müəyyən olunan tarif dərəcələri.
2. Bank hesabı
2.1. ABB tərəfindən Müştərinin adına milli və/və ya xarici valyutalarda xxxx hesab(lar)ın (bundan sonra - Hesab adlanacaq) açılması, qanunvericilikdə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla Hesaba daxil xxxx pul vəsaitinin mədaxil edilməsi, açılmış Hesabdan müvafiq məbləğlərin köçürülməsi, verilməsi və Hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamları yerinə yetirilir. Müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür.
2.2. Hesab üzrə əməliyyatların aparılmasına görə bank xidmətlərinin haqqı ABB-nin Tariflərinə uyğun olaraq müəyyən olunur və ABB tərəfindən Müştərinin Hesabdakı pul vəsaitindən tutulur.
2.3. Hesab üzrə sərəncam vermək hüququ xxxx şəxslərin siyahısı imza nümunəsi vərəqəsində qeyd olunur.
3. Hesabın fəaliyyət rejimi
3.1. Müştərinin öz Hesabı üzrə müstəqil sərəncam vermək hüququ vardır.
3.2. ABB Müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bu Standart
Şərtlər və müvafiq Müqavilə ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.
3.3. Müştəri tərəfindən Hesab üzrə xarici valyuta əməliyyatları Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılmasına dair qaydaları tənzimləyən hüquqi akta əsasən aparılır.
3.4. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində ABB-
ə təqdim edilə bilər.
3.5. Müştərinin sərəncamı olmadan Hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş, bu Standart Şərtlər və ya müvafiq Müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
3.6. ABB, Hesab üzrə əməliyyatları Hesabın qalığı çərçivəsində Müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olmasının təqvim ardıcıllığına riayət etməklə həyata keçirir. Hesabdakı pul vəsaiti ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə və ABB-ilə Müştəri arasında Hesabın kreditləşməsi haqqında əlavə razılaşma yoxdursa, Hesabdan pul vəsaiti qanunvericilikdə nəzərdə tutulan ardıcıllıqla silinir.
3.7. Müştəri üçün əməliyyat (iş) günü ABB-in daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilir.
3.8. Bu Standart Şərtlərin 3.7-ci bəndində müəyyən edilmiş vaxtdan sonra daxil olmuş ödəniş sənədləri
növbəti iş günündə daxil olmuş hesab olunur.
3.9. ABB tərəfindən qəbul edilərkən Müştərinin ödəniş sənədləri qanunvericilik ilə müəyyən edilmiş tələblərə uyğun yoxlanılır. Ödəniş sənədlərinin məzmunu və forması Azərbaycan Respublikasının hüquqi aktları və xxx xxxxx müəyyənləşdirilmiş ABB-in daxili sənədləri ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. Bu tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri ABB tərəfindən qəbul edilmir.
3.10. Hesabda xxxx qalığa və ya Hesabdakı pul vəsaitlərindən istifadə etməsinə görə ABB Müştəriyə bu Standart Şərtlər çərçivəsində imzalanan müvafiq Müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, heç bir faiz ödəmir.
3.11. Hesabın qeyri-qanuni məqsədlər, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması), terrorizmin maliyyələşdirilməsi və fırıldaqçılıq (fraud) əməliyyatlarının aparılması məqsədilə açılması və istifadə edilməsi qadağandır.
3.12. Hesab, Hesab üzrə əməliyyatlar və qalıqları, habelə Müştəri haqqında məlumatlar bank sirridir və üçüncü şəxslərə yalnız Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda verilir.
3.13. Bu Standart Şərtlər və müvafiq Müqavilə əsasında Müştəriyə açılmış Hesab üzrə bank əməliyyatlarının aparılması zamanı Müştəri tərəfindən ərizə və ya hər hansı digər formada ABB-ə təqdim edilən və Azərbaycan Respublikasının hüquqi aktıarı ilə təsbit edilmiş ödəniş sənədlərinə dair tələblərə cavab verən sənəd(lər) Tərəflər arasında müvafiq bank əməliyyatlarının aparılması üçün ödəniş sənədləri hesab edilir və ABB tərəfindən icra edilir.
4. Ödəniş kartı
4.1. ABB Müştərinin müraciəti əsasında ABB tərəfindən emissiya edilən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilə bilən Ödəniş kartının verilməsini və istifadə edilməsini, Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açılmasını təmin etməyi və Müştəri Ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, Ödəniş kartından istifadəyə görə xidmət haqlarını ABB-ə ödəməyi öhdəsinə götürür.
4.2. Ödəniş kartı vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqı ABB-in Tariflərinə uyğun olaraq müəyyən olunur və ABB tərəfindən Müştərinin Kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulur.
4.3. Ödəniş kartının qüvvədə olma müddəti onun üzərində göstərilmiş müvafiq ilin müvafiq ayının sonuncu günü bitir.
4.4. Ödəniş kartından istifadə Azərbaycan Respublikasının qanunvericiliyi, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları, eləcə də müvafiq beynəlxalq ödəniş sisteminin qaydaları, bu Standart Şərtlər və müvafiq Müqavilə ilə tənzimlənir.
4.5. ABB Müştərinin ərizəsi əsasında ona bir neçə əlavə Ödəniş kartı verə bilər.
4.6. Ödəniş kartı ABB-in mülkiyyətidir və Müştərinin istifadəsinə verilir.
5. Kart hesabının fəaliyyət rejimi
5.1. Kart hesabı Müştəriyə Ödəniş kartı vasitəsilə əməliyyatların aparılması və həmin əməliyyatların uçotunu aparmaq üçün açılır.
5.2. Kart hesabına pul vəsaitləri qanunvericiliyin tələblərinə əməl edilməklə nağd və ya nağdsız qaydada
mədaxil edilə bilər.
5.3. Bu bəndin tələbləri nəzərə alınmaqla, hesabdakı pul vəsaitlərinin nağd məxarici yalnız bankomat və/və ya POS-terminal vasitəsilə həyata keçirilə bilər. Kartın müddəti bitdikdə və ya bu Standart Şərtlərin 18.1.8-ci bəndində nəzərdə tutulduğu hallarda Ödəniş kartı bloklaşdırıldıqda qanunvericiliyin tələblərinə uyğun olaraq, hesabdan nağd pul digər qaydada məxaric edilə bilər.
5.4. Müştəri Kart hesabındakı pul vəsaitlərindən yalnız Ödəniş kartı vasitəsilə əməliyyatların aparılması zamanı istifadə edə bilər.
5.5. ŞEN-kod üç dəfə yalnış yığıldıqda Ödəniş kartı/Əlavə karta bağlı ŞEN-kod avtomatik olaraq bloklaşdırılır və ŞEN-koddan istifadə etməklə Kart hesabı üzrə əməliyyatların aparılması dayandırılır. Müştəri ŞEN-kodu ABB-in filiallarına və ya “Azərikard” prosessinq mərkəzinə müraciət edərək, eləcə də belə bir imkan ABB tərəfindən yaradıldığı təqdirdə “ABB mobile - Mobil Bank” tətbiqi və “ABB banking - İnternet Bank” elektron platforması üzərindən aktivləşdirə bilər.
5.6. Ödəniş kartı vasitəsilə aparılan əməliyyatlar üzrə tətbiq edilən gündəlik və/və ya birdəfəlik limitlər ABB-in Tarifləri ilə müəyyən olunur.
5.7. Ödəniş kartından istifadə etməklə digər bankların bankomatlarından və elektron qurğularından nağd pul vəsaitlərinin çıxarılması, habelə digər əməliyyatlar zamanı Müştəridən ABB-in komisyon haqları ilə yanaşı həmin bankların da komisyon haqları tutula bilər.
5.8. Kart hesabının valyutasından fərqli valyutada Kartdan istifadə etməklə aparılmış əməliyyatlar üzrə əməliyyatın valyutasından Kart hesabının valyutasına vəsaitlərin konvertasiyası əməliyyatın faktiki aparılması tarixindən asılı olmayaraq əməliyyat üzrə məlumatın işlənmə gününə ABB-də qüvvədə xxxx Ödəniş kartları üçün valyuta mübadiləsi məzənnəsi əsasında həyata keçirilir.
5.9. Müştərinin sərəncamı olmadan Kart hesabındakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş, bu Standart Şərtlər və ya müvafiq Müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
5.10. Kart hesabında xxxx qalığa və ya Kart hesabındakı pul vəsaitlərindən istifadə etməsinə görə bu Standart Şərtlər çərçivəsində imzalanan müvafiq Müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, heç bir faiz ödəmir. ABB tərəfindən Kart hesabında xxxx qalığa və/və ya Kart hesabındakı pul vəsaitlərindən istifadə etməsinə görə Müştəriyə faizlər (habelə, cashback, xallar, millər və/və ya digər bonus məbləği) ödənilməsi qərara alındıqda, müvafiq faizlərin miqdarı, hesablanma qaydası, müddəti ABB tərəfindən birtərəfli qaydada müəyyən edilir və faizlərin hesablanması ABB tərəfindən istənilən vaxt Müştəriyə hər hansı xəbərdarlıq etmədən birtərəfli qaydada dayandırıla, habelə hesablanmış faizlər silinə bilər.
5.11. Kart hesabının qeyri-qanuni məqsədlər, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi məqsədilə açılması və istifadə edilməsi qadağandır.
5.12. Kart hesabı, Ödəniş kartı vasitəsilə aparılmış əməliyyatlar, Kart hesabının qalığı, habelə Müştəri haqqında məlumatlar bank sirridir və üçüncü şəxslərə yalnız Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda verilir.
5.13. Müştəri Kart hesabından sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edə bilməz. Həmçinin, Kart hesabından üçüncü şəxslərin ödənişlərinin həyata keçirilməsi qadağandır, bir şərtlə ki, bu ödənişlər sui-istifadə hallarına yol verilərək əlavə qazanc (cashback, xallar, millər, bonuslar və s) əldə edilməsi ilə nəticələnsin.
5.14. Kart hesabına daxil xxxx pul vəsaitlərinin valyutası hesabın valyutasından fərqli olduqda, müvafiq vəsaitlər Müştəriyə məlumat verilmədən ABB-in həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək Kart hesabına mədaxil edilir.
5.15. Müştəri təsdiq edir ki, bu Standart Şərtlərin 18.13.6-cı yarımbəndinə əsasən Müştəri tərəfindən aparılmış əməliyyatlar mübahisələndirildikdə (etiraz tədbiri zamanı) əməliyyat(lar)a aid vəsaitin sözügedən proses tam yekunlaşana qədər ABB-də saxlanılmasına razıdır.
5.16. Müvafiq müqavilə əsasında Müştəriyə açılmış Kart hesabı üzrə bank əməliyyatlarının aparılması zamanı Müştəri tərəfindən ərizə və ya hər hansı digər formada ABB-ə təqdim edilən sənəd(lər) Tərəflər arasında müvafiq bank əməliyyatlarının aparılması üçün ödəniş sənədləri hesab edilir və ABB tərəfindən icra olunur.
6. Bank Əmanəti
6.1. Müştəri müvafiq Müqavilədə nəzərdə tutulmuş şərtlərlə pul vəsaitini (bundan sonra - əmanət adlandırılacaq) ABB-də yerləşdirir, ABB isə bu Standart şərtlər və müvafiq Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürür.
6.2. Əmanət ABB-ə müəyyən üçüncü şəxsin adına qoyula bilər. Xeyrinə əmanət qoyulan şəxs bu hüquqlara əsaslanan ilk tələbini ABB-ə verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla ABB-də bildirdiyi andan qanunvericilik və/və ya bu Standart Şərtlərlə nəzərdə tutulmuş əmanətçi (Müştəri) hüquqlarını qazanır, eləcə də əmanətçinin (Müştərinin) bu Standart Şərtlər üzrə öhdəliklərini daşıyır. Müştəri əmanət barəsində qanunvericilik və/və ya bu Standart Şərtlərdə nəzərdə tutulmuş əmanətçi hüquqlarından xeyrinə əmanət qoyulan şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini ABB-ə bildirənədək istifadə edə bilər.
6.3. Əmanətin qəbul edilməsi üçün ABB tərəfindən Müştərinin adına müvafiq Hesab açılır. Əmanətə qoyulan vəsaitlər Müştəri tərəfindən nağd şəkildə - xxxxx mədaxil orderi əsasında və ya köçürmə yolu ilə Hesaba mədaxil edilir. Əmanətə qoyulan vəsaitlər Müştəriyə qaytarıldığı zaman Müştəridən ABB- nin Tariflərinə uyğun olaraq komisyon haqq tutula bilər.
6.4. Müvafiq Müqavilədə ayrı qayda nəzərdə tutulmursa, əmanət məbləğinin Müştəri tərəfindən əlavə pul vəsaiti daxil edilməklə artırılmasına yol verilmir.
6.5. Müvafiq Müqavilədə göstərilən faizlər əmanət üzrə pul vəsaitlərinin ABB-ə daxil olduğu günün ertəsi günündən həmin məbləğin Müştəriyə qaytarılmasından (və ya qanunvericilikdə və yaxud müvafiq Müqavilədə nəzərdə tutulmuş əsaslarla Müştərinin hesabından silinməsindən) əvvəlki günədək hesablanır. Bu qayda birgünlük əmanətlərə şamil edilmir.
6.6. Əmanət üzrə faizlər qanunvericiliklə müəyyən olunan hallarda və qaydada ödəmə mənbəyində vergi tutulduqdan sonra ödənilir.
6.7. Əmanət yerləşdirildiyi tarixdə və ya əmanət yerləşdirildiyi tarixdən 6 (altı) ay ərzində Müştərinin
müraciətinə əsasən ABB tərəfindən əmanət üzrə faizlərin ödənilməsi üçün Müştəriyə xüsusi kart və
əmanət məbləği ilə təmin olunmuş kredit xətti üzrə kreditdən istifadə üçün ödəniş kartı verilə bilər. Müvafiq kartların buraxılması üzrə xidmət haqqı tutulmur. Müştəri kartların istifadə müddəti bitmədən hər hansı səbəbdən yeni kart sifariş etdikdə, müvafiq kartın buraxılması üzrə ABB-nin Tariflərinə uyğun olaraq xidmət haqqı tutulur.
6.8. Xüsusi kart əmanət müddəti ərzində qüvvədədir və əmanət vaxtından əvvəl xxxx götürüldükdə ABB tərəfindən birtərəfli qaydada ləğv edilir/bloklaşdırılır.
6.9. Müştəri əmanət məbləğini yerləşdirildiyi tarixdən 6 (altı) ay sonra xxxx götürdükdə əmanət məbləği ilə təmin olunmuş kredit xətti üzrə kreditdən istifadə üçün buraxılmış ödəniş kartı kredit xəttinin bağlanılması (o cümlədən qalıq borcun tam ödənilməsi) şərti ilə Müştəridə saxlanıla bilər. Müştəri debet statusa keçirilmiş bu kartdan kartın üzərində göstərilmiş son istifadə müddətinə xxxx xxxxxx statusuna uyğun istifadə edə bilər.
6.10. Müştəri əmanət məbləğini yerləşdirildiyi tarixdən 6 (altı) ay keçmədən xxxx götürdükdə ödəniş kartı ləğv edilə/bloklaşdırıla və ya kredit xəttinin bağlanması (o cümlədən qalıq borcun tam ödənilməsi) şərti ilə ABB-nin Tariflərinə uyğun olaraq xidmət haqqı tutularaq Müştəridə saxlanıla bilər. Müştəri debet statusa keçirilmiş bu kartdan kartın üzərində göstərilmiş son istifadə müddətinə xxxx xxxxxx statusuna uyğun istifadə edə bilər.
6.11. Müvafiq Müqavilə üzrə əmanət müddəti 1 (bir) il olduqda Müştərinin müraciətinə əsasən ona yalnız əmanət məbləği ilə təmin olunmuş kredit xətti üzrə kreditdən istifadə üçün ödəniş kartı verilə bilər və həmin karta münasibətdə Standart Şərtlərin 6.7-ci bəndinin müvafiq kart üzrə şərtləri tətbiq edilir.
7. Əmanətin qaytarılması
7.1. Əmanət, müvafiq Müqavilənin tələbləri nəzərə alınmaqla, müvafiq Müqavilənin müddəti bitdikdən və ya ona hər hansı digər səbəbdən xitam verildikdən sonra Müştəriyə qaytarılır.
7.2. Müştəri müvafiq Müqavilənin müddəti bitənədək istənilən vaxt əmanəti Xxxxxxxx xxxx götürə bilər. Bu halda, o cümlədən tələbli əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət müvafiq Müqavilənin müddətinin bitməsinədək qanunvericilikdə və yaxud müvafiq Müqavilədə nəzərdə tutulmuş əsaslarla Müştərinin hesabından silindikdə, əmanətə faizlər hesablanmır və artıq Müştəriyə ödənilmiş faizlər akseptisz qaydada sonuncudan tutulur.
7.3. Müvafiq Müqavilədə ayrı qayda nəzərdə tutulmursa, Müştəri tərəfindən əmanətin Hesabdan hissə- hissə götürülməsinə yol verilmir.
7.4. Əmanətin qaytarılması ABB-nin bütün aktivləri ilə təmin edilir.
8. Əmanətlərin Sığortalanması Fondu, ABB və Müştəri
8.1. ABB «30» İyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – Fond)
iştirakçısı olaraq (03 xxxxx şəhadətnamə) Xxxxx sığorta haqqı ödəyir (bu haqq Müştəridən tutulmur).
8.2. Müştərinin (8-ci bəndinin məqsədləri üçün «Əmanətçi» adlandırılacaq) hesabında bütün müvafiq valyutalarda xxxx pul vəsaiti (Bu bəndinin məqsədləri üçün «əmanət» adlandırılacaq) «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə müəyyən edilmiş hallarda, qaydada, miqdarda və şərtlərlə Fond tərəfindən sığortalanır.
8.3. Sığorta Hadisəsi – ABB-nin məcburi ləğvi və ya müflis elan olunması, ABB-nin Əmanətçi qarşısında öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və ABB-nin Əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir.
8.4. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıda qeyd edilən kütləvi informasiya vasitələrində Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir:
• AzTV;
• İctimai TV;
• Azərbaycan qəzeti;
• Respublika qəzeti;
• Xalq qəzeti;
• AzərTAc informasiya agentliyi;
8.5. Fonddan kompensasiya almaq üçün Əmanətçi kütləvi informasiya vasitəsilərində göstərilən yerə yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
8.5.1. Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;
8.5.2. əmanəti təsdiqləyən sənədlər;
8.5.3. Bank hesabı müqaviləsi;
8.5.4. Əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.
8.6. Ərizənin verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Xxxx tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 (bir) il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.
8.7. Aşağıdakı əmanətlər qorunan əmanətlərə (sığorta hadisəsi baş verdikdə Xxxx tərəfindən qorunan
əmanətçiyə kompensasiya olunan əmanət) aid edilmir:
8.7.1. ABB-nin Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
8.7.2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
8.7.3. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
8.7.4. üzərinə həbs qoyulmuş əmanətlər;
8.7.5. cəlb edildiyi günə Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik
faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
8.7.6. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;
8.7.7. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində xxxx pul vəsaitləri;
8.8. Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə kompensasiya ödəyir.
8.9. Fond kompensasiyanı milli valyutada xxxx əmanət üzrə manatla, ABŞ dollarında xxxx əmanət üzrə ABŞ dollarında, Avroda xxxx əmanət üzrə isə Avroda Əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya Avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çapraz məzənnə üzrə hesablanır və ödənilir. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən artıq olmasın.
8.10. Əmanətçinin ABB-də, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduqda, Fond həmin əmanətləri toplayır və bir əmanət kimi manatla kompensasiya olunur. Əmanətçinin Fondun hər hansı digər iştirakçı bankında xxxx əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir.
8.11. ABB Xxxxxxxxxxx yazılı və ya şifahi sorğularına cavab olaraq, ABB-nin sığorta sistemində iştirakı,
qorunan əmanətlər və kompensasiyalar barədə Əmanətçiyə məlumat verir
8.12. Sığorta hadisəsi baş verdiyi günə Əmanətçinin ABB qarşısında vaxtı çatmış öhdəliyi olduqda pul vəsaiti üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla Əmanətçinin ABB qarşısında icra edilməyən öhdəliyinin hissəsi kompensasiya olunan pul vəsaitinin məbləğindən akseptsiz qaydada silinərək çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
8.13. Əmanətçi aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla əlaqə saxlıya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40; əlaqə tel: (00000) 000 00 00, 000 00 00, 000 00 00; Faks: (00000) 000 00 00; e-mail: xxxx@xxxx.xx; sayt: xxx.xxxx.xx
9. Depozit seyfi
9.1. ABB müvafiq Müqavilədə qeyd olunan ünvanda yerləşən xüsusi mühafizə sistemi ilə təchiz edilmiş
fərdi bank seyflərinin saxlanıldığı sahədə həmin Müqavilədə göstərilmiş depozit seyfini (bundan sonra
- seyf adlandırılacaq) Müqavilədə göstərilmiş müddətdə Müştəriyə müvəqqəti istifadəyə (icarəyə) verir.
9.2. Seyfin icarə müddətinin bitməsinin sonuncu gününədək Tərəflərin qarşılıqlı razılığı əsasında Seyfin icarəsi ilə bağlı yeni Müqavilə imzalanmadıqda və ya Müştəri tərəfindən seyf boşaldılaraq (açarlar və kart ilə birlikdə) ABB-ə təhvil verilmədikdə, Müqavilə üzrə Seyfin icarə müddəti 1 (bir) ay müddətinə uzadılır.
9.3. İcarəyə verilən seyf iki fərqli qıfıl və iki fərqli açar ilə təmin olunur. Seyf yalnız hər iki açarın birlikdə istifadəsi nəticəsində açıla və bağlana bilər. ABB-nin müştəri xidməti strukturlarından asılı olaraq, Seyfin saxlanılma yerinə daxil olmaq və Seyfə çıxış əldə etmək üçün Müştəri əvvəlcədən ABB-də qeydiyyatdan keçirdiyi ödəniş kartından, xüsusi plastik kartdan və özü tərəfindən daxil edilmiş ŞEN- koddan istifadə etməlidir.
9.4. Müştəri seyfdən pul vəsaitlərinin, daş-qaş və digər zinət əşyalarının, sənədlərin, səhmlərin, qiymətli kağızların və s. qiymətlilərin və digər əşyaların (bundan sonra - Saxlama predmetləri) saxlanılması məqsədləri üçün istifadə edir.
10. Depozit seyfi üzrə icarə haqqı
10.1. Müştəri seyfin icarəsi üzrə ƏDV və digər məcburi ödənişlər daxil olmaqla müvafiq Müqavilədə
göstərilən xxxxx haqqını həmin Müqavilənin bağlandığı gün əvvəlcədən ABB-ə tam həcmdə ödəyir.
10.2. Seyfin icarə müddəti 9.2-ci bəndə müvafiq olaraq uzandıqda, həmçin həmin müddətin bitməsinədək Müştəri tərəfdən Standart Şərtlər və müvafiq Müqavilə üzrə öhdəliklər icra edilmədikdə, uzadılmış müddət, o cümlədən 18.7.5-ci yarımbəndə müvafiq olaraq seyfin ABB tərəfindən məcburi açılmasınadək keçən dövr üçün icarə haqqının məbləği ABB-nin həmin dövrdə qüvvədə xxxx Tarifləri ilə müəyyən olunur.
10.3. Seyfin icarəsi üzrə icarə haqqı məbləğləri, eləcə də Standart Şərtlər və müvafiq Müqavilə üzrə Müştəri tərəfindən ödənilməli xxxx digər məbləğlər ABB tərəfindən akseptsiz qaydada Müştərinin ABB-dəkı bütün hesablarından tutula bilər.
10.4. Seyfin icarəsi ilə bağlı müvafiq Müqaviləyə qanunvericilikdə, Standart Şərtlərdə və ya müvafiq Müqavilədə nəzərdə tutulmuş istənilən əsasla vaxtından əvvəl xitam verildiyi halda, ödənilmiş icarə haqqı ABB tərəfindən heç bir xxxxx xxxx qaytarılmır.
11. Müştərinin təsdiq və zəmanətləri
11.1. Müştəri təsdiq edir və zəmanət verir ki:
11.1.1. Saxlama predmetləri üzərində həbs və ya qadağa yoxdur, hər hansı öhdəliyin icrasının təminatı
qismində çıxış etmir;
11.1.2. Saxlama predmetlərinin cinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması
ilə hər hansı bağlılığı yoxdur;
11.1.3. Seyfdə heç bir halda tez alovlanan, partlayıcı, radioaktiv, toksik, kimyəvi aktiv, zəhərli, kəskin qoxulu, narkotik, psixotrop və ABB-ə, onun əməkdaşlarının və üçüncü şəxslərin səhhətinə, ətraf mühitə zərər vura bilən digər maddələr, ərzaq xxxxxxx və korlanmaya məruz qalan digər əşyalar, mülki dövriyyədən
çıxarılmış əşyalar, silah, silah üçün ehtiyat və komplektləşdirici hissələrin, döyüş sursatı və saxlanması ABB-nin təmin edə bilmədiyi xüsusi şəraiti və/və ya səlahiyyətli dövlət orqanlarının xüsusi icazələrini tələb edən digər əşyalar və maddələr saxlanılmır
12. Kredit
ABB, Müştəriyə müvafiq Müqavilədə göstərilmiş məbləğdə, valyutada, müddətdə kreditdən istifadəyə görə illik faiz dərəcəsinin ödənilməsi və təyinatı üzrə istifadə şərti ilə kredit verməyi, Müştəri isə müvafiq Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri ABB-ə ödəməyi öz üzərinə götürür.
13. Müştərinin təsdiq və zəmanətləri
13.1. Müştəri təsdiq edir və zəmanət verir ki:
13.1.1. Müvafiq Müqavilə bağlandığı tarixdə və onun qüvvədə olduğu bütün müddət ərzində kreditin verilməsinə, istifadəsinə və qaytarılmasına mane xxxx xxxxxx mövcud deyil və gələcəkdə belə hallar yaranarsa onlar Müştəri tərəfindən aradan qaldırılacaqdır.
13.1.2. Bu Standart Şərtlərin və müvafiq Müqavilənin bağlanması və icrası Müştərinin üçüncü şəxslərlə bağladığı və ya bağlayacağı digər müqavilələrin tələblərini pozmur;
13.1.3. Kreditin təyinatı üzrə istifadəsi üçün qanunvericiliklə tələb olunduğu hallarda lisenziyaların və/və ya səlahiyyətli orqanlardan digər sənədlərin alınması Müştəri tərəfindən təmin ediləcəkdir;
13.1.4. Müştəri tərəfindən təqdim edilən maliyyə və digər sənədlər tərtib olunduğu vaxtdan Müştərinin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən dəyişikliklər baş verməmişdir;
13.1.5. Müştəriyə qarşı cinayət təqibi həyata keçirilmir, habelə buna səbəb ola biləcək hərəkət və hərəkətsizliyə Müştəri tərəfindən yol verilməmişdir;
13.1.6. Özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu Standart Şərtlərdən və müvafiq Müqavilə(lər)dən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasına təsir edə biləcək digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə xxxx borclar, kreditorlar qarşısında icra edilməmiş öhdəliklər və sair) haqqında təqdim etdiyi məlumatlar və sənədlər düzgündür və buna görə məsuliyyət daşıyır
14. Kreditin qaytarılması, kreditin məbləğinə faizlərin hesablanması və ödənilməsi qaydası
14.1. Müştəriyə kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərdə tutullmuş sənədlərin ABB-ə təqdim edilməsindən 10 (on) iş günü ərzində Müştərinin ABB-də açılmış müvafiq Müqavilədə göstərilmiş hesabına köçürülməklə verilir.
14.2. Kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə ödənişlərin tarixi qeyri-iş gününə düşdükdə, ödəniş
növbəti iş günündə həyata keçirilir.
14.3. Faizlərin son ödənişi kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilir.
14.4. Müvafiq Müqavilə üzrə Müştəriyə verilən kreditin qaytarılması və ona hesablanmış faizlərin ödənilməsi müvafiq məbləğdə pul vəsaitlərinin Müştərinin ABB-dəki müvafiq xxxx hesabına nağd və ya köçürmə yolu ilə mədaxil edilməsi və ABB tərəfindən bu Standart Şərtlərin 14.5-ci bəndində göstərilən ardıcıllığa müvafiq olaraq silinməsi yolu ilə həyata keçirilir.
14.5. Müştərinin xeyrinə həyata keçirilən ödəniş onun ABB qarşısında xxxx tarixə bu Standart Şərtlər çərçivəsində imzalanan müvafiq Müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə, müvafiq pul vəsaitləri Müştərinin ABB qarşısında müvafiq Müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıqla yönəldilir:
14.5.1. birinci növbədə - məhkəmə və ya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsi və müvafiq Müqavilə üzrə Müştərinin öhdəliklərinin icrasına nail olmaq üçün ABB-nin xərcləri;
14.5.2. ikinci növbədə - cərimə, penya;
14.5.3. üçüncü növbədə - hesablanmış faizlər/komisyon haqqlar;
14.5.4. dördüncü növbədə - əsas borc.
Bu bənddə qeyd olunan ardıcıllıq ABB tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Müvafiq Müqavilə ilə bu Standart Şərtlərdən fərqli qaydada silinmə ardıcıllığı müəyyən edilə bilər.
14.6. Kreditin qaytarılması və kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi kreditin verildiyi valyutada həyata keçirilir.
14.7. Kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür.
14.8. ABB aşağıdakı hallarda kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini Müştəridən tələb edə, həmçinin Kredit xəttinin məbləğini Müştərinin razılığı olmadan birtərəfli qaydada azalda, bloklaşdıra və (və ya) Kredit xəttini tamamilə ləğv edərək bu Müqaviləyə xitam verə bilər:
14.8.1. Müştərinin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bunun nəticəsində kreditin qaytarılması təhlükəyə məruz qaldıqda; Müştərinin maliyyə vəziyyətinin kreditin qaytarılması üçün təhlükə törədəcək həddə əhəmiyyətli dərəcədə pisləşməsi dedikdə aşağıdakılar nəzərdə tutulur:
14.8.1.1. Müştərinin iş yerinin itirilməsi;
14.8.1.2. Müştərinin əmək haqqının azaldılması;
14.8.1.3. Müştərinin əmlakı üzərinə həbs qoyulması;
14.8.1.4. Başqa kreditlərin götürülməsi nəticəsində borc yükünün artması;
14.8.1.5. Müştərinin kredit öhdəliyinin vaxtında icra edilməsinə maneə yaradan və Tərəflərin bu Standart şərtlərlə müəyyən etdiyi digər halların mövcud olması; Qeyd edilən hallara aşağıdakılar (xxxxx bununla məhdudlaşmayaraq) aiddir:
14.8.1.5.1. Müvafiq Müqavilənin bağlanması zamanı Müştərinin fəaliyyəti, iqtisadi–maliyyə imkanları, bu Standart Şərtlər və müvafiq Müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli xxxx digər faktlar (gəlirlər, ailə tərkibi, dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə xxxx borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər, öhdəliyin təminatı üsulu və s.) haqqında ABB-ə təqdim edilmiş məlumatların, arayışların, müvafiq sənədlərin, o cümlədən bu Standart Şərtlərin 13.1-ci bəndində qeyd edilmiş təsdiq və zəmanətlərin düzgün və (və ya) həqiqətə uyğun olmadığının aşkar edilməsi;
14.8.1.5.2. Kreditin Müştəri tərəfindən təyinatı üzrə istifadə edilməməsi;
14.8.1.5.3. Müştərinin gəlirinin (pensiya, təqaüd, müavinət və digər sosial ödənişlər, habelə mükafat, qonorar, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və ya digər rəsmi gəlirlər) azalması;
14.8.1.5.4. Müştərinin qumara qurşanması və ya kreditdən qumar/mərc oyunlarının ödənişləri üçün istifadə
edilməsi;
14.8.1.5.5. Müvafiq Müqavilə imzalandıqdan sonra digər şəxs(lər)in öhdəliyinin təminatı qismində Müştərinin
özünün və ya əmlakının çıxış etməsi;
14.8.1.5.6. Azərbaycan Respublikasının hüquqi aktlarına, habelə ABB-nin kredit risklərinin idarə edilməsi strategiyasına və siyasətinə əsasən müəyyən edilən ABB-nin daxili risk reytinqi üzrə Müştərinin risklilik dərəcəsinin ABB üçün əlverişli olmayan səviyyəyə çatması;
14.8.1.5.7. Məcburi icra tədbirləri qismində gəlirlərindən və hesalarından ödənişlərin (aliment, cərimə, sağlamlığa zərər vurma və s.) tutulması barədə məhkəmə və digər orqanlar tərəfindən qərar qəbul edilməsi;
14.8.1.5.8. Müştərinin barəsində cinayət işinin başlanması və bu barədə ABB-ə məlumat daxil olması, Müştərinin inizbati və ya cinayət məsuliyyətinə cəlb edilməsi;
14.8.1.5.9. Müştəri tərəfindən ABB-ni aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyinin aşkar edilməsi, eləcə də kreditin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması, Müştərinin maliyyə vəziyyətinin təhlil edilməsi, krediti qaytarmaq qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə ABB tərəfindən yoxlamaların (monitorinq) aparılmasına Müştərinin hər hansı bir şəkildə maneçilik törətməsi;
14.8.1.5.10. Müştərinin hər hansı digər kreditor qarşısında mövcud öhdəlikləri, o cümlədən kommunal xidmətlər, mobil telefon ödənişləri üzrə gecikmələrinin yaranması, habelə vergi və dövlət büdcəsinə ödənilməli xxxx digər vəsaitlər üzrə öhdəliklərinin vaxtında icra edilməməsi;
14.8.1.5.11. Müştərinin əmlak vəziyyətinin müvafiq Müqavilənin bağlanmasından əvvəl pisləşməsi, ABB-ə isə bu halın yalnız müvafiq Müqavilə bağlandıqdan sonra məlum olması;
14.8.1.5.12. Təminatlı kreditlər üzrə müvafiq Müqavilədə göstərilən təminat müqaviləsinə hər hansı əsasla xitam verilməsi və Müştəri tərəfindən 18.12.8-ci yarımbənddə göstərilən öhdəliklərin həmin yarımbənddə müəyyən olunmuş müddətdə icra edilməməsi;
14.8.1.5.13. Müştərinin Standart Şərtlərin 17-ci bəndinə uyğun olaraq ABB tərəfindən müəyyən edilən yeni faiz dərəcəsinin tətbiqinə öz razılığını həmin bəndlə müəyyən olunmuş müddətdə və qaydada ifadə etməməsi;
14.8.1.5.14. Müştərinin Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulmuş qaydada müflis elan
edilməsi yaxud onun barəsində iflas prosesinin başlanması;
14.8.1.5.15. Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı ABB-nin əsaslı ehtimallarının yaranması; 14.8.1.5.16. Müştəri tərəfindən kredit öhdəliyinin vaxtında icra edilməməsi, yəni kredit üzrə əsas borcun
qaytarılması və/və ya faizlərin ödənilməsinin həyata keçirilməməsi və ya müvafiq ödənişlərin 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirilməsi;
14.8.1.5.17. Üçüncü şəxslər tərəfindən Müştərinin bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsinin başlanması;
14.8.1.5.18. Bu Standart Şərtlərin və müvafiq Müqavilənin digər şərtlərinin Müştəri tərəfindən yerinə yetirilməməsi;
14.8.1.5.19. Müvafiq Müqavilədə göstərilmiş təminat müqaviləsində nəzərdə tutulmuş hallarda;
14.9. ABB-nin bu Standart Şərtlərin 14.8-ci bəndində və müvafiq Müqavilədə göstərilən hüququndan istifadəsi zamanı həmin bənddə nəzərdə tutulmuş halların baş verməsi və ya mövcudluğu müəyyən edildikdən sonra ABB Müştəriyə kreditin vaxtından əvvəl qaytarılması və həmin bənddə müəyyən edilmiş müddətədək hesablanmış faizlərin ödənilməsi barədə yazılı bildiriş göndərir və Müştəri bu bildirişi aldığı tarixdən 10 (on) təqvim günü müddətində tələb olunan məbləğləri ABB-ə ödəməlidir.
15. Kredit xətti
ABB, Müştəriyə müvafiq Müqavilədə göstərilmiş məbləğdə, valyutada, müddətdə kreditdən istifadəyə görə illik faiz dərəcəsinin ödənilməsi və təyinatı üzrə istifadə şərti ilə bərpa olunan kredit xətti açmağı, Müştəri isə müvafiq Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri ABB-ə ödəməyi öz üzərinə götürür.
16. Kreditin qaytarılması, kreditin məbləğinə faizlərin hesablanması və ödənilməsi qaydası
16.1. Kredit xətti Müştəri tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərdə tutullmuş sənədlərin ABB-ə təqdim edilməsindən və ABB-nin Tariflərində nəzərdə tutulduğu halda müvafiq xidmət haqlarının və komisyon haqqların ödənilməsindən sonra 10 (on) iş günü ərzində ABB tərəfindən Müştərinin ABB-də açılmış və müvafiq Müqavilədə göstərilmiş kart hesabına köçürülməklə verilir. Müştəri kredit xətti üzrə kredit məbləğindən yalnız kredit kartı vasitəsilə ABB- nin ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə müəyyənləşdirdiyi limitlər çərçivəsində istifadə edə bilər. Bank kartından istifadə üzrə Tərəflər arasında münasibətlər bu Standart Şərtlərin və müvafiq Müqavilənin Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müddəaları ilə tənzimlənir.
16.2. Kredit xətti üzrə əsas borcun ümumi məbləği müvafiq Müqavilə ilə müəyyən olunmuş kredit limitini aşa bilməz və müvafiq Müqavilədə başqa qayda nəzərdə tutulmadıqda, həmin Müqavilədə qeyd olunmuş kart hesabı üzrə Müştəriyə Overdraft təqdim edilmir.
16.3. Kredit xətti üzrə mövcud xxxx əsas borc müvafiq Müqavilədə göstərilən tarixdən gec olmayaraq Müştəri tərəfindən tam olaraq ABB-ə qaytarılır. Kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlər, kredit xətti üzrə borcun yarandığı aydan başlamaqla, müvafiq Müqavilədə göstərilən tarixdə Müştəri tərəfindən ABB-ə ödənilir.
16.4. Kredit xətti üzrə Müştərinin təsdiq və zəmanətləri, habelə bu bölmə üzrə digər məsələlər bu Standart
Şərtlərin Kreditə aid müddəaları ilə tənzimlənir.
17. Kredit/Kredit xətti üzrə xüsusi şərtlər
17.1. Bu Standart Şərtlər və müvafiq Müqavilə çərçivəsində verilmiş Kredit/Kredit xəttindən istifadəyə görə müəyyən edilmiş faiz dərəcəsi ABB tərəfindən aşağıdakı hallarda birtərəfli şəkildə artırıla bilər:
17.1.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş bank faizinin uçot dərəcəsi artdıqda;
17.1.2. ölkə üzrə inflyasiya səviyyəsi artdıqda və makroiqtisadi vəziyyət pisləşdikdə;
17.1.3. beynəlxalq maliyyə bazarlarında maliyyə böhranı, habelə kredit resurslarının dəyərinin dəyişilməsinə təsir edən hər hansı bir faktor mövcud olduqda.
17.2. ABB tərəfindən bu Standart Şərtlərin 17.1-ci bəndində göstərilmiş hallarda yeni faiz dərəcəsinin tətbiq edilməsi qərara alındıqda, yeni faizlərin tətbiqindən 15 (on beş) təqvim günü əvvəl ABB Müştəriyə bu barədə yazılı bildiriş göndərir və Tərəflər əlavə saziş bağlamaqla müvafiq Müqaviləyə müvafiq dəyişikliklər edirlər. Yeni faiz dərəcələrinin tətbiqi ilə bağlı bu bənddə qeyd olunmuş müddət ərzində Tərəflər arasında razılıq əldə edilmədikdə ABB bu Standart Şərtlərin 14.8.10-cu yarımbəndinə müvafiq olaraq kreditin qaytarılma anınadək hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb etmək hüququ yaranır.
18. Tərəflərin hüquq və öhdəlikləri
18.1. ABB-nin hesab və ödəniş kartı üzrə öhdəlikləri:
18.1.1. Müştəri tərəfindən qanunvericiliyin və bankdaxili qaydaların hesabın açılması üçün tələb olunan sənədlər, eləcə də zəruri anketlər (doldurularaq) ABB-ə təqdim edildikdə müvafiq Müqavilə əsasında Müştərinin adına müvafiq valyutalarda Hesab açmaq;
18.1.2. Müştəriyə aşağıdakı hesablaşma-xxxxx xidmətləri göstərmək:
a) Müştərinin Hesablarına daxil xxxx pul vəsaitini qəbul etmək və müvafiq ödəniş sənədinin ABB-ə daxil olduğu günün ertəsi günündən gec olmayaraq Hesaba mədaxil etmək, bu şərtlə ki, Azərbaycan Respublikasının hüquqi aktlarında daha qısa müddət nəzərdə tutulmasın. Bu zaman daxil xxxx pul vəsaitlərinin valyutası Hesabın valyutasından fərqli olduqda, müvafiq vəsaitlər Müştəriyə məlumat verilmədən ABB-nin əməliyyatın icra edildiyi gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək Hesaba mədaxil edilir;
b) Hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair Müştərinin sərəncamlarını müvafiq ödəniş sənədinin ABB-ə daxil olduğu gündən sonra 3 (üç) iş günündən (əlavə araşdırılma tələb olunduğu halda isə 10 (on) iş günündən) gec olmayaraq yerinə yetirmək, bu şərtlə ki, Azərbaycan Respublikasının hüquqi aktları ilə, bu aktlara uyğun qəbul edilmiş bankdaxili sənədlər ilə ayrı müddətlər nəzərdə tutulmasın; Bu zaman köçürülən pul vəsaitləri üzrə Hesabın valyutası köçürüləcək bank hesabının valyutasından fərqli olduqda, müvafiq vəsaitlər Müştəriyə məlumat verilmədən ABB- nin əməliyyatın icra edildiyi gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək köçürülür;
c) Azərbaycan Respublikasının hüquqi aktlarında müəyyən edilmiş tələblər və məhdudiyyətlər nəzərə alınmaqla Müştərinin təqdim etdiyi ödəniş tapşırığı əsasında vəsait alanın xeyrinə ödənişləri dövri olaraq həyata keçirmək;
d) Müştərinin müraciəti əsasında Hesabdan çıxarışları ona təqdim etmək.
18.1.3. Müştəri tərəfindən Azərbaycan Respublikasının hüquqi aktlarının və bankdaxili qaydaarın hesabın açılması üçün tələb olunan sənədlər, zəruri anketlər (doldurularaq) ABB-ə təqdim edildikdə sonuncuya müvafiq Müqavilə əsasında Kart hesabını açmaq və Müştəriyə Ödəniş kartının verilməsi barədə müsbət qərar qəbul edildikdə, Ödəniş kartının verilməsi haqqında müvafiq Müqavilənin imzalanması və ABB-in Tariflərində nəzərədə tutulduğu halda müvafiq məbləğlərin Müştəri tərəfindən ödənilməsi anından 22 (iyirmi iki) iş günü müddətində Ödəniş kartını və ŞEN-kodu (zərflə və ya elektron şəkildə) Müştəriyə (sonuncunun şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi şərtilə) vermək; Müvafiq hüquqi aktda nəzərdə tutulan qaydada müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya sisteminə inteqrasiyası təmin oldunduğu halda Əlavə kartı xxxx şəxsin şəxsiyyətini təsdiq edən sənəd məlumatları xxxxx əməliyyatlarının aparılması üçün həmin sistem vasitəsilə əldə olunur.
18.1.4. Ödəniş kartı vasitəsilə aparılan əməliyyatları Kart hesabında xxxx pul vəsaitləri həddində həyata
keçirmək;
18.1.5. Müştərinin müraciəti əsasında Kart hesabı üzrə pul vəsaitlərinin hərəkətinə dair çıxarışları 11 (on bir)
iş günü müddətində sonuncuya təqdim etmək;
18.1.6. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada Hesab, Kart hesabı və Ödəniş kartları vasitəsi ilə aparılan əməliyyatlara dair bank sirrini qorumaq;
18.1.7. Ödəniş kartının / ŞEN-kodun itirildiyi, oğurlandığı, məhv olduğu, zədələləndiyi, habelə fırıldaqçılıq (fraud) əməliyyatlarının baş verdiyi hallarda Müştərinin sifarişi əsasında ona yeni Ödəniş kartının verilməsi barədə müsbət qərar qəbul edildikdə, müvafiq Müqavilənin imzalanması və ABB-nin Tariflərində nəzərdə tutulduğu halda müvafiq məbləğlərin Müştəri tərəfindən ödənilməsi anından 22 (iyirmi iki) iş günü müddətində yeni Ödəniş kartının Müştəriyə verilməsini təmin etmək;
18.1.8. Müştəridən daxil olmuş məlumat əsasında Ödəniş kartından/Əlavə kartdan istifadə edilməklə əməliyyatların həyata keçirilməsini dayandırmaq, habelə Ödəniş kartını/Əlavə kartı bloklaşdırmaq;
18.1.9. Müvafiq Müqavilə hər hansı səbəbdən ləğv edildiyi halda, Kart hesabının qalığını Müştəriyə
qaytarmaq;
18.1.10. Müştərinin hesab(lar)ına daxil xxxx pul vəsaitlərinin toxunulmazlığını təmin etmək.
18.2. ABB-nin əmanət üzrə öhdəlikləri:
18.2.1. Müştərinin adına Hesab açmaq və əmanət üzrə qəbul edilmiş pul vəsaitini Hesaba daxil etmək;
18.2.2. Əmanət məbləğini əmanətin müddəti qurtardıqdan sonra, habelə Müştərinin ilk tələbi ilə (əmanət məbləğinin ¼ (dörddə bir) hissəsini dərhal, qalan hissəsini isə 5 (beş) bank günündən gec olmayaraq) Müştəriyə qaytarmaq və ya göstərilən məbləğ barəsində Müştərinin digər sərəncamlarını yerinə yetirmək; Əmanət (onun hissəsi) Müştərinin və ya üçüncü şəxslərin ABB qarşısında kredit öhdəliklərinin icrasının girov təminatı qismində çıxış etdiyi halda, ABB tərəfindən əmanət məbləğinin (onun hissəsinin) qaytarılması öhdəliyinin icrası qaydası və müddətləri ilə bağlı müvafiq girov müqaviləsində fərqli qaydalar nəzərdə tutula bilər və bu zaman həmin qaydalar tətbiq ediləcəkdir.
18.2.3. Əmanət üzrə faizləri müvafiq Müqavilədə nəzərdə tutulmuş miqdarda ödəmək;
18.2.4. Əmanət və Hesab üzrə aparılan əməliyyatlar dair bank sirrini qorumaq.
18.3. ABB-nin depozit seyfi üzrə öhdəlikləri:
18.3.1. Seyfi, açarları və xüsusi plastik kartı təyinatı üzrə istifadəyə yararlı və texniki cəhətdən saz vəziyyətdə Müştəri tərəfdən müvafiq Müqavilədə qeyd olunan icarə haqqı ödənildiyi gündə Müştəriyə təhvil vermək;
18.3.2. Müştərinin seyfdən istifadəsini qanunvericilikdə, Standart Şərtlərdə və müvafiq Müqavilədə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırmamaq;
18.3.3. Seyfin saxlanılma yerinin mühafizəsini təmin etmək;
18.3.4. Qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla Müştəriyə aid məlumatları məxfi saxlamaq;
18.3.5. ABB tərəfindən müəyyən edilmiş iş günləri və saatlarında Müştərinin və ya onun nümayəndəsinin Xxxxx, eləcə də saxlama predmetləri ilə konfidensial qaydada işləməsi üçün xüsusi ayrılmış yerə buraxılmasını təmin etmək; Bu zaman Müştəri tərəfindən şəxsiyyətini təsdiq edən sənəd, seyfin açarları və xüsusi plastik kart, onun nümayəndəsi tərəfindən isə qeyd olunanlarla yanaşı qanunvericiliyə müvafiq olaraq tərtib edilmiş etibarnamə təqdim edilməlidir.
18.3.6. Müştərinin və ya onun nümayəndəsinin seyfdən ABB əməkdaşının və/və ya hər hansı üçüncü şəxsin iştirakı olmadan şəxsən istifadə etməsini təmin etmək;
18.3.7. Müştəriyə və ya onun nümayəndəsinə heç kimin iştirakı olmadan Saxlama predmetlərini seyfə qoymaq və seyfdən çıxarmaq imkanını təmin etmək;
18.3.8. Müştəri və ya onun nümayəndəsi Xxxxxx açarının və/və ya xüsusi plastik kartın itirilməsi, zədələnməsi, məhv olması, oğurlanması, seyfin zədələnməsi və/və ya seyf kilidinin nasazlığı səbəbindən seyfin məcburi açılması tələbi ilə yazılı ərizə ilə müraciət etdikdə, seyfi Müştərinin və ya nümayəndəsinin iştirakı ilə məcburi açmaq.
18.4. ABB-nin kredit/kredit xətti üzrə öhdəlikləri:
18.4.1. Kredit/Kredit xəttindən istifadəyə görə faizlərin hesablanmasının və tutulmasının düzgünlüyünə riayət etmək;
18.4.2. Kreditin və Kredit üzrə hesablanmış faizlərin uçotunu aparmaq;
18.4.3. Müştəri müvafiq Müqavilə üzrə öhdəliklərini tam icra etdikdə Müştərinin tələbi ilə, sonuncu tərəfindən ABB-nin Tariflərində nəzərdə tutulmuş xidmət haqlarının (komisyon haqlar) ödənilməsi şərtilə, ona bu barədə müvafiq sənəd təqdim etmək.
18.5. ABB-nin hesab və ödəniş kartı üzrə hüquqları:
18.5.1. Aparılmış əməliyyatlar üzrə xidmət haqqını Hesabdan ABB-nin Tarifləri əsasında akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək;
18.5.2. Hesabda kifayət qədər vəsait olmadıqda, Müştəri xidmət haqqının ödənilməsindən imtina etdikdə, hesablaşma sənədlərinin tərtib edilməsi qaydalarını və onların ABB-ə təqdim edilməsi müddətlərini pozduqda Müştəriyə bu Standart Şərtlərdə və müvafiq Müqavilədə qeyd edilən xidmətləri göstərməkdən imtina etmək;
18.5.3. Bu Standart Şərtlər və müvafiq Müqavilə üzrə göstərilən xidmətə görə Tariflərdə və aparılan əməliyyatların qaydalarında birtərəfli qaydada dəyişiklik etmək;
18.5.4. Hesabın açılması üçün, zəruri xxxx sənədlərlə yanaşı, Müştərinin pul vəsaitlərinin qeyri-sağlam xarakterli əməliyyatlarda, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə edilmədiyinə əmin olmaq məqsədilə qanunvericiliyə zidd olmayan sənədlərin təqdim edilməsini sonuncudan tələb etmək;
18.5.5. Azərbaycan Respublikasının qanunları, tərəfdar çıxdığı beynəlxalq müqavilə və sazişlərdən irəli gələn, həmçinin zəruri hesab etdiyi digər hallarda Müştəridən onun pul axını, maliyyə mənbələri, özünün və imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair, xxxxx bununla məhdudlaşmayan digər məlumatları tələb etmək;
18.5.6. Azərbaycan Respublikasının mövcud qanunvericiliyində və normativ xarakterli aktlarda nəzərdə tutulmuş hallarda Müştərinin hesabını bağlamaq, hesab üzrə əməliyyatları dayandırmaq və ya vəsaitləri təyinatı üzrə silmək;
18.5.7. Qanunvericilikdə və/və ya Standart Şərtlərdə müəyyən olunmuş əsaslar olduqda müvafiq Müqaviləni birtərəfli qaydada ləğv etmək;
18.5.8. Müştərinin ABB qarşısında hər hansı öhdəliyi olduqda onun Hesabdakı pul vəsaitini akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək və/və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün hesabda xxxx pul vəsaitlərini bloklaşdırmaq; Müştərinin müvafiq öhdəlikləri Hesabın valyutasından fərqli valyutada olduqda, Hesabdakı vəsaitlər Müştəriyə məlumat verilmədən ABB-nin həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək Hesabdan silinir.
18.5.9. Müştəri Azərbaycan Respublikasının hüquqi aktları və bankdaxili qaydaların hesabın açılması üçün tələb olunan sənədləri, zəruri anketləri (dolduraraq) ABB-ə təqdim etmədikdə, xxxxx, bununla məhdudlaşmayaraq ABB-nin öz mülahizəsinə əsasən Kart hesabının açılmasından və Ödəniş kartının/Əlavə kartın (yenidən) buraxılmasından, təqdim edilməsindən, o cümlədən fəaliyyətinin bərpa edilməsindən səbəblərini göstərmədən imtina etmək;
18.5.10. Müştərinin ABB qarşısında hər hansı öhdəliyi olduqda, Kart hesabından və Müştərinin ABB-dəki digər hesablarından Ödəniş kartından/Əlavə kartdan istifadə edilməklə aparılmış əməliyyatların məbləğlərini, Texniki overdraft məbləğlərini, ABB-nin Tariflərinə uyğun olaraq komisyon haqları Ödəniş kartından istifadə (eləcə də ABB-nin kartının ləğv edilməsi, bloklaşdırılması və.s) ilə bağlı ABB-nin çəkdiyi faktiki xərclərin məbləğlərini, Kart hesabından istifadə nəticəsində ABB-ə dəyən zərəri, sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini (cashback, xallar, millər, bonuslar və s.) Müştərinin hesablarından akseptsiz qaydada silmək və/və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün Kart hesabında/Hesabda xxxx pul vəsaitlərini bloklaşdırmaq; Müştərinin müvafiq öhdəlikləri Kart hesabının valyutasından fərqli valyutada olduqda, Kart hesabındakı vəsaitlər Müştəriyə məlumat verilmədən ABB-nin həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək Kart hesabından silinir.
18.5.11. Ödəniş kartından istifadə ilə bağlı ABB tərəfindən müəyyən olunmuş birdəfəlik və/və ya gündəlik əməliyyat limitlərini öz mülahizəsinə əsasən, habelə Müştərinin müraciəti əsasında Müştəriyə münasibətdə dəyişdirmək, ləğv etmək və ya bunlardan imtina etmək;
18.5.12. Müştəri tərəfindən bu Standart Şərtlərin 5.13-cü bəndində nəzərdə tutulanlar da daxil olmaqla, bu Standart Şərtlər və müvafiq Müqavilə üzrə öhdəliklərin icrası pozulduqda, Qanunvericilikdə, Standart Şərtlərdə nəzərdə tutulmuş digər hallarda müvafiq Müqaviləni birtərəfli qaydada ləğv etmək, Ödəniş kartını/Əlavə kartları bloklaşdırmaq/ləğv etmək, Ödəniş kartını/Əlavə kartları və öhdəliklərin pozulması nəticəsində ABB-ə dəyən zərəri, habelə sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini Müştəridən xxxx tələb etmək;
18.5.13. ABB-nin Tariflərində (o cümlədən Ödəniş kartından istifadə ilə bağlı birdəfəlik və/və ya gündəlik limitlərdə) və Kart vasitəsilə aparılan əməliyyatların qaydalarında birtərəfli qaydada dəyişiklik etmək;
18.5.14. Ödəniş kartı Müştəri tərəfindən götürülmədikdə, onun hazırlanmasından 60 (altmış) gün müddətində Ödəniş kartını ləğv etmək, Kart hesabını bağlamaq və müvafiq Müqaviləyə birtərəfli qaydada xitam vermək. Bu zaman tutulmuş komisyon haqlar Müştəriyə qaytarılmır.
18.5.15. Müştəridən onun pul axını, maliyyə mənbələri, özünün və imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair zəruri xxxx bütün sənədləri və məlumatları almaq;
18.5.16. Kart hesabının açılması və Ödəniş kartının buraxılması üçün zəruri xxxx sənədlərlə yanaşı, Müştərinin pul vəsaitlərinin qeyri-sağlam xarakterli əməliyyatlarda, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə edilmədiyinə əmin olmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb etmək;
18.5.17. Azərbaycan Respublikası mövcud qanunvericiliyində və normativ xarakterli aktlarda nəzərdə tutulmuş hallarda Kart hesabını bağlamaq, Ödəniş kartı üzrə əməliyyatları dayandırmaq və ya Kart hesabındakı vəsaitləri təyinatı üzrə silmək;
18.5.18. Qeyri-rezidentlərə və ya alınması üçün müraciət olunan Ödəniş kartlarının/Əlavə kartların aid olduğu
beynəlxalq kart təşkilatının tələblərinə uyğun olaraq verilməsinə məhdudiyyət qoyulan xarici ölkə
vətəndaşlarına Ödəniş kartının/Əlavə kartın verilməsindən imtina etmək və zəruri olduğu hallarda
risklərin sığortalanması üçün depozit məbləğinin ödənilməsini tələb etmək.
18.5.19. Mövcud qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş və ABB-ə təqdim edilmiş məhkəmə qərarları, inkasso sərəncamları və digər səlahiyyətli dövlət orqanlarının sərəncamlarını mübahisəsiz (Müştərinin sərəncamı olmadan) icra etmək;
18.5.20. ABB, habelə digər şəxslər tərəfindən Xxxxxx/Kart hesabına səhv olaraq daxil edilmiş və ya silinmiş pul vəsaitini müvafiq araşdırma apararaq yanlış əməliyyatın nəticəsi olduğunu dəqiqləşdirdikdən sonra Müştəriyə xəbər vermədən akseptsiz qaydada silmək və ya bərpa etmək;
18.5.21. Müştərinin təqdim etdiyi və ya digər mənbələrdən əldə edilən məlumatlar əsasında Hesabın/Kart hesabının Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrə və ya “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma” (bundan sonra - Çoxtərəfli Razılaşma) çərçivəsində tətbiq edilən Ümumi Hesabatlılıq Standartına (Common Reporting Standard - CRS) uyğun olaraq müvafiq məlumatları səlahiyyətli dövlət orqanına vermək; Bununla Tərəflər razılaşırlar ki, ABB səlahiyyətli dövlət orqanına Müştəri haqqında şəxsi məlumatları və onun hesabları haqqında məlumatları/hesabatları qanunvericiliklə müəyyən olunan hallarda təqdim edə bilər və belə hesabatların göndərildiyi hallarda Müştəriyə heç bir əlavə bildirişin göndərilməsi və/və ya ondan hər hansı şəkildə razılıq alınması tələb olunmayacaqdır;
18.5.22. Müştərinin hesabına səhvən mədaxil edilmiş pul vəsaitini müvafiq araşdırma apararaq yanlış əməliyyatın nəticəsi olduğunu dəqiqləşdirdikdən sonra akseptsiz qaydada silmək.
18.6. ABB-nin əmanət üzrə hüquqları:
18.6.1. Müştərinin ABB qarşısında hər hansı öhdəliyi olduqda onun Hesabdakı pul vəsaitini akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək və/və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün hesabda xxxx pul vəsaitlərini bloklaşdırmaq; Müştərinin müvafiq öhdəlikləri Hesabın valyutasından fərqli valyutada olduqda, Hesabdakı vəsaitlər Müştəriyə məlumat verilmədən ABB-nin həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək Hesabdan silinir.
18.6.2. Müştərinin və ya üçüncü şəxslərin öhdəliklərinin təminatı qismində çıxış edən əmanət məbləği Müştəri tərəfindən vaxtından əvvəl xxxx götürüldüyü təqdirdə, müvafiq öhdəlik üzrə mövcud borcun tam məbləğdə ödənilməsini əmanət məbləğindən müvafiq məbləği akseptsiz qaydada silməklə təmin etmək; Müştərinin müvafiq öhdəlikləri Hesabın valyutasından fərqli valyutada olduqda, Hesabdakı vəsaitlər Müştəriyə məlumat verilmədən ABB-nin həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək Hesabdan silinir.
18.6.3. Əmanətin məbləğindən çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və digər bu kimi məqsədlər üçün istifadə edilməsi müəyyən edildikdə, bununla bağlı şübhələr olduqda və ya belə şübhə üçün kifayət qədər əsaslar olduqda, Müştəri pul vəsaitlərinin mənbəyi və/və ya benefisiar mülkiyyətçisi barədə məlumatları ABB-ə təqdim etmədikdə, müvafiq Müqaviləyə birtərəfli qaydada xitam vermək, əmanət üzrə faizlərin ödənilməsini dayandırmaq, ödənilmiş faizləri Müştəridən sonuncunun razılığı olmadan tutmaq. Qanunvericiliklə və daxili qaydalarla tələb olunduğu hallarda bu barədə müvafiq orqanlara məlumat verilir.
18.7. ABB-nin depozit seyfi üzrə hüquqları:
18.7.1. İcarə haqqının, eləcə də Standart Şərtlər, müvafiq Müqavilə və/və ya ABB-nin Tariflərində nəzərdə tutulmuş digər məbləğlərin ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin Müştərinin ABB-dəki bütün hesablarından akseptsiz qaydada silməklə təmin etmək;
18.7.2. Müştərini xəbərdar etməklə müvafiq Müqavilədə qeyd olunan seyfin yerləşdiyi ünvanı birtərəfli qaydada dəyişdirmək;
18.7.3. Seyfdə tez alovlanan, partlayıcı, radioaktiv, toksik, kimyəvi aktiv, zəhərli, kəskin qoxulu, narkotik və ABB-ə, onun əməkdaşlarının və üçüncü şəxslərin səhhətinə, ətraf mühitə zərər vura bilən digər maddələr, ərzaq xxxxxxx və korlanmaya məruz qalan digər əşyalar, mülki dövriyyədən çıxarılmış əşyalar, silah, silah üçün ehtiyat və komplektləşdirici hissələrin, döyüş sursatı və saxlanması ABB-nin təmin edə bilmədiyi xüsusi şəraiti və/və ya səlahiyyətli dövlət orqanlarının xüsusi icazələrini tələb edən digər əşyaların və maddələrin saxlanması halını aşkar etdikdə və ya belə halların olması ilə bağlı əsaslı ehtimallar olduqda, seyfi Müştərinin iştirakı olmadan məcburi açmaq və müvafiq Müqaviləyə birtərəfli qaydada xitam vermək;
18.7.4. Müştəri tərəfindən bu Standart Şərtlər və müvafiq Müqavilə üzrə ABB qarşısında yaranmış borcunun tam ödənilməsinə və Müqavilə ilə üzərinə götürdüyü digər öhdəliklərin tam icra edilməsinə qədər Müştərinin və ya onun nümayəndəsinin seyfə buraxılmasından və ya Saxlama predmetlərinin Müştəriyə və ya onun nümayəndəsinə qaytarılmasından imtina etmək;
18.7.5. Bu Standart Şərtlərin 9.2-ci bəndində qeyd edilən 1 (bir) aylıq müddətin sonunadək Tərəflərin qarşılıqlı razılığı əsasında seyfin icarəsi ilə bağlı yeni müvafiq Müqavilə bağlanmadıqda və ya Müştəri tərəfindən seyf (açarlar və xüsusi plastik kart ilə birlikdə) ABB-ə təhvil verilmədikdə, seyfin boşaldılması və icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə yazılı bildirişin Müştəriyə göndərilməsindən 2 (iki) ay sonra sonuncunun iştirakı olmadan seyfi məcburi açmaq, Saxlama predmetlərini seyfdən çıxarmaq və saxlamaya götürmək, ödəniş kartının qeydiyyatını ləğv etmək, seyfin açarlarının və kilidlərini dəyişmək; Bu zaman ABB-nin saxlancında xxxx Saxlama predmetlərinin zədələnməsinə, ilkin vəziyyətinin dəyişməsinə görə ABB məsuliyyət daşımır.
18.7.6. Fors-major halları (yanğın, daşqın, zəlzələ və s.) insanların həyat və sağlamlığına, ABB-nin və digər şəxslərin əmlakının məhv olmasına təhlükə olduğunu göstərən digər hallar (seyfin içindəkilərin alovlanması, kəskin qoxunun əmələ gəlməsi və s.) yarandığı təqdirdə, həmçinin Standart Şərtlərdə və qüvvədə xxxx qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda seyfi Müştərinin iştirakı olmadan məcburi açmaq.
18.7.7. Bu Standart Şərtlərin 18.7.3-cü, 18.7.5-ci və 18.7.6-cı yarımbəndlərində nəzərdə tutulduğu hallarda ABB tərəfindən depozit seyfi məcburi açıldıqda və Saxlama predmeti saxlamaya götürüldükdə ABB- in Tariflərində nəzərdə tutulmuş qaydada və məbləğdə Müştəridən müvafiq xidmət haqqını tutmaq.
18.8. ABB-nin kredit/kredit xətti üzrə hüquqları:
18.8.1. Müştəri tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarəti həyata keçirmək və bunu Müştəridən tələb etmək;
18.8.2. Kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin Müştərinin ABB-dəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək;
18.8.3. Kredit üzrə əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini təmin etmək üçün müvafiq məbləğdə pul vəsaitlərinin Müştərinin ABB-dəki bütün bank hesablarında bloklaşdırmaq;
18.8.4. Müştərinin razılığı olmadan bu Standart Şərtlərdən və müvafiq Müqavilədən irəli gələn tələb
hüququnu istənilən vaxt üçüncü şəxslərə güzəşt etmək;
18.8.5. Bu Standart Şərtlərin 14.8-ci bəndində qeyd olunmuş hallarda kreditin vaxtından əvvəl qaytarılmasını və həmin bənddə müəyyən edilmiş müddətədək hesablanmış faizlərin ödənilməsini Müştəridən tələb etmək və bu tələb sonuncu tərəfindən 14.9-cu bənddə müəyyən olunmuş müddətdə yerinə yetirilmədikdə isə müvafiq Müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində çıxış edən təminat predmetinə tutma yönəltmək;
18.8.6. Müştərinin kreditin verilməsi üçün təqdim etdiyi sənədlər normativ xarakterli aktların və ABB-nin daxili qaydalarının tələblərinə uyğun olmadıqda, Müştəri, ABB tərəfindən tələb edilən sənədləri təqdim etmədikdə, Müştərinin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bunun nəticəsində kreditin qaytarılması təhlükəyə məruz qaldıqda, Müştəri bu Standart Şərtlərin və müvafiq Müqavilənin şərtlərini pozduqda müvafiq Müqavilə imzalandıqdan sonra, xxxxx Xxxxxx məbləği köçürülənədək ABB Kredit məbləğinin köçürülməsindən və (və ya) köçürülməsindən sonra da kreditin Müştəriyə verilməsi öhdəliyinin icrasından tam və ya qismən birtərəfli qaydada imtina etmək;
18.8.7. Kredit vəsaiti hesabına Müştərinin digər kredit üzrə qalıq borcunun ödənilməsi nəzərdə tutulduqda, kredit üzrə vəsaiti və ya onun bir hissəsini müvafiq Müqavilədə qeyd edilmiş hesabdan və ya Müştərinin digər hesabına mədaxil edərək həmin hesabdan sonuncunun sərəncamı olmadan akseptsiz qaydada silmək;
18.8.8. Qanunvericilikdə, bu Standart Şərtlərdə və müvafiq Müqavilədə nəzərdə tutulmuş digər hüquqları
həyata keçirmək.
18.9. Müştərinin hesab və ödəniş kartı üzrə öhdəlikləri:
18.9.1. Azərbaycan Respublikasının hüquqi aktlarına, ABB-daxili qaydalara, eləcə də Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrə və ya Çoxtərəfli Razılaşmaya müvafiq olaraq Hesabın/Kart hesabının açılması üçün tələb olunan sənədləri, eləcə də zəruri anketləri (dolduraraq) ABB-ə təqdim etmək;
18.9.2. Hesabda saxlanılan pul vəsaitlərindən Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun
istifadə etmək;
18.9.3. Bu Standart Şərtlər və müvafiq Müqavilə üzrə ABB-nin göstərdiyi xidmətlərə görə xidmət haqqlarını ABB-nin Tariflərinə uyğun və vaxtında ödəmək; Standart Şərtlər çərçivəsində müvafiq Müqaviləni imzalamaqla Müştəri ABB-nin mövcud Tarifləri ilə xxxxx olduğunu və onları qəbul etdiyini təsdiq edir.
18.9.4. ABB, habelə digər şəxslər tərəfindən Xxxxxx/Kart hesabına səhv daxil olmuş pul vəsaitlərini ABB- nin müvafiq tələbini aldıqdan sonra 1 (bir) iş günündən gec olmayaraq xxxx qaytarmaq;
18.9.5. Bu Standart Şərtlərin 18.5.4-cü, 18.5.5-ci, 18.5.16-cı və 18.9.17-ci yarımbəndlərində qeyd edilmiş sənədləri və məlumatları ABB-nin tələb etdiyi gündən etibarən 1 (bir) iş günü müddətində ABB-ə təqdim etmək;
18.9.6. Adı, soyadı, atasının adı, vətəndaşlığı, ünvanı və digər əlaqə vasitələri dəyişdikdə, müvafiq
dəyişikliklərlə bağlı zəruri məlumatları 5 (beş) iş günü ərzində ABB-ə təqdim etmək;
18.9.7. ABB qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə, o cümlədən əsas məbləğlər, faizlər, ABB tərəfindən tətbiq edilən cərimə (dəbbə) sanksiyaları və digər pul öhdəlikləri üzrə pul vəsaitlərini, eləcə də ABB-nin Tariflərinə əsasən Hesab vasitəsilə aparılan əməliyyatlar üzrə xidmət haqqını, o cümlədən Bu Standart Şərtlərin 18.9.14-18.9.15-ci yarımbəndlərində qeyd olunmuş məbləğləri akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) Hesabdan/Kart hesabından silmək və/və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün hesabda xxxx pul vəsaitlərini bloklaşdırmaq hüququnu ABB-ə vermək;
18.9.8. Standart Şərtlər çərçivəsində müvafiq Müqavilə ləğv edildiyi halda, istifadə edilməmiş çeklərlərlə
birlikdə çek kitabçasını ABB-ə qaytarmaq;
18.9.9. Hesabda xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq;
18.9.10. Standart Şərtlər çərçivəsində müvafiq Müqavilə imzalandığı tarixdən sonra, Müştərinin ABB-ə təqdim etdiyi anketlərdə, formalarda və ya digər sənədlərdə qeyd edilmiş faktiki\hüquqi vəziyyətin\məlumatların (soyadı, adı, ata adı, ünvanı, eləcə də Standart Şərtlərin 27.9-cu bəndində göstərilən məlumatlar istisna olmaqla) digər şəkildə dəyişməsi və ya həqiqətə uyğun olmaması aşkar olunduğu təqdirdə, bu barədə ABB-ə 30 (otuz) iş günü ərzində yazılı formada məlumat vermək;
18.9.11. Ödəniş kartı vasitəsilə əməliyyatları Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və beynəlxalq ödəniş sistemləri tərəfindən qəbul edilən qaydalara uyğun aparmaq;
18.9.12. Ödəniş kartını digər şəxslərə verməmək, ŞEN-kodu, ABB tərəfindən verilən müştəri eyniləşdirmə
nömrəsini (CIF) gizli saxlamaq;
18.9.13. Ödəniş kartı üzrə əməliyyatları, müvafiq əməliyyata görə komisyon haqları da nəzərə almaqla, Kart hesabındakı pul vəsaitləri həddində həyata keçirmək; müvafiq Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa Müştəriyə Kart hesabı üzrə Overdraft təqdim edilmir.
18.9.14. Ödəniş kartından istifadə üzrə xidmət haqqını və ABB-nin Tariflərində nəzərdə tutulmuş halda digər məbləğləri (sığorta depoziti və s.), Ödəniş kartı vasitəsilə apardığı əməliyyatların məbləğlərini, ABB- nin Tariflərinə uyğun olaraq komisyon haqları və cərimə faizlərini, eləcə də Ödəniş kartından istifadə ilə bağlı ABB-nin çəkdiyi digər xərclərin əvəzini, Kart hesabından istifadə nəticəsində ABB-ə dəyən zərəri, sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini ABB-ə ödəmək;
18.9.15. Texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və həmin borcun qaytarılma tarixinədək illik 30%-dək faiz dərəcəsi ilə hesablanmış cərimə faizlərini 22 (iyirmi iki) iş günü ərzində ABB-ə ödəmək;
18.9.16. Ödəniş kartının qorunub saxlanmasını təmin etmək və onun yararsız hala düşməsinə yol verməmək;
18.9.17. Ödəniş kartı vasitəsilə aparılmış əməliyyatlar üzrə sənədləri özündə saxlamaq və hər hansı bir əməliyyatı mübahisələndirdiyi halda müvafiq əməliyyata dair sənədləri ABB-ə təqdim etmək və əməliyyatın mübahisələndirilməsi ilə bağlı ABB-nin Tariflərində nəzərdə tutulan xidmət haqlarını ödəmək;
18.9.18. Kart/Əlavə kart/ŞEN-kod itirildikdə, oğurlandıqda, məhv olduqda, səlahiyyəti olmayan şəxs tərəfindən qanunsuz istifadə edildikdə, zədələndikdə, habelə fırıldaqçılıq (fraud) əməliyyatları baş verdikdə, o cümlədən Ödəniş kartı vasitəsilə (o cümlədən internet vasitəsilə) əməliyyatların aparılması zamanı Ödəniş kartının rekvizitlərinin üçüncü şəxslərə açıqlanması şübhələri yarandıqda Ödəniş kartının bloklaşdırılması üçün dərhal ABB-nin müştəri xidmətinin telefon nömrəsi və ya “Azərikard” prosessinq mərkəzinin Ödəniş kartının arxasında göstərilən telefon nömrəsi vasitəsilə müvafiq olaraq ABB-ni və ya “Azərikard” prosessinq mərkəzini xəbardar etmək və kartın bloklanılması barədə xidmət göstərən məsul işçinin təsdiqini almaq; Bu hallarda Müştərinin ABB tərəfindən eyniləşdirilməsi üçün zəruri xxxx bütün məlumatlar ABB əməkdaşına bildirilməlidir. ABB mobile – Mobil Bank və ABB banking - İnternet Bank xidmətlərinin istifadəçiləri həmin xidmətlərdən istifadə etməklə də Ödəniş kartını bloklaşdıra bilərlər.
18.9.19. Kart hesabında xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq;
18.9.20. Əlavə kartın istifadəçisini bu Standart Şərtlər və müvafiq Müqavilənin tələbləri ilə xxxxx etmək;
18.9.21. Hesab üzrə sərəncam vermək səlahiyyətinin digər şəxsə həvalə edilməsinə dair etibarnaməni ləğv etdikdə bununla bağlı dərhal ABB-ni xəbərdar etmək.
18.9.22. Beynəlxalq Kart Təşkilatları tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, Kart/Əlavə kartın istifadəsi və həmin kartlar vasitəsilə aparılan istənilən əməliyyata görə tam məsuliyyət daşımaq, habelə kartların istifadəsi nəticəsində ABB-ə və digər üçüncü şəxslərə dəyən zərərin əvəzinin tam həcmdə ödənilməsini həyata keçirmək;
18.9.23. Bu Standart Şərtlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Beynəlxalq Kart Təşkilatları tərəfindən qəbul edilən qaydalara əməl etmək.
18.10. Müştərinin əmanət üzrə öhdəlikləri:
18.10.1. Soyadı, adı, ata adı, ünvanı və digər əlaqə vasitələri dəyişdikdə, müvafiq dəyişikliklərlə bağlı zəruri məlumatları 5 (beş) iş günü ərzində ABB-ə təqdim etmək;
18.10.2. Əmanət barədə sərəncam vermək səlahiyyətinin digər şəxsə həvalə edilməsinə dair etibarnaməni ləğv etdikdə bununla bağlı dərhal ABB-ni xəbərdar etmək.
18.11. Müştərinin depozit seyfi üzrə öhdəlikləri:
18.11.1. Seyfin icarəsi üzrə icarə haqqını müvafiq Müqaviləni imzaladığı gündə ödəmək;
18.11.2. Seyfin icarə müddəti bu Standart Şərtlərin 9.2-ci bəndinə müvafiq olaraq uzadıldıqda, uzadılmış müddət üçün icarə haqqını ABB-nin Tariflərinə uyğun olaraq müvafiq Müqavilədə göstərilmiş müddətin bitdiyi tarixdən sonrakı iş günündə ödəmək;
18.11.3. Standart Şərtlərin 9.2-ci bəndində qeyd olunmuş müddətin bitməsinədək 18.11.9-cu yarımbənddə göstərilən öhdəliklər icra edilmədikdə, 18.7.5-ci yarımbəndə müvafiq olaraq seyfin ABB tərəfindən məcburi açılmasınadək keçən dövr üçün hesablanmış icarə haqqını ABB-nin Tariflərinə müvafiq olaraq ödəmək;
18.11.4. Seyfin açarlarını aldıqdan sonra həmin açarlarla seyfin açılıb-bağlanmasını və seyfin saz vəziyyətdə olmasını yoxlamaq və bundan sonra seyfi qəbul etmək;
18.11.5. Seyfdən bu Standart Şərtlərdə göstərilmiş məqsədlər üçün istifadə etmək;
18.11.6. Seyfdən istifadə zamanı ABB-ə ziyan vuran hərəkətlərə yol verməmək və seyfin istifadəyə yararlı
vəziyyətdə saxlanılmasını təmin etmək;
18.11.7. Seyfin açarlarını ciddi mühafizə etmək və onları (o cümlədən dublikatlarını), ödəniş kartını, xüsusi plastik kartı və ŞEN-kodu heç kəsə verməmək;
18.11.8. İcarə müddəti bitdikdə və ya müvafiq Müqaviləyə vaxtından əvvəl xitam verildikdə seyfi Saxlama predmetlərindən boşaltmaq və açarları, habelə xüsusi plastik kartı ilə birlikdə istifadəyə yararlı və texniki saz vəziyyətdə ABB-ə təhvil vermək;
18.11.9. Müvafiq Müqavilənin qüvvədə olduğu müddət ərzində özünün və ya nümayəndəsinin təqsiri üzündən seyfin və ya seyf kilidinin zədələndiyi, korlandığı və/və ya seyfin açarlarının (o cümlədən ödəniş kartının və xüsusi plastik kartın) zədələndiyi, məhv olduğu və ya itirildiyi halda, bu barədə dərhal seyfin nömrəsi göstərilməklə ABB-ni yazılı şəkildə xəbərdar etmək;
18.11.10. Özünün və ya nümayəndəsinin təqsiri üzündən seyfin zədələndiyi, korlandığı və/və ya seyfin açarlarının və/və ya xüsusi plastik kartın zədələndiyi, məhv olduğu və ya itirildiyi halda, ABB-nin Tariflərində nəzərdə tutulmuş cəriməni, seyfin məcburi açılmasına (həyata keçirildiyi halda), seyfin və/və ya seyf kilidinin dəyişdirilməsinə və ya təmirinə görə, eləcə də yeni açarın və/və ya xüsusi plastik kartın hazırlanmasına görə ABB-nin çəkdiyi xərclərin əvəzini ödəmək;
18.11.11. ABB-nin Tariflərinə müvafiq olaraq Standart Şərtlər və müvafiq Müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə cəriməni və seyfdən çıxarılmış Saxlama predmetlərinin ABB tərəfindən saxlanca götürülməsinə görə xidmət haqqını ABB-ə ödəmək.
18.12. Müştərinin kredit/kredit xətti üzrə öhdəlikləri:
18.12.1. Kreditdən müvafiq Müqavilədə göstərilən məqsədli təyinatına uyğun istifadə etmək; Müştəri kreditdən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat verir və buna görə məsuliyyət daşıyır;
18.12.2. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu Standart Şərtlərdə və müvafiq Müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etmək; Faizlərin ödənilməsi və əsas borcun qaytarılması üzrə Müştərinin öhdəlikləri müvafiq məbləğdə pul vəsaitlərinin Müştərinin xxxx hesabına daxil edilməsi üçün ABB-nin kassasına mədaxil olunduqdan və ya müxbir hesabına daxil edildikdən sonra icra edilmiş hesab edilir.
18.12.3. ABB tərəfindən tələb edildiyi halda, kreditin verildiyi tarixdən etibarən 30 (otuz) təqvim günündən gec olmayaraq Kreditin öz təyinatına uyğun istifadə edilməsini təsdiq edən müvafiq sənədi ABB-ə təqdim etmək;
18.12.4. Özündən asılı olmayan səbəblərə görə Kreditdən onun verildiyi tarixdən 30 (otuz) təqvim günü müddətində məqsədli təyinatına uyğun istifadə edə bilmədiyi təqdirdə dərhal bu barədə ABB-ni xəbərdar etmək və ABB tərəfindən tələb edildiyi halda, aldığı Krediti qaytarıldığı günədək hesablanmış faizlərlə birlikdə sonuncuya qaytarmaq;
18.12.5. Standart Şərtlərdən və müvafiq Müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə müvafiq Müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) ABB-ə ödənilməsini təmin etmək;
18.12.6. Kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini təmin etmək üçün müvafiq məbləğdə pul vəsaitlərinin özünün ABB-dəki hesablarından akseptsiz qaydada silmək hüququnu ABB-ə vermək;
18.12.7. Kreditin alınması üçün ABB-ə təqdim etdiyi sənədlərdə və/və ya məlumatlarda hər hansı bir dəyişiklik baş verdikdə, həmin dəyişikliyin baş verməsindən sonrakı 5 (beş) iş günü ərzində bu barədə ABB-ni yazılı surətdə xəbərdar etmək;
18.12.8. Müvafiq Müqavilənin qüvvədə olduğu müddət ərzində həmin Müqavilədə qeyd olunan təminat müqaviləsinə hər hansı əsasla xitam verilərsə, 3 (üç) iş günü müddətində ABB-nin tələblərinə cavab verən anoloji təminat müqaviləsinin bağlanmasını təmin etmək;
18.12.9. Kreditin verilməsinə və rəsmiləşdirilməsinə görə Standart Şərtlərdə, müvafiq Müqavilədə və/və ya ABB-nin Tariflərində nəzərdə tutulduğu halda müvafiq xidmət haqlarını və komisyon haqlarıödəmək;
18.12.10. Soyadı, adı, ata adı, ünvanı və digər əlaqə vasitələri dəyişdikdə, müvafiq dəyişikliklərlə bağlı zəruri məlumatları 5 (beş) iş günü ərzində ABB-ə təqdim etmək.
18.13. Müştərinin hesab və ödəniş kartı üzrə hüquqları:
18.13.1. ABB-ə təqdim etdiyi sərəncam əsasında pul vəsaitinin qəbul edilməsini və Xxxxxx mədaxil edilməsini, Hesabdan müvafiq məbləğlərin köçürülməsini və verilməsini, Hesab üzrə digər əməliyyatların aparılmasını ABB-dən tələb etmək;
18.13.2. ABB-dən Xxxxxxx/Kart hesabının vəziyyəti barədə hesabdan çıxarış və ya arayış almaq;
18.13.3. Ödəniş kartından bankomat, POS-terminallar və digər elektron qurğulardan nağd pulun çıxarılması
üçün və nağdsız ödənişlərin aparılması üçün istifadə etmək;
18.13.4. Ödəniş kartı/Əlavə kart/ŞEN-kod itirildikdə, oğurlandıqda, məhv olduqda, səlahiyyəti olmayan şəxs tərəfindən qanunsuz istifadə edildikdə, zədələndikdə, habelə fırıldaqçılıq (fraud) əməliyyatları baş verdikdə, o cümlədən Ödəniş kartı vasitəsilə (o cümlədən internet vasitəsilə) əməliyyatların aparılması zamanı Ödəniş kartının rekvizitlərinin üçüncü şəxslərə açıqlanması şübhələri yarandıqda Ödəniş kartının bloklaşdırılması üçün 18.9.18-ci yarımbənddə nəzərdə tutulmuş qaydada ABB-ə məlumat vermək və yeni Ödəniş kartının verilməsinə dair ərizə ilə ABB-ə müraciət etmək;
18.13.5. Ödəniş kartından istifadə edilməsi qaydalarına dair ABB-dən məsləhətlər almaq;
18.13.6. Ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara görə pul vəsaitlərinin Kart hesabından silinməsindən 45 (qırx beş) gün müddətində istənilən əməliyyatı mübahisələndirmək; Əməliyyat həmin müddətdə mübahisələndirilmədikdə silinmənin düzgünlüyü Müştəri tərəfindən təsdiqlənmiş hesab edilir.
18.13.7. Öz mülahizəsinə əsasən seçdiyi yaxın qohumlarının (ata, xxx, baba, nənə, ər, arvad, övlad, bacı, qardaş) adına Əlavə kartın buraxılması ilə bağlı ABB-ə ərizə ilə müraciət etmək; ABB tərəfindən Əlavə kartın verilməsi barədə müsbət qərar qəbul edildikdə, Əlavə kart 22 (iyirmi iki) iş günü ərzində müvafiq ərizədə göstərilmiş şəxsə və ya Əlavə xxxxxx xxxxx olduğu Kart hesabının sahibinə, Əlavə kartı xxxx şəxs tərəfindən şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi şərtilə, təqdim edilir. Müvafiq hüquqi aktda nəzərdə tutulan qaydada müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya sisteminə inteqrasiyası təmin oldunduğu halda Əlavə kartı xxxx şəxsin şəxsiyyətini təsdiq
edən sənəd məlumatları xxxxx əməliyyatlarının aparılması üçün həmin sistem vasitəsilə əldə olunur. Əlavə kart vasitəsilə aparılmış bütün əməliyyatlar, o cümlədən həmin əməliyyatlar üzrə komisyon haqlar üzrə bütün silinmələr Ödəniş kartı üzrə Kart hesabından həyata keçirilir. Əlavə kart vasitəsilə aparılmış bütün əməliyyatlara görə məsuliyyəti Müştəri daşıyır. Ödəniş kartı üzrə eyni vaxtda qüvvədə xxxx Əlavə kartların sayına ABB tərəfindən məhdudiyyət qoyula bilər.
18.13.8. Ödəniş kartı/Əlavə kart avtomatik olaraq bloklaşdırıldıqda ABB-nin müştəri xidmətinin nömrəsinə və ya “Azərikard” prosessinq mərkəzinin Ödəniş kartının arxasında göstərilən telefon nömrəsinə zəng etməklə və əvvəlcədən ABB-ə təqdim etdiyi məxfi kodu bildirməklə Ödəniş kartını blokdan çıxarmaq və Kart hesabı üzrə əməliyyatların aparılmasını bərpa etmək;
18.13.9. ABB-nin bu barədə 30 (otuz) gün əvvəlcədən yazılı şəkildə xəbərdar edilməsi, ABB qarşısında bu Standart Şərtlərdən və müvafiq Müqavilədən irəli gələn bütün öhdəliklərin icra edilməsi və ABB tərəfindən tələb irəli sürüldükdə Ödəniş kartının və bütün Əlavə kartların ABB-ə qaytarılması şərtilə müvafiq Müqaviləni birtərəfli qaydada ləğv etmək.
18.14. Müştərinin əmanət üzrə hüquqları:
18.14.1. Azərbaycan Respublikasının qanunvericiliyinin, bu Standart Şərtlərin və müvafiq Müqavilənin tələbləri nəzərə alınmaqla əmanət barədə sərəncam vermək;
18.14.2. Bu Standart Şərtlərin tələbləri nəzərə alınmaqla müvafiq Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini və onun üzrə hesablanmış faizləri almaq.
18.15. Müştərinin depozit seyfi üzrə hüquqları:
18.15.1. Müvafiq Müqavilədə qeyd olunmuş icarə haqqını ödədikdən sonra, istifadəyə yararlı vəziyyətdə seyfin ona təhvil verilməsini ABB-dən tələb etmək;
18.15.2. Seyfdən bu Standart Şərtlərdə və ya müvafiq Müqavilədə qeyd olunmuş məqsədlər üçün və istifadə qaydalarına müvafiq olaraq istifadə etmək;
18.15.3. Seyfdən istifadə hüququnu Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq təsdiq edilmiş etibarnamə əsasında üçüncü şəxsə vermək; Bu zaman seyflərin saxlandığı sahəyə buraxılış hüququ xxxx ABB-nin əməkdaşları Müştərinin etibarnamə əsasında nümayəndəsi qismində çıxış edə bilməz.
18.15.4. Seyfin saxlanılma yerinə daxil olmaq və Seyfə çıxış əldə etmək üçün Müştəri əvvəlcədən ABB-də qeydiyyatdan keçirdiyi ödəniş kartının və ŞEN-kodun qeydiyyatının dəyişdirilməsi ilə bağlı ABB-də yazılı şəkildə müraciət etmək;
18.15.5. Müvafiq Müqavilənin qüvvədə olduğu müddət ərzində Standart Şərtlər və müvafiq Müqavilə üzrə borcunun olmadığı təqdirdə Müqaviləni birtərəfli qaydada xitam vermək və seyfi boşaldaraq açarla birlikdə texniki saz vəziyyətdə ABB-ə təhvil vermək.
18.16. Müştərinin kredit/kredit xətti üzrə hüquqları:
18.16.1. Standart Şərtlər və müvafiq Müqavilə üzrə öhdəliklərini tam icra etdikdə, sonuncu tərəfindən ABB- nin Tariflərində nəzərdə tutulmuş xidmət haqlarının (komisyon haqların) ödənilməsi şərtilə, bu barədə müvafiq sənədin ona verilməsini ABB-dən tələb etmək;
18.16.2. Krediti qismən və yaxud tam şəkildə vaxtından əvvəl qaytarmaq. Bu halda, Müştəri kreditdən faktiki istifadə olunduğu müddət üçün hesablanmış faizləri kredit məbləği ilə birlikdə ABB-ə ödəməlidir.
19. Hesab üzrə göstərilən əlavə xidmətlər
19.1. “Məlumat mərkəzi” xidməti:
19.1.1. ABB Müştəriyə “Məlumat mərkəzi” xidmətini göstərir. “Məlumat mərkəzi” xidməti dedikdə Telefonla ABB-ə zəng edərək müraciəti əsasında ona verilmiş “Məlumat kodu”-nu telefonun
klaviaturasında yığan və özünü təqdim edən Müştəriyə hesabdakı pul vəsaitinin miqdarı və hesab üzrə aparılmış əməliyyatlar barədə məlumat verilməsi başa düşülür.
19.1.2. Müştəri “Məlumat kodu”-nu mühafizə etməlidir. ABB “Məlumat kodu”-nun ABB-nin təqsiri olamayan hallarda üçüncü şəxslərin əlinə keçməsinə görə məsuliyyət daşımır.
19.2. “SMS/E-mail məlumatlandırılma” xidməti:
19.2.1. Müştəri bu Standart Şərtlər çərçivəsində imzalanan müvafiq Müqavilələrin qüvvədə olduğu müddətdə
ABB-ə ərizə təqdim etməklə “SMS/E-mail məlumatlandırılma” xidmətinə qoşula bilər.
19.2.2. Müştəri “Xxxx hesab üzrə SMS-Məlumatlandırma” xidmətinə qoşulduqda Hesabı üzrə aparılmış əməliyyat barədə mobil telefon nömrəsinə SMS şəklində məlumat (bildiriş), “E-mail- Məlumatlandırma” xidmətinə qoşulduqda isə aparılan əməliyyatlara dair bank hesabından çıxarış elektron poçt ünvanına göndərilir.
19.2.3. Aparılmış müvafiq əməliyyatlara dair məlumat Müştəriyə aşağıdakı qaydada və müddətlərdə göndərilir:
19.2.3.1. SMS vasitəsilə: əməliyyatın aparıldığı gün (Müştərinin seçimindən asılı olaraq, hesab üzrə yalnız mədaxil əməliyyatları və ya məxaric əməliyyatları yaxud hər iki əməliyyat növü üzrə bildirişlər göndərilə bilər);
19.2.3.2. E-mail vasitəsilə: Müştərinin seçiminə uyğun olaraq, əməliyyatın aparıldığı günündən sonrakı iş günü,
həftədə bir dəfə və ya xxxx xxx dəfə.
19.2.4. Müştəri “E-mail-Məlumatlandırma” xidmətinin istifadəsi üçün işlək elektron poçt ünvanına, “SMS- Məlumatlandırma” xidmətinin istifadəsi üçün isə işlək mobil telefon nömrəsinə malik olmalı və ABB- ə təqdim etməlidir.
19.2.5. Müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır.
19.2.6. Müştəri elektron poçt ünvanını və ya mobil telefonun nömrəsini dəyişdikdə, onun kompüteri və ya mobil telefonu və ya mobil telefonunun SİM-kartı itirildikdə, həmçinin öz elektron poçt qutusuna kənar şəxslərin müdaxiləsini aşkar etdikdə dərhal bu barədə ABB-ə rəsmi olaraq müraciət etməlidir.
19.2.7. Müştəri müvafiq xidmətlərə qoşulmaya dair ABB-ə təqdim etdiyi ərizədə müvafiq məlumatların
dəqiqliyinə və düzgünlüyünə görə məsuliyyət daşıyır.
19.2.8. Müştəri ABB-dən asılı olmayan səbəblərdən irəli gələn bütün riskləri öz üzərinə götürür. ABB, ondan asılı olmayan səbəblərə görə (üçüncü şəxslərin avadanlığında, şəbəkələrində və əlaqə xətlərində qəzalar və başqa nasazlıqlar və.s) müvafiq məlumatların Müştəriyə göndərilməsində gecikmələrə, habelə bu kimi hallarda məlumatların bütövlüyünə və məxfiliyinə görə məsuliyyət daşımır və Müştəri ABB-dən asılı olmayan səbəblərdən irəli gələn bütün riskləri öz üzərinə götürür.
19.2.9. “SMS/E-mail məlumatlandırılma” xidmətlərinə görə Müştəridən ABB-nin Tariflərinə uyğun xidmət haqqı tutulur.
19.3. “ABB mobile – Mobil Bank” və “ABB banking - İnternet Bank” xidmətləri:
19.3.1. Müştərinin müraciəti əsasında və ABB-nin rəsmi internet səhifəsində (xxx.xxxx.xx / www.abb- xxxx.xx) yerləşdirilmiş “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Bank” xidmətlərdən istifadə qaydaları ilə xxxxx olmaqla Müştəri “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Bank” xidmətlərinə qoşula bilər.
19.3.2. Müştərinin Şəxsi imzasının başqa analoqundan istifadə edilməklə “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Bank” vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı ABB-nin təqsiri olmadan yarana biləcək bütün risklərə görə məsuliyyət Müştərinin üzərinə düşür və ABB buna görə məsuliyyət daşımır.
19.3.3. Müştəri tərəfindən proqram təminatının düzgün quraşdırılmamasından əmələ gələn problemlərə görə, eləcə də İnternet şəbəkəsində yaranmış problemlər səbəbindən Mobil Bankın əlavəsinin, mobil cihazın və ya İnternet Bankçılıq proqramının müvafiq qaydada işləməməsinə görə, Müştəri tərəfindən məlumatların ötürülməsi zamanı yaranan problemlərə görə ABB məsuliyyət daşımır.
19.3.4. Müştəri İnternet Bankçılıq sistemi vasitəsilə həyata keçirilən elektron əməliyyatların mövcud qanunvericiliyə uyğun tərtib edilməsinə, onların buraxılış məlumatlarını istifadə etməklə təsdiq edilməsinə, habelə Müştəri tərəfindən İnternet Bankçılıq sisteminə daxil edilən məlumatların dürüstlüyünə və tamlığına görə məsuliyyət daşıyır, bununla bağlı yarana biləcək bütün risklərə və Müştəriyə dəymiş zərərə görə məsuliyyəti tam olaraq Müştəri daşıyır.
19.3.5. Bank “ABB mobile - Mobil Bank” və “ABBbanking - İnternet Bank” xidmətlərinə dair birtərəfli qaydada dəyişiklər edə bilər və bununla bağlı yenilənmiş qaydalar ABB-nin internet səhifəsində (xxx.xxxx.xx / xxx.xxx-xxxx.xx) yerləşdirildiyi gün Müştəri tərəfindən onların qəbul edildiyi gün sayılır.
20. Tərəflərin məsuliyyəti
20.1. Tərəflər bu Standart Şərtlərdə, habelə onun çərçivəsində imzalanan müvafiq Müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.
20.2. ABB, müvafiq hüquqi aktlara və ABB-nin daxili sənədlərinə uyğun tərtib olunmamış ödəniş sənədlərinin icrasına və ya ödəniş sənədlərində düzgün göstərilməyən məlumatlara görə məsuliyyət daşımır.
20.3. ABB, hüquqi aktlarda nəzərdə tutulan hallarda Hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesablar üzrə əməliyyatların dayandırıldığı hallarda ödəniş sənədlərinin icrasına görə məsuliyyət daşımır.
20.4. Xxxxxxx tərəfindən ABB-ə təqdim edilən məlumatlar (telefon nömrəsi, email adresi və s.) əsasında Müqavilə(lər)in üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq bağlanmasına görə ABB məsuliyyət daşımır.
20.5. Müştəri Azərbaycan Respublikasının hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin tam və ya qismən yerinə yetirməməsi nəticəsində ABB-ə tətbiq edilə biləcək maliyyə sanksiyaları və ya digər şəkildə dəyəcək zərərin əvəzinin tam ödənilməsinə məsuliyyət daşıyır.
20.6. Beynəlxalq Kart Təşkilatları tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, internet vasitəsilə Kartdan istifadə etməklə aparılmış, həmçinin ölkə xaricində aparılmış bütün əməliyyatlar üzrə, habelə Kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (Kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq, beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi təhlükəsizlik kodunu (3D Secure code) digər şəxslərlə paylaşmamaq və s.) ABB məsuliyyət daşımır. Bu bənddə nəzərdə tutulan əməliyyatlar nəticəsində Müştəri özünə, ABB-ə və digər üçüncü şəxslərə dəymiş zərər və müvafiq zərərin aradan qaldırılmasına sərf olunmuş xərclər (xidmət haqları, komissiyalar və s.) həcmində tam məsuliyyət daşıyır.
20.7. Əlavə kartlarla aparılmış bütün əməliyyatlar üzrə məsuliyyəti tam şəkildə Müştəri özü daşıyır.
20.8. ABB-ə məxsus olmayan ATM və ya POS-terminal şəbəkəsində, eləcə də elektron platformalar üzərindən skimminq və ya şimminq yolu ilə hazırlanmış saxta kartlarla həyata keçirilən əməliyyatlara görə və belə əməliyyatların nəticəsində Müştəriyə vurulmuş ziyana görə ABB məsuliyyət daşımır;
20.9. Bu Standart Şərtlərin və müvafiq Müqavilənin şərtlərinin pozulmasında təqsirli xxxx Tərəf digər Tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
20.10. ABB seyfdə saxlanılan Saxlama predmetlərinin mexaniki zədələnməsinə və ya məhv olmasına, onların xassələrinin dəyişməsinə görə, bu hallar Saxlama predmetlərinin öz-özünə törəyən təsiri nəticəsində və ya fors-major halları nəticəsində baş vermişsə məsuliyyətdən azad olunur.
20.11. Seyfin açarlarının (dublikatlarının), ödəniş kartının, xüsusi plastik kartın və ŞEN-kodun digər şəxslərə
verilməsinə görə məsuliyyəti tam şəkildə Müştəri özü daşıyır.
20.12. Müştəri və ya onun nümayəndəsi xxxxx açmazdan əvvəl seyfin və/və ya seyf kilidinin zədələnməsi və nasaz olması barədə yazılı şəkildə ABB-ni xəbərdar etmədiyi və seyfin məcburi açılması haqqında tələb irəli sürmədiyi halda ABB məsuliyyətdən azad olunur.
20.13. Müştəri tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, ABB tərəfindən Müştəriyə gecikdirmənin hər günü üçün gecikdirilmiş əsas borc məbləğinə müvafiq Müqavilədə müəyyən edilmiş qaydada və miqdarda cərimə hesablana bilər.
20.14. Qanunvericilikdə, Standart Şərtlərdə və müvafiq Müqavilədə nəzərdə tutulmuş hallarda ABB kreditin vaxtından əvvəl qaytarılmasını tələb etdikdə və Müştəri Standart Şərtlərin 14.9-cu bəndində müəyyən olunmuş müddətdə Krediti vaxtından əvvəl qaytarmadıqda, həmin müddətin bitdiyi andan Kredit üzrə xxxx tarixə mövcud xxxx əsas borc məbləği gecikdirilmiş əsas borc kateqoriyasına aid edilir və həmin məbləğə bu Standart Şərtlərin 20.13-cü bəndində nəzərdə tutulmuş qaydada hesablana bilər.
20.15. Standart Şərtlər çərçivəsində imzalanan müvafiq Müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (cərimə, penya) ödənilməsi Müştərini müvafiq öhdəliklərin icrasından azad etmir.
20.16. Bu Standart Şərtlər və müvafiq Müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin Müştəri üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski Müştərinin üzərinə düşür. Bu cür halın baş verməsi, Müştərinin kredit öhdəliyinin icrasından imtina etməsinə və ya bu öhdəliyin icrasını gecikdirməsinə haqq qazandırmır və heç bir halda Müştərinin kredit öhdəliklərinin yenidən hesablanmasına səbəb ola bilməz.
21. Digər şərtlər
21.1. Bank hesabı və ödəniş kartı üzrə:
21.1.1. Hesabının açılmasına dair müvafiq Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müvafiq Müqavilə, o cümlədən hazırkı Standart Şərtlər üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalır.
21.1.2. Müvafiq Müqavilə Müştərinin və ya səlahiyyətli nümayəndəsinin ərizəsi üzrə istənilən vaxt ləğv edilir.
21.1.3. ABB aşağıdakı hallarda müvafiq Müqaviləni ləğv edə və bank hesabını bağlaya bilər:
21.1.3.1. Müştəri Hesab üzrə azı 1 (bir) il ərzində əməliyyat aparmadığı təqdirdə;
21.1.3.2. Müştərini 30 (otuz) təqvim günü əvvəlcədən xəbərdar etməklə ABB tərəfindən müəyyən edilən bankdaxili nəzarət qaydalarına müvafiq olaraq;
21.1.3.3. Müştəri tərəfindən hesabdan çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və fırıldaqçılıq (fraud) əməliyyatlarının aparılması və s. qeyri-qanuni bu kimi məqsədlər üçün istifadə edilməsi müəyyən edildikdə və ya bununla bağlı şübhələr olduqda və ya belə şübhə üçün kifayət qədər əsaslar yarandıqda;
21.1.3.4. Standart Şərtlərdə, müvafiq Müqavilədə və qanunvericilikdə qeyd edilən sənədlər və/və ya məlumatlar
Müştəri tərəfindən təqdim edilmədikdə;
21.1.3.5. Müştərinin ölümü barədə ABB-ə rəsmi yazılı məlumat daxil olduqda;
21.1.3.6. Müştərinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilinmədiyi və/və ya Müştəri ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduğu və/və ya Müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatlar əldə etmək mümkün olmadığı hallarda;
21.1.3.7. Müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği ABB-nin qaydaları və ya müvafiq Müqavilə ilə nəzərdə tutulmuş minimum miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ ABB-nin bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilməmiş olsun;
21.1.3.8. Bu Standart Şərtlərin 5.13-cü bəndinin tələbləri də daxil olmaqla, Standart şərtlər və onun çərçivəsində
imzalanan müvafiq Müqavilə üzrə öhdəliklərin icrası Müştəri tərəfindən pozulduqda;
21.1.3.9. Qanunvericilikdən irəli gələn digər hallarda.
21.1.4. Müvafiq Müqavilənin ləğv edilməsi Müştərinin Xxxxxxxxx/Kart hesabının bağlanması üçün əsasdır.
21.1.5. Müvafiq Müqavilə ləğv edildikdə ABB Hesabdakı pul vəsaitinin qalığını Müştəriyə verir və ya Müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci 7 (yeddi) təqvim günü keçənədək başqa hesaba köçürür. Hesabın qalığı Müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab ABB-ə bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və Müştəriyə bu barədə yazılı məlumat verilir.
21.1.6. Kart hesabının açılmasına dair müvafiq Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Ödəniş kartının istifadə müddətinin bitdiyi gündən 45 (qırx beş) gün sonra (kart hesabına Priority Pass kartları bağlandıqda 60 (altmış) gün) qüvvədən düşmüş sayılır, bir şərtlə ki, Müştəri müvafiq Müqavilə qüvvədə xxxx müddət ərzində yeni Ödəniş kartının buraxılması barədə ABB-ə ərizə ilə müraciət etməsin və ABB tərəfindən ona yeni Ödəniş kartının verilməsi barədə müsbət qərar qəbul edilməsin.
21.1.7. Kart hesabının açılmasına dair müvafiq Müqaviləyə Tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericilikdə, Standart Şərtlərdə və/və ya müvafiq Müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada Tərəflərin biri tərəfindən birtərəfli qaydada vaxtından əvvəl xitam verilə bilər.
21.1.8. Müvafiq Müqaviləyə hər hansı səbəbdən xitam verildikdə, ABB-in tələbi ilə Müştəri 3 (üç) iş günü
müddətində bütün Ödəniş kartlarını/Əlavə kartları ABB-ə qaytarmalıdır.
21.1.9. ABB tərəfindən Kart hesabının açılmasına dair müvafiq Müqaviləyə, həmçinin, aşağıdakı hallarda
birtərəfli qaydada ləğv edilə bilər:
21.1.9.1. Müştəri tərəfindən hesabdan çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və digər bu kimi məqsədlər üçün istifadə edilməsi müəyyən edildikdə, bununla bağlı şübhələr olduqda və ya belə şübhə üçün kifayət qədər əsaslar yarandıqda;
21.1.9.2. Standart Şərtlərdə, müvafiq Müqavilədə və qanunvericilikdə qeyd edilən sənədlər və/və ya məlumatlar
Müştəri tərəfindən təqdim edilmədikdə;
21.1.10. Müvafiq Müqavilə Standart Şərtlərin 21.1.3.3-cü, 21.1.3.4-cü, 21.1.9.1-ci və 21.1.9.2-ci yarımbəndlərinə əsasən ləğv edildiyi hallarda, Müştərinin Hesabındakı/Kart hesabındakı aktiv və passivləri üzrə əməliyyatlar, o cümlədən, depozit faizlərinin ödənilməsi, Hesab/Kart hesabı üzrə Müştəri tapşırıqlarının yerinə yetirilməsi ABB tərəfindən birtərəfli qaydada dayandırılır və Müştəridən ABB qarşısındakı kredit öhdəliklərinin vaxtından əvvəl ödənilməsi tələb edilir. Qanunvericiliklə və daxili qaydalarla tələb olunduğu hallarda bu barədə müvafiq orqanlara məlumat verilir.
21.2. Bank əmanəti üzrə:
21.2.1. Əmanətin müddəti müvafiq Müqavilə ilə müəyyən edilir;
21.2.2. Müvafiq Müqavilə ilə təsbit olunmuş bank əmanəti üzrə münasibətlər əmanətin Müştəri tərəfindən Hesaba mədaxil edildiyi andan başlamış hesab olunur və Müqavilədə nəzərdə tutulmuş əmanət müddətinin bitməsinə və ya əmanətin Hesabdan çıxarılmasına (silinməsinə) qədər öz qüvvəsini saxlayır. Qanunvericilikdə və/və ya müvafiq Müqavilədə nəzərdə tutulmuş əsaslarla əmanətin bir hissəsi Hesabdan silindikdə müvafiq Müqaviləyə avtomatik xitam verilir və əmanətdə xxxx vəsaitlərin qalığına münasibətdə xxxx bank hesabı üzrə Müqavilənin müddəaları tətbiq edilir.
21.2.3. Müvafiq Müqaviləyə dair bütün əlavə və dəyişikliklər bu Standart Şərtlərdə nəzərdə tutulan formada tərtib edilir.
21.2.4. Müvafiq Müqavilənin hər hansı səbəbə görə ləğv olunması Müştəriyə açılan Hesabın bağlanılması
üçün əsasdır.
21.3. Kredit/Kredit xətti üzrə:
21.3.1. Kredit/Kredit xəttinin verilməsinə dair müvafiq Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müvafiq Müqavilə, o cümlədən hazırki Standart Şərtlər üzrə öhdəliklərini tam icra edənədək qüvvədə qalır.
22. Tətbiq edilən hüquq və mübahisələrin həll edilməsi qaydası
22.1. Bu Standart Şərtlərlə tənzimlənməyən münasibətlər müvafiq Müqavilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikası Mərkəzi Bankının qəbul etdiyi normativ xarakterli aktları, ABB-daxili qaydaları, Azərbaycan Respublikasının digər hüquqi aktları və Beynəlxalq Kart Təşkilatları tərəfindən qəbul edilən qaydalar ilə tənzimlənir.
22.2. Bu Standart Şərtlər və ya onunla əlaqədar yaranan bütün mübahisələr, münaqişələr, fikir ayrılıqları və/və ya tələblər Tərəflər arasında danışıqlar yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulmuş məhkəməyəqədər digər vasitələrlə həll edilir.
22.3. Bu Standart Şərtlərin 22.2-ci bəndində qeyd olunan üsullarla nizama salınmayan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
23. Məxfilik
Tərəflər Standart Şərtlər, müvafiq Müqavilə və onun icrası ilə bağlı bir-birinə təqdim etdikləri məlumatların məxfiliyini qorumalı və qanunvericilikdə nəzərdə tutulmuş hallar (məlumatlar) istisna olmaqla, digər Tərəfin yazılı razığı olmadan həmin məlumatları üçüncü şəxslərə açıqlamamalıdırlar.
24. Fors-Major
Tərəflər bu Standart Şərtlər və müvafiq Müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə müvafiq Müqavilənin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, epidemiya, epizootiya, moratorium, Tərəflər arasındakı mövcud münasibətləri bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Standart Şərtlərin və müvafiq Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb xxxx hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Fors-major halların təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. Fors- major hallarında digər tərəfi vaxtında yazılı şəkildə xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallara istinad etmək hüququnu itirir. Fors-major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
25. Antikorrupsiya
25.1. Müştəri öz fəaliyyətində korrupsiyaya qarşı mübarizəyə dair ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş (xxxxx://xxx-xxxx.xx/xx/xxxxxxxxxx/xxxxxxxxxxxxxx/xxxxxxxxxxxx-xxxxx-xxxxxxxx- siyaseti) daxili siyasətindən müvafiq çıxarışın, yerli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərini rəhbər tutur və həmin tələblərə riayət edilməməsinə görə məsuliyyət daşıyır.
26. Müştərinin razılıqları
26.1. Müştəri müvafiq Müqaviləni imzalamaqla təsdiq edir ki, bu Standart Şərtlər və onun çərçivəsində imzalanan müvafiq Müqavilənin icrası və digər bütün bank əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə “E-sosial” və “ASAN Finans” elektron portalları vasitəsilə şəxsiyyətini təsdiq edən sənəd
(şəxsiyyət vəsiqəsi, müvəqqəti yaşayış icazəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd) üzrə müəyyən olunan məlumatların (sənədin FİN-i, seriya və nömrəsi, ad, soyad, ata adı, qeydiyyat ünvanı, sənədi verən orqanın adı, sənədin verilmə və bitmə tarixi, cins, doğum tarixi, doğum yeri, ailə vəziyyəti, vətəndaşlığı), iş yeri üzrə müəyyən olunan məlumatların (o cümlədən iş yeri, vəzifə, əmək müqaviləsinin tipi (müddətli və ya müddətsiz), əmək müqaviləsinin bağlanma və bitmə tarixi, iş yerinin növü (əsas və ya əvəzçilik üzrə), əmək haqqının məbləği), habelə pensiya, müavinət, təqaüd və kompensasiya ilə bağlı məlumatların (pensiyanın, sosial müavinətin, təqaüdün, digər sosial ödənişlərin (kompensasiya, ünvanlı sosial yardım) növü, məbləği, başlanma və bitmə tarixləri, əlilliyə görə pensiya, sosial müavinət və ya təqaüd xxxx şəxsin əlilliyinin səbəbi (diaqnozları), müddəti), xxxxx, bununla məhdudlaşmayaraq müvafiq bank məhsulunun/xidmətinin əldə edilməsi üçün tələb olunan bütün digər məlumatların (telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası, şəkli və s.) ABB-ə təqdim olunmasına razılıq verir.
26.2. Müştəri mvafiq Müqaviləni imzalamaqla təsdiq edir ki, ABB-nin digər kredit təşkilatlarından Müştəriyə məxsus əmlak/vəsait barədə məlumatları əldə etməsinə razılıq verir.
26.3. Müştəri mvafiq Müqaviləni imzalamaqla təsdiq edir ki, bu Standart Şərtlər və onun çərçivəsində imzalanan müvafiq Müqavilələr üzrə Müştəri tərəfindən ABB-ə təqdim edilən və ya ABB tərəfindən müxtəlif informasiya ehtiyatlarından əldə edilən bütün məlumatlar ABB tərəfindən analitika, monitorinq, marketinq və qanunvericilikdə qadağan olunmamış digər məqsədlər üçün təhlil və emal edilə, ümumiləşdirilə, özünün törəmə müəssisələrinə və digər partnyorlarına təqdim edilməsinə, transsərhəd qaydada ötürülməsinə razılıq verir. Bu zaman, müvafiq məlumatların əldə edilməsinə, təqdim edilməsinə və ötürülməsinə görə Müştərinin əlavə razılığı tələb olunmur. Müvafiq Müqavilə əsasında əldə edilmiş məlumatların saxlanma müddəti müvafiq xidmətdən istifadə müddəti ilə eynidir və həmin xidmətə xitam verildikdən sonra, eləcə də Müştərinin ölümü halında məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada arxivləşdirilir/ləğv edilir. Standart Şərtlərin bu bəndi üzrə qeyd olunmuş Müştəri tərəfindən verilən razılığın müddəti Müvafiq müqavilənin imzalanma tarixindən 10 (on) il təşkil edir. Müştəri müvafiq Müqaviləyə xitam verildikdən sonra ABB-ə müraciət edərək qarşılıqlı razılıq əsasında bu bənddə göstərilən müddətdən daha tez vaxtda razılığı xxxx götürə bilər.
26.4. Müştəri mvafiq Müqaviləni imzalamaqla təsdiq edir ki, müxtəlif məhsullara dair kampaniya və reklam xarakterli məlumatların (SMS, bildiriş, e-mail və s. elektron formada) ABB tərəfindən Müştəriyə göndərilməsinə razılıq verir.
27. Yekun müddəalar
19.11.2021
27.1. Bu Standart Şərtlər ABB tərəfindən -ci il tarixində təsdiq edilmiş və ABB-nin müvafiq
internet səhifəsində (xxx.xxxx.xx / xxx.xxx-xxxx.xx) yerləşdirilmişdir.
27.2. Bu Standart Şərtlərdə nəzərdə tutulmayan xidmətlər ABB tərəfindən Müştəriyə göstərilə bilər və Standart Şərtlərin müddəaları həmin xidmətlərdən yaranan münasibətlərə şamil edilmir.
27.3. Bu Standart Şərtlər çərçivəsində imzalanan müvafiq Müqavilələrin müddəaları ilə Standart Şərtlər arasında uyğunsuzluq yarandıqda müvafiq Müqavilələrin şərtləri əsas götürülür.
27.4. Bu Standart Şərtlər çərçivəsində təqdim olunan xidmətlər üzrə müvafiq Müqavilə imzalanan tarixədək həmin xidmətlər üzrə Tərəflər arasında daha əvvəl imzalanmış müqavilələr mövcud olduğu halda həmin müqavilələrin bu Standart Şərtlərlə ziddiyyət təşkil edən müddəaları qüvvədən düşür və həmin münasibətlərə bu Standart Şərtlərin müddəaları tətbiq edilir.
27.5. Bu Standart Şərtlərin və müvafiq Müqavilənin hər hansı müddəasının etibarsızlığı onun digər
müddəalarının və bütövlükdə Standart Şərtlərin və müvafiq Müqavilənin etibarsızlığına səbəb olmur.
27.6. Standart Şərtlərə və müvafiq Müqaviləyə dair bütün əlavə və dəyişikliklər bu Standart Şərtlərdə nəzərdə tutulan formada tərtib edilir, imzalanır və müvafiq Müqavilənin, habelə Standart Şərtlərin tərkib hissəsini təşkil edir.
27.7. Tərəflər təsdiq edir ki, Müştərinin ABB-ə təqdim etdiyi əlaqə vasitələrinə sonuncu tərəfindən özünün təqdim etdiyi müxtəlif məhsul və xidmətlər, habelə kampaniyalar haqqında məlumatlar göndərilə bilər.
27.8. Bu Standart Şərtlər və müvafiq Müqavilə üzrə bütün yazışmalar poçt göndərişləri, kuryer xidmətləri,
faks, sms, elektron poçt vasitəsilə həyata keçirilə bilər.
27.9. Müştərinin əlaqə vasitələri (ünvanı, telefon nömrəsi və s ) və bank rekvizitləri dəyişdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazılı surətdə xəbərdar etməlidir. Belə xəbərdarlığın edilmədiyi təqdirdə Müştəriyə göndərilən istənilən göndəriş (sms, bildiriş, tələb, pretenziya və s) onun müvafiq Müqavilənin şərtlərinə uyğun olaraq son məlum xxxx ünvanına/telefon nömrəsinə göndərilir və Müştəri həmin ünvanda yaşamasa/telefon nömrəsinə sahib olmasa da lazımı qaydada çatdırılmış hesab olunur. Bu halda müvafiq bank əməliyyatlarının həyata keçirilməsi üçün həmin nömrə vasitəsi ilə birdəfəlik təsdiqetmə kodundan (OTP) istifadə edilərək edilən təsdiqlər Müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti Müştəri daşıyır.
27.10. Müvafiq Müqavilənin qüvvədə olma müddətinin qurtarması Tərəfləri həmin müddət qurtarana qədər
yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir.
27.11. ABB tərəfindən, Müştəridən daxil xxxx müraciətlərə baxılması qaydası “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa və ABB-daxili qaydalara əsasən həyata keçirilir.
27.12. Müştəri təsdiq edir və zəmanət verir ki, bu Standart Şərtlərdə göstərilmiş xidmətlərdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi istisna olmaqla, qanunvericiliklə qadağan edilməyən digər məqsədlər üçün istifadə edir
27.13. Xxxxxxx tərəfindən müraciət, təklif və şikayətlərin ABB-nin, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq struktur bölməsinə təqdim edilməsi aşağıdakı əlaqə vasitələri ilə həyata keçirilə bilər:
ABB:
- Qaynar xətt: 937;
- Elektron poçt: xxxx@xxx-xxxx.xx və ya xxxxxxxx@xxx-xxxx.xx.
Azərbaycan Respublikasının Mərkəzi Bankı üzrə:
- Qaynar xətt: x00000 000;
- Telefon nömrəsi: +99412 4935058.