Memorandum
Memorandum
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 aprel 2022-ci il)
⮚ Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (23 aprel 2018-ci il)
⮚ “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (2 oktyabr 2017-ci il)
⮚ “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (19 iyul 2017-ci il)
⮚ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (4 oktyabr 2016-cı il)
⮚ Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (4 oktyabr 2016-cı il)
⮚ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (4 oktyabr 2016-cı il)
⮚ Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (20 may 2016-cı il)
⮚ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb xxxx sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (20 may 2016-cı il)
⮚ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (20 may 2016-cı il)
⮚ “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (30 dekabr 2014-cü il)
⮚ Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (15 dekabr 2014-cü il)
⮚ Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (15 dekabr 2014-cü il)
⮚ Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (15 dekabr 2014-cü il)
⮚ Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (15 dekabr 2014-cü il)
⮚ “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (3 iyun 2014-cü il)
⮚ “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (3 iyun 2014-cü il)
⮚ “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (3 iyun 2014-cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (11 dekabr 2012-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun
təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (11 dekabr 2012-ci il)
⮚ 2010-cu il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (27 dekabr 2010-cu il)
⮚ 2009-cu il aprelin 22-də Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilati arasında əməkdaşlığa dair anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (24 iyun 2009-cu il)
⮚ «Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı (27 aprel 2009-cu il)
⮚ Azərbaycan Respublikası və İran İslam Respublikası arasında 2009-cu il xxxxxx 10-da Tehran şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 aprel 2009-cu il)
⮚ 2009-cu il fevralın 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə Memorandum"un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 aprel 2009-cu il)
⮚ "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası) - Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşa edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (19 oktyabr 2007-ci il)
⮚ "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında" Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (19 oktyabr 2007-ci il)
⮚ "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında əvəzsiz yardım (qrant) haqqında" Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (5 aprel 2005-ci il)
⮚ 2005-ci il yanvarın 9-da Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 6-cı iclasının nəticələri barədə Memorandum”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23 mart 2005-ci il)
⮚ Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2005-ci il yanvarın 26-da Tehran şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23 mart 2005-ci il)
⮚ Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2004-cü il avqustun 5-də Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (19 yanvar 2005-ci il)
⮚ 2004-cü il iyunun 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İran İslam Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (3 sentyabr 2004-cü il)
⮚ 2003-cü il aprelin 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında əvəzsiz yardım (qrant) haqqında Memorandum"un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (27 sentyabr 2003-cü il)
⮚ "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Memorandum"un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (27 sentyabr 2003-cü il)
⮚ 2002-ci il oktyabrın 30-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memorandum"un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (21 fevral 2003-cü il)
⮚ "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (21 fevral 2003-cü il)
⮚ "Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Beynəlxalq Nəzarət Üzrə Proqramı (BMTNBNP) arasında narkotiklərə nəzarət və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət sahəsində əməkdaşlıq üzrə Qarşılıqlı Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (22 iyun 2002-ci il)
⮚ Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri, narkotik vasitələr, psixotrop və digər maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində Əməkdaşlıq Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 iyun 2002-ci il)
⮚ Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (14 iyun 1994-cü il)
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında 2018-ci il xxxxxx 28-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2018-ci il
№24
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi,
Xəzər dənizində Azərbaycan Respublikasının və İran İslam Respublikasının sektorlarının delimitasiyasının tezliklə razılaşdırılmasının iki qonşu və dost ölkənin milli maraqlarına xidmət etdiyini bir daha təsdiq edərək və Xəzər dənizində öz suveren hüquqlarının həyata keçirilməsinə əsaslanaraq,
Xəzər dənizinin dibinin və təkinin mineral ehtiyatlarının qarşılıqlı fayda əsasında işlənməsi sahəsində əməkdaşlığı dəstəkləyərək,
Tərəflərin neft və qaz sahəsində ikitərəfli qaydada, dostluq və mehriban qonşuluq mühitində əməkdaşlığı inkişaf etdirmək niyyətindən çıxış edərək, karbohidrogen ehtiyatlarının qarşılıqlı razılaşdırılmış və iqtisadi cəhətdən əlverişli şərtlərlə hasilatı və inkişafı üçün layihələrin həyata keçirilməsində hər iki dövlətin neft şirkətlərinin müvafiq təcrübəyə malik olması faktını nəzərə alaraq və bu məqsədlə uzunmüddətli əsasda xarici investisiyaların cəlb olunması və onlardan istifadə edilməsi niyyətini bildirərək,
beynəlxalq hüququn xxxxx və prinsiplərini rəhbər tutaraq və Tərəflərin maraqları nəzərə alınmaqla, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Xəzər dənizinin dibinin və təkinin karbohidrogen ehtiyatlarının istismarı məqsədilə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında gələcəkdə delimitasiya ediləcək müvafiq sektorlarında yerləşən Blok 1 və Blok 2-ni 50/50 prinsipi əsasında öz milli neft şirkətləri xxxx SOCAR və NIOC vasitəsilə birgə istismar edirlər.
Qeyd olunan blokların koordinatları bu Anlaşma Memorandumuna əlavə olunan coğrafi xəritədə göstərilir. Bu maddənin müddəası bundan sonra heç bir halda Xəzər dənizində Azərbaycan Respublikası və İran İslam
Respublikasının gələcəkdə delimitasiya olunacaq sektorlarına münasibətdə birgə sahiblik və Xəzər dənizində digər neft və qaz yataqlarının birgə işlənməsi üçün əsas kimi təfsir edilə bilməz və hər bir Tərəfin gələcəkdə delimitasiya olunacaq sektorlarına münasibətdə suveren hüquqlarına toxunmur.
Maddə 2
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Xəzər dənizinin dəniz sərhədlərinin, dibinin və təkinin delimitasiyasını gözləyərkən, Tərəflər Xəzər dənizində yuxanda göstərilən iki (2) blokun birgə tədqiqi, kəşfi və işlənməsi məqsədilə bu Anlaşma Memorandumunun bağlanması üçün öz istəklərini ifadə etdilər.
Bu Anlaşma Memorandumu Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Xəzər dənizinin dibinin delimitasiyası üzrə hər hansı razılaşmanı əvvəlcədən müəyyən etmir və delimitasiya xəttinin koordinatlarının müəyyən edilməsinə təsir etmir.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Xəzər dənizinin delimitasiya xətlərinin müəyyən olunması bu Anlaşma Memorandumunun həyata keçirilməsinə təsir etmir.
Maddə 3
Bu Anlaşma Memorandumu Tərəflərin dövlətlərinin tərəf olduqları hər hansı beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirmir.
Maddə 4
Bu Anlaşma Memorandumunun 1-ci maddəsində göstərilən blokların birgə işlənməsi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılmış və fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) və İran İslam Respublikasının qanunlarına uyğun olaraq yaradılmış və fəaliyyət göstərən İran Milli Neft Şirkətinə (NIOC) həvalə edilir.
Maddə 5
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna yazılı şəkildə tərtib olunan və bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsini təşkil edən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 6
Bu Anlaşma Memorandumunun müddəalarının təfsiri və tətbiqindən irəli gələn hər hansı mübahisə Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Maddə 7
Bu Anlaşma Memorandumunun 1-ci maddəsində göstərilən blokların birgə işlənməsi hüququ bu Anlaşma Memorandumunun qüvvədə olduğu müddət ərzində etibarlıdır.
Maddə 8
Bu Anlaşma Memorandumu imzalandığı tarixdən 30 gün keçməməklə, onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların tamamlanmasının təsdiqinə dair sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu Tərəflərdən birinin digər Tərəfi ən azı üç ay əvvəlcədən diplomatik kanallar vasitəsilə yazılı şəkildə bu Anlaşma Memorandumunun ləğv edilməsinə dair niyyətini bildirənə qədər qüvvədə qalır.
Bakı şəhərində 2018-ci il 28 mart tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Bu Anlaşma Memorandumunun təfsiri və tətbiqi ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətn əsas götürülür.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
Energetika Nazirliyi | Neft Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
Əlavə
Blokların istismarı və işlənməsi (Blok 1 və Blok 2)
“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” 2017-ci il xxxxxx 5-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2017-ci il
№ 771-VQ
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında
Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübariziə sahəsində əməkdaşlığa dair
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi qarşılıqlı maraqlar və əməkdaşlıq ruhunda və dövlətlərinin qanunvericiliklərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (bundan sonra - “çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi”) qarşı mübarizə sahəsində əməkdaşlıq etmək niyyəti ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
1. Məlumat mübadiləsi
1.1. Tərəflər qarşılıqlı yardım prinsipinə riayət olunmaqla, barəsində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli olmasına dair şübhələrin mövcud olduğu pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara, habelə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar cinayət əməllərinə dair sərəncamlarında xxxx məlumatların toplanılması, emalı və təhlilində əməkdaşlıq edəcəklər.
1.2. Bu məqsədlə, Tərəflər bu Anlaşma Memorandumunun 1.1-ci bəndində qeyd olunan məqsədlə bağlı müvafiq sorğular verəcək, habelə sorğu və ya öz təşəbbüsü əsasında qeyd edilən məlumatları təqdim edəcəklər.
2. Sorğunun əsaslandırılması
2.1. Milli qanunvericiliyə uyğun olaraq, sorğu edən Tərəf sorğu edilən Tərəfə bir qayda olaraq sorğunun səbəbini, məlumatın hansı məqsədlər üçün istifadə olunacağını və sorğu edilən Tərəfə sorğunun onun milli qanunvericiliyi ilə ziddiyyət təşkil etmədiyini müəyyən etməyə imkan verən zəruri məlumatları bildirməlidir. Məlumatın verilməsinə dair sorğu onun verilməsinə əsas olmuş faktları əsaslandıran qısa bildirişlə rəsmiləşdirilir.
2.2. Tərəfin təqdim etdiyi hər hansı bir spesifik məlumat sorğusu onun milli qanunvericiliyinə əsaslanır və xxx xxxxx olaraq hazırlanır.
3. Məlumatların istifadəsi və açıqlanması
3.1. Bu Anlaşma Memorandumunun 3.2-ci bəndinə uyğun olaraq sorğu edilən Tərəfdən əldə edilmiş məlumat sorğu edilən Tərəfin qabaqcadan alınmış razılığı olmadan hər hansı üçüncü tərəfə açıqlanmamalı, inzibati, cinayət təqibi və ya ədalət mühakiməsi məqsədləri üçün istifadə edilməməlidir. Bu (məlumatın açıqlanmasına dair) razılıq yalnız çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi və ya onlarla bağlı cinayətlər üzrə istintaq aparmaq səlahiyyətinə xxxxx xxxx orqanlara verilə bilər. Bu Anlaşma Memorandumuna əsasən əldə edilmiş məlumatlar yalnız çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi hallarının aşkarlanması ilə əlaqədar olaraq istifadə oluna bilər. Sorğu edən Tərəf sorğu edilən Tərəfdən aldığı məlumatı inzibati, cinayət təqibi və ya ədalət mühakiməsi proseslərində sübut kimi istifadə edə bilməz və bu məlumat yalnız təhlil məqsədi ilə istifadə üçün nəzərdə tutulur.
3.2. Əgər sorğu edən Tərəf sorğu edilən Tərəfdən əldə edilmiş məlumatın açıqlanması tələb olunan hüquqi prosedurlara cəlb edilərsə, belə bir prosedurlara cəlb olunmuş sorğu edən Tərəf bu barədə dərhal digər Tərəfi məlumatlandırmalı və məlumatın açıqlanması üçün onun razılığını almalıdır. Əgər razılıq bildirilməmişdirsə, məlumatın hər hansı üçüncü tərəfə ötürülməməsini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir.
3.3. Əgər konfidensiallıq prinsipi pozulmuşdursa, zərər dəymiş Tərəfin Eqmont Qrupunun mübahisələrin həlli standartlarında göstərilən prosedurlara müraciət etmək hüququ vardır.
4. Konfidensiallıq
4.1. Bu Anlaşma Memorandumunun tətbiqində əldə edilmiş məlumatlar konfidensialdır.
4.2. Bu Anlaşma Memorandumuna əsasən əldə edilmiş məlumatlar xidməti istifadə üçün nəzərdə tutulur və onlara bir qayda olaraq sorğu edən Tərəfin dövlətinin qanunvericiliyi ilə yerli mənbələrdən əldə olunmuş eyni xarakterli məlumatlara tətbiq olunan konfidensiallıq prinsipi şamil olunur və eyni dərəcədə qorunur.
5. Rəsmi dil
5.1. Tərəflər arasında əlaqələr ingilis dilində həyata keçirilir.
5.2. Məlumatların mübadiləsi Tərəflər tərəfindən razılaşdırılmış müvafiq təhlükəsiz kanal vasitəsilə həyata keçiriləcəkdir.
6. Məlumatın verilməsindən imtina edilməsi
6.1. Tərəflər aşağıdakı hallarda yardım göstərilməməsinə görə məsuliyyət daşımırlar:
6.1.1. belə məlumatın təqdim edilməsinin sorğu edilən Tərəfin dövlətinin suverenliyinə, təhlükəsizliyinə, milli və ya digər mühüm maraqlarına ziyan vuracağı xxxxx edildiyində;
6.1.2. sorğu, sorğu edilən Tərəfin qanunvericiliyinin əsas prinsiplərinə zidd olduqda;
6.1.3. sorğu edilən Tərəf sorğu edilən məlumatların və ya sənədlərin təqdim edilməsinin onun dövlətində həyata keçirilən cinayət istintaqına və ya məhkəmə prosesinə mənfi təsir göstərəcəyini hesab etdikdə;
6.1.4. sorğunun şəxs barəsində onun irqi və milli mənsubiyyətinə, dininə, dilinə, vətəndaşlığına, siyasi fikirlərinə və cinsinə görə cinayət təqibini həyata keçirmək məqsədilə təqdim olunduğunu xxxxx etməyə kifayət qədər əsaslar olduqda;
6.2. sorğu edilən Tərəf sorğunun icra edilə bilməyəcəyi qənaətində olduğu təqdirdə, sorğu edən Tərəfə bu barədə yazılı qaydada məlumat verilir.
7. Gələcək əməkdaşlıq
7.1. Tərəflər çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması və aşkar edilməsi sahəsində digər əməkdaşlıq imkanlarını müzakirə edəcək və bu Anlaşma Memorandumunun həyata keçirilməsi məqsədilə məsləhətləşmələr aparacaqlar.
7.2. Tərəflər bu sahədə mütəxəssislərin hazırlanmasının birgə format və metodlarının tətbiqində əməkdaşlıq edəcək, ikitərəfli səfərlər, birgə seminar və stajorluq tədbirləri və s. təşkil edəcəklər.
8. Əlavə və dəyişikliklər
Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı ilə istənilən vaxt həmin Anlaşma Memorandumunun tərkib hissəsi olan ayrıca protokol formatında rəsmiləşdirilən və Anlaşma Memorandumunun 10-cu bəndində göstərilən qaydada qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər.
9. Mübahisələrin həlli
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi zamanı yarana bilən hər hansı fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr vasitəsilə aradan qaldırılacaqdır.
10. Qüvvəyəminmə və qüvvədə olduğu müddət
Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün tələb olunan daxili prosedurların tamamlanması ilə bağlı son yazılı bildirişi diplomatik kanallar vasitəsilə aldığı tarixdən qüvvəyə minir.
11. Ləğvedilmə
11.1. Bu Anlaşma Memorandumu bir Tərəfin digər Tərəfdən diplomatik kanallar vasitəsilə həmin Anlaşma Memorandumunun ləğv edilməsi niyyəti barədə yazılı bildirişi aldığı tarixdən üç (3) ay sonra ləğv edilə bilər.
11.2. Bu Anlaşma Memorandumunun ləğv edilməsindən əvvəl əldə edilmiş məlumatların konfidensiallığına dair Anlaşma Memorandumunun müddəaları bu Anlaşma Memorandumu ləğv olunduqdan sonra öz qüvvəsini saxlayacaqdır.
Bu Anlaşma Memorandumu Tehran şəhərində 5 mart 2017-ci il tarixində, Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
Maliyyə Bazarlarına Nəzarət | İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında |
Palatası adından | Maliyyə Monitorinqi İdarəsi adından |
Rüfət ASLANLI | Meysarn Xxxxxx XXXXXXXXXX |
Direktorlar Şurasının sədri | İcraçı direktor |
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair 2017-ci il xxxxxx 5-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul 2017-ci il
№ 1538
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair
ANLAŞMA MEMORANDUMU
Bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” iki ölkə arasında əməkdaşlıq və dostluq əlaqələrinin təşviqi və inkişafı və dəmir yolu əlaqələrinin gücləndirilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Əməkdaşlığın məqsədləri
Azərbaycan Respublikası və İran İslam Respublikası öz qonşuları üçün strateji baxımdan əhəmiyyətli ərazidə yerləşirlər: iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində: Şərqdən Qərbə və Şimaldan Cənuba ölkələrin unikal mövqeyi onların körpü olmasına imkan yaradır.
Tərəflər İran İslam Respublikasının tranzit marşrutlarının Azərbaycan Respublikası ərazisindən keçməklə Qara dəniz, Rusiya Federasiyası və Avropaya birləşdirilməsində və hər iki ölkənin tranzit imkanlarının artırılmasında maraqlıdırlar.
Tərəflər yüklərin daşınmasını artırmaq məqsədilə Astara (Azərbaycan) - Astara (İran) dəmir yollarının, dəmir yolu stansiyaları və binalarının, Astara Yükboşaltma Terminallarının tikintisi kimi bütün vacib tədbirləri görməkdə maraqlıdırlar.
Tərəflər Horadiz (Azərbaycan) və Aslandüz zonası (İran) arasında dəmir yolu əlaqəsinin təmin edilməsi imkanlarının araşdırılmasında maraqlıdırlar.
Maddə 2
Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu əlaqəsində əməkdaşlıq
Çayın üzərində Astara dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhədinə qədər 8.3 km dəmir yolu xətti tamamlanmışdır. Gələcək üçün Tərəflər iki ölkə arasında dəmir yolu xəttinin başa çatdırılması üçün bütün səyləri göstərəcəklər.
Tərəflər Azərbaycan Respublikasının sərhədindən Astara (İran) terminalına qədər dəmir yolu marşrutunun, binaların, eləcə də terminaldaxili doldurub-boşaltma qurğularının tikintisi ilə bağlı əməkdaşlığı davam etdirəcəklər.
Maddə 3
Horadiz (Azərbaycan) - Aslandüz zonası (İran) dəmir yolu əlaqəsində əməkdaşlıq
Tərəflər Horadiz (Azərbaycan) - Aslandüz zonası arasında dəmir yolu əlaqəsinin təmin edilməsi üçün tikintiyə başlanılması imkanlarını araşdıracaq və bu əməkdaşlıq üçün lazımi tədbirlərin görülməsi istiqamətində məsləhətləşmələri davam etdirəcəklər.
Maddə 4
Birgə fəaliyyətin dəstəklənməsi və təşviq edilməsi
’’Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Şimal-Cənub dəhlizinin gücünü artırmağa yönəlmiş fəaliyyətini təmin etmək üçün “İran İslam Respublikasının Dəmir Yolları” zəruri hüquqi dəstəyi təmin edəcəkdir.
Maddə 5 b
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı mümkün qədər diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.
Maddə 6
Yekun müddəalar
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Tehran şəhərində 5 mart 2017-ci ildə, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı | “İran İslam Respublikasının |
Səhmdar Cəmiyyətinin sədri | Dəmir Yolları”nın Prezidenti |
Caxxx XXXXXXXX | Xxxxx XXXXXXXXXXXXX |
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2016-cı il
№ 1060
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya,
uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu,
keyfiyyətin yüksəldilməsində, istehsalatın səmərəli olmasında və ticarət mübadiləsində standartlaşdırmanın, metrologiyanın, uyğunluğun qiymətləndirilməsinin və akkreditasiyanın vacibliyini və töhfəsini nəzərə alaraq,
bərabərlik və qarşılıqlı fayda əsasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində əməkdaşlıq edərək qarşılıqlı maraqları təşviq etməyi arzulayaraq,
bu əməkdaşlığın Tərəflərin dövlətləri arasında iqtisadi əməkdaşlığı təşviq edəcəyini etiraf edərək, qarşılıqlı iqtisadi maraqlan nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər milli qanunvericiliyinə və dövlətlərinin tərəfdar çıxdığı beynəlxalq sazişlərə müvafiq olaraq, bu Anlaşma Memorandumu çərçivəsində standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində əməkdaşlıq edirlər.
Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edirlər:
- standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində xxxx və texniki əməkdaşlığı təmin etmək;
- digər Tərəfin təşkil etdiyi konfranslarda, simpoziumlarda, seminarlarda, sərgilərdə və digər aidiyyəti tədbirlərdə iştirak;
- hər iki Tərəfin uyğunluğun qiymətləndirilməsinin tanınmasında əməkdaşlıq;
- standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində bilikləri artırmaq üçün birgə təlim proqramlarının təşkili və qarşılıqlı razılaşdırılmış hər hansı digər əməkdaşlıq forması;
- standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində normativ sənədlərin, məlumatların və dövri nəşrlərin, milli standartların kataloqlarının, normaların və reqlamentlərin, sertifikatlaşdırma, sınaq laboratoriyalarının akkreditasiyası, sertifikatlaşdırma orqanları barədə ümumi məlumatın və nəşrlərin, məcburi sertifikatlaşdırılan məhsulların siyahısının, təlim proqramları və mütəxəssislərin ixtisaslarının artırılması ilə bağlı məlumatların və materialların mübadiləsi;
- sınaq nəticələrinin qarşılıqlı tanınması, ölçmə avadanlıqlarının tipinin təsdiqi, yoxlanılması, metroloji qiymətləndirilməsi və kalibrlənməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi;
- regional və beynəlxalq təşkilatların texniki komitələrinin işində əməkdaşlıq edilməsi və dəstək göstərilməsi, Tərəflərin milli maraqlarının qorunması məqsədilə standartların inkişaf etdirilməsi üçün verilən təkliflərin dəstəklənməsi;
- CODEX, İƏT və ya SMİİC-də milli maraqlarla bağlı Halal Standartlaşdırma sahəsində əməkdaşlıq və bir- birlərinin dəstəklənməsi;
- razılaşdırılmış standartların olmadığı təqdirdə, beynəlxalq standartlaşdırma və metrologiya orqanları tərəfindən tövsiyə olunmuş, öz ölkələrində tətbiq olunan standartların tətbiqi.
Tərəflər öz mövqelərini möhkəmləndirmək və standartlaşdırma sahəsində hər iki Tərəfin beynəlxalq fəaliyyətlərdə rolunu artırmaq üçün ISO, IEC və s. kimi beynəlxalq standartlaşdırma təşkilatları çərçivəsində sıx əlaqədə işləyirlər.
Maddə 2
Bu Anlaşma Memorandumuna uyğun olaraq, Tərəflərin səlahiyyətli qurumları arasında həyata keçirilən yazışma ingilis dilində aparılır.
Maddə 3
Bu Anlaşma Memorandumunun təfsiri və ya həyata keçirilməsi ilə bağlı yarana bilən istənilən fikir ayrılığı Tərəflər arasında danışıq və məsləhət yolu ilə diplomatik kanallar vasitəsilə həll edilir.
Maddə 4
Bu Anlaşma Memorandumu Tərəflərin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur.
Maddə 5
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi xxxx və bu Anlaşma Memorandumunun 6-cı maddəsində nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 6
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə göndərdiyi yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı altı (6) ay öncədən bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə, bundan sonra avtomatik olaraq növbəti beşillik müddətlərə qüvvədə qalır.
Bu Anlaşma Memorandumu qüvvəyə mindiyi tarixdən 20 may 2002-ci il tarixli “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əməkdaşlığa dair Memorandum” ləğv olunur.
Bakı şəhərində 7 avqust 2016-cı il tarixində, müvafiq olaraq 17 mordad 1395-ci il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının | İranın |
Standartlaşdırma, Metrologiya və | Standartlar və Sənaye |
Patent üzrə Dövlət Komitəsi adından | Tədqiqatları İnstitutu adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2016-cı il
№ 1061
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
hər iki Tərəfin iqtisadiyyatının və cəmiyyətinin getdikcə daha xxx informasiya sistemlərinə və şəbəkələrinə əsaslanmasını, informasiya sistemləri və şəbəkələrinin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda qarşılıqlı əlaqəli və bir-birlərindən qarşılıqlı asılı olmasını, informasiya sistemləri və şəbəkələrinin zərərli kompüter proqramları və botnet operatorları tərəfindən getdikcə xxxxx kiberhücumların hədəflərinə çevrilməsini, zərərli kompüter proqramları və botnet operatorlarının artaraq kibercinayət iqtisadiyyatının bir hissəsinə çevrilməsini, hökumət tərəfindən elektron mühafizə imkanlarının axtarılmasını, informasiya sistemləri və şəbəkələrinin, xüsusilə də əsas informasiya infrastrukturunun mühafizəsinin milli təhlükəsizlik üçün vacib amil olmasını, elektron hücumların yaratdığı təhlükələr və informasiya sistemləri və şəbəkələrinin bu cür təhlükələrə qarşı zəifliyinin əhəmiyyətli təhlükəsizlik məsələsinə çevrilməsini, elektron hücumların arxasında dayanan əsl qüvvələrin müəyyənləşdirilməsinin elektron hücumlara qarşı effektiv cavab verilməsində əsas problem olaraq qalmasını nəzərə alaraq,
kibertəhlükəsizliyin inkişafını və tətbiqini daha da möhkəmləndirmək məqsədilə və bu sahədə mübadilə və əməkdaşlığı təkmilləşdirmək və genişləndirmək niyyəti ilə, bərabər şərtlərə və ənənəvi olaraq mövcud olan yaxın əlaqələrə əsaslanan kibertəhlükəsizlik sahəsində sıx əməkdaşlığın yaradılmasına xxxx ümumi marağı xüsusi qeyd edərək,
aşağıdakılar barədə anlaşdılar:
Maddə 1
Qarşılıqlı faydaya əsaslanmaqla, milli qanunvericiliklərinə, beynəlxalq hüququn müvafiq prinsip və normalarına və bu Anlaşma Memorandumuna uyğun olaraq, Tərəflər səlahiyyətləri çərçivəsində əməkdaşlıq edir, ölkədaxili və transsərhəd əsas informasiya infrastrukturlarının mühafizə səviyyəsini təkmilləşdirir və əsas informasiya infrastrukturlarının mühafizəsi üçün təhlükəsizlik məsələlərini gücləndirirlər.
Maddə 2
Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:
1. milli qayda və prosedurların inkişaf etdirilməsi məqsədilə şəbəkə və informasiya təhlükəsizliyinə dair xxxxx və təcrübəni bölüşmək;
2. transsərhəd və müştərək infrastrukturlara tətbiq baxımından risklərin idarə edilməsi üzrə xxxxx və təcrübələri bölüşmək;
3. baş verə biləcək kiberhadisələrə nəzarət, xəbərdarlıq və onların aradan qaldırılması, əməliyyat səviyyəsində dolğun informasiya mübadiləsinə və koordinasiyasına şərait yaratmaq, habelə sərhəd boyunca yaranan insidentlər zamanı vəziyyətin daha yaxşı idarə edilməsi üçün beynəlxalq və ya regional şəbəkələrin işində iştirak etmək;
4. əsas informasiya infrastrukturlarının mühafizəsi məqsədilə dövlət və özəl sektorlar səviyyəsində tədqiqat və inkişaf məsələləri üzrə əməkdaşlığı və informasiya mübadiləsini dəstəkləmək;
5. Tərəflərdən birinin aşkarladığı və potensial olaraq digər Tərəfə təsir edə biləcək kiberinsident və ya təhdid barədə dərhal məlumat mübadiləsi etmək;
6. digər Tərəfin əsas informasiya infrastrukturuna qarşı kiberhücumlar barədə dərhal informasiya mübadiləsi aparmaq;
7. müntəzəm qaydada və fövqəladə hallarda əlaqə üçün əlaqələndirici şəxslər təyin etmək, bu əlaqələndirici şəxslər barədə məlumatları (e-poçt ünvanları, telefon və faks nömrələri) mübadilə etmək, habelə mütəmadi olaraq bu əlaqə vasitələrini dəqiqləşdirmək;
7. həyata keçirilən bütün razılaşdırılmış tədbirlər üzrə öz xərclərini ödəmək və razılaşdırılan bütün tədbirlərin həyata keçirilməsi üçün tələb edilən və vacib hesab olunan resursları təmin etmək.
Maddə 3
Tərəflər yazılı şəkildə qarşılıqlı olaraq başqa cür razılaşmadıqları təqdirdə, Tərəflərdən heç biri bu Anlaşma Memorandumu ilə əlaqədar və ya onun nəticəsində yaranan hər hansı bir məsrəflərə, rüsum və ya digər növ xərclərə görə digər Tərəf qarşısında öhdəlik daşımır.
Maddə 4
Tərəflərdən hər biri digər Tərəfdən aldığı məlumatın konfidensiallığını təmin edir.
Bu Anlaşma Memorandumu çərçivəsində alınmış məlumat belə məlumatı göndərən Tərəfin yazılı icazəsi olmadan üçüncü tərəfə ötürülmür.
Maddə 5
Bu Anlaşma Memorandumu Tərəflər üçün heç bir hüquqi öhdəlik yaratmır və digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 6
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar:
- Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi;
- İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən - İranın Kompüterlərlə əlaqədar Fövqəladə hallarda Qəza Qrupunun Koordinasiya Mərkəzi (“XXXXX” mərkəzi).
Maddə 7
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 8
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna hər hansı əlavə və dəyişiklik edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 9-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 9
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə göndərdiyi yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə ən azı altı ay öncədən digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə, bundan sonra avtomatik olaraq növbəti beşillik müddətə qüvvədə qalır.
Hər bir Tərəf istənilən zaman diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş təqdim etməklə bu Anlaşma Memorandumunu ləğv edə bilər. Bu Anlaşma Mexxxxxxxxx xelə bildirişin tarixindən doxsan gün sonra qüvvədən düşür.
Bakı şəhərində 7 avqust 2016-cı il tarixində, müvafiq olaraq 17 mordad 1395-ci il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətndən istifadə edilir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
Rabitə və Yüksək Texnologiyalar | Rabitə və İnformasiya Texnologiyaları |
Nazirliyi adından | Nazirliyi adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2016-cı il
№ 1060
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya,
uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu,
keyfiyyətin yüksəldilməsində, istehsalatın səmərəli olmasında və ticarət mübadiləsində standartlaşdırmanın, metrologiyanın, uyğunluğun qiymətləndirilməsinin və akkreditasiyanın vacibliyini və töhfəsini nəzərə alaraq,
bərabərlik və qarşılıqlı fayda əsasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində əməkdaşlıq edərək qarşılıqlı maraqları təşviq etməyi arzulayaraq,
bu əməkdaşlığın Tərəflərin dövlətləri arasında iqtisadi əməkdaşlığı təşviq edəcəyini etiraf edərək, qarşılıqlı iqtisadi maraqlan nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər milli qanunvericiliyinə və dövlətlərinin tərəfdar çıxdığı beynəlxalq sazişlərə müvafiq olaraq, bu Anlaşma Memorandumu çərçivəsində standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində əməkdaşlıq edirlər.
Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edirlər:
- standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində xxxx və texniki əməkdaşlığı təmin etmək;
- digər Tərəfin təşkil etdiyi konfranslarda, simpoziumlarda, seminarlarda, sərgilərdə və digər aidiyyəti tədbirlərdə iştirak;
- hər iki Tərəfin uyğunluğun qiymətləndirilməsinin tanınmasında əməkdaşlıq;
- standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində bilikləri artırmaq üçün birgə təlim proqramlarının təşkili və qarşılıqlı razılaşdırılmış hər hansı digər əməkdaşlıq forması;
- standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində normativ sənədlərin, məlumatların və dövri nəşrlərin, milli standartların kataloqlarının, normaların və reqlamentlərin, sertifikatlaşdırma, sınaq laboratoriyalarının akkreditasiyası, sertifikatlaşdırma orqanları barədə ümumi məlumatın və nəşrlərin, məcburi sertifikatlaşdırılan məhsulların siyahısının, təlim proqramları və mütəxəssislərin ixtisaslarının artırılması ilə bağlı məlumatların və materialların mübadiləsi;
- sınaq nəticələrinin qarşılıqlı tanınması, ölçmə avadanlıqlarının tipinin təsdiqi, yoxlanılması, metroloji qiymətləndirilməsi və kalibrlənməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi;
- regional və beynəlxalq təşkilatların texniki komitələrinin işində əməkdaşlıq edilməsi və dəstək göstərilməsi, Tərəflərin milli maraqlarının qorunması məqsədilə standartların inkişaf etdirilməsi üçün verilən təkliflərin dəstəklənməsi;
- CODEX, İƏT və ya SMİİC-də milli maraqlarla bağlı Halal Standartlaşdırma sahəsində əməkdaşlıq və bir- birlərinin dəstəklənməsi;
- razılaşdırılmış standartların olmadığı təqdirdə, beynəlxalq standartlaşdırma və metrologiya orqanları tərəfindən tövsiyə olunmuş, öz ölkələrində tətbiq olunan standartların tətbiqi.
Tərəflər öz mövqelərini möhkəmləndirmək və standartlaşdırma sahəsində hər iki Tərəfin beynəlxalq fəaliyyətlərdə rolunu artırmaq üçün ISO, IEC və s. kimi beynəlxalq standartlaşdırma təşkilatları çərçivəsində sıx əlaqədə işləyirlər.
Maddə 2
Bu Anlaşma Memorandumuna uyğun olaraq, Tərəflərin səlahiyyətli qurumları arasında həyata keçirilən yazışma ingilis dilində aparılır.
Maddə 3
Bu Anlaşma Memorandumunun təfsiri və ya həyata keçirilməsi ilə bağlı yarana bilən istənilən fikir ayrılığı Tərəflər arasında danışıq və məsləhət yolu ilə diplomatik kanallar vasitəsilə həll edilir.
Maddə 4
Bu Anlaşma Memorandumu Tərəflərin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur.
Maddə 5
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi xxxx və bu Anlaşma Memorandumunun 6-cı maddəsində nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 6
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə göndərdiyi yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı altı (6) ay öncədən bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə, bundan sonra avtomatik olaraq növbəti beşillik müddətlərə qüvvədə qalır.
Bu Anlaşma Memorandumu qüvvəyə mindiyi tarixdən 20 may 2002-ci il tarixli “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əməkdaşlığa dair Memorandum” ləğv olunur.
Bakı şəhərində 7 avqust 2016-cı il tarixində, müvafiq olaraq 17 mordad 1395-ci il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının | İranın |
Standartlaşdırma, Metrologiya və | Standartlar və Sənaye |
Patent üzrə Dövlət Komitəsi adından | Tədqiqatları İnstitutu adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il
№ 914
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə
Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi (bundan sonra “Tərəflər” adlandırılacaq),
ailə, qadın və uşaq məsələləri üzrə sıx əməkdaşlıq əlaqələri yaratmaq niyyəti ilə, aşağıdakılar barədə razılaşdılar:
Maddə 1
Məqsəd
Tərəflər öz milli qanunvericiliklərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində ailə, qadın və uşaq məsələləri sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcəklər.
Maddə 2
Əməkdaşlıq İstiqamətləri
Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:
- ailə, qadın və uşaq məsələləri sahəsində görülən işlər, nailiyyətlər, tətbiq edilən yeniliklər və mövcud xxxx çətinliklər barədə məlumat və təcrübə mübadiləsinin aparılması;
- qeyd edilən sahələr üzrə birgə nəşrlərin hazırlanması;
- institusional inkişaf və peşəkar kadrların hazırlanması sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə təlim kurslarının və mütəxəssislərin mübadiləsinin təşkili;
Maddə 3
Əməkdaşlıq formaları
Tərəflər dövlət və qeyri-hökumət təşkilatları vasitəsilə qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə təlim kursları təşkil edəcək (mümkün olarsa) və təcrübə mübadiləsi məqsədilə iki ölkənin ailə, qadın və uşaq məsələləri sahəsində mütəxəssislərindən ibarət Birgə İşçi Qrup təsis edəcəklər. Birgə İşçi Qrup mütəmadi olaraq
Tərəfləri bu Anlaşma Memorandumunda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, illik fəaliyyət planları ilə bağlı məlumatlandıracaq.
Maddə 4
Fikir ayrılıqlarının həlli
Hazırkı Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yaranan istənilən fikir ayrılığı qarşılıqlı danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 5
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Anlaşama Memorandumuna istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 6-cı maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 6
Qüvvəyəminmə, müddət və ləğvetmə
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan Tərəfinin diplomatik kanallar vasitəsilə yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu üç il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı altı ay öncədən onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı şəkildə məlumat verməzsə, avtomatik olaraq növbəti üçillik müddətə uzadılır.
Tehran şəhərində 23 fevral 2016-cı il tarixində, müvafiq olaraq, 4/12/1394-cü il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətn əsas götürülür.
Azərbaycan Respublikasının Ailə, | İran İslam Respublikasının Qadın və |
Qadın və Uşaq Problemləri üzrə | Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi |
Dövlət Komitəsi adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb xxxx sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb xxxx sahəsində əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il
№ 913
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb xxxx sahəsində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi, səhiyyə və tibb xxxx sahəsində ikitərəfli əlaqələri təşviq etməyi arzu edərək, bu əməkdaşlığın öz ölkələrinin əhalisinin sağlamlığının inkişafına töhfə verəcəyini dərk edərək,
aşağıdakılar barədə razılığa gəlirlər:
Maddə 1
Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq səhiyyə və tibb xxxx sahəsində əməkdaşlığı inkişaf etdirirlər.
Maddə 2
Tərəflər aşağıdakı sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq edirlər:
- ictimai səhiyyənin möhkəmləndirilməsi;
- infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası;
- Səhiyyədə informasiya Sistemi;
- Beynəlxalq Səhiyyə Qaydaları (İHR-2005) əsasında infeksion xəstəliklər haqqında məlumat mübadiləsi;
- qarşılıqlı maraq doğuran digər sahələr.
Maddə 3
Tərəflər tibbi heyətin və mütəxəssislərin tanışlıq səfərləri vasitəsilə məlumat və təcrübə mübadiləsini təşviq etməklə əməkdaşlıq edirlər.
Maddə 4
Tərəflər müvafiq qurumları arasında birbaşa əməkdaşlığı təşviq edəcəklər. Aidiyyəti qurumlar arasında birbaşa əməkdaşlıq xxxx material və sənədlərin mübadiləsi, habelə qarşılıqlı maraq doğuran mövzular üzrə birgə tədqiqat proqramları vasitəsilə həyata keçirilir.
Maddə 5
Tərəflər biri-birini xxxx konfranslar, simpoziumlar və səhiyyə sahəsində digər əlaqəli tədbirlər barədə məlumatlandırırlar.
Maddə 6
Hər il bu Anlaşma Memorandumunda göstərilən fəaliyyətlərin maliyyələşdirilməsi Tərəflərin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində və ya milli qanunvericiliklərinə uyğun olaraq digər mənbələr hesabına həyata keçirilir.
Bu Anlaşma Memorandumunun 3-cü maddəsinə uyğun olaraq səfər edən mütəxəssislərin bütün xərclərini göndərən Tərəf ödəyir.
Maddə 7
Yuxarıda göstərilən fəaliyyətlərin həyata keçirilməsi və arzu olunan nəticələrin əldə edilməsi məqsədilə, hər İki Tərəfin razılaşdırdığı uyğun vaxtlarda əlaqə yaratmaqla birgə fəaliyyət planı hazırlamaq üçün Tərəflər öz nümayəndələrindən ibarət işçi qrup yaradırlar.
Bu Anlaşma Memorandumunun icrası üçün səlahiyyətli qurumlar aşağıdakılardır:
Azərbaycan Respublikası tərəfindən - Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi;
İran İslam Respublikası tərəfindən - Səhiyyə və Tibbi Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi.
Maddə 8
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna əlavə və dəyişiklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və Anlaşma Memorandumunun 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 10
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanır və Tərəflərdən biri onu ləğv etmək niyyətini yazılı şəkildə diplomatik kanallar vasitəsilə ən azı altı ay öncədən digər Tərəfə bildirmədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətlərə qüvvədə qalır.
Bu Anlaşma Memorandumunun ləğvi, ona əsasən həyata keçirilən razılaşmaların və ya proqramların başa çatmasınadek onların etibarlılığına və müddətinə təsir etmir.
Tehran şəhərində 23 fevral 2016-cı il tarixində, müvafiq olaraq, 4.12.1394-cü il tarixində, Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
Səhiyyə Nazirliyi | Səhiyyə və Tibbi Təhsil Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il
№ 911
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək
və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi,
iki ölkə arasında, onların milli qanunvericiliyinə uyğun olaraq, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək niyyətlərini ifadə edərək,
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlıq üçün mövcud potensiala əsaslanaraq,
Tərəflərin ən qabaqcıl milli təcrübələrini paylaşmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində öz səylərini birləşdirmək qərarını təsdiqləyərək,
aşağıdakılar barədə razılaşdılar:
Maddə 1
Tərəflər öz səlahiyyətləri çərçivəsində və milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı əsas sahələr üzrə məlumat və təcrübə mübadiləsi məqsədilə əməkdaşlıq edirlər:
1. əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi;
2. əmək münasibətlərinin tənzimlənməsi, əməyin təftişi və əməyin təhlükəsizliyi;
3. işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair nəzarət işinin təşkili və təkmilləşdirilməsi, işçilər və işəgötürənlər arasında mübahisələrin həlli üçün görülən tədbirlər;
4. iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi;
5. peşə risklərinin qiymətləndirilməsində əməyin mühafizəsi laboratoriyasının imkanlarından istifadə olunması;
6. işsiz, işaxtaran vətəndaşların və sosial müdafiəyə xüsusi ehtiyacı xxxx qrupların məşğulluq imkanlarını genişləndirən aktiv əmək bazarı siyasətinin hazırlanması, gənclərin məşğulluğunun artırılması;
7. əmək bazarının tələbatlarına uyğun olaraq işsiz və işaxtaran vətəndaşlar üçün peşə hazırlığının həyata keçirilməsi;
8. işəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarətin həyata keçirilməsi;
9. işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, peşə və ixtisas standartlarının hazırlanması və tətbiqi;
10. əlilliyi xxxx şəxslərin sosial müdafiəsinin təşkili, əlilliyin qiymətləndirilməsi sistemi, əlilliyi xxxx şəxslər üçün xüsusi peşə hazırlığı və peşəyönümlü proqramların hazırlanması və tətbiqi, əlilliyin bərpası sisteminin təşkili, əlilliyi xxxx şəxslərin bərpası sahəsində qabaqcıl təcrübənin öyrənilməsi;
11. ölkə üzrə əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı xxxx qrupları üçün sosial xidmətlər şəbəkəsinin təşkili və genişləndirilməsi, fiziki və hüquqi şəxslər tərəfindən sosial xidmətlərin göstərilməsi;
12. təlim, beynəlxalq konfrans və təcrübə mübadiləsinin təşkili vasitəsilə mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması;
13. Tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirdikləri istənilən digər sahə.
Maddə 2
Bu Anlaşma Memorandumunun icrasının əlaqələndirilməsi və ona nəzarət üzrə Tərəflərin cavabdeh qurumları aşağıdakılardır:
a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən - Beynəlxalq əlaqələr şöbəsi;
b) İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi tərəfindən - Beynəlxalq əlaqələr şöbəsi.
Maddə 3
Tərəflər aşağıdakı formalarda əməkdaşlıq edirlər:
a) müvafiq qanunvericiliyə dair məlumatın, Tərəflərin fəaliyyət sahələrinə aid xxxx analitik materialların və xxxx tədqiqatların nəticələrinin mübadiləsi;
b) rəhbərlik və mütəxəssis səviyyəsində səfərlərin təşkili;
c) Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə proqram və layihələrin həyata keçirilməsi;
d) Tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirdikləri əməkdaşlığın istənilən digər forması.
Maddə 4
Bu Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün Tərəflər bu Anlaşma Memorandumunu imzaladıqdan sonra ən xxx altı ay müddətində tədbirlər planını qəbul edirlər.
Bu Anlaşma Memorandumu çərçivəsindəki fəaliyyətlərin maliyyələşməsi Tərəflərin müvafiq il üçün ayrılmış büdcə təxsisatları daxilində və müvafiq qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
Tərəflərin qarşılıqlı qaydada tərcümə xidmətindən istifadə barədə razılığa gəldiyi hallar istisna olmaqla, bu Anlaşma Memorandumunun işçi dili ingilis dilidir.
Bu Anlaşma Memorandumu çərçivəsində nümayəndə heyəti və mütəxəssislərin səfər xərcləri göndərən Tərəfin hesabına və müvafiq milli qanunvericiliyin müddəalarına uyğun olaraq ödənilir.
Maddə 5
Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı yazılı razılığı ilə onun ayrılmaz tərkib hissəsi xxxx və bu Anlaşma Memorandumunun 8-ci maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca sənədlər formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 6
Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin dövlətlərinin tərəfdar çıxdıqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 7
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 8
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır. Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, bu Anlaşma Memorandumu avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.
Tehran şəhərində 2016-cı il 23 fevral tarixində, müvafiq olaraq 4.12.1394-cü il tarixində, Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
Əmək və Əhalinin Sosial Müdafiəsi | Kooperasiya, Əmək və Sosial Rifah |
Nazirliyi adından | Nazirliyi adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında” 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
№1154-IVQ
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında
MEMORANDUM
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası və İran İslam Respublikası,
14 may 1957-ci il tarixli (24 ordibeheşt 1336) “Sovet Sosialist Respublikaları İttifaqı və İran Şahənşah Hökuməti arasında Sovet-İran sərhədinin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi qaydaları haqqında Müqavilə”nin müddəalarım nəzərə alaraq,
SSRİ və İran Hökumətləri arasında sərhəd və maliyyə məsələləri üzrə 2 dekabr 1954-cü il tarixli Sazişin müddəalarına və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlər və xəritələrə riayət etməyin zəruriliyini vurğulayaraq,
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması, sel və daşqın sularının zərərli təsirinə qarşı birgə mübarizə tədbirlərinin hazırlanması və yerinə yetirilməsi üzrə Müştərək İşçi Qrupun fəaliyyətini qeyd edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Müştərək İşçi Qrup tərəfindən işlənib hazırlanmış “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirləri üzrə araşdırmalar aparılması və onların yerinə yetirilməsi haqqında Təlimat”ı bu Memorandumun ayrılmaz tərkib hissəsi olaraq təsdiq edirlər.
Maddə 2
Tərəflər iki ölkə arasındakı sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirlərini 1-ci maddədə qeyd edilən Təlimatın müddəalarına əsasən həyata keçirəcəklər.
Maddə 3
Tərəflərin qarşılıqlı razılığı ilə hazırkı Memoranduma əlavə və dəyişikliklər bu Memorandumun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilir və bu Memorandumun 4-cü maddəsinə uyğun olaraq qüvvəyə minir.
Maddə 4
Bu Memorandum qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Memorandum Bakı şəhərində 12 noyabr 2014-cü il tarixində, hər biri Azərbaycan və fars dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | İran İslam Respublikası |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikasının Energetika Nazirliyi arasında 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il
№393
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikasının
Energetika Nazirliyi arasında ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və İran İslam Respublikasının Energetika Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq),
bərpa olunan enerjini və enerji səmərəliliyini ümumi maraq kəsb edən sahə kimi müəyyənləşdirərək; bərpa olunan enerji və enerjidən səmərəli istifadə siyasəti və texnologiyası sahələrini inkişaf etdirmək və
təşviq etmək məqsədi ilə Azərbaycan Respublikası və İran İslam Respublikasının qurumları arasında bərpa olunan enerji əməkdaşlığının əsasını qoymaq arzusunda olaraq;
həqiqi ehtiyaclara cavab verən, iqtisadiyyatları gücləndirmək üçün enerji məhsuldarlığını maksimuma yüksəldən, habelə neft və qaz kimi təbii resurslara qənaət edən, mədən yanacaqlarının hasilatı, çatdırılması və istifadəsi ilə bağlı ətraf mühitə mənfi təsirləri azaltmaqla çirklənmənin qarşısını xxxx bərpa olunan enerji və enerjidən səmərəli istifadə siyasətlərinin təkmilləşdirilməsinin vacibliyini qəbul edərək;
bərpa olunan enerji və enerjidən səmərəli istifadə sahəsində tələbələr, alimlər, elm və sənaye müəssisələri arasında təhsil, elm və texniki mübadilə və əməkdaşlığın təşviq olunmasının və gücləndirilməsinin bu məqsədlərə kömək edəcəyini bir daha vurğulayaraq;
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Anlaşma Memorandumunun məqsədi, Tərəflərin hər birinin qanunvericiliyinə, qanun və qaydalara və hər bir dövlətdə ehtiyatların idarə olunması ilə bağlı prinsiplərə ciddi şəkildə riayət etməklə, qarşılıqlı fayda, bərabərlik və qarşılıq əsasında, bərpa olunan enerji, yəni külək, günəş, geotermal, biokütlə, hidro, hidrogen və “elektrokimyəvi akkumulyasiya elementi” və s. sahədə ikitərəfli texniki əməkdaşlığı həvəsləndirmək və təşviq etmək üçün hökumət və özəl sektor müəssisələri, qurumları və şirkətləri arasında əməkdaşlığa əsas yaratmaqdan ibarətdir.
Maddə 2
Əməkdaşlıq sahələri
Bu Anlaşma Memorandumuna riayət olunmaqla, Tərəflər arasında əməkdaşlıq sahələrinə, bununla məhdudlaşmayaraq, aşağıdakılar aid edilə bilər:
● “Yaşıl enerji”nin araşdırılması, istismarı və istifadəsi.
● “Know-how” xxxxx və texniki təcrübə mübadiləsi, habelə günəş, külək, geotermal, fotoqalvanik, biokütlə, hidrogen və “elektrokimyəvi akkumulyasiya elementi” istifadə etməklə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi, istilik və yanacaq hasilatı sahəsində əməkdaşlıq.
● İki ölkənin enerji səbətlərində bərpa olunan enerjinin payını artırmaq üçün birgə fəaliyyət.
● Birgə tədqiqat layihəsinin həyata keçirilməsi və iki ölkədə bərpa olunan enerji potensialları ilə yanaşı, enerjidən səmərəli istifadə sahəsində seminarların təşkili.
● Bərpa olunan enerji zavodları layihələri və onların tikintisi üçün məsləhət xidmətlərinin göstərilməsi üzrə əməkdaşlıq.
● Bərpa olunan enerji və enerjidən səmərəli istifadə sahələrində iki ölkənin elm və sənaye müəssisələrinin, hökumət və özəl qurumlarının əməkdaşlığı üçün çərçivənin yaradılması.
● Bərpa olunan enerji və enerjidən səmərəli istifadə sahələrində təhsil üzrə əməkdaşlığın inkişaf etdirilməsi, texniki və xxxx tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi, qısa və tam təlim kurslarının təşkil edilməsi.
● İki ölkədə günəş, külək və geotermal enerji zavodlarına diqqət yetirməklə, bərpa olunan enerji zavodlarının tikintisinə sərmayə qoyuluşunu təşviq etmək.
● Bərpa olunan enerji mənbələri ilə bağlı Tərəflər arasında razılıq əldə oluna bilən digər sahələr.
Maddə 3
Maliyyələşmə
Tərəflər razılığa gəlirlər ki, yazılı şəkildə digər hallar nəzərdə tutulmadığı təqdirdə, bu Anlaşma Memorandumuna əsasən hər hansı bir layihənin işlənib hazırlanması və həyata keçirilməsinə görə məsuliyyəti onları üzərinə götürən Tərəf daşıyır.
Hər bir Tərəf bu Anlaşma Memorandumunda nəzərdə tutulan fəaliyyətləri, tətbiq edilən qanunlara, qaydalara və müvafiq fondların əsasnamələrinə uyğun yerinə yetirir. Tərəflər hər bir fəaliyyətə başlamazdan əvvəl belə fəaliyyətin maliyyələşdirilməsinin təfsilatlarını yazılı şəkildə müəyyənləşdirəcəklər.
Maddə 4
İşçi Qrup
Yuxarıda göstərilən fəaliyyətləri əlaqələndirmək və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyalarının inkişaf etdirilməsi ilə bağlı layihə təkliflərinə dair qərar vermək məqsədi ilə, Tərəflər aşağıdakı vəzifələrlə “İşçi Qrup” təsis etmək niyyətindədirlər:
● alternativ və bərpa olunan enerjinin inkişafı üçün qarşılıqlı maraq kəsb edən və əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi
● əməkdaşlıq monitorinqi və qiymətləndirilməsi
● bərpa olunan enerjidən səmərəli istifadə.
Tərəflər kommunikasiya və əlaqələndirmə məqsədləri üçün məsul şəxs (əlaqələndirici şəxs) təyin edirlər. Yuxarıda qeyd olunanlar üçün “İşçi Qrup” öz işini mümkün qədər elektron kommunikasiya vasitəsilə, zəruri hesab edildikdə isə növbəli şəkildə görüşməli və əməkdaşlığı xxxx və texniki məlumat mübadiləsi vasitəsilə idarə etməlidir.
“İşçi Qrup”, zəruri hesab edildikdə, xxxx institutlardan, tədqiqat mərkəzlərindən, universitetlərdən və ya istənilən digər qurumlardan başqa üzvlər cəlb edə bilər.
Maddə 5
Anlaşma Memorandumunun icrası
Bu Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq təşəbbüsləri Tərəflərin qarşılıqlı razılığı ilə yazılı şəkildə müəyyən edilməli və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq həyata keçirilməlidir.
Maddə 6
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 7-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 7
Müddət və qüvvəyəminmə
Bu Anlaşma Memorandumu dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir və Tərəflərin razılığı ilə ləğv edilməyənə qədər qüvvədə qalır.
Xxxxx hər hansı bir Tərəf istənilən vaxt digər Tərəfə bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə yazılı bildiriş verə bilər, bu halda o, belə bildiriş diplomatik kanallar vasitəsilə yazılı şəkildə verildiyi tarixdən 6 (altı) ay sonra ləğv olunur.
Bu Anlaşma Memorandumunun ləğvi, Tərəflər arasında başqa cür razılaşdırılmadığı təqdirdə, bu Anlaşma Memorandumuna əsasən başlanılmış, xxxxx hələ başa çatmamış hər hansı davam edən fəaliyyətlərə təsir göstərməyəcəkdir.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 12 noyabr 2014-cü il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının | İran İslam |
Alternativ və Bərpa Olunan Enerji | Respublikasının |
Mənbələri üzrə Dövlət Agentliyi | Enerji Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumunun təsdiq
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il
№ 392
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi,
iki Tərəf arasında dostluq əlaqələrinin gücləndirilməsi və iqtisadi və texniki əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə,
iqtisadi və texniki əməkdaşlığın təşviqinin və stimullaşdırılmasının hər iki Tərəfin iqtisadi və sosial planlarının / proqramlarının genişləndirilməsi və inkişafı prosesində faydalı və səmərəli ola biləcəyinə birgə inanaraq,
Tərəflərin müvafiq milli qanunvericiliyini və qaydalarını nəzərə alaraq, aşağıdakılar üzrə anlaşma əldə etdilər:
Maddə 1
Əməkdaşlıq sahələri
Tərəflər aşağıdakı sahələr üzrə əməkdaşlıq edəcəklər:
a. iqtisadiyyat, bankçılıq, vergiqoyma, sığorta, fond bazarı, özəlləşdirmə və digər qanun və qaydalarla bağlı məlumat və təcrübə mübadiləsi;
b. hər iki ölkədə birgə investisiyaların genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə məlumat və təcrübə mübadiləsi sahəsində hər iki Tərəfə investisiyaların cəlb edilməsi və təşviqi üçün institutlar / təşkilatlar arasında əməkdaşlıq;
c. hər iki ölkənin ərazisində və ya üçüncü ölkələrdə kommersiya əlaqələrinin və birgə investisiyaların genişləndirilməsi məqsədi ilə özəl sektorun həvəsləndirilməsi və təşviqi;
d. hər bir ölkədə keçiriləcək tenderlər haqqında məlumat mübadiləsi;
e. üçüncü ölkələrdə keçiriləcək tender və beynəlxalq layihələrdə iştirak etmək məqsədi ilə əməkdaşlığı genişləndirmək üçün hər iki ölkənin müqavilə əsaslı şirkətləri və mühəndis-məsləhətləşmələrin təşviq edilməsi;
f. beynəlxalq iqtisadi və maliyyə təşkilat və institutlarında hər iki Tərəfin əməkdaşlığı və birgə fəaliyyəti;
g. hər iki ölkədə keçirilən ixtisaslaşdırılmış və beynəlxalq sərgilərdə iştirak;
h. xxxxxxx xarandığı təqdirdə, Tərəflərin təklif etdiyi və razılaşdırdığı digər texniki və iqtisadi məsələlər üzrə əməkdaşlıq.
Maddə 2
Məsləhətləşmələr
Yuxxxxx xeyd olunmuş əməkdaşlığı həyata keçirmək məqsədi ilə Tərəflər məsləhətləşmələr, müzakirələr keçirəcəklər və zərurət olduğu təqdirdə, qarşılıqlı görüşlər təşkil edəcəklər.
Maddə 3
Digər sazişlərlə əlaqə
Bu Anlaşma Memorandumu və onun icra prosedurlan Tərəflərin imzalanmış və təsdiq edilmiş və ya imzalanacaq və təsdiq ediləcək digər beynəlxalq, çoxtərəfli və ya ikitərəfli razılaşmalardan irəli gələn öhdəliklərinin icrasına xələl gətirmir.
Maddə 4 Mübahisələrin həlli
Bu Anlaşma Memorandumunun tətbiqi və ya təfsiri zamanı Tərəflər arasında yaranan istənilən fikir ayrılıqları diplomatik kanallar vasitəsilə danışıqlar yolu ilə həll olunur.
Maddə 5
Dəyişikliklər
Bu Anlaşma Memorandumuna dəyişiklik yalnız Tərəflərdən birinin yazılı sorğusu ilə Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında edilə bilər. Dəyişikliklər yazılı şəkildə edilir və bu Anlaşma Memorandumunun 6-cı maddəsinə uyğun olaraq qüvvəyə minir.
Maddə 6
Qüvvəyəminmə, müddət və ləğvetmə
Bu Anlaşma Memorandumu Tərəflərin bu Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili hüquqi tələblərin yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə bir-birlərinə göndərdikləri sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsindən altı (6) ay əvvəl onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, növbəti 5 (beş) illik müddətlərə uzadılır.
Bakı şəhərində 12 noyabr 2014-cü il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətndən istifadə edilir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
İqtisadiyyat və Sənaye Nazirliyi | İqtisadi İşlər və Maliyyə Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə adından və 2-ci hissəsindən “və Sənaye” sözləri çıxarılmışdır.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il
№ 395
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq)
hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində poçt sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi və gücləndirməyi arzu edərək;
öz ölkələrində ictimaiyyət üçün səmərəli və etibarlı xidmətlərin göstərilməsi ilə əlaqədar eyni məqsəd və maraqları bölüşərək;
Tərəflər arasında poçt sahəsində gücləndirilmiş əlaqələrin mövcud potensialını və həmin sahənin imkan və fürsətlərindən tam istifadə etmək zərurətini qəbul edərək;
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər, qarşılıqlı fayda əsasında və milli qanunvericiliklərinə və beynəlxalq hüququn müvafiq xxxxx və prinsiplərinə, həmçinin bu Anlaşma Memorandumunun müddəalarına uyğun olaraq, poçt sahəsində öz iqtisadi, sənaye, xxxx və texniki əməkdaşlıqlarını inkişaf etdirir və təkmilləşdirirlər.
Maddə 2
Poçt sahəsində əməkdaşlıq aşağıdakı sahələri əhatə edəcək:
1. iki ölkə arasında elektron alış-veriş (“e-shopping”) xidmətinin təşkili məqsədi ilə birgə tədbirlər görmək;
2. iki ölkə tərəfindən razılaşdırılmış mövzulara aid birgə poçt markalarını buraxmaq;
3. Bakıda və Tehranda müxtəlif tədbirlərlə əlaqədar filateliya məhsullarından ibarət birgə sərgiləri təşkil etmək;
4. hər iki ölkənin öz sərhədyanı ərazilərində keyfiyyətli poçt xidmətlərinin təşkil edilməsi üçün zəruri tədbirlər görmək;
5. hər iki ölkənin tranzit imkanlarından istifadə ilə bağlı təkliflərini birgə müzakirə etmək;
6. Azərbaycandan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə poçt yüklərini aparan avtomaşınların İran İslam Respublikasının ərazisindən keçməklə daşınmasına köməklik göstərmək;
7. hər iki ölkədə işçi heyəti üçün poçt sahəsi üzrə əldə edilmiş qabaqcıl təcrübə əsasında təlim kurslarını təşkil etmək.
Maddə 3
Hər iki Tərəfin poçt sahəsi üzrə ekspertlərinin daxil olduğu işçi qrup müntəzəm iclaslar keçirməklə, yuxarıda göstərilən məsələlərin yerinə yetirilməsinə nəzarət edir. Bu qrupun üzvləri, belə iclasların tarixi və yeri Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra iki ölkə arasında rəsmi yazışmalar vasitəsilə müəyyən olunacaqdır.
Maddə 4
Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə təsir etmir.
Maddə 5
Bu Anlaşma Memorandumunun müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı istənilən mübahisələr Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 6
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 7-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 7
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu üç (3) il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı altı ay əvvəldən digər Tərəfi bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı şəkildə məlumatlandırmadığı təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti üç (3) illik müddətlərə uzadılır.
Bakı şəhərində 12 noyabr 2014-cü il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
Rabitə və Yüksək | Rabitə və İnformasiya |
Texnologiyalar Nazirliyi | Texnologiyaları Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il
№ 394
Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında informasiya və kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlıq haqqında ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Hökuməti və İran İslam Respublikasının Hökuməti (bundan sonra ayrı- ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər”),
iki ölkə arasında mövcud xxxx dostluq münasibətlərini qəbul edərək, hər iki ölkənin iqtisadiyyatının inkişafında telekommunikasiyanın vacibliyini qəbul edərək,
telekommunikasiya sahəsində iki ölkə arasındakı əməkdaşlığı gücləndirməyi və bundan sonra da inkişaf etdirməyi arzu edərək,
belə əməkdaşlığın onların ümumi maraqlarına xidmət edəcəyinə və hər iki ölkənin telekommunikasiya sahəsinin inkişafına töhfə verəcəyinə inanaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər qarşılıqlı fayda əsasında və milli qanunvericiliklərinə və beynəlxalq hüququn müvafiq xxxxx və prinsiplərinə, həmçinin bu Anlaşma Memorandumunun müddəalarına uyğun olaraq, informasiya və kommunikasiya texnologiyaları sahəsində öz iqtisadi, sənaye, xxxx və texniki əməkdaşlıqlarını inkişaf etdirir və təkmilləşdirirlər.
Maddə 2
Tərəflər arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakı sahələri əhatə edəcək:
1. telekommunikasiyanın tənzimlənməsi üzrə məlumat mübadiləsi etmək;
2. rabitə və İKT sahəsində statistik məlumatları mübadilə etmək;
3. qarşılıqlı sərmayə qoyuluşlarını təşviq etmək;
4. “Transmilli Avrasiya Super İnformasiya Magistral” layihəsi üzrə əməkdaşlığı genişləndirmək;
5. İKT sahəsində innovasiyaların inkişafına yönəlmiş tədqiqatları təşviq etmək;
6. İKT sahəsində milli şirkətlər arasında kommersiya əlaqələrini təşviq etmək;
7. radio və televiziya yayımlarının və GSM tezliklərinin tənzimlənməsi üçün əməkdaşlığı genişləndirmək;
8. birgə seminar, konfrans, forum və sərgilər keçirmək;
9. beynəlxalq təşkilatlarda (ÜPİ və BTİ kimi), hər iki ölkənin milli maraqları üst-üstə düşdüyü təqdirdə, bir-birini dəstəkləmək;
10. hər iki Tərəfin nümayəndə heyətlərinin təcrübə mübadiləsi məqsədi ilə qarşılıqlı səfərlərini təmin etmək;
11. bu Anlaşma Memorandumunun məqsədləri üçün Tərəflərə məxsus xxxx əqli mülkiyyət hüquqlarını qorumaq;
12. iki ölkə arasında yeni Anlaşma Memorandumunun imzalanması ilə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək.
Maddə 3
Tərəflər İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə hər iki ölkənin aidiyyəti orqanlarını, təşkilat və müəssisələrini İKT ilə bağlı sıx qarşılıqlı əlaqə və məlumat mübadiləsi üzrə, eləcə də xüsusi proqramların və layihələrin yerinə yetirilməsi üzrə əməkdaşlığa təşviq edirlər.
Tərəflər xüsusi layihələr həyata keçirən zaman əqli mülkiyyətin qorunması üçün milli qanunvericiliklərinə və beynəlxalq hüquq normalarına uyğun hərəkət edirlər.
Tərəflər kəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin olunması və lokal şəbəkələrin tənzimlənməsi sahəsində əldə edilmiş beynəlxalq təcrübənin tətbiqi məqsədi ilə Tərəflərin mütəxəssislərinin birgə iş aparmaları üçün mümkün tədbirlər görürlər.
Maddə 4
Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə təsir etmir.
Maddə 5
Tərəflər əməkdaşlıq fəaliyyəti çərçivəsində mübadilə edilmiş informasiyanın məxfiliyinin milli qanunvericiliklərinə xxx xxxxx olaraq qorunması üçün bütün zəruri tədbirləri görür və digər Tərəfin təqdim etdiyi hər hansı məlumatı sonuncunun yazılı icazəsi olmadan üçüncü tərəflərə açıqlamır və ya ötürmürlər. Bu müddəa hazırkı Anlaşma Memorandumunun ləğvindən sonra da qüvvədə qalır.
Maddə 6
Bu Anlaşma Memorandumunun müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı istənilən mübahisələr Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 7
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi və fəaliyyətin əlaqələndirilməsi üzrə məsul xxxx səlahiyyətli orqanlar aşağıdakılardır:
Azərbaycan Respublikasının Hökuməti adından - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
İran İslam Respublikasının Hökuməti adından - İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi.
Tərəflər, əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul xxxx digər dövlət orqanlarını təyin edə bilərlər və onlar bir-birini bu barədə diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 8
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar
formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 9-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 9
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı altı ay əvvəldən digər Tərəfi bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı şəkildə məlumatlandırmadığı təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 12 noyabr 2014-cü il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma
Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” 2014-cü il aprelin 9-da Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2014-cü il
№ 179
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında
fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra "Tərəflər" adlandırılacaq), təbii fəlakətlərin səbəb olduğu mümkün itkiləri nəzərə alaraq, fövqəladə halların idarə edilməsi sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və təbii fəlakətlər zamanı qarşılıqlı yardım göstərmək səylərini təşviq etməyi arzulayaraq,
aşağıdakılar barədə qərar qəbul etdilər:
Maddə 1
Əməkdaşlığın məqsədi
Bu Anlaşma Memorandumu Tərəflərin dövlətlərinin ərazisində baş vermiş və ya baş verə biləcək təbii fəlakətlərin əvvəlcədən xəbərdar edilməsi, qarşısının alınması, hazırlıq, nəticələrinin azaldılması və aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlıq yaratmaq məqsədi daşıyır.
Maddə 2
Əməkdaşlıq sahələri
Əməkdaşlıq aşağıdakı fəaliyyətləri əhatə edir:
məlumat, dövri mətbuat, texniki, metodik və xxxx ədəbiyyatların, tədqiqat işlərinin nəticələrinin, videoların, fotoların və digər materialların mübadiləsi;
ekspertlərin mübadiləsi;
ortaq təbii fəlakət risklərinin azaldılmasına yönəldilmiş strategiya və metodların işlənib hazırlanması; razılaşdırılmış mövzular üzrə təlim kurslarının, seminarların və praktikumların təşkil edilməsi;
təbii fəlakətlər zamanı qarşılıqlı yardım prosedurlarının müəyyənləşdirilməsi.
Maddə 3
Birgə İşçi Qrupu
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarəedilməsi Milli Təşkilatının nümayəndələrinin daxil olduğu Birgə İşçi Qrupu tərəfindən əlaqələndiriləcəkdir.
Birgə İşçi Qrupu ildə bir dəfə olmaqla növbə ilə toplaşır.
Tərəflər bu Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birgə İşçi Qrupunun tərkibi barədə bir- birini məlumandırırlar. Tərəflər Birgə İşçi Qrupunun tərkibi ilə bağlı baş vermiş dəyişikliklər barədə bir-birini məlumatlandınrlar.
Maddə 4
Xərclər
Bu Anlaşma Memorandumunun müddəlarının icra edilməsi ilə bağlı xərclər Tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Maddə 5
Məxfilik
Bu Anlaşma Memorandumu çərçivəsində əldə edilmiş bütün məlumatlar, göstəricilər və nəticələr bu Anlaşma Memorandumunun müddəti bitdikdən sonra belə, digər Tərəfin əvvəlcədən razılığı olmadan nəşr edilə və ya başqa məqsədlər üçün istifadə edilə və ya üçüncü tərəfə ötürülə bilməz.
Maddə 6
Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana biləcək istənilən fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 7
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 8-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 8
Qüvvəyəminmə, müddət və ləğvedilmə
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu üç il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Tərəfə ən azı altı ay əvvəldən diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə avtomatik olaraq, növbəti üçillik müddətə qüvvədə qalır.
Tehran şəhərində 2014-cü il 9 aprel tarixində, fars təqvimi ilə 1393-cü il 20 fərvərdin tarixində hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının | İran İslaın Respublikasının |
Fövqəladə Hallar Nazirliyi | Daxili İşlər Nazirliyi |
adından | adından |
Elxxx XXXXXXXXXXX | Xxxxxxx XXXXX |
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma
Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” 2014-cü il aprelin 9-da Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2014-cü il
№ 180
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi (bundan sonra "Tərəflər" adlandırılacaq),
idman və gənclər sahələrində əlaqələri və ikitərəfli əməkdaşlığı inkişaf etdirməyi arzulayaraq,
iki dövlət arasında dostluğun möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın yaxşılaşdırılması məqsədi ilə, aşağıdakılar barədə qərara gəldilər:
Maddə 1
Ümumi məqsədlər
Tərəflər qarşılıqlı fayda əsasında və öz müvafiq milli qanunvericiliklərinə uyğun olaraq bədən tərbiyəsi, idman və gənclər sahələrində əməkdaşlığı inkişaf etdirəcəklər.
Maddə 2
Əməkdaşlıq sahələri
1) Tərəflər yüksək səviyyəli rəsmi şəxslərin və ekspertlərin qarşılıqlı səfərlərini təşviq edəcəklər.
2) Tərəflər idman və gənclər sahələrində beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi və məsləhətləşmələr aparacaqlar.
3) Tərəflər idman və gənclər sahələrində məlumat, təlim, xxxx təcrübə mübadiləsi, həmçinin təlim seminarlarının təşkili üçün lazımi vəsaitləri təmin edəcəklər.
4) Tərəflər idman və gənclər sahələrində düşərgələrdə, festivallarda, tədbirlərdə iştirak etmək məqsədi ilə öz nümayəndə heyətlərinin və komandalarının mübadiləsini edəcəklər. Bu məqsədlə Tərəflər iki ölkənin müvafiq idman və gənclər təşkilatları arasında əməkdaşlığı təşviq edəcəklər.
Bununla əlaqədar, iştirakçılar ev sahibliyi edən ölkənin qayda və tənzimləmələrinə hörmət edəcəklər.
5) Tərəflər bədən tərbiyəsi, hamı üçün idman, həmçinin idmanla əlaqədar tibb xxxx sahələrində ekspert, hakim və məşqçilərin mübadiləsini edəcəklər.
6) Tərəflər idman və gənclər sahələrində xxxx seminarlarda və konfranslarda iki ölkənin ekspertlərinin, idman müəllimlərinin, mütəxəssislərinin və gənclərin iştirakını təşviq edəcəklər.
7)Tərəflər idman və gənclər sahələrində qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı təşviq edəcəklər.
8) Tərəflər idman və gənclər sahələrində texniki təcrübə və müvafiq infrastruktur mübadiləsini asanlaşdıracaqlar.
9) Tərəflər zorxana idman növünün təşviqi və inkişafı üçün zəruri şərait təmin edəcəklər.
Maddə 3
Birgə İşçi Qrupu
Tərəflər birgə işçi qrupu yaradacaq və bu Anlaşma Memorandumunun həyata keçirilməsi üçün fəaliyyət planının hazırlanması məqsədi ilə öz nümayəndələrini təyin edəcəklər.
Birgə işçi qrupu ildə bir dəfə növbə ilə iki ölkədən birində görüş keçirəcəkdir.
Maddə 4
Maliyyə məsələləri
Göndərən tərəf bu Anlaşma Memorandumunda nəzərdə tutulan öz nümayəndə heyətlərinin xərclərini ödəyəcəkdir.
Maddə 5
Mübahisələrin həlli
Bu Anlaşma Memorandumunun təfsiri və ya həyata keçirilməsindən irəli gələn hər hansı bir mübahisə Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 6
Dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və 7-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
Maddə 7
Qüvvəyəminmə və müddət
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə ən azı altı ay əvvəldən digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq, növbəti beşillik müddətlərə qüvvədə qalacaqdır.
Bu Anlaşma Memorandumunun ləğvi bu Anlaşma Memorandumuna əsasən başlanmış razılaşma və/və ya proqramlara, onların tamamlanmasına qədər, təsir etməyəcəkdir.
Tehran şəhərində, 2014-cü il 9 aprel tarixində, fars təqvimi ilə, müvafiq olaraq, 1393-cü il 20 fərvərdin tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı olduqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
Gənclər və İdman Nazirliyi | İdman və Gənclər Nazirliyi |
adından | adından |
Elxxx XXXXXXXXXXX | Xxxxxx XXXXXXX |
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair” Anlaşma
Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair” 2014-cü il aprelin 9-da Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2014-cü il
№ 178
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi (bundan sonra "Tərəflər" adlandırılacaq),
meteorologiya və hidrometeorologiya, quraqlıq, toz daşımaları, modelləşmə və məlumat daxil olmaqla əlaqədar məsələlərə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalamağı arzulayaraq,
Ümumdünya Meteorologiya Təşkilatının məqsədlərinə uyğun olaraq hidro-meteorologiya sahəsində əməkdaşlığı təşviq etmək niyyətində olaraq,
meteorologiya və hidrometeorologiya üzrə əməkdaşlığın qonşu ölkələr arasında əhəmiyyətini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər bu Anlaşma Memorandumu çərçivəsində bərabərlik, qarşılıqlı fayda və qarşılılıq əsasında, öz milli qanunvericiliklərinə uyğun olaraq, meteorologiya, iqlimşünaslıq və tətbiqi hidrometeorologiya, meteorologiya üçün radarın istifadəsi, müşahidə şəbəkəsi məsələləri, qəfil daşqınlar üzrə proqnozlar və erkən xəbərdarlıq məsələləri, eləcə də rəqəmsal hava proqnozu modelləri sahə-sində əməkdaşlıq edirlər.
Maddə 2
Tərəflər meteorologiya, hidrometeorologiya və ekspertlər, məlumat və texniki nəşrlər mübadiləsi də daxil olmaqla, digər əlaqəli sahələrdə birgə tədqiqat fəaliyyətində əməkdaşlıq edirlər.
Maddə 3
Əməkdaşlıq sahələri aşağıdakılardır:
● fəsli və uzunmüddətli iqlim proqnozlaşdırmaları və modelləşdirmələri;
● iqlim qurğuları və iqlim məsələləri;
● rəqəmsal hava proqnozları (qısa, xxxx və uzunmüddətli);
● quraqlığa və daşqınlara diqqət yetirilməklə aqrometeorologiya və hidro-meteorologiya;
● havanın çirklənməsi və şəhərlərin meteorologiyası;
● hava ilə bağlı təbii fəlakətlərin təsirinin yumşaldılması;
● meteorologiya, tətbiqi hidrometeorologiya və iqlimşünaslıqda yeni texnologiyaların
● tətbiqi, xüsusilə peyklərdən və radardan uzaq məsafələrdən zondlaşdırmada istifadə;
● erkən xəbərdarlıq sistemləri və hazırlılıq;
● ekspertlərin və təlimçilərin mübadiləsi;
● aviasiya, yol meteorologiyası və dəniz meteorologiyası;
● informasiya texnologiyaları, telekommunikasiyalar və müşahidə şəbəkələri;
● qlobal İnformasiya Sistemi Mərkəzləri (QİSM) vasitəsilə əlaqə saxlanılması;
● meteoroloji cihazların kalibrlənməsi;
● regional meteoroloji və hidrometeoroloji təlimlər;
● meteoroloji məlumat və məhsulların mübadiləsi.
Maddə 4
Tərəflər əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə qarşılıqlı razılaşdırılmış tarixlərdə və yerlərdə görüşürlər.
Maddə 5
Ekspertlərin mübadiləsi və ikitərəfli görüşlərin keçirilməsi milli və beynəlxalq resursların mövcudluğundan asılı olaraq həyata keçirilir.
Maddə 6
Hər bir Tərəf öz ölkəsi daxilində əməkdaşlıq fəaliyyətinin həyata keçiril-məsi ilə bağlı xərcləri ödəyir.
Bəzi hallarda hər bir Tərəf bir sıra ikitərəfli layihələr üçün beynəlxalq fonddan istifadə edə bilər.
Maddə 7
Tərəflər arasında məsləhətləşmədən asılı olaraq, bu Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən birgə xxxx tədqiqat nəticəsində əldə edilən xxxx məlumatlar hər iki Tərəfin yazılı razılığı əsasında beynəlxalq xxxx ictimaiyyətə təqdim olunur.
Maddə 8
Bu Anlaşma Memorandumuna əsasən məlumatın istifadəsi və mübadiləsi Tərəflərin dövlətlərinin əqli mülkiyyət qanunvericiliyi ilə tənzimlənəcəkdir.
Maddə 9
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqindən irəli gələn hər hansı bir fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 10
Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Anlaşma Memorandumuna əlavələr və ya dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 11-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 11
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə ən azı altı ay əvvəldən digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətlərə qüvvədə qalır.
Tehran şəhərində, 2014-cü il 9 aprel tarixində, müvafiq olaraq 1393-cü il 20 fərvərdin tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı olduqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının |
Ekologiya və Təbii Sərvətlər | Yol və Şəhərin İnkişafı |
Nazirliyi adından | Nazirliyi adından |
Xxxxxxxxxx XXXXXXX | Xxxxx XXXXXX |
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı
rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2005, №4, maddə 288) ləğv edilsin.
Xxxxx Xxxxxx, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr 2012-ci il
№ 489-IVQ
“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam
Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2006, №3, maddə 215) ləğv edilsin.
Xxxxx Xxxxxx, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr 2012-ci il
№ 490-IVQ
2010-cu il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu”nun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2010-cu il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2010-cu il
№ 1263
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
20 may 2002-ci il tarixli “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Müqavilə”ni və 21 avqust 2007-ci il tarixli “Azərbaycan Respublikasının Prezidentinin və İran İslam Respublikasının Prezidentinin Birgə Bəyanatı”nı rəhbər tutaraq,
enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əmin olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Enerji sahəsində əməkdaşlıq məsələləri Maddə 1
Tərəflər Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı Sazişin razılaşdırılması üçün danışıqlar prosesinin sürətləndirilməsi və 2011-ci ilin birinci rübündə imzalanmasının təmin edilməsi barədə razılığa gəldilər.
Maddə 2
Tərəflər Ordubad və Marazad su elektrik stansiyalarının yerlərinin müəyyən edilməsini, layihə və digər sənədlərin qarşılıqlı razılaşdırıldığım nəzərə alaraq hazırkı Memorandumun imzalandığı tarixdən altı ay bitdikdən sonra hər bir Tərəfin müstəqil olaraq Ordubad və Marazad su elektrik stansiyasının tikintisinə istənilən vaxt başlaya biləcəyi barədə razılığa gəldilər. Tərəflər tikinti işlərinin başlanması barədə bir birinə 10 gün əvvəl məlumat verəcəklər.
Maddə 3
Tərəflər Azərbaycan Respublikası və İran İslam Respublikası arasında elektrik verilişi xətlərinin və müvafiq yarımstansiyaların tikilib başa çatdırıldığını nəzərə alaraq, Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası arasında elektrik xətlərinin birləşdirilməsi ilə bağlı razılaşdırılmış tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2010-cu ilin sonunadək üçtərəfli görüş təşkil edilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə razılığa gəldilər.
Maddə 4
Azərbaycan Respublikasının alternativ enerji mənbələrindən istifadə üzrə dövlət proqrammı nəzərə alaraq, İran tərəfi külək enerjisi üzrə 100 meqavat gücündə iki elektrik stansiyası, eləcə də çaylar üzərində 30 ədəd mini elektrik stansiyaları inşası işində iştiraka hazır olduğunu bildirmişdir. Bu istiqamətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə danışıqlar keçirilməsini nəzərə aldılar.
Maddə 5
Tərəflər Gürcüstan Respublikasında istehsal olunan elektrik enerjisinin Azərbaycan Respublikasının elektrik verilişi xətləri vasitəsi ilə 100 meqavatadək həcmində İran İslam Respublikasına ötürülməsi məqsədi ilə səlahiyyətli təşkilatlarının qarşılıqlı məsləhətləşmələr aparması barədə razılığa gəldilər.
Maddə 6
Tərəflər elektrik enerjisinin alqı-satqısı, texniki imkanların nəzərdən keçirilməsi və həcmlərin müəyyənləşdirilməsi ilə əlaqədar aidiyyəti qurumlan arasında danışıqların aparılması barədə razılığa gəldilər.
Maddə 7
Tərəflər təbii qazın alqı-satqısı ilə əlaqədar aidiyyəti qurumları arasında danışıqların aparılması, texniki imkanların nəzərdən keçirilməsi, həcmlərin müəyyənləşdirilməsi və 2011-ci ildə İran İslam Respublikasına təchizatın əsas şərtlərinin müzakirə edilməsi barədə razılığa gəldilər.
Maddə 8
Tərəflər təbii qazla əlaqədar layihələrin inkişafında və genişlənməsində maraqlı olduqlarını qeyd edərək Azərbaycan Respublikasının ərazisində yerləşən yeraltı qaz anbarlarından İran İslam Respublikasının mümkün istifadəsinə dair danışıqların davam etdirilməsi barədə razılığa gəldilər.
Maddə 9
Tərəflər hər iki ölkədə icra edilməsi mümkün xxxx layihələr üzrə potensial imkanlarla tanışlıq vasitəsilə özəl sektorlarının iştirakı ilə Azərbaycan Respublikasında və İran İslam Respublikasında sənaye və enerji üzrə seminarlar keçirilməsi barədə razılığa gəldilər.
Nəqliyyat sahəsində əməkdaşlıq məsələləri
Maddə 10
Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolu sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Rəşt - Astara (İran İslam Respublikası) - Astara (Azərbaycan - Respublikası) dəmir yolunun tikintisinin başlanması üçün 2010-cu ilin sonunadək səlahiyyətli orqanlarının iştirakı ilə zəruri xxxx tədbirlərin (maliyyə, texniki, təşkilatı və digər) həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının dəmir yolu mütəxəssislərinin Tehran şəhərində görüşünün təşkil edilməsi və bu istiqamətdə icra mexanizminin razılaşdırılması barədə razılığa gəldilər.
Maddə 11
Tərəflər ““Azərbaycan Dəmir Yolları” QSC və İran Dəmir Yollan arasında sərhəd dəmir yolu Sazişi“nin 2011-ci ildə razılaşdırılması məqsədi ilə lazımi tədbirlərin görülməsi barədə razılığa gəldilər.
Maddə 12
Tərəflər əldə olunmuş razılaşmaya əsasən İran şirkəti tərəfindən inşa edilən Culfa (Azərbaycan Respublikası) - Culfa (İran İslam Respublikası) keçid məntəqəsində Araz çayı üzərində yeni avtomobil yolu körpüsünün inşasının 2011-ci ilin birinci yarısında başa çatdırılması məqsədi ilə maliyyə, texniki və digər məsələlərin tezliklə həll edilməsi barədə razılığa gəldilər.
Maddə 13
Tərəflər Astara çayı üzərindəki Astara (Azərbaycan Respublikası) ~ Astara (İran İslam Respublikası) sərhəd keçid məntəqəsində hərəkətin intensivliyini nəzərə alaraq, yeni avtomobil yolu və piyada körpü keçidinin tikintisi barədə razılığa gəldilər. Tərəflər bu körpünün tikintisinin 2011-ci ilin birinci yarısında başlanması məqsədi ilə körpünün yerinin müəyyən edilməsi, layihələndirilmə, maliyyə və digər məsələlərin həll edilməsi üçün son razılaşmaların aparılması üzrə texniki nümayəndə heyətinin görüşünü təşkil edəcəklər.
Maddə 14
Tərəflər iki ölkə arasında sərnişin reyslərinin sayının artırılması məqsədi ilə 2010-cu ilin sonunadək mülki aviasiya hakimiyyəti orqanları arasında müvafiq razılaşmanın əldə olunması barədə qərara gəldilər.
Maddə 15
Tərəflər 20 may 2002-ci il tarixində Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində əməkdaşlıq ,və qarşılıqlı yardım haqqında Sazişin müddəalarım nəzərə alaraq Biləsuvar (Azərbaycan Respublikası) - Biləsuvar (İran İslam Respublikası) dövlət sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçməsi barədə razılığa gəldilər. Bu dövlət sərhəd buraxılış məntəqəsinin 2011-ci ildən etibarən 24 saatlıq iş rejimində fəaliyyət göstərməsi üçün Tərəflərin səlahiyyətli orqanları lazımi tədbirləri həyata keçirəcəklər.
Maddə 16
Tərəflər Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə Bakıya və geriyə sərnişin daşımalarının həyata keçirilməsinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin dövlət sərhəd keçid məntəqələrindən keçməsinin sürətləndirilməsi barədə razılığa gəldilər.
Maddə 17
Tərəflər iki ölkə arasında sərnişin, xxx və tranzit daşımalarının inkişaf etdirilməsi məqsədi ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət Birgə Komissiyanın yaradılması barədə razılığa gəldilər. Komissiyanın iclasları ən azı ildə bir dəfə keçirilməklə, ilk iclasının 2011-ci ilin birinci yarısında Bakı şəhərində keçirilməsi barədə qərara gəldilər.
Maddə 18
Tərəflər digər əməkdaşlıq sahələri ilə əlaqədar məsələləri Azərbaycan Respublikası və İran İslan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq məsələləri üzrə Dövlətlərarası Müştərək Komissiyanın növbəti 8-ci iclasında müzakirə edəcəklər.
Maddə 19
Bu Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minəcəkdir.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 17 noyabr 2010-cu il, müvafiq olaraq hicri-şəmsi təqvimi ilə 26 aban 1389-cu il tarixində Azərbaycan və fars dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası Hökuməti adından | İran İslam Respublikası Hökuməti adından |
2009-cu il aprelin 22-də Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilati arasında əməkdaşlığa dair anlaşma
Memorandumu”nun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2009-cu il aprelin 22-də Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İran İslam Respublikası tərəfini xəbərdar etsin.
Xxxxx Xxxxxx Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il.
№ 340
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair
ANLAŞMA MEMORANDUMU
Bundan sonra «Tərəflər» adlanacaq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilatı, qarşılıqlı dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə və iki dost ölkə xxxx Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı münasibətlərin möhkəmlənməsinə xidmət edən bu iki ölkənin gəncləri arasındakı əlaqələrin gücləndirilməsi istiqamətində, hər iki ölkənin qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər, gənclərlə əlaqədar sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün aşağıdakı istiqamətlərdə səy göstərəcəklər:
1 - Təcrübə mübadiləsi və gənclərlə əlaqədar birgə əməkdaşlıq proqramlarının hazırlanması məqsədilə gənclərlə iş üzrə məsul şəxslər arasında qarşılıqlı görüşlərin keçirilməsi;
2 - İki ölkədə təşkil edilən xxxx, istirahət, əmək düşərgələrində və gənclərin fəaliyyəti ilə bağlı digər müxtəlif tədbirlərdə iştirak üçün gənclərdən ibarət heyətlərin mübadiləsinin təşviq edilməsi;
3 - İki ölkənin gənclər üzrə cəmiyyət, təşkilat və mərkəzləri (qeyri-dövlət) arasında birgə səy göstərilməli sahələrdə birbaşa əməkdaşlığın təşviq edilməsi;
4 - Gənclər üçün nəzərdə tutulan əyləncə xarakterli proqramlar və fəaliyyət sahələri üzrə təşkilatçılıq istiqamətində əməkdaşlığın təşviq edilməsi;
5 - Gənclərə dair məsələlərlə əlaqədar beynəlxalq qurumlar tərəfindən mötəbər sayılan informasiya və təcrübə mübadiləsi;
6 - Təcrübə mübadiləsi üçün gənclərlə iş üzrə mütəxəssislər və təlim-tərbiyə üzrə məsul şəxslər arasında qarşılıqlı əməkdaşlığın təşviq edilməsi;
7 - Tərəflər aşağıdakı sahələrdə mübadilə istiqamətində fəaliyyət göstərəcəklər;
· Gənclərlə əlaqədar statistika və bəyanatlar;
· Gənclərlə əlaqədar qanun və qərarlara dair məlumatlar;
· Gənclərlə əlaqədar metodik mənbələr
Maddə 2
Bu Memorandumun çərçivəsində bütün fəaliyyətlər tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək və xxx xxxx maliyyə kreditləri tərəflərin büdcəsində xxxx xüsusi ehtiyatlara, həmçinin müqavilə tərəflərinin ölkələrinin qanunları ilə icazə verilən digər mənbələrə uyğun olaraq nəzərdə tutulur.
Bu Memorandum tərəflərin beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə heç bir təsir göstərmir.
Hazırkı Memorandumun təfsiri və tətbiqi ilə bağlı yaranan mübahisələr tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Bu Memorandumun icrasının başa çatması, bu sənədin icra müddətinin sona yetdiyi tarixdə yekunlaşmayan razılaşdırılmış layihələr və proqramların icrasına təsir göstərməyəcək.
Maddə 3
Bu Memorandumun həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilatının məsul şəxslərinin üzv olduqları Müştərək Komitə yaradılacaq və hər il növbə ilə Bakı və Tehranda bu komitənin iclasları keçiriləcək. Memorandumun icraiyyə proqramlarının hazırlanması, həyata keçirilməsi və genişləndirilməsi prosesinin izlənilməsi, eləcə də bu müqavilənin ən yaxşı formada həyata keçirilməsinə zəmanət üçün təkliflərin irəli sürülməsi, qeyd olunan Komitənin vəzifələrinə daxildir.
Maddə 4
Ezam olunacaq heyətlərin mübadiləsi aşağıda qeyd olunan maliyyə şərtlərilə həyata keçəcək:
· Qonaq tərəf beynəlxalq gediş-qayıdış xərclərini öhdəsinə götürür;
· Ev sahibi, qalma, məişət və ölkə daxilində nəqliyyat xərclərini, eləcə də ehtiyac duyulan təqdirdə tibbi xidmət xərclərini öz öhdəsinə götürür;
Maddə 5
Memorandum onun qüvvəyə minməsi üçün lazımi dövlətdaxili proseduraları Tərəflərin hər birinin yerinə yetirməsi barədə son yazılı bildiriş xxxxx tarixdən qüvvəyə minir. Memorandum beş il müddətində qüvvədədir, əgər Tərəflərdən biri müvafiq müddətin başa çatmasına altı aydan az olmayaraq digər Tərəfə Memorandumun qüvvəsini dayandırmaq barədə yazılı bildiriş göndərməzsə. o avtomatik sürətdə növbəti beş illik müddətlərə uzadılır.
Tehran şəhərində 2009-cu il aprel ayının 22-də iki əsl nüsxədə, hər biri Azərbaycan, Fars və ingilis dillərində imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Memorandumun təfsiri zamanı fikir ayrılığı olduqda ingilis dilindəki mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi adından | İran İslam Respublikasının Milli Gənclər Təşkilatı adından |
«Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Dövlət Dəmir Yolu, "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikasının digər dövlət orqanları və təşkilatları aidiyyəti üzrə «2009-cu il fevralın 19-da Bakı şəhərində imzalanmış
«Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə Memorandum»un təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 233 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, 2009-cu il fevralın 19-da Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə Memorandum»un (əlavə olunur) həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş xxxxxx X.XXXXXXXX
Bakı şəhəri, 27 aprel 2009-cu il
№ 95s
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə
MEMORANDUM
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclası 17-19 fevral 2009-cu il tarixində Bakı şəhərində keçirilmişdir.
Müştərək Komissiyanın iclasına Azərbaycan Respublikası tərəfindən Xarici İşlər Xxxxxx cənab X.Xxxxxxxxxxx, İran İslam Respublikası tərəfindən Xarici İşlər Xxxxxx cənab X.Xxxxxxx həmsədrlik edirdi.
İclasın gündəliyinin müzakirəsinə keçməzdən əvvəl, Tərəflər ölkələrinin iqtisadi vəziyyəti, müxtəlif sahələrdə aparılan islahatlar barədə fikir mübadiləsi etdilər.
Tərəflər dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə 6-cı iclasın nəticələrinə dair Memorandumda əks olunmuş məsələlərin icra vəziyyətini müzakirə etdilər və gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində aşağıdakılar barədə razılığa gəldilər.
1. Sənaye və energetika
1.1. Enerji və sənaye sahəsində (neft, qaz, neft-kimya, elektroenergetika və su) birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə işçi qrupun yaradılması və qısa müddət ərzində qrupun ilk iclasının təşkil edilməsi;
1.2. Tərəflər dövlətlərin zəngin neft-qaz ehtiyatlarını nəzərə alaraq aşağıdakı sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəldilər:
1.2.1. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi, emalı, nəqli, satışı və yeni bazarlara çıxışı sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və təşviqi;
1.2.2. Neft-qaz sahəsində mütəxəssislərin hazırlanması, ixtisasın artırılması və qarşılıqlı mütəxəssis mübadiləsinin həyata keçirilməsi;
1.2.3. Neft-kimya sənayesinin inkişafı üzrə müxtəlif sahələrdə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq imkanlarının araşdırılması.
1.3. Tərəflər dövlətlərin zəngin hidroenerji və elektrik enerjisi ehtiyatlarını və əlverişli coğrafi mövqelərini nəzərə alaraq aşağıdakılar barədə razılığa gəldilər:
1.3.1. 400 (330) kV-luq "Ərdəbil - İmişli", 330 kV-luq "İmişli - Şirvan", 220 kV-luq Şirvan-Astara, Astara (Azərbaycan Respublikası) - Astara (İran İslam Respublikası) elektrik verilişi xətlərinin və müvafiq yarımstansiyaların tikintisinin başa çatdırılması:
1.3.2. Hər iki ölkənin tranzit imkanlarından istifadə edərək elektrik enerjisinin üçüncü dost ölkələrə ixracı imkanlarının araşdırılması;
1.3.3. Azərbaycan Respublikası - İran İslam Respublikası elektroenergetika sistemlərinin paralel rejimdə işləməsi haqqında əldə olunmuş razılaşmalarda nəzərdə tutulmuş tədbirlərin icrasına dair imkanların öyrənilərək müvafiq müzakirələrin aparılması;
1.3.4. İran İslam Respublikasına Azərbaycan Respublikasının enerji sistemindən müvafiq gücün ötürülməsi üçün danışıqlara başlanılması;
1.3.5. Tərəflər Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası ilə həmsərhəd xxxx hissədə Araz çayının su enerjisi potensialından bərabər və birgə istifadə etmək məqsədilə su elektrik stansiyalarının layihələşdirilməsi və tikintisi üzrə qarşılıqlı əməkdaşlıq;
1.3.6. Hər iki ölkə ərazisində elan edilmiş beynəlxalq tenderlər barədə məlumat mübadiləsi;
1.3.7. Alternativ və bərpa olunan (günəş, külək, su, biokütlə və s.) enerji mənbələrinin araşdırılması məqsədilə mövcud əməkdaşlığın genişləndirilməsi;
1.3.8. Tərəflər iki ölkə arasında Sazişə nail olmaq üçün "Xudafərin" və "Qız Qalası" su bəndləri və elektrik stansiyalarına dair məsələlər barədə ekspert müzakirələrini bir aydan gec olmayaraq başlayacaqları barədə razılığa gəldilər;
1.3.9. Ordubad — Marazad su elektrik stansiyalarının layihələşdirilməsi və tikintisinin maliyyələşdirilməsi üzrə məsələlərin müzakirəsi;
1.3.10. İran İslam Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik veriliş xətlərinin birləşdirilməsi ilə əlaqədar qarşılıqlı anlaşmanın əldə olunması imkanlarının araşdırılması;
1.3.11. Sərhədyanı rayonlarda qaz və mazutla işləyən müştərək elektrik stansiyalarının inşasına dair imkanların araşdırılması istiqamətində müzakirələrin aparılması;
1.3.12. Araz, Astara və Bolhar sərhəd çaylarının axımının nizamlanması, sel və daşqın sularının zərərli təsirinə qarşı birgə mübarizə tədbirlərinin hazırlanması və bu işlərin davam etdirilməsi üçün müştərək İşçi Qrupun yaradılması;
1.3.13. Sərhədyanı zonalarda suvarılan torpaqların hidrogeoloji və meliorativ vəziyyətlərinin öyrənilməsi və bu məsələ barədə lazımi təkliflərin hazırlanması;
1.3.14. Araz çayında həyata keçirilməsi nəzərdə tutulan su təsərrüfatı üzrə tədbirlərin hər iki tərəflə razılaşdırılması;
1.3.15. Meliorasiya və su təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması;
1.4. Tərəflər sənaye sahəsində əməkdaşlıq üçün geniş imkanların olmasını nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:
1.4.1. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və İran İslam Respublikasının Sənaye və Mədənlər Nazirliyi arasında sənaye sahəsində qarşılıqlı faydalı əməkdaşlığın yaradılması;
1.4.2. Sənayenin bütün sahələrində (yüngül, yeyinti, maşınqayırma, avtomobil, metallurgiya, məişət kimyası, qənaətli elektrik lampalarının istehsalı və s.) ikitərəfli əməkdaşlıq üçün mövcud imkanlardan faydalanaraq, hər iki ölkənin müvafiq şirkətləri arasında əməkdaşlığın təşviq edilməsi, konkret təkliflərin araşdırılması;
1.4.3. Sənaye sahəsində birgə müəssisələrin yaradılmasının dəstəklənməsi;
1.4.4. Sənaye sahəsində ətraf mühitin mühafizəsinin dəstəklənməsi:
1.4.5. Sənaye sahəsində yeni effektiv texnologiyaların və standartların tətbiqi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi.
1.5. Enerji istehlakının idarə edilməsi səmərəliliyinin (SEC) yüksəldilməsi məqsədilə müvafiq enerji standartlarının işlənilməsi üzrə birgə əməkdaşlıq imkanlarının araşdırılması;
1.5.1. Karbon emissiyasının (SER) azaldılması üzrə müştərək əməkdaşlıq imkanlarının araşdırılması.
2. Nəqliyyat
2.1. Tərəflər nəqliyyat sahəsində mövcud əməkdaşlığı genişləndirmək üçün aşağıdakı fəaliyyətin zəruriliyini qeyd etdilər:
2.1.1. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərnişin və xxx daşımalarında mövcud potensialdan səmərəli istifadə etmək məqsədi ilə nəqliyyat nazirliklərinin rəhbərləri arasında görüşlərin keçirilməsi;
2.1.2. İran İslam Respublikasının ərazisindən keçməklə "Bakı-Naxçıvan-Bakı" müntəzəm avtobus marşrutu ilə sərnişin daşımalarının sadələşdirilməsi istiqamətində müvafiq işlərin aparılması;
2.1.3. Culfa (Azərbaycan Respublikası) - Culfa (İran İslam Respublikası) keçid məntəqələrində Araz çayı üzərində yeni körpünün inşasının İran tərəfindən sürətləndirilməsi;
2.1.4. Astara çayı üzərində (Astara (Azərbaycan Respublikası) - Astara (İran İslam Respublikası)) tikilməsi nəzərdə tutulan avtomobil yolu körpü keçidinin yerinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan tərəfindən verilmiş təkliflərə dair İran tərəfinin rəyinin bildirilməsi;
2.1.5. İki dövlət arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə nəzərdə tutulmuş əlaqələrin inkişaf etdirilməsi, xüsusilə dəmir yolu sahəsində işlərin sürətləndirilməsi və bu məsələnin nəqliyyat nazirliklərinin rəhbərləri arasındakı görüşlərdə müzakirə edilməsi;
2.1.6. Naxçıvan - Tehran - Dubay və yaxud Tehran - Naxçıvan - Tehran beynəlxalq aviareyslərinin və Naxçıvan - Tehran və ya Naxçıvan - Məşəd və əks istiqamətdə sərnişin qatarı marşurutunun açılması imkanlarının araşdırılması;
2.1.7. Dənizçilik sahəsində və limanlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində dəniz məsələləri üzrə üçüncü toplantının 2009-cu ilin sonuna qədər keçirilməsi ilə bağlı Tərəflərin müzakirəsi.
3. İqtisadi və ticarət əlaqələri
3.1. 5 avqust 2004-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ticarət Sazişi”nin qüvvəyə minməsinin əhəmiyyətini nəzərə alaraq qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə bu Sazişin hüquqi imkanlarından istifadə edilməsi;
3.2. İki ölkə arasında iqtisadiyyat və ticarət üzrə əməkdaşlığın genişlənməsi üzrə potensial imkanlar barədə araşdırma apararaq iki ölkə arasında ticarət mübadiləsinin həcminin artırılması, həmçinin hər iki Tərəfin aidiyyəti qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili;
3.3. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə hər iki ölkənin şirkətləri arasında ticarət mübadilələrinin təşviq edilməsi;
3.4. Əməkdaşlığın potensial imkanları ilə tanışlıq istiqamətində yeni marketinq metodlarından istifadənin əhəmiyyətini vurğulamaqla, iki ölkə arasında ticarət və investisiya imkanlarının araşdırılması məqsədilə ardıcıl olaraq Bakı şəhərində və Tehran şəhərində biznes forumların keçirilməsi;
3.5. Hər iki ölkə ərazisində elan edilmiş beynəlxalq tenderlər barədə məlumat mübadiləsi;
3.6. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında birgə sərgilərin, simpozium və bu növ tədbirlərin təşkili üçün hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın həyata keçirilməsi;
3.7. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və İran İslam Respublikasının Ticarət və Sənaye Palatası tərəfindən Azərbaycan Respublikasında İran İslam Respublikasının iqtisadi günlərinin və qarşılıqlı olaraq İran İslam Respublikasında Azərbaycan Respublikasının iqtisadi günlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi;
3.8. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və İran İslam Respublikasının Ticarət və Sənaye Palatası arasında Birgə Şuranın yaradılması istiqamətində əməkdaşlığın həyata keçirilməsi;
3.9. İki ölkənin müvafiq qurumları arasında sahibkarlığın inkişafı sahəsində təcrübə mübadiləsi və sahibkarlığın dəstəklənməsi mexanizmləri haqqında mütəmadi məlumat mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili;
3.10. İki ölkə sahibkarlarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə investisiya imkanlarına dair məlumatların mübadiləsi;
3.11. İran İslam Respublikasının İxracatın İnkişafı Bankı Azərbaycan Respublikasında layihələrin həyata keçilməsinə, habelə İranın mal və xidmətlərinin ixracının maliyyələşdirilməsi məqsədilə İranın İxraca Zəmanət Fondunun zəmanəti əsasında kreditlər ayırmağa hazır olduğunu bildirdi;
3.12. "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" layihəsinin və "Azərbaycan Respublikası Hökuməti İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət sahəsində əhatəli əməkdaşlığa dair Protokol" layihəsinin razılaşdırılması və imzalanması istiqamətində tədbirlərin görülməsi;
3.13. Tərəflər iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişin müddəalarına uyğun olaraq əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsinin zəruriliyini vurğuladılar;
3.14. Tərəflər Azərbaycan Respublikası və İran İslam Respublikası sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük idarələrinin rəisləri arasında müntəzəm görüşlərin keçirilməsini vurğuladılar;
3.15. İran tərəfindən "Azər -Asiya" sığorta şirkəti ilə bağlı məsələ qaldırıldığını nəzərə alaraq, Azərbaycan tərəfi bu məsələni araşdıracağını bildirmişdir.
4. Rabitə və informasiya texnologiyaları
4.1. Rabitə və informasiya texnologiyaları sahəsinin tənzimlənməsi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi edilməsi;
4.2. İnformasiya və kommunikasiya sahəsi üzrə tərəflərin özəl sektorları arasında əlaqələrin genişləndirilməsi;
4.3. Beynəlxalq maliyyə-kredit qurumlarının dəstəyi ilə informasiya və kommunikasiya sektoru üzrə regional layihələrin həyata keçirilməsi;
4.4. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mübadilə olunan terminal telefon trafikinə görə hesablaşma qiymətlərinin dünya telekom bazarının xxxxx qiymətlərinə uyğun tənzimlənməsi məsələsinin İran tərəfinin aidiyyəti nümayəndələri ilə müzakirəsi;
4.5. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq poçt mübadiləsi nəticəsində yaranmış borcların qarşılıqlı olaraq vaxtında ödənilməsi ilə bağlı məsələlərin İran Beynəlxalq Poçt İdarəsinin nümayəndələri ilə müzakirəsi;
4.6. "Xəzər dənizinin ekologiyası" mövzusunda müştərək poçt markasının buraxılması üzrə eskizlərin hazırlanması;
4.7. İki ölkənin poçt müdiriyyətləri arasında elektron vasitələrlə poçt-maliyyə xidmətilərinin mübadiləsinin müzakirəsi;
4.8. Hər iki ölkənin üzərindən beynəlxalq tranzit poçtun daşınması məsələsinin müzakirəsi;
4.9. Naxçıvan Muxtar Respublikasına aid poçtun avtomaşınla İran ərazisindən daşınması üçün şəraitin yaradılmasının müzakirəsi,
4.10. İran İslam Respublikasının ərazisindən tranzit olaraq keçməklə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası, Türkiyə və Türkmənistan istiqamətlərində mövcud tutumların istifadə haqlarına güzəştlərin tətbiqinin müzakirəsi, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası istiqamətində mövcud böyüktutumlu rabitə kanalının) dayanıqlı işinin təmin olunması;
4.11. İran İslam Respublikasının Azərbaycan Respublikası ərazisinə yayımlanan və əksinə yayımlanan radio və televiziya proqramlarının (BTİ)-nin (Beynəlxalq Telekommunikasiya İttifaqı) xxxxx və tövsiyələrinə uyğun yayımlanması və bu sahədə fəaliyyətin tənzimlənməsi koordinasiyası məqsədilə hər iki ölkənin mütəxəssislərindən ibarət qısa müddət ərzində işçi qrup yaradılması;
4.12. Qəbul olunmuş koordinasiya zonası hüdudlarında hər iki ölkənin mövcud və planlaşdırılan TV və radio yayımı stansiyalarının texniki parametrlərinin qarşılıqlı mübadilə edilməsi və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tövsiyələrinə uyğun razılaşdırılması;
4.13. Mobil rabitə şəbəkəsi üzrə texniki və mühəndislik xidmətlərinin mübadiləsi;
4.14. Operatorlar arasında rabitə xidmətlərinin inkişafı və beynəlxalq rominq üzrə yeni müqavilələrin işlənib-hazırlanması;
4.15. Təbii fəlakətlərin idarə edilməsi məqsədilə uzaq məsafədən dəyərləndirmə imkanlarından faydalanmaq sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının araşdırılması;
4.16. İki ölkənin sərhədlərində mobil rabitə operatorlarının ötürücülərinin tezlik kanallarının üst-üstə düşməsindən irəli gələn problemlərin aradan qaldırılması istiqamətində əməkdaşlığın davam etdirilməsi;
4.17. İki ölkənin milli peyk şəbəkələrinin yaradılmasında və koordinasiyasında qarşılıqlı əlaqələrin qurulması;
4.18. Beynəlxalq Telekommunikasiya İttifaqı və bu sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarda hər iki ölkənin təklif və mövqelərinin qarşılıqlı dəstəklənməsi;
4.19. Yeni texnologiyaların tətbiqi ilə əlaqədar birgə təcrübə mübadiləsi, seminar və kursların təşkil edilməsi, tələbə və müəllimlərin xxxxx və bacarıqlarından qarşılıqlı istifadə edilməsi üçün şəraitin yaradılması;
4.20. Hər iki ölkə ərazisində rabitə (o cümlədən TV və radio yayımı) avadanlıqlarının istehsalı və alqı- satqısında (tenderlərdə) qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi;
4.21. Kəndlərdə informasiya şəbəkələrinin genişləndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması.
5. Kənd Təsərrüfatı
5.1. Dənli, dənli-paxlalı, pambıq, kartof, meyvə, üzüm və s. bitkilərin genofond materialının mübadiləsi və bu bitkilər üzrə yeni yaradılmış sort nümunələrinin qarşılıqlı ekoloji sınaqlarının keçirilməsi və informasiya mübadiləsi;
5.2. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı texnologiyalarının işlənilməsi sahəsində birgə əməkdaşlığın gücləndirilməsi.
5.3. Bitkiçilikdə və heyvandarlıqda səmərəli mühafizə tədbirlərinin işlənilməsi fitosanitar tədbirlərin səmərəliliyinin artırılması üçün sərhəd zonalarında vaxtaşırı monitorinqlərin keçirilməsi və informasiya-təcrübə mübadiləsi;
5.4. Camışların süni mayalandırılmasında istifadə olunan yüksək məhsuldar kəl toxumlarının İranın aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına satılması imkanlarının araşdırılması;
5.5. İran İslam Respublikasının "Muğan" Xxxx Dövlət Şirkəti ilə Azərbaycan Respublikasının aidiyyəti qurumları arasında qısa müddətli təlim kurslarının keçirilməsi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması;
5.6. İran İslam Respublikasının "Muğan" Xxxx Dövlət Şirkəti və Azərbaycan Respublikasının "Vüqar" şirkəti arasında bağçılıq, bitkiçilik, heyvandarlıq sahələri üzrə əməkdaşlıq imkanlarının araşdırılması.
6. Sərhəd məsələləri
6.1. 02.07.1994-cü il tarixində (hicri tarixi ilə 11.04.1373-cü il) Tehran şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd məsələləri üzrə Müştərək Komissiyanın yaradılması haqqında Memorandum"a uyğun olaraq, Sərhəd məsələləri üzrə Müştərək Komissiyanın 2009-cu ildə ilk iclasının keçirilməsi məsələsinin diplomatik kanallar vasitəsilə razılaşdırılması;
6.2. Azərbaycan Respublikası vətəndaşlarının şəxsi avtomobilləri ilə İran İslam Respublikasına və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gediş-gəlişlərinin sadələşdirilməsi;
6.3. Şahtaxtı (Azərbaycan Respublikası) - Poldəşt (İran İslam Respublikası) dövlət sərhədindən buraxılış məntəqəsinə beynəlxalq keçid statusunun verilməsinin tezləşdirilməsi və məntəqədə infrastrukturun müasirləşdirilməsi məsələləri üzrə ikitərəfli müzakirələrin başlanması;
6.4. Hər iki ölkə vətəndaşlarının Horadiz (Azərbaycan Respublikası) - Aslandüz (İran İslam Respublikası) dövlət sərhədindən buraxılış məntəqəsindən gediş-gəlişinin sadələşdirilməsi imkanlarının araşdırılması;
6.5. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memorandumun 9-cu bəndinə uyğun olaraq Yardımlı rayonunun Deman kəndi istiqamətində dövlət sərhədindən yeni buraxılış məntəqəsinin açılması məsələsinin müzakirə edilməsi;
6.6. 2004-cü ildə Azərbaycan "Azəriqaz" QSC və İran Milli Qaz İxracı Şirkəti arasında imzalanmış "Təbii qaz mübadiləsi müqaviləsi"ni lazımı qaydada icra etmək istiqamətində hər iki şirkətin nümayəndələrinin Azərbaycan-İran sərhədini (Astara və Culfa) sadələşdirilmiş şəkildə keçmələri üçün lazımı tədbirlər görülməsi;
6.7. Biləsuvar (Azərbaycan Respublikası)- Biləsuvar (İran İslam Respublikası) dövlət sərhədindən buraxılış məntəqəsinin iş vaxtının uzadılması məsələsinə baxılması;
6.8. Viza tənzimlənməsi məsələsinə, rüsumun alınmasına, eyni zamanda "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikasının vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında Memorandum"a uyğun olaraq, Naxçıvan sakinləri üçün rüsumsuz verilən 3 aylıq vizanın müddətinin 6 aya qədər uzadılmasına baxılması.
7. Mədəniyyət, turizm, təhsil və səhiyyə
7. Tərəflər mədəniyyət və turizm sahələrində əməkdaşlıqdan məmnunluq bildirdilər və aşağıdakı sahələrdə əlaqələrin genişləndirilməsi barədə razılığa gəldilər:
7.1 İran və Azərbaycan xalqlarının tarixi, mədəni, mənəvi dəyərlərini əks etdirən informasiya toplusunun ildə bir dəfə davamlı olaraq, hazırlanması və nəşr edilərək hər iki ölkədə yayılması;
7.2 Azərbaycan dilinin İran İslam Respublikasında, fars dilinin Azərbaycan Respublikasında inkişaf etdirilməsinə dair elmi və ictimai müzakirələrin keçirilməsi;
7.3. Hər iki ölkənin şairlərinin iştirakı ilə qarşılıqlı olaraq Azərbaycan Respublikasında və İran İslam Respublikasında şer festivallarının keçirilməsi;
7.4. Azərbaycan Respublikasında və İran İslam Respublikasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi;
7.5. Xxxxx Xxxxx Xxxxxxxx Xxxxxxxxxx Bakıda və Tehranda xatirə gecəsinin keçirilməsi;
7.6. Hər iki ölkənin rəssamlarının qarşılıqlı olaraq Azərbaycan Respublikasında və İran İslam Respublikasında sərgilərinin təşkili;
7.7 Azərbaycan incəsənət qruplarını İran İslam Respublikasının beynəlxalq "Fəcr" musiqi festivalında iştirakı;
7.8. İran İslam Respublikasında memarlıq abidələrinin bərpası sahəsində aparılan işləri nümayiş etdirmək məqsədilə Bakı şəhərində sərginin keçirilməsi və Azərbaycan mütəxəssislərinin İran mütəxəssislərinin tarixi abidələrin bərpası və tədqiqi sahəsində təcrübəsi ilə xxxxx olmasına şərait yaratmaq;
7.9. Hər iki ölkənin muzey işçilərinin, habelə bərpaçı rəssamların təcrübə mübadiləsi və yaradıcılıq ezamiyyətlərinin təşkili;
7.10. İki ölkənin Milli Kitabxanaları arasında kitabların mübadiləsi və əməkdaşlıq haqqında müqavilələrin imzalanması;
7.11. İran İslam Respublikasında Azərbaycan kitablarından, Azərbaycan Respublikasında isə İran kitablarından ibarət sərgilərin keçirilməsi;
7.12. Azərbaycan Respublikasında təşkil olunan uşaq musiqi festivallarına və müsabiqələrə İran İslam Respublikasından, həmçinin İran İslam Respublikasında təşkil olunan həmin tədbirlərə Azərbaycan Respublikasından uşaqların dəvət edilməsi;
7.13. Hər iki ölkədə Azərbaycan Respublikasından və İran İslam Respublikasından uşaqların rəsm əsərləri və əl işlərindən ibarət sərgilərin təşkili;
7.14. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması;
7.15. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə İranın rəsmi turizm qurumu ilə əlaqələrin yaradılması;
7.16. ÜTT, İKT və bu sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlıq;
7.17. Texniki-peşə təhsili sahəsində əməkdaşlıq;
7.18. Ali və xxxx ixtisas/ikiillik ali təhsil sahəsində qarşılıqlı maraq doğuran sahələr üzrə tədris kurslarının həyata keçirilməsi;
7.19. İki ölkə arasında təhsil sənədlərinin qarşılıqlı tanınması sahəsində hökumətlərarası Sazişin imzalanması üçün səylərin artırılması;
7.20 Hər iki ölkədə xəstəxana, klinika və ixtisaslaşdırılmış müalicə mərkəzlərinin yaradılması və təchizatı sahəsində əməkdaşlığın inkişafı;
7.21. Səhiyyə və tibb xxxx sahəsində əməkdaşlığın davam etdirilməsi, eləcə də təbabətdə çağdaş müalicə üsullarının tətbiqi üzrə təcrübə mübadiləsinin inkişafı;
7.22. İki ölkə arasında epidemialogiya və infeksion xəstəliklərə nəzarət sahəsində əməkdaşlığın genişləndirilməsi;
7.23. Tərəflər ildə iki dəfə iyun və dekabr aylarında Astara (Azərbaycan Respublikası) və Culfada (İran İslam Respublikası) hər iki nazirliklərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə infeksion xəstəliklərə nəzarət üzrə görüşləri təşkil edəcəklər;
7.24. Tibb və əczaçılıq sənayesində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi.
8. Yekun müddəalar
8.1. Tərəflər bu Memorandumun müddəalarının yerinə yetirilməsini təmin etmək məqsədilə işçi qrupları yaradacaq və icra mexanizmini müəyyənləşdirəcəklər.
8.2. İşçi qrupların rəhbərləri həmsədrlər tərəfindən təyin olunacaqdır. İşçi qrupunun iclasları zərurət olduğu halda Tərəflərin razılığı əsasında növbə ilə Bakı və Tehran şəhərlərində keçiriləcəkdir.
8.3. Tərəflər Müştərək Komissiyanın növbəti 8-ci iclasının Tehran şəhərində keçirilməsi barədə razılığa gəldilər. İclasın tarixi diplomatik kanallar vasitəsilə qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.
Bu Memorandum Bakı şəhərində. “ 19” fevral 2009-cu il tarixində, uyğun olaraq hicri şəmsi tarixi 01.12.1387-ci ildə hər biri Azərbaycan və fars dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti adından | İran İslam Respublikası Hökuməti adından |
Xxxxx Xxxxxxxxxxx Xarici İşlər Xxxxxx | Mənuçehr Mottəki Xarici İşlər Xxxxxx |
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında 2009-cu il xxxxxx 10-da Tehran şəhərində imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında 2009-cu il xxxxxx 10-da Tehran şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
1.2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İran İslam Respublikasının İnformasiya və Rabitə Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
1.3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının İran Mədəni İrsi, Xalq Tətbiqi Sənəti və Turizm Təşkilatı arasında mədəni irs sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və İran İslam Respublikasının Statistika Mərkəzi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
1.5. X.X.Xxxxxxx adına Azərbaycan Milli Kitabxanası və İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İran İslam Respublikası tərəfini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2009-cu il
№ 234
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası hökuməti,
ikitərəfli əməkdaşlığın genişləndirilməsini arzu edərək və iki ölkənin müvafiq qurumları tərəfindən imzalanmış sazişləri nəzərə alaraq,
ölkələri arasında mövcud dostluq əlaqələrini gücləndirmək məqsədilə,
iqtisadi, siyasi və sosial əməkdaşlığın təşviq edilməsində turizmin səmərəli vasitə olduğunu etiraf edərək, hüquqların tam bərabərliyi və qarşılıqlı fayda əsasında,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər vətəndaşlarını bir-birilərinin ölkələrinə səfər etməyə həvəsləndirəcəklər və dövlətlərinin müvafiq qanunlarına və qaydalarına uyğun olaraq və beynəlxalq öhdəliklərinə xələl gətirmədən, aidiyyəti qurumları ilə əməkdaşlıq şəraitində ölkələri arasında turist mübadiləsi sahəsində prosedurları asanlaşdıracaqlar.
Tərəflər həmçinin hər iki ölkə arasında turist mübadiləsinin artırılması məqsədilə öz turizm şirkətləri və turizm sahəsində fəaliyyət göstərən digər aidiyyəti təşkilatları arasında əməkdaşlığı və birbaşa əlaqələri təşviq edəcəklər.
Maddə 2
Tərəflər öz milli qanunvericiliklərinə uyğun olaraq, müvafiq layihələrə sərmayə yatırımı, mehmanxanaların və digər turist yerləşdirmə obyektlərinin tikilməsi və mehmanxana idarəçiliyi kimi turizm sahələrində əməkdaşlığı təşviq edəcəklər.
Maddə 3
Tərəflər öz milli qanunvericiliklərinə və beynəlxalq öhdəliklərin uyğun olaraq, informasiya, statistik məlumatlar, reklam və təbliğat materiallarının mübadiləsini həyata keçirəcəklər. Onlar həmçinin öz dövlətlərinin ərazisində təşkil olunmuş beynəlxalq sərgilərdə və yarmarkalarda digər tərəfin iştirakını təşviq edəcəklər.
Maddə 4
Tərəflər texniki əməkdaşlıq, birgə tədqiqat layihələri və təbliğat materiyalarının istehsalı kimi turizmin müxtəlif sahələrində biliklərin (know-how) və praktiki təcrübənin mübadiləsinə xüsusi əhəmiyyət verəcəklər.
Maddə 5
Tərəflər turizm sahəsində üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirəcəklər.
Maddə 6
Tərəflər turizm sahəsində çalışan heyətin peşəkar hazırlığı sahəsində məlumat və sənədləri mübadilə edəcək və müvafiq sahələrdə təcrübə kursları, tələbə, təlimatçı və mütəxəssislərin mübadiləsi də daxil olmaqla əməkdaşlığa zəruri şərait yaradacaq, əməkdaşlığın bütün mümkün formalarını nəzərdən keçirəcək və digər Tərəfin rəsmi şəxsləri və mütəxəssisləri üçün seminarlar təşkil edəcəklər.
Maddə 7
Tərəflər üçüncü ölkələrdən turistləri cəlb etmək məqsədilə öz səyahət agentlikləri və digər aidiyyəti qurumları arasında əməkdaşlığı təşviq edəcəklər.
Maddə 8
İkitərəfli məsləhətləşmələr və öz səlahiyyətli qurumlarına tövsiyələrin təqdim edilməsi vasitəsilə bu Anlaşma Memorandumunun həyata keçirilməsi məqsədilə, vaxtaşın olaraq hər iki ölkənin səlahiyyətli nümayəndələrinin iştirak edəcəyi görüşlər keçiriləcəkdir. Tərəflər iştirak üçün həm dövlət, həm də özəl turizm sektorunun nümayəndələrini dəvət edə bilərlər.
Görüşlər Tərəflərin razılaşdırdıqları tarixdə hər növbə ilə hər iki ölkədə keçiriləcəkdir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz hissəsi olaraq ayrı-ayrı protokollar formasında rəsmiləşdiriləcək və bu Anlaşma Memorandumunun 10-cıı maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.
Maddə 10
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.
Bu Anlaşma Memorandumu Tehran şəhərində "10" mart 2009-cu il tarixində, müvafiq olaraq hicri şəmsi tarixi ilə 20 esfand 1387-ci tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı olduqda ingilis dilindəki mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından | İran İslam Respublikası Hökuməti adından |
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İran İslam
Respublikasının İnformasiya və Rabitə Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlığa dair
Anlaşma Memorandumu
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İran İslam Respublikasının İnformasiya və Rabitə Texnologiyaları Nazirliyi, poçt sahəsində əməkdaşlıq üzrə aşağıdakılara dair razılığa gəldilər:
1. Poçt sahəsində treyninq imkanlarına dair təkliflərin verilməsi;
2. Qarşılıqlı maraqlara uyğun olaraq birgə poçt layihələrinin həyata keçirilməsi imkanlarına baxılması;
3. Poçt sahəsi üzrə mütəxəssislərin mübadiləsi;
4. Rəqabətə uyğun qiymətlərlə iki ölkə arasında poçtun tranziti;
5. Əlavə xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq edilməsi;
6. Birgə markanın buraxılması:
6.1) "Xəzər dənizinin ekologiyası" mövzusunda birgə marka buraxılması ilə bağlı müvafiq tədbirlər görüləcək;
6.2) Birgə buraxılacaq markanın növü, dizaynı, ölçüsü və digər zəruri texniki detalları qısa müddətdə tərəflər arasında razılaşdırılacaq;
6.3) Birgə buraxılacaq markanın qiyməti hər bir tərəfin tariflərinə uyğun olaraq müəyyənləşdiriləcək;
6.4) Marka buraxıldıqdan sonra onun ən yaxşı formada elan olunması və ictimaiyyətə məlumat verilməsi təmin ediləcək;
6.5) Tərəflər birgə markalara dair broşüra və maksimafiliya kimi müxtəlif filatelik materialların buraxılmasını nəzərdən keçirəcəklər;
6.6) Birgə marka buraxılışı ilə əlaqədar Azərbaycan Respublikasında və İran İslam Respublikasında “İlk gün buraxılışı” mərasimi və birgə marka sərgisi keçirilməsinə baxılacaq.
7. Tərəflər yuxarıda qeyd olunan bəndlərin detallarını razılaşdıracaq və gələcəkdə bu istiqamətdə əməkdaşlığı daha da genişləndirəcəklər.
Bu Anlaşma memorandumu imzalandığı gündən qüvvəyə minir və 3 il müddətində bağlanılır. Tərəflərdən hər biri bu Anlaşma Memorandumuna xitam vermək niyyəti ilə bağlı diplomatik kanallarla ən azı üç ay əvvəl digər Tərəfə bildiriş verə bilər.
Bu Anlaşma Memorandumu Tehran şəhərində "10" mart 2009-cu il tarixində (Hicri təqvimində 20 Esfənd 1387-ci ildə) iki əsl nüsxədə, hər biri Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı olduqda ingilis dilindəki mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi adından | İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi adından |
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının İran Mədəni İrsi, Xalq Tətbiqi Sənəti və Turizm Təşkilatı arasında mədəni irs sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının İran Mədəni İrsi, Xalq Tətbiqi Sənəti və Turizm Təşkilatı,
ikitərəfli əməkdaşlığı genişləndirmək və iki ölkə arasında mövcud xxxx dostluq münasibətlərini daha da gücləndirmək niyyətində olaraq,
Tərəflərin tərəfdar çıxdığı beynəlxalq müqavilələri nəzərə alaraq,
mədəni irsi iqtisadi, siyasi və sosial əməkdaşlığın effektiv elementi kimi qəbul edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər mədəni irsin qorunması, bərpası və konservasiyası sahələrində mütəxəssislərin mübadiləsini və xxxx tədqiqat və insan resurslarının inkişafı sahələrində təcrübə mübadiləsini təşkil edəcəklər.
Maddə 2
Tərəflər muzey eksponatlarının konservasiyası və bərpası sahələrində, həmçinin tarixi kolleksiyaların qorunmasında, onların reproduksiyalarının və surətlərinin sərgilərdə nümayişində əməkdaşlıq edəcəklər.
Maddə 3
Tərəflər muzey bələdçilərinin və muzey işçilərinin texniki biliklərini artırmaq, həmçinin yeni muzey texnologiyalarının istifadəsi barədə məlumatı bölüşmək üçün təlim kursları təşkil edəcəklər.
Maddə 4
Tərəflər iki ölkənin muzeyləri arasında Beynəlxalq Muzey Şurası çərçivəsində əməkdaşlıq aparılması üçün şərait yaradacaqlar.
Maddə 5
Tərəflər YUNESKO-nun «Hərbi münaqişələr zamanı mədəni irsin qorunması haqqında Haaqa Konvensiyası»nın həyata keçirilməsi üzrə təcrübə mübadiləsi aparacaqlar.
Maddə 6
Tərəflərin yazılı razılığı ilə bu Anlaşma Memorandumuna düzəlişlər edilə bilər.
Maddə 7
Bu Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minir və üç il müddətinə bağlanılır. Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti üç il müddətinə uzadılacaqdır.
Bu Anlaşma Memorandumu Tehran şəhərində "10" mart 2009-cu il tarixində, müvafiq olaraq hicri şəmsi tarixi ilə 20 esfand 1387-ci tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı olduğu təqdirdə ingilis dilindəki mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi adından | İran İslam Respublikasının İran Mədəni İrs, Xalq Tətbiqi Sənəti və Turizm Təşkilatı adından |
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və İran İslam Respublikasının Statistika Mərkəzi arasında statistika sahəsində əməkdaşlığa dair
Anlaşma Memorandumu
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və İran İslam Respublikasının Statistika Mərkəzi, statistika sahəsində əməkdaşlığa dair aşağıdakılar barədə razılığa gəldilər:
I. Tərəflər məlumatların konfidensiallığını və dövlət sirrini təşkil edən informasiyaların qorunmasını təmin etməklə hər iki ölkədə statistikanın inkişafı üçün texniki əməkdaşlığın inkişaf etdirilməsini aşağıdakı vasitələrlə təşviq edəcəklər:
• İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə uçot və sorğuların, araşdırmaların və siyahıyaalmaların inzibati məlumat sisteminin yaradılması və istifadə edilməsi üzrə metodoloji materialların və işlərin mübadiləsi;
• statistikanın, xüsusən ətraf mühit, enerji və İnformasiya texnologiyaları statistikasının təkmilləşdirilməsi, həmçinin milli hesablar sisteminin təşkili və tətbiqi məsələləri üzrə təcrübə mübadiləsi;
• statistik nəşrlərin (dövlətlərin və ya onların ayrı-ayrı regionlarının sosial-iqtisadi vəziyyətindəki dəyişikliklərlə bağlı illik məcmuələrin, cib kitabçalarının, bülletenlərin, məlumatların) mübadiləsi;
• milli statistika xidmətlərinin mütəxəssisləri üçün birgə seminarların və digər ümumi tədbirlərin təşkili;
• sosial və iqtisadi vəziyyəti əks etdirən statistik məlumatların mübadiləsi;
• müqayisəli göstəricilərin təmin olunması.
II. Tərəflər ekspert qruplarının və tədqiqatçıların mübadiləsini və 1-ci bənddə göstərilmiş əməkdaşlıq istiqamətləri çərçivəsində qısa müddətli təlim kurslarının keçirilməsini dəstəkləyəcəklər.
III. Tərəflər təlim kurslarının keçirilməsindən əvvəl təlim kursunun mövzusu, tarixi, yeri və müddəti barədə razılığa gələcəklər.
IV. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlığın birinci ili üçün öhdəliklərinə aşağıdakılar daxildir:
a) Azərbaycanın statistika sisteminin strukturu, qayda və qanunları, təşkilatı imkanları ilə İran missiyasını xxxxx etmək;
b) Təsnifatlar, statistik vahidlərin registri, seçmə metodların tətbiqi haqqında məlumat vermək.
V. İran İslam Respublikasının Statistika Mərkəzinin əməkdaşlığın birinci ili üçün öhdəliklərinə aşağıdakılar daxildir:
a) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsini müasir müayinə metodlarına dair məlumatlarla təmin etmək,
b) İranın İslam Respublikasının statistika sisteminin strukturu, qayda və qanunları, təşkilatı imkanları ilə Azərbaycan Respublikasının missiyasını xxxxx etmək.
VI. Bu Anlaşma Memorandumunun icrasına nəzarət edilməsi və görülmüş işlər barədə hesabatların hazırlanması məqsədilə, hər il növbə ilə Bakı və Tehran şəhərlərində toplaşacaq Birgə Komitə yaradılacaqdır.
Bu Anlaşma Memorandumu imzalandığı gündən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə imzalanır. Tərəflərdən hər biri istənilən vaxt bu Anlaşma Memorandumunun qüvvəsinə xitam vermək niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı bildiriş verməklə onu xitam edə bilər. Anlaşma Memorandumu belə bildirişin alındığı tarixdən altı ay sonra xitam olunur.
Bu Anlaşma Memorandumu Tehran şəhərində "10" mart 2009-cu il tarixində, müvafiq olaraq hicri şəmsi tarixi ilə 20 esfand 1387-ci tarixində iki əsl nüsxədə Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi adından | İran İslam Respublikasının Statistika Mərkəzi adından |
M. F. Xxxxxxx adına Azərbaycan Milli Kitabxanası və İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu
Bundan sonra «Tərəflər» adlandırılacaq X.X.Xxxxxxx adına Azərbaycan Milli Kitabxanası və İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi,
aşağıdakılar barədə razılığa gəldilər:
1. Tərəflər kitab və digər kitabxana materiallarının mübadiləsi istiqamətində tədbirlər görəcəklər.
2. Tərəflər kitabxanaçılıq sahəsində hazırlıq kursları və treninqlərin keçirilməsi, habelə xxxx mühazirələr və tanışlıq tədbirləri kimi proqramların digər Tərəfə təqdim edilməsi, həmçinin təşkil etdikləri kurslardan, tanışlıq proqramlarından və mühazirələrdən digər Tərəfin ekspert və mütəxəssislərinin faydalanmaları üçün tədbirlər görəcəklər.
3. Tərəflər kitab və əlyazma kimi öz kitabxana materiallarının araşdırılması və əsl nüsxənin və ya hər hansı formatda onun surətinin digər Tərəfə göndərilməsi məqsədilə tədbirlər görəcəklər. Yuxarıda qeyd olunan mübadilə Tərəflərin razılaşması əsasında həyata keçiriləcəkdir.
4. Tərəflər kitabxanaçılıq dair birgə xxxx mövzuların tədqiqi, eləcə də digər maraq doğuran mövzular üzrə əməkdaşlıq edəcəklər.
5. Tərəflər kitabxana materiallarının elektron formaya salınması və qorunması sahəsində informasiya mübadiləsi aparmaq və texniki xidmətlər göstərmək yolu ilə bir-birinə yardım edəcəklər.
6. Tərəflər bir-birinin nəşriyyatlarında biblioqrafiya və qarşılıqlı maraq doğuran mövzular barədə məqalələrin dərc edilməsi sahəsində əməkdaşlıq edəcəklər.
7. Tərəflər kitabxana işi sahəsində texnologiyalar mübadiləsi məqsədilə müxtəlif metodlardan yararlanaraq bir-birinin təcrübələrindən istifadə edəcəklər.
8. Tərəflər kitabxanaçılıq, informasiya və əlaqəli sahələr üzrə təcrübələrin öyrənilməsi məqsədilə mütəxəssis mübadiləsi istiqamətində əməkdaşlıq edəcəklər.
9. Tərəflər hər iki ölkədə, digər Tərəfin fəaliyyəti, metodları, xidmətləri və potensial imkanları ilə tədqiqatçıları xxxxx etmək məqsədilə sərgilər keçirəcəklər.
10. Bu Anlaşma Memorandumunda nəzərdə tutulan konkret məsələlərin icra mexanizmi ikitərəfli protokollarla rəsmiləşdiriləcəkdir.
11. Bu Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minir və beş il müddətinə bağlanılır. Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsi ilə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.
Bu Anlaşma Memorandumu Tehran şəhərində, "10" mart 2009-cu il tarixində, müvafiq olaraq hicri şəmsi tarixi ilə 20 esfand 1387-ci tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı olduqda, ingilis dilindəki mətnə istinad ediləcəkdir.
X.X.Xxxxxxx adına Azərbaycan Milli Kitabxanası adından | İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi adından |
2009-cu il fevralın 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası və İran İslam
Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə Memorandum"un təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2009-cu il fevralın 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə Memorandum" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2009-cu il
№ 233
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə
MEMORANDUM
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclası 17-19 fevral 2009-cu il tarixində Bakı şəhərində keçirilmişdir.
Müştərək Komissiyanın iclasına Azərbaycan Respublikası tərəfindən Xarici İşlər Xxxxxx cənab X.Xxxxxxxxxxx, İran İslam Respublikası tərəfindən Xarici İşlər Xxxxxx cənab X.Xxxxxxx həmsədrlik edirdi.
İclasın gündəliyinin müzakirəsinə keçməzdən əvvəl, Tərəflər ölkələrinin iqtisadi vəziyyəti, müxtəlif sahələrdə aparılan islahatlar barədə fikir mübadiləsi etdilər.
Tərəflər dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə 6-cı iclasın nəticələrinə dair Memorandumda əks olunmuş məsələlərin icra vəziyyətini müzakirə etdilər və gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində aşağıdakılar barədə razılığa gəldilər.
1. Sənaye və energetika
1.1. Enerji və sənaye sahəsində (neft, qaz, neft-kimya, elektroenergetika və su) birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə işçi qrupun yaradılması və qısa müddət ərzində qrupun ilk iclasının təşkil edilməsi;
1.2. Tərəflər dövlətlərin zəngin neft-qaz ehtiyatlarını nəzərə alaraq aşağıdakı sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəldilər:
1.2.1. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi, emalı, nəqli, satışı və yeni bazarlara çıxışı sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və təşviqi;
1.2.2. Neft-qaz sahəsində mütəxəssislərin hazırlanması, ixtisasın artırılması və qarşılıqlı mütəxəssis mübadiləsinin həyata keçirilməsi;
1.2.3. Neft-kimya sənayesinin inkişafı üzrə müxtəlif sahələrdə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq imkanlarının araşdırılması.
1.3. Tərəflər dövlətlərin zəngin hidroenerji və elektrik enerjisi ehtiyatlarını və əlverişli coğrafi mövqelərini nəzərə alaraq aşağıdakılar barədə razılığa gəldilər:
1.3.1. 400 (330) kV-luq "Ərdəbil - İmişli", 330_kV-luq "İmişli - Şirvan", 220 kV-luq "Şirvan-Astara", Astara (Azərbaycan Respublikası) - Astara (İran İslam Respublikası) elektrik verilişi xətlərinin və müvafiq yarımstansiyaların tikintisinin başa çatdırılması;
1.3.2. Hər iki ölkənin tranzit imkanlarından istifadə edərək elektrik enerjisinin üçüncü dost ölkələrə ixracı imkanlarının araşdırılması;
1.3.3. Azərbaycan Respublikası - İran İslam Respublikası elektroenergetika sistemlərinin paralel rejimdə işləməsi haqqında əldə olunmuş razılaşmalarda nəzərdə tutulmuş tədbirlərin icrasına dair imkanların öyrənilərək müvafiq müzakirələrin aparılması;
1.3.4. İran İslam Respublikasına Azərbaycan Respublikasının enerji sistemindən müvafiq gücün ötürülməsi üçün danışıqlara başlanılması;
1.3.5. Tərəflər Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası ilə həmsərhəd xxxx hissədə Araz çayının su enerjisi potensialından bərabər və birgə istifadə etmək məqsədilə su elektrik stansiyalarının layihələşdirilməsi və tikintisi üzrə qarşılıqlı əməkdaşlıq;
1.3.6. Hər iki ölkə ərazisində elan edilmiş benəlxalq tenderlər barədə məlumat mübadiləsi;
1.3.7. Alternativ və bərpa olunan (günəş, külək, su, biokütlə və s.) enerji mənbələrinin araşdırılması məqsədilə mövcud əməkdaşlığın genişləndirilməsi;
1.3.8. Tərəflər iki ölkə arasında Sazişə nail olmaq üçün "Xudafərin" və "Qız Qalası" su bəndləri və elektrik stansiyalarına dair məsələlər barədə ekspert müzakirələrini bir aydan gec olmayaraq başlayacaqları barədə razılığa gəldilər;
1.3.9. Ordubad — Marazad su elektrik stansiyalarının layihələşdirilməsi və tikintisinin maliyyələşdirilməsi üzrə məsələlərin müzakirəsi;
1.3.10. İran İslam Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik veriliş xətlərinin birləşdirilməsi ilə əlaqədar qarşılıqlı anlaşmanın əldə olunması imkanlarının araşdırılması;
1.3.11. Sərhədyanı rayonlarda qaz və mazutla işləyən müştərək elektrik stansiyalarının inşasına dair imkanların araşdırılması istiqamətində müzakirələrin aparılması;
1.3.12. Araz, Astara və Bolhar sərhəd çaylarının axımının nizamlanması, sel və daşqın sularının zərərli təsirinə qarşı birgə mübarizə tədbirlərinin hazırlanması və bu işlərin davam etdirilməsi üçün müştərək İşçi Qrupun yaradılması;
1.3.13. Sərhədyanı zonalarda suvarılan torpaqların hidrogeoloji və meliorativ vəziyyətlərinin öyrənilməsi və bu məsələ barədə lazımi təkliflərin hazırlanması;
1.3.14. Araz çayında həyata keçirilməsi nəzərdə tutulan su təsərrüfatı üzrə tədbirlərin hər iki tərəflə razılaşdırılması;
1.3.15. Meliorasiya və su təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması;
1.4. Tərəflər sənaye sahəsində əməkdaşlıq üçün geniş imkanların olmasını nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:
1.4.1. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və İran İslam Respublikasının Sənaye və Mədənlər Nazirliyi arasında sənaye sahəsində qarşılıqlı faydalı əməkdaşlığın yaradılması;
1.4.2. Sənayenin bütün sahələrində (yüngül, yeyinti, maşınqayırma, avtomobil, metallurgiya, məişət kimyası, qənaətli elektrik lampalarının istehsalı və s.) ikitərəfli əməkdaşlıq üçün mövcud imkanlardan faydalanaraq, hər iki ölkənin müvafiq şirkətləri arasında əməkdaşlığın təşviq edilməsi, konkret təkliflərin araşdırılması;
1.4.3. Sənaye sahəsində birgə müəssisələrin yaradılmasının dəstəklənməsi;
1.4.4. Sənaye sahəsində ətraf mühitin mühafizəsinin dəstəklənməsi;
1.4.5. Sənaye sahəsində yeni effektiv texnologiyaların və standartların tətbiqi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi.
1.5. Enerji istehlakının idarə edilməsi səmərəliliyinin (SEC) yüksəldilməsi məqsədilə müvafiq enerji standartlarının işlənilməsi üzrə birgə əməkdaşlıq imkanlarının araşdırılması;
1.5.1. Karbon emissiyasının (SER) azaldılması üzrə müştərək əməkdaşlıq imkanlarının araşdırılması.
2. Nəqliyyat
2.1. Tərəflər nəqliyyat sahəsində mövcud əməkdaşlığı genişləndirmək üçün aşağıdakı fəaliyyətin zəruriliyini qeyd etdilər:
2.1.1. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərnişin və xxx daşımalarında mövcud potensialdan səmərəli istifadə etmək məqsədi ilə nəqliyyat nazirliklərinin rəhbərləri arasında görüşlərin keçirilməsi;
2.1.2. İran İslam Respublikasının ərazisindən keçməklə "Bakı-Naxçıvan-Bakı" müntəzəm avtobus marşrutu ilə sərnişin daşımalarının sadələşdirilməsi istiqamətində müvafiq işlərin aparılması;
2.1.3. Culfa (Azərbaycan Respublikası)-Culfa (İran İslam Respublikası) keçid məntəqələrində Araz çayı üzərində yeni körpünün inşasının İran tərəfindən sürətləndirilməsi;
2.1.4. Astara çayı üzərində (Astara (Azərbaycan Respublikası) - Astara (İran İslam Respublikası)) tikilməsi nəzərdə tutulan avtomobil yolu körpü keçidinin yerinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan tərəfindən verilmiş təkliflərə dair İran tərəfinin rəyinin bildirilməsi;
2.1.5. İki dövlət arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə nəzərdə tutulmuş əlaqələrin inkişaf etdirilməsi, xüsusilə dəmir yolu sahəsində işlərin sürətləndirilməsi və bu məsələnin nəqliyyat nazirliklərinin rəhbərləri arasındakı görüşlərdə müzakirə edilməsi;
2.1.6. Naxçıvan - Tehran - Dubay və yaxud Tehran - Naxçıvan - Tehran beynəlxalq aviareyslərinin və Naxçıvan - Tehran və ya Naxçıvan - Məşəd və əks istiqamətdə sərnişin qatarı marşrutunun açılması imkanlarının araşdırılması;
2.1.7. Dənizçilik sahəsində və limanlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində dəniz məsələləri üzrə üçüncü toplantının 2009-cu ilin sonuna qədər keçirilməsi ilə bağlı Tərəflərin müzakirəsi.
3. İqtisadi və ticarət əlaqələri
3.1. 5 avqust 2004-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ticarət Sazişi"nin qüvvəyə minməsinin əhəmiyyətini nəzərə alaraq qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə bu Sazişin hüquqi imkanlarından istifadə edilməsi;
3.2. İki ölkə arasında iqtisadiyyat və ticarət üzrə əməkdaşlığın genişlənməsi üzrə potensial imkanlar barədə araşdırma apararaq iki ölkə arasında ticarət mübadiləsinin həcminin artırılması, həmçinin hər iki Tərəfin aidiyyəti qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili;
3.3. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə hər iki ölkənin şirkətləri arasında ticarət mübadilələrinin təşviq edilməsi;
3.4. Əməkdaşlığın potensial imkanları ilə tanışlıq istiqamətində yeni marketinq metodlarından istifadənin əhəmiyyətini vurğulamaqla, iki ölkə arasında ticarət və investisiya imkanlarının araşdırılması məqsədilə ardıcıl olaraq Bakı şəhərində və Tehran şəhərində biznes forumların keçirilməsi;
3.5. Hər iki ölkə ərazisində elan edilmiş beynəlxalq tenderlər barədə məlumat mübadiləsi;
3.6. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında birgə sərgilərin, simpozium və bu növ tədbirlərin təşkili üçün hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın həyata keçirilməsi;
3.7. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və İran İslam Respublikasının Ticarət və Sənaye Palatası tərəfindən Azərbaycan Respublikasında İran İslam Respublikasının iqtisadi günlərinin və qarşılıqlı olaraq İran İslam Respublikasında Azərbaycan Respublikasının iqtisadi günlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi;
3.8. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və İran İslam Respublikasının Ticarət və Sənaye Palatası arasında Birgə Şuranın yaradılması istiqamətində əməkdaşlığın həyata keçirilməsi;
3.9. İki ölkənin müvafiq qurumları arasında sahibkarlığın inkişafı sahəsində təcrübə mübadiləsi və sahibkarlığın dəstəklənməsi mexanizmləri haqqında mütəmadi məlumat mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili;
3.10. İki ölkə sahibkarlarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə investisiya imkanlarına dair məlumatların mübadiləsi;
3.11. İran İslam Respublikasının İxracatın İnkişafı Bankı Azərbaycan Respublikasında layihələrin həyata keçirilməsinə, habelə İranın mal və xidmətlərinin ixracının maliyyələşdirilməsi məqsədilə İranın İxraca Zəmanət Fondunun zəmanəti əsasında kreditlər ayırmağa hazır olduğunu bildirdi;
3.12. "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" layihəsinin və "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət sahəsində əhatəli əməkdaşlığa dair Protokol" layihəsinin razılaşdırılması və imzalanması istiqamətində tədbirlərin görülməsi;
3.13. Tərəflər iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişin müddəalarına uyğun olaraq əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsinin zəruriliyini vurğuladılar:
3.14. Tərəflər Azərbaycan Respublikası və İran İslam Respublikası sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük idarələrinin rəisləri arasında müntəzəm görüşlərin keçirilməsini vurğuladılar;
3.15. İran tərəfindən "Azər -Asiya" sığorta şirkəti ilə bağlı məsələ qaldırıldığını nəzərə alaraq, Azərbaycan tərəfi bu məsələni araşdıracağını bildirmişdir.
4. Rabitə və informasiya texnologiyaları
4.1. Rabitə və informasiya texnologiyaları sahəsinin tənzimlənməsi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi edilməsi;
4.2. İnformasiya və kommunikasiya sahəsi üzrə tərəflərin özəl sektorları arasında əlaqələrin genişləndirilməsi;
4.3. Beynəlxalq maliyyə-kredit qurumlarının dəstəyi ilə informasiya və kommunikasiya sektoru üzrə regional layihələrin həyata keçirilməsi;
4.4. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mübadilə olunan terminal telefon trafikinə görə hesablaşma qiymətlərinin dünya telekom bazarının xxxxx qiymətlərinə uyğun tənzimlənməsi məsələsinin İran tərəfinin aidiyyəti nümayəndələri ilə müzakirəsi;
4.5. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq poçt mübadiləsi nəticəsində yaranmış borcların qarşılıqlı olaraq vaxtında ödənilməsi ilə bağlı məsələlərin İran Beynəlxalq Poçt İdarəsinin nümayəndələri ilə müzakirəsi;
4.6. "Xəzər dənizinin ekologiyası" mövzusunda müştərək poçt markasının buraxılması üzrə eskizlərin hazırlanması;
4.7. İki ölkənin poçt müdriyyətləri arasında elektron vasitələrlə poçt-maliyyə xidmətlərinin mübadiləsinin müzakirəsi;
4.8. Hər iki ölkənin üzərindən beynəlxalq tranzit poçtun daşınması məsələsinin müzakirəsi;
4.9. Naxçıvan Muxtar Respublikasına aid poçtun avtomaşınla İran ərazisindən daşınması üçün şəraitin yaradılmasının müzakirəsi,
4.10. İran İslam Respublikasının ərazisindən tranzit olaraq keçməklə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası, Türkiyə və Türkmənistan istiqamətlərində mövcud tutumların istifadə haqlarına güzəştlərin tətbiqinin müzakirəsi, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası istiqamətində mövcud böyüktutumlu rabitə kanalının dayanıqlı işinin təmin olunması;
4.11. İran İslam Respublikasının Azərbaycan Respublikası ərazisinə yayımlanan və əksinə yayımlanan radio və televiziya proqramlarının BTİ-nin (Beynəlxalq Telekommunikasiya İttifaqı) xxxxx və tövsiyələrinə uyğun yayımlanması və bu sahədə fəaliyyətin tənzimlənməsi və koordinasiyası məqsədilə hər iki ölkənin mütəxəssislərindən ibarət qısa müddət ərzində işçi qrup yaradılması;
4.12. Qəbul olunmuş koordinasiya zonası hüdudlarında hər iki ölkənin mövcud və planlaşdırılan TV və radio yayımı stansiyalarının texniki parametrlərinin qarşılıqlı mübadilə edilməsi və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tövsiyələrinə uyğun razılaşdırılması;
4.13. Mobil rabitə şəbəkəsi üzrə texniki və mühəndislik xidmətlərinin mübadiləsi;
4.14. Operatorlar arasında rabitə xidmətlərinin inkişafı və beynəlxalq rominq üzrə yeni müqavilələrin işlənib-hazırlanması;
4.15. Təbii fəlakətlərin idarə edilməsi məqsədilə uzaq məsafədən dəyərləndirmə imkanlarından faydalanmaq sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının araşdırılması;
4.16. İki ölkənin sərhədlərində mobil rabitə operatorlarının ötürücülərinin tezlik kanallarının üst-üstə düşməsindən irəli gələn problemlərin aradan qaldırılması istiqamətində əməkdaşlığın davam etdirilməsi;
4.17. İki ölkənin milli peyk şəbəkələrinin yaradılmasında və koordinasiyasında qarşılıqlı əlaqələrin qurulması;
4.18. Beynəlxalq Telekommunikasiya İttifaqı və bu sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarda hər iki ölkənin təklif və mövqelərinin qarşılıqlı dəstəklənməsi;
4.19. Yeni texnologiyaların tətbiqi ilə əlaqədar birgə təcrübə mübadiləsi, seminar və kursların təşkil edilməsi, tələbə və müəllimlərin xxxxx və bacarıqlarından qarşılıqlı istifadə edilməsi üçün şəraitin yaradılması;
4.20. Hər iki ölkə ərazisində rabitə (o cümlədən TV və radio yayımı) avadanlıqlarının istehsalı və alqı- satqısında (tenderlərdə) qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi;
4.21. Kəndlərdə informasiya şəbəkələrinin genişləndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması.
5. Kənd Təsərrüfatı
5.1. Dənli, dənli-paxlalı, pambıq, kartof, meyvə, üzüm və s. bitkilərin genofond materialının mübadiləsi və bu bitkilər üzrə yeni yaradılmış sort nümunələrinin qarşılıqlı ekoloji sınaqlarının keçirilməsi və informasiya mübadiləsi;
5.2. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı texnologiyalarının işlənilməsi sahəsində birgə əməkdaşlığın gücləndirilməsi;
5.3. Bitkiçilikdə və heyvandarlıqda səmərəli mühafizə tədbirlərinin işlənilməsi, fitosanitar tədbirlərin səmərəliliyinin artırılması üçün sərhəd zonalarında vaxtaşırı monitorinqlərin keçirilməsi və informasiya-təcrübə mübadiləsi;
5.4. Camışların süni mayalandırılmasında istifadə olunan yüksək məhsuldar kəl toxumlarının İranın aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına satılması imkanlarının araşdırılması;
5.5. İran İslam Respublikasının "Muğan" Xxxx Dövlət Şirkəti ilə Azərbaycan Respublikasının aidiyyəti qurumları arasında qısa müddətli təlim kurslarının keçirilməsi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması;
5.6. İran İslam Respublikasının "Muğan" Xxxx Dövlət Şirkəti və Azərbaycan Respublikasının "Vüqar" şirkəti arasında bağçılıq, bitkiçilik, heyvandarlıq sahələri üzrə əməkdaşlıq imkanlarının araşdırılması.
6. Sərhəd məsələləri
6.1. 02.07.1994-cü il tarixində (hicri tarixi ilə 11.04.1373-cü il) Tehran şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd məsələləri üzrə Müştərək Komissiyanın yaradılması haqqında Memorandum"a uyğun olaraq, Sərhəd məsələləri üzrə Müştərək Komissiyanın 2009-cu ildə ilk iclasının keçirilməsi məsələsinin diplomatik kanallar vasitəsilə razılaşdırılması;
6.2. Azərbaycan Respublikası vətəndaşlarının şəxsi avtomobilləri ilə İran İslam Respublikasına və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gediş-gəlişlərinin sadələşdirilməsi;
6.3. Şahtaxtı (Azərbaycan Respublikası) - Poldəşt (İran İslam Respublikası) dövlət sərhədindən buraxılış məntəqəsinə beynəlxalq keçid statusunun verilməsinin tezləşdirilməsi və məntəqədə infrastrukturun müasirləşdirilməsi məsələləri üzrə ikitərəfli müzakirələrin başlanması;
6.4. Hər iki ölkə vətəndaşlarının Horadiz (Azərbaycan Respublikası) - Aslandüz (İran İslam Respublikası) dövlət sərhədindən buraxılış məntəqəsindən gediş-gəlişinin sadələşdirilməsi imkanlarının araşdırılması;
6.5. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memorandumun 9-cu bəndinə uyğun olaraq Yardımlı rayonunun Deman kəndi istiqamətində dövlət sərhədindən yeni buraxılış məntəqəsinin açılması məsələsinin müzakirə edilməsi;
6.6. 2004-cü ildə Azərbaycan "Azəriqaz" QSC və İran Milli Qaz İxracı Şirkəti arasında imzalanmış "Təbii qaz mübadiləsi müqaviləsi"ni lazımı qaydada icra etmək istiqamətində hər iki şirkətin nümayəndələrinin Azərbaycan-İran sərhədini (Astara və Culfa) sadələşdirilmiş şəkildə keçmələri üçün lazımı tədbirlər görülməsi;
6.7. Biləsuvar (Azərbaycan Respublikası)- Biləsuvar (İran İslam Respublikası) dövlət sərhədindən buraxılış məntəqəsinin iş vaxtının uzadılması məsələsinə baxılması;
6.8. Viza tənzimlənməsi məsələsinə, rüsumun alınmasına, eyni zamanda "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikasının vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında Memorandum”a uyğun olaraq, Naxçıvan sakinləri üçün rüsumsuz verilən 3 aylıq vizanın müddətinin 6 aya qədər uzadılmasına baxılması.
7. Mədəniyyət, turizm, təhsil və səhiyyə
7. Tərəflər mədəniyyət və turizm sahələrində əməkdaşlıqdan məmnunluq bildirdilər və aşağıdakı sahələrdə əlaqələrin genişləndirilməsi barədə razılığa gəldilər:
7.1. İran və Azərbaycan xalqlarının tarixi, mədəni, mənəvi dəyərlərini əks etdirən informasiya toplusunun ildə bir dəfə davamlı olaraq, hazırlanması və nəşr edilərək hər iki ölkədə yayılması;
7.2. Azərbaycan dilinin İran İslam Respublikasında, fars dilinin Azərbaycan Respublikasında inkişaf etdirilməsinə dair elmi və ictimai müzakirələrin keçirilməsi;
7.3. Hər iki ölkənin şairlərinin iştirakı ilə qarşılıqlı olaraq Azərbaycan Respublikasında və İran İslam Respublikasında şer festivallarının keçirilməsi;
7.4. Azərbaycan Respublikasında və İran İslam Respublikasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi;
7.5. Xxxxx Xxxxx Xxxxxxxx Xxxxxxxxxx Bakıda və Tehranda xatirə gecəsinin keçirilməsi;
7.6. Hər iki ölkənin rəssamlarının qarşılıqlı olaraq Azərbaycan Respublikasında və İran İslam Respublikasında sərgilərinin təşkili;
7.7 Azərbaycan incəsənət qruplarını İran İslam Respublikasının beynəlxalq "Fəcr" musiqi festivalında iştirakı;
7.8. İran İslam Respublikasında memarlıq abidələrinin bərpası sahəsində aparılan işləri nümayiş etdirmək məqsədilə Bakı şəhərində sərginin keçirilməsi və Azərbaycan mütəxəssislərinin İran mütəxəssislərinin tarixi abidələrin bərpası və tədqiqi sahəsində təcrübəsi ilə xxxxx olmasına şərait yaratmaq;
7.9. Hər iki ölkənin muzey işçilərinin, habelə bərpaçı rəssamların təcrübə mübadiləsi və yaradıcılıq ezamiyyətlərinin təşkili;
7.10. İki ölkənin Milli Kitabxanaları arasında kitabların mübadiləsi və əməkdaşlıq haqqında müqavilələrin imzalanması;
7.11 İran İslam Respublikasında Azərbaycan kitablarından, Azərbaycan Respublikasında isə İran kitablarından ibarət sərgilərin keçirilməsi;
7.12. Azərbaycan Respublikasında təşkil olunan uşaq musiqi festivallarına və müsabiqələrə İran İslam Respublikasından, həmçinin İran İslam Respublikasında təşkil) olunan həmin tədbirlərə Azərbaycan Respublikasından uşaqların dəvət edilməsi;
7.13. Hər iki ölkədə Azərbaycan Respublikasından və İran İslam Respublikasından uşaqların rəsm əsərləri və əl işlərindən ibarət sərgilərin təşkili;
7.14. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması;
7.15. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə İranın rəsmi turizm qurumu ilə əlaqələrin yaradılması;
7.16. ÜTT, İKT və bu sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlıq;
7.17. Texniki-peşə təhsili sahəsində əməkdaşlıq;
7.18. Ali və xxxx ixtisas/ikiillik ali təhsil sahəsində qarşılıqlı maraq doğuran sahələr üzrə tədris kurslarının həyata keçirilməsi;
7.19. İki ölkə arasında təhsil sənədlərinin qarşılıqlı tanınması sahəsində hökumətlərarası Sazişin imzalanması üçün səylərin artırılması;
7.20 Hər iki ölkədə xəstəxana, klinika və ixtisaslaşdırılmış müalicə mərkəzlərinin yaradılması və təchizatı sahəsində əməkdaşlığın inkişafı;
7.21. Səhiyyə və tibb xxxx sahəsində əməkdaşlığın davam etdirilməsi, eləcə də təbabətdə çağdaş müalicə üsullarının tətbiqi üzrə təcrübə mübadiləsinin inkişafı;
7.22. İki ölkə arasında epidemiologiya və infeksion xəstəliklərə nəzarət sahəsində əməkdaşlığın genişləndirilməsi;
7.23. Tərəflər ildə iki dəfə iyun və dekabr aylarında Astara (Azərbaycan Respublikası) və Culfada (İran İslam Respublikası) hər iki nazirliklərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə infeksion xəstəliklərə nəzarət üzrə görüşləri təşkil edəcəklər;
7.24. Tibb və əczaçılıq sənayesində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi.
8. Yekun müddəalar
8.1. Tərəflər bu Memorandumun müddəalarının yerinə yetirilməsini təmin etmək məqsədilə işçi qrupları yaradacaq və icra mexanizmini müəyyənləşdirəcəklər.
8.2. İşçi qrupların rəhbərləri həmsədrlər tərəfindən təyin olunacaqdır. İşçi qrupunun iclasları zərurət olduğu halda Tərəflərin razılığı əsasında növbə ilə Bakı və Tehran şəhərlərində keçiriləcəkdir.
8.3. Tərəflər Müştərək Komissiyanın növbəti 8-ci iclasının Tehran şəhərində keçirilməsi barədə razılığa gəldilər. İclasın tarixi diplomatik kanallar vasitəsilə qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.
Bu Memorandum Bakı şəhərində, "19" fevral 2009-cu il tarixində, uyğun olaraq hicri şəmsi tarixi 01.12.1387-ci ildə hər biri Azərbaycan və fars dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti adından | İran İslam Respublikası Hökumətiadından |
Xxxxx Xxxxxxxxxxx Xarici İşlər Xxxxxx | Mənuçehr Mottəki Xarici İşlər Xxxxxx |
"Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası) - Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşa edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası) - Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşa edilməsi haqqında" 2007-ci il avqustun 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci il
№ 448-IIIQ
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası) - Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşa edilməsi haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti, iki ölkə arasında nəqliyyat sahəsində imzalanmış sazişlərə, o cümlədən dövlətlərarası Müştərək Komissiyanın 5-ci və 6-cı iclaslarının nəticələri barədə memorandumlara əsaslanaraq və nəqliyyat üzrə əlaqələrin inkişafının əhəmiyyətini nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Araz çayının yuxarı hissəsində mövcud körpünün yanında paralel olaraq "Culfa" yeni avtomobil körpüsünün ən qısa zamanda inşa edilməsi barədə razılığa gəldilər.
Maddə 2
Tərəflər layihəyə dair texniki və maliyyə sənədlərinin təsdiqlənməsindən sonra körpünün tikintisi ilə əlaqədar xərclərin Tərəflərin hər biri tərəfindən 50 faiz ödənilməsi istiqamətində tədbir görəcəkləri barədə razılığa gəldilər.
Maddə 3
Körpünün inşa edilməsi üçün Azərbaycan və İran şirkətləri arasında tender keçirmək yolu ilə qalib podratçı şirkət müəyyən edilir.
Maddə 4
Tərəflər razılığa gəldilər ki, körpünün tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və maliyyələşdirilməsi, tenderin keçirilməsi İran tərəfindən həyata keçiriləcəkdir. Tenderin keçirilməsi İran tərəfinin müəyyən etdiyi orqana həvalə edilsin və İranın qanunvericiliyinə uyğun olaraq həyata keçirilsin.
Maddə 5
Qalib podratçı şirkət İran tərəfinin müəyyən etdiyi orqanla 4-cü maddəyə uyğun olaraq müvafiq icra müqaviləsini bağlayacaqdır.
Maddə 6
Tərəflər körpünün inşasının sürətləndirilməsi və sadələşdirilməsi üçün iki ölkənin sərhəd bölgələrində podratçı şirkətin işçilərinin yerləşməsi və hərəkəti istiqamətində bütün lazımi sadələşdirmə tədbirlərini görəcəklər.
Maddə 7
Körpünün inşasının həyata keçirilməsi üçün podratçı şirkət tərəfindən Tərəflərin dövlətlərinin ərazisinə idxal və ixrac olunacaq bütün təchizat və avadanlıqlar istənilən gömrük rüsumları və ödənişlərdən azad olunacaqdır.
Maddə 8
Podratçı şirkətin körpünün inşası zamanı hər iki ölkənin mütəxəssislərin-dən və ekspertlərindən istifadə edəcəyi barədə razılığa gəldilər.
Maddə 9
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və İran İslam Respublika-sının Yol və Nəqliyyat Nazirliyi qarşılıqlı əməkdaşlıqla bu Anlaşma Memorandumunun bütün müddəalarının həyata keçirilməsinə nəzarət etmələri və bu dövr ərzində ortaya çıxan fikir ayrılıqlarının Tərəflər arasında müzakirə yolu ilə aradan qaldırılması barədə razılığa gəldilər.
Maddə 10
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında sonuncu yazılı bildirişi Tərəflərin diplomatik kanallar vasitəsilə aldığı tarixdən qüvvəyə minəcəkdir.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 21 avqust 2007-ci il tarixin-də, müvafiq olaraq hicri şəms tarixi ilə mordad 1386-cı il tarixində, iki əsl nüsxədə Azərbaycan və fars dillərində imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | İran İslam Respublikası Hökuməti adından (imza) |
"Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında" Memorandumun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında" 2007-ci il avqustun 21-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci il
№ 449-IIIQ
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında
MEMORANDUM
Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
Dövlət sərhədindən daşımalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına yönəlmiş səyləri nəzərə alaraq, həmçinin vətəndaşların, nəqliyyat vasitələrinin və malların dövlət sərhədindən keçməsi üçün lazımi şərait yaratmaq məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Tərəflər Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq status verilməsi barəsində qərara gəldilər.
2. Tərəflər müvafiq olaraq Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarının normal fəaliyyəti üçün onları zəruri xxxx müvafiq infrastruktur və tikililərlə təmin edəcəklər.
Maddə 2
Malların, nəqliyyat vasitələrinin və şəxslərin Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrindən keçidi Tərəflərin müvafiq olaraq milli qanunvericiliklərinə uyğun həyata keçiriləcəkdir.
Maddə 3
Şəxslər dövlət sərhədindən sərhəd-keçid məntəqələrini nəqliyyat vasitələrindən istifadə etməklə və ya piyada keçə bilərlər.
Maddə 4
1. Tərəflərdən hər biri öz dövlətinin ərazisində sərhəd-keçid məntəqəsinin tikililərini və infrastrukturunu hazırlayarkən şəxslərin, nəqliyyat vasitələrinin və malların axınının artma tendensiyalarını nəzərə alacaqdır.
2. Tərəflər sərhəd-keçid məntəqəsinin bağlanmasını qarşılıqlı razılıq əsasında diplomatik kanallar vasitəsilə həyata keçirəcəklər.
Maddə 5
1. Sərhəd-keçid məntəqəsində hərəkətin dayandırılması və məhdudiyyəti sanitar səbəblərdən, ölkələrin epizootiki durumundan asılı olaraq, ictimai təhlükəsizlik nöqteyi-nəzərindən və ya təbii fəlakət nəticəsində tətbiq edilə bilər.
Hərəkəti dayandırmağa, yaxud məhdudlaşdırmağa hazırlaşan Tərəf bu barədə digər Tərəfə diplomatik kanallarla dayandırılma və ya məhdudiyyət barədə dərhal xəbər verir.
2. Tərəflər bir-birini sərhəd-keçid məntəqəsinin və ya kommunikasiya tikililərinin nəzərdə tutulmuş təmiri ilə əlaqədar sərhəddə hərəkətin dayandırılması və ya məhdudlaşdırılması barədə belə işlərin başlanmasına üç ay qalmış, onların qurtarma müddəti bildirilməklə, xəbərdar edirlər.
Maddə 6
Bu Memorandumun 1-ci maddəsində göstərilən sərhəd-keçid məntəqələrinin iş rejimini Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhəd xidmətləri və gömrük orqanları arasındakı qarşılıqlı razılaşmalar əsasında müəyyən edirlər.
Maddə 7
Tərəflərin qarşılıqlı razılığı ilə bu Memoranduma əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Memorandumun ayrılmaz hissəsi olaraq ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu Memorandumun 8-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.
Maddə 8
Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişi Tərəflərin diplomatik kanallar vasitəsilə aldığı tarixdən qüvvəyə minir.
Bu Memorandum beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Memorandumun müddətinin bitməsinə altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.
Bu Memorandum Bakı şəhərində 21 avqust 2007-ci il tarixində, müvafiq olaraq hicri şəmsi tarixi ilə mordad 1386-cı il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan və fars dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | İran İslam Respublikası Hökuməti adından (imza) |
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında əvəzsiz yardım (qrant) haqqında" Memorandumun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında əvəzsiz yardım (qrant) haqqında" 2005-ci il yanvarın 26-da Tehran şəhərində imzalanmış Memorandum təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2005-ci il
№ 880-IIQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında əvəzsiz yardım (qrant) haqqında
MEMORANDUM
Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti, 20 may 2002-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında müqavilənin müddəalarını rəhbər tutaraq,
Azərbaycan Respublikasına iqtisadiyyatın inkişafı məqsədilə əvəzsiz yardım (qrant) göstərilməsinə dair Azərbaycan Respublikasının və İran İslam Respublikasının rəsmi şəxsləri arasında danışıqlar aparılmış və aşağıdakılar barədə razılıqlar əldə olunmuşdur:
M a d d ə 1
Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin müraciətini nəzərə alaraq İran İslam Respublikası Hökuməti ikitərəfli iqtisadi əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasına əvəzsiz yardım (qrant) göstərəcəyini bildirir.
M a d d ə 2
İran İslam Respublikası bu Memorandumun müddəaları çərçivəsində əvəzsiz yardım (qrant) kimi Azərbaycan Respublikasına 1 mln. ABŞ dolları məbləğində vəsait ayıracağını bildirir.
M a d d ə 3
Qeyd olunan məbləğin ayrılmasında əsas məqsəd Azərbaycan Respublikası Hökuməti tərəfindən təklif olunan investisiya layihələrinin bütövlükdə və ya qismən maliyyələşdirilməsini təmin etməkdən ibarətdir.
Tərəflərin razılığına əsasən, ayrılmış yardım vəsaiti konkret investisiya layihələrinin həyata keçirilməsi üçün istifadə olunan materialların, avadanlıqların alınmasında, o cümlədən ilkin tədqiqat işlərinin aparılmasında və smeta sənədlərinin hazırlanmasında müvafiq xidmətlərin göstərilməsinə istifadə oluna bilər.
M a d d ə 4
Tərəflər bu Memorandumun bir hissəsi hesab olunan diplomatik Notaları mübadilə etməklə, nəzərdə tutulan layihə haqda razılığa gələcəklər.
M a d d ə 5
Bu Memorandumun 3-cü maddəsində nəzərdə tutulan layihələr İran İslam Respublikasının şirkətləri tərəfindən həyata keçiriləcəkdir.
M a d d ə 6
Bu Memorandum çərçivəsində maliyyələşdiriləcək layihələrin icrası üçün tələb olunan mal, xidmət və avadanlıq İran İslam Respublikasından idxal olunmalı, zəruri hallarda isə seçilmiş İran məsləhətçi mühəndislərinin razılığı ilə onların 30%-i Azərbaycan Respublikasından və ya digər ölkələrdən əldə oluna bilər.
M a d d ə 7
Bu Memorandum çərçivəsində maliyyələşdiriləcək layihələrin icrası Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq İran şirkətləri arasından tender vasitəsilə seçilmiş müəssisə tərəfindən aparıla bilər.
M a d d ə 8
Alınacaq yardımla (qrantla) bağlı məsələlərin həllinə məsul orqanlar, Azərbaycan Respublikası tərəfindən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, İran İslam Respublikası tərəfindən İran İslam Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.
M a d d ə 9
Layihələrin həyata keçirilməsi üçün təyin olunacaq müəssisə tərəfindən həmin layihələrin icrası üzrə öhdəlikləri yerinə yetirəcəyi barədə yazılı razılıq təqdim edildikdən sonra yardımın (qrantın) ayrılmasına başlanılacaqdır.
M a d d ə 10
İran İslam Respublikası Hökuməti texniki nəzarətçilərin rəyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin müraciəti əsasında əvəzsiz yardım (qrant) vəsaitini layihələri icra edən qurumların hesabına köçürəcəkdir. Ödənişlər, seçilmiş İran şirkətinin rəyi əsasında hissələrlə də həyata keçirilə bilər.
M a d d ə 11
Azərbaycan Respublikası Hökuməti ilə layihələrin İcraçıları arasında yaranmış hər hansı ixtilaf barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə məlumat veriləcəkdir. Bu halda yardım (qrant) vəsaitinin verilməsinin davam etdirilməsi Tərəflər arasında yaranmış ixtilafın həlli ilə şərtləndiriləcəkdir.
Bu Memorandum Tehran şəhərində 26 yanvar 2005-ci ildə, uyğun olaraq hicri şəmsi tarixi ilə 7 bəhmən 1383-cü ildə hər biri Azərbaycan və fars dillərində olmaqla iki nüsxədə imzalanmışdır. Hər iki nüsxə eyni qüvvəyə malikdir.
Bu Memorandum, onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları Tərəflərin yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Azərbaycan Respublikası İran İslam Respublikası
Hökuməti adından Hökuməti adından
Xxxxx XXXXXXXXXXX Xxxxx Xxxxx XXXXXXX
2005-ci il yanvarın 9-da Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası və İran İslam
Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 6-cı iclasının nəticələri barədə Memorandum”un təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2005-ci il yanvarın 9-da Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 6-cı iclasının nəticələri barədə Memorandum” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 mart 2005-ci il
№ 691
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 6-cı iclasının nəticələri barədə
M E M O R A N D U M
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 6-cı iclası 8-9 yanvar 2005-ci il tarixdə Tehran şəhərində keçirilmişdir.
Müştərək Komissiyanın iclasında Azərbaycan Respublikası tərəfindən iqtisadi inkişaf xxxxxx xxxxx Xxxxxx Xxxxxx, İran İslam Respublikası tərəfindən kooperasiya xxxxxx xxxxx Xxx Xxxx həmsədrlik edirdi.
İclasın gündəliyinin müzakirəsinə keçməzdən əvvəl, Tərəflər ölkələrinin iqtisadi vəziyyəti, müxtəlif sahələrdə aparılan islahatlar barədə fikir mübadiləsi etdilər.
Tərəflər dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə 5-ci iclasın nəticələrinə dair Memorandumda əks olunmuş məsələlərin icra vəziyyətini müzakirə etdilər və gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində aşağıdakılar barədə razılığa gəldilər:
I. ENERJİ BÖLMƏSİ
1. Neft və qaz
1.1. Tərəflər neft-qaz ehtiyatları sahəsində mövcud imkanları təhlil edərək aşağıdakı sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldilər:
neft-qaz ehtiyatlarının kəşfiyyatı, emalı, nəqli və satışı;
neft-qaz sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması;
“Azəriqaz” QSC və İran Milli Qaz İxracı Şirkəti arasında imzalanmış “Təbii qaz mübadiləsi” müqaviləsinin həyata keçirilməsini təmin edən məsələlərin həllində Tərəflərin maksimum səy göstərməsi;
“Təbii qaz mübadiləsi” üzrə müqavilənin vaxtında həyata keçirilməsi məqsədilə zəruri xxxx material, avadanlıq və mexanizmlərin İran İslam Respublikası sərhədlərindən və ərazisindən Naxçıvan Muxtar Respublikasına keçidinin İran tərəfindən təmin edilməsi;
“Təbii qaz mübadiləsi” üzrə müqavilənin icrası məqsədilə Araz çayından keçməklə təbii qazın İrandan Naxçıvan Muxtar Respublikasına verilməsi və Astara çayından keçməklə təbii qazın Azərbaycandan İrana verilməsi üçün hər iki Tərəfdən texniki məsələlərin həlli istiqamətində lazımi səylərin göstərilməsi.
2. Elektrik enerjisi
2.1. Tərəflər 24 yanvar 2001-ci il tarixli Elektrik enerjisinin mübadiləsi və tranziti barədə Müqavilənin və ona müvafiq əlavələrin, həmçinin Naxçıvan Muxtar Respublikasına elektrik enerji tranzitinin artırılmasına dair 10 mart 2003-cü il tarixli Protokolun icrasından razılıqlarını bildirdilər, bu sahədə əməkdaşlığın genişləndirilməsi
məqsədilə 132 kV-luq Culfa (İran) - Culfa (Azərbaycan) elektrik xəttinin tikintisini müsbət addım kimi qiymətləndirdilər.
2.2. Tərəflər elektrik enerjisi mübadiləsinin və tranzit səviyyəsinin artırılması məqsədilə aşağıdakı layihələrin icrasının sürətləndirilməsi barədə razılığa gəldilər:
Astara (Azərbaycan) - Astara (İran) arasında elektrik xəttinin tezliklə tam istismarı məqsədilə lazımi tədbirlərin görülməsi;
330 kV-luq “İmişli-Parsabad”, 330 kV-luq “Əli Bayramlı-İmişli”, 220 kV-luq “Əli Bayramlı-Astara” elektrik verilişi xətlərinin və müvafiq yarımstansiyaların layihələndirilməsi və tikintisi üzrə lazımi işlərin sürətləndirilməsi;
Rusiya-Azərbaycan-İran enerji sistemlərinin birləşdirilməsi və bu sistemlərin etibarlı sinxron iş rejimini təmin edən avtomatika sistemlərinin işlənməsi məqsədilə hər üç ölkənin mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu çərçivəsində danışıqların davam etdirilməsi;
hər iki ölkənin tranzit imkanlarından istifadə edərək elektrik enerjisinin 3-cü dost ölkə vasitəsilə satın alınması və əvəzləşdirilməsi.
2.3. Tərəflər Naxçıvan Muxtar Respublikasına elektrik enerjisi tranzitinin artırılması məqsədilə İranın Culfa yarımstansiyasından Naxçıvan Muxtar Respublikasına 230 kV-luq elektrik verilişi xəttinin çəkilməsi barədə ekspert müzakirələrinin keçirilməsini və texniki-iqtisadi araşdırmaların aparılmasını məqsədəuyğun hesab etdilər və bu Memorandumun imzalanmasından sonra, 5 ay müddətində hər iki Tərəfin ekspert qrupları arasında texniki- iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasını vurğuladılar.
2.4. Tərəflər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası və İran islam Respublikası ilə həmsərhəd xxxx hissədə Araz çayının su enerjisi potensialından bərabər və birgə istifadə məqsədilə Ordubad (Azərbaycan Respublikası) bölgəsinə üstünlük verərək, su elektrik stansiyalarının layihələşdirilməsi və tikintisi zamanı qarşılıqlı əməkdaşlığın zəruriliyini vurğuladılar.
2.5. Tərəflər alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması məqsədilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etdilər.
2.6. Tərəflər Naxçıvan Muxtar Respublikasının Şahtaxtı məntəqəsinin İranın Poldəşt məntəqəsi vasitəsilə elektrik enerjisi ilə təmin edilməsinə dair Azərbaycan tərəfinin yazılı təklifinin İran tərəfindən texniki-iqtisadi baxımdan araşdırılması barədə razılığa gəldilər.
II. NƏQLİYYAT VƏ RABİTƏ
1. Avtomobil daşımaları
Tərəflər 20 may 2002-ci il tarixdə Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin qüvvəyə minməsini yüksək qiymətləndirdilər və onun müddəalarından irəli gələn məsələlərin həyata keçirilməsi məqsədilə Sazişin 13-cü maddəsinə uyğun olaraq, Birgə Komissiyanın toplantısının iki ay müddətində Bakı şəhərində keçirilməsi və avtomobil nəqliyyatı sahəsində qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirə edilməsi, o cümlədən Azərbaycan Respublikası vətəndaşları (Naxçıvan Muxtar Respublikasının sakinləri) üçün İran İslam Respublikası ərazisindən Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə sərnişin daşımalarının həyata keçirilməsi barədə razılığa gəldilər.
2. Avtomobil yolları və körpülərin inşası
2.1. Azərbaycan tərəfi Bakı-Astara avtomobil yolunun Ələt-Astara hissəsində (243 km) yeni dörd zolaqlı avtomobil yolunun layihə sənədlərinin hazırlanması üçün İran tərəfindən 2 mln. ABŞ dolları məbləğində qrantın ayrılmasından məmnunluq bildirdi və keçirilmiş tenderin nəticəsi olaraq layihələndirmə işlərinin sürətləndirilməsinin vacibliyini qeyd etdi.
2.2. Tərəflər Astara çayı üzərində mövcud xxxx avtomobil körpüsünün bərpası, yeni avtomobil körpüsünün inşa ediləcək yerinin bir ay müddətində dəmir yolu körpüsünün yerləşdiyi sahədə müəyyənləşdirilməsi və bu avtomobil körpüsünün tikintisi üçün 6 ay müddətində layihə-smeta sənədlərinin hazırlanaraq həyata keçirilməsi barədə razılığa gəldilər.
2.3. Azərbaycan tərəfi Culfa-Ordubad (Naxçıvan MR) avtomobil yolunun inşası layihəsinin İran şirkətləri tərəfindən icra olunması barədə təklif irəli xxxxx, İran tərəfi məsələyə baxılacağını bildirdi.
2.4. Tərəflər maliyyələşməsi Azərbaycan (50%) və İran (50%) tərəfindən təmin edilməklə, Araz çayı üzərində Şahtaxtı-Poldəşt və Culfa körpülərinin tikintisi ilə əlaqədar layihənin hazırlanması və həyata keçirilməsinin əhəmiyyətini qeyd etdilər.
3. Dəmir yolu
3.1. Tərəflər Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisi layihəsinin həyata keçirilməsində ölkələrimizin dəmir yolları idarələrinin birgə iştirakı, həmçinin bu istiqamətin gələcəkdə istismarı və tikintisi üçün beynəlxalq konsorsiumun yaradılması imkanlarının araşdırılması barədə razılığa gəldilər.
3.2. Tərəflər Naxçıvan-Təbriz istiqamətində sərnişin qatarlarının müntəzəm gediş-gəlişinin təşkilini və gələcəkdə bu marşrutun Tehran şəhərinə qədər uzadılmasını müsbət qiymətləndirdilər.
3.3. Azərbaycan Dövlət Dəmir Yolu vaqonlarının İran tərəfinə icarəyə verilməsi istiqamətində aparılan danışıqların davam etdirilməsinin zəruriliyi bildirildi.
4. Hava daşımaları
4.1. Tərəflər 2005-ci ilin ilk üç ayı ərzində “İran AİR” və “AZAL” şirkətləri arasında bağlanacaq ticari razılaşmaya əsasən uçuşların artırılması məsələsinin planlaşdırılmasına dair razılığa gəldilər.
4.2. Tərəflər Bakı-Təbriz və əks istiqamətdə uçuşların təşkili barədə razılığa gəldilər.
5. Rabitə
5.1. Tərəflər iki ölkə arasında telefon rabitə xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə Bakı ilə Tehran arasında mövcud xxxx rəqəmsal ikitərəfli telefon kanallarının sayının artırılaraq 60-xxx 90-a çatdırıldığını qeyd etdilər və gələcəkdə, lazım olarsa, bu kanalların sayının artırılmasının mümkünlüyünü bildirdilər.
5.2. Tərəflər Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralından istifadə edərək İran ərazisindən keçməklə Azərbaycan-Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan istiqamətlərində tranzit xətlərinin, həmçinin Azərbaycan ərazisindən istifadə edərək İran-Rusiya tranzit xəttinin istifadəyə verildiyini qeyd etdilər və gələcəkdə qarşılıqlı olaraq tranzit ödəmələrin azaldılması istiqamətində danışıqların aparılmasını məqsədəuyğun hesab etdilər.
5.3. Tərəflər İran ərazisindən keçməklə Bakı və Naxçıvan şəhərləri arasında fiber-optik kanalın çəkilişinin qısa müddətdə sona çatdırılacağını yüksək qiymətləndirdilər.
5.4. Tərəflər telekommunikasiya və informasiya texnologiyaları sahəsində birgə tədbirlər hazırlayıb həyata keçirmək, hər iki dövlətin üzv olduğu poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etmək və bu sahədə operatorların əlaqələrini genişləndirmək barədə razılığa gəldilər.
III. SƏNAYE
1. Hər iki Tərəf 5-7 avqust 2004-cü il tarixlərdə İran İslam Respublikasının Prezidenti cənab Xxxxxxxx Xxxxxxxxx Azərbaycana rəsmi səfəri zamanı tikinti, maşınqayırma, neft-kimya, toxuculuq, nəqliyyat və digər mühüm sahələrdə fəaliyyət göstərən Azərbaycan-İran iş adamları arasında keçirilmiş Biznes Forumun əhəmiyyətini qeyd etdi və gələcəkdə bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini bildirdi.
2. Tərəflər aşağıdakı sahələrdə əməkdaşlığın genişləndirilməsini məqsədəuyğun hesab etdilər: sənaye və enerji infrastrukturunda investisiya yatırımı imkanlarının araşdırılması;
kimya, maşınqayırma, tekstil, ərzaq istehsalı və ya qarşılıqlı olaraq razılaşdırılmış digər sahələrdə əlaqələrin qurulması;
sement, şəkər və çini qablar istehsalı üzrə müəssisələrin təşkili;
Azərbaycanda özəlləşdirməyə açıq elan edilmiş sənaye müəssisələri barədə məlumatların İran tərəfinə təqdim edilməsi.
3. Tərəflər iki ölkədə investorlar üçün mövcud qanunvericilik çərçivəsində iqtisadi və hüquqi təhlükəsizliyin yaradılması məqsədilə qarşılıqlı dəstəyin göstərilməsini vurğuladılar.
IV. TİCARƏT
1. Tərəflər iki ölkə arasında imzalanmış Ticarət Sazişinin və sərhədyanı ticarətə dair Memorandumun əhəmiyyətini qeyd etdilər və onların qısa müddətdə qüvvəyə minməsi istiqamətində zəruri xxxx dövlətdaxili prosedurların həyata keçirilməsi barədə razılığa gəldilər.
2. Tərəflər Biləsuvar müştərək sərhəd bazarının fəaliyyətinin bərpası və Astara sərhəd bazarının açılmasının sürətləndirilməsi barədə razılığa gəldilər.
3. Tərəflər ölkələrində iqtisadi sərgilərin təşkilini dəstəkləyəcək və öz şirkətlərini hər iki ölkədə keçirilən ixtisaslaşdırılmış beynəlxalq sərgilərdə iştirak etməyə, onların nümayəndə heyətlərinin ticarət missiyaları çərçivəsində qarşılıqlı işgüzar görüşlərə həvəsləndirəcəklər.
4. İran tərəfi “Sərbəst ticarət haqqında Saziş” layihəsinin Azərbaycan tərəfinə təqdim olunduğunu qeyd etdi və Azərbaycan tərəfi həmin Saziş layihəsinə baxılacağını bildirdi.
5. Tərəflər bu Memorandumun müddəaları çərçivəsində həmsərhəd əyalətlər (Gilan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil) ilə Azərbaycanın aidiyyəti orqanları arasında iki ölkənin Dövlətlərarası Müştərək Komissiyasının nəzarəti altında regional əməkdaşlıq üzrə əlaqələrin genişləndirilməsi üçün müvafiq Komissiyanın yaradılması barədə razılığa gəldilər.
V. KƏND TƏSƏRRÜFATI
Tərəflər kənd təsərrüfatı sahəsində görülmüş işlər barədə fikir mübadiləsi etdilər və aşağıdakı istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldilər:
kənd təsərrüfatı məhsullarının və toxumlarının istehsalı; bitki xəstəlik və ziyanvericilərinə qarşı mübarizə;
süni mayalanma üzrə təcrübə mübadiləsi;
xxxx və tədqiqat məlumatlarının mübadiləsi; mütəxəssis və ekspertlərin hazırlanması; quşçuluq və heyvandarlığın inkişafı;
xxxx tədqiqatlara əsasən şoran torpaqların optimal istifadəsi; texnika və avadanlıqların mübadiləsi.
VI. SƏRHƏDYANI ÇAYLARDAN MÜŞTƏRƏK İSTİFADƏ OLUNMASI
1. Tərəflər Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memorandumun müvafiq bölməsində nəzərdə tutulmuş bəndlərin və gələcəkdə həyata keçiriləcək tədbirlərin beynəlxalq normalar çərçivəsində icra olunması barədə razılığa gəldilər.
2. Tərəflər Araz və digər çayların su ehtiyatlarının və bioresurslarının səmərəli və davamlı istifadəsi, mühafizəsi sahəsində mütəmadi olaraq keçirilən görüşlərin davam etdirilməsi və müştərək xxxx qrupun yaradılmasının sürətləndirilməsi barədə razılığa gəldilər.
VII. MALİYYƏ VƏ BANK
1. Tərəflər mövcud maliyyə və bank əməkdaşlığı sahəsində əlaqələrin inkişafından məmnunluq bildirdilər və gələcəkdə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəldilər.
2. Hər iki Tərəf Azərbaycan Respublikasında Ələt-Astara avtomobil yolunun bir hissəsinin inşasının maliyyələşdirilməsi ilə bağlı imzalanmış Memorandumu müsbət qiymətləndirdi və İranın İxracatın İnkişafı Bankı (Banke Tosee Saderat) tərəfindən ayrılması nəzərdə tutulan 40 milyon ABŞ dolları məbləğində kreditə dair Saziş Layihəsinin qısa zamanda razılaşdırılması və imzalanması zəruriliyini bildirdi.
3. Tərəflər Sanir şirkəti tərəfindən Azərbaycanda elektrik verilişi xətlərinin tikintisi üçün iki ölkə arasında maliyyələşdirməyə dair müqavilənin imzalanmasını vurğuladılar.
4. Tərəflər İranın İxracatın İnkişafı Bankından Azərbaycanda yol, körpü və digər infrastruktur obyektlərinin tikintisi üçün kreditin alınması ilə bağlı müzakirələri sürətləndirəcəklər.
5. Tərəflər İranın İxracatın İnkişafı Bankının krediti hesabına İran İslam Respublikasında istehsal olunan avtobusların alınması üzrə danışıqların aparılması razılığına gəldilər.
VIII. SƏRHƏD MƏSƏLƏLƏRİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ
1. Tərəflər hər iki ölkənin sərhədyanı ərazilərində yaşayan vətəndaşlarının bir-birinin ərazisinə sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında 3 dekabr 2004-cü il tarixdə hər iki Tərəfin nümayəndələri
arasında razılaşdırılmış sənədi müsbət qiymətləndirərək, həmin sənədin hər iki ölkənin sərhədyanı ərazilərində yaşayan vətəndaşları arasında əlaqələrin inkişaf etdirilməsinə kömək edəcəyini qeyd etdilər.
2. Tərəflər sərhəddə baş verə biləcək hər bir çətinliyin birgə araşdırılması üçün iki ölkə sərhəd xidmətlərinin rəsmi nümayəndələri arasında keçirilən müntəzəm görüşlərin əhəmiyyətini vurğuladılar və gələcəkdə də bu görüşlərin davam etdirilməsini zəruri hesab etdilər.
3. Hər iki Tərəf Biləsuvar sərhəd buraxılış məntəqəsinin beynəlxalq statusda işləməsi, habelə Şahtaxtı gömrük buraxılış məntəqəsinin beynəlxalq status xxxxxx üçün müvafiq tədbirlərin görülməsini zəruri saydı.
4. Hər iki Tərəf Astara və Culfa gömrük buraxılış məntəqələrinin iş saatlarının artırılmasını zəruri hesab
etdi.
5. Tərəflər 2002-ci il 22 yanvar tarixində “Sərhəd məsələləri, narkotik vasitələr, psixotrop və digər
maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində əməkdaşlıq Memorandumu”nun imzalandığını razılıqla qarşıladılar və bu sahədə əməkdaşlığın gücləndirilməsini zəruri saydılar.
IX. ELM, TƏHSİL, MƏDƏNİYYƏT VƏ SƏHİYYƏ
1. Elm və təhsil
1.1. Tərəflər qarşılıqlı olaraq, elm-təhsil əlaqələrinin iki ölkənin qanun və normativ aktları çərçivəsində inkişaf etdirilməsinə çalışacaqlar.
1.2. Tərəflər Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyi arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında 20 may 2002-ci il tarixdə Tehran şəhərində imzalanmış Memorandumun icrası ilə bağlı səylərini daha da artıracaqlar.
1.3. Tərəflər yuxarıda qeyd olunan Memorandumun icrası məqsədilə hər Tərəfdən üç nəfər olmaqla yaradılacaq Müştərək Komissiyanın qısa müddətdə formalaşmasının vacibliyini qeyd etdilər. Bu Komissiyanın ildə bir dəfə Bakı və Tehran şəhərlərində iclaslarının keçirilməsi barədə razılığa gəldilər.
1.4. Tərəflər Azərbaycan tərəfinin təklifi ilə ilkin olaraq aşağıda göstərilən ali məktəblər tərəfindən verilən təhsil sənədlərinin tanınması ilə bağlı İran tərəfinin yaxın zamanda lazımi tədbirlər görməsi barədə razılığa gəldilər:
Bakı Dövlət Universiteti;
Azərbaycan Dövlət Neft Akademiyası; Azərbaycan Texniki Universiteti;
Azərbaycan Memarlıq və İnşaat Universiteti; Bakı Musiqi Akademiyası;
Naxçıvan Dövlət Universiteti.
1.5. Tərəflər Azərbaycan və İran ekspertləri tərəfindən ilkin olaraq müzakirə olunmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İran İslam Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında müvafiq sənədin yaxın zamanda imzalanması barədə razılığa gəldilər.
2. Mədəniyyət
2.1. Tərəflər mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluq bildirdilər və aşağıdakı sahələrdə əlaqələrin genişləndirilməsi barədə razılığa gəldilər:
2005-ci ildə İran İslam Respublikasında Azərbaycan mədəniyyəti və 2006-cı ildə Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi məqsədilə danışıqların aparılması;
2005-ci il ərzində Bakıda İran və Tehranda Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərin təşkili;
İran İslam Respublikasında keçirilən teatr festivallarında Azərbaycan teatr kollektivlərinin iştirakının təmin edilməsi;
İran İslam Respublikasında inqilabın ildönümü ilə bağlı hər ilin fevral ayında keçirilən müsəlman ölkələrinin muğam və milli musiqi festivalında Azərbaycan incəsənət ustalarının iştirakı;
hər iki ölkənin milli kitabxanalarının ədəbiyyat, tarix və mədəniyyət ilə bağlı kitablarla zənginləşdirilməsi məqsədilə qarşılıqlı kitab mübadiləsi, həmçinin iqtisadi inkişaf üzrə kitabların çapı;
Azərbaycan və İranın qabaqcıl kitabxana və muzey işçilərinin, habelə bərpası rəssamlarının qarşılıqlı təcrübə mübadiləsini aparmaq;
xxxxx Xxxxxxxxxx Azərbaycanda yubiley kitabının nəfis şəkildə nəşr edilməsi;
tarix və mədəniyyət abidələrinin qorunması, təbliği, konservasiyası və bərpası sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycan və İran mütəxəssislərinin hər iki ölkədə görüşlərini təşkil etmək;
Azərbaycanda İranın, İranda Azərbaycanın tarix və mədəniyyət abidələrinə dair fotosərgilər təşkil etmək; Azərbaycanda İran filmləri və İranda Azərbaycan filmləri festivallarını keçirmək;
İran tərəfi ilə əldə edilmiş razılığa əsasən Şəhriyarın həyat və yaradıcılığına həsr edilmiş sənədli və 12 seriyalı bədii filmlərin birgə çəkilişini təşkil etmək.
3. Səhiyyə
3.1. Tərəflər xəstəxana, klinika və ixtisaslaşdırılmış müalicə mərkəzlərinin yaradılması və təchizatı sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirdilər.
3.2. Tərəflər elm, təhsil və müalicə sahəsində əməkdaşlığın davam etdirilməsi və hər iki ölkədə, həmçinin sərhədyanı bölgələrdə yayılmış yoluxucu xəstəliklərə qarşı birgə mübarizə aparılması barədə razılığa gəldilər.
3.3. İran tərəfi Azərbaycan Tibb Universitetini bitirmiş həkimlərin müvafiq imtahan keçdikdən sonra diplomlarının tanınması barədə razılığa gəldi. Bununla yanaşı, digər Tibb Universitetlərinin diplomlarının tanınması, tələbə və mütəxəssis mübadiləsinin həyata keçirilməsi istiqamətində müvafiq işlərin görülməsi barədə razılıq əldə olundu.
3.4. Tərəflər tibb və əczaçılıq sənayesi üzrə birgə sərmayə qoyuluşu və bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyətlərinin sadələşdirilməsi üçün lazımi şərait yaradılmasına çalışacaqlarını qeyd etdilər.
3.5. Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memorandumun X fəslinin 2-ci maddəsinin 2.3-cü bəndində qeyd olunan məsələnin bu günə qədər həll olunmadığını nəzərə alaraq, Azərbaycan tərəfi “Azərfarm” şirkətinin fəaliyyətində mövcud xxxx problemlərin həll olunması istiqamətində səylərini artıracağını bildirdi.
X. ÜMUMİ MÜDDƏALAR
1. Tərəflər bu Memorandumun müddəalarının yerinə yetirilməsini təmin etmək məqsədilə işçi qrupları yaradacaq və icra mexanizmini müəyyənləşdirəcəklər.
2. İşçi qruplarının rəhbərləri həmsədrlər tərəfindən təyin olunacaqdır. İşçi qrupunun iclasları, zərurət olduğu halda, Tərəflərin razılığı əsasında növbə ilə Bakı və Tehran şəhərlərində keçiriləcəkdir.
3. Tərəflər Müştərək Komissiyanın növbəti 7-ci iclasının Bakı şəhərində keçirilməsi barədə razılığa gəldilər. İclasın tarixi diplomatik kanallar vasitəsilə qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.
4. Bu Memorandumda hər hansı bir dəyişiklik Tərəflərin razılığı əsasında yazılı şəkildə həyata keçirilə
bilər.
5. Bu Memorandum Tehran səhərində 9 yanvar 2005-ci ildə, uyğun olaraq hicri şəmsi tarixi ilə 20 xxx
1383-cü ildə hər biri Azərbaycan və fars dillərində imzalanmışdır, hər iki nüsxə eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası İran İslam Respublikası Hökuməti adından Hökuməti adından
İqtisadi inkişaf xxxxxx, Kooperasiya xxxxxx, Azərbaycan Respublikası ilə İran İslam Respublikası ilə
İran İslam Respublikası Azərbaycan Respublikası
arasında iqtisadi, ticarət və humanitar arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə sahələrdə əməkdaşlıq üzrə
Dövlət Komissiyasının sədri Dövlət Komissiyasının sədri Xxxxxx XXXXXX Xxx XXXX
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2005-ci il yanvarın 26-da Tehran şəhərində imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2005-ci il yanvarın 26-da Tehran şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Araz çayının hidroenergetika potensialının istifadəsi haqqında Anlaşma Memorandumu;
1.2. İran İslam Respublikasına məxsus xxxx sənət əsərlərinin Azərbaycan Respublikası Hökuməti tərəfindən İran İslam Respublikası Hökumətinə təhvil verilməsi haqqında Protokol;
1.3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və İran İslam Respublikası İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum;
1.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum;
1.5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İran İslam Respublikası Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq Memorandumu;
1.6. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi və İran İslam Respublikası Dəmir Yolu arasında Qarşılıqlı Anlaşma Memorandumu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 mart 2005-ci il
№ 692
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Araz çayının hidroenergetika potensialının istifadəsi haqqında
A N L A Ş M A M E M O R A N D U M U
Azərbaycan Respublikası və İran İslam Respublikası (bundan sonra “Tərəflər” adlandırılacaq) 2 iyul 1994- cü ildə Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında Memorandum”un müddəalarına əsasən, Araz çayının hidroenergetika potensialından qarşılıqlı və bərabər şəkildə istifadə olunması məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
1. Tərəflər Azərbaycan-İran (xüsusilə Ordubad) sərhədində, Araz çayı üzərində iki derivasiya tipli hidroenergetika stansiyasının tikintisi ilə əlaqədar Araz çayının hidroenergetika potensialından müştərək və bərabər şəkildə istifadənin əhəmiyyətini, layihələndirmənin (layihənin gerçəkləşdirilməsi imkanlarının) və texniki-iqtisadi əsaslandırma tədqiqatlarının sürətləndirilməsi (I Mərhələ) vacibliyini vurğuladılar.
Tədqiqatların başa çatdırılması 2005-ci ilin sonuna planlaşdırılır.
2. Derivasiya tipli hidroenergetika stansiyaları ilə bağlı xərcləri hər iki Tərəf özü çəkir.
3. Tərəflər hidroenergetika potensialından istifadə üçün Araz çayının suyundan götürmək və suyunu ötürmək hüququndan savayı, heç bir digər fəaliyyəti həyata keçirməyəcəklər. Ekologiyanın qorunması baxımından beynəlxalq standartların prinsiplərinə əsasən nəzarət həyata keçirilməlidir.
4. Tərəflər hər iki sərhəddə aparılan tədqiqatlar və topoqrafik fəaliyyət, geoloji-qazma, hidrologiya və metrologiya, suyun keyfiyyətinin yoxlanılması kimi fəaliyyətlərin həyata keçirilməsində və 7-ci bəndə əsasən görülən hər hansı digər tədbir zamanı bir-birini müvafiq vasitələrlə təmin etmək və əməkdaşlıq etmək razılığına gəldilər.
5. Tərəflər sonrakı texniki əməkdaşlıq üçün öz tədqiqatlarının nəticələrini təqdim etmək, məlumat, aktlaşdırma, layihələndirmə, texniki sənədləşmə və digər aidiyyəti sənədlərin mübadiləsini təmin edəcəklər.
6. Tədqiqatların başa çatdırılmasından və yekunlaşdırılmasından sonra məntəqələrin (nöqtələrin) seçilməsi, əldə edilmiş məlumatlar, xüsusən də hər iki ölkənin derivasiya tipli hidroenergetika stansiyasının tikilməsinə aid xxxx məlumatlar əsasında müəyyən ediləcəkdir.
7. Bu Memorandumun həyata keçirilməsi məqsədilə hər iki ölkədə birgə texniki komitələr sonrakı tədqiqatlar üçün mütəmadi görüşlər (ən azı, ildə iki dəfə) keçirəcəklər.
8. Bu Memorandum Tehran şəhərində 26 yanvar 2005-ci ildə, uyğun olaraq 7 bəhmən 1383-cü ildə iki əsl nüsxədə Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır. Hər hansı fikir ayrılığı olduğu təqdirdə ingilis dilindəki mətn əsas götürülür.
Respublikası
Azərbaycan Respublikası İran İslam
Hökuməti adından Hökuməti adından
(imza) (imza)
İran İslam Respublikasına məxsus xxxx sənət əsərlərinin Azərbaycan Respublikası Hökuməti tərəfindən İran İslam Respublikası Hökumətinə təhvil verilməsi haqqında
P R O T O K O L
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında sıx tarixi, mədəni və dostluq əlaqələrinin mövcud olduğunu vurğulayaraq,
hər iki ölkənin xalqlarına mənsub xxxx mədəni irsin qorunub saxlanılmasının mühüm əhəmiyyətini qeyd edərək,
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan, İran İslam Respublikasının mədəni irsi sayılan, bədii dəyərə xxxxx xxxx və tarixi əhəmiyyət kəsb edən sənət əsərlərinin İran İslam Respublikası Hökumətinə təhvil verilməsi haqqında qərarını rəhbər tutaraq,
hər iki ölkənin dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində xoşməramlı addım
kimi,
Azərbaycan Respublikasının Hökuməti, Azərbaycan Respublikasının ərazisinə qaçaq yolu ilə gətirilən
zaman Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən müsadirə edilmiş, İran İslam Respublikasının Sədabad Muzeyinə məxsus xxxx və 23 iyul 2000-ci il tarixli, 6 xxxxx Qəbul aktı ilə mühafizə üçün Azərbaycan Dövlət İncəsənət Muzeyinin fonduna təhvil verilmiş və metal fondunda qorunub saxlanılan, səciyyəvi xüsusiyyətləri aşağıda göstərilən qılınc və yatağanı (cəmi 3 ədəd) İran İslam Respublikasının Hökumətinə təhvil verir:
1. Avropa məktəbi, 1825-ci il. Qılınc - 1 ədəd.
Polad, oyma, döymə, zərgər işi, sarı və ağ metal, süni daşlar. Uzunluğu - 98 sm.
Qını yoxdur.
Azərbaycan Dövlət İncəsənət Muzeyinin inventar nömrəsi: DK-12371 M-95.
2. Şərq sənətkarı, soyuq silah - yatağan qını ilə - 2 ədəd. Polad, oyma, döymə, gümüş, ağac, zərləmə.
Uzunluğu - 95 sm. Eni - 9 sm.
Azərbaycan Dövlət İncəsənət Muzeyinin inventar nömrəsi: DK-12372/1 -2 M-96/1-2.
Tehran şəhərində 26 yanvar 2005-ci ildə, müvafiq olaraq 7 bəhmən 1383-cü ildə iki əsl nüsxədə Azərbaycan və fars dillərində imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının İran İslam Respublikasının xarici işlər xxxxxx xarici işlər xxxxxx
Xxxxx XXXXXXXXXXX Xxxxx XXXXXXX
Azərbaycan Respublikası Maliyyə Nazirliyi və İran İslam Respublikası İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında
M E M O R A N D U M
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Maliyyə Nazirliyi və İran İslam Respublikası İqtisadi İşlər və Maliyyə Nazirliyi
maliyyə, vergi, monetar və beynəlxalq bazarın tələblərinə cavab verən digər iqtisadi sahələrdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə və genişləndirməyə səy göstərərək,
hər iki ölkənin iqtisadiyyatlarını dünya maliyyə sisteminə inteqrasiya etdirməyə səy göstərərək,
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında beynəlxalq valyuta əməkdaşlığına kömək etmək məqsədilə,
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və İran İslam Respublikası İqtisadi İşlər və Maliyyə Nazirliyinin qarşılıqlı maraqlarını nəzərə alaraq hər iki Tərəf iqtisadi inkişaf tədbirlərinin həyata keçirilməsinə dair təcrübə və məlumat mübadiləsinə səy göstərərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Tərəflər əməkdaşlığa, maliyyə-kredit münasibətləri məsələlərinə dair mütəmadi məsləhətləşmələrin və təcrübə mübadiləsinin həyata keçirilməsinə yardım edəcəklər, xüsusilə də aşağıdakı sahələrdə:
iqtisadi müstəqillik şəraitində hər bir ölkənin maliyyə orqanlarının təşkilati strukturu;
vergi, ödəniş və yığımların (birbaşa və vasitəli vergilər) səmərəli sisteminin yaradılmasının prinsip və metodları;
vergi ödənişləri və yığımların icrasına səmərəli nəzarətin təmin edilməsi üçün məlumat bankının yaradılması;
iqtisadiyyatın strukturunun yenidən qurulmasında xarici investisiyalardan istifadə olunmasının prinsipləri və metodları;
əhalinin səmərəli sosial müdafiəsi mexanizmlərinin formalaşdırılmasının maliyyələşdirilməsi haqqında təcrübə və məlumat mübadiləsi;
əməkhaqqı və qiymətlərin dövlət tənzimlənməsinin iqtisadi vasitə və üsulları.
Tərəflər zəruri xxxx hallarda hər iki tərəf üçün ümumi maraq kəsb edən məsələlərin öyrənilməsi və xxxx tədqiqatların aparılması məqsədilə birgə sahələrarası komissiyalar yarada bilərlər.
Tərəflər səlahiyyətlərinə aid xxxx sahələr üzrə - bank, maliyyə, gömrük, büdcə investisiyası, vergi və s. sahələr üzrə təcrübə mübadiləsi, o cümlədən müvafiq mütəxəssislərin təcrübə keçməsi, xxxx-praktiki konfrans və seminarların keçirilməsi üçün əlverişli şəraitin yaradılmasında kömək göstərəcəklər.
Tərəflər Dünya Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə və iqtisadi qurumlarda əməkdaşlıq edilməsi barədə razılığa gəldilər.
Hər iki Tərəf bir-birinin təqdim etdikləri məlumat və sənədlərin konfidensiallığına riayət edəcək və onları üçüncü tərəfə götürməyəcəkdir.
Memorandum Tehran şəhərində 26 yanvar 2005-ci ildə, uyğun olaraq 7 bəhmən 1383-cü ildə hər biri Azərbaycan, fars və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir. Memorandumun təfsiri və tətbiqi ilə bağlı fikir ayrılığı yarandıqda Tərəflər ingilis dilindəki mətnə istinad edəcəklər.
İqtisadi
Azərbaycan Respublikası İran İslam Respublikası
Maliyyə Nazirliyi İşlər və Maliyyə Nazirliyi adından adından
(imza) (imza)
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında
M E M O R A N D U M
İki dost və qonşu Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, möhkəmlənməsi və dərinləşdirilməsi istiqamətində və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Xxxx Təhsil Nazirliyi arasında xxxx tədqiqat əlaqələrini gücləndirmək məqsədilə, bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Xxxx Təhsil Nazirliyi aşağıdakılar barədə razılaşdılar:
M a d d ə 1
Tərəflər təhsil sahəsində əlaqələri iki ölkənin qanunvericiliyinə müvafiq olaraq genişləndirməyə çalışacaqlar.
M a d d ə 2
Tərəflər bir-birinin mədəniyyət və sivilizasiyası ilə xxxxx olmaq məqsədilə iki ölkənin tarix, coğrafiya və mədəniyyətləri üzrə sənəd, kitab və məlumatların ölkələrinin kitab və tədris vəsaitlərində işıqlandırılması üçün mübadiləsini həyata keçirəcəklər.
M a d d ə 3
Tərəflər hər iki ölkənin qanunvericiliyinə müvafiq olaraq, iki Nazirliyin mütəxəssislərindən ibarət müştərək komissiya təşkil edib, bir-birinin müxtəlif sahələr üzrə xxxx məktəb sənədlərini və diplomlarını dəyərləndirib qəbul edəcəklər.
M a d d ə 4
Tərəflər mövcud əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi məqsədilə aşağıda göstərilən təhsil sahələrində informasiya mübadiləsi aparacaqlar:
təhsil sisteminin quruluşu, məktəbəqədər təhsil, ümumi təhsil, təhsil sistemində təhsilin planlaşdırılması və yönəldilməsi;
əlavə təhsil, yeni təlim metodologiyaları, təhsil texnologiyası sahəsində informasiya mübadiləsi;
texniki təlim, əlil uşaqların təhsil, ekologiya, əhali və məktəblərin səhiyyəsi sahələrində təlimlər haqqında informasiya mübadiləsi;
diplomların və məktəblərin icra qanunlarının baxılması və dəyərləndirilməsi barədə informasiya mübadiləsi;
savadsızlıqla mübarizədə təcrübə mübadiləsi və uğurlu layihələrin təklif edilməsi. M a d d ə 5
Azərbaycan Müəllimlər İnstitutunun mütəxəssislərinin İrana dəvət edilməsi və bir-birinin təhsil sistemi ilə xxxxx olmaq məqsədilə təhsil sahəsi mütəxəssislərinin mübadiləsi.
M a d d ə 6
Tərəflər hər iki ölkədə keçirilən xxxx tədqiqat festivallarında, konfranslar və seminarlarında və həmçinin regional və beynəlxalq olimpiadalarda iştirak etməyə dəvət edilib və dəvət edilənlərin iştirakını təmin etmək məqsədilə lazımi tədbirləri həyata keçirəcəklər.
M a d d ə 7
Tərəflər hər il 1 həftə müddətində 10 şagirdin bir nəzarətçi ilə birlikdə digər ölkənin yay düşərgələrinə səfərini təmin etməyə hazır olduqlarını bildirdilər.
M a d d ə 8
Tərəflər bu proqramın etibarlılığı müddətində Azərbaycan Respublikasının müvafiq təşkilatı ilə İran İslam Respublikasının Şagirdlər Təşkilatı arasında əlaqələrin və əməkdaşlığın yaranması istiqamətində səy göstərəcəklər.
M a d d ə 9
Tərəflər bu Memorandumun etibarlılığı müddətində gənclər və yeniyetmələri əməkdaşlıq etməyə həvəsləndirəcək və aşağıdakıları həyata keçirəcəklər:
a) uşaqlar üçün kitab və rəssamlıq sərgiləri keçirmək və teatr proqramları təşkil etmək;
b) uşaqlarla bağlı təcrübə və informasiya mübadiləsi (rəssamlıq, kitab, film və xxxxx teatrı).
M a d d ə 1 0
Tərəflər “Associated school projects”ə bağlı məktəblər çərçivəsində bir-birinin xxxx məktəbləri arasında internet vasitəsilə əlaqə yaratmağa və informasiya mübadiləsinə hazır olduqlarını bildirdilər. Bu istiqamətdə Tərəflər 10 xxxx məktəbi seçib adlarını digər Tərəfə təqdim edəcəklər.
M a d d ə 1 1
Bu Memorandumun maddələri Tərəflər arasında razılaşdırıla biləcək proqramların həyata keçirilməsinə mane olmur.
M a d d ə 1 2
Bu Memorandumun müddəalarına uyğun olaraq həyata keçiriləcək mübadilələr çərçivəsində göndərən Tərəf qrupun gediş-gəliş xərcləri, qəbul edən Tərəf isə yerləşdirmə, yemək və ölkədaxili nəqliyyat xərclərini öz öhdəsinə götürür.
M a d d ə 1 3
Bu Memorandum imzalandığı tarixdən üç il müddətinə etibarlıdır və Tərəflərin heç biri bu müddətin başa çatmasından 6 ay əvvəl digər Tərəfə Memorandumun qüvvəsinin dayandırılmasına dair yazılı məlumat göndərməzsə, o, gələcək yeni müvafiq sənədin imzalanmasına qədər avtomatik olaraq daha üç il müddətinə uzadılır.
M a d d ə 1 4
14 maddədən ibarət xxxx bu Memorandum 26 yanvar 2005-ci ildə, uyğun olaraq 7 bəhmən 1383-cü ildə Tehran şəhərində hər biri Azərbaycan və fars dillərində olmaqla eyni qüvvəyə xxxxx xxxx iki nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikasının İran İslam Respublikasının təhsil xxxxxx təhsil xxxxxx
Xxxxx XXXXXXXX Xxxxxxx XXXX
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq
M E M O R A N D U M U
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq) müsbət qarşılıqlı əlaqələrin olmasını vurğulayaraq, iki ölkə xalqlarının mədəni və dini bağlılıqlarını, səhiyyə sahəsində ikitərəfli beynəlxalq əməkdaşlıqların
əhəmiyyətini nəzərə alaraq, mövcud milli və sənaye imkanları çərçivəsində qarşılıqlı maraqlardan çıxış etməklə aşağıdakı sahələrdə əməkdaşlıq barədə razılığa gəldilər:
M a d d ə 1
Milli və beynəlxalq səhiyyə xidmətlərini genişləndirmək məqsədilə Tərəflər səhiyyə və tibbi təhsil sahələrində qarşılıqlı faydalı əməkdaşlığın və birgə fəaliyyətin inkişaf etdirilməsini öz proqramlarında prioritet sahəyə çevirəcəklər.
Maddə 2
Bu Memorandumun müddəalarının icrasına və həyata keçirilməsinə, mövcud problemlərin həlli mexanizmlərinin araşdırılmasına lazımi şəraitin yaradılması məqsədilə Tərəflərin səhiyyə nazirliklərinin xarici əlaqələr üzrə məsul qurumları müvafiq əlaqələndirmə işlərini təmin edəcəklər.
M a d d ə 3
Tərəflər Səhiyyə Nazirliyi tərəfindən öz ölkələrində təşkil olunan müxtəlif konfrans və simpoziumların birgə keçirilməsi və müvafiq proqramların mübadiləsi yolu ilə qarşı tərəfin ekspertlərinin bu tədbirlərdə iştirakına lazımi şərait yaradacaqlar.
M a d d ə 4
Tərəflər səhiyyə nazirlikləri tərəfindən müəyyən olunan zamanda iki ölkənin səhiyyə sistemində çalışan mütəxəssis və alimlərin səhiyyə və müalicə sahələrində xxxx tədqiqatlar aparmalarına lazımi şərait yaradacaqlar. Tərəflərin razılığına əsasən müalicə, reproduktiv sağlamlıq, epidemiologiya və əczaçılıq sahəsində xxxx tədqiqat işlərinin aparılması, eləcə də iki ölkənin tədqiqat mərkəzləri arasında yoluxucu xəstəliklərin qarşısının alınmasına dair proqramların icrası üzrə əməkdaşlıq edəcəklər.
M a d d ə 5
İran tərəfi Azərbaycan Respublikasından xxxx pasientləri öz xəstəxana və müalicə qurumlarında qəbul etməyə hazır olduğunu bildirir. Bu pasientlərin göndərilməsi və müalicəsi xərcləri iki ölkənin səhiyyə nazirlikləri tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcəkdir.
M a d d ə 6
Tərəflər Azərbaycan Respublikası və İran İslam Respublikasında tibbi avadanlıq, təchizat və dərmanların birgə istehsalı məqsədilə birgə investisiya qoyuluşu imkanlarını araşdıraraq, istehsal olunan tibbi avadanlıq və dərmanların keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün bütün səylərindən istifadə edəcəklər.
M a d d ə 7
Tərəflər dərman preparatlarının qeydiyyata alınması, rəsmi dərman ixrac edən şirkətlərin hər iki ölkədə fəaliyyətinə üstünlük verilməsi və lazımi kömək göstərilməsi barədə razılığa gəldilər.
M a d d ə 8
“Azərfarm” əczaçılıq şirkətinə İranın “Darupəxş” şirkəti tərəfindən investisiya qoyuluşu, habelə bu birgə müəssisənin fəaliyyətində mövcud problemlər nəzərə alınmaqla, İran tərəfinin aşağıda qeyd olunan təkliflərinin Azərbaycan tərəfindən araşdırılacağı və lazımi tədbirlərin planlaşdırılaraq həyata keçiriləcəyi qərara alınmışdır:
- şirkətin tələbatı üçün idxal olunan xammal və qablaşdırmaların gömrük rüsumları və əlavə deyər vergisindən (ƏDV) azad olunması;
- şirkətin tələbatı üçün tibbi spirtlə münasib kvotanın müəyyənləşdirilməsi və həmin kvotanın gömrük rüsumları, ikiqat vergidən və əlavə dəyər vergisindən (ƏDV) azad olunması.
M a d d ə 9
Tərəflər dərman və tibbi təchizat sahəsində mövcud əməkdaşlığın səviyyəsinin yüksəldilməsi məqsədilə özlərinin istehsal potensialı və imkanlarının tanıtdırılması istiqamətində hər iki ölkədə dərman, tibbi təchizat, stomatologiya və səhiyyə avadanlıqlarına dair sərgilərin keçirilməsinə lazımi şərait yaratmaq barədə razılığa gəldilər. Sərgilərin keçirilmə tarixi Tərəflərin razılığı ilə müəyyən olunacaqdır.
M a d d ə 1 0
Tərəflər xxxx və universitetlərarası əməkdaşlıq istiqamətində aşağıdakı şərtlər əsasında tibb sahəsində tələbə qəbulu, Azərbaycan mütəxəssis və təhsillə məşğul xxxx həkimləri üçün ixtisaslaşma kurslarının təşkili barədə razılığa gəldilər:
A) İran tərəfi Azərbaycan Tibb Universitetini bitirmiş həkimlərin müvafiq imtahan keçdikdən sonra diplomlarının tanınması barədə razılığa gəldi. Bununla yanaşı, gələcəkdə tibb mütəxəssisləri hazırlayan digər universitetlərin diplomlarının tanınması istiqamətində müvafiq işlərin görülməsi barədə razılıq əldə olundu.
B) Tibb ixtisası üzrə təhsil xxxx tələbələr:
Tərəflər hər tədris ilinin əvvəlində beş (5) tələbəni qəbul etməyi öhdəsinə götürür. Bu tələbələrə verilən təqaüdlər iki ölkənin səhiyyə nazirlikləri tərəfindən müəyyən olunacaqdır.
C) İxtisas verilməsi:
Tərəflər hər tədris ilinin əvvəlində ixtisas sahələri üzrə beş (5) mütəxəssisi qəbul etməyi öhdəsinə götürür. Öz ölkələrində ixtisas müsabiqəsini uğurla keçmiş və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş həkimlər bu imkandan istifadə edə bilərlər.
D) İxtisaslı həkimlərin mübadiləsi:
Tərəflər həkimlərin təcrübə və məlumatlılığının artırılması məqsədilə razılaşdırılmış şərtlər əsasında hər il on (10) ixtisaslı həkimi 3 ay müddətinə bir-biri ilə mübadilə edəcək. Bu mütəxəssislər səhiyyə nazirliklərinin rəyi əsasında seçiləcək.
M a d d ə 1 1
Tərəflər hər il qarşı Tərəfdən göndərilən mütəxəssislər üçün ayıra biləcəyi maliyyə vəsaiti barədə müvafiq Tərəfə məlumat verəcəkdir.
M a d d ə 1 2
Tərəflər xüsusilə sərhədyanı bölgələrə üstünlük verməklə, ekspertlərin mübadiləsi, müştərək səhiyyə komissiyalarının yaradılması, kütləvi vaksinasiya, yoluxucu xəstəliklərlə mübarizə, tibbi kadrların hazırlığı, səhiyyə tədbirlərində əhalinin iştirakı, tibbi informasiya mübadiləsi, təlim kurslarının keçirilməsi, ekoloji salamatlıq və sair sahələrdə əməkdaşlıq edəcəklər.
M a d d ə 1 3
Tərəflər malyariya, vərəm və QİÇS kimi yoluxucu xəstəliklərin nəzarətə götürülməsinin əhəmiyyətini nəzərə alaraq, aşağıdakı sahələrdə əməkdaşlıq barədə razılığa gəldilər:
xəstəlik daşıyıcılarına nəzarət (Vector control) məqsədilə hər iki ölkənin sərhəd rayonlarının səhiyyə orqanları rəhbərlərinin mövsümi iclaslarının müntəzəm keçirilməsi;
vərəmə, xüsusilə də müalicəyə davamlı vərəmə (MDR TB) yoluxmuş xəstələr barədə informasiya mübadiləsi;
gözlənilmədən kütləvi yoluxma halları barədə rəsmi kanallarla təcili məlumat verilməsi;
HİV infeksiyası, QİÇS, vərəm və cinsi yolla keçən xəstəliklərə yoluxmuş xəstələrin diaqnostikası, müalicəsi və nəzarəti sahəsində təcrübə mübadiləsi;
narkotik əvəzedici preparatlardan istifadə etməklə, narkomaniyanın müalicəsi sahəsində təcrübə mübadiləsi.
M a d d ə 1 4
Tərəflər iki ölkənin Azərbaycan Respublikasında klinika və ya xəstəxana, xüsusən də uronefroloji (böyrək köçürülməsi) klinikanın açılması üçün birgə investisiya qoyuluşu məsələsini araşdıracaqlar.
M a d d ə 1 5
Bu Memorandumda nəzərdə tutulan bütün şərtlər Azərbaycan Respublikası və İran İslam Respublikasının normativ aktlarına uyğundur və rəsmi kanallar vasitəsilə icra olunacaqdır.
M a d d ə 1 6
Bu Memorandumda təsbit edilmiş müddəaların icra olunması, eləcə də Tərəflərin əvvəlki razılaşmalarının icrası məqsədilə, bu Memorandumun imzalanmasından ən geci bir (1) ay ərzində birgə işçi qrupun yaradılması zərurəti qeyd olundu.
Maddə 17
Tərəflər rəsmi kanallar vasitəsilə və səhiyyə nazirlikləri arasında razılığa əsasən bu Memorandumda nəzərdə tutulmuş müddəalardan başqa digər fəaliyyət növləri üzrə də əməkdaşlığın mümkün olması barədə razılığa gəldilər.
M a d d ə 1 8
Nümayəndə heyətlərinin və bu Memorandum çərçivəsində qarşı ölkəyə ezam olunan şəxslərin səfəri üçün xxxxx xxxx səfər proqramı və lazımi informasiya ən azı səfər tarixindən bir (1) ay əvvəl qəbul edən Tərəfə bildirilməlidir.
M a d d ə 1 9
Ezam edən Tərəf, Azərbaycan Respublikasına ezam olunan nümayəndə heyətinin Bakı şəhərinədək və əks marşrutda, İran İslam Respublikasında isə Tehran şəhərinədək və əks marşrutda, yol xərclərini ödəməyi öhdəsinə götürür. Qəbul edən Tərəf qəbul, yerləşdirmə və səfər proqramı çərçivəsində nəzərdə tutulan daxili səfərlərin xərclərini ödəyəcəkdir. Qəbul edən Tərəf bu Memorandum çərçivəsində ölkəsinə dəvət etdiyi şəxslərin xəstələndikləri və hər hansı xəsarət aldıqları təqdirdə onların pulsuz müalicəsini öz öhdəsinə götürür. Qeyd olunanlar, cərrahiyyə əməliyyatları, xəstəxanada uzunmüddətli müalicə, xroniki xəstəliklər və diş protezleşdirməsinə şamil olunmur.
M a d d ə 2 0
Tərəflər bu Memorandumun hər bir müddəasının həyata keçirilməsi məqsədilə iki ölkənin səhiyyə nazirlikləri arasında əlavə razılaşmaların əldə olunması barədə razılığa gəldilər.
M a d d ə 2 1
Bu Memorandum imzalandığı tarixdən qüvvəyə minir və beş (5) il müddətində qüvvədədir. Tərəflər bu müddətin sonuna üç (3) ay qalmış qarşı Tərəfə Memorandumun qüvvəsini ləğv etmək niyyəti barədə yazılı şəkildə bildirməzsə, onun qüvvəsi avtomatik olaraq sonrakı bir il müddətinə uzadılacaqdır.
Bu Memorandum 26 yanvar 2005-ci ildə, uyğun olaraq 7 bəhmən 1383-cü ildə Tehran şəhərində hər biri Azərbaycan və fars dillərində xxxx iki nüsxədə imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.
xxxxxx
Azərbaycan Respublikasının İran İslam Respublikasının səhiyyə xxxxxx səhiyyə, müalicə və tibbi təhsil
Xxx XXXXXXX Məsud PEZİŞKİYAN
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2004-cü il avqustun 5-də Bakı şəhərində imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2004-cü il avqustun 5-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında sərhədyanı ticarət sahəsində əməkdaşlığa dair Memorandum;
1.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Ətraf Mühit Departamenti arasında Anlaşma Memorandumu;
1.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və İran İslam Respublikasının Yol-Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Memorandum;
1.4. Azərbaycan Respublikası və İran İslam Respublikası dəmir yolları arasında əməkdaşlıq haqqında Protokol;
1.5. "İEİB" İran Eksport İnkişaf Bankı və "Azərenerji" ASC (Borcalan) arasında İmişli-Əli Bayramlı- Astara EVX-lərin və yarımstansiyaların layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin zəmanəti ilə İran Eksport Zəmanət Fondu ("İEZF") tərəfindən sığortalanan Maliyyə Müqaviləsi;
1.6. İran İslam Respublikası İxracatın İnkişaf Bankı tərəfindən Azərbaycan Respublikasında Bakı-Astara avtomobil yolunun bir hissəsinin maliyyələşdirilməsinə dair Anlaşma Memorandumu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İran İslam Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2005-ci il
№ 591
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında sərhədyanı ticarət sahəsində əməkdaşlığa dair
MEMORANDUM
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
20 may 2002-ci ildə, müvafiq olaraq 29 ordibehişt 1381-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Müqavilənin müddəalarını rəhbər tutaraq,
sərhədyanı ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Tərəflər sərhədyanı ticarəti, milli qanunvericilikləri əsasında icazə verilən malların ixrac və idxal əməliyyatlarını hər iki ölkənin müvafiq orqanları tərəfindən təsdiq edilən əmtəə nomenklaturuna uyğun olaraq həyata keçirəcəklər.
M a d d ə 2
İki ölkə arasında sərhədyanı ticarət bu Memorandum çərçivəsində, mülkiyyət formasından asılı olmayaraq fiziki və hüquqi şəxslər arasında imzalanmış müqavilələr əsasında və hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcəkdir.
M a d d ə 3
Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq sərhədyanı ticarətin inkişaf etdirilməsinə və alğı-satqı həyata keçirilərkən fiziki və hüquqi şəxslər arasında birbaşa kommersiya əlaqələrinin qurulmasına kömək göstərəcəklər.
M a d d ə 4
Tərəflər sərhədyanı ticarəti tənzimləmək məqsədilə idxal və ixracın illik həcmini razılaşdıracaqlar. Buna uyğun olaraq Tərəflər bütün sərhədyanı bazarlar üzrə ümumilikdə 5 mln. ABŞ dolları həcmində illik ticarət dövriyyəsi kvotasını təyin edirlər. Zərurət yarandığı təqdirdə, Tərəflərdən hər hansı birinin xahişi ilə Tərəflər sərhədyanı ticarətin həcmi ilə bağlı məsələlər barədə məsləhətləşmələr aparacaqlar.
M a d d ə 5
Tərəflər Azərbaycan Respublikası Milli Bankı ilə İran İslam Respublikası Mərkəzi Bankı arasında hər iki ölkənin milli valyutalarının dəyişdirilməsi barədə Sazişə sərhədyanı ticarətdə riayət edilməsinin təmin olunması barədə razılığa gəldilər.
M a d d ə 6
Tərəflər insanların sərhədyanı bazarlara daxil olmasını təmin etmək məqsədilə onların sərhəddə hərəkətini sadələşdirəcəklər. Bu sadələşdirmələr hər iki Tərəfin milli qanunvericiliyi əsasında sərhəd xidməti orqanları tərəfindən onların səlahiyyətləri çərçivəsində tənzimlənəcəkdir.
M a d d ə 7
Sərhədyanı ticarətdə iştirak edənlər arasında baş verən bütün mübahisələr və iddialar dostcasına və mübahisənin və iddianın baş verdiyi ərazinin məxsus olduğu Tərəfin milli qanunvericiliyi əsasında həll ediləcəkdir.
M a d d ə 8
Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alınması tarixindən qüvvəyə minir və bir il müddətində qüvvədə qalacaqdır.
Bu Memorandum, Tərəflərdən hər hansı birinin digər Tərəfi onun qüvvəsinin uzadılmasını istəmədiyi barədə bu Memorandumun müddətinin bitməsindən üç ay əvvəl məlumatlandırmayana qədər avtomatik olaraq növbəti birillik müddətlərə uzadılacaqdır.
Bu Memorandum Bakı şəhərində 5 avqust 2004-cü ildə, müvafiq olaraq 15 mordad 1383-cü ildə Azərbaycan, fars və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Təfsirində mübahisələr yaranacağı təqdirdə, ingilis dilində xxxx mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası İran İslam Respublikası Hökuməti adından Hökuməti adından
(imza) (imza)
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Ətraf Mühit Departamenti arasında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Ətraf Mühit Departamenti,
ölkələri arasında dostluq münasibətlərinin genişləndirilməsi və ətraf mühit və təbiətin qorunması sahəsində əməkdaşlığın dərinləşdirilməsini arzu edərək,
dövlətlərində insan mühitinin və təbii mühitin mühafizəsi və yaxşılaşdırılması üçün ümumi maraq və öhdəliklərin, habelə qlobal ətraf mühitin mühafizəsi sahəsində ümumi maraqlarını bölüşdürərək,
iqtisadiyyatın davamlı inkişafı üçün təbii sərvətlərin ətraf mühit cəhətdən sağlam idarəçiliyi tələb etdiyini qəbul edərək,
indiki və gələcək nəsillərin sağlamlığı və əmin-amanlığı üçün ətraf mühitin mühafizəsinin və yaxşılaşdırılmasının əhəmiyyətinə əmin olaraq,
ətraf mühit cəhətdən davamlı texnologiyalar sahəsində səmərəli əməkdaşlığın vacibliyini vurğulayaraq, xüsusi ətraf mühit ərazilərində tədqiqat, monitorinq, mühafizə və təkmilləşdirmə sahələri üzrə
əməkdaşlıqdan irəli gələ bilən qarşılıqlı faydalılığın əhəmiyyətliliyini etiraf edərək, aşağıdakılar barəsində razılığa gəldilər:
I. ÜMUMİ MÜDDƏALAR
Tərəflər bərabərlik prinsipi və qarşılıqlı maraq əsasında ətraf mühit sahəsində əməkdaşlıq edəcəklər.
II. ƏMƏKDAŞLIĞIN SAHƏ VƏ FORMALARI
Tərəflər qarşılıqlı maraq kəsb edən aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
1) ətraf mühit təhsili və məlumatı sahələrində təcrübə, xxxx nailiyyətlər və texniki üsullar mübadiləsi;
2) ətraf mühitin mühafizəsi və təbiətin qorunması mövzularında kitab və nəşrlərin mübadiləsi və paylanması;
3) təbii ehtiyatların idarə olunması sahəsində bacarıq və ekspertiza mübadiləsinin aparılması (misal üçün, landşaft sahələrinin idarə edilməsi üzrə və s.)
4) xüsusi mühafizə olunan ərazilərin, xüsusilə milli parkların və vəhşi təbiət nümunələrinin idarə edilməsi;
5) ictimaiyyətin iştirakı metodu üzrə informasiya və təcrübənin mübadiləsi;
6) aşağıda göstərilmiş maraq sahələrinə müvafiq olaraq, birgə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, məlumat və ekspertiza mübadiləsi, birgə seminarların aparılması:
su bataqlıq ərazilərinin idarə edilməsi;
içməli su ehtiyatlarının keyfiyyətinin mühafizəsi (yeraltı və səth suları); tullantıların və təhlükəli tullantıların idarə edilməsi;
ekoloji cəhətdən təmiz texnologiyaya əsaslanmış davamlı inkişaf;
alternativ enerji mənbələrinin istifadəsinin genişləndirilməsi (günəş, külək və s.);
7) geoloji və geomorfoloji dəyərlərin qorunması və nümayiş etdirilməsi;
8) proqram və ekoloji siyasət ilə əlaqədar məsələlərin müzakirəsi üçün səfərlərin və görüşlərin təşkil olunması;
9) hər iki ölkənin xüsusi diqqət mərkəzində xxxx xxxx kəsilmək təhlükəsi ilə rastlaşan quş növlərinin miqrasiyası başda olmaqla, vəhşi təbiətin idarəçiliyi, miqrasiya təhqiqatları, beynəlxalq konsensiyalar çərçivəsində bitkilərin və heyvanların qorunub-saxlanılması üzrə təcrübə mübadiləsi;
10) müxtəlif bioloji varlıqlardan davamlı istifadə, eləcə də ümumi sərhədyanı ərazilərdə ceyranların (mühüm bioloji növ kimi) potensial sahələrinə yenidən qaytarılması üçün birgə tədqiqatların həyata keçirilməsinə xüsusi diqqət yetirməklə canlı təbiətin sərvətlərindən istifadə sahəsində əməkdaşlıq.
III. ƏMƏKDAŞLIQ BARƏDƏ RAZILAŞMA
1. Əməkdaşlığın həyata keçirilməsi üçün Tərəflər ekspertlər səviyyəsində əlaqələndiriciləri təyin etməlidirlər. Gələcək əməkdaşlığın hazırlığını müzakirə etmək üçün həməlaqələndiricilər alternativ şəkildə ya İran İslam Respublikasında, ya da Azərbaycan Respublikasında ildə bir dəfə (xüsusilə zəruri olduğu qədər ekspert görüşləri) görüşəcəklər.
2. Bu Memorandumla əlaqədar müxtəlif tədbirlərdə səmərəli və tam iştirak etmək üçün hər iki Tərəf zəruri ola bilən müvafiq inzibati razılaşmaları təmin edəcəkdir.
3. Hər bir Tərəf, digər şəkildə razılaşdırılmazsa, görüşlərdə iştirak ilə bağlı öz xərclərini ödəyəcəkdir.
IV. YEKUN MÜDDƏALAR
1. Bu Memorandum Tərəflərin iştirakçıları olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və vəzifələrinə təsir etmir.
2. Tərəflər bu Memorandumun təfsiri və tətbiqi ilə əlaqədar mübahisələri məsləhətləşmələr və danışıqlar vasitəsilə həll edəcəklər.
3. Tərəflər qarşılıqlı razılıq əsasında Memoranduma onun ayrılmaz hissəsi xxxx və V Maddəyə uyğun olaraq qüvvəyə minən Protokollar formasında dəyişikliklər və əlavələr edə bilərlər.
V. QÜVVƏYƏ MİNMƏ
1. Bu Memorandum onun qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların başa çatmasını təsdiqləyən son yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı gündən qüvvəyə minir.
2. Bu Memorandum beş il müddətinə bağlanılır və Tərəflərdən birinin ən azı 6 ay əvvəlcədən diplomatik kanallar vasitəsilə onun ləğv edilməsi niyyəti haqqında yazılı bildirişi olmazsa, avtomatik olaraq növbəti beş il müddətlərinə qüvvədə olacaqdır.
3. Bu Memorandumun ləğv edilməsi onun əsasında razılaşdırılmış mövcud proqram və layihələrə təsir etməyəcəkdir.
4. Bakı şəhərində 5 avqust 2004-cü ildə, uyğun olaraq 15 mordad 1383-cü ildə iki əsl nüsxədə Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirində fikir aynlığı olarsa, ingilis dilində xxxx mətndən istifadə ediləcəkdir.