Şirkətin Azərbaycanda onlayn xidmətləri üçün şərt və müddəalar
Şirkətin Azərbaycanda onlayn xidmətləri üçün şərt və müddəalar
DİQQƏT: ZƏHMƏT OLMASA, BU ŞƏRT VƏ MÜDDƏALARI (“ŞƏRTLƏR) DİQQƏTLƏ OXU-YUN VƏ BAŞA DÜŞÜN. ONLAR ŞİRKƏTİN MƏSULİY-YƏTİ VƏ SİZİN HÜQUQLARI-NIZA TƏSİR EDƏN DİGƏR MÜDDƏALARI EHTİVA EDİR.
Hazırkı şərtlərin yerləşdiril-diyi və ya istinad edildiyi hər hansı vebsayt, mobil tətbiq və abunə-likləri, digər rəqəmsal mülkiyyəti (bundan sonra birlikdə “onlayn xidmətlər” adlanacaq) quraşdırmaq, onlara daxil olmaq və ya istifadə etməklə, siz McDonald’s Azərbaycan MMC (bundan sonra “Şirkət” və ya “Biz”, “Bizim”, “Bizə” və s.) ilə icbari müqavilə bağlayırsınız. Azərbaycan Respublikasında Bakı, Nizami 43 ünvanında yerləşən baş ofisindən fəaliyyət göstərir və idarə olunur.
Bizim məxfilik bəyanna-məmiz məlumatları necə topladı-ğımızı, işlədiyimizi və istifadə etdiyimizi təsvir edir.
Onlayn xidmətlər yaşı 14-dən aşağı xxxx şəxlərin istifadə etməsi üçün nəzərdə tutulmayıb. Onlayn xidmətlərdən istifadə etmək üçün ən azı 14 yaşınız olmalıdır. Ən azı 14 yaşınız var, xxxxx 18 yaşa çatmamısınızsa, siz bu şərtləri valideyniniz və ya himayəçiniz ilə birlikdə nəzərdə keçirməlisiniz və onlayn xidmətlərdən istifadə edə bilməyiniz üçün onlar bu şərtləri başa düşməli və onlarla razılaş-malıdır.
Xxxxxxxxxxxx və ya himayə-çiniz bu şərtlərlə razılaşmırsa, siz onlayn xidmətlərdən istifadəni dər-hal dayandırmalı və Şirkətdən yaratdığınız onlayn xidmətlər hesa¬bını bağlamasını tələb etməlisiniz. xxxxxxxxx@xxxxxxxxx.xx ünvanına e-poçt göndərməklə hesabın silinməsini tələb edə bilərsiniz. Zəhmət olmasa, silin¬məsini istədiyiniz hesabın e-poçt ünvanını daxil edin.
1. Onlayn xidmətlər haqqında.
Məhsul və xidmətlərin mövcudluğu. Şirkətin məhsul və xidmətləri dünyanın bir xxx yerində mövcuddur. Bununla belə, onlayn xidmətlərə dünyanın hər yerində mövcud olmayan məhsul və xidmətlər daxil ola bilər.
Yol hərəkəti qaydalarına riayət edin. Onlayn xidmətlərdən istifadə edərkən yol hərəkəti qaydalarına və bütün tətbiq edilən qayda və qanunlara əməl etməlisiniz. AVTOMBILI IDARƏ EDƏRKƏN VƏ YA SÜKAN ARXASINDA OLARKƏN, YAXUD HƏRƏKƏT EDƏN VƏ YA PARK VƏZIYYƏTINDƏ OLMAYAN NƏQLIYYAT VASITƏSINI IDARƏ EDƏRKƏN ONLAYN XIDMƏTLƏRDƏN ISTIFADƏ ETMƏYIN.
Hər zaman təhlükəsizliyi təmin etmək üçün yalnız qanunla icazə veril¬dikdə və təhlükəsiz olduqda onlayn xidmətlərdən istifadə etməlisiniz.
Siz cihazlarınız və hesablarınız üçün məsuliyyət daşıyırsınız. Siz onlayn xidmətlərdən istifadə etmək üçün zəruri xxxx bütün cihazlar, proqram təminatı və xidmətlər üçün məsuliyyət daşıyırsınız. Şirkət onlayn xidmətlərin istənilən cihazda və ya istənilən proqram təminatında tam şəkildə işləməsinə zəmanət vermir. Siz həmçinin sizinlə sms, e-poçt və ya seçdiyiniz digər vasitələlər əlaqə saxladığımız vaxtlar da daxil olmaqla, onlayn xidmətlərdən istifadə etdiyinizə görə mesaj və data xərcləri, rüsumlar və vergilər üçün məsu¬liyyət daşıyırsınız. Siz yalnız sizə məx¬sus və ya sizin nəzarətinizdə xxxx və yalnız icazə verilmiş əməliyyat sistemi istifadə edən (məsələn, Apple cihazları üçün Apple iPhone OS) cihazlardan onlayn xidmətlərdən istifadə edə bilərsiniz. Onlayn xidmətlər hesabı yaratdığınız zaman hesabın təhlükəsizliyi və hesabdan aparılan bütün əməliyyatlar üçün məsuliyyət daşıyırsınız. Siz yalnız bir
onlayn xidmətlər hesabı istifadə edə bilərsiniz və hər zaman hesab məlumatlarınızı düzgünlüyünü yoxlamalısınız.
Şirkətin onlayn xidmətləri yeniləmək və ya ləğv etmək hüququ. Siz başa düşür və razılaşırsınız ki, Şirkət (sizə xəbərdarlıq etməklə və ya etmədən) vaxtaşırı olaraq onlayn xidmətləri (sizin onlara çıxışınızı) yeniləyə, dəyişdirə və ya ləğv edə, o cümlədən cihazınızda quraşdırdığınız Şirkətin istənilən mobil proqramına yeniləmələr edə (və ya funksionallığı və ya ona çıxışı ləğv edə) bilər.
Hazırkı şərtlərə dəyişikliklər. Şirkət həmçinin istənilən vaxt öz mülahizəsinə əsasən hazırkı şərtləri yeniləyə bilər. Şirkət hazırkı şərtlərə maddi dəyişikliklər etdikdə, biz onlayn xidmətdə yeni şərtləri yerləşdirdməklə mümkün vasitələrlə sizə bildiriş verəcəyik. Siz dəyişdirilmiş şərtlərlər razılaşmadığınız halda, onlayn xidmətlərdən istifadəni dərhal dayandırmalı və Şirkətdən yaratdığınız onlayn xidmətlər hesabını bağlamağı tələb etməlisiniz..
Bizimlə necə əlaqə saxlaya bilərsiniz. Onlayn xidmətlərlə bağlı hər hansı sualınız yaranarsa və ya rəy bildirmək istəyirsinizsə, onlyan xidmətlərdə Bizimlə əlaqə bölməsinə baxın və ya siz hər zaman xxx.xxxxxxxxx.xx səhifəsini ziyarət edə bilərəsiniz.
2. Bizim informasiya təcrübələrimiz və sizinlə kommunikasiyalar.
Şirkətin məxfilik bəyannaməsi. Hazırkı şərtlər şərtlərin bir hissəsi kimi Şirkətin Məxfilik Bəyannaməsini özündə ehtiva edir. Bizim məxfilik bəyannaməmiz informasiya təcrübələrimizi, o cümlədən məlumatları necə topladığımızı, istifadə etdiyimizi və paylaşdığımızı təsvir edir.
Sizinlə necə əlaqə saxlayırıq. Onlayn xidmətlər vasitəsilə siz bizə təqdim etdiyiniz mobil nömrənizə mesajlar, e-poçtlar almağı və ya Şirkətdən bildirişlər almağı seçə bilərsiniz. Hər hansı bu növ kommunikasiya növünü seçdiyiniz zaman siz başa düşür və razılaşırsınız ki, siz Şirkətdən marketinq, köçürmələr və digər növ mesajlar alacaqsınız. Şirkət sizinlə əlaqə saxlamaq üçün təqdim etdiyiniz məlumatları Şirkətin Məxfilik Bəyannaməsinə uyğun olaraq istifadə edə bilər.
Ümumi olaraq bildirişlərə abunəliyin ləğv edilməsi. Sizin sizinlə necə əlaqə saxlayacağımızı seçmək hüququnuz var. Siz istifadə etdiyiniz onlayn xidmətlərin profil bölməsində abunəlikdən çıxmaqla bağlı təlimatlarla birlikdə kommunikasiya seçimlərinizi nəzərdən keçirə bilərsiniz. Siz həmçinin cihazınızın parametrlərindən istifadə edərək kommunikasiya seçimlərinizi dəyişə bilərsiniz. Bundan əlavə, bizim kommunikasiyalarımızın özündə abunəliyi ləğv etmə funksiyası ola bilər. Siz başa düşür və razılaşırsınız ki, hər bir kommunikasiya üsulu üçün kommunikasiya seçimlərinizi ayrı-ayrılıqda idarə etməli ola bilərsiniz. Məsələn, siz marketinq xarakterli e-poçtları almağı qeyri-aktiv etdikdə, marketinq xarakterli mesajları aktiv etmisinizsə, həmin mesajları almaqda davam edəcəksiniz. Kommunikasiya seçimlərinizi idarə etməyin rahat yollarını təklif etmək üçün əlimizdən gələni etməyimizə baxmayaraq, siz
hər onlayn xidmət üçün seçimlərinizi ayrı-ayrılıqda tənzimləməli ola bilərsiniz. Nəzərə alın ki, bəzi hesabla və köçürmə əməliyyatları ilə bağlı bildirişlər almağı dayandırmağın yeganə yolu onlayn xidmətlər hesabınızı bağlamaq ola bilər.
3.Təkliflər / “MyMcDonald’s Rewards” Loyallıq Proqramı
Təkliflər
Onlayn xidmətlər vasitəsilə Təkliflər almaq ehtimalınız var. Təkliflərə aşağıdakı ümumi şərtlər aiddir: (1) təklif yalnız həmin xüsusi onlayn xidmət vasitəsilə və mövcud xxxx məhsul üçün, yalnız iştirak edən restoranlarda və son istifadə tarixinə qədər keçərlidir; (2) xidmət zamanları tətbiq olunur (məsələn, xüsusi qeyri-səhər yeməyi Təklifləri səhər yeməyinin verildiyi zamanlarda keçərli deyil); (3) əksi bildirilmədiyi təqdirdə hər bir Təklifin müddəti bərpa zamanı bitir;
(4) Təkliflər ötürülə bilməz və (5) hər hansı pul qarşılığı olmur; (6) Təklifləri yalnız restoranın kassasında, kioskda və ya “MakAvto”da istifadə etmək olar və onlar çatdırılma xidməti zamanı keçərli deyildir. Təklifə əlavə spesifik şərtlər tətbiq oluna bilər və bunlar tətbiqetmədə Təklifin yanında göstərilir.
Təklifi necə bərpa etməli
Siz Təklifi restoranın kassasında və ya kioskda sifariş verərkən Təklifin QR kodunu oxutmaqla və ya “MakAvto”da sifarişinizi götürən heyət işçisinə hərf və rəqəmlərdən ibarət kodu oxumaqla bərpa edə bilərsiniz.
Loyallıq Proqramı
Ümumi. Bu Şərtlər ümumilikdə “MyMcDonald’s Rewards” proqramını təsvir edir və Proqramın Təfərrüatları daha spesifik detallar və “MyMcDonald’s Rewards”dakı son yenilikləri özündə ehtiva edir. Proqramın Təfərrüatları müəyyən vaxtdan bir dəyişə bilər. Bu səbəbdən, “MyMcDonald’s Rewards”a aid son təfərrüatları və xəbərlər üçün Proqramın Təfərrüatlarını oxuyun, çünki biz davamlı olaraq “ Rewards”ı inkişaf etdiririk və həyəcanverici yeni aksiyalar təklif edirik.
Uyğunluq və Qeydiyyat. “MyMcDonald’s Rewards” proqramına qeyd olunmaq üçün onlayn xidmətlərdən istifadə etməklə hesab açmalısınız. “MyMcDonald’s Rewards” proqramının başladılmasından öncə onlayn xidmətlərdən istifadə etmək üçün hesab açan istifadəçilər “MyMcDonald’s Rewards” proqramının başladıldığı tarixdə və ya bu tarixdən sonra onlayn xidmətlərdən istifadəyə davam etməklə qeydiyyata düşə bilərlər.
Onlayn xidmətlər vasitəsilə Təkliflər almaq ehtimalınız var. Təkliflərə aşağıdakı ümumi şərtlər aiddir: (1) Təklif yalnız həmin xüsusi onlayn xidmət vasitəsilə və mövcud xxxx məhsul üçün, yalnız iştirak edən restoranlarda və son istifadə tarixinə qədər keçərlidir; (2) xidmət zamanları tətbiq olunur (məsələn, xüsusi qeyri-səhər yeməyi Təklifləri səhər yeməyinin verildiyi zamanlarda keçərli
deyil); (3) əksi bildirilmədiyi təqdirdə, hər bir Təklifin müddəti ödənilmə zamanı bitir; (4) Təkliflər ötürülə bilməz və (5) hər hansı pul qarşılığı olmur; (6) Təklifləri yalnız restoranın kassasında, kioskda və ya “MakAvto”da istifadə etmək olar və onlar çatdırılma xidməti zamanı keçərli deyildir. Təklifə əlavə spesifik şərtlər tətbiq oluna bilər və bunlar tətbiqetmədə Təklifin yanında göstərilir.
Təklifdən necə istifadə etməli
Siz Təklifi restoranın kassasında və ya kioskda sifariş verərkən təklifin QR kodunu oxutmaqla və ya “MakAvto”da sifarişinizi götürən heyət işçisinə hərf və rəqəmlərdən ibarət kodu oxumaqla istifadə edə bilərsiniz.
Xalları necə qazanmalı. Siz müvafiq alışın dəyərindən asılı olaraq hər 1 AZN üçün 10 Xal qazanacaq və ya Proqramın Təfərrüatlarında göstərilən məhsuldan asılı olaraq Xal toplayacaqsınız. Siz müvafiq alışdan Xallarınızı, iştirakçı restorandakı kassada və ya kioskda sifariş verərkən rəqəmsal loyallıq kartınızı skan etməklə və ya “MakAvto”da sifarişinizi götürən heyət üzvünə hərf və rəqəmlərdən ibarət kodunuzu oxumaqla əldə edirsiniz.
Xxxx xxxxxx bu prosesə əməl etməsəniz, hər hansı Xal qazanmayacaqsınız və ya Xallara iddia etmək üçün hər hansı müraciət haqqına malik olmayacaqsınız. Qazandığınız Xalların hesabınıza keçməsində gecikmə yarana bilər.
Qazandığınız Xalları necə hesablamalı. Proqramın Təfərrüatları uyğun alışın dəyərinin necə hesablanmasını izah edir. Məsələn, Proqramın Təfərrüatları hansı məhsulun xxxxx xxxxx aid olmadığını, uyğun alışın dəyəri 1 AZN-dən az olduqda xalların necə qazanılmasını izah edir. Unutmayın ki, Proqramın Təfərrüatları dəyişə bilər, bu səbəbdən alış etməzdən öncə onu nəzərdən keçirdiyinizdən əmin olun.
Bonus kampaniyaları və ya aksiyalar. Müəyyən zamanlarda McDonald’s bonus kampaniyaları və ya sizin yeni, fərqli yollarla Xal qazanmanıza imkan verən Xal qazancları təklif edə bilər. Xal qazanmağın son metodları barədə məlumatlanmaq üçün Proqramın Təfərrüatlarına nəzər salmağınız xahiş olunur.
Qazana biləcəyiniz maksimum Xallar. İstənilən zamanda kartınızın maksimal əldə edəcəyi həcm 9.999 Xaldır (“Mükafat maksimumu”). Müvafiq xxxx xxxxxx qazanacağınız Xal miqdarı Mükafat maksimumunu keçərsə, siz Mükafat maksimumundan xxx Xal qazanmayacaqsınız. Proqramın Təfərrüatlarında həmçinin müvafiq alışdan müəyyən gün ərzində neçə dəfə Xal qazana biləcəyiniz barədə də məlumat verilir.
Xallarınızın istifadə edilməsi. Siz Xallarınızı proqramda iştirak edən restoranlarda pulsuz məhsullara dəyişə və ya Mükafatlar Menyusundan (“Bərpa oluna bilən Məhsul(lar)”) məhsul üzrə endirim əldə edə bilərsiniz. Xallarınızı Mükafatlar Menyusundan seçilən Təklifə dəyişmək üçün “XxXxxxxx`s” tətbiqindən istifadə etməlisiniz.
Siz Təklifi restoranın kassasında və ya kioskda sifariş verərkən Еəklifin QR kodunu oxutmaqla və ya “MakAvto”da sifarişinizi götürən heyət işçisinə hərf və rəqəmlərdən ibarət kodu oxumaqla istifadə edə bilərsiniz
Mükafatlar Menyusu. Proqramın Təfərrüatları Mükafatlar Menyusunda hansı dəyişdirilə bilən məhsulların olduğunu və hər bir dəyişdirilə bilən məhsul üçün nə qədər Xalın tələb olunduğunu göstərir. Mükafatlar Menyusunda çoxlu xxxxx dəyişdirilə bilən məhsullar ola bilər və onlar vaxt-vaxtdan fərqlənə bilər. Mükafatlar Menyusunun ən son variantını əldə etmək üçün mütləq şəkildə Proqramın Təfərrüatları ilə xxxxx olmaq lazımdır.
Xalların istifadə müddətinin bitməsi. Xalların istifadə müddəti qazanıldıqdan bir il sonra ayın sonunda bitir. [məsələn, qazanıldıqdan bir təqvim ili sonra 31 martda]
Xxxx qaytarma.
İstənilən zaman, məhsullar istənilən səbəbə görə xxxx qaytarıldıqda və alış qiymətinin tam və ya qismən qarşılığı xxxx verildikdə, “McDonald’s” Xalları silmək hüququna malikdir. Bu eyni zamanda, eyni Xal dəyərli məhsullar istisna olmaqla, məhsulların dəyişdirilməsinə də şamil olunur.
Şübhəli fəaliyyət
Hesabınıza dair hər hansı şübhəli fəaliyyət gördükdə, “McDonald’s” sizin hesabınızı silmək və ya hesabınızı və yığılmış Xalları dondurmaq daxil məqbul saydığı istənilən addımı atmaq səlahiyyətinə malikdir, bu şübhəli fəaliyyətlərə aşağıdakılar və digərləri daxildir
(i) qeyri-leqal və ya dələduzluq fəaliyyətləri ilə məşğul olmaq;
(ii) saxta və ya aldadıcı məlumatlar vermək və ya buna cəhd göstərmək, və ya “XxXxxxxx`s” və ya iştirak edən restorana qarşı saxta iddialarla çıxış etmək; və ya
(iii) bu Şərt və qaydalardan kənar hər hansı mükafat, mənfəət və ya Xalları satmaq, vermək, ötürmək və ya əldə etmək, və ya satmaq, vermək, ötürmək və ya əldə etmək üçün təklif irəli sürmək; və ya
(iv) artıq qazanc əldə etmək (dələduzluq və ya digər yollarla).
Digər. Xalların pul dəyəri yoxdur. Xallar ötürülə bilməz.
Ümumi
Siz istənilən zaman yalnız bir “MyMcDonald’s Rewards” hesabına sahib ola bilərsiniz. Siz ad, e-poçt və ya digər təfərrüatlara dair dəyişiklik etməkdə məsuliyyət daşıyırsınız
və dəyişiklikdən dərhal sonra öhdəçilik yaranır. Müştərinin bu bəndə dair hər hansı
təfərrüatı dəyişə bilməməsinə görə “XxXxxxxx`s” məsuliyyət daşımır.
“McDonald's” özündən asılı olmayan səbəbə görə Loyallıq Proqramını artıq işlədə
bilmədiyi hallarda proqramı ləğv etmək hüququna malikdir.
Hesab, hesab sahibinin ölümü ilə avtomatik şəkildə ləğv olunacaq. Qazanılmış, amma hələ bərpa olunmamış Xallar ləğv ediləcəkdir. “McDonald’s”, hesab sahibinin ölümünə dair məlumata əsasən Mükafatlar hesabını bağlayacaq. “McDonald’s” bu kimi ləğvin nəticəsində istənilən hər hansı şəxsin istənilən itki və ya ziyanına dair məsul olmayacaq.
Bu Şərtlərdə açıq şəkildə icazə verilən hallar istisna olmaqla, Tətbiq və ya Təklif Kuponları və Loyallıq Xalları ilə əlaqədar istənilən alış (həmçinin üçüncü tərəf vasitəsilə (məsələn, eBay), satış, satış təklifi, vermək və ya digər hallar,
Bu Şərtlərdə açıq şəkildə icazə verilən hallar istisna olmaqla, “XxXxxxxx`s” reklamı, bu kimi reklamdan götürülən hər hansı hissə və/və ya bu reklamdakı və ya reklam üzrə əqli mülkiyyət hüquqlarının istənilən hər hansı səbəbə görə istifadəsi, və
Bu Şərtlərin tərəfinizdən pozulmasına dair istənilən hal.
Təşfiqatçı: “McDonald’s Azərbaycan QSC”
Siz istənilən zaman Tətbiqin Profil hissəsindəki “Hesabı Sil” düyməsini seçməklə hesabınızı ləğv edə bilərsiniz. Ləğvin təsdiq olunmasından sonra, hesabınızdakı bütün yığılmış Təkliflər və Loyallıq Xallarının istifadəsi dərhal bitəcək. “McDonald’s” aidiyyəti üzrə tövsiyə edir ki, üzv xxxx müştərilər toplanmış Xalların ehtiyatsızlıqdan itirilməsinin
qarşısını almaq üçün bütün ləğv proseslərini diqqətli şəkildə planlasınlar. İstifadəsi bitən Xalların xxxx qaytarılması mümkün deyil.
Siz məhsulları bir başa restoranlardan alırsınız. Təklif və ya Xalları istifadə etdikdə onları birbaşa iştirak edən restoranda dəyişdirirsiniz və məhsulların təqdim edilməsi üzrə müqavilə siz və sifarişinizi qəbul edən restoran (“XxXxxxxx`s” Korporasiyası, “McDonalds`s” Ailəsinin hər hansı digər üzvləri ilə deyil) arasında olacaqdır. Məhsullarınızı götürdüyünüz restoran məhsulların hazırlanması və sizə təqdim edilməsində məsuliyyət daşıyır. [SİZ TAM OLARAQ BAŞA DÜŞÜRSÜNÜZ Kİ, SİZ ALIŞI BİRBAŞA RESTORANLARDAN (“XxXXXXXX`S” KORPORASİYASI, YAXUD “XxXXXXXX`S” AİLƏSİ ÜZVLƏRİNDƏN DEYİL) EDİRSİNİZ VƏ SİFARİŞ ƏSASINDA RESTORANLARDAN ALDIĞINIZ İSTƏNİLƏN MƏHSULLAR VƏ YA BUNDAN İRƏLİ GƏLƏN MƏSƏLƏLƏRƏ NƏ “XxXXXXXX`S” KORPORASİYASI, NƏ DƏ “XxXXXXXX`S” AİLƏSİ HƏR HANSI MƏSULİYYƏT DAŞIMIR.] “McDonald’s”
Korporasiyası (“McDonald’s”ın xxx şirkəti), onun filialları, üzv təşkilatları, onların fraçayzinqləri, agentləri, nümayəndələri, agentliklər, onların məsul işçiləri, direktorları və işçiləri birlikdə “XxXxxxxx`s Ailəsinin Üzvləri”dir.