BAKI FRANSIZ LİSEYİ TƏHSİL KOMPLEKSİ İLƏ TƏHSİLALANIN VALİDEYNİ ARASINDA
BAKI FRANSIZ LİSEYİ TƏHSİL KOMPLEKSİ İLƏ TƏHSİLALANIN VALİDEYNİ ARASINDA
TƏHSİLİN TƏŞKİLİ MÜQAVİLƏSİ №
Bakı şəhəri “ ” 2022 – ci il
Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən Bakı Fransız Liseyi Təhsil Kompleksi (bundan sonra BFL) menecer Xxxxxxxx Xxxxx xxxx Xxxxxxxxx şəxsində və digər tərəfdən, təhsil alacaq (bundan sonra Təhsilalan) valideyni (qanuni nümayəndəsi)
(bundan sonra Valideyn) arasında birgə Tərəflər, ayrı-ayrılıqda isə Tərəf adlanmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının digər müvafiq hüquq normalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu Müqavilə ilə BFL ibtidai təhsilin dövlət standartı və proqramı, həmin səviyyələr üzrə homoloqasiya verən Fransa Milli Təhsil Nazirliyinin tədris proqramlarına (Fransa milli kurikulumu) uyğun olaraq (liseyin kodu: n° UAI/RNE 2530001B), Azərbaycan Respublikasının ümumtəhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, BFL-in Daxili təlimatına uyğun şəkildə, dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək Təhsilalanın ümumi təhsil almasını həyata keçirir. Təhsilalanın valideyni isə bunun müqabilində BFL-ə Müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür.
1.2. Bu Müqavilə fasiləsiz təhsilin həyata keçirilməsində ümumtəhsil pilləsini əhatə etməklə, cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, BFL-də təhsil xxxx şagirdlərin ümumi təhsilinin həyata keçirilməsi zamanı Tərəflər arasında yaranan münasibətləri tənzimləyir.
1.3. BFL-də təhsil əyani formada aparılır. Təhsilalanın sağlamlığının və digər mənafelərinin qorunması məqsədilə, həmçinin əyani formada təhsilin aparılması BFL-dən asılı olmayan səbəblərdən qeyri mümkün olduqda, BFL distant (məsafədən) təhsil formasını (tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunması) tətbiq edə bilər.
1.4. BFL ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, Təhsilalanların intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, sağlamlıq, incəsənət və ətraf mühitə həssas münasibətinin formalaşmasını təmin edir.
1.5. BFL dünyəvi məktəbdir, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də siniflər üzrə homoloqasiya verən Fransa Milli Təhsil Nazirliyinin təcrübəsinə əsaslanmaqla, fərdin harmonik inkişafına xidmət edir.
Bakı Fransız Liseyi – Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Xəzər küçəsi 5 Kollec sinif şagirdləri üçün Müqavilə
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
2.1. BFL-in hüquq və öhdəlikləri:
2.1.1. Valideyndən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə BFL - in qayda (daxili təlimat, intizam qaydaları, standartlar və s. belə məna kəsb edən sənədlər) və tələblərinə riayət edilməsini tələb etmək və belə tələb yerinə yetirilmədikdə Təhsilalanı BFL-dən xaric etmək və ya BFL-də təşəkkül tapmış, eləcə də beynəlxalq məktəblərin ən yaxşı təcrübəsinə uyğun olaraq intizam tənbehlərini tətbiq etmək;
2.1.2. Xxxxxxxx tərəfindən Müqavilənin 3-cü bölməsində nəzərdə tutulmuş qaydada və müddət ərzində təhsil haqqı ödənilmədikdə Təhsilalanı BFL-ə buraxmamaq;
2.1.3. Ən azı bir valideyni Azərbaycan Respublikasının vətəndaşı xxxx Təhsilalanda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onu vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
2.1.4. Təhsilalanın BFL-də tərbiyə və təhsil aldığı dövrdə mədəni, intellektual tərbiyəsini təşkil etmək, fiziki və psixi sağlamlığının qorunub inkişaf etdirilməsini, bədən tərbiyəsinin təşkili və s. bu sahədə digər bütün zəruri tədbirlərin kompleks şəkildə həyata keçirilməsini təmin etmək;
2.1.5. Təhsilalanın yaradıcı qabiliyyətlərinin və maraqlarının inkişaf etdirilməsi üçün zəruri şərait yaratmaq;
2.1.6. Təhsilalanın təlim vəsaitlərindən və avadanlıqlarından istifadə etməsi üçün bütün zəruri şəraiti yaratmaq;
2.1.7. Yaşına və fərdi inkişaf xüsusiyyətlərinə uyğun olaraq, fizioloji tələblərinin ödənilməsi məqsədi ilə Təhsilalanı qidalanma və istirahətlə təmin etmək;
2.1.8. Təhsilalanda Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
2.1.9. Pedaqoji etika və əxlaq normalarına riayət etmək;
2.1.10. Tədris vaxtı ərzində Təhsilalanın tədris müəssisəsində və ya BFL-in ərazi hüdudlarında və BFL-in Təhsilalan üçün təşkil etdiyi digər tədbirlərdə tədbir müddətində həyat və sağlamlığını qorumaq və bunun üçün bütün zəruri tədbirləri həyata keçirmək;
2.1.11. Təhsilalanın və Valideynin şərəf və ləyaqətinə hörmət etmək;
2.1.12. Təhsilalanı fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onu zərərli vərdişlərdən çəkindirmək;
2.1.13. Təhsilalanın təlim-tərbiyəsi məsələləri ilə bağlı Valideynlə əməkdaşlıq etmək.
2.2. VALİDEYNİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ:
2.2.1. BFL-də təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, Təhsilalanın dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
Bakı Fransız Liseyi – Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Xəzər küçəsi 5 Kollec sinif şagirdləri üçün Müqavilə
2.2.2. BFL-də təhsilin Azərbaycan və Fransız təhsil standartlarına uyğun təşkil edilməsini tələb etmək;
2.2.3. Təhsilalanın həyatı və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraitinin yaradılmasını tələb etmək;
2.2.4. Xxxx tədris ilinin 1 sentyabr tarixinədək peyvənd sertifikatını və Təhsilalana dair sağlamlıq haqqında tibbi arayışı BFL-ə təqdim etmək (göstərilən sənədlər təqdim edilməyənədək Təhsialan dərslərə buraxılmayacaq).
2.2.5. Təhsilalanı humanistlik, vətənpərvərlik, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
2.2.6. Bu Müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətlərdən gec olmayaraq tam ödəmək;
2.2.7. Valideyn iclaslarında iştirak etmək;
2.2.8. BFL əməkdaşlarının şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
2.2.9. Daxili intizam və davranış qaydalarına (standartlar və s. belə məna kəsb edən sənədlərə) və tələblərinə riayət etmək və bunlar əsasında qəbul edilən qərarlara hörmətlə yanaşmaq; Valideynlər (onların səlahiyyətli nümayəndəsi) məktəbin daxili intizam qaydalarına əməl etmədikdə, onların məktəbin binasına girişinə müvəqqəti və ya daimi qadağa qoyula bilər;
2.2.10. BFL-in əmlakı Təhsilalanın və ya Valideynin təqsiri üzündən yararsız hala düşərsə, yaxud BFL-in əmlakına bu və ya digər şəkildə zərər yetirilərsə, BFL-ə dəymiş zərəri ödəmək;
2.2.11. Təhsilalana təqdim edilən məktəb kitablarının səliqəli saxlanılmasını və tədris ilinin sonunda BFL-ə qaytarılmasını təmin etmək;
2.2.12. İstifadəyə yararsız hala salınmış kitabların dəyərini BFL-ə ödəmək;
2.2.13. Təhsilalanın təmizliyini və sanitariya-gigiyena tələblərinə riayət edilməsini təmin etmək.
2.2.14. Hər dərs gününün əvvəli Təhsilalanın sağlamlığı barədə BFL həkiminə və ya və ya Təhsil üzrə müşavirə düzgün məlumat vermək;
2.2.15. Təhsilalanın BFL tərəfindən təşkil olunan sinifdənxaric, məktəbdənkənar tədbirlərdə iştirakına yardım etmək;
2.2.16. BFL tərəfindən tələb olunan aidiyyəti sənədləri yazılı sorğunu aldığı tarixdən 7 (yeddi) iş günü müddətində və yaxud sənədin üzərində göstərilən tarixədək təqdim etmək;
2.1.17. Təhsilalanın tibbi sığortalanmasını təmin etmək.Tibbi sığortası olmayan Təhsilalan BFL- ə qəbul edilməyəcək.
2.2.18. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında BFL-ə 5 (beş) təqvim günü müddətində məlumat vermək.
3. TƏHSİL HAQQI VƏ ÖDƏNİŞ QAYDASI
3.1. Təhsilalanın xxxx tədris ili üçün illik təhsil haqqının məbləği 17710 (on yeddi min yeddi yüz on) AZN təşkil edir. Təhsil haqqı tədris ili başlayanadək bir dəfəyə tam həcmdə və ya 3 dəfəyə aşağıdakı vaxtlarda və məbləğlərdə ödənilir:
- 01 iyul 2022-ci il tarixinədək depozit qismində illik təhsil haqqının 30%-ni təşkil edən 5313 AZN-nin ödənilməsi;
- 01 dekabr 2022-ci il tarixinədək 7084 AZN -nin ödənilməsi;
- 01 mart 2023-cü il tarixinədək 5313 AZN -nin ödənilməsi.
3.2. Tədrisl ili ərzində yeni qəbul edilən şagirdlər üçün təhsil haqqının 30%-i qeydiyyat aparıldıqdan sonra 10 (on) iş günü ərzində ödənilməlidir.
Bakı Fransız Liseyi – Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Xəzər küçəsi 5 Kollec sinif şagirdləri üçün Müqavilə
3.3. Təhsil haqqı Təhsilalanın təqvim ayı ərzində neçə gün üzrlü və ya üzrsüz səbəbdən dərsə gəlib-gəlməməsindən asılı olmayaraq, eləcə də dərs ili ərzində tətil, istirahət, bayram və s. iş günü hesab edilməyən günlərin sayından asılı olmayaraq tam şəkildə ödənilir. Valideynlər ödənişi həyata keçirdiklərini təsdiq edən bank sənədini BFL-ə təqdim etməlidirlər. Əks təqdirdə ödəniş yerinə yetirilmiş hesab olunmur.
3.4. Əgər Valideyn tədris ayı qurtarmadan Təhsilalanı BFL-dən çıxararsa, xxxx tədris ayı üçün ödədiyi məbləğ saxlanılmaq (faktiki neçə gün dərsə gəlməsindən asılı olmayaraq) şərtilə, növbəti aylar üçün əvvəlcədən ödənilmiş məbləğ (varsa) valideynə xxxx qaytarılır.
3.5. Qeydiyyat haqqı təhsil haqqına daxil deyil və Təhsilalanın BFL-də neçə güntəhsil almasından asılı olmayaraq, xxxx qaytarılmır.
3.6. Qeydiyyat haqqı Təhsilalanın Liseyə qəbul olunduğu birinci ildə 600 (altı yüz) AZN təşkil edir. Hər növbəti ildə 300 (üç yüz) AZN təkrar qeydiyyat haqqı ödənilir.
3.7. Təhsil haqqı bu Müqavilənin 3.1-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilməzsə, Valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 5% məbləğində dəbbə pulu ödəyir.
3.8. Əgər ödəniş bu Müqavilənin 3.1.-ci maddəsində göstərilən tarixlərdən sonra 10 (on) iş günü müddətində həyata keçirilməzsə, Təhsilalan təhsil haqqı ödənilməyənə qədər dərslərə buraxılmayacaqdır.
3.9. Ekskursiya xərcləri, kənar təşkilatlarda imtahanların verilməsi, bunlarla əlaqəli işlərin və xidmətlərin dəyəri və digər əlavə xərclər təhsil haqqına daxil deyil.
3.10. Ölkənin pul-tədavül sistemində baş verən dəyişikliklərlə əlaqədar təhsil xidmətinə təsir göstərəcək qiymətlərin dəyişməsi, təhsillə əlaqədar xxxx xxxxx ödəmələri dərəcələrinin, ölkədə inflyasiya səviyyəsinin artması ilə əlaqədar olaraq təhsil haqqının məbləği dəyişə bilər. Yaranmış zərurətlə əlaqədar olaraq BFL təhsil haqqını mövcud vəziyyətə uyğunlaşdırmaq və bu haqda Xxxxxxxxx məlumat verməyi öz öhdəsinə götürür.
3.11. BFL-də distant (məsafədən) təhsilalma forması tətbiq edildikdə və təhsilin təşkili prosesinə əyani forma ilə müqayisədə daha az vəsait xərcləndikdə fərq BFL İK-nın müvafiq qərarına əsasən Valideynə qaytarılır.
4. FORS-MAJOR
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə Tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və hadisənin Tərəflərin Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər Tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən Tərəf müvafiq xərcləri ödəməlidir.
Bakı Fransız Liseyi – Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Xəzər küçəsi 5 Kollec sinif şagirdləri üçün Müqavilə
4.3. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən Tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər Tərəfi Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
5. MÜQAVİLƏNİN LƏĞV EDİLMƏSİ QAYDASI
5.1. Valideyn aşağıdakı qaydada Müqaviləyə xitam verə bilər:
5.1.1. Valideyn BFL-i yazılı qaydada 1 ay qabaqcadan xəbərdarlıq etməklə müqaviləyə xitam verə bilər. Bu, valideyni BFL qarşısında mövcud xxxx öhdəliklərindən azad etmir;
5.1.2. Müqavilənin 5.1.1-ci bəndində göstərilən qaydaya riayət edilməməklə Təhsilalanın BFL- dən çıxarılması Valideyni növbəti ay üçün təhsil haqqının ödənilməsindən azad etmir.
5.2. BFL Təhsilalanı aşağıdakı hallarda Liseydən xaric edə və Müqaviləyə xitam verə bilər:
5.2.1. Xxxxxxxxxx ərizəsinə əsasən;
5.2.2. Təhsilalan tərəfindən BFL-in daxili nizam-intizam qaydaları iki dəfədən artıq pozulduqda;
5.2.3. Təhsilalan tərəfindən üzürsüz səbəbə görə 40 (qırx) dərs saatı buraxıldıqda, BFL Təhsilalanın gələn tədris ilində təhsilini liseydə davam etdirməsi və yaxud təkrar sinifdə saxlanılması barədə qərar vermə hüququna malikdir.
5.2.4. Tibbi göstərişlərə əsasən;
5.2.5. Xxxxxxxx tərəfindən Müqavilədə nəzərədə tutulan müddətədək təhsil haqqı ödənilmədikdə;
5.2.6. Xxxxxxxx tərəfindən Müqavilənin hər hansı şərti yerinə yetirilmədikdə, həmçinin BFL-in daxili nizam-intizam qaydalarına, o cümlədən həmin qaydalara uyğun olaraq Təhilalana dair tətbiq edilən intizam tədbirlərinə riayət etmədikdə
6. ƏLAVƏ ŞƏRTLƏR
6.1. Təhsilalanın fransız dili səviyyəsi qənaətbəxş olmadıqda, BFL tərəfindən əsas dərslərdən əlavə olaraq fransız dili kursları təşkil edilə bilər. Bu kurslar üçün Xxxxxxxxxxx əlavə ödəniş tələb edilmir. Valideyn Təhsilalanın həmin kurslarda iştirakını təmin etməlidir.
6.2. Təhsil almağa başladığı dövrdən etibarən 4 (dörd) ay müddətində BFL tərəfindən Təhsilalanın davamiyyəti, nailiyyətləri, o cümlədən dil bacarıqlarının səviyyəsi mütəmadi olaraq qiymətləndiriləcək və bu barədə Valideyinə məlumat veriləcək.
6.3. Əgər Müqavilənin 6.2.-ci bəndində göstərilən müddət ərzində Təhsialanın nailiyyətləri qənaətbəxş olmazsa, Təhsilalan sinifdə saxlanılacaq, yaxud da BFL-dən xaric ediləcəkdir.
7. MÜQAVİLƏNİN MÜDDƏTİ
7.1.Bu Müqavilə Tərəflərin onu imzaladıqları gündən qüvvəyə minir. Müqavilə 2022-2023-cü tədris ili üçün bağlanılır və tədris ilinin sonunda qüvvədən düşür.
8. MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ
8.1. Tərəflər Müqavilə üzrə yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
Bakı Fransız Liseyi – Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Xəzər küçəsi 5 Kollec sinif şagirdləri üçün Müqavilə
8.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
9. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
9.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə
yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
9.2. Tərəflərdən hər hansı birinin rekvizitlərində dəyişiklik olarsa, digər Tərəfi dərhal məlumatlandırmalıdır.
10. MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
10.1.Tərəflər qarşılıqlı razılıq əsasında Müqaviləyə əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər Tərəflər imzaladıqdan sonra Müqavilənin ayrılmaz hissəsi hesab olunurlar.
11. DİGƏR ŞƏRTLƏR
11.1.Bu Müqavilə azərbaycan və fransız dillərində eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib olunmuşdur və Tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
12. TƏRƏFLƏRİN BANK REKVİZİTLƏRİ VƏ İMZALARI
BFL:
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 0-xx Xxxxx xxxxxx 0 XXX xxxxxx: XX00XXXX00000000000000000000
VÖEN: 1701555121
«RabitəBank» ASC Kodu: 506399
VÖEN: 9900001061
M/hesab: XX00XXXX00000000000000000000 S.W.İ.F.T. BİK: RBTAAZ22
BFL-in Meneceri
Mirsahib Xxxxx oğlu Xxxxxxx
Valideyn:
Ünvan:
Tel. 012-
Mob. 050- Pasport :
Bakı Fransız Liseyi – Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Xəzər küçəsi 5 Kollec sinif şagirdləri üçün Müqavilə